Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə3/105
tarix28.12.2016
ölçüsü3,87 Mb.
#3727
1   2   3   4   5   6   7   8   9   ...   105
 

Türkiyə olayları.  Saxta hökm verən hakimlər haradadır? 

 

    “Bəs hakimlər kimdir ?” 

                              A. S. Qriboyedov. “Ağıldan bəla” 

  

 

Türkiyədə bir neçə il ərzində «Ergenekon» və «Balyoz»  adlanan iki geniş 



miqyaslı cinayət işinə çox sayda yüksək rütbəli hərbi zabitlər və məşhur jurnarlistlər 

cəlb edilmişdi. İttihama görə, guya onların hamısı dövlət çevrilişi qəsdində iştirak 

etməklə, dövlətçiliyə və demokratik prinsiplərə böyük təhlükə əmələ gətirmişdilər. 

Yuxarıların tapşırığı və ciddi nəzarəti altında aparılan cinayət işinin istintaqına 

müstəntiqlər ordusu cəlb edilmişdi. Onlar hökumətin «etimadını» böyük canfəşanlıqla 

yerinə yetirib, bütün məsələni terrorizm cəhdi kimi qiymətləndirərək, cinayət işini ağır 

cəza müstəvisinə yönəltdilər. Saxta araşdırma bu «çevriliş hazırlayanları» az qala xalq 

düşməni səviyyəsinə qaldırdı. Müstəntiqlərin və onların rəhbərlərinin aldıqları 




140 

 

göstərişə «sədaqəti», saxtakar hökmlər vermək tapşırığını almış hakimlərin də bu 



məsələ üzrə vəzifələrini xeyli yüngülləşdirdi. 

Müstəntiqlərin saxtakarlığını, biabırçı fəaliyyətini, nə qədər ollmasa da, ört-

basdır edən müəyyən vasitə və şərait də mövcuddur. Bu, cinayət işinin araşdırılmasının 

məxfi qaydada aparılması, onların ictimai nəzarətdən uzaq olması ilə əlaqədardır. 

Məhkəmələrin işinə isə məxfilik haləsi vermək mümkün deyildir. Hakimlərin 

saxtakarlıq etməsini və ya qanunsuzluğa xidmətini gizlətmək olmur. Hakim qanunları 

müdafiə etmək əvəzinə, yalnız onları pozmaq yolu ilə yuxarıdan verilən sifarişi yerinə 

yetirə bilər. Ona görə də bu sifarişin reallaşdırılması üçün dəridən-qabıqdan şıxan 

hakimlər daha iyrənc mənzərənin subyektinə çevrilirlər. Onlar son illərdə ədalətinə 

şübhə bəslənən çox sayda hökmlər çıxarmışlar. Xalqın qızışan hiddəti ilə üzləşən 

hökumət geri çəkilmək yollarını aradıqda, bu vaxt ömürlük həbs cəzasına məhkum 

olunmuşların azadlığa buraxılmasına əl atdı. Bunda məqsəd xalqın qəzəbini 

söndürməkdən başqa bir şey deyildi. Konstitusiya Məhkəməsi bir neçə ağır hökmləri 

ləğv edib. ömurluk məhbusları dustaqxanadan buraxmaq barədə qərar verdi. 

Deməli, göründüyü kimi, Konstitusiya Məhkəməsi də qanunlara deyil, 

hökumətin tapşırığına itaət göstərmiş, guya ədaləti bərpa etməyə girişmişdir. Onda 

sual olunur, üç ilə yaxın bir müddətdə niyə Konstitusiya Məhkəməsi bu biabırçılıqlara 

nəzər yetirmirdi, niyə öz təşəbbüsü ilə kiçikcik bir addımı atmaqdan belə çəkinrmişdi.  

Hökumət qarşısında diz çökmək adətən hüquq-mühafizə orqanlarını iflic 

vəziyyətinə salır. Polis, prokurorluq, istintaq qrupları, hətta bilavasitə dövlətin 

təhlükəsizliyi ilə məşğul olan digər orqan da öz üzərlərinə simfonik orkestrin 

musiqiçiləri rolunu götürərək, hansısa qüdrət sahibinin dirijor çubuğunun işarəsi ilə 

saxtakarlıq kakofoniyasını işə salmaqdan və səsləndirməkdən yayına bilməmişdilər. Bu 

mənbədən qorxu və ya ona heç bir müqavimət göstərilmədən bəslənən itaət əslində 

yüzlərlə səriştəli mütəxəssisi qanun pozuntusu biabırçılığına cəlb etmişdi, bu canlı 

robotlar yuxarıdan verilən komanda altında əslində dövlətə xidəmətdən başqa heç bir 

günahı olmayan adamları (deyəsən hökumət ona deyil, dövlətə, qanunlara xidməti də 

həbs etdirdikləri adamların ən ciddi təqsiri kimi qiymətləndirirmiş) fiziki qaydada 

olmasa da, mənəvi cəhətdən məhv etmək vəzifəsinin icrasına girişmişdilər. Dövlətin 

dayaqlarında məsul vəzifələr tutan adamlar quzu vəziyyətinə salınıb, səlahiyyətlərini 

iti canavar dişinə çevirən hüquq-mühvafizə orqanlarının hücumuna məruz qalmış, 

özlərinin mühafizəsiz olduqları qənaətinə gəlmiş, qanunların müdafiəsinə bəslədikləri 

ümidlərini də itirmişdilər.  

Nüfuzlu generallara – türk Paşalarına  mənəvi iztirab vermək, onları alçaltmaq 

ölkədə ən böyük fayda gətirən bir məşğuliyyətə çevrilmişdi. Bəzi qüdrətli vəzifəlilər 

yüksək hərbi rütbə sahiblərinə qarşı allergiya hiss etdiklərindən, onlara mənəvi zədə 

vurmağı başlıca fəaliyyət məqsədinə çevirmişdilər. Otuz il əvvəl baş verən dövlət 

çevrilişinə rəhbərlik etmiş və sonra yeddi il ərzində ölkə prezidenti olmuş, həmin 

dövrdə demokratik islahatlara yol açmaqla dövlət rəhbərliyindən getmiş, nüfuzlu 

general Kenan Evren də istintaqın qarşısında dayanmağa cəlb edilmişdi.1980-ci ildə baş 

verən və Evrenin başçılıq etdii dövlət çevrilişi 20 il əvvəlki kimi repressiyasız 

keçinməmiş, hakimiyyətə gələn hərbçilər kütləvi həbslərə başlamış,  bu vaxt 

haqsızlıqlar daşqını baş vermişdi. İnqilab qanla qidalandığı kimi, dövlət çevrilişi maşını 



141 

 

da əks qüvvələri təqib etmək yanacağı olmadan hərəkət edə bilmir, çünki onu meydana 



gətirən səbəblər və anarxianı cilovlamaq sahəsindəki vəzifələr repressiyadan başqa bir 

alternativ tanımır. Çevrilişdən sonra baş verən haqsızlıqlar tam vacib tədbirlərlə 

birlikdə onun məntiqi davamı rolunu oynayır. 

AKP hökuməti isə heç bir fövqəladə vəziyyət meydana gəlmədən, ona qarşı 

hansısa ciddi təhlükə olmadan, bütünlükdə buna zərurət hiss edilmədən, yalnız 

hakimiyyət kürsüsündə özünü daha rahat hiss etmək, əl-qolunu daha geniş açmaq 

üçün repressiyalara əl atdı. Son dövlət çevrilişinin presendentinin mümkün təkrarının 

qarşısını almaq məqsədini güdsə də, əslində bu, hökumətin, həyatın bütün sahələrini 

inhisara götürmık cəhdindən başqa bir şey deyildi. Bu vaxt hər cür yalan köməyə 

gəlirdi. Yaxşı məlumdur ki, siyasətçi çox hallarda yalansız ötüşmür, yalan apofeozu isə 

olduqca ağır haqq verməyi tələb edir. Hökumət öz səbatsızlığına görə istənilən 

potensial qüvvəni özünə təhlükə hiss etdiyindən, onların hamısını düşmən istehkamı 

kimi hədəfə götürürdü. 

İstintaqın işi cəza tətbiq etmək məqsədini reallaşdırdıqdan sonra, burada ən 

yararlı vasitə saxtakarlıq ola blilərdi, cinayət işi məhkəmələrə təhvil verildikdə, 

hakimlərin ilkin istintaqın cızdığı dairədən kənara çıxacağına heç bir ümid qalmırdı. 

Məhkəmələr hökmünü verərkən çox hallarda nə qanuna, nə ədalətə məhəl qoymurdu, 

istintaqın gəldiyi nəticəni guya araşdırıb təsdiqləməklə, başlıca mənbədən gələn və heç 

bir düzəlişə uğramayan cəza ölçüsünü ştamplamaqla öz vəzifəsini yerinə yetirmiş 

olurdu. Türkiyə məhkəmə sistemi özünün müstəqil olması barədə artıq heç bir iddia 

irəli sürə bilməzdi, hökumətdən asılılıq ölkənin məhkəmə sistemini ağır xəstə 

vəziyyətinə salmış, onu ədaləti və qanunları az qala tapdalayan bir orqana çevirmişdi. 

Belə olan halda, əlbəttə ki, ədalətdən söhbət gedə bilməzdi, çünki hökumətə sədaqət 

göstərmək, qanunlara hörmət etmək və onlara riayət etməkdən çox-çox yuxarıda 

dururdu. Heç vaxt belə olmamışdı ki, bu qədər az sayda hakimiyyət pərəstişkarları bir 

belə çox sayda insanlara bu qədər ağır zərbə vursunlar. Belə vəziyyətdə, məhz bu 

səbəbə görə Turkiyə demokratik respublikadan daha çox totalitar cəmiyyəti 

xatırladırdı. 

Türkiyədə «Ergenekon» və «Balyoz» əməliyyatları miniatür qaydada, çünki 

müqayisəli şəkildə götürdükdə miqyas xeyli kiçik və məhdud ölçülü idi, 1937-38-ci 

illərdəki SSRİ-dəki mənzərəni xatırladırdı. SSRİ-də həmin dövrdə ordunun yüksək 

rütbəli zabitlərinin 70 faizi repressiyaya məruz qalmışdı. Türkiyədə də bədbəxtlikdən 

özünün Vışinskiləri və Ulrixləri meydana gəlmişdi. Görən xalq ayağa qalxmasaydı, türk 

generallarının bir hissəsi bütün qalan ömürlərini məhbəsdə keçirməli olacaqdılarmı? 

Onların müqəddəs xidmətlərindən – ordudan uzaqlaşdırılması məgər AKP-yə əbədi 

hökmranlıq çələngi bəxş edəcəkdimi? Xeyli sayda general və jurnalist artıq azadlığa 

buraxılmışdır və bu həmin adamların terrorda iştirakı barədə ittihamların büsbutun 

saxta olduğunu göstərir. Lakin onlara vurulan mənəvi yara bəlkə də heç vaxt 

sağalmayacaqdır. İspan linkvizisiyası istintaqa cəlb edilənləri alçaltmaq üçün onların 

başlarına konusu andıran uzun papaq geyindirirdi ki, onun altında həmin adam daha 

kiçik, daha cılız və fağır görünsün. Türkiyədə isə dövlət təbliğat maşını ittiham 

olunanları, həbs olunanları biabırçılıq dirəyinə mismarlayırdı.  




142 

 

Kimi təqib etmək lazım olsa, ona «Ergenekon»da və «Balyoz»da iştirak damğası 



vurulurdu. Bu damğa istənilən ən ləyaqətli vətəndaşı da ən azı mənəvi cəhətdən əlilə, 

zəlilə çevirmək üçün kifayət idi. Yaxşı məlumdur ki, müstəqil informasiya kütləvi 

təbliğata uduzur. Dövlət bu təbliğatı siyasətinin xidmətçisinə çevirdikdə isə bütöv xalq 

kütləsi beyinlərin yuyulmasının qurbanına çevrilir. Ona görə də çoxları bu kütləvi 

ittihamlara şübhə ilə yanaşmırdı, onları elan edilən kimi də həzm edirdi. Zamanın 

sirrini anlamaq üçün bu hadisə heç də az köməyə gəlmir, axı belə əllaməliklər rəngi, 

zövqü və iyi də dəyişir.  

Saxta cinayət işlərini tərtib edən mustəntiqlər sərbəst olmadıqlarından, daim 

təzyiq altında olduqlarından, onların təqsirinə haqq qazandırmaq mümkün olmasa da, 

müəyyən bir izah tapmaq olar. Bəs saxta, kiminsə tapşırığı ilə hökm çıxaran 

məhkəmələr, hakimlər necə olsun? Axı demokratik dövlətlərdə məhkəmə hakimiyyətin 

üç müstəqil qanadından biridir. Bu müstəqillik qanunlardan, ədalətdən başqa heç bir 

qüvvəyə tabe olmamaq, istinəlin hədələr qarşısında da öz mövqeyini qoruyub 

saxlamaq mənasını verir. Hakim saxta hökmə imza atdıqda Faust kimi öz ruhunu, 

vicdanını da satmış olur. Elələrindən insanlara, cəmiyyətə böyük ziyan dəyə bilər.  

Məhkəmələr dövlətin hüquq sisteminin nə vəziyyətdə olduğunu nümayiş 

etdirən guzgüdür. Əgər onlar tapşırıq əsasında işləyirlərsə, qanuna yad bir cisim kimi, 

faydası olmayan ehkam kimi baxırlarsa, deməli, insanların taleyi qanunlara deyil, 

kiminsə iradəsinə tabe edilmişdir. Məhkəmələrdə hakimlərin fəaliyyətindəki sui-

istifadələr dövlətdə qanunların aliliyinin bütünlüklə pozulmasından, cəmiyyətin 

xəstəliyə məruz qalmasından xəbər verir. Cəmiyyətə xəstəlik virusu yayanlara isə gec 

də olsa, müqavimət göstərilməyə başlanır, bu müqavimət isə birinci növbədə xalqdan 

gəlir. 

Qanunla idarə edilən dövlətlərdə hakimlərin təkcə qanun pozuntuları deyil, 

hətta səhvləri də ciddi surətdə qiymətləndirilir, onların da cavabdehliyi hökmən yada 

salınır. Hələ bizim eradan əvvəl XVIII əsrdə meydan gələn Hammurabi kodeksinin 

fəaliyyət göstərdiyi Köhnə Babilistanda məhkəmə hakimləri saxtakarlığa görə cəzadan 

yayına bilməzdi.  Hakim məhkəmə prosesini qurtarıb verilən qərarı möhürlə təsdiq 

etdikdən sonra dəyişsə, iddianın 12 misli həcmində pul məbləği ödəməli və bir daha 

hakimliyə qayıtmamalı idi. Hakimin proses vaxtı və onun sonunda saxtkarlığa əl 

atması isə heç ağıla da gələ bilməzdi. Türkiyədə isə saxta hökmlərə imza atan hakimlər 

nə cərimə verir, nə də mühakimə etmək səlahiyyətlərindən uzaqlaşdırılırlar. 

Hammurabi qanununda deyilirdi ki, «Əgər oğul atanı vursa, onun barmaqları 

kəsilməlidir». Saxtakarlığa əl atan müasir hakimlər qanun adlanan ataya əl qaldıran 

oğulu yada salırlar. Bu qədim qanun qüvvədə olsaydı, onda çox sayda hakimin 

əllərində barmaqlar yoxa çıxardı.  

Bizim eradan əvvəl 522-ci ildə Persiyada hakimiyyətə gələn Dara ölkəni idarə 

etdiyi 36 il ərzində digər iri miqyaslı işləri ilə yanaşı, qanunlara riayət olunmasına da 

ciddi nəzarət etməsinə görə hörmətlə xatırlanır.. Qanunu kobud surətdə pozan 

hakimlərlə çar olduqca qəddarcasına davranırdı, onların diri-diri dərisi soyulur və bu 

dəri öz kolleqalarını qorxutmaq üçün  hakim kürsülərinin üzünə çəkilirdi. 

Heç kəs hakimlərin dərisinin soyulmasını tələb etmir, ancaq saxta hökmlər verən 

hakimlər heç də cəzasız qalmamalıdırlar. Günahsız insanların başı üzərində qılınc 



143 

 

oynadanlar hökmən hansısa bir zərbəyə məruz qalmalıdır. Axı cəmiyyətin onlara qarşı 



bəslədiyi intiqam hissi əsaslı olduğundan, öz məmnunluğunu tapmalıdır.  

Siyasətdəki iri uğursuzluq ən azı həmin adama lənət hissləri qazandırır. Bəs 

hakimlər niyə öz uğursuzluğuna görə yox, birbaşa sui-istifadəsinə görə layiq olduğu 

cəzanı almasınlar. Keçmiş səhvləri düzəltmək üçün deyil, gələcəkdə belə səhvlərə qarşı 

möhkəm immunitet yaratmaq üçün cəza silahını gəzdirənlər, öz təqsirlərinə görə məhz 

həmin silahın zərbəsini dadmalıdırlar. 

«Ergenekon» və «Balyoz» əməliyyatları axırıncının hərfi mənasını verdiyi gürz 

kimi AKP hakimiyyətinə təhlükə törədəcəyi güman edilən qüvvələrə məhvedici zərbə 

vurmaq üçün düşünülmüş və işə salınmışdı. Lakin onu layihələşdirənlərin və biabırçı 

qaydada həyata keçirənlərin ağlına gəlməzdi ki, bu gürz zərbəsi bir gün bumeranq kimi 

xalqın qəzəbi şəklində onu işə salanların başında sınanacaqdır və onları gözləmədikləri 

ağır təhlükələrə məruz qoyacaqdır. Ağılsız hərəkəti başlamaq asandır, onu başa 

çatdırmaq, zəfərə çevirmək isə olduqca çətin məsələdir. 

2014-cü il 

 

 

 



 

 

 



Könül loğmanlarına qarşı ehtiyatlı olaq 

 

Ədəbiyyat, onun şifahi və yazılı nümunələri, kiçik istisnalar nəzərə alınmasa, 



daim xalqın mənəvi zənginliyinə və əxlaqi təmizliyinə xidmət etmiş, adamların gözəllik 

axtarışında olan könlünü oxşamışdır. Ona görə də ədəbi əsərlər zamanın təsirinə məruz 

qalsa da, söz əsasən öz bəkarətini, saflığını qoruyub saxlayır, ötüb keçən vaxta tabe 

olmur, məhv olmur, nəsildən-nəslə keçir, öz əbədi təyinatını yerinə yetirməkdə davam 

edir. Məhz buna görədir ki, onların yaradıcıları daim xüsusi ehtiram sahibliyinə 

yiyələnirlər. İnsan şüruna və qəlbinə təsir edən sözlərin nəinki müəllifləri, hətta sadəcə 

onu dinləyicilərə çatdıranlar belə, xalqın məhəbbəti ilə əhatə olunurdular. Sözün qeyri-

adi qüdrəti, ən kəsərli silah olması, ən güclü orlduları da məğlubiyyətə uğratmaq 

bacarığı ilə yanaşı ona xüsusi münasibət bəslənməsinin bu da bir sübutudur. Vaxtilə 

xalq şənliklərində azərbaycanlı aşıqlara, qırğız manasçılarına səhərədək yorulmadan 

qulaq asırdılar, onlara yaradıcı sənət adamları kimi diqqət göstərilir, hər cür maddi 

yardım edilirdi. Əfsanəvi qədim yunan şairi Homer də aed-müğənni olmuşdu,  bu dahi 

bəşəriyyətə «İliada» və «Odisseya» kimi ədəbi incilər bəxş etmişdi.  

Yazılı ədəbiyyatın nümayəndələri isə xalqın, millətin qeyri-adi ruhi qüdrətə 

mailk olan  şəxsiyyətlərinə çevrilirdilər. Onların ətrafında bir qayda olaraq əlçatmazlıq 

haləsi meydana gəlirdi. Ona görə də bəzi yazıçılar, daha çox şifahi ədəbiyyat ruhunda 

tərbiyə almış xalqlarda isə şairlər az qala bütlərə çevrilirdi, onlara xüsusi qaydada olan 

pərəstiş forması yaranırdı. Dahi yazıçılar xalqın iftixar mənbəyinə, nadir milli sərvət 

kimi onun simvollarına çevrilirdilər.  



144 

 

Öz sözünün qüdrətinə və onun dünyada necə yayılmasının şahidi olduğuna 



güvənən bəzi yazıçılar, məsələn Lev Nikolayeviç Tolstoy özünü yeni peyğəmbər hesab 

etməklə, xristian kilsəsinə qarşı qiyam qaldırırdı. Kolumbiya yazıçısı, Nobel mükafatı 

laureatı Qabriel Qarsia Markes sözdə yeni ifadə üslubuna görə dünyanın hər 

tərəfindəki oxucuları üçün az qala şaman təsirinə yiyələnmişdi. Bir vaxtlar Erix Mariya 

Remarkın, Ernest Heminqueyin əsərlərinin meydana çıxması diqqətlə izlənən kimi, 

Çingiz Aytmatovun da əsərləri çapdan çıxan kimi böyük bir ölkədə mühüm ədəbi 

hadisəyə çevrilirdi. Oxucular arasında onları oxumaq həvəsi meşə yanğınının şiddətini 

andırırdı, yeni yazıları dərc edən «Novıy Mir» jurnalı isə ən sevilən məcmuəyə 

çevrilmişdi.  

Şairlərin, yazıçıların kilsə və ya dövlət hakimiyyəti tərəfindən lənətləndirilməsi, 

autodafesi əslində əks effekt verirdi, çünki belə münasibətin özü də onların şöhrətinin 

daha da böyüməsinə şərait yaradırdı. Çünki xalq qələm sahiblərini birinci növbədə 

özünün ali hisslərinin, düşüncələrinin ifadəçisi hesab edirdi. Məgər çar I Nikolayın 

A.S.Puşkini təqib etməsi, Fransa imperatoru III Napoleonun Viktor Hüqonu İngiltərəyə 

məxsus Gernsi və Cersi adalarına sürgünə yollanmağa məcbur etməsi, yaxud Cəlil 

Məmmədquluzadənin hətta öz yerliləri tərəfindən ostrakizmə məruz qoyulması, bu 

dahilərin populyarlığının daha da yüksəlməsinə, onların yaradıcılığında yeni, daha 

mühüm mərhələnin yaranmasına səbəb olmurdumu?  

Həqiqi qələm sahibləri, ədəbi yükü çəkənlər, əlbəttə, bura arabaya yandan 

qoşulmuş çox saydakı atları aid etmək olmaz, öz aləmlərində əslində qu quşu 

timsallıdırlar, bu gözəllik simvollarına qıymaq, onlara güllə atmaq cinayətdən də betər 

bir əməldir. Söz sahibi də fiziki mənada bir isan kimi başqalarından fərqlənmədiyindən, 

onları cəzalandırmaq, ehtiyaca, məhrumiyyətlərə məruz qoymaq olar, insanlıq 

baxımından bu da qəddarlıq hesab olunmalıdır, ancaq onun yaratdıqları həqiqi bədii 

dəyərdən, böyük təsir gücündən xəbər verirsə, onrları məhv etmək mümkün deyildir. 

İmadəddin Nəsimini 1417-ci ildə edam etdilərsə, fransız şairi Fransua Vionu (XV əsr) 

öldürdülərsə, rus yazıçısı Fyodor Mixayloviç Dostoyevskini ölüm cəzasına məhkum 

edib, sonra onu katorqa cəzası ilə əvəz etdilərsə, ispan şairi Fredirik Qarsia Lorkanı 

1936-cı ildə faşistlər güllələdilərsə, ancaq onların ideyalarının boynunu vura bilmədilər, 

əsərlərini məhv etmək isə müşkül bir işə çevrildi.  

Ədibin yazısı, əlyazması bir qayda olaraq yanmır, hətta onu yandırmaq 

mümkün olduqda belə, külü, təsiri əsrlər boyu qalmaqda, yaşamaqda davam edir.  

İndi bəzilərinin anafema qaydasında xatırladıqları sovet hakimiyyəti dövründə 

yazıçılar xüsusi qayğı ilə əhatə olunurdular, təkcə şairlərə hər sətrə görə yüksək 

qonorar verilməsi ilə yanaşı həmçinin yaradıcı ziyalıların fəxri adlara, imtiyazlara sahib 

olmaları deyil, onların hətta ayrıca «kübar» silkinə mənsubluğu addımbaşı 

vurğulanırdı. Quruluş qarşısında daha böyük xidmət göstərənlər ali qanunvericilik 

orqanlarında təmsil olunmaq, yaxud da akademik təyin olunmaq qaydasında 

mükafatlanırdılar. Belə generallar akademik zərli paqonunu daşımaqdan savayı, elmə 

heç nə vermirdilər. SSRİ-də yeni konstutiyaya görə (bu, «Stalin konstitusiyası» 

adlanırdı) ölkə vətəndaşları qanunvericilik hakimiyyətinə seçib, seçilmək hüququ 

qazandılar. Görkəmli xidmət sahibləri hesab edilən yazıçılar elə ilk gündən özlərinin 

fiziki ölümlərinə qədər mərkəzi və ya respublika Ali Sovetlərinin deputatı seçilmək 



145 

 

şərəfinə yiyələndilər. Bir sözlə, yaradıcı ziyalılar süfrə üzərindəki piroqun xeyli 



hissəsini yeyib həzm etməklə öyünə bilərdilər. Onlara xüsusi diqqət verilirdi, hətta 

bəziləri təəccüblü qaydada əzizlənirdi.  

   Lakin belə imtiyazların bölgüsü çoxlarını razı salmadığından yazıçılar arasında 

dedi-qodu, giley-güzar, paxıllıq, bir-birinə qarşı ittihamlar irəli sürmək heç də nadir hal 

hesab olunmurdu. Ancaq bunların hamısı gildiya, sex daxilində baş verirdi, ümumi 

ictimai müzakirəyə çıxarılmırdı, sirr dumanına bürünürdü. Ona görə də ədəbiyyat 

aləminin qüsurları, hətta çuğulçuluqdan xəbər verən eybəcərlikləri örtülü qalırdı, 

Pandora yeşiyinin qapağını açmağa heç kəsə icazə verilmirdi. Yazıçılar iclas vaxtı bir-

birlərinə əl qaldırsalar da, bu, hətta faciə ilə yekunlaşsa da, belə biabırçı hadisə dövlət 

sirrinə çevrilib, əhalidən gizlədilirdi. Yazıçılar İttifaqı kənar gözlərdən qorunurdu, onun 

sərhədini heç quş da uçub keçə bilmirdi. Yazıçıların irili-xırdalı bütün münaqişələri 

dövlət orqanlarında (əslində partiyanın mərkəzi aparatında) müzakirə edilib, qərar 

qəbul edilirdi. Heç  kəsin həmin qərardan şikayət hüququ olmadığından hökm 

qüvvəyə mindikdən sonra dəyişikliyə məruz qalmırdı.  

Bu gün hamının şəninə təriflər söylədiyi demokratiyanın mühüm qaydalarından 

biri dünənə qədər müqəddəs hesab edilən bütlərin dağıdılması, uçurulmasıdır. Buna 

elə bir böyük qüvvə də tətbiq etməyə ehtiyac yoxdur. Ədəbiyyat səmasında yeni 

pərvazlanmağa başlayanlar bu şəraitdən istifadə edib, köhnə «peyğəmbərlərə» qarşı 

qiyam qaldırırlar, üstündə onların qərar tutduqları pyedestalı uçurmaq üçün həmin 

şəxslərin tərcümeyi-hallarına, yaradıcılıqlarına yenidən, özü də mikroskop altında 

nəzər yetirirlər, həm də ən nizamlı yerdə belə «broun hərəkəti» tapmağa girişirlər. 

İstənilən böyük şəxsiyyətlərdə olduğu kimi, görkəmli qələm sahiblərinin də 

həyatında, yaradıcılığında bol tərif üçün əsaslar tapıldığı tək, kəskin tənqid üçün də 

səbəblər, qara ləkələr aşkar etmək o qədər də çətin olmur. Dövrün, mühitin, quruluşun 

tərənnümçüləri və onların vəsf obyektləri əsl lənət hədəflərinə çevrilirlər. Bir ədəbiyyat 

adamı kimi onların böyük nüfuza sahib olmalarının özü kölgə altına salınır, vaxtilə inci 

hesab edilən əsərlər mahiyyətləri ucbatından qamçılanmağa məruz qalır. Qədim 

yəhudilərdə Allah qanununa, Tövratın prinsiplərinə əməl etməyənlər öküzdən, 

eşşəkdən pis hesab edildiklərindən, onlar dəri qamçı ilə vurulmaqla cəzalandırılırdılar. 

Bu cəza ancaq gunahı olanlara tətbiq edilirdi. Gənc ədəbi qüvvələr də Molla 

Nəsrəddinin öz adını daşıyan jurnalın üz qabığındakı obrazının ənənələrinə müvafiq 

olaraq keçmişin nümayəndələrinə qarşı falaqqa sitemini bərpa etmək istəyirlər. Yeni 

meydana çıxan tənqidçilər – qiyamçılar heç bir cəhətə güzəştə getmədən keçmiş 

bütlərlə belə sərt qaydada davranırlar, onlar çox vaxt həqiqətə söykənsələr də, özlərinin 

belə münasibəti ilə ədəbiyyat tariximizin güclü bir seqmentinin üzərindən yoğun xətt 

çəkmək istəyirlər. Bu əsərlərin nöqsanlarına, qüsurlarına baxmayaraq, onların tamamilə 

məhv olmasını israr etməklə, bir növ amansızlıq nümayiş etdirirlər. Bu mümkün 

olmasa, onları oxucu kütləsinin gözündən salmaq üçün süni həyat verməklə, guya 

ölümünün qarşısı alınan ümidsiz xəstələr kimi koma vəziyyətində saxlamaq istəyirlər.  

Fəlsəfənin dialektik qanunlarına görə, hər bir yenilik köhnəni inkar etməklə, 

fərqli əsasda yüksəlir, buğda bitkisinin gövdəsi toxumu, sünbül isə gövdəni inkar edir. 

Hətta oğul da atanı inkar etməklə, yeni keyfiyyətdə böyüyür, tam başqa adama çevrilir. 

Ona görə də gənc ədəbi nəslin bir hissəsinin keçmişə tənqidi münasibətinə qeyri-adi bir 



146 

 

hal kimi baxmaq da düzgün deyildir. Onlardan əvvəlki iki-üç nəsil tam başqa mühitdə 



formalaşmış, tərbiyə olunmuşdu, güclü ideoloji və həm də şiddətli psixoloji təsirə (oxu: 

qorxuya)  məruz qalmışdı.  Digər tərəfdən həmin nəsillər dünyadan bir qədər təcrid 

olunmuş şəkildə yaşamışdı, əslində öz şirəsində bişmişdi. Müasir nəsil isə qloballaşma, 

dünyanın böyük bir kəndə çevrilməsi, internetin hörümçək torunun Zevs qüdrətinə 

yiyələnməsi hesabına hər bir hadisəyə kor bucaq altında, geniş pəncərədən baxmaq 

imkanına malikdir. Onun müqayisə etmək, təsnifləşdirmək, dəyərlər şkalasına yenidən 

baxmaq xüsusiyyəti meydana gəlmişdir. Keçən əsrin 50-ci–60-cı illərindəki milli 

ziyalılarımızın bir çoxu dünya ədəbiyyatı nümunələri ilə yaxından tanış olmadığından, 

ümumi hay-küy altında miyanə bir şairi asanlıqla dahi adlandırırdı və onu dünyadakı 

nadir istedad sahibi kimi qiymətləndirirdi. İndi həmin şairin əsərlərini nimdaş paltar 

kimi lap ucuz qiymətə də, hətta alverçi qaydasında gənclərə «sırımaq» mümkün olmur.  

Ona görə də gənc qələm sahiblərinin tənqidi qeydlərinin hamısına iftira, böhtan 

kimi baxmaq, onlara göz yummaq və ya məhəl qoymamaq mahiyyət etibarilə yeni 

dalğanı qəbul etməmək mövqeyindən qidalanır. Axı onlar köhnələrin malik olduğu heç 

bir qayğı ilə əhatə olunmamışlar, ayrılan kiçik məbləğdəki maddi yardım da heç də 

narazı olanlara çatmır. Onları belə bir vəziyyət hiddətləndirir ki, özləri üçün nəzərdə 

tutduqları ov yerlərini hələ də məhsuldarlıq barədə artıq taqətdən düşmüş qoca şirlər 

zəbt etməkdə davam edirlər. Deməli, narazılıq üçün başqalarının hiss etmədikləri 

əsaslar da vardır. Lakin ümumən gəncliyə məxsus olan bir xüsusiyyət – həssaslıq, hər 

bir ictimai hadisəyə kimyəvi reagent qaydasında birbaşa münasibət bildirmək heç də 

onların xeyrinə işləmir. Təəssüf ki, çox hallarda onların bəziləri ölçü hissini gözləmir, 

ifrata varır, rəngləri daha da tündləşdirməyə can atır. Bunun məntiqi nəticəsi kimi onlar 

keçmişi, özlərindən əvvəlki nəsli saf-çürük etmədən inkara məruz qoymaq 

mövqeyindən çıxış edirlər.  

   Qatı tənqidçilər üçün birinci hədəf, əlbəttə ki, Yazıçılar Birliyidir. Bu təşkilatı 

onlar sovet quruluşunun mirası hesab etməklə özlərini qızışdırmaq üçün əlverişli 

səbəb, bəhanə əldə edirlər. Bu mülahizəni inkar etmək də düzgün olmazdı, lakin 

yazıçıları birləşdirən belə qurumun tarixdə daha qədim prototipi vardır. Höte özünün 

«Qərb-Şərq divanı» əsərində Qəznəvi dövlətinin qüdrətli hökmdarı Mahmud 

Qəznəvinin dövründə (XI əsrin üç başlanğıc onilliyi) onun sarayında Ünsürinin 

başçılığı altında şairlərlə iş aparan institutun mövcud olduğunu qeyd edir. Ünsüri şahın 

adından şairlərə hansısa bir əsəri yazmaq barədə haqqı ödənilmək şərti ilə sifarişlər 

verirdi. Firdovsiyə də «Şahnamə»ni yazmaq barədə belə sifarişi məhz o vermişdi.  

Sovet İttifaqında isə mərkəzi və yerli Yazıçılar İttifaqları, digər yaradıcılıq 

ittifaqları kimi himayəsində olan ədəbiyyat aləminin işlərini idarə edən dövlət orqanı 

kimi fəaliyyət göstərirdi. Baxmayaraq ki, formal olaraq o ictimai təşkilat hesab 

olunurdu. Yazıçıların əsərlərinin nəşri, bundan asılı olaraq maddi vəziyyətləri, 

təltiflərlə, fəxri adlarla mükafatlandırılması çox hallarda Yazıçılar İttifaqının öz üzvünə 

göstərdliyi münasibətdən asılı olurdu. Təltiflər, fəxri adlar isə böyük tirajla nəşrlərə yol 

açırdı. İndiki Yazıçılar Birliyini öz çox imkanlı sələfi ilə müqayisə etmək də 

ədalətsizlikdir. Yazıçılar Birliyi öz valideyninin səlahiyyətlərinin çox hissəsini 

itirmişdir. Ona görə də varlı atanın yoxsullaşmış oğlunu xatırladır.  




147 

 

Gənc qələm sahibləri və onlara qoşulan bəzi yazıçılar Birliyə çox sayda, lakin 



nəticəsi hiss olunmayan həmlələlr edirlər. Ən başlıcası isə öz mətbuat orqanında onları 

biabır edən yazılar dərc edir, diffamasiyadan geniş istifadə edirlər. Lakin bir məsəlini 

unudurlar ki, indiki Birlik keçmiş İttifaqla müqayisədə kabusa bənzər mövcudluğa 

malikdir. Onların yaradıcılıq prosesinə, ən başlıcası isə yaradıcı insanların taleyinə təsir 

göstərmək imkanları çox hallarda sıfıra bərabərdir. Bunun nəticəsidir ki, son üç 

onillikdə milli iftixar mənbəyi hesab edilə bilən ədəbi əsərlər meydana gəlməmişdir, 

əslində bunu müəyyən etmək üçün dəqiq meyar da mövcud deyildir. Həmin dövrdə 

isə Türkiyədə Orxan Pamuk fenomeni, ilk Nobel mükafatı laueratı meydana gəlmiışdir. 

Bəzi tarixi məsələlərə münasibətdə tutduğu mövqeyə görə Orxan Pamuka vətənində 

birmənalı yanaşılmasa da, onun romanları dünya oxucusu tərəfindən dəbdəbəli 

ziyafətə dəvət kimi qəbul edilir.  

Bizim ölkəmizdə isə ədəbiyyat sadəcə olaraq əvvəllər malik olduğu təsir gücünü 

itirmişdir. Bu halı bütövlükdə durğunluq, staqnasiya adlandırmaq da düzgün olmazdı, 

ədəbiyyat yaşayır, bəhrə verir, ədəbi istehsal keyfiyyət göstəricisindən asılı olmayaraq 

öz fəaliyyətini heç də dayandırmır. 

    Narazı qrup sakit bir limanda sığınacaq tapmadığından, dalğaların ixtiyarına 

buraxılmış «uçan hollandları» yada salırlar. Onlar isə rahat üzən gəmilər üçün ciddi 

təhlükə mənbəyi hesab edilir. Həmin qrup alternativ bir qurum da yaratdı, lakin 

hökumətin himayəsindən uzaq olan bu institut gur fəaliyyəti ilə özünü təqdim etməyi 

bacarmadı. Qrupun üzvləri Birliyin tənqidi ilə kifayətlənməyib, öz hücumlarını 

şəxsiyyətlər üzərinə keçirmək yolundan da imtina etmirlər və söz raketlərini əsasən 

Yazıçılar Birliyinin sədri Anarın üzərinə tuşlayırlar, onun bu vəzifədəki fəaliyyəti ilə 

yanaşı, yaradıcılığına da kölgə salmağa çalışırlar. Yazıçılar Birliyi əvvəlki qüdrətinə və 

gücünə malik olmadığına görə onun sədri də hətta ətalət qaydasında belə öz 

“əzələlərini” nümayiş etdirmək iqtidarında deyildir. Bir ittiham isə həqiqətə uyğundur 

ki, son illərdə bu birliyin tərkibinə az sayda istedadlı adamlarla yanaşı, yüzlərlə həmin 

təşkilatın üzvlüyü üçün vacib sayılan xüsusiyyətdən tam xali olan adamlar daxil 

olmuşlar. Görünür, yazıçı adlanmağın “dadı” hələ də ağızlardan getməmişdir. Digər 

tərəfdən, Birlik əslində vəzifə ahıllarının inhisarında qalmaqda davam edir. Onlar 

qədim yunan miflərindəki allahlar kimi görünür əbədi gəncliyə yiyələnmişlər.   

   

 Bütövlükdə götürüldükdə isə tənqid bəzi hallarda çevrəsindən çıxıb,  alçaldıcı 



ifadələrlə, həqarətli sözlərlə əvəz olunur. Bu təsadüfi hal xarakteri daşısaydı, onu 

insanlığa xas olan sadəlövhlüyün əlaməti saymaq və buna görə belə «şıltaqlığı» 

bağışlamaq da olardı. Böyük çex alimi və din islahatçısı Yan Hus 1415-ci ildə katolik 

kilsəsi məclisinin qərarı ilə ölüm hökmünə məhkum edilib, Konstansada yandırılarkən, 

onun ayağının altında alovlanan tonqala beli bükülmüş bir qarının çırpı gətirib atdığını 

gördükdə hiddətlənmədən, ancaq təəccüb içərisində demişdi: «O, sancta simplicitas!» - 

«Ey müqəddəs sadəlövhlük!»  İndi də bəziləri bəlkə də bu tənqid dalğasına öz 

sadəlöhvlüyünə görə qoşulmuşdur, başqa səhv fikirlərə şərik çıxmışdır. Bu hərəkatın 

həqiqi generatorları isə bəzən öz qəzəblərini o qədər də məqbul sayılmayan vasitələrlə 

söndürmək yolunu tuturlar. Axı onların başqa təsir vasitələri də yoxldur, əlacsızlıq 




148 

 

daha sərt üsulları seçməyə vadar edir. Qəzəb, hiddət, kin hədd tanımayanda isə 



loyallıq, insana rəğbət hissləri də bütünlüklə sıradan çıxır.  

Ən təəssüf doğuran cəhət isə orasındadır ki, Anarın öz vəzifə səlahiyyətlərini 

necə yerinə yetirməsi çox vaxt kənara atılaraq, yaradıcılığı üzərinə qara bulud 

yayılmsına cəhdlər göstərilir. Əlbəttə, Anar özünün etiraf etdiyi kimi, dünyanın dahi 

yazıçılarının seçmə siyahısına daxil olmaq fikrindən çox uzaqdır. Digər  tərəfdən, onun 

yaradıcılığı ümumən ümumbəşəri dəyərlərə həsr olunmuş mühüm mövzular 

arealından bir qədər  kənardadılr. Anarın nəsri əsasən məişət mövzularına həsr 

olunmuşdur və bu formatda onun yüksək zirvələr fəth etməsini də inkar etmək 

mümkün deyildir. Ümumiyyətlə, inkar, aqnostitizm dərin təhlilə əsaslanmır. Buna əl 

atanlar öz mülahizələrini axırıncı mərhələnin həqiqəti kimi qələmə verməyə can atırlar. 

Təəssüf ki, özünəvurğunluq, «dahilik» eşqinə düşmək, çox vaxt başqalarının uğuruna 

qərəzli şəkildə göz yummağa gətirib çıxarır. Anarın əsərlərini bəyənməyənlər ola bilər, 

lakin bu qəbul etməmənin özü heç də nifrət səviyyəsinə gəlib çıxmamalıdır. Nifrət 

həmişə kor olur. Bu fikri irəli sürən Oskar Uayld əks hiss haqqında hiperbola 

qaydasında onu da əlavə etmişdi ki, «Məhəbbət isə ən uzaq ulduzlarda yazılanları da 

oxuya bilir». 

Kimlərəsə hansısa əsərə və ya yazıçıya məhəbbət bəsləməyi aşılamağın özü də 

ağılsızlıqdır. Lakin həmin adamlara bircə şeyi məsləhət görərdim ki, yalnız nifrətin 

şiddətini azaltsınlar. Dənizi durğun sulu gölməçə kimi qələmə vermək cəhdinə heç də 

meyl etməsinlər. Axı əsərlərin ədalətsizcəsinə aşağılanması, həm də onların çoxsaylı 

oxucularının, bu adamların zövqünün aşağılanmasına gətirib çıxarır. Anarın iri həcmli 

əsərləri olmasaydı belə, «Mən, sən, o və telefon», «Dantenin yubileyi», «Gürcü 

familiyası», «Otel otağı» kimi çox maraqlı hekayələri ilə o, milli ədəbiyyatımızda 

özünəməxsus yer tutardı və onu bu taxçadan qoparıb çıxarmaq istəkləri uğursuzluğa 

uğrayardı. 

Anar həm də nəsrə yeni mövzular, üslublar gətirməklə də fərqlənir. Orta 

əsrlərdə Provans əyalətindən olan fransız trubadurları poeziyaya güclü ehtirası, həyat 

sevinclərini gətirməklə şeirin xeyli populyarlaşmasına səbəb olmuşdular. Azərbaycan 

ədəbiyyatına isə erotikanı ilk dəfə Məmməd Səid Ordubadi özünün «Qılınc və qələm» 

romanının səhifələrində gətirmişdi. İsa Hüseynov bu ənənəni davam etdirərək daha 

uzağa gedib, fiziki hissiyyat səhnələrinin təsvirinə keçmişdi. Anarın yaradıcılığında isə 

erotika çox hallarda alluziya xarakteri daşıyır, könülün, ürəyin əlçatmaz xüsusiyyəti 

kimi təsvir edilir. Onun erotikası fiziki hissiyyata aludəçilikdən daha çox könülə, ürəyə, 

ən ülvi hisslərə məlhəm qoymaq məqsədini güdür.  

Həm də Anar ədəbiyyat vurğunu kimi sələfləri ilə müqayisədə də olduqca geniş 

fəaliyyət göstərir. O, mübaliğəsiz olaraq güclü ədəbiyyatşünasdır. Təkcə onun Cəlil 

Məmmədquluzadə haqqında yazdığı «Anlamaq dərdi» essesi ədəbiyyatşünaslığa 

verilən sanballı töhfədir. Çox sayda müntəxəbatların və almanaxların tərtibçisi və 

naşiridir. Gənclik döründə redaktorluk etdiyi «Qobustan» jurnalı mənəvi əhatə 

dairəsinə görə respublika mətbuatında novatorluq rəmzinə çevrilmişdi. Onun dünya 

ədəbiyyatı, keçmiş sovet xalqlarının, türk xalqlarının ədəbiyyatı ilə dərindən tanışlığına 

yəqin ki, əleyhdarları da həsəd aparmamış deyillər.  




149 

 

Anar milli mədəniyyətimizin yorulmaz fədailərindən biri kimi tanınır. Onun 



ssenariləri əsasında çox sayda uğurlu filmlər çəkilmiş, özü isə Üzeyir Hacıbəyov 

haqqında çəkilmiş «Uzun ömrün akkordları» filminin həm ssenari müəllifi, həm də baş 

rejissoru kimi çıxış etmişdir. Məgər bunlar mədəniyyətimizə var-gücü ilə xidmət 

nümunəsi hesab edilməməlidirmi?  

Yazıçılar Birliyinin və onun sədrinin tənqidçiləri güman etməsinlər ki, onların 

ədalətli tənqidindən kimisə qorumaq tək səmərəsiz bir işə girişirəm. Ümumiyyətlə, 

ədalətli tənqidi xalqa, onun mənafelərinə xidmətin bir növu saymaq düzgün olardı və 

ondan bu gün hər hansı nəticəyə nail olunmursa, bu heç də həmin tənqidin qiymətinə, 

obyektivliyinə xələl gətirmir. Ədalət ölçüsü meyara çevrildikdə, hansısa bir tənqidə 

etiraz etmək də lüzumsuz görünür.  

Yazıçı, qələm əhli kövrək məxluqdur, onu bolluca saxta təriflərlə azdırmaq 

mümkün olduğu kimi, haqsız tənqidlə, bəzən cavabı verilməyən təhqirlə ölçüyə 

sığmayan bir şəkildə incitmək, əzmək olar. Anar bir Birlik sədri kimi bəlkə də güman 

edilən kimi bəzən korpopativ maraqlara üstünlük verir, ümumun əhval-ruhiyyəsini 

lazımınca nəzərə almır, ona qarşı çıxanları yad, marginal cəbhənin üzvləri kimi qəbul 

edir. Kamil bir insan kimi o, belə kompleksdən xilas olmaq  iqtidarındadır, güzəştə, 

kompromissə getməyi də bacarmalıdır. Müxaliflərindən fərqli olaraq, o, müəyyən 

ölçüdə də olsa, səlahiyyət sahibidir, kollektiv rəhbəridir. Belə hərəkət etsə, onun bu 

münasibəti yalnız böyüklüyünə xidmət edərdi, heç də zəiflik nümunəsi sayılmazdı. 

Yaxşı məlumdur ki, vəzifə ömrü nə vaxtsa başa çatır, yaradıcı hesab edilən 

insanlara xas olan ruhi ömür isə fiziki ölçülərə tabe olmur. Anar bir yazıçı, milli 

ədəbiyyatımızın sıravi olmayan nümayəndələrindən biri kimi hələ uzun bir mənəvi 

ömür sürməyə məhkumdur və yaradıcılığı üzərinə indi atılan çamurlar ədalət 

günəşinin hərarətinin təsiri ilə quruyub töküləcək, onun, qədim Roma şairi Horatsinin 

dediyi kimi,  «öz əli ilə yaratdığı abidə» Alp dağlarının qarı kimi öz təmizliyini qoruyub 

saxlayacaqdır. 

525-ci qəzet. 03. 09.13 

 

 



 

 

 



 



Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə