Əlavə 3. Tərbiyə müəssisəsi
Ədliyyə Nazirliy Penitensiar Xidmətinin Yetkinlik Yaşına çatmayanlar üçün Tərbiyə
Müəssisəsində Yetkinlik yaşına çatmayan məhkumlar arasında keçirilən sorğu
Monitorinq zamanı müəssisədə saxlanılan yetkinlik yaşına çatmayan məhkumlar arasında
anonim sorğu keçirildi. Sorğu əsasən yetkinlik yaşına çatmayanların müəssisədə saxlanılma
şəraiti, həmçinin onlara qarşı tətbiq olunan bəzi prosessual qaydalar ilə bağlı idi.
Yetkinlik yaşına çatmayan məhkumlar 6, 10, 12, 14 nəfərlə birgə yataq otağında qaldıqlarını və
onların arasında yetkinlik yaşına çatmış şəxsin olmadığını bildirdilər
64
. Lakin onlar qeyd etdilər
ki, belə hal əvvəlki müəssisədə – İstintaq Təcridxanasında (həmçinin müvəqqəti saxlama
təcridxanasında) olmuşdur. Belə ki, orada onların saxlanıldıqları hər kamerada 20-50 yaşlarında
olan, (“ağsaqqal” adlandırılan) məhkəmə hökmü ilə cəzaya məhkum edilən şəxs olmuşdur.
Bəzi uşaqların sözlərinə görə, “ağsaqqal” onlarla yaxşı, bəzilərinin fikrincə isə pis davranmışdır.
Qeyd etmək lazımdır ki, “Birnəfərlik kamerada qalmaq istərdinizmi” sualına məhkumların
böyük əksəriyyəti “Xeyr” cavabını verdilər. Onlar bunu təklikdə darıxacaqları və birlikdə
olduqda vaxtın daha maraqlı keçməsi ilə əlaqələndirdilər.
Sorğuda iştirak edənlərdən altı nəfəri isə, birnəfərlik kamerada qalmağa üstünlük verdiklərini
bildirdilər. Onların fikrincə, belə olduğu təqdirdə daha rahat olar və onlar özlərini sərbəst hiss
edərlər.
Bir nəfər isə, yataq otaqlarının 3-4 nəfərlik olmasını daha yaxşı hesab etdiyini bildirdi.
Yetkinlik yaşına çatmayan məhkumların böyük əksəriyyəti müəssisədəki şəraitin, əyləncə-
istirahət imkanlarının, sanitar gigiyenik vəziyyətin normal olduğunu bildirdilər.
Yeməyin keyfiyyəti haqda suala münasibət bildirərkən sorğu çeçirilən məhkumların 3-ü qeyri-
kafi, 19-u dözüləbilən, qalanları isə yaxşı olduğunu bildirdilər.
Dörd nəfər istisna olmaqla, uşaqların hamısı müəssisədə təhsilini normal şəkildə davam etdirə
bildiyini bildirdi.
Məhkumların böyük əksəriyyəti intizam tədbirlərindən şifahi xəbərdarlıq və intizam
təcridxanasına salınmanın tətbiq edilməsini və onların hər-hansı bir qəddar və ya ləyaqəti
alçaldan rəftara məruz qalmadıqlarını bildirdilər. Lakin bir neçə nəfər cəza tədbiri kimi
valideynlərilə görüşün məhdudlaşdırıldığını, döyüldüyünü, həmçinin ləyaqəti alçaldan məcburi
əməyə (zibil atmaq) cəlb edildiyini bildirdi.
Altı nəfər (rüşvətin könüllü xaraekter daşıdığını və “hörmət” mənasında verildlyini bildirdilər)
istisna olmaqla, bütün məhkumlar müəssisədə rüşvətxorluq hallarının olmadığını qeyd etdi.
Məhkumlardan 17 nəfəri Tərbiyə Müəssisəsində saxlanılmasını ədalətsiz, digərləri isə ədalətli
hesab etdiyini bildirdi.
Uşaqların hamısı dövlət tərəfindən təyin olunan vəkillərin göstərdiyi hüquqi yardımın formal
xarakter daşıdığını, tutulan andan yalnız xeyli müddət keçdikdən sonra vəkili, valideynləri və ya
digər qanuni nümayəndələrinin yanlarına buraxıldığını, qanunda nəzərdə tutulmuş tutulma
64
20 yaşadək olan şəxslər müstəsna haldır, çünki Cəzaların İcrası Məcəlləsi buna icazə verir və onlar 18 yaşa çatdıqda məhkəmə
qərarı əsasında böyüklər üçün olan müəssisələrə keçirilmədən həmin müəssisədə saxlanılmışlar.
54
müddətlərinin pozulduğunu, həmçinin məhkəmə qarşısına qanunla nəzərdə tutlmuş müddətin
pozulması ilə çıxarıldığnı bildirdi.
Ədliyyə Nazirliy Penitensiar Xidmətinini Yetkinlik Yaşına satmayanlar üçün Tərbiyə
Müəssisəsinin rəhbəri ilə müsahibə
Müəssisənin rəisi ədliyyə-polis polkovnik-leytenantı İmran Məmmədov artıq 25 ildir ki bu
sahədə xidməd edir. Ümumilikdə, qapalı tipli müəssisələrdə 4 il çalışan İ.Məmmədov artıq 1
ildir ki Tərbiyə Müəssisəsinin rəisidir.
Müsahibə zamanı İ.Məmmədov öz işindən çox razı olduğunu bildirdi. Onun fikrincə,
müəssisədəki qida, sanitar gigiyenik vəziyyət, burada mövcud olan istirahət və əyləncə
imkanları qənaətbəxşdir.
İmran müəllim həmçinin, müəssisədə olan uşaqların ali məktəbə qəbul imtahanlarında iştirak
etmək və diplom əldə etmək imkanı olduğunu qeyd etdi.
İ.Məmmədov bildirdi ki, burada yetkinlik yaşına çatmayanlar valideynlərini görmək üçün
müəssisəni qanunda nəzərdə tutlmuş qaydada tərk edə bilərlər. Hər hansı digər səbəbə görə
müəssisəni müvəqqəti tərk etməyə icazə verilmir. Məhkumlara valideynləri ilə həmçinin
telefon vasitəsi ilə də əlaqə saxlamağa icazə verilir.
Rəisin bildirdiyinə görə, məhkumlara qanunla nəzərdə tutulmuş qaydada yazışma imkanı
yaradılır.
Rəisin sözlərinə görə, hər bir azadlığa buraxılan məhkum barəsində yerləşdirmə və işlə təmin
etmə kimi zəruri tədbirlər görülür.
Rəis onu da bildirdi ki, burada işlədiyi vaxt ərzində heç bir halda heç bir məhkuma qarşı güc,
o cümlədən silah tətbiq edilməmişdir.
İ.Məmmədov həmçinin müəssisənin bir sıra problemlərinə toxunaraq qeyd etdi ki, cəzadan
şərti olaraq vaxtından əvvəl azad etmənin daha açıq tətbiq edilməsini təmin etmək üçün bu
prosedurun həyata keçirilməsini müəssisə rəhbərliyi və Himayəçilik Şurasına həvalə edilməsi
daha məqsədəuyğundur. Belə ki, bəzən elə hallar olur ki, məhkumun cəzadan şərti olaraq
vaxtından əvvəl azad edilməsi üçün müəssisədən təqdimat, müsbət rəy verilsə də, məhkəmə
bunu qəbul etmir.
İ.Məmmədov müəssisədə bədən tərbiyəsi müəlliminin olmamasını da mənfi hal kimi qeyd
etdi. O, həmçinin kompüterlərin sayının artırılmasının vacıb olduğunu bildirdi.
İşçi heyətin sosial problemlərinə də toxunan İ.Məmmədov məvacibin azlığından gileyləndi.
(Rəis 187, digər işçilər 60-180 manat məvacib alırlar.)
Əlavə 4. 4 saylı cəzaçəkmə müəssisəsi (qadınlar üçün)
4 saylı cəzaçəkmə müəssisəsində yetkinlik yaşına çatmadıqları vaxt məhkum olunan qızlar
arasında
55
Monitorinq zamanı müəssisədə cəza çəkən 4 nəfər gənc qızlardan (onların 3-ü müəssisəyə
yetkinlik yaşına çatmamış vaxt düşüblər) anonim müsahibə götürüldü. Sorğu əsasən
məhkumların müəssisədə saxlanılma şəraiti, həmçinin saxlanılanlara qarşı tətbiq olunan bəzi
prosessual qaydalar ilə bağlı idi.
Sorğu aparılanlar buraya 17 (8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş), 16 (5 il
azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş), 16 (10 il azadlıqdan məhrumetmə
cəzasına məhkum edilmiş), 19 (10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş)
yaşlarında gətirilmişlər. Hal- hazırda onların 19 (üç nəfər) və 20 yaşları (1 nəfər) var.
Onlar hal-hazırda digər məhkumlar ilə birgə 22 və 30 nəfərlik yataqxanalarda saxlanılırlar.
Qeyd etmək lazımdır ki, birnəfərlik kamerada qalmaq istərdinizmi sualına, qızlardan 2 nəfəri
təkliyi sevdiyindən istədiyini, 1 nəfər isə bu halda darıxıdırıcı ola biləcəyini bildirdi.
Dindirilmiş qızlar ümumilikdə, buradakı şəraitin, əyləncə-istirahət imkanlarının, sanitar
gigiyenik vəziyyətin normal olduğunu bildirdilər. Qızlar paltarları, yataq dəstlərini və zəruri
olan gigiyenik ləvazimatlarını özlərinin və yaxınlarının vəsaiti ilə əldə etdiklərini bildirdilər.
Yeməyin keyfiyyətini soruşduqda qızlar öz yaxınlarının gətirdiyi ərzaqlardan istədikləri
xörəkləri bişirdiklərini bildirdilər.
Qızlar burada yalnız tünd rəngli paltar geyinməyə icazə olduğunu (tünd rəngdə paltar
üstündən də tünd rəngdə olan xalatda gəzirlər) və daha rəngli və dəyişik çeşiddə paltar
geyinmək arzusunda olduqlarını bildirdilər.
Sorğu aparılanlar burada heç bir təhsil almağa imkanın olmadığını bildirdilər
65
. Qızlardan yalnız
biri müəssisəyə salınmamışdan əvvəl tam orta təhsil aldığını bildirdi (Cəzaların icrası
Məcəlləsinin 104.1-ci maddəsinə əsasən məhkumların ümumi orta təhsili aparılmalıdır). Burada
onlara yalnız peşə təliminin keçirildiyi bildirdilər (tikiş və toxuculuq).
Saxlanılanlar intizam tədbirlərindən şifahi xəbərdarlıq və intizam təcridxanasına salınmanın
tətbiq edilməsini və onların hər-hansı bir qəddar və ya ləyaqəti alçaldan rəftara məruz
qalmadıqlarını bildirdilər.
Qızlardan 2 nəfər valideynlərinin onlara mütamadi olaraq, 1 nəfər hərdən bir baş çəkdiklərini və
bu halda görüşə heç bir maneə törədilmədiyini bildirdilər (1 nəfər müəssisədə elə anası ilə birgə
saxlanılır).
Respondentlər burada rüşvətxorluq halları ilə rastlaşmadıqlarını bildirdilər.
Müəssisənin heyəti silah daşımır.
«Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların
nümayəndəsi ilə görüşmüsünüzmü, yaxud onlar sizin ilə maraqlanıblarmı» sualına, sorğu
aparılanlar hamısı belə qurumu ümumiyyətlə, tanımadıqlarını bildirdilər.
Müəssisədə saxlanılmasını 1 qız-məhkum cinayəti törətsə də, işə baxılarkən cinayətin motiv və
səbəblərini həmçinin, yüngülləşdirici halların nəzərə alınmaması səbəbindən, 2 nəfər törətdikləri
ilə yanaşı etmədikləri ağırlaşdırıcı halların nəzərə alınması, 1 nəfər isə çox sərt cəza təyin
edildiyindən ədalətsiz hesab edir.
65
AR CİM, Maddə 104.1 əsasən bütün cəzaçəkənlərə təhsil almaq üçün imkan yaradılmalıdır.
56
Gənclərin hamısı qanunda nəzərdə tutulmuş tutulma müddətlərinin pozulduğunu, tutulan andan
yalnız xeyli müddət keçdikdən sonra vəkilinin, valideynlərinin və ya digər qanuni
nümayəndələrinin yanlarına buraxıldığını bildirdilər.
Azərbaycan Cinayət Prossesual Məcəlləsinin 92.3.5 , 432.2-ci maddəllərinə əsasən şübhəli və ya
təqsirlndirilən şəxs cinayəti törətdərkən yetkinlik yaşına çatmadıqda müdafiəçinin iştirakı
məcburidir. Həmçinin müdafiəçinin iştirakı şəxsin tutulduğu andan təmin edilməlidir. Lakin
məhkumların dediklərinə əsasən onların işlərində müdafiəçinin iştirakı qanunda göstərilən
müddətləri kobudcasına pozulması ilə müşayiət edilmişdir. Sorğulara əsasən, 1 nəfər tutulduğu
gündən 5-6 gün sonra vəkillə görüşdüyünü, 1 nəfər 8 ay vəkili olmadığını, 1 nəfər 3-4 gün və
sonuncu respondent tutulduğundan 3 gün sonra vəkillə görüşdüyünü bildirdilər.
«Valideynlərinizlə tutulduğunuz andan nə vaxt sonra görüşdünüz» sualına 1 respondent anası ilə
birgə tutulduğunu, digəri yalnız 2 il sonra, 1 nəfər isə 4 aydan sonra görüşdüklərini bildirdilər (1
nəfər xatırlamadığını bildirdi).
Sorğu aparılanlar bir nəfər kimi dövlət tərəfindən təyin olunan vəkillərin göstərdiyi hüquqi
yardımın formal xarakter daşıdığını dedilər.
Qeyd etmək lazımdır ki, respondentlər aztəminatlı ailələrdən olan qızlar idi.
Əlavə 5. Məhkəmə prosesləri
Ucar Rayon Məhkəməsində yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə həyata keçirilən
məhkəmə proseslərinin monitorinqinin nəticələrinə dair
11 may 2006-cı il tarixdə Ucar rayon Məhkəməsində yetkinlik yaşına çatmayanların cinayət işi
üzrə hazırlıq iclası keçirildi. İş üzrə iki nəfər təqsirləndirilən şəxs var idi:
1) 1989-cu il təvəllüdlü H.C.N. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci
madəsində nəzərdə tutulmuş əməli törətməkdə ittiham olunurdu;
2) 1988-ci il təvəllüdlü H.C.E. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci madəsində
nəzərdə tutulmuş əməli törətməkdə ittiham olunurdu.
Təqsirləndirilən şəxslərin hər ikisi yetkinlik yaşına çatmayan idi. Onlar barəsində başqa yerə
getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.
İşə Ucar rayon məhkəməsinin hakimi İ.A.Əzizov sədrlik edirdi. Məhkəmə katibi A.M.Əliyev idi.
Təqsirləndirilən şəxslərin hər ikisinin hüquqlarını eyni müdafiəçi – Abdullayev Bəxtiyar Səfixan
oğlu müdafiə edirdi. Vəkil, onlarla bağlanmış müqavilə əsasında fəaliyyət göstərirdi. Lakin qeyd
etmək lazımdır ki, iclas zamanı təqsirləndirilən şəxslər öz müdafiəçilərini çətinliklə tanıya
bildilər.
İşdə dövlət ittihamını Respublika Prokurorluğunun Dövlət ittihamını müdafiə idarəsinin
prokuroru Abbasov Əmirxan Dilən oğlu müdafiə edirdi.
Onu da qeyd etmək lazımdır ki, prokuror iclas zalına məhkəmənin müşavirə otağından daxil
oldu.
57
İş üzrə bir nəfər yetkinlik yaşına çatmış zərərçəkmiş var idi: H.İ.H.
Hazırlıq iclasında Ucar rayon İcra hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və
Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsul katibi Məhəmməd Həsənli iştirak edirdi.
İclasda həmçinin təqsirləndirilən şəxslərin, o cümlədən zərərçəkmiş şəxsin valideynləri iştirak
edirdilər.
Hazırlıq iclasında heç bir tərəfdən vəsatət və etiraz olmadı. Hakim cinayət işinin məhkəmə
baxışının təyin edilib-edilməməsi məsələsini həll etmək məqsədilə müşavirəyə getdi. Bir neçə
dəqiqədən sonra hakim müşavirə otağından qayıdaraq təqsirləndirilən şəxsin məhkəməyə
verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərarını elan etdi. Məhkəmə baxışı 17
may 2006-cı il tarixinə təyin edildi, seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlandı.
17 May saat 10:00-a təyin olumuş məhkəmə prosesi saat 10:45 də başladı. Prosesin gec
başlanmasına səbəb dövlət ittihamçısının başqa rayondan gəlməsi idi. Məhkəmə baxışı
təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələri ilə davam etdirdi. Təqsirləndirilən şəxslərin
təhsil aldıqları məktəbdən hakimin göstərişi ilə müəllim çağırıldı. Lakin axırda məlum oldu ki,
təhsil şöbəsindən Hüseynov Eyvaz prosesdə iştirak edir.
Prosesdə Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyadan
məsul katib iştirak edirdi. Prosesin gedişatı zamanı işdə başqa bir işin olması da üzə çıxdı.
Təqsirləndirilən şəxs ifadə verdi və çayxanada olan hadisə haqqında danışarkən hakim “onun
yeri deyil” deyə, onun sözünü kəsdi.
Proses təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələri ilə davam etdi. Sonra hakim çıxışlara
başlamağı elan etdi. Dövlət ittihamını müdafiə edən prokuror Abbasov Əmirxan Dilən oğlu
vətəndaş H.C.N. Azərbaycan Respublikasının CM-in 128-ci maddəsinə əsasən, 6 ay islah işləri
ilə cəzalandırlmasını xahiş etdi. Vətədaş H.C.E. Azərbaycan Respublikasının CM-in 132-ci
maddəsi ilə 140 saat ictimai işlər cəzasının verilməsini xahiş etdi. Təqsirləndirilən şəxslərin
hüquqlarını müdafiə edən vəkil onlara yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən
şəxslərə son söz verildi. Sonra hakim müşavirə otağına getdi . 40 dəqiqədən sonra hakim qərarı
oxudu. Cəza təyin edərkən CPM-in 344, 347, 354-cü
66
maddələrini və hər iki təqsirləndirilən
şəxsin yetkinlik yaşına çatmayan və işlərində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq
qərar verdi. Vətəndaş H.C.N. Azərbaycan Respublikası CM-in 128-ci maddəsinə əsasən, aylıq
qazancının 10%-ni dövlət hesabına keçirmək şərti ilə 6 ay müddətinə islah işləri cəzasına
məhkum edildi. Vətəndaş H.C.E. Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən, 100
saat ictimai iş cəzasına məhkum edildi. Qərarda göstərildi ki, qərar qüvvəyə mindikdən sonra
təqsirləndirilən çəxslər barəsində seçilən başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri
qüvvədən düşmüş hesab edilir.
Hökmdən hara və hansı müddətdə şikayət və ya protest vermə imkanı proses iştirakçılarına
bildirildi.
Xanlar Rayon Məhkəməsində yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə həyata
keçirilən məhkəmə proseslərinin monitorinqinin nəticələrinə dair
12 may 2006-cı il tarixdə saat 10:00-da Xanlar rayon Məhkəməsində yetkinlik yaşına
çatmayanların cinayət işi üzrə məhkəmə baxışı keçirilməli idi. Lakin sonradan dəftərxana müdiri
66
AR-nın CPM? Maddə 344: “Məhkəmənin müşavirə otağına getməsi”.
AR-nın CPM, Maddə 347: “Məhkəmənin yekun qərarının çıxarılması qaydası”.
AR-nın CPM Maddə 354: “Məhkəmənin hökmündə mülki iddianın həlli”
58
bildirdi ki, baxış saat 11-12 arası keçiriləcək. Dəqiq vaxtın müəyyən edilməsinin qeyri-mümkün
olduğunu bildirən dəftərxana müdiri, bunu dövlət ittihamını müdafiə edəcək prokurorun gəlməsi
ilə əlaqələndirdi.
Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, məhkəmənin qarşısında onlarla şikayətçi var idi və
onları heç kəs qəbul etmir, kobud rəftar göstərərək susdurmağa çalışırdılar. Əhali ilə kobud
rəftarına görə (daha sonra məhkəmə zalındakı davranışı ilə) dəftərxana müdiri Vidadi Zeynalov
xüsusilə fərqlənirdi.
Onu da qeyd etmək lazımdır ki, Xanlar rayon məhkəməsində dəftərxana müdiri olduqca geniş
“səlahiyyət”lərdən istifadə edir.
Hakim də prosesə başlamaq üçün prokuroru gözlədiyini bildirdi. Bu zaman prokuror hakimin
otağına daxil oldu və hakim 5-10 dəqiqəyə prosesə başlayacaqlarını dedi.
Məhkəmə işçilərinin öz aralarındakı söhbətlərindən bəlli oldu ki, (onlar həmin gün işə iclas
zalında baxılacağını eşidib təəccüblənmişdilər) hakim işlərə iclas zalında baxmır. Daha sonra
iclas zalına baxış keçirdikdə bu öz təsdiqini tapdı. Belə ki, zalda prokuror üçün, vəkil üçün, iclas
katibi üçün stol, stul ümumiyyətlə yox idi, o cümlədən təqsirləndirilən şəxslər üçün nəzərdə
tutulmuş «qəfəs»də oturacaq yox idi. Hakimin masası və oturacağını isə tamamilə toz basmışdı.
Bir neçə dəqiqədən sonra mülki geyimdə bir şəxs hakimin yerini təmizlədi, stolun üstünü, stulu
sildi, stulun yerini düzəltdi. Təqsirləndirilən şəxslər üçün nəzərdə tutulmuş «qəfəs»ə oturacaq
yerləşdirilməsi isə, elə təqsirləndirilən şəxslərin özlərinə (onlar zalda idilər) kobud tərzdə həvalə
olundu. Daha sonra digər otaqlardan zala stol və stullar daşınmağa başlandı.
Bütün bu «quruculuq işləri»ni müşahidə etdiyimiz zaman, məhkəmə nəzarətçisi bildirdi ki,
hakim sizi otağına çağırır. Hakim prokurorun başqa rayonda yarımçıq işi olduğuna görə oraya
getməsi səbəbindən, işi təxirə saldığını və məhkəmə baxışını 17 may 2006-cı il saat 11:00-a təyin
etdiyini bildirdi.
Siyəzən Rayon Məhkəməsində yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə həyata
keçirilən məhkəmə prosesinin monitorinqinin nəticələrinə dair
2 may 2006 cı il tarixdə Siyəzən rayon Məhkəməsində yetkinlik yaşına çatmayanların cinayət işi
üzrə məhkəmə baxışı keçirildi. İş üzrə yeddi nəfər təqsirləndirilən şəxs qismində çıxış edirdi.
Təqsirləndirilən şəxslərin beşi yetkinlik yaşına çatmayan idi.
Uşaqlar həbs edilməmişdir. Onlar barəsində başqa yerə getməmək barədə iltizam qətimkan
tədbiri seçilmişdi.
İşə Siyəzən rayon məhkəməsinin hakimi Məmmədova Südabə Əlislam qızı sədrlik edirdi.
Məhkəmə katibi Dəmirov Zöhrab Azay oğlu idi. Təqsirləndirilən şəxslərin hüquqlarını
Həbibzadə Arif və Qasımov Murad müdafiə edirdi. Vəkillər dövlət hesabına təyin olunmuşdular.
İşdə dövlət ittihamını Respublika Prokurorluğunun Dövlət ittihamını müdafiə idarəsinin
prokuroru Həsənəliyev Babaxan Ramazan oğlu müdafiə edirdi. İş üzrə bir nəfər yetkinlik yaşına
çatmış zərərçəkmiş var idi.
Məhkəmə baxışında Siyəzən Rayon İcra Hakimyyəti yanında Yetkinlik Yaşına Çatmayanların
İşləri və Hüquqlarının Müdafəiəsi üzrə Komissiyanın məsul katibi Muradov Eldar iştirak edirdi.
İclasda həmçinin təqsirləndirilən və zərərçəkmiş şəxslərin valideynləri iştirak edirdilər.
59
Prokurorun başqa rayondan gəlməsi ilə əlaqədar olaraq, saat 10:00-a təyin olunmuş proses saat
11:00-da başladı.
Yenicə təmirdən çıxmış məhkəmə zalının ümumi vəziyyətini qənaətbəxş hesab etmək olar. Zalda
təqsirləndirilən şəxslər üçün nəzərdə tutulmuş "qəfəs" yox idi.
Hakim təqsirləndirilən və zərərçəkmiş şəxsləri dindirməklə prosesə başladı. Hər iki tərəf çıxış
etdikdən sonra, şahidlər gəlmədiklərinə görə, proses 11 may saat 10:00-a təxirə salındı.
11 May saat 10:00 təyin olunmuş proses gecikirdi. Məhkəmə katibi bunun səbəbini vəkilin başqa
rayondan gəlməsi ilə əlaqələndirdi. Vəkil gəldikdən sonra prosesin nə vaxt başlayacağını
soruşduqda şahidlərin gəlməsini gözlədiklərini bildirdilər.
Saat 10:00-a təyin olunmuş proses saat 13:00-da başladı. Təqsirləndirilən şəxlər, zərərçəkmiş
şəxslər və şahidlər ifadə verdikdən sonra proses başa çatdı. Hakim çıxışlara başlamağı təklif etdi.
Dövlət ittihamını müdafiə edən prokuror onları, CM-in 177.2.1 maddəsinə əsasən, 3 il müddətinə
azadlıqdan məhrum etmə cəzasına məhkum etməyi təklif etdi.
Təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmədən, təqsirləndirilən şəxslərin yetkinlik yaşına
çatmayan olmalarını və ilk dəfə cinayət törətmələrini nəzərə alaraq, onlara daha yüngül cəza
verilməsini xahiş etdi. Hakim təqsirləndirilən şəxslərə son söz verdikdən sonra müşavirə otağına
getdi.
Müşavirə otağından qayıdan hakim hökmü elan etdi. Həmin hökmə görə:
İki nəfər yetkinlik yaşına çatmış şəxslər Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə
təqsirli bilinərək şərti maliyyə vahidinin 3000(üç min) misli məbləğində cərimə cəzasına
məhkum edildi. Cəza çəkməyinin əvvəli hökmün icraya yönəldiyi gündən hesab edildi.
Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni
qüvvəyə minənə kimi öz qüvvəsində saxlanıldı.
İş üzrə keçən 5 yetkinlik yaşına çatmayan şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1
maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 85.2 maddəsinə əsasən şərti
maliyyə vahidinin 30 (otuz) misli məbləğində cərimə cəzasına məhkum edildi. Barəsində
Azərbaycan Respubliksı CM-nin 89.1 maddəsi tətbiq edilməklə cəzadan azad edildi. Azərbaycan
Respublikası CM-nin 87.2 maddəsinə əsasən valideynin nəzarətinə verildi. Barəsində seçilmiş
başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edildi.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə yetkinlik yaşına çatmayanların cinayət işləri üzrə
həyata keçirilən məhkəmə prosesinin monitorinqinin nəticələrinə dair
22 sentyabr 2006-cı il tarixdə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Cavad
Cüməliyevin sədrliyi ilə yetkinlik yaşına çatmayanların cinayət işi üzrə məhkəmə dindirməsi
davam etdirildi. İş üzrə üç nəfər yetkinlik yaşına çatmayan şəxs qətldə ittiham edilirdi.
Bu məhkəmə işi bir neçə məqama görə monitorinq qrupunun diqqətini cəlb edib:
1.
yetkinlik yaşına çatmayanlar ağır cinayətə görə təqsirli bilinir;
2.
iş üzrə üç yetkinlik yaşına çatmayan şəxs keçdiyi üçün burada qrup şəklində törədilmiş
cinayətin törədildiyi guman edilir;
3.
sonuncu dəfə monitorinqi aparılan məhkəmə dinləməsi tərixində yetkinlik yaşına
çatmayanlar istintaq təcridxanasında artıq 18 aya yaxın saxlanılıb;
60
4.
məhkəmə dinləmələri zamanı yetkinlik yaşına çatmayanlara qarşı işgəncə və qeyri-insani
rəftar hallarının olması halları qeyd edilmişdir; və
5.
məhkəmə prosesi beynəlxalq ictimaiyyət və medianın diqqətini cəlb etmişdir. Məhkəmə
ATƏT, “Human Rights Watch”, ABŞ və Rusiya Federasiyasının səfirlikləri tərəfindən
daim nəzarətdədir.
Məhkəmə iclası saat 10.00-a təyin edilsədə proses yalnız saat 11.00-da başlandı.
İttiham edilənlər rus dilli olduqlarından tərcüməçinin iştirakı təmin edilmişdi. Ancaq tərcümə
çox aşağı səviyyədə aparılırdı. İttiham edilənlər məhkəmə salonunda gedən söhbətləri axıra
qədər başa düşməkdə çətinlik çəkirdilər.
Hakim demək olar ki, prosesi idarə edə bilmirdi, onun hətta danışdıqlarını belə eşitmək xeyli
çətinlik törədirdi. Həm ittiham olunanların, həm də zərərçəkmişlərin yaxınlar məhkəmənin işinə
müdaxilə edirdilər.
Prosesin açıq keçirilməsinə baxmayaraq, məhkəməyə gələn adamlara təzyiq göstərilirdi. Onlar
ya bayıra çıxarılır, ya da bayıra çıxanların içəriyə girmələrinə imkan verilmirdi.
Bu məhkəmə işinin digər bir xüsusiyyəti məhkəmənin tərkibinin qərəzli və ya qeyri-kompetent
olduğuna görə üç dəfə dəyişdirilməsi olub.
Monitorinq zamanı məlum oldu ki, hakim məhkəmə zalında baş verənlərə nəzarət etmək
iqtidarında deyil və səsküydən məhkəmə zalında səslənən çıxışları eşitmək mümkün olmayıb.
Zərərçəkmişin və təqsirləndirilənlərin qohumları məhkəmənin gedişatına mane olurdu.
Məhkəmə prosesi uzun müddət davam etdiyindən (monitorinqin keçirildiyi zaman məhkəmə
artıq 15 aya yaxın davam edirdi) bu prosesin monitorinqi davamlı şəkildə aparılıb. Məhkəmə
dinləmələri dəfələrlə təxirə salınmış, lakin bu haqda əvvəlcədən nə təqsirləndirilənlərə, nə də ki,
onların vəkilləri və ya qohumlarına məlumat verilməmişdir. Bu cür gecikdirmələr və
dinləmələrin təxsirə salınması təqsirləndirilən uşaqlara qarşı qeyri-insani və alçaldıcı rəftara
gətirib çıxarıb. Monitorinqin keçirildiyi üç ay ərzində təqsirləndirilən şəxslər saxlandıqları 3
saylı təcridxanadan məhkəməyə gətirilib. Naməlum səbəblərə görə üç dəfə məhkəmə dinləməsi
təxirə salınmışdır. Hər dəfə bu baş verdikdə, uşaqlar məhkəmənin zirzəmisində bir neçə saat ac-
susuz saxlanılıb və yenidən təcridxanaya geri gaytarılıblar.
Təqsirləndirilən uşaqlara qarşı uzun müddət davam edən ciddi psixoloji təzyiqi rəhbər tutaraq
onların vəkilləri və valideynləri dəfələrlə məhkəmədən təcili olaraq psixoloq və tibbi personalın
müdaxiləsini xahiş edib. Bir neçə məhkəmə dinləməsindən sonra, nəhayət məhkəmə uşaqların
tibbi müayinəsinə icazə verib. Lakin sonradan vəkillər və valideynlər təmin edilmiş tibbi
müayinənin formal olaraq aparıldığını qeyd edib.
Layihə çərçivəsində aparılan monitorinq fəaliyyətinin bitməsinə baxmayaraq bu uşaqların işi
hələ də məhkəmədədir. Bu ilk növbədə iki beynəlxalq standartın və milli qanunvericiliyin
pozulmasını göstərir: (1) yetkinlik yaşına çatmayanlara dair bütün prosedurlar yubadılmadan və
tez aparılmalıdır; və (2) yetkinlik yaşına çatmayanlar ən mümkün qısa müddət ərzində həbs
altında saxlanmalıdır. Lakin monitorinqin aparıldığı sonuncu məhkəmə dinləməsinin tarixinə
yetkinlik yaşına çatmayan təqsirləndirilən şəxslər artıq 15 aydır ki, istintaq təcridxanasında
saxlanılırdı. Təqsirli bilinənlərin ikisi 2005-ci ilin Fevral ayında, digəri isə 2005-ci ilin Avqust
ayında tutulub. Məhkəmə prosesi isə 2005-ci ilin May ayında başlayıb.
İstintaq təcridxanasında saxlandıqları müddət ərzində uşaqların valideynləri və özləri onların
dəfələrlə döyüldüklərini qeyd edib. Bu cür hadisələrin baş verməsi vəkillər tərəfindən Ağır
61
Cinayətlərə dair İşlər üzrə Məhkəmənin diqqətinə çatdırılsa belə, məhkəmə heç bir araşdırmanın
aparılmasına icazə verməyib.
Dostları ilə paylaş: |