Əlavə 1. Xüsusi tədris müəssisələri
Quba rayon Oğlanlar üçün texniki peşə təlim-tərbiyə müəssisəsində tərbiyə
olunanlar arasında sorğu
Monitorinq zamanı müəssisədə tərbiyə olunan 13-18 yaş arasında olan 23 yetkinlik yaşına
çatmayanlar arasında anonim sorğu aparılmışdır. Uşaqların bildirdiyinə görə, onlar buraya
evdən, məktəbdən, tərbiyə aldıqları internatlardan qaçdıqları və ya oradakı intizamı pozduqlarına
görə, həmçinin, cinayət əlamətləri olan ictimai təhlükəli əməl törətdiklərinə görə yerləşdirmişlər
Qeyd etmək lazımdır ki, dindirilən uşaqların əksəriyyəti aztəminatlı sosial təbəqəyə aid olan,
natamam (əksəriyyətinin ataları və ya anaları yoxdur, mövcud olanı isə həbsxanada cəza çəkir və
ya yataq xəstəsidir) ailələrdən olan uşaqlardır. Buraya onları kim göndərməsi sualına uşaqlar
valideynləri, polis, əvvəllər saxlandıqları internatların müdiri olduğunu bildirdilər. Burada
olmalarını yalnız 5 uşaq ədaləli sayır, 1 nəfər bu sualın cavabın bilmədiyini, qalanları isə buraya
salınmalarını ədalətsiz hesab edirlər.
23 uşaqdan 18-i valideynləri və qohumlarının onları ziyarət etmədiklərini, 4 nəfər hərdən-bir
ziyarət etdiklərini və 1 nəfər mütamadi olaraq ziyarət edildiyini bildirdi. Uşaqlardan 10 nəfəri
müəssisədə ziyarət edənlərlə rahat, azad və məhdudiyyyətsiz danışmaq imkanının
yaradılmadığını bildirdilər.
Sanitar-igiyenik vəziyyətin və avadanlıqların pis olmasını 16 şəxs etiraf etdi. Sorğu götürülən 23
nəfərin hamısı ümumi yataq otağında yatdıqlarını bildirdilər. Uşaqların hamısı yataq dəstlərinin
köhnə və nəm olduqlarını bildirdilər. Uşaqlardan beşi tək adamlıq otaqlarda yatmaq istədiklərini
bildirdilər. 4 nəfər isə yataq otağında gecə vaxtı digər uşaqların pis rəftarına məruz qalma
hallarının olduğunu bildirdi.
Yeməyin keyfiyyətini yalnız 4 nəfər yaxşı qiymətləndirdi, 1 nəfər yeməyin keyfiyyətindən razı
qalsa da, doymadığını, qalanları isə yeməyin dözülən həddə olduğunu bildirdilər.
«Siz nadinclik edəndə müəllimlər, tərbiyəçilər sizə qarşı hansı tədbirlər tətbiq edirlər» sualına
uşaqların əksəriyyəti barələrində şifahi və məcburi əmək kimi tədbirlərin görüldüyünü
bildirdilər. Lakin «döyülməyə, təhqirə məruz qalmısınızmı» sualına 6 yetkinlik yaşına çatmayan
cavab vermək istəmədiyini söyləsə də, dördü hərdən döyülmə halların olmasını etiraf etdilər.
Əyləncə imkanlarının qiymətləndirməsinə gəldikdə isə uşaqların 7 nəfəri bu imkanların pis
olduğunu, digərləri isə kifayət dərəcədə olmasını bildirdilər. Lakin uşaqların əksəriyyəti burada
idman oyunlarının keçirilməsi üçün imkanın olmadığını və bu halın onların istirahət vaxtlarının
səmərəli keçməsinə mane olduğunu bildirdilər.
Quba rayon Oğlanlar üçün texniki peşə təlim-tərbiyə müəssisəsinin rəhbəri ilə
müsahibə
Müəssisə rəhbəri Xalıq Bayramov 1974-cü ildən sözügüdən müəssisədə çalışır və 1985-ci ilin
aprel ayından sözügedən müəssisənin rəhbəri vəzifəsindədir. O, öz işindən çox razı olduğunu
bildirdi. Müəssisə rəhbərinin aylıq əmək haqqının 80-100 manat təşkil etdiyini bildirdi.
X. Bayramov müəssisədə uşaqların işləyib pul qazanması imkanın olmamasını bildirsə də,
buradakı istirahət və əyləncə imkanlarının və sanitar-gigiyenik vəziyyəti orta olaraq
qiymətləndirir (daha yaxşı da ola bilərdi). Ən böyük problemlərdən biri kimi cənab Bayramov
47
yetkinlik yaşına çatmayanların ali məktəbə qəbul imtahanlarda iştirak etmək və diplom əldə
etmək imkanlarının olmamasını qeyd etdi. Onun verdiyi məlumata əsasən, müəssisə
məzunlarından yalnız 1988-ci ildə 1 uşaq ali məktəbə qəbul olub.
X. Bayramov müəssisənin Nizamnaməsinə əsasən, yetkinlik yaşına çatmayanların valideynlərini
görmək və ya digər məqsədlər üçün (təhsil və s.) müəssisənin hüdudlarını tərk edə bilmədiklərini
bildirdi. O, eyni zamanda telefon danışıqlarına və məktublaşmaya heç bir məhdudiyyət
olmadığını bildirdi. Müəssisədə tərbiyə olunanlara qarşı heç vaxt güc tətbiq edilmədiyini də
söylədi.
Müəssisə rəhbərinin sözlərinə görə, tərbiyə olunanlar 18 yaşları tamam olduqda Pedoqoji
Şuranın qərarı ilə evə buraxılır, 18 yaşına çatmayanlar isə Təhsil Nazirliyi tərəfindən evə
buraxıla bilərlər.
Müəssisədə hər gün saat 14.00-dan 1 nəfər həkim, 1 psixoloq, saat 09.00-13.00 radələrində isə 4
nəfər müəllim, peşə təlimi üzrə 1 nəfər istesalat ustası çalışırlar. Işçilərin orta aylıq əmək haqqı
56 YAM təşkil edir.
Bakı şəhəri Mərdəkan qəsəbəsi Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə
müəssisəsində tərbiyə olunanlar arasında sorğu
Monitorinq zamanı müəssisədə tərbiyə olunan 9-16 yaş arasında olan 15 uşaq arasında anonim
sorğu aparılmışdır. Uşaqların hamısının dediklərinə əsasən, onlar buraya evdən və ya məktəbdən
qaçdıqları, valideynlərlə ünsiyyətdə çətinlik çəkdikləri səbəbindən yerləşdirilmişlər. Yalnız bir
respondent buraya nə üçün düşdüyünü bilmədiyini söylədi. 15 uşaqdan 3-ü onların bura
salındıqlarından əvvəl heç kim tərəfidən onlara və yaxud onların valideynlərinə xəbərdarlıq
edilmədiklərini bildirdilər.
Qeyd etmək lazımdır ki, dindirilən uşaqların hamısı aztəminatlı sosial təbəqəyə aid olan
natamam ailələrdən olan uşaqlardır. Uşaqların əksəriyyətinin ataları yoxdur, mövcud olanı isə
həbsxanada cəza çəkir və ya yataq xəstəsidir, bir uşaq atası olamadığını və anası da onu tərk
etdiyini bildirdi, biri isə, ümumilikdə, valideynlərinin olmamasını bildirdi. Buraya onları kimin
göndərməsi sualına uşaqlar valideynləri, polis, əvvəllər təhsil aldıqları məktəbin müdiri və ya
müəllimi olduğunu bildirdilər. Ümumilikdə, uşaqlar buradakı saxlanılma şəraitinin yaxşı
olduğunu, onlarla müəssisədə yaxşı rəftar olduğunu bildirdilər. Uşaqlar müəssisədəki həyatlarını
yaxşı qiymətləndirsələr də, əksəriyyəti öz ailələrinə qayıtmaq istədiklərini bildirdilər. 15 uşaqdan
2-si valideynləri və qohumları onları ziyarət etmədiklərini, üçü hərdən-bir ziyarət etdiklərini,
qalanları isə mütamadi olaraq ziyarət edildiklərini bildirdilər. Uşaqlar yaxınları gəldikdə
müəssisədə onların görüşməsinə imkan yaradıldığını bildirdilər.
«Siz nadinclik edəndə müəllimlər, tərbiyəçilər sizə qarşı hansı tədbirlər tətbiq edirlər» sualına
uşaqlar barələrində şifahi tədbirlərin görüldüyünü bildirdilər. Yalnız bir uşaq müəlimlərin onun
qulağını burduğunu və sillə vurduqlarını bildirdi.
Dindirənlərin əksəriyyəti 50-60 nəfərlə birgə idman zalında yatdıqlarını bildirdilər. Yataq
dəstinin dəyişılməsini bir uşaq 10 gündən bir, digər uşaq isə 1 ayda 1 dəfə dəyişildiyini göstərdi.
«Sənin fikrincə, bura göndərilmənin əvəzində sənə qarşı hansı tədbirin görülməsi daha
məqsədəuyğun olardı» sualına uşaqların əksəriyyəti bura göndərilmənin düzgün olduğunu,
bəziləri isə bu haqda bir fikirləri olmadıqlarını bildirdilər.
48
15 uşaqdan yalnız 1-i buradakı təhsilin yaxşı olmadığını bildirdi. Uşaqlar dərs vaxtı qrup
paltarlarını, adi vaxt isə umumi paltarlarını geyindiklərini bildirdilər.
Əyləncə imkanlarının qiymətləndirməsinə gəldikdə isə uşaqların çox hissəsi onlardan razı
qaldıqlarını bildirdilər, yalnız bir uşaq müəssisədə olan kompüter otağına onları daha tez-tez
buraxılmasını arzu etdi.
Dindirilən uşaqlardan (onların sözlərinə görə) ən uzun müddət burada saxlanılanı 6 il burada
olduğunu bildirdi (hal-hazırda onun 16 yaşı var).
Bakı şəhəri Mərdakan qəsəbəsi Oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə
müəssisəsinin rəhbəri ilə müsahibə
Müəssisə rəhbəri cənab Nadir Əhmədov artıq 10 ildir ki, açıq tipli xüsusi təlim-tərbiyə
müəssisəsinin müdiri vəzifəsində çalışır və öz işindən qismən razı olduğunu bildirdi. Bunu işin
ağırlığı, alınan məvacibin isə az olması ilə əlaqələndirdi (194,4 manat). Ümumiyyətlə, bu faktı
müəssisənin bütün işçi heyətinə şamil etdi. Cənab Əhmədov buradakı istirahət və əyləncə
imkanlarının orta olaraq qiymətləndirdi (daha yaxşı da ola bilərdi), sanitar-gigiyenik vəziyyəti
yaxşı və ümumiyyətlə, hal-hazırda aparılan təmirdən sonra müəssisənin maddi-texniki
imkanlarının qənaətbəxş olacağını bildirdi. Ən böyük problem kimi, cənab Əhmədov işçi
heyətinin gördüyü ağır işin müqabilində az maaş aldıqlarını (texniki işçilər cəmi 30-50 YAM,
müəllim və tərbiyəçilər 70-140 YAM) və bu səbəbdən kadrların bu müəssisəyə işləməyə can
atmadıqlarını bildirdi, bu da öz növbəsində kadr çatışmazlığına gətirib çıxardır.
Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının monitorinq qrupu 07 aprel 2006-cı il
tarixində oğlanlar üçün açıq tipli xüsusi təlim-tərbiyə müəssisəsində ikinji monitorinqi həyata
keçirdi. Monitorinqin zamanı əsas məqsəd birinji monitorinq zamanı sorğu götürülməmiş
uşaqlardan müsahibələrin götürülməsi və ilkin monitorinq zamanı diqqətdən yayınmış bəzi
məqamların dəqiqləşdirilməsi idi.
Bakı şəhəri Mərdakan qəsəbəsi Oğlanlar üçün Açıq tipli xüsusi təlim-tərbiyə
müəssisəsində 35 uşaq arasında aparılmış sorğunun nəticəsi
Yaş Uşaql
arın
sayı
Göndərən qurum
Saxlanmanın səbəbi Qohumlar
tərəfindən
ziyarət edilmə
Tək nəfərli
otaqda
qalmaq
istəyi
Cəzalandırma Müəssisəd
ə
saxlanması
ədalətlidir
mi
10
1 Yetkinlik
yaşına
çatmayanlarla iş
üzrə komissiya
2 Məktəb
dərslərindən
qaçmaq
18 Mütamadi 23 Bəli 6 Cismani
cəzalandırma
6 Bəli 20
11
1 Valideynlər 16
Valideynləri ilə
yola getməmək
3 Nadir
hallarda
8 Xeyr
20 Tək nəfərli
otağa salmaq
0 Xeyr
14
12
0 Məktəb 9
Şuluqluq
salmaq
3 Ziyarət
edilmir
4
Məcburi əməyə
cəlb etmək
3
13
10 Polis
3
Digəri 8
Görüşlərin
yasaqlanması
1
14
13 Digəri 3
Bilmir 3
Şifahi tədbirlər 20
15
7
Digəri 3
16
2
49
Əlavə 2. 3 saylı İstintaq Təcridxanası
3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılanlar arasında sorğu
Monitorinq zamanı müəssisədə saxlanılan 24 nəfər yetkinlik yaşına çatmayan şəxs arasında
anonim sorğu aparılmışdır. Sorğu əsasən yetkinlik yaşına çatmayanların təcridxanada saxlanılma
şəraiti, həmçinin saxlanılanlara qarşı tətbiq olunan bəzi prosessual qaydalar ilə bağlı idi.
Yetkinlik yaşına çatmayanlar 4 və 5 nəfərlə birgə kamerada qaldıqlarını və onların arasında 1
nəfər yetkinlik yaşına çatmış şəxs olduğunu (21, 38, 34, 42, 45, 47, 52 yaşlarında) bildirdilər.
Uşaqlardan onların yetkinlik yaşına çatmış şəxslərlə saxlanılmasına münasibətlərini soruşduqda
demək olar ki, əksəriyyəti bu fakta müsbət münasibət göstərdilər və “ağsaqqalların” (onlar
böyükləri bu cür çağırırlar) kamerada intizam yaratmaqda böyük rol oynadıqlarını bildirdilər.
Qeyd etmək lazımdır ki, «birnəfərlik kamerada qalmaq istərdinizmi» sualına, bir nəfər istisna
olmaqla, bütün uşaqlar “Xeyr” cavabını verdilər. Onların fikrincə, belə olduğu təqdirdə çox
darıxdırıcı olar.
Artıq məhkum edilmiş şəxslər ilə birgə saxlanılmaları barədə 4 yetkinlik yaşına çatmayan
məlumat verdi.
Həbs altında saxlanılan yetkinlik yaşına çatmayanların böyük əksəriyyəti buradakı şəraitin,
əyləncə-istirahət imkanlarının, sanitar gigiyenik vəziyyətin normal olduğunu bildirdilər.
Yeməyin keyfiyyətinin 7 nəfər dözülən həddə, 4 nəfər pis, qalanları isə qənaətbəxş olduğunu
bildirdilər.
Uşaqların demək olar ki, hamısı (1 nəfər istisna olmaqla) burada heç bir təhsil və ya peşə təlimi
keçilmədiyini bildirdilər.
Saxlanılanlar ümumilikdə intizam tədbirlərindən şifahi xəbərdarlıq və intizam təcridxanasına
salınmanın tətbiq edilməsini və onların hər-hansı bir qəddar və ya ləyaqəti alçaldan rəftara məruz
qalmadıqlarını bildirdilər. Lakin 3 nəfər intizam qaydalarını pozduqlarına görə döyüldükləri
haqda məlumat verdilər. Uşaqlardan biri döşəməsinə xlor tökülmüş intizam kamerasında
saxlanıldığını bildirdi. «Hansı hərəkətinə görə döyülmüsən» sualına yetkinlik yaşına
çatmayanlardan biri pəncərədən digər kameranın məhbusu ilə söhbət etdiyinə görə bu cəzaya
məruz qaldığını söylədi. 2 nəfər isə fiziki zorakılıqla bağlı olan suala cavab vermək istəmədiyini
bildirdi.
Saxlanılanlar arasında yalnız 6 nəfər valideynlərinin onlara mütamadi olaraq və 6 nəfər
hərdənbir baş çəkdiklərini və bu halda görüşə heç bir maneə törədilmədiyini bildirdilər. Digər
saxlanılanların hamısı onların yanına müdiriyyət tərəfindən heç kimi, hətta valideynlərinin də
buraxılmadığını bildirdilər.
3 nəfər ümumiyyətlə, tutulduqları andan indiyə qədər valideynlərini görmədiklərini dedilər.
Uşaqlar bu faktı istintaq altında olmaları ilə izah etdilər. Təcridxana əməkdaşına bu haqda sual
verildikdə bildirildi ki, valideynlər müstəntiq tərəfindən qanuni nümayəndə qismində tanındıqları
halda, onlara uşaqları ilə görüşməyə icazə verilir
63
.
63
Belə qənaətə gəlmək olar ki, istintaq aparan şəxs yetkinlik yaşına çatmayanlara və onların nümayəndələrinə hüquqlarının
həyata keçirmə mexanizmlərini izah etməmişdir.
50
Rüşvətxorluq hallarının olması sualına cavab verərkən yalnız 2 nəfər bu cür hal ilə qarşılaşdığını
bildirdi.
«Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların
nümayəndəsi ilə görüşmüsünüzmü, yaxud onlar sizin ilə maraqlanıblarmı» sualına, yetkinlik
yaşına çatmayanlar hamısı belə qurumu ümumiyyətlə, tanımadıqlarını bildirdilər.
Respondentlərdən 3 nəfər orada nəyə görə olduğunu bilmədiyini bildirdi. Təcridxanada olmasını
11 nəfər ədalətsiz hesab edir. Onlardan bəziləri ümumiyyətlə, cinayət törətmədiyini, digərləri isə
törətdiklərindən daha ağır əməllərdə təqsirləndirildiklərini bildirdilər.
Uşaqların hamısı qanunda nəzərdə tutulmuş tutulma müddətlərinin pozulduğunu, tutulan andan
yalnız xeyli müddət keçdikdən sonra vəkilinin, valideynlərinin və ya digər qanuni
nümayəndələrinin yanlarına buraxıldığını bildirdilər.
Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin 92.3.5 , 432.2-ci maddəllərinə əsasən,
şübhəli və ya təqsirlndirilən şəxs cinayəti törətdərkən yetkinlik yaşına çatmadıqda müdafiəçinin
iştirakı məcburidir. Həmçinin, müdafiəçinin iştirakı şəxsin tutulduğu andan təmin edilməlidir.
Lakin təcridxanada saxlanılan yetkinlik yaşına çatmayan şəxslərin dediklərinə əsasən, onların
işlərində müdafiəçinin iştirakı qanunda göstərilən müddətləri kobudcasına pozulması ilə
müşayiət edilmişdir.
Tutulduqdan sonra keçən
müddət
Uşaqların sayı
1 gün
3
3 gün
1
4 gün
1
14 gün
1
15 gün
1
1 həftə və daha çox
2
1 ay
1
Yetkinlik yaşına çatmayanlar bir nəfər kimi dövlət tərəfindən təyin olunan vəkillərin göstərdiyi
hüquqi yardımın formal xarakter daşıdığını dedilər.
AR CPM–nin 434.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində həbs
qətimkan tədbirinin müstəsna tədbir kimi və mümkün qədər qısa müddət ərzində tətbiq
edilməsinə yol verilir. Qeyd etmək lazımdır ki, beynəlxalq təcrübədə həbs qətimkan tədbirinin
müddəti təyin olunaraq “ağlabatanlıq” məfhumu nəzərə alınmalıdır.
3 saylı İstintaq Təcridxanasında saxlanılan şəxslərin həbsdə saxlandıqları müddətlərə nəzər
yetirdikdə görünür ki, müddət təyin edərkən ibtidai istintaqın maraqları nəzərə alınsa da, CPM-
nin 434.2-ci maddəsinə riayət edilmir.
3 saylı İstintaq Təcridxanasının rəhbəri ilə müsahibə
Müəssisənin rəisi Elxan Sadıxov artıq 25 ildir ki, azadlıqdan məhrumetmə yerlərində çalışır. 9
aydır ki, 3 saylı İstintaq Təcridxanasının rəisidir.
Qeyd etmək lazımdır ki, müəssisə işçiləri burada işin ağır, verilən məvacibin isə az olmasından
gileyləndilər.
51
E.Sadıxov təcridxanada mövcud olan istirahət və əyləncə imkanlarının qənaətbəxş hesab edir.
Lakin o, hər bir halda uşağın təcrid olunaraq dəmir barmaqlıqlar arasında saxlanmasını düzgün
hesab etmir. Onun fikrincə, belə hal uşaq psixologiyasının korlanmasına, onlarda sərtləşmə,
həyata küskünlük hisslərinin yaranmasına gətirib çıxarır. Hər bir halda uşaqlar onların
psixologiyası və yaşları nəzərə alınmaqla yaradılmış xüsusi təlim-tərbiyə müəssisələrində
saxlanılmalıdırlar.
E.Sadıxov burada təhsil almaq, ali məktəbə qəbul imtahanlarında iştirak etmək imkanının
olmadığını, lakin bu məsələnin Təhsil Nazirliyində müzakirə edildiyini bildirdi.
Rəis buradakı yeməyin, sanitar gigiyenik vəziyyətin qənaətbəxş olduğunu qeyd etdi. O, hal-
hazırda müəssisədə təmir işlərinin aparılması haqda məlumat verdi.
Rəisin bildirdiyinə görə, müəssisədə gecə vaxtı 26 nəfər növbə çəkir.
E.Sadıxov burada yetkinlik yaşına çatmayanların hər hansı bir səbəbə görə müəssisəni
müvəqqəti tərk edə bilmədiklərini, telefonla hətta valideynləri ilə də əlaqə saxlaya bilmədiklərini
bildirdi (Milli qanunvericilikdə bu hüquqlar nəzədə tutulmayıb).
Rəisin dediyinə görə, saxlanılanlara qanunla nəzərdə tutulmuş qaydada yazışma imkanı yaradılır.
Rəis onu da bildirdi ki, burada işlədiyi vaxt ərzində heç bir halda heç bir məhbusa qarşı güc, o
cümlədən, silah tətbiq edilməmişdir.
Ən böyük problem kimi, cənab Sadıxov işçi heyətinin gördüyü ağır işin müqabilində az maaş
aldığını və bu səbəbdən kadrların bu müəssisəyə işləməyə can atmadıqlarını bildirdi. Bu da öz
növbəsində kadr çatışmazlığına gətirib çıxarır. (rəis 274, digər işçilər 150-250, 80-100 manat
məvacib alırlar.)
3 saylı İstintaq Təcridxanasında monitorinq
№ Adı,
Soyadı
Yaşayış
yeri
Tutulduğu
yer
Təhsili Maddə
Həbs altında
olduğu müddət
1.
D.M. Tərtər Tərtər Natamam
orta
126.1 2
ay
2.
G.R. Naxçıvan Abşeron Natamam
orta
126.2.4 7
ay
3.
N.A. Salyan Salyan Natamam
orta
150.2.3
7,5 ay
4.
S.A. Bakı
ş.
Yasamal r-n
Bakı
ş.
Yasamal r-n
180.2.1
20
gün
5.
R.V. Qobustan
Qobustan Natamam
orta
150.3.3 2
ay
6.
E.I. Ağdam Beyləqan orta
181.2.5 1,5
ay
7.
R.A. Sumqayıt Sumqayıt Natamam
orta
150.3.3
1 ay və 20 gün
8.
N.Y. Ağcabədi Ağcabədi -
-
6
ay
9.
Z.A. Bakı
ş.
Binəqədi r-n
Bakı
ş.
Binəqədi r-n
Natamam
orta
150.1,153.3 Bilinmir
10.
S.B. Bakı
ş. Bakı
ş. Orta
Əvvəl 1.5
ay
52
Binəqədi r-n Binəqədi r-n
məhkum
olunub,185.2
.2
11.
V.B. Bakı
ş.
Əzizbəyov
r-n
Bakı
ş.
Əzizbəyov r-n
Natamam
orta
180.1 13
months
12.
R.B. Bakı
ş.
Suraxanı r-n
Bakı
ş.
Suraxanı r-n
Orta 120.2.1,120.
2.4
15 ay
13.
R.H. Bakı
ş.
Binəqədi r-n
Bakı
ş.
Binəqədi r-n
Orta 177.2.1,177.
2.2,177.2.3
8 gün
14.
F.H.
İmişli
Bakı
ş.
Binəqədi r-n
150.3.3
11
ay
15.
M.G. Bakı
ş.
Suraxanı r-n
Bakı
ş.
Suraxanı r-n
120.2.1,120.
2.4
15 ay
16.
A.G. Sumqayıt Bakı
ş.
Binəqədi r-n
Natamam
orta
Əvvəl
məhkum
olunub,
177.2.1,177.
2.2
12 ay
17.
A.H. Gürcüstan
Resp.
Bakı ş. Nizami
r-n
Natamam
orta
182.4 1
il
18.
V.H.
İmişli
İmişli
Natamam
orta
150.3.3 5
ay
19.
V.H. Bakı
ş.
Nərimanov
r-n
Bakı
ş.
Nərimanov r-n
Natamam
orta
180.2.2 13
ay
20.
K.H. Gədəbəy
Bakı Orta
126.1
5
ay
21.
E.I. Daimi
yaşayıq yeri
yoxdur.
Bakı ş. Xətai
r-n
Orta
Əvvəl
məhkum
olunub,
177.2.2
4 ay
22.
A.M. Sumqayıt
Bakı ş. Xətai
r-n
Natamam
orta
181.2.5
3 ay və 13 gün
23.
E.M. Bakı
ş.
Suraxanı r-n
Bakı
ş.
Suraxanı r-n
Natamam
orta
120.1 1
gün
24.
A.M. Bakı
ş.
Binəqədi r-n
Bakı
ş.
Binəqədi r-n
Natamam
orta
150.3.3 2,5
ay
25.
P.M. Bakı
ş.
Qaradağ r-n
Bakı
ş.
Qaradağ r-n
Natamam
orta
120.1 Bilinmir
26.
D.P. Bakı
ş.
Suraxanı r-n
Bakı
ş.
Suraxanı r-n
Natamam
orta
120.2.4180.2
.1
10 ay
27.
K.P. Bakı
ş.
Nizami r-n
Bakı ş. Nizami
r-n
Natamam
orta
Bilinmir
|