Hərbi Tibb Fakültəsinin yeni tədris binası istifadəyə verilib Təsisçi: Azərbaycan Tibb Universiteti


ATU-da Bursa Medikabil Xəstəxanasının nümayəndələrinin



Yüklə 295,62 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix28.04.2017
ölçüsü295,62 Kb.
1   2   3   4

ATU-da Bursa Medikabil Xəstəxanasının nümayəndələrinin 

iştirakı ilə konfrans keçirilib

ATU-nun mətbuat xidməti

15 aprel 2017-ci il

6

http://w w w.amu.edu.az



u  Azərbaycan Tibb Uni-

ver si teti nin  ən  başlıca  və-

zi fə lə rin dən  biri  təhsilin 

key fiyyətini artırmaq, bey-

nəl xalq təhsil sisteminə in-

teqrasiya etmək, dünyanın 

qabaqcıl universitetlərinin 

reytinq cədvəlində layiqli yer 

tutmağa nail olmaqdır.

Son bir ildə universitetimizdə 

xeyli iş görülüb. Belə ki, gənc 

kadrların 

irəli 

çəkilməsi, 



tədris  prosesində  aparılan 

reforma­lar  və  əməkdaşların 

işə    davamiy yətinin  yax­

şılaşması 

bunun 

bariz 


nümunəsidir.  Yeni  təyin  olu­

nan  dekanlar  tədris  prosesi­

ni  daima  nəzarətdə  saxlayır,  

mütəmadi  olaraq  yoxlamalar 

aparır,  tələbələrlə  söhbətlər 

edir,  müəllimlərə  təlimatlar 

verir  və  açıq  dərslərdə  iştirak 

edirlər.  Bu  da  nəticə  etibarı 

ilə  dərsə  davamiyyəti  yaxşı­

laşdırmış,  dərsin  keyfiyyətini 

artırmışdır.    Belə  ki,  aprelin 

11­də  II  müalicə­profilaktika 

fakültəsinin  dekanı,  dosent  

İ.Məhərrəmbəyli  və  baş­

qa  əməkdaşlar  kafedramı­

zın  gənc  və  təcrübəli  dosenti 

M.Mirzəyevin  mühazirəsində 

iştirak ediblər. Mühazirə trav­

matologiyanın ən vacib, aktual 

və  prioritet    problemlərindən 

sayılan  “kəllə­beyin  travması, 

döş qəfəsi, fəqərələr və çanaq 

sümüklərinin  sınıqları”  möv­

zusuna    həsr  edilmişdir.  Bu 

məsələlərə  dair  o,  çox  geniş, 

əhatəli, hərtərəfli izahat verdi. 

Mühazirə  zamanı problemlərin 

müasir  aspektləri,  aktual­

lığı    izah  edildi,  ən  müasir 

müalicə  metodları  tələbələrə 

slaydlarla  aydınlaşdırıldı    və 

göstərildi.  Bununla  yana­

şı  əvvəllər  aparılan  müalicə 

metodları  təqdim  olundu  

və  indiki  müasir  metodlarla 

müqayisəli  izahatlar  verildi. 

Tələbələrin    ən  çox  marağına 

səbəb olan və daha çox diqqət 

çəkən  məsələ  ondan  ibarət 

oldu  ki,  slaydlarda  göstərilən 

xəstələr yalnız öz klinikamız­

da müayinə və müalicə almış, 

şəxsi  müşahidəmizdə  olmuş 

xəstələrdən ibarət idi. 

Mühazirə  zamanı    tələbələr  

onları 


maraqlandıran 

müəyyən suallar verərək mü­

vafiq  cavablar  alırdılar.  Bu  da 

mühazirənin  canlı  və  maraq­

lı  olmasına,  tələbələrin  daha 

aydın başa düşməsinə  gətirib 

çıxarır.

Bu  cür  yoxlamaların  dekan­

lıq  tərəfindən  məqsədli  və 

gözlənilmədən    aparılması 

əməkdaşların bilik səviyyəsini 

bir  daha  artırmağa,  onla­

rın  tədris  prosesinə  han­

sı  dərəcədə  hazır  olduğunu 

dəqiqləşdirməyə, 

keçirilən 

mühazirə  və  praktiki  semi­

narların  keyfiyyətini  artırma­

ğa,  tələbələrin  daha  əhatəli 

bilik  qazanmağına  xidmət 

edir.  Belə  açıq  dərslər  tədris  

prosesinin  yaxşılaşmasına  və  

tələbələrin dərsə davamiyyətin 

yüksəlməsinə  səbəb  olur. 

Dərslərə  məsuliyyətin  art­

ması  həm  tələbələr,  həm  də 

müəllimlər  arasında  özü­

nü  göstərir.  Yuxarıda  qeyd 

etdiyim  kimi  məqsədimiz 

ölkəmizə  layiqli,  savadlı,  bi­

likli,  bacarıqlı  milli    kadr­

lar  hazırlamaq,  onların    bilik 

səviyyəsini  Avropa  standart­

larına  çatdırmaqdır.  Bu  gün 

universitetimizin məzunlarının 

xoş sədası dünyanın ən inkişaf 

etmiş ölkələrindən gəlir və biz 

onlarla  fəxr  edirik.  Eşidəndə 

ki,  onlar  bizim  universitetin 

məzunlarıdır,  qürur  duyuruq. 

Universitetimizin  yeni  rəhbər 

kadrlarına    işlərində  uğur­

lar  arzulayırıq  və  əminliklə 

bildiririk  ki,  kafedramızın 

əməkdaşları  tədris  prosesinin 

yaxşılaşması  üçün  əllərindən 

gələni əsirgəməyəcəklər.

Ə.ƏHMƏDZADƏ,

Travmatologiya və ortopediya 

kafedrasının müdiri, professor

DEKAN  MÜHAZİRƏDƏ İŞTİRAK EDİB  

• 

ATU-nun Tədris Tera-



pevtik Klinikasında 2 

aprel Ümumdünya au-

tizm gününə həsr olun-

muş “II Azərbaycan 

Autizm Paneli” adlı 

tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış 

edən  klinikanın  direktoru, 

professor  Hüseyn  Qabulov 

belə  tədbirlərə  universitet 

klinikası  olaraq  ev  sahibliyi 

etmələrindən  məmnun  ol­

duqlarını bildirib.

Sonra  ATU­nun  elmi  işlər 

üzrə  prorektoru,  dosent 

Rauf  Bəylərov  universite­

tin  rektoru,  professor  Gəray 

Gəraybəylinin adından tədbir 

iştirakçılarını  salamlayaraq, 

onlara uğurlar diləyib.

R. Bəylərov çıxışında dünya­

da və eləcə də Azərbaycanda 

autizmli  uşaqların  sayının 

artdığını bildirib:

“Autizm  spektor  pozul­

maları  uşaq  yaşı  neyroin­

kişaf  pozulmaları  arasında 

əhəmiyyətli  yer  tutur.  BMT­

nin  uşaq  fondu  Heydər  Əli­

yev  fondu  ilə  birlikdə  Azər­

baycanda da bu isti qa mət  də 

çox  əhəmiyyətli  iş lər  gö­

rür.  Hər  il  dünyada  autizmli 

uşaqların sayı ildən­ilə artır. 

Digər  tərəfdən  ehtiyac  ya­

ranarsa,  autizmin  gedişini 

dəyişə  bilərik.  Bu  baxım­

dan pediatrların üzərinə bö­

yük  məsuliyyət  düşür.  Onlar 

uşaqlarda problemləri tez bir 

zamanda aşkarlayaraq, onun 

həllinə  qismən  də  olsa  nail 

ola  bilərlər.  Problemin  ak­

tuallığını  nəzərə  alaraq  belə 

silsilə  tədbirlərin  keçirilməsi 

çox vacibdir.

Universitetimizdə bu məq­

sədlə  keçirilən  tədbirlər   

təqdirəlayiqdir.  Artıq  2­ci 

ildir  ki,  universitetimiz  ən 

önəmli  layihələrdən  olan 

autizm  panelinə  ev  sahibliyi 

edir”.


Tədbirdə  çıxış  edən  millət 

vəkili  Məlahət  İbrahimqızı 

belə tədbirlərin keçirilməsini 

çox  yüksək  dəyərləndirib: 

“Dünyada 

olduğu 


kimi 

ölkəmizdə də autizmli uşaq­

ların  sayı  artır.  Son  zaman­

lar bu problemin aktuallığını 

nəzərə  alaraq,  düşünürəm 

ki,  hökumət  səviyyəsində 

də  bu  məsələləri  müzakirə 

etmək  zərurəti  yaranıb.  Bir 

sıra ölkələrdən fərqli olaraq, 

Azərbaycanda  bu  sahədə 

müəyyən irəliləyişlərin oldu­

ğu danılmazdır. Bu problemlə 

məşğul olan təşkilatların sayı 

yetərincədir.  Bizlər  də  on­

lara  əlimizdən  gəldiyi  qədər 

dəstək olmalıyıq”.

M.İbrahimqızı  hesab  edir 

ki,  bu  sahədə  dövlət  proq­

ramının  hazırlanmasına  eh­

tiyac var.

“Ölkəmizdə autizm xəstəliyi 

ilə  məşğul  olan  çox  savadlı 

həkimlərimiz var. Düşünürəm 

ki, onların sayəsində hər bir 

ana  yetərincə  məlumatlana 

və  əgər  uşağında  belə  bir 

problem  varsa,  onu  vax­

tında  aşkarlaya  bilər.  Çün­

ki  maarifləndirmə  işlərinin 

genişləndirilməsi  bu  sahədə 

çox 

böyük 


irəliləyişlərə 

səbəb  olacaq.  Dövlətimizin 

də səhiyyə sahəsində işləyib 

hazırladığı  proqramlar,  bu 

sahəyə də öz müsbət təsirini 

göstərəcəyinə əminəm”.

Səhiyyə  Nazirliyinin  İcti­

mai  Səhiyyə  və  İslahatla­

rı  Mərkəzinin  (İSİM)  nüma­

yəndəsi  Səbinə  Babazadə 

çıxış  edərək  mərkəz  adın­

dan  universitet  rəhbərliyinə 

və  direktora  göstərdikləri 

dəstəyə görə  minnət darlığnı 

bildirib.

O,  mərkəz  olaraq  autizm 

sahəsində 

maarifəndirmə 

işlərinin  onların  əsas  priori­

tet  məsələlərdən  biri  oldu­

ğunu vurğulayıb:

“Əvvəllər  bəzi  valideynlər 

özləri 

belə 


uşaqların­

da  bu  problemin  olduğunu 

gizlədirdilər.  Son  zaman­

larda  autizmlə  əlaqədar 

maarifləndirmə 

işlərinin 

genişləndirilməsi  bu  baxım­

dan  çox  müsbət  nəticələr 

verdi. Çünki artıq hər bir va­

lideyn,  ana  uşağının  autizm 

xəstəliyini  tez  bir  zamanda 

həkimə müraciət edərək aş­

karlaya  biləcək.  Ona  görə 

də  həkimlərin  üzərinə  çox 

böyük  məsuliyyət  düşür. 

Vaxtında  diaqnozun  qo­

yulması  və  xəstəliyin  aşkar 

edilməsi  önəmlidir.  Analar 

özləri də bilirlər ki, hansısa 

bir xəstəlik nə qədər tez və 

zamanında aşkarlanarsa, bu 

xəstəliyin  gələcəkdə  yarada 

biləcəyi  fəsadların  qarşısını 

almış olacaq”.

2012­ci  ildən  Azərbay­

canda  maariflən dirmə  işlə­

ri nə  cəlb  edildiyini  diqqətə 

çatdıran  S.Babazadə  bun­

dan sonra da görülən işlərlə 

kifayətlənməyəcək  və  bu 

sa hə də  daha  uğurlu  işlər 

görə cəklərini deyib:

“Dünya əhalisinin 1%­i au­

tizm  spektr  pozuntusundan 

əziyyət  çəkir.  Autizm  spektr 

pozulmaları  ildən­ilə  ar­

tır  və  getdikcə  ağır  və  sosi­

al  problemə  çevrilir.  ABŞ­da 

2004­ cü ildə hər min uşaq­

dan  68­də  həmin  sindrom 

özünü göstərirdisə, 2014­cü 

ildə hər min uşaqdan 150­si 

onunla üzləşib”.

Tədbirin  davamında  hə­

kim lər  Kamran  Salayevin 

“Autizmin  diaqnostik  me­

yarları”,  Nigar  Sədiyevanın 

“Uşaq  inkişafı  və  onun 

qiymətləndirilməsi”, psixoloq 

Turanə  Əliyevanın  “Autizm 

spektr  pozuntusu  diaqno­

zu olan uşaqların psixi sağ­

lamlıq  ehtiyaclarının  təhsil 

vasitəsilə 

dəstəklənməsi, 

mövcud  problemlər  və  inki­

şaf imkanları”, Rima İbadova­

nın “Autizmlə yanaşı sıx rast­

lanan epileptik sindromlar və 

bu uşaqlarda elektroensefa­

loqrammanın xüsusiyyətləri”, 

İkram  Rüstəmovun  “Autizm 

spektr  pozuntlarında  medi­

kal müalicə üsulları” mövzu­

larında məruzələri dinlənilib. 

Sonda  isə  “Birgə  və  Sağlam” 

İctimai Birliyinin sədri Aytən 

Zeynalova çıxış edib.

Qeyd edək ki, tədbir Azər­

bay can  Tibb  Universitetinin 

Tədris  Terapevtik  Klinika­

sı,  Tibb  Universitetinin  Psi­

xiatriya  Kafedrası,  İctimai 

Səhiyyə və İslahatları Mərkəzi 

(İSİM), “Birgə və Sağlam” İcti­

mai Birliyi və “Lider Qadınlar” 

İctimai Birliyinin təşkilatçılığı 

ilə keçirilib.



Azərbaycanda autizmli uşaqların sayı artır

ATU-nun mətbuat xidməti

15 aprel 2017-ci il

7

http://w w w.amu.edu.az



Aprelin 12-də tanınmış şair-

publisist, Əməkdar jurnalist Eldar 

İsmayılın anadan olmasının 75 

illiyi Rəşid Behbudov adına Mahnı 

Teatrında geniş şəkildə qeyd edil-

di. Keçirilən təntənəli yubiley 

mərasimində də mübariz şairin 

həyat və yaradıcılığının ictimai də-

yəri, məfkurəvi mahiyyəti diqqət 

mərkəzində oldu. 

Ədəbi­bədii  məclisin  aparı­

cısı,  Azərbaycan  Yazıçılar  Birli­

yi  Qarabağ  bölməsinin  rəhbəri, 

şair­ədəbiyyatşünas 

Ənvər 


Əhməd    şair  dostunun  yubiley 

sevincini  bölüşməyə,  onu  sə­

mi mi  təbrik  etməyə  toplaşan­

ları salamlayaraq, Eldar İsmayılı 

sözün  qüdrətinə  önəm  verən, 

onu  yurdsevərlik  vasitəsinə 

çevirən  şair,  yazıçı,  publisist 

kimi  səciyyələndirdi.  O  bildirdi 

ki,  Azərbaycan  mədəniyyətinin 

zəngin  bədii­etnoqrafik  qay­

naqlarından olan Göyçə saz­söz 

məktəbinin  istedadlı  yetirməsi 

olan Eldar İsmayıl ömrünün 50 

ilini  anadilli  ədəbiyyatımızın 

zənginləşməsinə, milli yaddaşın 

qorunmasına  xidmətdə  keçir­

mişdir.  Yaradıcılığının  yetkinlik 

çağını  yaşayan  söz  ustası  bu 

gün də məhsuldar çalışır, oxu­

cuları ilə sıx ünsiyyət saxlayır.

75  yaşlı  şair­publisistin 

mənalı həyatı və zəngin yaradı­

cılığı barədə məlumat verən jur­

nalist Arif Məmmədli bildirdi ki, 

onun  keçdiyi  kəşməkəşli  ömür 

yolu,  toxunduğu  mövzular  hər 

kəs  üçün  maraqlıdır.  Günümü­

zün mühüm hadisələrinə əlüstü 

cavab verməsi Eldar İsmayıl ya­

radıcılığını səciyyələndirən baş­

lıca xüsusiyyətlərdəndir. Elə bir 

tarixi gün, ictimai maraq kəsb 

edən  hadisə  yoxdur  ki,  onun 

yaradıcılıq emalatxanasında ci­

lalanaraq  nəsrə,  yaxud  poetik 

nümunəyə  çevrilməsin.  Şairin 

mövzu  dairəsi  olduqca  geniş­

dir.  Yaradıcılığının  fövqündə 

vətəndaşlıq, 

şeirlərinin 

nüvəsində yurd sevgisi dayanır.

Mərasimdə  Azərbaycan  Ya­

zıçılar  Birliyinin  əməkdaşı, 

şair  Dayandur  Sevgin  AYB 

sədri  Anarın  75  illik  yubile­

yi  münasibətilə  Eldar  İsmayıla 

təbrikini  səsləndirdi.  Yubiliyarı 

təbrik edənlər onun yaradıcılığı­

nın ictimai­estetik dəyərini qeyd 

etdilər,  Eldar  İsmayıla  möhkəm 

cansağlığı,  yeni  yaradıcılıq 

uğur ları arzuladılar.

Azərbaycan  Aşıqlar  Birliyinin 

sədri,  Nizami  adına  Ədəbiyyat 

İnstitutu  direktorunun  müavini, 

Əməkdar elm xadimi Məhərrəm 

Qasımlı  Eldar  İsmayıl  yara­

dıcılığının 

estetik­etnoqrafik 

xüsusiyyətlərindən  söz  açdı. 

Oxucuların  təsəvvüründə  yara­

dıcılığı və şəxsiyyəti ilə Ulu Göyçə 

dəyərləri  ilə  eyniyyət  qazanmış 

yubilyar haqqında görkəmli elm 

və  sənət  xadimlərinin  söylədiyi 

dəyərli  fikirləri  xatırladan  alim  

Xalq  şairi  Hüseyn  Arifin  El­

dar  İsmayıl  poeziyasına  verdiyi 

qiyməti  də  yada  saldı:  “Elda­

rın  yaradıcılığında  məni  özünə 

çəkən cəhət şairin torpağa­da­

şa bağlılığı, ata­anaya, el­obaya 

istəyi,  sadə,  mehriban  zəhmət 

adamlarına  məhəbbəti,  bunun­

la  yanaşı  əliəyrilərə,  yaltaqlara, 

cəmiyyətimizdə alaq otuna çev­

rilmiş  tüfeylilərə  olan  nifrətdir. 

Dili  saz  dilidir:  aydın,  obrazlı, 

axıcı”.

Tarix  üzrə  fəlsəfə  dokto­



ru  Nazim  Mustafa  isə  qaç­

qınlığın  ilk  günlərindən  Qərbi 

Azərbaycanla  bağlı  tarixi  fakt­

ların  toplanılıb  işlənməsində, 

erməni xəyanət və cinayətlərinin 

salnamələşdirilməsində,  ədəbi­

bədii  vasitələrlə  geniş  oxucu 

kütləsinə  çatdırılmasında  Eldar 

İsmayılın müstəsna xidmətlərini 

vurğuladı.  Azərbaycan  Pedaqoji 

Universitetinin professoru İbra­

him  Bayramov  yubiliyarın  yurd 

itkisini  düşmənə  qarşı  kəsərli 

silaha  çevirmiş  poeziyasının, 

tarixi  mövzulu  nəsrinin  qaç­

qın­köçkün taleyi yaşayan soy­

daşlarımızın  estetik  tələbatının 

ödənilməsində  önəmli  rolunu 

qeyd  etdi.  ATU­nun  professo­

ru  İbadulla  Ağayev  yubilyarın 

çoxşaxəli  yaradıcılığı  ilə  bağlı 

səmimi  duyğularını  bölüşdü  və 

şairin  yaradıcılığından  müxtəlif 

nümunələr səsləndirdi. 

Xalq  artisti,  tanınmış  tele­

radio  diktoru  Eldost  Bayra­

mov  şairin  dillər  əzbəri  olan 

şerlərini  səsləndirdi.  Əməkdar 

mədəniyyət  işçisi  Aşıq  Gülarə 

Azaflı və Aşıq Roman Azaflı, Aşıq 

Dəmir  Gədəbəyli,  “Çeşmə”  aşıq 

qrupu,  Əməkdar  artist  Rahidə 

Bəndəliyeva, xanəndə Rəşid Hü­

seynli və başqa sənətçilər Eldar 

İsmayılın  nəğmələşmiş  şerlərini 

coşğu ilə ifa etdilər.

Sonda  Eldar  İsmayıl  yaradıcı­

lığına  verilən  dəyərə,  söylənən 

xoş  sözlərə  görə  minnətdarlıq 

etdi, həyat məramına və estetik 

idealına bundan sonra da sadiq 

qalacağını  bildirdi.

   

Qabil ABDULLAYEV

TANINMIŞ ŞAİR ELDAR İSMAYILIN 75 İLLİK YUBİLEYİ KEÇİRİLDİ

Azərbaycan Tibb Univer­

si te  ti nin  Həmkarlar  İttifaqı 

Komi tə sinin  rəyasət  heyəti­

nin iclası keçirilib.

İclasda ATU-nun Həm-

kar 

lar İttifaqı Komitəsinin 



(HİK) sədri Cahangir Qasımov 

bil 


di 

rib ki, universitetde ni-

zam-intizam qaydalarına cid-

di diqqət edilməlidir: “Bil-

diyiniz kimi, rektor Gəray 

Gəraybəylinin təşəbbüsü ilə ATU-da bütün mühafizə sistemi dəyişdirilib, gücləndirilib. 

Amma bəzi müəllimlərimiz bu qaydaya riayət etməkdə çətinik çəkir. Bəzilərinin isə bu 

haqda yetərincə məlumatı yoxdur”.

C.Qasımov iclas iştirakçılarını yeni mühafizə qaydaları və strukturu ilə tanış edərək, 

rəyasət heyəti üzvlərinin qarşısında duran vəzifələrdən danışıb.

İclas müzakirələrlə davam edib.

Nizam-intizam qaydaları ilə 

bağlı iclas keçirildi

ATU­nun Tədris Cərrahiyyə Klini­

ka sında  həyata  keçirilən  cər rahiy yə 

əməliyyatları uğurla davam edir. 

Piylənmənin  müali cəsi ndə  tətbiq 

olunan konservativ metodlar öz 

effektivliyini göstərsə də, çox zaman 

alınan nəticə qısamüddətli olur.

Belə olan halda bariatrik cərrahi 

müda xiləyə ehtiyac duyulur.

Artıq çəkidən əziyyət çəkən əməkdar 

artist Nahidə Orucova da Azərbaycan 

Tibb Universitetinin II cərrahi xəstəliklər 

kafedrasının assistenti, Tədris Cərrahiyyə Klinikasının ümumi cərrahı, tibb üzrə fəlsəfə 

doktoru Elçin Abdinova müraciət edərək, artıq çəkidən əziyyət çəkdiyini bildirib. Aparılan 

ətraflı müayinələrdən sonra Nahidə xanımın əməliyyatı (mədə kiciltmə-sleeve gastrecto-

my) uğurla başa çatıb və artiq əməkdar artist evə buraxılıb.



Azərbaycan Tibb Universitetinin Təd­

ris Terapevtik Klinikasında “Mammoqrafiya 

müayinəsi, erkən müayinənin qadınların 

həyatına müsbət istiqamətdə təsirləri ilə bağlı” 

məruzə edildi.

Məruzə ilə klinikamızın aparıcı mütəxəssisi, mammoloq-

radioloq Günel Qəmbərova çıxış etdi.

O, mammoqrafiya müayinəsinin süd vəzi xərçəngində 

ən effektiv metod olduğunu diqqətə çatdırdı və bildirdi ki, 

belə müzakirələrin aparılması çox vacibdir: “Müxtəlif pro-

filli həkimin belə bu sahədən məlumatlı olması çox vacibdır. 

İlk növbədə özü üçün, daha sonra qəbul etdiyi xəstələrin 

həyatı üçün önəmlidir. Ona görə də xəstələrə diaqnoz qoy-

maqda çətinlik çəkməmək üçün yetərincə tibbi biliklərə sahib 

olmalıyıq. Çünki, məqsədimiz xərçəngə qədər patalogiyanı 

aşkar edib, zamanında həmin insanlara kömək göstərməkdir. 

Apardığım elmi işin də mövzusu sırf bununla bağlı olduğuna 

görə deyə bilərəm ki, bu xəstəlikdən kifayət qədər məlumatlı 

olmayan qadınlar var”.

Müzakirəyə qatılan klinikanın həkim heyəti 

maarifəndirmə işlərində səylə çalışacaqlarını qeyd ediblər.

Maraqla keçən diskussiyada G.Qəmbərova ona ünvanla-

nan çoxsaylı sualları da cavablandırıb.

Əməkdar artistin mədə kiçiltmə 

əməliyyatı uğurla başa çatıb

Süd vəzi xərçəngində ən effektiv metod haqqında məruzə 

dinlənildi

Tədris Cərrahiyyə Klini kasında onur ğa bey­

ninin boyun nahiyəsində ağır cərrahiyyə 

əməliyyatı aparılıb. 60 yaşında kişi üzərində 

həyata keçirilən əməliyyat uğurla başa çatıb. 

Əmə liyyatı icra edən doktor Fərid Qaralovun 

sözlərinə görə, pasiyent son 5­6 aydır get  dikcə 

artan tetraperez (əl və ayaq larda gücsüzlük) 

şikayəti ilə klinikaya müraciət edib.

Çəkilən boyun MRT müayi nəsində xəstədə C4-7 

intrame dul yar törəmə (onurğa beyin şişi) aşkarlanıb. 

Cərrahi mü daxilə ilə törəmə tam xaric edilib. Əməliy-

yat sonrası xəstənin tetraperezi əvvəlki səviyyədə 

qalmaqdadır.

Doktor bildirib ki, pasient üzərində aparılan bu 

əməliyyat xüsusi risk daşımaqdadır. Bu səbəblə riski 

minimuma endirmək üçün əməliyyat zamanı neyro-

monitordan istifadə olunub.

Onurğa beyninin boyun 

nahiyəsində ağır əməliyyat aparılıb



15 aprel  2017-ci il

http://w w w.amu.edu.az

I  müalicə-profilaktika  fakültəsinin  III  kurs,  43

b

  qrup  tələbəsi 



Pənahov Kamran Elçin oğlunun   adına verilmiş tələbə bileti itdiyi 

üçün etibarsız sayılır.

I  müalicə-profilaktika  fakültəsinin  III  kurs,  43

b

  qrup  tələbəsi 



Əliyev Məmmədtağı Fuad oğlunun   adına verilmiş qiymət kitab-

çası  itdiyi üçün etibarsız sayılır.

I  müalicə-profilaktika  fakültəsinin  II  kurs,  20

b

  qrup  tələbəsi 



Əliyeva Leyla Hacı  qızının   adına verilmiş tələbə bileti itdiyi üçün 

etibarsız sayılır.

II  müalicə-profilaktika  fakültəsinin  I  kurs,  362

a

  qrup  tələbəsi 



Səmədov Mətin Arif oğlunun   adına verilmiş tələbə bileti  itdiyi 

üçün etibarsız sayılır.

I  müalicə-profilaktika  fakültəsinin  III  kurs,  39

b

  qrup  tələbəsi 



Çerpanov Kamran İmran oğlunun   adına verilmiş tələbə bileti itdi-

yi üçün etibarsız sayılır.

Hərbi  tibb    fakültəsinin  III  kurs,  1110

a

  qrup  tələbəsi  İsmayıllı 



Murad Rasim oğlunun   adına verilmiş tələbə bileti itdiyi üçün eti-

barsız sayılır.

ATU-nun hazırlıq şöbəsi tərəfindən  Kaan Şahin Savaş oğlunun 

adına verilmiş Azərbaycan dili üzrə dinləyici bileti və Azərbaycan 

Respublikası  Dövlət  Miqrasiya  Xidməti  tərəfindən  verilmiş 

müvəqqəti  yaşamaq  üçün  icazə  vəsiqəsi  itdiyi  üçün  etibarsız  sa-

yılır.

 “Təbib” qəzetinin kollektivi, I cərrahi 



xəstəliklər, III cərrahi xəstəliklər və uşaq 

cərrahlığı kafedralarının əməkdaşları I 

cərrahi xəstəliklər kafedrasının müdiri, 

AMEA-nın müxbir üzvü, professor 

Nuru Bayramova qardaşı 

Rizvan Bayramovun    

vəfatından kədərləndiklərini bildirir 

və dərin hüznlə başsağlığı verirlər.

Hərbi Tibb fakültəsinin 

əməkdaşları fakültə rəisinin 

elmi işlər üzrə müavini Pərviz  

Məmmədova  anası



Yüklə 295,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə