Hərbi əməliyyatlar zamanı tərəflər arasında Qarabağla bağlı danışıqlar davam edib. Oktyabrın 19-da "dqr" in rəhbəri Araik Arutyunyan Paşinyana zəng edib



Yüklə 13,81 Kb.
tarix18.05.2023
ölçüsü13,81 Kb.
#115899
Atəşkəs danışıqları


Hərbi əməliyyatlar zamanı tərəflər arasında Qarabağla bağlı danışıqlar davam edib. Oktyabrın 19-da “DQR” in rəhbəri Araik Arutyunyan Paşinyana zəng edib. O, nəinki öz fikrini, həm də Qarabağ separatçılarının sabiq liderləri Arkadi Qukasyan və Bako Saakyanın, həmçinin Ermənistanın sabiq prezidentləri Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanın mövqelərini çatdırıb. Bundan sonra Paşinyan, Rusiyanın təkliflərinin məntiqinə uyğun olaraq, hərbi əməliyyatların dayandırılmalı olduğunu deyən Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Təklifə görə Qarabağın statusu məsələsinin həllini təxirə salınır, keçmiş DQMV ətrafındakı rayonlar Azərbaycana təhvil verilir və o vaxt səslənən təklifə görə, keçmiş DQMV-nin sərhədləri boyu və Laçın dəhlizində Rusiya sülhməramlıları yerləşdirilir. Baş nazir Paşinyan bu variantı Qarabağ separatçılarının başçısına çatdırıb və Araik Arutyunyan razılaşdığını bildirib. Bundan sonra Paşinyan parlamentdənkənar qüvvələrin nümayəndələrinin iştirakı ilə müşavirə çağırıb və qəbul etdiyi qərarı təqdim edib. Görüşün bir çox iştirakçıları narazılıqla reaksiya veriblər, müşavirədən sonra isə bəziləri sosial şəbəkələrdə yazıblar ki, Qarabağ uğrunda ümumxalq mübarizəsini əngəlləyənlər xəyanətkardırlar, başqa adları yoxdur. Elə həmin gün Paşinyan parlament fraksiyalarının nümayəndələrinin iştirakı ilə Təhlükəsizlik Şurasının (TŞ) iclasını da toplayıb. İclasda respublikanın prezidenti və bütün ermənilərin katolikosu da iştirak ediblər.

TŞ-nin iclasından sonra Paşinyan Putinə zəng edib və bu təklifə razı olduğunu bildirib. Putin cavab verib ki, bu məsələləri səhərə qədər İlham Əliyevlə müzakirə edib nəticəsini Paşinyana deyəcək. Növbəti gün səhər Bako Saakyan və Arkadi Qukasyan Paşinyanla görüşdə bildiriblər ki, Qarabağın statusu dəqiqləşdirilmədən hər hansı Sazişə qarşı çıxırlar. Paşinyanın fikrincə onlar bunu həm də Ermənistanın keçmiş prezidentlərinin adından bəyan ediblər. Oktyabrın 20-də Rusiya Prezidenti, şərtləşdikləri kimi, zəng edib. O bildirib ki, Əliyev atəşkəsə razıdır, lakin sülhməramlılar keçmiş DQMV — nin sərhədləri boyu deyil, faktiki təmas xəttinin uzunluğu boyu yerləşdirilməlidir, çünki Hadrut və Talış Azərbaycanın nəzarəti altındadır və onlar tutduqları mövqedən geri çəkilməyə razı deyillər. Bundan başqa, Ermənistan tərəfi öhdəlik götürməlidir ki, azərbaycanlılar Şuşaya qayıdacaqlar. Paşinyan bundan imtina edib. O deyib ki, Hadrutla razılaşsa belə, Şuşanın verilməsini təsəvvür edə bilmir. Rusiya Prezidenti təəccübləndi ki, Paşinyan nə üçün azərbaycanlıların qayıtmasının əleyhinədir. Paşinyan öz arqumentlərini təqdim etdi. Onun fikrincə bu halda şəhər əhalisinin əksəriyyəti azərbaycanlılar olardı və Azərbaycan tərəfi Xankəndinə yolu kimin və necə idarə etməsi məsələsini qaldırardı. Paşinyan əmin olduğunu bildirib ki, əgər Şuşa ilə bağlı bu ssenariyə razılıq versəydi, Azərbaycan yeni şərt irəli sürərdi – Şuşadan Qırmızı Bazar kəndinə gedən yola nəzarətlə bağlı. Bununla da atəşkəsə nail olunmadı.



9 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən atəşkəs bəyanat imzalanır. Bəyanatda 10 Noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir.
Yüklə 13,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin