Heftruz л &1 's s L b e h r u z h ə q q I TÜrk deyiMLƏRİ


Tazının  hizliyindəıı  dovşan  pəyədə  bala  qoyar



Yüklə 17,08 Mb.
Pdf görüntüsü
səhifə38/43
tarix31.01.2017
ölçüsü17,08 Mb.
1   ...   35   36   37   38   39   40   41   42   43

Tazının  hizliyindəıı  dovşan  pəyədə  bala  qoyar  -bir 
şəhrin qayda-qanunsuzluyğundan insanlara zor deyərlər.
Tel-tel  ohnaq  -  həsrətdən,  ən  nəhayət  darıxmaqdan 
ürəyin kövrəlinəsi.
Dil  tellərinə bağlamışam gər inanmasan,
Tel-tel edib ürək dəxi  bir ara könlümü  ( Aşiq,  s.70).
Tezbazar -  bir işi  tez həll etmək.
Eliqorn-  bu lap tezbazar oldu ki (9,  s. 188).
Tez  ol  ki  içindən  zünuzlu  çıxar  -  bunu  yemək  yeyəndə 
deyərlər.  Yəni hara getsən orada zünuzlu o lar.
Təbətıə göz -  balaca göz,  xırda göz.
Təbil çalmaq -  kimliyini bildirməyə  çalışmaq.
Ey baş götürüb hər biri  bir səmtə qaçanlar,
467

'HiT/çd'eymthri
Dünya oyanıb,  zənci də təblin çalır indi  (348,  səh.  50).
Təbrizdə  dövrəli  börk  dalısınca  gəzm ək  -  K irm ana  z irə  
aparmaq.  Bir  yerdə  bir  şey  ki  hamının  var,  onu  aparıb  o rad a 
satmaq,  mühiti tanımamaq.
Tədbir tökmək -  çarə etmək.
Öz  özünə  götür-qoy  elədi  ki,  bunun  tədbirini  d ə d ə-b ab a  
qaydası  ilə tökmək gərəkdi (103,  s.24).
Tək  əldən  səs  çıxmaz  -  dirilik,  güc  birlikdədir,  yən i  h ə r 
bir  ictimai  işin,  xalq  üçün  problem  olan  bir  m əsələnin  həllində 
xalqın birliyi lazımdır.
Gəl əl-ələ verib dolanaq səhni-gülşəni
Tək bir əlin vücudu var,  e.mma sədası yox (113,  s.66).
Səttarxan:  Ağalar  m ən  nə  xidm ət  etmişəm,  m illətin 
köməyi  ilə  elədim   Və  illah  tək  əldən  səs  çıxmaz  (  «Qiyami 
Azərbaycan»,  səh.  54-55).
Təkəlli tutmaq -   gücsüz;,  arxasız bilmək.
Sən  m əni  təkəlli  tutma ə,  mənim do  qardaşımın  arvadının 
dayısı  nəvəsi  böyük qulluqdadır (9,  s.167).
Təkfir  topu  -  birini  rüsvay  etmək,  pis  işlərinə  görə  daim 
tənqid etmək.
Tupe-təkfıre ay oğlan, çevirin Tehrana,
G ərək ol  şohr ola viran, o  bəd  nam üstə (300,  S.49).
Tək  səbirin  düşər  düşməzi  olar  -  tək  səbir  bir  işə 
başlamağa pis işarədir.
Tək  səbir düşmədi hitlerçilərə,  ay omican,
Cürbəcür uydurulan  şayiələr oldu  yalan (69,  s.22).
Tələ sahibi gələcək -  işin  həngaməsi  sonradır.
O  adam  ki,  tələ  qurub  nə  istəsə  edəcəkdir,  ya  tələyə 
düşəni azad edəcək,  ya şikar kimi  götürəcək.
Tələsən təndirə  düşər-  tələsmək zərər gətirər.
Tələsən təndirə  düşər (103,  s.4).
Təm əlsiz  divar  tez  uçular -   bir  zadın  təməli  olmasa  tez 
məhv olar.
Zahirdə  axtarma sən ləyaqəti,
Divar tez uçular  axı təməlsiz (328,  s.l 14).
468
Təm iz  ad  -   xalqa  zərər  keçməyən  və  boynuna  alığı 
məsuliyyətləri  şərəflə  yeriırə yetirən.
Məni  isə  qane  etdi  bir  təmiz  ad  (A.Bakıxanov,  Seçilmiş 
əsərləri,  səh 422).
Tənbəl Əhməd  - bir yerdə ən tanınmış tənbəl  adam.
Təndirə girən seyid deyiləm -- aldada bilməzsiniz məni.
Təndirdə yanmaq - həyatını boş yerə tələf eləmək.
Çıraq yandırmasan əgər elmdən,
Varlığın təndirdə yanacaq həməıı.
Təndirin isti vaxtı - hər şeyin qızğm vaxtı,  münasib  vaxtı.
Təpədən dırnağa qədər - bütün vücudu, hər yeri.
Ah bacım!  Ürəyin çəkildi dara,
Təpədən dırnağa geyindin qara.  (337,  c.I,  s.33).
İlan  Cümşüdü  təpədən  dırnağa  süzdü,  ondan  xoşu  gəlib 
dedi (39,  səh 298).
Təpədən  dırnağacan  odlar  yurdunun  odu  olduğuna 
bələdəm  (266,  Səh.  188).
Təpə-tıxa yemək - doyunca yemək.
Təpik atmaq -  harmlamaq.
Bu əsrdə yaşamaq istəsən bir az dinc dur.
Qəni  kimi təpik  atma, gər cibin boşdur (300,  səh. 8).
Tərbiyəli meymun kimi -  sözəbaxan, hər  işə  yarayan.
Tərcüman olmaq -  təmsilçi olmaq.
Əsiri qəlır olub dilsiz biçarələr yeksər.
Dil  açdı,  tərcüman  oldu,  c  canlı  «Tərcüman»mdan  (166, 
səh.  265).
Tərcüman vermək -girov qoymaq, öhdəsinə götürmək.
Ə gər  bu  işi  yerinə  gətirə  bilməsəm,  qolumu  tərcüman 
verirəm.
Gözlərindən süzülən yaş,  sözünün tərcümanı,
Canımı,  ruhumu oxşa,  dilinə qurban ana!
Tərəzinin 
ağır  tayı 
aparar  -  
insanın 
düzgünü, 
düşüncəlisi qalib gələr.
Tərəzinin  bir  gözünə  atmaq  -  dəyər  verməmək,  hesaba 
qoymamaq.
Tör
469

Türl^rfeyim lm .
№ truzjrfaj£
Tərxan  öyrəşm ək  -   sərkərdə,  böyük  dö v lət  xadim i  və 
heç günah üzərindən sorğu-suala çəkilm əyən adam
Tərlan  yerinə  sar  gəldi,  yağış  yerinə  qar  -   g ö z lən ilən  
zadın əksi baş verdi.
Tərlan  yuvalan  dağlar  -   zirvəsi  buludlara  g irən , 
möhtəşəm  Azərbaycan dağları
Qartal düşüncəli,  şair xəyallı.
Tərlan yuva salan,  dağlar oğluyam (148,  səh.259).
Tərləm ək -  xərci çıxmaq.
Sən öləsən,  yenə filan qədər tərləm əli oldum (9,  s. 144).
Tərs 
damarının 
üstündə 
durmaq 
-  
sözündən 
dönməmək,  səhv fikr ini dəyişməmək
İndi  yenə  də  sən  durmusan  öz  tərs  damarının  üstündə 
(253,  s. 153).
Təzə  gəldi  bazardan,  köhnə  düşdü  nəzərdən  -  biri  təzə 
dost tapanda, köhnəni  yaddan çıxaranda deyirlər.
Təzə  gəldi bazardan, köhnə düşdü nəzərdən (103,  s.69).
Təzə  qafa -  aydın,  zamanın  gedişi ilə ayaqlaşan
X əzinə bol edən lotu,
Taza qafadu Naciyə (301,  səh.  94).
Təzə  səlmani  gəlib  kakili  yandan  qoyur  -köhnə  bazara 
təzə mrx qoymaq,  özündən təzə qanun çıxarmaq.
Tıx deyincə yemək -  doyunca yemək.
Ttıy  tıx  deyincə  yedim,  üstündən  də  on-  on  beş  stəkan 
porrəngi çay - xoruzquyruğu (9,  s.139).
Tıxmaq  -  acgözlüklə  yemək;  birinə  narazılıqla  yemək 
verəndə də “tıx”  deyirlər.
Deyirdin:  ey gözüm nuru,  acıxdın?
Deməzdin:  boynu sınmış indi tıxdın!  (147).
Tiftək/ tiftik adam - dərdədəyməz,  ağılsız,  lürnpən.
Səslər ucalan tək qaçaqaç düşdü sərasər,
Çöndər üzünü divara tiftək....  (343, səh.  112).
Tanımazduq  urus  kimdi,  Amrika  hansı  tiftikdi?  (168, 
s.325).
470
“Behruz
Turk^^m üri
Tikəmiz  ovsanata  düşdü  -  problemin  asan  həlli,  xilas 
olmaq.
Tikəmiz ovsanata düşdü (1, s.27).
Tikəsi  düşmək  -   bir  insanın  mənfi  ya  müsbət 
xüsusiyyətlərini  bir  adama  ki,  guya  uşağın  nənəsi  ikicanlı  olan 
zaman ondan tikə alıbdır,  ona işarədir.
Düşməyib tikəm  qorxudan mənim,
Çəkməyib suyum da qaçanlara (338).
Tikənin  söyünməsi  -  bir  tikə  əldən  düşəndə  dey ərlər  ki, 
tikə  sahibi sevinəcək.
Tir-tir əsmək -  ən qorxulu vəziyyətdə qərar tutmaq  və  ya 
birinin  dostunun,  sevdiyi  adamın intizarını  çəkməyə  işarədir.
Ürəyim tir-tir əsir.  Cüt  qanad  həvəsiylə,  azadlıq  nəfəsiylo 
(210,  səh.  63).
Toxmaq  gəlir  -   bu  deyim  bir-iki  il  öncədə  birinci  dəfə 
olaraq  Tehranda  metro  düzəldəndən  sonra  yaranıb.  Camaatın 
çoxluğundan,  metroya  minməyə  yer  olmayan  zaman,  bir  neçə 
dəfə  boynu  yoğun  dövlət  adamları  camaatı  dümsükləyərək, 
itələyərək qatara mindirirlər ki,  qapılar bağlansın.
Toxum əkmək -  ara vurmaq,  ixtilaf salmaq.
Toqqanın altını bərkitmək -  doyunca yemək.
Ey  cavan,  məndə  çörək  var,  heç  fikir  eləm ə,  toqqanın 
altını  bərkidib yola düşərsən (46,  s.105).
Top kimi -  sağlam,  ətli-canlı.
Top-tüfənglə gəlmək -  dava istəmək.
Siz  içəri golirkon  elə bil top-tüfənglo gəldiniz  ki,  hamımız 
özümüzü itirdik (72,  c.III,  s.90).
Topuq çalmaq -  çaşmaq.
Xaşıl daşa dönüb  diş sındıranda
Yaman topuq çalır dili dünyanın (328,  S.137).
Topun  ağzında olmaq - ən ağır vəziyyətdə olmaq,  xətərin 
içinə d ü şm ə k .
Tora  düşmək -  aldanmaq,  düşmən əlinə  düşmək.
Torbada pişik v a r -  bilinməyən bir sirr var.
471

‘Befauz  Jbqqi
Yaman gülürsən,  sənin  də  deyəsən  torbanda  pişik  var  (84, 
s.365).
Torpağını  at  yorbası  ilə  daşıtmaq  -   birinə  düşm ənçilik 
eləmək, birini pis günə salmaq
Ə gər  qızım 
mənim 
oğluma  verdin, 
səninlə 
işim  
olmayacaq,  yox  verməsən,  onda  bütün  torpağım  at  torbalarında 
daşıyıb  Araza tökdürəcəyəm (46,  s. 107).
Torpağın  misə dönməsi - torpağın ölməsi,  çox bərkim ə si.
Nə  şum dağlardılar,  torpağı misə  çönüb,  təravət ölüb  (204,
s.41).
Torpağın üzü  soyuq olar -  ölən tez unudular.
Torbakeş  -   qədim  ənənələrə  görə  çobanlar  ən  qocalmış, 
əldən  düşmüş  heyvanın -  qoyunun və  ya keçinin  çörək torbasını 
boynundan asardılar.
Zülmün girdabında düşmüşəm ləngə,
Torbakeşlər tənə qılır peşəngə (13,  səh 46).
Torpağı  torba  ilə  daşımaq  -   birinə  on  nəhayət  dərəcə 
nifrət etmək.
Oğul,  Əbülfəz  haqqı,  torpağını  torba  ilə  daşıyacağam  (72, 
II cild,  səh.  271).
Torpaq  aparmaq  və  ya  torpaq  çəkmək  -   ölən  zaman 
qürbətdə  yaşayan  adam  əgər  vətənə  sarı  gedib,  orda  ölsə,  bu 
deyimi işlədərlər.
Torpaqbasdı  haqqı  -  kənddən,  başqa yerlərdən  gətirilən 
şeylərə kəndlilərdən vergi almaq.
Mirzə  Cəlil  Məmmədquluzadə  Təbrizdə  olaıı  zamanlar 
müəllimlərin  hüququ  Altı  ay  verilmir.  M aarif  idarə  rəisi  və  b. 
belə  qorar  qoyurlar  ki,  hər  yüklü  eşşəyin  şəhərə  girməsindən 
torpaqbasdı 
haqqı 
alıb, 
müəllimlərin 
aylığı 
verilsin. 
C.Məmmədquluzadə bu  ictimai fəlakəti  1920-ci  ilin  yazında  31 - 
də  çıxan  «M olla  Nəsrəddin»  jurnalının  4-cü  nömrəsində  bir 
karikatura ilə  tənqid edir  ki,  o  nömrə  həmən  gün  satılır və  daha 
tapılmır (197,  səh.  131).
T osqun -  balacaboy,  kök.
Hardansa tosqun bir kişi peyda oldu (91,  s.79).
472
‘Befmtz
z
Tosu - xırda,  balacaboy,  zirək adam
Toşuvu  al -  dincəl,  istirahət et.
Toydan  sonra  nağara  /toydan  sonra  hananı  g..ə 
yaxarlar - hər işin  öz vaxtı  var.
Məşhur ifaçımız güngörməz Bayramalı toydan qayıtdıqdan 
sonra nağara çalacaqdır (9,  s.51).
Toydan  sonranırı  hənası  -  dava-dərmanın  da  vaxtı  keçsə, 
faydası yoxdur.
Toy  da  olsa  toyuğun  vayıdır,  vay  da  olsa  -   yəni  birinə 
isti-soyuğun fərqi yoxdur.
Toy da olsa,  toyuğun vayıdır,  vay da olsa (103,  s.68).
Toy  Təyyibəsiz olmaz -  bacarıqlı  qadına,  və  ya adama  bir 
işarədir.
Toy tutmaq - zor demək,  qan qusdurmaq.
Arazın  başı  ilən
Dibinin daşı ilən
Sənə  bir toy tutaram
Gözümün yaşı  ilən.
M ənim  Uçuya  verəsi  suyum  yoxdur.  Uçu  bu  kəndə  toy 
tutub ki,  tüstüsü təpəsindən çıxır (254,  S. 18).
Toyu  gördü,  to rəngə  yadından  çıxdı  -  böyük  adamlarla 
oturub durmağa görə kiçikləri yadından çıxartmaq.
Toyuğu  anbara  salsan  eşoııək  atar -  birini  təzqiq  altında 
saxlasan üzünə qabarar.
Toyuğun  banlayanını seyidə verərlər -  arvad  artıq-əskik 
danışsa,  cəzalandırılar.
Toyuq  bir  qıçlıdır  ki,  bir  qıçlı  -  -dediyi  nahaq  bir  sözün 
üstündə durmaq
O  başını  bulayıb  dedi  ki,  toyuq  bir  qıçlıdı  ki,  bir  qıçlı  (1, 
s. 123).
Tökülən dolmaz -  keçənə təəccüblənmə.
Qatıq üçün qışda ağlamaq  olmaz,
Atalar deyibdir tökülən dolmaz (329)..
Tövbə,  tövbə  os..raqlı  götə  nə  tövbə?  -  O  adam  ki,  pis 
işə  adət edib onun düzəlm əsinə  inanmaq səfeh bir işdi.
473

Tövbəsi keçi tövbəsidir -  tövbəsinə inanmaq olm aq.
Tufağın  dağılsın  -   qarğış  anlamında,  evin  dağılsın, 
birliyin yox olsun.
Talan olan cəlalı, tufaqı nifaq  olan,
Ey  izzəti  gedib,  ciyəri  qan  olan  vətən!  (  «Naleyi  V ə tən » , 
№1.  səh. 14).
Tuği-lənət  olub  boğazına  keçmək  -  əl çəkm əm ək,  b irin ə 
əziyyət vermək.
Bisavadın  ə n   yekəsi  sənsən  ki  tuği-lənət  olub  k eçm isən  
bizim boğazımıza (288,  s. 108
Tula itdən murdar -  ikisi bir-birindən murdar.
Tula itdən murdar (9,  s.  171).
Tulanbar  eşşəyi  m əxm ər  palan?  -   iki  biri-birinə  uyğun 
olmayan adam.
Bir  qadın  K əblə  Nəsir  kişinin  yanına  gəlib  deyir  ki, 
gəlmişəm  qardaşım  üçün  qız  bəyənm əyə.  Kəblə  soruşur  ki, 
qardaşın  kimdi?  Deyir  yaşı  altmışdan  bir  az  yuxarıdır,  iki  qıçı 
şildi,  bir  gözü  kordu.  Deyir  bəs  qız  kimdi?  Cavab  verir:  14  yaşı 
tamam  omayıb,  səkkizinci  sinifdə  oxuyur.  Kəblə  Nəsir  onun 
sözlərinə  qulaq  asandan  sonra  deyir:  Tulanbar  eşşəyi,  m əxm ər 
palan? (211,  №25,  s.97).
Tula payı -  çox az bir pul.
İşləməkdən  qarağac  kimi  qabıq qoyuruq,  ayda bir tula payı 
da muzd  almırıq (148,  s.l 16).
Bizim hərəm izə  də bir “tula payı”  verəcəkdir (253,  s.283).
Tullanıb  düşmək -  yalandan hay- küy  salmaq.
Bizim  indi  belə  tullanıb  düşməyimizin  heç  bir  mənası 
yoxdur (118,  с.II,  s.195).
Tuman  bağına  lağ  eləmək  -  birini  günahlandırmağa 
bəhanə axtarmaq.
Həzrətin tuman bağına lağ eləyir ki, guya nəüzibillah (195, 
c.II,  s.156).
T um ançaqqulıı -  ac,  yoxsul.
Ədə, bu lüt tumançaqqulunun danışmağına bax (9,  s. 148).
474
‘Türkjdaıimhri
Tumanı 
batırmaq 
-  
qorxmaq, 
mübarizədən 
üz 
döndərmək.
Batıracaqsız hamı tumanınızı,
Şimr-ləiıı, g ər gəlsə meydanınıza (300,  səh.  12).
Tumanına  pişik  balası  salmaq  -h əd d ən   artıq  təzyiq 
göstərmək, narahat etmək.
Tumanının  bəndi  qırılana  qədər  qovalamaq  -   birini 
nəhayət dərəcədə təqib etmək,  izləmək.
Sən hər yerə qaçsan  da,  bil ardınca qovmaqdayıq.
Ta  qırılsın  qaçmaqdan  lap  bəndi-tumanın  sənin  (338, 
səh. 84).
Tumanın  çıxartmaq — biabır eləmək.
Mən  də  hələ  belə  gedirəm  kənd  sovetinə,  əgər  sənin 
tumanını 
çıxartdırıb 
miyantəginə 
döydürməsəm, 
məndən 
köpəkoğlu  adam yoxdur,  düş qab ığıma (72,  c.III,  s. 142
Tumansız qalmaq -  çox kasıb  olmaq.
Əzizim cansız qaldım,
Dinsiz,  imansız qaldım,
Əlli il rəncbər oldum,
Dibində tumansız qaldım.
Turp kimi -  sağlam,  qırm m   sifət, ətli,  canlı.
Turşu  küpünə  qoymaq  -  qızını  gələn  elçilərə  verməyib 
evdə  saxlayanda deyilir.
Bas turşu küpündə qızım  saxlagilən sən,
Bu hal ilə ağa,  qapına gəlmək olurmu (69).
Turşulu  aş -  döymək,  əzişdirmək.
Vurdu  ancaq xanıma,  nə yemisən turşulu  aş  (168,  S.301).
Tutar  qatıq,  tutmaz  ayran  -  düzəlsə  düzəlib,  düzəlməsə 
bir şey olmaz..
Əli  aşından  olanlara  Vəli  aşı,  Vəli  aşından  olanlara Əli  aşı 
təqdim edirlər.  Qonaqlara tutanda qatıq,  tutmayanda ayran  təklif 
edirik (9,  s.48).
Tutduğunu buraxmamaq -  yapışdığından əl çəkməyən.
Özləri  də  elə  üzlü,  elə  həyasız  olublar  ki,  tutduqlarını 
buraxmırlar (148,'S. 121).
475

‘B e h rv z^ b ğ ^
lürfiideyimbri
Tıııti dilli -  xoş söhbət,  şirin dilli.
Ə zəldən aşiqəm  tuti dillərə (230,  səh 27).
Tnıtması tutmaq -  halı dəyişmək,  xəstəliyi  baş  qaldırm aq.
-Yenə  tutdu  tutması-  gəlin  dizlərini  ovuşdu ra-ovuşdura 
ağlayırdı  (296,  s.305).
Tutulmaq -  çaşıb qalmaq.
İstəm ədim  ki,  mənim  tutulduğumu,  ya  şaşdığımı  Salahov 
hiss edə  (288,  s.l 13).
Tükdən  asılı  olmaq  -   həyatı,  işi,  güzəranı  balaca  bir 
bəhanə ilə də aradan gedə bilər.
Bağladı dinimi  möhkəm iki zumnar zülfi,
B i' tükündən asılı qaldı, bu möhkəm dindar (Nizami).
Tiiıkü tərpənm əm ək  -heç bir təsiri olmamaq.
Mm bii' alçaqlığa baş əyir hər gün
Tükü də tərpənmir bu yaşamaqdan (215,  səh 49).
Tükütükdən seçmək -  çox ayıq -sayıq olmaq.
Mən  kişi  adamam,  uzaqdan  baxana  loru  təsiri  bağışlasam  
da, arifəm,  tükü-tükdən seçirəm (1, c.II,  s.290).
Ttıkü üstündə durmaq -  öz işinin üstündə durmaq.
Əstəğfürullah  deyə  çıxdım,  tükü  üstə  durun.  Nəbada, 
nəməbud  işlərlə özünüzü məşğul edəsiniz (300).
Ttilkünü nallamaq -  hiyləgər, xalqın  başına börk qoyan
Ttinbətün  -   lənətə  gəlsin;  qəbir-qəbir  dolaşsın.  Söyüşdü, 
ölən  adama ünvanlanır.
A  səni əkən-doğan tünbətün düşsün (195, c.II,  s.52).
Tülkü  olsan,  dərin  on  beş  şahıya  dəyməz  -   dəyərsiz, 
əlindən  bir iş gəlm əyən
Tülkü sifət -  hiyləgər,  qorxaq  .
Düşmən  ııə qədər tülkü sifət olsa da olsun,
Biçarədir,  qorxaqdı o  aslan qabağında ( 27,  s.33).
Tükdən  asıb  yoxdur-lıeç  bir  zaman  xüsusilə  bir  xəlqin 
ağır  həyat  yükünürı  nazik  tükdən  asıldığı  vaxt  da  əslən 
yorğunluğa,  ruh düşkünlüyünə  qapılmamalı (153,  s .l3).
476
Вкйгк
T w i^a jm b ri
Tüklərin  biz-biz  durması  -  qorxudan,  təəccübdən, 
heyrətdən  tüklərin  biz-biz  durması.  Bunu  xoşluqdan  quduran 
arvada deyərlər.  Təhdid  mənasında işlənir.
Tükləri biz-biz durmaq - qorxmaq,  diksinmək.
Elə bir halə düşərsən ki,  tükün biz-biz, olar,
Əyninə geyməyə şey tapmasan,  astar üz olar (267,  s. 159).
Başında hər nə tük  var, biz-biz oldu (147).
Tük tökmək -  qorxmaq.
Tükü tökülüb - hövsələdən düşüb,  daha zor deyə bilmir.
Tülküdurmaz -  lap  səhər erkən.
Sədrin 
günü- 
diriliyi 
var? 
Tülküdurmazdaıı 
çölə 
aparmışam  onu (84,  s. 161).
Tülkü  kimi aradan  çıxmaq  - qorxub qaçmaq.
İndi  onun  qaçıb  siqaret  bəhanəsi  ilə  tülkü  kimi  aradan 
çıxmağı  da. bunu  aydınca, göstərir (118, c.II,  s.199).
Tülkü  qud-qudu -  nifaq  salan,  ara vuran danışıqlar
Tülkünün  quyrıığu  -  pis  adamlara,  qüdrətdə  olanlara 
yaltaqlıq  edənlər.
Burada  yaman  işsizlikdir.  Yalnız  onların  işi  vardır  ki, 
tülkünün  quyruğudurlar (M.Səlamət).
Tülkü  poxu  dərmana  gəldi,  sıçdı,  üstünü  örtdü  -   bir
qanmaz  adamın  köməkliyinə  ehtiyac  olan  zaman  naz  eləməsinə 
və əsirgəm əyinə işarədir (261,  səh.  113).
Tülkü  suvaqlı  bağa  girməz /ilan  vuran  ala  çatıdan  qorxar 
-aldada bilməzsən,  mən səııi yaxşı  tanıyıram
Tünbətün düşmək - pis adam öləndə deyirlər.
Sizə  lənət gəleydi ey ölülər,
Məni  saldız bəlayə tüııbətünlər.
Tüpürdüyünü  yalamaq  -   yəni  danışdığı  sözün  üstündə 
durmamaq.
Səfəroli:  kişi  tüpürdüyünü  yalamaz.  Məıı  sən  qoyan 
qərarla razılaşdım (122,  səh.  49).
Tüpür,  üstünə  də  bir daş  qoy  -  yəni  ağzın  qanlı  olsa  da, 
tüpürmə,  və  ya  bildiyin  bir zadı  heç yerdə demə  (261,  səh. 113).
Tüstü  bərkdir -  yəııi vəziyyət çox ağırdır,  yaxşı  deyil.
477

Tüstüsü dabanından çıxmaq -  bərk qəzəblənm ək.
Z ərgər xəncəri  alanda  gördü  özü  qayırdığı  xəııcərdi,  tüstü 
dabanından  çıxdı (46,  s.39).
Tütəyin dilini çəkmək -  səssiz olmaq, dinc oturm aq.
Çox uzun getmə, həqira,  bəs elə,
Çək tütəyin dilini, çalma dəxi (318, S.382).
Tütəyinə sanmaq - ələ salmaq, başda dolandırmaq. 
Tüyünmək  -  özünü  ora-bura  vurmaq,  can  atmaq,  bir  işə 
çalışmaq.
478
-u-
Uca küllüyün külünü  sovuınıaq -  varlı  ailədən  qız  almaq. 
Onun girdiyi kol deyil, yəni o,  bu işə müdaxilə edə bilməz.
Ucdantutma -hamısı.
Kənardakı  ağacların  hamısı  ucdantutma  yanmışdı  (1, 
s.315).
Ucubıınıq - həddən artıq uzun, ucaboy adam.
Ucu  güləbətinli -  bəzəkli, gözəl.
Ariflə  Aslanın  dilindən  dəyirmançıya  ucugüləbətinli  biı- 
kağız yazdılar (46,  s. 186).
Ucundan, qulağından -  bildiyimdən.
Ucundan qulağından başa düşdüm
Amma əməlli-başlı yox (35,  s.470).
Ucundan  tut,  göyə  çıx  -   bu  istilah  arasıkəsilməz,  şıdırğı 
yağış haqqında işlədilir.
Bu  dəm  bir  selləmə  yağış  tökülür  ki,  ucundan  tut,  göyə 
çıx (220,  səh.  76).
Uçurtmaq -  şişirtmək,  yalan  danışmaq,  gop basmaq.
Udquna  bilməmək -  qorxudan,  nigarançılıqdan,  iztirabda 
yaşamaq.
İnqilab  anı  gələndə  şahların  rəngi  saralır,  udquna bilmirlər 
(29,  səh,  35).
Uf-uf demədən-  etiraz etmədən çətinliklərə  siııo  gərmək, 
dözmək.
Bir ömür könül u f demədən cövrüvə dözdü (308,  səh.  18).
Ulduza hürən -  faydasız işlə məşğul  olan.
Ulduz  axmaq  -  Türklərin  inamına  görə  hor  insanın  bir 
ulduzu var,  dünyasım dəyişən  insanın göydə ulduzu  axır.
Azər elinin parlaq  olan uldugu axdı,
Şərqin  çırağı  söndü,  fəqan  göylərə  qalxdı  (R.Haşimi, 
s.488).
U lduzların  barışm ası  -   yəni  iki  nəfərin,  iki  millətin 
sülhdə,  şadlıqda yaşaması.
479

1Ве/tras 
J&qqi
2т!шв31штттшш
Ulduz  oldu  asimana  getdi/  su  olub  yerə  girdi  -  b ird ən - 
birə yox  oldu.
Ulduzu  barışmaq  -   qızla  oğlanın  yola  getm əsi,  yaxşı 
yaşaması.  Evlənm ək haqqında işlənir.
Ey  qız,  gəl  ulduzlarımızı  barışdıraq,  bəsdi  bu  zindanda 
qaldığın  (46,  s.351).
Uman  yerdən  küsərlər  -  özünə  yaxın  bildiyi  adamdan 
inciyər.
Amansız gözün  yuman  ayrılıq,
Can  cızlığmdan uman  ayrılıq  (Şəhriyar).
Uma-uma döndük muma  -  istəyimizi ələ  gətirincə  ə ld ən  
düşdük,  çoxlu əzab-əziyyət çəkdik.
Un çuvalına dönmək  - evdə qarıyıb qalmış qıza deyilir. 
İndi  yasa  batıb,  un  çuvalına  tay  olub,  qalıb  qardaşının 
evində  (142,  səh.  58).
Uırus Allahı -  zalım,  rəhmsiz.
Nə urus  Allahı  kimi  başımın  üstünü  almısan?
Uırus  gələndə  matışqadı,  osmanlı  gələndə  cocuq  - 
şəxsiyyətsiz, hər gün bir dona girən.
Uşaq  sıçdı  bir yana,  gəlin  yaxdı  hər yana  -  işi  bilməyən 
adam  işi  düzəltmək əvəzinə onu daha da xarablar.
Uzaqdan  döyüş  adama  asan  gəlir  -  əziyyət  görməyən 
hər  şeyi  asan  bilər,  insan  hər  hansı  bir  işin  içində  olmasa,  o  işin 
çətinliyindən xəbər tutmaz.
Uzaq  yerin  holasını  /   xərmənini  xoruz  ilə  döyərlər  -
tanımadığı  yer  barədə  nə  desən,  inandırmaq  olar,  yalan  danışır. 
Bizi bilməz hesab  edib,  ağzma gələni deyir və şişirdir.
Uzun  dilin  qısa  olması  -  gözükölgəli  olmaq,  hörmətdən 
düşmək
Uzun dilim  qısa ola,  cavab  verə bilməsən,
Yoxsulsan alçaqdan yeri, vannan  işin  nədi? ( M.Qasımlı). 

Yüklə 17,08 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə