Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ


Suyu  ağaclı  yerdən,  qızı  qardaşlı  yerdən



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə37/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

Suyu  ağaclı  yerdən,  qızı  qardaşlı  yerdən  -   keçm işdə 
arxalı  nəsildən evlənm ək daha üstün sayılırdı (103,  s.70).
Suyu arxa çevirmək -işləri yola salmaq, m aneələri aradan 
götürmək
Güldən incə ürəyin Azər elin sevirdi,
Zay olmadı  əməyin,  suyu arxa çevirdi (352,  s.333).
Suyu  boş  -tez  yola  gələn,  hər  sözü  qəbul  eləyən,  əxlaqi 
cəhətdən möhkəm olmayan.
Suyu  bulandırır  ki,  balıq  tutsun  ■  öz  mənafeyi  üçün  ara 
qarışdırır,  nifaq salır.  Suyu qiymətinə  -  çox ucuz.
Ərıquri fəravan, əriki su kimi ərzan,
Səhraları pur laləvü-reyhandır, Əlican!  (301,  s. 161).
Suyu  qurumuş  dəyirman -  heç bir xeyir gəlm əyən.
Qadam  ağzıva,  suyu  qurumuş  dəyirmana  oxşayır  (9, 
s. 176).
Suyumuz bir arxa getmədi  -  yola gedə bilmədik,  birlikdə 
işi  görə  bilmədik.
Suyun  lal  /lam  axanı,  adamın  yerə  baxanı  -  el  arasında 
deyilir ki,  yerə baxan adamlar ümumiyyətlə  xain,  ikiüzlü olurlar.
Yaxşı  deyiblər,  suyun  lal  axanı,  adamın  yerə  baxanı  (9, 
s. 168-169).
Suıyun  şırıltısına  qulaq  as  -  gələcəkdə  başqa  şeylər 
olacaq, vəziyyət belə qalmayacaq.
Suıyu süzülə-süzülə - peşiman.
Firuzu  gönnoyə  çox  ümid  eləyən  Həmid m ətbəədən  suyu 
süzülə-süzülə  qayıtdı  (1,  s.207).
Suyu süzülə-süzülə getmək -  peşimanlıq əlaməti.
Suyun  süzülə-süzülə  dükandan  çıxıb  evə  getdim   (201, 
səh.  202).
Suyu üfürüb içmək -  çox ehtiyatlı olmaq,  qorxmaq.
O qədər yanmışam odsuz-ocaqsız,
454
‘Beftruz
4
ür(jdetjitnbri
Suyu da üfürüb içirəm daha (294,  s.49).
Süpürgə çəkmək -  hər şeyi yığıb  aparmaq.
Bir hırsız dükanı  soyub,  soğana çevirmiş (2,  səh.  16).
Suyu  süzülmüş  siiçan  kimi  olmaq  -  həddən  artıq 
islanmaq.  Arxasınca getdiyi işdən naümid qayıtmaq.
Suyu  üfürə-üfürə  içmək  -  həddindən  artıq  ehtiyat 
eləmək.
Şəhər  su  idarəsi  xəbərdarlıq  edir  ki,  bir  neçə  ay  ərzində 
suyu üfürə-üfürə içmək lazımdır (9,  s.51).
Suyu üfürməmiş içə bilməyən,
İblisi ilbizdən seçə bilməyən,
Yuxuda Arazı  keçə bilməyən
Bir dost itirmişəm dost hesabında (184,  s.344).
O qədər yanmışam odsuz-ocaqsız,
Suyu da üftiriib içirəm daha (294,  s.49).
Süddən  ağzı  yanan  qatığı  püfləyə-püfləyə  yeyər  -  bir 
yerdən xətər görən adam ehtiyatla davranar.
Süd  gecə - ay işıqlı,  bəyaz gecə.
Süd  gölündə üzmək -  maddi vəziyyəti çox yaxşı  olmaq. 
Xanporvor  bəyimin  sənə  o  qədər  şəfaəti  var  ki,  sən  süd 
gölündə  üzürsən  (335,  s.87).
Süd  gölünə  düşmək -  gözlənilmədən bütün  işlərin  yoluna 
düşməsi,  firavan yaşamaq.
Olduqca əlverişli  şərait
Düşmüşəm süd gölünə eynicə xamuş  olanı,
Kəsdirin parə et ey eşq rüsva, rüsva (223  s.92).
Süd  gölünün  içinə  düşüb  üzürsən,  yetıə  sənə  azcır?  (129, 
s.412).
Südlii  inək  -xeyir verən.
İnsan  ərbablar  üçün  o  vaxta  qədər  ki,  işləyir,  siıdlü  inək 
səviyyəsinə enir.
Onlar ərbabların qulları,  bunlar xanın  südlü  inəyi (353). 
Südlü sümük oynamaq -  faydasız bir işə əl qoymaq.
Bir də kor olanla südlü sümük oynama,  qardaş,
Alma çolağı boynuva,  çıxma dama,  qardaş (168,  səh.  841).
455

‘Befauz 
9
bqtfi
Südü  daşmaq  -  birinə  m əhəbbət  göstərm ək,  ö p m ək , 
bağrına basmaq.
Südünü  göyə  sağmaq  -  olan  bir  şeyi  verm ək  istə m əm ə k , 
səhvini boynuna almamaq.
Süfrədə  əlini  saxla,  m əclisdə  dilini  -tam ahkarlıq  etm ə, 
danışığına fikir ver (103,  s.68).
Süfrəni yuxarı başdan düzərlər, aşağı başdan  yığarlar -
böyüklərin ehtiramını  saxlamaq vacibdir.
Süfrəyə salam etmək -  birinin minnətli çörəyini yem ək. 
Sər verib,  süffeyi namərdo  salam etmədilər,
Afərin hümməti valasına,  mərdanələrin (151,  səh.  119). 
Sümük  kimi  boğazda  qalıb  nə  ata  bilirəm,  nə  uda 
bilirəm -  yaxın bir adamı ilə məsələnin  olması.
Zindəganlıq qurata bir şey olub,
Niyə  lazım qurata,  bilməyirəm 
Bir sümükdür ki,  boğazlarda qalıb 
Kim ata,  ya kim uda bilməyirəm (306).
Sümüklərim  islandı  -  isti  su  gördüm,  hamama  getdim 
rahatlandım.
Sümüklərin  sürməyə  dönməsi  -   ölüb  torpaq  olmaq, 
yaman günə,  pis günə düşmək.
Qabar əl kəndliyə  düşdü,
Yumuşaq əl onlara.
Sünnəyə döndü sümüklər,
Qurudu qanlarımız.
Sümük sındırmaq  - təcrübə qazanmaq.
Çox zaman qoymaq, zəhmət çəkmək 
Namərd  oğlu  biz  bura  bir  ətək  pul  qoymuşuq,  sümük 
sındırmışıq (72,  c.lll,  s.61).
Sümsüyünü sallamaq -  qaşqabaq tökmək.
Vəli,  iş adını eşidəndə sümsüyünü salladı (46,  s.217). 
Sümüyə  çıxartmaq  -   ətini  yemək,  bir  dəri,  bir  sümük 
olmaq.
4 5 6
’Beftruz  tö q q i
’Sirfjdafim kri
Bir  gün  bizlərdən  biri  icbari  iş  ordusunda  torsuz  eşiyə 
çıxdı.  Az  zamanda  mığmığalar  onu  didib  sümüyə  çıxartdılar 
(157,  səh.  10).
Sümüyümüzə girib - qanımıza işləyib, ruhumuza hopub.
Sümüyünə düşmək - bir oyun havasının xoşa gəlməsi.
“Lambada”  həm   kişilərin,  həm  də  qadınların  sümüyünə 
düşmüşdü  (91,  s.31).
Biz sümüyümüzə  düşən hava tapa bilmirik (296,  s.309).
Sümüyünə dammaq - bir şeyin  baş verəcəyini hiss etmək.
-  Nəsə  var,  -  dedi,  yoox,  sümüyümə  damıb  mənim  (296, 
s.314).
Sümüyünə işləmək/ qana, iliyə işləmək -canına  hopmaq
Vətəni  müdafiə  etm ək  ata-babalarımızın 
sümüyünə 
işləmişdi.
Sünbülündən  su  daman  
çox  gözəl,  təmiz,  səliqəli 
geyinən kəslərə ünvanlanır.
Süpürgə çöpü -  arıq  adam.
Özü  də  süpürgə  çöpü,  napnazik,  bilmirsən  harasına  yeyir? 
(84,  s.27).
Süpürgə-saqqal -  səliqəsiz,  topa-uzun  saqqal.
Mustafa  bəyin  məqalələrinin  altında 
«Süpürgə  saqqal» 
imzası  qoyulmuşdur (297,  səh.33).
Sürüdən  ayrı  düşəni  qurd  yeyər  -  tifaqı  dağılan  millətə 
düşməri qalib gələr.
Sürüdən  ayrılan  körpə quzunu
Ya qurt qapar,  ya quş  qapar-  demişlər (Fəqani).
Sürüşquluya  dəm  vermək -   aradan  çıxmaq.
Gördüm  iş  şuluqdur.  mən  yavaşcadan  sürüşquluya  dəm 
verdim (72, c.III,  s. 126).
Sürüyə  qurd  gəldi,  vay  bir keçilinirı  gününə  -  toplumda 
baş verən ağır fəlakətlərdə ən ağır zərbəni yoxsullar göriir.
457

!Befavz
l m
-Ş-
Şadara göz -   yekə göz.
Şu gözlər sanki  daş süzgəcinin  şadara gözləridir,
İnsan o  süzgəclərdən keçir,  safa çıxır.
Şaddığına  şitlik  eləm ək  -  sevinmək  əv əzin ə  camaatı 
özünə güldürür.
Şah  bağışladı,  şah  qulam  bağışlamadı  -   bağçı  bağına 
qıydı,  bağban bir giləyə qıymadı.
Şahburun - bumu həddən  artıq iri.
İran  şahı  Məmmədrzanın  burnu  həddən  artıq  böyük 
olduğuna  görə  böyük  burunlu  adama  şahbumn  və  ya  Amerika 
şeypuru  deyərdilər.
Şahə  qalxmaq  -   atın  iki  ayağını  göyə  qaldırmağına 
deyilir.
Şah  gəldidən  keçdi  -  bir  adamın  həddən  artıq  gec 
gəlməsi.
Mirza  Rza  Kirmani  Nəsrəddin  şahı  öldürəndən  sonra 
şəhərdə  qıtlıq  başlayır.  Həmişə  olduğu  kimi  vəliəhd  Təbrizdən 
Tehrana  gedib  orada  şahlığı  davam etdirir.  Müzoffərəddin  şahın 
Təbrizdən  Tehrana  getməsi  çox  çəkir.  Şəhərin  adamları 
vəziyyətin  düzəlm əsinə  görə  çox  şeylərə  o  cüm lədən  şahın 
Təbrizdən  Tehrana  gəlməsinə  ümid  bağlayırlar.  O  vaxtdan  hor 
bir adamın  bir yerə getməsi uzanırsa,  belə deyirlər.
Şahındazhq etmək -  yekəxanalıq,  iddialılıq etmək.
Şahını  bəyənmirsən,  abbası  qoy  -  azı  bəyənmirsən,  çox 
ver.
Şah  ikən  şahbaz  olmaq  -  çox  çirkin  adamın  daha  da 
çirkinləşməsi zamanı işlənir.
Şah  ilə  şilə yeməmək -h ə r adamı  bəyənməmək.
“Şah  ilə  şilə yemirəm,  bığım  bulaşar”  deyən  Şahqulu  daha 
hansı  gəlir  hesabına  varlanıb-  pullanıb  karlana  bilərdi?  (253, 
s.304).
458
'lür^deyim hri
Şah  oğlu  yelə  qənşər durur -  elə  bil  çox  böyük  iş  görüb, 
biri kiçik bir işi  böyük saysa,  belə  deyilir.
Şah  uçmaz,  şahı  müridləri  uçurdar  -  şah  düz  olsa 
yıxılmaz,  onu ərafında oturanlar özləri  yıxar.
Şaqqavatlı adam  - çox gözəl, boy-buxunlu adam.
Ulu  təbiət  yenə  öz  vüqarı  ilə,  öz  şaqqavatı  ilə  dayandı 
(204,  s.43).
Şaqqılıbadam  -   uşaqlıqda  öskürməyin  nədən  gəldiyini 
başa  düşməyən  analar,  onun  illətini  göz  dəym əkdən  bilib,  onu 
aradan  aparmağa  göro,  uşağın  bo>nuna  şaqqılıbadam  (bir-  birinə 
yapışıqlı  iki  badam)  salardılar (201,  səh.  222).
Şaqqı sındırmaq  - birinin istəyinin əksinə  iş görmək.
M ən  də  atmışam  söz  tutarı  tutur, 
qıymadım  açıq  şıqqı 
sındırım (338,  s.50).
Şalvanm /ətəyini  başına  çevirmək  -  rüsvay  etmək,  biabır 
olmaq.
Şam  bahadı,  korun  nə  vecinə  -  bir  adam  bir  şeyin 
dəyərini  bilməsə onun nə vecinə?
Şam bahadı,  korun nə vecinə (103,  s.'73).
Şamı  sönmək -  evi yıxılmaq, əzizini  itirmək.
Sənin  şamın  sönüb, mənim büsatım,
Sənin nurun itib,  mənim səbatım (80,  c.II,  s.273).
Şami-qəriban  -  dərdli  bir  gecə,  dini  baxışdan  aşurada 
olan  savaşın  gecəsi.
Ya rəbb,  son özün eylə  xilas, qürbətə  düşdüm,
Olsunmu  güman  şami-qəriban  Qarabağda?!  (A.Bakıxa- 
novun seçilmiş əsərləri,  səh.  345).
Şam  kimi  ərim ək  --  qüssədən,  dərddən,  pis  gündən 
yaman  hala düşmək.
Zavallı  (Mirzə  Cəlilin  qardaşı  M əşrutə  inqilabının 
iştirakçısı  Mirzə Ə ləkbər -  B.H.)  gündən-günə  şam  kimi  əriyirdi 
(195, с.VI,  səh. 148).
Bəs ki,  zəmanə verdi qulaq burması  mənə,
Oldum şəpəqulaq,  qulağım  döndü yelpəyə (168,  səh.  93).
Şappadan -  qəflətən.
459

Mən  sözü  şappadan  adamın  üzünə  deyən  adam am   (9, 
s.113).
Şapur-şapur -  tök-dağıt ev,  israfçı  yer.
Olanda şapur-şapur,
Olmayanda haqqa şükür.
Şapusun  / şlyapasını  m əscidə  atsalar,  qayıdıb  götü rm əz
-  düşüncə  yüksəkliyinə  görə  xürafata,  məscidə  görə  m üsbət 
nəzəri yoxdu.
Şar buraxmaq -  bir yalan sözü yaymaq.
Hizbi  Tudə  şar  buraxdı  ki,  şah  dördü  aban  üçün 
Əmcədiyyəyə  gəlsə,  oranı oda çəkəcəklər.  Şah bəm am əsini  bir- 
birinə  vıırub,  ora gəbnedi (Məhəmmədə! i  Fərzano).
Şəbeh  çıxartmaq  -  
oyun  çıxartmaq,  ətrafdakılan 
heyrətləndirmək.
Sən  deyildin  dünən  adamışkavı  gətirib  oturtm uşdun 
camaatın gözü qabağında,  şəbeh çıxardırdın?  (9,  s.177).
Şeypurburun  burnunun bacaları  iri  olan.
Şeytana papış  tikmək - hiyləgər.
Əşi,  bu  Bağır  şeytana  papış  tikirmiş,  xəbərimiz  yox  im iş 
(9,  s.169).
Görüm  nə  tövür  fənd  quracaqsan,  sən  ki,  şeytana  papaq 
tikənsən (335,  s.123).
Şeytan  atına  minmək  -   cin  atma  minmək,  əsəbiləşm ək, 
bir sözün ucundan turnb xırdaçılığa getmək.
0 :  şeytan atına minib,  düşmədi ki,  düşmədi,
İki  ayağım  bir başmağa dirəyib dedi (82,  səh. 196).
Şeytan  barmağı  olmaq  -   əngəl  törədən  adamın  bir  işin 
qabağa getməsinə maneçilik törətməsi.
Həsi,  sən  öləsən,  burda  bir  şeytan  barmağı  vardır,  bizə 
papış tikirlər (82,  səh.  194).
Şeytan  fəhləsi  - müftə işləyən adaıtı
Şeytan / dev qulağına qurğuşun -  çox şükür,  şər qüvvələr 
eşitməsin.
Şeytan  quyruğunu buladı - işlər pisləşdi
460
(Be/iruz
Bu  gözəl  bayram  büsatının  sonunda  şeytan  quyruğunu 
buladı (288,  s. 159).
Şəqqüil-qəmər  eləmək  -  sual  kimi  işlənən  zaman  bu 
anlamdadır  ki,  elə  mühüm  bir  iş  görməmisən, 
İslami  baxışa 
görə,  imamlardan,  peyğəmbərlərdən biri  barmağını  aya tutaraq, 
ayı  ikiyə  bölməyə  işarədir.
Böylə qaşla-qamətə etsin nəzər,
San qiyamətdir olub,  şəqqülqəmər (Qudsi).
Şələni  bağlamaq  -  oğurluqla,  rüşvət  almaqla  var-dövlət 
yığıb aradan  çıxmaq.
Çapdı iranlıların  var-  yoxunu,  yağlı gedir,
Laybalay cibləri puldur,  şələsi bağlı gedir (69,  s.229).
Şələnin pıttamas! - işin  düz gəlməməsi,  ləngiməsi.
Çox çətindir çata onlar bu uzaq mənzilə ha,
Biriya,  mən görürəm  pıtlayacaqdır bu  şələ (69,  S.93).
Şənbə bacadan  baxır -  bu deyimi  cümə gecəsi deyərlər.
Şənliyə  su  səpm ək  -  bir  acı  hadisə  ilə  bir  şənliyin  sona 
çatması.
Yanıb  kösövə  dönmüş  bir  maral  balasını  gətirirlər,  elə  bil 
şənliyə su  səpilir (“Bilmirəm maral yaııa”,  s.84).
Şəpəqulaq olmaq -  yekə qulaq.
Şər  deməsən  xeyir  gəlm əz  -  hər  işin  gərək  pisini  də 
fikirləşəsən.
İşdir,  şər  deməsən  xeyir  gəlməz,  şir  sizi  görsə,  şir 
qızlarının  canına and  verin (46,  s.190).
Ş ə n id ə   yarma  sərmək  -  bəhanə  gətirmək,  bir  zadı 
verməmək  üçün  yalan,  mümkün  olmayan  şeyləri  bəhanə 
gətirmək.
Şər qarışmaq - axşam düşməsi.
Daha  gözləm ək olmaz,  şər qarışdı,  vaxt keçdi  ( Ə.M.  s.42).
M ünəvvər-Allah  sənə  and  verirəm  bu  şər  qarışan  çağı 
qərib  imam  Rzanın  adma,  bütün  qəriblərin  işinə  fərəc  ver  (77, 
s.15).
Şəstini sındırmaq  - ürəyini  sındırma,  ləyaqətinə  toxunma.
461

Şəvədən  qara  gözlərinə  qıırban  -  şəvə  qara  rə n g d ə  
qiymətli daş adıdır.
Biri şox naz edəndə ona m əsxərə üçün deyirlər.
Xanımın  ətəyində  bir  sıra  əşrəfi,  boynunda  qızıllı  şəv ə si 
var idi (Y.V.Çəmənzəminli).
Şipir-  şuxum,  hamısı  bir  tuxum  -   hamısı  bir  bezin 
qırağıdır,  ilanın ağına da lənət,  qarasına da.
Şirağa - torpağından istifadə etməyən.
Şirağanın Marağada bağı var,
Üzümü yox,  yarpağı var.
Şirazəsi dağılmaq - işləri alt-üst olmaq.
Şimri-Sənan  -  rəhmsiz.  İmam  Hüseyni  öldürən  m əşhur 
ərəb  sərkərdəsinin  adıdır.  Bu  ad  şiə  müsəlmanların  nəzərində 
qəddarlıq,  rəhmsizlik rəmzidir.
Şirbaz  -  dili  ilə  birini  tovlamağa  çalışan,  yalandan 
m əhəbbət göstərən
Şirim-şəhrə  etmək  -  nəhayət  dərəcədə  birini  vurmaq, 
döymək.
Yaranın  bir vəziyyətinə güneydə şirim  şəhrə deyirlər.
Gedin,  gedin gətirin tez bu bağa bir dəhrə,
Vurun bu  qoz ağacın,  eyləyin  şirim-şəhrə (301,  s. 111).
Şirin  dilinə,  çoxlu  puluna?  -  nə  insanlığın  nə  də  var- 
dövlətin var.
Şir yatanda  çaqqal  dönüb  şir  olar -  şir yatanda  çaqqallar 
da fürsət tapıb  şirə dönər.
M əskən  salsın  gərək  hüma,  səadətin  sarayında  (80,  c.II,
s.49).
Şişə  çəkm ək  --  zülm  eləmək,  siyasi-ictimai  mənasında 
boğuntuda saxlamaq.
Şişə çəkib,  çoxları eylər kabab,
Kaş olaydı diri hacı Tural?.
Göreydi  eylər  nə  fəqan  əskinaz?  (Mirzə  İsmayıl  Qasir, 
səh.  130).
Yar bizə  sahib olubdu başı saçlı çağalar,
Cücələr tək bizi çəkməkdədirlər şişə, əmu (206,  səh.  191).
Hefauz tfaqqi
462
(TSefmız  9bqqi
Şiş  uzatmaq -  Marağada göy qurşağına deyilir.
Cırdı yaxasın,  fori yaşıl pərçəm uzatdı,
Zoğ verdi yoğun,  qarı  nənə  quya şiş uzatdı (168).
Şit aşıq - ürəyə yatmayan,  sırtıq.
Şorakənddə  eşşək  tapılmışdı,  qalmışdı  erkək,  dişisi  -
bir  yerdə  ki,  əsas  lazım  olan  şey  tapılmır,  başqa  xırda  şeyləri 
soruşmaq  mənasızdır. 
Şorakərıd-  bir  susuz  yer,  məhsul 
verməyən  obadır.  1940-cı  ildə  fars  şovinizminin  çoxdan  tətbiq 
etdiyi  siyasət  əsasında  Azərbaycan  yenə  də  qurbanlıq  əti  kimi 
parçalanmışdı.  1993-cu  ildə  Ərdobili  əyalət  etmək  bəhanəsi  ilə 
Azərbaycandan ayırdılar.
Əsli kökdən  Astara övladi Azərbaycan,
Hansı  əllər eylədi  Gilanə ehsan, Ərdəbil?
Bir  Şorakəııd vermədi,  vəchində də  Gilaıı bizə,
Bu sözümdən sən ayıl,  ol bir hərasan, Ərdəbil!  (168).
Şorgöz  - qadına,  qıza pis gözlə baxan.
Şor  sudan 
qaymaq 
tutmaq  -   bacarıqlı, 
işbilən 
mənasında.
Əli  dadlı,  üzü  duzlu  matandır,
Maşallah,  şor sudan qaymaq tutandır (168,  səh.  166).
Şot  yalatmaq  -  birinin  gününü  qaraltmaq,  zor  demək, 
əziyyət vermək.
Şpexterin/  inspektorun  başını  gətirmisən?  -  elə  bil
böyük,  mühüm bir iş görüb.
Bu  istilab  bəzən  Mü
2
,əffəriyyənin  qəbaləsini  gətirməklə 
də bərabər işlənir.
E.Müctəhidinin 
yazdığına  görə, 
“şpexter” 
fransızca 
inspektor  sözünün  azorbavcanlaşmış  formasıdır.  Fətəli  şah 
zamanında  rus  sərdarlarından  biri  inşpextor  ünvanında  Qafqaza 
məmur  göndərilir.  Fətəli  şahı  qorxu  götürür,  öz  ətrafında  olan 
adamlardan  onun  şərini  azaltmağı  istəyir.  Təsadüfən  Molla 
M əhəm m əd  Əxbari  çillə  tutmaqc.an bir  neçə  gün  sonra bir  totiə 
nəticəsində  ölüb  çillə  qurtulmamışdan  qabaq  onun  başını 
Tehranda  şaha  verirlər  (“Azərbaycan,  əmsal  və  həkəmləri”, 
s. 196-197).

‘BeAruz,  J&qqi
тшт^штштт
Şuxumda  şıllaq  atmaq  -   bir  adam  adi  işi  görə  bilm əjdb 
böyük iddialar etsə deyərlər.
Bu oldu bizdə təməddün, m əsəldi düz yerdə,
Bizim ulaq gedə bilmir şuxumda,  şıllaq atır.
Şuxum yerin  illam -  hiyləgər.
Şumda  şərtləşm ək -  hər hansı bir  şərikli  işə  başlam azdan 
əvvəl, oııu dərindən götür-qoy etm ək lazımdır.
Odur  ki,  deyiləm,  şumda  şərtləşək,  xırmanda  yabalaş- 
mayaq (142,  səh.  365).
Şüşəki salmaq -  qaxınc vurmaq.
hər gələn ağzım büzdü  bizə  saldı  şüşəki,
Nə be in  şüruye şur,  nə be in birıəməki (168,  s.429). 
Şüvəranm əcaz -  uşaqbaz,  hamı  ilə həm əqidə olan.
464
Be/truz
-T-
Tabut zınqırovu  - yaşlı bir adamın uşağı olması.
Təbrizdə  Mirhəbib  Dağçmın  uşağı  yox  idi,  bir gün  dedim 
ki,  niyə  evlənmirsən  ki,  uşağın  ola.  Dedi  istəmirəm,  öləndə 
desinlər ki,  uşağı onun tabut zınqırovu idi.
Ta  gözün dörd  olsun  -  yəni  mənim  meylim  bunadır,  sən 
qəbul etmirsənsə, özün bilərsən.
Tağı ölmüş şamama - rəngi lap  sapsarı,  taqətdən düşmüş.
Rəngi  oldu tağı ölmüş şamama (168,  s.28).
Taxça-buxçada  gəzmək  -yenidən  hər  şeyi  töküb  yenidən 
baxmaq.
Gəzirəm günlərin  taxça-buxçasın
Bii' üskük seviinc  yox, hor şey havadır (Urmulu).
Taxtaya bağlamaq  -  birinə  danışmaq icazəsi  verməyəndə 
deyilir.
Tale köhləninin yolda qalınası ~ uğursuzluq.
Çatmadım  dünyada məqsuduma,  hey axtarıram,
Taleyin köhləni,  yollarda qalıb,  yorğundur (80,  II,  s.196).
Tale quşunun çiyinə qonması -  işləri  uğurlu gətirmək.
Tale quşu salmış başıma kölgə, görürsən,
Bir böylə gözəl hali, pərişan eləmə (80, c.II,  s. 128).
Taleyini tapşırmaq -  həyatını etibar etmək.
Ruma  dərvişliyi  Nəsimiyə  tapşırmaqla  Fəzl  karvanının 
taleyini də ona tapşırmışdı  (144,  s. 175).
Taleyi gülmək -  bəxtin açılması.
Sonradan məhkəmə  suçsuz buldu,
Gülərək taleyimiz yar oldu  (Cavid,  s.40).
Tambura 
çalmaq 
-  
tambura 
türklərin 
musiqi 
alətlərindəndir.  Burda  xoşagəlməz  bir  sözün  danışılmasına,  boş 
danışmağa bir işarədir.
Ney  və  tambura  en   qədim  və  məşhur  türk  musiqi  aləti 
olmuşdur (346,  səh.  350).
Gəl bənim sarı tamburam,
46:5

Sənin aslın ağacdandır,
Ağac dersəm  könüllənmə,
Qırmızı gül  ağacdandır (Pir Sultan,  s. 198).
Tikan verdim, əkm ək aldım,
Tamburam,  cıngı,  cınqı!
Əkmək verdim,  qoyun aldım,
Tamburam cınqı,  cınqı (238,  s.150).
Saqi dedi bəsdir, bu qədər tambura çalma.
Qismət, yazı  insanı xəyalətə salandır (H.Səxamer).
İçim oyuq -  boş,
Atam Sarı tambura,
Sən nə üçün  inlirsən?
İçim oyuq,  dərdim böyük
Bən anınçm inlərəm  (125,  səh 258).
Tamah  dişini çəkib atmaq - səndən heç nə  istəmirəm. 
Ağalar  (general-konsulluğun  məmurları-  B.H)  tam ah 
dişlərini 
çəkm əli 
və 
öz 
yerində 
sakit 
oturm alıdırlar 
(N.Nərimanov).
Tana  koraçı  -   bu  deyim  islam  hakimiyyəti  zamanında 
yaranıb.  Köhnə paltarları  satan yerə deyilər.
Az-çox tana kora eyləyib milləti rahət.
Tanrına  niyə təpik atırsan?  -  taleyinə niyə  təpik atırsan? 
Niyə yaxşı  bir işdən, qismətdən  imtina edirsən?
Tanrına  niyə  təpik atırsan? (129,  s.412).
Tann böyük, altı gen -   dünya təkcə buradan ibarət deyil ki? 
Tanrının günü  - hor gün.
Tarazın  əmması -  birinin  işinin  ləng getməsi.
Qəm-qüssə  yeməkdən  onib  tarazın,  fələk  sarı  çəkir  dad 
Qaradağlı  (63,  səh 72).
Tarixi -N adiri yarıya  qədər oxumaq -  savadsız  deyiləm, 
bir  şey  oxumuşam,  özünü  savadlı  saymaq.  Tarixi  -N adir  cəmi 
bir neçə  səhifədən  ibarət  olduğu üçün  bu  deyimi  işlətmək  gülüş 
doğurur.
Tartan-partan  danışmaq - boş söz danışmaq.
Be m ən tartən hacı  quyəd bezur,
466
‘Befrnız
Nə rəftəm  be Мекке,  be həqqe şəkur (301).
Tasası  /tası  yatmaq  -  hirsi  yatmaq,  qəzəbi  soyumaq, 
heyfini  almaq.
Biz  dedik  o  baza  müdiri  tutulandan  sonra  bunun  da  tası 
yatar, bu daha da qudurub (9,  s. 180).
H əsən  kişinin  qızı  nə  qayırır,  tasası  yatıbdırmı?  (129, 
s.415).
Tası  damdan  düşmək  -  hamı  mənim  vəziyyətimi  bilir, 
rüsvay  olmuşam.
Bu gün bir kimsədən  yoxdur hərasım.
İş-işdən keçdi damdan düşdü tasım (83,  s. 102).
Tas quzarişkərinm də tası düşdü damdan (168,  səh.  81).
Tasına qum  salmaq -  diqqət göstərmək (Səid Zenganlı).
Ta  (süheyl)  çıxmaya,  xurma  kəsilməz -   yəni  hər  işin  bir 
vaxtı  var.
Taybaşı  -  boşqaba  qoyulan  meyvələrin  ən  yaxşısına 
deyilər.  Deyimdə  isə  mənfi  mənada  işlədilir.  Dərdə-doyməyəıı, 
faydasız.
Həqiqi  mənada  Azərbaycanda meyvənin  yaxşısını  səbətin 
başına qoyub bazara gətirərdilər.
Son ki,  dadaş  şerdə çox naşısan,
Fikr eləmə ay bala taybaşısan (299,  s.75).

Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə