Həsən ibn Fərhan əl-Maliki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   18

İbrahim ALLAHVERDİYEV 
Bakı, 
22. XI. 2013 
 
                                                 
26
 Dürər, I cild, səh. 316/ 317. 
27
 Nisa surəsi, 93. 
28
 Buxari, Ədəb, 6044; Müslüm, İman, 116; Əhməd ibn HənbəlMüsnəd, 385/1. 
29
 Fəth surəsi, 29. 

 
 
13 
 
 
 
MÜQƏDDİMƏ 
 
Həmd  səna  Allaha,  salat  və  salam  Məhəmmədə  və  ailəsinə  olsun. 
Allah  mühacirlərdən  və  ənsardan  olan  əshabından  və  onlara  xeyirlə  tabe 
olanlardan razı olsun.  
İllər  öncə  Məhəmməd  ibn  Əbdülvəhhabın  “Kəşfüş-Şübuhat”  adlı 
kitabına  tənqidi  məqalə  yazmışdım.  Sonralar  yazdıqlarıma  əlavə  və 
düzəlişlər  edib,  genişləndirdim.  Yazdıqlarımı  cəmləşdirdikdən  sonra  İbn 
Əbdülvəhhabın  “təkfir”  mövzusunda  izlədiyi  metod  haqqında  xeyli 
faktların  toplanmış  olduğunu  gördüm.  Bu  günlərdə  isə  yenidən  gözdən 
keçirdiyim  məsələləri  kitab  halında  nəşr  etməyə  qərar  verdim.  Bununla 
birlikdə  İbn  Əbdülvəhhabın  üslubu  və  onun  yoluna  tabe  olanlarla  bağlı 
sualları  da  cavablandırmağa  çalışdım.  Onlar  doğrudan  da  müsəlmanları 
təkfir  edirdilər?  Yoxsa  bu  onlara  qarşı  düşmən  mövqedə  duranların 
şişirtməsidir? Bəlkə onun sözlərini düz başa düşmürük? 
Şübhəsiz  bu  müqəddimədə  mövzuya  keçməzdən  əvvəl  məsələlərin 
aydınlaşdırılması,  hədəflərin  müəyyənləşdirilməsi  və  məsələlərin  düzgün 
qoyulması  lazımdır.  Daha  sonra  isə  İbn  Əbdülvəhhabın  kitablarına  və 
sözlərinə istinad edərək mövzuya qayıdacağıq. 
 
Müqəddimə məsələləri 
 
Birinci məsələ 
Məhəmməd ibn Əbdülvəhhab kimdir? 
Öncə  Məhəmməd  ibn  Əbdülvəhhabın  dəvətçi  olduğunu,  peyğəmbər 
olmadığını qeyd etməliyik.
30
 
                                                 
30
 Məhəmməd  ibn  Əbdülvəhab  ibn  Süleyman  ibn  Əli  ibn  Muşrif  ət-Təmimi  Hicri  1115-də  anadan 
olmuş,  1206-cı  ildə  vəfat  etmişdir.  Dəvətinə  hicri  1157-ci  ildə  atasının  ölümündən  sonra  başlamışdır. 
Üyəynə  əmiri  İbn  Müəmmər,  Dəriyyə  əmiri  Məhəmməd  ibn  Səud  və  oğlu  Əbdüləziz  dövründə 
yaşamışdır…Onun haqqında daha çox məlumat əldə etmək  üçün, əlavənin birinci paraqrafına baxın. 

 
 
14 
 
Nəzəri  olaraq,  bu  mövzuda  ixtilaf  yoxdur.  Alimlər  bu  məsələdə 
ixtilafa düşməyiblər. Bununla bağlı ixtilaf iki qrup insanlar arasındadır: 
1.  Onu  küfrdə,  fasiqlikdə  və  hədəflərinin  naqisliyi  ilə  ittiham 
edənlərlə (yəni onun dəvətçi və islahatçı olduğunu qəbul etməyənlər); 
2.  Onun  əsərlərinə  müraciət  etməyi,  metodunu  dəyərləndirməyi 
qadağan  edənlər  və  onun  hər  hansı  məsələdə  xətalı  ola  biləcəyini  rədd 
edənlər.  
Burdan  da  görünür  ki,  ikincilər  onu  məsum  peyğəmbərlərin 
mərtəbəsinə çıxarırlar.  
Bu  kitabın  əsas  məqsədi  İbn  Əbdülvəhhabın  bütün  görüşlərinin 
naqis,  küfrdə,  fisqdə  olduğunu  söyləyənlərin  fikrini  rədd  etməklə  yanaşı, 
onu  həddən  artıq  təriflələyib  nəbi  dərəcəsinə  yüksəldənlərə    də  cavab 
verməkdir.  
Məhəmməd  ibn  Əbdülvəhhabın  Səudiyyə  Ərəbistanı  Krallığında 
yaşayanların  üzərində  haqqı  vardır.
31
 Ancaq  onun  xəta  etdiyi  mövzularda 
təqlid  olunması  əsla  qəbul  edilən  deyildir.  O,  digər  alimlərdən, 
dəvətçilərdən  və  elm  tələbələrindən  fərqli,  yəni  xətasız  deyildir.  Əgər  biz 
Əbu Hənifə, Şafii və bənzərlərinin
32
 xəta edə biləcəyini qəbul ediriksə, niyə 
Məhəmməd ibn Əbdülvəhhabın xətasız olmadığını qəbul etməyək? Dəyərli 
elm əhli icma ilə qəbul etmişdir ki, adı çəkilən şəxslər İbn Əbdülvəhhabdan 
daha elmli və təsirli olmuşlar. 
 
İkinci məsələ 
İbn Əbdülvəhhabı təqlid edənlərlə onu 
pisləyənlərin həddi aşmaları 
                                                 
31
 Bu cür deməyim insaflı olacaq. Allahın rəhməti üzərinə olsun, onun təkfir məsələsində ifrata varması, 
dünya  müsəlmanlarına  zərər  vermişdir.  Allahın  təəssübkeşlikdən  uzaq  tutduğu  şəxslər  onun  bu 
mövzuda  həddi  aşdığını  bilirlər.  Bu  kitabda  açıq  nümunələr  veriləcəkdir.  Ancaq  məsum  olmayan  bir 
bəşər övladı olmaqla birlikdə bu xətalar onun dəvətini və fəaliyyətini ortadan qaldırmaz.  
32
 Görürük ki, İbn Əbdülvəhhabın bəzi təəssübkeşləri çox asanlıqla Ömər, Əli, Əbu Zər ( Allah onlardan 
razı  olsun)  və  digər  böyük  səhabələrin  xətalı  olabiləcəyini  qəbul  etdikləri  halda  onun  real  səhvlərini 
qəbul  etmirlər.  Bu  sözlü  və  feli  olaraq  haqlı  olduğunu  qəbul  etmədiyimiz  övliya  məsələsində  həddi 
aşmaqdır.  Bu  mövzuda  onlarla  savaşdıqlarını  söyləyənlərin  bunu  qəbul  etmədiklərini  görürük!  Bu 
təəsübkeşlər eyni xətanı başqalarında gördüklərində onu çox böyüdürlər. Bu da caiz deyildir. Ölçümüz 
hər zaman eyni olmalıdır. Haqqı qorumaqla bərabər xətanı ədəblə söyləməliyik. Elə bu da bütün digər 
firqələrin və məzhəblərin tabe olmaları lazım olan üslubdur.  

 
 
15 
 
Əksər  məşhurlarda  olduğu  kimi,  İbn  Əbdülvəhhabı  da  ya  həddən 
artıq  tənqid  və  təhqir  etmişlər,  ya  da  tərifləmişlər.  Biz  orta  yolu  təqib 
etməyə  çalışacağıq.  Yaxşılıqda  və  pislikdə  onun  lehində  və  əleyhində 
olanları qeyd edər, rədd edərkən də batili gözəlləştirmərik. Hər iki halda da 
onun  günahlarının  bağışlanmasını  və  etdiyi  yaxşılıqların  əvəzini  almağını 
arzu edirik. Bununla bərabər, sübut və dəlillərlə xətalarını qeyd edəcəyik ki, 
insanlar onun təsirində qalmasınlar. Ona yaxşılıqdan çox pislik edən, həddi 
aşan  davamçılarının  arxasına  düşməsinlər.  Bu  xətalar  həm  əqidə  (iman), 
həm  də  əhkam  məsələlərində  özünü  göstərir.  Qeyd  etməliyəm  ki,  iman 
məsələlərindəki  xətalar  ğulat  (ifratçılar)  üzərində  daha  acınacaqlı  iz 
bıraxmışdır.  Bu  gün  onlar  orta  yolu  təqib  edənləri  üstələyiblər.  Tədqiqat 
şəklində  qələmə  aldığımız  bu  araşdırmanın  məqsədi  də  onlardır. 
Təqlidlərində  hədlərini  o  qədər  aşdılar  ki,  hətta  onun  metodunu 
dəyərləndirməyi  belə  qadağan  etdilər.  İbn  Əbdülvəhhabın  kitablarından 
başqa kitab oxuyanlara qarşı da savaş açdılar. Əleyhinə kitab yazanları, çap 
edənləri  və  bu  məsələyə  dəstək  verənləri  ittiham  etdilər.  Zamanın  saflığı 
onları aldatdı. Qollarını çirmələdilər və ciddi bir şəkildə işə girişdilər. Dini 
parçalamağa başladılar, onu dörtdə birlərə və onda birlərə böldülər. Təkfiri 
və  qan  axıtmağı  halal  saydılar.  Bununla  da  fitnəni  gücləndirdilər, 
problemləri  artırdılar.  Cahilcəsinə  dedikləri  fikirlərdə  israr  etdilər:  “Biz 
sələflərimizin  yolundayıq.  Onları  heç  nəyə  dəyişmərik.  Onlar  bizim 
sələflərimizdir. Bizim aydın bir yolumuz var.” 
İnsanları  iki  yol  ayrıcında  bıraxdılar.  Korların  savaşı,  şikəstlərin 
büdrəməsinə bənzər şəkildə həddi aşanlar, doğru yolun iki tərəfini tutdular. 
Qəbul olunmaz haqq və yayılmış batil arasında ömürlərini çürütdülər.  
Ataların  belə  zərbi  məsəli  var:  “Alimin  büdrəməsi,  aləmin 
büdrəməsidir”.  Bunun  üçün  də  elm  əhli  məsumiyyət  mərtəbəsində 
olmamalıdır  ki,  məşhur  şəxslərin  xətalarını  elm,  ədəb  və  insaf  ölçüsündə 
açıqlamaq cəsarətinə sahib olsunlar. İfratçılıq məşhurların fəzilətlərini qeyd 
etmək  üçün  onları  günaha  sövq  etməsin.  Müxaliflərini  zülmə  təşviq 
etməsin.  Xətaları  və  ifratlarıyla  birlikdə  bataqlığa  düşməsinlər.  Allahın 
rizasını  arzu  edən  alimlər  insanları  aydın  həqiqəti  bilməkdə  və  təqlid 
etdikləri  şəxsləri  dəyərləndirməkdə  orta  yola  çağırmalıdırlar.  Biz  bir  şəxsi 

 
 
16 
 
həddi  aşmadan  və  zülm  etmədən  tanıdır,  yaxşı  və  pis  cəhətlərini  bərabər 
qeyd edirik. Peyğəmbərlər xaric, heç kim xata etməkdən xali deyildir.  
 
Üçüncü məsələ 
“Vəhhabi” termininin istifadəsi  
Bu məsələ haqqında bir neçə baxış vardır:  
1)
 
Bu  araşdırmada  mənim  “vəhhabi”  sözündən  istifadə 
etdiyimi  görəcəksiniz.  Bu  termini  istifadə  etməkdə  məqsədim  vəhhabi 
düşmənləri  kimi  onları  pisləmək,  yaxud  da,  yeni  məzhəb  olduğunu  qeyd 
etmək  üçün  deyil.  Məqsədim  onun  bir  termin  olduğunu  göstərmək  və 
müsəlmanların  tarixi  xüsusiyyətlərindən  fərqlənən  İbn  Əbdülvəhhabın 
dəvət hərəkatına verilmiş adı qeyd etməkdir.  
2)
 
Bəzi  vəhhabilər  bu  addan  razı  qalaraq,  bu  kəliməni  özləri  də 
istifadə edirlər.
33
 
3)
 
İbn  Əbdülvəhhabın  yaratdığı  məzhəbin  (hərəkat  və  ya  cərəyan 
adlandırmaq daha doğru olardı. tərc.) öz adıyla anması şərt deyildir. Necə 
ki,  məzhəb  imamları  məzhəblərinə  indiki  kimi  məşhur  olan  adları 
qoymayıblar.  Onların  ölümlərindən  sonra  insanlar  məzhəblərə  bu  adları 
qoydular. Nə Əhməd ibn Hənbəl Hənbəli məzhəbinə, nə Şafii Şafiiliyə, nə 
Əbu  Hənifə  Hənəfiliyə,  nə  Malik  Malikiliyə,  nə  Cəfər  əs–Sadiq 
İsnəəşəriliyə, nə Zeyd ibn Əli Zeydiyyəyə, nə Övzai, nə Təbəri, nə Davud 
əz–Zahiri,  nə  Abdullah  ibn  İbaz  nə  də  başqa  təqlid  olunan  imamlar 
məzhəblərinə öz adlarını verməyiblər. Hətta onlardan dərs alan tələbələr də 
bu  addan  istifadə  etməyiblər.  Bu  adlandırmalar  hər  məzhəbin 
xüsusiyyətlərinin araşdırılması nəticəsində ortaya çıxmışdır.
34
 
 
Dördüncü məsələ 
Elm və dəvətdə İbn Əbdülvəhhab yalnız deyildi 
İbn  Əbdülvəhhabın  davamçılarından  bəziləri  zənn  edir  ki,  o  elmdə 
zəmanəsinin yeganə alimi idi. Onun dəvətinin çatmadığı İslam ölkələri şirk 
                                                 
33
Əlavədə ikinci paraqrafa bax. 
34
 “Vəhhabi”  kəlməsi ilə bağlı ikinci paraqrafdakı əlavəyə baxın. 

 
 
17 
 
və küfr məmləkəti idi. İbn Əbdülvəhhabın dövründə müsəlman ölkələrinin 
alimləri dindən heç bir şey bilməyən cahillər idi. Təəssüf ki, müsəlmanları 
təkfir  edən,  onların  ölkələrini  küfr  diyarı  sayan,  alimlərinin  də  kafirlərdən 
olduğunu  deyən,  məhz  elə  İbn  Əbdülvəhhabın  özüdür.  Daha  sonra  bu 
mövzuya toxunacağıq.  
Biz  Məhəmməd  ibn  Əbdülvəhhabın  islahatçı  və  dünyada  bir  çox 
müsəlmana  çatmış  dəvətçi  rolunu  qeyd  etməklə  yanaşı,  Ərəb 
yarmadasındakı  müsəlmanları  bunun  xaricində  tuturuq.  Bu  mövzu  daha 
sonra gələcək. Onun üslubuna edilən etirazlara baxmayaraq, elm tələbələri 
qəti şəkildə bilməlidirlər ki,  İbn Əbdülvəhhab və davamçıları bu məsələdə 
hədəflərinə  çatmadılar.  Son  üç  əsrdə  onunla  bərabər  çox  sayda  dəvətçilər, 
islahatçılar və alimlər (Allah onlara yaxşılıq nəsib etsin) olmuşdur. Onların 
ölkələrindəki müsəlmanları  təkfir etmək və haqlarını qəsb etmək mümkün 
deyildir. Şah Vəliyullah Dəhləvi, Şeyx Məhəmməd Xəyyad əs–Sindi, Şeyx 
Təhanəvi əl–Hindi, Əllamə Məhəmməd ibn İsmayıl Əmir əs–Sənanini və s. 
Məsələn,  Əllamə  Məhəmməd  ibn  İsmayıl  Əmir  əs–Sənani  İbn 
Əbdülvəhhabdan  daha  elmli,  mötədil,  fikir  və  düşüncələri  ilə  müsəlman 
icmasına daha çox təsir etmək bacarığına malik şəxs kimi qiymətləndirilir. 
İbn  Əbdülvəhhabın  dəvətdəki
35
 təsiri  və  dinamikliyi  digər  alimlərdə  də 
mövcud  idi.  Bunlar  arasında  əhsalı  böyük  hənbəli  alimi  Məhəmməd  ibn 
Firuz  əl-Əhsai,  Hicaz  alimləri,  İbn  Əbdülvəhhabdan  bir  müddət  sonra 
yaşamış  yəmənli  İmam  Şövkaninin  adlarını  qeyd  etmək  olar.  Müasir 
dövrümüzdə  isə  Misirdə  Şeyx  Həsən  əl–Bənna,  Pakistan  və  Hindistan 
yarımadasında  Əllamə  Mövdudi,  Şamda  Şeyx  Cəmaləddin  əl–Qasimi, 
Sudanda Mehdi əs-Sudani kimi dəvət sahəsində kifayət qədər nüfuza sahib 
alimlərin  fəaliyyətlərini  diqqətdən  qaçırmaq olmaz.  Bu  sıraya  elmə  böyük 
əhəmiyyət  vermiş  Şeyx  Məhəmməd  Abduh,  Cəmaləddin  Əfqani  və  digər 
alimləri  də  əlavə  edə  bilərik.  Bu  alimlərdən  heç  biri  İbn  Əbdülvəhhabın 
böyük  şirk  saydığı  məsələləri  təkfir  kimi  dəyərləndirməmişdir.  Adları 
sadalanan  alimlərin  və  davamçılarının  (elmdəki  və  əməldəki  xətalarına 
baxmayaraq) 
İslamın  yenidən  şərh  edilməsində,  müsəlmanların 
                                                 
35
İbn Əbdülvəhhabın müasirləri ilə bağlı daha çox məlumat əldə etmək üçun əlavədəki üçüncü paraqrafa 
baxın. 

 
 
18 
 
mənəviyyatının  yüksəldilməsində  istər  imani,  istər  əməli  xətaların 
düzəldilməsindəki böyük rolları olduğu inkar edilə bilməz.  
İslahatçıların  dəvətləri  umumən  İslami  dəvət  idi.  Lakin  onların 
İslami  olması  xətasız  olduğu  mənasına  gəlmir.  Bunu  İbn  Əbdülvəhhabın 
davamçılarının  çoxu  dərk  edə  bilmirlər.  İslah  dəvətlərinin  işıqları  bəzi 
xətaları  qavramada  onların  gözlərini  qamaşdırmış  və  xətaların  dəvətlərinə 
yoldaşlıq etməsinə vəsilə olmuşdur. Nəticədə bəzi elm adamları xətalarında 
həddi  aşdılar,  hətta  bu  onların  xətalarını  tənqid  etməyə  mane  oldu. 
Həqiqətdə  isə,  davamçılarının  geri  qalanları  onların  nəzəri  olaraq  həm 
doğruluğunu,  həm  də  xəta  edə  biləcəklərini  qəbul  edirlər.  Əslində  isə 
onların davamçılarına görə, öndərləri ilə Peyğəmbər (s.ə.s) arasında heç bir 
fərq tapa bilməzsən.  
Məhəmməd  ibn  Əbdülvəhhabın  vəziyyəti  də  onlardan  fərqli  deyil. 
Bənzər şəkildə Həsən əl–Bənna tərəfdarları da, Mehdinin tərəfdarları onun 
haqqında  həddi  aşdılar.  Şövkani,  Mövdudi  və  digərlərinin  müqəllidlərinin 
vəziyyəti  də  bu  cürdür.  İbn  Əbdülvəhhab  haqqında  davamçıları  onun 
zamanında  və  sonrakı  mərhələdə  böyük  fanatlıqla  ortaya  çıxdılar.  Onun 
risalələrində  yazdıqlarına  və  fətvalarının  hamısına  təəssübkeşcəsinə 
bağlandılar.  Eyni  zamanda,  onun  hədislərlə,  millətlərlə,  dövlətlərlə, 
fərdlərlə bağlı və başqa görüşlərini də buraya daxil edə bilərik.
36
 
Onlar  hədlərini  aşaraq  dəvətin  böyük  hissəsini  tərk  edib,  İbn 
Əbdülvəhhabın  “Övliyalar  mövzusunda  həddi  aşanları”  pisləməsini  ön 
plana  çıxardılar.  Onun  tənqid  etdiyi  əsas  mübahisə  obyekti  qeyd  olunan 
məsələ  ilə  bağlı  idi.  Bu  mübahisə  onun  təəssübkeşləri  tərəfindən  təməl 
əqidə məsələsinə çevrildi. 
Onların  fanatik  davranışları  sufilər,  şiələr,  dörd  məzhəb  imamının 
müqəllidlərində  oxşar  meyillərin  yaranmasına  səbəb  oldu.  Onlar  da  İbn 
Əbdülvəhhaba hücum etdilər.  
                                                 
36
İbn  Əbdülvəhhabla  bağlı  deyilən  həddi  aşan  sözlər:  “Rəbbani  alim”,  “ikinci  Siddiq”,  “İslami 
dəvətin  mücəddidi”,  “alimlərin  yeganəsi”.  ( əd–Durərus-Səniyə,  I  cild, səh. 29), İbn Ubeyd “Ulan-
Nəhyi  vəl–  İrfan”  adlı  təzkirəsində  (I  cild,  səh.  173)  ondan  bu  cür  bəhs  edirdi:  “Məhəmməd  ümməti 
digər  ümmətlərə  qarşı  Məhəmməd  ibn  Əbdülvəhabla  iftixar  etmişdir”.  Müəllif  onu  “varlığın  şeyxi”,- 
deyə  adlandırdı.    Təzkirədə  onunla  bağlı  şeir  (I  cild,  səh.  33).  Əgər  biri  bunu  Peyğəmbərin  (s.ə.s) 
ünvanına söyləmiş olsaydı, İbn Əbdülvəhhabın müqəllidləri onu inkar edər, bəlkə də təkfir edərdilər.  

 
 
19 
 
Düşmənçilikdən  yaranan  bu  düşüncə  forması  İbn  Əbdülvəhhabın 
müxaliflərinə  qarşı  ifratçılığına  səbəb  oldu.  İbn  Əbdülvəhhabın  xəta 
etdiyini  deyənlərə  islahatçı  dəvətə  və  sələf  əqidəsinə  düşmənlikdə 
günahlandırıldı. Hətta bəziləri bunu İslama düşmənlik kimi qəbul etdilər.  
Əslində,  bu  təəccüblü  hal  deyil.  Hər  dini  liderin  davamçıları  və 
düşmənləri  arasında  radikallıq  yarana  bilər.  Müxalifləri  və  tərəfdarları 
arasında aqil insanlar olmasa, vəziyyət belə də davam edəcək. 
Elə  isə  tərəfdarları  onun  əleyhdarlarına  cavab  verəndə  birbaşa 
özlərini İslamın düşmənlərinə yönəlmiş sanırdılar. Hətta müsəlman alimləri 
və müsəlman ölkələri böyük şirkdə  ittiham etmək onlar üçün hücum belə 
sayılmırdı.  Əslində  İbn  Əbdülvəhhab  da  müxaliflərini  təhqir  edərək  və 
xəbərdarlıq  edərək  özünü  müsəlmanlarla  dili  və  silahıyla  savaşmağa  həsr 
etmişdi.  Onu  müdafiə  edərkən,  doğrularını  və  yaxşılıqlarını  qeyd  edərkən 
ortaya  çıxan  düşmənçilik  İslamın  yıxılması  və  başqa  dinlərin  yayılmasına 
kömək edirdi.  
 
Beşinci məsələ 
İfratçı qruplar vəhhabiliyi necə mənimsəyib müdafiə etdilər?  
Burada diqqət edilməsi vacib olan bir məsələ var. O da vəhhabilərlə 
müxalifləri  arasında  günümüzə  qədər  davam  edən  düşmənçiliyin 
şiddətlənməsidir.  Bu  vəziyyət  İbn  Əbdülvəhhabın  tərəfdarları  arasında 
radikal  cərəyanın  ortaya  çıxmasına  vəsilə  oldu.  Zaman  keçdikcə  özlərində 
“dəvət”  adı  altında  danışma  haqqını  sahibləndilər  və  sələfi  əqidəsini 
müdafiə etməyə başladılar.  İbn Əbdülvəhhabın xətalarını müdafiə edərkən 
azmaları  ilə  yanaşı,  müxaliflərini  də  pisləyərkən  ifrata  yol  verdilər.  İbn 
Əbdülvəhhabın  və  tərəfdarlarının  onları  dəvət  etdiyi  məsələlər  tərk  edildi 
və  yerini düşmənçiliyə buraxdı. Sadəcə  Allahın  mərhəmət  etdikləri istisna 
olaraq qaldı.
37
 Bu günümüzdə də  yayılmış haldır.  İbn Əbdülvəhhab  və  İbn 
                                                 
37
 Günümüzdə  ifratçılar  İbn  Əbdülvəhhabı  müdafiə  etdikləri  kimi,  vəhhabiliyi  qorumağı  da  özlərinə 
borc bilirlər.  İbn Əbdülvəhhabın  xəta etdiyini söyləyənləri az qala dindən çıxmaqla ittiham edən bəzi 
qardaşlarımıza  qısa  bir  müddətdə  hazırlanmış  risalədə  cavab  verməyi  düşünürük.  Əhli-sünnə  adına 
danışmaq  haqqını  özəlləşdirən  ifratçıların  davranışı  sünnilərin  şiələrə  cavab  vermə  haqqını  özlərində 
görmələrinə bənzəyir. Sonra onlar sünnə adına Əli ibn Əbi Talib (r.a) və onun ailəsinə qarşı qeyri-ciddi 
yanaşmağa başladılar! Muaviyə, Yezid və onların tərəfdarlarını sünnə adına tərifləməyə başladılar. Biz 

 
 
20 
 
Teymiyyə  haqqında  lehində  və  əleyhində  həddi  aşanlar  çoxdur.  İstər 
onların tərəfdarları, istərsə də əleyhdarları ilə təəssübdən uzaq, sakit dialoq 
aparmaq  mümkün  deyil.  İbn  Əbdülvəhhaba  qarşı  olanlar  onun  haqqında 
yalnız  mənfi  fikirlər  oyadırlar.  Onun  tərəfdarlarının  da  düşüncəsi  bunun 
əksidir. Onlar İbn Əbdülvəhhabda xətasız görür, tənqidi əsla qəbul etmirlər. 
Bu  ayıblar  bütün  ifrata  yol  verənlərin  ortaq  xüsusiyyətidir.  İstər 
sələfi,  istər  şiə,  istərsə  də  dörd  məzhəb  imamının  davamçılarının 
ifratçılarının oxşar düşüncəsi belədir. 
 
Altıncı məsələ 
Radikallığa meyilli cərəyanların vəhhabiliyi  
mənimsəmələrinin qarşısını necə ala bilərik?   
İbn  Əbdülvəhhabın  dəvətini  qiymətləndirilməsində  ifratçıların 
üstünlüyü  səbəbilə  bizim,  yəni  Səudiyyə  Ərəbistanı  Krallığı  tələbələrinin 
görüntüsü  pozulub.  İbn  Əbdülvəhhabın  və  onun  dəvəti  məsələsində  qeyd 
olunan  nüansla  bərabər,  bizim  bu  məsələni  təkrar  gözdən  keçirməyimiz 
lazımdır. İfratçıların Krallıqdakı tələbələr adından danışmaq haqqını yalnız 
özlərinə aid etməsinə qarşıyıq. Bir neçə istiqamətdə onları dəyərləndirərək 
gözdən keçirməyin tərafdarıyıq:  
1) Bunu qətiləşdirməliyik  ki, doğru olanı dəstəkləmək və xətalardan 
uzaqlaşmaq  üçün  bəşərin  hərəkət  və  düşüncəsi,  qiymətləndirilməyə  və 
tənqidə  məruz  qala  bilər.  Burada  şəri  və  əqli  maneə  yoxdur.  Əksinə,  bu, 
özünə  inamın  göstəricisidir.  Əsl  məqsəd  şəxsləri  deyil,  həqiqətə  söykənən 
fikirləri qorumaqdır. 
2)  İbn  Əbdülvəhhabın,  xüsusən  davamçılarının  xətalar  Krallığın 
daxilində  və  xaricində  xeyli  sayda  elm  tələbəsini  təqlidə  və  ifrata 
götürmüşdür. Son dövrlərdə baş verən hadisələrdə bu aydın şəkildə ortaya 
çıxdı. Təkfir məsələsində sadəcə öz dəlillərini, şüar olaraq da öz şüarlarını 
mənimsədilər. 
                                                                                                                 
öncə  də  üniversitetdə  qələmə  aldığımız  məqalələrdə  bu  mövzuya  toxunmuşduq.  Sonra  onları  tənqid 
edənləri şiəlik və rafizilik ilə ittiham etdilər. Necə ki, vəhhabilərdən ifrata yol verənlər sələfi dəvətinə 
düşmənçiliklə  ittiham  etdilər  və  onların  əməllərini  qəbir  ibadətinə  bərabər  tutdular.  Bütün  bunlar  çox 
bəsit səbəbə görə ortaya çıxdı. O da bu idi ki, ifratçılar müdafiədə və bəyanda hər kəsin önünə keçmişdi. 
Sələfi olmayanlardan sələfiliyi qoruma məntiqi.  

 
 
21 
 
3)  Krallıqdakı  bütün  elm  tələbələrinə  məlum  xətaları  nəzərdən 
keçirmək  fərzul–ayndır.  Buna  gücü  çatan  hər  kəs  daxildir.  Məni  bu 
araşdırmaya sövq edən səbəb də budur. 
4)  Krallıqdakı  hər  tələbə  və  vətəndaş  şiddətin  təkrarlanmaması  və 
yalnış  təkfir  ittihamlarından  uzaqlaşmaq  məqsədiylə  həqiqət  çərçivəsində 
çıxış  yolunu  göstərmək  məsuliyyəti  daşıyır.  Hətta,  bu  məsələdə  yaxın 
gələcəkdə nəticə ehtimalı az olsa da, vətənə və onun sakinlərinə uzun illər 
ərzində zərər verə biləcək metodlardan uzaq durmalıdırlar.  
Dinimizi  və  vətənimizi  zalım  təkfirlə  kirlətməkdən  və  məsum 
insanların  qanının  axıdılmasından  qorumaq  borcumuzdur.  Bununla  biz 
dinimizin,  vətənimizin  və  nəfsimizin  hörmətini  yüksəldirik.  Çünki  biz 
Məhəmməddən (s.ə.s) başqa heç bir bəşərə tabe olmuruq. Təkcə Allahın və 
Rəsulunun  (s.ə.s)  dedikləri  çərçivədə  hərəkət  edirik.  Bunu  əməlimizlə 
gücləndiririk.  İbn  Teymiyyə,  Əhməd  ibn  Hənbəl  və  digərləri  kimi 
ucaltdığımız  və  təqdir  etdiklərimizin  xətalarını  qeyd  edirik.  Hər  nə  qədər 
ümumən  İbn  Əbdülvəhhabın  fikirlərindən  bəhrələnsək  də,  aşağıdakı 
məqamlara da diqqət edirik: 
-
 
Onu məsum nəbi kimi qəbul etmirik. 
-
 
Sözlərini şəri hökmlərdən qaynaqlandığını düşünürük. 
-
 
Onu şəriətdən üstün hesab etmirik. 
-
 
Tam tərsinə, o və bütün alimlər şəriət hökmlərinə tabedirlər. 
-
 
İnsan sözünün dəyərinə görə qəbul və ya rədd edilir. 
-
 
Hər  hansı  bir  şəxsin  fikirləri  öz  sözü  ilə  deyil,  Allahın  kəlamı  ilə 
dəlil olur. 
-
 
Heç kim göydən düşməyib. 
-
 
Hamı,  şəxslərin  sözlərinə  deyil,  şəri  dəlillərə  müraciət  etməklə 
cavabdehlik daşıyır. 
Həqiqi sələf budur! 
Bu  qaydaları  hamı  qəbul  edir.  Hər  kəs  ona  ehtiram  etməli  və  bağlı 
qalmalıdır. Hər alim bu qaydaların bizim əqidəmiz, məzhəbimiz olduğunu 

 
 
22 
 
bilməlidir.
38
 Bunlardan başqa bizim metodumuz yoxdur. Ancaq bu qaydalar 
haqqında sadəcə danışmaq kifayət deyil. Bu mötədil dəlilləri izah etmək də 
lazımdır.  Biz  alimlərimizi  sevməklə,  onlara  dua  etməklə  və  fəaliyyətlərini 
təqdir etməklə yanaşı, xətalarını da tənqid etməyə hazır olmalıyıq. Əslində 
sevmək və tənqid etmək arasında ziddiyyət yoxdur. Bu məsələ təkcə hər iki 
tərəfin ifrata yol verənləri arasında ortaya çıxmışdır.  
Hər kim düşünsə ki, bizim onları sevməyimiz tənqidə mane olur, o, bu 
məsələdə həddi aşmışdır. Eyni zamanda, onları tənqid etməyimizin sevgimizi 
əngəllədiyini  düşünənlər  də  yanılırlar.  Sevgi  və  tənqid,  təqdir  və  xətanı 
müəyyən  etmək  ziddiyyət  olmadan  və  biri  digərinin  haqqlarını  pozmadan  da 
gerçəkləşə  bilər.  İbn  Teymiyyənin  özü  də  hər  hansı  şəxsi  bir  xüsusiyyətinə 
görə sevdiyini, digər xüsusiyyətinə görə isə sevmədiyini demişdir. Mən də bu 
cür  deyirəm:  Bir  şəxsi  bəzi  əməl  və  sözünə  görə  sevər  və  ya  sevmərik.  Hər 
hansı fərdi, camaatı və ya cərəyanı qiymətləndirərkən diqqət etməli olduğumuz 
adil  və  doğru  həqiqət  budur.  Birinin  dediklərinə  və  ya  etdiklərinə  görə  onu 
mütləq  olaraq  sevmək  və  ya  pisləmək,  hər  tərəf  nurlu  olduğu  halda  zülmət 
qaranlığına girmək, ya da xəta etməmək üçün dayanmaq imkanı olduğu halda 
inad edib, böyük yanlışlığa düşmək deməkdir.  
 
Yeddinci məsələ 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə