Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə35/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   43

427

'BeJiruz  yfa/qi
Türkjieifimbri
Pişik  kimi  balasını  dişində  gəzdirmək  -  birini  qorum aq; 
təhlükələrdən xilas etmək.
Bağrımda gizlədəcəm,
Pişik kimi,  dişimdə gəzdirəcəm (184,  s.573).
Pişik qırı  vermək  -  naz eləmək,  razı  ola-ola  özünü  narazı 
göstərmək.
Pişirmək  -  birini  şirin  dillə  yoldan  çıxartmaq;  böyük  bir 
faciədən,  acı  xəbərdən  xəbərdar  etmək  üçün  qarşı  tərəfi 
hazırlamaq.
Pişiyə dedilər poxun dərmandı, sıçdı üstün  quyladı  -  adi
bir zadı  əsirgəyən adam.
Pişiyə dönmək -  yazıqlaşmaq.
Nə olubdur ki,  dönübdür hamı pişiyə
Siz dəgilsiz m əgər ol bəççeyi-  şirani qədim (65,  1917,  s.8).
Pişiyə  piştə  deyəndə  acığı  gəlir -  düz  sözü  qəbul  eləmir, 
hər bəhanə  ilə dava eləyir.
Pişiyi  xəzə  oxşatmaq  -  çirkin  adamı  gözəl  bilən  adama 
deyilir.
Pişiyimiz  oğlan  doğub?  -  nə  böyük  hadisə  olub? 
Qaranlıqlaşmamış  çıraq  yandırırsınız?
Gözümüz aydın  olsun,  pişiyimiz  oğlan  doğub (335,  s. 125).
Pişiyim  pişiyim  eləmək  -  şirm  dillə  birini  yoldan 
çıxartmc.q.
Qız-gəlinin  irz-namusu  əldən  getdiyi  vaxtda  “pişiyim- 
pişiyim”  kar kəsməz canım (62,  s.793).
Pişiyin  ağzı  ətə  çatmayanda  deyər:  nə  pis  iy  gəlir  -  bir 
şeyi ələ gətirə bilməyəndə onu pisləmək.
Əlinə  düşsə əgər,  sən do bulardan birisən,
Pişiyin  ağzı yetişməz ətə, murdar bilər (168,  s.555).
Pişiyini  ağaca  dırmaşdırmaq  -  zor  demək, qorxutmaq.
Pişiyin  quyruğu  quvala/  qavala  dəyən  kimi  yığışırlar  - 
gözə  dəyməyən.  N əzərə mühüm hir hadisə gəlməsə də  bir  yerə 
yığışmaq..
428
‘Beftruz  yhqqi
T u T ^ a jjm b ri
Buna  işarədir  ki,  pişiyin  quyruğunun  qavala  dəyməsindən 
heç  bir  səs  çıxmaz.  Bu  söz  o  ailələlər,  o  millətlər  haqqında 
işlənir ki,  onların arasında böyük bir birlik var.
Pişli  qab  -  ağır cərrahi əməliyyat görmək;  çətin  xəstəliyə 
düşmək;  bir  də  çini  qab  az  olan  zaman  sınanda  onları  piş 
vurmaqla yenidən yapışdırırlar.
Güzom şalvar,  kətan köynək geyinib,
Yamaq tikib, qab-qazanı  pişləmək.
Piyala göz -  iri, gözə! göz.
Piyləm ək -  yoldan çıxartmaq.
Söz dinləmədən,  qıçlarını götdi  havaya,
Həm iylədi, həm piylədi, ol mahi-cəmali.
Ey həzrəti ali!  (80, c.H,  s.89).
Plov  üstə omba olmaq -  yağlı  tikə.
Yumuşaq  Küveyt  Səddam  kimi  bir  ac,  quduz,  təcavüzkara 
lap plov üstə omba idi ( “Yol”,  1990).
Poxdan  konfet  çıxar,  filankəsdən  adam  çıxmaz  -  heç
dərdo  dəyməyən  adamı düzəltmək olmaz.
Poxdan  suvaq  çəkmək  -  bir  işi  başdansovdu  yerinə 
yetimıək,  dərdə döyməyən  şeydən bir şey düzəltmək.
Pox  quyusuna  daş  atm aq  -  hir  nanəcib  adama  haqlı  söz 
deyib  onun  söyüşünü  eşitmək.
Pox  quyusunda  qara  noxud  a x ta rır -  faydasız  iş görür.
Poxsaqqal  -  hörmətdən  düşmüş,  yaşının  keçməsinə 
basxmayaraq xalqın  adət- ənənəsinə  arxa çevirən.
Poxu  cinni  

  birdən hər şeyi  qarışdıran,  tez dəyişən  adanı.
Qonşumuz  Molla  poxu  cinni  idi,  birdən  evdə  samavarı 
təpik  ilə  vurub  çalardı.
Poxu  çıxmaq  -  əvvəlcə  hamının  yaxşı  saydığı  bir  şeyin, 
bir adamın  pis kimi  qələmə  verilməsi.
Poxunu yiyən /  poxunu qovuran -  tamahkar.
Pox  yedim  kələyi  qurmaq  -  tövbə  etmək,  xatalı  işi 
görməkdən vaz keçmək.
Türklərdə  qayda olaraq  dağların ətəyində,  dağlara ziyarətə 
gedən  zaman  və  ya  başqa  müqəddəslərin  qəbri  üstə  gedən
429

zaman  dağın  ətəyində  daşdan  kələk  düzəldib  dağdan  və  ya 
tanrıdan günahlarının bağışlanmasım istərdilər.
Pox yeməyi  bəs  deyil,  həkimlik də  edir  -  pis  iş  görm əyi 
bir yana başqalarına da məsləhət görür.
Qarğa  oturub  at  təsləməsinitı  içindən  bir  neçə  arpa  tapıb 
yeyəndən  sonra  divar  üstündəki  qarğaya  deyər:  nə  oturmusan, 
gəl sən də  ye.  H əm  güclənərsən,  həm də  səfran kəsilər.  Yoldaşı 
baxıb  deyər:  Pox yeməyi bəs deyil,  həkimlik də edir.
Pox yeyən itin  qaşığı belində  olar -  bir  işə əl  vuran  adam 
özgələrə dil  açmadan öncə  gərək  o  işin  əncamı  üçün  lazım  olan 
şeyləri hazırlasın.
Pörtmək -  utandığından,  istidən qızarmaq.
Pulun  var  giriş,  pulun  yoxdu  sürüş  -  maııe  olma,  ya  al, 
ya get.
Püşk  atdılar,  mənə  da  bu  düşdü  -  bəxtindən  narazı 
olmaq.
4 3 0
Пйrüdeym bri
-R-
Radiatoru qaynamaq - hət  şeyi bir-birinə  qarışmaq.
Məcnun  idi yazıq,  bezar neyləsin
Az  qalırdı  radiatoru  daşsır,  orda  qaynasın  (  Ə.Küçobağ 
uşağı).
Ramazandan  çox  razıyam,  hələ  peşvazına  da  gedəm  -
bu  danışdığımız  adamın  barəsində  yaxşı  fikirdə  deyiləm  ki,  ona 
daha artıq  xidmət edəm.
Raybaray -  fikrini tez-tez dəyişən.
Raybaray,  bilmirsən,  yaydı,  qışdı,  payızdı (9,  s.167).
Rəhmət  qapısı  açıq  olanda  köpəyin  yuxusu  gələr  -  
talesiz adam xeyir gələndə ondan qaçar.
Rəhm ət  qapısı  açıq  olanda  köpəyin  yuxusu  g ələr  (129, 
s.407).
Rəngi uçmaq -   avazı maq.
Köynəyin çitdi soniıı,
Könlün məcnundu sənin,
Çoxınu dərdə düşübsən,
Rəngin uçubdu sənin (33,  s. 177).
Uçar rəngim üzümdən, vəslino yetdikcə ey dilbər,
Dizim  titrər,  dilim  tutmaz  sənirı  didarını  görcək  (Heyran 
xanım,  s.17).
Rəng verib rəng almaq  - pis hərəkətinin üstü  açılanda bir 
adamın pis vəziyyətə düşməsi, utanmaqdan rəngi dəyişmək.
Nədən rəng verirsən sən rəng alırsan,
Rəngin  dutulanda gah qaralırsan ( Şəhrək,  s.137).
Mən  müharibə  illərində  anamın  poçtalyon  Pəri  xalanın 
yar-yamaqh  çantasına  necə  fağır-fağır  baxıb  rəng  verib  rəng 
aldığını dəfələrlə müşahidə etmişəm (190,  s.79).
Rəngi  zəfəran  kimi  olmaq  -  kədərdən,  qüssədən, 
xəstəlikdən rəngi saralmaq.
Var idi  bir pişik bizim kənddə,
Ac-susuz evdə bəs ki qalmış idi,
4 3 1

Viefouz
T ürl^deyim kri
Rəngi zəfran kimi saralmış idi (Nazir  Şərəfxaneyi,  s.60).
Rəyi  yüngül  -  yola  gələn,  üzüyola,  xüsuson  d in  
rohbərlorinin içində geriçi olmayana deyilir.
Rəzbəsi  boşalmaq  ■ sağlamlığını əldən vermək.
İşləməkdən boşuna rəzbəsi ömrün genəlib,
Hərz olubdur yeyilib dəndəsi sürtüldü ömür (168,  S.76).
Rus  qaşığı  ilə  F ran sa  poxıı  yem ək  -  özündən  böyük  söz 
danışan,  gop deyən.
Ruzi  dalınca  dəvə  tək  löhləmək  -  çörək  pulunu  min  bil' 
əziyyətlə qazanmaq.
Ruzi dalınca dəvə tək löhləyir (168,  s.309).
Ruzigarın gözü -  dünya.
Özü də  bir  ata  minib,  bir  ata  minib  ki,  ruzigarın  gözü  hələ 
belə at görməyib (174,  s. 11).
432
•Wrljda/imhri
Saat  bu  saat  -  haqqında  danışlan  hadisənin  elə  həmin 
vaxta təsadüf etməsi.
Saçımın  birini  ağ  hörəcəyəm,  birini  qara  -   yəni  hər 
cəfaya dözəcəyəm
O  tayınıza  da  qurban  olum.  bu.  tayınıza  da.  Saçımın  birini 
ağ  hörəcəyəm,  birini  qara.  Qarıyıb  ocaq  başında  qalsam  da, 
gözləyəcəyəm.  Kaş siz diləyinizə  çatasınız (144,  səh.  13).
Sacın  canı  qızmasa,  çörək  bişirməz  -  işləyən  adamın 
yeməyi olmasa,  yaxşı  işləyə bilməz.
Saçma dən  düşmək -  saçların ağarmağa başlaması.
Ayrılıq  məndən düşəndə,
Saçlarıma dən düşəndə (337, c.I, s.25).
Saçı  süpürgə  etmək  -  müqəddəs  arzu,  istək  üçün  başını 
ağartmaq.
Saçlara qar yağmaq -  yaşa dolmaq,  yaşlanmaq.
Ucaboy,  enlikürək,  saçlarına  qar  yağmış,  mehriban  bir 
adam idi  (281,  səh.  90).
Sağ əl - ən  yaxın köməkçi.
M ən  nə  deyirəm  ki,  Nazlıya  onda  sən  ol  mənim  sağ  əlim 
(9 ,s.l8 5 ).
Sağ əlini  çək mənim  başıma -   sən uğur qazandın,  arzuva 
yetişdin.  Kaş  mən də  sənin kimi olam.
Sağ  qulağım  qaşınır  -  inama  görə,  xoş  xəbər  eşitmək 
mənasındadır.
Sağmal  inək/ sağmal  qoyun  olmaq  - özgələri tərəfuıdən 
daim istifadə olunmaq.
Məclis dedi:  el  bir sürü  sağrnalca qoyundur,
Qalmış  deyəsən  bir  neçə  şalvar,  di  soyundur  (80,  c.II, 
s. 113).
Sağ  yeri  qoltuq  altında  olmaq  -   insanın,  və  ya  bir  şeyin 
hər yerinin yaralanması,  cırılması

'Ш^/etfbnbri
fyehruzjtätj^
Mirzə  Mehdi  bir  guşədə  uzanıb  yatmışdı. 
Yorğana 
bənzəyən  bir şeyi  də üstünə çəkmişdi  ki,  sağ yeri  qoltuğu  altında 
idi  (115,  № 2 ,  səh.  67).
Şəhərin  ortası -  qəlbində -  səlabətlə  dayanmış
«Ərk»dir,  el ürəyi -  dağlı,  yaralı,
Bilmirəm,  sağ yeri qalmış harasında (326,  səh.  38).
Saxla, m ən enim - gop basana deyilir.
Saqqa  kimi  yapışmaq  -  əl  çəkm əm ək,  narahat  eləmək, 
uşağa,  ya hey gəlib gedən adama deyirlər.
Saqqala  gülmək  -  birini  m əsxərə  etm ək,  bəyənm əm ək, 
ələ  salmaq,  gördüyü düzgün olmayan  işə görə ələ  salmaq.
Benzi, kadilaki,  sən min əmi,  m ən də ulağı,
Gül mənim saqqalıma, zor gətirmə vicdana ha (168, səh   830).
Saqqalda  feyz  olsaydı  keçi  şıxlıq  alardı  -   insanın  şüuru 
saqqala görə deyil.
Saqqalda feyz olsaydı,  keçi  şıxlıq alardı (9,  s.25).
Saqqal  darağı  -   az  lazımlı,  ikinci  dərəcəli,  yararsız  bir
şey.
Nə  deyəcəklər,  hər  şeyimiz  vardı,  bircə  saqqal  darağımız 
çatmırdı,  onu  da bizə  mərhəmət  göstərib  faşistlər təklif eləyirlər 
(1,  s.273-274).
Saqqalı  dəyirmanda  ağartamışam  ki?  -  təcrübəm   var, 
həyatın  ısti-soyuğunu görmüşəm.
Fələk gərdişdədir,  sən evdə  yatına,
Ki,  saqqalın dəyirmanda ağartma (  Şükuhi,  s. 107).
Saqqalı  ələ  vermək  -   ailədə,  cəmiyyətdə  nüfuzunu 
itirmək.
Saqqalım  yoxdu,  sözüm  keçmir  -   ancaq  yaşlı  adamların 
sözünə baxırlar,  mənim  haqlı  sözümü qəbul etmirlər.
Söylərəm qızlar qızıl xaç salmağa eylər həvəs,
Saqqalım  yoxdur,  sözümə  guş  qılmaz  heçcə  kos  (72,  c.III, 
s.298).
Saqqalına  bağlamaq  ■  birinin  ağzından  çıxan  sözdən 
istifadə  edib bir şeyi onun boynuna salmaq.
434
Hefam  Thaqi
Saqqalına  soğan  doğramaq  -   hörmətsiz  etmək,  sözünə 
baxmamaq,  ələ salmaq,  kefini pozmaq.
Biz  razı  deyilik,  yox  əgər  bizim  saqqalımıza  soğan 
doğrayırsınız,  onda özünüz bilin (72,  c.III,  s.33).
Saqqalının altından  keçmək -  yaltaqlanmaq.
G ərək  bir  Əvəz  Əvəzovun  saqqalının  altından  keçim  (9, 
s. 115).
Saqqalı  ələ  vermək -  başqalarının  əlində  oyuncaq  olmaq, 
özgəyə  müti olmaq.
öz  ixtiyarını 
özgələrə  vermək, 
öz  işini  başqasına 
buraxmaq,  bil inə təslim  olmaq.
Saqqal keçidə də var - insanın hörməti saqqal ilə  deyil.
Saqqallı sığır -  yaşına görə bacarıqsız.
Saqqızını oğurlamaq -  yoldan  çıxartmaq.
Saqqızım  oğurlaya bildin.  Hərisin  aldın,  onda  onu  Fərəcin 
canına salmaq  mənim boynuma (9,  s.173).
Saqqalı  ilə  soğan  doğrayır  -  ara  vurur,  nifaq  toxumu
səpir.
Saqqalı at quyruğu - uzun, xoşa gəlməyən  saqqallı.
Saqqalım  yoxdu,  sözüm  ötmür  -  düz  söz  deyirəm  baxan 
yoxdur.
Saqqalın arada qalması -  iki tərəfin arasında qalmaq.
Saqqalına  gülmək - ələ salmaq,  sözünə dəyər verməmək.
Saqqalıma baxan gülür,
Sərzəniş eləyir,  oğul (30, №  19).
Saqqallı  keçi  -  əlsiz-ayaqsız  adam,  molla,  saqqallı  olmaq 
düşüncəli  olmaq  mənasında deyil.
Saqqal ilə kamil olsa hər kişi,
Nər keçiylə  m əşvərətləş hər işi.
Saqqallı uşaq -  əlsiz-ayaqsız
Mən  saqqallı  uşaqlar  o  kəslərə  deyirəm  ki,  otuz  və  qırx 
yaşa çatıb,  amma adlarını  yazmağa acizdirlər (211,  №  22).
Salam  verib  borclu  çıxmaq  -  birinə  yaxşılıq  etdiyi  halda 
onun bunu  pislik  başa düşməsi.
435

‘Befauz  Jhqqi
Tür^deyimhri
Salavatla  donuz  meşədən  çıxmaz  -   yəııi  qanm az 
düşməni yerində otun:maq üçün,  onu. gərək dövrün texnologiyası 
və xalqın birliyi  ilə  yerində oturdasan.
Sal daşı, sal buzu -  çox möhkəm, möhtəşəm  bir daş.
Dağlar dağı Səhəndimin
Zirvəsinin  sal buzuyam (155,  səh.  30).
Saman  altına su  buraxmaq  -  hiyləgərlik eləmək.
Saman çöp ü n ü  d irə k  etm ək - bir zadı çox böyütmək.
Saman  sənin  deyil,  samanlıq  ki  sənindi  -  saman  yemək, 
samanlıq  qarın  mənasındadır.  Sağlamlığının  qeydinə  qamayıb 
həddən artıq çox yeyən adamlar haqqında işlədirlər.
Sam  yeli  -   zəhərli  yel,  simasız  adam,  tez-tez  fikrin 
dəyişən.
Sancılanmaq  -  birinə  m əhəbbət  eləməkdən,  birinin 
uğurundan narahat olmaq.
Sapı  çəkm ək  -   boşboğaz  adamm  faydasız  danışığının 
qarşısım  almaq anlamında.
Hey deyirsiz, bir-birimdən köşənə
Tabekey bəsdir, dəxi, çəkdin nəxi (Mirzə Qaffar Mərəndi).
Saplamaq - tənə vurmaq,  təhqirinin  cavabını vermək.
Özün satıb,  qul olub özgəyə danıb kökünü,
Onun bunun  sözünü  saplıı i  yaman dilimə (168, s.520).
Sarala-sarala  qalmaqdan  qızara-qızara  ölmək  yaxşıdır 
-  düşmənin  təhqirindən,  ağır  vəziyyətdən  döyüşdə  ölmək 
yaxşıdır.
Sarı həsrəti - bir əzizinin arxasınca həsrətlə baxmaq.
Üfüqdə göy gözlərin  sarı  həsrəti (R.Rza).
Sarıqbaş - molla, əmmaməli.
İşin düşdü sarıqbaşa,
Başın dəyər daşdan-daşa.
Sarımsaq  soğana  deyir:  iyin  gəlir  -  özünün  eybini 
görmür,  başqasında eyib  axtarır
Sarımsaq  yeməmişəm  İki,  ağzım  iy  versin  -  günahım 
yoxdu ki, narahat olam
Sarışını udmaq -  bərk qorxmaq.
436
'Befıruz  fheai
Sarı sosar -  sarışın,  hirs verən uşağa deyilir.
Sarmaşıq  tək  suvaşmaq  -   bir  pis  ənənənin  toplumda 
yayılması,  birinin-birinə mənfi surətdə  yapışıb  qopmaması.
Sarmaşıq tək suvaşıb,  zülm sitəm cərməyə
Yük yük üstünən çatılır, tay basır insan çabalır (168, səh. 251).
Sarsaq -  ağılsız,  axmaq, beyni küt insan mənasında.
Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı yəqin ki,  yaltaqlar (267,  səh.  404).
Saşısı  əyilib  -   saşı  maşında  bir  vəsilədir  ki,  maşım  taraz 
şaxlar.  Əgər  hər  hansı  bir  adam  birtərəfli  yerisə,  ona  belə 
deyirlər,  yəni müvazinətini itirib, vəziyyəti  yaxşı  deyil.
Saşısı  smıb  -  bir  adam  birtərəfli  y eriy ən d ə. ona  belə 
deyirlər.
Savadı  şeh  çəkib/ savadı qıcqırıb  -  istehza ilə  birinin  çox 
savadsız olduğunu bildirmək üçün deyilir.
Savad,  ərəbcə  qara  mənasındadır.  Və  ipi  qara  bo yamaq 
üçün  işlonir.  Bu  maddə  nəm   çəkdikdə  xarab  olur.  Odur  ki, 
savadı  az  adamlar  bir  yazını  yaxşı  oxuya  bilmədikdə  şuxluq 
üçün belə  deyərlər ( M.Hesarı).
Sayılı  qoz  -  ümumiyyətlə,  dövlət  işçilərinin  və  ya  bir 
yerdən  həmişə  bir  əndazədə  gəliri  olan  adamların  aldığı  pula 
sayılı  qoz deyilir.  Bərəkətsiz,  artımı olmayan.
Sazaq  qılınc kimi kəsir  - çox soyuq.
Gah  şor qarışanda,  gah da dan üzü
Sazaq  qılınc kimi kəsəndə məni (337, c.I,  s. 124).
Sazı  sazbənddən alarlar/ çörəyi  ver çörəkçiyə,  birini də 
üstəlik/  zəri  zərgərdən,  sazı  sazbənddən  alarlar  •  hər  işi  iş 
bilənə gördürərlər.
Sazı smıb - qüdrəti əldən gedib, dövranı keçib.
Quldur  Rzaxanın  oğlu  qaçandan  sonra  saqqal  qoyub  xalqa 
qan udduran müsəlmancığazların  neçə vaxtdır ki,  sazları  sınıb.
Serçə  nədi, kəlləpaçası  nə olsun  -  kiçik  bir şeydən  böyük 
iş gözləyən  adama deyilir.
Sevinc  yeli  -  yaxşı  yad  etmək,  xalqın  xatirində  yaxşı 
qalmaq.
437

'Jur£<ü^tm6ri
‘Behruz
Onun görən olmadı  şad gününü heç zaman,
Sevinc  yeli əsm ədi dalısınca heç zaman (Xaqani).
Seyidəhmod  əli ilə  ilan tutmaq  -   birini  xətərli  iş  dalınca 
göndərmək.
Seyseyi eləm ək - bu gün sabaha qoymaq, vaxt keçirmək.
Səbət  götündən  gilas  tökülmür  ki?  -  niyə  qulaq 
asmırsan?
Səbir kasasının  dolması -  dözümün,  səbrin tükənməsi.
Gövhər xanım,  daha bəsdir,  səbr kasam  dolub  daşmış.
Səbr elə  halva  bişər ay  qora səndlən -   səbr etm əklə  hər 
şey yoluna düşər.
Eybi  yoxdur,  qardaşoğlu,  deyir  səbrlə  halva  bişər  ey  qora 
səndən,  saxlasan  atlas olar tut yarpağından  (72,  c.III,  s.50).
Səbr  kasasının  daşması  -   birinin  zülmə,  haqsızlığa  qarşı 
səbrinin tükənməsi,  etirazını bildirməsi.
Səbir kasam dolubdur,  qarşımda  mey camı tək,
Əyilməyi öyrəndi qamətim qaşlarından (80,  c.Il,  s.49).
Səbir  səbir,  axırda  sınıq  qəbir  -  insan  ömrü  bioyu  səbr 
edir ki, lıəyatı  düzələcək,  axırda nəsibi bir qəbir olur.
Səbrim basmaq -  dözmək.
İntəhası səbrini  basıb  hələ dillənmirdi  (103,  s.149).
Səccadə  (canamaz)  suya  çəkmək  -   düzgünlüyə  təzahür 
eləmək,  xalqı  aldatmağa çalışmaq.
Bu qədər çəkmə  Kərimi  suya səccadovi sən,
Bela,  dünya malı  şirindir, dadın bilməmisən (168, səh. 555).
Səfil-sərgərdan -  avara,  işsiz-gücsüz,  evsiz-eşiksiz.
Səfil Veysəl  haqdan istər muradı,
Muradlar verəcək comərd qan oldu (18).
Səhər cücü  banından -  sübh tezdən,  alaqaranlıqdan.
Səhərin  gözünə  qan  düşmək  -  qızarmış  günəşin  ilk 
şüaları.
Poyus  ayağına  çatanda  səhərin  gözünə  yenicə  qan 
düşmüşdü (110,  səh.  124).
438
‘Behntz  ybqqi 
Tur^ deuimi'm
Səlnıanılar  boş  qalanda,  bir-birinin  başını  qırxarlar  -
yəni  dava  axtaran  adamlar,  dava  üçün  kimsəni  tapmasalar,  öz 
canlarına düşərlər,  qaşınmayan yerdən  qan  çıxarmaq istəyərlər. 
Səm əndər  quşu 
-  başqaları  üçün  özünü  fəda  eləyən
adam.
Səm əndər quşu tək sən də yanarsan,
Tufanlar içinə  düşəndə  aləm (337,  c.I,  s.40).
Səmum yeli  kimi əsmək -  bir ölkəyə  fəlakət gətirmək. 
Azərbaycanın 
Cəlayirilərdən 
əvvəlki 
hökmdarları 
Hülakülər  səmum  kimi  əsib  Şirvanı  dəfələrlə  yağmalayıblar 
(144,  s.50),
Sən  atlı oldun,  mən piyada -  ürəyin  istədiyi  bir zadın ələ 
düşməməsi,  yəni  axtarıram,  tapa  bilmirəm,  sən  varlısan,  mən 
kasıb.
Təbiət  acığın göstərdi bizə,
Yağış atlı oldu,  günəş piyada (113,  səh.  89).
Sən aynada görənləri mən çiy kərpicdə görürəm -  məni 
özündən təcrübəsiz bilmə.
Sənə  aranla dağın nə fərqi?  - heç nəyin  sənə  isti-  soyuğu 
yoxdu.
Səniııçün aranla dağın  nə  forqi, ay bəxtəvər? (84, s.166). 
Sənə  bir  toy  tutaram,  ata-ananın  toyu  yadına  düşər  -
başına bəla gətirərəm.
Sizə bir toy tutaram atavuzun, anavuzun toyu yalan olar (9, 
s.155).
Sənə  borc deyil -  sənə dəxli  yoxdur,  qarışma.
Sənətin  başında  turp  əkmək  -   məsuliyyətlə  bir  işə 
yanaşmamaq.
Gəlin  buraxmayaq məbədə yaxın,
Sənətin başında turp əkən lori (264,  səh.  159).
Sənət  qızıl  bilərzikdir  -  sənət  həmişə  insanın  özü  ilə 
daşıdığı  böyük sərmayədir.
Son  gedəndə  m ən  gəlirdim,  sən  oxuyanda  m ən 
toxuyurdum - məni  uşaq  bilmə.
439

Sən  gəl  bu  daşları  ətəyindən  tök  -  nahaq  bir  sö zü n  
üstündə durma,  xeyirsiz işdən əl çək.
Sən girən kol deyil -  bu iş sənlik deyil.
Sən girən kol deyil (335,  s. 112).
Sən  gündüz  gedən  yollan  m ən  gecə  getmişəm  -  sən d ən  
çox təcriibəliyəm.
Səninkini  qaynadaq/yeyək,  mənimkini  oynadaq  -  ö z
mənafeyini düşünmək.
Sən kür,  m ən kür,  at çaydan necə  keçsin -   sən  də,  m ən
də  sözgötürməyən, qabaqdan yeməz.
Koroğlu,  aşıb-daşan  çaya  dedi:  «Sən  kür,  m ən  kür,  at 
çaydan necə keçsin? (108).
Sən  sağ,  mən  də  salamat  -  səninki  səndə,  m ənim ki 
məndə -bizim bir yerdə  olmağımız sona çatdı.
Sən  saydığını  say,  gör  fələk  nə  sayır  -   yəni,  insanın 
taleyi özünün istəyi əsasında qurulmur.
Yaxşı bir m əsəldir deyib atalar,
Sən  saydığın  say,  gör fələk nə  sayar (Mərəndli Qərib).
Sən vurmadın,  m ən də yıxılmadım -  sən bir iş görm əsən 
biri yıxılmaz ki...
Elə  qalmışam  məəttəl,  yaxşı  sən  vurmadın, 
m ən 
yıxılmadım, bəs bu nə oldu (72, c.IIX, s.63).
Sərbaz/  əskər  nə  bilir  heyva  kaldı  -  şüursuz,  cavan, 
kobud, rəftarını bilməyən adama deyilir.
Sərçəni  rəngləyib  qoııari  əvəzinə  satmaq  -  kələk 
gəlmək.
Sərin su, təzə kuzə - təzə evlənənə deyirlər.
Sərraf gözü - baxan kimi hər şeyi bilən adam  
Gövhərin işdə qiymətin 
Sərraf olan arif bilər (225, s.58).
Sərraf ki, h ər şeyə qiymət verəndir,
Yoxdur bir arpası,  bu gün  nədəndir? (“Yeddi gözəl”,  s.54). 
Səsi  alınmaq  -   səs  vermək  hüququ  yoxdur.  20-30-cu 
illərdə ortabab və varlı kəndlilərin  səsvermə hüququ yox idi.
Sənin səsin  alınıbdı  (195,  c.II,  s. 173).
440
'Befiruz
Səsi çıxmamaq -   razı olmaq,  razılıq əlamətidir.
M üsəlləmdir,  doyursan  millətin  qarnını,  səsi  çıxmaz  (168, 
səh   323).
Səsi  elə  bil  quyunun  təkindən  gəlir  -   yəni  səsi  çox 
alçaqdan gəlir,  səsi tutqundur.
Səsi  kallaşmaq  

  səsi  yorğunluqdan,  ağır  vəziyyətdən 
normal  vəziyyətini əldəıı verib.
Uçub rəngin  qızım,  səsin  kallaşıb (353).
Səsini için» soxmaq -  susmaq.
Universitetdə  Azərbaycan  türklərinin  birliyinə  şahid  olan 
şovinist  müəllim səsini  soxdu içinə.
Səsin sallar altından gəlsin - öləsən.
Səs-səsə vermək - əlbir olmaq,  eyni  şeyi  istəmək.
Səssiz ölüm -  qəflətən ölmək.
Səssiz ölüm kaş  hay sala ellərə (251,  səh.  31).
Sıçdııı  xan  evinin  kərəminə  -  pis  üz  görsətdin,  xəsislik 
elədin.
Sıçıb  suvamaq  -  söymək, yaman demək, rüsvay etmək.
Sıçmamış ocaq  baçı qoymayıb -  hamını  aldadtb,  incidib.
Sıxıb  suyunu  çıxartmaq  -  əziyyət  vermək,  işlətmək,  bərk 
qucaqlamaq,  boğuntu  ilə  xalqın  nəfəsini  kəsmək,  ruhiyyəsini 
öldürmək  və  ya  evdə,  iş  yerində  birini  azadlıqdan,  şadlıqdan 
məhrum  etmək.
Sıxdılar, çıxdı suyum, bir para cahil, nə edim? (168, səh  109).

Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə