Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə2/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   2   3   4   5   6   7   8   9   ...   105
meritus «layiq olan» və qədim yunan sözü olan kratos «hakimiyyət», idarəetmə» 

ifadələrindən yaranmışdır, elə idarəetmə prinsipidir ki, ona müvafiq olaraq 

rəhbər vəzifələri sosial mənşələrindən və maliyyə imkanlarından asılı olmayaraq 

ən qabiliyətli adamlar tutmalıdırlar. Bunu mümkün edən birinci halda, rəhbərlər 

xüsusi himayə edilən istedadlar sırasından təyin edilir. Bu sistem özlüyündə 

aristokratiyaya olduğu kimi, həm də demokratiyaya ziddir. Çünki burada söhbət 

hansısa silkə mənsubluqdan və xalqın hansısa seçimindən deyil, vəzifəyə təyin 

olunmadan gedir. İkinci halda isə, obyektiv olaraq istedadlı və zəhmətsevər 

adamlara ilkin şəraitlərin yaradılmasından gedir. Bu tədbir ona görə vacibdir ki, 

gələcəkdə onlar azad şəraitlər rəqabətində yüksək ictimai vəzifələr tutmaq 

imkanına malik olsunlar.  

Bu termini geniş qaydada istifadəyə ingilis sosioloqu Maykl Yanq  

vermişdir. Onun 1958-ci ildə çapdan çıxmış «Meritokrakratiyanın yüksəlişi» 

(1870-2033-cü illər)» antiutopik əsərində futurist (gələcək) cəmiyyət təsvir edilir, 

həmin sotsiumda ictimai mövqe «intellekt əmsalı» ilə (ingilis dilində IQ – 

“intelligence quotient”)  müəyyən edilir. Sonralar meritokratiya terminində daha 

pozitiv çalarlar meydana gəldi, bundan, imkan bərabərliyinin tərəfdarları 

istifadə etməyə başladılar. Digər sosioloq Deniel Bell özünün 1973-cü ildə 

çapdan çıxmış «Gələcək postindustrial cəmiyyət» kitabında belə güman edir ki, 

meritokratiya bürokratiyanı ləğv etməyə imkan verəcək, həmçinin bütünlükdə 

cəmiyyətin sosial quruluşunu dəyişəcəkdir.  

Meritokratiyanın həyata keçirilməsinə gəldikdə, bir sıra tədqiqatçıların 

rəyinə görə tarixin müəyyən dövrlərində Çin bu məqsədin reallaşmasına daha 

yaxın olmuşdur. Axı Birləşmiş Ştatlarda, İngiltərə, Fransa və Rusiyada da Yeni 

tarix ərzində rəhbər vəzifələrə adamların irəli çəkilməsində və seçilməsində 

meritokratiya elementləri müəyyən yer tutmuşdur, hətta ümumi prinsiplər 

mühitində də öz gücünü göstərə bilmişdir. Çində isə meritokratiya bir aparıcı 

sitem kimi böyük tarixi dövr ərzində mövcud olmuşdur. Sui sülaləsi 

zamanındha imtahanların üç pilləli sistemindən geniş istifadə edilmişdir. Onun 

köməyi ilə imtiyazlara yiyələnmək roluna incəsənəti, konfutsiçiliyi və inzibati 

problemləri digərlərindən daha yaxşı dərk edənlər seçilirdilər. 

   Amerika Birləşmiş Ştatlarında belə bir rəy yayılmışdır ki, artıq orada 

meritokratiya prinsipi həyata keçirilmişdir. Tomas Cefersonun, Abraham 

Linkolnun və Franklin Delano Ruzveltin prezident seçilmələrinə görə bu fikrə 

haqq qazandırmaq olar. Birincinin prezidentliyi dövründə Luiziananın 

Fransadan satın alınması ilə ölkə ərazisi iki dəfə böyümüş, dövlətə xaricdən 

təcavüz imkanları xeyli azalmışdı. Abraham Linkoln ölkənin ərazi bütövlüyünü 

qoruyub saxladı və quldarlığın ləğvinə nail oldu. Franklin Delano Ruzvelt sərt 

iqtisadi tədbirlərin köməyi ilə Böyük Depressiyanın dağıdıcı gücünü azaltdı. 

Ancaq ABŞ prezidentləri içərisində Herbert Klark Huver və Kiçik Corc Buş kimi 




11 

 

«axsaq ördəklər» də olmuşdur. Birincinin prezidentliyi (1929-1933-cü illər) bir 



sıra böyük iqtisadi və sosial böhranlarla müşayiət olunmuşdu. Məhz bu dövrdə 

Böyük Depressiya tüğyan etmişdi. Kiçik Corc Buş isə (2001-2009-cu illərdə) 

Əfqanıstanda və İraqda müharibə başladı, axırıncıda təcavüz üçün prezidentin 

gətirdiyi saxta səbəblər öz təsdiqini tapmadı. Hər iki müharibə ABŞ-a trilyon 

dollarla ölçülən ağır xərclərə başa gəldi.  

  Dünyanın ayrı-ayrı ölkələri meritokratiyanı tətbiq etmələri ilə öyünməsə 

də, onlar da bu nəcib üsluba biganə qalmamışlar. Çində geniş tətbiq edildikdən 

az sonra, ərəb şərqində hakimiyyətə gələn Abbasi xilafətində təhsilə, elmə ciddi 

fikir verildiyi kimi, dövlətin idarə olunmasına istedadlı adamlar cəlb edilirdi, bu 

məsələdə hətta həmin şəxslərin başqa dinə sitayiş etmələrinə də məhəl 

qoyulmurdu. Abbasi xəlifələrinin sarayında öz vəzifəsini uğurla icra edən 

xristianlara və yəhudilərə rast gəlmək təəccüb doğurmurdu. Bu xəlifələr qədim 

yunan fəlsəfəsinin, xüsusən Platonun və Aristotelin əsərlərinin başqa dillərin 

köməyi ilə ərəb dilinə tərcümə edilməsinə böyük diqqət verir, qayğı 

göstərirdilər. Ərəb dilindən isə bu əsərlər İspaniyadakı Kordoba xilafəti 

vasitəsilə başqa dillərə tərcümə edilib, Avropada yayılırdı. Antik biliklərin 

Avropadakı intibahında ərəblərin böyük xidməti danılmazdır. 

Qədim yunan fəlsəfəsindən istifadə edən islam alimləri dini ehkamların 

izah olunmasında ciddi uğurlar qazanmışdılar. Yunan fəlsəfəsi islam biliklərinin 

əsaslandırılmasında əvəzedilməz rol oynayırdı. Ona görə də ərəb şərqində 

Platonun və Aristotelin şöhrəti geniş yayılmışdı və xüsusi məhəbbət əlaməti 

olaraq onların adları ərəb dili qaydalarına yaxınlaşdırıb, dəyişdirilməklə 

«Əflatun» və «Ərəstun» kimi məşhurlaşmışdı.  

  Osmanlı imperiyasının banisi Mehmet Fateh də meritokratiyanın 

tətbiqinə diqqət verərək, sarayındakı imperiya şurasına istedadlı adamları cəlb 

edirdi. Şuranın köməkliyi ilə o, iri imperiyanı məharətlə idarə edirdi. 

  Avropada da Yeni tarixin başlanğıcından saraylara istedadlı adamların 

cəlb olunması dəbi yaranmışdı. XVI əsrin sonu, XVII əsrin əvvəllərində Fransa 

kralı IV Henrinin maliyyə naziri olan Maksimilian Syulli ölkənin maliyyə 

vəziyyətini möhkəmləndirmişdi. XVII  əsrdə Günəş kralı XIV Luinin uzun 

müddət maliyyə naziri işləmiş Jan Batist Kolber merkantimizmin əsasını 

qoymaqla, ölkənin iqtisadiyyatına güclü təkan vermiş, ağır müharibə xərclərinin 

ödənilməsinin öhdəsindən gəlmişdi. İnqilaba qədərki Fransada sonrakı 

dövrlərdə də güclü maliyyə nazirləri Ann-Robert Jak Turqo və Jan Nekler 

fəaliffət göstərmişdilər. Turqo ensiklopediyaya maqələlər yazırdı, sərvətin 

yığılması və bölünməsi barədə məşhur əsərini çap etdirmişdi. İngiltərədə XVI 

əsrdən başlayaraq saray vəzifələrinə görkəmli elm adamları, tədqiqatçılar cəlb 

olunmuşdu. Xəzinə kansleri Frensis Bekaon böyük filosof idi. XVIII əsrdə qısa 

müddətdə faktiki olaraq baş nazir olmş Böyük Uilyam Pitt imperiyanın 

genişlənməsi və möhkəmlənməsi üçün böyük işlər görməklə yanaşı, Demosfenlə 

müqayisə edilən istedadlı natiq idi. XIX əsrdə bir neçə dəfə baş nazir olmuş 

Uilyam Qladston həm də qədim yunan mədəniyyəti üzrə görkəmli mütəxəssis 

hesab olunurdu. Homer erası barədə elmi əsər yazmışdı. Süveyş kanalı 



12 

 

səhmlərinin Misirdən alınmasının təşəbbüsçüsü və icraçısı olan digər baş nazir 



Bencamin Dizraeli bir sıra romanların müəllifi idi. XVIII əsr Rusiyasında 

imperatriça II Yekaterina Qriqori Potyomkin kimi hətta zadəgan olmayan 

istedadlı şəxsləri mühüm dövlət vəzifələrinə gətirmişdi. 

Bəzi ölkələrdə isə meritokratiya pərdəsi altında aparılan ayrı-seçkilik 

siyasəti biabırçı nəticələrə səbəb olurdu. Rozeziyada (indiki Zimbabve 

Respublikası) 1979-cu ilə qədər mövcud olan əmlak və təhsil senzi həmin Afrika 

ölkəsində əhalinin qara rəngli mütləq çoxluğunu praktiki olaraq seçkilərdən 

kənərləşdırmışdı. Belə iyrənc aparteidə haqq qazandırmaq üçün bu ölkənin 

başçısı olan Yan Smit o illərdə fəaliyyət göstərən iyrənc qaydaları öz 

memuarında həyasızcasına meritokratiya sistemi adlandırır.  

Meritokratiya isə geniş mənada daha istedadlıların hakimiyyətidir və bu 

prinsipdən bütöv xalqı əzmək üçün istifadə edilməsi onu gözdən salmaqla 

yanaşı, antihumanist bir addımdır. Əksinə, bu konsepsiyaya uyğun olaraq 

cəmiyyətdə təkamülün gedişində rəhbər vəzifələrə bütün sosial təbəqələrdən 

seçilən ən qabiliyyətli adamların irəli çəkilməsi prinsipi bərqərar olur. 

Meritokratiya elə bir sistemin adıdır ki, burada hakimiyyətə, dövlətin idarə 

olunmasına cəmiyyətin müxtəlif təbəqələrindən ən görkəmli qabiliyyətlərə malik 

olan adamların irəli çəkilməsi prinsipi hökm surur, ona görə də daha istedadlı 

olanların hakimiyyəti adlanır. Damarlarında axan qana və sərvətə görə 

adamların iri vəzifələrə təyin olunması praktikasına son qoyulur. Demokratik 

quruluşla öyünən respublikalarda isə klanların, tayfaların dövlət vəzifələrini ələ 

keçirmələri hesabına meydan sulamaları yoxa çıxmır. 

Maykl Yanq özünün yuxarıda adı çəkilən kitabında XX-XXI əsrlərin 

sərhədində Britaniya cəmiyyətinin transformasiyasından söhbət açır, bu və digər 

resurslara (sosial, mənşə, var-dövlət, əlaqələr və sairə) malik olmaqla sosial 

ierarxiyada adamın yer tutması ilə şərtlənən klassik sinfi bölünmənin yerinə yeni 

ictimai quruluşun gəlməsini təsvir edir. Bu quruluşda artıq yalnız qabiliyyət və 

intellekt insanın sosial vəziyyətini müəyyən etməklə, daimi layiq olanların 

idarəçiliyi – meritokratiya tətbiq edilir. Layiq olmaq (merrit) bu vaxt intellektin 

(IQ) iki elementi və qüvvələrin qoyuluşunun birləşməsi kimi müəyyən 

edilmişdir.  

Yanq sonrakı dövrdə meritokratiyanın yeni silk ayrı-seçkiliyi yaratmaq 

ehtimalından ehtiyat edərək, onun neqativ cəhətə malik olmasını şişirdir. Müəllif 

bildirir ki, 2033-cü ildə Britaniya cəmiyyətində üsyan qalxmsı nəticəsində 

meritokratiyanın sonu baş verəcəkdir. Üsyan iştirakçıları belə güman edirlər ki, 

hər bir adam həyatının özü tərəfindən idarə olunması üçün imkana malik 

olmalıdır. Ona görə də müəllif gəldiyi bu nəticəyə görə meritokratik cəmiyyətin 

xoşa gəlməyən mənzərəsini təsvir edir. Bu cəmiyyət guya qeyri-bərabərlk və bir 

qrup adamların başqaları üzərində ağalığının yeni formasına çevrilir. İntellekt öz 

insaniliyini, öz humanist başlanğıcını itirir.  

Yanqın bu xəbərdarlıqlarına baxmayaraq, həmin sistemin əhəmiyyəti 

qorunub saxlanıldıdı. Termin sonralar yalnız pozitiv rəngə sahib oldu. Böyük 




13 

 

Britniyadan Sinqapura qədər bir çox ölkələrdə meritokratiyaya can atılmağa 



başlandı. 

Digər müəllif, Amartiya Sen isə qeyd edirdi ki, ləyaqət, layiq olmaq 

mütləq deyil, nisbi anlayışdır. Ləyaqətin meyarları cəmiyyətdə ağalıq edən 

dəyərlərlə müəyyən edilir.  

Məhdudiyyətlərdən, ənənələrdən, xurafatlardan azad olan zəkanın, 

biliyin qeyri-məhdud axtarışı, rasionalizmə və nəhayətsiz olaraq proqressə can 

atmaq, maarifçilik epoxasının ən başlıca irslərindən biri, bəlkə də başlıca irsidir. 

Burada bir ədalətli quruluş kimi meritokratiyanın populyar tərifinin mənşəyi 

özünü büruzə verir. Yalnız öz fəaliyyətində daha yüksək bəhrə verənlər, 

səmərəli fəaliyyətə, daha iri yüksəliş əldə etməyə qabiliyyəti  olanlar sosial 

ierarxiyanın yüksək pillələrində olmalıdırlar. Axı cəmiyyətdə «dəni, alaq otu 

sayılan dəlicə buğdadan» ayıran yeganə vasitə dünyanın geniş tutumda 

mənzərəsini formalaşdıran təhsildir, konkret sahələrdəki bütöv bilik 

universumudur. 

Vaxtilə Platon dövlətin idarə edilməsini filosoflara tapşırmaq zərurətini 

qeyd etmişdi. Konfutsi də öz təlimində həmçinin hakimiyyətdə təhsil görmüş 

hökmdarların olması zərurətini moizə edirdi. Lakin zəka və bilik qazanmaq 

Platonda və Konfutsidə özlüyündə qiymətli hadisələr deyildi, onlar ləyaqət və 

ümumi rifaha nail olmaq kimi anlayışlarla qırılmaz surətdə bağlı idi. Beləliklə, 

Konyutsinin təliminin əsas müddəalarından biri humanizmi, insanı sevməyi, 

rəhimdilliyi ifadə edən «jen» prinsipi idi. Konfutsi  iki prosesin – tərbiyə və 

təhsilin birliyini irəli sürürdü. O, təhsilin məqsədini şəxsiyyətin ruhən yüksəlişi, 

onun yüksək əxlaqi keyfiyyətləri daşıyan nəcib insan idealına qədər 

təkmilləşməsi hesab edirdi. 

Meritokratik cəmiyyətdə hər bir kəs layiq olduğu sosial vəziyyətə 

yiyələnir. Layiq olanların hakimiyyəti, finişdə nəticələrin bərabərliyini ön plana 

çəkən digər təlimdən fərqli olaraq, yarışın startındakı imkanların bərabərliyi 

şüarı ilə çıxış edir. 

Meritokratiyanın əsasında rəqabət durur, cəmiyyətdə yüksək vəziyyətə 

nail olmaq və özünü yüksək həyat keyfiyyəti ilə təmin etmək üçün insan daim öz 

qabiliyyətlərini inkişaf etdirməli və bu sahədə digərlərini ötüb keçməlidir. Lakin 

meritokratiya həm də özündə təhlükə gizlədə bilər, bu sahədə heç də klassik 

aristokratiyadan, oliqarxiyadan və ya tiraniyadan geri qalmaya da bilər. Bu vaxt 

meritokratiya yalnız ideologiya kimi qalır. Bir aspekti də qeyd etmək lazımdır ki, 

onun mütləq, tam şəkildə həyata keçməsinin tarixi nümunələri mövcud deyildir. 

Çünki sosial mənşə, var-dövlət, əlaqələr və başqa resurslar əvvəllərdə olduğu 

kimi yenə də bu və ya digər dərəcədə insanın imkanlarını müəyyən edir və sosial 

pilləkən üzrə onun irəliləməsinə müvafiq qaydada təsir göstərir. 

Orta əsrlərdə Suy sülaləsinin hökmranlığı epoxasında (581-681-ci illər) 

Çində dövlət vəzfəsini tutmaq üçün sərt və mükəmməl imtahan sistemi 

meydana gəldi. Tan epoxasının (618-907-ci illər) sonunda imtahan sistemi daha 

da inkişaf etdirildi, hətta sadə mənşəli, sakin erudisiyalı adamlar dövlət 




14 

 

imtahanlarını müvəffəqiyyətlə vermək hesabına nüfuzlu məmur vəzifəsini 



tumaq imkanı qazanırdılar. 

İmtahan verənlrə üç ciddi sınağa dözmək lazım gəlirdi. Birinci imtahan 

qəza səviyyəsində keçirdi və bir gün davam edirdi. İmtahanı müvəffəqiyyətlə 

verən «itilənmiş istedad» dərəcəsinə layiq görülürdü. Bu dərəcə adama əla 

karyeraya başlamaq imkanı verirdi, o, qəza icra hakimiyyətində kiçik vəzifə tuta 

bilərdi. Üç ildə bir dəfə əyalət səviyyəsində imtahanlar keçirilirdi. Bu imtahanları 

uğurla verən «təmsil edən» dərəcəsini alırdı. Üçüncü, ali imtahan turu ölkənin 

paytaxtında, bu imtahanlar üçün olan xüsusi yerdə keçirilirdi, çox məhdud 

sayda adam burada iştirak etmək hüququ qazanırdı. Adətən paytaxt 

imtahanlarında iştirak etmək üçün dövlət aparatında vəzifə tutmaq istəyən 8-9 

min iddiaçı toplaşırdı. Yalnız çox az sayda adam «təhsildə irəli çıxmış» alim 

dərəcəsi qazanırdı. Yaxşılardan ən yaxşısı isə imperatorun özünün iştirak etdiyi 

imtahan sınağına buraxılırdı. Bu imtahanlarda daha çox fərqlənənlər isə şəxsən 

imperatora təqdim olunmaq hüququ əldə edirdilər. Onlardan çoxu üçün bu 

tədbir həyatın başlıca hadisəsinə çevrilirdi.  

Ümumiyyətlə, Çində təhsilə, bilik almağa böyük diqqət verilirdi. Filosof 

Çjan Tszayın fikrini əsas götürərək keçmiş epoxaların çinlisi daim «təhsil 

vasitəsilə bütün həqiqi olanların meydana gəlməsni və mövcud olmasını dərk 

edirdi, dinc və sakit şəraitdə yaşayırdı». Bu gün də çinlilər artıq həmin köhnə 

arzunu gerçəkliyə çevirmək, reallaşdırmaq imkanına çox yaxınlaşmışlar. Onlar 

başa duşurlər ki, inkişafa nail olmaq mürəkkəb işdir, lakin onu qoruyub 

saxlamaq, böhranlara qurban verməmək daha mürəkkəbdir. Ölkənin 

çiçəklənməsini davam etdirmək üçün dinc inkişaf idealına sarsılmaz sədaqətə , 

ölkədə stabil situasiyanın saxlanmasına xüsusi əhəmiyyət vermək lazımdır. 

Tan sülaləsinin ağalığı dövründə saray imtahanı səma ayı təqviminin 

birinci ayında ölkənin paytaxtı Çanyan (indiki Sian) şəhərində keçirilirdi. İkinci 

ay ərzində isə, imtahanların nəticələri elan edildikdən sonra imperator qalibləri 

parkda təbrik edir və onların şərəfinə ziyafət təşkil edirdi. Belə şərəflənmələrdən 

sonra yenicə «təhsildə irəliləyənlər» dərəcəsini qazananlar şəhərdə gəzintiyə 

çıxmalı idilər. Axı onların çoxu əyalətlərdən gəlmiş adamlar idi. Onlara öz 

adlarını fəxri daş lövhədə nəqş etməyə icazə verilirdi. Müxtəlif sülalələrin 

epoxaları vaxtı həmin şəxslərin işıq üzü görmüş yazılarını hətta bu gün də seyr 

etmək mümkündür.  

Beləliklə, orta əsrlər Çinində meritokratiya prinsipi və «maariflənmişlərin 

hakimiyyəti» mövcud idi. Bu prinsipə əksər sülalələrin hökmranlığı dövründə 

ciddi surətdə riayət olunurdu. Bu prinsipin sferasına daim «təzə qan» axırdı. 

Çinin tarixindən hətta çox saylı hadisələr məlumdur ki, həmin vaxtlarda aşağı 

sosial təbəqələrdən çıxanlar görkəmli dövlət xadimlərinə, islahatçılara, alimlərə 

və müdriklərə çevrilirdilər.  

Onu da qeyd etmək lazımdır ki, imtahan sistemi kasıb alim adamlar üçün 

dövlətin rifahı naminə xidmət göstərmək imkanı yaradırdı. Nəticədə 

məmurluğun inzibati səviyyəsi də yüksəlirdi. Lakin gec feodalizm dövründə 

imtahan sistemi tənəzzülə uğradı. İmtahan sistemində təmiz konfutsiçilik 



15 

 

təliminə yiyələnməyin yüksək səviyyəsi göstərilməli idi.Həmin dövrdə imtahan 



inşa yazıları bütünlüklə bu təlimin çərçivəsi ilə məhdudlaşdı. Müdriklərin çoxu 

hesab edirdi ki, imtahan sistemi həmin dövrün ziyalılarının bacarıqlarını və 

istedadlarını güclü surətdə boğur. 

Konfutsinin meritokratiya ideyası imperator Çinində dövlət imtahan 

sisteminin tətbiq edilməsinə gətirib çıxardı. Bu sistem, hər bir adama dövlət 

qulluğunu tutmaq, maddi cəhətdən təmin olunmaq və bütün ailəyə iftixar hissi 

qazandırmaq üçün dövlət qulluğuna girməkdən ötrü imtahandan keçməyə 

imkan yaradırdı. Dövlət imtahanlarının Çin sistemi, yəqin ki, öz başlanğıcını 

b.e.ə. 165-ci ildən götürür. Həmin vaxt dövlət qulluqçusu vəzifəsinə 

namizədlərin müəyyən edilməsi üçün imperator onları paytaxta çağırırdı ki, 

orada həm də mənəvi keyfiyyətlər üzrə sınaqdan keçsinlər. Bu sistem daim 

inkişaf edirdi və bir neçə yüz ildən sonra artıq qulluqcu olmaq istəyən hər bir kəs 

dövlət imtahanını verməklə öz qabiliyyətlərini nümayiş etdirməli idi.  

Yüksək vətənpərvərlik və güclü borc hissinə malik olan dövlət 

xadimlərinin tərbiyə olunduğu məktəblərin tətbiq edilməsi konfutsiçiliyin 

nailiyyəti hesab olunmalıdır. Nəticədə konfutsiçilik imperatorun özü tərəfindən 

qəbul olundu. Çin imperiyasının əsasını qoyan imperator Tsin Şi Xuan-di 

Konfutsi təlimini nəinki qəbul etmirdi, hətta onun kitablarını yandırmaq əmrini 

vermiş və bu göstəriş geniş surətdə icra olunmuşdu. Sonrakı imperatorların 

dövründə isə bu təlimə sitayiş edən adamlar feodal aristokratiyanın qalıqlarına 

qarşı səmərəli əksliyə çevrildilər. Çünki həmin qalıqlar imperiya dövlətinin 

birliyinə təhlükə törədərdilər, axı feodalizm pərakəndəliyi mərkəzi dövlət 

hakimiyyətinə heç də rəğbət bəsləmir. 

Digər bir cəhəti də qeyd etmək lazımdır ki, Çin mədəniyyəti yəqin ki, elə 

keyfiyyətlərə  malikdir ki, bu günə qədər özünün qorunub saxlanmasına əsaslı 

qaydada kömək etmişdir, onun yaşıdları və hətta nisbətən cavan sivilizasiyalar 

isə tarix labirintində yoxa çıxmışlar. Söhbət iki nəhəng çayın – Yantszı və 

Huanhonun vadilərindəki düzənliklərdə oturaq kəndli sivilizasiyasının təşəkkul 

tapması və inkişaf etməsindən gedir. Tarixin atası Heredot əgər Misiri «Nilin 

hədiyyəsi» adlandırırdısa, Çini də tam hüquqla bu iki çayın hədiyyəsi hesab 

etmək olar. Əkinçilik çinlilərin başlıca məşğuliyyətinə çevrilmiş, onları torpağa 

və nəticə etibarilə vətənə bağlamışdı. İnsan əkinçiliyi icad edən vaxtdan, burada 

kəndlilər öz yerlərini dəyişmədən bir ərazidə əsasən düyü becərmiş, özünü qida 

ilə təmin etmişdir. Beləliklə, digər bütün sivilizasiyalardan fərqli olaraq Çin heç 

də işğallar və əhalinin miqrasiyası nəticəsində formalaşmamışdır. Çinlilər xırda 

istisnalar nəzərə alınmaqla yeni ərazilər axtarmaq eşqindən uzaq olmuş, 

köçərilərin qüdrəti zəiflədikdən sonra da şimala doğru genişlənmək lüzumuna 

əhəmiyyət verməmişlər. Çin xalqı daimi öz ərazisində yaşamış, başqa xalqlar, 

məsələn, qonşusu Çingiz xan monqolları kimi və ya Meyci inqilabından sonrakı 

yaponlar kimi işğallara meyl etməmişdir. Dünyanın başqa ölkələrinə mühzacirət 

edən çinlilər də daim kompakt yaşamağa üstünlük vermişlər. Onlar reallığı yaxşı 

qiymətləndirməyi bacardıqlarından, illüziya xarakterli şans axtarmaq fikrinə 

düşməmişlər. 



16 

 

Bütün bunlar çinliləri dərk etmək üçün əlahiddə mühüm elementdir, 



çünki bu, mənşələr anlayışını sual altında qoyur. Xalq miqrasiya edən vaxt və 

ölkə işğal nəticəsində anneksiyaya məruz qaldıqda, bir qayda olaraq həmin 

hadisələr xalqın həyatına və düşüncə tərzinə təsir göstərməmiş qalmır, hətta 

güclü müvəqqəti başlanğıc situasiyası yaradır. Belə vəziyyət isə taleyinin 

fərqliliyinə də hörmət bəsləməli olan Çində mövcud olmamışdır.  

Çin mədəniyyətinin özündə də elə cəhətlər vardır ki, onlar tarixi uzun 

ömürlülüyə qeyri-adi xidmət göstərmişdir. Ən vacib cəhət ondan ibarətdir ki, 

Çin özlüyündə yeganə sayılmalı olan yazı sistemini formalaşdırmışdır. İlk 

imperator Tsin Şi Xuan-dinin dövründə yazı unifikasiya edilmişdi, vahid şəklə 

salınmışdı. Bu yazı Avrasiya qitəsinin bütün digər yazı sistemlərind olan kimi 

səsləri ifadə etmir, ideyaların və situasiyaların təqdim edilməsi əsasında işləyir. 

Belə yazı öz növbəsində unikal bir daimilik üçün əsas olmağa xidmət edir. 

Bunun ən parlaq nümunəsi odur ki, çinlilər əslində üç min il ərzində heç siyasi 

sistemlərini də dəyişməmişlər. Bu günə kimi ölkəyə,  şəklini dəyişsə də, daim bir 

partiya rəhbərlik edir. Hazırkı dövrdə bu kommunist partiyasının 

hakimiyyətidir, əvvəllər isə ölkəyə imperiya imtahanlarından keçən adamlar 

rəhbərlik edirdilər və onlar qarovulçulardan tutmuş baş nazirə qədər bütün 

dövlət postlarını tuturdular. 

Fransız Maarifçiliyinin də yüksək qiymətləndirdiyi meritokratiya sistemi 

istənilən çinliyə imkan verirdi ki, imtahanlarda istədiyi qədər dəfə iştirak etsin. 

Nəticədə, Çin Avropadakı intibah dövrünə qədər, qalan bütün dünyadan irəlidə 

idi. Lakin burada da hər şey Alp dağlarının qarı kimi təmiz deyildi. Başqalarına 

nisbətən dövlət qulluqçusunun oğlunun imtahanlarda uğur qazanması daha 

asan idi. Lakin müsbət misallar da az deyildi. Belə məlumatlar vardır ki, hansısa 

kəndin sakinləri bacarıqlı uşağın təhsilinin haqqını birlikdə ödəyirdilər. Deməli, 

icma istedadların yetişdirilməsində birgə iştirak edir, bu yükü ümumilikdə 

daşıyır, bu vaxt çinli üçün vacib sayılan ailə bağlılıgı hissinə də qalib gələ bilirdi. 

Belə sistem daim ölkəyə xidməti, ordenlərin təklif etdiyi adamların ictima 

pilləkəni üzrə irəliləməsi çərçivəsini tətbiq edən fransız feodalizmindən fərqli 

olaraq, ən yaxşı beyinləri təklif edirdi. O vaxtlar həm də «beyinlərin axması» da 

yox idi. Ancaq sonralar Qərbdə də burjuaziyanın yüksəlməsi ilə təhsilin 

əhəmiyyətini başa düşməyə başladılar. 

Yaxşıdan bəhrələnmək qaydası heç də unudulmamışdır. Bu gün Çində 

kimsə öz namizədliyini partiya üzvlüyünə qəbul olunmaq üçün irəli sürdükdə, 

əvvəlcə həmin namizəd barədə üç il ərzində təhqiqat xarakterli öyrənmə gedir. 

Onun ünsiyyətdə olduğu adamlardan, qohumlarından, sinif yoldaşlarından, 

dostlarından, müəllimlərindən sorğu ilə geniş məlumat alınır. Bu vaxt başqa 

iddiaçılar da mövcud olduğundan, kiminsə iradəsinin hökm etməsi deyil, 

namizədlər arasında əsl yarış mühiti özünü göstərir. Bu, heç də rəqabət deyildir, 

çünki rəqabətdə məğlub rəqib az qala məhv edilir, yarışda isə məğlub olan 

sıradan çıxmır, gələcəkdə də öz şansını sınamaq imkanına malik olur. Müsbət 

nəticə əldə edən iddiaçı isə partiya sıralarına qəbul olunur. 




17 

 

Çin Kommunist Partiyasının tərkibində hazırda 82 milyon, başqa sözlə, 



ölkə əhalisinin təqribən 6 faizinə qədər üzv vardır. İmperator epoxasında da 

təqribən həmin nisbətdə dövlət qulluqçusu var idi. Məhz buna görə də Qərb 

demokratiyasının ideyaları Çində kök sala bilmədi. 

Çinlilər tarixlərinin uzunluğu qədər daimiliyə öyrəşmişlər. Çinli üçün 

uzun muddətlilik səmərəliliyin sinonimidir. Bunu da onlar başa düşürlər ki, 

sistem əgər uzun muddət yaxşı işləyirsə, onu niyə dəyişdirmək lazımdır. 

Uzun ömürlülüklə muşayiət olunma, çinlilərdə heç də dəyişikliklərə 

neqativ münasibət bəslənməsinə gətirib çıxarmır. Nə qədər paradoksal görünsə 

də, Çində ona «dostcasına” münasibət bəslənilir. Bu ölkədə nə özünü xilas etmə 

dini, nə cənnət, nə əbədilik mövcud deyildir ki, onlar insanlara cari dövrdə baş 

verən hadisələrin öhdəsindən gəlməyə kömək edə bilsin. Yeganə əbədilik – ilin 

mövsümlərinin dəyişikliyə məruz qalmdan bir-birini əvəz etməsidir. Ona görə 

də təəccüblü deyildir ki, çin fikrinin əsas kitabı «Dəyişikliklər Kitabı» adlanır. 

Kitabda belə bil kəlmə vardır ki, bu, gerçəkliyin dərk edilməsinin altından xətt 

çəkir: yeganə dəyişilməyən şey – həmin dəyişikliklərdir. Avropalılar, başqa 

xalqlar dəyişikliklərə nifrətlə yanaşırlar. Belə bir vaxtda isə çinlilərin 

dəyişikliklərə dostcasına münasibəti onlara imkan verdi ki, XX əsrin ən güclü 

sarsıntılarını yaşamaqla, onları geridə qoysunlar. Ölkədə uzun müddət vətəndaş 

müharibəsi getmiş, Mao Tsze-dunun həyata keçirdiyi «Böyük sıçrayış» və 

«Mədəni inqilab» Çin xalqına ağır həyat itkisi, ondan daha böyük miqyasdakı 

iqtisadi zərbə və sosial problemlərin dərinləşməsi hesabına başa gəlmişdi. Bütün 

bu sınaqlardan sonra Çin xalqı qamətini düzəltmiş, həyatın bütün sahələrində 

həqiqtən də misli görünməmiş nailiyyətlər qazanmağa başlamışdır. Onu da 

yaddan çıxarmaq olmaz ki, digər millətlərin uzun sırasında belə, Çin xalqı heç 

vaxt ayaq üstə möhkəm dayanmaq bacarığını itirməmişdir. 

Son beş min il ərzində uğur və uğursuzluqlar yolu ilə irəliləyən Çin Qərb 

iqtisadçılarının rəyinə görə 2016-cı ildə iqtisadi cəhətdən ən güclü dünya 

dövlətinə çevriləcəkdir. 

Çinli həyatda baş verən təsadüfləri də adi hal hesab edir. Təsadüf 

anlayışına çinlilərin cavabı kəndli mədəniyyətinin cavabıdır: ilin mövsüm 

dəyişikliyinin ritmi qətiyyən pozulmur, qışdan sonra daim yaz gəlir, ancaq heç 

kəs qabaqcadan deyə bilməz ki, bu yaz günəşli və ya yağışlı olacaqdır. 

Təəccüb doğuran cəhətlərdən biri də budur ki, Çində mərkəzi hakimiyyət 

belə regional rəngarəngliyə malik olan bu dərəcədə böyük bir ölkəni qoruyub 

saxlaya bilmişdir. İmperiya kimi təşəkkül tapdıqdan sonra Çinin ərazi 

bütövlüyünə, müvəqqəti işğal illəri nəzərə alınmasa, iki min ildən artıq bir 

müddətdə xələl gəlməmişdir. Bu ərazini heç də nə hərbi qüdrət, nə də iqtisadi 

güc qoruyub saxlamamışdır, onun bütövlüyünü ölkə üçün ümumilikdə vahid 

olan mədəniyyət hifz edib saxlamışdır. Mədəniyyət Çinin tarixən ərazi 

bütövlüyünün başlıca dayağı olmuşdur. 

Çinlilər XIII əsrdə monqolların, XX əsrin birinci yarısında yaponların 

işğallarına məruz qalsalar da, işğalçının mədəniyətini və ya həyat tərzini qəbul 

etməmş, əcdadlarından qalıb, onlara çatan mədəniyyətin həyati hərarətindən güc 



18 

 

alıb, bədbəxtlikləri dəf edərək, ölkənin milli varlığını davam etdirməyə müvəffəq 



olmuşlar. 

Filosof Han Feyə («Han Fey-tszı» kitabına) görə, ölkədə mərkəzi doktrina 

hüququn alimliyi idi. Bu Leqizm fəlsəfəsi idi, bura aristokratiyanın 

kənarlaşdırılması və fərdlərin öyrəndiklərindən, qabiliyyətlərindən və 

təşəbbüslərindən asılı olaraq irəli çəkilməsi yolu ilə çox sayda meritokratiya 

elementləri daxil edilmişdi. Bu dövlət qoşunlarının, idarə etməyə köhnə 

aristokratiya sistemini saxlayan digər ölkələrin ordularını xeyli üstələməsinə 

gətirib çıxardı. İki min illik tarix ərzində leqizm Çin fəlsəfəsinin əsas hissəsi 

olaraq qaldı, ona baxmayaraq ki, sonrakı Tsin sülaləsindən (1644-1911-ci illər) 

sonra o xeyli sadələşdirilmişdi. Lakin meritokratiya idarəetməsi bürokratik 

elementlərlə birlikdə indiyədək Çin dövlətinin təməl daşı olaraq qalır. Bunu 

dövlət qulluğuna standartlaşdırılmış «dövlət imtahanlarından» istifadə 

edilməsində müşahidə etmək mümkündür, onun isə əsası Suy sülaləsi 

zamanında qoyulmuşdur.  

Çində problemlərin bütünlüklə yoxluğunu güman etmək də ağılsızlıqdır, 

onlar ölkənin ölçüsünə uyğun olaraq həm də xeyli çoxalmış olur. Həddən kök 

adam öz ağırlığından əziyyət çəkdiyi kimi, Çin də əhalisinin çoxluğundan, bəzi 

regionlarda sakinlərin izafi sıxlığından əziyyət çəkir.  

Dövlətin miqyasının böyüklüyü yerli «kiçik çarlara imkan verir ki, 

mərkəzi hakimiyyətin göstərişlərini, lazım gəldikdə öz xeyirlərinə təhrif etsinlər 

və onların təsirlərini heçə endirsinlər. Çin tarixinin bu daimiliyi ucbatından 

qəribə görünsə də, ölkə öz varlığının bütün ömrü ərzində çətinliklərlə 

üzləşmişdir. Çinlilər hesab etmirlər ki, onlar tiraniya tipli dövləidə yaşayırlar. 

Lakin yerli kiçik çarların korrupsiyasının əmələ gətirdiyi ədalətsizlik bəzi 

hallarda özünü büruzə verir. Çində korrupsiya və rüşvətə qarşı ən ağır cəzalar 

tətbiq edilir, bunda cinayəti sübut olunanlar edam edilirlər. Yaddan çıxarmaq 

olmaz ki, Çin əyaləti öz ölçüsünə görə Avropa dövlətinə bərabərdir. Əgər 

Avropada 27 dövlətin (Avropa İttifaqına daxil olan dövlətlərin) birgə işləməsinə 

nail oluna bilinmirsə, hər gün hansısa iqtisadi və digr problemlər üzə çıxırsa, 87 

Avropa dövlətini birgə fəaliyyət göstərməyə məcbur etməyin olduqca çətin 

olduğu aydınca başa düşülməlidir. 

Əyalətlərin sakinlərinin müxtəlif ənənələri, mətbəx, tarixi və ya hətta dili 

ola bilər, lakin onların hamısını Çin yazısı birləşdirir. Çin yazısı bu xalqın 

mədəniyyətinin ən başlıca dayaq sütunudur. Məhz bu yazı ölkəni məkanda və 

zamanda birləşdirmiş və möhkəmləndirmişdir. Belə ki, məsələn, teleefirdə və 

kinoteatrlarda nümayiş etdirilən filmlərin hamısı subtitrlərlə göstərilir və 

beləliklə, onları bütün əyalətlərdə eyni qaydada başa düşə bilirlər. 

Eynilə həmin qaydada müasir çinli Konfutsi epoxasının daş lövhəsindəki 

yazını oxuya bilir. Baxmayaraq ki, həmin vaxtlar o sözlərin necə tələffüz 

olunması haqqında onun elementar anlayışı da yoxdur. Bunu orta əsrlərdə 

Avropada latın dilinin geniş yayılması və istifadə edilməsi ilə müqayisə emək 

olar. Bu dil müəllimlərə, alimlərə qitənin istənilən şəhərində, universitetində 

işləməyə imkan verirdi. Buna baxmayaraq, sonralar millətçiliyin yüksəlişi ilə bu 



19 

 

sistem dağıdıldı. Qatı millətçilər isə təmsil etdikləri xalqı barama qılafında 



saxlamağı özlərinin az qala ali məqsədi hesab edir, öz çürük ideyaları naminə 

bəşəriyyətin onlara guya yad olan nailiyyətlərinə ağız büzmələrini də bir igidlik 

nişanəsi kimi qələmə verirlər. Millətçilik, təsadüfi deyil ki, hitlerçilər də özlərini 

naitsist adlandırırdılar, xalqları qan axıtmağa, müharibə Moloxuna çox sayda 

qurbanlar verməyə sürükləməklə öz sərsəm əməllərini guya millət yolundakı 

qəhrəmanlıq kimi qələmə verməkdən həzz alırlar. 

Bizdə, digər xalqlarda olan kimi Çində dinə bağlılıq anlayışı yoxdur, dinə 

sitayiş həyat hüceyrələrinə, məsamələrinə daxil olmamışdır. Çinlilər din əvəzinə, 

sitayiş etdiklərini müdriklir adlandırırlar və bu, onların gündəlik həyatını 

istiqamətləndirir. 1911-ci ildəki inqilaba qədər konfutsiçilik Çində əslində dini 

inamı əvəz edirdi, bu ölkədə konfutsiçilk hələ də Qərbdə xristianlığın oynadığı 

rolu oynayır. 

Çinlilər hələ qədim zamanlardan ruhən fəlsəfə ilə qidalanmışlar, fəlsəfi 

kitablar onlar üçün beşikdəki yastıq altına avropalıların qoyduqları «İliada» və 

«Odisseya»nı əvəz etmişdir. Konfutsi və buddizm fəlsəfələri geniş yayılmışdır və 

əhalinin mənəvi həyatında, çin sivilizasiyasının uzun ömürlülüyündə, onların 

təsiri danılmazdır. Çinlilər eyni vaxtda bu fəlsəfi cərəyanların hər birinə 

hörmətlə yanaşır, gündəlik həyatda onlardan istifadə etməkdə elə bir çətinlik 

hiss etmirlər. Belə ki, onlar mağazanı açanda gözə görünməyəni sakitləşdirmək 

üçün daoistə müraciət edir, yaxın adamının ruhunun düzgün 

istiqamətləndirmək tələb olunduqda buddistin yanına gedirlər. Konfutsiçilik isə 

cəmiyyətdə davranış kodeksi rolunu oynayır, əhalisi olduqca çox olan bir ölkədə 

bu təlim yaşamğa tamamilə uyğunlaşmışdır. Sonrakı dövrlərdə Çin 

imperiyasında Konfutsi təlimi dövlət fəlsəfəsinə çevrlmişdir. 

Dinə sitayiş və ibadət olmasa da, ölkədə həm də eyni zamanda dindar 

olmağın zahiri əlamətləri mövcuddur, onlar məbədlər, rahiblər, mərasimlər kimi 

Qərb anlayışlarına yaxındır. Bununla yanaşı, burada kulta tam başqa münasibət 

vardır, söhbət daha çox xahiş barədə, dialoq barədə olan müraciətdən gedir. 

Görünməyən qüvvələrə münasibəti  isə olduqca dünyəvi xarakter fərqləndirir. 

Çində yeganə həqiqi din – bu, imperatorun, Göy oğlunun kultudur, sifəti 

olmayan varlığın bu gücü ilin mövsümlərini dəyişdirməklə yanaşı, Yer üzərində 

hökmdarlıq edəni qoyur. Beləliklə, yenidən kəndin ənənəsinə qayıdış müşahidə 

olunur. 

Böyük fransız filosofu Volter çinlilər barədə maraqlı fikirlər söyləmişdir. 

Volterə görə çinlilər adətən başqa hallarda mövcud olan hansısa cəhalətə və 

şarlatanlığa görə özlərini məzəmmət edə bilməzlər. Çin dövləti dörd min il 

ərzində öz xalqını aldatmadan, onu necə idarə etmək yolunu göstərmşdir. İdarə 

edənlər inanırdılar ki, həqiqət allahına yalanla xidmət etmək olmaz. Çində bir 

belə əsrlər boyu bütün nəcib adamların dini, Göyə hörmət etmək və ədalətli 

olmaq idi. O, göstərir ki, Konfutsi – Kun-fu-tszı bizim eradan 550 il əvvəl 

yaşamış və özünü peyğəmbər adlandırmamışdı. O, ancaq qədim qalan qaydaları 

bir yerə toplamışdı. Bu təlim bütün adamları təhqiri bağışlamağa, hərəkətlərinə 

daim fikir verməyə, dünən buraxılan səhvləri bu gün düzəltməyə çağırırdı. 



20 

 

Konfutsi öyrədirdi ki, bir neçə adam bir adamdan daha məlumatlı, 



məsələlərdən baş çıxarandır. O, təlqin edirdi ki, «başqaları ilə özünlə necə 

davranmağı istədiyin kimi hərəkət et». O, sadəcə təvazökarlığa deyil, həm də 

itaətkarlığa öyrədirdi və bütün comərdlikləri təbliğ edirdi. 

Çinə və çinlilərə az qala pərəstiş qaydasında yanaşan Volter özlkəsinin 

idarə edilməsindəki eybəcərliklərə isə kəskin nifrətini bildirirdi, onları 

bütünlüklə məhkum edirdi. Günəş Kral öldükdən sonra taxta çıxan nəticəsi, az 

yaşlı XV Luinin regenti olan və sonralar əyyaşlıqda, əxlaqsızlıqda ad çıxaran 

Orlean hersoqu özünü xalqa qənaətcil kimi qələmə vermək üçün, idarəçiliyinə 

başlayan kimi sarayın tövləsində saxlanan atların sayını iki dəfə azaltdı. Bunu 

eşidən Volter yazmışdı ki, yaxşı olardı ki, o, sarayın atlarının sayını ixtisar 

etməkdənsə, saraydakı eşşəklərin sayını yarıbayarı azaldaydı. Volter Fransanın 

idarçiliyinə belə sərt yanaşdığı halda, Çində mövcud olan qaydalara böyük 

hörmət bəsləyirdi və buradakı dövlət imtahan sisteminə və layiq olanların 

hakimiyyətinə vurğunluğunu gizlətmirdi. 

Başqa, hətta bəzi müasir dövlətlərdən fərqli olaraq, Çin heç də öz 

keçmişinə inkar, istehza və ifşa qaydasında yanaşmır, əksinə, nəcib ənənələrə 

hörmət bəsləyir. Çin heç də şərqdəki qonşusu, adalar ölkəsi olan Yaponiya kimi 

özünü dünyadan izolyasiya olunmuş şəkildə saxlamamışdı. Burada həmin 

qonşudan fərqli olaraq müasirliyi feodal intizamı ilə birləşdirməyə cəhd edilmir. 

Öz keçmiş ənənələrini fetişləşdirməkdən, əndazədən çıxarmaqdan da uzaqdır. 

Burada keçmişin yaxşı nümunələri zamanın tələbləri üçün istifadə edilir. Son 

vaxtlarda Çinin dünya iqtisadiyyatına təsiri artdıqca, əslində bu ölkə indii dünya 

əhalisi üçün hər cür müasir tələblərə cavab verən mallar istehsalı və təchizatı ilə 

məşğul olan qlobal emalatxana rolunu oynayır, ABŞ ilə Çin arasında rəqabətin 

gündəliyə çıxması labüddür. Əlbəttə, Birləşmiş Ştatlar iqtisadi, elmi, hərbi və 

texnoloji nöqteyi-nəzərdən dünyanın yeganə fövqəldövləti olaraq qalmaqdadır. 

Lakin Çinin nəfəsi ən azı iqtisadi sahədə onun peysərində hiss olunmaqdadır. 

Burada təəccüblü bir şey də yoxdur. Hələ yarım əsr bundan əvvəl İsrailin ilk baş 

naziri David Ben-Qurion peyğəmbərcəsinə demişdi ki, faciəli və qəhrəmanlıq 

tarixinə malik olan Çin gələcəkdə fövqəldövlət olacaqır.  

Əgər tarix nəyəsə öyrədirsə, onda Çinin inkişafı Amerika üçün həqiqətən 

bir çağırış təsiri yaratmalıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, qüdrəti 

solan dövlətlər bir qayda olaraq səhnəni nadir hallarda döyüşüz tərk edirlər. 

Çin iki min il bundan əvəl imperiyaya Tsin dövründə, imperator Şi Xuan-

dinin vaxtında vahid mərkəzi hakimiyyət altında birləşmişdi. İmperiya dövrü 

müxtəlif qabiliyyətlərə malik olan liderlər görmüşdü. Qədim Çin hərb 

nəzəriyyəçisi Sun-tszının rəyinə görə liderliyin üç növü vardır: humanist 

hakimiyyət, hökmranlıq və tiraniya. Humanist hakimiyyət həm vətəndə, həm də 

xaricdə insanların qəlblərini və zəkalarını fəth edir. Yəqin ki, xalqların 

əksəriyyəti, mürgüləmələrinə son qoyub, belə hakimiyyət növünü arzu edərdi. 

Birləşmiş Ştatların görkəmli siyasətçisi Henri Kissincer demişdir ki, 

hansısa bir xarici ideologiya deyil, qədim Çin ideologiyası aparıcı intellektual 

gücə çevriləcəkdir və bu, Çin xarici siyasətinin dayağı olacaqdır. Onda görən Çin 



21 

 

bütün dünyada insanların qəlbini necə fəth edəcəkdir? Qədim Çin filosoflarının 



sözlərinə görə, humanist hakimiyyət vətəndə xalqın arzu etdiyi modeli 

yaratmaqla fəaliyyətə başlamalıdır ki, bu yolla xaricdə olan adamları da 

ilhamlandırsın. Humanist hakimiyyə ölkənin öz xalqı tərəfindən bütünlüklə və 

cəmiyyətin hər bir seqmentində açıq şəkildə hiss olunmursa, onun elan edilməsi 

də saxta şüardan başqa bir şey deyildir, çünki o, gerçəklikdə öz əksini tapmır. 

Bu o deməkdir ki, Çin öz prioritetlərini iqtisadi inkişafından harmonik 

birliyin yaradılmasına dəyişməlidir. Belə cəmiyyət varlılarla kasıblar arasındakı 

bu gün mövcud olan uçurumdan azad olmalıdır. Merkantil təfəkkür ənənəvi 

əxlaqla əvəz edilməlidir. 

Bu ölkənin sakinlərinin düşündürən məsələlərdən biri də Çinin dövlət 

quruluşunu yorulmadan təkmilləşdirməkdir: siyasi sistemin islahatını sakitcə, 

addımbaaddım aparmaqdır. Öz mədəniyyətinin qədimliyi ilə öyünən bir ölkədə 

mədəni quruculuğun əhəmiyyətini də qiymətləndirməmək olmaz. Bütün bu 

vəzifələr onu göstərir ki, Çin millətini həqiqətən də böyük intibah epoxası 

gözləyir. 

Çin özünün ənənəvi meritokrtiyasına arxalanmalıdır. Yüksək dövlət 

vəzifələrini tutmaq üçün adamlar sadəcə texniki və inzibati uyğun gəlmələrinə 

görə deyil, ləyaqətlərinə və müdriklərinə müvafiq olaraq seçilməlidir. 

Əlbəttə, Çin dövləti meritokratiyaya bir sistem şəklində yanaşdığından, 

onun fadalı nəticələrinin də şahidi olurdu. Belə güman edilir ki, ABŞ-la 

rəqabətdə Çin meritokratiyası qalib gələcəkdir. Çin yaxşı nə varsa, onu əxz 

etmək və vətəndə əlavə yaxınlaşdırmaq və təkmilləşdirmək qabiliyyətinə də 

malikdir. Bu xüsusiyyət ona iqtisadi yüksəlişdə çox kömək etmişdir. 

 

Demokratiya və meritokratiya - onlar dinc yanaşı yaşaya bilərlərmi?  



   Demokratiya çox sayda xalqların can atdığı dövlət quruculuğudur və 

özünün şübhə edilməyən üstünlüklərini dünyanın bir sıra qabaqcıl ölkələrində 

hərtərəfli nümayiş etdirə bilmişdir. Həqiqi demokratik ölkələrdə xalq üçün 

hakimiyyətin təşəkkül tapması ilə yanaşı, xalq hökumətin fəaliyyətinə ən 

başlıcası, çox vaxt birbaşa olmasa da, real nəzarət etmək hüququna yiyələnir. 

Belə bir şəraitdə hökumət daim xalq qarşısında məsuliyyət daşıdığını, cavabdeh 

olduğunu hiss edir və ona görə də özünü başqa dövlətlərdə addımbaşı baş verən 

əllaməliklərdən qoruyur. 

Lakin demokratiya pərdəsi altında əslində avtoritar sayılmalı 

hakimiyyətin bərqərar olduğu ölkələrdə xalq əslində dövlətin idarə edilməsində 

ya bütünlüklə iştirak etmir, yaxud da bu iştirak cüzi və əhəmiyyətsiz bir əlavəyə 

çevrilir. Bütün seçkilər qanun pozuntuları ilə, saxtakarlıq şəraitində keçdiyindən 

həmin vacib demokratik tədbir nəticədə xalqın iradəsini ifadə etmir, dövlətin 

hakimiyyətdəki və ona yaxın olan bir qrup adam tərəfindən idarə olunması 

özünü nümayiş etdirir. Ona görə də bu qaydada seçilmiş ali dövlət vəzifəsinin, 

qanunvericilik və bələdiyyə orqanlarının legitimliyi daim şübhə altında qalır. 

Həm də böyük rus tarixçisi V.O.Klyuçevski demişkən: «Böyük ideya səfeh 

mühitdə bir sıra cəfəngiyyatlara çevrilir». Buradan belə görünür ki, demokratiya 




22 

 

kövrək çiçək növü kimi müasir dünyanın heç də hər yerində çiçək aça bilmir. 



Alaq otu isə çox yerdə və sürətlə böyüyür. 

Əlbəttə, nadir nümunələr istisna olmaqla, beynəlxalq təşkilatlar və 

demokratik dövlətlər hansısa geosiyasi və ya iqtisadi maraqları nəzərə alaraq, 

demokratiyanı pozan həmin rejimlərlə tam normal əlaqələrini davam etdirir, 

onların ikili sifətinə məhəl qoymamaqla, can atdıqları demokratik imicini 

qorunub saxlanmasına şərait yaradırlar. Yalnız «ərəb baharında» olduğu kimi, 

xalq ayağa qalxdıqda, etiraz sıxışları qan axıdılmassı ilə müşayiət olunan 

tədbirlərlə yatırdıldıqda, diktatorların və ya avtokratların sonunun çatması 

qənaətinə gəldikdən sonra, onların dəstəklənmsinə son qoyulur, həmin xalqların 

uzun illər çəkdikləri əzablara göz yumduqları halda, bu vaxt onların tərəfində 

olduqlarını bildirirlər. Qüdrətli dövlətlər Qəddafinin və ya Mübarəkin necə 

varlandıqlarını, misli görünməmiş sərvət topladıqlarını laqeyd seyrçi kimi 

müşahidə etdikləri halda, sonradan bu vəsaitlərin miqyası barədə hay-küy 

qaldırdılar. 

Müəllifliyi Hannibala aid edilən belə bir mühakimə vardır: «Elə bir qala 

yoxdur ki, onu qızılla yüklənmiş eşşək almasın». Sərvət bəzən kənarda olan və 

acgöz sayılmayan adamların da ayıq gözlərini kor edə bilir. 

Digər tərəfdən həmin ölkələrdə elə konstitusiyalar qəbul edilirdi ki, bu, 

diktatorların ayaqları altına sərilən yumşaq xalçanı xatırladırdı. Belə bir şəraitdə 

Mübarək, əlbəttə ki, özünü yeni faraon adlandıra bilərdi. Başqa ölkələrdə də 

konstitusiyalar hakimiyyətin istəyinə uyğun olaraq lakmus kağızı kimi rəngini 

bir andaca dəyişir. Vaxtilə Yuli Sezar Rubikonu keçəndə atdığı addımın nələrə 

gətirib çıxardığını bildiyinə görə, yalnız özünə təsəlli vermək üçün demişdi: 

«Alea jacta est» – «Püşk atılmışdır». Hər gün Rubikonu keçənlər isə heç belə 

təskinlik sözlərinə də ehtiyac duymurlar, çünki özlərinin cəzasız qalacaqlarına və 

heç bir sarsıntı baş verməyəcəyinə tam əminlik tapırlar. Addımbaşı yol verilən 

qanun pozğunluqları demokratiyanın boynuna bağlanan dəyirman daşı effekti 

yaradır və bunu edənlərin dillərində adı mantra kimi səslənən bu quruluşun bir 

daha həyata qayıtmasına, yaşamağına bütün ümidlər ölür. 

Bu vaxt demokratiya dil aça bilsəydi, bu zərbədən sarsılanlara və 

ümumən bütün peşiman olanlara rus çarı I Nikolayın 1836-cı ildə Sankt-

Peterburqda N.V.Qoqolun «Müfəttiş» pyesinin tamaşasına baxdıqdan sonra 

ətrafındakı əyanlara dediyi sözləri təkrar edərdi: «Hamı öz payını aldı, mənə isə 

hamıdan çox pay düşdü». Axı biabır olan birinci növbədə demokratik quruluşun 

özüdür. 

Ümumiyyətlə demokratiyaya qeybdən gələn bir çarə vasitəsi, xilas qayığı 

kimi baxmaq, reallığa göz yumub, öz təxəyyülünü xəyalplovla 

qidalandırmaqdan başqa bir şey deyildir. Ona görə də vurğunluqla yanaşı, 

demokratiyaya tam fərqli münasibət də mövcuddur. Bu münasibətdə heç bir 

zəfər parıltısı yoxdur, əksinə, belə bir fikirin həqiqiliyini etiraf etmək vardır ki, 

demokratiya bəzi hallarda xoşa gəlməyən, hətta iyrənc ola bilər, nə onun 

özündə, nə də qabiliyyətində real dunyanın problemlərini həll etmək «sehrliliyi» 

yoxdur. Belə yanaşmada ani qərarların təhlükəsinin başa düşülməsi öz əksini 



23 

 

tapır. Həm də dərk edilir ki, adamlar ağılsızlığa yol verə, qeyri-rasional ola, 



panika tutmasına məruz qala bilər, ona görə də onlar əsl təhlükə rəmzlərinə də 

səs verə bilərlər. Belə möhkəm bir qarantiya da yoxdur ki, xalq səhvə yol verib, 

ən dəhşətli olana səs verməsin. 

Bəzən elə güman edilir ki, demokratiya bütün problemləri – istər dini, 

istər iqtisadi olsun, həll edə bilər, korrupsiyaya, bürokratiya kmim elə bir 

problem yoxdur ki, onun öhdəsindən gəlməyi bacarmasın.  

Harada xoşagəlməz nə baş verirsə, çox vaxt bunu demokratiyanın 

yoxluğu ilə izah etmək ən asan yol hesab olunur. Onda görən demokratik 

ölkələrdə vaxtaşırı baş verən iqtisadi böhranları hansı səbəbin ayağına yazmaq 

lazımdır? 

Demokratiya insanların xoşbəxtliyinə xidmət etməlidir, bunun çox sayda 

gerçək nümunələri də göz qabağındadır. Lakin bu quruluş müdafiəsiz, günahsız 

insanların qanı hesabına, milyonların səfillərə çevrilməsi hesabına başa 

gəlməməlidir. Problemləri həll etmək əvəzinə, onları dərinləşdirən bir 

quruluşda, doğrudan da, keçmişə nostalgiya hissləri zəifləmək, solmaq bilmir. 

Əgər konkret bir halda o real olaraq ziyan gətirirsə, demokratiyanın, üfüqdə 

konturları görünən illüziyaların arxasınca qaçmaq lazımdırmı? Saxta 

demokratiya lap qövsü-qüzeh mənzərəsi yaratsa da, onun yalanına uymaq heç 

də iti ağıldan xəbər vermir 

Lakin belə əcayib nümunələr demokratiyanın gücsüzlüyü, öz 

əhəmiyyətini itirməsi təsəvvürü yaratmamalıdır. Bir sıra ölkələrdə 

demokratiyanın hələlik az sayda tumurcuqları gözə çarpır, o, çiçək açdıqda 

isnanlar ona, yaponların sakuranın çiçəklənməsini heyranlıqla seyr etdikləri 

kimi, az qala sitayişə bənzər münasibət bəsləyəcəklər. Demokratiya təzə ayaq 

açan uşaq kimi addımbaşı büdrəyib yıxılsa da, böyüdükcə, qüvvətləndikcə, öz 

qamətini bütünlüklə göstərə biləcəkdir. Demokratiyanan ən ağır günlərində belə, 

onun sağalacağına, fəaliyyət göstərəcəyinə ümid itməməlidir, xalq ona qəbir 

qazanlara qarşı öz sarsılmaz iradəsini nümayiş etdirməlidir. Lakin demokratiya 

uğrunda mübarizədən hansısa qrupların korporativ maraqlar üçün istifadəsinə 

yol verilməməlidir, bu onu daha qorxulu bataqlığa sürükləyə bilər. Dünyanın bir 

sıra ölkələrində demokratiya şərqiləri eşidilirsə, gələcəkdə onun daha gur himni 

təntənəli qaydada səslənəcəkdir. 

Meritokratiya çinlilərin icadı olsa da, qədim yunanların həyata gətirdiyi 

demokratiya körpəsi kimi beynəlxalq aləmin, dünya dövlətlərinin diqqətini daha 

geniş cəlb edəcəkdir. Əlbəttə, bir sıra ölkələrdə məmurlar ordusuna «təzə qan» 

vermək üçün imtahanlar sistemindən istifadə olunur. Lakin bu sistem əsasən 

xırda məmur vəzifələrinə adamların götürülməsi üçün istifadə edilir. Böyük 

vəzifələr isə meritokratiya ərazisinə daxil olmur, bəzi hallarda isə hakim dairənin 

inhisarında saxlandığından və klanlar üçün nəzərdə tutulduğundan, onlara 

kənardan kiminsə müdaxiləsi yolverilməz hesab olunur. Axı imtahan yolu ilə 

bütün vəzifələr paylansaydı, layiq olanlar həmin vəzifələri tutmaq imkanı əldə 

etsəydi, onda klanların əli boşda qalardı və onlardan dayaq kimi istifadə edən 

hakimiyyətin özü də süquta uğrayardı. Cəmiyyət istedadlı üzvləri ilə daim fəxr 



24 

 

etmişdir. Hətta onlar yaşadıqları zaman kəsiyində layiq olduqları qiyməti və 



yekdil ehtiramı qazanmasalar da, sonralar həmin xalqın tarixini solmaz naxışlar 

kimi bəzəmişlər.  

Onda niyə bəs hakimiyyət pillələrində istedadlı adamlara xüsusi ehtiyac 

duyulmasın, axı onlar öz intellektləri, qabiliyyətləri ilə ölkəyə, xalqa dəhə 

səmərəli, daha uğurlu, həm də iri nəticəli xidmət göstərə bilərlər. Ona görə də 

meritokratiya,  demokratiya ilə çətinliklə uzlaşsa da, onunla dinc yanaşı yaşaya 

bilər. Demokratiyanın hakim kəsildiyi ölkələrdə hakimiyyətin böyük 

seqmentində ondan istifadə etmək mümkündür. Bəziləri meritokratiyanın kasta 

sistemi yaradacağından ehtiyat edir, lakin onu nəzərə almırlar ki, intellekt 

kastası yırtıcı klanlardan daha yaxşıdır, çünki onu heç də oğru dəstəsinə xas olan 

maddi maraq psixologiyası meydana gətirmir. Güclü intellektə malik olanlar öz 

səviyyələrinə görə heç vaxt xalqın qanını sormağı özlərinə rəva bilməzlər. 

   Demokratiya ilə meritokratiyanın bir-birini bütünlüklə inkar etməsi heç 

də həqiqətə uyğun deyildir, əksinə onlar asanlıqla çuğlaşa, bir-birini uğurla 

davam etdirə bilər. Bunun üçün hər iki üsulun fəaliyyət dairəsi, istifadə arealı 

dəqiq müəyyən olunmalıdır, belə olduqda biri digərini yaxşı qaydada tamamlıya 

bilər. Əgər Birləşmiş Ştatlarda olan kimi hakimiyyətin bütün təbəqələrini 

demokratik qaydada formalaşması baş versə, bu meritokratiyanın da tədbiqi 

üçün yaxşı şərayət yaradardı. Demokratik seçki ilə hakimiyyətin hər üç 

qanadında vəzifələrin tutulması qaydası hakimiyyət vertikalını məhv etməklə, 

həqiqi demokratiyanın zəfərinə qətirib çıxarır. Hakimiyyət vertikalı yalnız 

fövqaladə vəziyyət baş verdikdə fayda verir, çünki bu vaxt bütün qüvvələrin 

təmərküzləşməsi və bir mənbədən idarə olunması ölkənin, xalqın ən vacib 

problemnin müsbət həllinə yol açır. 

   Digər hallarda isə hakimiyyət vertikalı elə bil ki, birləşmiş qablar 

qanunu əsasında fəaliyyət göstərir. İdarəetmə borusu ilə qüsurlar adlanan 

mayenin bərabər səviyyədə mövcud olmasına şərayət yaranır. Ölkənin 

yuxarıdan aşağıyadək vahid güvvədən idarə olunması demokratiyanın digər 

zahiri cəhətlərinə də xətər toxundurmamış qalmır və əslində onu ozünün 

karikaturasına çevirir. Demokratiya məhdudlaşdırıldıqda, qüsurların tüğyan 

etməsi üçün şərayət yarandığından, meritokratiyanın tədbiqi üçündə heç bir 

imkan qalmır.  

   Demək, demokratiya hakimiyyət vertikalından fərqli olaraq, 

meritokratiya üçün də əlverişli mühit yaradır. Seçkili vəzifələrdən başqa bütün 

digər məmur vəzifələri meritokratiya prinsipləri əsasında tutula bilər və 

beləliklə, ölkədə laiq olanların hakimiyyəti bərqərar olması imkanı yaranar. 

Seçkilərdə seçicilər səhvə yol verib, laiq olmayanı da seçə bilər, lakin bu ümumi 

xarakter daşımır, nadir hallarda baş verə bilər. Seçki ilə vəzifə tutan adam, 

vertikal qaydadaki tabeliyə görə itaət edənlərdən fərqli olaraq, yaxşı anlayır ki, 

seçiciləri qarşısında məsuliyyət daşıyır və vaxtaşırı onlara öz fəaliyəti barədə 

hesabat verməlidir. Parlament üzvü bunu nəzərə almalıdır, yalnız milli 

mənafenin aliliyinə görə təmsil etdiyi bölmənin, regionun, partiyanın 

maraqlarını qurban verməklə onu seçənlərin rəylərinə məhəl qoymaya bilər. 



25 

 

Çünki bu vaxt onu seçıcılər qarşısında məsuliyyətdən daha çox millətinə və 



xalqına borc hissi və həmdə vicdan idarə edir. Seçiciləri ondan narazı qalsalar, 

hətta ondan üz döndərsələr də, belə mövqedən çıxış edən, nəticə etibar ilə 

düzgün hərəkət etdiyinə yəginlik tapır. 

  Bu bir daha göstərir ki həqiqi demokratiya meritokratiya üçün heç də 

maniyə, ənqəl rolunu oynamır, əslində onun həyata keçməsi üçün yollar açır. 

İstisnalar isə cüzu xarakter daşıdığından, ümumi mənzərəni korlamağa qadir 

olmur. Onların qətirdiyi fayda potensialı sadəcə üst-üstə qəlməkdən yaranan 

potensialdan daha böyük olur, cəmiyyətdə ən vacib məqsəd sayıla bilən 

harmoniyanın meydana qəlməsinə şərayət yaradır. 

   Demokratiyanın zəfəri meritokratiyanın zəfərini mümkün edə bilər, laiq 

olanların hakimiyyətə qələ yiyələnməsi isə hər bir ölkəyə yalnız baş ucalığı 

qətirər, xalqın xoşbəxt həyata nail olmaq barədəki arzularının reallaşması 

yollarına azacıq da olsa daş döşəyə bilər.  

Ona görə də mümkün olduğu yerlərdə bu iki hakimiyyət quruluşu, həm 

də geniş miqyasda birgə istifadə oluna, onların mexaniki deyil, üzvi, yaxşı 

calaqdan yaranan sintezi olduqca müsbət nəticələr verə bilər. Pozitiv olanlardan 

qaçmaq cəmiyyətin ziyanınadır, əksinə, onlara daim şərait yaradılmalı, geniş 

meydan verilməlidir. 

   Demokratiyanı da, meritokratiyanı da bəşəriyyətin ən yaxşı icadları 

sırasına daxil etmək olar. Çörək icad ediləndən min illər boyu öz gərəkliliyini 

itirmədiyi kimi, bu iki sistem də öz qiymətini daim qoruyub saxlayacaqdır. ABŞ 

ilk dəfə qədim Afina demokratiyasını bir qədər başqa şəkildə yenidən həyata 

qaytardığına görə, özünə qarşı minnətdarlıq hissləri doğurur. Çinlilərin icadını 

da, yəqin ki, belə bir inqilabi tətbiq anı gözləyir. Bundan sonra onun üçün də  

demokratiya kimi, cığırdan geniş yola keçmək imkanı yaranacaqdır. Öz faydası 

ilə bu sistem də öz sələfi kimi xalqlara ondan heç də az olmayan xeyir verə bilər. 

Çinlilərin belə bir müdrik sözü vardır ki: «Qədim möcüzəli daşlardan gələcəyin 

pillələrni qurun». Keçmişin qiymətli tapıntısı yenə də bəşəriyyətə faydalı xidmət 

edə bilər, ondan istifadə edilməlidir. Qoy gələcək, keçmişin təməli üzərində 

bəşəriyyətə yaxşı nə vəd edirsə, onun yolu heç vaxt səhvlər dumanına 

bürünməsin. Qoy xalqlar başqalarının yaxşı təcrübəsinə biganə qalmasınlar, 

ondan istifadədə səhvlərə yol verməsinlər.  

Dənizdə qəza nəticəsində batanları xilas edənlər böyük hündürlükdən 

suüa tullandıqda, təkcə kömək gözləyənlərin ümidləri puça çıxmır, həm də xilas 

edicilər özlərini böyük təhlükəyə atırlar. Onlar beş mərtəbəli bina 

hündürlüyündən tullandıqda dəniz səthi beton bərkliyinə malik olur, iki dəfə 

artıq hündürlükdən atıldıqda isə dəniz, həmin xilaskarlara öz ölüm ağuşunu 

açır. Xalqlar başqalarının təcrübəsindən istifadə etdikdə naşılıq 

göstərməməlidirlər, çünki onun sirrlərinə bələd olunmadıqda, ən başlıcası onun 

tələblərinə məhəl qoylmadıqda, bu hal, həmin vəzifəni biabırçılıqla icra edənləri 

ən azı siyasi ölümə məhkum edə bilər. 

     2013-ci il. 

 



26 

 

 



Demokratiya və layiq olanların hakimiyyəti 

 

Adamlar öz bədbəxtliklərində taleyi, Allahları və istənilən hər şeyi 



günahlandırmağa meyllidirlər. 

Platon 


İnsanın biliyi və qüdrəti üst-üstə düşür. 

Frensis Bekon 

Qulun bədəninin ətrafındakı zənciri qırmaq asandır, onun beyni 

ətrafındakı zənciri qırmaq isə çox çətindir. 

A.İ.Gertsen 

 

Son iyirmi ildə Şərqi Avropada, Mərkəzi Asiyada və Afrikanın şimalında 



baş verən siyasi kataklizmlər demokartik dövlət quruluşunun bərqərar olunması 

cəhdləri ilə müşayiət olunmuşdur. Elmi kommunizmin banilərinin əsr yarımdan 

çox əvvəl işlətdikləri ifadədən istifadə etmək istəsək, dünyanın müxtəlif 

ölkələrində demokratiya kabusu dolaşmağa başlamışdır. Lakin öz sələfi kimi, 

onun da bu dəfə ideyadan gerçəkliyə qədəm basması o qədər də uğurlu 

olmamışdır. Bəzi məkanlarda bu quruluşun təşəkkül tapması baş tutsa da, əksər 

ölkələrdə uğursuzluğa uğramış, əvvəlki başqa hakimiyyət nümunələrini yada 

salan eybəcər karikaturanı xatırlatmışdır. Axı Hamletin atasının kabusunun 

çağırışı da artıq nəyinsə çürüdüyü Danimarka krallığına əlavə bədbəxtlik bəxş 

etmiş, onun sədaqətli oğlunun həyatına son qoyulmasına səbəb olmuşdu. 

Lakin bu uğursuzluqda demokratiyanın hansısa «anadangəlmə» 

qüsurlarını, onun uydurma Qabil damğasını axtarmağa da ehtiyac yoxdur. 

Başlıca səbəb burasındadır ki, hakimiyyətə gələn hər bir qüvvə  öz atavist 

baxışlarına uyğun olaraq yeni sintetik dövlət quruluşu yaratmış və onu ümumi 

dəbə uyğun olaraq «demokratik respublika» adlandırmışdır. Bu quruluşda hətta 

ibtidai icma və feodalizm qalıqlarına da rast gəlmək mümkündür, çünki 

traybalizm və bəzi əyalətlərin az qala müstəqillik istəyi ön plana keçmişdir. 

Xalqlar isə daima hakimiyyətlərinə layiq olduqlarını həmin tarix kəsiyində əyani 

olaraq göstərə bilmişlər. 

Demokratiya çağırışına, demək olar ki, xalqların hamısı ordu intizamı ilə 

cavab vermiş, özləri üçün yeni olan quruluşun meydana gəlməsi ehtimalına 

bütün dərdlərin dərmanı, panatseya kimi baxaraq, onu həqiqi xoşbəxtlik yolu, 

xilas imkanı kimi qəbul etmişlər. Onların belə münasibəti, ümumilikdə 

demokratiya barədə müsbət baxışları, onun zəfər çaldığı ölkələrin nəcib 

nümunələrinə əsaslanırdı. Təkcə ümidin yaratdığı eyforiya hesabına xalqlar 

ölkələrinin və özlərinin tarixi təcrübəsini, zülmə boyun əymək ənənəsini 

tamamilə unudurdular, Şərq münəccimləri İisus Xristos anadan olanda parlayan 

Vifleem ulduzuna doğru istiqamətləndikləri kimi, demokratiyanın işığına pənah 

gətirirdilər. Onlar güman edirdilər ki, yeni konstitusiyanın qəbul edilməsi və 

orada yeni prinsiplərin, müddəaların təsbit edilməsi ilə, həm də bazar 

iqtisadiyyatı  elementlərinə  yol açılması ilə firəvan həyata qovuşacaqlar, ehtiyac 



27 

 

girdabından birdəfəlik xilas olacaqlar. Bir qədər vaxt keçdikdən sonra həmin 



müddəaların havanı titrədən səsdən başqa heç nəyə təsir göstərmədiyini, 

inhisarın liberal iqtisadiyyatı öz caynağına aldığını gördükdən sonra bütünlüklə 

yanıldıqları qənaətinə gəldilər. Həmin ölkələrdə varlılarla kaçıblar arasındakı 

uçurum daha da dərinləşdi. Sosial müdafiənin bəzi cəhətlərini özünə yad hesab 

etməklə, əksəriyyətin maddi rifahına ağır zərbə vuran pullu təhsil və səhiyyə 

(dövlət sənədlərində isə bunların tam inkarı nəzərə çarpır) yeni quruluşun, hansı 

qəbildən olan “xoşbəxtliklər” bəxş etdiyindən xəbər verir. 

Bioloqlara, əkinçilərə yaxşı məlumdur ki, ayrı-ayrı bitkilər yalnız müvafiq 

iqlim şəraitində məhsul verir. Soyuq qışı olan, tropik istisi olmayan ərazilərdə 

palma hətta şaxtadan qorunsa da, meyvə gətirmir, çiçəkləsə də bar vermək 

iqtidarında olmur. 

Demokratiya quruluşunun da zahiri görünüşü gözləri nə qədər oxşasa da, 

guya ali priinsip kimi qəbul edildiyi ölkələrin bəzilərində qismən mətbuat 

azadlığı istisna olmaqla,  nəinkı bir sıra müsbət cəhətlərini göstərə bilmir, əksinə, 

korrupsiya və rüşvətin gur çiçəklənməsi hesabına cəmiyyəti boğan zəhər 

yaymağa başlayır. Rüşvət hər şeyi yoluna qoyan ali qanuna çevrilir və 

demokratiyanın qatili rolunu oynayır, 

Yüksək iqtisadi inkişaf bu mənzərəni ört-basdır edən pərdə rolunu 

oynayır. Məsələn, Cənubi Koreya Respublikası iqtisadi nailiyyətlərinə görə XX 

əsrin axırıncı rübündə məşhurlaşmışdı. Lakin korrupsiya virusu burada dövlətin 

yuxarı eşolonlarına da sirayətləndirmişdir. İki keçmiş prezident Ro De U və Çon 

Du Xvan korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilmişdir, digər 

prezident No Mu Xyon isə biabırçılıqdan xilas yolunu özünü öldürməkdə 

tapmışdı. Başqa bir misal: «Şaquli» hakimiyyətin bərqərar olması ilə öyünən 

Rusiyada son vaxtlarda aparılan yoxlamalarda  dəhşətli talançılıq faktları aşkara 

çıxarılmışdır. Ayrı-ayrı sahələrdə, hətta Müdafiə Nazirliyində və kosmosun 

tədqiqatı ilə məşğul olan dövlət idarəsində milyardlarla rubl məbləğində dövlət 

pulunun mənimsənilməsi məlum olmuşdur. Biabırçılıq orasındadır ki, bu 

oğurluq əməliyyatlarında hökumət üzvünün və nazir müavinlərinin bilavasitə 

iştirakı şübhə doğurmur. Bu kimi hadisələr elə təsəvvür yaradır ki, elə bil döyüş 

meydanı vuruşdan sonra qarətçilərə qalmış, şir adlanan  xalqa məxsus olan və 

əziyyət hesabına başa gələn ov ( nəhəng mülkiyyət) acgöz kaftarlara qismət 

olmuşdur. 

   Belə vəziyyətin yaranmasında bəşəriyyətin ən mütərəqqi siyasi icadı 

olan demokratiyanı günahlandırmaq nəinki ədalətsizlikdir, həm də bu, yalnız 

demokratiyanın təhrif olunmasının, iyrənc qandala salınmasının nişanəsidir. 

Təəssüf ki, demokratiya korrupsiyaya immunitet yarada bilmir. Xalqların 

demokratiyaya hazır olmadığını, onun tədricən, uzun tarixi müddət ərzində 

təşəkkül tapmasını bəyan etmək də demokratik prinsiplərin tapdanması 

hesabına hakimiyyət başında möhkəmlənənlərə bəraət verməkdən, haqq 

qazandıırmaqdan başqa bir şey deyildir. 

   Demokratiya, hər şeydən əvvəl, insanların fəallığına, cəmiyyətin sosial 

fəsadlara biganə qalmamasına arxalanır. Axı insan, qədim yunan filosofu 



28 

 

Protaqorun dediyi kimi, hər şeyin ölçüsüdür. İnsan azad olduqda, onun haqları 



pozulmadıqda, terror və haqsız cəzalarla susdurulmadıqda tam sərbəst qaydada 

düşünür və hərəkət edir, öz mənafeyi ilə yanaşı cəmiyyətin ümdə maraqlarını da 

ön plana çəkir. Ümumiyyətlə, demokratiya və qorxu uygun gəlməyən 

anlayışlardır. Əgər cəmiyyətdə vahimə, xof hissi yaradılırsa, ən vacib məsələ 

“qorxu kandarını” keçməkdir. Buna nail olunduqda xalq öz etirazını açıq 

bildirməyə qadir olur. Hakimiyyət vəziyyətin bu dərəcəyə gəlib şatmasına 

imkan verməməli, etirazın miqyasının böyüməməsi üçün vaxtında öz səhvini 

etiraf etməyi bacarmalıdır. Səhvdən nə qədər mümkünsə tez uzaqlaşmaq 

hakimiyyətin özünü xilas edə bilər.  Hansısa ideal cəmiyyətin mövcudluğundan 

deyil, yalnız demokratik quruluş üçün müvafiq sadə bir şəraitin 

yaradılmasından söhbət gedir.. Həmin şəraiti isə hakimiyyət yaratmalı, sağlam 

mühitin formalaşmasına və inkişafına hərtərəfli köməklik göstərməlidir. Xalq 

üçün olan hakimiyyət məhz bu qaydada fəaliyyət göstərir. Xalqın iradəsinə 

məhəl qoymadan hakimiyyəti qəsb edənlər isə heç vaxt əsl demokratik 

prinsiplərin yaşamasına, fəaliyüyət göstərməsinə razı ola bilməzlər. Onlar məhz 

surroqat demokratiya şəraiti yaratmağa qayğı göstərirlər. 

   Hakimiyyətə gəlmiş siyasətçilər demokratiyanın bərqərar olması, zəfər  

çalması üçün məsuliyyət daşımalıdırlar. Ona görə də demokratiyanın 

işləməsinin mühüm şərtlərindən biri siyasətçilər tərəfindən özünə nəzarətin və 

özünü məhdudlaşdırmanın başa düşülməsidir. Demokratik prinsiplərin, insan 

haqlarının hansısa biri pozulursa, bu, hökmən zəncirvari reaksiya xarakteri alır. 

İlkin pozğun hərəkət sonrakı əxlaqsızlıqlara yol açır, ədəbsiz ehtirasların 

coşmasına şərait yaradır. Əgər seçkilər pozulursa, xalqın iradəsinə məhəl 

qoymamağın ifadəsi kimi seçki nəticələri saxtalaşdırılırsa, bu yolla hakimiyyətə 

gələn qüvvə demokratiyanın fasadına toxunmasa da, bəlkə ona hətta yeni üzlük 

çəksə də, onun daxilini boş anbar binasına döndərir. Belə anbara isə hər cür tör-

töküntüləri yığmaq olar. Seçkilərdə başlanan qanun pozğunluqları digər iri 

miqyaslı pozuntulara da yol aşır.  Korrupsiya, rüşvət tarlası böyüyür, bu 

eybəcərlik məmurların qulluq imtiyazlarına çevrilir. Lakin demokratiya heç də 

təkcə seçki demək deyildir, hökumət xalqın rəyinə qulaq asmalıdır. Xalqın 

etirazına özündən razılıq əsasında yanaşılmamalıdır, seçkidə qazqnılmış 

qələbədən (seçki  keçirildikdə isə, bu, Pirrin qələbəsini yada salır) eyforiyaya  

qapılmamaqla, hökumət seysmoqraf dəqiqliyi ilə onu müvafiq qaydada qəbu 

etməyi bacarmalı, sərbəst toplaşmaq azadlığının həyata keçməsinə, adamların öz 

fikrini azad şəkildə ifadə etmələrinə şərait yaratmalıdır. 

   Demokratiya birinci növbədə qanunun aliliyinə əsaslanır, belə qayda 

pozulursa, deməli, onun mahiyyəti də sıradan çıxır. Bunu müşahidə edən xalqda 

demokratiyaya inam itir, bəzən hədəfi səhv salan adamlar hətta ona lənət 

yağdırmaqdan da çəkinmirlər. Ümidsizlik hesabına onun həyati qüvvələrinə 

güvənmək hissi də bütünlüklə ölür. 

Uinstion Çörçill vaxilə özünəməxsus bir ironiya ilə demişdi ki, 

«Demokratiya pis quruluşdur, lakin bəşəriyyət ondan yaxşı nəyisə icad 

etməmişdir». Demokratik prinsiplərə ciddi riayət edildikdə, istənilən cəmiyyəti 



29 

 

öz uğurları ilə sevindirir. Demokratiya heç də hansısa ötəri fayda, zərurət 



hesabına meydana gəlmir, ona görə də öz mövcudluğunda və inkişafında zaman 

məhdudiyyətinə məruz qalmamalıdır. İnsan haqlarına bütünlüklə cavab verən, 

cəmiyyət üzvləri arasında azadlığı və bərabərliyi real olaraq təmin edən bu 

quruluş elan edildiyi andan öz fəaliyyətini dayandırmamalı, ona fasilə 

verməməlidir. Demokratiyanın başlanğıcı olur, lakin onun heç vaxt sonu 

olmamalıdır. Ona son qoymaq onun qəbrini qazmaq deməkdir. Madam de Stal 

Napoleonu «azadlığın qəbirqazanı» adlandırırdı, XXI əsrin başlanğıcı isə yəqin 

ki, bu mübariz qadını dəhşətə gətirərdi. Demokratiyanın fəaliyyəti dayandıqda, 

əslində, idarəçilik öz məzmunundan məhrum olur. Pərdələnmiş anarxiya 

başlanır. Axı velosiped də daimi hərəkətdə olmalıdır, dayandıqda hökmən 

yıxılır. 

Bu elə bir quruluşdur ki, imitasiyanı, maskalanmağı sevmir, onda hər şey 

dalğalanan bayraq kimi açıq görünməlidir. Burada zahiri görünüş yaratmağa da 

ehtiyac duyulmamalıdır. Onun prinsiplərinin düzəlişə ehtiyac duymadan, 

dəqiqliklə həyata keçməsi təmin edildikdə, insanlar dövlətin idarə olunmasına 

geniş cəlb olunurlar, onun fəaliyyətinə nəzarət etmək hüququna yiyələnirlər. 

Xalq həmin prinsipləri pozanları, xalqın etimadından sui-istifadə edənləri və ya 

özlərinin layiq olmadıqlarını aşkara çıxaranları, nəinki vəzifələrindən qovmaq , 

hətta  hökuməti bütünlüklə dəyişdirmək hüququna yiyələnir. Hakimiyyətin 

həqiqi bölgüsü üçün nəzərdə tutulan rıçaqlar xalqa bu səlahiyyətlərdən istifadə 

etmək üçün əlverişli şərait yaradır. Çünki bu rıçaqlar hansısa hakimiyyət 

qolunun sui-istifadə etməsinə yol verməmək üçün onun qarşısını almaq və əkslik 

gücünə malikdir. 

Demokratiyanın pozulması ağır nəticələrə səbəb olur, avtokratik 

hakimiyyət yaranır, onun isə diktaturaya keçmək imkanları xeyli genişlənir. Tam 

pozulma ilə isə oxlokratiyanın – kütlənin, yığnağın xaosdan xəbər verən 

hakimiyyəti meydana gəlir. Bu vaxt əslində cəmiyyətin idarə olunmaması, 

anarxiya dövrü başlayır. 

Ona görə də demokratiyanı müvəqqəti hal hesab edənlər, ona öz xəbis 

məqsədlərini həyata keçirmək üçün vasitə kimi baxanlar, bu nəcib prisiplərə 

qarşı görünməmiş xəyanət yolunu tuturlar. Demokratiya heç də ehtirasları 

müəyyən müddətə sakitləşdirmək imkanı hesab edilməməlidir, interim – aralıq 

dövrü kimi qəbul edilməməlidir. Onu Redyard Kiplinqin «su barışığı» kimi də 

güman etmək ağılsızlıqdır. Böyük, taqətdən salan quraqlıq baş verəndə butun 

vəhşi heyvanlar yeganə su mənbəyinin yanına toplaşırlar. Maral balaları 

leopardlarla birlikdə su içir, ilanlar qabanları sancmırlar. Əvvəlki düşmənçilik 

dəhşətli zərurət nəticəsində yaddan çıxır və beləliklə, qısa müddətə «su barışığı» 

yaranır. Demokratiya hansısa bir ağrını azaltmaq üçün istifadə edilən həb 

deyildir, cəmiyyətin sağlamlığına təminat verən və fasiləsiz axan dirilik suyudur. 

Axı insan da digər məməlilər kimi qida çatışmamazlığından daha çox 

susuzluqdan, bədənin suyunu itirməsindən əziyyət çəkir və hətta ölümlə 

üzləşməli olur. Demokratiya da təkcə insan haqlarına, söz və vicdan azadlığına, 




30 

 

etiraz etmək hüququna təminat vermir, həm də insanları xofdan, qorxudan və 



çox hallarda ehtiyacdan azad edir. 

Demokratiyanın qalib gəldiyi ölkələr nəhəng inkişaf yoluna qədəm 

qoymuşlar. Bunu biz Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, ikinci Dunya 

Müharibəsindən məğlub və viran qalmış şəkildə çıxmış Yaponiyanın və 

Almaniyanın, habelə 1948-ci ildə ağır şəraitdə və yandırılmış torpağı andıran bir 

məkanda yenicə öz müstəqil dövlətini qurmağa başlayan İsrailin timsalında 

aydın görürük. 

      Göründüyü kimi, demokratiyanın potensialı cox böyükdür, bunu, 

həmin quruluşu öz təntənəsinə çatdıran ölkələrin və xalqların təcrübəsi bir daha 

təsdiq edir. Demokratiya yalnız inkişaf etdikcə zəfər çalır, özünə məxsus nəcib 

xüsusiyyətləri daha geniş surətdə nümayiş etdirməyə başlayır. Marksizmin 

dövlətin taleyi barədəki utopik proqnozundan fərqli olaraq, inkişaf heç də 

demokratiyanın yoxa şıxmasına səbəb olmur, onu ölümə məhkum etmir. Elmi 

kommunizm təliminə görə, dövlət öz inkişafının son mərhələsində ölməyə doğru 

gedir. Demokratiya isə əksinə, böyüdükcə, cəmiyyətin yeni areallarına hakim 

kəsildikcə, daha böyük ölməzlik qazanır. Onun tam ölümü yalnız totalitar 

cəmiyyətlərdə mövcud olur, avtoritar quruluşlarda isə bu sistem əzabverici ağır 

xəstəliyə məruz qalır. Totalitar dövlətlərdə demokratiya qəbirdə gizlədilirsə, 

avtoritar idarəşilikdə getdikcə zəifləməyə, qüvvəsini itirməyə, taqətdən düşməyə 

başlayır. Arzu olunan islahatlara bağlanan ümidlər də puç olur, çünki avtoritar 

hakimiyyət heç vaxt demokratiyanın genişlənməsi qayğısna qalmır, əksinə , 

şaqren dərisi kimi onu gödəltməyə çalışır, demokratiya ərazisni bütünlüklə işğal 

etmək iştahı, bir an da olsun onu rahat buraxmır. 

      İnsan lap qədim dövrlərdən tərəqqiyə can atmış, təkamül prosesində 

özünü də dəyişdirməyə, ağıllı məxluqa cevrilməyə nail olmuşdur. Axı daş əsri 

heç də daşların yoxa şıxması ilə başa çatmamışdır, əksinə, insanların nisbətən 

mükəmməl alətlərdən istifadə etməsi, daha yaxşı həyat tərzinə nail olmaq istəyi 

hesabına bu era arxada qalmışdır. Müasir insanın bu məsələdə öz ibtidai 

əcdadından öyrənməsi pis olmazdı. Demokratiyanın tərəqqisi isə onun daha 

yüksək səviyyəsi ola bilər, deməli, insanlar, cəmiyyət onun daha da inkişaf 

etdirilməsinə can atmalıdır, onu öldümək cəhdi isə ən azı ağıllı insanin daş 

dövrünə, sürü şəklindəki həyat tərzinə qayıtmaq cəhdinə bənzəyərdi.  

 

 

 



Təbabət və insan bədəninin mikroflorası 

 

Həyat, əhatəsində olduğumuz mühit qarşımıza çıxardığı hadisələr və insanlarla 



bizə çox şeyi dərk etməkdə,  bir qədər əvvəl müəmmalı qalan suallara cavab tapmaqda 

heç də az əhəmiyyəti olmayan köməklik göstərir. Aldığımız biliklərlə yanaşı, bu 

təcrübələr öz növbəsində idrakımızı gücləndirir, zənginləşdirir.  

Birbaşa mətləbə keçməmişdən əvvəl uzun müddət məni düşünməyə vadar edən, 

təbiətindəki sirlərə bələd olmaq sahəsindəki sönməyən maraq, həm də bu yazını 



31 

 

qələmə almaqda müəyyən şəkildə səbəb rolunu oynayan bir insan barədə bəzi 



fikirlərimi bölüşmək istərdim. Onun xatirəsi dostlar, ünsiyyətdə olduğu bir çox 

adamlar üçün bu gün də əsasən ehtiramla yad edilir. Bir tələbə yoldaşımız səimiyyəti 

ilə qəlbləri fəth etməyi bacarırdı. Onda nəsə bir cəzbedici xüsusiyyət var idi, bu da onun 

başqalarına xidmət göstərməyə  hazır olması ilə əlaqədar idi. Təsadüfi deyil ki, bəziləri 

onu hətta günün “alter ego” – su, «başqa mən»i hesab edirdi. O, heç yaxın olmadığı 

adamlara kömək etmək üçün hansısa bir fədakarlıq göstərməyə də hazır idi. Bir sözlə, 

altruistlərə xas olan bir qaydada istənilən əziyyətlərə qatlaşmaqdan çəkinmirdi. 

Lakin, elə təsəvvür yaranmasın ki, onu mələk kimi təqdim etmək istəyirəm. 

Başqaları kimi o da qüsurlardan bütünlüklə xali deyildi. Təbiətindəki hövsələsizlik, 

bəzən hətta elə bir səbəb olmadan özündən çıxma onun barəsindəki təsəvvürü 

korlayırdı. Ona xas olan tündməcazlıq, fransız dilində olduqca hədəfi vuran bir 

idiomda ifadə olunur: s’emporter comme une soupe au lait, hərfi tərcümədə bu «su 

şorbası kimi qızışan (başqa sözlə, köpüb, daşan)» mənasını verir. Onun da bu 

xüsusiyyəti, bal dolu çəlləyə bir qaşıq qətran qatmaqla, bu balın dadını və rəngini 

korlamağa bənzəyirdi. Onun elə bir əsas olmadan hədyanlığı, yaxınlarını da ondan 

uzaqlaşdırırdı. Onunla olan yaxşı münasibətin üzərindən tez-tez səmum yelləri əsirdi, 

təəssüf ki, heç bu məcranı dəyişmirdi, çay dənizdə öz mövcudluğunu itirən kimi, onun 

nisbətən gənc yaşında dünyasını dəyişməsi də yalnız bu konstrastlıq nümayişinə son 

qoydu.  

   Xasiyyətindəki belə qütbvari dəyişikliklərə heç kəs nə cavab, nə izah tapa 

bilirdi. Yalnız müalicə həkiminin söhbəti bizi bəzi şeylərdən agah etdi. Uzun müddət o, 

mədə xorasından əziyyət çəkir və bunu çoxlarından gizlədirmiş. Davranışındakı 

əllaməliklər də yəqin ki, bu fəsadla bağlı imiş. Bu cəhət bizə məlum olduqda, ona 

güzəştə gedə bilmədiyimizə görə özümüzü qınamağa başladıq. Bəlkə də belə sərt 

reaksiyamızla onun taleyinə tuşlanan güllənin atılmasının bir müddətə də olsun 

qarşısını almaq əvəzinə, bu atəşin baş tutmasının və məhvedici olmasının 

sürətləndirilməsində biz də iştirak etmişdik.  

Axı bəzi xəstəliklər, bəlkə də onların əksəriyyəti insanların şüuruna, hissiyyatına 

təsir etməmiş qalmır, çolaq adamın büdrəmə ehtimalı artan kimi, elə xəstələrin də 

psixiki durumunda neqativ xassəli dəyişiklik əmələ gəlir, onlar səbirsiz olur, özündən 

çıxmaq üçün hansısa bir səbəb axtarmağa da elə bir ehtiyac duymur, bu yolla aldadıcı 

qaydada öz ağrısını azaltmağa çalışırlar. Bəzi xəstələrdə isə sağlam olan yaxın 

adamlarına qarşı müəyyən paxıllıq hissi yaranır, bu «sağlamları» öz xəstəliyində 

günahkar sayır,  təxəyyülündə də olsa, onları edama məhkum etməkdə tez ötüb keçən 

bir təsəlli tapır. Bu zavallılar bilmirlər ki, dünyada tam sağlam adam yoxdur, 

diaqnostika elə inkişaf etmişdir ki, istənilən fərddə hansısa bir xəstəliyi tapmaq 

mümkündür. Bibliyanın «Ekkleziast» kitabının müddəalarına müəyyən qədər 

əsaslanaraq, böyük alman filosofu İmmanuel Kant göstərirdi ki, möhkəm sağlamlığa 

can atmaq da yaxşı fayda vermir, sağlamlığına tam arxayın olan adamlar bir qayda 

olaraq yaramaz, əxlaqsız hərəkətlərə yol verirlər. 

   Gec də olsa, mərhum dostumuzun «əsəb tutmalarına» müəyyən bir izah tapa 

bildik. Həm də onunla təsəlli tapırıq ki, onun nəcib xüsusiyyətləri xarakterindəki 

neqativ cəhətlərə tam üstün gəlirdi. Əgər qədim yunan mifologiyasında dostluq rəmzi 



32 

 

sayılan Orest və Pilad həm də yaxın qohum idilərsə, tələbə yoldaşımız tam yad 



adamlarla dostluq edirdi, əgər Pilad dayısı oğlu Orestə görə, o, məhkəməyə gəlib 

çıxmasa, edama məhkum edilməyə hazır idisə, mərhum dostumuz başqaları naminə öz 

üzərinə olduqca ağır yükü də götürməkdən çəkinmirdi. Nələrdən agah olsaq da, onun 

xatirəsi qarşısındakı qəbahətimizi heç cür özümüzə bağışlaya bilməyəcəyik. 

Azacıq dərinə nüfuz etdikdə görürsən ki, təkcə dərk edilən, sistemləşdirilən və 

müalicə yolları, qismən də olsa bilinən xəstəliklər deyil, həyatın gözə görünməyən 

ziddiyyətləri kimi, elə amillər mövcuddur ki, biz bunu nəzərə almasaq da, onlar öz 

fəaliyyətlərini dayandırmır, insanın sağlamlığına, həyat tərzinə bu və ya digər dərəcədə 

mühüm təsir göstərmək fürsətini əldən vermirlər.  

Təbabət XXI əsrin başlanğıcında görünməmiş zirvələrə yüksəlmişdir, 

xəstəliklərin daha dərindən öyrənilməsi, müayinə edilməsi imkanları yaranmışdır, 

müalicə sahəsindəki bilik, vasitələr, texniki imkanlar xəstəliklərə qarşı mübarizə 

arealının genişlənməsinə, müalicənin effektliliyinin artmasına şərait yaratmışdır. 

Cərrahiyyə, transplantasiya sahəsindəki yeniliklər, terapiyanın zənginləşməsi bu 

mübarizədə yaxşı qələbələrlə əlamətdar olmuşdur. İndi bədnam xəstəliklər ordusuna 

qarşı elmi cəhətdən sınaqdan çıxmış, ən mükəmməl texnoloji vasitələrlə silahlanmış 

təbabət çıxır. Və onun istedadlı nümayəndələrinə ünvanlanan, mühafizəçi mələklərə 

olan kimi, minnətdarlıq hissi nəcib adamların yaddaşını heç vaxt tərk etmir, bunların 

çoxluğu isə az sayda olan nankorların etinasızlığını da kompensasiya edir. Elə həkimlər 

vardır ki, öz uzun müddətli praktikası dövründə üç nəsli müalicə etmələri ilə öyünə 

bilər, vaxtilə xilas etdiyi uşaqlar sonra ata-anaya, baba-nənəyə çevrilərək, öz 

övladlarının və nəvələrinin səhhəti ilə əlaqədar olaraq yenə də həmin həkimə müraciət 

edirlər. 

Lakin bu o demək deyildir ki, xəstəliklərə qarşı olan qüvvələr öz qəti zəfərini 

bayram edə bilər. Əlbəttə, vaxtilə dəhşətli bəla kimi qiymətləndirilən bir sıra infeksion 

xəstəliklərin yayılmasının qarşısı alınmış, onların müalicəsi daha böyük səmərə 

verməyə başlamışdır. İndi köhnə epidemiyaların yerini yeni meydana gələn növlər 

tutur. AİDS və ya qazanılmış immunodefisit sindromu adlanan xəstəlik Afrikanın bəzi 

ölkələrində az qala XVI əsrdə Avropada «Qara ölümün» - taunun yaratdığına bərabər 

olan bir qorxu haləsi meydana gətirmişdir. Toyuq və ya donuz qripi adlandırılan, 

vaxtaşırı yeniləşən və həm də başqa xüsusiyyətli viruslar geniş miqyaslı epidemiya 

təhlükəsi yaradır. Qloballaşma və adamların geniş kontaktları da öz növbəsində 

pandemiyanın yarnmasına gətirib çıxara bilər.  

Biz öz yaşayışımızda və taleyimizdə baş verən dəyişikliklərə görə məlum olan, 

dərk etməyə qadir olduğumuz dünyanın təsirlərini nəzərə alırıq. Əgər kənd təsərrüfatı 

bitkiləri və onların məhsuldarlığı hər şeydən əvvəl təbiətin təsirinə məruz qalırsa, 

insanlar təkcə təbiətin deyil, həm də cəmiyyətin, dövrün, mühitin təsirindən kənarda 

qala bilmir. İnsan orqanizmi çox mürəkkəb olduğu kimi, əslində ayrıca planeti andırır 

və ona təsir edən amillər də saysız-hesabsızdır. Əgər Günəşdə baş verən bir partlayış 

insanın sağlamlığını müəyyən edən cəhətlərə, onun əhval-ruhiyyəsinə təsir göstərirsə, 

bizim hələ də bütünlüklə dərk edə bilmədiyimiz amillərin, digər canlı orqanizmlərin 

təsirini heç cür yaddan çıxarmaq, ən başlıcası, inkar etmək mümkün deyildir. İnsan 

orqanizmi təkcə hüceyrələrdən – əzələlərdən, oynaqlardan, sümüklərdən, həmçinin 



33 

 

bədəni qidalandıran qan damarlarından və onların daşıdığı həyatverici mayedən ibarət 



deyildir. Əgər hüceyrələrdəki fermentlərin və ya enzimlərin fəaliyyəti dayansaydı, 

onda metabolizm adlanan maddələr mübadiləsi kəsilərdi. Dar mənada götürdükdə, 

hüceyrə daxilində müəyyən maddələr ona daxil olan andan son məhsulların, məsələn, 

zülalların, qlükozaların və sairənin əmələ gəlməsini təmin edən aralıq mübadiləsi 

mümkün olmazdı. Bu bioloji katalizator orqanizmdə maddələrin çevrilməsini həyata 

keçirməklə, maddələr mübadiləsini istiqamətləndirir və nizamlayır. Ona görə də 

hüceyrələrdə olan çox saydakı biokimyəvi reaksiyaları nəhəng sayda müxtəlif 

fermentlər həyata keçirir. Fermentlərin çoxu canlı hüceyrələrdən alındığına görə 

ferment preparatlar təbabətdə, yeyinti və yüngül sənaye sahələrində tətbiq olunur.  

    Bəzi alimlərə görə dünyada həyat  dörd milyard il bundan əvvəl yaranmışdır 

və bu Marsda baş vermişdir. Həmin vaxt Marsda oksigen çox idi, Yer səthində isə 

oksigen çox az idi və həm də quru hissə Yer səthinin 2-3 faizini təşkil edirdi, qalan hissə 

isə su ilə örtülü idi. Yer üzərində həyatın başlanğıcı kosmosun köməyi ilə baş 

vermişdir. Kosmosdan gələn meteoritlər özlərilə həytın başlanğıcı hesab edilən 

mikroorqanizmləri də gətirmişlər. Bu günlərrdə( 29 avqust 2013-cü ildə) amerikan 

biokimyaçısı Stiven Bennerin tədqiqatının belə bir nəticəsi elan olunmuşdur ki, Yer 

üzərində həyatın mənbəyi rolunu Mars planeti oynamışdır. Marsdan gələn meteoritlər 

özləri ilə Yer səthinə həyat üçün lazım olan “tikinti materiallarını” gətirmişlər. Üç 

milyard il əvvəl Marsda mövcud olan həyat hüceyrələri meteoritlər vasitəsi ilə Yer 

üzərinə gəlib düşmüşlər. Həmin hüceyrələr  Yer üzərindəki bütün canlıların, o 

cümlədən insanın özünün mənşəyinə çevrilmişdir.  

Canlıların bədənindəki kiçik hüceyrələr molekulları saxlayan kisəciklərdir. 

Hüceyrənin nüvəsindəki molekula amin turşularından ibarətdir. Bu nuklein turşusu və 

ya bizə DNK ( DNA yaxd da DNT) kimi məlumdur, bu isə dezoksiribonuklein turşusu 

deməkdir. Nüvə iki yerə bölünür, sonra da hüceyrə özü bölünür. Nüvədəki çöpcüklər 

xromosomlar adlanır, onlar irsiyyət daşıyıcılarına, başqa sözlə genlərə malikdirlər. 

DNK insan genomu olmaqla irsiyyət ötürücülüyündə mühüm rol oynayır. Hüceyrənin 

tarixi əslində həyatın təkamülünün tarixidir.  

İnsan bədəni adlanan meşə, həm də onun ətrafı mikroorqanizmlər adlanan 

«bitkilərlə» doludur, onlar əsasən bir hüceyrəli orqanizmlər olmaqla, bakteriyalardan, 

mikroskopik göbələklərdən və viruslardan ibarətdir. Mikroorqnazimlər növlərinin 

nəhəng müxtəlifliyi ilə seçilir. Ağlasığmauan miqdarın tiraniyasının öhdəsindən 

gəlmək də çox çətindir. Onlar ümumiyyətlə, təbiətdəki maddələrin dövriyyəsində 

böyük rol oynayır, həm də fermentlər kimi yeyinti və mikrobiologiya sənayesində 

istifadə olunurlar. Patogen mikroorqanizmlər isə bitkilərin, heyvanların və insanların 

xəstəliklərini əmələ gətirir. Göründüyü kimi, mikroorqanizmlər insan bədəni üçün heç 

də hüceyrələrdən geri qalmayan əhəmiyyətə malikdir, lakin həm də bədəndə müəyyən 

xəstəliklərin yaranmasında rol oynamaqla, onlar müəyyən bir bəla mənbəyi hesab 

olunur. Buradan belə nəticəyə gəlmək olur ki, mikroorqanizmlər ambivalet – ikili 

xüsusiyyətə malikdir, insan bədəni üçün həm dostdur, həm də düşməndir 

Ümumiyyətlə, insan bədəni uzun müddət bir sirli aləm olaraq qalmışdı və 

təbabət sahəsində çalışan dahilər öz təlimləri, icadları ilə bu naməlum dünyanın bir sıra 

cəhətlərini kəşf edə bilmiş və bu biliklər müalicə işinin sərəncamına verilmişdir. 



34 

 

Təbabət başlanğıcdan və ilk inkişaf dövrlərindən əsasən empirizmlə qidalanmış, 



təcrübənin biliyin yeganə həqiqi mənbəyi olması ideyasını əsas götürməklə, utancaq 

addımlarını atmışdır. Ona görə də xəstəliklərin gözə görünən, anlaşılan simptomları 

əsasən ön plana çəkilirdi. Sonrakı dövrlərdə isə digər sahələrdə olduğu kimi, burada da 

rasionalizm üstün mövqelərə yiyələnməyə başladı.  

Təbabət, insanların sağlamlığının qoruyub saxlamağa, xəstəliklər barədə 

xəbərdarlıq edilməsinə və onların müalicəsinə yönəldilmiş elmi və praktiki fəaliyyət 

sahəsi hesab olunur. Bir çox əsrlər ərzində bu sahə yalnız təcrübə əsasında müalicə 

yolları və vasitələrini toplamış, onlar xalq təbabətinin əsasını təşkil etmişdir. Tarixin 

atası sayılan Herodot özünün məşhur «Tarix» kitabında yazırdı ki, Assuriyada xəstənin 

çarpayısını şəhərin baş meydanına qoyuldular. Meydandan gəlib keçənlər xəstəyə öz 

başlarına gələnlərdən danışıb, məsləhətlər verirdilər və bu nəsihətlər xəstəliyin 

sağalmasına köməklik göstərirdi. İlkin daha inkişaf etmiş sivilizasiyalarda digər elmlər 

təşəkkül tapmağa başladığı kimi, təbabət də elmi relslər üzərinə keçməyə başladı. 

Qədim dünyadakı həkim sənətinin zirvəsini, bu sahənin pioneri sayılan 

Hippokratın fəaliyəti təşkil edir. Bizim eradan əvvəl V-IV əsrlərdə yaşamış qədim 

yunan həkimi Hippokrat antik təbabəti ilk dəfə islahata uğratmışdı. Onun bu 

fəaliyyətini b.e.ə. VI əsrdə Afinanın siyasi sistemini islahata məruz qoymuş, yeddi 

müdrikdən biri hesab olunan Solonun nəcib işi ilə müqayisə edilə bilər. Qədim 

yunanlar cəmiyyətin, onun üzvlərinin sağlamlığına qayğı göstərmələri ilə seçilirdilər. 

Təsadüfi deyildir ki, təbabətin əhəmiyyətini nəzərə alaraq öz mifologiyalarındakı 

allahlar arasında həkimlik allahı Asklepiyə də pərəstiş qaydasında yanaşırdılar (Qədim 

romalılar isə digər mifoloji personajlar kimi, onun da adını dəyişdirib, Eskulap 

adlandırırdılar). Mifologiyasında həkimlik edən allahın mövcudluğunu etiraf edən bir 

xalq hökmən onun inqilabı qaydada inkişafına qayğı göstərməli idi və göstərdi.  

Hippokratın əsərlərində təsvir edilənlər kliniki təbabətin sonrakı inkişafının 

əsasını qoymaqla, orqanizmin bütövlüyü barədəki anlayışı, xəstə və onun müalicəsinə 

fərdi yanaşma qaydasını irəli sürürdü. Müalicədə üç tərəfin – xəstəliyin, həkimin və 

xəstənin iştirak etdiyini təsdiq etməklə, müalicənin uğurlu nəticəsinin, xəstənin həkimə 

köməklik göstərməsi ilə baş verdiyini vurğulayırdı. Anamnezi – xəstəliyin inkişafı 

barədəki və digər əlaqədar məlumatların məcmuu kimi xəstəliyin diaqnozu, müalicəsi 

və profilaktikası üçün istifadə edilən bir metod kimi praktikaya daxil etmişdi. Bundan 

əlavə o, xəstəliyin səbəbləri barədə təlimin müəllifi hesab olunur. Onun adı həkimin 

yüksək mənəvi siması və etik davranışının nümunəsi kimi qəbul edildiyindən, 

həkimlər bu sənət üzrə işləməyə başlamamışdan əvvəl «Hippokrat andı»nı içirlər, onu 

pozmaq bu müqəddəs sənətə xəyanət etmək kimi qiymətləndirilir.  

Bizim eranın II əsrində yaşamış romalı Qalen antik təbabətin anlayışlarını 

sistemləşdirmişdi. Doqquz əsr sonra İbn Sina buna mühüm əlavvələr etmişdi. Onun 

«Həkimlik elminin kanonu» kitabı Avropada böyük əks-səda doğurmuşdu. Qalenə 

gəldikdə, onun sistemi Yeni tarixin əvvəllərinə qədər təbabətdə hökmranlıq etmişdi. 

Qladiatorların cərrahı olan Qalen böyük təcrübə əldə etməklə, ilk dəfə olaraq bütöv 

insan orqanizminin anatomik – fizioloji təsvirini vermişdi,     anatomiya və 

fiziologiyanın elmi diaqnostikanın, müalicənin və profilaktikanın  əsası olduğunu 

bildirmişdi. O, damarlarda havanın cərəyan etməsi barədəki yanlış fikirləri rədd edib, 



35 

 

orada qanın axdığını tibb elminə daxil etmişdi. İngilis həkimi, müasir fiziologiyaın və 



embriologiyanın banisi olan Uilyam Harvey (1578-1657-ci illər) qan dövranının böyük 

və kiçik dairələrini təsvir etdi, qan barədə təlimini işləyib hazırladı.  

Sonrakı tibbi kəşflər, praktikanın təkmilləşməsi bu dahi insanların yaratdıqları 

möhkəm əsaslar üzərində meydana çıxmaqla, təbabətin inkişafına müəyyən ardıcıllıq 

verdi.  

Müasir dövrdə isə tibb elmi və praktikası qarşısında daha böyük vəzifələr, hələ 

də bağlı qalan sirlərin açılması işi durur. Təəssüf ki, elmi axtarışların mikroorqnazimlər 

aləminə müdaxiləsi də zəif getmişdir. Yalnız son onilliklərdə gen mühəndisliyinin 

nailiyyətləri gözə görünməyən, lakin insan üçün nəhəng əhəmiyyətə malik olan 

təəccüblü, sıx məskunlaşmış mikroorqnazimlər dünyasına kiçik də olsa, pəncərə 

açmağa imkan verdi. Kainatın öyrənilməsi çətin və mürəkkəb olduğu kimi, insan 

bədəni də məchul sayılan sirlərlə doludur. Bizim daxilimizdə və ətrafımızda 

bakteriyalar, göbələklər və viruslar dünyası  məskunlaşmışdır. Alimlər bunu 

«mikrobiom» adlandırırlar. Onların ağlasığmayan çoxluğuna görə belə bir qənaətə 

gəlmək olar ki, Yer kürəsi isnanlara, heyvanlara, quşlara, həşəratlara məxsus olmaqdan 

daha çox məhz bakteriyalar planeti hesab edilməlidir. Doğrudan da Yer kürəsi 

əhalisinin sayı 7 milyard olduğu halda, təkcə bir insan bədənində sayı on trilyonlarla 

ölçülən mikroorqanizmlər vardır. Onların planetdəki sayının isə həddi bilinməyən bir 

rəqəmlə də ifadə etmək olduqca çətin işdir. Yer üzündə insan sakinləri ilə bakteriya 

sakinləri arasında birincinin ziyanına olan belə nəhəng say fərqinə görə, planetimizi 

daha çox bakteriyalar məkanı adlandırmaq olardı.  Sualtı dünyanın məşhur 

tədqiqatçısı, fransız alimi Jak İv Kusto da Yer kürəsinin əsas hissəsini okeanlar və 

dənizlər təşkil etdiyinə görə, planetimizi «Su kürəsi» adlandırmağı təklif edirdi. 

Bakteriya məkanı titulu kimi, belə adlanmanın özü də xeyli dərəcədə həqiqətə uyğun 

olardı.  

Son 150 il ərzində tibb elmi və praktikası nə qədər inkişaf etsə də, mikrobiom 

əsasən qalın naməlumluq dumanı arxasında gizlənmiş olaraq qalmışdır, onun tədqiq 

edilməsi sahəsindəki işlər məhz buna görə güclü təkan təsiri bağışlayır və belə kəşflər 

təbabətə olduqca böyük fayda verə bilər. İndi alimlər anlayırlar ki, mikroblar insanın 

nəinki düşməni, həm də onun müttəfiqi ola bilər. Mikroorqanizmin düşmən kimi 

qiymtləndirilməsinə gəldikdə, latın dilində “virus” sözü «zəhər» mənasını verir. 

İnsan bədənində mikrofloranın tarazlığı mühüm əhəmiyyətə malik olduğundan, 

alimlər ona nəzarət etməyi öyrənmək istəyirlər. Bu məqsədlə yüzlərlə növdəki 

mikroorqanizmlərin xüsusiyyətlərini aşkar etməyə can atırlar. Əsas hədəf isə heç də bu 

deyildir, virusların və bakteriyaların hansısa bir qatilinin törədicisini tapmaq daha 

vacib vəzifə hesab olunur.  

İndiyə qədər belə bir təsəvvür hakim kəsilmişdir ki, insan yalnız hüceyrələrin 

məcmuudur, insan bədəni onlardan düzəlir. Bu hüceyrələrin sayı 10 trilyondan 

yuxarıdır, lakin bu rəqəmə 100 trilyon hüceyəni də əlavə etmək lazımdır, axırıncılar 

insan bədənində məskunlaşan mikroorqanizmlərdən ibarətdir. Buradan belə bir 

nəticəyə gəlmək olar ki, tədqiq edilən insan ona bilavasitə məxsus olan hüceyrələrin 10 

faizini özününkü hesab edir. Deməli, güzgüyə baxan hər kəs yalnız hüceyrələrin 




36 

 

birlikdə təşkil etdiyi on faizdən əmələ gələn bədəni müşahidə etmək imkanına malik 



olur.  

Müasir dövrdə, irsiyyət nəzəriyyəsinə, genlərin təsirinə maraq böyük 

olduğundan, bu irsiyyət daşıyıcılarının miqdarı da az əhəmiyyətli məsələ deyildir. 

İnsan orqanizmində genlərin sayı təqribən 21 mindir. Bu rəqəmin üzərinə insan 

bədənində məskunlaşan 8 milyon geni də əlavə etmək lazımdır və onlar insan 

bədənindəki mikroorqanizmlərdən ibarətdir. Axırıncılar heç də həyat səhnəsindəki 

laqeyd statistlər olmayıb, böyük fəaliyyət subyektləridir. Onlardan çoxu qidanı həzm 

etməkdə, immun sistemimizi möhkəmləndirməkdə, genləri işə salmaqda və 

«dayandırmaqda» bizə kömək edirlər – bir sözlə, yaşamağımıza köməklik göstərirlər. 

Burada ingilis şairi Con Donnun yazdığı «heç bir insan özünə qapılmış ada deyildir. 

Hər bir insan materikin bir hissəsidir» kimi müdrik sözlər necə də yerinə düşür. Heç də 

təsadüfi deyildir ki, Nobel mükafatı laureatı, amerikan yazıçısı Ernest Heminquey 

özünün «Zənglər kimin üçün çalınır» romanına bu kəlamı epiqraf kimi seçmişdi. 

Onu da qeyd etmək lazımdır ki, insan genomunun öyrənilməsinə böyük ümidlər 

bəslənsə də, bu tədqiqatlar gözlənilənlərin əksinə, heç də yeni müalicə metodlarının 

meydana çıxmasına gətirib çıxarmadı. Onlar, nəzəri cəhətdən mikroorqanizmlərin ayrı-

ayrı qruplarını idarə etmək üsullarını tapmağa kömək etməlidir. Mikrobiomu tədqiq 

etmək lazımdır ki, diabet və həddən artıq kökəlmə prblemlərini həll etmək mümkün 

olsun.  

İnsan mikrobiomunun xəritələşdirilməsi təbabət üçün nəhəng fayda verə bilər. 

Tədqiqatlar göstərir ki, hər bir adam yalnız ona məxsus olan unikal mikrofloraya 

malikdir. Ayrıca bir adamın mikroflorasının xarakteristikaları arasındakı fərq onun 

fərdi qida rejimindən, ailəsinin tərkibindən, xəstəliyinin tarixindən, milli və regional 

mənsubluğunun xüsusiyyətlərindən asılıdır. Bura həm də çox sayda başqa xüsusiyyətli 

faktorları da əlavə etmək olar və onların hamısı bu və ya digər dərəcədə rol oynamamış 

qalmır. Məsələn, insanın bağırsaqlarında bəzi elə bakteriyalar məskunlaşa bilər ki, onlar 

bir sıra dərman preparatlarının müalicə effektinin xarakterini, ümumiyyətlə dəyişdirər, 

elə edə bilər ki, həmin dərman preparatı neytrallaşsın, təsirsizə çevrilsin. Əgər xəstənin 

fərdi mikrobiomu öyrənilsə, bu vaxt dərmanın seçilməsi, heç şübhəsiz, xeyli 

sürətlənəcək və onun təsiri daha səmərəli olacaqdır.  

Yaxşı cəhət orasındadır ki, son vaxtlar arıq hətta mütəxəssis olmayanlar da 

mikrobiom haqqında müəyyən məlumatlara yiyələnmişlər. Bəzi tədqiqatlar bu 

məsələyə marağı xeyli artırmışdır. Vaşinqton universitetinin apardığı bir tədqiqatın, 

həddən artıq kökəlmə ilə bağırsaqların mikroflorasının keyfiyyəti arasındakı əlaqəni 

müəyyən etməsi, buna misal ola bilər. Tədqiqat aşkar etdi ki, izafi çəkidən əziyyət 

çəkən siçanların bağırsaqlarında bir növ, arıq siçanlarınkında isə tam başqa növ 

bakteriyalar vardır. Onları eyni dieta ilə yemləyirdilər, lakin birinci qrup qidadan daha 

çox kalori mənimsəyirdi və bu vaxt xeyli piy yığırdı. Eyni vəziyyət insan orqanizmində 

də baş verir. Aydın oldu ki, nəyə görə çox sayda adam yeməyin adicə iyindən 

kökəldiklərindən şikayətləndikləri halda, onların arıq dostları həmin yeməyi heç bir 

problemlərlə üzləşmədən asanlıqla udurlar.  

Belə eksperimentlər insan mikrobiomuna olan münasibətdə, onun öyrənilməsinə 

böyük həvəs göstərməklə xarakterizə olunan dəyişiklik yaratdı, əvvəllər isə alimlərin 



37 

 

çoxu ona müəyyən iyrənmə qaydasında yanaşırdı. Bu ona bənzəyir ki, oxucular 



Conatan Sviftin «Qulliverin səyahəti» əsərindəki bir hissəyə görə onu sevəydilər, bu 

hissədə isə  bir tələbənin insan ekskrementindən onu əmələ gətirən maddələri təkrarən 

bərpa etmək sahəsində apardığı təcrübə təsvir edilir. Belə bir hadisəyə rus yazıçısı 

Vladimir Voynoviçin satirik «Əsgər İvan Çonkin» romanında da rast gəlinir. Həvəskar 

bioloq olan kolxoz mühasibi eyni xassəli bədən tullantısından spirt çəkir və həmin içki 

ilə əsgər Çonkini qonaq edir. Hər iki hadisə iyrənc, ikrah doğuran hisslər yaratsa da, 

belə qəribə «əlkimyaçılıqları» təsvir edir. Mikrobioma da əvvəllər vasvası qaydada 

münasibət bəsləyənlərin bəzilərinin öz mövqelərini dəyişib, bu problemə ciddi 

yanaşmaları yalnız rəğbət hissləri doğura bilər. 

Mikroflora isə faktiki olaraq insan orqanizminin bütün hissələrində iştirak edir. 

İnsan bədənində onların bütünlükdə 10 mindən çox növü vardır. Bədənin hissəsindən 

asılı olaraq onların sayı da dəyişir. Ağız boşluğunda və bağırsaqlarda məskunlaşan 

mikroorqanizmlərin sayı arasındakı fərq çox böyükdür. 2010-cu ildə aparılan tədqiqat 

göstərmişdir ki, sağ və sol əldə məskunlaşan mikroorqanizmlər bədəndə məskunlaşan 

mikroorqanizmlərin ümumi sayının yalnız 17 faizini təşkil edir.  

Mikrobiom problemi ilə tanış olmayan adama elə gələ bilər ki, 

mikroorqanizmlərin çəkisi, kütləsi yoxdur. Bu özlüyündə yanlış fikirdir. Materiya 

özünə məxsus olan əsas xüsusiyyətləri qoruyub saxlayır. Nyutonun ümumi cazibə 

qanununa müvafiq olaraq, bütün materiya növləri arasında, elementar hissəciklərdən 

tutmuş göy cisimlərinə qədər, qarşılıqlı əlaqələr mövcuddur, bura universal qravitasiya 

təsiri də daxildir. Deməli, hər bir materiya həm də kütləyə malikdir. Yaşlı adamda 

mikrobiomun çəkisi üç funta yaxın olur (ingilis funtu ilə götürdükdə bu 1,360 kq edir) 

və insan beyni də demək olar ki, eyni çəkidə olur.  

   Əlbəttə, mikrofloranın öyrənilməsi heç də asan məsələ deyildir, buna sadə 

laboratoriya işi kimi baxmaq primitiv münasibətdən xəbər verir. Lakin çox güclü 

kompyuterlərə malik olan ölkələrdə bu tədqiqatı daha geniş ölçüdə aparmaq 

mümkündür. Sadəcə olaraq çətinliyi dəf etmək iradəsi olmalıdır. İkinci Dünya 

müharibəsinin ilk illərində almanların radar sistemi ingilis bombardmançı aviasiyasına 

böyük ziyan vurduğundan, Böyük Britaniya hava bombardmanını dayandırmalı 

olmuşdu. 1943-cü ilin birinci yarısında müttəfiqlər «pəncərə» adlanan üsuldan istifadə 

etməyə başladılar. Qabaqda uçan təyyarə folqa qırıntılarını səpələməklə, radarları 

görməsini heçə endirirdi. Və ingilis bombardmançı aviasiyası artıq tapşırığı uğurla 

yerinə yetirirdi. Hamburqa belə bir hava həmləsi şəhərin hərbi- sənaye potensialına 

böyük ziyan vurdu, yarım milyona qədər adam evsiz qaldı. İndii mikrobiom dünyasına 

da belə bir pəncərə açmaq lazımdır, lakin müharibədə olduğu kimi, o duman yox, 

tədqiqat obyekti üzərinə işıq salmalıdır ki, onun nətcəsindən təbabət daha geniş və 

səmərəli müalicə imkanlarına yiyələnsin. 

Artıq yaxşı məlumdur ki, elə xəstəliklər mövcuddur ki, onların müalicəsi 

bədəndəki mikrofloranın təsiri hesabına istənilən nəticəni vermir və bəzən bu sahədəki 

bütün cəhdləri yoxa çıxarır. Mətbuatdan tanış olduğum bir hadisə bu ideyanın 

reallığına daha böyük şəhadət verdi. 

Birləşmiş Ştatlardakı bir ər-arvad cütlüyü tanınmış pediatra müraciət etmişdi. 

Onlar uzunmüddət uşaqları olmalarına çalışsalar da, səyləri əbəs olmuşdu. Nəhayət, 



38 

 

qadının yaşı 45-ə çatanda hamiləlik xoşbəxtliyini yaşadı. Və tezliklə dünyaya iki ekiz 



uşaq gəldi. Bədbəxtlikdən, biri asfiksiyanın (boğulmanın) ağır forması nəticəsində öldü. 

Bu, vaxtından qabaq doğulmuş uşaqlar üçün geniş yayılmış xəstəlikdir. Bir həftə sonra 

həkim ikinci uşaqda epitema əlamətini və ya qarının güclü surətdə qızarmasını, həm də 

köpməsini müşahidə etdi. Bu xəstəliyə nekrotik enterokolit (orqanın və ya hüceyrələrin 

ölməsi ilə müşayiət olunan bağırsaqların iltihabı) diaqnozu qoyuldu. Bu xəstəlik 

bakterial təbiətə malik olmaqla, bağırsaqların qəflətən və sürətlə inkişaf edən iltihabı ilə 

xarakterizə olunur. Cərrahiyyə əməliyyatı göstərdi ki, bütün bağırsaq yolu, qarından 

yoğun bağırsağa qədər, ümumiyyətlə, fəaliyyət göstərmir. Körpə ölümə məhkum idi və 

əməliyyatdan sonra onun bir neçə günlük ömrünə son qoyuldu. Nekrotik enterokolit 

vaxtınldan əvvəl doğulmuş uşaqlar üçün ən başlıca amansız qatillərdən biridir. 

Bu misaldan aydın olur ki, bakteriya nəyəsə müdaxilə etdikdə, onun zərbəsinin 

qarşısını almaq olduqca çətin olur. Hər bir bədbəxtliyə görə irsiyyəti günahlandırmaq 

da heç də ədalətli olmur. Amerikadakı bir məşhur şirkətin – “Second Genome” 

firmasının özü üçün seçdiyi «Bəlkə də insan orqanizmi üçün daha çox vacib olan 

genom heç də insan mənşəli deyildir» devizindəki İdeya, görünür, həqiqətdən o qədər 

də uzaq deyildir. 

Orta əsr Avropasında yayılan bir anektod yada düşür. Qollar və ayaqldar bütün 

gün ərzində çalışıb, taqətdən düşənə qədər işləyərək mədəni yedizdirdiklərindən 

qəzəblənib, buna son qoymaq qərarına gəldilər. Onlar qiyam qaldırdılar ki, indiyədək 

əziyyət çəkib, müftəxor mədəni yedizdirməklə məşğul olmuşlar, özləri üçün isə heç nə 

etməmişlər. Qiyam bir neçə gün davam etdikdə qollar, ayaqlar çox zəiflədiklərinin, 

hərəkət edə bilmədiklərinin şahidi oldular, anladılar ki, mədə heç də özü üçün deyil, 

bütün bədən üçün işləyir. Fiziologiyaya artıq məlum olduğu kimi, mədə qəbul etdiyi 

qida maddələrini həzm etdikdən sonra, onların enerji dəyərlərini toxumalar qurmaq və 

onları təkrarən yaratmaq üçün bədənin bütün orqanlarına, o cümlədən əllərə və 

ayaqlara da çatdırır. Deməli, mədə bədən üçün qollardan və ayaqlardan heç də az yox, 

həddən artıq böyük iş görür. Qolunu və qılçasını itirmiş insanlar normal həyat 

sürməkdə davam edirlər, mədəsiz insanın isə süni qidalanma ilə təmin edilməsi böyük 

əzabla müşayiət olunmaqla yanaşı, həyatın gözəlliyini və ömrün uzunluğunu əsaslı 

surətdə ixtisara salır.  

Sovet yazıçıları Ales Adamoviçin və Daniil Qraninin «Blokada kitabı» əsərində 

İkinci Dünya müharibəsi dövründə Leninqradın 900 gün davam edən blokadası vaxtı 

aclıqdan, soyuqdan əziyyət çəkib, çoxlarının məhv olduğu, az hissəsinin sağ qaldığı 

şəhər sakinlərinin gündəliklərindən dəhşətli həyat səhnələrini təsvir edən parçalar öz 

əksini tapmışdır. Aclıqdan arvadını itirmiş, özü isə ardıcıl zəhmət fəallığı hesabına sağ 

qalan tarixçi alimin digər qiymətli müddəaları ilə yanaşı, insan mədəsi barədə yazdığı 

olduqca maraqlı fikiri verilmişdir. O yazır ki, istənilən fabrik və zavod xammal təchizatı 

kəsildikdə işini dayandırır, lakin bir müddətdən sonra yenə xammal qəbul etdikdə, 

məhsul istehsalını uğurla davam etdirir. Mədə isə tam fərqli bir fabrikdir. Ona öz 

xammalı, yəni qida xeyli müddət daxil olmadıqda, o təkcə fəaliyyətini dayandırmır, 

həm də özünə aid olmayan bir funksiyaya yiyələnir, ağıla, şüura hakim kəsilir, onlara 

göstərş verməyə başlayır. Doğrudan da aclıq adamı şüurdan məhrum edə bilir, bəzən 

insanlıq xüsusiyyətlərini məhv edib, buna məruz qalan adamı heyvana çevirə bilir. Ac 



39 

 

halda mədəyə sonralar əvvəlki qaydada qidanın qəbul edilməsi də böyük çətinliklərlə 



müşayiət olunur, quru qida, belə insanların ölümünə səbəb ola bilir. Ona görə də 

Ladoqa gölü üzərindən «həyat yolu» açıldıqda şəhərdən çıxarılan sakinlərin çoxu 

yedizdirildikdə, ölməyə başlamışdı. Uzun müddət ac qalan, qidalandırıldıqda ölən 

adamların mədəsində  kolbasanin üstündəki kəndirlə heç çeynənilmədən udulması, 

həmçinin duzlu quru qida hesabına adamların həyatdan getməsi faktları aşkar olundu.  

İbtidai insanı bəlkə də aclığın əzabları kannibalizmə – adam əti yeməyə əl 

atmağa məcbur etmişdi. Leninqradda da blokada vaxtı az da olsa kannibalizm faktları 

olmuşdur və buna əl atanlar güllələnmişlər. Qədim Roma təbliğatı bu termini ədalətsiz 

olaraq heybətli düşməni, öz dövlətinə böyük təhlükə hesab etdiyi Karfagen sərkərdəsi 

Hannibalın adı ilə əlaqələndirərək, dövriyəyə buraxmışdı. Guya vəhşi təbiətli Hannibal 

əsgərlərinə insan əti yeməyi öyrədirmiş və belə əsassız müddəa yalnız əhalidə ona qarşı 

nifrət və qəzəb hissini gücləndirmək üçün işə salınmışdı. İndi də Okeaniyanın bəzi 

adalarında kannibalizm qalır və bu, yəqin ki, qidaya olan ehtiyacdan və qonşu düşmən 

tayfa ilə vuruşda əsir götürülmüş adamlardan qızğın intiqam almaq hissinin təsiri ilə 

baş verir.. 

Misal gətirilən anektodda əllər və ayaqlar mədənin  gözə görünməyən 

fəaliyyətindən hali olmadıqlarından belə bir etiraz yolunu seçmişdilər. Əgər onlara 

mədənin işi sirr olaraq qalırdısa, onda bədəndə məskunlaşan mikroflora okeanı isə 

görən necə yarıb keçmək mümkün olmayan qaranlıq duman altında gizlənmişdir. 

Mədə insan orqanrizminin bir hissəsi olduğundan, səbəbi bilinməsə də, onun fəsadları 

özünü hiss etdirir. Bakteriyalar isə tam məhcul bir aləmdir, onların təsirinin adi yollarla 

müəyyən etmək cəhdi, gözlə atom nüvəsini tədqiq etmək istəyinə bərabər olan bir 

ağılsızlığa bənzəyir. Lakin bu məchulluğa nəhayət son qoyulmalıdır, bunu 

bakteriyaların qəsdi hesabına itirilmiş insanların ruhu tələb edir və elm zamanın bu 

çağırışına bütün potensialını sərf etməklə müsbət cavab tapmalıdır. 

   İnsan bədəninin mikroflorasının öyrənilməsini qədim insanların yeni 

torpaqları kəşf etmək sahəsindəki cəsarətləri ilə müqayisə etmək olar. Axırıncılar öz 

həyatlarını da risqə ataraq, özlərinə məlum olan dünyanın ərazilərini xeyli 

genişləndirmişdilər. İndi elm aləmində çalışanlardan belə bir cəsarət və iradə tələb 

olunur, axı onlar heç də öz həyatlarını hansısa bir risq altında qoymurlar. Təəssüf ki, 

mikrobiomun öyrənilməsinə münasibət heç də birmənalı deyildir. Bir sıra mütəxəssislər 

belə hesab edirlər ki, mikroflora barədə artan həvəs yeni bir dəb olub, ötüb keçəcəkdir. 

Belələri, geosentrik  nəzəriyyənin ardıcılları Günəşin Yer ətrafında dövr etməsini təsdiq 

etdikləri kimi, bu məchulluğunun aradan qaldırılmasına müqavimət göstərmək üçün 

edilən zəruri cəhdləri faydasız sayırlar. Onlar iddia edirlər ki, bu sahədəki gözləmələr 

fantastik xarakter daşımaqla, bəşəriyyətə qızıl dağlar vəd etmənin yeni bir növüdür.  

Skeptiklər ordusu daim elmin inkişafına böyük maneəçiliklər göstərmişlər. 

Onların əks təbliğatına baxmayaraq, əgər mikrobiom insan orqanizmində mühüm rol 

oynayırsa, onun bir hissəsinin vurduğu ziyanı azaltmaq elm və alimlər qarşısında 

duran nəcib bir məqsəd, böyük əhəmiyyəti olan vəzifə sayılmalıdır. Düşməni dost 

etməyin özü böyük qabiliyyətdir, onu zərərsizləşdirməyin özü də böyük cəsarət və 

fərasət tələb edir. Elm bu sahədə ciddi uğurlara imza atsa, bütün bəşəriyyət bundan 




40 

 

böyük fayda götürə bilər. İnsanların bədbəxtliklərinin miqyası azalar və bu günə qədər 



sağaldıla bilməyən xəstəliklər üzərində qələbə çalınması üçün arzulanan yol açılar.  

Vaxtilə dənizlər insanlar üçün yol rolunu oynayırdı, quru ilə yol çəkmək 

praktikası yalnız qısa məsafələrə tətbiq edildiyindən, su yolu böyük kəşflərə, iri 

məsafələrdəki ticarət əlaqələrinə qapıları açırdı və bu, dünyanın bütövləşməsinə gətirib 

çıxarırdı. Hələ indi də Sibirin tayqa meşələrində, Cənubi Amerikanın Amazonka 

selvalarında yollar yoxdur, ancaq çaylarla hərəkət etmək mümkün olur. Bu ərazilərdə 

quru yollarına bir ciddi ehtiyac da yoxdur. Mikroflora isə elə bir meşədir ki, onu 

öyrənmək üçün hökmən yollar açılmalıdır və bunun öhdəsindən yalnız elm gələ bilər. 

Bəşəriyyətin buna böyük ehtiyacını nəzərə aldıqda, ümid və əminlik yaranır ki, elm bu 

problemin öhdəsindən uğurla gələ biləcədir. 

 

Əxlaq siyasətin  girovuna çevrilir 



  

Son illərdə  Avropanın və Yeni Dünyanın bir sıra ölkələrində bircinsli nikahların 

müdafiəsi əvvəlki hüdudlarını aşaraq, təbiətə, ailə institutuna  belə zidd ittifaqın tam 

leqallaşdırılması fazasına keçmişdir. Bu vaxt əxlaqın təmizliyini ön plana çəkən bütün 

dinlərin mövqeləri də kənara atılmışdır. Onlar özlərinin utancaq etiraz çağırışlarının da 

artıq təsiri olmayan moizə xarakterindən uzağa gedə bilməməsi ilə, dünyanın bir çox 

hissələrində artıq tənzimləyici qüdrətə malik olmadıqları qənaətinə gəldilər, axı əslində 

heç onlara məhəl qoyan da yoxdur.  

Əxlaq pozğunluğunun  ilkin ən iyrənc nümunəsi sayılan Bibliyadakı Sodom və 

Qomorra tarixçəsi də, elə bil ki, bütünlüklə unudulmuşdur. Allah Sodoma gedən 

Abrahama demişdi ki, Sodoma və Qomorraya qarşı dəhşətli ittihamlar vardır və onların 

günahı çox böyükdür. Allah eşitdiklərinin həqiqət olub-olmadığını öyrənmək istəmişdi. 

Bu məqsədlə iki mələyini Sodoma göndərdi,  axşam şəhərə girəndə Lot onları 

qarşılamış, evinə aparmış və qonaq etmişdi. Bu vaxt şəhərlilər onun evini mühasirə 

etdilər ki, qonaqları versin ki, onlarla cinsi yaxınlıq etsinlər. Lot mələkləri xilas etmək 

üçün hər cür ən agır güzəştlərə getməyə də hazır idi. Mələklər Lotun ailəsi ilə birlikdə 

şəhərdən çıxanda, Allah Sodomu tamamilə dağıtdı. O vaxtdan etibarən yerlə yeksan 

olan Sodom və Qomorra əxlaqsızlığın və ona görə ağır ən agır bir cəzaya düçar 

olmanğın simvoluna çevrildilər.  

Lakin Bibliyada  ziddiyyətli anlar da vardır. Allahın  mələklərinə, öz 

şəhərlilərinin biabırçı təcavüzündən xilas olmaqda kömək edən Lot özü sonralar başqa 

bir günahı işlətməli oldu. Birbaşa təqsiri olmasa da, qızları ilə intsest (qanqarışdırıcı) 

əlaqəyə girdi və onların doğduğu uşaqlar iki qədim xalqın – moabitlərin və 

ammonitlərin əcdadları oldular. 

Bu hadisələrdən bizi min illərlə zaman məsafəsi ayırır. Ötən dövr ərzində 

bəşəriyyət xeyli inkişaf etmiş, bütövləşmiş, kiçik tayfalardan böyük xalqlar, dar yaşayış 

məkanlarından geniş ərazisi olan ölkələr əmələ gəlmişdir. Dünya xəritəsi Bibliyanın 

güman edə bilmədiy rəngarənglik, müxtəliflik qazanmışdır. Tarixi inkişaf həm də 

tədricən ailə institutunun xeyli möhkəmlənməsi ilə müşayiət olunmuşdur, ibtidai 

xalqlarda isə bu ittifaq əsasən nəsli artırmaq qayğısına görə bir qədər kövrək idi. 

İudaizm, həmçinin dünya dinləri olan xristianlıq və islam ailənin möhkəmliyini ön 



41 

 

plana çəkmiş, bəzən hətta hissiyyat tələbatını bütünlüklə inkiar etmək yolunu 



tutmuşdular. Xristian rahibləri qadına qarşı ehtirasın meydana gəlməməsi üçün 

guşənişin həyat tərzinə üstünlük verirdilər, insan yaşamayan dağlarda və səhralarda 

məskunlaşırdılar. Əlbəttə, xristian dini əvvəlki dövrlərdə bu məsələdə ifrata varırdı, 

təbiətin sarsılmaz qanunlarına məhəl qoymurdu, kilsə xadimləri və rahiblər arasında 

tselibat –nikahsızlıq qaydasını bərqərar etmişdi. Müsəlmanlarda əksinə olan qayda, 

çoxarvadlılıq monoqamiyaya zərbə vursa da, heç də ailə institutunun dayaqlarının 

zəifləməsinə gətirib çıxarmırdı.  

Dinlər qadınla  kişi arasındakı məhəbbət hisslərini inkar etməklə, dinə sitayiş 

edənlərin məhəbbətinin Allaha ünvanlandığını iddia edirdilər. Katolik rahibələr öz 

tselibatını, kişilərə qarşı  sevgiyə yad olmalarını yalnız İisusa məhəbbət bəslədikləri ilə 

izah edirdilər. Katolik dini, ailə institutunun qranit möhkəmliyini saxlamaq xatirinə 

bəzən nikahın pozulmasına, boşanmaya də mənfi münasibət bəsləyirdi, bunu onunla 

izah edirdi ki, kəbin Yerdə deyil, Göylərdə kəsilir və onu pozmaq olmaz. Ümumiyyətlə, 

protestanlığa qədər xristian dininin qadınla kişi arasındakı münasibətlərə dair qoyduğu 

sərt şərtlər, bəzi qadağalar həm də müəyyən ölçüdə əxlaqsızlıqlara yol açırdı. Din 

xadimləri və rahiblər arasındakı tselibat – nikahsızlıq əslində təbiətin qanunna zidd bir 

ehkam idi və onu qorumağa can atıldıqca, əxlaq pozğunluqları halları çoxalırdı. Təbii 

ehtiyacını qanuni yolla ödəyə bilməyənlər bu qaydaları pozmaqdan heç də 

çəkinmirdilər. Bu isə din xadimləri arasında eybəcər hərəkətlərə yol verilməsinə gətirib 

çıxarırdı. İtaliyan yazıçısı Covanni Bokkaççonun (XIV əsr ) “Dekameron”u, fransız 

dramaturqu Jan Batist Molyerin “Tartyuf”u belə keşişləri ələ salırdı. Hətta bəzi Roma 

Papaları da əxlaq pozğunluğu ilə məşğul olmaqdan çəkinməyərək, dünyaya bastard 

(haramzada) övladlar gətirirdilər. Dinin təmizliyi uğrunda inkvizisiya İspaniyada 

tüğyan edəndə, baş inkvizitor Torpkvemada 1492-ci ildə əsl cəlladlıqla məşğul olanda, 

Roma Papası VI Aleksandr (Borcia) digər əxlaqsızlıqları ilə yanaşı ( nikaha girməməli 

olduğu halda onun üç uşağı olmuşdu), öz doğma qızı Lukretsiya ilə də intim yaxınlıq 

etməkdən çəkinməmişdi, qızı bu əlaqədən ona hətta  oğul da doğmuşdu. Papanın özü 

və böyük oğlu Çezare Borcia qətllər təşkil etməyin ustası hesab oulnurdular. Son illərdə 

isə bəzi ölkələrdə katolik keşişlər arasında pedofiliya (azyaşlı uşaqlarla intim yaxınlıq 

cinayəti) faktlarının aşkar və ifşa olunması bu dinin nüfuzuna yeni ağır zərbə 

vurmuşdur.  

Hazırda Vatikanın  yüksək strukturlarında güclü, geniş  şəbəkəli və 

mərkəzləşmiş gey lobbisi  fəaliyyət göstərir. Vatikanı iki  bəla: şəhvət və 

tamahkarlıq dağıdır. Seminaristlərin və xor oxuyanların arasında kişi fahişəliyi barədə 

məlumatlar vardır. Vatikan administrasiyasında mühüm vəzifələri tutan şəxslər qeyri-

ənənəvi cinsi orientasiya nümayəndələri ilə görüşmək üçün kiçik mehmanxanalara, 

saunalara və klublara gedirlər. İndiki Papa Fransiskin missiyası bu eybəcərlikləri 

kökündən çıxarmaqdır. Belə Avgi tövlələrini təmizləmək isə heç də asan məsələ 

deyildir. 

İslam ölkələrində  mollaların da əxlaq məsələsində  sui-istifadə halları heç də az 

olmamışdır. Bu sahədəki biabırçılıqları klassik Azərbaycan ədəbiyyatı məharətlə ifşa 

etmişdir. 




42 

 

 Əxlaq məsələlərində daim sərt mövqeyə  malik olan dinlər Qərbdə bircinsli  



nikahların leqallaşmasına, qanuni hüquqa yiylənməsinə, ən azı anlaşılmayan laqeydlik 

göstərirlər. Bu onların nüfuzunun xeyli aşağı düşməsinə dəlalət edir və onlar da insan 

haqlarının imperativ xarakter daşımasını nəzərə alaraq qeyri-ənənəvi sayılan nikahların 

mülki qaydada bağlanmasına müqavimət göstərə bilmirlər.  

Vaxtilə katolitsizmin  qalası sayılan və Reyormasiyaya  görə vətəndaş 

müharibəsinə cəlb olunan Fransa artıq bircinsli nikahların qeydliyyatdan keçməsinə, 

tam hüqüqlü  instituta çevrilməsinə, bütün proseduralara  əməl olunmaqla qəbul edilən 

qanun əsasında nail olmuşdur. Bu hadisə həm də geniş təbliğat kampaniyası ilə 

müşayiət olunmuşdur. Monpelye şəhəri meriyasında iki cavan oğlanın nikahının qeydə 

alınmasının təşkili əsl bayram xarakteri almışdı. Onsuz da Fransada uzun müddət 

ərzində bəzi hallarda əxlaqın təmizliyinə  elə bir əhəmiyyət verilmirdi. XVII əsrdə bu 

ölkədə çoxalan bastardlar öz qanundan kənar mənşələri ilə fəxr edirdilər. Kral 

sarayında kral və onun arvadı kraliça bir qayda olaraq məşuqəsiz və məşuqsuz 

keçinmirdilər. Bəzi məşuqələr dövlət işlərinə müdaxilədə hədd tanımırdılar, ona görə 

də böyük qüdrət sahiblərinə çevrilirdilər. Kral XV Luinin məşuqəsi madam Pompadur 

metsenat fəaliyyəti ilə məşğul olduğundan, şairlər, yazıçılar, incəsənət adamları onun 

himayəsinə xüsusi ehtiyac duyurdular. Fransanın ən nəcib kralı hesab edilən IV Henri 

iki dəfə arvad almaqla yanaşı (onun arvadları Mediçi nəslinin nümayəndələri idi), 

məşuqələrə malik idi. Günəş Kral adlanan XIV Luinin öz məşuqələrindən haramzada 

övladları var idi, onun öz anası Anna Avstriyalı isə, kral az yaşlı olanda dövləti idarə 

edən Mazarinin məşuqəsi olmuşdu. Napoleon müqayisə olunmaz hərbi zəfərləri ilə 

yanaşı, qadın çarpayılarında qazandığı qələbələrlə də öyünə bilərdi.  

Müasir Fransa isə, prezident seçkiləri kampaniyasında bircinsli nikahları 

qanuniləşdirməyə söz verən, bu yolla həmin adamların səsini qazanan və prezident 

seçilən Fransua Oliandın «uğurla» həyata keçirdiyi ilk böyük tədbirin məkanı oldu. 

Prezident  Olland orientasiyası fərqli olanların qarşısında verdiyi vədi yerinə yetirdi. 

Lakin bu hərəkəti ilə həm də ölkə əhalisini parçaladı, iki hissəyə – homoseksual azlığın 

əleyhdarlarına və tərəfdarlarına böldu. Həm də Fransa iri döblətlər arasında bircinsli 

nikahları leqallaşdıran ilk dövlətə çevrildi. Demokratik ölkədə siyasət xalqa xidmət 

edir, onun adından həyata keçirilir. Fransada isə bu məsələdə xalqın çoxluğunun 

etirazları nəzərə alınmadı, onun rəyinə heç məhəl də qoyulmadı. 

Fransanın təcrübəsi  təkcə bu ölkənin hüdudlarında  qapanıb qalmadı. 

ABŞ prezidenti Barak Obama da özünün ikinci müddətə  seçilməsi üçün apardığı 

kampaniyada homoseksualistlərə verdiyi vədə əməl etdi. Obama administrasiyasının 

müraciəti əsasında Birləşmiş Ştatların Ali Məhkəməsi bu məsələyə baxdıqda, hakimlər 

düşünülən qaydada bircinsli nikahlar hərəkatına təkan verdi, baxmayaraq ki, bu 

sferada baş verəcək müəyyən şəkildəki siyasi mübarizənin taleyini həll etməyi ştatlara 

həvalə etdi. Ali Məhkəmə Amerika Birləşmiş Ştatlarında «Nikahın müdafiəsi barədə 

Aktın» - bu mühüm federal sənədin, nikahın kişi ilə qadın arasındakı ittifaq olması 

barədəki müddəasını ləğv etdi. Bu o deməkdir ki, geylər və lesbiyankalar  öz 

münasibətlərini rəsmi qaydada qeydə aldıracaqlar və həm də kişiyə və arvada nəzərdə 

tutulan federal güzəştlər onlara da şamil ediləcəkdir. Məhkəmə həmçinin Kaliforniyada 




43 

 

bir az əvvəl referendumda qəbul olunmuş bircinli nikahlara qoyulan qadağaların da 



üzərindən yoğun bir xətt çəkdi.  

Onu da qeyd etmək  lazımdır ki, Fransada olduğu kimi, Birləşmiş  Ştatlarda da 

media bu tədbiri böyük razılıq və sevinclə qarşıladı. Fransadakı ilk belə nikah yerli və 

beynəlxalq televiziya kanalları vasitəsilə geniş şəkildə işıqlandırıldı. ABŞ-da isə «The 

Nyu York Times» qəzeti öz redaksiya məqaləsini «Bərabərliyin qələbəsi» başlığı altında 

dərc etdi. Qəzet yazır ki, amerikan geyləri və lesbiyankaları barədə dövlət ayrı-seçkiliyi 

üzrə olan sanksiyaların ləğv edilməsi uğrunda aparılan uzunmüddətli mübarizədə 

nəhəng qələbə qazanılmışdır. Lakin Ali Məhkəmənin, çox illər ərzində davam edən 

ədalətsizliyi bütünlüklə ləğv etmək sahəsindəki şansı bu vaxt əldən buraxdığını da 

qeyd edərək, qəzet göstərir ki, Amerika Femidası xeyli sayda ştatda olan geylərin yenə 

də ikinci sort adamlar kimi qalması qaydasını poza bilmədi. Qəzet yazır ki, güman ki, 

məhkəmə onu nəzərə almışdır ki, belə ümumi yaxınlaşmaya ölkə hələ də hazır deyildir, 

ancaq bununla həm də bu problemin ölkəni parçalamaq gücündə olduğu ehtimalına 

şişirdilmiş qaydada yanaşdığını nümayiş etdirdi. Lakin bunu da diqqətdən yayındırdı 

ki, sonrakı təxirə salınma da adamlara olduqca baha başa gələcəkdir. Bu vaxtdan 

etibarən artıq amerikanların 30 faizi bircinsli nikahların icazə verildiyi regionlarda 

yaşayır.  

Aydın deyildir ki, bircinsli cütlüklər barədə yeniləşmiş federal qanun qəbul 

ediləcəkdimi ki, belə nikahın qanuni sayıldığı ştatda evlənmiş, lakin sonra bircinsli 

nikahlara icazə verilməmiş ştata getmiş adamların üzləşəcıyi problemləri asanlıqla həll 

etsin. Yerli məhkəmələr bu işlərə yəqin ki, öz ştatlarının xeyrinə olan qaydada 

baxacaqdır və bircinsli nikahları qadağan edən ştatların qanunların əleyhinə çıxacaqlar. 

Bu vaxt Ali Məhkəmə yenidən bu problemlə qaytmağa məcbur olacaqdır.  

Bircinsli nikaha daxil olan yeni ər-arvadlar başqa ştatın sərhədini keçdikdə, 

onların nikahı hökmən sual altına salınacaqdır. Bu vəziyyət Vətəndaş müharibəsindən 

əvvəl Birləşmiş Ştatlarda mövcud olan situasiyanı yada salır.Qul ştatlarının yerləşdiyi 

Cənubla, quldarlığı ləğv etmiş Şimal ştatlarının münasibətləri bu ziddiyyətə görə daha 

da pisləşirdi. Azadlığa can atan qullar Cənubdan qaçıb, Şimalda gizlənməyə ümid 

bəsləyirdilər. Lakin Cənubun təzyiqi və təhriki ilə xüsusi «Qaçmış qullar barədə qanun» 

qəbul olundu. Bu qanuna görə, qaçan qul Şimalda tutulub, mühakimə olunmaqla, 

Cənublakı sahibinə qaytarılmalı idi. Məhkəmə hər qaçan qulu sahibinə qaytardığına 

görə həmin qanuna müvafiq olaraq dövlətdən 5 dollar məbləğində mükafat alırdı, bu 

da bütün hökmlərin birtərəfli, yəni qulların ziyanına olacağına zəmin yaradırdı. 

Bircinsli nikaha daxil olanlar da öz ştatlarında qanunun himayəsi altında sərbəst 

olduqları halda, bu qaydanı qəbul etməmiş ştatın ərazisinə keçdikdə, onların təqib 

olunması ehtimalı artır və buna görə problemlərlə üzləşə bilərlər. Belə  vəziyyəti 

aydınlaşdırmaq üçün yeni məhkəmə prosesləri işə düşəcəkdir, onlar da yəqin ki, 

ştatdakı mövcud münasibətə uyğun olaraq qərar çıxarmağa üstünlük verəcəklər. 

Femida bu vaxt gözlərindəki pərdəni kənara atacaqdır.  

«Washinqton Post» qəzeti isə yazırdı ki, bircinsli nikahlar qələbə çalmışlar, ləğv 

edilmiş qanunlar isə diskriminasiyaya xidmət edən sənədlər idi. Artıq 13 ştatda 

bircinslilər öz nikahlarını qeyd etdirə bilərlər. Avqustun 1-dən isə bircinsli nikahlar 

ABŞ-ın daha 7 ştatında da qanuni hesab edilcək, həmin regionlarda isə bir il əvvəl buna 



44 

 

icazə verilmirdi. Kalifoniya, Delaver, Men, Merilend, Minnesota, Rod Aylend, 



Vaşinqton ştatları yeni qanunu qəbul edənlərin siyahısına daxil olacaqlar. Bu yeddi 

ştatda isə 59 milyona qədər adam yaşayır.   

Bu vaxtadək çox sayda amerikan özü ilə  bir cinsdən olan əcnəbi partnyorları 

üçün vətəndaşlıq və ya yaşamaq hüququnu ala bilmirdi. ABŞ Ali Məhkəməsinin son 

qərarı belə ayrı-seçkiliyə birdəfəlik son qoyur.  

Ən mühüm  cəhətlərdən biri də odur ki, Ali  Məhkmə Kaliforniya məhkəməsinin 

qeyri-konstitusional hesab etdiyi 8-ci düzəliş barədəki qərarını ləğv etdi. Beləliklə, 

Kaliforniya ştatı yenidən bircinsli nikahları qeydə alacaqdır.  Qəzet yazır ki, «Nikahın 

müdafiəsi barədə Akt» və 8-ci Kaliforniya düzəlişi homofob təşəbbüslərinin bəhrəsi 

olmaqla, onların eyni vaxtda ləğv edilməsi homofoblar üçün nəhəng məğlubiyyətə 

çevrildi. Hələ 2003-cü ildə ABŞ Ali Məhkəməsi qəti surətdə qərara almışdı ki, 

homoseksuallığın cinayət xarakterli olduğu barədə ştatlarda nə vaxtsa qəbul olunmuş 

bütün qanunlar qeyri-konstitusionaldır. Buna görə dövlət bütün ştatlarda bircinsli 

nikahları hüquqi cəhətdən eibarlı hesab edəcəkdir. İyunun sonunda San-Fransisko 

meriyasında iki lesbiyankanın nikahı qeydə alındı. Fransadakı oğlan cütlüyü, burada 

isə qadın cütlüyü qanuni nikah bağlanmasına yol açdılar.        

   Artıq İngiltərə də bircinsli nikahları qanuniləşdirmək ərəfəsindədir, daha 

doğrusu, parlamentin hər iki palatası, əvvəlcə Lordlar Palatası, sonra isə İcmalar 

Palatası belə qanunu qəbul etmişlər, indi yalnız kraliçanın qanunu imzamlaması qalır, 

bunda isə heç bir şübhə ehtimalı olmamalıdır. 

  Cari ildə bircinsli nikahlar həmçinin Braziliyada qanuni elan edilmişdir. Belə 

qanunun həmçinin bu ilin avqustunadək Uruqvayda və Yeni Zelandiyada qüvvəyə 

minməsi planlaşdırılmışdır. 

Qeyri-ənənəvi  cinsi orientasiya heç də XX əsrin  ikinci yarısının və ya XXI əsrin 

başlanğıcının problemi deyildir. Deməli, bircinslilərin intim yaxınlığı qədim dövrlərdə 

də mövcud olduğundan, Bibliya bunu insan təbiətinə zidd olan bir eybəcərlik kimi 

təsvir etmiş, gələcək nəsillərə ibrət dərsi vermək üçün Sodom və Qomorra simvollrını 

meydana gətirmişdir. Bibliya homoseksuallığı günah adlandırır (Başlanğıc,19:1-13, 

Levit 18:22). Bircinsli intim yaxınlığın İncil də xristianlıqda günah olmasını qeyd edir. 

İslam bilicilərinə görə  homoseksuallıq cinayətini törətməkdə təqsirkar olan daş-qalaq 

edilməli idi, istəyir o, evli, ya subay olsun.  

Əgər homoseksualizm indi xeyli sayda xalqları və dövlətləri düşünməyə, yeni 

qanunlar çıxarmağa sövq edirsə, bu hadisənin mahiyyətinə nəzər salmaq pis olmazdı. 

Homoseksualizm normal seksual münasibətin dəyişilməsi adlanmaqla, eyni cinsdən 

olan adamın başqa birisinə cinsi cazibə hiss etməsidir. Yunan dilində homo – «eyni» 

deməkdir, bu, heç də latın dilindəki «homo»-dan – «insan» sözündən əmələ 

gəlməmişdir. Homoseksualizm, həm heteroseksualizm (başqa cinsdən olana) 

münasibətlərinə görə homoseksualizmə üstünlük verilməsini,həm də homoseksual və 

heteroseksual praktikanın növbələşməsini (bioseksuallığı) əhatə edir. Bu normadan 

kənara çıxma heç də həmişə fiziki kontakta aparıb çıxarmır.  

Qadın homoseksuallığı  isə çox vaxt lesbiyanizm adlanır, bu da Egey 

dənizindəki Lesbos adasının adından götürülmüşdür, həmin adda şairə Sapfo bir qrup 

qadına liderlik edirdi. Homoseksuallıq barədə, seksual normadan kənara çıxmanın 



45 

 

qədim və ümumi praktikası haqqında müəyyən məlumat verilməsinə baxmayaraq, XX 



əsrə qədər bu məsələnin elmi cəhətdən öyrənilməsinə diqqət verilmirdi. Bu, da 

müəyyən qədər onunla əlaqədardır ki, onlara çox hallarda qanuni və mənəvi biabırçılıq 

əlaməti kimi baxılırdı. Yalnız İkinci Dünya müharibəsindən sonra, islah-əmək 

düşərgələrinin etiraflarından kənarda baş verən məlumatlar əsasında bu məsələ 

öyrənildi.. İri miqyaslı homoseksuallıq hadislərinin və sosial əlaqələrinin korrelyasiyası 

A.K.Kinsey tərfindən 1948-ci və 1953-cü illərdə öyrənilmişdi. ABŞ-da kişilərin 37 

faizinin, qadınların isə 13 faizinin ən azı bir dəfə homoseksual təcrübəyə meyl edən 

əlamət nümayiş etdirdiyi barədə o, məlumat vermişdi.  

Digər ölkələr  barədə müvafiq statistik məlumatları müqayisə edə bilmədiyindən 

və yararlı məlumata malik olmadığından, onun bu fenomeni öyrənməsi ümumən 

homoseksual fərdlərlə və kiçik qruplarla məhüdudlaşmışdı. Birləşmiş Ştatlardakı digər 

başqa bir antropoloq və fizioloq sadə cəmiyyətləri öyrənmiş, 190 cəmiyyətdən 76-da 

homoseksuallıq yararlı kimi qəbul edilmiş, onlardan 49-da (64 faizində) bu praktikanın 

normal hal sayıldığı məlum olmuşdur. 

Ölüm təhlükəsi  də daxil olmaqla, hətta sərt cəzaların  olduğu cəmiyyətlərdə də 

homoseksuallıq hələ də baş verir. Bu, çox hallarda kişilər və qadınlar arsında meydana 

çıxır, qadınlara nisbətən, kişilərdə nomardan kənara çıxma qaydasındakı belə cinsi 

fəallıq və ya stabil əlaqələr boşanmaya gətirib çıxarır.  

Homoseksuallıq  hallarına görə dörd hipoteza irəli  sürülür:  

1. Genetik azmadan  əmələ gələn və ya bəzi irsən götürülən bircinsli əlaqə 

əvvəlcədən olan bir meyl kimi  belə cinsi davranışa adamı  anadan doğulan vaxtdan 

istiqamətləndirir. Bu nəzəriyyə yüngül eksperimentlərdən və əsasən heyvanlar 

arasında olan əlaqələrdən çıxarılmışdır.  

2. Homoseksual  obyektin seçimi tədricən fərd-cəmiyyət münasibətlərinin fərdi 

əlaqələrində mövcud olan xüsusi şəraitlərin nəticəsi olur və bu, adamın özünü 

homoseksual kimi tanımasında fərdin xeyrinə olur. Bu qarşılıqlı əlaqəyə görə 

normadan kənara çıxma yalnız 1970-ci illərdə öyrənilmə obyektinə çevrilmişdir.  

  3.Uşağın inkişafının xüsusi dövrlərində, xüsusən erkən  uşaqlıq vaxtı və 

gənclikdə həlledici rol oynayır. Bu isə daha çox dustaqxanalarda mövcud olur. Oğlanlar 

homoseksual fəaliyyəti icra edirlər, çünki sonralar bu, həmyaşıd qrupun təzyiqləri ilə 

hetoroseksual əlaqələrə gətirib çıxarır.  

4. Valideynlər  və uşaqlar arasındakı kəskin  qaydasızlıqlar bəzi homoseksuallığı  

dəstəkləyən bir amil hesab  edilir, çünki oğlan uşağının  

müstəsna qaydada özünü tanıması  öz anası ilə və ya qızın  isə öz atası ilə baş verir. 

Empirik məlumatlar hesabına homoseksualların həyat tarixçələri heteroseksuallarınkı 

ilə müqayisə edildikdə, həmçinin ziddiyətli nəticələr əldə edilir. Ancaq onu da qeyd 

etmək lazımdır ki, azacıq öyrənmə qeyri-adi sayılan ana-oğul münasibətlərinin 

tanınması ilə əlaqədardır. 

Axırıncı hipotezanın  təsdiqi kimi onu misal gətirmək olar ki, Samoa adasında 

bir sıra oğlan uşaqlarını hələ körpəlikdən  qız uşağı kimi tərbiyə edirlər, demək olar ki, 

onlar daim kişi cinsi  ilə sevgi münasibətlərində olurlar. Bu vəziyyət Samoa 

mədəniyyəti üçün nəinki adi haldır, heç homoseksualizm də hesab edilmir. 




46 

 

Uşaqların erkən yaşlarda olduqları mühit də bəzən onların cinsi  



orientasiyasını dəyişmə meylini  yaradır. Oğlan uşaqlarının ananın və ya 

nənənin bəzək şeyləri və kosmetikası ilə oynamaları belə nəticələrə gətirib çıxarır. 

Homoseksuallığın fizioloji  cəhətdən anormal hesab edilməsi «normal» 

adamların fizioloji təsəvvüründən, quraşdırmasından əmələ gəlir. Homoseksuallarla 

heteroseksuallar arasında mühüm fərq və ya bir cinsdən olanın və ya başqasının 

seçilməsi belə bir nəticənin obyektidir.  

Bəziləri naşılıq üzündən, lazımi biliklərə malik olmadıqlarından 

homoseksualizmin təbiətə zidd olduğunu sübut etmək üçün heyvan aləmindən misal 

gətirirlər, guya ki, onlarda belə bircinsli əlaqələr mövcud deyildir. Bu yanlış fikirdir. 

Erkək zürafələr çox vaxt digər erkəklərlə cütləşirlər. Bir çox qruplarda homoseksual 

kontaktlar heteroseksual əlaqədən daha çox baş verir. Kərtənkələlərin bir çox növü heç 

erkəyin iştirakı olmadan, partenogenez qaydasında törəmə verirlər. 

Homoseksualları fahişələrlə  müqayisə etmək də ədalətsizlikdir. Fahişəlik 

homoseksuallıqdan fərqli olaraq qazanılır və peşəyə çevrilir, belə qadınlar çox hallarda 

həyatlarının mənasını öz bədənini satmaqda görürlər. Fahişələr bəzən normal 

cəmiyyətdən təcrid olunmaqla, öz submədəniyyətlərinə qapılırlar. 

Çox sayda dövlətlərdə  və millətlərdə bu peşəyə həsr edilən həyat yarlık kimi 

qəbul edilir, bunun bəzən  cinayətlərə qədər inkişaf etməsi də təccüb doğurmur. 

Onlar bəzi hallarda mütəşəkkil cinayətkarlığa cəlb olunurlar.  

Bibliyanın  bircinsli intim yaxınlığı iki şəhərlə 

məhdudlaşdırmasına, lənətləməsinə baxmayaraq, qədim dünyada homoseksualizm heç 

də nadir hadisə hesab olunmurdu. Antik dövrün tarixi bu barədə daha geniş 

məlumatlar verir. Qədim Yunanıstanda bircinsli məhəbbət az qala heterocinsdən olan 

adamların məhəbbətinə bərabər sayılırdı. Bu ölkədə həmin dövrdə kişilər arasında 

məhəbbət olduqca geniş yayılmışdı, bu, hisslərin məhz normal qaydada meydana 

çıxması halı kimi hesab olunurdu. Əsatirə görə, məhəbbət allahı Erosun oxları təkcə 

kişilər və qadınlar arasında deyil, həmçinin kişilər arasında biri-birinə qarşı sevgi 

hissləri yaradırdı. Gənclərə məhəbbətin həm də tərbiyəvi əhəmiyyəti olduğu güman 

edilirdi. Belə ki, yaşlı kişi həyatda gənc oğlanın hamisi olurdu. Kişi məhəbbətinin 

dünyası, polislərin (şəhər-dövlətlərin) hərbi təşkilatının xüsusiyyətlərindən əmələ 

gəlirdi, burada veteranların himayədarlığı hərbi xidmətə yeni daxil olarlarla intim 

yaxınlığa çevrilirdi. Yunanlar nikahı praktiki fayda nöqteyi-nəzərindən qəbul edirdilər. 

Ər öz arvadında birinci növbədə uşaqlarının anasını və ocağını mühafizə edənini 

görürdü. Ona görə də burada iki cins arasındakı məhəbbət prioritet əhəmiyyətə malik 

deyildi.  

Orduda isə  homoseksualizm daha geniş yayılırdı. Tarixin  ən böyük sərkərdəsi 

sayılan Makedoniyalı Aleksandr öz əziz dostu Hefestionla  intim yaxınlıqda idi və bu 

əlaqə  sərkərdənin baktriyalı arvadı Roksananın ciddi hiddətinə səbəb olurdu. 

Hefestionun ölümü Böyük Aleksandr üçün ağır zərbəyə bərabər idi.  

Qədim Yunanıstanın Fiva əyalətində homoseksualizm ümumiyyətlə qəbahət 

sayılmırdı. Bir-birinə vurulmuş kişilərdən, sayı 300 nəfər olan elit qoşun düzəldilirdi. 

Bir mühüm döyüşdə onlardan heç kəs geri çəkilmədi, əksinə, ölümü, öz sevgilisi 




47 

 

qarşısında qaçıb xilas olmaq biabırçılığından üstün hesab etdi. Bu barədə məşhur tarixçi 



Plutarx yazır. 

Qədim Yunanıstan həm də qadınlar arasında homoseksual  

əlaqələri meydana çıxarmışdır. Troya müharibəsinin baiskarı füsunkar Yelenaya təkcə 

kişilər deyil, ətrafındakı qızlar da vurulurdular. Lesbos adasından olan görkəmli şairə 

Sapfo (b.e.ə. VII-VI əsrlər) gözəl nəğmələr, nikah nəğmələri sayılan epitalamyaların 

müəllifi olmaqla, bu şeirlərində dərs dediyi, ərə getməyə hazırlaşan qızlara mürəciət 

edirdi. Onun başçılıq etdiyi kult birliyi gözəllik ilahəsi Afroditaya həsr olunmuşdu. 

Sapfonun şeirlərində məhəbbət və həsrət motivləri çoxluq təşkil edirdi və şairənin 

düşüncəsində məhəbbət «şirn-acı əjdahadır ki, ondan heç bir qorunma üsulu yoxdur». 

Əfsanəyə görə, şairə dərs verdiyi qızlarla intim yaxınlıq edirdi. Platon öz 

epiqrammasında onun mahnıları barədə demişdi: «Muzalar (ilahələr) sayca doqquz 

hesab olunur, lakin onlar çoxdur, axı lesbiyanka Sapfo da muzadır. Onunla birlikdə 

onlar on nəfərdir». Bu sözlərlə böyük filosof, Sapfonu ilahələrə bərabər tuturdu. 

Orta əsrlərdə yapon samuraylarında təcrübəli  kişi ilə gənc oğlan arasında 

syudo – homoseksuallıq praktikası xüsusi hörmətə malik idi. Belə hesab olunurdu ki, 

bu, gəncdə ləyaqəti, vicdanlılığı, gözəllik hissini tərbiyə edir. 

Qədim Romaya  isə yunan mədəniyyətinin güclü təsiri olduğu kimi, yunanların 

əxlaq məsələsindəki qüsurları da bu ölkəyə asanlıqla yol tapır və orada geniş yayılırdı. 

Bizim eradan əvvəl II əsrdə yaşamış Qədim Romanın görkəmli dövlət xadimi Böyük 

Katon yunanların əxlaq pozğunluğunun təsirinə qarşı kəskin mübarizə aparırdı, hətta 

onların ədəbiyyatının və incəsənətinin öz ölkəsinə nüfuz etməsinə də qarşı çıxırdı. 

Həmin dövrdə yaşamış komedioqraf Tit Maktsi Plavt öz əsərlərində yunanların 

pozğunluğuna qarşı romalıların bakirəliliyini qoyurdu. Lakin sonrakı dövrlərdə bu 

bakirəlikdən heç bir əsər-əlamət qalmadı. 

Böyük Roma sərkərdəsi Qay Yuli Sezarın da cinsi orientasiyasında qüsuru 

olduğu bildirilir.17 yaşında olarkən o, bir qədər Bufiniyada yaşamışdı, orada çap 

Nikomedin guya onunla intim əlaqədə olduğu güman edilir. Düşmənləri bəzən onu 

«Nikomedin arvadı» adlandırırdılar. Əxlaq pozğunluğuna görə Sezara «bütün 

qadınların əri, bütün kişilərin arvadı» deyirdilər. Belə ittihamlar, ona olan paxıllıqdan 

da qidalana bilərdi.  

Sezara cəsarət  kimi, hədyanlıq da yad deyildi, o, həm də istənilən vaxt 

qanunlara, hətta dini qadağalara məhəl qoymamaqla seçilirdi. Senatorlardan biri onun 

qanun  layihəsinə qarşı kəskin şəkildə çıxış etdikdə, Sezar onun başına əvvəlcədən 

hazırlanmış bir vedrə peyin tökmüş və senatı alçaltmışdı. Peyinə müraciət isə qanun 

layihəsinin aqrar məsələyə aid olması ilə əlaqədar idi. Sonralar isə o, ölkənin vətəndaş 

müharibəsinə cəlb etdi və çar olmaq eşqinə düşdükdə isə, senatorların hazırladığı sui-

qəsddə qətlə yetirildi.  

Sonrakı ilkin 15 imperator arasında təkcə Klavdinin kişilərlə məhəbbət 

əlaqəsində olmaması güman edilir. Bu isə şairlər və yazıçılar tərəfindən qeyri-adi 

davranış hesab olunurdu və onlar Klavdini ələ salınırdı. Onlar deyirdilər ki, yalnız 

qadınları sevməklə Klavdi arvada bənzəyən oldu. Ailəsində isə o, bədbəxt adam idi, 

imperator əri sağ ola-ola əxlaqsızlıqda ad çıxarmış arvadı Messalina başqasına ərə 

getmişdi. Messalina öldürüldükdən sonra Klavdi öz doğma qardaşı qızı Aqrippinaya 



48 

 

evləndi, o, gələcək imperator Neronun anası olmaqla, bu vaxt dul qadın idi. Onun öz 



oğlu Neronla intsest (qanqarışdırıcı) əlaqədə olduğu iddia edilir. Neron isə öz sələfi, 

doğma bacısı ilə intim yaxınlıq edən Kaliqula kimi əxlaqi pozğunluq simvoluna 

çevrilmişdi, o, bir oğlana evlənmiş, digər bir oğlana isə ərə getmişdi. Tarixçi Svetoni 

özünün «On iki Sezarın həyatı» əsərində nəcib imperatorlardan başqa digərlərinin 

iyrənc əxlaqından geniş söhbət açır.  

Sonralar İtaliyada da  məşhur sənət adamları arasında homoseksualizmə meyl 

edənlər olmuşdu. Renessansın dahi heykəltaraşı və rəssamı Mikelancelonun və 

şöhrətdə ondan geri qalmayan Leonardo da Vinçinin də həmin qrupun 

nümayəndələrindən olduğu bildirilir. Mikelancelo ahıl yaşına çatmasına baxmayaraq, 

evlənməmişdi, məşuqəsi hesab edilən şairə qadınla isə onu yalnız platonik məhəbbət 

birləşdirirdi.  

XIV əsrin əvvəllərində İngiltərə kralı olmuş II Eduardın kişi məşuqu Piers 

Qeyverston dövlətin idarə edilməsinə də müdaxilə edirdi və bu, kralın fəlakətli 

vəziyyətə düşməsinə gətirib çıxardı. Onun arvadı Eleanor da öz məşuqu Rocer 

Mortimerin köməyi ilə kralı taxt-tacdan devirdi. Dahi ingilis dramaturqu Uilyam 

Şekspirin də homoseksualist olduğu etiraf edilir. Görkəmli ingilis dramaturqu və şairi 

Oskar Uayld lord Alfred Duqlasla yaxın dostluq edirdi və onun atası Uayldı sodomitdə 

ittiham etdi və həmin cinayətə görə o, 1895-ciildə iki illiyə azadlıqdan məhrum edildi. 

Dustaqxanadan o, məşuquna gileylə dolu olduqca təsirli məktublar yazırdı. Məhbəsdən 

çıxdıqda o, ehtiyac içərisində idi. Bu səbəbdən də Parisə yollandı və 1900-cü ildə 46 

yaşında orada da öldü və şəhər qəbristanlığında dəfn edildi.  

Dahi rus  mədəniyyət xadimləri arasında da cinsi  orientasiyası ənənə halından 

uzaq olanlar olmuşdur. Böyük bəstəkar P.İ.Çaykovski belə davranışının üstünün 

açılmasından qorxub, zəhərlənmə yolu ilə həyatdan getmişdi. Balet sənətinin məşhur 

xadimləri S.P.Dyagilyev və Rudolf Nuriyev öz cinslərindən olanlarla yaxınlığa 

üstünlük verirdilər. Axırıncı belə nizamsız əlaqələrə görə AİDS xəstəliyinə tutulmuş və 

bu fəsaddan ölmüşdü.  

Belə siyahını xeyli artırmaq olar. Geylər isə  özlərinin ümumdünya fenomeni 

olduqlarını  göstərmək üçün həmn dəstəyə aid  olan məşhur şəxsiyyətlər barədə çox iri 

siyahı təqdim edirlər və burada əslində ciddi şişirtmə halı olmaya da bilər.  

Cinsi orientasiyası  fərqli olanları nədəsə günahlandırmaq da 

insanllıq ölçüsündə ədalətsizlik hesab olunmalıdır. Bir çox hallarda bu təbiətin 

səhvidir və ya genetik  əsaslara malikdir. Təbiətin qüsuruna və ya valideynlərn 

təqsirinə görə kimisə günahlandırmaq da ən azı rəhmsizlikdən xəbər verir. Onların 

münasibətlərinə insanlığı ləkələyən bir hal kimi baxmaq da nə dərəcədə həqiqətə 

uyğundur? Əxlaqsızlığa, fahişəliyə, öz bədənini alver obyekti edənlərə qarşı bir sıra 

ölkələrdə hansısa hədlərdə mübarizə aparılırsa, bircinsli intim yaxınlığa meyl edənlərə 

əvvəlki tək qəddarcasına münaibət bəslənməsi yolverilməzdir. Geylərə ya 

lesbiyankalara qarşı ispan inkvizisiyasını bərpa etmək nə dərəcədə haqlıdır? Hisslərə 

görə, əgər bu qanunu kobud surətdə pozmaqla müşayiət olunmursa, insanlar nəyə görə 

hansısa ittihamlara məruz qalmalıdır?  

Lakin homoseksual  lobbi də homoseksualizmin normal hal  olduğunu təbliğ 

etməklə, əslində hədyanlıq  fazasına keçib, digər əksəriyyət tərəfindən  özləri üçün 



49 

 

əslində aqressiv mühit yaradılmasına səy göstərir. Geylərin özünü elitar təbəqə hesab 



etməsi də onlara qarşı tolerantlığı sıradan çıxarıb, nifrət hissinin yenidən güclənməsinə 

səbəb ola bilər. Təssüf ki, bəzi KİV-lər bu məsələdə ölçü hissinə riayət etməyib, qeyri-

ənənəvi orientasiya azlığına aid hər bir uğurlu tədbiri, az qala onların triumfu kimi 

qələmə verirlər.  

Geylər, lesbiyankalar  bircinsli nikaha daxil olmaqla  öz arzu olunan 

məqsədlərinə çatırlar, cəmiyyət də bundan birbaşa ziyan  çəkmir. Lakin cəmiyyətin 

inkişafı üçün insan nəslinin artması mühüm  şərt olduğundan, bircinsli nikahlar ziyan 

vurmamış da ötüşmür. Axı belə nikahlarda övlad törəmir, yalnız əks cinslərin 

ittifaqından nəsl artmağa başlayır. Ona görə də hər bir millət həm də özünün 

demoqrafik inkişafına qayğı göstərməlidir. Onsuz da bir sıra Avropa ölkələrində uşaq 

doğumunun kəskin surətdə azalması hesabına, gənc yaşda olan əhalinin sayı azalır, 

həmin ölkələr qocalar və ahıllar diyarlarına çevrilirlər. Sodomiyanı az qala ön plana 

keçirən cəmiyyət getdikcə yeni, çox vacib olan təzə qandan məhrum ola bilər. 

Dinozavrların bir vaxtlar nəslini çoxaltmağa həvəsini itirdiyi güman edilir, bu isə 

onların növünün bütünlüklə sıradan çıxmasında rol oynayan mühüm amillərdən birinə 

çevrildi. Bəşəriyyət dinozavrların taleyini yaşamağa azacıq meyl etsə, bu görünməmiş 

fəlakətə səbəb ola bilər.  

Bir sözlə, bircinsli  əlaqələrə tolerantlıq göstərilirsə, buna daxil olan adamlar da 

əksəriyyətə  qarşı aqressivlikdən uzaq olmalıdırlar. Qoy onlar özlərini tam hüquqlu  və 

hörmət olunan vətəndaşlar kimi hiss etsinlər, ancaq heç də özlərini yüksək kasta hesab 

etmək iştahına düşməsinlər. Onlardakı bəzən güclü qısqanclıq hissi həddi aşır və 

ətrafdakılara ölçüyə sığmayan qəzəb hissinə çevrilir. Dustaqxanalardakı gənc 

«məşuqəsinə» kimsə söz atdıqda, ifrat qısqanclıq hesabına hami məşuq ən ağır cinayətə 

də əl atmaqdan çəkinmir. Ona görə də məhbəslərdəki bircinsli əlaqələr yeni, daha ağır 

cinayətlər üçün şitillik rolunu oynayır. 

Keçmişdə təmiz  əxlaqın bərqərar olması naminə faydalı  tədbirlirlə yanaşı, 

ifrat cəzalar  praktikası da tətbiq olunurdu. Keçmişin dəhşətləri yalnız 

xatirələrdə yaşasa yaxşıdır, onların təkrarı və ya yeni şəkildə bərpa edilməsi 

ümumilikdə bəşəriyyətə, həm də hər bir xalqa böyük faciələr «ərməğanı» bəxş edə bilər. 

Qeyri-ənənəvi cinsi azlıqlara qarşı münasibət kin, nifrət, təcavüz dalğası şəklini  alsa, 

bu arzu olunmayan qorxulu hadisəlrin baş verməsinə gətirib çıxara bilər. Axı keçmişdə 

«ifritə ovu» günahsız insanların faciələrlə üzləşməsinə səbəb olmuşdu. Fərqli hisslərə 

görə insanların alçaldılması, qurbana çevrilməsi cinayətdən də betər bir hal hesab 

edilməlidir. Axı əksər müasir qanunlarda bircinsli intim əlaqələrin kriminal xarakter 

daşıması kimi xarakterizə olunması artıq ləğv edilmişdir. SSRİ-dəki cinaət 

məcəllələrində isə bircinsli əlaqələr cinayət hesab edilirdi və müvafiq cəza növu 

nəzərdə tutulurdu. Vaxtilə natsistlər öz dəhşətli cinayətlərinə haqq qazandırmaq üçün 

belə bir mifə əl atırdılar ki, yəhudilər öz bədbəxtliklərinə görə özləri günahkardır. 

Geylərə hücum, təcavüz edənlər də belə gülünc səslənən hansısa bir uydurulmuş 

səbəbə əl ata bilərlər ki, guya cəmiyyəti təmizləmək üçün onlar sərt tədbirləri işə 

salırlar. Belə təmizləmələrdən isə, əlbəttə ki, neofaşizm qoxusu gəlir.  

Təbiət, bəzən  isə şərait bu adamların cinsi  orientasıyasını belə bir qaydada  

aşkara çıxarmışdır. Təbiətə qarşı  üsyan qaldırmaq isə ağılsızlıqdır, bütün qanunları 



50 

 

dəyişdirmək mümkündür, təbiətin qanununu isə düzəlişə məruz qoymaq məchul bir 



məsələdir. Axı bircinsli intim yaxınlıqda olanlar öz hisslərinə uyğun olaraq hərəkət 

edirlər, onlar heç bir xətaya yol vermir, cinayət törətmirlər, sadəcə olaraq əksəriyyətdən 

fərqlənirlər. Onlar tolerantlığa möhtacdırlar, lakin bu tolerantlıqdan sui-istifadə etmək, 

öz intim əlaqəsini İosif Navinin trubasına çevirib, onun səsi ilə bütün əxlaq divarlarını 

uçurmaq niyyətinə düşmək də ağılsızlıqdır. Onlar cəmiyyətə əxlaq dərsi keçmək kimi 

əbəs işə də girişməməlidirlər.  

Qərb dünyası  insan haqlarına hörmət ifadəsi  kimi onlara münasibəti kökündən 

dəyişmişdir, lakin bu dəyişiklik əhalinin əksəriyyətinin, ümumi əxlaqın məğlubiyyəti 

kimi qiymətləndirilməməlidir. Cəmiyyətin əsrlər boyu davam edən ənənələrinə, dinin 

ehkamlarına da hörmətlə yanaşılması lazımdır. Dinin əxlaqın təmizliyi sahəsindəki 

mövqeyinə qarşı çıxmaq cəhdi yalnız əks effekt verə bilər. Tolerantlıq bayrağı altında 

əxlaqın dayaqlarının sökülməsinə edilən cəhdlər, bunu edən qrupun özünə ağır zərbə 

vura bilər. 

Bir sözlə, dünənki əxlaq qurbanları onlara bəslənilən pis münasibət hesabına 

özləri əxlaqın yeni cəlladları roluna həvəs göstərməməlidirlər.  

Ənənəvi cinsi  orientasiyadan kənar olanlara aqnostik münasibət, belə əlaqələrin 

hansısa mənəvi «kodeks» hesbaına inkar edilməsi problemə gözü yummaqdan başqa 

bir şey deyildir. Ayrı-seçkiliyi mütləq həddə çatdıranlar cəmiyyətdə dözümsüzlük 

atmosferi yaratmaqla, onu sağaltmaq əvəzinə, xəstəliklərə mübtəla edirlər. İnsanları 

hansısa qəlibə salmaq, hisslərə arzu olunan formanı və ya məzmunu vermək istəyi 

əslində təbiətin şah əsərinin müxtəlifliyini danmaqdan, onu bir nüsxəli materiala 

çevirmək cəhdindən irəli gəlir. Qədim yunan filosofu Protaqor insanı “hər şeyin 

ölçüsü” hesab edirdi. Müasir dövrdə insanların hüquqlarını hansısa uydurulmuş 

mənəvi saflıq xatirinə tapdalamağın özü də yolverilməzdir.  

Kimlərsə, öz ölkəsində  geylərin omladığını bəyan edə bilər, lakin belə 

saxta bəyanatlardan  vəziyyət heç də hansısa bir dəyişikliyə məruz  qalmır. İranın 

keçmiş prezidenti Əhmədinecad öz ölkəsində homoseksualistlərin olmadığını deyirdi. 

Görən böyük bir dövlətin başçısı bu bəyanatı verərkən hansı elmi tədqiqata 

əsaslanmışdı. 

Bəlkə də bəzilərinə elə  gəlir ki, Qərb homoseksualistləri yetişdirən istixanadır. 

Bu qətiyyən belə deyildir, sadəcə olaraq orada insanın şəxsiyyətinə hörmət əlaməti 

nişanəsi olaraq, onların cinsi orientasiyasına da tolerantlıqla yanaşılır. Sadəcə olaraq, bir 

sıra digər ölkələrdə isə bu məsələlərə bir qədər fərqli münasibət mövcuddur, adamları, 

onların istəyindən asılı olmayaraq «yüksək əxlaqın” prinsiplərinin girvolarına çevirmək 

istəyirlər. Azad cəmiyyət bütün sahələrdə normal azadlığa şərait yaradır və bundan 

nəyəsə, həm də azacıq da olsa ziyan gələ bilər. Sadəcə olaraq bu ziyanı şişirdib, əxlaqın 

bütünlüklə məhv olması kimi qələmə vermək də düzgün deyildir.  

Lakin bu mülahizə heç də homoseksualizmin təbliğatına xidmət etməməlidir, 

çünki belə təbliğat birinci  növbədə uşaqların, yeniyetmə nəslin tərbiyəsinə sağalmayan 

yara vura bilər. Bu mülahizə heç də əxlaq pozğunluğu hallarına qapıları geniş açmaq 

istəyi olmayıb, yalnız onun, od üstündə olan köpən süd kimi öz qabından çıxıb, ətrafı 

batırmasının qarşısını vaxtında, həm də ağıllı qaydada almaq məqsədini güdür. Axı 




51 

 

tarixən qadağalar istisnanın getdikcə böyüməsinə şərait yaratmış, sonralar onun 



qaydaya çevrilməsi üçün şlüzləri açmışdır.  

Bircinsli nikahlara Qərbdə loyallıq göstərilməsi heç də Pandora  

yeşiyinin qapağını açmaq deyildir ki, bədbəxtliklər ətrafa yayılsın. Sadəcə olaraq, Qərb 

ölkələri cinsi  orientasiyası fərqli olanların, bir qədər başqa cür görünən, ümumi haldan 

kənara çıxmaqla dönük taleyə malik olanların həyatına günəş işığının düşməsinə mane 

olan halları aradan qaldırmışlar. Onlar axı heç vaxt özlərini olduqları kimi göstərə 

bilmirlər, elə bil ki, xromosomlar formalaşan andan faciəli və komik bir rolu oynamağa 

məhkum edilmişlər. Onların passiv olanları kişi bədənindəki məhbəsə gömülmüşlər, 

ona görə də hətta qadağalara baxmayaraq kişilərlə cinsi əlaqəyə can atırlar. Qərb 

dövlətləri, əslində, bu məhkumluğa son qoymaq məqsədini güdürlər, onları ədalətsiz 

qaydada məsuliyyət daşımaqdan azad edirlər. 

  

Şərq ölkələri, xüsusən  islam dininin hakim kəsildiyi  ölkələr homoseksualizmin 



geniş miqyas almaması ilə fərqlənə bilərlər. Lakin bu hal heç də digər, daha eybəcər 

əxlaqdan kənara çıxmaları nəzərə almamağa gətirib çıxarmır. Kənd yerlərində, xüsusən 

cavanlar arasında zoofiliya halları məhz belə eybəcərliklərdən xəbər vermirmi? Bəzən 

hətta yaşlı, özü də cəmiyyətdə müəyyən nüfuzu olan adamlar gənclikilərində özlərinin 

zoofiliya təcrübələrindən ağız dolusu danışırlar, bunu məhz özlərinin vaxtilə yerli 

Kazanova olmaları kimi qələmə verməklə saxta qürur duyurlar.  

Şərqdə zinakarlıq ümumiyyətlə məhkum edilir, bəzi ölkələrdə buna yol ermiş 

qadın daş-qalaq edilir, bu vaxt intim yaxınlığn necə və hansı şəraitdə baş verməsinə də 

əhəmiyyət verilmir. Qədim hettlərdə isə qadın əgər öz evində başqa kişi ilə intim 

yaxınlıq etmişdisə, onu öldürürdülər, uzaq bir dağda bu hadisə baş verdikdə isə, 

qadının bu vaxt köməksiz olduğu nəzərə alınaraq, onu cəzalandırmırdılar. Əxlaq 

pozğunluğuna görə sərt cəzalar hansısa hədlərdə fayda verə bilər, lakin onun 

bütünlüklə bu bəlanı yoxa çıxarmasını güman etmək sadəlöhvlükdür. Öz şəhvət 

yanğısını söndürmək istəyənlər daha hiyləgər üsullara əl atmaqdan da çəkinmirlər. 

Zinakarlığın birdəfyəlik ləğv edilməsini düşünmək, daha çox dəvəquşunun guya 

gizlənmək üçün başını quma soxmasına bənzəyir.  

Ümumiyyətlə, əxlaq məsələsi, onun təmizliyi hər bir xalqdakı qaydalara görə 

münasibətin necə olmasından asılı olduğuna görə, nisbi xarakter daşıyır. Bir vaxtlar 

Avropada kral ailələri arasındakı nikah əsasən siyasətə xidmət edirdi, digər 

hökmdarlara daha çox qız verən Habsburqlar sülaləsinin bu fəaliyyətinə görə hətta 

«Avstriya, ərə ver» şüarı da meydana gəlmişdi. Siyasət olan yerdə isə məhəbbətdən 

söhbət gedə bilməz. Osmanlı sultanları öz hərəmlərini saray əyanlarına ərə verirdilər və 

bu, sarayda ailə münasibətlərinin bərqərar olması kimi qəbul edilirdi. Ona görə bircinsli 

nikahlara da mikroskop altında baxmaq çox vaxt digər problemlərə göz yummaqdan 

irəli gəlir.  

Eyni cinsdən olanların  nikahının çox sayda əleyhdarları kimi tərəfdarları da 

vardır. Birincilər nikah institutunun hörmətdən düşməsini, ailə birliyinin əvvəlki 

mahiyyətindən uzaqlaşmasını irəli sürürlərsə, ikincilər hüquq bərabərliyini ön plana 

çəkirlər. Solomonun hökmünə bənzəsə də, hər iki fikir həqiqətə söykənir. Ancaq insan 

haqları üstün mövqelərə yiyələndiyindən, nikahla meydana gələn ittifaq ənənəsini 




52 

 

pozub, onu müəyyən deformasiyaya uğratsa da, bunun hesabına Avropa və hər iki 



Amerikanın bir sıra ölkələrində bircinsli nikahların bağlanmasında mövcud olan bütün 

maneələr aradan götürülmüşdür. Lakin bu yeni hədyanlıq fazasına çevrilməməlidir, 

çünki bir tərəfdə yaranan zorakılıq, bəzən onun imitasiyasının nümayişi belə, əks 

tərəfdə də kin və hiddət yaratmamış qalmır. Əgər əvvəllər geylər, lesbiyankalar ən azı 

mənəvi təcavüz hiss edirdilərsə, indi onun allotropiyası hədəf kimi öz əleyhdarlarına 

qarşı tuşlanmamalıdır. Təcavüzün hər bir zərbəsi kimə ünvanlandığından asılı 

olmayaraq, daha çox cəmiyyətə dəyir, onun birliyinin dayaqlarını laxladır.  

Bəzilərinə elə gələ bilər  ki, Şərq ölkələri bircinsli yaxınlıq bitkisinin 

bitmədiyi susuz səhradır. Əlbəttə, islam dininin sərt qaydaları  bu kənara çıxmalara 

qarşı möhkəm sipər çəkir. Lakin bu heç də belə pretsendentin tam yoxluğuna dəlalət 

etmir. Bəzi islam ölkələrində isə Qərbin təsiri güclü olduğundan, bu məsələyə xeyli 

dərəcədə loyal münasibət bəslənilir. Türkiyədə XX əsrin ikinci yarısında incəsənət 

xadimləri arasında homoseksualistlərə, transseksualistlərə nəinki rast gəlmək mümkün 

idi, hətta onlar böyük hüquqa yiyələnir, tamaşaçıların böyük sevgisi ilə əhatə 

olunurdular və bu hal yenə də davam edir. Onlaırn təcrübəsi də təsirsiz qalmr. 

Azərbaycanın şou-biznesində də cinsi orientasiyası üzrə fərqli meyli olanlar əvvəlki 

sıxıntılarından xeyli azad olmuş kimi görünürlər.  

Qeyri-ənənəvi nikahlarıa icazə verilməsi Qərb ölkələrinin özündə də heç də 

birmənalı qarşılanmır. Ənənə, dini inam, müqəddəs kitabların müddəalarına ehtiram 

bu sahədə müqavimətin yaranmasında az rol oynamır. Lakin bütün etirazlar, 

müqavimətlər cinsi orientasiyası fərqli olanları başqa yola döndərmək iqtidarında 

deyildir. Onlar öz əleyhdarlarına qibləgahları saydıqları Oskar Uayldın sözləri ilə cavab 

verə bilərlər: «I can resist anything, exept temptation» «Mən hər şeyə müqavmət 

göstərə bilərəm, təkcə məni şirnikləşdirəndən başqa”. Bu adamlar onları başdan çıxaran 

öz istəklərinə müqavimət göstərə bilməzlər, heç müqavimət göstərmək də istəmirlər. 

Siyasətçilər isə onlardan bir alət kimi istifadə etməkdən çəkinmirlər. Bunun bariz 

nümunəsini isə biz 2012-ci il və bu ilin ötən dövründə baş verən hadisələrdən aydın 

şəkildə görürük. 

      2013-ci il. 

 

 



Torpaq hər bir ölkənin böyük sərvətidir 

 

Torpaq digər əksər canlılar kimi insan nəslinin də boy atdığı, inkişaf etdiyi bir 



məkan olmaqla, hər bir ölkənin iqtisadi qüdrətinin möhkəmlənməsində mühüm yer 

tutur. Torpaqdan düzgün, təsərrüfatçılıqla istifadə etldikdə əhalinin qida maddələri ilə 

iəchizatı yaxşılaşır, ən azı ölkənin ərzaq təhlüksizliyinə təminat yaranır. Azacıq qulluq 

edildikdə onun istehsal gücü meydana çıxır, əmtəə yaratmaq xüsusiyyəti isə müqayisə 

edilməyənə çevrilir. Ona görə də Birləşmiş Ştatların bani-atalarından biri olan, dahi 

Bencamin Franklin torpağı əməklə birlikdə sərvətin, var-dövlətin mənbəyi 

adlandırmışdı. Karl Marks onun bu ifadəsini özünün «Kapital» əsərinin birinci cildində 

təkzibolunmaz arqument kimi gətirmişdi.  




53 

 

Torpağa qayğı təkcə bugünkü vəzifələrin həllinə deyil, həm də xalqın gələcəyinə, 



ölkənin ardıcıl olaraq çiçəklənməsinə göstərilən ən düzgün münasibətdir. Onun 

münbitliyinin qorunub saxlanması, mümkün qədər yaxşılaşdırılması hər bir nəslin 

ümdə vəzifəsinə çevrilməlidir. İnkişaf etmiş aqrar bölmə ərzaq probelmini həll etməyə 

xidmət etməklə yanaşı, həm də sənayenin bir sıra sahələri üçün xammal istehsal edir. 

Dilimizdəki torpaq məfhumu həm «quru», «yer», həm də bitki aləmi üçün zəruri 

məkan rolunu oynayan «münbit torpaq» mənasını verir. Axırıncı, bitkinin böyüməsi, 

inkişafı üçün şərait yaradır. Münbit torpaq yoxdursa, deməli, bitki də yoxdur. Ona görə 

də, torpaq hətta becərilməldikdə belə ən azı alaq otu əmələ gətirir. Torpaqşünaslara və 

bioloqlara görə, alaq bitməyən torpaq əslində torpaq deyildir, canlı aləmlə əlaqəsi 

olmayan suxurdur.  

Torpaq öz yararlılığında heç də illərə, yaşa tabe olmur, onun məhsul vermək 

xüsusiyyəti əsla müvəqqəti xarakter daşımır. O, əbədi olmasa da, daimidir, ardı-arası 

kəsilməyən nəsillərə öz töhfəsini verməkdə davam edir. Elə ölkələr vardır ki, orada 

əkinçiliyin beş min ildən artıq bir tarixi vardır, həmin ərazinin qədim sakinlərinə 

xidmət etdiyi kimi, indiki nəslin ehtiyaclarını da ödəməkdə davam edir, gələcək nəsillər 

üçün də özünün bəlkə də xeyli artacaq istehsal qabiliyyətini əsirgəməyəcəkdir. Çində 

tarixin başlanğıcından əkinçiliklə məşğul olunmuşdu. Mesopotamiyada (Dəclə və Fərat 

çayları arasında olan, indiki İraq ərazisində) torpaqların kütləvi becərilməsinə keçid 

eyni qədimlikdəki dövrə gedib çıxır. Ona görə də Karl Marksın dediyi kimi, biz heç də 

torpağın mülkiyyətçiləri deyilik, onun müvəqqəti sahibləriyik, onu ən azı qəbul 

etdiyimiz səviyyədəki keyfiyyətdə (münbitlikdə) gələcək nəsilə təhvil verməlyik. Bu 

estafetin başlanğıcı olsa da, sonu görünmür, bəşəriyyət mövcud olduqca torpaqları 

icarəyə götürən nəsillər bir-birini əvəz edəcəkdir. Torpağın mülkiyyətçisi isə xalqdır. 

Xalq isə heç vaxt hansısa bir nəsildən ibarət olmur, öz böyük və ya kiçik tarixinə malik 

olur, öz adı altında çox sayda olan, əslində tükənməyən nəsilləri birləşdirir.  

Torpaq bizi əhatə edən ekosistemdə də mühüm yer tutur. Ona görə də təbiətə 

göstərilən qayğı hökmən torpağa olan qayğını da əhatə etməlidir. Rus yazıçısı 

M.M.Prişvinin dediyi kimi, təbiəti sevmək isə Vətəni sevmək deməkdir. Torpaqdan 

düzgün istifadə edilməməsi, daha çox gəlir gətirmək məqsədilə onun vəhşicəsinə 

istismarı nəinki səmərə vermir, hətta bir sıra hallarda əks effekt verir. Torpaq ona 

göstərilən münasibətə, qaygıya adekvat da cavab verir. Əkinçilik mədəniyyətinə məhəl 

qoyulmadıqda isə, torpaq ondan istifadə edənlərə böyük fayda vermək əvəzinə, belə 

əkincilərdən səhvlərinə görə rüsum tələb edir. Pis qulluq edilən torpaq münbitliyini 

bərpa etmək naminə meliorasiya (latın dilində «yaxşılaşma» deməkdir) tədbirlərinrə 

ehtiyac duyur, bu isə ağır xərclər sərf etmək hesabına başa gəlir. Bu xərcləri əslində 

fermer və ya təsərrüfat üçün cərimə, rüsum hesab etmək olar. 

Torpaq üstündə və özündə yetişdirilən məhsulları ilə insanları və heyvanları 

qidalandırdığından körpəyə qayğı göstərən anaya bənzəyir. Təsadüfi deyildir ki, bəzi 

hallarda «torpaq» ifadəsinə «ana» sözü də əlavə olunur. Axı torpaq canlıların 

əksəriyyətinin mənbəyi rolunu oynayır. Əgər körpə bir-iki il ana döşünü əmib 

qidalanırsa (qədim köçəri xalqlarda uşağın döş əmməsi dörd-beş il davam edirdi və döş 

südü ilə belə uzunmüddətli qidalanma qadının doğub törəmə qabiliyyətini xeyli 

ləngidirdi), torpaq ondan istifadə etməyi bacaran insanları isə lap qədim dövrlərdən 



54 

 

indiyə qədər qidalandırmaqda davam edir, onu özünün «südü» tükənməyən döşü ilə 



«əmizdirir». Qədim Romada kənd təsərrüfatı ensiklopediyasının müəllifi Kolumella 

özünün 12 cildlik əsərində torpağın bu xüsusiyyətini başqa canlılara məxsus olanla 

fərqləndirərək, onun əvəzsiz olduğunu qeyd edir. Bütün canlılarda analar balalarını 

yalnız bir müddət döş südü ilə qidalandırır, körpəlik ötüb keçdikdən sonra ananın öz 

bədəni hesabına balanı qidalandırması kəsilir. Torpaq isə bəşər övladını 

qidalandırmasını heç vaxt dayandırmır.  

Bundan başqa qadının, dişi heyvanların doğmaq, nəsil vermək qabiliyyəti 

müəyyən müddətlə məhdudlaşır, yaşa dolduqda, qocalanda onların hamilə, boğaz 

olması və bala doğması kəsilir. Torpaq isə tam unikal anadır, o, məhsul verpməsini heç 

vaxt dayandırmır, kəsmir, min illər kesçə də, onun törəmə qabiliyyətində fasilə baş 

vermir. İnsanların günahı ucundan, yaxud da müharibə dövründə döyüş gedən 

ərazilərdə torpaqlar bir müddət becərilmədiyindən onlar məhsul vermir. Lakin belə 

fasilələrdən sonra torpağa azacıq qulluq edildikdə o, yendən bəhrə verməyə başlayır. 

Dəgir analardan fərqli olaraq, torpaq qətiyyən mütləq qocalmır, sıradan çıxmır (əlbəttə, 

düzgün istifadə edildikdə), gənc qadın sağlam uşaqlar dünyaya gətirdiyi kimi, o da 

yaşından asılı olmayaraq (hətta min illərlə istifadə edilsə də), bəhrəsi timsalındakı uşaq 

doğmaqdan qalmır, həm də heç vaxt qadınlara nəsib olan nənəyə çevrilməni yaşamır, 

bütün nəsillər üçün qida sayılan məhsulları aramsız olaraq istehsal etməkdə davam 

edir. Ona görə də öz gəncliyini əbədi etməklə, onun sağlamlığına (münbitliyini 

qoruyub saxlamasına) heç bir şübhə yaranmır. Tək-tək qadın və dişi heyvan ekiz və 

daha çox balalar doğduğu halda, torpaq əkinçilik qabiliyyətindən, texnologiya 

səviyyəsindən, becərilən bitkinin cinsindən asılı olaraq məhsuldarlığını bir neçə 

dəfələrlə artıra bilir və bu xüsusiyyətinə görə də bütün anaları geridə qoyur. 

Orta əsrlərdə Avropada səpilən taxıl toxumunun miqdarından yalnız iki-üç dəfə 

artıq məhsul götürülürdü. Xristofor Kolumb Amerikanı kəşf etdikdən sonra Yeni 

Dünyadan Avropaya gətirilən qarğıdalı toxumundan isə on dəfələrlə çox məhsul 

götürülürdü. Soxa əvəzinə metal kotanlardan istifadə də Avropanın şimalındakı ağır 

torpaqların şumlanmasında daha yaxşı effekt verdiyindən məhsul istehsalının 

yüksəldilməsinə şərait yaranırdı.  

Quraqlıq zonalarda isə suvarılma tətbiq edilmədən əkinlərdən dəmyə qaydada 

məhsul almaq müşkül məsələ hesab olunurdu. Arid ərazilərdə yalnız ciddi aqrotexniki 

tədbirlər həyata keçirildikdə dəmyə əkinçilikdə məhsul istehsalı mümkün olurdu. Bu 

tədbirlərə şumun herik altında saxlanması, əkin dövriyəsində torpaqların dincə 

qoyulması mühüm şərt  hesab olunur. Amerika Birləşmiş Ştatlarında dövlət torpaqların 

münbitliyinin qorunub saxlanması üçün fermerləri maddi cəhətdən həvəsləndirir. Bu 

ölkədə torpağın beşdə birini dincə qoymağa görə fermerə başqa sahələrin hər 

hektarından əldə etdiyi gəlirə müvafiq olaraq maddi yardım göstərilir.  

Əkinçiliklə məşğul olan qədim xalqlar bu sahədə böyük itəcrübə qazanmaq və 

nailiyyətlər əldə etməklə bəşəriyyətə əvəzsiz xidmət göstərmişlər. Qədim çinlilər 

irriqasiyanın böyük faydasını dərk edərək, Yantszı çayından ölkənin şimalınadək kanal 

çkmək istəyirdilər. Bu möhtəşəm layihə ilk imperiator Şi Xuan-dinin Böyük Çin səddini 

tikib tamamlamaqla, birləşdirilməsi kimi nəhəng miqyaslı əhəmiyyətə malik olan bir 

tədbir olacaqdı. Mərkəzi və Cənubi Amerika xalqlarının isə əkinçilikdə əldə etdiyi 



55 

 

təcrübələr heyrətamiz hesab edilməlidir. Bu ölkələrin əkinçilik üçün o qədər də əlverişli 



olmayan dağlıq ərazilərində onların yaratdığı sivilizasiya əsasən inkişaf etmiş əkinçiliyə 

əsaslanırdı. Yalnız bitkiçilik məhsulları həmin ərazilərin sakinlərinin əsas qida 

ratsionunu təşkil edirdi. Şimali Amerikanın hindu tayfaları isə ovçuluqla, əsasən bizon 

və karibu əti istehlakı hesabına dolanır, su hövzələrindəki yabanı çəltiyin məhsulunu, 

qoza və toxum toplayırdılar. Asiyada yaşayan köçəri xalqlar isə heyvanlarlıqla məşğul 

olmaqla, ətlə və sud məhsulları ilə qidalanırdılar. Monqollar torpağı nəinki şumlamağı, 

hətta ona əzab verməyi qəbahət sayırdılar.  Amerikanın Atlantik okeanının sahilindəki 

ərazilərdə məskunlaşan hindu tayfaları isə oturaq həyat keçirir, balıq ovu ilə yanaşı, 

əkinçiliklə də məşğul olur, qarğıdalı və tütün becərirdilər. Qədim Misirdə 3,5-4 min il 

əvvəl, nəhəng piramidalar tikintisində işləyənlərin əksəriyyətini təşkil edən kəndlilər 

əsasən çörəklə, sarımsaq və soğanla qidalanırdılar. Həmin dövrdə ölkədəki varlılar, 

həm də kasıblar adətən həmin ərzaqlardan istifadə edirdilər. Onlar pivə içirdilər, 

varlıların ratsionunda ət də olurdu. Bitkiçilik məhsulları ümumiyyələ oturaq həyat 

keçirən bütün xalqların qidasında xüsusi əhəmiyyət daşıyırdı.  

Amerika kəşf edildikdən və burada avropalılar məskunlaşandan sonra bütün 

dünyada istehsalı yayılan kartof, pomidor, qarğıdalı, bostan bitkiləri, tütün (müasir 

dünyada axırıncının istifadəsinə münasibət diametral qaydada dəyişsə də), oranın 

aborigen sakinləri olan hindu tayfalarının bəşəriyyətə bəxş etdiyi ən böyük töhfə hesab 

ediliməlidir. Xristian dini Bibliyaya məlum olmayan bitkilərin Avropada yayılmasına 

qarşı çıxırdı. Həmin qidanın istehlakına da mənfi münasibət bəsləyirdi. Lakin Avropa 

xalqları dinin əks-təbliğatına məhəl qoymayaraq, həmin bitkilərin becərilməsini və 

onların məhsullarının istehsalını və istehlakını getdikcə genişləndirirdilər.  

Bunu indi dünyanın mülayim iqlimi olan bütün regionlarında becərilən kartofun 

Avropaya gətirilib yayılmasında aydın görmək olar. Kartof hələ bizim eradan əvvəl 

200- ci illərdə Cənubi Amerikada Kolumbiyadan Şimali Argentina və Çiliyədək And 

yüksəkliklərində becərilirdi. İndi minlərlə növü olan bu bitkinin mənşəyi yabanı şəkildə 

olan 160 saydakı sadə növlərə malik olmasına borcludur. İlk dəfə 1565-ci ildə 

İspaniyaya gətirilməklə Avropada meydana çıxmışdı. Ser Uolter Reli 1584-cü ildə 

Amerikaya səyahət etdikdən sonra  kartof İngiltərə kraliçası I Elizabetə bir ekzotik 

hədiyyə kimi təqdim edilmişdi. Hazırda bir çox ölkələrdə “ikinci çörək” kimi qəbul 

edilən kartof əsasən öz uğurlu taleyinə belə başlamışdır. Lakin o faciə mənbəyi rolunu 

oynamamış da keçinməmişdir. 1845-1847-ci illərdə kartof xəstəliyi ( yarpaqlqrin saralıb 

tökülməsi) ucbatından İrlandiya kəndliləri arasında geniş yayılan aclıq baş vermişdi. 

Aclıq nəticəsində adamlar  doğma yurdlarını tərk edib, Britaniyaya və Amerikaya 

mühacirət etmiş, ölkə əhalisinin sayı beş il ərzində 25 faizə düşmüşdü.  

Kartofa başqa mənfi münasibət bəslənməsi halları da olmuşdur. Böyük rus 

yazıçısı A. İ. Gertsen özünün “ Olmuş əhvalatlar və düşüncələr” əsərində kartofu 

olduqca əhəmiyyətsiz, kalorisi olmayan bir qida növü kimi məhkum edir, hansı ki, 

onun meyvəsi bişirilmə keyfiyyətinə və dadla yanaşı bol nişastaya, C vitamininə və 

proteinə malikdir. Görünür, bəzi görkəmli dövlət xadimləri yazıçıdan çox-çox əvvəl bu 

ərzaq növünün əhəmiyyətini daha yaxşı anlamış və onun yayılmasına şərait yaratmaq 

qayğısina qalmışar. Məsələn, Rusiya çarı I Pyotr  XVIII əsrin başlanğıcında 

Hollandiyadan bir kisə kartof gətirmiş və onun öz ölkəsində becərilməsinin təşkilinə 



56 

 

nail olmuşdu. Yaxud, başqa bir maraqlı misal. Prussiya kralı Böyük Fridrix (II Fridrix) 



1750-ci ildə tikdirdiyi San-Susi sarayının ətrafında kartof əkdirmişdi və onun 

məhsulunu güya qorumaq məqsədilə gündüzlər plantasiyaya xüsusi mühafizəçilər 

qoymuşdu, lakin gecə düşən kimi həmin mühafizəçilər öz postlarını tərk edirdilər. 

Qonşuluqda yaşayan ailələr bu ərzağa kralın ciddi qayğı göstərməsini nəzərə alıb, 

gecələr əkinləri qazır və kartofu evlərinə daşıyırdılar. Sonra həmin ailələr özləri 

canfəşanlıqla kartof becərməyə başladılar və bu bitki Prussiyada, bütün Almaniyada 

geniş yayıldı.  

Əkinçiliyə yüksək diqqət verilməsi Mərkəzi və Cənubi Amerikada 

heyvandarlığın təşəkkül tapmasına da digər amillərlə yanaşı mane olmuşdu. 

Meksikada yalnız üç heyvan növü – arı, hinduşqa və ətindən istifadə edilməsi üçün it 

əhilləşdirilmişdi. Peruda və digər ölkələrdə lamanın əhliləşdirilməsi də tam başa 

çatdırılmamışdı. Ona görə də Mərkəzi və Cənubi Amerikalıların süfrəsində bitkiçilik 

məhsulları müstəsna əhəmiyyət daşıyırdı. Burada vəhşi heyvan aləmi də nisbətən 

kasad olduğundan Şimali Amerikadakından fərqli olaraq ovçuluq da iknişaf 

etməmişdi. Şimali Amerikadakı vəhşi sürülərdəki tərkib sayı milyonlara çatan 

bizonların hansısa bir nümunəsinə burada rast gəlmək mümkün deyildi, onlardan əsər-

əlamət də yox idi. Şimali Amerikanın özündə də vəhşi heyvan növləri o qədər çox 

deyildi. Bəziləri səhvən mustanqı oradakı vəhşi at hesab edirlər, mustanq isə 

avropalıların oraya gətirdiyi ev atlarının vəhşiləşmiş növü idi. Onlar sahiblərindən 

uzaq düşdükdə preriyalarda yaşayırdılar. Mustanqlar əsasən ov obyekti hesab 

olunurdu, onun ətindən və dərisindən istifadə edirdilər. Ona görə də demək olar ki, bu 

növ məhv edilmişdir. 

   Qoşqu heyvanlarının mövcud olmamasına görə hindu tayfalarına təkər də 

məlum deyildi. Cənubi Amerikanın uca dağ ərazilərində bütün yüklər adamların 

belində daşınırdı. Yalnız ispanların işğalından sonra Mərkəzi və Cənubi Amerikaya at, 

mal-qara gətirildi. 1519-cu ildə Meksika sahilinə çıxan Ernan Kortesin silahlı dəstəsini 

ilk dəfə görən atsteklər bu vaxtadək görmədkləri odlu silahdan deyil, onların mindiyi 

və tuzem əhalinin ilk dəfə görduyu atlardan daha çox qorxmuşdular. Belə bir rəvayət 

də vardır ki, 1531-ci ildə Fransisko Pisarronun qoşunu Perunu işğal edəndə, qulluq 

göstərmək istəyən yerli əhali yem kimi onların atlarının qabağına ət qoymuşdular.  

Hinduların əkinçilikdəki nailiyyətləri birdən-birə meydana gəlməmişdi, uzun 

dövrün təcrübəsinə əsaslanırdı. Həmin ölkələrdə heyvandarlıq mövcud olmadığından, 

ət və süd məhsulları da yox idi və maddi həyat sakinləri əkinçiliklə daha ciddi məşğul 

olmağa məcbur edirdi. Axı bitkiçilik məhsulları olmasaydı, onlar dəhşətli aclıqla üzləşə 

bilərdilər. Ona görə də bu ərazilərin sakinləri bitkiçiliyə, torpağın becərilməsinə xüsusi 

qayğı göstərirdilər. Empirik idrak hesabına onlar əkinçilik mədəniyyəti elementlərinə 

də yiyələnmişdilər, torpağın münbitliyinin məhsuldarlığa necə təsir göstərdiyini 

anlayırdılar və onu artırmaq qayğısına qalmaq üçün bəzi tədbirlər düşünüb həyata 

keçirirdilər. 1620-ci ilin payızında Massaçusets körfəszinə cəlib çıxan puritan ingilislər 

burada «Yeni Plimut» koloniyasını yaratdılar. Onlar qonşuluqda yaşayan hindularda 

ilk dəfə qırmızı, yaşıl, sarı rəngdə olan qarğıdalı dənələrini görmüşdülər.   

Hindular dostluq münasibətlərinə görə yeni sakinlərə bir qədər qarğıdalı 

toxumu vermişdilər və birinci ili bitki xam torpaqda yaxşı məhsul verdi. İkinci ilin 



57 

 

səpininidən sonra cücərtilər çox seyrək alındı, hinduların əkinlərində isə bitki sıxlığı 



əvvəlki tək yaxşı idi. Bunun səbəbini öyrənmək istədikdə, hindular onlardan torpağa nə 

qədər balıq verdiklərini soruşduqda, ingilislər bildirdilər ki, onlar bunu etməmişlər, 

okeandan tutduqları balıqları öz qidaları üçün istehlak etmişlər. Hindular izah etdilər 

ki, münbitliyi bərpa etmək üçün (əlbəttə, termin onlara məlum deyildi), torpağa 

hökmən balıq verilməlidir və onların özləri tutduqları balığın bir hissəsi ilə məhz belə 

davranırlar. Fosforun nə olduğunu bilməyən tuzem əhali əkin torpağına balıq 

basdırmaqla onu fosforla zənginləşdirirdilər. Bu barədə həmin koloniyanın 

qubernatoru olmuş Uilyam Bredford özünün «Plimut plantasiyasının tarixi» kitabında 

geniş bəhs edir. 1607-ci ildə Virciniyadakı ilk ingilis kolonisti, həmin koloniyanın 

qubernatoru olmuş Con Smit də iki il sonra İngiltərəyə qayıtdıqda yazdığı «Həqiqi 

açıqlamalar» kitabında da, bu məsələyə toxunur. Bu həmin Con Smitdir ki, hindular 

tərəfindən əsir götürülüb, edam edilmək qorxusu altında olduqda hindu başçısının qızı 

Pokahontasın yalvarışı hesabına əfv edilmiş və azadlığa buraxılmışdı.  

Qədim əkinçilər həm Asiyada (xüsusən Çində və Vyetnamda), həm də Cənubi 

Amerikada (xüsusən Peruda) terras əkinçiliyini tətbiq etmişdilər. Dağlıq ərazilərdə bu 

əkinçilik metodu olduqca səmərəli hesab olunur və dağ yamaclarındakı torpaqları 

sürüşmədən və münbit qatlarını yuyulub eroziyaya uğramaqdan qoruyur. Terraslarda 

hətta suvarma tətbiq edildikdə, düyü plantasiyaları isə bunsuz ötüşə bilməz, 

torpaqların dağılmasının, əkin dövriyyəsini tərk etməsinin qarşısı alınır. Çox təəssüf ki, 

Qafqazda buna ehtiyac olduğu halda, terras əkinçiliyi tətbiq olunmur, hətta bu azmış 

kimi, dağ yamacları da düzənlik sahələri kimi şumlanır və becərilir, heç olmazsa, onun 

köndələninə şumlanmasına da əhəmiyyət verilmir. Ona görə də sürüşmə və torpağın 

eroziyaya uğraması bu ərazilərdə nadir hal hesab olunmur.  

Meksikada isə sərt yamaclardakı torpaqları daim əkin dövriyyəsində saxlamaq 

üçün daha qayğıkeş üsula üstünlük verilir. Buradakı ucu yonulmuş ağac payaları ilə 

(buna qazma ağacı deyilir) rütubətli torpaqda xırda deşik açılır və bura iki qarğıdalı 

toxumu qoyulur. Həmin sahələrdə qartıdalı bitkilərinin sıxlığı və plantasiyanın 

becərilmə səviyyəsi göz oxşayır. Burada ümumiyyətlə nəinki traktorla şumlamaya, heç 

bellə qazılmaya da yol verilmir. Dağlıq ərazidə kasad olan münbit torpağa belə qayğıya 

yalnız həsəd aparmaq olar. Meksikalı əkinçilər bu metodla təkcə yüksək məhsul 

almırlar, həm də öz başlıca kapitallarını – münbit torpaqlarını qoruyub saxlaırlar.  

İbtidai insanın əkinçiliyə keçməsi də məhz həyati tələbatdan meydana gəlmişdi. 

Ovçuluq, meyvə, kök və toxum yığma getdikcə artan insan kütləsinin qida ilə 

qarantiyalı təminatına zəmin yarada bilmirdi. Bu səbəbdən tez-tez dəhşətli ərzaq qıtlığı, 

ölümcül aclıq qorxusu yaranırdı. Ona görə də bəşəriyyətin qədim əcdadları əkinçiliyə 

və heyvandarlığa keçdilər, bu insan zəhməti tələb edən istehsal sahələri əvvəlki 

məşğuliyyətə nisbətən tələbatı ödəməkdə daha əlverişli hesab olunurdu. Lakin aclıq 

min illər boyu heç də bütünlüklə yoxa çıxa bilmədi. Heyvandarlıqla məşğul olmaq 

üçün ibtidai insan vəhşi heyvan balasını tapdıqda, onu öz yaşayış məskəninə gətirib 

böyüdür, bu yolla mal-qara bəslənilməsinə keçirdi. Əkinçiliyin bünövrəsi isə, yığılan 

toxumlar ehtiyat üçün saxlandıqda cücərdiyindən, ondan mədəni bitkiçilik, başqa sözlə 

bitkilərin becərilməsi, onların artıq özləri tərəfindən istehsal edilən məhsullarından 

istifadə olunması qaydası yarandı. Beləliklə, isnanlar ovçuluq və qida toplamaq yolu ilə 



58 

 

özünü təmin etməyin tez-tez baş verən uğursuzluq risqindən azad olub, öz əlinin 



zəhməti ilə becərdiyi və hasilə gətirdiyi məhsuldan istifadəyə keçdi.  

Qədim insanlar torpaqların becərilməsində heç də səhvlərdən də xali deyildilər. 

Mesopotamiyada çox isti iqlimə görə suvarma tətbiq edilmədən, geniş irriqasiya 

şəbəkəsi yaradılmadan əkinçilik mümkün deyildi. Həmin ərazidə yaz və yay çox isti 

keçirdi, aprel ayında artıq arpa biçilirdi. Lakin suvarma texnqologiyası primitiv 

xarakter daşıdığından burada torpaqların geniş miqyasda və sürətlə şoranlaşması baş 

verdi. İzafi suvarmadan sonra qızmar günəşin hesabına sürətlə buxarlanma getdikdə, 

torpaqdakı məsamələr vasitəsilə ona hopmuş su yuxarı qalxır və duzu özu ilə torpağın 

səthinə çıxarıb onu şoranlaşdırırdı, münbitliyini azaldır, məhsul verməsini heçə 

endirirdi. Tarixçilərin rəyinə görə, Assuriya dövləti geniş torpaq sahələrinin 

şoranlaşması hesabına ciddi iqtisadi tənəzzülə uğradı və iqtisadi iflas onun hərbi 

qüdrətini də zəiflətdiyindən bizim eradan əvvəlki VII əsrinin başlanğıcında Midiya  və 

Babilistan tərəfindən məğlub edilməklə, tarix səhnəsindən birdəfəlik silindi. 

Bədbəxtlikdən bu hadisə XX əsrin ikinci yarısının son onilliklərində də təkrar olundu. 

Axı tarix iki dəfə təkrar olunur, birinci dəfə faciə kimi, ikinci dəfə isə fars kimi. İraqda 

keyfiyyətsiz tikilən irriqasiya şəbəkəsi və digər aqrotexniki nöqsanlar torpaqların xeyli 

dərəcədə şoranlaşmasına və əkin dövriyyəsindən çıxmasına yol açdı və əkinçilik ciddi 

problemlərlə üzləşdi. Əgər İraqdakı bol xurma bağları olmasaydı (Dünyadakı xurma 

istehsalının 70 faizi bu ölkənin payına düşür), Səddam Hüseynin rejimi dövründə İraq 

əhalisi müdhiş aclıqla üzləşərdi. Yaxud, bizim eranın 250-900-cü illərində Meksikada 

mövcud olmuş mayya xalqı tropik meşələri təmizləyib, kənd təsərrüfatı ilə məşğul 

olurdu. Yağış suyunu yığmaq üçün onlar çox sayda rezervuarlar tikmişdilər. Lakin 

mayya sivilizasiyası tənəzzülə uğradı, güman edilir ki, uzun müddət davam edən 

quraqlıq bu xalqı fəlakətə uğratdı. 

İraqla bir regionda yerləşən və ərazisinin xeyli hissəsini səhralıq təşkil edən 

İsraildə isə yüksək əkinçilik mədəniyyəti hesabına nəinki heç bir ərzaq qıtlığı hiss 

olunmur, əksinə, bu ölkə öz yaxın qonşularına subtropik meyvə satır, dünya bazarına 

başqa əkinçilik məhsulları da çıxarır. Burada kəskin su qıtlığı mövcuddur və İsrail öz 

ərazisində subartezian quyularının qazılmasına qadağa qoymuşdur, belə quyular 

yalnız işğal edilmiş ərazilərdə qazılır ki, yerin təkindəki su ehtiyatı gələcək nəsillər 

üçün saxlansın. Bu ölkənin ərazisində də qızmar günəş istisinin mövcudluğuna görə 

suvarmasız əkinçilik aparmaq mümkün deyildir və burada suyun qıtlığı və yüksək  

aqrotexnologiya tələbləri nəzərə alınaraq damla qaydasında suvarma aparılması geniş 

tətbiq edilir. Sudan qənaətlə istifadə, bitkinin optimal rütubətlə təmin edilməsi, bol və 

keyfiyyətli məhsul alınmasına şərait yaradır. Damla suvarması həm də alaq otlarına 

qarşı mübarizə aparmaq üçün əmək və maliyyə xərcinin sərf edilməsinin qarşısını alır 

və bu, məhsulun maya dəyərinin də yüksəlməsinə imkan vermir.  

Bibliyada göstərildiyi kimi, Allah Moiseyə demişdi ki, sizi münbit torpağa 

gətirmişəm, bu torpaqda çaylar və bulaqlar vardır, burada buğda və arpa, üzüm, əncir, 

nar, zeytun və bal istehsal edə bilərsiniz. Moiseyin Xanaana göndərdiyi casusllar bunun 

həqiqət olduğunu söylədilər. Onlar bu torpağa üzüm yetişən vaxt qədəm basmışdılar, 

qayıdarkən bir üzüm salxımı çox ağır olduğundan, dirəkdən asıb, iki adam onu 

çiyinlərində gətirmişdi. Onlar buranı yəhudi dilində «Üzüm salxımı» mənasını verən 



59 

 

Eşkol vadisi adlandırmışdılar. İndi mübaliğəsiz demək lazımdır ki, İsrail ərazisi 



bütövlükdə bol məhsulun rəmzi hesab edilən Eşkol vadisi adlana bilər.  

   Bəşəriyyətin əkinçilik təcrübəsi barədə fraqmentar qaydada da olsa söhbət 

aparıldı. Lakin torpağın mahiyyəti, onun xüsusiyyətləri, əkinçilik metodları barədə bir 

qədər geniş məlumata ehtiyac vardır.  

Torpaq Yerin litosferasının (torpaq qabığı və mantiyanın yuxarı hissəsi daxil 

olmaqla Yerin zahiri «bərk» sferası) səth təbəqəsi olmaqla münbitliyə, çox funksiyalı 

heterogen açıq struktur sistemə malikdir, dağ süxurlarının aşınması və orqanizmlərin 

fəaliyyəti nəticəsində əmələ gəlir. Torpaq biosfera, hidrosfera və Yerin atmosferi 

arxasındakı qarşılıqlı fəaliyyəti xüsusi təbii membran kimi nizamlayır. 

Torpaq Yer atmosferi tərkibinin mühüm nizamlayıcısı rolunda çıxış edir. Bu 

torpaq mikroorqanizmlərinin fəaliyyətindən irəli gəlir, onlar nəhəng miqyaslarda 

müxtəlif qazlar – azot və onun oksidini, metanı və digər uçan birləşmələri istehsal 

edirlər. Bu qazların əksəriyyəti «istixana effekti» əmələ gətirir və ozon təbəqəsini 

dağıdır, bu isə Yer kürəsində iqlimin dəyişməsinə gətirib çıxarır. 

Torpaq Yerin səthindəki, Yerin altındakı suların və Yerin hidrosferasının 

tərkibinə və xassələrinə mühüm təsir göstərir. Torpaq təbəqələrindən keçən su ondan 

kimyəvi elementlərin xüsusi dəstini götürür, su toplama əraziləri üçün  bu, xarakterik 

hal sayılır. Torpaq səthinin pozulması suyun keyfiyyətinin dəyişilməsində də özünü 

büruzə verir. 

Torpaq Yer kürəsinin quru hissəsinin səth təbəqəsi olmaqla canlı və ölü 

orqanizmlərin (bitkiçiliyin, heyvandarlığın və mikroorqanizmlərin) təsiri altında dağ 

süxurlarının dəyişilməsi, Günəş istisi və atmosfer yağıntılarının bilavasitə təsir 

göstərməsi nəticəsində əmələ gəlmişdir. Torpaq tam şəkildə xüsusi təbii varlıq hesab 

olunur, yalnız özünə məxsus olan quruluşa, tərkibə və xassələrə malikdir. Torpağın ən 

mühüm xüsusiyyəti onun münbitliyidir, başqa sözlə, bitkilərin böyüməsini və inkişafını 

təmin etmə qabiliyyətidir. Bitki isə yeganə canlıdır ki, torpaqdan mənimsədiyi qeyri-

üzvi maddələri Günəş enerjisinin və suyun köməkliyi ilə üzvi maddəyə çevirir və canlı 

aləmin yaşamasında mühüm amil rolunu oynayır. Elm bu sahədə çox çalışsa da, suni 

qaydada qeyri-üzvi maddələrdən üzvi maddə yaratmaq sahəsində hələ də olduqca 

utancaq addımlarını atır.  

Torpağın münbitliyi onun keyfiyyətini xarakterizə edən əsas göstəricidir. 

Torpağın bu qabiliyyəti mədəni bitkilərə məskunluq  mühiti, həyatın Yer faktorlarının 

(su, qida maddələri, torpaq havasının təmin edilməsinin mənbəyi və vasitəçisi) iqtisadi 

funksiyasını yerinə yetirən kimi xidmət edir. Münbitlik torpağın bitkiləri 

qidalandırmaq üçün zəruri olan kifayət miqdardakı qida maddələrinə və su ehtiyatına 

malik olmasıdır. Torpağın təbii münbitliyi uzun müddət davam edən torpaq əmələ 

gəlməsi prosesinin nəticəsidir. Onun fiziki, kimyəvi, bioloji xassələri ilə xarakterizə 

olunmaqla, Yerin iqlim xüsusiyyətləri ilə də sıx bağlıdır.  

Torpağın iqtisadi münbitliyi isə cəmiyyətin məhsuldar qüvvələrinin inkişafı 

prosesində insanın fəaliyyəti nəticəsində yaranır. Əkinçiliyin başlıca vəzifəsi kompleks 

aqrotexniki, meliorasiya, təşkilati və iqtisadi tədbirlərin həyata keçirilməsi yolu ilə 

torpağın təbii münbitliyinin iqtisadi münbitliyə çevrilməsidir, bu isə əkinçiliyin 

ratsional sisteminin tətbiq edilməsi deməkdir.  



60 

 

Yaşıl bitkilər torpağın münbitliyindən istifadə etmək, başqa sözlə, torpaqdan 



suyu, qidanın kül elementlərini və azotu mənimsəmək, atmosferdən karbon qazını 

assimlyasiya etmək, Günəşin kinetik enerjisini tutmaqla dəyişdirmək və nəticədə qeyri-

üzvi maddələri üzvi maddələrə çevirmək, başqa sözlə, zülallar. nişasta, şəkərlər, piylər 

və digər maddələr yaratmaq qabiliyyətinə malikdir. Bu maddələr müxtəlif bitkiçilik 

məhsullarının tərkibinə daxildir. Bitkilər torpaqdan qida maddələrini mənimsəməklə 

onun münbitliyini azaltdığından, onu bərpa etmək zərurəti meydana gəlir. 

Ümumiyyətlə, torpağın münbitliyi sabit şəkildə qalmır, müxtəlif təsirlər altında 

dəyişilməyə məruz qalır. Bir qayda olaraq, iqlimin, relyefin, ilkin torpaq əmələ gətirən 

süxurun, mikroorqanizmlərin, bitkilərin və heyvanların fəaliyyətlərindən torpağın 

xüsusiyyətləri asılı olur. 

  Torpaq təbii cisim olub, Yer səthində biotik, abiotik və antropogen faktorların 

uzun müddətli təsiri ilə meydana gəlir, bərk mineral və üzvi hissələrdən, spesifik 

genetik-morfoloji əlamətlərə, xassələrə malik olur və onlar da bitkilərin böyüməsi və 

inkişafı üçün müvafiq şəraitlər yaradır. İstənilən substrat sistemi bitkinin «toxumdan 

toxum qədər» böyüməsini və inkişafını təmin etməklə torpaq adlanır. Torpaq horizontu 

onun profilaktik spesifik təbəqəsi olmaqla, torpaq əmələ gətirən proseslərin təsiri 

altında meydana gəlir. Torpaq səthi Yer səthini örtən torpağın məcmuudur. Torpaq 

həm də yüksək dispersiya xüsusiyyəti ilə seçilir, bu xassəsinə görə xeyli dərəcədə 

məsaməliliyə malikdir. Torpağın həcminin 50-60 faizini və kütləsinin 90-97 faizini 

mineral komponentlər təşkil edir. Torpaq nə qədər yaşlıdırsa, onun mineral tərkibi 

yarandığı süxurun tərkibindən daha ciddi surətdə fərqlənir. Minerallar süxurun 

aşınması və torpaq əmələ gəlməsi gedişində qalıq material olmaqla, ilkin adını daşıyır. 

Torpaq həmçinin ikinci dərəcəli mineralları da öz tərkibinə daxil edir, onlar isə ilkin 

mineralların kimyəvi dəyişilməsi nəticəsində meydana gəlir.  

Karbonatlar torpaqda böyük rol oynayır. Quraqlıq regionlarda bəzən torpaqda 

tez həll olunan duzlar yığışır. Dənəvərli tərkibinə görə torpaq suyu saxlamaq, bir neçə 

mineralı bir yerə yığışmasına şərait yaratmaq qabiliyyətinə malik olur. Ağır (gilli) 

torpaqlarda isə havanı saxlamaq qabiliyyətində problemlər ola bilər. Yüngül (qumlu) 

torpaqlarda başqa, su rejimi ilə əlaqədar çətinliklər yaranır. 

Torpağın üzvi hissəsi onun saxladığı üzvi maddələrin miqdarından asılıdır. 

Torflu torpaqlarda bu göstərici yüksək olur. Üzvi maddələrin tərkibinə bitki və heyvan 

qalıqları kimi humus adlanan bəzi kimyəvi birləşmələr də daxil olur. Humin və fulvo 

turşularındakı karbonun nisbəti torpağın humus vəziyyətinin mühüm göstəricisi hesab 

olunur. Humus latınca torpaq deməkdir, bitki və heyvan qalıqlarının biokimyəvi 

çevrilməsi nəticəsində əmələ gələn çürüntü olmaqla, torpağın üzvi hissəsini əmələ 

gətirir. Humusun miqdarı torpağın münbitlik göstəricisidir. Humus turşularının əmələ 

gəlməsi prosesində əsasən torpaqdakı mikroorqanizmlərdən yaranan fermentlər iştirak 

edirlər. Torpaqda humusun miqdarı 2.5-3.5 faizdən az olmur, 2 faizdən az olduqda isə 

torpaq «ölü» sayılır. Humus çox olduqca torpağın münbitliyi artır. 

Torpağın strukturu onun bərk hissəsindən və məsaməli məkanından ibarət olan 

fiziki quruluşdur. Torpaqda əlaqəli və sərbəst suyu fərqləndirirlər. Əlaqəli su Yerin 

cazibə qüvvəsi qanununa tabedir. Əlaqəli su kimyəvi cəhətdən bir sıra mineralların 




61 

 

tərkibinə daxil olur. Əlaqəli suyu fiziki cəhətdən torpaq səthi enerjisinin qüvvəsi 



saxlayır. 

Torpağın səthinə rütubət düşdükdə əvvəlcə çölün rütubət tutumu vəziyyətinə 

qədər torpağın su ilə doyması baş verir. Sonra isə doymuş təbəqələr vasitəsilə kapilyar 

olmayan buruqlarla filtrasiya baş verir. Torpağa daxil olan rütubət öz yolunda 

aşağıdakı su keçirən təbəqə ilə qarşılaşdıqda, torpağın daxilində həmin səthin üstü ilə 

onun enişi istiqamətinə müvafiq olaraq irəliləyir. Torpağın su udma kompleksi mühüm 

əhəmiyyətə malikdir.  

Torpaqdakı hava müxtəlif qazların qarışığından ibarət olur, bura oksigen, 

karbonat turşusu,metan və onun homoloqları, hidrogen, hidrogen-kükürd və azot 

daxildir.  

Torpaqda həmçinin orqanizmlər yaşayır, o çox sayda mikroorqnaizmlər üçün 

yaşayış mühiti rolunu oynayır. Bakteriyalara yosunlar, göbələklər, torpağın sularında 

məskunlaşan birhüceyrəli orqanizmlər daxildir. Axı torpaq həm də mikrosu hövzələri 

sistemidir.  

Torpaq örtüyünün strukturu – nisbətən kiçik ərazidəki torpaqların məkanda 

qanunauyğun şəkildə yerləşməsidir.  

Torpağı əmələ gətirən faktorlara təbii mühitin sistemləri: torpaq əmələ gətirən 

süxurlar, iqlim, canlı və ölmüş orqanizmlər, yerin yaşı və relyefi, həmçinin torpağın 

yaranmasına mühüm təsir göstərən antropogen fəaliyyət daxildir.  

Torpağın tipi, torpaq əmələ gətirmə rejimləri prosesləri ilə şərtlənən xassələrin 

ümumiliyi ilə xarakterizə olunur. Torpaqların müxtəlif növləri isə bütün torpaq 

profilinin dənəvər tərkibi ilə müəyyən oolunur.  

Torpaqların coğrafi cəhətdən yayılmasında iqlim ciddi faktor hesab olunur. İqlim 

torpağın əmələ gəlməsində də mühüm rol oynayır, xeyli dərəcədə Günəşdən Yer 

səthinin qəbul etdiyi enerjinin miqdarı ilə müəyyən edilir. Vyetnam sahilinə yaxın ada-

qayalar əlverili istilik və rütubət rejiminə malik olduğuna görə meşə örtüyünə 

bürünmüşdür, bu da həmin qaydalarda torpağın əmələ gəlməsinin intensiv qaydada 

getdiyinə dəlalət edir. Torpağın istilik və su rejimləri torpaqda gedən bütün fiziki, 

kimyəvi, bioloji proseslərin xarakterinə və intensivliyinə təsir göstərir. Dağ süxurlarının 

aşınması, kimyəvi reaksiyaların intensivliyi, torpaq məhlulunun qıtlığı, bərk və maye 

fazaların nisbəti, qazların mənimsənilməsi baş verir. Hidrotermik şəraitlər 

bakteriyaların biokimyəvi fəaliyyətlərinin intensivliyinə, üzvi qalıqların parçalamasının 

sürətinə və orqanizmlərin həyat fəaliyyətinə təsir göstərir.  

Öz biokütləsinə görə torpaq (Yerin quru hissəsi) okeanı, demək olar ki, 700 dəfə 

ötüb keçir, baxmayaraq ki, quru hissəyə Yer səthinin 1/3-dən azı düşür. 

Torpaq əlbəttə ki, böyük iqtisadi əhəmiyyətə malikdir. Dünyanın istənilən 

dövlətinin mühüm sərvəti olmaqla, torpaq üzərində və torpaqda bəşəriyyətin qida 

məhsullarının 90 faizi istehsal edilir. Torpağın deqradisiyası, münbitliyinin kəskin 

sürətdə aşağı düşməsi məhsul qıtlığı, aclıqla müşayiət olunur, dövlətlərin 

yoxsullaşmasına gətirib çıxarır. Torpaqların məhvi bütövlükdə bəşəriyyətin məhvinə 

gətirib çıxara bilər. Hələlk torpağın əliaçıqlığının cüzi bir hissəsini də təklif edən başqa 

heç bir vasitə yoxdur. Elm süni qida maddələri yaratmağa çoxdan cəhd etsə də, elə bir 

ümidverici nəticəyə nail olmamışdır. Bu yaxınlarda İngiltərədə sintetik ət istehsalı 



62 

 

nümunəsi icad edildi, ondan bişirilən bir porsiya bifşteks 30 min funt sterlinqə başa 



gəldi. Belə bədxərcliklə qidalanma bəşəriyyətə olduqca baha başa gələ bilər. Onu da 

qeyd emək lazımdır ki, qida maddələrinin süni yolla kütləvi istehsalı hələlik üfüqdə də 

gözə dəymir.  

Ona görə də hər bir xalq malik olduğu əvəzsiz kapitaldan – torpaqlardan daha 

səmərəliklə istifadə etməyə çalışmalıdır. Kimyaçılar qoy öz axtarışlarını etsinlər, hərdən 

bir öz icadlarını elan etməklə qısa müddətli sensasiya yaratmaqda davam etsinlər. 

Bitkiçilik və heyvandarlıq üzrə olan elmlər, əkinçilik texnologiyaları əhalinin artımını 

nəzərə alaraq inkişaf etməli, kənd təsərrüfatı məhsullarının çoxaldılması üçün yeni 

yollar və vasitələr axtarıb tapmalıdır. Əkinçilik sisitemi öz təkamülünü davam 

etdirməlidir, çünki «yaşıl inqilablar» barədə bəzi ölkələrdə hay-küy qaldırılsa da, 

dünyanın bəzi guşələrində aclıq narahatlıq doğuran bir problem olmaqda davam edir. 

Əkinçilik yüksək və sabit məhsulun alınmasına xidmət etməlidir, kənd təsərrüfatı 

istehsalı yalançı, bayağı şüarlardan azad olmalı, öz inkişafına xidmət edən cəhətlərə və 

vasitələrə diqqəti yönəltməlidir. Optimal səpin dövriyyəsi və torpağın becərilməsi, 

gübrələrdən, bitki mühafizəsi vasitələrindən daha səmərəli istifadə edilməsi aqrar 

bölmənin mühüm vəzifəsinə çevrilməlidir. İndiyədək boş şüarlarla, vədlərlə kimisə 

qidalandırmaq mümkün olmamışdır, bununla məşğul olan alimlər az qala «dahilik» 

qiyafəsi eşqinə düşsələr də, onların proqnozları sabun köpüyü təsiri bağışlamaqdan 

uzağa getməmişdir.  

Əkinçilik sistemlərinin tətbiqində dünyaya məlum olan metodlardan istifadəyə 

də əyri gözlə baxmaq yolverilməzdir. Dəmyə zonalarda taxıl- herik sisteminin tətbiqi 

gündəlikdən çıxarılmamalıdır. Təmiz herik, becərilmənin və gübrələrin düzgün tətbiq 

edilməsi hesabına məhsuldarlığı xeyli yüksəltmək olar.  

Minimum, optimum və maksimumdan ibarət olan əkinçilik qanunlarına görə 

məhsulun miqdarı minimumda yer tutan faktorlarla müəyyən edilir. Ən yüksək 

məhsul faktorların optimal təsiri ilə əldə olunur. Faktorların maksimal (izafi) təsirində 

məhsul aşağı düşür. Bitkilər vasitəsilə torpaqdan çıxan mineral qida elementlərinin 

əvəzinin ödənilməsi zərurəti meydana gəlir. Ona görə də torpağa üzvi və mineral gübrə 

verilməsi mühüm əhəmiyyətə malikdir. Peyin torpağa bitkilərin götürdüyü kül 

elementlərini və azotun xeyli hissəsini qaytarır. Torpaq – bitki – emal edilmiş bitki 

maddələrin qalıqları – torpaq – bitki dövriyyəsi baş verir.  

Əkinçilikdə geniş təkrar istehsalın iqtisadi və təbii prosesləri birləşir. Torpaq və 

bitkilər əsas istehsal vasitəsi və əmək obyektləri kimi çıxış edirlər. Əkinçilikdə həm də 

kənd təsərrüfatı istehsalının mövsümi xarakter daşıması kəskin qaydada öz əksini tapır, 

bu isə ilin mövsümlərində Günəş enerjisinin bərabər qaydada düşməməsi ilə və 

bitkilərin becərilməsinin biologiyası ilə əlaqədardır. Bizim eradan əvvəl II əsrdə 

Romada yaşamış məşhur dövlət xadimi Böyük Katon kənd tətərrüfatına həsr edilmiş 

kitabında bitkilərin müxtəlif məhsuldarlığa malik olmasını, bəzən məhsul verməməsi 

ehtimalını əsas götürərək 100 yügerlik (25 hektarlıq) torpaq sahəsini ona qədər növ bitki 

altında bölməyi məsləhət görürdü ki, torpaq sahibi becərdiyi yalnız bir bitkinin 

məhsulu olmadığı ildə tam iqtisadi iflasla üzləşməsin.  

Əkinçiliyin növləri də torpaqdan istifadədə nəzərdən qaçılırmamalıdır. Bu 

növlərə sabit, quru (qeyri-sabit), suvarılan, dəmyə və dağ əkinçiliyi daxildir. Hamıya 



63 

 

yaxşı məlumdur ki, kənd təsərrüfatı bitkilərinin səhra rayonlarında suvarmasız 



becərilməsi mümkün deyildir. Həmçinin dəmyə, yaxud dağ əkinçiliyi növləri özlərinə 

müvafiq qaydada qulluq göstərilməsini tələb edir. Dəmyə əkinçilikdə xüsusi sistemin 

tələblərinə əməl edilmədikdə, bu, acınacaqlı nəticələrə gətirib çıxarır. Qazaxıstandakı 

xam torpaqların istifadəsinə başlandıqdan az sonra bu tipli bəlalar özünü nümayiş 

etdirirdi. 1960-cı illərin əvvəllərində iri bir taxılçılıq sovxozunda (adətən onların əkin 

sahəsi on minlərlə hektarı əhatə edirdi), alaq otu zəmiləri bütünlüklə altına aldığından 

biçin üçün kombaynları onlara buraxmaq mümkün olmadı, bir az sora isə yağan qar 

zəmilərin məhsulunu yığmağa imkan verməyəcəkdi. Sovxoz direktoru vəziyyətə real 

qiymət verib, məhsulu yetişmiş zəmiləri şumlatdırdı. Onu təqib etdilər, cəzalandırmaq 

istədilər. Onun cəsarətli qərarı yaxşı nəticə verdi, gələn ili həmin sahələrdəki yazlıq 

taxıl zəmilərindən iki qat artıq məhsul götürüldü və sovxoz direktoru xeyli 

məşhurlaşdı. O, öz kitabında qeyd edirdi ki, o, heç də yenilik etməmişdi, öyrənmişdi ki, 

qədim misirlilər 2 min il əvvəl torpağın bir hissəsini təmiz herik altında qoymaqla, 

yaxşı məhsul götürə bilirdilər. Onun novatorluğu qədim əkinçilərin təcrübəsinə 

əsaslanırdı. Axı Misir həmin vaxtlar Qədim Roma imperiyası üçün taxıl ambarı 

vəzifəsini yerinə yetirirdi.  

Dünyada daha münbit, ən yüksək keyfiyyətli torpaq qara torpaq hesab olunur. 

Onun tərkibində humusun miqdarı 4 faizdən 15 faizə qədər və bəzən daha çox olur. Bu 

torpağın dünyadakı ümumi sahəsinin xeyli hissəsi Rusiyadadır, ona görə onu bildirən, 

ingilis dilində də rus dilindən götürülmüş «çernozem» sözü torpağın qara rəngindən 

götürülmüşdür. Bəzi statistikaya görə, onun dünyada ümumi sahəsi 240 milyon hektara 

bərabərdirsə, bunun yarıdan çoxu, 130 milyon hektarı keçmiş SSRİ ərazisində idi. 1889-

cu ildə Parisdə keçirilən Ümumdünya sərgisində Rusiyanın nadir eksponatı kimi bir 

kubmetr ölçüdə olan qara torpaq nümayiş etdirilirdi, onu Voronej torpağından 

götürmüşdülər. Rusiya sərgidə qiymətli metallara qədər çox şey göstərə bilərdi, lakin 

belə nümunələr başqa ölkələrdə də var idi. Rusiyanın əbədi və qiyməti ölçüyə 

gəlməyən sərvəti olan qara torpağa üstünlük verilmişdi və sərgiyə gələnlər bu qəribə 

eksponata böyük heyranlıqla tamaşa edirdilər. Təəssüf ki, həm çar Rusiyasında, həm də 

SSRİ dövründə bu nemətdən səmərəli istifadə edilməmişdi. Qara torpaq qidalı 

maddələrə çox miqdarda malik olması, yüksək məhsuldarlığı ilə seçilir. Lakin həm də 

belə qiymətli sərvət özünə düzgün, savadlı qulluq göstərilməsini tələb edir. Bu təbii 

kapitala adekvat qayğı göstərilmədiyindən, çox humuslu torpaqların sahəsi 2,5 dəfə 

azalmışdır. Aşağı humus tərkibli olan torpaqların sahəsi isə 4,5 dəfə artmışdır. Uzun 

müddət ərzində humus parçalanmağa məruz qalır, məhsulun əmələ gəlməsinə sərf 

olunur və geri qaytarılmadan torpağı tərk edir. Buna görə də qaratorpağın münbitliyi 

durmadan aşağı düşür. Sovet dövründə məhsuldarlığı artırmaq naminə Şimali 

Qafqazda həmin torpaqların suvarılması onlara böyük ziyan vurdu. Qara torpaq 

süxurla əvəzolunma sərhədində özünü qaloş kimi aparır, suyu aşağı buraxmır və 

buxarlanma öz nəticəsi kimi torpağın şoranlaşmasına gətirib çıxarır. Təbii yağışla əldə 

edilən məhsul suvarılmadan iki-üç il sonra xeyli aşağı düşür və region ciddi iqtisadi 

ziyanla üzləşməli olur. Torpaqşünaslar müəyyən etmişlər ki, qaratorpağın bir faizinin 

itirilməsi əkinçilərə gələcək on potensial məhsula başa gəlir.  




64 

 

Qaratorpaqda təmiz herik və digər əkinçilik priyomların əhəmiyyəti xüsusilə 



böyükdür. Herik torpaqlar xüsusilə quraq illərdə digər heriksiz sələflərə nisbətən iki 

dəfə artıq payızlıq taxıl məhsulu götürməyə imkan verir. Meşə qoruyucu zolaqlar 

qaratorpaqların münbitliyini bərpa etməyə çox kömək edir. Quraqlıq elə bil ki, bu 

sahələrdən yan ötüb keçir. Ona görə də böyük rus alimi V.V.Dokuçayev meşə 

zolaqlarını «rütubət mağazası» adlandırırdı. Onlar küləyin vəhşi gücünü ram edir və 

yatırdırlar.  

Müasir Rusiya təkcə qaratorpağı itirmir, keçən əsrin 90-cı illərində 40 milyon 

hektara yaxın kənd təsərrüfat torpağı dövriyyədən çıxarılmışdı. 

Qaratoropaq haqqında rus yazıçısı A.S.Serafimoviç Krasnodar diyarında olanda, 

mazut kimi yağlı torpağı görəndə təəccübünü gizlətməyərək, obrazlı şəkildə demişdi 

ki, bu torpağı çörəyə yağ kimi yaxıb yemək olar.  

Torpaq hər bir xalqın malik olduğu elə sərvətdir ki, ona düzgün qulluq edildikdə 

daha böyük gəlir verir. Torpağın qədrini bilməyənlər isə imperator Avqustun sözləri ilə 

desək, qızıl qırmaqla balıq tutanlara bənzəyirlər, qırmaq qırılsa qızıl da itirilir, balıq da 

tutula bilməyəcəkdir. Torpağa savadsız münasibət təkcə gözlənilən məhsulun deyil, 

gələcək nəsilə çatacaq məhsulun taleyini də bu ağılsız hərəkətin qurbanına çevirir. 

Böyük rus torpaqşünası V.V.Dokuçayev ölkəsindəki torağa ögey münasibətini 

gizlətməyərək demişdi: «Rusiyanın kənd təsərrüfatı birjadakı qumara bənzəyir: yaxşı il 

düşdükdə – çörək olacaq, quraqlıq baş verdikdə yenidən məhsul qıtlığı və aclıq 

meydana gəlir». 

Böyük alimin sözləri digər xalqlar üçün də xəbərdarlıq harayı olmalıdır. Kənd 

təsərrüfatına qumar kimi baxılmamalı, «gələr gətirər, gedər batırar» prinsipi ilə 

yanaşılmamalıdır. Çünki ərzaq məhsulları bəşər övladının həyatı üçün mühüm amildir 

və onun istehsalına da eyni ciddilik səviyyəsində münasibət bəslənməlidir. Başqa 

ölkələrdən daim idxal edilən ərzaq məhsulları ilə əhalinin təchizatı vəziyyətdən 

müəyyən çıxış yolu olsa da, ölkəni ərzaq girovuna çevirir. Özünün malik olduğu 

münbit torpaq yalnız kənd təsərrüfatı təyinatı üçün və mümkün olduğu qədər böyük 

səmərəliliklə istifadə edilməlidir. Xalqın ərzaqla təmin olunmasının taleyini bütövlükdə 

idxala tabe, əslində əsir etmək, iqtisadi siyasəidəki ağır səhv hesab edilməlidir. Təbiətin 

əliaçıqlıq edərək münbit torpaqla mükafatlandırdığı xalqlar bu nemətin qədrini bilib, 

ondan ağıllı qaydada istifadə etməsə, daha acı məğlubiyyətlə üzləşə bilər. 

 

 



 

Yalan, aldatma, məkr və hiyləgərlik 

 

Bəşər övladı çox sayda ləyaqətləri ilə yanaşı, onlardan sayca heç də az olmayan, 



real həyatda daha çox rast gəlinən qüsurlara malikdir. Bu qüsurların bəziləri iyrənc 

xarakterə mənsubluq timsalı olduğundan daim pislənsə, məhkum olunsa da, heç də 

sıradan çıxmır, illər, əsrlər ötsə də öz mövcudluğunu saxlamaqda və hər bir cəmiyyətin 

mənəvi dünyasına zərbə vurmaqda davam edir. Bəlkə də ibtidai insan bu qüsurların 

çoxundan xali idi, ibtidai icmalarda insanı aşağılayan dəyərlərə yer yox idi, çünki onlar 

icmanın məhvinə səbəb ola bilərdi. İndi də öz ibtidai keçmişindən o qədər də 




65 

 

uzaqlaşmayan, sivilizasiadan kənarda qalan xalqların təbiəti və davranışı bu 



mülahizəni bütünlüklə təsdiq edir. Azsaylı şimal xalqlarında, həmçinin Sakit okeanın 

bəzi adalarında yaşayan, tarixdən əvvəlki cəmiyyətin həyat tərzini saxlayan xalqlarda 

yalan bir qayda olaraq işlədilməyindən, onlar başqalarının yalanını da həqiqət kimi 

qəbul etməklə, bu barədə azacıq şübhə də nümayiş etdirmirlər. Sivilizasiya ilə hələ 

əlaqəsi olmayan xalqlar təbiətin övladları olduqlarından, təbiətin qanunauyğunluqları 

da özünü bütünlüklə açıq büruzə verdiyi kimi, yalana, aldatmaya ehtiyac duymurlar, 

ona görə də onlarda adamların bir-birinə etibarı güclü olur və xəyanət halları baş 

vermir.  

Yalnız təbiətlə mübarizədə ibtidai insan ona köməyə gələn, öz yaşayışını təmin 

etmək üçün vəhşi heyvanı ovlamaqda müəyyən hiyləgərlik xüsusiyyətlərinə yiyələnir. 

Buna isə o, öz təcrübəsi vasitəsilə nail olmuşdur, axı həmin xalqlar nəsilbənəsil vəhşi 

heyvanların davranışını müşahidə edib, öyrəndiklərindən, belə bələd olma çox da 

əziyyət çəkmədən ovunu ələ keçirməyə kömək edir. İbtidai insanın hiyləgərliyi 

beləliklə cəmiyyət üzvləri arasında bir-birinə qarşı olmayıb, yalnız özünü qida ilə təmin 

etmək üçün tətbiq edilir. Təbiətin övladı təbiətə də əslində ciddi ziyan vurmadan yalnız 

öz tələbatını ödəmək qayğısına qalır.  

 

Həmin qüsurların mahiyyəti 



 

Yalan, mənbəyinin əvvəlcədən yalan olduğu bilinən və digərinin bunu həqiqət 

kimi qəbul etməsinə yönələn saxta informasiyadır. Əks tərəf əslində həqiqət olmayanı 

həqiqət şəklində mənimsəyir. Yalanın özünü daha çox tətbiq etmə meydanları vardır. 

Belə ki, yalan siyasətin ayrılmaz elementi heab olunur və müharibədə düşməni çaş-baş 

salmaq üçün ən mühüm vasitəyə çevrilir. Bu dövrədə yalan bir vacib sənətə çevrilir. 

Boris Yeltsin hakimiyyətə gəldikdən sonra, ölkədə aparılan geniş miqyaslı özəlləşmə 

islahatı əslində quldurluq formasında dövlət, xalq mülkiyyətinin qəsb edilməsi şəklini 

aldı. Onun sağ əli olan Anatoli Çubays bu məqsədlə icad etdiyi vauçerlərin xalqa böyük 

maddi gəlir gətirəcəyini vəd etdi, əslində isə az vaxtdan sonra həmin vauçerlər dəyəri 

olmayan kağız parçasına çevrildi, iri sənaye müssisələri isə dövlət orqanları ilə 

cuğlaşmış bi qrup qarətçinin, sonralar onlar oliqarx adlanacaqdı, əlinə keçdi. Vaxtilə az-

çox təminatlı həyat tərzinə malik olan əhali yalanlar və quldurluq hesabına dilənçi 

vəziyyətinə düşdü. Yaxud Çingizxan şəhərləri işğal etməmişdən əvvəl yalanı həqiqət 

kimi öz casusları vasitəsilə düşmən ərazisində yaydırmaqla, döyüş başlamamışdan 

əvvəl rəqib ordunun döyüş ruhunu aşağı salırdı, əhali arasında isə bu vaxt panika 

vəziyyəti yaranırdı. Çingizxan ordusunun nəhəng ölçüdə olması barədəki şaiyələr 

düşmən ərazisində baş alıb gedirdi və beləliklə, onun böyük qələbələrinə əlavə geniş 

yol açılırdı.  

Siyasətdə isə bir qayda olaraq yalansız keçinmək olmur. Xalq bəzən yalanın 

mahiyyətini və məqsədini lazımınca araşdırmaq və dərk etmək qüdrətində 

olmadığından, nəticə etibarilə onun əsirinə çevrilir.  

Yalan və aldatma ümumiyyətlə, mədəniyyətin inkişafının əyri cəhətinin 

qanunauyğun məhsuludur, onların səbəbləri və meydana çıxma qaydaları o qədər 




66 

 

rəngarəng, həm də maraqlıdır ki, bu qüsurlardan baş çıxarmaq üçün diqqətli tədqiqat 



aparılması tələb olunur.  

Biznesdə, iqtisadiyyatda və siyasətdə çox vaxt belə bir vəziyyət yaranır ki, yalnız 

yalan və aldatmanın köməyi ilə üstünlük qazanmaq olur. Bu isə cəmiyyətin, 

ümumiyyətlə yalanda yaşadığından xəbər verir. Siyasətçi müəyyən maska geyinir, 

özünə əhali üçün cazibədar olan bir obraz yaradır. Bu obraz onun uğurları üçün mayak 

rolunu oynayır. Uinston Çörçill hazırcavablığından, erudisiyasından, natiqlik 

məharətindən geniş istifadə etməklə, bəzən sui-istifadələrə də yol verirdi. Hitler 

hakimiyyətə gəldikdən sonra Çörçill demişdi ki, alman xalqı öz fürerinə dua etməlidir, 

o, hesab edirdi ki, alman xalqının bəxti gətirmişdir. Sonralar o,öz səhvinin zəhər acısını 

dadmalı oldu. ABŞ prezidenti Con Kennedi şüurlara güclü təsir göstərən ifadələrlə 

xalqı heyran edə bilirdi. Televiziya çıxışları prezident seçkisində qalib gəlməsində ona 

xeyli kömək etmişdi. Təkcə öz ölkəsində deyil, dünyada onun pərəstişkarları çox idi və 

təqdim etdiyi gənc dövlət xadimi obrazı da buna xidmət edirdi. 1993-cü ildə, faciəli 

ölümündən bir qədər əvvəl Qərbi Berlinə səfər edərkən mitinqdəki çıxışında Berlin 

Divarını (bu Divar 1961-ci ildə N.S.Xruşşovun təkidi ilə tikilmişdi) kommunizmin 

məğlubiyyətinin nümunəsi olduğunu vurğulayaraq demişdi: «Azadlıq çox çətinliklərə 

malikdir, demokratiya heç də mükəmməl deyildir. Lakin biz xalqımızı onun arasında 

saxlamaq üçün heç vaxt divar tikmirik». Kennedinin bu çıxışı daha çox alman dilində 

dediyi «Ich bin ein Berliner» - «Mən Berlinliyəm» sözlərlə məhşurlaşdı. Əzilənlərin 

yanında olmaq nişanəsi kimi həmin ifadədən sonralar çoxları  müxtəlif variantlarda 

istifadə etdi. Bu çıxışında Kennedi birbaşa yalana əl atmasa da, adamların şüuruna və 

ürəyinə təsir göstərmək üçün ən uğurlu vasitədən istifadə etmişdi, xalqa yaxınlıq 

nümayiş etdirməklə öz cazibədarlığını yüksəltmişdi.  

Kino artistliyindən müəyyən siyasi fəaliyyət yolu keçməklə ölkəsinin 40-cı 

prezidentliyinə gələn Ronald Reyqan jurnalistlərlə görüşlərində özünü onların dostu 

kimi, açıq-saçıq, qeyri-rəsmi aparırdı, düşməncəsinə olan hücumlardan qorunmaq üçün 

yumora əl atırdı. Çıxışlarında istifadə etdiyi çox saydakı anektodlar nitq xörəyinə 

qatılan ədviyyat kimi onun dadını yaxşılaşdırırdı və natiqə əlavə populyarlıq gətirirdi. 

Rusiya prezidenti Boris Yeltsin hədyan hərəkətləri, yarımsərxoş görünüşü ilə özünün 

sadə, xalq adamı olması təsəvvürünü yaratmağa çalışırdı. Vladimir Putin isə fəhlələrlə, 

kəndlilərlə görüşəndə özünü onlara qayğı göstərən, bərabər sosial vəziyyətə malik olan, 

səmimi bir insan kimi təqdim etməyə çalışır. Jurnalistlərə nümayiş etdirdiyi isti 

münasibətlə  özünə güvənməklə yanaşı, həm də qüvvəsinə əmin olduğunu vurğulayır. 

Görünür, dövlət xadimləri maskasız ötüşə bilmirlər, şəxsi keyfiyyətlərinin, birinci 

növbədə ağıllarının imkan verdiyi dərəcədə ondan ustalıqla istifadə etməyi bacarırlar. 

   Lakin siyasətçilər yalandan istfadə etdikdə həddi aşmamalıdırlar, axı 

adamların qulaqlarından başqa gözləri,şüurları vardır və axırıncılar bir qədər onların 

aldadılmasının qarşısını alır. Yalandan qeyri-məhdud qaydada istifadə etdikdə, o bəzən 

əks istiqamətdə işləməyə başlayır, sahibinin ifşa olunmasına şərait yaradır. Siyasətçilər 

ABŞ-ın məşhur prezidenti Abraham Linkolnun nəsihətinə əməl etsələr, yəqin ki, öz 

maskalarından uzun müddət istifadə edə bilərdilər. Linkoln demişdi: “ Sən xalqın bir 

hissəsini həmişəlik, xalqın hamısını bir neçə dəfə aldada bilərsən, lakin xalqın hamısını 




67 

 

həmişəlik aldada bilməzsən”. Xalqın hamısını həmişəlik aldatmağa can atanlar bir 



qayda olaraq öz avantyuralarının qurbanlarına çevrilirlər  

Yalanla, aldatma ilə məşğul olanlardan həm də müəyyən bacarıq, qabiliyyət 

tələb olunur. Hunlar öz həyat tərzini dəyişmədikləri kimi, onların sosial pilləkəndə 

irəliləmələri də buna təsir edə bilmir, yalan, aldatma silahını gəzdirənlər də həm də öz 

amplualarını dəyişməyən aktyorlara bənzəyirlər. Onların ağlı, şüuru bu qaydada 

köklənmişdir, o, sərancamında olan yaydan yalnız yalan oxu atıla bilər. Köpək balığı 

daim üzməlidir ki, nəfəs ala bilsin, dayansa o, öləcəkdir. Yalan oxunu atanlar da öz 

silahlarından istifadə etməsələr cılız, sərsəm kimi görünürlər. Axı yaxşı deyirlər ki, 

yalançının nəfəsi də yalanla gedib gəlir.  

    Hərb sahəsində isə yalan bir-birinə əks qaydada təzahür edə bilər. Əgər 

Çingizxan öz ordusunun qeyri-adi gücü barədə məlumatlar yaydırdısa, faşist 

Almaniyasının xüsusi xidmət orqanları öz ordusunun gücünü və imkanlarını 

azaltmağa yönəlmiş xəbərlər yaymaqla düşməni azdırmaq yoluna əl atırdılar. Onlar 

Böyük Britaniya əhalisini Almaniyanın zəifliyinə və fəal mübarizəyə qadir olmadığına 

inandırmağa çalışırdılar, hətta öz məğlubiyyətlərinin konkret vaxtlarını da dilə 

gətirirdilər. Belə vaxt gəlib çatanda alman hərbi-hava və hərbi-dəniz qüvvələri daha 

fəal surətdə hücumlarını davam etdirirdi. Bu isə ingilisləri ümidsizliyə düçar edir və 

onlarda öz hökumətlərinə qarşı narazı münasibətin yaranmasına səbəb olurdu. 

Şaiyəyə kor-koranə qaydada inanmaq böyük qəbahət sayılsa da, daha rahatdır, 

çünki məsuliyyət, vicdan və hətta könülün dəyişilməsi başqalarının üstünə atılır. 

Kürdlərin mübarizə hərəkatında «peşmərqə» ifadəsi «ölümun üzünə baxan adam» 

mənasını verdiyi kimi, şaiyəyə hər an inananlara da «qulağını yalan üçün geniş açan 

adam» adlandırmaq düzgün olardı.  

Yalan həm də onu daim işlədənlər üçün psixiki xəstəlik xarakteri daşıyır. Onlar 

yalandan bəzən lazım gəlib-gəlmədi istifadə edirlər, istənilən məsələyə görə, bəzən 

hətta özlərinin ziyanına olan yalana da əl atırlar. Siyasətdə isə kobud, lazımi formaya 

salınmamış yalan fayda vermir. Burada «yalan nə qədər böyük olsa, ona daha yaxşı 

inanırlar» barədəki Gebbels prinsipi o qədər də kara gəlmir. Siyasətdə şəraitin tələbinə 

uyğun gələn yalanın tətbiq edilməsi daha əlverişli sayılır. 

Lakin yalan cəmiyyətə bütünlüklə hakim kəsilə bilmir, yalana asanlıqla inanan 

kütlə arasında az da olsa şübhə edənlərə də rast gəlmək olur. Cəmiyyət bütünlüklə 

yalan dənizinə gömülsə də, «Kral çılpaqdır» sözlərini bərkdən söyləyən bir adam, hətta 

o, uşaq olsa da, tapılır. Ona görə də yalandan istifadənin bir sıra məhdudiyyətləri də 

vardır. Hər şeydən əvvəl bu məhdudiyyət əxlaq prisiplərindən irəli gəlir. Burada daxili 

xüsusiyyətdən irəli gələn səbəblər də ola bilər. Həm də bəzi siyasi qruplar məlumatın 

saxta olduğunu bildikdə, yalan artıq təhlükəli xarakter daşımağa başlayır, belə yalan 

siyasi nüfuzun itirilməsinə gətirib çıxara bilər. Bir cəhət də unudulmamalıdır ki, hər bir 

yalanda həqiqətin kiçik bir hissəsi gizlənir.  

Yalanın müqayisəsiz ustaları dələduzlardır. Onlar fırıldaqlardan geniş istifadə 

edir, müxtəlif yalanlarla öz qurbanlarının etibarını qazanmağa müvəffəq olurlar. 

Dələduzun cəzbedici «tələ yemini» nümaiş etdirməsi qurbanı şirnikləşdirir. Özünün 

qəfildən varlanması barədə çaşdırıcı məlumat yayır və bu, qurbandan xeyli məbləğdə 

pul çəkmək alətinə çevrilir. Dələduzlar dərdi bölüşmək, başına faciə gəlmiş adamın 



68 

 

müsibətinə yanmaq kimi psixoloji təsir vasitələrindən istifadə edir, tanıyıb, 



tanımamağından asılı olmayaraq əksər matəm məclislərində iştirak etməklə, bunu 

gələcək qurbanlarına nümayiş etdirməyə çalışırlar. Digər bir vasitə isə dələduzun 

qurbanını yaxından tanıması, bir regiondan, hətta həmyerli olmaları, bir yerdə təhsil 

almaları, bəzən hətta nə vaxtsa yaxın olmaları barədə həqiqətə heç cür uyğun olmayan 

səbəblər uydurması və onları işə salmasıdır. Belə «xatirələr» dələduza yaxınlıq hissi 

yaradır, ona olan inamsızlığı və şübhəni azaldır, bu yolla qurbanın aldadılması da xeyli 

asanlaşır. Dələduz keçmişinə belə saxta ekskurslar etdikdə öz «istedadından» istifadə 

edərək xüsusi bədii və təsirli formaları işə salır. O, asılı olduğu adama elə qulluq 

göstərir ki, bunu yalnız ana qarışqanı yemləməklə məşğul olan qarışqanın xidmət 

canfəşanlığı hesabına özünü ac qoyub, ölməsi ilə müqayisə etmək olar. Əlbəttə, dələduz 

ölmək istəmir, ancaq hamısinin qarşısında hər cür «fədakarlıq» göstərməkdən də 

usanmır.  

Dələduzlarda bədii təxəyyül çox güclü olur, onlar rəvayətlər uydurmaq ustasına 

çevrilirlər; qurbanını ələ keçirmək, əsir etmək üçün qısqanclıq yaradan miflər 

quraşdırılır. Mif isə bəzən real hadisədən də böyük təsir gücünə malik olur. Dələduz 

əksər hallarda yalanına görə təlaş hissi keçirmir, cəsarətliliyi, həyasızlığı onun uğur 

qazanmasına yaxından kömək edən amilə çevrilir. Bəzən o, qurbanına qarşı hücuma 

keçməyə başlayır, ona təhlükə yarandığını saxta qaydada yada salır, bu məsələdə öz 

mövqeyini möhkəmlindirmək üçün mətbuatdan istfadə etməyə girişir. Dələduzun 

rəngarəng yalan axınında həqiqətin bircə damlasına da rast gəlmək mümkün olmur. Bir 

qayda olaraq həqiqətə nifrət edənlər daha çox yalan danışırlar. Yalan kabusu heç də 

qorxu hissi yaratmamalıdır. ABŞ-ın görkəmli dövlət xadimi və böyük demokratı Tomas 

Ceffersonun dediyi kimi, «Həqiqətdən dəhşətə gəlməyən yalandan heç də 

qorxmamalıdır».  

Yalan nadir hallarda şər məqsəd güdülmədən, ondan hansısa fayda umulmadan 

istifadə edilir. Yalan çox hallarda məkrə, aldatmaya xidmət edir, hiyləgərlik  silahı kimi 

çıxış edir.  

Məkr insanın xüsusiyyətidir, kələk gəlmək, hiylə və şər məqsədlərə, əməllərə 

meyl etmək, bunlar adətən zahirən xoş münasiəbətlər bəslənməsi ilə ört-basdır edilir, 

belə niyyətlərlə xarakterizə olunan davranışın məcmuudur. Məkr hətta ünsiyyətdə də 

təhlükə mənbəyi olur və gizli düşməncəsinə münasibətlərin mövcudluğunu vaxtındaca 

müəyyən etməyə imkan vermir, lakin onlar sonralar gözlənilmədən aşkara çıxır. Başqa 

sözlə dedikdə, məkr buna xidmət edən insanların əməlidir.  

Ədəbiyyatda və incəsənətdə çox vaxt məkrli adamlar ağır halların, faciələrin baş 

verməsində mühüm rol oynayırlar. Fransız yazıçısı Fransua Rablenin «Qarqantua və 

Partaqruel» romanında həqiqət axtaran Panurq yalançı və xəsis taciri cəzalandırmaq 

istəyir. Gəmidə ölkəsində satmaq üçün qoyun sürüsü aparan tacir öz qoyunlarını 

Yasonun arqonavtlarının axtardığı «qızıl yun» verən qoyunlarla müqayisə edir, 

Fransada onları çox baha qiymətə satacağını bildirir. Panurq tacirdən üç livrə bir qoyun 

aldı və onu dənizə atdı, onun arxasınca digər qoyunlar mələşib özlərini dənizə 

tullayırdılar. Tacir dözməyib, onları saxlamağa çalışdı, nəhayət, iri bir qoyundan 

yapışdı ki, buna son qoysun. Həmin qoyun isə özu ilə birlikdə taciri də sürüyüb, dənizə 




69 

 

atdı. Axı hələ Aristotel qoyunu ən səfeh heyvan adlandırmışdı. Palurq yalançı və 



özündən razı taciri belə qəddarlıqla cəzalandırdı.  

İngilis dramaturqu Uilyam Şekspirin «Otello» pyesində Yaqonun məkri 

nəticəsində təkcə qısqanc mavrın məhəbbəti  deyil, həm də bütün ürəyi ilə sevdiyi 

Dezdemona onun qətlə yetirməsi nəticəsində məhv oldu. Viktor Hüqonun «Səfillər» 

romanında Tenardye pul qazanmaq xatirinə hər cür alçaq məkrə və hiyləgərliyə əl atır, 

ona xeyirxahlıq edənlərə də pislik etməkdən çəkinmir. Digər romanı olan «Paris Notr-

Dam kilsəsi»ndə keşiş Klod Frollo din xadimi olduğu halda qısqanclıqdan yaranan 

nifrətinə, məkrinə görə cinayətlərə ən atmaqdan çəkinmədiyi halda, onun tam əksi olan 

Kvazimodo isə eybəcərliyinə görə insana bənzəməsə də (onun adı da «saxta, həqiqi 

olmayan insan» sözündən əmələ gəlmişdir) həyatı boyu xeyirxahlıq toxumu səpməyə 

çalışır, daim tam insanlıq xüsusiyyətləri nümayiş etdirir.  

Yapon yazıçısı Akutaqavanın «Xristianın ölümü» adlı hekayəsində Naqasakidə 

xristian kilsəsindəki Lorentso adını götürmüş gənc yapona bir tacirin qızı vuruldu. Qız 

Lorentsonu hər vəchlə ələ keçirməyə can atırdı.. Avropalı keşiş oğlandan onun qızla 

yaxınlığı barədəki şayiələr haqqında soruşanda, o, bildirdi ki, belə şey olmamışdır və 

ola da bilməz. Bir həftə sonra söhbət gəzməyə başladı ki, çətir tacirinin qızı hamilədir. 

Bundan sonra Lorentsonu kilsədən xaric etdilər və o, şəhərin kənarında məskunlaşdı və 

dilənçi həyatı sürməyə başladı. Lorentso kilsədən çıxarıldıqdan sonra tacirin qızının 

qızı oldu. Sərt xasiyyətli atası öz ilk nəvəsini sevirdi. Bir il daha keçdi. Gözlənilməyən 

bədbəxtlik – dəhşətli yanğın baş verdi. Naqasakinin yarısı bir gecəyə bütünlüklə yandı. 

Atası qızı ilə  küçəyə atıldı, yalnız bu vaxt onlar körpəni yadlarına saldılar. Heç kəs 

uşağı xilas edə bilmirdi. Qəftələn Lorentso irəli, alovlanan divarın arxasına cumdu. 

Adamlar güman edirdi ki, valideyn sevgisi onu buna məcbur edir. Bu vaxt əlləri 

üstündə körpə olan Lorentso göründü və o, elə həmin dəqiqəcə gözdən itdi. Gənc qadın 

və atası sevinclərini gizlədə bilmirdilər. Lakin həmin gecənin faciəli əhvalatları bununla 

bitmədi. Nəfəsi kəsilən Lorentsonu kilsənin yanına gətirib qoydular. Qız ağlaya-ağlaya 

keşişə etiraf etdi ki, Lorentso dini inamına görə mənimlə soyuq davranırdı. Qəzəbdən 

də mən uşağımın ondan olduğunu dedim ki, ondan qisas alım. Lorentso isə günahına 

görə mənə nifrət etmədi, təhlükəyə baxmadan qızımı od cəhənnəmindən çıxardı.  

Lorentsonun saçları, dərisi möhkəm yanmışdı, qolları və qılçaları hərəkət 

etmirdi. Keşiş birdən öz ayağının altında uzanmış Lorentsoya diqqətlə baxdı. Onun 

yanaqlarından yaş axırdı. Yanmış paltarın altından iki təmiz bakirə qız döşləri 

görünürdü. Deməli Lorentso qız imiş. Onun sonrakı həyatından heç nə məlum deyildi. 

Axı nə mənası vardır? İnsanın həyatında ən qiymətli şey – könülün təkrarolunmaz ali 

hərəkətidir. Tacirin qızı isə ona böhtan atmaqla böyük haqsızlığa yol vermişdi.  

Azərbaycan yazıçısı Süleyman Rəhimovun «Mehman» povestindəki Qaloşlu 

adam obrazı xalq dilində məkrliliyin, xəbisliyn simvoluna çevrildi. İyrənc hərəkətlərə 

yol verənlər onun adı ilə adlanırdı. Mənəvi törəmələri isə imkan düşən kimi onun 

nümunələrindən ilhamlanıb, Qaloşlu adam kimi hərəkət edirlər. Çox güman ki, 

onlardan heç kəs yunan mifologiyasındakı Atrid lənətindən də uzaq qaça 

bilməyəcəkdir.  

 

Bibliyada təsvir olunan aldatma və məkr hadisələri 




70 

 

 



Sivilizasiyaya qədəm qoyan xalqlar qədim ibtidai əcdadlarından fərqli olaraq 

yalandan bol-bol istifadə etməklə öz məqsədlərinə çatmağa, problemlərini həll etməyə 

nail olurdular. Təəssüfə səbəb olan bir hal ondan ibarətdir ki, bəzən hətta müqəddəs 

sayılanlar, özünü Allahın seçilmiş elan etdiyi xalqın peyğəmbərləri də adi bir problemlə 

üzləşdikdə yalana əl atmaqdan çəkinmirdilər. Yalanın, aldatmanın güclü bir silah kimi 

istifadə edilməsinə aid hadisələrə Bibliyada tez-tez rast gəlinir. Burada ilk hiyləgərlik, 

məkr simvolu kimi ilan göstərilir. İlk iki insandan biri olan Həvvanı ilan yoldan çıxarıb, 

onu nəyin xeyir və şər olduğunu bildirən ağacın meyvəsini yeməyə şirnikləndirdi, 

Allahın göstərişinə tabe olmaqdan yayındırdı. Allah bunu onlara qadağan etmişdi və 

meyvəni yeyənin mütləq öləcəyini demişdi. İlan isə bildirdi ki, siz həmin meyvəni 

yesəniz ölməyəcəksiniz, çünki Allah bilir ki, siz bu meyvəni yesəniz, onun özünə 

bənzəyəcəksiniz və nəyin xeyir, nəyin şər olduğunu biləcəksiniz. Qadın bu ləzzətli 

meyvəni daddıqdan sonra ərini də dilə tutdu ki, onu yesin. Bu vaxt onlar çılpaq 

olduqlarını anlayıb, əncir yarpaqlarını tikib, onunla bədənlərini örtdülər. Allah bunu 

gördükdə qadın öz günahını etiraf etdi, həmin meyvəni yemək üçün ilanın onu 

aldatdığını bildirdi. Beləliklə, ilk günaha batma baş verdi.  

Allah onları cəzalandıracağını bildirdi və hökmünü elan etdi. İlan bütün 

heyvanlardan fərqli olaraq bu lənəti ömrü boyu daşımalı idi. Həmin vaxtdan etibarən 

ilan qarnı üstündə sürünəcəkdi. Qadının və ilanın törəmələri isə daim bir-birinə 

düşmən olacaqdı. Qadının hamilə vaxtı narahatlığı artacaq və o, uşaqlarını ağrı ilə 

müşayiət olunmaqla doğacaqdı, həm də daim ərinə tabe olacaqdı. Kişi isə bütün ömrü 

boyu özü üçün qida istehsal etməkdən ötəri ağır zəhmət çəkəcək, onun alın təri 

torpaqda hər şeyi istehsal etməyə imkan verəcəkdir.  

Allah icazə verə bilməzdi ki, həyat verən ağacın meyvəsini onlar yesinlər və 

əbədi yaşasınlar. Ona görə də Sahib Allah Adəm və Həvvanı Edem bağından qovdu. 

Bəşəriyyətin ilanın hiyləsinə uyan əcdadları ilk günaha batdıqlarına görə Allahın 

hiddətinə səbəb olmaqla, beləcə cəzalandırıldılar.  

Təəssüf ki, sonralar da müqəddəs insanlar düşdükləri çətinliyə görə yalana, 

aldatmaya əl atmaqdan çəkinmədilər. Xanaanda baş verən aclığa görə Abram Misirə üz 

tutmalı oldu. O, Misir ərazisinə daxil olarkən arvadı Saranın gözəlliyinin onlara 

bədbəxtlik gətirəcəyini güman etdiyindən, ona dedi ki, əgər sənin mənim arvadım 

olduğunu başa düşsələr, məni öldürəcək, sənin isə yaşamağına imkan verəcəklər. 

Onlara de ki, bacımsan, bu vaxt onlar mənə də yaşamağa imkan verməklə, həm də 

yaxşı münasibət göstərəcəklər.  

Misirlilər həqiqətən də onun arvadının çox qəşəng olduğunu görüb, bünü çara 

xəbər verdilər. Beləliklə, qadın çarın sarayına götürüldü. Çar qadınla yaxınlığına görə 

Abramla yaxşı davrandı və ona qoyun, qaramal sürüsü, qullar və dəvələr verdi.  

Lakin çar Sara ilə intim yaxınlıq etdiyinə görə Sahib ona və xalqına dəhşətli 

xəstəliklər göndərdi. Çar Abramı tapdırdı, onun niyə belə hərəkət etdiyinin və Saranın 

öz arvadı olduğunu deməməsinin səbəbini soruşdu: «Nəyə görə onun sənin bacın 

olduğunu dedin və buna görə də mən onunla öz arvadım kimi davrandım». Arvadını 

çar ona qaytardı və çıxıb getməsi barədə göstəriş verdi. Abram arvadı və butun 

mülkiyyəti ilə birlikdə Misiri tərk etdi.  



71 

 

Abrahamın (Abram artıq belə adlanırdı, çünki Allah vəd etmişdi ki, o, bir çox 



millətlərin əcdadı olacaqdır. Abraham isə yəhudi dilində «çoxlu millətlərin əcdadı» 

kimi səslənir) oğlu İsaak Rebekka ilə evləndikdən sonra onların ekiz oğlanları oldu. 

Körpələr doğulmamışdan əvvəl analarının bətnində də bir-birilə mübarizə aparırdılar. 

Qadın bundan narahat olduqda, Sahib ona bildirdi ki, sənin bətnində iki millət var, sən 

iki rəqib xalqa həyat verəcəksən. Onlardan biri digərindən güclü olacaqdır və kiçik 

uşaq ondan böyük olana xidmət edəcəkdir. Qadın doğanda birinci körpə kürən 

olmaqla, onun dərisi tüklü kürkə bənzəyirdi. Ona görə də onu Esey – yəhudi dilində bu 

söz «tüklü» mənasını verir, - adlandırdılar. İkinci körpə isə Eseyin dabanından möhkəm 

yapışıb doğulmuşdu. Ona görə də onu yəhudi dilində «daban» mənasını verən Ceykob 

adlandırdılar. 

Oğlanlar böyüyürdülər. Esey fərasətli ovçu idi, çöllərdə keçən həyatı sevirdi. 

Ceykob isə sakit adam olmaqla evdə qalırdı. İsaakın Eseydən xoşu gəlirdi, çünki onun 

övladığı heyvanların ətini yeməkdən həzz alırdı, Rebekka isə Ceykobu daha çox 

sevirdi. 

Bir dəfə Ceykob lobya şorbası bişirmişdi, Esey isə bu vaxt ovdan qayıtmışdı. O, 

ac idi və qardaşından ona yeməyə bir şey verməsini xahiş etdi. Ceykob isə ona dedi ki, 

əgər ilk doğulan oğulun hüquqlarını mənə versən, bunu edərəm. Esey bununla 

razılaşdı, çünki acından ölürdü, bir də ki, onun hüquqları bu vaxt ona nə verə bilərdi? 

Esey and içib, öz hüquqlarını Ceykoba verdi. Bundan sonra qardaşı ona bir az çörək və 

şorba verdi. Beləliklə, Ceykob qardaşının zəifliyindən istifadə edib, hiyləgərliklə onun 

hüquqlarını mənimsədi.  

İsaak qocalanda kor olmuşdu. O, öz böyük oğlu Eseyi çağırtdırıb ona dedi ki, 

görürsən ki, mən qocalmışam və tezliklə ölə birələrm. Nizəni və oxunu götür, ölkənin 

içərilərinə keç və mənə bir heyvan vur gətir. Ondan dadlı xörək bişir və mənə ver. Onu 

yedikdən sonra, ölümümdən əvvəl sənə öz xeyir-duamı verəcəyəm.  

İsaak oğlu Eseylə belə söhbət edəndə, Rebekka bunları eşidirdi. Esey ova 

gedəndə o, Ceykoba atasının böyük qardaşına dediyi sözləri söylədi. Sonra isə davam 

edərək dedi ki, mənə qulaq as və nə desəm, onlara əməl et. Sürüyə get və iki kök cavan 

keçini tutub gətir. Mən onlardan atanın xoşu gələn xörək hazırlayacağam. Sən xörəyi 

ona apararsan və o, ölməmişdən əvvəl sənə xeyir-dua verəcəkdir.  

Ceykob isə anasına dedi ki, axı sən bilirsən ki, Eseyin dərisi tüklüdür, mənim 

dərim isə hamardır. Əgər atam mənə toxunsa, onu aldatdığımdan hali olacaqdır. Bu 

yolla mən xeyir-dua əvəzinə lənətlənə bilərəm. Anası isə ona cavab verdi ki, qoy sənin 

lənətin mənə gəlsin, mən nə demişəmsə onları et və get keçiləri mənə gətir. O, keçiləri 

tutub anasına gətirdi və Rebekka ərinin xoşladığı xörəyi bişirdi. Sonra oğluna Eseyin ən 

yaxşı paltarını geyindirdi. Onun qolunun üstünə və boynunun tüksüz hisssinə keçi 

dərilərini qoydu. Çörəklə birlikdə bişirdiyi ləzzətli xörəyi ərinə göndərdi.  

   Ceykob atasının yanına gələndə atası onun hansı oğlu olduğunu soruşdu. 

Ceykob cavab verdi ki, sənin böyük oğlun Eseyəm, nə demişdinsə, onu da etdim. Xahiş 

edirəm otur və gətirdiyim əti bir qədər ye ki, mənə öz xeyir-duanı verəsən. İsaak 

soruşdu ki, bəs necə oldu ki, sən bunu belə tez tapdın. Ceykob cavab verdi ki, sənin 

Allahın olan Sahib onu tapmaqda mənə kömək etdi. Ceykoba dedi: «Yaxın gəl ki, mən 

sənə toxuna bilim. Sən həqiqətənmi Eseysən?» Ceykob ona yaxınlaşdıqda, atası ona 



72 

 

dedi: «Sənin səsin Ceykobunkuna bənzəyir, lakin əllərin Eseyin əllərinə oxşayır». O, 



Ceykobu tanımadı, çünki onun əlləri Eseyinki kimi tüklü idi. Atası ona xeyir-dua 

vermək istəyəndə, yenə də soruşdu: «Sən həqiqətən Eseysən?» «Mənəm» - deyə o, 

cavab verdi.  

   İsaak dedi ki, bir qədər ət gətir, xörəyi yedikdən sonra sənə xeyir-dua 

verəcəyəm. Bir qədər sonra Ceykob atasına yaxınlaşıb onu öpəndə, İsaak onun 

paltarının qoxusunu aldı və nəhayət, ona öz xeyir-duasını verdi. Əlavə etdi ki, sən 

bütün qohumlarını idarə edə biləcəksən və ananın törəmələri sənin qarşında təzim 

edəcəklər. Səni lənətləyənlər lənətə gələ və sənə xoşbəxtlik arzu edənlər xoşbəxt ola 

bilərlər.  

İsaak xeyir-duasını bitirdikdən sonra Esey ovdan gəlib çıxdı. Baş verənlər barədə 

eşitdikdə bərkdən ağladı və atasından ona xeyir-dua verməyi xahiş etdi. İsaak 

cavabında dedi ki, qardaşın gəlib məni aldatdı, sənin xeyir-duanı özünə götürdü. Esey 

dedi: «Bu ikinci dəfədir ki, o, məni aldadır, bu heç də təəccüblü deyildir ki, onun adı 

Ceykobdur (Bu söz yəhudi dilində «aldatma» sözü kimi səslənir). O, ilk doğulan oğul 

kimi mənim hüquqlarıma yiyələndi, indi isə mənə çatacaq xeyir-duaya sahib çıxdı.  

Atası ona dedi ki, artıq onu sənin ağan etmişəm. İndi heç nə qalmamışdır ki, 

sənin üçün də edim.  

Esey Ceykoba nifrət edirdi, çünki xeyir-dua ona verilmişdi. Ona görə də atasının 

ölümü ilə əlaqədar olan matəmdən sonra onu öldürməyi qət etdi. Rebekka Eseyin 

planından agah olduqda Ceykobu öz qardaşı Labanın yanına göndərdi. Ana hər iki 

oğlunu eyni gündə itirmək istəmirdi.  

Ceykob ora gələndə Labanın qızı Raxelə vuruldu. Dayısının iki qızı vardı, 

böyüyü Lea, kiçiyi isə Raxel idi. Raxel olduqca gözəl idi. Ceykob ona evlənmək 

istədikdə,  atası toydan sonra gecə onun yanına Leanı gətirdi və o, gəlinlə adəti 

qaydada davrandı. Səhəri gün Ceykob aldadıldığından hali oldu. Bir həftə sonra atası 

Raxeli də ona verdi. Lakin Raxelin uşağı olmurdu. Leanın isə ilk oğlu Reybek dünyaya 

gəldi, sonra isə ikinci oğlu Simeon doğuldu. İsaakın Raxelin kənizi Bilhadan da Den 

adlandırılan oğlu oldu. Nəhayət, Allah Raxeli də yada saldı, onun İosif adında oğlu 

oldu. 

Bir adam Ceykobun yanına gəlib onunla güləşdi. Məğlub olmadığını görüb bu 



vaxt onun buduna bir təpik vurdu və Ceykob bundan daim axsamağa başladı. Ceykob 

onun adını soruşduqda, bunu demək istəmədi. Sonra o, Ceykoba xeyir-dua verdi və 

dedi ki, sənin adın artıq Ceykob olmayacaqdır. Sən Allahla və adamlarla mübarizə 

apardın və qalib gəldin. Beləliklə, sənin adın İsrael olacaqdır. Bu ad yəhudi dilində «O, 

Allahla mübaizə aparır» kimi səslənir. 

Bir müddət sonra Labanın oğlanları da şikayətlənirdi ki, atalarına məxsus olan 

hər şeyi Ceykob ələ keçirdi, atamızın var-dövləti onunku oldu. Bu vaxt Sahib Ceykoba 

dedi ki, «öz atanın və qohumlarının torpaqlarına qayıt. Mən həmişə səninlə olacağam». 

Ceykob dayısı qızları olan öz arvadlarına dedi ki, atanız məni aldadır, on dəfə mənim 

maaşımı dəyişib, azaltmışdır. Lakin onun mənə xətər toxundurmasına Allah imkan 

vermədi, çünki atamın Allahı mənimlədir. Arvadları Lea və Raxel də ona bu var-dövləti 

halal etdilər və bunu belə əsaslandırdılar ki, Allahın atamızın əlindən aldığı bütün 




73 

 

sərvət bizə və bizim uşaqlarımıza məxsusdur. Laban Ceykobla saziş bağlamağa məcbur 



oldu.  

Raxelin ikinci hamiləliyi çətin keçirdi, o, ikinci oğlunu doğdu, atası onu 

Bencamin adlandırdı. Sonra Raxel öldü.  

Ceykobun aldatmalar seriyası öz taleyinə aid məsələ olduğundan, yalnız 

başqalarının mənafelərinə bir qədər zərbə vurmuşdu, lakin heç kəsin qanının 

tökülməsinə və ya hansısa bir qanlı hadisəyə səbəb olmamışdı. Onun ilk arvadı Leadan 

və kənizlərindən olan oğlanları isə məkrli hərəkətləri ilə qan axıdılmasına, bir tayfanın 

bütünlüklə məhv edilməsinə səbəb oldular. Raxeldən olan oğlanları İosif və Bencamin 

isə belə cinayətlərdə heç vaxt iştirak etməmişdilər.  

Ceykobun Leadan olan qızı Dina Xanaanlı bir qadına qonaq gedəndə, Hivit 

tayfasının başçısı Hamorun oğlu Şexem qızı görüb, özüylə apardı və onu zorladı. Lakin 

qız o qədər cazibədar idi ki, oğlan ona vuruldu və onun məhəbbətini qazanmağa cəhd 

etdi. Qızın atasına isə dedi ki, onu özümə arvad almaq istəyirəm.  

Ceykob qızının ləyaqətinin təhqir edildiyini eşidəndə, oğlanları çöldə mal-

qaranın yanında olduğuna görə, onlar gələnə qədər heç nə etmədi. Şexemin atası 

Hamor Ceykobla danışıq aparmağa gəldi, bu vaxt onun oğlanları da çöldən 

qayıtmışdılar. Onlar bu hadisəni eşitdikdə qəzəbləndilər, çünki Şexem Ceykobun qızını 

zorlamaqla İsrail xalqını təhqir etmişdi. Hamor oğlunun Dinaya evlənməsinə razılıq 

verməyi xahiş etdi və əlavə etdi ki, bu bizim xalqla sizin aranızda qız alıb-vermək 

ənənəsini yaradacaqdır. Nə arzu etsəniz, onu edəcəyik, sərbəst ticarət apara 

biləcəksiniz.  

Şexem də qızın atasına və qardaşlarına xahiş etdi ki, mənə bu yaxşılığı edin və 

siz nə istəsəniz, onu sizə verəcəyəm. Yalnız qoyun, mən onunla evlənim. Ceykobun 

oğlanları ona və atasına aldatma qaydasında cavab verdilər, dedilər ki, «biz razılaşa 

bilmərik ki, bacımız sünnət olunmamış adama ərə getsin. Bu bizim üçün biabırçılıq 

olardı. Biz yalnız o vaxt razılıq verə bilərik ki, sizin tayfadakı bütün kişi cinsindən 

olanlar da sünnət olunmaqla bizə bənzəsinlər. Onda biz qarşılıqlı nikahlara razılıq 

verərik. Biz sizin aranızda məskunlaşar və sizinlə bir xalq olarıq. Lakin əgər siz bizim 

şərtlərimizi qəbul etməsəniz, biz qızımızı götürüb, buranı tərk edəcəyik». 

Bu şərtlər Hamora və onun oğluna yaxşı olan kimi göründü. Şexem qıza 

vurulduğuna görə vaxt itirmədən həmin tələbi yerinə yetirmək istəyirdi. Hamor və 

oğlu öz həmşəhərliləri ilə danışdılar. Qoy biz onların qızlarına evlənək və öz qızlarımızı 

onlara ərə verək. Bircə şərtlə ki, bizim bütün kişi cinsindən olanlara sünnət edilməlidir. 

Çünki onlar sünnət olunmuş adamlardır. Bütün sakinlər Hamorun və oğlunun təklifi 

ilə razılaşdılar və şəhərdə kişi cinsindən olanların hamısına sünnət edildi.  

Üç gün sonra adamlar hələ sünnət əməliyyatından yaralı olan vəziyyətdə, 

Dinanın qardaşları Simeon və Levi qılınclarını götürüb, heç bir şübhə yaranmasına 

imkan vermədən Hamorun şəhərinə gəldilər və onun özü və oğlu Şexem də daxil 

olmaqla bütün kişi cinsindən olanları qətlə yetirdilər. Sonra Dinanı Şexemin evindən 

götürüb, şəhəri tərk etdilər. Qırğından sonra Ceykobun digər oğlanları öz bacılarının 

biabırçılığına görə intiqam almaq üçün şəhəri qarət etdilər. Onlar mal-qara sürülərini, 

şəhərdə və tarlalarda qiymətli olan nə vardısa, hamısını apardılar. Onlar qadınları və 

uşaqları əsir götürdülər, onların evlərindəki hər şeyi soyğunçuluğa məruz qoydular.  



74 

 

Ceykob Simeona və Leviyə dedi ki, siz mənə bədbəxtlik gətirdiniz, indi hər kəs 



mənə nifrət edəcəkdir. Əgər onlar birləşib mənə hücum etsələr, bütün ailəmiz məhv 

olacaqdır. Onlar isə cavabında dedilər: Biz qoymarıq ki, bacımızla adi fahişə kimi 

davransınlar. 

 Ceykobun böyük oğlanları təkcə Livit tayfasına qarşı etdikləri cinayətlə, şəhərin 

əhalisini qırmaq və soyğunçuluğa məruz qoymaq kimi dəhşətlərlə kifayətlənməyib, 

anadan ögey olan öz qardaşları İosifə qarşı da cinayət işlətməkdən, onu yadlara satmaq 

kimi bir xəyanətdən də çəkinmədilər. İosif bir gecə gördüyü yuxunu qardaşlarına 

danışanda, onlar ona daha çox nifrət etməyə başladılar. Atası sevimli arvadından olan 

və xüsusi olaraq əzizlədiyi oğlu İosifi çöldə sürüdən muğayat olan qardaşlarının yanına 

göndərdi. Onlar kiçik qardaşlarını hələ uzaqdan görüb, ona qəsd hazırlamışdılar, onu 

öldürməyi qərara almışdılar. İstəyirdilər ki, onu öldürüb, cəsədini quru quyulardan 

birinə atsınlar. Sonra deyə bilərdilər ki, onu yırtıcı vəhşi heyvan öldürdü. İstehza ilə 

deyirdilər ki, görən indi onun yuxuları nəyə çevriləcəkdir. Reybek adlı böyük qardaş 

İosifi xilas etməyə çalışaraq dedi ki, gəlin onu öldürməyək, kimsəsizlikdəki quyuya 

ataq, ancaq ona xətər toxundurmayaq. O, İosifi qardaşlarından xilas edib geriyə, 

atasının yanına göndərməyi planlaşdırırdı. İosif qardaşlarının yanına gəlib çatdıqda, 

onu bəzəkli əbasını cırdılar, sonra isə özünü quru olan quyuya atdılar. 

Onlar oturub çörək yedikdə, qəflətən Misirə səfər edən işmayelitləri gördülər. Bu 

tacirlərin dəvələri ədviyyat və qətranla yüklənmişdi. Qardaşlardan Cuda adlısı o 

birilərinə  dedi ki, öz qardaşımızı öldürməkdən nə əldə edəcəyik, həm də üstümüzə 

qatil adı töküləcəkdir. Gəlin onu İşmayelitlərə sataq. Belə olsa, biz ona xətər 

toxundurmayacağıq, hər şeydən əvvəl o, bizim qardaşımızdır, bizim canımızdan və 

qanımızdandır. Qardaşlar bu təkliflə razılaşdılar. Tacirlər yaxınlaşdıqda, onlar İosifi 

quyudan çıxarıb, onu iyirmi parça gümüşə satdılar, işmayelitlər isə onu Misirə 

apardılar. 

Sonra qardaşlar keçini öldürüb, İosifin əbasını qana buladılar və əbanı gətirib 

atasına verib dedilər: «Biz bunu tapdıq. Bu sənin oğluna məxsusdurmu?»  

Ata əbanı tanıdı və dedi: «Hə, bu onunkudur. Hansısa vəhşi heyvan onu 

öldürmüşdür. Mənim oğlum İosif parça-parça edilmişdir!» Ceykob qəm-qüssədən 

paltarını cırıq-cırıq etdi, uzun müddət oğluna yas saxladı. Oğlanları və qızları ona 

təsəlli verməyə gəldilər, lakin o, hər cür təsəllidən imtina edirdi və dedi: «Mən ölulər 

dünyasına gedəcəyəm, ona qədər isə oğluma matəm saxlayacağam».  

Miisirdə isə tacirlər İosifi çarın məmurlarından biri olan Patifara satdılar, o, saray 

mühafizəsinin kapitanı idi. İosifin başına  özündən asılı olmayan yeni hadisələr gəldi. 

Patifarın arvadı bu gözəl oğlana vuruldu. Birlikdə yatağa girmək və intim yaxınlıq 

etmək barədəki onun cəhdlərinə İosif müqavimət göstərmək üçün çıxıb küçəyə 

qaçanda, əbası qadının əlində qaldı. Hiddətlənmiş qadın nökərərini çağırıb dedi ki, 

buna baxın, ərim bu yəhudini öz evinə gətirdi, ancaq o, bizi təhqir edir. O, otağıma 

gəlib, məni zorlamağa cəhd göstərdi, lakin mən bacardığım qədər qışqırdım. Mənim 

qışqırmağımı eşitdikdə bayıra qaçdı.  

İosifin ağası arvadından bunları eşitdikdə qəzəbləndi, İosifi həbs etdirdi. Sonra 

məhbəsdə onun yuxuları yozmaq qabiliyyəti barədəki söhbətlər çara gəlib çatanda, çar 

öz dəhşətli yuxularını yozmaq üçün onu dustaqxanadan gətirtdi. Çarın yuxusunu heç 



75 

 

kəs yoza bilmirdi. İosif isə yuxuların məzmununu eşitdikdən sonra çarın hər iki 



yuxusunun eyni məna verdiyini dedi.  

Bir yuxusunda çar görmüşdü ki, Nil çayından yeddi kök, dərisindən yağ tökülən 

inək çıxdı, sonra arıq və sümükləri çıxmış yeddi inək gəldi. Arıq inəklər kök inəkləri 

yedilər. Digər yuxuda isə çar gövdəsindən ucalan yeddi dolu və yetişmiş taxıl 

sünbülünü görmüşdü. Sonra yeddi sünbül əmələ gəldi, onlar olduqca cılız olmaqla, 

səhra küləyi tərəfindən qovrulmuşdu. Çılız taxıl sünbülləri də dolu sünbülləri uddu. 

Heç bir münəccim bu yuxulara izah tapa bilməmişdi.  

İosif çara dedi ki, Allah sizə işlərin necə olacağını bildirir. Yeddi inəyin də, yeddi 

sünbülün də hər biri yeddi il deməkdir. Allah nə etmək lazım olduğunu sənə göstərir. 

Yeddi il Misirin bütün ərazisində böyük bolluq olacaqdır. Bundan sonra aclığın yeddi 

ili gəlcəkdir və bütün yaxşı işlər yaddan çıxacaqdır, çünki aclıq ölkəni viran qoyacaqdır. 

Sizin yuxunuz belə məna verir ki, Allah bu vəziyyəti müəyən etmişdir və bunu yaxın 

gələcəkdə həyata keçirəcəkdir. 

İosif çara dedi ki, indi siz müdrik adamlar seçib, ölkənin məsuliyyətini onların 

üzərinə qoymalısınız. Yeddi bolluq ili ərzində taxılın beşdə birini sonrakı dövr üçün 

saxlamalısınız. Göstəriş verin ki, yaxşı illər ərzində bütün ərzağı tədarük etsinlər, taxılı 

şəhərlərdəki anbarlara yığsınlar və onu mühafizə etsinlər. Bu ərzaq Misir xalqını bir 

ehtiyat kimi yeddi aclıq ilində təmin edəcəkdir. Bu yolla xalq aclığa məhkum 

olunmayacaqdır.  

Çar İosifi Misirin qubernatoru təyin etdi, çar möhürü olan öz üzüyünü də İosifin 

barmağına taxdı. İosif Misir çarına xidmət edəndə onun otuz yaşı var idi. Yeddi bolluq 

ilində olduqca bol taxıl istehsal olundu. İosif onların hamısını tədarük edib, şəhərdəki 

anbarlara yığdırdı. Taxıl dənizdəki qum qədər bol idi. Yeddi bolluq ili Misirdə başa 

çatdı və İosifiin əvvəldən dediyi kimi, yeddi aclıq ili başlandı. Bütün digər ölkələrdə də 

aclıq baş verdi. Misirin hər yerində isə ərzaq var idi. Aclıq şiddətlənəndə və btün ölkəni 

ağzına alanda İosif anbarların hamısının qapısını açdı və misirlilərə taxıl satdı. 

Dünyanın hər yerindən adamlar İosifdən taxıl almağa gəlirdilər, çünki hər yerdə sərt 

aclıq mövcud idi.  

Xanaanda da aclıq olduğundan İosifin qardaşları da taxıl almaq üçün Misirə 

gəldilər. İosif qardaşlarını tanısa da, qardaşları onu tanımadılar. Onlardan birini dustaq 

kimi saxlayıb, digərlərini özünün doğma qardaşı Bencaminin dalınca göndərdi ki, onu 

gətirsinlər. Ataları isə Bencamini də itirməkdən qorxurdu. Bir azdan Xanaanda aclıq 

daha da gücləndi, Misirdən gətirilən taxıl da qurtaranda, Ceykob oğlanlarını yenə ərzaq 

dalınca ora göndərdi. Bu dəfə də qardaşların kisələri taxılla doldruldu və İosif adamlara 

göstəriş verdi ki, öz gümüş camını ən kiçik qardaşın kisəsinə qoysunlar. Vətənə dönən 

qardaşlar bir qədər getdikdən sonra onları dayandırıb, yaxşılığa cavab kimi niyə pislik 

etdiklərini soruşmağı tapşırdı. 

İosifin adamları bunu edib qardaşlardan soruşdular ki, niyə onlar ağalarının 

gümüş camını oğurlayıblar? Qardaşlar İosifin nökərlərinə dedilər ki, kimdə oğurluq 

cam tapılsa, o, öldürüləcəkdir, qalanları isə sizin qullarınıza çevriləcəkdir. Lakin nökər 

bildirdi ki, kimin kisəsindən cam tapılsa, o, mənim qulum olacaq, qalanların hamısı 

azad buraxılacaqdır. Nökər diqqətlə axtaranda, cam Bencaminin kisəsində tapıldı.  




76 

 

Qardaşlar İosifin evinə gəldilər, onlardan biri dedi ki, Allah bizim təqsirimizin 



üstünü açdı. Bizim hamımız artıq sənin qullarınıq. Sonra onlar Bencamin barədə 

təveqqə etməyə başladılar, çünki o, qayıtmasa, atası dərddən öləcəkdi. İosif 

qardaşlarına özünün kim olduğunu dedi və onları atalarının yanına göndərdi ki, ona 

çatdırsınlar ki, oğlu İosifi Allah Misirin hökmdarı etmişdir. Bundan sonra Ceykob 

bütün ailəsi ilə birlikdə Misirə gəldi.  

Böyük qardaşlarının xəyanətinə İosif belə alicənablıqla cavab verdi, onları ən 

yaxşı əyalətdə yerləşdirdi. Onlar əvvəlki tək burada da heyvandarlıqla məşğul olmağa 

başladılar. Çar öz mal-qarasını da onlara tapşırdı. İosif onlara mülkiyyət verdi, ərzaqla 

təmin etdi.  

İosif (Cozef və ya Yusif peyğəmbər) təkcə müdrikliyinə görə deyil, həm də 

ədalətinə, rəhmdilliyinə görə ad çıxardı. Qardaşlarının xəyanətini nəinki bağışladı, heç 

bu hadisəni yada da salmadı. Allah onun taleyinin olduqca uğurlu olması, Misirdə 

böyük nüfuz qazanması üçün hər şeyi etmişdi.  

Ceykob (Yakov və ya Yəqub peyğəmdər) İsrail millətinin patriarxı hesab olunur. 

O, ilahi varlıqla mübarizə apardıqdan sonra İsrael (bu söz «o, Allahla mübarizə aparır» 

mənasını verir) adlanmışdı. Onun iki arvadından və kənizlərindən 12 oğlu olmuşdu. 

Yəhudi ənənəsinə görə, İsrailin 12 tayfası onlardan öz başlanğıcını götürür. Əlbəttə ki, 

Bibliya versiyalarının dəqiq olduğunu güman etmək də düzgün deyildir, çünki onda 

təsvir olunan hadisələr bir neçə əsr sonra qələmə alınmışdır. Obrazlarda da dəqiqlik 

olmaya bilər. 

Göründüyü kimi, Bibliyanın müqəddəsləri yalan işlətməkdən nəinki 

çəkinmirdilər, heç bunu qəbahət də hesab etmirdilər. Bibliyanın təsdiq etdiyi kimi, 

Allah ilk günah sahiblərini cəzalandırdığı halda, yalana əl atanları cəzalandırmaq 

əvəzinə, onlar üçün də xoşbəxt tale yolu yaradır. Ceykob hələ çox gənc olarkən 

qardaşını aldatmaqla onun ilk doğulan oğul hüququna yiyələnməklə kifayətlənməyib, 

atası İsaakı da aldadaraq ondan qardaşına çatacaq xeyir-duanı almışdı. Bu isə ona 

nəsildə böyük səlahiyyətlər bəxş edirdi. Eyni müvəffəqiyyətlə o, öz dayısını da aldadıb, 

onun var-dövlətinə sahib çıxmışdı və bu məsələdə də Allahın köməyi onun dadına 

çatmışdı.  

 

Qədim yunan mifologiyasında hiyləgərlik və məkr əməlləri 



 

Qədim yunan mifologiyasında da ilahi varlıqlar və qəhrəmanlar addımbaşı 

yalana, aldatmaya, məkrə əl atırlar.  

Ali yunan allahı, Olimpiya allahlarının başçısı Zevs öz şəhvətini söndürmək 

üçün öləri qadınları müxtəlif yollarla aldadıb, onlarla yaxınlıq edirdi. Onun çox saydakı 

öləri arvadlarından Afrodita, muzalar, Apollon və Artemida, Yelena, Herakl, Minos və 

digər uşaqları olmuşdu. O, Sparta çarı Tindareyin arvadı Ledanın yanına qu quşu 

sifətində gəldi və bu ittifaqdan Yelena və ekiz qardaşlar doğuldu. Bu həmin füsunkar 

Yelenadır ki, Parisə qoşulub qaçdığına görə Troya müharibəsinin başlanmasına səbəb 

olmuşdu.  

Zevs digər qadınları da aldatma yolu ilə ələ keçirirdi. O, ağ əl öküzünə çevrilib, 

Finikiya çarının sahildə oynayan qızı Yevropanı belində dənizdən keçirib Krit adasına 




77 

 

aparmış, burada onunla yaxınlıqdan Yevropa gələcək Krit çarı Minosu doğmuşdu. 



Zevsin Dionadan olan qızı, yunan məhəbbət və gözəllik ilahəsi Afrodita da atası kimi 

şəhvətini cilovlaya bilməyib, əri Hefestə xəyanət edib, Areslə yaxınlıq etmiş və ondan 

Erotu doğmuşdu.  

Titanın oğlu Prometey də qurban vermə vaxtı Zevsi aldadıb, gildən insan 

yaratmışdı. Zevs bu aldatmadan agah olduqda insanları oddan məhrum etdi. Lakin 

Prometey odu oğurlayıb, adamlara çatdırdı. Ona görə də Prometey insan tərəqqisinin 

simvolu hesab olunur. Yunan titanı Atlant titanların allahlara qarşı mübarizəsində 

iştirakına görə (mübarizədə allahlar qalib gəlmişdi), cəza kimi Yerin qurtaracağında 

Göyü öz çiyinlərində çaxlamalı idi. Herakl, Atlant ona Gesperidlərin qızıl almalarını ələ 

keçirməkdə kömək etdiyinə görə bir müddətə onun yükünü öz üzərinə götürdü. 

Herakla ancaq hiyləgərliklə Göy qübbəsini yenidən Atlantın çiyinlərinə yıxmaq 

mümkün oldu. 

Sonralar Heraklın özü də məkrin qurbanı oldu. Kentavr Ness Heraklın arvadı 

Deyaniranı çaydan keçirərkən onu zorlamaq istədikdə, Herakl oxla onu öldürdü, həmin 

ox isə Lerna gidrasının odu ilə zəhərlənmişdi. Herakldan qisas almaq istəyən Ness 

Deyaniraya məsləhət gördu ki, onun qanını toplayıb saxlasın, çünki bu qan ona 

Heraklın məhəbbətini qaytarmağa kömək edəcəkdir. Sonralarsa Deyanira Heraklın 

gözəl İolaya evlənməyə hazırlaşdığını bildikdə, bu vasitədən istifadə edib, ərinə Nessin 

zəhərlənmiş qanı hopdurulmuş bir xiton göndərdi və bu paltar Heraklın məhvinə səbəb 

oldu. O, bu plaşı geyindikdə, zəhər bədəninə yeridikcə dəhşətli ağrıya dözə bilmirdi və 

bu ağrıdan xilas olmaq üçün özünü tonqala atıb yandırdı.  

Kentavr Nessin məkri və arvadının qısqanclığı öz igidlikləri ilə qədim dünyanı 

heyran edən Heraklın varlığına son qoydu. Axı hər bir məkr yalnız başqasına ziyan 

toxundurmaq, onu məğlub etmək, bəzən isə hətta qaçılmaz ölümə göndərmək 

məqsədini güdür. Arvadın öz ərinə qısqanclığı da ən azı ailədəki münasibətlərin 

korlanmasına, ən möhkəm ittifaqda çat əmələ gətirməklə, onun dağılmasına gətirib 

çıxarır. 

Mikena çarı Atrey arvadını ələ keçirib, onunla yaxınlıq etdiyinə görə qardaşı 

Fiesti ölkədən qovmuşdu. Sonralar, guya barışmağa hazır olduğunu bildirib, Fiesti 

dəvət etdi ki, Mikenaya qayıtsın. O, gəlib çıxanda Atrey onun oğlanlarını öldürüb, 

doğrayıb, onların əti ilə atalarını yedirtdi. Fiestin sonralar doğulan oğlu Egisf əvvəlcə 

Atreyi, sonralar isə həmin intiqam hissindən onun oğlu Aqamemnonu öldürdü. Bu 

nəsil «Atrid lənətinə» tuş gəldi. 

Miflərlə tarixi hadisələrin sintezinin təsviri verilən Homerin «İliada» poemasında 

yunanlarla troyalıların on il davam edən müharibəsinə, Troyanın mühasirsinə son 

qoymaqla yunanlara arzuladıları qələbəni bəxş edən bir hiyləgərlik hadisəsi xüsusi yer 

tutur. Bu hadisə Odisseyin hiyləgərliyinin və yunanların məkrinin ən böyük nümunəsi 

idi.  


Aqamemnonun başçılıq etdiyi yunanlar onun qardaşının arvadı, füsunkar 

Yelenanı qaçırmış Troya printsi Parisdən intiqam almaq məqsədilə Troyaya hərbi yürüş 

həyata keçirdilər. Müharibə və İlionun mühasirəsi on il ərzində davam etsə də, heç bir 

tərəf həlledici üstünlüyə malik deyildi. Bu vaxt yunanlar Odisseyin məsləhəti ilə 

troyalılara at hədiyyəsi vermək qərarına gəldilər. Onlar ağac materialdan at şəklində 



78 

 

nəhəng qurğu düzəldib, onu ilahə Afinanın hədiyyəsi kimi təqdim etdilər. Atı Troyanın 



divarı yanında qoydular. Kahin Laokoonun və çar Priamın öncəgörən qızı 

Kassandranın xəbərdarlıqlarına baxmayaraq, troyalılar atı dartıb şəhərə gətirdilər. 

Bədbəxt Laokoon bu xəbərdarlığına görə yunanları himayə edən ilahi qüvvələrin 

göndərdiyi ilanların sancması nəticəsində iki oğlu ilə birlikdə ölsə də, troyalılar onların 

ölümünü də özlərinin xeyrinə olan ilahi əlamət hesab edib, hədiyyəni qəbul etmək 

qərarına gəldilər.  

Atın içərisində ən yaxşı yunan döyüşçüləri gizlənmişdi, gecə düşəndə onlar atın 

«qarnından» çıxıb, mühafizəçiləri öldürdülər və yunan qoşunlarını şəhərə buraxdılar. 

Bu yolla yunanlar qalib gəldilər.  

Troya atı güclü şəhər-dövlətin məhvində xüsusi rol oynadı. Yunanların 

(danaylıların) hədiyyəsi əsl məkr nümunəsi olmaqla öz işini gördü. Ona görə də qədim 

Roma şairi Vergili yazmışdı. «Quidquidest, timeo Danaos et dona ferentes» - «O nədən 

ibarət olsa da, danaylıların gətirdiyi hədiyyədən qorxuram». Buradan da sirrli, məkrli 

niyyəti bildirən «Troya atı» ifadəsi yaranmışdır.  

Bu ifadəni bilməməyin özü də bəzən xoşagəlməz hadisələrin baş verməsinə 

səbəb olur. Uzun müddət ərzində SSRİ Televiziya və Radio Komitəsi sədrinin birinci 

müavini, 1945-46-cı illərdə keçirilən Nyurnberq Beynəlxalq Tribunalında isə tərcüməçi 

işləmiş Ənvər Məmmədov yazırdı ki, faşist Almaniyasının rəhbərliyində ikinci şəxs 

sayılan German Gerinq mühakimə vaxtı obrazlı danışmaq, qədim yunan mifologiyasına 

müraciət etməklə çıxışlarına sanbal vermək üslubunu seçmişdi. Bir dəfə alman dilindən 

ingilis dilinə tərcümə edən qız (tribunalda sinxron tərcümə gedirdi) müttəhimin 

danışığını başa düşmədiyindən tərcüməni dayandırdı və səbəb kimi izah etdi ki, Gerinq 

nəsə bir at barədə danışır, o, isə heç nə başa düşmür. Gerinq «Troya atı» ifadəsini 

işlətmişdi, tərcüməçi qıza isə bu naməlum bir termin idi. Yalnız tərcüməçi 

dəyişdirildikdən sonra məhkəmə prosesi davam etdirildi. Qədim yunan mifologiyasına 

və Homer yaradıcılığına biganəlik intellektin kasadlığından xəbər verir. Ümumi savadı 

aşağı olan tərcüməçilər isə bir qayda olaraq öz fəaliyyətlərində «Sizif zəhməti» ilə 

üzləşməli olurlar.  

 

Tarixdə rast gəlinən bəzi misallar 



 

Yalana, məkrə, hiyləgərliyə təkcə miflərdə deyil, qədim yunanların və digər 

xalqların tarixində də rast gəlmək mümkündür. Bu hadisələr özünəməxsus qaydada 

tarixi bəzəməyə xidmət edirlər. Qədim Afinada tiran Pisistrat hakimiyyətə hiyləgərlik 

yolu ilə gəlmişdi, o, siyasətdə ustalıqla oyun oynamağı bacarırdı. O, özünü döyüb, üz-

gözünü göyərmiş yerlərlə bəzədi və dedi ki, o, müharibə qəhrəmanıdır, buna görə ona 

cangüdənlər ayırdılar və onların köməyi ilə o, hakimiyyət kürsüsünü ələ keçirdi. Bir 

qədər sonra o, vəzifəsindən uzaqlaşdırıldı, müəyyən fasilədən sonra o, uzun boylu bir 

qadın tapıb, onu yaxşı geyindirdi və onunla birlikdə şəhərə daxil oldu. Qabaqda gedən 

carçı qışqırırdı ki, Pisistrat şəhərə Afina Pallada ilə daxil olur. İlahənin onu himayə 

etdiyini eşidən xalq artıq ona etiraz edə bilmədi və o, yenidən hakimiyyətə yüksəldi. O, 

fasilələrlə bizim eradan əvvəl 561-ci ildən 527-ci ildə ölənə qədər Afinada hökmranlıq 

etdi. Onun idarəçiliyi mülayim tiraniya idi. Kiçik fermerlərə torpaq payı verdiyinə görə 



79 

 

xalq arasında populyarlıq qazanmışdı, tikinti-abadlıq işlərinə böyük diqqət verirdi, 



şəhəri gözəlləşdirdi. Öldükdən sonra onun oğlu Hippi b.e.ə. 527-510-cu illərdə 

hökmranlıq etdikdə irticaya yol verdiyinə görə sürgünə göndərildi və beləliklə, Afinada 

tiraniyaya son qoyuldu. 

Qədim Romada varlı adamlar və hətta imperatorlar evlərində hamamlarının 

olmasına baxmayaraq, ictimai hamama gedirdilər. Bir dəfə imperator Adrian (o, 117-

138-ci illərdə imperatorluq etmişdi) hamama gəldikdə, gördü ki, birisi kürəyini divara 

sürtür. İmperator maraqlandıqda, ona dedilər ki, həmin adamın qulu olmadığına görə 

belini beləcə sürtməyə məcbur olur. İmperator ona bir qul verdi. İkinci dəfə Adrian 

hamama gələndə gördü ki, iyirmiyə qədər adam kürəyini divara sürtür. Lakin 

imperator heç də səfeh adam deyildi, o dedi ki, əgər qulları yoxdursa, qoy bir-birlərinin 

kürəyini sürtsünlər. Ağ yalanla ancaq maymaqları, səfehləri aldataq olur, ağıllı, ayıq 

adamlar çox vaxt yalanın hörümçk torundan uzaq qaçmağı bacarırlar. 

Xristianların XI əsrin sonundan başladıqları Səlib yürüşləri din bayrağı altında 

Palestinada günahsız insanlarn qanının geniş miqyasda axıdılması ilə yanaşı, digər 

dəhşətli hadisələrlə də əlamətdardır. Roma Papasının başçılığı altında din xadimləri 

Səlib yürüşlərinin təşkili üçün hər cür məkrə əl atırdılar.  

Uşaqların və yeniyetmələrin Səlib yürüşünə cəlb edilməklə aldadılması və 

onların fırıldaq qurbanlarına çevrilməsi bu eybəcərliklərin daha bariz nümunəsidir. 

1212-ci ilin mayında startını götürən bu hadisə dini fanatizmin hansı dəhşətlərə gətirib 

çıxardığını aydın göstərir. Fransada həmin dövrdə yeniyetmə çoban Stefanın gözünə ağ 

rahib obrazında İisus göründü. İisus ona göstəriş vermişdi ki, yeni Səlib yürüşünün 

başında dursun. Bu yürüşdə yalnız uşaqlar iştirak etməli idi, guya ki, ələ silah 

götürmədən, dillərində Allahın adı olmaqla onlar Sahibin qəbrinin olduğu Yerusəlimi 

azad etməlidirlər. 

Çoban elə ehtirasla moizə edirdi ki, uşaqlar evlərindən qaçıb ona qoşulurdular. 

Vandom bu «müqəddəs qoşun»un yığışdığı yer elan edildi, buraya 30 min yeniyetmə 

toplaşmışdı. Stefan artıq möcüzə yaradan hesab olunurdu. Onlar Marselə getdilər ki, 

oradan müqəddəs torpağa üzsünlər, lakin gəmilər barədə əvvəlcədən heç kim 

düşünməmişdi. Qoşuna keşişlər və kəndlilər, çox hallarda həm də cinayətkarlar 

qoşulurdu.  

Bu hərəkata dəlisovluqla qoşulmağa can atan alman uşaqlar isə Almaniyadan 

İtaliyaya gedən yolda Alp dağlarını keçəndə dəhşətli məhrumiyyətlərə məruz qaldılar. 

Yerli əhali isə Fridrix Barbarossanın səlibçilərinin (III Səlib yürüşü) törətdikləri 

bədbəxtliklərdən cana doyduqlarından onların çətinliklərinə laqeydlik göstərirdilər. 

Fransız uşaqlarına isə Marseldə iki yerli tacir yeddi gəmi verdi ki, onlar 

müqəddəs torpağa üzsünlər. Lakin onların izi bütünlüklə itdi və 18 ildən sonra, 1230-cu 

ildə Avropada vaxtilə onları müşayiət edən bir rahib meydana çıxdı və o, danışdı ki, 

yeniyetmələr olan gəmi Əlcəzair sahillərinə gəlib çıxdılar, orada onları gözləyirdilər. 

Məlum oldu ki, tacirlər onlara gəmiləri mərhəmətlərinə görə deyil, müsəlman 

quldarları ilə sövdələşdiklərinə görə veribmişlər. Yeddi gəmidən ikisi hələ üzərkən 

Sardiniya adası yaxınlığında qəzaya uğrayıb batıbmış, digərlərini isə əclaflar Şimali 

Afrikaya gətirib, guya Sahibin qəbrini xilas edəcək bu zəvvarları Misirin qul bazarında 

qul kimi satmışdılar. Minlərlə uşaq Xəlifənin sarayına düşmüşdü. Ən ağır bədbəxtlik 



80 

 

payı isə aldadılan və təcavüzlərə məruz qalan qızların bəxtinə düşmüşdü. Dini 



fanatizm və kilsənin nüfuzu hesabına aldadılan on minlərlə avropalı uşaq öz evlərini, 

valideynlərini tərk edib, uzaq diyarlarda səfillərə və əsl qullara çevrilmişdilər.  

İngiltərə kralı I Eduard qiyam qaldıran uelsliləri sakitləşdirmək üçün 1284-cü 

ildə Kardiffdə olarkən bir hiyləgərliyə əl atdı. Xalqın qarşısına çıxıb dedi ki, mən sizə 

Uelsdə anadan olan və ingiliscə bir kəlmə də bilməyən bir nəfəri hökmdar qoyacağam. 

Uelslilər kralın bu bəyanatına çox sevindilər, lakin məlum oldu ki, kral onların 

sadəlövhlüyündən istifadə edib kələk işlətmişdir. Onun bu bəyanatından əvvəlki gün 

Kardiffdə anadan olan oğlu, gələcək kral II Eduardı o, Uels printsi təyin etmişdir. Hər 

bir körpə kimi o, danışa bilmirdi. Uelslilər kral I Eduardın hiyləgərliyinin qurbanı 

oldular. O vaxtdan etibarən kralın böyük oğlu, vəliəhd Uels printsi adlanır. İndiki 

kraliça II Elizabetin oğlu Çarlz da bu titulu daşıyır.  

Fransa kralı IX Karl anası Yekaterina Mediçinin öyrətməsi, təhriki ilə qəsd təşkil 

etdi və 1572-ci il avqustun 24-nün gecəsində – bu Varfolomey gecəsi adlanır,- Parisdə 

huqenotlar adlanan protestantların qırğını başlandı. Sena çayı qandan qırmızı rəng 

almışdı. Hamı dini dönüklərə hücum edirdi. Latın məhəlləsində professorları, tacirləri 

öldürürdülər. Həmin gecə 5 mindən 10 minə qədər parislinin öldürüldüyü güman 

edilir. Hüqenotların təqibinə görə Parisi çox sayda sənətkarlar tərk etdi və bu gələcəkdə 

özünü Fransa üçün ağır iqtisadi zərbə kimi göstərdi.  

Yalnız 1594-cü ildə kral IV Henri protestantlıqdan katolikliyə qayıtdığına görə, 

«Paris messaya dəyər» şüarı ilə paytaxta girib, uzun sürən vtəndaş müharibəsindən 

sonra burada sülhü bərpa etdi. Parislilər 1610-cu ildə dini fanatik tərəfindən qətlə 

yetirilən kral IV Henrini  samaritan adlandırıb, onu hökmranlığı dövründə çox sevdilər.  

  1715-ci ildə Cünəş Kral- XIV Lui öldükdən sonra Fransa taxt- tacına onun 

nəticəsi, az yaşlı XV Lui gəldi. Ölkəni regent kimi  Orlean hersoqu ( Adı II Filipp olan 

bu adam 1715-1723-cü illərdə Fransada hökmranlıq etmişdi ) idarə etməyə başladı. O, 

özünü xalqa qayğıkeş, izafi xərcə yol verməyən hökmdar kimi göstərmək üçün sarayın 

tövlələrindəki atların sayını iki qat azaltdı. Bunu eşidən  böyük fransız filosofu Volter 

yazmışdı ki, yaxşı olardı ki, o, tövlədəki atların miqdarını azaltmaqdansa, saraydakı 

eşşəklərin sayını iki qat azaldaydı.  

Təkcə bir ölkənin ərazisində deyil, beynəlxalq münasibətlərdə də bir-birini 

aldatmağa geniş yol verilir. Çünki ən sıx müttəfiqlik belə, qarşılıqlı şübhələri aradan 

qaldırmır, həqiqi etimada əsaslanmır. Müttəfiqlik müqaviləsi ilə bağlananlar, sonradan 

müharibə cığırına düşməklə, bir-birinə ağır zərbə vurmağa çalışırlar. 1807-ci ildə 

Napoleonla rus çarı I Aleksandr dostluqdan xəbər verən müqavilə imzalamışdılar. 

Rusiya sonralar Britaniya ilə əlaqələri bərpa etdiyinə görə, Napoleon Rusiyaya yürüş 

etdi və nəticədə ağır məğlubiyyətlə üzləşməli oldu.  

Napoleon, ondan 130 il sonra Hitler kimi ümid edirdi ki, onun Böyük İmperiyası 

əsrlərlə axırıncı imperiya olacaqdır. Hitler imperiyası kimi o da yaranandan az sonra 

sürətlə tənəzzülə uğradı. Burada iki başlıca səbəb var idi: Böyük Britaniyanın 

dirçəlməsi və millətçiliyin güclənməsi. Britaniyanın dirçəlməsi əsasən onun dəniz 

qüvvələrinə borclu idi. Britaniya uzun müddət ərzində dalğaları idarə etdikcə hərbi 

hücumlar üçün demək olar ki, heç də kövrək olmurdu. Napoleon İngiltərəyə müdaxilə 

etməyi də düşünürdü və quruda əlbəttə, onun ordusu çox güclü idi. Ona görə də bu 



81 

 

müdaxilə üçün gəmilər də toplanmışdı. Lakin 1805-ci ildə Trafalqar döyüşündə 



birləşmiş fransız-ispan donanması admiral Nelsonun başçılıq etdiyi Britaniya hərbi-

dəniz qüvvələrinə üstün gələ bilmədi, əksinə ağır məğlubiyyətlə üzləşdi. Napoleon bu 

vaxt Bratiniyanı məğlub etmək üçün üzünü özünün Kontinental Sisteminə tərəf çevirdi. 

1806-1807-ci illərdə həmin sistem işə salındı, bu yolla Britaniya mallarının Avropa 

qitəsinə çatdırılmasının qarşısının alınmasına cəhd edildi. Bundan məqsəd Britaniyanı 

iqtisadi cəhətdən zəiflətmək və onun müharibə aparmaq qabiliyyətini məhv etmək idi. 

Lakin Kontinental Sistem uğursuzluğa düçar oldu. Müttəfiq dövlətlər Fransanın 

iqtisadi hegemonluğuna sıx bağlanılmağa nifrət edirdilər. Bəziləri onu aldatmağa, 

digərləri isə müqavimət göstərməyə başladılar. Ona görə də qapını Britaniya ilə 

əməkdaşlığa açdılar. Şərqi Aralıq dənizindəki və Latın Amerikasındakı yeni bazarlar 

həmçinin Britaniyanın itkilərini kompensasiya edirdi. Məhz bunlara görə də, 1810-cu 

ildən Britaniyanın dəniz yolu ilə ixracı rekord səviyyəyə qalxmışdı. Müttəfiqləri 

Napoleonu aldadaraq Britaniya ilə əməkdaşlığı və ticarəti bərpa etmişdilər. 

 

İmperializmin «yalan» təməli 



İmperializm tarixən yenidən canlanmaqla öz məqsədlərinə doğru hələ XVII 

əsrdə başlayıb, sonrakı dövrlərdə isə irəliləsə də, XIX əsrdə daha böyük miqyas almağa 

başladı. 1880-ci illərdən Avropa dövlətləri dənizlərin o tərəfindəki torpaqları geniş 

qaydada tutmağa başlayanda yeni imperializm adlanan bu hərəkat Asiya və Afrikanın 

parçalanmasına, ələ keçirilməsinə səbəb oldu. İspaniya, Britaniya, Rusia imperiyaları 

artıq əvvəlki əsrlərdə təşəkkül tapmışdı. XIX əsr isə dünya ərazilərinin yenidən 

bölünməsi, Afrikanın bütövlükdə müstəmləkə ərazisinə çevrilməsi üçün xüsusi 

əhəmiyyətə malik oldu.  

Britaniyanın ağ irqinin bu qitədəki uğurlu irəliləməsi həmin əsrin sonunda baş 

verdi. Bu istilaları, işğalları, torpaqların ələ keçirilməsini İngiltərədə elmi cəhətdən də 

sübut etməyə çalışırdılar. Londonda 1865-ci ildə nəşr edilən «Zəncilərin təbiətdə yeri» 

adlı «elmi» məqaləsində Ceyms Hatt Darvin nəzəriyəsindən istifadə edərək zənciləri 

insanabənzər meymunlarla müqayisə edirdi. Britaniyanın böyük çətinliklə əzabından 

qurtulduğu quldarlığa o, haqq qazandırırdı. Belə bir mülahizə irəli sürmüşdü ki, 

britaniyalılar elə təkamülə məruz qalmışlar ki, onlar başqa xalqları idarə etməyə 

qadirdirlər, çünki onlar yüksək irqdirlər. Bir neçə onillikdən sonra, artıq XX əsrdə Hitler 

almanları təmiz arilər adlandırmaqla yüksək irq kimi təqdim edəcək və onun ağalığı 

üçün dünyanı yeni ən böyük miqyaslı və dəhşətli müharibəyə cəlb edəcəkdi. 

Britaniya öz müstəmləkə siyasətini insanlığa məhəl qoymadan həyata keçirirdi, 

bu məqsədlə hər cür yalana və hiyləgərliyə əl atırdı. Bir ingilisin bu vaxtlar dediyi kimi, 

«Britaniyanın bütün vəziyyəti aldatmaya əsaslanırdı». İngilislər Afrikada əraziləri 

birbaşa deil, marionetkalar olan tayfa başçıları vasitəsilə idarə edirdilər, yerli başçı 

olmayanda isə özləri onu təyin edirdilər. XIX əsrin sonunda Böyük Britaniya Afrikada 

iri ərazilərə malik idi, oradakı inzibati başçılar hər şeylə: vergi toplamaqla, polis və 

məhkəmə xidməti ilə məşğul olurdular. Afrikanın böyük tədqiqatçısı şotland Devid 

Livinqston qitədə öz kəşflərini edərkən, «kömək etmək» şüarını irəli sürmüşdüsə, bu 

söz sonralar «idarə etmək» mənasını kəsb etdi. Lakin onun ardıcılları barədə də bəxti 

gətirmədi. İngilis Henri Morton Stenli ondan xəbər gəlməyən Livinqstonu  axtarmağa 




82 

 

göndərilmişdi və tapdıqdan sonra onunla birlikdə Tanqanika gölünü tədqiq etmişdi. 



Sonralar o, Belçika kralı II Leopoldun xidmətinə keçmişdi və onun müstəmləkəçilik 

siyasətinin həyata keçirilməsinə böyük köməklik göstərmişdi.  

Əgər Livinqston göylərə yüksəlməyə cəhd edirdisə, müstəmləkə siyasətinə 

xidmət edənlər nəzərlərini torpağa, daha doğrusu, yerin təkinə dikmişdilər. Afrikada 

Britaniya məstəmləkəçiliyinin genişlənməsində Sesil Rodsun (1853-1902-ci illər) böyük 

fəaliyyəti olmuşdu, əslində o, 1880-90-cı illərdə imperiyanın siyasətini aparmışdı. İngilis 

müstəmləkəçiləri tərəfindən Cənubi və Mərkəzi Afrikada ərazi işğallarının təşkilatçısı 

olmaqla, onların bir hissəsi olan Rodeziya koloniyasını yaratmışdı. İndi həmin 

koloniyanın şimal hissəsi Zambiya Respublikasına, cənubu isə Zimbabveyə məxsusdur. 

O, 1870-ci ildə səhhətinə görə Cənubi Afrikadakı Natala göndərilmişdi. Oranc Azad 

Dövlətində almaz yatağı kəşf edildikdən sonra, bu sahədə öz bəxtini sınamaq üçün ora 

getmiş, Matabeles tayfa çarnın güzəşti sayəsində 1888-ci ildə xeyli ərazi ələ keçirərək, 

onu Rodeziya adlandırmışdı. Bu ərazini 1896-cı ilə qədər təkbaşına idarə etmişdi. 1890-

96-cı illərdə Kap (Keyp) koloniyasının baş naziri olmuş, Cənubi Afrikadakı Keypdən 

qitənin şimalındakı Qahirəyə qədər dəmir yolu çəkilməsinin layihəsini irəli sürmüşdü.  

İmperializmin iri addımlarla irəliləməsi hesabına Britaniya Viktoriya epoxasında 

dünya əhalisinin ¼-ə ağalıq edirdi. Vaxtilə ispan kralının dediyi sözü təkrar edib, 

kraliça deyə bilərdi ki, mənim imperiyamın üzərində günəş batmır. 

Afrikanın müstəmləkəçiliyi bir qədər uzun tarixə malikdir. Hələ XVII əsrin 

ortalarında burada yenicə məskunlaşmış hollandlar, sonra isə almanlar və fransızlar 

Kap əyaləti ərazisində böyük sahələri ələ keçirmişdilər. Kolonistlər arasında hollandlar 

çoxluq təşkil etdiyindən onları holland dilində «kəndli» mənasını verən «bur» 

sözündən götürülmüş «burlar» adlandırmağa başlamışdılar. Onlar həyasızcasına və 

qəddarlıqla yerli əhali olan buşmenləri məhv edir və yaşadıqları yerlərdən qovur, 

onların torpaqlarını və mal-qarasını əllərindən alırdıldar.  

Britaniya missionerləri XIX əsrin əvvəllərində yerli əhalinin burlar tərəfindən 

vəhşicəsinə, insanlığa yad qaydada məhv edilməsindən yazırdılar. Sonralar 

britaniyalılar da yerli əhali ilə eyni qaydada davranacaqdılar. Afrikalılar demək olar ki, 

qul vəziyyətində idilər. Öz əməllərini kalviniizmin ehkamları ilə ört-basdır edən burlar, 

dərisinin rəngi başqa olan adamları qul etmək barədə özlərinin «ilahi» hüquqa malik 

olduqlarını bəyan etmişdilər. 

Sonralar burlarla ingilislər arasında başlanan mübarizədə burlar məğlub oldular. 

Burlar yalnız Oranc Azad Dövlətini yaratdılar. Lakin Orancda almaz dənələrinin, 80-ci 

illərin əvvəllərində isə Transvaalda zəngin qızıl yataqlarının kəşf edilməsi ona gətirib 

çıxardı ki, müstəmləkə siyasəti ilə iri ingilis şirkətləri məşğul olmağa başladı. Axı 

Hindistanın da müstəmləkəyə çevrilməsində hələ 1600-cü ildə yaradılmış və əvvəllər 

sırf kommersiya ilə məşğul olan İst-İndia şirkətinin ölçüyə sığmayan xidmətləri 

olmuşdu. Cənbi Afrikadakı şirkətlərin əməliyyatlarını, birja fırıldaqlarını mədən 

müəssisələrinin səhmləri hesabına varlanan Sesil Rods istiqamətləndirirdi. Bir neçə il 

ərzində o, almaz hasilatının çox sayda konsessiyalarını ələ keçirdi, sonra isə Cənubi 

Afrikadakı bütün almaz və qızıl hasilatını inhisara götürdü. Məşhur bankir lord 

Rotşildin dəstəyi ilə Rods öz dövrünün aparıcı maliyyə maqnatına çevrildi. O, Afrikada 




83 

 

«Keypdən Qahirəyədək» olan bütöv müstəmləkə kompleksinin yaradılmasını arzu 



edirdi. 

Afrika üçün həlledici döyüşün başlanğıcını Belçika kralı II Leopold qoymuşdu. 

Onun hərəkətlərinin başlıca motivi acgözlük, tamahkarlıq idi. 1870-ci ilin əvvəlində o, 

belə bir xəbərlə tanış oldu ki, Konqo çayının hövzəsində heyranedici və çox varlı olan 

bir ölkə yerləşir. O, ABŞ ərazisinin 1/3-nə bərabər olan bu nəhəng ərazini ələ keçirmək 

üçün alışıb yanırdı. Bu məqsədlə o, Henri Stenlini öz xidmətinə dəvət etdi. Bu vaxt o, 

Afrikanın içərilərində Livinqstonun itmiş ekspedisiyasını axtarırdı. 

Stenli Belçika kralının tapşırığı ilə xüsusi missiyanı həyata keçirmək üçün 

Konqoya göndərildi. Hiyləgərlik və aldatma yolu ilə o, Afrika tayfa başçıları ilə əraziləri 

ələ keçirmək məqsədilə bir neçə müqavilə bağladı. 1882-ci ilədək Belçika kralı 1 milyon 

kvadrat kilometrlikdən çox ərazini ələ keçirməyə müvəffəq oldu. O, canfəşanlıqla 

Afrikada imperializmi tətbiq edirdi. O deyirdi: «Sivilizasiyaya açılmaq üçün bizim yer 

kürəsinin yalnız bir hissəsinə hələ nüfuz edildməmişdir, bütün əhalini əhatə edən 

cəhaləti dağıtmaq elə Səlib yürüşüdür. Mən bunu deyirəmsə, Səlib yürüşü bu proqress 

əsrinə layiqdir».  

II Leopold Konqoda yerli əhaliyə qarşı hər cür vəhşiliyə əl atırdı.1891-ci ildən 

başlıca sənaye sahəsi olan yabanı rezin istehsalı burada çox gəlirli bir işə çevrildi. Təbii 

kauçuku – heveya ağacının şirəsini yığmaq üçün cəlb edilən zəncilərdən gündəlik 

normanqı yerinə yetirməyənlərin sağ qolu kəsilirdi. Bir müddətdən sonra qolları 

kəsilmişlərin saı həddən çox artdqda, bu qayda ləğv edildi, başqa cəza növləri işə 

salındı. 1904-cü ildə rezin istehsalında yerli əhali ilə pis davranış Leopoldun fərdi idarə 

etməsinin tənəzzülə uğramasına səbəb oldu. Böyük Britaniya ABŞ-la birlikdə “rezin 

vəhşiliyni” aradan qaldırmaq üçün Belçikaya təzyiq göstərdilər ki, Konqo dövlətini 

özünə birləşdirsin. Zəncilərə qarşı pis münasibət bununla bitmirdi. Belçikanın paytaxtı 

Brusseldə qara dərililər üçün heyvanxana tipli xüsusi sərgi yaradılmışdı, zəncilər vəhşi 

heyvanlar kimi dəmir qəfəslərdə nümayiş etdirilirdi. Belçikalılar ekzotik heyvanlar 

kimi onlara maraqla tamaşa edirdilər. 

Avropa dövlətləri Afrikanın ərazi bölgüsü ilə daha yaxından məşğul olmağa 

başladılar. 1884-cü ildə Almaniya kansleri Otto fon Busmarkın təşəbbüsü ilə Berlin 

Beynəlxalq konfransı keçirildi. 14 dövlət (Avropa dövlətləri və Amerika Birləşmiş 

Ştatları) konfransda Afrikanın ərazi bölgüsünü qanuniləşdirdilər.  

Afria ərazilərinəi ələ keçirəndə avropalılar əksər hallarda aldatmaya və 

hiyləgərliyə əl atırdılar. Axı onların bağladıqları müqavilələri digər tərəfdən tayfa 

başçıları imzalayırdı, onlar isə heç oxumağı da bilmirdilər və çox vaxt sənədin 

məzmununa belə diqqət vermirdilər. Torpağın əvəzində tüzemlər bir neçə butılka cin, 

qırmızı yaylıq və ya müxtəlif rəngdə olan paltarlar alırdılar. Axı bu təcrübədən Şimali 

Amerikada hindu torpaqlarını ələ keçirmək üçün hələ hollandlar və ingilislər geniş 

surətdə istifadə etmişdilər. İndiki Nyu-Yorkdakı Manhetten adasını hollandlar 

hindulardan 60 quldenə və ya 24 dollara almışdılar. Avropalılar hinduları içirib sərxoş 

edir və belə vəziyyətdə onlar hər cür ədalətsiz sövdələşmələrə razılıq verirdilər. 

Hinduların mədəsində spirti parçalayan ferment olmadığından (Qrenlandiya 

eskimoslarının bədənində də eyni ferment defisiti mövcuddur), onlar azacıq spirtli içki 




84 

 

içdikdən sonra tezliklə sərxoş olurdular, şüurlarını itirdiklərinə görə ən ağır təkliflərlə 



də razılaşırdılar.  

Avropalılar insanlığa məhəl qoymadan, lazım gəldikdə silahdan istifadəyə də əl 

atrdılar. 1884-cü ildə saniyədə 11 güllə atan «Maksim» pulemyotu ixtira edildikdən 

sonra hərbi üstünlük tamamilə müstəmləkəçilərin tərəfinə keçdi. Ona görə də yaxşı 

deyirlər ki, imperializm pulemyotun köməyi ilə hakim kəsildi və pulemyotun özü də 

ona sonluq bəxş etdi. Amerikanın ağ dərili sakinləri hindulara ağır zərbə vurmaq, həm 

də sənayenin dəriyə olan təlabatını ödəmək üçün bizonları qırırdılar. Vinçester tüfəngi 

icad edildikdən sonra isə ağ irqdən olanlar qırmızıdərililərin əsas qida mənbəyi olan bu 

çöl heyvanlarının kütləvi surətdə məhv edilməsinə nail oldular. Amerika 

preriyalarındakı bizon sürüləri demək olar ki, yoxa çıxdı. Odlu silahların 

təkmilləşdirilməsi və onların yeni növlərinin kəşfi müstəmləkəçiliyin, əslində vəhşiliyin 

uğurlarına qapıları taybatay açırdı. 

Afrikaya gəldikdə, qitənin işğalı təsadüfi deyildir ki, tarixə «böyük Afrika ovu» 

altında daxil oldu. 1893-cü ildə Zimbabvedə 50 avropalı 6 pulemyotla 3 min qaradərilini 

öldürdü. 1998-ci ildə Sudandakı Omdurmanda gedən döyüşdə ingilislər 5 saat ərzində 

11 min sudanlını məhv etdilər, özlərinin isə tikisi 20 əsgərdən ibarət idi.  

 

Müharibədə də yalan ən güclü silah kimi 



Yalan, hiyləgərlik, aldatma müharibənin ən səmərəli silahlarından biri hesab 

olunur. Bəzən yalan gətirdiyi faydaya görə onlarla diviziyanı əvəz edə bilir. Çünki 

yalanı işə salan tərəf bu metodun tətbiqinə görə heç bir itki vermir. Çingizxandan miras 

qalan həmin metod digər silahlardan fərqli olaraq heç vaxt köhnəlmir, yararlılığını 

qoruyub saxlamaqla, öz yerini hansısa təkmilləşmişinə vermir. Müttəfiq qoşunlarının 

(İngiltərə, ABŞ və Kanada qüvvələrinin) 1944-cü il iyunun 6-da Normandiyaya 3 

milyon nəfərlik desantının uğurlu və əsasən az itkili olmasında istifadə edilən yalan 

informasiyanın böyük faydası oldu.  

Xuan Qarsia Puyol adlı, 1912-ci il təvəllüdlü bir ispan alman agentinə 

çevrildikdən sonra Böyük Bratinayaya getmək barədə əmr aldı. Orada o, əlavə agentlər 

cəlb etməli idi. Ailəsi ilə birlikdə Britaniyaya gəldikdən sonra  Puyol ingilislərə 

əməkdaşlıq təklif etdi, britaniyalılar onun təklifini qəbul etdilər. Burada o, Qarbo agent 

ləqəbini qəbul etdi, almanlar üçün isə onun agent ləqəbi Arabel idi. Beləliklə, İkinci 

Dünya Müharibəsi ərzində o, ikili agent oldu və bu dövrdə uzun müddət almanların 

Baş Qərargahını aldatdı.  

Puyol – Qarbonun ən böyük xidməti Normandiya desantı ərəfəsində baş verdi. 

O, almanları yalan məlumatlarla aldadaraq, əməliyyatın Pa-de-Kaledə deyil, 

Normandiyada aparılacağının tam sirr olaraq qalmasına nail oldu. Almanlar onun 

məlumatına əsaslanaraq Pa-de-Kaledə güclü istehkamlar qurdular. Buna görə də 

müttəfiq qoşunlarının baş komandanı Duayt Eyzanhauer Normandiya istiqamətini 

seçdi.  

Desant gününə (D-day) 71 gün qalmış Qarbo almanları əməliyyat barədə 

aldatmağa başladı. Almanlar tam əmin idi ki, hədəf Pa-de-Kaledir, Duvr boğazıdır. 

Hitler həm də güman edirdi ki, D-day iki aydan sonra başlayacaqdır. Almanlar 

müdaxilənin belə tez və başqa yerdə olacağını gözləmirdilər. Müdafiə qoşunlarına 



85 

 

komandanlıq edən Rommel desant ərəfəsində arxayın qaydada Berlinə, arvadının ad 



gününə getmişdi. Qarbo xəbər verirdi ki, Normandiya diqqəti yayındırmaq cəhdidir, 

hücum Pa-de-Kaledə olacaqdır. Ona görə də Hitler 300 min əsgəri Pa-de-Kaledə 

saxlayırdı.  

Hitler Normandiyaya desant kimi hazırlanan «Neptun» əməliyyatından xəbərsiz 

idi. Çünki Britaniya Duvr ətrafında da kamuflyaj qaydasında rezindən çoxlu tanklar 

düzmüş, Kent yaxınlığındakı aerodromda taxtadan və parçadan düzəldilmiş çox sayda 

təyyarələr qoymuşdu. Alman hərbi-hava kəşfiyyatı bunları müşahidə edib, 

komandanlığa həqiqi qüvvələr kimi məruzə edirdi. Bu da Qarbonun çaşdırmaq üçün 

verdiyi məlumatlara alman Qərargahının inamını daha da artırırdı. Saxta informasiya 

öz işini görmüşdü. Normandiyada ciddi hazırlıq işləri görülməmüşdü. Kale 

rayonundan oraya vaxtında qüvvə atmaq da asan məsələ deyildi, çünki onların 

arasındakı məsafə 249 km idi. 

Qarbo alman komandanlığını Müttəfiq qoşunlarının müdaxiləsinin vaxtı və yeri 

barədə ciddi surətdə azdırmaqla, əməliyyatın uğurunda mühüm rol oynamışdı.  

Əlbəttə, özlüyündə də Normandiya desantı sadə bir iş deyildi və hücum edənlər 

müəyyən itki verməli oldular. Desant əməliyyatında beş min gəmi iştrak edirdi. Əgər 

almanlar desantın vaxtını və yerini düzgün bilsəydilər, bu itki bəlkə də dəfələrlə çox 

olardı və elə uğurla başa çatdırılmasına nail oluna bilməzdi. 

Puyol müharibədən sonra Venesuelaya getdi və 1988-ci ildəki ölümünə qədər 

orada yaşadı.  

Yalanın, hiyləgərliyin müharibədə nəyə qədər olduğunu Qarbonun saxta 

informasiyasının uğurlu nəticəsi bir daha göstərir. Bu ikili agent həm Böyük 

Britaniyanın, həm də faşist Almaniyasının hərbi mükafatları ilə təltif edilmişdi. 

Almanlar müharibənin sonunadək öz casusları olan Arabelin (Qarbonun) onlara necə 

ağır zərbə vurduğundan hali ola bilmədilər. Demokratik ölkə olmasına baxmayaraq, 

Uinston Çörçill hərbi informasiyanın sirrinin qorunmasına xüsusi fikir verirdi. 

Almanların «Eniqma» kod şifrələri açıldıqdan sonra Çörçill bunu «ultrasirrli» məsələ 

adlandırmışdı və bu iş «ultra» adı altında daim gizli saxlanmışdı. Hətta ən ağır anlarda 

da, müttəfiqinə ağır zərbə dəyəndə də (məsələn, 1941-ci ilin 7 dekabrında yaponlar 

Pyorl-Harbora ağır nəticəsi olan hücumlarını edərkən) bu sirr gizli saxlanmışdı ki, 

almanlar kodun açılmasından xəbər tutmasınlar. 

 

Yalan istehza vasitəsi kimi 



 

Bəzi hallarda yalan istehza, ələ salmaq qaydasında istifıadə edildikdə, 

gözlənilmədən olduqca yaxşı effekt verir, cahil adamların iç üzünün açılıb, ifşa 

edilməsinə köməklik göstərir. Bu yolla aldadılan adam çox asanlıqla öz səviyyəsizliyini 

üzə çıxarır. Böyük rus yazıçısı F.M.Dostoyevski katorqadan qayıtdıqdan sonra 

Peterburqda küçədə bir yazıçı ilə görüşdü. Həmin yazıçı qəzəblənməyə başladı: «Sizi 

katorqaya göndərmək – nəyə görə?! Kitabları oxumağa görəmi? Vəhşilik? Asiya 

qaydası! Özbaşınaldıq!» 

Dostoyevski onun sözünü kəsdi: «Yox! Biz rus xalqının əleyhinə getdik və xalq 

bizi katorqaya göndərdi! Və ədalətə uyğun olaraq!» 




86 

 

Yazıçı evinə gəlib, qeyd dəftərində yazdı: «Dostoyevskini gördüm. O, həmişə 



Səfeh idi. Katorqadan qayıtdıqdan sonra lap Dəli olmuşdur!» Dostoyevski yəqin ki, 

bundan xəbər tutsaydı, həmin cahilin belə qiymətinə görə sevinə bilərdi, çünki bu səfeh 

adam onun istehzalı «Xalq bizi katorqaya göndərdi» sözlərinə inanmaqla, dahinin adı 

kinayəsini anlamadığından onun haqqında özünə bilavasitə daha çox uyğun gələn 

ifadələri işlətmişdi. 

---------------------------------------------------------------------------  

Yalan, aldatma məkr və hiyləgərlik asan yolla fayda götürməyə cəhd edənlər 

üçün əvəzedilməz vasitə rolunu oynayır. Yalanda yaşamaq təkcə həqiqətə göz yummaq 

deyildir, həm də insanı mənəvi cəhətdən aşınmaya aparan yoldur. Mənəviyyata 

vurulan zərbə isə lepra yarası həyati orqanları çürüdüb məhv etdiyi kimi bütövlükdə 

cəmiyyəti də ağır fəsadlara mübtəla edir. Ona görə də qüsurların yaratdığı mənəvi 

eroziyaya qarşı diqqətli olmaq tələb olunur. Azad cəmiyyətlərdə onların minimuma 

endirilməsinə çalışılmalıdır. Ona görə də ayıq olmaq xəbərdarlığı edilməli, bu sahədə 

güzəştə yönələn tolerantlığa və mürgüləmə imkanlarına yol verilməməlidir. Həqiqət 

axınında, bu dirilik suyunda azacıq nəzərə çarpan yalan damlası da nəzarətdən 

kənarda qalmamalıdır. 

Yalanı danışanların günahı nə qədər çox olsa da, yalana inananların, onu mütləq 

həqiqət kimi qəbul edənlərin də təqsiri az deyildir. Böyük alman şairi Höte yazırdı ki, “ 

Bizi heç vaxt aldatmırlar, biz özümüz özümüzü aldadırıq”. Həqiqətən də özümüzü 

aldatmasaq, yalan belə böyük qüvvə kəsb edə bilməz. 

                             son 

 

 



 

Müharibə və onun nəticələrinə təsir edən amillər 

 

Müharibə, bəzi dahilər tərəfindən insan təbiətinə yad olan bir xüsusiyyət kimi 



qiymətləndirilsə də, bəşəriyyət tarixində tez-tez təkrar olunmaqla və dəhşətlərinə görə 

əsrlər boyu arası kəsilməyən tək görünür. Çox hallarda onun mahiyyətini düzgün dərk 

edənlərə utanclıq bəxş etdiyi halda, müharibə dünyanın salnaməsində bir qırmızı xətt 

təsiri bağışlayır. Tarixdə müharibəni özünə həyat tərzi kimi qəbul etmiş xalqlar da 

olmuşdur. Qədim spartalılar döyüşmək üçün yaşayır, həyatın mənasını öz militarist 

ideyalarına haqq qazandırmaqda və alay tipli cəmiyyətlərini şərəfləndirməkdə 

görürdülər. Bizim eradan əvvəl VII əsrə qədər onlar artıq militarist dövlətlərini 

yaratmışdılar. Spartalılar yeddi yaşından ağrıya dözmək və döyüşdə qalib gəlmək 

ruhunda tərbiyə olunmaq və hərbi məşqlər keçmək üçün baraklarda yaşayır, iyirmi 

yaşında isə nizami hərbi xidmət üçün ordu sıralarına daxil olurdular. Spartalı 

vuruşmaqdan başqa heç nə bilmirdi..Ərzağı spartalılar üçün əsir hilot-lar istehsal 

edirdilər. Döyüşdə ölmək spartalı üçün şərəf işi idi, hətta analar da öz oğullarının 

döyüşdə ölmələrini arzu edirdilər Başqaları Sparta kimi militarist dövlət olmsalar da,  

müharibə allahına sitayişdə heç də geridə qalmırdılar. Qədim Romanın görkəmli 

tədqiqatçısı Tit Livi ( b. e. ə. 59 –  b.e. 17 - ci illəri )yazırdı ki,  Roma öz qonşuları ilə 

demək olar ki, arası kəsilməyən müharibələrlə məşğul olurdu. Böyük Karl – Şarleman ( 




87 

 

742 – 814 –cü illər ) öımrü boyu əlli dörd hərbi kampaniya aparmışdı. Bir çox 



hökmdarlar saysız – hesabsız müharibələr aparmaları ilə öyünsələr də, nəticədə öz 

dövlətlərini iflas vəziyyətinə, əhalini isə aclıqla üzləşməyə gətirib çıxarmışdılar. 

Tarixi və təkamülü özü ilə  səhvlər və fəlakətlər cədvəlinə çevirməklə müharibə, 

elə bil ki, hansısa bir genetik səhvin nəticəsi  kimi nəzərə çarpır. Bu səhv, genetik kodda 

baş verdiyi şəkildə görünməklə, hətta belə sirrli səbəbindən asılı olmayaraq bəşəriyyətə 

dəhşətli bəlalar  “bəxş edir”. 

Müharibə əslində bəşəriyyətin özünü intihar etmək cəhdidir Təsadüfi deyildir ki, 

filosoflar müharibəni, bəşəriyyət üçün heç bir dəyəri olmayan səfeh mübahsələrdə 

insan həyatının və resurslarının ağılsızcasına israf edilməsi kimi məhkum edirdilər. 

Böyük fransız filosofu Volterin mylahizəsi daha hərtərəflidir: “Ölümün qızı, amansız 

müharibə, soyğunçuluq, hansını ki, biz qəhrəmanlıq adlandırırıq! Sənin dəhşətli 

xüsusiyyətlərin hesabına yer göz yaşları,qan içindədir, qarət edilmişdir.”  

Bəzi müharibələr isə “binövrədən mənasız münaqişə” adlandırılırdı, məsələn, 

tarixçilər Otuz illik müharibəni ( 1618- 1648 –ci illər ) belə qiymətləndirirdilər..Qanlı 

savaşın eybəcərliyini rus rəssamı Vasili Vereşşagin özünün “ Müharibənin apofeozu “ 

tablosunda, quru, günəşin yandırdığı çöldə insan kəllələrindən düzələn və üstündə 

qarğaların yem axtarmaq üçün uçduğu iri piramida şəklində təsvir edir. Əsər obrazlı 

şəkildə müharibənin dəhşətlərini, saysız - hesabsız qurbanlarını göz önünə gətirir. Axı 

qızğın döyüşlərdə də məsafə çox vaxt əsl ölçü vahidi əvəzinə meyidlərin sayı ilə 

ölçülür. Müharibəyə can atanlar, qan tökməyə susayanlar adətən bunu bir peşəyə, 

sənətə çevirmək istəyir, özləri üçün ləyaqətli həyat tərzi kimi qəbul etməklə, döyüşü bir 

həzz mənbəyi hesab edirlər. Hələ Birinci Dünya müharibəsinə yollanan almanlara bu 

şərəfli bir macəra kimi gəlirdi, həmin və ondan sonrakı macəranın onlara hansı “şərəf “ 

gətirdiyi isə yaxşı məlumdur.  

Müharibə qan axıdılmasına, böyük həcmdə insan həyatı itkilərinə, bütöv bir 

nəslin gəncliyinin ot kimi biçilməsinə, şəhərlərin və kəndlərin viran qalmasına, 

uşaqların xeyli hissəsinin yetimlik acıları ilə üzləşməsinə səbəb  olmaqla, qəribə də 

görünsə, həm də yer üzündəki həyatın təkamülündə böyük rol oynayan bir amilə 

çevrilmişdir. Heç də sirr deyildir ki, bütün böyük dövlətlər bol qan hopmuş bünövrə 

üzərində dayanmışlar. Müharibənin digər bir xüsusiyyəti də ondadır ki, hücuma, 

torpaqları işğala məruz qalmış xalq daha möhkəm birləşir, həqiqi vətənpərvərlik hissini 

daşıyan ayrı-ayrı fərdlər, qum sement vasitəsilə betona çevrildiyi kimi, təhlükə anında 

bşqaları ilə çuğlaşıb vahid müqavimət qüvvəsini nümayiş etdirən bir sotsium kimi çıxış 

edir. Bu ölkənin torpaqlarında, elə bil ki, qədim yunan mifologiysındakı olduğu kimi, 

necə ki, Finikiya şahzadəsi Kadmın səpdiyi əjdaha dişlərindən torpaqdan döyüşçülər 

çıxırdısa, ədalətli qisası reallaşdıra bilən, vətən yolunda hər cür fədakarlığa hazır olan 

mərd oğullar ordusu meydana gəlir. 

        Əlbəttə, müharibə heç də hansısa bir ağıldankəm adamın icadı deyildir. İlk 

dəfə müəyyən şəraitdə, özü də zərurət ucbatından meydana gəlmişdir. İbtidai insan 

icması qida tapmaq sahəsində çətinlik çəkən başqa qrupun həmlələrindən qorunmaq 

üçün vuruşmağa başlamış, sonralar mühafizə məqsədilə daha  böyük icma kimi 

şəhərləri yaratmış, əmək bölgüsünə keçmiş və silah istehsalını da öz 

məşğuliyyətlərindən birinə çevirmişdir.  



88 

 

Tarixən toqquşmalar daha geniş miqyas alanda döyüşən qüvvələrin böyüməsinə 



tələbat artmış, silah istehsalı genişlənmişdir. Sonralar işğallar mühüm vəzifəyə 

çevrildiyindən nizami ordu meydana gəlmişdir Tədricən ordu öz funksiyasından əlavə 

digər xüsusiyyətlərə malik oldu, siyasi gücün ondan asılı olması dövrü başlandı. B.e ə. 

82-ci ildə Roma sərkərdəsi Sulla bunu hiss edib, ordusu ilə Romaya girdi, Senat qorxu 

altında ona diktator səlahiyyətləri verdi və şəhərdə görünməmiş terror başladı. 

Ordudan siyasi hakimiyyətə yiyələnmək sahəsindəki Sulla ənənəsini Pompey və Sezar 

davam etdirdi, Sezar özünü hətta ömürlük diktator elan etdirdi.  

Lakin ordunun əsas vəzifəsi ərazilər işğal etmək, yeni imperiyalar yaratmaq idi. 

Buna haqq qazandırmaq üçün səbəblər, daha çox hallarda isə bəhanələr tapılırdı. 

Bəziləri isə bunu dövlətin başlıca vəzifəsi kimi qələmə verirdi. Prussiya kralı Böyük 

Fridrix ( 1712- 1786- cı illər ) işğal siyasətini əsaslandırmaq üçün demişdi: “ 

Hökumətlərin fundamental rolu öz ərazilərini genişləndirmək prinsipidir. “ İri nizami 

orduların inkişafı isə ona gətirib çıxarırdı ki, zamandan zamana siyasi mübahisələr 

diplomatiyadan daha çox silahlı münqişə vasitəsi ilə həll edilməli olurdu.  

Lakin ordunun təlabatınıa qayğı həç də onun mövcudluğunun vacibliyi kimi 

xüsui diqqətdə olmurdu. Qədim dövrlərdə silahlar çox ləng qaydada təkmilləşir, 

mürəkkəbləşirdi. Tarixçilərin gümanına görə, qədim Romada yeddi əsr ərzində, 

ordunun istifadə etdiyi silah növlərində, demək olar ki, elə bir dəyişiklik meydana 

gəlməmişdi, yalnız qılıncın və nizələrin uzunluğu və ya qalxanın formaları dəyişirdi. 

Silahlar köhnə dəbdə qalsa da, hərbi ustalıq xeyli böyümüşdü, hərb sahəsində 

sərkərdəlik qabiliyyəti ilə  seçilən dühalar mövcud dünyanın sifətini dəyişmək kimi 

nəhəng bir işə girişmişdilər. Bunu onların apardıqları müharibələr aydın şəkildə 

göstərir.  

 

 



 

Tarixin böyük sərkərdələri 

 

Troya müharibəsindən doqquz əsr sonra Makedoniyalı Aleksandr ilk dəfə 



Avropadan Asiyaya keçməklə, əslində Homerin “İliada”sından pərəstiş etdiyi mifik 

qəhrəmanların da iştirak etdiyi, Aqamemnonun başçılıgı altında baş verən yunanların 

yürüşünü daha geniş miqyasda təkrar etmişdi. O,, artıq bir şəhər-dövləti deyil, Persiya 

kimi böyük və qüdrətli imperiyanı məğlubiyyətə uğradaraq məhv etmiş, üç qitənin 

ərazisində öz nəhəng imperiyasını yaratmışdı. Epir sərkərdəsi Pirr İtaliya ərazisində 

Roma üzərində iki mühüm qələbə çalmışdı. Böyük Aleksandrın işğalları həm də çox 

sayda yeni şəhərlərin salınması ilə də müşayiət olunmuşdur. Karfagenin məşhur hərb 

xadimi Hannibal II Puniya müharibəsində İtaliya ərazisindəki Kann döyüşündə (bizim 

eradan əvvəl 216-cı il) Romanın 70 minlik ordusunu özünün tərkibi sayca az qala iki 

dəfə az olan və Alp dağlarını aşıb keçmiş qoşunu ilə məhv etmiş, antik dövrün dünya 

dövlətinə çevriləcək bir ölkənin paytaxtının qapısında dayanaraq, onu zəbt olunmaq 

təhlükəsi qarşısında qoymuşdu. Yaxud, Roma sərkərdəsi Qay Yuli Sezar Qalliya 

müharibəsindəki Aleziya döyüşündə (b.e.ə. 52-ci il) qiyam qaldırmış qalların sayca 

dəfələrlə böyük olan qüvvəsini darmadağın edərək, onların başçısı Vestinqetoriksi əsir 




89 

 

götürmüşdü. Ölkəsində vətəndaş müharibəsinin başlanmasına bais olduqdan sonra, 



onun qorxusundan Yunanıstana qaçmış, triumviratdakı keçmiş müttəfiqi Qney 

Pompeyi Farsala döyüşündə (b.e.ə. 48-ci il) məğlubiyyətə uğratmış, yenə qaçmağa üz 

tutan rəqibini təqib etmək üçün Misirə gələrək, orada Kleopatranı taxt-taca oturtmuşdu. 

Vaxtilə Böyük Aleksandr öləndə olduğu yaşda olan Sezar özünün hələ heç nəyə nail 

olmadığından kədərləndiyi halda, sonralar ilk dəfə yürüşlə materikdən  Britaniyaya 

adlamış, Avropanın mərkəzi hissəsini işğal etməyə müvəffəq olmuşdu; 

      VIII əsrin axırıncı rübündə və IX  əvvəllərində Böyük Karl - Şarleman 

Avropada böyük əraziləri zəbt etməklə, 800-ci ildə Roma Papasının əlindən imperator 

tacını qəbul etmiş, Qərbin timsalında köhnə Roma imperiyasını bərpa etmişdi. Bəziləri 

ən qüdrətli xristian hökmdarı kimi Böyük Karlın yaratdığı imperiyanı “ Avropa 

səltənəti “ adlandırırdı. Bu imperiya şimalda Şimal dənizindən, cənubda İtaliyanın 

cənubuna qədər, Avropanın qərbində Fransadan, mərkəzi Avropadakı Vyanaya qədər 

uzanırdı.  Ona görə də Böyük Karlın imperiyası, yalnız Aralıq dənizi dünyasının çox 

hissəsini tutan Roma imperiyasından əhəmiyyətli dərəcədə fərqlənirdi. Şarlemanın 

taclanması heç də Roma imperiyasının yenidən doğulması, intibahı əlaməti olmayıb, 

əslində yeni Avropa sivilizasiyasının meydana gəlməsi idi. Yəqin buna görədir ki,. bəzi 

tarixçilər Şarlemanın işğal siyasətini bütünlüklə nəzərə almadan onu “ Avropanın atası 

“ adlandırırlar.  

      Böyük fransız sərkərdəsi Napoleon Avropanı bütünlüklə müharibə səhnəsinə 

çevirməklə, qitəni öz hökmranlığı altında birləşdirməyə cəhd etmişdi. Rusiyaya 

yürüşünün dəhşətli uğursuzluğu onun taleyində bədbəxt dönüş nöqtəsinin meydana 

gəlməsinə səbəb olmuş, 1815-ci ilin iyununda Vaterloodakı məğlubiyyəti isə özünün 

artıq ikinci dəfə, əvvəlkindən fərqli olan ağır sürgün həyatı keçirməsinə gətirib 

çıxarmış, uzaq Müqəddəs Yelena adasındakı məhrumiyyətlər və xəstəlik əzabı ilə dolu 

olan altı illik ömrünün finalı elə orada da başa çatmışdı.  

       Bunlar məşhur sərkərdələr haqqında qısa, ötəri məlumatlar olmaqla yanaşı, 

onların axıtdıqları insan qanı çayları barədə də təsəvvür yaratmağa  imkan verir.  

Silahlara gəldikdə, orta əsrlərdə odlu növlərin meydana gəlməsi ilə, onlar daha 

böyük itkilərə və iri miqyaslı dağıntılara səbəb olmuş, Avropada mühafizə məqsədilə 

geniş yayılan feodal qəsrlərin müdafiə qabiliyyətinə ağır zərbə vuraraq, onların 

mövcudluğunu xeyli kövrək hala gətirmişdi. Top atəşləri qalın divarları da keçib onları 

dağıtmaq gücündə idi. Türk sultanı II Mehmet – Mehmet Fateh 1453-cü ildə məhz 

topların köməyi ilə Konstantinopolun möhkəm müdafiə divarlarını dağıdaraq, Bizans 

paytaxtını zəbt etməklə, vaxtilə hərbi cəhətdən heç də zəif olmayan bir dövlətin tarixin 

arxivində qərar tutmasına nail olmuşdu.   

 

Ədalətli müharibələrin qəhrəmanları 



 

Müharibənin, ona bəslənilən nifrətlə yanaşı başqa bir qədər fərqli görünən tərəfi 

də vardır. Müharibə canlı itkilərə, dağıntılara səbəb olsa da, başa çatdıqdan sonra 

inkişafa, tərəqqiyə, qurub-yaratmağa diqqətin daha da artmasına səbəb olur. Görkəmli 

siyasi xadim, hərb elmi üzrə əsərlərin müəllifi olan general Şarl de Qoll müharibə 

barədə öz düşüncələrini belə ifadə etmişdir: «Müharibə insanda onun ən alçaq 




90 

 

hisslərinin çirkini qaldırır, qəddarlığı mükafatlandırır, idarəetmə sükanını acgözlük 



əlinə təslim edir. O zəifləri qırır, yaramazları yuxarı qaldırır, tiraniyaya şərait yaradır və 

əgər saysız-hesabsız əsgərlər döyüş meydanlarında qan tökməsəydilər, nə Ellada, nə 

Roma, nə xristianlıq, nə də insan hüquqları olardı. Müharibə ən qorxulu bədbəxtlikdir, 

lakin onun hesabına indi bizə məlum olan dünya məhz belə görünür». Tanınmış 

amerikan politoloqu Eduard Lyuttuak isə daha uzağa gedərək, zarafat şəklində demişdi 

ki, beynəlxalq birlik Saxaradan cənubda yerləşən Afrika ölkələrindəki kimi zəif 

dövlətlərin mğvcud olduğu zonalarda müharibəyə şans verməlidir.. Müasir Avropa 

dövlətləri, onun rəyinə görə, əsrlər ərzində rəhmsiz hərbi münaqişələrin gedişində 

formalaşmışlar,  Afrikaya isə onun müstəmləkə epoxasından qalmış qeyri – rasional 

dövlət sərhədləri öz problemlərini bu qaydada həll etməyə imkan verməmişdir. 

Dövlətlər orada nə öz güclü  institutlarını, nə də tam milli özünəməxsusluqlarını yarada 

bilmişlər. 

         Müharibə iki üzlü Yanusa bənzəyir, Roma mifologiyasındakı ilahi qüvvənin 

bir üzü keçmişə, digər üzü isə gələcəyə baxırdısa, müharibə allahının bir üzü 

görünməmiş dəhşətlərə, digəri isə bəlkə də müharibəyə son qoymaq məqsədini güdən 

tərəqqiyə, inkişafa baxır.  

Müharibə dəhşətlər, viranəlik simvolu olduğu kimi, bəzən haqqın müdafiəsinə 

də həsr olunur və bu vaxt axıdılan qan az qala müqəddəslik haləsi qazanır. Belə 

müharibə azadlıq uğrunda, öz torpaqlarını işğalçılardan təmizləmək uğrunda aparılan 

bir mübarizədən xəbər verir.   

Haqq uğrunda aparılan ədalətli müharibədə qəhrəmanlıq rəmzləri yaranir 

.Persiyalıların Avropaya keçib, Afinanı işğal etmək niyyətində olan 200 minlik 

ordusunun qarşısını kəsmək üçün Leonidin başçılığı altında Fermonil keçidində 

ağlasığmaz igidlik nümayiş etdirən üç yüz spartalı, yaxud da ingilis işğalçılarına qarşı 

fransız xalqını geniş müqavimətə qaldıran Janna D`Ark unudulmaz qəhrəmanlıq, 

sarsılmaz vətənpərvərlik simvollarına çevrildilər. Spartalıların igidliyi ilə bizi 25, 

Fransanın qəhrəman qızı ilə isə 6 əsrə bərabər olan bir zaman məsafəsi ayırır. Ancaq 

onlar bu gün də mübarizlərin, vətənin taleyini şəxsi həyatından üstün tutanların 

qəlbində yaşamaqla, indiki  dövrdə də əyilməyən insanların həqiqi müasirləri kimi 

görünürlər.  

 

Müharibənin əks dəyərləri 



 

Müharibədə bir qayda olaraq düşmənə ağır itki verənlər, döyüşdə daha çox canlı 

qüvvəni, sonralar isə havada daha çox təyyarəni sıradan çıxaranlar xüsusi hörmət və 

şöhrət sahiblərinə çevrilirdilər. Qan tökməkdə hədd tanımayanlar ən yüksək dövlət 

mükafatına layiq görülür, onların haqqında bəzən hətta yalan əfsanələr uydurulurdu. 

Hələ Böyük Vətən müharibəsindən əvvəl (1934-cü ildə ) SSRİ-də hərbçilər üçün Sovet 

İttifaqı Qəhrəmanı adı təsis edilmişdi, müharibə qurtardıqda bu ada artıq minlərlə 

adam layiq görülmüşdü.  

Yaponlar isə bu məsələdə daha uzağa getmişlər. Onlar döyüşməyi, Sinto, 

Mikado və Yamato (Sinto - əsasını təbiət ilahiliyiini və əcdadların kultlarını əhatə edən 

dindir, Mikado - Yapon imperatorunun adlandığı tituldur, Yamato isə - ilk yapon 



91 

 

dövlətinin adı olmaqla, bəzən «yapon ruhu»nu ifadə etmək üçün işlədilir) uğrunda 



həlak olmağı sevirdilər. Yaponların həyat və düşüncə tərzinə yaxşı bələd olan bir rus 

yazıçısının dediyi kimi, yapona çörək verməsən da olar, ancaq necə olursa-olsun, o, 

gözəl qaydada ölmək istəyir. Bu fikir həmin millətə məxsus olan adamların 

düşüncəsinə hakim kəsilmişdi. Təsadüfi deyildir ki, yapon samuraylarının kodeksi 

sayılan “ Busido”da deyilirdi ki, “ Borc dağ kimi ağırdır, lakin samurayın ölümü quş 

lələyi kimi yüngüldür.” Yaponlar digər xalqlarda olan adi təltiflərdən başqa həlak olan 

hərbçilərin rütbəsini də artırırdılar, bu onun xidmətinə ölümündən sonra verilən 

qiymət idi. Müharibədəki ən başlıca qəhrəmanlara isə «qundzin» titulu verilirdi, bu söz 

yapon dilində «müharibə allahı» deməkdir.  

Buna təəccüblənmək də lazım deyildir. Axı müharibədə dinc dövrlərdə mövcud 

olan dəyərlər əsaslı dəyişikliyə məruz qalır, diametral əks olan dəyərlər sistemi 

meydana çıxır. Sülh dövründə insanı qətlə yetirməyə görə qatil ən ağır cəzaya məhkum 

edilirsə, bəzi ölkələrdə o, özü də həyatdan məhrum edilir, döyüş, müharibə, işğal vaxtı 

çox sayda qətlləri, bəzən hətta qırğınları icra edən və ya bu iyrənc əməliyyata başçılıq 

edənlər isə ən böyük hörmətə və şöhrətə yiyələnən adamlara çevrilirlər. Birinin 

mülkiyyətinə və ya yaşadığı evə azacıq ziyan vuran adam müvafiq cəzaya məhkum 

edildiyi halda, müharibə vaxtı bütöv şəhərləri, yaşayış məntəqələrini viranə qoyanlar, 

xarabalıga çevirənlər xüsusi ad-san qazanır, məşhurluq haləsinə bürünürlər.  

Çingiz xan öz ordusu ilə 1220-ci ildə Xarəzmi tutduqda, şəhəri qarət etmək və 

dinc əhalini qılıncdan keçirmək əmrini verdi. Hitler hələ öz müharibələrinə 

başlamamışdan əvvəl 

İspaniyadakı Bətəndaş müharibəsində faşistlərinin lideri, general Frankoya 

kömək etmək məqsədilə Basklar ölkəsində olan Gernika şəhərinin aviasiya 

bombardmanı ilə yerlə yeksan etmişdi. İkinci Dünya müharibəsi illərində isə Hitler 

aviasiyası və qoşunları bu sıraya İngiltərədəki Koventrini, Fransadakı Oraduru, 

Belorusiyadakı Xatın kəndini əlavə etdi.                       

         Amerikanlar həmin müharibənin son mərhələsində, 1945-ci ilin avqustunda 

öz canlı qüvvəsinin böyük itkisinə yol verməmək məqsədini əsas götürərək yapon 

şəhərləri Hirosimanı və Naqasakini atom bombası zərbəsi ilə təkcə nəhəng xarabalığa 

çevirmədilər, həm də hər iki şəhərdə iki yüz minə yaxın dinc əhalinin məhvinə səbəb 

oldular. Amerikanlar Vyetnam müharibəsində isə napalm bombardmanları ilə yaşayış 

məntəqələrini yanğına məruz qoyurdular. 1968-ci ildə Sonqmi kəndində 500 nəfər 

sakini güllələmiş, binaları yandırmışdılar. Bu hadisə dünya ictimaiyyətinin hiddətinə 

səbəb olmuşdu. Təəssüf ki, bu cinayəti törədənlərə heç bir mühakimə qurulmadı. Hitler 

natsizminin dəhşətlərindən əzab çəkənlər isə, heç olmasa, Nyurnberq tribunalı 

tərəfindən yüksək rütbəli faşist hərbi cinayətkarları ölüm hökmünə və digər ağır 

cəzalara məhkum edilikdə, öz intiqam hisslərini bir qədər söndürə bilmişdilər.  

Dünya həmin beynəlxalq tribunalın işini razılıqla qarşılasa da, onun 

ümumiyyətlə baş tutmasına və hökmlərinə zidd çıxanlar da oldu. Bunlardan biri, 

keçmiş ABŞ prezidenti Uilyam Taftın oğlu, senator Robert Taft idi. O, 1946-cı ilin 

payızında Senatda çıxış edərkən Nyurnberq məhkəməsinin işini və orada ABŞ 

nümayəndələrinin iştirakını kəskin tənqid etdi. Taft bu mövqeyində beynəlxalq 

hüququn prinsiplərinə əsaslandığını bildirərək bəyan etdi ki, tarixdə hələ heç vaxt 



92 

 

qaliblər məğlubları mühakimə etməmişdilər. Əlbəttə, belə mövqeyi əsassız saymaq da 



çətindir, axı Taft öz mülahizələrində hüququn aliliyini əsas götürmüşdü. Müharibə 

cinayətkarlarının hamısını onsuz da mühakiməyə çəkmək mümkün deyildir. Yaxşı 

olardı ki, bəşəriyyət özünün anadangəlmə bu qüsuruna birdəfəlik qadağa qoyaydı və 

ərazi işğalına girişənləri, günahsız insanlara divan tutanları qanundan kənar elan 

etməklə, dünyanın bütün siyasi, iqtisadi və hərbi qüdrətini onları lazımınca 

cəzalandırmağa yönəldəydi. Belə mövqe həmin fikrə düşənləri yəqin ki, öz 

sərsəmliklərindən əl çəkməyə məcbur edərdi. Bu vaxt bütün xalqlar birdəfəlik rahat 

nəfəs alardı, Bibliyada göstərildiyi kimi, şirlə qoyun bir yerdə yatardı. 

         Çox təəssüf ki, müharibələrin ardı-arası kəsilmir. İkinci Dünya 

muharibəsindən sonra iki fövqəldünya dövləti – ABŞ və SSRİ müvafiq olaraq hərbi və 

iqtisadi cəhətdən çox zəif olan Vyetnamda və Əfqanıstanda öz vassal dövlətlərini 

yaratmaq üçün onların ərazilərinə  

 girib uzunmüddətli müharibə apardılar. Lakin ABŞ Vyetnamdan sillə zərbəsi 

almaqla, 1965-ci ildə başladığı iri miqyaslı müharibəni 1973-cü ildə dayandırmalı oldu. 

Bundan 16 il sonra, 1989-cu ildə SSRİ Əfqanıstanda apardığı on il ərzindəki vuruşların 

olduqca uğursuz, əslində nəticəsiz olduğunu dərk etdikdə, onun ərazisindən 

qoşunlarını çıxarmaq məcburiyyətində qalmaqla, ABŞ kimi eyni biabırçılıq zərbəsinə 

məruz qaldı. Hər iki qanlı avantyura həmin 

dövlətlərin nüfuzuna ciddi təsir göstərdi. SSRİ isə bir onillik keçdikdən sonra 

tarix səhnəsini  bütünlüklə tərk etməli oldu.  

Müharibədən qalib gələn tərəf heç də həmişə onun bəhrələrindən lazımınca 

qidalana bilmir. Bunu SSRİ-nin müharibədən sonrakı ömrü aydın surətdə təsdiq edir. 

İkinci Dünya müharibəsində məğlub olan, əraziləri xarabalığa çevrilən Almaniya və 

Yaponiya isə ağır iqtisadi itkilərinə, sənayelərinin tamamilə iflic vəziyyətə düşməsinə 

baxmayaraq, bu ağır xəstəlikdən tezliklə sağalmağı bacardılar. Yaponiya 

məğlubiyyətdən iki onillik sonra dünyanı özünün «Yapon möcüzəsi» ilə 

təəccübləndirdi. Qərbi Almaniya isə amerikanların Marşall planından bəhrələnib, öz 

sənayesini bərpa etdi və tezliklə Avropanın iqtisadi cəhətdən ən qüdrətli dövlətlərindən 

birinə çevrildi. Almaniya müharibədəki məğlubiyyəti hesabına öz ərazisinin əvvəlcə 

dörd zonada, sonra isə iki dövlətə bölündüyünün şahidi olduğu halda, 1989-cu ildə bu 

vəziyyətə son qoyub, vahid dövlətdə birləşdi.  

Bu nöqteyi- nəzərdən müharibə bir “ böyük ilyuziyadır,”, çünki nominal qalib, 

güman ki, prinsipcə əldə etdiyindən daha çox itirəcəkdir. 

 

Tarixdən dərs almaq zərurəti 



 

Yuxarıdakı misalların əyani davamı kimi Ermənistan 1990-cı illərin əvvəllərində 

apardığı müharibədə Azərbaycanın tarixi və hüquqi ərazisinin beşdə birini işğal etsə 

də, iqtisadi və sosial cəhətdən getdikcə zəifləməyə başladı, ölkə əhalisi kütləvi surətdə 

öz doğma evlərini tərk edib, bir qədər əlverişli yaşayış şəraiti tapmaq ümidi ilə xarici 

ölkələrə üz tutdu. İrlandiya əhalisi XIX əsrin ortalarındakı dəhşətli aclıqdan vətənini 

tərk edib, əsasən Amerika Birləşmiş Ştatlarına mühacirət etmişdi. Ona görə də, indi 

vətəndə yaşayan irlandların sayı xarici ölkələrdə yaşayanların miqdarından xeyli azdır. 




93 

 

Ermənistan əhalisi birbaşa aclıqla üzləşməsə də, ağır yaşayış şəraitinə davam 



gətirməyib öz ölkəsini atıb, uzaq diyarlara getməyə məcbur oldu. Ermənistanda da 

yaşayan ermənilərin sayı hazırda kəskin surətdə azalmaqla, xarici ölkədə yaşayanların 

sayından əhəmiyyətli dərəcədə azdır. Əslində bu, Ermənistan dövləti üçün fəlakət 

təhlükəsinin zəng səsi hesab olunmalıdır.  

Torpaqlarının bir hissəsi işğal olunan Azərbaycan isə böyük iqtisadi və sosial 

inkişaf yoluna qədəm qoymuş, paytaxtını, şəhərlərini görünməmiş qaydada 

abadlaşdırmış,  

gözəlləşdirmişdir. Öz tarazlaşdırılmış xarici siyasətinə görə Azərbaycan dünya 

birliyi ailəsində yaxşı nüfuz sahibinə çevrilmişdir. Azərbaycan dostluq etdiyi ölkələrə 

öz yardım əlini uzatmaqla, iqtisadi imkanları barədə olan kıhnə stereotipləri də 

bütünlüklə dağıtmışdır.  

Ermənistanı isə yaxın və uzaq perspektivdə daha sürətli iqtisadi tənəzzül və 

yoxsullaşma gözləyir. Belə olan halda onun özünü qalib kimi aparması, Azərbaycanın 

tarixi  


torpaqlarını işğal altında saxlamaq cəhdi əslində gülünc görünür və belə eybəcər 

status-kvonu hər vəchlə qoruyub dondurmaq arzusu ancaq onu apokalipsisə aparan bir 

yola daş döşəyir.  

Müharibəyə başlayan və ondan nəsə qazanmaq niyyətində olan tərəf tarixdən 

ibrət dərsi götürməkdən utanmamalıdır. Bunu dərk edənlər, vaxtilə müharibə 

tonqalının bürüdüyü Avropanın sülhün əsl zəfərindən xəbər verən bu gününə müraciət 

etsəydilər, süni düşmənçilik kösövlərinin alovlanıb müharibə yanğınına çevrilməsinə 

yol verməzdilər və özlərinin mehriban qonşusuna belə qara nankorluq göstərməzdilər. 

Təəssüf ki, qatı erməni millətçiləri tarixdən və coğrafiyadan dostluğu 

möhkəmləndirməyin bol məxəzlərini axtarmaq əvəzinə, bu dostluğu məhv etməyə 

xidmət edən kiçik, əslində sayrışan işartılari ön plana çəkdilər və belə təbliğat iki xalq 

arasında müharibənin başlanması ilə nəticələndi. Ermənilər əsl işğal müharibəsi 

aparmağa girişdilər. Müharibə  bütöv bir xalqı dəli dərəcəsinə gətirir, bu fikir böyük 

filosof Senekaya məxsusdur və bunun həqiqətə söykəndiyini ölkəmizə soxulan 

təcavüzkarların timsalında aydın görmüşük. Doğrudan da müharibədə qüsurlar, alçaq 

hisslər öz məcrasından çıxıb, qan içmək həvəsində olanların ruhuna və ağlına hakim 

kəsilir. 

  Müharibə qızışdıranlar azərbaycanlılara qarşı hər cür böhtan, iftiralar 

uydururdular, axı başqa bir əsas tapa bilmirdilər. Hipermillətçilik naminə 

həyasızlıqdan ilhamlananlar üçün nəhayətsiz yalan həyat normasına çevrilir. Onlar 

üçün eybəcər nümunə də mövcuddur.  Natsistlərin mifinə görə öz bədbəxtlikləri üçün 

yəhudilər özləri günahkardır. Söz ekvilibristikası belə böhtan təbliğatında güclü silaha, 

şair demişkən, süngüyə çevrilir. Adamyeyənlərin nitqində humanizm hər şeydən çox 

səslənir. Axı müharibə qızışdıranlar reallıq hissini bütünlüklə itirir, yalan 

oyunbazlığından həzz alırlar. Bu vaxt səfehlik asanlıqla əclaflığa keçir. 

           Bu iki qonşu xalqı – azərbaycanlıları və erməniləri yalnız dil və din ayırır, 

bunlar isə elə bir əhəmiyyət kəsb etmirdi. Əsrlərlə onlar dostcasına qonşuluqda və 

birlikdə yaşamışdılar. Dünyada başqa irqə, dinə və dilə malik olan çox sayda xalqlar 

hətta bir ailə timsalı olan dövlətlərdə mehriban şəraitdə yaşayırlar. Kiçik dağlıq ölkə 



94 

 

olan Albaniyada yaşayan müsəlman - bektaşi məzhəbindən olan çoxluqla katolik və 



pravoslav əhali tam harmoniyada yaşamaqla, başqalarına yaxşı nümunə göstərir. ABŞ- 

da isə  millətlərin, dillərin və dinlərin Babil mərəkəsini andıran böyük müxtəlifliyi 

mövcud olsa da, onlar tam dinc və mehriban şəraitdə yaşayırlar.   

 Yaxşı hal orasındadır ki,  müharibə toxumunu səpənlər başqasına ziyan 

vurduqları kimi, həm də öz xalqının da ümidini dağıdıb, məhv edirlər. Adətən doğma 

xalqı onlardan daha böyük ziyan çəkir. Bu eybəcər vəziyyətə nəhayət ki, son 

qoyulmalıdır. Ermənistan rəhbərliyi ağılsız siyasətlərindən əl çəkib, öz xalqı üçün daha 

faydalı olan alqoritmi - Azərbaycanla düşmənçiliyə son qoyub, işğal etdiyi ərazilərdən 

uzaqlaşmaqla, öz qonşusunun beynəlxalq aləm tərəfindən istisnasız qaydada etiraf 

edilən ərazi bütövlüyünün bərpasına gedən yolu seçsə, bu, heç şübhəsiz, erməni 

xalqına da fayda verər, həm də  regionda sülhün bərqərar olmasına kömək edərdi. 

 Qoy ən qatı erməni millətçiləri illyuziyalarından əl çəkib, nəzərlərini tarixdən 

yaxşı dərs almış və sülhü möhkəmləndirməkdə inadkarlıqla çalışan müasir almanlara 

tərəf çevirsinlər. Həmin marginallar özlərinə şirin gəlsə də, əslində çox acı olan 

yuxudan nə qədər tez ayılsalar, öz milləti qarşısındakı günahlarını gec də olsa bir qədər 

azaltmış olardılar. Yoxsul komada və qorxu altında yaşamağı cənnət kimi qələmə verən 

millətçi ünsürlər idrak gözlərini açıb, dünyaya sağlam düşüncə tərzində baxsalar, bu 

vaxt öz xalqının və ölkəsinin fəlakət girdabına yuvarlanmasının qarşısını kəsmək kimi 

faydalı bir işə girişərdilər. Axı hər bir ölkə təkcə yer, ərazi parçası deyildir, birinci 

növbədə bəşəriyyətin işləyib hazırladığı dəyərlər sistemidir. Bu imperativ prinsipi 

kənara atıb, öz hallüsinasiyalarının girovuna  

çevrilmək heç də böyük ağıldan xəbər vermir. Britaniyanın baş naziri olmuş 

Bencamin Dizraelinin sözləri burada yerinə düşür: «Sənin cahil olduğunu anlamağın 

biliyə doğru böyük addımdır». Erməni qatı millətçiləri nə qədər gec deyil cəhalətə 

əlvida desələr, ağıllanmağa doğru addım atsalar, bu xalq özünə hamıdan çox sərf edən 

sülhə, dinc həyata qovuşa bilərdi.   

 

Müharibəyə başlamağın bəzi xüsusiyyətləri 



 

Müharibə elə bir hadisədir ki, heç vaxt kor-koranə baş vermir, ona ciddi hazırlıq 

görülməsi tələb olunur. Bəzi məşhur dövlət xadimləri başqa alternativ olmadığından 

müharibəyə əl atmaq məcburiyyətində qalırdılar. 

Hərb elminin görkəmli nümayəndələrindən biri olan alman Karl fon Klauzevits 

özünün məşhur «Müharibə haqqında» əsərində göstərirdi ki, «Müharibə, siyasətin 

digər vasitələrlə 

davam etdirilməsidir». Ona görə də Prussiyanın və Almaniyanın təcrübəli siyasi 

xadimi olan Otto fon Bismark ölkəsini müharibəyə cəlb etməmişdən əvvəl vacib olan 

bir sıra tədbirləri 

həyata keçirirdi. Qalibiyyətli müharibə aparılmasının təşəbbüskarı və 

Almaniyanın birləşdirilməsinin beşiyi başında dayanan bu adamın həmin məsələ 

barəsindəki fikirləri  



95 

 

olduqca qiymətlidir. Bismark müharibəyə, yalnız digər bütün diplomatik 



alternativlər köməyə gəlməyəndə, həm də hər bir hərbi və diplomatik üstünlüklər öz 

tərəfində olanda əl atırdı. 

          Bunu da qeyd etmək lazımdır ki, Bismark xarici siyasətdə əxlaq məsələsinə 

məhəl qoymurdu və XIX əsrdə Realpolitik –i (“ reallıq siyasəti”ni və ya həyasız siyasəti ) 

praktiki olaraq həyata keçirməkdə tanınmış bir dövlət xadimi hesab olunurdu.  

O, iqtisadi və hərbi qüdrətin vacib şərt olduğunu daim qeyd edirdi. 1862-ci ildə 

demişdi ki, «Almaniya Prussiyanın liberalizminə deyil, onun gücünə baxır. Günün 

böyük məsələləri nitqlərlə və çoxluğun səsi ilə deyil, bu, 1848-1849-cü illərin səhvi idi, 

dəmir və qan vasitəsilə həll edilə bilər” 

1864-cü ildə Danimarka ilə aparılan müharibədən əvvəl Bismark daim ona can 

atırdı ki, Prussiya yalnız bir qüvvə ilə vuruşsun və digər opponentlər diplomatik yolla 

kənarlaşdırılsın. 1866-cı ildəki Avstriya-Prussiya müharibəsində Prussiya daha müasir 

tüfəngdən istifadə etməklə, digər amillərlə birlikdə üstünlüyə nail oldu.  

Bismark Fransa imperatoru III Napoleonun rəsmi bəyanatının düzgünlüyünü 

sübuta yetirdi ki, millətçilik və avtoritar idarəetmə bir-biri ilə birləşə bilər. O. bunu öz 

təcrübəsində tətbiq edirdi. Fransa 15 iyul 1870-ci ildə Prussiyaya müharibə elan etdi. 

Fransız baş naziri lovğalıqla qeyd etmişdi ki, «Biz müharibəyə yüngül ürəklə gedirik». 

Fransızlar üçün «yüngül ürək», bədbəxtlikdən, heç də kifayətləndirici bir amil olmadı. 

Prussiya ordusu Fransanın içərilərinə doğru irəlilədi, 2 sentyabr 1870-ci ildə Sedanda 

110 min nəfərlik  fransız ordusu və imperator III Napoleonun özü əsir götürüldü. Paris 

isə 28 yanvar 1871-ci ildə təslim oldu, rəsmi sülh müqaviləsi isə may ayında imzalandı.  

Tarixin ironiyası ona gətirib çıxardı ki, Günəş Kralın – XIV Luinin şərəf simvolu 

sayılan Versalın Güzgülü salonunda 1871-cı il yanvarın 18-də ikinci Alman 

İmperiyasının yaradılması elan edildi (birinci imperiya isə Orta əsrlərin Müqəddəs 

Roma imperiyası idi). Beləliklə, Almaniya vahid dövlətdə birləşdi. Prussiya kralı I 

Vilhelm kayzer və ya imperator 

tituluna yiyələndi, Prussiyanın kansleri Otto fon Bismark imperiyanın kansleri 

oldu. Almaniyanın birləşməsi, Prussiya monarxiyası və ordusu tərəfindən həyata 

keçirildi. Real düşüncədə Prussiya Almaniyaya deyil, Almaniya Prussiyaya birləşdi. Bir 

qoca liberal bu məsələ barədə demişdi: «Mən bu saatın təəssüratı ilə təsirlənə bilmərəm. 

Mən Marsa sitayiş etmirəm. Mən qüdrətli müharibə allahından daha çox gözəllik 

ilahəsinə və qratsiyaların anasına vurğunluq hiss edirəm, lakin müharibənin 

qənimətləri hətta sülh uşağının üzərinə də  

 möcüzəli bir lətafət salır. Birinin baxışı, düşünülmədən hamını bir-birinə 

bağlayır və birinin ruhu anın uğurunun allahını alqışlayan adamların ardı kəsilməyən 

cərgəsi ilə birgə gedir».  

          Almaniyanın birləşməsində Prussiyanın liderliyi avtoritarizmin, militarist 

dəyərlərin liberalizm üzərindəki zəfəri idi. Böyük çətinliklə krallığa çevrilən Prussiya 

inkişaf edərək qitədə ən möhkəm hərbi qüdrətə sahib olan dövlətlərdən birinə çevrildi. 

Bu həm də Bismark siyasətinin zəfəri idi. Hamı gücə boyun əydiyindən, Prussiyanın 

belə gücə yiyələnməsinin Fransa üzərindəki qələbə kimi nümayişi alman dövlətllərinin 

Almaniya imperiyasında birləşməsinə yol açdı. Həmin qələbə Versalda Alman 




96 

 

imperiyasının yaradılması barədəki xəbərlə daha da məşhurlaşıb, əlavə əhəmiyyət 



qazandı.  

Bismark müasir alman millətini müharibənin köməyi ilə formalaşdırdı və 

təcavüzkar millətçilik siyasəti yeritməyə başladı, bu qorxulu irs isə öz kulminasiysını  

XX yüzillikdəki iki dünya müharibəsində tapdı.  

Bismarkın bəxti həm də onda gətirmişdi ki, onunla birlikdə Prussiya Baş 

Qərargahının rəisi, görkəmli hərbi xadim Helmut fon Moltke və müdafiə naziri Albrext 

fon Röndən ibarət üçlük meydana gəlmiş və bu üçlük 13 il ərzində Avropanın xəritəsini 

dəyişdirmək üzərində xeyli çalışmış və buna əsasən nail olmuşdu. 

        Lakin Bismarkın xidmətləri Almaniyaya heç də yalnız fayda gətirməkdən 

ibarət olmamışdır. Bismarkın qələbələr dövrü artıq arxada qalmışdı. Yeni müharibə 

cəhdi uğursuz da ola bilərdi və çox keçməmiş bu baş verdi. Almanlar hədd tanımayan 

iştahalarına görə I Dünya müharibəsində Avstriyaya  (Avstriya – Macarıstana) 

qoşularaq Antanta ilə müharibəyə başladılar. Almaniyada adamlar var idi ki,onlar 

Rusiyanın bir hissəsini, hətta Belçikanın və Fransanın müəyyən ərazilərini ələ 

keçirməklə Alman imperiyasının böyüməsini istəyirdilər. Lakin onların arzuları puç 

oldu, Almaniya müharibədə məğlubiyyətə düçar oldu.  

       Formalaşmağında və inkişafında Bismarkın da mühüm rol oynadığı alman 

millətçiliyi XX əsrin 30-cu illərində Hitlerin hakimiyyətə gəlməsi ilə isə, irqçiliyin və 

şovinizmin dövlət siyasətinə çevrilməsi kimi bir eybəcərliyin meydana çıxması üçün 

bünövrə rolunu oynamışdır. Bəlkə də Bismark olmasaydı, onun qazandığı uğurlar 

seriyası baş tutmasaydı, Hitler özünün Avropa və dünya ağalığı barədəki sərsəm 

fikirlərinə düşməzdi. İrqçiliyi görünməmiş həddə çatdıran, almanları digər millətlərə 

qarşı nifrət ruhunda tərbiyə etməyə çalışan Hitler müəyyən ölçülərdə Bismarkın 

mənəvi törəməsi, daha doğrusu, iyrənc mənəviyyatsızlığından xəbər verən «çolaq 

övladı» idi.  

Müharibəni başlamaq asandır, onu başa çatdırmaq isə olduqca çətindir.  

Napoleon Rusiyaya qarşı bir neçə ay qalibiyyətli kimi görünən müharibə aparıb, bu 

dövlətin qədim  

 paytaxtı Moskvanı tutsa da, nəticədə ağır məğlubiyyətlə – Grand Army-nin – 

Böyük Ordunun məhvinə səbəb olan biabırçı yekunla üzləşməli oldu. Hitler Avropada 

apardığı qısa müddətli və böyük qələbələrə səbəb olan müharibədən ağılsızcasına 

ruhlanaraq, SSRİ – də də blitskriq – ildırımsürətli müharibə aparacağına ( əslində bu, 

almanların deyil, ingilislərin icadı idi ) tam əmin olmaqla, bu ölkənin ərazisinə 

müdaxilə etdi. Hitler ordusu 1941-ci ilin yayından başlayaraq bir neçə cəbhədə, sonralar 

həm də hətta Afrikanın şimalında da vuruşurdu. Hitlerin öz hərbi qüvvəsinə belə 

paranoyya qaydasındakı inamı nəticə etibarilə onu ağır məğlubiyyətə gətirib çıxardı. 

Onun min il yaşayacağını güman etdiyi III Reyx barədəki iddiası nəinki həyata 

keçmədi, hətta müharibənin başlanmasından keçən altıncı ildə öz ölkəsinin Müttəfiq 

orduları tərəfindən işğala məruz qalması kimi bir faciə ilə nəticələndi.  

Əgər o, Bismarkın, yaxud başqa xadimlərin təcrübəsinə istinad etsəydi, yəqin ki, 

belə ciddi strateji səhvlərə yol verməzdi. ABŞ-dakı Vətəndaş müharibəsi vaxtı prezident 

Abraham Linkoln Şimalın vuruşduğu Cənuba – Konfederata kömək göstərməkdə 

şübhələnilən Böyük Britaniyaya da müharibə elan etmək barədə səs-küy qaldıran 



97 

 

«quzğunların» sərsəm təkliflərinə cavab verərək deyirdi ki, eyni vaxtda iki cəbhədə, iki 



qüvvə ilə vuruşmaq olmaz. Linkoln siyasəti uzaqgörənliyi ilə seçildi və 1865-ci ilin 

aprelində Konfederat qüvvələri  

təslim oldu. Britaniya ilə müharibəyə girişmə isə Şimalı taqətdən salıb, onu 

məğlubiyyətə sürükləyərdi.  

        Müharibənin ilk anının uğurla müşayiət olunması onun son yekunu barədə 

sevindirici ümidə gətirib çıxarmamalıdır. İlk üstünlüyün bəxş etdiyi sərxoşluq ötüb 

keçir, vəziyyət taleyin üzü kimi dəyişərək, acı məğlubiyyətlər seriyasının meydana 

gəlməsinə gətirib çıxarır. Torpaqları işğal edənlər sonralar hökmən peşmançılığın «qırıq 

təknəsinin» yanında qaldıqlarının şahidi olmaq qismətini yaşayırlar. Yüzillik 

müharibədə (1337-1453-cü illər) İngiltərə ordusu materikə keçib, Fransa ərazisinin xeyli 

hissəsini işğal etmişdi. Sonralar, müharibənin axırıncı iki onilliyində fransızların 

müqaviməti gücləndikcə, onlar bu ərazilərin hamısını itirdilər, sahildəki Kale şəhərini 

saxlasalar da, sonralar o da Fransa ərazisinə daxil oldu.  

Hitler ordusu da, 1941-ci ilin dekabrının əvvəlində Moskvanın astanasında idi, 

lakin geri oturduldu və üç il yarımdan sonra Sovet qoşunları qırmızı bayrağı Berlində 

III Reyxin simvolu sayılan Reyxstaqın – parlament binasının üzərinə sancdılar. 1945-ci il 

mayın 8-də isə 

alman hərbi komandanlığı Müttəfiq qoşunları nümayəndələrinin qarşısında 

Almaniyanın qeyd-şərtsiz təslim olması barədəki aktı imzaladı.  

Qoy başqa xalqların torpaqlarını işğal edənlər də tarixin həmin əyani 

dərslərindən ibrət götürüb, intiqam alovunun bir gün onları da dəhşətli qaydada 

qarsacağıını göz önünə gətirsinlər, dinc yolla həmin torpaqları tərk etməklə, özlərini 

yaxınlaşan ağır fəlakətdən xilas etsinlər.  

Axı kiçik qələbənin həm də böyük bədbəxtlik bəxş etməsi xüsusiyyəti də vardır 

və birincidən eyforiya hissi keçirənlər ayılıb, XXI əsrin əvvəlində Qaranlıq dövrün (Orta 

əsrlərin) qaydalarından ilhamlanmalarına son qoymaqla, ağılın və reallığın göstərdiyi 

yola üstünlük versələr, öz xalqlarına, gec də olsa, səmərəli xidmət göstərmiş olarlar. 

İşğalçı dövlət, xalq heç vaxt sakit liman tapa bilmir, intiqamın kükrəyəcəyi hissinin 

qorxusundan azad ola  

bilmir. Həm də işğal müasir dövrdə hər bir dövlət üçün, xüsusən iqtisadi 

cəhətdən zəif olan ölkə üçün ağır yük hesab olunur, ondan üzülüşməyən, onu öz tarixi 

və hüquqi sahibinə  

qaytarmayan xalq öz mövcudluğunun və gələcəyinin  təhlükəsizliyinə heç vaxt 

tam  arxayın olmayacaqdır. Belə qorxu altında yaşamaq isə Yer üzərində cəhənnəm 

əzabları ilə üzləşməkdən başqa bir şey deyildir. 

 

Müharibədə strategiya və taktika məsələləri 



 

 

Məşhur hərb nəzəriyyəçisi Karl fon Klauzevits klassik hərb sənətinin 



fundamental tədqiqat işi olan özünün «Müharibə haqqında» əsərində bu məsələlərə 

xeyli aydınlıq gətirərək, «strategiya adlananın başlıca başlanğıcdan ibarət olduğunu» 

vurğulayır. 



98 

 

Karl fon Klauzevits (1780-1831-ci illər) 12 yaşı olanda Prussiya ordusunun 



sıralarına daxil olaraq, bir neçə il qarnizon xidməti ilə məşğul olmuşdu. Bu vaxt o, öz 

təhsilini artırmaq üçün geniş imkan tapa bilmişdi. 1801-ci ildə Berlin Hərbi Kollecinə 

daxil olub, burada hərb elmini, fəlsəfəni və ədəbiyyatı öyrənmişdi, özünün təməl 

strategiya konsepsiyasına yiyələnmişdi. 1806-cı ildə Napoleon ordusuna qarşı Yena 

döyüşündə vuruşmuş, fransızlar                                                                            tərəfindən 

əsir götürülmüşdü. Uinston Çörçill və general Şarl de Qoll da belə taleyi yaşamışlar, 

Çörçil burların əsirliyindən qaça bilmiş, de Qoll isə Birinci Dünya müharibəsində 

vuruşarkən alman əsirliyinə düşdükdən sonra  beş dəfə qaçmağa səy göstərsə də, buna 

müvəffəq olmamış, sonra azad edilmişdi.  

Klauzevits Prussiyaya 1808-ci ildə qayıtmış və Prussiya ordusunda aparılan 

islahatın təşkilatçılarının liderlərindən birinə çevrilmişdi. Napoleon 1812-ci ildə 

Rusiyaya yürüş edəndə, digər alman patriotları kimi o da Rusiyada hərbi xidmətə 

girmişdi. 1815-ci ilin iyununda Vaterloo döyüşü vaxtı isə Prussiyaya qayıtmış və 

mühüm vəzifələrdə xidmətini davam etdirmişdi. 1818-ci ildə isə general rütbəsində 

hərbi kollecin inzibati başçısı olmuşdu. Sonrakı 12 il ərzində Klauzevits istirahət vaxtını 

öz tarixi biliklərini artırmağa və strategiya barədə başlıca əsəri kimi «Müharibə 

haqqında» kitabını yazmağa sərf  etmişdi. 

Böyük Fridrixin və Napoleonun təcrübələrini təhlil edərək o, ayrı-ayrı faktlarla 

hərbi dühaların işini təsvir edir, axı onlar müharibənin uğuruna nail olurdular. O,  

Blyuxerlə vuruşdan sonra  fransız sərkərdəsi barədə demişdi : “ Napoleon müharibənin 

allahı olaraq qaldı”. 

Klauzevits əslində heç bir strateji sistem irəli sürməmişdi. Əksinə, o, təsadüfi 

faktlara üstünlük verir, onlar isə dəqiq hesablamalardan və strateji problemə tənqidi 

yanaşmağın vacibliyindən uzaqlaşır. O, bəyan edirdi ki, strategiya üç başlıca hədəf 

məqsədini güdür: düşmən qüvvələri, onun resursları və döyüşmək iradəsi. Müdafiə 

müharibəsi həm də siyasi cəhətdən möhkəm mövqeyə malik olmağı tələb edir. Müdafiə 

qüvvələri arasında fikir və iradə birliyi olmadıqda, bu qarşıya qoyulan məqsədin puç 

olmasına səbəb olur. Franko qüvvələri İspaniyada Vətəndaş müharibəsinin ilk ilində, 

1937-ci ildə bir şəhərə hücum edərkən, ona qoşulmuş general Emilio Mola 

döyüşçülərinə ürək-dirək verərək demişdi ki, orada bizim 5-ci kolonnamız vardır (o, 

şəhəri müdafiə edən respublikaçılar arasındakı satqınları nəzərdə tuturdu), ona görə də 

şəhərin alınması bizə olduqca asan başa gələcəkdir.  

            Klauzevits «Müharibə haqqında» əsərini başa çatdırdıqdan sonra 

Breslauya dəyişdirildi, bu vaxt Prussiya qüvvələri 1830-cu ildəki polyak inqilabını 

müşahidə edirdilər. Breslaudan qayıdandan sonra o, xolera xəstəliyinə tutuldu və 1831-

ci ildə öldü. O, heç vaxt ordu hissələrində komandir olmamışdı, daim qərargahda 

xidmət etmişdi, öz qiymətli məsləhətləri ilə seçilirdi. Əsərində igidliyi vacib sayan 

müəllif həm də öz şəxsi nümunəsi ilə bu mülahizəsini təsdiq etməli idi. «Müharibə 

haqqında» əsərində o, öz dövrünün müasir strategiya konsepsiyasına dərin təsir 

göstərdi. O, müharibənin özlüyündə başa çatdığını inkar edərək yazırdı ki, «Müharibə 

müxtəlif mənaların qarışığı ilə siyasi münasibətin davamından başqa bir şey deyildir». 

         Lakin alman hərbi planlaşması onun nəzəriyyəsinə artan dərəcədə məhəl 

qoymamaqla, siyasi niyyətdən məhrum olurdu. Bir çox Avropa dövlətlərində isə onun 



99 

 

nəzəriyyəsinə  geniş maraq göstərilirdi. Marks və Engels Klauzevitsin əsərini müzakirə 



edirdilər, Lenin isə İsveçrədə mühacirətdə olanda onun siyasi təlimlərini öyrənirdi və 

müharibənin başqa vasitələrlə siyasətin davamı olması fikrini yüksək qiymətləndirirdi.  

XX əsrin ortalarından yeni tipli silahlar sistemi meydana gəldiyindən, 

Klauzevitsin strategiya konsepsiyasının əhəmiyyəti müstəsna olaraq quruda aparılan 

müharibəyə aid olmaqla tənəzzülə uğradı, baxmayaraq ki, onun təməl ideyaları 

həmişəki kimi yararlı olaraq qalır.  

O göstərir ki, müharibəyə xas olan xüsusiyyət onun təkbaşına mübarizə 

olmasıdır. Klauzevits bü fikrini I Dünya müharibəsindən az qala bir əsr əvvəl ifadə etsə 

də, bəzi  

 tarixçilərin I Dünya müharibəsi adlandırdığı Yeddiillik müharibənin (1756-1763-

cü illər) təcrübəsini nəzərə almalı idi. Axı həmin müharibədə doqquz dövlət - bir 

tərəfdən Avstriya, Fransa, Rusiya, İspaniya, Saksoniya, İsveç, digər tərəfdən isə 

Prussiya, Böyük Britaniya (Hannover ilə birlikdə) və Portuqaliya iştirak edirdi. Bu heç 

də təkbaşına mübarizə və ya müharibə deyildi, vuruşan tərəflərə çox sayda mənafelər 

hakim kəsilmişdi. Həmin ziddiyyətlərin kəskinləşməsinə səbəb müstəmləkələr uğrunda 

ingilis-fransız mübarizəsi və 

Prussiyanın təcavüzkar siyasətinin Avstriya, Fransa və Rusiya maraqları ilə 

toqquşması idi. 1761-ci ildə döyüşlərdə Prussiya fəlakət vəziyyətində idi, bu vaxt yeni 

rus çarı, alman hərbi 

ənənələrinin pərəstişkarı olan III Pyotr Rusiyanın mənafelərinin əksinə Prussiya 

ilə sülh bağladı və 1762-ci ildə onunla ittifaqa girdi. Bu həm də Rusiyanın öz 

müttəfiqlərinə qarşı xəyanəti idi. Müharibənin hansının dünya müharibəsi adlanması 

isə mahiyyətindən daha çox ona bəslənilən münasibətdən asılı olur. İngiltərədə Birinci 

Dünya müharibəsi sadəcə olaraq  “Böyük müharibə “ hesab olunurdu, yalnız İkinci 

Dünya müharibəsindən sonra burada da hamı tərəfindən qəbul olunmuş adla 

adlanmağa başladı. 

Bu vaxt müstəmləkələrdə və dənizdə kəskin mübarizə gedirdi. 1763-cü ildə 

Prussiya Avstriya və Saksoniya ilə bağladığı sülh müqaviləsinə görə Sileziyanı özündə 

saxladı. 1763-cü il Paris sülh müqaviləsinə görə isə Fransadan Kanada, Şərqi Luiziana, 

həmçinin Hindistandakı fransız müstəmləkə ərazilərinin böyük hissəsi Böyük 

Britaniyaya keçdi. Yeddiillik müharibənin başlıca yekunu müstəmləkə uğrunda və 

həmçinin ticarətdəki birincilik üstündə mübarizədə Böyük Britaniyanın Fransa 

üzərində qələbəsi idi.  

Doğrudan da, I Dünya müharibəsi sayılmalı olan Yeddiillik müharibə dünyanın 

xəritəsində çox iri dəyişikliklər etdi. Britaniya əlavə müstəmləkələr əldə etdiyinə sevinc 

hissi keçirdiyindən 13 il sonra Şimali Amerikadakı özünün böyük müstəmləkəsi olan  

13 koloniya azadlıq mübarizəsinə, əsl inqilaba qalxıb, müstəqilliklərini elan etməklə, 

yeni Amerika Birləşmiş Ştatları dövlətini yaratmağa başladı. ABŞ getdikcə böyüyəcək, 

materikin xeyli hissəsini və bəzi adaları tutacaq və XX əsrin ikinci yarısında 

fövqəldövlətə çevriləcəkdi.  

         Müharibə zor akt olub, onun başlayanın öz iradəsini yerinə yetirməyə 

əleyhdarlarını məcbur etmək məqsədini güdür. Özü də bu hərəkət müəyyən zaman 




100 

 

ərzində davamı olmayan  təkcə bir zərbədən ibarət deyildir. Şəraitə lazımınca nüfuz 



etməmək, onu öyrənməmək də ciddi çətinliklərə gətirib çıxara bilər.  

Klauzevits hərbi dühalara, Böyük  Aleksandra, Hannibala, Sezara, Napoleona 

xüsusi əhəmiyyət verir. Nəzəriyyəçi müharibədə rast gəlinən təhlükələrə də diqqət 

yetirir. 

Əsərdə ordunun təchizatı məsələsi xüsusi yer tutur. Təchizat, logistika hətta 

qədim dövrlərdəki dahi sərkərdələr üçün ən vacib problemlərdən biri sayılırdı.  Axı 

logistika müharibənin qan damarı hesab olunur. Hətta 50 minlik ya 100 minlik ordunu 

ərzaqla təmin etməyin özü də olduqca mürəkkəb bir məsələdir. Makedoniyalı 

Aleksandr Persiyadan Orta Asiyaya keçmək üçün Xəzər dənizinin cənubunu, ərzağı və 

ayaqaltı otu bol olan Hirkaniya vadisini seçdi. Bu onun yürüşünün uğurlu olmasında 

heç də az rol oynamadı. Napoleon və Hitler isə bu mühüm cəhəti Rusiyaya yürüş vaxtı 

yaddan çıxartdıqlarına görə ağır məğlubiyyətlərlə üzləşməli oldular. Axı ac ordu 

vuruşmağa qadir deyildir. Napoleon öz ölkəsindən çox uzaqlara gəlib çıxanda əslində 

Hannibalın İtaliya ərazisindəki səhvini təkrar etdi. Hannibal Karfagendən əlavə canlı 

qüvvə və digər maddi kömək xahiş etsə də, onları istənilən həcmdə ala bilmirdi. Roma 

ordusu isə Kannda ağır məğlubiyyətə düçar olsa da, öz ərazisində olduğundan, başqa 

sözlə «yeni qanla» təmin olunmaqda hansısa çətinlik çəkmirdi. 

            Napoleon ordusu Rusiya ərazisi ilə geri çəkildikdə təkcə şaxtadan, 

soyuqdan deyil, həm də ərzaq qıtlığından əziyyət çəkirdi. Ruslar «yanmış torpaq» 

metodunu həyata keçirərək, fransızların ərzaq əldə etmək cəhdlərini puça çıxarırdı. 

Vaxtilə, böyük sərkərdə Səlahəddin də III Səlib yürüşünə belə «qonaqpərvərlik» 

göstərməklə, səlibçiləri ağır məhrumiyyətlərə düçar etmişdi. Napoleonun əsgərləri ölən 

atların ətini yeyirdilər.  

Hitler isə strateji şəhər hesab etdiyi Stalinqradı işğal etmək vəzifəsini irəli sürsə 

də (bu, ona Volqa çayı ilə cənubdan, Bakıdan neft daşınmasının qarşısını kəsməyə, 

Sovet ordusunu motorlar müharibəsində yanacaq aclığına məhkum etməyə xidmət 

edəcəkdi, axı həm də bu şəhər Stalinin adını daşıyırdı), əslində öz ordusunu ərzaq 

qıtlığına, aclığa sövq etmişdi. Ordunun çox böyük məsafədə uzaqlaşması hesabına 

silah, sursat, hərbi texnika təchizatında da ciddi çətinliklər meydana gəlmişdi. Ordunun 

hərtərəfli təminatı isə onun döyüş qabiliyyətini saxlamaq üçün ən vacib məsələlərdən 

biridir. Bu əməliyyat əslində hərb tarixində tam avantyura xarakterli bir cəhd hesab 

oluna bilərdi. Ona görə də 1942-ci ilin sonundakı qışda ordu sərt şaxta ilə yanaşı, 

aclıqdan da əziyyət çəkirdi. Bu vaxt Almaniyanın hərbi aviasiyasına başçılıq edən 

Herman Gerinq Hitlerə söz verdi ki, Stalinqrad cəbhəsindəki ordunu hava yolu ilə 

ərzaqla bütünlüklə təmin edəcəkdir. Təyyarələrdən az miqdarda ərzaq atılsa da, bu 

vəziyyəti dəyişə bilmədi. Aclıqdan və soyuqdan əziyyət çəkən 300 min nəfərlik alman 

ordusu sovet qoşunlarının mühasirəsindən çıxa bilmədi və onların əksəriyyəti məhv 

edildi. Beləliklə,. Hitler ordusu 2 fevral 1943-cü ildə Stalinqradda ağır məğlubiyyətə 

uğradı, feldmarşal Paulyus başda olmaqla 91 min nəfər alman əsgəri və zabiti əsir 

götürüldü. Bu məğlubiyyətdə digər faktorlarla yanaşı, logistikaya diqqət verilməməsi 

də öz məkrli işini gördü.  

Müharibədə mənəvi amil ölçüsü, düşmənçilik hissi, igidlik, təhlükənin təsir gücü 

mühüm əhəmiyyətə malikdir. Böyük döyüş təkcə fiziki deyil, həm də mənəvi gərginlik 



101 

 

tələb edir. Ordu təkcə sayı ilə deyil, ən başlıcası mənəvi gücü, yüksək ruhu ilə, bütün 



çətinliklərə, məhrumiyyətlərə rəğmən qələbəyə sarsılmaz inamı ilə seçilməlidir.  

Müharibədə döyüş gedən yerin şəraiti də az əhəmiyyət daşımır. Bu yer 

əvvəlcədən yaxşı öyrənilməlidir. Hər şey döyüşün baş tutduğu müharibə teatrında öz 

həllini tapır. Hərbi fəaliyyətin döyüş yeri üç qaydada təsir edir: onu ələ keçirməyin 

qarşısını alan maneələr şəklində, müşahidə aparmağa maneələr şəklində və atəşdən 

gizlənmək şəklində. Sovet ordusu 1939-1940-cı illərin qışında Finlandiya ərazisinə 

girməklə müharibə aparırdı. Vuruşmada fin  

qüvvələri Qızıl ordu hissələrinə gözləmədikləri güclü müqavimət göstərirdilər. 

Sovet əsgərləri meşələrdəki qalın qarda çətin hərəkət edir, ağacların budaqlarında 

gizlənmiş snayperlərin atəşindən ağır itkilərə məruz qalırdılar. Ona görə də kampaniya 

Sovet ordusu üçün olduqca ağır gedirdi. Cəbhədəki finlərin “Mannerheym xətti”ni 

yalnız müharibənin son aylarında keçmək mümkün oldu və 1940-cı ilin martında 

bağlanan müqaviləyə görə, Finlandiyanın cənubdakı bəzi əraziləri, 1944-cü ildə sovet 

qoşunları yenidən Finlandiyaya hücum edərkən bütün Kareliya SSRİ-yə keçdi   

         Klauzevits havanın da döyüşə böyük təsir göstərdiyini qeyd edir. Əksər 

hallarda dumanın məlum rol oynadığını vurğulayır. Yəqin ki, o, yalnız Avropada 

gedən müharibələrdə iqlim dəyişikliklərinin təsirini nəzərə almışdı. Lakin soyuq iqlimli 

ərazilərdə sərt şaxta və qarın, həmçinin səhranın qızmar istisinin, tropik ərazilərin 

rütubətli və isti havasının ordunun fiziki və mənəvi gücünə göstərdiyi mənfi təsir ona 

görə də müəllifin diqqətindən kənarda qalır.  

Strategiyanın əsas vasitəsi qələbə, başqa sözlə, faktiki müvəffəqiyyət hesab 

olunur. Strateji vasitələrin tətbiqinə çox sayda şəraitlər öz təsirini göstərir. Hərbi 

biliklərə yiyələnmək vacibdirsə, bu biliklər hökmən bacarığa çevrilməlidir və belə bir 

cəhət heç də biliklərə yiyələnməkdən az əhəmiyyət daşımır.  

Strategiyanın elementlərinə mənəvi xüsusiyyətlər, silahlı qüvvələrin miqdarı, 

döyüş gedən yerin şəraiti, hakim mövqe tutan məntəqələr, dağlar, çaylar, meşələr, 

yollar daxildir. Bunlar həm də ordunun təchizatında mühüm əhəmiyyət kəsb edir.  

Ordunun döyüş igidliyi sadə fərdi qocaqlıqdan fərqlənir. Cəsarət, möhkəmlik, 

sayca üstün olma, qəflətən hücum, hiyləgərlik qələbənin çalınmasına xidmət edən 

cəhətlərdir. Böyük və ya kiçik ordu hissəsinin komandiri məkanda qüvvələrin 

cəmlənməsində öz ustalığını nümayiş etdirməlidir. 

Müharibənin taleyini çox vaxt görkəmli sərkərdələr həll edirdilər. Yuxarıda 

sadalananlara II Dünya müharibəsinin görkəmli sərkərdələri olan Jukovu, 

Rokossovskini, Montqomerini, Aleksanderi, Makarturu, Eyzanhaueri əlavə etmək olar. 

Onlar natsist Almaniyası və militarist Yaponiya üzərində qələbəyə öz dövlətlərinin 

liderləri Stalin, Çörçil və Ruzvelt kimi böyük töhfə vermişlər. Hər bir döyüş onlar üçün 

əslində bir yardıcılıq sınağı olmaqla yanaşı, həm də onlara layiq olduqları şöhrət 

çələngi gətirirdi. 

Döyüşə komandanlıq edənin hərbi istedadından, strateji düşüncəsindən və 

taktiki ustalığından çox şey asılıdır. Hələ qədim yunanlar deyirdilər ki, şir sürüsünə 

qoyunun başçılıq etməsindənsə, qoyun sürüsünə şirin başçılıq etməsi yaxşıdır. Pis 

komandan və ya komandir təkcə məğlubiyyətə səbəb olmur, həm də çoxlu canlı qüvvə 

itkisinə yol verir. Britaniya ( bura Avstraliya, Yeni Zelandiya, Hindistan qüvvələri də 



102 

 

daxil idi ) və fransız qoşunlarının I Dünya müharibəsində, 1915-ci ildəki Dardanel 



əməliyyatında məğlubiyyəti hər şeydən çox həmin əməliyyatın yaxşı hazırlanmaması 

və daha pis şəkildə həyata keçirilməsi ilə əlaqədər idi. Bu iri miqyaslı hərbi əməliyyat 

Britaniyanın dəniz naziri Uinston Çörçillin təşəbbüsü olmaqla, boğazlarla 

birlikdəTürkiyənin paytaxtı İstanbulu tutmaq məqsədini güdürdü. Əməliyyatın uğuru 

quru və dəniz qüvvələrinin birgə tətbiq edilməsi ilə mümkün ola bilərdi. 

Hələ 1914-cü ilin noyabrında ingilis və fransız gəmiləri boğazın fortlarını qısa 

müddətdə bombalamışdılar. Türklər bundan sonra Dardanelin müdafiəsini 

gücləndirmişdilər. Sonra buraya 80 gəmidən ibarət ingilis-fransız eskadrası göndərildi. 

1915-ci ilin yanvarında qərara alındı ki,donama Dardaneldə müstəqil qaydada, 

ordunun köməyi olmadan vuruşacaqdır. Fevralda donanma Osmanlı fortlarını atəşə 

tütmağa başladı. Türklər boğazın sularına qoruyucu minalar qoydular və martda 

eskadra boğaza daxil olanda türklərin atəşi altına düşdü. Üç gəmi batırıldı, üçü isə 

zədələndi. Türklərin itkisi isə elə əhəmiyyətli deyildi. 

Sonra Qallipoli yarımadasına desant düşürmək istədilər. Desant 81 min 

adamdan, 178 topdan ibarət idi. Alman-türk (onlar da əks tərəfdə müttəfiq idilər) 

komandanlığı Dardaneli müdafiə etmək üçün əlavə ordu yaratdı. Apreldə yarımadaya 

desant salınmasına başlandı Lakin bir gün sonra türklərlə baş verən döyüşdə çoxlu itki 

verildiyindən, Britaniya qoşunları geri çəkilib, gəmilərə otudular. Yarımadanın digər 

sahillərində də desant vaxtı britaniyalıların itkisi böyük idi. Türk artilleriyası sahilə 

əsgərləri çıxarmaq üçün gəmilərdən endirilən çox sayda qayıqları da sərnişinləri ilə 

birlikdə məhv etmişdi. Desant əməliyyatının buirinci günü müttəfiqlərin itkisi böyük 

idi,18 min nəfərə çatırdı. Sonrakı hücumlar da uğur gətirmədi. Avqustda əlavə 10 min 

nəfər əsgər gətirildi. Lakin ingilis-fransız qüvvələri irəliliyə bilmirdilər və artıq aydın 

oldu ki, Dardanel əməliyyatı uğursuzluğa düçar olur. Qallipolidən desantın 

evakuasiyası başlandı və bu ağır iş dekabrda başa çatdı. İngilislərin itkiləri 120 min 

nəfər, fransızlarınkı isə 26 min həfər idi. Osmanlı imperiyasının da itkiləri heç də az 

deyildi. Mqttəfiqlərin Dardanel əməliyyatı, beləliklə, ciddi uğursuzluqla nəticələndi. 

Əməliyyatın təşəbbüskarı kimi Çörçil istefaya getməyə məcbur oldu. 

Çörçill isə öz növbəsində Mqttəfiq qüvvələrinin baş komandanı general-mayor 

Çarlz Monronu təqsirləndirirdi. O, özünün “Dünya böhranı” əsərində vaxtilə Sezarın 

Pontdan göndərdiyi “veni, vidi, vici” – “gəldim, gördüm, qalib gəldim” sözlərindən 

ibarət xəbəri bir qədər dəyişərək,  Monro haqqında istehza şəklində guya onun öz 

dilindən gələn sözləri belə yazır: “gəldim, gördüm, təslim oldum”. 

          Klauzevitsin əsəri bütövlükdə tarixə müraciət etsə də, öz dövrünün müasir 

döyüş strategiyası və taktikası sahəsində daha çox Napoleon müharibələrinə əsaslanır. 

Həmin müharibələrdən iki əsrə bərabər bir zaman məsafəsi keçmişdir. Bu dövrdə hərb 

sənəti, hərb elmi və təcrübəsi xeyli irəliləmiş, əvvəllər heç vaxt özü barədə hansısa bir 

anlayışın belə olmadığı yeni silah növləri meydana çıxmışdır. XIX əsrin ortalarında 

ABŞ-da meydana çıxan, əvvəlcə xəznəli, sonra isə avtomat şəklindəki vinçester 

tüfəngləri quruda aparılan əməliyyatlarda mühüm rol oynadı. Bu silahdan istifadə 

hesabına XIX əsrin son rübündə 

Amerika Birləşmiş Ştatların preriyalarındakı bizon sürüləri amansızcasına məhv 

edilirdi. Hindular ağlarla mübarizədə bu silah hesabına ağır itkilərə məruz qalmaqla 



103 

 

yanaşı, özlərinin bizon əti şəklindəki əsas ərzaq ehtiyatlarından məhrum olmaqla 



sürətli məğlubiyyətlərə düçar olurdular. Vinçester silahı Afrikanın müstəmləkəçilik 

qitəsinə çevrilməsində mühüm rol oynadı və qitənin cənubunda müstəmləkəçilərə 

müqavimət göstərən zənci əhalisi və şimalda əsl müharibəyə qalxan sudanlılar geniş 

qırğına məruz qalırdılar. Yaxud, XIX əsrin 80-ci illərində icad edilən pulemyot yer, 

aviasiya və tank növlərinə malik olmaqla avtomat silah kimi daha məhvedici atəş 

gücünə malik idi. İmperializmin təşəkkülündə mühüm rol oynayan 

bu silah elə imperializmin özünün məhvində də eyni rolu oynadı. Birinci Dünya 

müharibəsində isə ilk dəfə tanklardan və hərbi aviasiyadan istifadə edildi. Almanlar 

Londonu və İngiltərənin şərqini bombalamaq üçün həmçinin tseppelinlərdən istifadə 

edirdilər. 1916- cı ildə isə ingilislər müharibədə ilk dəfə tırtıllı tanklardan istifadə 

etməyə başladılar, lakin onun səmərəliliyi hələ az idi.  

          XX əsrdə isə silah istehsalının gur inkişafı onun ticarətini xeyli 

genişləndirməklə, böyük dövlətlərə nəhəg qazanc gətirməyə başladı. XXI əsrin 

başlanğıcında isə bu ticarətin miqyası daha da böyüməklə, silah istehsal edən dövlətlər 

arasında kəskin rəqabətin meydana gəlməsinə səbəb oldu. 

         Əks qüvvələrin düzgün qiymətləndirilməməsi, ağılsız dəlisovluq acı 

məğlubiyyət anları ilə üzləşməmiş ötüşmür. 1853-1856-cı illərin Krım müharibəsi daha 

çox Balaklava döyüşündə Britaniya Yüngül Briqadasının özünü intihar şəklindəki 

hücumu ilə xatırlanır, ingilislər və fransızlar bu müharibəyə 1854-cı ildə 

qoşulmuşdular. Bundan da «yüngül süvari hücumu» şəklindəki ironiyalı söz birləşməsi 

meydana gəlmişdir. Yaxud, 1939-cu ilin sentyabrında Hitler qoşunları Polşaya hücum 

edəndə, polyak süvariləri guya igidlik nümayişi kimi alman tanklarının üzərinə qılıncla 

hücum edib, məhv oldular. 

           Müharibədə baş döyüş çox sayda məsələlərin həllinə yol açır. Hannibal 

İtaliya ərazisi ilə irəliləyəndə, Roma ordusunun komandanı Maksim Fabi (ona 

«ləngiyən», «ləng» mənasını verən «Kunktator» ləqəbi vermişdilər) hər vəchlə baş 

döyüşə girməkdən qaçırdı, o, bu vaxt Kann döyüşünün ağır dərsini nəzərdə tuturdu, 

bunun əvəzində Karfagen ordusuna xırda toqquşmalarda «ağcaqanad sancması» ilə 

cavab verirdi. Böyük Aleksandr, Hannibal, Sezar, Napoleon isə baş döyüşlərə möhkəm 

aludə idilər, onun uğurlu nəticəsinə əmin olduqlarından düşməni belə döyüşə girməyə 

məcbur edirdilər. 

          Rus ordusu Napoleonla baş döyüşdən, iri miqyaslı toqquşmadan daim 

qaçmağa səy göstərsə də, 1812-ci ilin  7 sentyabrında feldmarşal Mixail Kutuzov 

Borodinoda belə döyüşə girməyə məcbur oldu. Ruslar Borodino döyüşündən sonra 

məğlub olub geri çəkilsələr də, artıq strateji qələbə onların tərəfində idi. Kutuzov 

Moskvanı da tərk edib, Napoleona təslim etsə də, ordunu məhv olmaqdan xilas 

etməklə, dahi fransız sərkərdəsi çarəsizlikdən Rusiyadan qaçmağa üz tutanda, ona 

xırda zərbələrlə ağır itki verməyə məcbur etməsini davam etdirdi. 

Dağlarda, meşələrdə, düzənlikdə, səhralarda müdafiə öz xüsusiyyətlərinə 

malikdir. Dağlarda vuruşmağı bacaran xüsusi qüvvələr yaradılmalı və onlar döyüş 

şəraitinə yaxın olan mövqelərdə məşq etməklə, bu döyüş sənətinə yiyələnməlidirlər. 

Dağlıq ərazilərdə döyüş və 




104 

 

 nəqliyyat helikopterlərindən istifadə olduqca təhlükəlidir, çünki bir daşın 



arxasında gizlənən düşmən əsgəri müasir silah işlətmədən belə adi atəşlə helikopteri 

məhv edə bilər.  

Müharibə dövründə strateji obyektlərin qorunması ən vacib şərtlərdən birinə 

çevrilir, çünki həmin obyektlərə vurulan zərbə fəlakət dalğası yarada bilər. Bundan 

işğalçıları qovmaq üçün istfadə edilməsi faktları da vardır. 1576-cı ildə Hollandiyanın 

Leyden şəhərinin sakinləri ispan işğalçılarına qarşı mübarizədə qalib gəldilər. Onlar 

qonşuluqdakı Xarlem şəhərinin taleyinə yaxşı bələd idilər, şəhər yeddi aylıq 

mühasirədən sonra ispanlar tərəfindən tutulduqda sakinlər yaşından və cinsindən asılı 

olmayaraq asılmış və ya suda batırılıb öldürülmüşdülər. Leydenlilər demişdilər ki, 

onlar ərzaqları qurtarana qədər vuruşacaqlar, ehtiyac yarandıqda isə sol əllərini yeyib, 

sağ əlləri ilə vuruşacaqlar. Həqiqətən də şəhər qəhrəmancasına müqavimət göstərdi. 

Mübarizə üçün heç bir vasitə qalmayanda müdafiə qüvvələri bəndi(dambanı) dağıdıb, 

ispanların düşərgəsini və özlərini suda batırıb məhv etdilər. Şəhərə çox böyük ziyan 

dəydi, lakin ispanlar uzaqlaşmağa məcbur oldular. İşğalçını öz torpağında məhv etmək 

üçün onun həqiqi sahibinə hər cür vasitədən istifadə məqbuldur, bunu leydenlilər öz 

fədakar nümunələrində sübut etmişlər.  

Vuruş prosesində belə obyektlərin kövrəkliyinə əminlik hiss edildikdə, onlarıi 

hədəf seçib, əks tərəfə daha böyük zərbə vurmağa çalışılır. Ona görə də bu obyektlərin 

müdafiəsi üçün əvvəlcədən bütün tədbirlər həyata keçirilməlidir. İndi sərsəm ağıllar 

əks tərəfdəki belə obyektləri raket zərbəsinə məruz qoymaqla hədələyirlər, lakin onu 

nəzərdən qaçırırlar ki, öz ölkələrində təkcə bir strateji obyekt hədəf kimi seçilsə, bu 

daha iri miqyaslı fəlakətin baş verməsinə, böyük sayda insan təlafatına səbəb ola bilər.  

 

                  Müharibədə bütün amillər nəzərə alınmalıdır 



 

            Müharibədə dəqiq hesablamaların yerini hansısa bir ümid parıltısı tutsa, 

bu, gözlənilənin diametral əksi olan nəticəyə gətirib çıxarır. Sərkərdəlik dühası hesab 

edilən, döyüş səhnələrində 40 qələbə çalmış, Austerlits, Yena və Vaqram 

döyüşlərindəki parlaq 

qələbələri ilə hərb tarixini və təcrübəsini görünməmiş qaydada zənginləşdirən 

Napoleon belə, 1812-ci ildə yürüşündəki hesablamalarında ciddi səhvə yol verdi. O, 

güman edirdi ki, Moskvanı işğal etdikdən sonra Rusiya imperatoru I Aleksandr sülh 

müqaviləsini bağlamağa məcbur olacaqdır. Lakin Aleksandr onun bu təkliflərinə məhəl 

qoymayıb, hansısa bir ən əlverişli müqaviləni də imzalamaqdan imtina etdi. Çünki o, 

rus xalqının qətiyyətinə bələd idi və əgər belə bir sənədə imza atsaydı, xalq hökmən 

onu lənətləyərdi. Moskvaya yox, Napoleon lap Sibirə qədər də getsə belə, müqavilə heç 

vaxt imzalana bilməzdi. Napoleon bu oyuna böyük bir ümidlə girmişdi, ona görə də 

çox uzağa getdi, apardığı kampaniya isə canlı qüvvə tələfatı nöqteyi-nəzərindən izafi 

bədxərcliyə səbəb oldu və Moskvadan bir qədər gecikmiş şəkildəki qaçma isə ona 

olduqca baha başa gəldi. 

          ABŞ hərbi dairələri Vyetnamdakı, SSRİ rəhbərliyi ilə Əfqanıstandakı 

müharibələrin hansı şəraitdə gedəcəyinə o qədər də əhəmiyyət vermədiklərindən, hər 

iki ölkədə ciddi, taqətdən salan müqavimətlə qarşılaşdılar. Vyetnamdakı cəngəlliklər 



105 

 

yerli müdafiə qüvvələrinin işini asanlaşdırdığı halda, amerikan aviasiyasının 



bombardmanlarının effektini xeyli aşağı salırdı, Vyetnam döyüşçüləri və partizanları 

isə daha uğurla vuruşurdular. Sovet qoşunları dağlıq ərazidə əfqan mücahidlərinin 

apardığı mübarizə xüsusiyyətlərinə yaxşı bələd olmadıqlarından, nizami ordu onların 

pərakəndə zərbələri şəklində olan ağlasığmaz çətinliklərlə üzləşirdi. Ən müasir 

silahlara malik olan iki fövqəldövlətin qoşunları əsasən primitiv silahlardan istifadə 

edən yerli qüvvələr qarşısında öz zəifliklərini hiss etməyə başladılar və həmin 

müharibələri dayandırmaq məcburiyyətində qaldılar.  

Hazırda ABŞ aviasiyası, Fransa  və İngiltərə də ona qoşulmuşdur, “İslam 

dövləti»nin” (İraq-Levant İslam dövləti və ya İraq-Şam İslam dövləti də adlanır) İraqın 

şimalındakı və Suriyadakı qüvvələrinə hava hücumları edərək, onlara ağır zərbələr 

vurur. Əlbəttə, Vyetnamdakı müharibədən fərqli ollaraq bu ərazilərdə hava 

bombardmanları aparmaq nisbətən asandır, çünki qatı İslamçı qüvvələr ( radikal 

sünnülər) əsasən düzənlik ərazidə vuruşduqlarından, bu hücumlar qarşısında 

müdafiəsiz vəziyyətdə qalırlar. Əfqan mücahidlərini ABŞ «stinqer» silahı ilə təmin 

etdiyi halda, «İslam dövləti» qüvvələri təyyarələri vurmaq üçün belə səmərəli silaha 

malik deyillər. Burada elə böyük dağlıq ərazi, meşə, cəngəllik də yoxdur ki, həmin 

terrorçuların müdafiə imkanlarına müəyyən ölçüdə köməklik göstərə bilsin.  

Müasir dövrdə silahların inqilabi qaydada dəyişilməsi, kütləvi qırğın silahlarının 

meydana gəlməsi, doqquz ölkənin nüvə silahına və onların hədəfə çatdırılması üçün 

böyük məsafələri qət edə bilən ballistik raketlərə sahib olması, kiberməkanın yaranması 

nəticəsində müharibə vasitəsi kimi kiberhücumların meydana çıxması ilə sülhü daha 

kövrək etməklə, III Dünya müharibəsi baş verərsə, onun daha nəhəng miqyasda insan 

tələfatına və dağıntılara səbəb olması ehtimalını xeyli böyüdür. Dünyadakı təlatümlər, 

siyasi kataklizmlər belə müharibənin başlanması təhlükəsini artırır. Rusiya siyasətçisi 

Vladimir Jirinovski III Dünya müharibəsinin artıq başlanması barədə qorxulu 

bəyanatlar verir. Təəssüf ki, belə «peyğəmbərlikdə» o, tək deyildir. Roma Papası 

Fransisk da yerli münaqişələrin və terrorçuluğun xeyli genişləndiyini nəzərə alaraq 

həmçinin bu müharibənin getdiyini dilə gətirmişdir.  

Kütləvi qırğın silahlarının qadağan olunması barədəki söhbətlər onlara sahib 

olma dövrlərindən getsə də, elə bir ciddi nəticəyə gətirib çıxarmır. Əksinə, bu silahlara 

yiyələnmək həvəsi başqa dövlətləri də özünə cəlb edir. Hətta Rusiya ilə münaqişədə 

olan Ukrayna yenidən atom silahına malik olmaq barədə arzusunu bildirərək, buna 

cəhd edəcəyini bəyan etmişdir. Dünyanın kəskin etirazlarına baxmayaraq, İranın nüvə 

silahına yiyələnmək cəhdləri barədəki şübhələrə də hələ son qoyulmamışdır. 

       Kiberhücumlar birbaşa qırğın silahı olmasa da, ona məruz qalmış ölkənin 

təkcə hərbi qüvvələrinə ziyan vurmaqla kifayətlənməyib, bu ölkənin bütün iqtisadi və 

sosial həyatını iflic vəziyyətinə sala bilər. Əhalinin həyati əhəmiyyət daşıyan yaşayış 

şəraitini poza, təyyarələri uçuş meydançalarında dustaq edə bilər. Kiberhücum 

ümumilikdə, sabotajın və düşmən kommunikasiyalarının dağıdılmasının klassik 

metodlarının bir növünün həyata keçməsidir. Kompyuterin köməyi ilə radarın 

neytrallaşdırılması, əlbəttə, raketin köməyi ilə vurulan zərbədən bir qədər yaxşı olsa da, 

vurduğu ziyan ondan o qədər də geri qalmır.  




106 

 

        ABŞ hərbi komandanlığı hesab edir ki, Krımın Rusiya tərəfindən 



anneksiyası və sonralar Ukraynanın şərqində münaqişənin böyüməsi ruslar tərəfindən 

çox diqqətlə planlaşdırılmış və kiberhücumların uğurla aparıldığı hərbi əməliyyatın 

birbaşa nəticəsidir. Sonrakı hadisələr də göstərir ki, Rusiya ilə Qərb arasındakı 

informasiya sahəsindəki və hümanitar münaqişələr böyüyüb, kibermüharibəyə 

çevrilmək şansına yiyələnə bilər. 

         Bir sözlə, müasir müharibə iri miqyasda getsə, böyük dövlətlər arasında baş 

versə, artıq çox uzun məsafələr belə, nə raket zərbələrinə, nə də kiberhücumlara maneə 

törədə bilməyəcəkdir. Ümumiyyətlə, kiberməkanda sərhədlər yoxdur. Raket əleyhinə 

mübarizə silahları meydana gəlsə də, onların effektliliyi də hələlik aşağı olaraq qalır. 

Əgər İsrailin raket əleyhinə olan müasir müdafiə qurğuları “Xamas”ın atdığı primitiv, 

qısa məsafəyə uçan raketləri tam zərərləşdirə bilmirsə, onda ballistik raketlərdən 

müdafiə qurğularının faydalı iş əmsalının da o qədər yüksək olmayacağı ehtimalı 

yaranır. Ancaq onu da qeyd etmək lazımdır ki, Rusiyanın CC-300 və “Triumf” adlanan 

CC-400 zenit raket sistemləri  ballistik raket əleyhinə səmərəli müdafiə silahı hesab 

olunur. Amerikanlarin da raket əleyhinə yeni mqdafiə silahı olan “İcis” noyabrın 6-da 

keçirilən Sakit okean təlimlərində özünü olduqca səmərəli göstərmiş,bir ballistik və iki 

qanadlı raketi məhv etmişdir. “İcis” artıq ABŞ-ın hərbi gəmilərində tətbiq edilir.  

Dünyada gedən proseslər heç də nikbin əhval-ruhiyyə doğurmur. Deyəsən, dahi 

Albert Eynşteynin IV Dünya müharibəsinin daş alətlərlə aparılacağı barədəki 

ideyasının doğru çıxması şansı böyüyür, çünki əgər III Dünya müharibəsi baş versə, o 

sivilizasiyaya dəhşətli ziyan vurmaqla, insanları yenidən paleolit dövrünə 

qaytaracaqdır. Həm də bu müharibə fərqli dairələrdə getdiyindən yeni tipli müharibə 

olacaqdır. Sürünmə xarakteri ilə seçiləcəkdir, xaos, ümidsizlik hissi əmələ gətirəcəkdir.  

Bütün silahlar yoxa çıxsa da, təbiətin bəxş etdiyi silah olan daş isə tükənməyəcəkdir, axı 

daş dövrünün yoxa çıxması da, heç də daşın azalması ilə meydana gəlməmişdi.  

Bütün bunlar Klauzevitsin müharibə barədəki nəzəriyyəsini bir qədər köhnəlmiş 

kimi göstərsə də, bütünlüklə onun yararsıza çevrildiyindən xəbər vermir. Əlbəttə, 

müasir müharibə bəlkə də klassik döyüş səhnəsini tanımayacaqdır. Müasir silahı – 

raketi kompyuterlə idarə edən hərbçi operator hansısa bir yeraltı məkanda, 

«mağarada»kı sığınacağında oturub, ona tapşırşlmış vəzifəni icra edəcəkdir. Lakin 

quruda aparılan müharibə üçün bu nəzəriyyənin müddəaları əsasən öz qüvvəsində 

qalır. Düzdür, müasir müharibədə raket silahı, aviasiya zərbələri və dəniz müharibəsi 

daha böyük rol oynayacaqdır, lakin quruda gedəcək döyüşləri də bütünlüklə diqqətdən 

yayındırmaq olmaz. Məgər hərbçinin, bilavasitə döyüşdə iştirakından, yaxud da 

hansısa müasir qorxulu silahı idarə etməsindən asılı olmayaraq, mənəvi durumu, 

yüksək ruhu, nəhayət, intizamı və biliyini bacarığa çevirməsi öz əhəmiyyətini 

itirmişdirmi? Əksinə, bu xüsusiyyətlər, müasir müharibədə baş verən hər bir şey, 

klassik cəbhədə qarşı-qarşıya və ya əlbəyaxa döyüşdən də daha artıq əhəmiyyət kəsb 

etməyə başlayır. Axı müasir hücum və müdafiə silahı ona etibar edilmişdir, onunsa 

qılınc və ya tüfənglə müqayisəsi kosmik raketin arbaletlə müqayisəsinə bənzəyir. Ona 

görə də həmin hərbçinin məsuliyyət hissindən və bacarığından bu vəzifənin dəqiq və 

səmərəli qaydada yerinə yetirilməsi çox asılı olacaqdır 



107 

 

Klauzevits qeyd edirdi ki, «Müharibə təhlükə meydanıdır, deməli, igidlik 



müharibənin ən mühüm xüsusiyyətidir». Bu fövqəl mərdlik fərdi təhlükə vaxtı və ya 

daxili tələbatdan – vicdandan doğur. Birinci növ dözümlülüklə, ikinci növ isə 

qoçaqlıqla əlaqədardır. Birinci növ daha etibarlıdır, ikinci isə insanın təbiətindən irəli 

gəlir. Hər iki növ igidliyin ən mükəmməl tipini meydana çıxarır. Lakin igidliyin üzə 

çıxması üçün həm də müəyyən şəraitin mövcudluğu tələb olunur.  

 

                                 



                     Hərbi təcrübə və onun xüsusiyyətləri 

 

Hərbi nəzəriyyə ilə yanaşı, onu real şəraitə tətbiq edən hərbi təcrübə də böyük 



əhəmiyyətə malikdir. Bunu biz ayrı-ayrı hərbi xadimlərin istedadında, döyüşü təşkil 

etmək bacarığında görürük. XIX əsrin hərb praktikasının görkəmli nümayəndələrindən 

biri olan Helmut fon Moltke uzun müddət Prussiya, sonra isə Almaniya Baş 

Qərargahının rəisi olmaqla Danimarka (1864-cü il), Avstriya (1866-cı il) və Fransa (1870-

71-ci illər) üzərində qələbələrin hərbi arxitektoru olmuşdu. Bunlar Otto fon Bismarkı o 

vaxtlar sərbəst şəkildə olan Alman dövlətləri liqasını Prussiyanın ağalıq etdiyi yeni 

imperiyaya çevirməyə qadir etmişdi.  

            Moltke 1800-ci ildə yoxsul bir ailədə anadan olmuşdu. Atası 1805-ci ildə o 

vaxtlar Danimarkanın tabeliyində olan Halmştayna köçmüşdü. Balaca Helmut 

Kopenhagen Royal Kadet korpusunda təhsil almışdı və Danimarka piyada alayında 

xidmətə girmişdi. 1821-ci ildə Berlinə gələndə Prussiya ordusunda xidmət etməyi 

qərara almış və ikinci leytenant rütbəsinə yiyələnmişdi. İki il sonra o, Baş Hərbi 

Kollecdəki üç illik kursa göndərildi. 1828-ci ildə isə Berlində Baş Qərargahın 

topoqrafiya bürosunda xidmətə keçdi. Ədəbi işini davam etdirməklə bir neçə kitabını 

nəşr etdirdi və məşhur ingilis tarixçisi Eduard Gibbonun «Roma imperiyasının 

tənəzzülü və dağılması» əsərini alman dilinə tərcümə etdi. 1835-ci ildə o, Türkiyəyə 

göndərildi ki, sultan II Mahmudun Türk ordusunu modernləşdirmək üzrə müşaviri 

işləsin. Üç il sonra Misirin Suriyaya müdaxiləsinə qarşı Türkiyə qüvvələrini 

hazılamaqla məşğul oldu. 1839-cu ildə müdafiə uğursuzluğa uğradı, çünki türk 

komandirləri Moltkenin məsləhətlərinə məhəl qoymamışdılar. Həmin ildə yenidən 

Prussiya ordusunda xidmətə keçdi.  

O, Almaniyanın birləşdirilməsi və təbii sərhədlərinin yoxluğu şəraitində əhatə 

olunduğu potensial düşmənlərdən Prussiyanın mühafizə olunması kimi başlıca 

problemlərlə məşğul olurdu. Moltke bir hərbi xadim kimi inanırdı ki, yalnız müharibə 

bu problemlərin razı qalınan bir qaydada olan həllini təmin edə bilər. 

Moltke Prussiyanın ən pis düşməni hesab etdiyi 1848-49-cu illər inqilabının 

yatırılması ilə demokratiyanın da məhv edilməsinə sevinirdi. 1851-ci ildə o, gələcək 

Prussiya kralı və Alman imperatoru (kayzeri) olacaq prints Vilhelmin şəxsi köməkçisi 

təyin edildi. 1857-ci ildə isə Prussiya Baş Qərargahının rəisi seçildi. Bir qədər sonra 

kansler Otto fon Bismark, müdafiə naziri Albrext fon Rön və onun özündən ibarət olan 

üçlük Prussiyanın, həmçinin Almaniyanın mənafeyi naminə böyük  işlər gördü. Moltke 

öz dövrü üçün yeni texniki icad sayılan dəmir yolunu, ordunun hərəkəti və təchizatı 

üçün geniş imkan yaratdığına görə 



108 

 

yüksək qiymətləndirirdi. O, həmçinin yeni hərbi silaha da böyük diqqət verirdi 



və təkid edirdi ki, qərargah zabitləri müharibənin yeni konsepsiyasını yüksək qaydada 

mənimsəməlidirlər.  

O, bir qayda olaraq qısa və dəqiq əmrlər verirdi, «baş direktivlər» sistemini 

yaratmışdı. Prussiya Baş Qərargahının onun tərəfindən tətbiq edilən yeni sistemi 

sonralar müasir qaydada təşkil olunan bütün ordular üçün modelə çevrildi.  

2 sentyabr 1870-ci ildə Prussiyanın böyük qələbəsi - bütöv fransız ordusu və 

imperator III Napoleonun özü prussiyalılar tərəfindən əsir götürülmüşdü, – Fransada 

İkinci İmperiyanın məhvi ilə nəticələndi. Moltkenin də xidməttləri lazımınca 

qiymətləndirildi, o, feldmarşal rütbəsini aldı. 1871-ci ildən başlayaraq 17 il ərzində 

Almaniya Baş Qərargahının rəisi oldu və 1888-ci ildə pensiyaya getdi. 1891-ci ildə 

Berlinə səfər edərkən öldü. 

         Moltke yeddi dil bilirdi, Avropa dilləri ilə yanaşı, türk dilinə də 

yiyələnmişdi. Hərbi kolleqaları üçün o, «qızıl adama» çevrilmişdi, onun heç bir 

düşməni və hansısa bir aşağılayanı yox idi. Moltke həm də hərbi istedadı ilə yanaşı XIX 

əsr alman nəsrinin ustalarından biri hesab olunur. Onun səyi nəticəsində qazanılan 

qələbələr Prussiyanın xeyli möhkəmlənməsinə və Almaniyanın birləşib güclü Avropa 

dövlətinə çevrilməsinə şərait yaratdı. Bismark necə böyük siyasətçi idisə, Moltke eyni 

dərəcədə böyük hərbiçi idi və onların istedadı Almaniyaya böyük fayda bəxş etməklə 

yanaşı, alman millətçiliyinin və militarizminin inkişafına da əsaslı təsir göstərməmiş 

qalmadı.  

      Almaniya imperiyası  Birinci Dünya müharibəsində məğlub olmaqla, 

Afrikadakı müstəmləkələrini, Asiyadakı təsir zonalarını itirmək məcburiyyətində qaldı. 

Bu məğlubiyyət Almaniyani öz iddialarından bir qədər uzaqlaşdırsa da, təhqiramiz 

sülh şərtləri onun militarizminin daha gur şəkildə inkişafına şərait yaratmış oldu. 

Faşistlər hakimiyyətə  

gəldikdən sonra intiqam, revanş hissi partlayış qaydasında böyüdü. Bir daha 

böyük müharibələrin baş verməyəcəyi  barədəki nikbin proqnozlar alt-üst oldu. 

          Birinci Dünya müharibəsindən sonra məşhur ABŞ sənayeçisi, iri avtomobil 

zavodlarının sahibi Henri Ford (1863 – 1947-ci illər ) belə bir fikir irəli sürmüşdü ki, bir 

daha heç vaxt böyük müharibələr olmayacaqdır, çünki hamı bunun necə bir cəhənnəm 

olduğunu gördü. Müdrik bir insan olan Ford özünün səhv etdiyinə əmin oldu, çünki 

İkinci Dünya müharibəsinin də şahidi olmaq qismətini yaşadı. Sonuncu dünya 

müharibəsi isə öz nəhəng miqdardakı qurbanlarına və xüsusən Avropanı viran qoymaq 

miqyasına görə əvvəlki  

müharibələrlə heç bir müqayisəyə girə bilməzdi. Almaniya bu müharibənin 

başlanmasının təşəbbüskarı olmaqla yanaşı, onu biabırçı məğlubiyyətlə bitirdi. Bu ölkə 

işğala məruz qaldı, zonalara, sonra isə iki dövlətə bölündü. 

    Henri Forddan xeyli əvvəl, böyük dövlət xadimi, kiçik fasilə ilə iyirmi il 

ərzində Böyük Britaniyanın baş naziri olmuş Kiçik Uilyam Pitt də XVIII sonunda bəyan 

etmişdi ki, Avropa artıq müharibə görməyəcəkdir. Pittin baş nazir karyerasının sülh 

dövrü Fransa inqilabının 

başlanması ilə başa çatmışdı. 1793 –cü ilin fevralında İngiltərə Fransaya qarşı 

müharibəyə cəlb edildi. 



109 

 

   Pittin öncəgörməsi də özünü doğrultmadı. 1803- cü ildə Fransa ilə müharibə 



yenidən qalxdı. Lakin Pittin ehtiyatlı siyasəti İngiltərəyə çox fayda verirdi. Napoleon 

avstriyalıları və rusları əzəndə, Avstriyanı viran qoyanda, Almaniyanı parçalayanda 

İngiltərə təhlükəsiz şəraitdə yaşayırdı. 

   Onun necə böyük bir şəxsiyyət olduğunu isə abidəsi üzərində yazılmış sözlər 

daha yaxşı ifadə edir: “İyirmi ilə yaxın bir müddətdə tacın xidmətində olmaqla, o, 

özünü heç də gözə soxmadan yaşadı və kaslb bir adam kimi öldü.” 

     Pittin sülhün bütünlüklə bərqarar olacağını güman etdiyi XIX əsr əslində 

Avropa üçün daha çox müharibələr əsri adlandırıla bilərdi, onun binövrəsini isə 

Napoleon qoymuşdu. 

 XX əsr isə iki dünya müharibəsinin zaman beşiyi oldu. XXİ əsrdə də savaş seriya 

şəklində davam edir və əvvəlki yaralar hələ də qaysaq bağlaya bilmir. 

     


                                           

                            Təbiətin müharibənin gedişinə təsiri 

 

Müharibə vakuumda və ya ətraf mühitdən izolə olunmuş şəraitdə 



getmədiyindən digər mühüm amillərlə yanaşı təbiətin, iqlimin də müdaxiləsi ona öz 

təsirini əsaslı surətdə göstərir. Təbii sərhədləri olmayan ölkələr, məsələn Prussiya bu 

çatışmazlığına görə öz potensial düşmənlərindən qorunmaq vəzifəsini ön plana çəkirdi 

və preventiv (qabaqlayıcı) tədbirlər görürdü. Təbiət qüvvələrinə, stixiyaya gəldikdə, 

onlar öz təsiri ilə bəzən ciddi məğlubiyyət ərəfəsində olanları da qaliblərə çevirə bilir. 

Təəssüf ki, Klauzevitsin əsərində bu məsələlər lazımınca öz əksini tapmamışdır. Hətta 

böyük sərkərdəlik dühaları da rəqiblərinə öz iradələrini diqtə etdikləri halda, təbiətin 

verdikti, hökmü qarşısında özlərinin gücsüz olduqları qənaətinə gəlməklə, bəzən ağır 

itkilərlə müşayiət olunan məğlubiyyət acısını dadmış olurdular. 

 Ömründə döyüşlərdə uduzmaq nə olduğunu bilməyən, tərkibi öz 

qüvvələrindən dəfələrlə çox olan Persiya ordusunu Qranikdəki, İss körfəzindəki, 

Qavqameladakı döyüşlərdə ağır məğlubiyyətlərə uğradan Böyük Aleksandrın əsgərləri 

Hindistanda qiyam qaldıraraq, müharibəni davam etdirmək istəmədiklərini 

bildirdikdə, sərkərdə vəziyyətin çıxılmaz olduğunu görüb, b.e.ə. 325-ci ildə Persiyaya 

geri qayıtmağa razılıq verdi. Makedoniyalı əsgərlər isə öz vətənlərinə qayıtmağı tələb 

edirdilər. Böyük Aleksandr qoşunun kiçik hissəsini su yolu ilə üzməklə göndərdi, əsas 

hissəsini isə öz başçılığı altında Gedrosiya səhrasından keçməklə geri, Babilə qaytardı. 

Aleksandr səhra ilə səfər etmək təcrübəsinə malik idi. B. e. ə. 332-ci ildə Misiri işğal 

etdikdən sonra ənənəvi faraon titululunu almaq, “Amonuun oğlu” adlanmaq üçün, bu, 

yunanlarda “Zevsin oğlu” adlanmağa bərabər idi, o, səhra orakulunun yanına 

yollanmışdı. Həmin səfər nə qədər çətin olsa da, Gedrosiya səhrasındakı əzablarla 

müqayisə oluna bilməzdi. Bu hamını taqətdən salan səfər artıq heç də əcdadlarını da 

müqəddəsləşdirən hansısa bir fəxri adı qazanmaq naminə həyata keçirilən cəhd və ya 

əlavə şöhrət gətirən bir hərbi yürüş olmayıb,. uzun müddət davam edən əzablar və 

məhrumiyyətlər seriyası ilə müşayiət olunmağı ilə seçildi. Döyüşçülər qızmar istidən, 

susuzluqdan əziyyət çəkirdilər, ərzaq qıtlığı da öz işini görürdü. Aleksandr döyüşlərdə 

olduğundan da artıq itki verməyə məcbur oldu. Dahi sərkərdə təbiət qüvvələri 



110 

 

qarşısında özünün aciz olduğu qənaətinə gəldi. Əgər səhranın dəhşətli şəraitini nəzərə 



alıb, kəşfiyyat yolu ilə əvvəlcədən daha asan marşrut seçsəydi, belə böyük itkilərlə və 

məhrumiyyətlərlə üzləşməzdi. Həmişə logistikaya ciddi fikir verən, onun tələblərini 

nəzərə alan Makedoniyalı Aleksandr bu dəfə öz ənənəsinə də xəyanət etdiyindən, 

gözləmədiyi halda səhra şəraiti tərəfindən cəzalandırıldı.  

Karfagenin istedadlı sərkərdəsi Hannibal Kanndakı böyük qələbəsindən xeyli 

sonra Romanın qapısı ağzında dayandı. Kann döyüşündən bilavasitə sonra ordusu 

darmadağın edilmiş Romaya o, hücum etsəydi, bəlkə də onu tutmaq barədəki çoxdankı 

arzusuna nail ola bilərdi. Hələ doqquz yaşı olanda, o, atasına Romaya daim düşmən 

olacağı andını içmişdi. Əlverişli fürsətdən istifadə etməməsi, anlaşılmayan tərəddüd 

göstərməsi ona baha başa gəldi. Nəhayət Roma yaxınlığında düşərgəsini qurdu ki, 

şəhərə hücum etsin. Lakin hücum ərəfəsində iki gün davam edən leysan yağış və tufan 

Hannibalı bu fikirdən yayındırdı, onu geri çəkilməyə, düşərgəsini uzağa köçürməyə 

məcbur etdi. Hannibal əzdiyi Roma ordusundan deyil, təbiətdən ağır zərbə aldı və heç 

vaxt Romanı tuta bilmədi. Bir müddət sonra zaman da Hannibalın ziyanına işləməyə 

başladı. Roma ordusu Karfagenin öz ərazisində ona zərbə vurmaq üçün üzüb, orada 

sahilə çıxdıqdan sonra, Hannibal geri çağırıldı və b.e.ə. 202-ci ildən Şimali Afrikadakı 

Zama döyüşündə məğlubiyyətə uğradı. Sonra isə vətənindən qaçıb, yad ölkədə onu 

axtaran romalılara təslim olmamaq üçün özünü intihar etdi. 

Roma ordusuna qan udduran, romalıları dəhşətli qorxu altında saxlayan 

Hannibal stixiiyanın həmləsinə davam gətirə bilməyib, vaxtında yetişmiş meyvəni 

qoparmağa cəsarət etmədiyi kimi, bu dəfə də geri çəkilməyə məcbur olmaqla, öz 

şöhrətinə və taleyinə də ağır zərbə vurmuş oldu. 

 Çinin Monqol hökmdarı Xubilay xan 1274-cü və 1281-ci illərdə Yaponiyanı işğal 

etmək üçün böyük donanma təşkil edib, sayı minə qədər olan gəmilərlə döyüşçülərini 

Kyusyu adasına göndərdi. Lakin hər iki dəfə qəflətən qalxan tayfun Xubilayın 

donanmasına ağır zərbə vurdu, az sayda xilas olanlar geri döndü. Yaponiya işğaldan 

belə xilas oldu. Minnətdar yaponlar tayfunu «İlahi Külək» mənasını verən 

«Kamikadze» adlandırdılar.  

Ərazilər tutmaqda və ölkələr işğal etməkdə heç bir maneə tanımayan, Avrasiya 

qitəsində özündən əvvəl və sonra ən böyük imperiya hesab olunan Çingiz xan 

imperiyasını yaradan monqollar Çin və Koreya qüvvələrini də cəlb etməklə xeyli 

güclənib Yaponiyaya müdaxilə etsələr də, təbiətin zərbəsinə davam gətirə bilməyib, bu 

adalar ölkəsini işğal etmək niyyətindən birdəfəlik əl çəkdilər.  

Yaponiya torpağına yalnız 1945-ci ildə amerikan ordusu daxil oldu, avqustun 15-

də imperator Hirohito xalqa müraciət edib, ölkəni qoruyub saxlamaq üçün təslim 

olmağa razılıq verdiyini bildirdi və sentyabrın 2-də amerikan gəmisi «Missuri»də 

Yaponiya qeyd-şərtsiz təslim olma aktını imzaladı. Bu, Yaponiyanın əcnəbi dövlət 

tərəfindən ilk, ancaq olduqca böyük məğlubiyyətə uğraması idi..  

1588-ci ildə 130 gəmidən ibarət olan İspan Məğlubedilməz Armadası İngiltərəni 

işğal etmək barədəki möhkəm ümidlə okeanla üzüb oraya girmək istədikdə, gəmilərin 

bir hissəsi La-Manş boğazında ingilislər tərəfindən məhv edildi,  Şotlandiya 

sahillərində qalxan qasırğa isə Armadanın məhvini bütünlüklə tamamladı. İngiltərə 

kraliçası I Elizabet vətənini xilas edən bu möcüzəli təbiət qüvvəsini minnətdarlıq 



111 

 

şəklində «Allahın nəfəsi» adlandırdı. İşğalın baş tutacağına möhkəm əmin olan 



İspaniya kralı II Filipp isə baş verənləri izah etmək üçün demişdi ki,  “Mən donanmamı 

təbiətlə deyil, ingilislərlə vuruşmağa göndərmişdim.” Təbiət  

bu dəfə də işğalçılara deyil, ondan qorxu hissi keçirən və müdafiə olunan tərəfə 

öz alicənablığını və xilaskar xüsusiyyətini göstərmişdi.  

Napoleon da Britaniya ilə əlaqəsini üzməyən Rusiyanı cəzalandırmaq fikrinə 

düşüb, 1812-ci ilin iyununda Neman çayını keçib 600 minlik ordu ilə Rusiya ərazisinə 

girdi. Rus qoşunlarının müqaviməti zəif olduğundan Napoleon sürətlə irəliləyirdi. 

Borodino döyüşündən sonra rus ordusu geri çəkildiyindən və hətta qədim paytaxt 

Moskvanı tərk etdiyindən Napoleon 14 sentyabrda bu müqəddəs rus şəhərinə daxil 

oldu. Ruslar şəhəri yandırmaqla fransız imperatoruna öz «qonaqpərvərliklərini» 

göstərdilər 

Oktyabr ayında soyuqlar başladı. Napoleon ordusu ərzaq barədə çətinlik çəkirdi. 

Böyük əraziləri işğal edən Napoleonun gözlədiyinin əksinə, ruslarla sülh müqaviləsi 

bağlamaq mümkün olmadı, artıq ondan qorxmurdular. Fransız sərkərdəsi dəhşətli 

əzablarla və ağır itkilərlə müşayiət olunan geri çəkilməyə, Rusiyadan qaçmağa 

başladı.Dünənə qədər qalibiyyətli bir ordu artıq sürüyə çevrilmişdi. Böyük fransız 

ordusundan Rusiyadan yalnız 30 min nəfərə çıxmaq xoşbəxtliyi qismət oldu, qalanları 

isə buradakı qarı özlərinə kəfən edərək, bu müəmmalı ölkənin torpaqlarında 

uyumuşdular. 

         Napoleona rus ordusundan heç də zəif olmayan təbiət daha ağır zərbələr 

vururdu. Ona görə də Qərbdə «General Qış», «General Şaxta» kimi terminlər 

dövriyyəyə buraxıldı. 

Axı Napoleon kimi hərtərəfli dahi bir şəxsiyyət Rusiya üçün adi hal olan bu 

cəhəti əvvəlcədən nəzərə almalı idi. Təəssüf ki, özünün bu son oyunlarından birində 

düşmənin zəifliyinə çox arxayın olduğundan, təbiətin müdafiəçilərə göstərəcəyi köməyi 

qətiyyən nəzərə almadı. Orduları məğlub etməyin böyük ustası sayılan fransız 

sərkərdəsi onu son məğlubiyyətlərə aparan bir yola qədəm qoymaqla, faciəli və onun 

özünə də ağır başa gələn səhvə yol verdi.  

Napoleonun Rusiyaya yürüşü ilə eyni vaxtda, 1812-ci ildə başlayan və iki il sonra 

başa çatan ingilis-amerikan müharibəsi baş verdi. ABŞ hələ Tomas Ceffersonun 

prezidentliyi dövründə kontinental blokada tətbiq etmişdi. Belə qarşıdurma vaxtı 

Britaniya donanması fransız-amerikan ticarət əlaqələrini pozmaq üçün, amerikan 

gəmilərini, onlarda ingilis dezertir dənizçilərinin gizlənmələri bəhanəsi ilə tuturdu. 

«Çesapik» freqatı ilə olan insidentdən,  1807-ci ildə ABŞ-da Embarqo Aktının və 1810-cu 

ildə müdaxilə etməmək barədə qanunun qəbul edilməsindən sonra ölkədə, xüsusən 

Yeni İngiltərədə «müharibə partiyası» formalaşdı. Həmin dövrdə Konqressə İngiltərə 

ilə müharibə tərəfdarları olan «quzğunlar» seçildilər. Onlar ABŞ ərazisinin Kanada və 

Florida hesabına (o vaxtlar Kanada Böyük Britaniyanın, Florida isə İspaniyanın 

tabeliyində idi) genişləndiriləcəyinə ümid bəsləyirdilər. Prezident Ceyms Medison 

patsifist olsa da, İngiltərə ilə müharibəyə başlamağa məcbur oldu. 18 iyun 1812-ci ildə 

Medison və Konqress İngiltərəyə müharibə elan etdi. Başlanğıcda müharibə Amerika-

Kanada sərhədində, Çesapik və Meksika korfəzlərində gedirdi.  




112 

 

Həm də əks tərəflər intensiv dəniz müharibəsi aparırdılar. Beş gəmidən ibarət 



ingilis eskadrası Amerika sahillərini blokadaya aldı, amerikan kaperləri (hökumətin 

razılığı ilə özəl şəxslərə məxsus olan gəmilər tərəfindən düşmən kommersiya gəmilərini 

tutmaqla, əslində dəniz quldurluğu ilə məşğul olanlar) isə 200-dəq artıq ingilis tacir 

gəmilərini tutmuşdular.  

İngilislər tədricən amerikan sahillərinin blokadasını onun bütün uzunluğu 

boyunda gücləndirdilər. 1814-cü il ərzində isə Avropada Napoleon üzərində qələbədən 

sonra ABŞ-ı yenidən böyük məğlubiyyət təhlükəsi gözləyirdi. Prezident Medison ordu 

komandanlığını səhvən inqilabın yaşlı veteranlarına etibar etmişdi. Müharibənin son 

ilində isə generalların orta yaşı 60-dan 36-ya endi və bu, prezidentin populyarlığını 

artırdı. 

Böyük Britaniya amerikanlarla mübarizəyə böyük qüvvələr göndərirdi,  ABŞ 

hökuməti isə 1814-cü ilin payızında xərcləri artıq ödəmək qabiliyyətində deyildi. Yeni 

İngiltərə, Nyu-Orlean və Çesapik körfəzi ilə ABŞ-ın digər hissələrinin əlaqəsini kəsmək 

üçün ingilislər əsas istiqamət kimi Nyu-Yorku seçdilər.  

           1814-cü il kampaniyasında ən böyük hadisə Vaşinqtona hücum idi, 

bundan məqsəd Kanadadakı Yorkun (indiki Toronto şəhərinin) dağıdılmasının 

intiqamını almaq idi. 3600 nəfərlik desant qüvvəsindən ibarət olan eskadra Potomak 

çayına girdi və Vaşinqtona doğru hərəkət etdi. 24 avqustda axşam ingilislər şəhərə 

girib, onu qarət etdilər, ən yaxşı hökumət binalarını – Kapitolini, Ağ evi yandırdılar. 

Onlar həm də nəhəng ölçüdə qənimət ələ 

 keçirdilər. Amerikan ordusunun baş komandanı, prezident Medison paytaxtdan 

qaçdı. Bu vürüş vaxtı həm də 17 kaper qayığından ibarət olan amerikan donanması 

məhv edildi.  

Britaniyalılar Vaşinqton üzərində öz bayraqlarını qaldırdılar. Kapitoli binasında 

o vaxt hələ mərkəzi rotonda tikilməmişdi, ona görə də birləşməmiş Senatın və 

Nümayəndələr Palatasının, həmçinin Konqress Kitabxanasının binalarının interyerləri 

yanğınla məhv edildi. Bu vaxt Vaşinqtonda tufan baş verdi, onunla birgə yağan leysan 

yağış qalın divarları yanğından xilas etməklə, binanın xarici görünüşünü qoruyub 

saxladı. İngilislər Prezident iqamətgahını yandırdıqda, alova yanacaq atırdılar ki, 

yanğın sonrakı gün də davam etsin.  

İngilislərin hücumundan sonra, bir sutkadan az olan müddətdə güclü tufan 

leysan yağışla birlikdə əksər binaların yanğınlarını söndürdü. Bu vaxt həm də paytaxtın 

mərkəzi ilə tornado tüğyan etdi, burağan üç ton ağırlığında olan topları göyə qaldırıb, 

bir neçə yard uzağa tullayırdı. Bunun nəticəsində xeyli Britaniya əsgəri və şəhər sakini 

öldü. Tufan britaniyalıları öz gəmilərinə qayıtmağa məcbur etdi. Vaşinqtonun işğalı 

vur-tut 25 saat davam etdi. Təbiət qalib ingilisləri geri çəkilməyə məcbur etdi, digər 

məşhur sələfləri kimi onlara da yaxşı dərs verdi.  

          Medisonun paytaxtı onun bir gecəsini keçirdiyi Montqomeri mahalındakı 

kiçik Brunvill şəhəri oldu. Ölkənin birinci ledisi Dolli Medison, hökumət qaçanda 

Vaşinqtonda qalmışdı ki, qiymətli şeyləri hücum edən britaniyalılardan xilas etsin. O, 

prezident Vaşinqtonun divardakı portretini çıxartdırıb, özü ilə götürmüşdü.  



113 

 

Prezident Medison və ondan bir neçə gün sonra Konqress də paytaxta qayıtdı. 



Konqressin xüsusi sessiyası Kapitoli və digər ictimai binalar dağıdıldığından, Poçt 

binasında və Patent idarəsi binasında keçirildi. 

Britaniyalılar öz qəddarlığını və vandalizmini onunla izah edirdilər ki, ABŞ 

təcavüzkar kimi çıxış edərək, müharibəni elan etməklə ona başlamışdır. Vaşinqton 

dağıntılara məruz qalsa da, hökumətin yerləşdiyi məkan olmasını davam etdirdi, 

baxmayaraq ki, paytaxtın başqa şəhərə köçürülməsi barədə də təkliflər mövcud idi.  

  Vaşinqton tarixdə bircə dəfə, özü də bircə günlüyə işğala məruz qaldı və bir 

daha heç vaxt öz ərazisində düşmən əsgərini görmədi. Yəqin ki, amerikanlar da 

yaponlar kimi təbiətin əliaçıqlığına minnətdar olmalı idilər. Bütövlükdə isə müharibə 

1814-cü ilin dekabrında Gent sülh müqaviləsi ilə başa çatdı. 

 Hitler ordusunun Rusiya qışından, qarından, sərt şaxtasından, yağışın payızda 

əmələ gətirdiyi və texnikanın hərəkətini çətinləşdirən palçığından necə böyük əzab 

çəkdiyi, çətinliklərlə üzləşdiyi yaxşı məlumdur. Almanların iki böyük məğlubiyyətində 

- Moskva ətrafındakı və Stalinqrad döyüşlərində sovet əsgərinin fədakarlıqla vuruşması 

ilə yanaşı təbiətin də alman qoşunlarına amansızlıq göstərməsi heç də sirr deyildir. 

Nazik paltarda olan alman zabitləri və əsgərləri sərt şaxtaya və soyuğa dözə bilmirdilər. 

Hitler Sovet ordusunun qələbəsinin əhəmiyyətini azaltmaq üçün hər şeyi Rusiyanın 

sərt qışının üstünə yıxırdı. Lakin 1943-cü ilin iyununda Kursk vilayətindəki məşhur 

Proxorovka tank döyüşündə Sovet ordusunun böyük qələbəsi onun bu izahlarını alt-üst 

etdi. Alman ordusu SSRİ ərazisi ilə geri çəkildikcə, ilin fəsillərindən asılı olmayaraq ağır 

məğlubiyyətlərdən yaxa qurtara bilmirdi.  

Hitler SSRİ-yə xaincəsinə hücum edərkən Bismarkın Rusiyaya müdaxilənin 

təhlükəliliyi barədəki vəsiyyətinə məhəl qoymasa da, öz qoşunlarını əlavə sınağa 

çəkəcək stixiyanın yenilməz qüvvəsini nəzərə almalı idi. Britaniyanı əzmək, diz 

çökdürmək üçün əlavə resurslara sahib olmaq və qələbə çalmaq ümidi ilə Rüsiyaya 

yürüşə başlasa da, onun həm də ildırım sürəti ilə gedəcəyini əsas götürsə də, təbiətin də 

öz ferz qambitini işə salmaqla, istənilən ən yaxşı planı da poza bildiyini o, hökmən 

nəzərə almalı idi.  

Təbiət avantürist xarakterli Hitlerə də başqaları kimi ağır və onu məhvə aparan 

dərsin verilməsində heç də öz sehrliliyini əsirgəmədi. 

                                 

                         İşğal müvəqqəti xarakter daşıyır 

 

          Müharibələrdə müvəqqəti ərazi işğalı sonralar ağır nəticələrə səbəb olur. 



Əksər müharibələrin tarixi bu mülahizənin düzgünlüyünə şübhə yeri 

qoymur.Başqasının qanına susamaq, ərazisini işğal etmək həvəsi uzun sürmür, bəzən 

həmin dövlətin, hətta xalqın tarix səhnəsindən yoxa çıxmasına gətirb çıxarır.  

         Qədim dünyada Assuriya ( b. e. ə. XIV – IX əsrlər) müharibə aparmaqla 

Mesopotamiyanı və qonşu ölkələri işğal etmişdi. Həmin cəmiyyətin qaydaları qəddarlıq 

üzərində qurulmuşdu. Assuriya çarları qan axıtmaqdan həzz alırdılar. Bu dövlətdə qan 

tökmək hərisliyi adamların şüuruna təlqin edilirdi, onların xarakterinin mühüm 

cəhətinə çevrilirdi. Hətta ov səhnələrinin təsviri də bu məqsədə xidmət edirdi.  




114 

 

        Yaxud, Hett dövləti ( b.e.ə. XVIII – XII əsrlər ) Misirlə rəqabətdə 



müharibələrə meyl edirdi. Hett çarı bir şəhəri viran qoymuş, onun torpağını 

şumlatdırmış, orada zəhərli bitkilər əkmişdi ki, həmin ərazidə düşmənləri bir daha 

şəhər sala bilməsinlər. Bu, həmin dövr üçün ilk bioloji silah idi. Hettlər yeni silah da 

icad etmişdilər, döyüş arabasının təkərlərini arxadan ortaya gətirmişdilər. Bu ona 

möhkəmlik, iki döyüşçünü daşımaq imkanı vermişdi. Belə araba əslində müasir tank 

kimi idi, düşmən qoşunlarının içərisinə soxula bilirdi. Ona görə də hettlər b. e. ə.  XIII 

əsrin ortalarında Misir faraonu  II Ramzesə Kadeş döyüşündə qalib gələ bilmişdilər. II 

Ramzes isə vətəninə qayıtdıqdan sonra saxtakarlıqla özünün qalib gəldiyini geniş təbliğ 

etməyə başladı. Bəzi tarixçilər isə döyüşdən sonra həmin dövrün bu iki fövqəldövləti 

arasında bağlanmış müqavilənin şərtlərini nəzərə alaraq, heç bir tərəfin qalib gəlmədiyi 

mülahizəsini irəli sürürlər. 

        Karfagen isə Aralıq dənizi regionunda, əslində o dövrün dünyasında ağalıq 

etmək eşqınə düşdüyünə görə b. e. ə. 264 – cü ildən başlayaraq  bütövlükdə yüz ildən 

çox bir müddətdə üç dəfə Roma ilə ölüm-dirim savaşı aparmış və hər dəfə də məğlub 

olmuşdu. Axırıncı müharibə özünü intihar xarakteri daşımış, Karfagen məhv olmaqla, 

tarix səhnəsini tərk etmişdi. Xalq da Karfagen hakimiyyətinin böyük iddiasının 

qurbanına çevrildi. B. e. ə. 146-cı ildəki III Puniya müharibəsində qalib gələn romalılar 

Karfagenin yarım milyon əhalisinin əksəriyyətini məhv edib, əlli min nəfərini əsir 

götürüb, bu gözəl şəhəri yandırdıqdan sonra , hettləri təqlid edərək, şəhərin ərazisini 

şumlayıb, duz səpmişdilər ki, orada heç nə bitməsin.  

       Tarixin dəhşətli ironiyası ondadır ki, nəinki bu dövlətlərdən, heç onların 

xalqlarından, assuryalıların kiçik, həm də dağınıq qalıqları nəzərə alınmasa, qədim 

keçmişin dumanlı xatirələrindən başqa heç nə qalmadı. Bu siyahıya b. e. ə. VI əsrin 

sonlarında Roma üçün böyük təhlükəyə çevrilən etruskları da əlavə etmək olar. 

       İmperiyalar bir qayda olaraq müharibələr, qan tökülməsi hesabına yaranırdı. 

Qədim Roma çox əraziləri işğal etsə də,.həm də qurbanlar verməyə məcbur olurdu. Kişi 

cinsindən  olan qədim romalılar müharibədə həlak olur, qadınlar isə uşaq doğanda 

ölürdülər. Müasir dövrdə isə təcavüzkar ordunun əsgərləri döyüşdə həlak olur, onların 

arvadları və uşaqları isə yoxsulluqdan, ölkənin müflisləşməlsindən ölürlər. 

       İnsan qırğını hesabına başa gələn imperiyaların taleyi də öz faciələri ilə 

maraqlıdır. Nə Assuriyadan, nə Hett imperiyasından, nə Qədim Roma imperiyasından 

bir əsər- əlamət qalmadı. Böyük Karlın yaratdığı Qərb imperiyası da, Napoleonun 

Avropa imperiyası da eyni sonluqla üzləşdi. Çox təəssüf ki, tarixin dərsləri ağılsız 

adamlar üçün heç vaxt ibrət nümunəsi ola bilmir. 

       Hitler ən azı Avropa ağalığı iddiasında idi, yapon militaristləri isə 

Yaponiyanın Asiyaya hökmran olacağına ümid bəsləyirdilər, əvəzində isə öz 

ölkələrinin işğal edilməsi  

 kimi bir layiqli «mükafata» layiq görüldülər. Bu həqiqəti bütün imperiyaların 

taleyi bir daha təsdiq edir. Müharibələr, qəddarlıqlar hesabına yaranan imperiyalar 

bəzən başqa bir müharibənin nəticəsində dağılır, yoxa çıxırdı. Təkcə I Dünya 

Müharibəsindən sonra dörd imperiya – Avstriya- Macarıstan, Osmanlı, Almaniya və 

Rusiya imperiyaları tarixdən silindi. Müstəmləkə ölkələri xalqlarının milli-azadlıq 

hərəkatı Britaniya imperiyasının da dağılmasına səbəb oldu, 1960-70-ci illərdə Afrika 



115 

 

qitəsi müstəmləkəçilik boyunduruğundan birdəfəlik xilas oldu.  Ümumiyyətlə, 



imperiyalar tarixi qanunlar əsasında dağılır. 

        Yalançı imperiyaların ömrü isə daha qısa olur. Mərkəzi Afrika Respublikası 

1960-cı ildə müstəmləkəçilikdən azad olduğu halda, daha çox kannibalizmə meyli ilə 

«məşhurluq» qazanan prezident Jan Bedel Bokassa hakimiyyətdə olanda ölkənin adını 

dəyişdi. Özünün  

imperator adlanması üçün vur-tut 8 milyon əhalisi olan kiçik bir dövləti 1976-cı 

ildə uydurma qaydasında imperiyaya çevirdi. Üç il sonra Bokassa vəzifəsi ilə 

vidalaşdıqdan sonra bu adlar bütünlüklə ləğv edildi. Neoimperializm eşqinə düşənlər 

qoy bu biabırçı faktı nəzərdən qaçırmasınlar. 

      Müasir dövrdə başqa xalqın torpağını zəbt etmək anomaliya hesab olunur. 

Təəssüf ki, düşmənçilik toxumu səpən bəzi qatı millətçilər bu iyrənc məqsədi də 

məqbul hesab edir, qonşuların torpaqlarına sahib olmağa can atırlar. Bu yolla əslində 

onlar öz xalqını da fəlakətə sürükləmiş olurlar.   

   Təcavüzə meyl edən xalqın dostu və qonşusu olmaq çətindir. Belələri fürsət 

düşən kimi xəyanətə əl atmaqdan çəkinmir, dostluğa qara nankorluqla cavab verməyə 

adi hal kimi baxır. 

     Qatı erməni millətçiləri tarixin təkərini daim geri  döndərməyə can atırlar. 

Onların öz ideyalarını həyata keçirmək cəhdi, sönmüş vulkan üzərində çiçək ləki 

salmağa bənzəyir. Görən vulkan oyananda bu ləkin taleyi necə olacaqdır ? 

       Qatı millətçilik daim münaqişə toxumu səpir, müharibə tonqalını 

alovlandımağa cəhd edir. Mazoxist təbiətli bu şəxslər insanları sürüyə döndərmək 

istəyirlər ki, onlardan öz alçaq niyyətləri üçün istfadə edə bilsinlər. Təəssüf ki, bəzi 

xalqlar aldadılmaya məruz qalır, yalan dumanına gömülürlər. Buna nail olanlar təkcə 

qonşusuna qarşı deyil, öz xalqına da xəyanət etmiş olurlar. Bu o vaxt daha iri miqyas 

alır ki, həmin iyrənc prosesə dövlət özü istiqamət verir. 

        Riyakarlıqdan uzaq olan xalqı isə əsasən tarixdə öz sağlam mənəvi izini 

qoymuş ayrı- ayrı şəxslərlə müqayisə etmək olar. Axı həmişə vicdanlı adamlar 

olmuşdur, əvvəlki dövrlərdə belə şəxslər ya müqəddəslər siyahısına daxil edilirdi, 

yaxud da tonqalda yandırılırdılar. Məgər 

vicdanlı xalq ona qarşı törədilən xəyanətin əzablarını anlaşılmayan laqeydlik 

hesabına uzun illər boyu çəkməlidirmi? Axı vicdanlı, sülhsevər xalqın layiq olduğu 

münasibəti ummağa tam haqqı vardır. 

         Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qalmaqla, uzun illərin 

mirası olan Dağlıq Qarabağa və işğal edilmiş digər ərazilərinə dair problemlə 

üzləşmişdir. Dağlıq Qarabağı Azərbaycan ərazisindən qoparmaq üçün Ermənistan 

müharibə ilə yanaşı hər cür vasitələrə də əl atılır. Ancaq unudur ki, heç bir dövlət öz 

ərazisinin parçalanmasına nəyin bahasına olursa-olsun yol vermək istəmir. Bunu XIX 

əsrdə real separatizmlə üzləşmiş Amerika Birləşmiş Ştatlarının tarixi təcrübəsi də sübut 

edir. 1861-1865-ci illərin Vətədaş müharibəsində yeddi ştatın Birlikdən ayrılması ilə, 

ayrıca dövlət - Konfederatı yaratmış Cənub separatçıları məğlub oldular və ABŞ-ın 

ərazi bütövlüyü və birliyi qorunub saxlandı. Həmin dövrdə ABŞ prezidenti olmuş 

Abraham Linkoln ümumiyyətlə separatizm barədə fikir yürüdərək demişdi ki, əgər 

azad və demokratik ölkələr parçalanmaqda davam etsə, yalnız elə ölkələr qalacaq ki, 



116 

 

oonlar separatistlərə səs hüququ verməyəcəklər, başqa sözlə o ölkələr ki, oranı 



“möhkəm əl” idarə edir. Azərbaycan Dağlıq Qarabağa yüksək muxtariyyət verməklə 

yanaşı, onun əhalisinin hüquqlarına tam təminat vəd edir. Ona görə də tarixi və hüquqi 

ərazisinin parçalanması ilə heç cür razılaşıla bilinməz. İndiki mərhələdə müharibə 

qızğın şəkildə getməsə də, hələ başa çatmamışdır. Nə qədər ki, işğal edilmiş torpaqlar 

azad olunmamışdır, bu müharibənin sona çatdığını güman etmək olmaz.  

Vaxtilə öz xalqını qanlı müharibəyə cəlb edən erməni millətçi ziyalıları artıq 

hörmətdən düşmüş, nüfuzlarını xeyli itirmişlər. Onlar milləti mənəvi qanqrenaya 

məruz qoymuşdular. Ermənistandakı “ müharibə partiyası “ da hakimiyyətdə özünü 

artıq rahat hiss etmir. İndi onların yerini öz xalqının gələcəyi yaxından düşündürən 

həqiqi ziyalılar tutmalıdır  və bu sülhsevər qüvvə işğal müharibəsi siyasətinə qəti yox 

deməlidir. Axı ədalətsiz işğal müharibələrində müxtəlif ingilis ziyalıları da Britaniyaya 

məğlubiyyət arzu edirdilər, hətta faşist Almaniyasında da bəzi vətənpərvərlər Üçüncü 

Reyxə məğlubiyyət diləyirdilər, çünki onlar uzaqgörənliklə Almaniya ərazisində 1945-

ci ilin yazının dəhşətlərinin baş verməsini istəmirdilər. Məgər erməni ziyalıları arasında 

ciyərləri qatı millətçilik havası ilə zəhərlənməmiş adamlar yoxdurmu? Onlar öz 

səslərini qaldırsalar, erməni xalqı da, müharibə törədənlərin onu hansı uçuruma 

üuvarladığını aydın dərk edəcəkdir. 

 Azərbaycanlılar düşmənçiliyin davam etməsinin, vendettaya çevrilməsinin 

tərəfdarları deyillər, bu şərtlə ki, ermənilər də eyni mövqedən çıxış etmək təşəbbüsü 

göstərsin. Belə vəziyyət o vaxt mümkün ola bilər ki, Ermənistanda düşmənçiliyə rəvac 

verənlər siyasətdən uzaqlaşdırılıb, idarəetmə xalqın öz torpağında, həm də öz qonşusu 

ilə dinc şəraitdə yaşamağı hər şeydən üstün tutan siyasi qüvvələrə etibar edilsin.  

Azərbaycan əraziləri hökmən işğaldan azad olunmalıdır. Bu sülh yolu ilə baş 

verməsə, alternativin necə olacağı heç kəs üçün sirr olmamalıdır. Bu heç də fantom 

hədəsi deyildir, əlavə qan axıdılmaması üçün işğalçılılara edilən, həm də azərbaycan 

xalqının iradəsini ifadə edən rəsmi xəbərdarlığın əks-sədasıdır, idrak qulağı ağır 

eşidənlər üçün həmin bəyanatın sadəcə olaraq yenidən səslənməsidir. 

Ədalətin zəfəri naminə Allah da öz qüdrətini nümayiş etdirə bilər. Bibliyada 

göstərildiyi kimi, Misirdəki qul həyatından xilas olmağa çalışan yəhudilərə mane olan 

faraonun ölkəsinə Allah çox sayda bəlalar göndərmişdi, indi də O, özgə torpağını 

əsarətdə 

saxlayanlara bəlalar bəxş edə bilər. Öz çirkin niyyətlərinə görə Allahını da 

dananlar bu ehtimala rişxəndlə baxa bilərlər. Təbiətin işğalçıları məruz qoyduğu ağır 

cəzalar isə yuxarıda sadalanan misallardan aydın görünür. Təcavüzkarlar həm də 

torpaq sahiblərinin başqa vasitələrə əl atacağı imkanını  nəzərdən qaçırmamalıdırlar. 

Bu bəlanın onları haqlayacağına, təəssüf ki, hələ də ciddi yanaşılmır, axı troyalılar da 

heç öz çarlarının qızı Kassandranın xəbərdarlığına qulaq asmayıb, fəlakət qapısını 

döymüşdülər. Troyanın faciəli aqibəti isə Homerin dühası hesabına hamıya yaxşı 

bəllidir. Siqnalları aydın şəkildə gələn sabahın bədbəxtliyinə bu gün göz yummaq 

böyük qəbahətdir və qədim romalılar demişkən: “ignoratia non est argumentum” – 

“cahillik heç də səbəb deyildir”.  

 

Son 




117 

 

         noyabr, 2014-cü il 



 

İran: yaxın tarix və metamorfozalara bəslənən ümid 

 

1979-cu il inqilabından keçən dövr ərzində şimalda malik olduğumuz kimi 



cənubda da böyük qonşumuz olan İran dünyanın heç də azalması hiss olunmayan 

nəzər-diqqətindən düşmür. Axı inqilab İranı dünyanın aparıcı dövlətlərinin təsir 

dairəsindən qoparıb, müstəqil, əslində tam fərqli olan bir mövqeyə yiyələndirmişdir. 

Onun siyasətindəki ardıcıllıq, bəzən lüzumsuz inadkarlıq beynəlxalq aləm tərəfindən 

heç də razılıqla qarşılanmır. Kiməsə təcavüzdən uzaq olan bu dövlət çox asanlıqla söz 

davasına girişir və özünə düşmən bildikləri ölkələrə lənətlər yağdırmaqla, əks sərt 

cavabların hədəfinə çevrilir. Ona görə də Qərb mətbuatı, xüsusən Birləşmiş Ştatlar 

İranın gələcəkdə «divə» çevrilməsi və ətrafı üçün təhlükə mənbəyi olması variantını 

əsas götürərək, hətta buna ciddi bir əsas olmayanda da, onu monstr kimi təqdim 

etməklə, dünyaya bu timsalda qorxulu bir obraz təlqin etməyə çalışır. Təəssüf ki, İranın 

bəzi siyasi xadimləri də söz, lənət müharibəsini qızışdırmaqda əks tərəfin həmlələrinə 

öz bəyanatları ilə yaxşı köməklik göstərmk yolunu tutmaqla, ona qarşı ittiham 

«musiqisinin» kreşendosuna – səsinin daha da ucalmasına köməklik göstərirlər. 

XX əsrin son iki onilliyinə qədər İran onu himayə edən iri dövlətlərin Şərqdəki 

forpostu olmaqla, regiondakı bəzi iqtisadi bloklarda aparıcı rol oynayırdı. Əslində 

Pəhləvi sülaləsinin hakimiyyəti dövründə bu ölkə yadelli güclərin öz təsirini sınaqdan 

keçirmək laboratoriyasına çevrilmişdi və münasibət üslublarının seçilməsində yaxşı 

reagent kimi çıxış edirdi. Əvvəlcə Böyük Britaniyanın, İkinci Dünya müharibəsindən 

sonra isə ABŞ-ın Şərqdə satelliti, iqtisadi fayda mənbəyi mədəni kimi kiçik müttəfiqi 

olmuşdu. Atası devrildikdən sonra taxt-taca sahib olan Məhəmməd Rza Pəhləvi 

dövlətin əsas daxili və xarici siyasət vektorunu Birləşmiş Ştatların nəzarəti altında 

müəyyən edirdi. Ona görə də şahın həyata keçirdiyi və nisbətən faydalı sayılan, sosial 

gərginliyi azaltmağa yönələn islahatları da xalqın xeyli hissəsi tərəfindən yad cismə 

orqanizmin göstərdiyi muqavimət kimi az qala süngü ilə qarşılanırdı.  

Şah siyasət sahəsində müstəqil hərəkət etməyə səy göstərmirdi, heç buna cəhd 

də etmirdi. Daxildən olan ağır təzyiq altında taxta çıxmasından on il sonra o, 

Məhəmməd Müsəddiqi 1951-ci ilin aprelində baş nazir təyin etməyə məcbur oldu. Çox 

qısa müddətdən sonra Müsəddiqin təhriki ilə Məclis İngiltərə-İran neft şirkətinin 

milliləşdirilməsi barədə yekdilliklə keçən qərar qəbul etdi və şah bu qanunu 

imzalamaqdan qaça bilmədi.  Lakin «vətənpərvərlik siyasəti» gözlənilən nəticəni 

vemədi. İngilis mütəxəssislərinin çıxıb getməsi və Britaniyanın həyata keçirdiyi neft 

embarqosu ölkədə «qara qızıl» hasilatını praktiki olaraq dayandırdı, bu isə İran üçün 

fəlakətə bərabər idi. Şah 1952-ci ilin iyulunda Müsəddiqi istefaya göndərsə də, altı gün 

sonra ümumölkə tətilinin təzyiqi altında onu vəzifəsinə bərpa etdi. Yenə də təşəbbüs 

baş nazirin əlinə keçdikdə, şaha sonrakı ilin fevralında ölkəni tərk etməyi təklif etdi və 

Məhəmməd Rza Pəhləvi əslində sürgünə yollanmalı oldu.  Ailə bundan çox qorxurdu, 

çünki atası da 1941-ci ildə devrildikdən sonra sürgünə yollanmış, qürbətdə yaşamış, üç 

il sonra vətəndən uzaqlarda, Cənubi Afrika Respublikasında ölmüşdü.  




118 

 

Öz sülaləsinə «Pəhləvi» adını seçməklə Rza şah, o vaxta qədər soyadı olmayan 



iranlılara familiya daşımağı bəxş etdiyi halda, təbəələrinin getdikcə artan nifrətinin 

çoxalması nəticəsində, bu sülalənin tarixdə mövcud olanlardan ən qısaömürlüsünə 

çevrilməklə, ikicə nəfərin – ata ilə oğulun şəxsində vur-tut əlli beş il mövcud olub, sonra 

tarixin arxivinə təhvil veriləcəyini heç ağlına da gətirə bilməzdi. 

Oğul şahı isə sürgündən general F.Zahidinin həyata gətirdiyi dövlət çevrilişi 

xilas etdi və bundan sonra şah artıq təşəbbüsü əlindən verməməyə səy göstərdi və ən 

başlıcası Müsəddiqi istefaya göndərdi. 

Lakin o, öz təhlükəsizliyinə o qədər də əmin deyildi, xaricin himayəsi də bu 

məsələdə kifayət qədər effektli hesab edilə bilməzdi. Ona görə də 1957-ci ildə o, ABŞ-ın 

Mərkəzi Kəşfiyyat İdarəsinin və İsrailin Mossadının köməkliyi ilə ölkədə gizli siyasi 

polis rolunu oynayacaq SAVAK-ı yaratdı. SAVAK ölkədə ədalətsizlik, qəddarlıq, 

işgəncə, qatil simvoluna çevrildi. Qərb mətbuatı yazırdı ki, Tehranda qızmar yay 

günündə az qala saatlarla avtobus gözləyən adam istidən, bürküdən şikayətləndikdə, 

SAVAK-ın agentləri onu aradan götürüb aparır və həmin adam o vaxtdan, elə bil ki, 

qeybə çəkilirdi. Həbsxanalarda isə işgəncə adı cəza növünə çevrilmişdi. 

Şah islahatlar keçirmək yolu ilə ölkədəki gərginliyi azaltmağa can atırdı. 1962-ci 

ildə Torpaq islahatı qanunu qüvvəyə mindi, bu sənədə görə hökumət neft sahəsi 

hesabına daxil olan pullarla mülkədarlardan torpağı satın alıb, öz növbəsində bazar 

qiymətinin üçdə biri qədər aşağı olmaq qaydasında haqqı uzun müddətə ödənillməklə 

kəndlilərə satırdı. 1963-cü ildə başlanan böyük proqram başqa sahələri də əhatə edirdi. 

Meşələr və otlaqlar milliləşdirilmişdi. Sənayenin inkişaf etdirilməsi nəzərdə tutulurdu. 

Savadsızlığı azaltmaq üçün xüsusi kampaniya təşkil edilirdi. Həqiqətən də islahatlar 

radikal xarakter daşıyaraq, əhalinin xeyli hisəsinin həyatına öz təsirini göstərirdi.  

Lakin hay-küy xatirinə «Ağ İnqilab» adlanan bu islahatlar heç də narazılığın 

şiddətini əsaslı qaydada aşağı sala bilmədi. Geniş xalq kütlələri və şiə ruhaniləri 

arasında güclü müxalifətin yaranmasının qarşısını almağa qadir olmadı. 

Şah, siyasi arenada ciddi müqavimətin baş verməsi ehtimalı səngidikdə, 

əleyhdarlarına qarşı mübarizəni gücləndirmək qərarına gəldi, axı şiə ruhaniləri 

arasında atasına olan kimi, ona qarşı da kəskin müxalifət mövcud idi. Onun 

gələcəkdəki ən riqorist əleyhdarı Ruhulla Musəvi Xomeyni çox gənc yaşında, 1923-cü 

ildə mübarizəyə başlamaqla, şah rejiminin barışmaz düşməninə çevrilmişdi. 

Bir qədər əvvəl «Ayətulla» kimi ali ruhani titulu alan Xomeyni 1962-ci ildə 

ruhanilərin tətilinə başçılıq etdi, sonrakı ilin başlanğıcında isə şah islahatlarını boykot 

etməyə çağırdı. Çağırışını bununla əsaslandırdı ki, «Ağ inqilab» islam normalarına və 

ölkənin Konstitusiyaına uyğun gəlmir. O, «Ağ inqilabı» öz manifestində istehza 

qaydasında «qara» adlandırırdı və o vaxt yazmışdı ki, əgər sağ qalsa, bu hökumətin 

axırına çıxmaqda öz borcunu icra edəcəkdir. O, şahı «İsrailin müvəkkili» adlandırırdı 

və xalqı «qalxıb», «tiraniyanı çiynindən atmağa» çağırırdı. Hökumət Xomneyini həsb 

etdi. Bir il sonra yenə həbs etdikdə, onu Türkiyəyə sürgün etməyə məcbur oldu. 

Oradan o, İraqdakı müqəddəs Nəcəf şəhərinə yollandı, 1978-ci ildə isə burada da 

həyatına təhlükə yarandıqda, mübarizəsini davam etdirmək üçün Parisə mühacirət 

etməyə məcbur oldu. Parisdə bir texniki yenilik – maqnitofon kasseti ona çox köməklik 




119 

 

göstərdi. Müraciətlərini kassetə diqtə edib, İrana göndərirdi. Ölkənin hər yerində xalq 



ona qulaq asırdı. 

Son vaxtlarda oğlu Mustafa Xomeyninin sirli ölümü və Ayətüllaya qarşı 

təhqiredici məqalənin dərc edilməsi xalqın səbir kasasını doldurdu, bütün ölkə əhalisi 

nümayişə çıxdı. 1979-cu ilin yanvarında şah öz ailəsi ilə birlikdə ölkəni təyyarə ilə 

həmişəlik tərk etdi və bir il sonra ağır xəstəlik nəticəsində həyatla vidalaşmalı oldu. 21 

yanvarda Xomeyni bir qrup öz tərəfdarları ilə birlikdə Parisdən elə həmin Tehran 

aeroportuna gəldi və şəhər əhalisi onu görünməmiş qələbəliklə qarşıladı. Fevralın 11-də 

şahın nəzarətində olan qoşunlar müqavimətlərini dayandırdılar. Üç gün sonra Ayətulla 

Xomeyni İran İslam Respublikasının Ali rəhbərliyi altında «Milli Cəbhə» hökumətini 

formalaşdırdı. May ayında keçirilən referendum İran İslam Respublikasının 

yaradılmasını dəstəklədi. İlin sonunda qəbul edilən Konstitusiyaya görə Xomeyni İran 

İslam Respublikasının Ali rəhbəri postunu tutdu. Beləliklə, İran tarixində yeni epoxa 

başlandı və bu, təkcə Yaxın Şərqə deyil, bütün dünyada öz təsirini göstərməmiş 

qalmadı.  

1979-cu ilin noyabrında Tehranda baş verən bir hadisə İranla ABŞ arasında olan 

münasibətləri daha da kəskinləşdirdi. Tehrandakı ABŞ səfirliyi bir qrup gənc tərəfindən 

tutuldu və bu, xoşagəlməz beynəlxalq böhranın meydana gəlməsiniə səbəb oldu. 

Tehrandakı hadisə ABŞ prezidenti Cimmi Karterin taleyinə də öz təsirini göstərdi və 

1980-ci il seçkilərində ikinci müddətə onun dövlət başçısı olmaq ümidləri boşa çıxdı. 

Yeni prezident Ronald Reyqanın innaqurasiyasından az sonra (20 yanvar 1981-ci ildə) 

53 amerikalı girov azad edilib, Amerikaya yola salındı.  

Xomeyninin idarəçiliyi dövrünə həm də böyük sınaq sayılmalı olan İran-İraq 

müharibəsi düşdü. 1980-ci il sentyabrın 22-də bu müharibə İraq ordusunun İranın 

cənub əyaləti olan Xuzistana müdaxilə etməsi ilə başlandı. İnqilabdan sonra İranda 

ordunun tərkibi ixtisar edilərək, onun dörddə üçünə – 180 min nəfərə çatdırılmışdı. 

Xidmətdən qovulan, uzaqlaşdırılan generalların yerini kiçik rütbəli zabitlər və hərbi 

meylli mollalar tutmuşdular. Ordunun döyüş qabiliyyəti aşağı düşmüşdü. Digər 

cəhətlərlə yanaşı, bunlardan hali olan Səddam Hüseyn qonşu ölkənin neftlə zəngin 

ərazisinin bir hissəsini tutmaq fürsətini əldən buraxmaq istəmədi. Müharibədə ona 

NATO və Varşava bloklarının ölkələri kömək edirdilər, həmin  ölkələrdən o, bol silah 

alırdı. İraq bir neçə dəfə kimyəvi silah işlətməkdən də çəkinməmişdi. Səkkiz il davam 

edən qanlı müharibə 1988-cı il avqustun 20-də sülh müqaviləsi bağlanmaqla başa çatdı.  

Bu müqaviləyə razılıq vermək Xomeyni üçün olduqca alçaldıcı görünürdü. 

Məclisin sədri Rəfsəncani ondan razılıq almaq üçün Quma gələndə, Xomeyni onun 

fəlakətli perspektivini nəzərə almaqla, sülh müqaviləsi təklifinin irəli sürülməsi 

barədəki xahişinə qulaq asıdıqda demişdi ki, bunu eşitməkdənsə, «bir fincan zəhəri 

içməyə» üstünlük verərdi. Lakin praqmatik  insan olan Ayətulla zərurətdən qaça 

bilməzdi və barışığa razılıq verdi. Ahıl yaşlı, uzun mübarizə yolu keçmiş bu adama 

həmin hadisə də təsirsiz ötüşmədi, heç bir il keçməmiş, 3 iyun 1989-cu ildə Xomeyni 

vəfat etdi.  

İnqilab Qərbin siyasi, hərbi, hər şeydən əvvəl isə güclü iqtisadi müttəfiqini onun 

əlindən almışdı. Ona görə də ilk günlərdən qarşıdurma faktları meydana çıxdı. ABŞ 

səfirliyinin tutulması bunu daha da gücləndirdi. Birləşmiş Ştatlar öz diplomatları olan 



120 

 

girovları xilas etmək üçün desant göndərdikdə, təyyarənin qəzaya uğraması bu cəhdi 



əbəs olana çevirdi və belə cəhdlərə bir daha əl atılmadı. Uzun müddət ərzində ABŞ-ın 

«təcrübə üçün ada dovşanı» rolunu oynayan İran artıq fövqəldövlətin siyastinə tam əks 

mövqedə dayanmışdı, «girov götürmə» əməliyyatı ilə ondan «intiqam» aldığına görə 

fərəh duyurdu. 

İnqilabın İrana nə bəxş etdiyi sualına birmənalı cavab vermək çox çətindir. İranın 

beynəlxalq aləmin xeyli hissəsindən uzaqlaşması faktını heç cür inkar etmək olmaz. 

İnqilabdan sonra demokratiyanın və teokratiyanın sintezindən ibarət bir quruluş 

meydana gəldi və sırf teokratik dövlət olan Səudiyyə Ərəbistanından bir qədər 

fərqlənməklə, onun «sirdaşı» rolunu oynamağa başladı. Əvvəlki İran Qərbin uzun 

müddətli təsiri altında müasir həyat tərzinn yaxşı və pis cəhətlərindən nəyi varsa, 

hamısını qəbul etdiyindən, birdən-birə onlardan bütünlükə imtana etmək də asan 

məsələ deyildi. Ən radikal hüquqi islahat isə ondan ibarət oldu ki, şəriət şəxsi və ictimai 

həyata bütünlüklə hakim kəsilməsə də, onün bir sıra az qala yaddan çıxmış elementləri 

bərpa edilməklə, tətbiq olunmağa başladı. İran hərbi qüdrətini möhkəmləndirməyə də 

qayğı göstərir, axı uzun müharibə ona çox şeyləri öyrədə bilmişdi. Ordusunu adi 

silahlarla yanaşı, raketlərlə təmin etməyə girişdi.  

Qərb mətbuatı inqilabın elə ilk günlərindən onun rəhbəri barədə müxtəlif 

şayiələr yaymağa üstünlük verdı, onu arxaizmin nümayəndəsi kimi qələmə verirdi. Bir 

avropalı jurnalist hətta onu «VII əsrdən XX əsrə atılan daş» adlandırmışdı. Bu, qərəzli 

münasibətdən doğmuşdu, onun dini qaydaları, şəriəti bərpa etmək cəhzdlərinə işarə 

idi. Əgər müəllif  “qara daş”- meteorit metaforasını işlətsəydi, fəlsəfi düşüncə tərzində 

mahiyyətə bir qədər yaxınlaşmış olardı. Qədim ərəblər hələ İslamdan da əvvəlki 

dövrlərdə Kəbədəki “qara daşa” – meteoritə sitayiş edirdilər. İslamdan sonra isə 

Kəbəyə ziyarət İslamın beş dayağından biri hesab olunur. Heç bir meteorit Yer mənşəli 

deyildir, alimlər onun ən qədim nümunəsini tədqiq etməklə  Yer üzərində həyatın 

başlanğıcı barədə yeni, inqilabi bir nəticəyə gəlmişlər. Həmin tədqiqat materialının isə 

4,6 milliyard yaşı vardır. Məlum olmuşdur ki, yaşı 4 milliyard olan Yer yaranmamışdan 

hələ 600 milyon il əvvəl kosmosdan bura gəlib çıxan meteoritlər Yer üzərində həyatın 

başlanğıcının mənbəyi rolunu oynamlşlar. Onlar öz tərkiblərində mikroorqanizmlər 

gətirmişlər və bu bir hüceyrılilər planetimizdə həyatın rüşeymi kimi çıxış etmişlər. 

Onlar sonra inkişaf edərək bütün canlıları, həmçinin insanları əmələ gətirmişlər. Deməli 

Yer üzərindəki həyat özünün vacib səbəbi kimi həmin meteoritlərə borcludur. Xomeyni 

də VII əsrdə təşəkkül tapmış İslama 1,3 min ildən sonra güclü impuls vermək istəyirdi, 

əslində XX əsrdə onun yeni enerji mənbəyinə çevrilməsinə səy göstərirdi, hələ sınaqdan 

çıxmamış potensialından istifadə etməyə çalışırdı. 

      Məhəmməd peyğəmbərin əsasını qoyduğu İslam dini Ərəbistanın kiçik bir 

ticarət şəhərində – Məkkədə meydana gəlsə də, ilkin hüceyrə kimi parçalanaraq, 

böyüyərək dünyanın bütün guşələrinə yayılmağa başladı və indi 1,5 milyard insanı 

əhatə edən və həyat qüvvəsi heç də tükənməyən nəhəng bir sosial orqanizmi təmsil 

edir. Məhəmməd peyğəmbərdən sonra, Abbasi xəlifələri tərəfindən və Kordoba 

xilafətindəki həyata keçirilən mədəni inqilablar istisna olmaqla, Xomeyni tarixdə ilk 

dəfə Şərqdə sosial xarakter daşıyan dini inqilabı həyata keçirmişdi. Ona qədər dünyada 

baş verən inqilablar milli azadlıq və sinfi mübarizə xarakteri daşıyırdı. Xomeyni isə tam 



121 

 

başqa bir yol tutdu və öz inqilabının zəfərinə nail oldu. Ona görə də Xomeynini yaxşı 



mənada götürdükdə, Məhəmməd peyğəmbər dövründən – VII əsrdən XX əsrə gəlib 

düşmüş həyat verən «meteorit» hesab etmək olar. Məhəmməd peyğəmbərin həyata 

keçirdiyi inqilab isə sonralar bütün dünyanın sifətinin myəyyən qədər dəyişilməsinə 

səbəb olmuşdu.  

Həm də Xomeyni müasir dünyanı çox yaxşı dərk edən adam və lider idi. O 

dövrün nəbzini tutmağı məharətlə bacarırdı, bu sahədə fitri istedada malik idi. O, 

inqilabın qələbəsinin yaxınlaşmasını hiss etdikdə, müvafiq tədbirlərə əl atmaqla, onun 

ləngidilməsinə yol vermədi. Səkkiz il davam edən müharibədə ölkəsinin təkbaşına 

vuruşması, Qərbin təzyiqlərinə davam gətirməsi onun yüksək dövlət xadimi 

xüsusiyyətlərinə malik olmasından xəbər verir. Müharibədə onun yarada bildiyi 

inqilabi və dini ruh bu müqavimətin gücləndirilməsində heç də az rol oynamadı. 

Döyüşdə ağır yara almış müharibə veteranları bu gün də Vətənə və Xomeyniyə xidmət 

göstərmələri ilə öyünür, qürur hissləri keçirirlər, onların bəziləri 2009-cu il seçkilərində 

prezidentliyə namizəd Musəvini dəstəklədiklərinə görə təqib olunma təhlükəsindən 

qorunmaq üçün, xarici ölkələrə mühacirət etməyə məcbur olmuşlar. Bu vəziyyət də 

onların vətənpərvərlik hissini zəiflədə bilməmişdir. Prezidentlər dəyişir və 

dəyişiləcəkdir, onların bəziləri İranı öz əleyhdarları üçün «ögey anaya» çevrilməyə 

cəhd etsə də, əksər insanlarda Vətən sevgisi və dini inanc yenə əvvəlki kimi sarsılmaz 

olaraq qalır.  

İran ona qarşı olan ideoloji həmlələri heç də cavabsız qoymur, yeri gəldi-gəlmədi 

antiamerikan və antiİsrail təbliğatı tonqalı orada  gur alovla yandırılır. Əhali arasında 

bu dövlətlərə qarşı düşmənçilik əhval-ruhiyyəsinin yayılmasına xüsusi səy göstərilir. 

Bu dövlətlərə lənət yağdırmaq az qala İblisə nifrət səviyyəsinə qaldırılmışdır. Bunun 

üçün ilahiyyat mənbələrinə də əl atılır. İsrailə qarşı hədələr hədd, hüdud tanımır. 

Prezident Rəfsancani İsraili Yer üzündən siləcəkləri ilə hədələyirdi, xeyli müddətdən 

sonra yenidən prezidentlik eşqinə düşdükdə, İsraillə heç bir problemləri olmadığını 

dilə gətirməklə, öz əvvəlki mövqeyindən uzaqlaşdığını bildirdi. Prezident Mahmud 

Əhmədinecad isə İsrailə qarşı hədələrini mantra kimi, fasiləsiz olaraq səsləndirir. 

Yəhudilərə qarşı nifrət oyatmaq üçün hətta Holokost dəhşətlərini inkar etmək yolunu 

tutur. Onda gərək Auşviqə və digər ölüm düşərgələrinə görə onların milyonlarla 

qurbanı olan yəhudilərin özlərinin xatirələri ilə haqq-hesab çəkilsin. 

Əhmədinecad fəaliyyətindən daha çox bəyanatları ilə özünə düşmən 

qazandırırdı. Onun çağırışları daim dünyanın böyük bir hissəsi ilə qarşıdurmanı 

kəskinləşdirməyə səbəb olurdu. Əgər o, XX əsrin birinci onilliyində ABŞ prezidenti 

olmuş Teodor Ruzveltin dediyi «səsini ucaltma, ancaq böyük çomağını hazır saxla» 

nəsihətindən hali olsaydı və ona əməl etsəydi, yəqin ki, təkcə xaricdə deyil, ölkəsinin 

daxilində də hörmətinin belə sürətlə aşağı düşməsindən qaça bilərdi. Həm də onun 

beynəlxalq aləmdə İrana qarşı kəskin münasibəti qızışdırması iqtisadi sanksiyaların 

sayının artmasına və sərtləşməsinə gətirib çıxardı və nəticədə ölkəsi ağır iqtisadi 

böhranla üzləşməli oldu. Uranın zənginləşməsinə göstərilən sönməz həvəs İrana qarşı  

ittihamların güclənməsinə səbəb oldu.  

İnqilabın qələbəsindən keçən dövr ərzində çoxlu sular axmış, dünya müxtəlif 

növ problemlərlə üzləşmiş, insanların düşüncə tərzində də müəyyən dəyişikliklər 



122 

 

əmələ gəlmişdir. İran özü də heç də üç onillik bundan əvvəlki ölkə deyildir, xalq isə 



uğursuzluqlardan xeyli dərs almışdır. Artıq dinin siyasi alət kimi istifadə edilməsi də 

əvvəlki effekti vermir. İndi çox sayda adam, kor-koranə inanc bəsləməyənlər yaxşı başa 

düşür ki, Allahın adından hökmranlıq etmək illuziyadan başqa bir şey deyildir. Heç 

kəsə sirr deyildir ki, çox sayda gənc adam dinin, patriarxal həyat tərzinin təsirindən 

uzaqlaşır, onlar heç də əvvəlki kimi ruhanilərə qoşulub xüsusi coşğunluq nümayiş 

etdirmirlər. Onlar yalnız xoşbəxt gələcəyə can atırlar, öz ölkələrinin çiçəklənməsini 

istəyirlər. Dini təbliğat onları bu mövqedən yayındıra bilmir, zahid, guşənişin həyat 

meylinə boyun əymək də onlar üçün yaddır. İqtisadi böhranla birlikdə gənclərin və 

ziyalıların belə mövqe dəyişikliyi siyasi metamorfozaya da yol açdı. Beş mühafizəkar 

arasında olan mülayim xadim, nisbətən islahatçı imici qazanmış Həsən Ruhaninin 

prezident seçkilərində gözlənilmədən qalib gəlməsi son illərdə aparılan səriştəsiz 

siyasətə əhalinin ən azı yarısından çoxunun verdiyi kəskin cavab, əslində ona əks 

çıxması idi.. Kürsüsü ilə vidalaşan prezidentin fəaliyyətindən narazılıq böyük idi və 

getdikcə artırdı. Onun davranışı Ronald Reyqanın çox sevdiyi – “ingilis dilində doqquz 

ən dəhşətli söz: Mən hökumətdənəm, gəlmişəm ki, sizə kömək edəm” ( İ am from the 

government, and İ here to help) – zarafatını yada salır. Əhmədinecadın da apardığı 

xalqa kömək siyasəti çox hallarda yaxşı nəticə vermirdi. 

     Həsən Ruhaninin yəqin özü də qələbəsinin səbəblrini təhlil etsə, paradoksal 

görünsə də, onu Qərb sanksiyalarının müfəffəqiyyətinin nəticəsi kimi 

qiymətləndirməlidir. Sanksiyaların təsiri yerli əhalinin narazılığını artırdı və onlar 

xarici dünya ilə münasibətləri dəyişməyə cəhd edəcək yeganə real saydıqları namizədi 

onun şəxsində gördülər. Ümumiyyətlə, bu seçkinin nəticələrində paradokslar çoxdur, 

dini rejim ilk dəfədir ki, öz namizədlərindən hansısa birinin seçilməsinə nail ola 

bilmədi. Lakin bu vəziyyət rejimə də müəyyən dividendlər verir, qəribə görünsə də, 

onun üçün də uğur sayıla bilər. Çünki, rəhbərlik xalqın istəyini nəzərə ala bildi, ona 

qarşı çıxmadı. 2009- cu il seçkilərindəki acı təcrübə dövlət rəhbərliyini daha sayıq 

hərəkət etməyə məcbur etdi. Uzun fasilədən sonra adamlara nəfəs almaq üçün 

demokratiya oksigeni verildi. Bu hərəkəti ilə rejim özünə və legitimliyinə etimadı bur 

qədər artıra bildi. 

      Ən başlıcası isə, Ruhaninin qələbəsi İran xalqının uğuru sayılmlıdır, hər cür 

çətinliklərə, təbliğata baxmayaraq xalq demokratiyaya, müasir dünyaya inteqrasiya 

olunmağa öz solmayan istəyini nümayiş etdirdi. Ruhani yaxşı anlayır ki , seçkidə qalib 

gəlməsinə görə, birinci növbədə əhalinin xeyli hissəsinin narazılığına borcludur. Xalq 

namizədlər arasında yeganə islahatçı kimi ona ümid etdiklərindən, dəyişiklik naminə 

belə seçimə getmişlər. Heç də sirr deyildir ki, İran gənclərinin müəyyən seqmentini dini 

sərtliklər cana doydurmuşdur və onlar əvvəlki tək buna dözmək, loyallıq göstərmək 

istəmirlər. Bəziləri əldən çıxmış “qərbləşmənin” xiffətini çəkir. İslam ortodoksiysı da 

reallığa artıq göz yuma bilmir, iqtisadi şəraitin yaxşılaşması və sosial gərginliyin 

azalması naminə hətta düşmən saydığı ABŞ-la da normal münasibət qurmaqda 

maraqlıdır. Lakin ideoloji sahədə öz götürdüyü  yoldan dönməyərək, güzəştlərə gedə 

bilməyəcəkdir, çünki bu inqilabın postulatlarına xəyanət olardı. 

 



123 

 

İndi Qərb İrandakı şəraitə düzgün münasibət bəsləyib, yeni prezidentə güzəşt 



sayıla biləcək bir davranışa üstünlük verməlidir. Əks təqdirdə səhv baha başa gələ 

bilər, ümidlər puç olar. Əgər Qərb İran siyasi mənzərəsində dönüşə can atırsa, özü də 

buna kömək edə biləcək addımlar atmalıdır. Axı yenilik heç də Bibliya mannası 

deyildir ki, göydən tökülsün. 

 

  Ruhani də din xadimləri dəstəsinə aiddir, bununla yanaşı, yaxşı təhsil görmüş 



ziyalıdır, az-çox dövlət xidməti və diplomatik iş təcrübəsinə də malikdir. Bircə şeyə 

əmin olmaq olar ki, o, milli mənafeyi başlıca məqsəd kimi götürməklə yanaşı, nə 

ölkənin daxili həyatına çəhrayı eynəkdən baxmayacaqdır, nə də beynəlxalq məsələlərə 

münasibətdə dini ehkamın yaratdığı dumana məhəl qoymayacaqdır, birinci növbədə 

xalqının istəklərini nəzərə alacaqdır.  

Avqust ayında prezidentliyə başlayacaq Ruhaniyə öz sələfindən, heç də sirr 

deyildir ki, olduqca ağır irs qalmışdır. İran sanksiyaların fasilə vermədən davam 

etməsindən və şiddətlənməsindən, daha çox uşaqlara məxsus bir xəstəlikdən – 

asfiksiyadan əziyyət çəkir. Sanksiyalar kəndiri ölkənin həyatını öz ilməyi ilə daha sərt 

şəkildə boğur. İş o yerə gəlib çatmışdır ki, özünün böyük sərvəti hesab etdiyi və ən 

güclü maliyyə mənbəyi olan neftini dünya bazarında sərbəst surətdə sata bilmir və 

bunu etmək üçün müxtəlif priyomlara əl atır. İran cəmiyyətini, balıq üçün tora bərabər 

olan sanksiyaların yaratdığı iqtsadi böhran boğaza yığmışdır. 

  

 Ölkədə iqtisadi vəziyyətin ağırlığı sosial şəraitin də pisləşməsinə səbəb 



olmuşdur. İnflyasiya artıq ərəb atlarına xas olan bir sürətlə, dördnala çapır. Əsas ərzaq 

məhsulları ilə fasiləsiz təchizat da pozulmuşdur. Müharibə dövrü istisna olmaqla, İran, 

belə vəziyyətlə ilk dəfədir ki, üzləşir. İş o yerə gəlib çatmışdır ki, ət məhsulunun təklifi 

tələbatdan çox geri qalır, televiziya ilə toyuq ətinin göstərilməsinə məhdudiyyətlər 

qoyulur. Bu ölkə isə öz qonşularına ucuz qiymətə bir çox ərzaq malları ixrac edirdi, iri 

bir aqrar ölkənin potensialının belə zəifləməsinə heç cür inanmaq istəmirsən.  

Tətbiq edilən ağır sanksiyalar istehsala da öz təsirini göstərməkdə davam edir. 

İran bunun hesabına sənayenin bir çox sahələrində özünün rəqabət qabiliyyətini 

itirməsi ilə üz-üzə gəlmişdir və daha çox sayda əmtəəni idxal etməli olur.Qonşuları 

Türkiyə və Pakistan isə regionda tikiş mallarının güclü ixracçılarına çevrilmişlər. 

    Bir qayda olaraq siyasət ölkəyə, xalqa fayda vermədikdə, ən azı impotent 

xarakteri daşıyır. Səlahiyyət müddəti başa çatan prezident ordunun güclənməsi, 

militaristləşmənin uğurları ilə sevinə bilər, o, hətta uranın zənginləşməsində də hər cür 

müqavimətlərə baxmayaraq, istədiyinə də nisbətən çata bildi.  

Onun nəyə nail olduğu ilə qənaətləndiyini ya qənaətlənmədiyini yalnız özü bilir, 

ancaq kürsüsünü tərk edəndə Ernest Heminqueyin məşhur romanının adını yada salıb, 

heç olmasa öz ürəyində deyəckdir: “Əlvida, silah!” Çünki, tərxis olunan əsgər kimi, 

onun da artıq öyündüyü silahla vidalaşmaq vaxtı gəlib çatmışdır. 

Bəs əhalinin maddi rifahının hansı bir arzuolunmayan hala düşməsi onu görən 

maraqlandırmırdımı, yaxud bu siyasətdə zəif olduğundan heç onlara girişmək də 

istəmirdi. Din xadimi insanın bu dünyadakı yerindən daha çox axirət dünyasındakı 

yeri barədə düşünür, bu dünyanın problemləri barədə fikirləşməyi artıq sayır. Onu 




124 

 

daha çox o dünya maraqlandırır. Əhmədinecad isə özünü dini ideoloq adlandıra 



bilməzdi və o, reallığın gözünə dik baxmalı  və nəzərə almalı idi ki, daxili siyasət üçün 

birinci cavabdeh şəxs odur və istənilən vaxt ona hər cür ittihamlar yağdırıla bilər. Öz 

ölkəsini sarsılmaz qala hesab etsə də,  iqtisadi zəiflik bu qalaya heç də şöhrət gətirmir. 

Həyatda hər şeyin haqqını ödəmək tələb olunur. Xəyalı göylərdə dolanan adam ayağını 

yerdən üzə bilmədiyinə görə, öz səhvlərinin bəlalarına dözməli olur. Ambitsiyalar  - 

bəlkə də şöhrətə xidmət edir, lakin nəticəsi çox ağır olur. Başqalarını hədələməkdən heç 

kəs yox, yalnız öz xalqı əziyyət çəkirsə, bunu edən dövlət xadimi, deməli,yalnız öz 

ölkəsi üzərində gücünü sınamağa şalışır,  kiməsə sözdə ünvanladığı zərbəni nəticə 

etibarilə real qaydada öz xalqına vurur. Hətta, baletdə rəqqas daim özünə nəzarət edir, 

fikrini cəmləşdirməli olur. Onun səhvi yalnız özünə, bəlkə də truppaya ya da tamaşaya 

ziyan vurur. Dövlət xadimi isə büdrədikdə, onun səhvindən bütün ölkə əziyyət çəkir. 

 

Qərb, xüsusən İsrail mətbuatı və bu ölkənin dövlət xadimləri həyəcan təbili 



çalmaqdan yorulmurlar ki, artıq İran nüvə silahına malik olmağın astanasındadır. 

İrandakı tədqiqatları dayandırmaq üçün bəlkə bu da bir metoddur. Ancaq iti duşuncə 

ilə təhlil etdikdə görünür ki, İran nüvə silahı barədə öz istəyinə nail olmaqdan hələ çox 

uzaqdır. Buşer atom elektrik stansiyası o qədər uzun müddətə tikildi ki, hələ də onun 

real enerji istehsal etməsi müəmmalı bir iş olaraq qalır. Axı təkcə sentrefuqalar 

quraşdırmaq heç də atom silahını hazır vəziyyətə gətirmək demək deyildir. Digər 

tərəfdən, belə istəyin reallaşması əlavə, daha ciddi problemlərin yaranmasına gətirib 

çıxara bilər. Qonşuları, xüsusilə nəhəng maliyyə ehtiyatlarına malik olanlar buna 

biganə qalacaqlarmı?  

Əgər İran atom bombasına malik olsa, bir neçə tərəfdən belə silahı özünə 

mühafizəçi kimi istifadə edəcək dövlətlərin əhatəsində olmayacaqdırmı, arzuolunmaz 

anklava çevrilməyəcəkdirmi? Səudiyyə Ərəbistanı Yaxın Şərqdə hegemonluq iddiasına 

görə İranla rəqabət aparmaqla, özünü əliyalın kimi göstərmək istəməyəcəkdir. Belə 

silaha yiyələnmək ona heç də hansısa bir maddi çətinlik hesabına başa gəlməyəcəkdir. 

Bu ölkə, hələ az qala dörd onillik bundan əvəl Pakistana belə silaha yiyələnməkdə 

maliyyə yardımı etmişdi. Həmin ölkə iqtisadi cəhətdən zəif idi, ancaq onun lideri 

Zülfüqar Əli Bhutto, hətta ot yeməyə məcbur olsalar belə, hökmən atom bombasına 

malik olacaqları qətiyyətini dilə gətirmişdi. Hələ o vaxtlar kreditor rolunu oynayan 

Səudiyyə Ərəbistanında isə onsuz da kasad olan otları dəvələrin yeməsi yaxşıdır, 

dünya banklarında yatan ehtiyatlarından cüzi miqdarda xərcləsə, oyadılan 

ambitsiyasını ödəməkdə çətinlik çəkməyəcəkdir. Nə qədər gülməli görünsə də, əgər 

belə silah bazarda satılsaydı, bu ölkə topdansatış qaydasında onu almaqdan da 

çəkinməzdi.  

Əhmədinecadın antiamerikan və antiisrail ritorikasından uzaqlaşmaq çətin bir 

şey deyildir, bəs ağır iqtisadi vəziyyt necə olsun? Səfalət, adamları başqa bir inqilaba da 

qalxmağa vadar edə bilər. Ərəb dünyasının timsalından göründüyü kimi, heç bir 

ölkənin buna güclü immuniteti yoxdur. Ona görə də Ruhani, seçilmiş prezident tək 

birinci mətbuat konfransında dediyi kimi, ilk mərhələdə diqqəti ən kəskin tələbatlara  

yönəltməlidir, bura, əhalinin əsas ərzaq məhsulları ilə təchizatı da daxildir. 



125 

 

Ümumiyyətlə, həm də onun mötədil siyasət yeridəcəyi gözlənilir, yəqin ki, o, “siyasəti 



əxlaqiləşdirməyə” cəhd edəcəkdir. 

 Yəqin ki, Qərb də islahatçılar qanadını gücləndirmək üçün İrana təzyiqini bir 

qədər azaldacaq, sanksiyaları yumşaldacaqdır ki, Ruhaninin başçılıq etdiyi bu qanad 

iqtisadi böhrana qarşı dayana bilsin. Əgər belə güzəştlər olmasa, İranda islahatçıların 

yenicə güclənən mövqeyi xeyli zəifləyəcək və kövrəkləşəcəkdir. Öz güzəştlərinə 

müvafiq olaraq, Qərb əvəzində çalışacaqdır ki, İran indiyə qədər günahlandırıldığı 

atom silahına nail olmaq ambitsiyası ilə xudahafizləşsin. Belə qətiyyətlilik hərbi və 

xarici siyasətin kökündən dəyişilməsinə səbəb ola bilər.  

Bəlkə belə hərəkət də, bir fincan tsikuta içmək kimi qiymətləndiriləcəkdir. 

   Ruhani qlobal səviyyədə qarşılıqlı hərəkətlərin reallaşmasına şərait yarandığı 

düşüncəsindədir. O, qonşu 15 dövlətin hamısı ilə, həmçinin Səudiyyə Ərəbistanı ilə 

münasibətlərin yaxşılaşacağına ümid bəsləyir. Hətta bir az da uzağa gedərək, bildirir ki, 

biz ABŞ-la qarşıdurmanı davam etdirməyəcəyik. Cəsarətli vədlərdir, lakin onların 

həyatiliyinə əminlik üçün milli mənafeyi ön plana keçirəcəyini, İran xalqının qanuni 

hüququnu müdafiə edəcəyini, həm də gərginliyi azaltmağa çalışacağını bəyan edir.  

Dünya əsasən Həsən Ruhaninin prezident seçilməsini pozitiv hal kimi qəbul 

edir. Ancaq onun imkanlarının məhdudluğu da nəzərdən qaçırılmır. Çünki İranda 

prezident iqtisadiyyata, dinə və digər daxili siyasətə aid olan məsələləri həll etməkdə 

müəyyən müstəqilliyə malikdir. Dövlətin siyasətinin vacib məsələləri – orduya 

rəhbərlik, xarici siyasət və hərbi strategiya Ali dini rəhbərin səlahiyyətlərinə aiddir. 

Müharibə və ya sülh məsələsi, nüvə proqramının davam etdirilməsi və ya 

dayandırılması da ondan asılıdır. Ona görə də İsrailin baş naziri Benyamin Netanyahu 

hadisələri qabaqlayaraq xəbərdarlıq edir ki, Həsən Ruhaninin seçilməsinə xüsusi 

ümidlər bəsləmək lazım deyildir, o, yalnız İranın Qərblə dialoqunun mahiyyətini bir 

qədər dəyişə bilər. Yeni prezidentə belə bədbin münasibət həm də İranın siyasi 

idarəçiliyinin xüsusiyyətlərindən irəli gəlir.  

Ruhani beynəlxalq aləmdə nə qədər yaxşı münasibətlə üzləşsə də, ölkə 

daxilində, yəqin ki, güclü mühafizəkar müxalifətlə qarşılaşmalı olacaqdır. 

Hökumətdəki məmurları saf-çürük eləmək də asan məsələ deyildir. O, jurnalistlərə 

«Kim dövlətdə biletsiz olubsa», onlardan azad olacağı vədini versə də, kimin biletli, ya 

biletsiz olmasını müəyyən etmək də asan iş olmayacaqdır. Özünün də dediyi kimi, bu 

«ağrılı məsələdir». Lakin başlıca məsələ mühafizəkarları yoluna qoymaqdır, onlar 

istənilən məsələdə dəyişikliklərin aparılmasını heç də sakitliklə qarşılamaycaqlar. 

Fransız siyasətindəki cohabitation termini “birgə yaşamaq” mənasını verir. Ruhaninin 

apardığı siyasətə mühafizəkarlar dözəcklərmi, yoxsa o, müqavimətdən qorxub yalnnız 

kosmetik xarakterli işlərlə məşğul olacaqdır? Ona görə də “birgə yaşamağın” nə qədər 

davam edəcəyini proqnozlaşdırmaq da çətindir. 

 

 



İranın yola salınan və seçilmiş prezidentləri özlərinin bəzi dialektik bənzərlərini 

yada salırlar. Mahmud Əhmədinecad İranın qısa müddətdə və faciəvi baş naziri olmuş 

Məhəmməd Musəddiqin, oyun kartlarında başayaq çəkilən portret təsəvvürünü 

xatırladır. Müsəddiq İranı imperialist əsarətindən xilas etmək, müstəqil xarici siyasət 




126 

 

yeritmək üçün heç bir cəsarətli addımdan çəkinmirdi. Əhmədinecad isə İranı 



təhlükələrdən qorumaq üçün onun yeni, daha kəsərli silaha yiyələnməsinə can atırdı. 

Lakin hər ikisinin tədbirləri yarımçıq qaldı, fayda əvəzinə ziyan verdi. Onların hər ikisi 

tam müstəqil deyildilər və təzyiqlə üzləşməkdən qaça bilmirdilər. Əhmədinecad öz 

dostu, Venesuelanın mərhum prezidenti Uqo Çaves kimi antiamerikan ritorikası ilə 

dünyada özünə çoxlu düşmən qazandırmışdı. Başı belə şeylərə qarışdığından, iqtisadi 

məsələləri başlı-başına buraxdı, həm də sanksiyalar da yüyənsiz at kimi dayanmaq 

bilmirdi. Özünü qəhrəman qiyafəsində hiss etmək olar, lakin bu cəsurluqdan xalq fayda 

götürmürsə, istənilən hərəkət Don Kixotçuluq xüsusiyyəti almağa başlayır. Həm də 

onun yuxarıda səslənən bəyanatları ölkənin Ali rəhbərliyini hücumlardan qoruyurdu, 

bütün nizələr yeganə hədəf kimi onun özünə tuşlanırdı. Siyasətdən narazılıq bir şəxs 

üzərində cəmləndiyindən, şaxələnmirdi, başqa hədəflərə yayınmırdı. 

 Tarixi təcrübə göstərir ki, siyasətdə bəzən şou da fayda verir. Qədim Afinanın 

tiranı Pisistrat siyasətdə ilk şoumen hesab olunur. O, hiyləgərlik etməklə, yalanlar 

uydurmaqla iki dəfə hakimiyyətə gəlmişdi. Əhmədinecad isə elə ehtirasa qapılmışdı ki, 

siyasətlə şounu qarışıq salmışdı. Dövlət xadiminin səhvlərinə gözlər dikildiyindən, onu 

gizlətmək də mümkün olmur, projektorun işığında hətta ağcaqanad da gözə çarpır. 

Əhmədinecad birinci növbədə öz səhvlərinin, beynəlxalq aləmdə hədd tanımayan 

hədyanlığının girovuna çevrildi. Siyasətdəki nartsissizm daha böyük bəla kimi çıxış 

edir. Lüzumsuz şeylərə vurğunluq, onu həqiqi problemləri duymaq qabiliyyətindən 

məhrum etmişdi. Cəsarət nümayişi çox vaxt dəlisov davakarlıq təzahürü kəsb edirdi. 

Belə vəziyyət isə ona əlavə əleyhdarlar qazandırırdı.  

 Əhmədinecadın fəaliyyətini yalnız populizmlə, hərbi ritorika ilə 

məhdudlaşdırmaq da ədalətsizlik olardı. Bütün prezidentlər içərisində onu ən üsyankar 

təbiətlisi hesab etmək olar. Ali dini rəhbərin himayəsində olan böyük vəzifə sahiblərini 

( məsələn,  Rəfsancnini, Laricanini və digərlərini ) müxtəlif qanunsuzluqlarda ifşa 

etməkdən çəkinmirdi. İranda dinin idarəçiliyi hakim kəsildiyindən , həmin dəstəyə aid 

olmayan siyasi xadimə “ağ qarğa” kimi baxırlar və onların aqibəti heç də yaxşı olmur. 

İlk iki prezident bu vəzifəni iki ildən az bir müddətə tutmuşdu, biri devrilmiş, ikincisi 

isə qətlə yetirilmişdi. 2005- ci ilə qədər olan bütün prezidentlər din xadimləri olmuşdu. 

Əhmədinecad ilk dəfə bu qaydanı pozdu. O,dini rəhbərliyin xəttini tənqid etməkdən də 

çəkinmirdi. İnqilabdan sonra ilk dəfə  Ali liderin hökuməti idarə etməsinə  ilahi 

hüququnun olması  barədəki iddianı açıq şəkildə şübhə altına aldı. O, həmçinin bildirdi 

ki, Mehdi ( Messiya ) ilə əlaqə yaratmaqda ayətullalara  heç bir ehtiyac yozdur. Bu, dini 

rəhbərliyə qarşı birbaşa qiyama bərabər olduğundan, bu vaxt Xameneyi fitva verdi ki, 

yalnız o,özü, təkcə şəxsən o, Mehdini təmsil edir 

    Əhmədinecad dində də islahat aparmağa,”İran islamı”nı formalaşdırmağa 

çağırırdı, bu isə dini rejimin ideologiyasından fərqli olacaqdı. O, fars millətçilyini 

gücləndirmək üçün Böyük Kir haqqında yüksək fikirlər söyləyirdi, bu isə dinin təsirini 

zəiflətmək məqsədini güdürdü. Öz möqeyinin tənqidçilərini, hər bir məsəldən ötəri 

təlimat almaq üçün qaçıb, İranın dini mərkəzi olan Quma üz tutan qoyunlar 

adlandırırdı. O, Ali dini rəhbərə kölə tabeliyindən çox uzaq idi, hətta Mehdinin Yer 

üzərindəki yeganə təmsilşisinə qarşı çıxmaqdan belə çəkinmirdi. 




127 

 

Yeni prezident Həsən Ruhanini isə SSRİ-nin ilk və son prezidenti Mixail 



Qorbaçova bənzətmək olar. İstəməzdik ki, o da sonralar Qorbaçov kimi öz ölkəsində 

nifrət obyektinə çevrilsin. Ona da böyük ümidlər bəslənilir, bəziləri hətta onun 

siyasətdə ciddi dəyişiklik edəcəyi yuxusunu görür. Qorbaçov Qərbin tərifindən məst 

olub, demokratiya oyununa başını necə qarışdırdısa, ölkənin ağır iqtisadi vəziyyəti 

onun maraq dairəsini tərk etdi. Leninqradda çıxış edərkən krandan damcı-damcı axan 

suyun itkisinin qayğısına qaldığı halda, ölkənin iqtisadi iflasa uğramasına tam 

biganəlik nümayiş etdirirdi. İri sənaye müəssisələrinin sıradan çıxmasına məhəl 

qoymayıb, ölkənin taleyini vaxtilə «sexçilər» kimi tanınan bir ovuc dələduzu 

leqallaşdırmaqla, kooperativlərə bel bağlamaq yolunu seçdi. Bu kooperativlərdə 

çalışanlar əvvəlki tək xırda istehslla məşğul olub, əllərinə fürsət düşəcəklərini 

gözləyirdilər. Onlar sonralar saxta özəlləşmə şüarı altında aparılan tədbirlər hesabına 

iri zavodları, fabrikləri, mədənləri, şaxtaları əsasən havayı şəkildə mənimsədilər. 

Qorbaçov SSRİ-nin dağılmasını sürətləndirməklə, onu sevən Qərb qarşıında 

əvəzolunmaz xidmət göstərdi. O, öz xəyanətinə görə cəzalandırılmadı, əksinə, Qərbin 

sitayiş etdiyi dövlət xadiminə çevrildi. Böyük Pyotr sağ olsaydı, onu ən azı əl əsası ilə 

döyərdi. 

Bu bənzərliklə yanaşı, mövcud fərq də nəzərə alınmalıdır. İran Rusiyadan daha 

qədim və öz dəyərlərinə daha sadiq ölkədir. Əgər yeni prezident də yalnız Qərbin ucuz 

tərifini qazanmağa meyl etsə, o, misal gətirilən əcnəbi sələfinin aqibətini yaşamalı 

olacaqdır. Lakin Qorbaçovdan fərqli olaraq, öz dövlətini dağıtmağı heç kəs özünə rəva 

bilməz. Hamı Karfagenin xarabalıqları kimi, SSRİ-nin fəlakətlərindən ibrət dərsi 

götürür. Birincisi düşmənlərin işi idi, ikincisini isə dövlətin öz başçısı bu fəlakətə gətirib 

çıxarmışdı. Qorbaçovu «dinməzlər çoxluğu» əhatə edirdi və iyirmi milyondan artıq bir 

üzvü olan partiya ona özü və ölkəsi ilə belə qorxulu oyunu oynamağa imkan verdi. 

Ruhani isə nisbi islahatçıların əhatəsində olsa da, ruhanilərin və mühafizəkarların 

müqaviməti ilə üzləşməli olacaqdır. Həm də daxli və xarici siyasətdə atılacaq mühüm 

addımlar hökmən onlarla razılaşdırılmalıdır. Mühafizəkarlar ordusu döyüşü uduzsa 

da, müharibəni uduzmamışdır. Sözdə onlar dəyişikliklər tərəfdarı ola bilərlər, əsas 

məsələ, bu dəyişikliklər baş verdikdə, onların hansı mövqeyi tutmasıdır. Ona görə də 

vəd edilən tədbirlərin reallaşması çətinliklərlə döyüşməli olacaqdır. Bunu nəzərə 

alaraq,  metamorfozalar üçün Ruhaniyə ümid bəsləyənlər hövsələsizliyə yol 

verməməlidirlər, ondan tezlilə çox şey tələb etmək, uğur yoluna heç də daş 

döşəməyəcəkdir. 

Həsən Ruhani özünün prezdent seçilməsini «təmkinliliyin radikalizm üzərində 

qələbəsi» adlandrmışdır. İranın dəyişilməsini arzu edənlər lokomotivdən qabağa 

qaçmağa cəhd etməməlidirlər. Gündəlik işlər görüləndə, dəyişikliyin təməli qoyulanda, 

daha çox səbirlilik, təmkinlilik tələb olunacaqdır.  

İranın Ali dini rəhbərliyi də, o qədər də asan olmayan iki problemlə 

üzləşəcəkdir. Bu, birinci növbədə, yeni prezidentin hansı hədlərdə həyata keçrəcəyi 

yeniliklərlə əlaqədardır. İstifadə edilən tormoz əvəlki tək sərt dayandırma gücünə 

malik olacaqdırmı və Qərbə edilən güzəştlər məqbul sayılacaqdırmı? Necə olsa da, 

xalqın ümidləri nəzərə alınmaqla, bu yeniliklərə dözmək lazım gələcəkdir. İkincisi, 

daha mühüm məsələ ondan ibarətdir ki, Əhmədinecad öz istəyindən asılı olmayaraq, 



128 

 

hansısa fövqün təsiri ilə sinəsini qalxana çevirmişdi və bütün nizələr ona dəyirdi. 



Bunun hesabına Ali dini rəhbərlik birbaşa hücumlardan yayındırılmış şəraitdə olurdu. 

Yeni prezidentin şəxsində belə qalxana ümid bəsləmək mümkün olmayacaqdır, bundan 

sonra İran rəhbərliyinə ünvanlanan iddiaların çoxu ondan yan keçəcəkdir. Öz 

samurayından məhrum olan Ali dini rəhbər belə vəziyyətdən ən azı bir qədər 

rahatsızlıq duyacaqdır.  

İran böyük gözləməlr ərəfəsindədir. Müxalifətçilərin sevinc hissləri hələ real 

məzmunla dolmamışdır. Yeni prezidentin ilk addımları onun nə qədər müstəqil 

olduğunu və öz vəzifəsinə hansı məsuliyyət və səriştəliklə yanaşdığını göstərəcəkdir. 

Əlbəttə, iri xarici siyasət problemlərində, məsələn, hadisələrə münasibətdə kəskin 

surətdə dönmə cəhdi baş verməyəcəkdir. Yeni prezidentdn Herakl igidliklərini 

gözləmək də ağılsızlıqdır. Yəqin ki o, heç də Bisütun dağının ətəyindəki qayalardan 

birində öz xidmətləri barədə «Nəqşi-Rüstəm» kimi nəsə yazdırmaq fikrindən də 

uzaqdır. Belə nəqş üçün Böyük Dara istedadı tələb olunur. Çar I Dara Persiya 

imperiyasını həm rəhmdilliyi, həm də hərbi gücü hesabına xeyli böyütmüşdü, onu 

həmin dövrün ən qüdrətli dövlətinə çevirmidi. O, abadlığa, yol tikintisinə böyük diqqət 

verirdi. Paytaxtından Aralıq dənizinin sahilindəki Sardı şəhərinə qədər olan tikdirdiyi 

1800 kilometrlik «çar yolunda» yaratdığı poçt sisteminin iş prinsipi iki min beş yüz il 

sonra belə, ABŞ-ın poçt sisteminin devizi kimi istifadə olunur. Yeni prezidentdən nəinki 

Böyük Dara fərasəti, heç «ikinci Kannı» nümayiş etdirmək də tələb olunmur. Həmin 

dövrlərə məxsus olan böyüklüklərin çoxunu zaman silib, sıradan çıxarmışdır. Həyata 

keçməyən arzuları isə heç siyasi tarixin muzeylərində də tapmaq mümkün olmur. 

Əsas vəzifə İranın sanksiyalar kəndirindən azad etməkdir, bu mümkün olsa, İran 

çox az müddətdə öz iqtisadi qamətini düzəldə biləcəkdir. Axı tarixin təkəri dönməkdən 

də imtina etmir. 

İran bizim cənubdakı və Xəzər dənizindəki qonşumuzdur. Yaxın qonşunun 

firavan həyatı yalnız pozitiv impulslar buraxır. Tarixi, dini, mədəni yaxnlığımızın çox 

sayda mövcud olan cəhətləri, bizi mehriban münasibətləri saxlamağa və 

yaxşıdaşdırmağa dəvət edir. Tarixi yaxınlığa heç cür biganə qalmaq olmaz. Ruhani 

seçkiqabağı çıxışlarından birində «mənəvi dəyərləri bərpa etməyi» vəd etmişdi. İki 

qonşu ölkənin xoş münasibətləri də belə mənəvi dəyərlərə daxil edilə bilər, belə 

paradiqmadan çıxış etsək, xalqlarımız arasında dostluq ruhu daha da güclənər və 

sarsılmazlıq qazanar. 

 

  2013-ci il. 



 

 

Miflərə həmlə baha başa gəlir (Türkiyədəki hadisələrə baxış)  



 

Bu günlər qardaş Türkiyədən həyəcanlı xəbərlər almışıq. İstanbulun Taksim 

meydanındakı parkı məhv edib, yerində ticarət mərkəzi yaratmaq barədəki hökumətin 

lazımınca götür-qoy edilməmiş cəhdi kəskin etirazlarla qarlşılanmışdır. Şəhərin az 

sayda oksigen rezervuarlarından biri sayılan yaşıllığın hansısa şübhəli məqsəd naminə 

ləğv edilməsi, sakinlərin bir hissəsində kəskin qəzəb dalğası yaratmışdır. Bu vaxtadək 




129 

 

özünü möhkəm okean gəmisi kimi hiss edən Ərdoğan hökuməti gözləmədiyi bir halda 



görünməmiş tufanla üzləşdikdə, xeyli kövrək olduğunu hiss etdi.  

Hətta səhvlərində də özünə olduqca güvənən, onların həyata keçirilməsində 

xalqın rəyinə məhəl qoymadan inadkarcasına hərəkət edən hökumət, bu dəfə də 

əhalinin kükrəyən qəzəbinə əhəmiyyət vermədi, adekvat olmayan sərt  tədbirlər 

görülməsi baş alıb getdi. Polis plastik güllələrdən, gözyaşardıcı qazdan və bibər 

qazından, böyük təzyiqli su şırnaqlarından və həmişəki kimi dəyənəklərindən geniş 

surətdə istifadə etdi. Xeyli nümayişçi xəsarət aldı, qan töküldü, təkcə bir gecədə 2000 

nəfərədək adam həbs edildi. Nümayişçilər də bunu cavabsız qoymadılar. Fransız 

inqilablarından miras qalan barrikadalar qululmasına əl atıldı.  

 Avtoritarizmdən ilhamlanan və getdikcə qürrələnən Türkiyə demokratiyasının 

özü əvvəlki vaxtlardan da artıq zədə aldı. Qonşu ölkələrdə «ərəb baharı»nı böyük 

sevinclə qarşılayıb, yeri gəldi-gəlmədi onların daxili işinə müdaxilə edən Türkiyə 

hökuməti başqalarını həvəsləndirdiyini indi artıq öz küçələrində görəndə, belə 

«bahar»ın azacıq işartılarına da dözə bilmədi, mübarizə ağacının çiçəklənməsinin 

qarşını almaq üçün tumurcuqları da məhv etmək qərarına gəldi. Sarsılmaz gücünə, əl 

atdığı hər cür tədbirlərin yenə də uğurla baş tutacağına əmin olduğundan, çubuğu elə 

əydi ki, onun qırılması təhlükəsi yarandı. Ölkənin başqa şəhərlərində də etiraz 

nümayişləri, iğtişaşlar baş verdi. Qığılcımı söndürmək səyləri onun daha gur 

alovlanmasına şərait yaratdı. Etiraz yanğını Avropa ölkələrinə də keçdi, orada yaşayan 

çox sayda türk öz həmvətənlərinin səsinə səs verməyi milli borc kimi hiss edərək, 

Türkiyə hökumətinin  səhvlərinin kəskin tənqidini Avropanın demokratik dövlətlərinin 

küçə səhnələrinə çıxartdılar. 

Yəqin ki, hətta etiraz mitinqlərində iştirak edənlər də etiraf edə bilərlər ki, 

Ərdoğan hökuməti ölkənin iqtisadi, sosial inkişafı üçün Turqut Ozal istisna olmaqla, öz 

yaxın sələflərindən xeyli çox işlər görmüş, son illərdə Türkiyə dövlətinin beynəlxalq 

nüfuzunun yüksəlməsinə nail olmuşdur. Təəssüf ki, bu artan nüfuzdan heç də həmişə 

ağıllı qaydada səmərəli istifadə edilmir. Öz qüdrətinin heybətli olduğunu göstərmək 

üçün ehtiyatsız hərəkətlərə yol verməklə, hər cür yollarla fövqəldövlətin etimadını 

qazanmaq üçün, vacib mənafelərə məhəl qoyulmaması, yəqin ki, bir gün öz zəhərli 

bəhrələrini göstərəcəkdi. Ən başlıcası, hakimiyyətdə olan «Ədalət və İnkişaf Partiyası» 

müxalifətin pozitiv tənqidinə belə məhəl qoymamaq, addımbaşı onu ələ salmaq, həzz 

qaydasında tapdlayıb əzmək, çoxluğun hegemonluğunu əldə etmək yolu ilə, əslində 

vətəndaşların bir hissəsi arasında özünə qarşı avtoritarizmdən xumarlanmağına görə 

nifrət hissləri oyatdırmağa başladı. 

Taksim meydanındakı parkın məhv edilməsi xırda məsələ olmasa da, belə böyük 

etirazlar üçün səbəb rolu oynaya bilməzdi. Xalqın bir hissəsinin hakimiyyətə neqativ 

münasibəti, qazandakı buxar kimi özünə çıxış yolu axtarırdı və əlinə düşən bəhanə 

fürsətini buraxmaq istəmədi. Ərdoğan ölkədə çox şeyi dəyişməyə can atır. Ancaq, bu 

olduqca mürəkkəb məsələyə o qədər də ciddi araşdırma və qərar qəbul etmək 

qaydasında yanaşılmır. Qazanılan uğurlar bünövrəsi üzərində səhvlər, nəticəsi axıra 

qədər düşünülməmiş olan qərarların verilməsi də bu meylin məntiqi törəməsi hesab 

edilməlidir.  




130 

 

     Türkiyədəki əsas narazılıq din və mif problemi ilə əlaqədardır. Ümumiyyətlə, 



mifin dağıdılmasının və dinin dəyişdirilməsinin hökmən ağır nəticələrə səbəb olan 

hadisələr təsiri bağışlaması aydın bir məsələdir. XVIII əsrdə Avropada Reformatsiyanın 

təsiri altında xristian dininin parçalanması, yeni protestant dininə keçilməsi geniş 

miqyasda baş verirdi və bu, Müqəddəs Roma İmperiyasının əhatə etdiyi knyazlıqlarda 

da öz əksini tapırdı. Həmin dövrdə belə bir həqiqət məlum oldu ki, din dəyişildikdə, 

bu, hökmən hakimiyyətin, hökmdarın dəyişilməsinə də gətirib çıxarır. Ona görə də 

status-kvonun qorunub saxlanılması, belə xoşagəlməz variantın baş tutmaması üçün 

qərara alındı ki, knyazlıq bütünlükdə hökmdarın mənsub olduğu dini qəbul etsin. Bu, 

hökmdərlar üçün əsl immunitet yaradırdı.  

Mifə münasibətdə də iri miqyaslı dəyişikliklər, əslində ənənələrin məhv edilməsi 

xarakteri daşıdığından, müəyyən siyasi kataklizmlərlə müşayiət olunur. Alman 

xalqının dərnəklərdə, partiyalarda birləşmək həvəsi,  millətçilik ruhuun qabarmasına 

xidmət edən Bismak irsi, həmçinin Birinci Dünya müharibəsindəki məğlubiyyətdən 

sonra ağır reparasiya vasitəsilə təhqirə məruz qalmasına görə intiqam hissi Hitleri, 

nasional-sosializmi meydana gətirdi və bu, xalqı fəlakətə sürüklədi. XIX əsrin sonunda 

yaranan və şiddətlənən alman millətçiliyi və irqçilik bu xalqı militarizm yoluna çıxardı 

və ona böyük bəlalar bəxş etdi. 

Mif bir qayda olaraq, yarandığı andan olduğu kimi, məhv ediləndə də hökmən 

faciələrə aparıb çıxarır. Böyük Oktyabr Sosialist inqilabından sonra elmi kommunizm 

əslində dinə çevrilmişdi və ona sitayiş təlqin edilirdi. 

SSRİ-də Leninin bütləşdirilməsi, Stalinin şəxsiyyətə pərəstişin bərqarar olması, 

kütləvi repressiyalarla, iri miqyaslı qanun pozuntuları ilə müşayiət olunmuşdu. Lakin 

artıq mif mövcüd idi və əhalinin böyük əksəriyyətinin şüuruna hakim kəsilmişdi. 

Xruşşovun bu mifin bir hissəsini ehtiyatsız qaydada dağıtması, onun özünün nüfuzunu 

heçə endirdi və dünyadan köçməmişdən əvvəl barəsində çalınan rekviyemi özünün də 

dinləməsinə şərait yaratdı. Qorbaçov ölkəni siyasi islahata uğratmağa cəhd edəndə 

onun iqtisadi tənəzzülünü şiddətləndirdi. Və quruluşa yönəltdiyi zərbə, bəlkə də 

xəyanəti ilə özünün də siyasi sonluğunu sürətləndirdi. Yeltsin yeni kapitalizm 

cəmiyyəti yaratmaq üçün oliqarxlar adlanan kiçik «qılıncgəzdirənlər» dəstəsinə 

arxalanmaqla, xalqın taleyini bütünlüklə zamanın acı hökmünün sərəncamına buraxdı 

və ölkənin iqtisadi-sosial iflasına səbəb oldu. SSRİ-nin və Rusiyanın bu rəhbər xadimləri 

mif yaratmaqdan və mifi dağıtmaqdan həzz alırdılar. Lakin nəticə onların 

gözlədiklərinin tam əksinə çevrilirdi. Axı, Böyük Fransa inqilabının meydana gətirdiyi 

Terror da başqa qurbanlarla yanaşı, inqilabın öz rəhbərlərinin də həyatını  udması ilə 

başa çatdı.  

Türkiyədəki hadisələr də birmənalı deyildi. «AK» partiya ideoloji sahədə 

axıradək düşünülməmiş iki hərəkətə əl atdı, bunun birincisi, demokratiya pərdəsi 

altında İslam dininin dayaqlarının güclü surətdə möhkəmləndirilməsi, ikincisi isə, 

həmin dinə ilk böyük zərbəni vuran və bunu «layiqlik» irsi kimi qoyub gedən Atatürk 

mifinin hərtərəfli qaydada demontaj edilməsi sahəsindəki meyllər idi. İslam dininin 

təsirini gücləndirmək üçün, onun simvolikaları ön plana çəkildi. Qadınların və qızların 

hicab örtməsi az qala ən böyük milli qarşıdurmaya səbəb olan bir problemə çevrildi. 

Hökumət başçısının və üzvlərinin ictimai yerlərdə dini ibadətlər etməsi, qaldınlarının 



131 

 

hicabda gəzməsi onların mövqeyini açıq nümayiş etdirirdi. Hakim partiya xalqın xeyli 



hissəsinin münasibətinə məhəl qoymadan Atatürkə olan pərəstiş binasını sökməyə 

girişdi. Onu nəzərə almadı ki, bu mifin 80-ə yaxın yaşı vardır və həmin dövr ərzində 

hərtərəfli qaydada təlqin edilmiş, şüurlara yerləşdirilmişdir. Digər tərəfdən, bu mif heç 

də boş yerdən yaranmamışdı, ona olan münasibətdən asılı olmayaraq, heç kəs Mustafa 

Kamal paşanın yeni Türkiyənin, modernləşməyə qədəm qoymuş bir ölkənin yaradıcısı, 

banisi olduğunu inkar edə bilməz. Atatürk şüurlarda da böyük inqilab əmələ gətirmiş, 

dini cəhalətə, ümumilikdə geriliyə ağır zərbə vurmuş, ölkəsinin gələcək inkişafı üçün 

qoyulan möhkəm bünövrənin memarı rolunu oynamışdı. Ona görə də, Atatürk irsinə 

örtülü həmlələr belə heç də xalqın müəyyən hissəsi tərəfindən rəğbətlə qarşılanmır, 

bunu edənlərə qarşı kin, qəzəb hissləri yaradırdı. Bu həmin Türkiyədir ki, XIX əsrin 

sonunda Sultan II Əbdülhəmidin dövründə Avropadan alınan generatorun üstündə, 

onun rotorunun fırlanmasını bildirən təlimatdakı «Revolution»- «fırlanma» sözünü  

«inqilab» ifadəsi kimi başa düşüb, qorxduqlarından həmin avadanlığı tezcənə geri 

qaytarmışdılar. Atatürk  isə qabaqcıl elmə, mədəniyyətə Türkiyənin qapılarını taybatay 

açmışdı. 

Qədim Misir faraonları özündən əvvəlkilərin piramidaların xarabalığı üzərində 

öz piramidasını tikməyi yasaq hesab edirdilər. Bir mifi dağıdıb, özünə mif düzəltmək 

üçün isə ciddi bir əsas olmalıdır, əgər bu, qum üstündə qurulursa, çox qısa müddətğdə 

dağılacaqdır.  

Ərdoğan hökuməti ilk dəfədir ki, belə ciddi müqavimətlə üzləşir və pis hal odur 

ki, ona dözümsüzlüklə, hətta aqressivliklə cavab verir. Hadisələrin dinamikasını 

proqnozlaşdırmaq çətindir, çünki hökumət xalqın hər bir üzvünün sosial vəziyyətinə 

müsbət təsir edən xeyli işlər görmüşdür və narazıları ilə müqayisədə tərəfdarları heç də 

az deyildir. Lakin etiraz dalğası genişləndikcə, böyüdükcə, bu, tsunami effekti yarada 

bilər. Və heç şübhəsiz, Türkiyəyə, onun imicinə böyük zərbə vurardı. Qardaş ölkəyə və 

xalqa isə, öz problemlərini sakit, ağıllı qaydada, demokratik prinsiplər əsasında həll 

etməsini istərdik. Çünki Türkiyə üçün olan problemi biz özümüzünkü hesab edirik və 

ona  heç də laqeyd seyrçi mövqeyindən yanaşmırıq. Xalqın hətta kiçik seqmenti ilə 

qarşıdurma fayda vermir və bu məsələdə hökumətin bədnam «prinsipiallıq» nümayişi, 

xalqın tələbini vecinə almaması kiçik tonqalın daha gur alovlanmasına səbəb ola bilər 

və onun dilləri hökmən hökuməti də qarsacaqdır. 

     O4.06.2013 ci il.  “525-ci qəzet”  

 

Yavuz davranış fayda vermədi 



 

Türkiyə olayları davam edir 

 

Türkiyədəki qarşıdurma  iki həftəyə çoxdur ki, davam edir, hökumətin hər cür 



tədbirlərinə baxmayaraq, etirazı yatırtmaq ümidləri boşa çıxır, protest dalğası öz 

miqyasını azaltmır, əksinə, artırır. Etirazçıların tələbləri əvvəlki çərçivəsindən və 

məqsəddən çıxıb, daha kəskin və ultimativ xarakter daşımağa başlayır. Əks tərəfdəkilər 

isə elə bil ki, Odisseyin dənizçiləri kimi qulaqlarını tıxamışlar ki, Taksimdən və digər 

meydanlardan, onların ağlını çaşdıra biləcək müasir sirenaların xəbərdarlıq nəğmələrini 



132 

 

eşitməsinlər. Bəlkə bu da, etirazın sönəcəyinə ümidlə bağlı olan bir metoddur, lakin 



eşitməmək, anlamamaq arqument sayıla bilməz. Qədim romalılar, Viktor Hüqonun 

misal gətirdiyi kimi, yəqin ki, kiminsə harayına laqeydliyi nəzərdə tutaraq, bir zərb-

məsəldən istfadə edirdilər: surdus ab – surdus – «kar səfehdir». Bu, fiziki qüsuru olanlara 

deyil, ağlında və mənəviyyatında qüsuru olanlara aid edilməlidir. Yalnız səhradakı 

çağırış cavabsız qalır, eşidilməmiş olur.  

Təəssüf ki, hökumət etirazı güc hesabına yatırtmaq məqsədindən uzaqlaşmaq 

istəmir, həm də tərəfdarlarndan ibarət öz ağır artilleriyasını işə salmaqla məsələni 

çürütməyə can atır. Bu isə yalnız qarşıdurmanı şiddətləndirməyə kömək edəcəkdir. 

Hamı, barrikadaların hər iki tərəfində dayananlar da baş nazir Ərdoğanın xarici 

səfərdən qayıtmasını, əvvəlki aqressiv ritorikasından uzaqlaşıb, müəyyən güzəştlərə 

getməsini gözləyirdi. Lakin onun qarşılanması elə teatrlaşdırılmış mənzərə yaratdı ki, 

bu, hökumətin geri çəkilməyəcəyinin nümayişinə çevrildi. Belə təsəvvür yaranırdı ki, 

müasir fateh ölkəsinə döyüşdə qazandığı böyük zəfəri ilə qayıtmışdır. Təyyarə 

nərdivanı hesabına adamlardan xeyli yuxarıda dayanan baş nazir sevinən kütləyə öpüş 

ünvanlayırdı, xanımı da anturaj qaydasında tez-tez əlini yelləyirdi. Elə coşğunluq 

atmosferi mövcud idi ki, burada nə Taksim meydanı, nə həyatları  qurban gedənlər, nə 

də dörd min nəfərə qədər xəsarət alanlar heç cür yada düşə bilməzdi. Və belə əhval-

ruhiyyə əlavə güc nümayişi səhnəsinə çevrilə bilərdi və səfərdən qayıdan rəhbər etiraz 

edənlər barədəki əvvəllər işlətdiyi «ekstremist» sözünə  yeni «vandal» ifadəsini də 

əlavə edib, bu adamlara öz pozulmaz damğasını vurdu, və onlardan çıxışlarına son 

qoymağı tələb etdi. Ankaradakı mitinqdəki çıxışında isə o, artıq hücuma keçdi. 

Etirazçıları «sərxoşlar» adlandırdı və öz tərəfdarlarını əks nümayişlərə çağırdı. Onun 

tələffüzü amiranə, yavuz (heybətli) tonda olsa da, səslənən yerdən bir az uzaqda itib-

batdı.  


Siyasət həm də əllaməliklər məkanıdır. Bəzən siyasi xadimlər öz qüdrətlərinə və 

sarsılmaz nüfuzlarına elə inanırlar ki, özlərini mifologiyadan müasir həyata düşmüş 

Meduza Qorqona kimi hesab edirlər. Axırıncının dəhşətli gözü kimə sataşsa, yerindəcə 

daşa çevrilirdi. Partiyasının üzvləri və tərəfdarları da öz liderlərini belə bir çətin anda 

məhz Qorqona qiyafəsində görmək istəyirdilər. Qoy onun bircə baxışı ölkənin bütün 

əhalisini, onu sevməyənlər də daxil olmaqla, nizama düzləndirsin, lazım gəlsə, bir 

hissəsini lap kölgələrə çevirsin. Axı o, ölkəni «dəmir əllə» idarə eitməyə üstünlük verir. 

Nədənsə bu ümid də puç oldu, etirazçılar baş nazirin ucadan səslənən nidasına 

əhəmiyyət vermədilər,  hədəsindən də nəinki qorxmadılar, heç ona məhəl də 

qoymadılar. Əks effektsə göz qabağındadır, etirazçıların dəstəsi günü-gündən artır. 

Bir qayda olaraq, böhranlar böyük şəxsiyyətləri və böyük işləri görmək cəsarətini 

meydana gətirir. Böyüklük böhrandan çıxmaq yolunu tapmaqda ifadə olunur. Səhvləri 

davam etdirmək istəyi isə əks tərəfdə qəzəb hisslərini daha da qızışdırır, onların 

ordusuna yeni taqımlar daxil olmağa başlayır. Hədəyə cavab isə «Tayib, istefa !» və 

ondan da daha acı səslənən şüarların işə düşməsi şəklini alır. Bu, inqilab qabağı Fransa 

tarixindən qəribə bir əhvalatı yada salır. Maliyyə böhranı dərinləşəndə, maliyyə naziri 

Kolon gələcəkdə boynu vurulacaq kral  XVI Luiyə məsləhət gördü ki, pul məsrəflərini 

daha da artırmaq lazımdır ki, xəzinədə pulun hələ çox olduğu təsəvvürü yaransın. Bu, 

suda batana daha dərinə düşməyi arzulamağa bərabər idi. Xalqın qəzəbi isə xəzinənin 



133 

 

kasadlığından daha qorxuludur. Onu qızışdırmaq yanğının arealını genişləndirməkdən 



başqa heç nəyə xidmət etmir. 

    Etirazçılar, heç şübzəsiz, polisin həmlələrindən qorunmaq üçün barrikadalar 

qurmağa məcbur oldular. Barrikada isə sözdən, qışqırıqdan, boğaz tellərinin səs 

salmasından düzəlmir, onun tarixi materialı küçədən sökülən oraya döşənmiş 

daşlardır. Buna görə də iğtişaşçılar «vandal» tituluna layiq görüldülər. Etirazçılar isə 

yarlıq yapışdırmaqdan uzaqdırlar. Onlar soruşa bilərlər ki, nəyə görə Atatürkün 

yaratdığı dövlət binasının daşlarını rəhmsizcəinə sökənlərə və onu sökdürməyə can 

atanlara qarşı elə bir kəskin ittiham irəli sürülmür. Dünyəvi dövlətin məhvinin 

üfüqlərini uzaqdan seyr edənləri isə görən necə adlandırmaq olar? Axı tam iflasa 

uğrayan Osmanlı imperiyasının, İslam xilafətinin xarabalıqları üzərində qurulan yeni 

dövlət öz nəzərlərini proqressə, demokratik inkişafa tutmuşdu. Əgər onların hər ikisini 

yenidən həyata qaytarmaq mümkün deyilsə, onda bu cənfəşanlıq nəyə lazımdır? Axı ən 

xəyalpərvər adam da, zaman maşınında geriyə səyahət etmək istəyən də həyətdə XIX 

əsrin mövcudluğunu yaddan çıxarmamalıdır. Savadsızlıqdan Olimpi öz ölkəsinin adına 

çıxmaq olar, ancaq zamanı öz məhvərindən çıxarmaq mümkün deyildir. Zaman 

indidən keçməklə gələcəyə istiqamətlənmişdir.  

Atatürk irsinin tədricən ləğv edilməsi cəhdləri hansı bir aldadıcı qalın pərdə 

altında gizlədilsə də, məhz dünyəvi dövlət quruluşunun dayaqlarına ağır zərbə vurub, 

nəticə etibarı ilə onları sıradan çıxarmaq məqsədini güdür. Kamalçılar isə bununla heç 

cür razılaşa və islamizmin öz doğma ərazilərini işğal etməsinə biganə qalmaqla, dözə 

bilməzlər. Ona görə də islamçılığın daha geniş müdaxiləsinin qarşısını kəsmək üçün 

parkın ləğv edilməsinə qarşı qalxan etiraz belə böyük miqyas aldı.  

Hakim «AK» partiyası son üç dəfə aparılan seçkilər zəmisindən bol məhsul 

biçməyə nail olduğundan, seçkini demokratiyanın başlıca və yeganə amili hesab edir, 

bu məlhəmi istənilən yaraya sürtməyə çalışır. Ona görə də hakim partiya və onun lideri 

özlərinin bu paslanmayan silahısından istifadə etməkdən əl çəkmirlər, etirazçıları 

seçkidə qazanacaqları qələbə ilə qorxuzmağa əl atırlar. Bu səbəbdən də vaxtından əvvəl 

parlament seçkiləri keçirmək söhbəti ortaya atıldı və ümumiyyətlə, onlar seçki kart-

blanşını əldən vermək istəmirlər. Ancaq unudurlar ki, onların siyasəti üçün belə 

quraqlıq olan bir dövrdə partiyanın səpdiyi toxumlar əvvəlki tək sıx cücərti verməyə də 

bilər. Həm də bu toxumlar artıq əmin olduqdları münbit torpağa düşməyəcəkdir, 

onların bir hissəsi İisus Xristosun «İncil»dəki pritçasında göstərilən kimi, daş üstünə 

düşdüyündən cücərməyəcəkdir.  

«AK» partiyası özünü nə qədər iradəli, sarsılmaz göstərsə də, çaşqınlıqdan da 

xali deyildir. Əks nümayişlər keçirmək çağırışı seldən qorxan adamın zəifliyi 

görünüşünü yaradır. Partiyanın öz daxilində də fikir ayrılığı mövcuddur. Prezident 

xalqın etirazını demokratiyanın nümayişi kimi qiymətləndirərək, xalqın səsinə qulaq 

asmaq lüzumunu yada saldı. Baş nazirin müavini sərt tədbirlərə görə üzr istədi. 

İstanbul valisi bundan sonra qeyri-adekvat vasitələrə əl atmayacağı öhdəliyini dilə 

gətirdi, lakin sonra mövqeyini dəyişməli oldu.  Partiyanın lideri isə öz daşlaşmış 

mövqeyindən dönmək istəmir. Əvvəlcə o, meydana çıxanları xarici qüvvələrin 

təhrikinə uymaqda suçladı, kosmetik geriləməyə söz versə də, öz aqressivliyindən yenə 




134 

 

də iti qılınc və möhkəm qalxan kimi istifadə etməsindən qalmır. Hücuma keçmək 



barədəki bir az əvvəlki cəhd isə buna əyani sübutdur. 

Etirazçılar, həmçinin baş verən vəhşilikləri müşahidə edən əhali öz «doğma» 

polisinin qəddarlığından şikayətlənirlər, az qala demək istəyirlər ki, onlar artıq bizim 

təhlükəsizliyimizin mühafizəçiləri deyillər. Bir məsəlini unudurlar ki, polis yalnız əmrə 

tabedir və verilən əmri yerinə yetirir. Şəhərlərin baş meydanlarını tuta 

bilmədiklərindən,  onlara yalnız nə qədər adamı əlil etmələri barədə raporta imza 

atmaq imkanı qalır.  Belə «gözəl» polisə malik olan xalq onun hədyanlığına yaxşı bələd 

olmaqla, özünü buna uyğunlaşdrmalıdır. 

Polis adamları döyməkdən, qan axıtmaqdan əslində heç nə qazanmr,  

hakimiyyətə yarınmaq imkanından yalnız təsəlli tapır. Sultan II Mehmet (Fateh) 

Konstantinopolun zəbt edilməsiin sürətləndirmək üçün, şəhərin divarlarından içəri 

soxulan yeniçərlərə, Stefan Tsveyqin yazdığı kimi, «yaqma» əmri verdi və qarətə 

verilən bu icazə işğalın tez başa çatmasına şərait yaratdı. İndi polisə lap belə bir əmr 

verilsəydi də, əlləri boşda qalacaqdı, axı meydanda etirazçıların qarət edilmələri üçün 

heç nələri yoxdur. Buna görə də polislər əziyyətlərinin qəzəbini iğtişaşçılara xəsarət 

yetirməklə, müdafiəsiz insanları döyməklə söndürürlər.  

     Doğrudan da, etirazçılar şəhərin mənzərəsini bir qədər korlamışlar, kiçik 

çadır qəsəbəsi salmışlar. Tarixə müraciət edilsə, buna da əncam tapmaq olar. VI əsrdə 

Bizans imperatoru I Yustinianın xanımı, cəsarətli və fərasətli Teodora (sonralar o, 

üsyançılar tərəfindən  öz ərini taxtdan devirmək cəhdinin qarşısını  öz qorxmazlığı 

hesabına  almaqla, taxt-tacı xilas etmişdi) gəncliyində bu sənətə xidmət etdiyindən, 

Konstantinopolu öz həmkarları olan əxlaqsız qadınlardan təmizləmək üçün, onları 

dəstə-dəstə yığıb, boğazın Asiya sahillərinə göndərərək, oradakı rezervasiyada 

saxlatdırmışdı. İndi də həmin şəhərin Avropa hissəsi iğtişaş məkanına çevrilmişdir. 

Etirazçıları boğazdan keçirib digər sahilə daşımaqla məsələni həll etmək olar, əgər 

qədim Roma imperatoru Trayanın da üsulunu təkrar etməyə əl atılsa, bu işin nəticəsi 

daha təsirli olar. Trayan romalıların canını acgöz çuğulçulardan xilas etmək üçün (onlar 

adətən məhkəmədə ittihamçı rolunu oynayır və mühakimə olunanın müsadirə edilən 

mülkiyyətinin yarısına sahib olurdular), onları sınıq-salxaq düzəldilmiş gəmilərə 

yükləyib, həyatlarını dənizin quduz dalğalarının  sərəncamına buraxmışdı. 

“Sərxoşlarla” başqa cür davranmaq da fayda vermədiyindən, bu üsuldan istifadə etmək 

pis olmazdı. Bu yolla etirazçıların da sayını bir qədər ixtisar etmək  mümkün olardı. 

Onsuz da hakimiyyət qurbanların və nəhəng sayda mövcudluğuna elə bir əhəmiyyət 

vermir. Ancaq belə vasitəyə əl atmaq daha böyük ağılsızlıq olardı. 

Hökumətə qarşı siyasi ittihamlar nə qədər ədalətli olsa da, son on ildəki iqtisadi 

yüksəliş, sosial sahədəki irəliləyişlər göz qabağındadır. Türkiyəyə xaricdən investisiya 

qoyuluşu xeyli artmışdır. Bu nailiyyətlər hakim partiyanın, hökumətin aktivinə 

yazılmalıdır. Lakin onların siyasi atmosferə müsbət təsiri nəzərə çarpmır. Əksinə, 

müəyyən problemlərlə üzləşilməsinə səbəb olmuşdur. Hakimiyyət elə bil ki, öz 

uğurlarının girovuna çevrilmişdir və hərəkətlərinə nəzarəti bir qədər itirmişdir. Bu da, 

liberal demokratiyanın elementlərinin tədricən sıradan çıxması ilə müşayiət olunur. 

İfrat islamlaşma isə, ingilislər demişkən, iri addımlarla irəliləyir.  




135 

 

Hökumətin hansısa bir tədbirinə kimsə tənqidi yanaşırsa, o, az qala düşmən 



legionu sırasına daxil edilir. Hökumətin belə dözümsüzlük, tolerantlıqdan uzaq olan 

siyasəti bütün ictimai mühitə öz neqativ təsirini göstərir. Bəzən hüquq-mühafizə 

orqanları, ədalət hissindən yayınan hüquqşyünaslar totalitar ölkələrdə olan kimi, 

hakimiyyətin sərəncamında dayanmağa meyl edirlər. Hansısa bir qrup hədəf 

seçildikdə, bütün nizələr onlara tuşlanır, həmlə mövqeyinə xidmət edənlər ədalət 

ilahəsi Femidanın gözlərini bağlamasını arxaizm nişanəsi kimi qəbul edirlər. Ölkədə 

əsasən hərbçilərə və jurnalistlərə qarşı hücum cəbhəsi hədd tanımır, naməlum mənşəli 

«Ergenekon» adı altındakı təşkilatla əlaqədər olan  cinayət işinə çox sayda adamların 

cəlb edilməsi, bu kampaniyanın uğuru hesab olunur. Sədaqətinə əmin olunmayanların 

bəziləri bu «hüquqi» daşqının qurbanlarına çevrilirlər. 

İslamçıların onlara rəğbətlə yanaşmayanlardan qisas alması kimi iyrənc hal 

getdikcə özünü daha geniş büruzə verməyə başlayır. Təəssüf ki, bu ədalətsiz binanın 

bünövrə daşını siyasətçilər qoyurlar. Onların bunu bəyənməsi və nüfuzu müəyyən 

haqsızlıqlara da yol açır. Xidmət göstərmək istəyənlərsə daim əmri icra etməyə hazır 

olurlar. Bizim eranın I əsrinin ortalarında Roma imperatoru Klavdi pozğun arvadı 

Messalina öldürüldükdən sonra, bu məsələyə öz tərəfindən də qızğın can atan doğma 

qardaşı qızı, gələcək imperator Neronun anası Aqrippinaya evlənmək fikrinə 

düşdükdə, çoxları dəridən-qabıqan çıxırdı ki, bu izdivac hökmən baş tutsun. Romada 

isə bu vaxtadək azad vətəndaşların arasında belə qanqarışdırıcı (intsest) nigah halı 

olmamışdı. İndi isə senatın və xalqın göstərişi əsasında imperatorun bu qaydada 

evlənməsi tələb olunurdu. Elə senatorlar tapıldı ki, onlar Kuriyadan (senatın 

binasından) küçəyə qaçıb, qışqırırdılar ki, əgər Sezar bu işi ləngitsə, onlar zorla onu 

evlənməyə məcbur edəcəklər.  

Axı yaltaqlığın, qulluq göstərmənin həddi olmur, onlar Ovidinin sürgünə 

yollanarkən, dənizdə dalğanın asimana qədər qalxdığını yazdığı kimi, öz 

canfəşanlıqlarını məhz belə hündürlüyə qaldırmaq iştahında olurlar. Günahsız 

adamların təqibinə haqq qazandırmağa çalışanlar öz vicdanlarını şeytana satmaqla, heç 

də Klavdi dövrünün senatorlarından geri qalmırlar.  

Təqib dalğası həm də öz köpüyü kimi adamlar arasında çuğulçuluğu əmələ 

gətirir. Qorxu və təqib etmək həvəsi çuğulçuluğu qidalandıran mühit rolunu oynayır. 

Qidim Romada Sulla diktaturası vaxtı qardaş qardaşı, ata oğlu və əksinə satırdı ki,  

diktatorun himayəsini və vəd edilən mükafatı qazansın. Yalnız qadınlar öz ərləri 

barədə çox az hallarda çuğulçuluq edirdilər. Sinfi mübarizənin yeni fazaya daxil olduğu 

1930-cu illərdə SSRİ-də çuğulçuluq gur çiçək açırdı. Guya xəyanətinə görə atası barədə 

dövlət orqanlarına xəbər verən yeniyetmə Pavlik Morozov gənclərin şüuruna əsl 

qəhrəmanlıq timsalı kimi təlqin olunurdu. Çuğulçuluq fenomeni təqiblərin törəməsi 

olmaqla, öz valideyninə sədaqətlə ximət göstərir. Ən pis cəhət isə orasındadır ki, bu, 

cəmiyyəti daxildən mənəvi eroziyaya uğradır. Ancaq hakimiyyət əsasən öz komanda 

postlarını saxlamaq barədə düşündüyündən, bu dağıdıcı qüvvəyə məhəl qoymur, şair 

demişkən, «Mən salim olum, cümlə-cahan batsa da batsın» prinsipinə üstünlük verir. 

Etirazçıların idarəedici mərkəzi yoxdur və onlar qəflətən yarandıqlarından heç bir 

siyasi partiyanı və ya cərəyanı təmsil etmirlər. Onları tək bir xüsusiyyət – 

hakimiyyətdən narazılıq birləşdirir. Bu çıxışlar heç də səthi bir titrəyiş edyildir, ciddi 



136 

 

tektonik dəyişikliklərdən xəbər verir. Onlar öz etirazları ilə mövcud vəziyyəti əsaslı 



qaydada təhlil etmək və bunu bacarsalar, dəyişmək istəyirlər. İisus Xristosun müraciəti 

də elə bil onlara ünvanlanmışdır: «Və həqiqəti dərk edəcəksiniz, və həqiqət sizi azad 

edəcəkdir». 

   Türkiyə indi mühüm dəyişikliklər astanasındadır, vəziyyət hökmən dəyişikliyə 

məruz qalacaqdır. Ya Atatürk irsinə daha tutarlı zərbə vurulmaqla, qatı islamçılığın 

irəliləyişi üçün yollar tamamilə təmizlənəcəkdir. Yaxud da, qurbanlar hesabına da olsa, 

çünki hakimiyyət geri çəkilmək fikrində deyil, demokratiyanın bütövlüyü qalib 

əlməklə, islamçılığın həmlələrinin qarşısı alınacaq, Türkiyənin özünəməxsus sintetik 

teokratik dövlətə çevirməsi təhlükəsi aradan qaldırılacaqdır. Hansı yolun seçilməsi türk 

xalqının özündən asılı olacaqdır, çünki o öz taleyinə aid olan bir məsələyə münasibətdə 

laqeydlik göstərə bilməz. Tarix meydanına çıxandan sonra heç vaxt əsarətdə olmayan 

bu xalq dinə yaxşı münasibətini qoruyub saxlamaqla, əsas azadlıqlarını onun köləliyinə 

qurban verməz, əsrə yaxın bir müddətdə qazandığı uğurlarla vidalaşmağı, yəqin ki, 

özünə heç cür rəva bilməz. Qarşılıqlı güzəştlərlə münaqişə aradan qaldırılmalıdır. 

Konflikt şiddətlənsə, bu, başıpozuqluğa, xaosa aparıb çıxara bilər. Getdikcə 

qüvvətlənən, nüfuzu artan Türkiyəyə belə bir variant heç cür fayda verməz, ony xeyli 

geri atar. 

    14.06.2013 “525- ci qəzet” 

 

 

 



 

Xalq daha düzgün qərar verəcəkdir 

 

Qardaş ölkə kimi saydığımız, məğrur ruhunun azacıq zəifləməsinə, 



xəstələnməsinə kədərləndiyimiz Türkiyədə vəziyyət heç də yaxşı deyildir. 

Hakimiyyətdə olan AKP-yə və baş nazir Ərdoğana qarşı etiraz dalğası nəinki səngimək 

bilmir, əksinə daha da güclənir, ölkənin iri şəhərlərinin az qala hamısına hakim kəsilir. 

Bu etirazın mənbəyi kimi müxtəlif yalanlar uydurulur, xalqın öz səsinə və mövqeyinə 

malik olması kimi bir həqiqət bütünlüklə unutqanlığa məruz qalır, türklər kimi 

yenilməz bir xalq ağılsız bir qaydada kənardan uzanan saplarla hərəkətə gətirilən 

marionetkalar kimi təqdim edilir. Guya ki, başqa ölkədə yaşayan və fəaliyyətilə daim öz 

xalqının şərəfini yüksəltmiş, dünyanyn yüzlərlə ölkəsində türk təhsil ocaqlarının təsis 

edilməsi və uğurlu təcrübəsi ilə hamını heyran edən bir şəxs öz ölkəsində əsası olmayan 

qarışıqşlığın meydana gəlməsinə start vermişdir.  

Belə qəribə izahla əslində kəskin narazılığın, etirazın həqiqi səbəbləri 

gizlədilməklə yanaşı, öz xalqının taleyinə heç də biganə olmayan böyük bir şəxsiyyətin 

özü də əks tərəfdən hədəf götürülməklə, hökumətə qarşı çıxışların idarə edilməsi, 

dövlət çevrilişnə cəhd edilməsi barədə uğursuz şayiələr işə salınır. Əlbəttə, heç kəs 

həmin şəxsin belə bir məsul anda neytral mövqeyə malik olmasını da iddia edə bilməz. 

Bü iddia əslində ona qarşı yönəldilən daha kəskin ittiham xarakteri daşıya bilərdi. 

Vətənpərvər insanlar ölkəsində azacıq titrəyiş baş verdikdə, bu zəlzələ dalğasını qəbul 



137 

 

etməklə kifəyətlənməyib, ona öz vətəndaş münasibətini izhar etməməyi də özlərinə 



qəbahət hesab edirlər.  

Məgər Türkiyədə baş verənlərin səbəbləri ona göz yumanların özünə də yaxşı 

məlum deyildirmi? Hakim partiya və onu seçkilərdə dəfələrlə qələbəyə çatdıran Rəcəb 

Tayip Ərdoğan 10 il ərzində nail olduqlarına özünün valeh nəzərlərini kəsib, bir qədər 

də yol verilən qüsurlara, cəmiyyəti qıcıqlandıran faktlara azacıq diqqət versəydi və 

buna uyğun olaraq siyasətlərində korreksiya aparsaydı, bəlkə də narazılığın tufanı 

dənizdə üzən gəmini fəlakətə uğradan qaydada kükrəməzdi. Hakim partiya və onun 

hökuməti açıq şəkildə, bəzən isə üstüörtülü qaydada Atatürk irsinə qarşı hücumlar 

etməyə başladı, ölkədə İslam dininin təsirini gücləndirmək üçün “layiqliyi” bütünlüklə 

atavizm qalığı kimi silib,süpürməyə çalışdı. Məqsədin sərhədldəri tam 

açıqlanmadığından bu siyasət əslində dövlətin dayaqlarının dağıdılmasına, 

uçurulmasına yönəldildi. Bani – ata sayılan Atatürk bütünün dağıdılması əslində ölkə 

əhalisinin böyük hissəsinin şüurlarına yönəldilmiş hücum idi. Bu hərəkət müəyyən 

dividendlər gətirsə də, Atatürkə olan kütləvi qızğın münasibəti məhv edə bilmədi. 

Əksinə, onun pərəstişkarlarının müqaviət qüdrətini xeyli möhkəmləndirdi. 

Demokratik dövlətdə ordunun xüsusi səlahiyyətlərə yiyələnməsi, ölkədə 

sabitliyin qarantı olması prinsipi demokratiyanın da onun himayəsinə verilməsini 

mümkün etməklə, bu, heç şübhəsiz, qanunların aliliyini də kölgə altına salırdı, əlbəttə 

ki, Osmanlı imperiyasının xarabalıqları üzərində meydana gələn körpə Türkiyə 

Respublikasının sağlamlığını qorumaq və onu boya-başa çatdırmaq üçün vacib idi. 

Heybətli ordu ölkənin ərazi bütövlüyü üçün də möhkəm sipər rolunu oynayırdı. 

Dəfələrlə dövlət çevrilişi etmiş türk ordusu heç də mələk qiyafəsində deyildi, ölkədə 

ciddi qarışıqlıq ehtimalı yarandıqda, bu çevrilişlər respublikanı səhv yollardan 

uzaqlaşdırmaqda da müəyyən müsbət rol oynayırdı. 

Ordunun hakim rolunu dəyişdirməyə xidmət edən mülayim islahatlar aparmaq 

əvəzinə, Ərdoğan hökuməti daha kəskin vasitələrə əl atmağı vacib saydı. Bunlardan 

biri ölkənin Silahlı Qüvvələr komandanlığını başsız qoymaq kimi ağılsız siyasət idi. 

Ordunun Baş Qərargah rəisi də daxil olmaqla çox sayda general – onları türklər tarixi 

ənənəyə uyğun olaraq Paşa adlandırırdılar, uydurma böhtanlar əsasında 

dustaqxanalara atıldı. Onlara hətta ömürlük həbs kimi ağır cəzalar verildi. Həbsxanalar 

hərbçilərlə, junalistlərlə dolduruldu, elə mənzərə yaranırdı ki, bu adamlar həmin vaxt 

həbsxanalardakı vəziyyəti yoxlamağa gəlmişlər, lakin məlum oldu ki, onlar uzun 

müddətə azadlıqdan məhrum olunmaqla alçaldıcı dustaq həyatı yaşamalı olacaqlar. 

Ordunun başçısının məhkum olması və nüfuzdan salınması kampaniyası Ərdoğan 

hökumətinə heç də asan başa gəlməyəcəkdi. Mətbuatın zor hesabına susdurulması da 

əks effekt verirdi. 

    Bu yaxınlarda isə hökumət üzvlərinin xeyli hissəsinin bütünlüklə 

korrupsiyaya sirayətləndiyi aşkar olundu. Xalqın səbr kasasını doldurub daşmağa 

məcbur edən həmin damla hökumətin istefsının daha sərt qaydada tələb olunmasına 

gətirib çıxardı. Artıq Ərdoğanın caduları da köməyə gəlmir, mitinqlərdəki plakatlarda 

yazılan kimi partiynın simvolu olan “ampulanın (elektrik lampasının) partlaması” artıq 

baş vermişdir. Xalq artıq onun etimadına xəyanət edənləri bağışlamaq istəmir, dövləti 




138 

 

səlahiyyətlərdən öz varlanmaları üçün istfadə edənlərlə birdəfəlik vidalaşmağa cəhd 



edir. 

   Lakin onu da qeyd etmək lazımdır ki, Ərdoğanın tədbirləri uzun müddətə 

hesablanıb-hesablanmamasından asılı olmayaraq, elə bir ciddi müqavimətə rast 

gəlinmədən həyata keçirilirdi. Parlamentdə çoxluğa malik olan AKP azlığın 

hüquqlarına məhəl qoymadan, müxalifət partiyalarının ağzını qapamaq kimi biabırçı 

üsuldan, hətta fiziki təzyiqdən istifadə etməkdən də çəkinmirdi. Özünü diktator 

qiyafəsində görən baş nazir Ana Müxalifət partiyasının liderini təhqir etməkdən, ələ 

salmaqdan da çəkinmirdi.  

AKP hökumətinin xarici siyasəti də uğurlar gətirmək əvəzinə iflasa uğrayırdı. 

Liviya, Misir, Suriya hadisələrində Türkiyə hökumətinin atdığı addımlar heç də 

ölkəsinə və xalqına gözlənilən faydanı vermədi. Ərdoğanın ətraf ölkələrdəki hadisələrə 

arbitrlik etmək iddiası çox vaxt sadəlöhv və çaşqınlığa səbəb olan diplomatiyadan 

uzağa getmirdi.  

Elə təsəvvür yarana bilər ki, son on il ərzində Türkiyə səhvlər və uğursuzluqlar 

dənizində üzməkdə davam etmişdir. Bu əslində belə deyildir. Bu dövrdə ölkə böyük 

iqtisadi və sosial inkişaf yolu keçmişdir. Əhalinin maddi  rifahı xeyli yaxşılaşmışdır. 

Təəssüf ki, uğurlar baş gicəllənməsinə səbəb olmuş, cəmiyyətin nəbzinə ümumiyyətlə 

məhəl qoymamaq meyli yaranmışdır. 2013-cü ildə İstanbul şəhərindəki Gezi parkında 

hansısa bir şübhəli obyekti tikmək məqsədilə ağacların kütləvi şəkildə qırılmasına şəhər 

əhalisinin etirazını Ərdoğan öz ləyaqətinə təhqir kimi qiymətləndirərək, narazılığı 

yatırtmaq üçün ən qəddar üsullara əl atdı. Rezin güllələr və bibər qazı işə salındı. O, 

verdiyi vədləri də unudub, axıradək səhv yoldan yayınmadı. Şəhər sakinlərinin 

narazılığına diqqət verilsəydi, bu məsələni sakitliklə yoluna qoymaq olardı. Lakin 

Ərdoğan bunu öz hakimi-mütləqliyinə qarşı bir çağırış kimi qiymətləndirdiyindən, 

xalqın olduqca adi görünən bir tələbini belə rədd etmək mövqeyini tutdu. Yəqin ki, nə 

şəhərin əsasını qoyan Roma imparetoru Konstantin, nə də 1453-ci ildə onu zəbt edən 

Mehmet Fateh ağacları qırmağın prinsipial xarakter daşımadığını əsas götürüb, bu 

hərəkəti etməzdilər. Axı onlar həm də Ərdoğan deyildilər. Konstantin Vizantium 

adlanan qədim şəhərin yerində öz şərəfinə adlandırdığı Konstintinopolu salanda, 

Mehmet Fateh onu ələ keçirəndə, coğrafi mövqeyinə, Bosfor boğazına görə iki qitəni 

birləşdirməklə gələcək İstanbulun qeyri-adi strateji mövqeyə yiyələnəcəyini bəlkə də 

güman etməzdilər. Lakin onlar öz dövlətlərinin mənafeləri üçün bu müdrik və cəsarətli 

addımlarını atmışdılar. Boğazı isə İstanbula Allah və bu şəhəri salan şəxs vermişdi. 

  İki qitəni birləşldirən şəhər indi vahid milləti iki əks qütbə bölmənin 

təşəbbüsçusünə çevrilməməlidir. Ərdoğanın «naziklikdən» uzaq olan siyasəti bu 

parçalanmaya, qarşıdurmaya yol açmışdır. Oradan atılan qığılcım ölkənin başqa 

şəhərlərində də etiraz alovunun yaranmasına səbəb olmuşdur.  

Türkiyə çox sayda dostlara malik olduğu kimi, düşmənlərdən də xali deyildir. 

Düşmənlər onun uğursuzluğuna sevinir, baş verəcək hansısa bir bədbəxtlikdən 

faydalanmaq istəyirlər. Türklər isə qədim tarixə və qalibiyyətli ənənələrə malik olan bir 

xalqdır. Heç şübhəsiz ölkəni bürüyən qarışıqlıq arxada qalacaq, türklər daha xoşbəxt 

gələcək barədə düşünməyə üstünlük verəcəklər. Uğurlu və uğursuz izlər qoyan 

hökumətlər, hakim parityalar gəldi-gedərdir. Xalq isə daimidir, böyük tarixi 



139 

 

yaradandır. Xalq öz səhvlərindən nəticə çıxarıb, populizm çağırışları arxasında 



getməməklə, gələcəyin bakirə səhiflərində öz imzasını atmaq üçün daha ayıqlıqla 

hərəkət edib, ölkənin nüfuzunun bundan sonra da yüksəlməsi yollarını arayacaqdır. 

Qardaş Azərbaycan xalqı da türklərə məhz belə saf arzular bəsləyir. 

     Digər tərəfdən şər əməli çox sayda çıxışlarla, bəlağətli sözlərlə, kiməsə nifrin 

yağdırmaqla ört-basdır etmək çətin məsələdir. Cinayətkarları cəzadan yayındırmaq 

məqsədilə onları ifşa edənləri mənşər ayağına çəkmək cəhdini isə adicə izah etmək də 

mümkün deyildir. Hələ XVIII əsrdə böyük italyan hüquqşünası Çezare Bekkariya 

cəzanın cinayətə müvafiq olması prinsipini irəli sürmüşdü. Ən qədim Hammurabi 

kodeksindən indiyə qədər heç bir hüquqi sənəd yaxud hansısa bir hüqüqşünas cinayəti 

aşkar edənləri cəzalandırmaq kimi ağılsız tədbiri irəli sürməmişdir. Türkiyədə bu 

fantasmaqoriya baş verdikdə xalq məsələyə daha yaxından müdaxilə etməyə başladı və 

xalqın qəzəbi cinayətkarlardan daha çox onlara şərait yaradanları hədəf götürdü. 

    Rusların qəribə bir zərb-məsəli vardır: “Çernoqo kobelə ne otmıtğ dobela”- 

“Qara köpəyi ağarana qədər yumaq olmaz”. Cinayətkarı ictimayi müdafiə obyektinə 

çevirmək çətindir, əldə tutulan oğurluq malı və ya rüşvəti isə inkar etmək tam müşkül 

bir məsələdir. Ona görə də Türkiyədə baş verənlər heç də xırda bir məmurun rüşvət 

alması faktı olmayıb, hökumət üzvlərinin çuğlaşdığı böyük bir qalmaqala çevrilmişdir. 

Qoy bu məsələ elə bir həll yolunu tapsın ki, Türkiyə Respublikası kimi qardaş bir 

dövlətin nüfuzuna o qədər də ciddi xələl gəlməsin. 

  

 525-ci qəzet. 15.03.2014 



 

 

 



 

 

 





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2023
rəhbərliyinə müraciət

    Ana səhifə