Rayon Məhkəməsi – inzibati rayonda fəaliyyət göstərən birinci instansiya məhkəməsi
RİH – Rayon İcra Hakimiyyəti
RTŞ – Rayon Təhsil Şöbəsi
UNICEF – BMT-nin Uşaq Fondu
Uşaq İnspektoru – yetkinlik yaşına çatmayanların işləri ilə məşğul olan polis əməkdaşı
Yetkinlik yaşına çatmayan(lar) – uşaq (uşaqlar) (bu terminlər mətndə bir-birini əvəzləyir)
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiya – Rayon İcra Hakimiyyəti yanında
Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya
YƏ – Yuvenal Ədliyyə
Yuvenal – yetkinlik yaşına çatmayan şəxs
Yuvenal Ədliyyə - yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsi
9
Tərtibatçılar
Nabil Seyidov
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, milli əlaqələndirici
Ümidli Gələcək Gənclər Təşkilatı, prezident
Sevinc Əliyeva
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi,
mütəxəssis
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, yuvenal ədliyyə
üzrə baş mütəxəssis
Rəvan Səmədov
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi,
icraçı direktor
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, yuvenal ədliyyə
üzrə baş mütəxəssis
Təranə Şərifova
Azərbaycan Milli Valideyn-Müəllim Assosiasiyası, icraçı direktor
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, uşaq hüquqları üzrə
baş mütəxəssis
Elmari Məmişov
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, Uşaq hüquqları
departamentinin rəhbəri
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, yuvenal ədliyyə
üzrə baş mütəxəssis
Dadaş Əhmədov
Ümidli Gələcək Gənclər Təşkilatı, İnsan hüquqları və demokratiya
proqramları departamentinin direktoru
Elmira Ələkpərova
“El” İnkişaf Proqramları Mərkəzi, həmsədr
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı, yuvenal ədliyyə
üzrə baş mütəxəssis
Şahin İsmaylov
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, mütəxəssis
Nigar Abbasova
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi, mütəxəssis
Zaur Zamanov
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili
(Ombudsman) yanında baş mütəxəssis
Elnarə Qəribova
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi,
mütəxəssis
Nazir Quliyev
“Hüquq Dünyası” İctimai Birliyi, sədr müavini
Rafiq İsmayilov
Faiq Ağayev
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili
(Ombudsman) yanında Uşaq Hüquqları Mərkəzinin əməkdaşı
Elxan Mərdanlı
Ümidli Gələcək Gənclər Təşkilatı, mütəxəssis
Araşdırma Məşvərət Qrupu
Diyerk Helmken
Yuvenal hakim, Almaniya Federativ Respublikası
Kristin Vomak
Müstəqil hüquq məsləhətçisi
Andre Dünan
Keçmiş yuvenal hakim, İsveçrə
Andreas Buş
ATƏT-in Bakı Ofisinin Qanunun Aliliyi Şobəsinin Rəisi
Məhəmməd Quluzadə
Hüquqşunas, ATƏT-in Bakı Ofisi
Kamran Bağırov
Hüquqşunas, ATƏT-in Bakı Ofisi
10
Giriş və metodologiya
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı ATƏT-in Bakı Ofisinin dəstəyi ilə 2006-cı ilin
fevral-avqust ayları ərzində Azərbaycanda Yuvenal Ədliyyəyə
– yetkinlik yaşına çatmayanlar
barəsində ədalət mühakiməsinin icrasına məsul olan qurumların fəaliyyətinin monitorinqini
həyata keçirib. Monitorinqin keçirilməsində məqsəd bu sahədə ölkədəki real vəziyyəti
araşdırmaq, problemləri, onların meydana çıxması səbəblərini aşkar etmək, eyni zamanda
problemlərin aradan qaldırılması yolları və usullarını müəyyən etmək, bu barədə məsul şəxslərin
fikir və təkliflərini öyrənmək və təhlil etməkdən ibarət olub. Azərbaycanda Yuvenal Ədliyyənin
təkmilləşdirilməsi və beynəlxalq standartların tətbiqi, mövcud vəziyyətin Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlara uyğunluğunun müəyyənləşdirilməsi də
layihənin hədəfləri sırasında olub.
Layihənin nəticəsi olaraq hazırlanmış hesabatın, verilmiş təklif və tövsiyələrin dövlət orqanları,
Milli Məclis, beynəlxalq təşkilatlar, milli QHT-lər və bütövlükdə ictimaiyyətə təqdim edilməsi
də nəzərdə tutulub.
Monitorinqin aparıldığı müəssisələr
Monitorinq respublikanın bütün şəhər və rayonlarını əhatə etmişdir. Monitorinq zamanı aşağıda
göstərilən qurum və müəssisələrin fəaliyyəti araşdırılmışdır:
1. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar;
2. Polis idarələrində (şöbələrində) müvəqqəti saxlama təcridxanaları;
3. Ədliyyə Nazirliyinin 3 saylı İstintaq təcridxanası (məhkəməyə qədər təcridetmə mərkəzi);
4. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə Müəssisəsi (uşaqlar üçün);
5. 4 saylı cəzaçəkmə müəssisəsi (qadınlar üçün);
6. Xüsusi tədris müəssisələri:
Quba rayon Oğlan uşaqları üçün texniki-peşə məktəbi, və
Bakı şəhəri Mərdəkan qəsəbəsi Oğlan uşaqları üçün açıq tipli xüsusi internat məktəbi.
1. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar uşaq hüquqlarının müdafiəsi sahəsində
başlıca rola malik olan, uşaqlara qarşı zorakılığın və onların hüquqlarının pozulmasının qarşısını
alan və uşaqlar arasında hüquqpozmaların profilaktikasını həyata keçirən əsas qurumlardan
biridir. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar hər bir inzibati şəhər və ya rayonda
icra hakimiyyətlərinin nəzdində fəaliyyət göstərir. Yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyalar heç bir mərkəzi hökumət qurumunun qarşısında birbaşa hesabatlı olmasa da,
onların hazırladıqları hesabatlar icra hakimiyyəti başçısının müavininə təqdim edilir. İcra
hakimiyyəti isə rüb üzrə hesabatı Nazirlər Kabinetinə – Yetkinlik yaşına çatmayanların işləri və
hüquqlarının müdafiəsi üzrə Respublika Komissiyasına təqdim edir. Lakin, Respublika
Komissiyası rayon və şəhərlərdə fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanlarla iş üzrə
Komissiyalar üzərində bilavasitə rəhbərliyə malik deyil.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, icra hakimiyyətləri uşaq hüquqlarının müdafiəsi sahəsində
əhəmiyyətli rola malikdir və bu sahədə fəaliyyət üç istiqamət üzrə həyata keçirilir: 1) Yetkinlik
yaşına çatmayanlarla iş üzrə komissiya; 2) qəyyumluq və himayə orqanı və 3) tibbi-psixoloji-
pedaqoji komissiya. Burada sadalanan hər üç təsisatın uşaq hüquqları və uşaq məsələləri ilə
məşğul olmalarına baxmayaraq, keçirilmiş monitorinq yalnız Yetkinlik yaşına çatmayanlarla iş
üzrə komissiyaların fəaliyyətini əhatə edib. Monitorinq üçün məhz bu qurumun seçilməsi, onun
11
yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının, o cümlədən uşaq
cinayətkarlığının profilaktikası sahəsindəki rolu olub.
2. Polis idarələrində (şöbələrində) müvəqqəti saxlama təcridxanaları
Polis idarələrində (şöbələrində) müvəqqəti saxlama təcridxanaları Daxili İşlər Nazirliyinin
tabeliyindədir.. Uşaqlar və böyüklər üçün ayrıca müvəqqəti saxlama təcridxanaları olmadığı
üçün, uşaqların bu ümumi mərkəzlərdə saxlanılmasının öyrənilməsi vacibdir.
3. 3 saylı istintaq təcridxanası
3 İnstintaq təcridxanası Ədliyyə Nazirliyinin tabeliyindədir və əsas vəzifəsi istintaq və məhkəmə
gedişatı zamanı şəxslərin təcrid edilməsidir. İstintaq təcridxanası üç bölmədən ibarətdir. Bu
bölmələrdən biri uşaqların saxlanılması üçün nəzərdə tutulub və monitorinq zamanı məhz
uşaqlar saxlanılan bölmə monitorinq edilib.
4. Tərbiyə Müəssisəsi (uşaqlar üçün)
Tərbiyə Müəssisəsi Ədliyyə Nazirliyi Penetensiar Xidmətinin tabeliyindədir və yetkinlik yaşına
çatmayanların azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi yeganə müəssisədir.
5. 4 saylı cəzaçəkmə müəssisəsi (qadınlar üçün)
4 saylı cəzaçəkmə müəssisəsi Ədliyyə Nazirliyi Penetensiar Xidmətinin tabeliyindədir və
qadınların azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi müəssisədir.
6. Xüsusi tədris müəssisələri
Azərbaycanda qanunla ziddiyyətdə olan uşaqlar üçün nəzərdə tutulmuş iki müəssisə - Bakı şəhər
Mərdəkan qəsəbəsi Oğlan uşaqları üçün xüsusi açıq tipli internat məktəbi və Quba rayonu Oğlan
uşaqları üçün xüsusi texniki-peşə internat məktəbi fəaliyyət göstərir. Mərdəkan qəsəbəsində
fəaliyyət göstərən internat mətkəbində 8-16 yaşında olan uşaqlar, Quba rayonunda yerləşən
müəssisədə isə 14-18 yaşlı uşaqlar təhsil və tərbiyə alırlar. Aşağıda göstərilən yetkinlik yaşına
çatmayanlar xüsusi tədris müəssisələrinə yerləşdirilə bilər: qeyri-qanuni hərəkətlərə və hüquq
pozuntularına yol verən; psixoloji zorakılıq qurbanı olan; məktəbə getməyən və valideynləri ilə
çətin münasibətlərdə olan; polis orqanları tərəfindən əvvəlki hüquq pozuntularına görə
qeydiyyata və nəzarətə götürülmüş, lakin reabilitasiyası mümkün sayılmayan; ağır və xüsusilə
ağır cinayətlər törətmiş, lakin qanunvericilikdə göstərilmiş yaş məhdudiyyətinə görə cinayət
məsuliyyəti daşımayan uşaqlar. Sadalanan uşaqlar yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyalar tərəfindən bu müəssisəyə yerləşdirilə bilər. Həmçinin, valideynlər və ya qanuni
nümayəndələrin xahişi ilə də komissiya uşağın müəssisəyə yerləşdirilməsinə qərar verə bilər.
Məhkəmə dinləmələri
Layihə çərçivəsində, yuxarıda sadalanan müəssisə və qurumlarla yanaşı, yetkinlik yaşına
çatmayanlar barəsində aparılan məhkəmə proseslərinin də monitorinqi həyata keçirilib. İl ərzində
yetkinlik yaşına çatmayanlar baraəsində aparılan məhkəmə proseslərinin sayı az olsa da, onların
monitorinqi məhkəmə prosedurları və məhkəmə prosesində iştirak edən əsas tərəflərin
fəaliyyətinin qiymətləndirilməsinə imkan yaratdı.
Təlimlər və Monitorinqi aparan təşkilatlar
12
Monitorinq Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının aşağıdakı üzv-təşkilatları
tərəfindən həyata keçirilib:
-
Ümidli Gələcək Gənclər Təşkilatı
-
“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyi
-
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi
-
“Hüquq Dünyası” İctimai Birliyi
-
“El” İnkişaf Proqramları Mərkəzi.
Göstərilən təşkilatların iyirmi nəfər mütəxəssisdən ibarət monitorinq qrupları fevral-avqust ayları
ərzində monitorinqlərdə iştirak edib.
Monitorinqin keçirilməsi üçün hazırlıq mərhələsi hələ 2005-ci ilin payızından başlanıb. 2005-ci
il 21-26 noyabr tarixində bir qrup QHT və dövlət orqanlarının nümayəndələri üçün yuvenal
ədliyyə sahəsində ilk təlim keçirilib. İsveçrəli keçmiş yuvenal hakim Andre Dünantın apardığı
təlim kursu zamanı, nəzəri məsələlərin əhatə olunması ilə yanaşı, bir sıra təcrübi məşğələlər də
həyata keçirilib.
12-16 dekabr tarixində isə, bilavasitə monitorinqi həyata keçirəcək şəxslər üçün yuvenal ədliyyə
üzrə almaniyalı mütəxəssis, yuvenal hakim Dyerk Helmken və “Azadlıqdan Məhrumetmə
Yerlərinin Müşahidəsi” İctimai Birliyinin mütəxəssisi Sevinc Əliyeva tərəfindən beynəlxalq
hüquq və standartlar, o cümlədən yerli qanunvericiliyi ehtiva edən məsələlərlə bağlı təlim-
seminar reallaşdırılıb. Bundan sonra cənab Helmken, keçiriləcək monitorinq üçün, sorğu
materiallarının ilkin variantını qısa müddət ərzində hazırlayaraq Uşaq Hüquqları üzrə
Azərbaycan QHT Alyansına təqdim edib. Sorğular toplusu Alyansın mütəxəssisləri tərəfindən
təkmilləşdirildikdən və yerli xüsusiyyətlərə uyğunlaşdırıldıqdan sonra kitabça şəklində nəşr
edilib.
2006-cı ilin fevralında monitorinqi icra edəcək şəxslər üçün təcrübi məsələlər, monitorinq
zamanı qarşıya çıxa biləcək suallarla bağlı iki günlük yekun seminar həyata keçirilib.
Aprelin ortalarından başlayaraq, hər biri iki nəfərdən ibarət olan 8 monitorinq qrupu
Respublikanın bütün rayonlarına səfərlər edib yerlərdə fəaliyyət göstərən icra hakimiyyətləri
yanında yaradılmış yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyaların və rayon polis idarələri (şöbələrinin) müvəqqəti saxlama təcridxanalarının
fəaliyyəti ilə tanış olublar. Bu səfərlər zamanı komissiyaların sədrləri, yaxud məsul katibləri,
eləcə də RPŞ-lərin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik
işin təşkili qrupunun inspektorları və MST-lərin rəisləri ilə müsahibələr aparılıb.
13
I. EMPİRİK TAPINTILAR
Yuvenal ədliyyə təsisatlarının fəaliyyətinə ümumi baxış
Azərbaycanda yuvenal ədliyyə sistemində problemlər müxtəlif səpkili və çox mürəkkəbdir.
Bunların hamısı uşaq hüquqları baxımından vacib hesab olunmalıdır. Ər-Riyad Prinsipləri, Pekin
Qaydaları və BMT UHK kimi beynəlxalq qayda və prinsiplər qanunla mühakimə edilmiş
uşaqlarla rəftarın əsasən həmin uşağın cəmiyyətə yenidən inteqrasiyasına yönəldiyini bildirir və
uşağı buna ruhlandırmağı və ya həmin mühitdə konstruktiv rol oynamağı tələb edir. Bu yanaşma
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində əksini tapsa da, reallıqda, yuvenal ədliyyə
sistemində buna tam riayət edilmir.3
Azərbaycanın Respublikasının rayonlarında aparılmış monitorinqin ümumi nəticələri ondan
ibarətdir ki, bölgələrdə qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanlarla aparılan iş arzu
olunan səviyyədə deyil. İstər icra hakimiyyətləri yanında yaradılmış yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, istər rayon polis şöbələrində
fəaliyyət göstərən ictimai təhlükəsizlik bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki
işin təşkili qruplarının, istərsə də rayon məhkəmələrinin bu sahədəki fəaliyyətləri günün
tələblərinə cavab vermir. Göstərilən orqanlar ya onların üzərinə düşən işin öhdəsindən lazımınca
gələ bilmir, ya da öz vəzifələrini layiqincə icra etmirlər.
Aparılmış müşahidələr və sorğular əsasında aşağıdakı ümumi çatışmazlıqları qeyd etmək
mümkündür:
1.1. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyalar:
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların rəhbərlərinin iş yükünün
həddindən artıq çox olması
Komissiya sədrlərinin icra strukturlarında yüksək vəzifə tutması bir yandan komissiyaların
səlahiyyətli qurum kimi fəaliyyət göstərməsinə zəmin yaradırsa, digər tərəfdən isə, onların öz
vəzifə səlahiyyətlərindən irəli gələn məsələlərlə məşğul olmaları üzündən komissiyaların işində
“axsama”lara, işin səmərəli təşkilinə əngəllərin yaranmasına səbəb olur. Adətən, rayon və ya
şəhər icra hakimiyyəti başçısının müavini yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyanın da
sədri vəzifəsini həyata keçirir.
4
Onu da qeyd etmək lazımdır ki, komissiya üzvləri eyni zamanda
bir neçə komissiyalarda təmsil olunurlar və bu da son nəticədə işlərin bir-birinə qarışmasına,
onların hansı işin prioritet olduğunu müəyyən etmələrinə mane olur. Bundan başqa, komissiya
üzvlərinin özlərinin (əsasən ştatlı işçi olan məsul katib və məsləhətçi psixoloqların) dediyinə
görə, onları rayon icra hakimiyyətinin müxtəlif təsərrüfat işlərinə (işıq pulu yığmaq, qaz pulu
yığmaq, abadlıq işləri və s.) cəlb edirlər. Bunun da nəticəsi olaraq, yetkinlik yaşına
çatmayanlarla iş üzrə komissiyaların sədrləri, məsul katibləri və məsləhətçi-psixoloqları işlərinə
laqeyd yanaşır, komissiyanın işini ikinci dərəcəli hesab edirlər.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların ayrıca və ixtsaslaşmış təsisat
kimi fəaliyyət göstərməməsi
3
Azərbaycanda Yuvenal Ədliyyə. Uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının alternativ hesabatı, 2006. s. 9
4
Adətən komissiya sədrləri RİH başçısının 1-ci müavini, yaxud müavinlərindən biri olur. Bərdə rayonunda isə, komissiyaya
sədrliyi RİH başçısının özü edir.
14
Monitorinq aparıldığı bir sıra rayonlarda yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar icra
hakimiyyətləri tərkibində ayrıca qurum kimi fəaliyyət göstərmir. Yetkinlik yaşına çatmayanlarla
iş üzrə komissiyaların sədrləri və məsul katibləri öz vəzifə və səlahiyyətləri barədə dəqiq
məlumata malik deyil. Məsələn, Bakı şəhərinin Nərimanov rayonunda yetkinlik yaşına
çatmayanlarla iş üzrə komissiyanın fəaliyyəti RİH-nin tərkibində olan digər qurumların,
məsələn, qəyyumluq və himayə orqanının fəaliyyəti ilə səhv salınır. Qəyyumluq və himayəçilik
məsələlərinə dair ərizələr daha çox daxil olduğundan, yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyanın məsul katibi bu məsələlərlə əlaqədar daha böyük təcrübəyə malikdir. Vəzifələrin
qarışıqlığı digər rayon və şəhərlər üzrə aparılan monitorinq nəticəsində də təsdiq edilib.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların nümayəndələri ilə müsahibələr zamanı
onların daha çox istinad etdikləri məsələlər məhz qəyyumluq və övladlığa götürmə məsələləri
olub. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar ilə qəyyumluq və himayə orqanları
arasında olan fərq barəsində suala cavab olaraq məsul katib və psixoloqlar hər iki qurumda
fəaliyyət göstərdiklərini bildiriblər. Bəzi rayonlarda isə bu qurumların üzvlərinin eyni olduğu
bildirilib.
Xüsusilə qeyd etmək lazımdır ki, Astara rayonu icra hakimiyyətində yetkinlik yaşına
çatmayanlarla iş üzrə komissiyanın fəaliyyət göstərməli olduğunu bilmirlər. Belə ki, Astara
rayon icra hakimiyyəti başçısının birinci müavini monitoriq qrupuna bildirib ki, «Astara Rayon
İcra Hakimiyyəti aparatında bu adda komissiya yoxdur. Belə işlərlə polis məşğul olur».
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalarda ştat çatışmazlığı və əmək
haqqının azlığı
Monitorinq aparılan yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların əksəriyyətindən
səmərli fəaliyyətin qurulması üçün ştat çatışmazlığı probleminin həll olunmasının əsas məsələ
olduğu bildirilib. Xüsusən psixoloqlar, uşaqlar və ailələrlə birbaşa işləmək üçün sosial işçilər və
digər əlavə üzvlərə ehtiyac olduğu qeyd olunub. Yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyalar tərəfindən yetkinlik yaşına çatmayanlarla profilaktik işin səmərəli qurulmasına
maneə kimi də məhz ştat çatışmazlığı göstərilib.
Müvəqqəti olaraq məsləhətçi qismində cəlb edilmiş psixoloqlar qanunla ziddiyətdə olan
yetkinlik yaşına çatmayanlarla iş bacarığına və təcrübəyə malik deyillər. Onlara verilən əmək
haqqının məbləği də çox azır. Məhz buna görə, əksər rayonların komissiyalarında bu vəzifələr
adətən boş qalır.
Rayon icra hakimiyyəti başçıları, komissiyada iştirak etmək üçün, mərkəzi icra hakimiyyəti
orqanlarının rayonlarda olan idarə və ya şöbələrinin nümayəndələrini ictimai əsaslarla
komissiyaya təhkim edirlər
5
. Əksər rayon və şəhərlərdə yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyaların üzvləri passivdir və komissiyaların iclaslarında nadir hallarda iştirak edirlər. Elə
buna görə də, yetkinlik yaşına çatmayanlar üzrə komissiyaların məsul katib və psixoloqları
komissiya üzvlərinin və işlədikləri idarələrin adlarını çəkməkdə belə çətinlik çəkirlər.
Monitorinq zamanı əldə edilən məlumatlara əsasən, sözügedən komissiyaların üzvlərinin sayı 7-
11 nəfər təşkil edir.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar uşaqların yerləşdirilməsini
monitorinq etmir
5
Polis idarəsi (şöbəsi), əmək və əhalinin sosial müdafiəsi departamenti, gənclər və idman departamenti, təhsil şöbəsi, səhiyyə
şöbəsi tərəfindən komissiyanın faəliyyətində iştirak etmək üçün təhkim edilmiş nümayəndələr və RİH-in hüquqşünası
15
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar uşaqların dövlət uşaq müəssisələrinə
yerləşdirilməsini monitorinq etməlidir
6
. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar
adətən uşaqların açıq və qapalı tədris müəssisələrinə yerləşdirməklə məşğuldur. Bakı şəhərinin
bəzi yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaları istisna olmaqla, ümumilikdə
komissiyalar tərəfindən uşaqların internat müəssisələri, uşaq evləri və ya xüsusi məktəblərə
müvəqqəti və ya uzun müddətli yerləşdirilməsinin monitorinqi aparılmır. Yetkinlik yaşına
çatmayanlarla iş üzrə komissiyaların daha çox uşaqların internat müəssisələrinə yerləşdirilməsi
məsələlərinə baxdığını nəzərə alsaq, uşaqların yerləşdirilməsinin dövrü monitorinqi və yenidən
baxılmasının bu yerləşdirilmələrin nə dərəcədə səmərəli olub olmamasının öyrənilməsi nöqteyi
nəzərindən əhəmiyyətli olduğunu görərik.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə Komissiyalar məhkəmə dinləmələrində iştirak
etmir
Yetkinlik yaşına çatmayanlarla iş üzrə Komissiyaların əksəriyyəti yetkinlik yaşına çatmayanların
işlərinə dair məhkəmə proseslərində iştirak etmir. Komissiyaların nümayəndələri bunu məhkəmə
proseslərindən xəbərsiz olduqlarını və məhkəmələrdən bununla bağlı məlumatların daxil
olmaması ilə izah edir. Əhatə etdikləri ərazi boyu uşaqlara dair məlumatın toplanması, təhlili,
araşdırılması və məruzəsi birbaşa komissiyaların vəzifəsi olduğunu nəzərə alsaq, belə qənaətə
gəlmək olar ki, komissiyalar bu vəzifələrin öhdəsindən gələ bilmir.
7
Bundan əlavə, polis
müvəqqəti saxlama təcridxanaları, istintaq təcridxanaları və tərbiyə müəssisəsində olan uşaqlar
heç bir mərhələdə yetkinlik yaşına çatmayanlar üzrə komissiyanın nümayəndələrini görməyiblər.
Monitorinq edilmiş yetkinlik yaşına çatmayanlar komissiyalarının heç biri məhkəmələr
tərəfindən uşaqlara qarşı çıxarılan cəzalandırma tədbirlərinin yüngülləşdirilməsi, cəzanın
çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi və ya uşağın vaxtından əvvəl cəzadan
azad edilməsi və s. məsələlərlə bağlı indiyədək hər hansı bir məhkəməyə müraciət etməyib
8
.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar uşaqlarla işin təkmilləşdirilməsi
sahəsində təklif və tövsiyələr vermir
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar fəaliyyət göstərdiyi ərazi üzrə uşaqlar
arasında cinayətkarlıq və digər hüquqpozmalara dair mütamadi araşdırmalar aparmalı, mövcud
vəziyyəti və onun dinamikasını təhlil etməli, müəyyən edilmiş cinayətkarlıq və hüquqpozmaların
törədilməsi səbəblərini öyrənməli və bu halların profilaktikası və aradan qaldırılması məqsədi ilə
tövsiyə və təkliflərini hazırlamalıdır
9
. Monitorinq zamanı sənədlərlə, rüblük və illik hesabatlarla
tanışlıq onu deməyə əsas verir ki, komissiyalar fəaliyyət sahələri üzrə hər hansı bir təhlillərin
aparılması, təklif və tövsiyələrin verilməsi ilə məşğul olmur.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar uşaqlara ünvanlanan, onların hüquqlarının
qorunması, sosial müdafiəsinin gücləndirilməsi, reabilitasiyanın aparılması, qanunla ziddiyyətdə
olan uşaqların cəmiyyətə inteqrasiyası və davranışlarının korreksiyası, təhsili və ya onlara təsir
edəcək qanunlar, əsasnamələr və hüquqi-normativ aktların hazırlanmasında iştirak etməlidirlər
10
.
Lakin monitorinq onu göstərdi ki, əksər komissiyalar vahid bir qurum olaraq yerli, regional və
milli səviyyədə hər hansı bir sənədlərin, proqramların və fəaliyyət planlarının hazırlanmasında
6
Yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiyanın Əsasnaməsi, 31 may 2002. II Hissə, Maddə 5
(par.3).
7
“Sizin rayon və ya şəhərdən müvəqqəti saxlama təcridxanası, instintaq təcridxanası və ya tərbiyə müəssisəsində uşaq
saxlanılırmı?” sualına komissiya nümayəndələri aydın cavab verə bilmədi.
8
Yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiyanın Əsasnaməsi, 31 may 2002. II Hissə Mad. 5
(par.11)
9
Yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiyanın Əsasnaməsi, 31 may 2002. II Hissə Mad. 5
(par.18)
10
Yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə komissiyanın Əsasnaməsi, 31 may 2002.
16
iştirak etməyib. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar tərəfindən Nazirlər
Kabinetinə və RİH-ə təqdim edilən rüblük və illik hesabatlara nəzər yetirsək və bu məsələlərə
dair heç bir məlumatın olmadığını nəzərə alsaq, yuxarıda təsvir edilmiş vəziyyətin nəyə görə baş
verdiyini anlamaq olar. Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar tərəfindən hazırlanan
və Nazirlər Kabinetinə və RİH-ə təqdim edilən 1-3 səhifəlik hesabatlar daha çox komissiyanın
görüşləri, məktəblərə etdikləri səfərlər, uşaqlara aid təşkil etdikləri və iştirak etdikləri tədbirlər,
keçirilmiş konsertlər və digər mədəni tədbirləri təsvir edir və nadir hallarda, müzakirə edilmiş
şikayətlər və ya daxil olan işlər üzrə çıxarılan qərarlara dair məlumatı əks etdirir. Nəticə etibarilə
belə qənaətə gəlmək olar ki, yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar uşaqlarla işləyən
əsas qurum kimi öz vəzifələrini yerinə yetirə bilmir.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar alternativ tədbirlərdən istifadə
etmir
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar qanuna uyğun olaraq az ağır və böyük
ictimai təhlükə törətməyən cinayətlərə dair işlərə baxa və qanunda nəzərdə tutulmuş müxtəlif
alternativ tərbiyəvi tədbirlər tətbiq edə bilər
11
. Lakin buna baxmayaraq, monitorinq onu göstərdi
ki, son 2-3 il ərzində heç bir komissiya bu sahədə olan işlərə baxmayıb.
Monitorinq nəticəsində müəyyən olundu ki, yetkinlik yaşına çatmayanlarla iş üzrə
komissiyaların Azərbaycan Respublikası Prezidenti yanına Əfv komissiyasına müraciət etmək
hüququna malik olmasına baxmayaraq, indiyədək heç bir komissiya 14-18 yaşında olan və
məhkəmə tərəfindən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş hər hansı bir uşağın əfv
edilməsi ilə bağlı Əfv komissiyasına müraciət etməyib
12
.
Qanuna əsasən, komissiya uşağın inkişafı, reabilitasiyası, inteqrasiyası, işlə təmin edilməsi və ya
təhsili ilə bağlı dövlət və qeyri-hökumət təşkilatları, biznes qurumlarına müraciət etmək və
onlardan dəstək istəmək hüququna malikdir. Məsələn, uşağın işlə təmin edilməsi məqsədilə
komissiya hər hansı bir supermarketə və ya uşaqların idmana cəlb edilməsi ilə bağlı Azərbaycan
Olimpiya İdman Mərkəzlərinə müraciət ünvanlaya bilər. Lakin montorinq nəticəsində yetkinlik
yaşına çatmayanlarla iş üzrə komissiyaların əksəriyyətinin yetkinlik yaşına çatmayanların
tərbiyəsi, işə düzəlməsi, və ya təhsili ilə əlaqədar
13
dövlət orqanlarına, müəssisələrə, təşkilatlara
rəsmi müraciət etmədiyi
14
aşkar olundu.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar mütamadi görüşlər və müzakirələr
keçirmir
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların iclaslarının vaxtı qeyri-müəyyəndir və bəzi
rayonlarda daimi müntəzəmliyə malik deyil. Bəzi sədrlər və məsul katiblər, ümumiyyətlə,
sonuncu iclasın vaxtını belə xatırlaya bilməyib.
Yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar dövlət uşaq müəssisələrindən süni
şəkildə istifadə edir
Dostları ilə paylaş: |