«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


IV. HƏRBİ LİSEYLƏRƏ, HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ, TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ DAXİL OLAN VƏTƏNDAŞLARIN ŞƏHADƏTLƏNDİRİLMƏSİ



Yüklə 1,65 Mb.
səhifə5/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   2   3   4   5   6   7   8   9   ...   92
IV. HƏRBİ LİSEYLƏRƏ, HƏRBİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ, TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ DAXİL OLAN VƏTƏNDAŞLARIN ŞƏHADƏTLƏNDİRİLMƏSİ

 

4.1. Hərbi xidmət keçməyən və hərbi liseylərə, hərbi təhsil müəssisələrinə, təhsil müəssisələrinə daxil olan vətəndaşların şəhadətləndirilməsinin təşkili hərbi komissarlıqlara və orqanların hərbi-həkim (həkim-uçuş) komissiyalarına həvalə olunur.



Vətəndaşlar şəhadətləndirilməyə qədər hərbi komissarlıqların, orqanların hərbi-həkim (həkim-uçuş) komissiyalarının göndərişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanların müəyyən etdikləri qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər.

Hərbi liseylərə, hərbi təhsil müəssisələrinə, təhsil müəssisələrinə daxil olan vətəndaş, xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinəyə göndərilə bilər.

4.2. Hərbi liseylərə, hərbi təhsil müəssisələrinə, təhsil müəssisələrinə daxil olan vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq və zəruri hallarda, digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər.

4.3. Hərbi liseylərdə təhsil alan vətəndaşların sağlamlıq vəziyyətlərinə görə hərbi təhsil müəssisələrinə daxil olmağa yararsız olduqları aşkar edildiyi halda, onlar həmin liseydə təhsil almağa yararsız hesab edilirlər.

Hərbi təhsil müəssisələrinə, yaxud təhsil müəssisələrinə daxil olan hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların şəhadətləndirilməsinin təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

 



Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə