Həyata nüfuz anı Demokratiyanın ibrətamiz erkən tarixinə baxış



Yüklə 3,87 Mb.
Pdf görüntüsü
səhifə54/54
tarix28.12.2016
ölçüsü3,87 Mb.
1   ...   46   47   48   49   50   51   52   53   54

Document Outline

  • Həyata nüfuz anı
  • Demokratiyanın ibrətamiz erkən tarixinə baxış
  • Yeni tarixdə dövlət quruluşu nəzəriyyəsi
  • İngilis filosofu Con Lokk (1632-1704-cü illər) və XVIII əsrdəki fransız maarifçiliyinin nümayəndələri dövlət quruluşu barədə yeni fikirlər irəli sürərək, bu sahədəki təlimi xeyli inkişaf etdirdilər. Onlar həmçinin liberalizmin ideya-siyasi nəzəriyyəsi...
  • Con Lokkun sələfi Tomas Hobbs (1588-1679-cu illər) dövlətin «Bizim öz dincliyimiz və müdafiəmiz üçün borclu olduğumuz böyük Leviafan» (Leviafan – Bibliya mifologiyasında nəhəng dəniz əjdahasıdır) adlandırır. Bu dövlətdə hökmdar icra, qanunvericilik or...
  • Con Lokk siyasi hakimiyyətə Hobbsdan tam fərqli qaydada baxırdı və bir adamın mütləq hökmranlığına qarşı çıxırdı. O, İngiltərədəki Şanlı inqilab vaxtı yazdığı «Dövlətin idarə olunması barədə iki traktat» əsərində özündən əvvəlki müəllif kimi insanları...
  • Lokka görə xalq iclası, ancaq əvvəlcədən torpaq sahibləri olan və parlamentdə təmsil olunan aristokratiya idi, heç də torpaqsız kütlə deyildi. Ona görə də Lokk çətinliklə siyasi demokratiyanın tərəfdapı hesab oluna bilərdi, lakin onun ideyaları XVIII ...
  • Lokk mühüm insan haqları barədə müddəanı birinci olaraq əsaslandırmışdır. Bunlara azadlıq, bərabərlirk, şəxsiyyətin və mülkiyyətin toxunulmazlığı daxildir. Bu ideyalarla o, liberializmin banilərindən biri oldu.
  • Fransız maarifçilərinin işləyib hazırladıqları cəmiyyət anlayışı belə bir  inama əsaslanırdı ki, hər bir adam öz hüquqlarını bilməli və həyata keçirməlidir. Maarifçiliyin fəlsəfi ideyalarının yayılmasının nəticəsi, dövlətin siyasi problemlərinin həlli...
  • Onlardan xeyli əvvəl ingilis filosofu Con Lokk artıq hər bir insanın həyat, azadlıq və mülkiyyət hüququnun təbii, əbədi və onun əlindən alınmaz olduğunu bəyan etmişdi. Hər bir hökmdar idarə etmək hüququnu itirmək istəmirsə, həmin hüquqlara hörmət etmə...
  • Dövlət, vətəndaşlarının əlindən əsas hüquqlarını – həyat, azadlıq və mülkiyyət hüququnu ala bilməz. Əksinə, o, bunları qorumalıdır, çünki təbii hüquqlar dövlətin yaranmasından əvvəl meydana gəlmişdir. Con Lokkun bu müddəası həqiqətən də insan haqları ...
  • Şarl Lui Monteskyo (1689-1755-ci illər) Böyük Britaniyanın siyasi həyatını öyrənməsi əsasında hakimiyyətin bölgüsü və hökumətin parlament qarşısında məsuliyyət daşıması təlimini inkişaf etdirdi. Bu, hüquqi dövlətin sonrakı inkişafında həlledici rol oy...
  • Monteskyo belə bir qənaətə gəldi ki, azadlıq o qədər də insanların xüsusi əxlaqi keyfiyyətlərinin nəticəsi olmayıb, daha böyük ölçüdə dövlət hakimiyyətinin ağıllı şəkildə məhdudlaqdırılmasının nəticəsidir. Ona görə də o, dövlət hakimiyyətini qanunveri...
  • Jan Jak Russo (1712-1778-ci illər) isə qədim Yunanıstanın nümunəsi əsasında demokratiya modelini təklif etmişdi. O, azadlıq və bərabərlik prinsiplərini, cəmiyyətin bir hissəsi kimi insanın varlığı ilə birləşdirməyi nəzərdə tutuldu. Onun mühakimələri b...
  • ABŞ dövlətinin demokratik əsasları
  • İki min ildən artıq bir fasilədən sonra bəşəriyyət yenidən demokratik  dövlət quruluşunun yaranmasının şahidi oldu. Azadlığa və demokratik prinsipləri ilk dəfə özünün İstiqlaliyyət Deklarasiyasında bəyan edən Amerika Birləşmiş Ştatlarının 1789-cu ildə...
  • ABŞ-ın reallığı isə avropalıları təəccübləndirməyə bilməzdi. 1831-ci ildə ABŞ-a səfər edən fransız mütəfəkkiri Aleksis de Tokvil bu təəccübü daha canlı şəkildə təsvir edir. Buradakı şəxsi azadlıqla din, özəl mülkiyyətilə bərabərlik, fərdiyyətçiliklə d...
  • Amerika modeli spesifik tarixi-mədəni şəraitdə yaradılmışdı, ona görə də üzünü köçürməklə onu təkrar etmək uğur qazanmadı. Burada federal hökumət ştatlar (keçmiş koloniyalar) tərəfindən qurulmuşdu, bu koloniyalar isə uzun müddətli mövcudluq dövründə y...
  • Amerikan siyasi sisteminin ideoloqları dövlət hakimiyyətinin təmərküzləşməsindən ehtiyat edirdilər. Ona görə də Amerika siyasi sisteminin əsasında hakimiyyətin bölgüsü prinsipi dururdu, həm də ali qanunvericilik orqanı olan ABŞ Konqressi və ali icra v...
  • ABŞ prezidentinin seçkisi müstəqil (birbaşa) deyildir. Ancaq Elektorlar Kollegiyası prezidenti seçməyə qərar verdikdə heç vaxt ümumi qaydada səs verən seçicilərin iradəsi əleyhinə çıxmır.
  • Britaniyadan olan ilk məskunlar (puritanlar) 1620-ci ildə «Meyflauer» gəmisində Yeni Dünyaya gəlmişdilər ki, dini ibadətlərini azad şəkildə icra etmək şəraitinə malik olsunlar. 101 nəfərdən ibarət olan bu adamlar Massaçuets körfəzində sahilə çıxmamışd...
  • Amerika siyasi sistemi anlayışı vətəndaşlara müxtəlif vasitələrlə təlqin edilir, bu onların fəallığına şərait yaradır. Onun əsası isə məktəbdə qoyulur, şagirdlər Konstitusiyanı və ölkə ideoloqlarının əsərlərini fənn kimi öyrənirlər. Sistemin prinsiplə...
  • Bütün bunlar elə təsəvvür yaratmmaalıdır ki, Birləşmiş Ştatlarda problemlər yoxdur. Amerika imkanlar məkanı olsa da, o demək deyildir ki, hamı bir nəfər kimi hamı bu imkanlardan istifadədən uğur qazanır. Amerikada işsizlər ordusu böyükdür, iş qabiliyy...
  • Aleksis de Tokvil yazırdı ki, “ABŞ-da olduğum müddətdə  diqqətimi cəlb edən çox sayda şeylərin və hadisələrin arasında adamların mövcudluq şəraitlərinin bərabərliyi məni heyrətə gətirdi. Bərabərlik rəy yaradır, müəyyən hisslər əmələ gətirir, adət t...
  • Doğrudan da sadə müşahidə də, dərin nəzəri analiz də ABŞ-da dövləti xalqın idarə etdiyi düşüncəsini yaradır. Amerikada xalq həm qanunları yaradanları, həm də onları icra edənləri seçir. Xalq həmçinin andiçənlər məhkəməsini seçir, onlar isə qanunu poza...
  • Layiq olanların hakimiyyəti - meritokratiya
  • Demokratiyadan tam fərqli olan bir dövlət hakimiyyəti – layiq olanların hakimiyyəti və ya meritokratiya da bəşəriyyət tarixində öz nümunəsinə malikdir. Lakin bu nümunə Şərqi Asiyada – Çində yarandığından uzun müddət ərzində onun geniş xüsusiyyətləri d...
  • Bu termini geniş qaydada istifadəyə ingilis sosioloqu Maykl Yanq  vermişdir. Onun 1958-ci ildə çapdan çıxmış «Meritokrakratiyanın yüksəlişi» (1870-2033-cü illər)» antiutopik əsərində futurist (gələcək) cəmiyyət təsvir edilir, həmin sotsiumda ictimai m...
  • Meritokratiyanın həyata keçirilməsinə gəldikdə, bir sıra tədqiqatçıların rəyinə görə tarixin müəyyən dövrlərində Çin bu məqsədin reallaşmasına daha yaxın olmuşdur. Axı Birləşmiş Ştatlarda, İngiltərə, Fransa və Rusiyada da Yeni tarix ərzində rəhbər vəz...
  • Amerika Birləşmiş Ştatlarında belə bir rəy yayılmışdır ki, artıq orada meritokratiya prinsipi həyata keçirilmişdir. Tomas Cefersonun, Abraham Linkolnun və Franklin Delano Ruzveltin prezident seçilmələrinə görə bu fikrə haqq qazandırmaq olar. Birinc...
  • Dünyanın ayrı-ayrı ölkələri meritokratiyanı tətbiq etmələri ilə öyünməsə də, onlar da bu nəcib üsluba biganə qalmamışlar. Çində geniş tətbiq edildikdən az sonra, ərəb şərqində hakimiyyətə gələn Abbasi xilafətində təhsilə, elmə ciddi fikir verildiyi ...
  • Qədim yunan fəlsəfəsindən istifadə edən islam alimləri dini ehkamların izah olunmasında ciddi uğurlar qazanmışdılar. Yunan fəlsəfəsi islam biliklərinin əsaslandırılmasında əvəzedilməz rol oynayırdı. Ona görə də ərəb şərqində Platonun və Aristotelin şö...
  • Osmanlı imperiyasının banisi Mehmet Fateh də meritokratiyanın tətbiqinə diqqət verərək, sarayındakı imperiya şurasına istedadlı adamları cəlb edirdi. Şuranın köməkliyi ilə o, iri imperiyanı məharətlə idarə edirdi.
  • Avropada da Yeni tarixin başlanğıcından saraylara istedadlı adamların cəlb olunması dəbi yaranmışdı. XVI əsrin sonu, XVII əsrin əvvəllərində Fransa kralı IV Henrinin maliyyə naziri olan Maksimilian Syulli ölkənin maliyyə vəziyyətini möhkəmləndirmişd...
  • Bəzi ölkələrdə isə meritokratiya pərdəsi altında aparılan ayrı-seçkilik siyasəti biabırçı nəticələrə səbəb olurdu. Rozeziyada (indiki Zimbabve Respublikası) 1979-cu ilə qədər mövcud olan əmlak və təhsil senzi həmin Afrika ölkəsində əhalinin qara rəngl...
  • Meritokratiya isə geniş mənada daha istedadlıların hakimiyyətidir və bu prinsipdən bütöv xalqı əzmək üçün istifadə edilməsi onu gözdən salmaqla yanaşı, antihumanist bir addımdır. Əksinə, bu konsepsiyaya uyğun olaraq cəmiyyətdə təkamülün gedişində rəhb...
  • Maykl Yanq özünün yuxarıda adı çəkilən kitabında XX-XXI əsrlərin sərhədində Britaniya cəmiyyətinin transformasiyasından söhbət açır, bu və digər resurslara (sosial, mənşə, var-dövlət, əlaqələr və sairə) malik olmaqla sosial ierarxiyada adamın yer tutm...
  • Yanq sonrakı dövrdə meritokratiyanın yeni silk ayrı-seçkiliyi yaratmaq ehtimalından ehtiyat edərək, onun neqativ cəhətə malik olmasını şişirdir. Müəllif bildirir ki, 2033-cü ildə Britaniya cəmiyyətində üsyan qalxmsı nəticəsində meritokratiyanın sonu b...
  • Yanqın bu xəbərdarlıqlarına baxmayaraq, həmin sistemin əhəmiyyəti qorunub saxlanıldıdı. Termin sonralar yalnız pozitiv rəngə sahib oldu. Böyük Britniyadan Sinqapura qədər bir çox ölkələrdə meritokratiyaya can atılmağa başlandı.
  • Digər müəllif, Amartiya Sen isə qeyd edirdi ki, ləyaqət, layiq olmaq mütləq deyil, nisbi anlayışdır. Ləyaqətin meyarları cəmiyyətdə ağalıq edən dəyərlərlə müəyyən edilir.
  • Məhdudiyyətlərdən, ənənələrdən, xurafatlardan azad olan zəkanın, biliyin qeyri-məhdud axtarışı, rasionalizmə və nəhayətsiz olaraq proqressə can atmaq, maarifçilik epoxasının ən başlıca irslərindən biri, bəlkə də başlıca irsidir. Burada bir ədalətli qu...
  • Vaxtilə Platon dövlətin idarə edilməsini filosoflara tapşırmaq zərurətini qeyd etmişdi. Konfutsi də öz təlimində həmçinin hakimiyyətdə təhsil görmüş hökmdarların olması zərurətini moizə edirdi. Lakin zəka və bilik qazanmaq Platonda və Konfutsidə özlüy...
  • Meritokratik cəmiyyətdə hər bir kəs layiq olduğu sosial vəziyyətə yiyələnir. Layiq olanların hakimiyyəti, finişdə nəticələrin bərabərliyini ön plana çəkən digər təlimdən fərqli olaraq, yarışın startındakı imkanların bərabərliyi şüarı ilə çıxış edir.
  • Meritokratiyanın əsasında rəqabət durur, cəmiyyətdə yüksək vəziyyətə nail olmaq və özünü yüksək həyat keyfiyyəti ilə təmin etmək üçün insan daim öz qabiliyyətlərini inkişaf etdirməli və bu sahədə digərlərini ötüb keçməlidir. Lakin meritokratiya həm də...
  • Orta əsrlərdə Suy sülaləsinin hökmranlığı epoxasında (581-681-ci illər) Çində dövlət vəzfəsini tutmaq üçün sərt və mükəmməl imtahan sistemi meydana gəldi. Tan epoxasının (618-907-ci illər) sonunda imtahan sistemi daha da inkişaf etdirildi, hətta sadə ...
  • İmtahan verənlrə üç ciddi sınağa dözmək lazım gəlirdi. Birinci imtahan qəza səviyyəsində keçirdi və bir gün davam edirdi. İmtahanı müvəffəqiyyətlə verən «itilənmiş istedad» dərəcəsinə layiq görülürdü. Bu dərəcə adama əla karyeraya başlamaq imkanı veri...
  • Ümumiyyətlə, Çində təhsilə, bilik almağa böyük diqqət verilirdi. Filosof Çjan Tszayın fikrini əsas götürərək keçmiş epoxaların çinlisi daim «təhsil vasitəsilə bütün həqiqi olanların meydana gəlməsni və mövcud olmasını dərk edirdi, dinc və sakit şərait...
  • Tan sülaləsinin ağalığı dövründə saray imtahanı səma ayı təqviminin birinci ayında ölkənin paytaxtı Çanyan (indiki Sian) şəhərində keçirilirdi. İkinci ay ərzində isə, imtahanların nəticələri elan edildikdən sonra imperator qalibləri parkda təbrik edir...
  • Beləliklə, orta əsrlər Çinində meritokratiya prinsipi və «maariflənmişlərin hakimiyyəti» mövcud idi. Bu prinsipə əksər sülalələrin hökmranlığı dövründə ciddi surətdə riayət olunurdu. Bu prinsipin sferasına daim «təzə qan» axırdı. Çinin tarixindən hətt...
  • Onu da qeyd etmək lazımdır ki, imtahan sistemi kasıb alim adamlar üçün dövlətin rifahı naminə xidmət göstərmək imkanı yaradırdı. Nəticədə məmurluğun inzibati səviyyəsi də yüksəlirdi. Lakin gec feodalizm dövründə imtahan sistemi tənəzzülə uğradı. İmtah...
  • Konfutsinin meritokratiya ideyası imperator Çinində dövlət imtahan sisteminin tətbiq edilməsinə gətirib çıxardı. Bu sistem, hər bir adama dövlət qulluğunu tutmaq, maddi cəhətdən təmin olunmaq və bütün ailəyə iftixar hissi qazandırmaq üçün dövlət qullu...
  • Yüksək vətənpərvərlik və güclü borc hissinə malik olan dövlət xadimlərinin tərbiyə olunduğu məktəblərin tətbiq edilməsi konfutsiçiliyin nailiyyəti hesab olunmalıdır. Nəticədə konfutsiçilik imperatorun özü tərəfindən qəbul olundu. Çin imperiyasının əsa...
  • Digər bir cəhəti də qeyd etmək lazımdır ki, Çin mədəniyyəti yəqin ki, elə keyfiyyətlərə  malikdir ki, bu günə qədər özünün qorunub saxlanmasına əsaslı qaydada kömək etmişdir, onun yaşıdları və hətta nisbətən cavan sivilizasiyalar isə tarix labirintind...
  • Bütün bunlar çinliləri dərk etmək üçün əlahiddə mühüm elementdir, çünki bu, mənşələr anlayışını sual altında qoyur. Xalq miqrasiya edən vaxt və ölkə işğal nəticəsində anneksiyaya məruz qaldıqda, bir qayda olaraq həmin hadisələr xalqın həyatına və düşü...
  • Çin mədəniyyətinin özündə də elə cəhətlər vardır ki, onlar tarixi uzun ömürlülüyə qeyri-adi xidmət göstərmişdir. Ən vacib cəhət ondan ibarətdir ki, Çin özlüyündə yeganə sayılmalı olan yazı sistemini formalaşdırmışdır. İlk imperator Tsin Şi Xuan-dinin ...
  • Fransız Maarifçiliyinin də yüksək qiymətləndirdiyi meritokratiya sistemi istənilən çinliyə imkan verirdi ki, imtahanlarda istədiyi qədər dəfə iştirak etsin. Nəticədə, Çin Avropadakı intibah dövrünə qədər, qalan bütün dünyadan irəlidə idi. Lakin burada...
  • Yaxşıdan bəhrələnmək qaydası heç də unudulmamışdır. Bu gün Çində kimsə öz namizədliyini partiya üzvlüyünə qəbul olunmaq üçün irəli sürdükdə, əvvəlcə həmin namizəd barədə üç il ərzində təhqiqat xarakterli öyrənmə gedir. Onun ünsiyyətdə olduğu adamlarda...
  • Çin Kommunist Partiyasının tərkibində hazırda 82 milyon, başqa sözlə, ölkə əhalisinin təqribən 6 faizinə qədər üzv vardır. İmperator epoxasında da təqribən həmin nisbətdə dövlət qulluqçusu var idi. Məhz buna görə də Qərb demokratiyasının ideyaları Çin...
  • Çinlilər tarixlərinin uzunluğu qədər daimiliyə öyrəşmişlər. Çinli üçün uzun muddətlilik səmərəliliyin sinonimidir. Bunu da onlar başa düşürlər ki, sistem əgər uzun muddət yaxşı işləyirsə, onu niyə dəyişdirmək lazımdır.
  • Uzun ömürlülüklə muşayiət olunma, çinlilərdə heç də dəyişikliklərə neqativ münasibət bəslənməsinə gətirib çıxarmır. Nə qədər paradoksal görünsə də, Çində ona «dostcasına” münasibət bəslənilir. Bu ölkədə nə özünü xilas etmə dini, nə cənnət, nə əbədilik...
  • Son beş min il ərzində uğur və uğursuzluqlar yolu ilə irəliləyən Çin Qərb iqtisadçılarının rəyinə görə 2016-cı ildə iqtisadi cəhətdən ən güclü dünya dövlətinə çevriləcəkdir.
  • Çinli həyatda baş verən təsadüfləri də adi hal hesab edir. Təsadüf anlayışına çinlilərin cavabı kəndli mədəniyyətinin cavabıdır: ilin mövsüm dəyişikliyinin ritmi qətiyyən pozulmur, qışdan sonra daim yaz gəlir, ancaq heç kəs qabaqcadan deyə bilməz ki, ...
  • Təəccüb doğuran cəhətlərdən biri də budur ki, Çində mərkəzi hakimiyyət belə regional rəngarəngliyə malik olan bu dərəcədə böyük bir ölkəni qoruyub saxlaya bilmişdir. İmperiya kimi təşəkkül tapdıqdan sonra Çinin ərazi bütövlüyünə, müvəqqəti işğal illər...
  • Çinlilər XIII əsrdə monqolların, XX əsrin birinci yarısında yaponların işğallarına məruz qalsalar da, işğalçının mədəniyətini və ya həyat tərzini qəbul etməmş, əcdadlarından qalıb, onlara çatan mədəniyyətin həyati hərarətindən güc alıb, bədbəxtlikləri...
  • Filosof Han Feyə («Han Fey-tszı» kitabına) görə, ölkədə mərkəzi doktrina hüququn alimliyi idi. Bu Leqizm fəlsəfəsi idi, bura aristokratiyanın kənarlaşdırılması və fərdlərin öyrəndiklərindən, qabiliyyətlərindən və təşəbbüslərindən asılı olaraq irəli çə...
  • Çində problemlərin bütünlüklə yoxluğunu güman etmək də ağılsızlıqdır, onlar ölkənin ölçüsünə uyğun olaraq həm də xeyli çoxalmış olur. Həddən kök adam öz ağırlığından əziyyət çəkdiyi kimi, Çin də əhalisinin çoxluğundan, bəzi regionlarda sakinlərin izaf...
  • Dövlətin miqyasının böyüklüyü yerli «kiçik çarlara imkan verir ki, mərkəzi hakimiyyətin göstərişlərini, lazım gəldikdə öz xeyirlərinə təhrif etsinlər və onların təsirlərini heçə endirsinlər. Çin tarixinin bu daimiliyi ucbatından qəribə görünsə də, ölk...
  • Əyalətlərin sakinlərinin müxtəlif ənənələri, mətbəx, tarixi və ya hətta dili ola bilər, lakin onların hamısını Çin yazısı birləşdirir. Çin yazısı bu xalqın mədəniyyətinin ən başlıca dayaq sütunudur. Məhz bu yazı ölkəni məkanda və zamanda birləşdirmiş ...
  • Eynilə həmin qaydada müasir çinli Konfutsi epoxasının daş lövhəsindəki yazını oxuya bilir. Baxmayaraq ki, həmin vaxtlar o sözlərin necə tələffüz olunması haqqında onun elementar anlayışı da yoxdur. Bunu orta əsrlərdə Avropada latın dilinin geniş yayıl...
  • Bizdə, digər xalqlarda olan kimi Çində dinə bağlılıq anlayışı yoxdur, dinə sitayiş həyat hüceyrələrinə, məsamələrinə daxil olmamışdır. Çinlilər din əvəzinə, sitayiş etdiklərini müdriklir adlandırırlar və bu, onların gündəlik həyatını istiqamətləndirir...
  • Çinlilər hələ qədim zamanlardan ruhən fəlsəfə ilə qidalanmışlar, fəlsəfi kitablar onlar üçün beşikdəki yastıq altına avropalıların qoyduqları «İliada» və «Odisseya»nı əvəz etmişdir. Konfutsi və buddizm fəlsəfələri geniş yayılmışdır və əhalinin mənəvi ...
  • Dinə sitayiş və ibadət olmasa da, ölkədə həm də eyni zamanda dindar olmağın zahiri əlamətləri mövcuddur, onlar məbədlər, rahiblər, mərasimlər kimi Qərb anlayışlarına yaxındır. Bununla yanaşı, burada kulta tam başqa münasibət vardır, söhbət daha çox xa...
  • Böyük fransız filosofu Volter çinlilər barədə maraqlı fikirlər söyləmişdir. Volterə görə çinlilər adətən başqa hallarda mövcud olan hansısa cəhalətə və şarlatanlığa görə özlərini məzəmmət edə bilməzlər. Çin dövləti dörd min il ərzində öz xalqını aldat...
  • Konfutsi öyrədirdi ki, bir neçə adam bir adamdan daha məlumatlı, məsələlərdən baş çıxarandır. O, təlqin edirdi ki, «başqaları ilə özünlə necə davranmağı istədiyin kimi hərəkət et». O, sadəcə təvazökarlığa deyil, həm də itaətkarlığa öyrədirdi və bütün ...
  • Çinə və çinlilərə az qala pərəstiş qaydasında yanaşan Volter özlkəsinin idarə edilməsindəki eybəcərliklərə isə kəskin nifrətini bildirirdi, onları bütünlüklə məhkum edirdi. Günəş Kral öldükdən sonra taxta çıxan nəticəsi, az yaşlı XV Luinin regenti ola...
  • Başqa, hətta bəzi müasir dövlətlərdən fərqli olaraq, Çin heç də öz keçmişinə inkar, istehza və ifşa qaydasında yanaşmır, əksinə, nəcib ənənələrə hörmət bəsləyir. Çin heç də şərqdəki qonşusu, adalar ölkəsi olan Yaponiya kimi özünü dünyadan izolyasiya o...
  • Əgər tarix nəyəsə öyrədirsə, onda Çinin inkişafı Amerika üçün həqiqətən bir çağırış təsiri yaratmalıdır. Lakin onu da nəzərə almaq lazımdır ki, qüdrəti solan dövlətlər bir qayda olaraq səhnəni nadir hallarda döyüşüz tərk edirlər.
  • Çin iki min il bundan əvəl imperiyaya Tsin dövründə, imperator Şi Xuan-dinin vaxtında vahid mərkəzi hakimiyyət altında birləşmişdi. İmperiya dövrü müxtəlif qabiliyyətlərə malik olan liderlər görmüşdü. Qədim Çin hərb nəzəriyyəçisi Sun-tszının rəyinə gö...
  • Birləşmiş Ştatların görkəmli siyasətçisi Henri Kissincer demişdir ki, hansısa bir xarici ideologiya deyil, qədim Çin ideologiyası aparıcı intellektual gücə çevriləcəkdir və bu, Çin xarici siyasətinin dayağı olacaqdır. Onda görən Çin bütün dünyada insa...
  • Bu o deməkdir ki, Çin öz prioritetlərini iqtisadi inkişafından harmonik birliyin yaradılmasına dəyişməlidir. Belə cəmiyyət varlılarla kasıblar arasındakı bu gün mövcud olan uçurumdan azad olmalıdır. Merkantil təfəkkür ənənəvi əxlaqla əvəz edilməlidir.
  • Bu ölkənin sakinlərinin düşündürən məsələlərdən biri də Çinin dövlət quruluşunu yorulmadan təkmilləşdirməkdir: siyasi sistemin islahatını sakitcə, addımbaaddım aparmaqdır. Öz mədəniyyətinin qədimliyi ilə öyünən bir ölkədə mədəni quruculuğun əhəmiyyəti...
  • Çin özünün ənənəvi meritokrtiyasına arxalanmalıdır. Yüksək dövlət vəzifələrini tutmaq üçün adamlar sadəcə texniki və inzibati uyğun gəlmələrinə görə deyil, ləyaqətlərinə və müdriklərinə müvafiq olaraq seçilməlidir.
  • Əlbəttə, Çin dövləti meritokratiyaya bir sistem şəklində yanaşdığından, onun fadalı nəticələrinin də şahidi olurdu. Belə güman edilir ki, ABŞ-la rəqabətdə Çin meritokratiyası qalib gələcəkdir. Çin yaxşı nə varsa, onu əxz etmək və vətəndə əlavə yaxınla...
  • Demokratiya və meritokratiya - onlar dinc yanaşı yaşaya bilərlərmi?
  • Demokratiya çox sayda xalqların can atdığı dövlət quruculuğudur və özünün şübhə edilməyən üstünlüklərini dünyanın bir sıra qabaqcıl ölkələrində hərtərəfli nümayiş etdirə bilmişdir. Həqiqi demokratik ölkələrdə xalq üçün hakimiyyətin təşəkkül tapması...
  • Lakin demokratiya pərdəsi altında əslində avtoritar sayılmalı hakimiyyətin bərqərar olduğu ölkələrdə xalq əslində dövlətin idarə edilməsində ya bütünlüklə iştirak etmir, yaxud da bu iştirak cüzi və əhəmiyyətsiz bir əlavəyə çevrilir. Bütün seçkilər qan...
  • Əlbəttə, nadir nümunələr istisna olmaqla, beynəlxalq təşkilatlar və demokratik dövlətlər hansısa geosiyasi və ya iqtisadi maraqları nəzərə alaraq, demokratiyanı pozan həmin rejimlərlə tam normal əlaqələrini davam etdirir, onların ikili sifətinə məhəl ...
  • Müəllifliyi Hannibala aid edilən belə bir mühakimə vardır: «Elə bir qala yoxdur ki, onu qızılla yüklənmiş eşşək almasın». Sərvət bəzən kənarda olan və acgöz sayılmayan adamların da ayıq gözlərini kor edə bilir.
  • Digər tərəfdən həmin ölkələrdə elə konstitusiyalar qəbul edilirdi ki, bu, diktatorların ayaqları altına sərilən yumşaq xalçanı xatırladırdı. Belə bir şəraitdə Mübarək, əlbəttə ki, özünü yeni faraon adlandıra bilərdi. Başqa ölkələrdə də konstitusiyalar...
  • Bu vaxt demokratiya dil aça bilsəydi, bu zərbədən sarsılanlara və ümumən bütün peşiman olanlara rus çarı I Nikolayın 1836-cı ildə Sankt-Peterburqda N.V.Qoqolun «Müfəttiş» pyesinin tamaşasına baxdıqdan sonra ətrafındakı əyanlara dediyi sözləri təkrar e...
  • Ümumiyyətlə demokratiyaya qeybdən gələn bir çarə vasitəsi, xilas qayığı kimi baxmaq, reallığa göz yumub, öz təxəyyülünü xəyalplovla qidalandırmaqdan başqa bir şey deyildir. Ona görə də vurğunluqla yanaşı, demokratiyaya tam fərqli münasibət də mövcuddu...
  • Bəzən elə güman edilir ki, demokratiya bütün problemləri – istər dini, istər iqtisadi olsun, həll edə bilər, korrupsiyaya, bürokratiya kmim elə bir problem yoxdur ki, onun öhdəsindən gəlməyi bacarmasın.
  • Harada xoşagəlməz nə baş verirsə, çox vaxt bunu demokratiyanın yoxluğu ilə izah etmək ən asan yol hesab olunur. Onda görən demokratik ölkələrdə vaxtaşırı baş verən iqtisadi böhranları hansı səbəbin ayağına yazmaq lazımdır?
  • Demokratiya insanların xoşbəxtliyinə xidmət etməlidir, bunun çox sayda gerçək nümunələri də göz qabağındadır. Lakin bu quruluş müdafiəsiz, günahsız insanların qanı hesabına, milyonların səfillərə çevrilməsi hesabına başa gəlməməlidir. Problemləri həll...
  • Lakin belə əcayib nümunələr demokratiyanın gücsüzlüyü, öz əhəmiyyətini itirməsi təsəvvürü yaratmamalıdır. Bir sıra ölkələrdə demokratiyanın hələlik az sayda tumurcuqları gözə çarpır, o, çiçək açdıqda isnanlar ona, yaponların sakuranın çiçəklənməsini h...
  • Meritokratiya çinlilərin icadı olsa da, qədim yunanların həyata gətirdiyi demokratiya körpəsi kimi beynəlxalq aləmin, dünya dövlətlərinin diqqətini daha geniş cəlb edəcəkdir. Əlbəttə, bir sıra ölkələrdə məmurlar ordusuna «təzə qan» vermək üçün imtahan...
  • Onda niyə bəs hakimiyyət pillələrində istedadlı adamlara xüsusi ehtiyac duyulmasın, axı onlar öz intellektləri, qabiliyyətləri ilə ölkəyə, xalqa dəhə səmərəli, daha uğurlu, həm də iri nəticəli xidmət göstərə bilərlər. Ona görə də meritokratiya,  demok...
  • Demokratiya ilə meritokratiyanın bir-birini bütünlüklə inkar etməsi heç də həqiqətə uyğun deyildir, əksinə onlar asanlıqla çuğlaşa, bir-birini uğurla davam etdirə bilər. Bunun üçün hər iki üsulun fəaliyyət dairəsi, istifadə arealı dəqiq müəyyən olu...
  • Digər hallarda isə hakimiyyət vertikalı elə bil ki, birləşmiş qablar qanunu əsasında fəaliyyət göstərir. İdarəetmə borusu ilə qüsurlar adlanan mayenin bərabər səviyyədə mövcud olmasına şərayət yaranır. Ölkənin yuxarıdan aşağıyadək vahid güvvədən id...
  • Demək, demokratiya hakimiyyət vertikalından fərqli olaraq, meritokratiya üçün də əlverişli mühit yaradır. Seçkili vəzifələrdən başqa bütün digər məmur vəzifələri meritokratiya prinsipləri əsasında tutula bilər və beləliklə, ölkədə laiq olanların ha...
  • Bu bir daha göstərir ki həqiqi demokratiya meritokratiya üçün heç də maniyə, ənqəl rolunu oynamır, əslində onun həyata keçməsi üçün yollar açır. İstisnalar isə cüzu xarakter daşıdığından, ümumi mənzərəni korlamağa qadir olmur. Onların qətirdiyi fayd...
  • Demokratiyanın zəfəri meritokratiyanın zəfərini mümkün edə bilər, laiq olanların hakimiyyətə qələ yiyələnməsi isə hər bir ölkəyə yalnız baş ucalığı qətirər, xalqın xoşbəxt həyata nail olmaq barədəki arzularının reallaşması yollarına azacıq da olsa ...
  • Ona görə də mümkün olduğu yerlərdə bu iki hakimiyyət quruluşu, həm də geniş miqyasda birgə istifadə oluna, onların mexaniki deyil, üzvi, yaxşı calaqdan yaranan sintezi olduqca müsbət nəticələr verə bilər. Pozitiv olanlardan qaçmaq cəmiyyətin ziyanınad...
  • Demokratiyanı da, meritokratiyanı da bəşəriyyətin ən yaxşı icadları sırasına daxil etmək olar. Çörək icad ediləndən min illər boyu öz gərəkliliyini itirmədiyi kimi, bu iki sistem də öz qiymətini daim qoruyub saxlayacaqdır. ABŞ ilk dəfə qədim Afina ...
  • Dənizdə qəza nəticəsində batanları xilas edənlər böyük hündürlükdən suüa tullandıqda, təkcə kömək gözləyənlərin ümidləri puça çıxmır, həm də xilas edicilər özlərini böyük təhlükəyə atırlar. Onlar beş mərtəbəli bina hündürlüyündən tullandıqda dəniz sət...
  • 2013-ci il.
  • Demokratiya və layiq olanların hakimiyyəti
  • Platon
  • Frensis Bekon


Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə