Harun yəhya qu­ran el­MƏ yol göS­TƏ­Rİr araştirma yayincilik



Yüklə 0,74 Mb.
səhifə1/11
tarix26.07.2017
ölçüsü0,74 Mb.
  1   2   3   4   5   6   7   8   9   10   11



HARUN YƏHYA


QU­RAN EL­MƏ YOL GÖS­TƏ­RİR


ARAŞTIRMA

YAYINCILIK

Talatpaşa Mah. Emirgazi Caddesi

İbrahim Elmas İşmerkezi

A Blok Kat 4 Okmeydanı - İstanbul

Tel: (0 212) 222 00 88

Baskı: Seçil Ofset

100. Yıl Mahallesi MAS-SİT Matbaacılar Sitesi

4. Cadde No: 77 Bağcılar-İstanbul

Tel: (0 212) 629 06 15

www.harunyahya.org - www.harunyahya.net

İÇİNDƏKİLƏR:
Giriş
BİRİNCİ KİTAB
Din elmə ilham verir

Din elmi istiqamətləndirir

Dinlə elm həmişə harmoniyadadır

Quranın elmi möcüzələri


İKİNCİ KİTAB
İman edən elm adamları

Allah`a iman gətirən elm adamları


Nəticə


OXUCUYA

Bu kitabda və digər işlərimizdə təkamül nəzəriyyəsinin süqutuna xüsusi yer ayrılmasının səbəbi bu nəzəriyyənin hər cür din əleyhdarı olan fəlsəfənin təməlini meydana gətirməsidir. Yaradılışı və dolayısilə Allah`ın varlığını inkar edən darvinizm 150 ildir ki, bir çox insanın imanını itirməsinə və ya şübhəyə düşməsinə səbəb olmuşdur. Buna görə də, bu nəzəriyyənin yalan olduğunu gözlər önünə gətirmək əhəmiyyətli imani bir vəzifədir. Bu əhəmiyyətli xidmətin bütün insanlığa çatdırılması isə zəruridir. Bəzi oxucularımız ola bilər ki, yalnız bir kitabımızı oxumaq imkanı tapa bilər. Bu səbəblə, hər kitabımızda bu mövzuya xülasə də olsa yer ayrılması uyğun hesab edilmişdir.

Qeyd edilməsi lazım olan başqa bir xüsus da bu kitabların məzmunu ilə əlaqədardır. Yazıçının bütün kitablarında imani mövzular Quran ayələri yönündə izah edilir və insanlar Allah`ın ayələrini öyrənməyə və yaşamağa dəvət edilirlər. Allah`ın ayələri ilə əlaqədar bütün mövzular oxucuda heç bir şübhə və ya sual buraxmayacaq şəkildə açıqlanmışdır.

Bu mövzuda istifadə edilən səmimi, sadə və səlis üslub isə kitabların hamı tərəfindən rahat başa düşülməsini təmin edir. Bu təsirli və sadə izah sayəsində kitablar "bir nəfəsə oxunan kitablar" ibarəsinə tam uyğun gəlir. Dini qəti şəkildə rədd edən insanlar belə bu kitablarda bildirilən həqiqətlərdən təsirlənir və yazılanların doğruluğunu inkar edə bilmirlər.

Bu kitab və yazıçının digər əsərləri oxucular tərəfindən şəxsən oxuna biləcəyi kimi, qarşılıqlı söhbət şəraitində də oxuna bilər. Bu kitablardan istifadə etmək istəyən bir qrup oxucunun, kitabları bir yerdə oxumaları mövzu ilə əlaqədar öz təfəkkür və təcrübələrini də bir-birlərinə ötürmək baxımından faydalıdır.

Bununla belə, yalnız Allah`ın razılığı üçün yazılan bu kitabların tanınmasında və oxunmasında iştirak etmək də böyük xidmətdir. Çünki yazıçının bütün kitablarında isbat və razı salıcı yön son dərəcə güclüdür. Bu səbəblə, dini izah etmək istəyənlər üçün ən təsirli üsul bu kitabların digər insanlar tərəfindən də oxunmasının təşviq edilməsidir.

Kitabların arxasına yazıçının digər əsərlərinin təqdimatının əhəmiyyətli səbəbləri vardır. Bu sayədə kitabı nəzərdən keçirən şəxs yuxarıda yazılan xüsusiyyətləri daşıyan və oxumaqdan xoşlandığını ümid etdiyimiz bu kitabla eyni xüsusiyyətlərə sahib daha bir çox əsərin olduğunu görər, imani və siyasi mövzularda faydalana biləcəyi zəngin bir qaynağın mövcudluğuna şahid olacaq.

Bu əsərlərdə digər bəzilərində görülən, yazıçının şəxsi qənaətlərinə və şübhəli qaynaqlara əsaslanan izahlara, müqəddəsata qarşı lazım olan ədəb və hörmətə diqqət yetirilməyən üslublara, şübhəli və həmçinin incidici yazılara rast gələ bilməzsiniz.


YAZIÇI VƏ ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya təxəllüsündən istifadə edən yazıçı Adnan Oktar 1956-cı ildə Ankarada anadan olmuşdur. İbtidai və orta təhsilini Ankarada almışdır. Daha sonra İstanbul Memar Sinan Universitetinin İncəsənət fakültəsində və İstanbul Universitetinin Fəlsəfə bölməsində təhsil almışdır. 1980-ci illərdən bu yana imani, elmi və siyasi mövzularda bir çox əsər hazırlamışdır. Bununla yanaşı, yazıçının təkamülçülərin saxtakarlıqlarını, iddialarının əsassızlığını və darvinizmin qanlı ideologiyalarla olan qaranlıq əlaqələrini ortaya qoyan çox əhəmiyyətli əsərləri vardır.

Harun Yəhyanın əsərləri təxminən 30.000 şəklin olduğu cəmi 45.000 səhifəlik külliyyatdır və bu külliyyat 60 fərqli dilə tərcümə edilmişdir.

Yazıçının təxəllüsü inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatirəsinə hörmət olaraq adlarını yad etmək üçün Harun və Yəhya adlarından götürülmüşdür. Yazıçı tərəfindən kitabların üz qabığında Rəsulullahın (s.ə.v) möhürünün olmasının simvolik mənası isə kitabların məzmunu ilə əlaqədardır. Bu möhür Qurani-kərimin Allah`ın son kitabı və son sözü, Peyğəmbərimizin (s.ə.v) xatəmül-ənbiya olduğunun rəmzidir. Yazıçı bütün yayımlarında Quranı və Rəsulullahın sünnəsini özünə rəhbər etmişdir. Bu surətlə, inkarçı düşüncə sistemlərinin bütün təməl iddialarını bir-bir ortadan qaldırmağı və dinə qarşı yönələn etirazları tam susduracaq son sözü söyləməyi hədəfləmişdir. Böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhüründən bu son sözü söyləmək niyyətinin duası olaraq istifadə edilmişdir.

Yazıçının bütün işlərindəki ortaq hədəf Quranın təbliğini dünyaya çatdırmaq, beləliklə, insanları Allah`ın varlığı, birliyi və axirət kimi təməl imani mövzular üzərində düşünməyə sövq etmək və inkarçı sistemlərin əsassız təməllərini və azğın tətbiqlərini gözlər önünə çəkməkdir.

Necə ki, Harun Yəhyanın əsərləri Hindistandan Amerikaya, İngiltərədən İndoneziyaya, Polşadan Bosniya-Herseqovinaya, İspaniyadan Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqarıstana və Rusiyaya qədər dünyanın əlavə bir çox ölkəsində sevilərək oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnaq, uyğur, İndoneziya, Malay, benqal, serb, bolqar, Çin, Danimarka və İsveç dili kimi bir çox dilə tərcümə edilən əsərlər xaricdə geniş oxucu kütləsi tərəfindən izlənilir.

Dünyanın dörd tərəfində fövqəladə təqdir toplayan bu əsərlər bir çox insanın iman etməsinə, bir çoxunun da imanında dərinləşməsinə vəsilə olur. Kitabları oxuyub araşdıran hər kəs bu əsərlərdəki hikmətli, dolğun, asan aydın olan və səmimi üslubun, ağıllı və elmi yanaşmanın fərqində olar. Bu əsərlər sürətli təsir etmə, qəti nəticə vermə, etiraz və təkzib edilə bilinməyən xüsusiyyətləri daşıyır. Bu əsərləri oxuyan və üzərində ciddi şəkildə düşünən insanların artıq materialist fəlsəfəni, ateizmi və digər azğın görüş və fəlsəfələrin heç birini səmimi olaraq müdafiə etmələri mümkün deyil. Bundan sonra müdafiə etsələr də, ancaq romantik inadla müdafiə edəcəklər. Çünki fikri dayaqları aradan götürülmüşdür. Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhya külliyyatı qarşısında fikirlə məğlub olmuşlar.

Şübhəsiz, bu xüsusiyyətlər Quranın hikmət və ifadə təsirliliyindən qaynaqlanır. Yazıçı bu əsərlərə görə öyünmür, yalnız Allah`ın hidayətinə vəsilə olmağa niyyət etmişdir. Bundan başqa, bu əsərlərin çap və nəşrində hər hansı bir maddi qazanc hədəflənməmişdir.

Bu həqiqətlər göz önünə gətirildikdə insanların görmədiklərini görmələrini təmin edən, hidayətlərinə vəsilə olan bu əsərlərin oxunmasını təşviq etməyin də çox əhəmiyyətli xidmət olduğu ortaya çıxır.

Bu qiymətli əsərləri tanıtmağın yerinə insanların zehinlərini bulandıran, fikri qarışıqlıq meydana gətirən, şübhə və tərəddüdləri aparmaq və imanı qurtarmaq üçün güclü və iti təsiri olmadığı ümumi təcrübə ilə sabit olan kitabları yaymaq isə əmək və zaman itkisinə səbəb olar. İmanı qurtarmaq məqsədindən çox, yazıçının ədəbi gücünü vurğulamağa yönələn əsərlərdə bu təsirin əldə edilə bilməyəcəyi məlumdur. Bu mövzuda şübhəsi olanlar varsa, Harun Yəhyanın əsərlərinin tək məqsədinin dinsizliyi yox etmək və Quran əxlaqını yaymaq olduğunu, bu xidmətdəki təsir, müvəffəqiyyət və səmimiyyətin açıq şəkildə göründüyünü oxucuların ümumi qənaətindən anlaya bilərlər.

Bilmək lazımdır ki, dünyadakı zülm və qarışıqlıqların, müsəlmanların çəkdiyi əziyyətlərin təməl səbəbi dinsizliyin fikri hakimiyyətidir. Bunlardan xilas olmağın yolu isə dinsizliyin fikirlə məğlub edilməsi, iman həqiqətlərinin ortaya qoyulması və Quran əxlaqının insanların qavrayıb yaşaya biləcəkləri şəkildə izah edilməsidir. Dünyanın gündən-günə daha çox büründüyü zülm, fəsad və qarışıqlıq mühiti diqqətə alındığında bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə edilməsinin lazım olduğu aydındır. Əks halda, çox gec ola bilər.

Bu əhəmiyyətli xidmətdə öndərliyi üzərinə götürən Harun Yəhya külliyyatı Allah`ın izni ilə 21-ci əsrdə dünya insanlarını Quranda təsvir edilən hüzur, sülh, düzgünlük, ədalət, gözəllik və xoşbəxtliyə daşımağa vəsilə olacaq.




Gi­riş

Al­lah Qu­ran­da in­san­la­rı göy­lə­rin, ye­rin, dağ­la­rın, ul­duz­la­rın, bit­ki­lə­rin, to­xum­la­rın, hey­van­la­rın, ge­cə və gün­dü­zün mən­şə­yi, in­sa­nın özü­nün do­ğul­ma­sı, ya­ğı­şın və baş­qa ya­ra­dı­lan­la­rın mey­da­na gəl­mə­si haq­da dü­şün­mə­yə və on­la­rı öy­rən­mə­yə ça­ğı­rır. Bu ya­ra­dı­lan­la­rın öy­rə­nil­mə­si ilə məş­ğul olan in­san bütün bunlarda Allah`ın bö­yük­lü­yü­nü gö­rə­r və bu­nun­la onu və bü­tün kai­na­tı xəlq edən Ya­ra­da­nın bö­yük müd­rik­li­yi­ni an­la­ya­r.

Kai­na­tı və on­da olan hər şe­yi öy­rən­mə­yin yo­lu, Allah`ın ya­rat­dı­ğı şey­lə­rin əzə­mə­ti­ni və nə­həng­li­yi­ni bə­şə­riy­yə­tə gös­tər­mə­yin yo­lu elm­dir. Bu sə­bəb­lə də din el­mi Allah`ın ya­rat­dıq­la­rı­nın təf­si­lat­la­rı­nı dərk et­mək yo­lu ki­mi qə­bul edir və ona olan rəğ­bə­ti­ni iz­har edir.

Din, el­mi təd­qi­qat­la­rı təş­viq və təq­dir edir. Əgər bu təd­qi­qat­lar di­nin aç­dı­ğı hə­qi­qət­lə­rə əsas­la­na­raq apa­rıl­arsa, çox tez­lik­lə də­qiq nə­ti­cə­lə­rə na­il olu­na­r. İş bun­da­dır ki, din kai­na­tın və on­da­kı hə­ya­tın ne­cə ya­ran­ma­sı­na də­qiq və düz­gün ca­vab ve­rən ye­ga­nə mən­bə­dir. Bu­nun üçün düz­gün çı­xış nöq­tə­si se­çil­miş təd­qi­qat­lar ən qı­sa müd­dət­də çox az əmək və ener­ji sərf edə­rək kai­na­tın və hə­ya­tın ya­ran­ma sir­lə­ri­ni aş­kar edir. XX əs­rin da­hi alim­lə­rin­dən bi­ri olan Al­bert Eyn­ştey­nin fik­rin­cə, elm din­siz ax­sa­yır. Yə­ni di­nə ar­xa­lan­ma­yan elm tə­rəq­qi­ni tə­min edə bil­məz. Di­nə ar­xa­lan­ma­yan elm hər han­sı bir də­qiq nə­ti­cə­ni əl­də et­mək üçün xey­li vaxt sərf edir, an­caq o, mü­hüm bir şey əl­də et­mək iq­ti­da­rın­da de­yil.

Xü­su­sən son iki əsr ər­zin­də di­ni hə­qi­qət­lə­ri in­kar edən ma­te­ria­list alim­lə­rin rəh­bər­lik et­di­yi el­min sa­yə­sin­də həd­din­dən ar­tıq za­man it­ki­si­nə yol ve­ril­di­yi göz qa­ba­ğın­da­dır. Hər kəs bu şə­kil­də hə­ya­ta ke­çi­ri­lən təd­qi­qat­la­rın nə­ti­cə­siz­li­yi­nin və mil­yon­lar­la dol­lar pu­lun boş ye­rə sərf edil­mə­si­nin şa­hi­di­dir.

Bu­nun­la əla­qə­dar, in­san­la­rın dərk et­mə­si va­cib olan hə­qi­qət bu­dur: əgər elm Allah`ın son­suz qüd­rə­ti­nin sü­but­la­rı­nı öz məq­sə­di ki­mi Onun ya­rat­dıq­la­rın­da, Onun ya­rat­dı­ğı kai­nat­da ax­tar­sa, düz­gün nə­ti­cə­lə­rə na­il ola bi­lər. Əgər kurs düz­gün nə­zər­də tu­tu­lub­sa, yə­ni el­mə düz­gün is­ti­qa­mət ve­ri­lib­sə, o, öz məq­səd­lə­ri­nə tez­lik­lə na­il ola­caq.


BİRİNCİ Kİ­TAB
DİN EL­MƏ İL­HAM VE­RİR

İs­lam ağı­l və vic­da­nın di­ni­dir. İn­san di­nin aç­dı­ğı hə­qi­qət­lə­ri öz ağ­lı ilə gö­rür və gör­dük­lə­rin­dən öz vic­da­nı­na uy­ğun nə­ti­cə çı­xa­rır. Şü­ur­lu və vic­dan­lı in­san kai­nat­da möv­cud olan hər han­sı bir şey haqqın­da an­la­yı­şı ol­ma­sa be­lə, onu öy­rə­nə­rək kai­na­tın ali şüu­ra, ali bi­li­yə və son­suz qüd­rə­tə ma­lik olan uca Ya­ra­dan tə­rə­fin­dən ya­ra­dıl­dı­ğı­nı dərk edə­cək. Və ya­xud, mə­sə­lən, Yer üzün­də ya­şa­maq üçün va­cib olan yal­nız bir ne­çə şər­ti təh­lil edə­rək an­la­maq olar ki, Yer kü­rə­si in­sa­nın ya­şa­ma­sı üçün xü­su­si şə­kil­də ya­ra­dıl­mış pla­net­dir. Şü­ur­lu və vic­dan­lı in­san Ye­rin tə­sa­düf­lər nə­ti­cə­sin­də ya­ran­ma­sı müd­dəa­sı­nın cə­fən­giy­at ol­du­ğu­nu çox asan­lıq­la dərk edir. Baş­qa söz­lə, ağı­lın və vic­da­nın ka­te­qo­ri­ya­la­rı ilə dü­şü­nən hər bir in­san Allah`ın var­lı­ğı­nın sü­but­la­rı­nı bü­tün ay­dın­lı­ğı ilə gö­rə bi­lər. Qu­ra­ni-kə­rim­də bu cür in­san­lar haq­da be­lə de­yi­lir:



"O kəs­lər ki, ayaq üs­tə olan­da da, otu­ran­da da, uza­nan­da da Allah`ı xa­tır­lar, göy­lə­rin və ye­rin ya­ra­dıl­ma­sı haq­qın­da dü­şü­nər­lər. "Ey Rəb­bi­miz! Sən bun­la­rı boş ye­rə ya­rat­ma­mı­san! Sən pak və mü­qəd­dəs­sən! Bi­zi cə­hən­nəm odu­nun əza­bın­dan qo­ru! ("Ali-İm­ran" su­rə­si, 3/191)

Bu sə­bəb­lə, Al­lah Qu­ran­da in­san­la­rı on­la­rı əha­tə edən ya­ra­dı­lan­la­rın sü­bu­tu haq­qında dü­şün­mə­yə və on­la­rı diq­qət­lə öy­rən­mə­yə ça­ğı­rır. Kai­nat­da­kı sis­tem­lə­ri, can­lı or­qa­nizm­lə­ri və can­sız tə­biə­ti öy­rən­mə­yə baş­la­yan hər bir in­san öz mü­şa­hi­də­lə­ri üzə­rin­də dü­şü­nə­cək, bun­lar­la əla­qə­dar or­ta­ya çı­xan hər bir sua­la ca­vab­lar ax­ta­ra­caq və tez­lik­lə Allah`ın müd­rik­li­yi­ni, son­suz bi­li­yi­ni və həd­siz qüd­rə­ti­ni eti­raf et­mə­yə baş­la­ya­caq. Allah`ın, in­san­la­rı üzə­rin­də dü­şün­mə­yə ça­ğır­dı­ğı bə­zi su­al­lar ayə­lər­də bu şə­kil­də mü­əy­yən edi­lir:



"Mə­gər on­lar baş­la­rı­nın üs­tün­də­ki gö­yə ba­xıb onu ne­cə ya­rat­dı­ğı­mı­zı, ne­cə bə­zə­di­yi­mi­zi və ora­da heç bir ya­rıq ol­ma­dı­ğı­nı gör­mür­lər­mi?! Elə­cə də ye­ri ne­cə dö­şə­di­yi­mi­zi, ora­da möh­kəm du­ran dağ­lar ya­rat­dı­ğı­mı­zı, hər cür gö­zəl növ­dən ye­tiş­dir­di­yi­mi­zi gör­mür­lər­mi?! Dö­nüb qa­yı­dan hər bir bən­də üçün ib­rət dər­si və öyüd-nə­si­hət ol­sun de­yə et­dik. Biz göy­dən bə­rə­kət­li su en­dir­dik, son­ra onun­la bağ­lar və bi­çi­lən ta­xıl də­nə­lə­ri ye­tiş­dir­dik. Həm də tu­mur­cuq­la­rı bir-bi­ri­nin üs­tü­nə dü­zül­müş, hün­dür xur­ma ağac­la­rı bi­tir­dik". ("Qaf" su­rə­si, 50/6-10)

"Yed­di gö­yü qat-qat ya­ra­dan da Odur. Sən Rəh­ma­nın ya­rat­dı­ğın­da heç bir uy­ğun­suz­luq gör­məz­sən. Bir gö­zü­nü qal­dı­rıb bax, heç ora­da bir ya­rıq gö­rə bi­lər­sən­mi?!" ("Mülk" su­rə­si, 67/3)

"Elə isə in­san nə­dən ya­ra­dıl­dı­ğı­na bir bax­sın! ("Ta­riq" su­rə­si, 86/5)

"Mə­gər də­və­yə bax­mır­lar ki, ne­cə ya­ra­dıl­mış­dır? Göy ne­cə ucal­dıl­mış­dır? Dağ­lar ne­cə di­kəl­dil­miş­dir? Və yer ne­cə dö­şə­dil­miş­dir? ("Ğa­şi­yə" su­rə­si, 88/17-20)

Yu­xa­rı­da gə­ti­ri­lən ayə­lər­dən də gö­rün­dü­yü ki­mi, Al­lah in­san­la­rı gö­yü, ya­ğı­şı, bit­ki­lə­ri, hey­van­la­rı, do­ğul­ma pro­se­si­ni, tə­biə­tin coğ­ra­fi xü­su­siy­yət­lə­ri­ni və di­gər ha­di­sə­lə­ri öy­rən­mə­yə və təd­qiq et­mə­yə ça­ğı­rır. Bu xil­qət­lə­rin öy­rə­nil­mə və təd­qiq edil­mə va­si­tə­si isə az ön­cə qeyd et­di­yi­miz ki­mi, yal­nız elm­dir. El­mi təd­qi­qat­la­rın nə­ti­cə­sin­də əl­də edil­miş bi­lik­lər isə in­sa­na Allah`ın son­suz bi­li­yi­ni, id­ra­kı­nı, qüd­rə­ti­ni, ya­ra­dı­lan­la­rın sir­ri­ni açıq­la­yır. Ta­rix bo­yu bə­şə­riy­yə­tin in­ki­şa­fın­da bö­yük ro­lu ol­muş ək­sər alim­lə­rin Allah`a də­rin­dən inan­ma­sı fak­tı isə onun­la izah edi­lir ki, elm Allah`ın var­lı­ğı­nı dərk et­mə­yin əsas yo­lu­dur.


Allah’a inam alim­lə­rə bö­yük il­ham və ruh yük­sək­li­yi bəxş edir

Əv­vəl qeyd et­di­yi­miz ki­mi, din el­mi təş­viq və təq­dir edə­rək rəğ­bət­lən­di­rir və elm­lə məş­ğul olan şü­ur­lu və vic­dan­lı in­san­lar Allah`ın möv­cud­lu­ğu­nun sü­but­la­rı ilə baş­qa­la­rın­dan çox rast­la­şır­lar. İş bu­ra­sın­da­dır ki, alim­lər hər təd­qi­qat­da, hər ye­ni kəşf­də Allah`ın ya­rat­dı­ğı mü­kəm­məl sis­tem, çox gö­zəl me­xa­nizm və ya qü­sur­suz təf­si­lat­la qar­şı­laş­ma­lı olur­lar.

Mə­sə­lən, in­san gö­zü­nün öy­rə­nil­mə­si ilə məş­ğul olan alim in­sa­nın qu­ru­lu­şu­nun komp­leks sis­te­mi­ni gör­dük­də dər­hal ba­şa dü­şə­cək ki, bu göz­lər tə­sa­dü­fən, təd­ri­cən, mər­hə­lə­li şə­kil­də ya­ra­na bil­məz. Gö­zü da­ha də­rin­dən öy­rən­dik­də isə onun qu­ru­lu­şun­da­kı hər bir de­ta­lın hey­rə­ta­miz şə­kil­də ya­ra­dıl­ma­sı­nın şa­hi­di ola­caq. Alim gö­zün öz ara­la­rın­da tam har­mo­ni­ya­da fəa­liy­yət gös­tə­rən on­lar­la ay­rı-ay­rı ele­ment­lər­dən iba­rət ol­du­ğu­nu gö­rə­cək. Onun bu har­mo­ni­ya­nı Ya­ra­da­nın qar­şı­sın­da eh­ti­ra­mı bö­yük ola­caq.

Bu şə­kil­də, kai­na­tı öy­rə­nən alim, ey­ni za­man­da, min­lər­lə mö­cü­zə­vi uy­ğun­luq­lar gö­rə­cək. Uc­suz-bu­caq­sız kos­mos­da mil­yard­lar­la qa­lak­ti­ka­nın və mil­yard­lar­la ul­du­zun bir-bi­ri ilə bö­yük har­mo­ni­ya­da ol­ma­sı­nın dərk edil­mə­si onu da­ha bö­yük təd­qi­qat­la­ra ruh­lan­dı­ra­caq.

Mö­min in­san kai­na­tın sir­lə­ri­ni dərk et­mək­də və el­mi təd­qi­qat­lar apar­maq tə­şəb­bü­sün­də məhz bu sə­bəb­dən çox qə­tiy­yət­li və inad­kar­dır. Bi­zim döv­rün gör­kəm­li da­hi­lə­rin­dən he­sab edi­lən mö­min alim Al­bert Eyn­şteyn öz əsər­lə­ri­nin bi­rin­də din­dən al­dı­ğı hə­yat­ve­ri­ci gü­cü be­lə təs­vir edir:

"Mən han­sı­sa kos­mik mən­bə­yi olan di­ni his­sin el­mi təd­qi­qat­lar­da xü­su­si­lə kəs­kin su­rət­də ya­şa­nıl­dı­ğı­nı id­dia edə bi­lə­rəm. Şüb­hə­siz, ilk el­mi kon­sep­si­ya­la­rı ya­ra­dan­lar bu his­si da­ha güc­lü ya­şa­yıb­lar. Kai­na­tın qu­ru­lu­şu­nun el­mi, ra­sio­nal dərk edil­mə­si in­sa­na ən də­rin inam his­si ve­rir. Uzun­müd­dət­li ça­lış­ma­lar­dan son­ra kai­na­tı an­la­maq Kep­le­rə və Nyu­to­na bu cür də­rin hiss­lə­ri bəxş et­di.

El­mi təd­qi­qat­la­rın yal­nız prak­ti­ki sa­hə­sin­də qa­lan­lar isə bu fak­ta hər za­man və hər yer­də yan­lış izah­lar ve­rir­di­lər. Bu in­tui­si­ya və il­ham yal­nız öm­rü­nü el­mə həsr edən­lə­rin ürək­lə­ri­ni dol­du­rur və an­caq bu in­san­lar min bir əziy­yə­tə bax­ma­ya­raq öz ax­ta­rış­la­rı­nı da­vam et­di­rir­lər. On­lar bu gü­cü di­ni hiss­dən alır­lar. Müa­sir­lə­ri­miz­dən bi­ri çox düz­gün ifa­də edib ki, bi­zim ma­te­ria­list əs­ri­miz­də ən də­rin di­ni duy­ğu­la­rı po­zi­tiv el­mə ilk yol açan­lar ya­şa­dı­lar".1

İo­hann Kep­ler qeyd edir­di ki, o, elm­lə Ya­ra­da­nın xəlq et­dik­lə­ri­nin ləz­zə­ti­ni hiss et­mək üçün məş­ğul olub. Ta­rix­də ən da­hi alim­lər­dən olan İsa­ak Nyu­ton onu el­mi təd­qi­qat­la­ra sövq edən sə­bəb ki­mi Allah`ı tap­maq və an­la­maq is­tə­yi­ni gös­tə­rir­di.

Biz si­zin nə­zə­ri­ni­zə dün­ya ta­ri­xin­də ən əhə­miy­yət­li rol oy­na­yan alim­lər­dən yal­nız bir ne­çə­si­nin de­dik­lə­ri­ni çat­dır­dıq. Bi­zim növ­bə­ti bö­lüm­lər­də bəhs edə­cə­yi­miz bu in­san­lar və on­la­ra bən­zə­yən yüz­lər­lə təd­qi­qat­çı­lar kai­na­tı öy­rə­nə­rək Allah`ın ya­rat­dı­ğı qa­nun və fe­no­men­lə­rin gö­zəl­li­yi­nə hey­ran qa­la­raq Allah`ın möv­cud­lu­ğu­na inan­dı­lar və elm­də da­ha çox iş­lər gör­mək ar­zu­su­nu hiss et­di­lər.

Ay­dın ol­du­ğu ki­mi, Allah`ın kai­na­tı ne­cə ya­rat­dı­ğı­nı gör­mək ar­zu­su bir çox alim­lər üçün ən bö­yük il­ham mən­bə­yi idi. Kai­na­tın və on­da olan can­lı­la­rın ya­ra­dıl­dı­ğı­nı an­la­yan in­san, ey­ni za­man­da, bu ya­ra­dıl­ma ak­tı­nın mü­əy­yən məq­səd da­şı­dı­ğı­nı dərk edir. Tə­bii ki, hər məq­sə­din bir mə­na­sı var. Onun mə­na­sı­nı tut­maq, var­lı­ğı­nın sü­but­la­rı­nı tap­maq, təf­si­la­tı ilə öy­rən­mək ar­zu­su el­mi təd­qi­qat­la­ra bö­yük güc ve­rir.

Lakin kai­na­tın və can­lı or­qa­nizm­lə­rin ya­ra­dıl­ma fak­tı in­kar edi­lir­sə, adıçəkilən mə­na da itir. Mə­sə­lən, ma­te­ria­list fəl­sə­fə­ni və dar­vi­niz­mi əsas gö­tü­rən alim kai­nat­da heç bir məq­sə­din ol­ma­dı­ğı­nı, bü­tün var­lıq­la­rın kor-ko­ra­nə şə­rai­tin bəh­rə­si ol­du­ğu­nu he­sab et­mə­li­dir. Bu­ra­dan be­lə nə­ti­cə çı­xır ki, nə kai­nat­da, nə də can­lı or­qa­nizm­lə­rin təd­qiq edil­mə­sin­də hə­qi­qi mə­na yox­dur. Eyn­şteyn bu hə­qi­qə­ti bu söz­lər­lə ümu­mi­ləş­di­rir:

"Di­ni hiss it­dik­də elm heç bir il­ham qay­na­ğı ol­ma­yan xa­lis eks­pe­ri­ment­çi­li­yə çev­ri­lir".2

Bu hal­da, ali­min ye­ga­nə məq­sə­di öz kəş­fi­nin sa­yə­sin­də məş­hur­laş­maq, ta­rix­də iz qoy­maq və ya çox­lu pul qa­zan­maq is­tə­yi ola bi­lər. Bu cür məq­səd­lər onu sə­mi­miy­yət­dən və el­mi lə­ya­qət his­sin­dən uzaq­laş­dı­ra bi­lər. Əgər onun el­mi kəşf­lə­rin­dən do­ğan nə­ti­cə elm alə­min­də ge­niş ya­yı­lan və üs­tün­lük təş­kil edən nöq­te­yi-nə­zə­rə zid­dir­sə, bu alim öz şöh­rə­ti­ni itir­mək­dən, al­çal­dıl­maq­dan və töh­mət­lən­mək­dən qor­xa­raq mey­da­na çı­xa­rıl­mış hə­qi­qə­ti giz­lət­mək məc­bu­riy­yə­tin­də qa­la bi­lər.

Bu cür qey­ri-sə­mi­mi­li­yə nü­mu­nə ola­raq elm alə­mi­nin uzun il­lər qə­bul et­di­yi tə­ka­mül nə­zə­riy­yə­si­ni gös­tər­mək olar. Re­al­lıq­da el­mi fakt­lar­la üz-üzə qa­lan ək­sər alim­lər tə­ka­mül nə­zə­riy­yə­si­nin hə­yat fe­no­me­ni­ni izah et­mək­dən çox uzaq­da ol­du­ğu­nu gör­dü­lər, an­caq on­la­rın bir ço­xu bu cür ad­dı­mın nə­ti­cə­lə­rin­dən qor­xa­raq öz mü­la­hi­zə­lə­ri­ni söy­lə­mə­di­lər. Ame­ri­ka fi­zi­ki X.S.Lip­son isə bu ba­rə­də öz eti­ra­fı­nı söy­lə­di:

"Biz can­lı or­qa­nizm­lər haq­da Dar­vi­nin bil­dik­lə­rin­dən xey­li çox bi­li­rik. Mə­sə­lən, biz si­nir­lə­rin ne­cə iş­lə­di­yi­ni bi­li­rik və mə­nim fik­rim­cə, hər si­nir elek­trik mü­hən­dis­li­yi­nin şah əsə­ri­dir. Mil­yard­lar­la be­lə si­nir bi­zim bə­də­ni­miz­də yer­lə­şib... Bu hal­da, mə­nim ağ­lı­ma "mə­na" sö­zü gə­lir. An­caq bu söz mə­nim bio­loq həm­kar­la­rı­mın heç də xoş­la­rı­na gəl­mir".3

Ya­ra­dıl­ma ak­tı­nı bil­di­rən "la­yi­hə" sö­zü­nü el­mi ədə­biy­yat­dan bu söz, yal­nız ki­min­sə ürə­yi­nə yat­ma­dı­ğı üçün kə­nar­laş­dır­maq is­tə­yir­lər və bir çox alim­lər bu cür eh­kam­çı xət­tin qar­şı­sın­da baş əyir­lər. X.S.Lip­son bu­nu özü­nün aşa­ğı­da­kı söz­lə­ri ilə təs­diq­lə­yir:

"Əs­lin­də, tə­ka­mül nə­zə­riy­yə­si el­mi di­nə çev­ri­lib; de­mək olar ki, bü­tün alim­lər bu di­ni qə­bul edib­lər və on­la­rın ək­sə­riy­yə­ti bu nə­zə­riy­yə ilə ra­zı­laş­maq üçün şəx­si mü­şa­hi­də­lə­ri­nin nə­ti­cə­lə­ri­nə dü­zə­liş et­mə­yə ha­zır­dır".4

XIX əs­rin or­ta­la­rın­dan eti­ba­rən el­mi aləm­də bər­qə­rar ol­muş bu cür əy­ri­lik Eyn­ştey­nin tə­bi­rin­cə de­sək, "topal" el­min nöq­san­la­rı­nın nə­ti­cə­si ol­du.5

Bu sə­bəb­lə də bu ya­nıl­ma, ey­ni za­man­da, elm alə­mi­ni ya­lan­çı məq­səd­lə­rə doğ­ru yö­nəl­dir və bu məq­səd­lə­rin yanlış­lı­ğı­nı gö­rən, an­caq sus­ma­ğa üs­tün­lük ve­rən alim­lə­ri tər­bi­yə­lən­di­rir.

Qeyd et­di­yi­miz iki amil­lər­dən bi­rin­ci­si­ni biz bu ki­ta­bın növ­bə­ti sə­hi­fə­lə­rin­də nə­zər­dən ke­çi­rə­cə­yik.


İman gətirən alim­lə­rin şövq­lü xid­mə­ti

Allah`ın var­lı­ğı­na və Onun əzə­mə­ti­nə ina­nan alim­lər­də şöh­rət, pul, han­sı­sa mü­hüm və­zi­fə­ni tut­maq və ya ad-san al­maq ar­zu­su yox­dur, on­la­rın öz təd­qi­qat­la­rı­na sərf et­di­yi səy­lər ta­ma­mi­lə sə­mi­mi­dir. Bu in­san­lar kəşf et­dik­lə­ri hər sir­rin in­san­la­ra Allah haq­qında bi­lik ve­rə­cə­yi­ni, on­la­ra son­suz ila­hi qüd­rə­ti və ila­hi bi­li­yi nü­ma­yiş et­di­rə­cə­yi­ni bi­lir­lər. Şüb­hə­siz ki, in­san­la­ra Allah`ın möv­cud­lu­ğu haq­da da­nış­maq, on­la­ra ya­ra­dı­lı­şın hə­qi­qi­li­yi­ni çat­dır­maq din­dar in­san üçün bir növ Allah`a ita­ət­dir.

Qəlb­lə­rin­də bu cür sə­mi­mi hiss­lər bəs­lə­yən din­dar alim­lər kai­na­tın qa­nun­la­rı­nı aç­maq, can­lı or­qa­nizm­lər­də­ki mü­kəm­məl me­xa­nizm­lə­ri, tə­biə­tin qə­ri­bə sis­tem­lə­ri­ni öy­rən­mək və on­la­rı dərk et­mək üçün bü­tün ömür­lə­ri bo­yu bö­yük şövq və il­ham­la iş­lə­yir­lər. Bu iş­lər çox sə­mə­rə­li olur və önə doğ­ru xey­li irə­li­lə­yi­şi tə­min edir. Bu yol­da qar­şı­laş­dıq­la­rı çə­tin­lik­lər on­la­rı qor­xut­mur. İn­san­lar­dan öz əmək­lə­ri­nin qar­şı­lı­ğın­da heç bir mü­ka­fat al­ma­maq qor­xu­su on­la­rın ru­hu­nu zə­if­lət­mir, çün­ki on­la­rın əmə­yi­nin məq­sə­di yük­sək rəğ­bəti - uca Allah`ın rəğ­bət və təq­di­ri­ni qa­zan­maq­dır.

İla­hi tə­rə­fin­dən bə­yə­nil­mək üçün on­lar baş­qa mö­min in­san­la­ra da xe­yir gə­tir­mə­yə səy gös­tə­rir­lər. Bu­nun üçün on­la­ra heç bir sər­həd yox­dur. Al­lah bu in­san­la­ra bu cür sə­mi­mi cəhd üçün is­te­dad və iş­lə­mək qa­bi­liy­yə­ti bəxş edib, on­la­rın əmək­lə­ri dai­ma yal­nız xe­yir­li bəh­rə­lər ve­rir.

Kim el­min din­dən kə­nar in­ki­şaf et­mə­li ol­du­ğu­nu dü­şü­nür­sə, o, şüb­hə­siz ki, cid­di yan­lış­lı­ğa yol ve­rir. Hər şey­dən əv­vəl Allah`a inan­ma­yan alim­lər di­nin ver­di­yi mə­nə­vi şövq və il­ha­mı, ruh yük­sək­li­yi­ni hiss edə bil­məz­lər. On­la­rın şövq­lə baş­la­dıq­la­rı el­mi təd­qi­qat­lar bir müd­dət­dən son­ra on­la­ra bəl­kə də usan­dı­rı­cı və can­sı­xı­cı gə­lir. Be­lə dün­ya­gö­rü­şü­nə ma­lik olan in­san­la­rın hə­ya­ti məq­sə­di bu fa­ni və qı­sa­müd­dət­li dün­ya hə­ya­tın­da mən­fəə­tə na­il ol­maq­dır. Qəl­bi­ni fa­ni dün­ya­ya hə­ris­lik his­si çul­ğa­mış bu in­san­lar bir qay­da ola­raq yal­nız on­la­rın is­tək­lə­ri­ni tə­min edə bi­lən təd­qi­qat­lar­la məş­ğul olur­lar. Mə­sə­lən, əgər bu cür ali­min qar­şı­sın­da iki möv­zu­nu təd­qiq et­mək se­çi­mi du­rub­sa, o, əl­bət­tə, xey­li mad­di nai­liy­yət­lər, da­ha ar­tıq nü­fuz gə­ti­rən və ona han­sı­sa hör­mət­li və­zi­fə tut­maq im­ka­nı ve­rən işi se­çər, di­gər möv­zu­dan isə im­ti­na edər. Hət­ta bu təd­qi­qa­tın in­san­la­ra da­ha çox xe­yir gə­ti­rə­cə­yi­ni bil­sə be­lə. Baş­qa söz­lə, be­lə alim­lər öz şəx­si mən­fə­ət­lə­ri­ni tə­min et­mə­dik­də heç vaxt di­gər in­san­la­rın ri­fa­hı na­mi­nə ça­lış­maz, bə­şə­riy­yə­tə xid­mət et­mə­yə ra­zı ol­maz­lar. On­la­rın məş­ğul ol­duq­la­rı işin mad­di tə­rə­fi, han­sı­sa və­zi­fə və ya rüt­bə al­maq, in­san­la­rın nə­zə­rin­də şöh­rət­lən­mək və hör­mət qa­zan­maq və ya şəx­si ma­raq­la­rı­nı han­sı­sa şans­la tə­min et­mək im­ka­nı it­sə, işə olan hə­vəs­lə­ri də o sa­at sö­nə­rək yo­xa çı­xar.

Allah`a ina­nan in­sa­nın ke­çir­di­yi se­vinc və ruh yük­sək­li­yi his­si onun qar­şı­sın­da tək elm­də de­yil, in­cə­sə­nət­də və mə­də­niy­yə­tin baş­qa sa­hə­lə­rin­də də ge­niş im­kan­lar açır. Bu hiss­lər dai­mi­dir. On­lar tü­kən­mir­lər, ək­si­nə, za­man keç­dik­cə da­ha da güc­lə­nir­lər.



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə