sağlam və gözəl
SAĞLAMLIQ VƏ GÖZƏLLİK JURNALI
Sayı: 4 (15) 2012
həyat
-lə
MÜSAHİBƏ
Məsləhət
Ağız sağlamlığı
Vitamin
Kefirin faydaları
Qırmızı qəlbi
qoruyur
Dişlərinizi qoruyun
Fidan Hacıyeva
Məni gözəl saxlayan
səmimi münasibətimdir
ş hzad si -
AMASRA
e
e
e
Uşaqlarda
qarın ağrısı
Körp
e
s
so
on
n n
na
aiilliiy
yy
y ttll rr
e e
e e
E
Es
stte
ettiik
ka
ad
da
a
Qara d nizin
-lə
sağlam və gözəl
içindəkilər
Tibbi marketlərimizlə bağlı ən yeni xəbərlər.
6
Avis-lə Xəbərlər
Bir çox xəstəliyin müalicə vasitəsi olaraq
kefir və onun faydası haqqında.
8
Kefirin Faydaları
“Daimi enerjili olmaq üçün hansı qidaları
qəbul etmək lazımdır?” sualının cavabını bu
yazımızda tapacaqsınız.
12
Bədənimizə enerji verən qidalar
Estetik cərrah Taha Mehmetoğlu estetik cər-
rahiyyə sahəsində son yeniliklər haqqında
məlumat verir.
14
Estetikada son nailiyyətlər
Pediatr Əli Quliyev, uşaqlarda qarın ağrısına
səbəb olan xəstəliklər haqqında məlumat
verir.
16
Uşaqlarda qarın ağrısı
İdmançılarımız London yay olimpiya oyun-
larından vətənə 10 medalla döndülər.
20
Olimpiyadada tarixi nailiyyət
“İşgüzar xanım” rubrikamızın qonağı Excel-
sior Hotel Baku-nun baş meneceri Nataşa
Solovyevadır
25
Azərbaycan qadını heyranedici
təsir bağışlayır
Vücudda böyrərlər hansı vəzifəni yerinə ye-
tirir? Xroniki böyrək çatışmazlığı nədir?
Xroniki böyrək çatışmazlığının müalicəsi
varmı? Böyrək transplantasiyası hansı
xəstələrə şamil olunur? Bu məqalədə oxu-
cuları maraqlandıran bu və bənzəri suallar
cavablandırılıb.
28
Dünyada hər 1000 adamdan biri
böyrək xəstəsidir!!!
20
14
16
Respublikanın əməkdar artisti Fidan
Hacıyeva ilə maraqlı söhbət.
32
Məni gözəl saxlayan səmimi
münasibətimdir
Qırmızı rəngli meyvələrin sağlamlığa təsiri
haqqında.
36
Qırmızı qəlbi qoruyur
“Avislə idman” rubrikasının qonağı Kick
Boksing üzrə dünya çempionu Rolan
Quliyevlə müsahibə
38
“Bayrağımız yüksəyə qalxanda
bütün yorğunluğum yoxa çıxdı”
Qara dənizin gözəlliyini özündə əks etdirən
yer-Amasra.
40
Qara dənizin şahzadəsi-Amasra
Jurnalımızın bu sayında, yemək təklifi ilə
qarşılaşacaqsınız.
43
Qırmızı bibərli qarğıdalılı plov
Ağız sağlamlığı ilə bağlı yanlışlar və doğru-
lar.
44
Dişlərinizi qoruyun
46
Asudə vaxt
28
38
32
25
Fidan Hacıyevanın səsi hər kəsi məftun edir, elə de-
yilmi? Düzdür, bu mənim subyektiv fikrimdir. Ancaq
bu gözəl sənətkarın sənəti ilə birlikdə, öz şəxsi xü-
susiyyətləri də maraqlıdır. Bu sayımızda sizə təqdim
etdiyimiz Fidan xanımın müsahibəsi inanırıq ki, siz-
lər üçün maraqlı olacaq.
Azərbaycanda ən gözəl otellərdən biri olan Excelsior
Hotel Baku haqqında çoxumuzun məlumatı var. Bəs
otel biznesini özünəməxsus şəkildə bilən və burada
əldə edilən nailiyyətlərin, rahatlığın və s. böyük
işlərin əslində arxasında kim durur bilirsinizmi? Jur-
nalımızın bu sayında sizi bu biznesi çox gözəl bilən
bir xanımla tanış edəcəyik. Excelsior Hotel Bakunun
baş meneceri Nataşa Soloveyanın müsahibəsi
ürəyinizcə olacaq.
Həmişəki kimi uşaqlarımızı da unutmamışıq. Qarın
ağrısının gözəl körpələrimiz üçün nə demək
olduğunu bununla bağlı hazırladığımız peşəkar
həkim məsləhəti vasitəsi ilə öyrənəcəksiniz.
Həmçinin, yenə də bayrağımızı ucaldan idmançımız-
la, gözəl istirahət məkanı olan Amasra ilə də tanış
olacaqsınız. Hər zaman pəhrizlə yaşayıb özünə
əziyyət verənlərə də məsləhətimiz var: Özünüzü
kalorisiz qoymayın, bizim enerji veren qidalarla
bağlı yazımızı oxuyun və daim güclü olun!
sağlam və gözəl
Redaktordan
Hörmətli Avis Dostları,
-lə
Təsisçi:
Maymed MMC
Baş redaktor:
Xəyyam Cavadov
Marketing Departamentinin Direktoru
Uğur Güneş
Reklam Şöbəsinin Müdiri
Elçin Hacıyev
Redaktor Köməkçisi
Lalə Əliyeva
Redaksiya Heyəti:
Faiq Novruzov
Aslan Aslanlı
Murad Malikov
Aygun Quliyeva
Yasin Cetiner
Nərgiz Cəbrayılova
Səbuhi Məmmədov
Gunel Rzayeva
Cap periodu: 2 Ay
Tiraj: 10 000
Unvan: Bakı ş. Yasamal rayonu,
Haqverdiyev kuc. 11
Tel: (+99412) 437 59 50
Fax: (+99412) 497 06 39
www.avismed.az
info@avismed.az
Reklam Yerləşdirmək ucun:
(+994 12) 564 22 59
(+994 50) 560 50 65
reklam@avismed.az
Abunəçilər üçünn
(+994 12) 564 22 59
(+994 50) 560 50 65
web: www.avismed.az
e-mail: info@avismed.az
Hazırlama, dizayn və çap:
Ayreklam-İstanbul
e-mail: info@ay-reklam.com
Müxbir:
Susana Şammədova
Koordinator:
Aybəniz Kamalqızı
Dizayner:
Ülviyyə Qayıbova
Jurnal, Azərbaycan Respublikası Ədliyyə
Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.
Qeydiyyat nömrəsi: 4642
Çap olunan reklam materiallarına görə
redaksiya məsuliyyət daşımır
a is
-lə
Xəbərlər
6
www.avismed.az
H
ər zaman öz müştərilərini
düşünən Avis Tibbi Mar-
ketlər şəbəkəsi böyük
endirim kampaniyasına start
verdi. Belə ki, Avis Optiklərdə gün
eynəklərinə və bir çox brendlərə
(FRED, DSWA, FERRE, R.CA-
VALLI, J.CAVALLI, ARMANI,
TODS, GUCCI, YSL, VERSACE,
DIOR, RICMOND) 70 faiziə qədər
endirim başlamışdır. Qiymətlər
19.90 AZN-dən başlayır. Sizə bu
fürsətdən yararlanmağı tövsiyyə
edirik.
Avis Optikdən
böyük endirim
Azərbaycanın ilk və tək tibbi marketlər şəbəkəsi Avis
hər zaman əməkdaşlarının peşəkarlıq səviyyəsinin
artırılmasına xüsusi əhəmiyyət vermiş və bu
mövzuda bir çox təlim proqramları həyata keçir-
mişdir. Avisin əsas dəyərləri kimi bilinən profesinallıq
və daimi inkişaf kriteriləri çərçivəsində bu dəfə
“Qurum mədəniyyəti”, “İş etikası” və “Marketinqin
əsasları” mövzusuna həsr edilmiş növbəti təlim pro-
qramını reallaşdırıb. Qafqaz Universitetinin “Karyera
Planlama” mərkəzinin dəstəyi ilə həyata keçirilən
təlim proqramına Avisin idarəçiləri və şirkət nü-
mayəndələri də qatıldı. 5 gün davam edən təlim pro-
qramından sonra iştirakçılar özlərini imtahanda
sınadılar. İmtahan nəticələrinə görə iştirakçıların 65-
70 faizi müvəffəqiyyət sertifikatı ilə təltif olundu.
TƏLİMLƏRİMİZ DAVAM EDİR
Artıq 2 ildir ki Avis tibbi
marketlər şəbəkəsi Avis
eşitmə mərkəzini müş-
tərilərinin ixtiyarına
vermişdir. Bundan öncə
bir neçə dəfə keçirilən
pulsuz müayinə ak-
siyaları yenidən keçi-
rilir. Avis tibbi
marketlər şəbəkəsində
etdiyiniz hər 50 AZN və
yuxarı məbləğli alış ve-
rişlərdə öz pulsuz mü-
ayinə kartınızı tələb
edin. Qeyd edək ki, mütəxəsislər ildə 1 dəfə eşitmənizi
yoxlatmağınızı məsləhət görür.
Dünyanın 30-dan çox ölkəsinə eşitmə cihazı ixrac edən
Earteknik şirkəti bu ilin əvvəlində öz Earnet Nano2 ci-
hazının təqdim etdi. Çəkisi 0,5 gr uzunluğu 1,2 sm olan
bu cihaz dünyanın ən kiçik eşitmə cihazıdır. Earteknik
şirkətinin cihazlarını Avis eşitmə mərkəzindən əldə edə
bilərsiniz.
EŞİTMƏNİZİ PULSUZ YOXLADIN
ƏN KİÇİK EŞİTMƏ CİHAZI
Avis kollektivi “Ramazan
bayramı”nı qeyd etdi
“Ramazan bayramı” Avis kollektivi tərəfindən də
böyük sevinc və coşqu ilə keçirildi. Bu xoş gündə
hər kəs bir-birini gözəl Ramazan süfrəsində təbrik
etdi, bu xoş dəqiqələrini yaddaşlarda daim yaşa-
yacaq kimi tarixə həkk etdi.
Məsləhət
Uzun illər bakteriyaların orqa-
nizmimizə zərərli olması haq-
qında fikirlər irəli sürülüb.
Ancaq bu gün aparılan araşdır-
malar nəticəsində məlum olub
ki, bəzi bakteriyalar insan
orqanizmində olan xəstəliklərin
müalicə olunmasına kömək edir,
bəzi xəstəliklərin isə irəliləməsinin
qarşısını alır.
Əslində qidanın təbii olaraq isti-
fadə edilməsi probiotiklərə qarşı
olan marağı da artırır. Çünki pro-
biotiklər çeşidli qastrointestrinal
sistem xəstəliklərinin müalicə ol-
unmasında köməkçi, uşaqlarda
allergik xəstəliklərin gecikmədən
üzə çıxarılmasında, qadınlarda
vajinal orqanda olan ifeksion
xəstəliklərin müalicəsində və
həmin xəstəliklərin vaxtından
qabaq qarşısını almağa kömək
edir.
KEFİRİN FAYDALARI
Əsrimizin ən cansıxıcı xəstəliklərinin demək olar ki, 90
faizinin dərmanı kefirdir. Kefirin faydalarını saymaqla qur-
tarmaz. Ancaq bu yazımızda sizə xəstəliklər və kefirin on-
lara faydaları haqda qısa olaraq məlumat veririk.
Düzgün qidalanmamaq vaxtından
əvvəl yaşlanmağa, gündəlik artan iş
yorğunluğu və buna bağlı olaraq
qayğı və stress, insanların infek-
siyon xəstəliklərə yoluxmasına,
depressiyaya düşmələrinə, əsrin
bəlası olan xərçəng xəstəliyinə tu-
tulmasına şərait yaradır.
Əsasən fast food məh-
sullarının qəbulu, bir sıra
süni qidalardan istifadə olunmasının getdikcə art-
ması və bununla bağlı yaranan rahatsızlıqlar in-
sanların qatqısız və təbii qidalardan
istifadə etmə ehtiyaclarını artırır. Bütün
bu önəmsiz qidalardan orqanizmimizi
qorumaq və ən başlıcası isə həzm və
immunitet sistemimizi qorumaq üçün
ən önəmli faktor olan probiotiklərin is-
tifadə edilməsini düzgün şəkildə artır-
mağa çalışmalıyıq.
Probiotik
Probiotik
nədir?
nədir?
8
www.avismed.az
a is
-lə
Təbii ekosistemdə tapılan, bağırsaq florasını formaya
salan və insan sağlamlığı üçün xeyirli olan
mikroorqanizmlər probiotik olaraq istifadə olunur.
Başqa sözlə desək, probiotiklər həzm sistemində
tapılan, insan orqanizmində yaşayan canlı mikro-
orqanizmlərdir.
“Pro” və “Biota”sözlərindən ibarət olan bu birləşmə
“ for life”, “yaşamaq üçün” deməkdir.
Bu söz antibiotik anlamına qarşıdır. Pataloji bak-
teriyaları yoxlamaq üçün pataloji olmayan bak-
teriyalardan istifadə olunur.
Lakin asit bakteriyalardan hazırlanan probiotik qi-
daların funksional bir qida kimi hazırlanaraq istifadə
olunması son 10- 15 ildə daha çox sürətlə araşdırıl-
mağa başlanıb.
Probiotiklər yeni kəşf deyil. İnsanlar ta qədimdən on-
lardan həm də müalicə məqsədi ilə istifadə ediblər.
Hamiləliyin son günlərində insan orqanizmi üçün
lazım olan dost bakteriyalarla ana bətnində qidala-
naraq tanış oluruq.
Doğuşdan sonra ananın və ətrafın florası ilə zəngin-
ləşən insan oğlu artıq özü üçün lazım olan dost bak-
teriyaları ana südü ilə almağa başlayır. Bu birlik
bizimlə ölümə qədər davam edir və ölümdən sonra
isə torpağa qarışmağımız üçün yardımçı olur.
Qafqazın dağlıq ərazilərində yaşayan tayfaların
sağlamlıq simvolu kimi gördükləri probiotikin kefir
olduğu diqqət mərkəzindədir. Kefirin həzm sis-
temimiz üzərində olan həm hüceyrələr, həm də sivisal
sistem üzərində aktivləşdirici fəaliyyəti böyükdür.
Kefir həzm sistemimizi hər zaman infeksion xəstəlik-
lərə qarşı mübarizə aparmağa hazır tutur.
Bağırsaqları normallaşdırır
Kefir formentasiya olunmuş bir
süd məhsulundan ibarət içki ol-
maqla yanaşı, probiotik bak-
teriyalarla zəngin olan maya üçün
lazım olan bir tərkibdir. Kefir
krem halında, azacıq turşumuş iyi
olan bir süd içkisidir. Kefir
sözünün mənası türkcədən
götürülüb və xöşbəxtlik mənasını
verir. Kefirin necə və hansı
şəraitdə yaranması haqqında
dəqiq bir məlumat yoxdur. Ancaq
elmə bunlar məlumdur ki, ilk dəfə
kefir məhsulları Rusiyada, Cənubi
Qafqaz dağlarında yaşayan tay-
falar tərəfindən hazırlanıb. Bu
günümüzə gəlib çıxan knaphor,
klaphyur, kepi və kipe kimi adlar
hələ də işlənməkdədir.
Aparılan araşdırmalara görə,
kefir içərisində daşıdığı bəzi canlı
mikroorqanizmlərə görə həzm sis-
temini gücləndirir. Bundan belə
bir nəticəyə gəlmək olar ki for-
mante olunmuş süd məhsulların-
dan istifadə etməklə xərçəngin
qarşısını ala bilərik.
2003-cü ildə İspaniyanın Madrid
şəhərində Alvaroz və dostları
tərəfindən aparılan təhqiqat
nəticəsində məlum olub ki, sınaq
imtahanına hazırlaşan şagirdlərin
həzm sistemi çox yüklənib.
Aparılan araşdırmalardan məlum
olub ki, stressli bölgələrə probiotik
verməklə həzm sistemini qoru-
maq mümkün olur və stressin
azaldığı müşahidə olunmağa
başlayır.
Digər bir araşdırmaya görə, qatıq
və kefir kimi insanların istifadə et-
İnsana xoşbəxtlik verən bir dad
Araşdırmalar nə deyir?
9
www.avismed.az
a is
-lə
Məsləhət
10
www.avismed.az
dikləri süd məhsulları ilə yanaşı, meyvə və tərəvəzin
istifadə olunması uşaqlarda tənəffüs sisteminin infek-
siyalardan qorunmasında və müalicəsində çox
kömək edir.
Lenoir və dostlarının apardıqları digər bir araşdır-
maya görə, probiotiklər uşaqlarda soyuqdəymə
simptomunu zəiflətmiş, immunitet sistemini isə gü-
cləndirmişdir.
Kefirin faydaları aşağıdakılardır:
1.Sinir sistemini gücləndirir;
2. İmmunitet sistemini gücləndirir;
3. Gastrointestiral sistemi infeksiyalar-
dan qoruyur;
4. Allergiyaya qarşı orqanizmi dözümlü
edir;
5. Antioksidant ( xərçəng xəstəliyinə
qarşı) özəllik gostərir;
6. Qan lipitlərini (xalestrolu) azaldır
7. Laktozun sorulmasını(süd şəkərinin)
sürətləndirir.
8. Ən çox uşaqlarda rast gəlinən qəbiz-
lik xəstəliklərinin və ishal kimi xəstə-
liklərin qarşısının alınmasına yardımçı
olur.
9. Hamiləlik zamanı istifadə etməklə
ana və uşaqlarda rast gəlinən obezite
kimi xəstəliyin qarşısını alır.
Ən əsası xərçəng xəstəliyi başda olmaqla bir çox
xəstəliklərin qarşısını gündə bir stəkan kefir
içməklə almaq olar. Həm evdə hazırlanmış, həm
də marketlərdə satılan məhsullardan da istifadə
etmək mümkündür. Əgər kefir köhnəlmiş və ya
dadı sizi narahat edirsə onun içərisinə bir az
vanil və ya meyvə suyu da qataraq istifadə etmək
olar. Hə a naharda bu qarışığa dörd qaşıq yulaf
və yaxud da 10 ədəd badam qataraq da istifadə
edə bilərik.
Kefiri necə istifadə etmək lazımdır?
Bilirsinizmi?
Probiotik anlayışı ilk
dəfə 19-cu yüzilliyin
başlanğıcında Nobel
mükafatının sahibi Elie
Metnichkoff tərəfindən
gündəmə gətirilib. Met-
nichkoff bolqar tay-
falarının uzun ömürlü
olmalarına süd və süd
məhsullarının səbəb
olduğunu aydınlaşdırıb.
a is
-lə
Sağlamlıq
12
Bədənimizə enerji
verən qidalar
Bədənimiz
üçün ən yaxşı
su qaynaqları
bunlardır:
1.
Orta yağlı süd
2.
Su qatılmış
meyvə suyu
3.
Su qatılmış
kompot
Gecə yatarkən bədənimiz
uzun müddət qidasız
qaldığı üçün enerji ehtiyacı
duyur. Bədənimizi mobil
telefon kimi düşünək. Çünki
o, davamlı olaraq enerji yığ-
malı olan bir makina kimidir.
Səhər yeməyi yemək enerji
toplamağımıza çox kömək
edir.
Səhər yeməyi zamanı bun-
larla qidalanmaq lazımdır:
Pendir, zeytun, bal və ya
mürəbbə və meyvə suyu.
Həmçinin, orta yağlı süd də
içmək olar. Səhər yeməyi za-
manı az yağlı, az şəkərli və
duzlu olanını qəbul et-
məlisiniz. Qaynadılmış yu-
murta və bananı eyni vaxtda
yeyə bilərsiniz. Sadəcə ba-
nanlı süd də içə bilərsiniz.
D
aim enerjili olmaq, gümrah olmaq hər zaman hər kəsin xeyrinə olub.
İstər işdə olsun, istərsə evdə olsun, gümrah olmaq ətrafdakılara hər
zaman yaxşı təsir edər və istənilən işin öhdəsindən rahatlıqla gələ
bilərsiniz. Buna görə də hər zaman enerji verən qidaları qəbul etmək vacibdir.
Unutmayın! Yaxşı qidalanmaq vücudumuzu formada saxlamağa və zehni-
mizin daha yaxşı inkişaf etməsinə kömək edir.
Su ehtiyacınızı yaxşı təmin edin! Çox tərlədiyimiz zaman bədənimiz su itirir
və bunu dərhal bərpa etmək lazımdır.
Susadığımızı hiss etməyimiz, su içmək üçün çox gecikdiyimizin göstərici-
sidir. Buna görə də tərlədiyimizi hiss etdiyimiz zaman susamasaq da su
içməliyik.
Unutmamaq lazımdır ki, hər bir insan gündə 1.2 litr suya ehtiyac hiss edir. Ancaq isti aylarda daha çox
su qəbul etmək lazım olur.
Tezdən oyanandan
sonra nə yemək
lazımdır?
www.avismed.az
www.avismed.az
Hər gün davamlı olaraq 3 dəfə yemək
yeyin və hərdən sağlamlıq üçün xeyirli
olan qidalar da qəbul edin. Bu qidalar
aşağıdakılardır:
Təzə meyvə (qurudulmuş da ola bilər),
qatıq və ya süd
südlü aş, krem,
karamel kimi şirniyyatlar
Dəmirlə zəngin olan qidalar qəbul edin!
Dəmirlə zəngin olan qidalar qəbul etmək sağlamlıq üçün çox vacibdir. Xüsusilə də qadınlar
kişilərdən daha çox qəbul etməlidirlər. Dəmir bədəndə hemoqlabin yaranmasına kömək edir. He-
moqlabin qanı rəngləndirən, qana oksigen verən bir piqmentdir. Dəmirlə zəngin olan qidalar
bunlardır:
Mal və quzu əti kimi qırmızı ət növləri-,
əla növ taxıldan olan çörək-,
yaşıl kələm, göyərti-,
ərik və kişmiş qurusu
fıstıq və badam kimi
səbzələr-,
mərcimək, yaşıl noxud
və lobya
Çörək, kartof və s. kimi qidalar karbo-
hidratlarla zəngin qidalardır.
Bu cür, sağlam qalmağa kömək edən
qidaları davamlı olaraq qəbul edin ki,
enerji almaq üçün sağlamlığa zərərli
həblərə gərək qalmasın.
Karbohidratlı qidalar
qəbul edin!
13
www.avismed.az
SON NAİLİYYƏTLƏR
ESTETİKADA
K
eçən il Amerikada tətbiq
olunan 25.5 milyon este-
tik cərrahiyə müdaxiləsi
arasında burun əməliyyatı ikinci
sırada yer alıb.
Günümüzdə texnologiyanın in-
kişaf etməsi, kompyutersimul-
yasiya proqramlarının təkmilləş-
məsi ilə artıq əməliyyatdan sonra
görünüşünüzün necə olacağını
əvvəlcədən qiymətləndirə bilər,
buna əsasən fikir və münasi-
bətlərinizi bildirə bilərsiniz.
Kompyuterdə burun formalarına
baxa bilər və kompyuter vasitələri
sayəsində burun əməliyyatlarında
optimal planlamalar tətbiq edilə
bilər. Xüsusilə, kompyuterdə kə-
mərin nə qədər götürüləcəyi, bu-
run ucunun nə qədər qaldırıla-
cağı, alın və burun arasındakı
hissənin necə dəyişdirələcəyini
əvvəlcədən görmək mümkündür.
Xəstələr bunları da bilməlidir;
əldə edilən nəticə cərrahdan,
dəridən, qığırdaq quruluşundan,
sümüklərin vəziyyətindən, dəri-
nin qalınlığından, əməliyyatın
necə keçdiyindən və xəstənin
yaxşılaşmağa
verdiyi təsir-
lərdən asılı
olaraq ortaya
çıxır. Xəstə
kompyuter
vasitəsi ilə
düzəldilən
burun forma-
larını dəqiq
nəticə olaraq deyil, təxmini fikir
kimi qiymətləndirmlədirlər.
Xəstələri daha çox maraqlandıran
prosedurdan sonra parça tampon-
ların çıxarılması zamanı yarana
biləcək ağrılardır. Lakin bunu
bilməkdə xeyir vardır ki, artıq
xəstələrimiz prosedurdan dərhal
sonra heç bir ağrı hiss etmirlər və
şişliyə baxmayaraq normal həyat
tərzlərinə qayıda bilirlər. Bir çox
xəstələrdə tamponlar yerini, özün-
dən hava kanalları olan və çıxa-
rılarkən xəstələrin heç bir ağrı hiss
etmədikləri silikon təbəqələrə bu-
raxır. Bütün bu irəliləyişlər təbii
ki, xəstənin komfortuna təsir
göstərir və renoplastikaya tələbat-
larını artırarkən qorxularını da
azaltmış olur.
Dostları ilə paylaş: |