HÜCR İBN ƏDİ
(İdeallarla tanışlıq)
CƏVAD MÜHƏDDİSİ
Kitabın adı:..............................Hücr ibn Ədi
Müəllif:.............................Cəvad Mühəddisi
Tərcümə edən:................Məhəmməd Turan
Ön söz
Nümunəvi insanların həyatı gözəl bir rəsm əsəri tək, həyat yolunu və düzgün hərəkət istiqamətini işıqlandırır. Necə yaşamaq və kamala necə çatmaq suallarına cavab almaq üçün ideal axtarmayan kimdir?! Ən mühüm məsələ idealı düzgün seçməkdir. Çalışmalıyıq ki, yanlış ideallara aldanıb, yolumuzu azmayaq!
Allah-taala Qurani-kərimdə yaxşı insanların, saleh ümmətlərin və kamala çatmış zümrələrin sifətlərini və əməllərini şərh etməklə nümunələr göstərir. Bu sayaq təqdimatlar “Nəhcül-bəlağə”də və hədis kitablarında da tez-tez gözə dəyir. İslamın bəhrəli və parlaq tarixi yetkin və əbədi nümunələrlə zəngindir. Bu nümunələrin hər biri həyatda bizim üçün meyar ola bilər. Bir şərtlə ki, əlimizə çıraq götürüb, tarixin qaranlıq dolanbaclarında bu nümunələri axtaraq.
Heyif deyilmi ki, bir belə nümunələrimizi tanımayaq və xəzinə ustə oturub, əl açaraq biganələr arasında ideallar axtaraq?! Öz tarix və mədəniy-yətimizdə layiqli ideallar ola-ola biganələr arasında ideal axtarmağımız yanlışdır.
Haqqında danışacağımız şəxs İslam tarixinin görkəmli simalarındandır. Hücr ibn Ədi bir kamal ayəti və fəzilət sənədidir. Onu başqalarından üstün edən Allaha, Onun rəsuluna, Əhli-beytə mərifəti, Peyğəmbər (s) ailəsinə məhəb-bəti, iman və övliyalara itaətidir. Bəli, mərifət, məhəbbət və itaət bir-birləri ilə sıx bağlı olan ünsürlərdir. Bu ünsürlər varlıq aləmində saleh əməl üçün bir sərmayədir. İdeallarla tanışlıq mövzusunda silsilə söhbətlərimizdə bu insanın haqqında danışmağımız təsadü-fi deyil.
Hücr ibn Ədi və onun yoldaşları şiəlik tarxinin iftixar yaradan şəhid-lərindəndirlər. Onlar sükut və sıxıntı əsrində zülmə qarşı fəryad çəkmiş, öz dövürlərinin zalım hakimləri ilə mübarizəyə qalxmış və nəhayət, pərvanı tək bu eşq atəşində yanmış, əbədi həyata qovuşmuşlar.
Hücr və onun yoldaşları bütün İslam ümmətinin fəzilətsevər gəncləri üçün iman, cihad, hicrət, fədakarlıq, fəsadla mübarizə, əmr be məruf və nəhy əz münkər, haqqın müdafiəsi və nifaqın ifşası nümunələridirlər.
Olsun ki, bu insanların həyatı ilə tanışlıq gənclərimizin qəlbində iman nurunu gücləndirsin, onların ruhunu ixlas, mənəviyyat, iman ətri bürüsün.
Əlinizdəki kitabça doktor Ləbib Beyzunun çox dəyərli bir kitabı əsasında tərtib olunmuşdur. “Hücr ibn Ədi, Məhəmməd əshabının rahibi” kitabının müəllifinə vilayət və Əli (ə) məhəbbəti yolunun şəhidərinə diqqətinə görə təşəkkür edirik. İslam idealları ilə bağlı silsilə söhbətlərimizin bu his-səsində əsasən adı çəkilən mənbəyə istinad edilmişdir. Göstərilən mənbələrin də əksəriyyəti həmin kitabdakı mənbələrdir.
Kitabçanın əziz gənclərimiz üçün qəlbəyatımlı olması üçün digər kitabla-rımızdakı qaydalara əməl etməyə çalış-mışıq. Ümid edirik ki, bu kamal, fəzilət, dini qeyrət nümunələrini tanımaqla əhli-beyt aşiqləri zümrəsinin gənclərində iman və şücaət ruhu diriləcəkdir.
Qum, Cəvad Mühəddisi
1380, aban.
Qısa tanışlıq
Kufədə məskunlaşmış qəbilələrdən biri Kində qəbiləsi idi. Hücər bu qəbilədən olduğundan ona “Hücər ibn Ədi Kindi” deyirdilər. O, saleh işlərlə məşğul olduğundan onu “Hucərul-xeyr” də çağırırdılar. Hücr İslamdan qabaq dünyaya gəlmişdi. Həzrət Peyğəmbərin (s) həyatının son illərində müsəlman olmuşdu. Buna görə də həzrət peyğəmbərdən cəmi bir neçə il faydalana bilmişdi. Amma Hücr ömrü boyu haqq yolda mübarizə aparmışdı. İkinci Xəlifənin dövründə Qadisiyyə döyüşündə iştirak etmiş və Dəməşqin şimal-şərqində yerləşən mərce-əzra məntəqəsinin fatehi olmuş-dur.
Hücr təqvalı bir abid, zülmlə vuruşan bir mücahid idi. O, əmr be məruf və nəhy əz münkər edər, həzrət Peyğəmbərdən (s) və Əmirəl-möminindən (ə) hədislər danı-şardı. Peyğəmbərin (s) yaxın səhabələrin-dən sayılan Hücr namaz və dua aşiqi idi. İbadətə bağlı olduğundan ona “Məhəmməd əshabının rahibi” deyərdilər. O daim dəstəmazlı olardı. Dəstəmaz aldıqdan sonra isə namaz qılardı. Hücr Kufənin həm gözəl çöhrəli, həm də böyük mənəviyyata malik insanlarından idi.
Əgər onun cahiliyyət dövründə anadan olduğunu qəbul etsək, Məkkənin fəthindən sonra İslama gəldiyini nəzərə alsaq, həmin vaxt bu şəxsin 27 yaşı vardı. Hücr İslamı gec qəbul etmiş olsa da, yaşı bir o qədər də çox deyildi. Amma onun qəlbində dərin bir iman, möhkəm bir əqidə, Allahın dininə və həzrət Məhəmmədin (s) peyğəmbərliyinə (ə) güclü bir inam vardı. Hücr bir çox yaşlılardan dahi öncül və mübariz idi.
Mərhum Seyyid Möhsin Əmininin təbirincə, Hücr şücaətli, çalışqan, abid, duaları qəbul olan, arif, Allaha müti, haqqı danışan, zülmlə barışmaz, şəhadəttələb, Əmirəl-mömininin (ə) havadarı olan bir komandan idi. Onun Həzrət Əli (ə) tərəfindən Cəməl və Süffeyn döyüşlərində qoşun başçısı seçilməsi misilsiz şücaətindən danı-şır. Bu insan ölər, amma alçaqlığı qəbul etməzdi. O, şəhadəti qəbul etdi, amma Əli (ə) haqqında pis sözlər danışmağa razı olmadı. O, öz oğlunun atasının ölümünü görüb süstələşməməsi, Əli (ə) vilayətin-dən uzaqlaşmaması üçün onun şəhadətinə hazır oldu.1
Bu deyilənlər hər bir haqpərəst müsəl-man üçün ideallığa layiq olan Hücr ibn Ədinin əxlaqi və ruhi fəzilətlərini kiçik bir hissəsi idi.
Tarixi hadisələrdə Hücrlə yan-yana
Hücr ibn Ədi həzrət Peyğəmbərin (s) hüzurunda olduqdan və ona iman gətirdik-dən sonra daim bu məktəbin genişlənməsi və müdafiəsi yolunda çalışdı. O, həzrətin (s) buyuruqlarını dinləyər və başqalarına da çatdırardı. Hücr İraqda yaşadığından xilafətin mərkəzi olan Mədinədəki hadisələrdən bir qədər uzaq idi. Amma heç vaxt haqq və batilə eyni gözlə baxmazdı.
Təqvalı və mübariz peyğəmbər səhabəsi Əbuzər Qəffari Rəbəzəyə sürgün olunub orada qərib bir vəziyyətdə şəhadətə çatdıqda Hücr ibn Ədi və Malik Əştər onun yanında olan, cənazəsinə namaz qılanlardan idilər.1 Osmanın xəlifəliyi dövründə Hücr ibn Ədi Kufədə yaşayırdı. Osmanın xoşagəlməz işləri həddini aşırdı və onun səs-sədası hər yerə yayılırdı. Kufənin on iki təqvalı və qüdrətli şəxsi xəlifəyə məktub yazdılar. Xəlifənin xoşagəlməz işlərini tənqid edərək, onu bu işlərdən çəkinməyə çağırdılar. Onlar öz məktublarında doğru yolu xəlifənin nəzərinə çatdır-dılar. Hücr ibn Ədi də bu məktub müəlliflərindən biri idi.2
Hucərin siyasi mövqeyi Həzrət Əlini (ə) haqq əqidəsinə tərəfdarlıq idi. O heç vaxt qəsbkar hakimlərlə sazişə getmədi və öz mövqeyini açıqlamaqdan çəkinmədi.
Hücr həmin dövrün acı xilafət macəralarının şahidi idi. Bu hadisələr onun qəlbini parçalayırdı. Osmanın qətlindən sonra Hücr ibn Ədi yaranmış fürsəti qənimət sayaraq, var qüvvəsi ilə meydana atıldı. O hətta mötəbər bir rəvayətçi sayılırdı. Bu insan yalnız Əlinin (ə) buyuruqlarını nəql edirdi. Hətta Cəməl döyüşü meydanında Əlinin (ə) həqiqi Peyğəmbər (s) canişini olması haqqında oxuyur və onun vücuduna dualar edirdi.
Həzrət Əlinin (ə) xilafəti dvründə onun hökumətinə qarşı Cəməl fitnəsi tuğyan etdiyi vaxt həzrət Kufəyə nümayəndə göndərərək, onları haqqın müdafiəsinə çağırır. Vilayət aşiqləri həzrətin nümayəndəsinə müsbət cavab verirlər. Onlar bir-bir ayağa qalxaraq, fitnə ilə mübarizədə öz hazırlıqlarını elan edirlər. Hücr ibn Ədi də bir çox başqaları kimi ayağa qalxaraq dedi: “Ey xalq! Əmirəl-mömininin (ə) çağırışına cavab verin. Süvari və ya piyada, hərəkət edin. Tələsin və mən özüm də bu yolda qabaqda gedənlərdən olacağam.”1
Hücrin imamı (ə) himayə edərək öz həqiqi imanını nümayişə qoyduğu məqamlardan biri də Süffeyn döyüşü zamanı yarandı. Onun Süffeyndəki şücaəti haqqında ayrıca danışacağıq.
Süffeyn və Nəhrəvan hadisələri
Hücrin öz mövlası Əliyə (ə) möhkəm bağlılığı vardı. Eşq həddində heyranlıq uca həddə itaətlə müşayiət olunurdu.
Süffeyn döyüşü, Əmirəlmömininin (ə) Müaviyə qoşunu ilə qarşılaşması zama-nı Hücr istər meydanda, istər imamın (ə) himayəsində, istərsə də səfərbərlik işində səhabələrin ən çalışanlarından idi. Döyüşlərin təsadüf etdiyi zilhiccə ayında Əli (ə) öz köməkçilərinin müba-rizlərini və nüfuzlularını bir qrup döyüşçü ilə düşmənin üzərinə göndərdi. Bu iş bir dəfə Malik Əştərə, digər bir dəfə isə Hücr ibn Ədiyə həvalə olundu. İmam (ə) eyni zamanda öz tərəfdarlarının əxlaq həddini aşmasına diqqət yetirirdi. Həmin döyüşdə Hücr ibn Ədi və Əmru ibn Həmiq Şamlıları lənətləmişdilər. İmam (ə) onlara xəbər göndərdi ki, bir daha bu işi təkrarlamasınlar. Onlar imamın (ə) xidmətinə gəlib dedilər: “Məgər onlar haqsız deyillərmi?” İmam buyurdu: “Bəli, elədir. Amma sizin pis danışmağınızı istəmirəm. Onların çirkin işlərini xatırlatsanız, daha yaxşı olar. Ən yaxşısı isə odur ki, onların hidayətini və müsəlmanlar arasında sülh istəyəsiniz.” Onlar dedilər: “Ey Əmirəl-möminin! Sənin nəsihətini qəbul edirik...”
Sonra Hücr imam Əliyə (ə) dedi: “Biz döyüş adamıyıq və meydanlarda böyümüşük. Qəbiləmiz də həm çoxdur, həm layiqlidlir, həm də döyüşkəndir. Hamımız sənə mütiyik. Sən parlıyanda parlıyırıq, qurub edəndə qurub edirik. Nə əmr etsən, onu da yerinə yetirərik.” Həzrət buyurdu: “Bütün qəbilə səninlə eyni əqidədədirmi?” Hücr dedi: “Onlardan yalnız yaxşılıq görmüşəm. Hamımız əmrə mütiyik.” Sonra imam onların haqqında yaxşı sözlər dedi və müxtəlif qəbilələrin bayraqlarını bağladı. Kində qəbiləsinin komandani Hücr ibn Ədi təyin olundu.1
Döyüş zamanı Hücr öz sözlərini sübuta yetirdi. O bir an durmadan vuruşur və həmlə zamanı belə rəcəz oxuyurdu:
Ya Rəbb, bizlər üçün Əlini (ə) qoru,
Doğru yolu tapmış əmini qoru.
Peyğəmbər ümməti qoruduğu tək
Əli rəhbər olsun bizlərə gərək.
Süffeyn döyüşündə ilkin savaş səhnələrindən birində Hücr Həzrət Əlinin (ə) qoşununda idi. Onunla eyni adı daşıyan əmisi oğlu isə Müaviyənin qoşunu tərəfindən vuruşurdu. Onlardan biri “Hücre-Xeyr”, digəri isə “Hücre-şər” kimi tanınmışdı.
Bu iki şəxs savaş meydanına girdi və hər iki tərəfdən onların köməyinə gələn-lər oldu. Bu döyüşdə Müaviyənin tərəf-darı olan Hücr öldürüldü. Həzrət Əli (ə) belə bir sonluğa görə Allaha şürk etdi. Hücrin Süfeyn döyüşündəki qəhrəman-lıqları onu daha çox tanıtdırdı və sevdirdi. Süfeyn döyüşünün taleyi hakimlərin mühakiməsinə tapşırıldı. Hiylə və fırıldaq dolu mühakimələr cəmiyyətin rahatlığını əlindən aldı. Müaviyənin Əli (ə) hökumətinə yönəlmiş hiylələri vəziyyəti daha da mürək-kəbləşdirdi. Həzrət Əli (ə) fitnələrin qarşısını almaq üçün yenidən səfərbərlik keçirməyə vadar oldu. Kufə əhli yenidən Şamlılarla döyüşə çağırıldı. Həzrət qəbilə başçılarından kömək üçün qüvvə istədi.
İmamın çağırışına müsbət cavab verənlərdən biri də Hücr ibn Ədi idi. O, imamın istəyini məktub şəklində qələmə aldı.1 Bu məqamda yeni bir fitnə qopdu. Bu fitnəni qızışdıranlar isə imamın sadəlövh və düşüncəsiz əsgərlərindən olan Nəhrəvanlı “xaricilər” (xəvaric) idi. Həzrət Nəhrəvan döyüşündə bu aldadılmış düşmənlərlə döyüşdü və onları aradan götürdü. Bu döyüşdə göstərdiyi qəhrəmanlığa görə Hücr ibn Ədi qoşunun sağ cinah komandanı təyin olundu.2
Hücr ibn Ədi haqla batilin bütün savaş səhnələrində fəal iştirak edir, Əli (ə) cəbhəsinin müdafiəsində dayanırdı. Həzrət Peyğəmbərin ardınca gedən, Həzrət Əlinin (ə) məhəbbətini qazanan imanlı və xalis bir müsəlman başqa cür edə də bilməzdi!
Müaviyənin fitnələri dövründə
Hücr ibn Ədinin agahlıq və imanı onu azdırıcı fitnələr içində Əlinin (ə) həqiqi xəttində saxlayırdı. O, ömrünün son anınadək həqiqət yolunda büdrəmədi.
Nəhrəvan döyüşü başa çatdıqdan, xaricilər məğlub olduqdan sonra Müaviyə ardıcıl şəkildə öz əsgərlərini Həzrət Əlinin (ə) hakimiyyəti altında olan məntəqələrə göndərir, qətl-qarətlər törətməklə xalqı hakimiyyətdən narazı salırdı. Həzrət Əli (ə) öz ətrafın-dakıların, valilərin səhlənkarlığından, süstlüyündən heyrətə gəlmişdi. Bu fitnənin kökünü kəsmək üçün Şam üzərinə qoşun yeritmək fikrində idi. Amma xalqın mövqesizliyi bu planların gerçəkləşməsinə mane oldu. Küfə camaatı imamın döyüş çağırışına müsbət cavab vermədi. Onlar öz yersiz sözləri ilə imamın qəlbini ağrıtdılar. Məhz bu məqamda Hücr ibn Ədi qalxıb dedi: “Ya Əmirəlmöminin (ə), Allah sənə qəmli gün göstərməsin! Sən əmr ver, biz itaət edək. And olsun Allaha, əgər sənin əmrinə itaətdə var-dövlətimiz, canımız, bütün qəbiləmiz fəda olsa, həvəsdən düşməyəcə-yik.”1 Amma Hücr ibn Ədi kimi müti tərəfdarlar çox az idi.
Qutqutanı məntəqəsində Zöhhak ibn Qeysin törətdiyi qətl-qarətlərdən sonra imam Kufə xalqını toplayıb, onları düşmənə qarşı mübarizəyə çağırdı. Amma xalq imamın çağırışını çox soyuq qarşıladı. Yenə də Hücr ibn Ədi qalxıb, Allahın haqqı müdafiə etdiyini xatırladaraq, bu işdə öz hazırlığını bildirdi. O, imamdan köməkçilər istəyib, Allahın da yardımçı olacağını yada saldı. İmam (ə) Hücrin bu rəftarı haqqında xoş sözlər dedi və buyurdu: “Allah səni şəhadət feyzindən məhrum etməsin. Mən əminəm ki, sən şəhadəttələb insanlardansan” Həmin vaxt Hücr təcavüzkarlarla iki gün döyüşdü.1
Bu hadisə haqqında tarixçi İbn-Əsir belə məlumat verir: Hicri 39-cu ildə Müaviyə Zöhhak ibn Qeysi 3000 döyüşçü ilə birlikdə Əli (ə) tərəfdarlarını qətl-qarət etməyə göndərdi. Onlar Sələbiyyəyə çatanadək Həzrət Əlinin (ə) hərbi düşərgələrindən birini alt-üst etdilər. Bu xəbəri eşidən Həzrət Əli (ə) Hücri 4000 nəfərlə onların üstünə göndərdi. Həzrətin dəstəsi Zöhhakın dəstəsi ilə qanlı savaşa girdi. 19 nəfər Zöhhakın, 2 nəfər isə Hücrin dəstəsindən həlak oldu. Qaranlıq düşən kimi Zöhhaq və onun əsgərləri baş götürüb qaçdılar.2
Bu pərakəndə fitnələr Müaviyənin ara-dan götürülməsi fikrini yaradırdısa da, ətrafdakıların süstlüyu düşmənləri cəsarətləndirirdi. Müharibədən yorul-muş xalq düşmənin fitnələrinə vərdiş verir və rəhbərin xəbərdarlıqlarına diqqətsizlik göstərirdi.
İbn-Mülcəm, Vərdan və Şəbib Əlini (ə) öldürmək qərarlarını Əşəs ibn Qeysə açıqladılar. Peyğəmbər ailəsinin kinli düşmənlərindən olan, bütün fitnələrdə iştirak edən Əşəs ibn Qeys bu üç nəfərlə əl-ələ verdi. Əlinin (ə) vurulması nəzərdə tutulan gecə Hücr ibn Ədi məsciddə yatmışdı. O, Əşəslə İbn-Mülcəm arasındakı söhbəti eşitdi. Əşəs İbn Mülcəmə deyirdi: “Cəld ol, yoxsa sübhün nuru səni rüsvay edər” Bu sözlər Hücrdə şübhə doğurdu. O qarşıda təhlükə olduğunu hiss etdi. Cəld məsciddən çıxıb, Əlinin evinə üz tutdu. O həzrət Əlini bu təhlükədən xəbərdan etmək istəyirdi. Məscidlə Əlinin evinin arasında iki yol vardı. Hücr Əlinin evinə doğru bir yolla hərəkət etdiyi vaxt həzrət (ə) başqa bir yolla məscidə tərəf gəlirdi. Beləcə Hücr Həzrətlə (ə) rastlaşmadı və həmin hadisə baş verdi. Hücr və başqaları məscidə qayıtdıqları vaxt artıq iş işdən keçmişdi. Bəli, Əli (ə) qətlə yetiril-mişdi!1
Bu faciə Hücr ibn Ədini çox sıxdı. Əli (ə) ilə onun arasında çox yaxın bir münasibət vardı. Həzrət (ə) ona şəhadət şərbətini içməsi üçün dua etmişdi. İndi isə imam özü şəhadət yatağına düşmüşdü. Hücr öz rəhbərini itirmək üzrə idi.
Bir dəfə imam (ə) gələcək haqqında Hücrə buyurdu: “Əgər bir gün səni tutub işgəncə versələr və mənə lənət oxumağını tələb etsələr, nə edəcəksən?” Hücr dedi: “Nə edim ya Əli (ə)? İmam buyurdu: “Əgər səni məcbur etsələr, mənə lənət oxu. Amma məndən üz döndərmə. Çünki mən Allahın dinindəyəm.”2 Hücr hiss edirdi ki, ağasını itirməsi ilə ona vəd olunan gün yaxınlaşır. Artıq haqq yolçuları üçün meydan daralırdı.
Bu görüş zamanı Həzrət Əli (ə) yataqda idi. Ramazanın iyirminci günü idi. Aşiqlər bir-bir Əlinin (ə) görüşünə gəlirdilər, salam verib, cavab alırdılar. İmam (ə) buyururdu: “Nə qədər ki, məni itirməmisiniz, soruşun. Amma sual-larınızı qısa edin, imamınız zərbə almışdır.”
Oradakılar ağlayır, onun halını nəzərə alaraq, sual vermirdilər. Hücr ibn Ədi ayağa qalxıb öz hislərini bir neçə beyt şerlə bəyan etdi. Həzrət (ə) onun oxuduğu şeri dinləyib buyurdu: “Səni məndən üz döndərməyə məcbur etdikdə nə edəcəksən?” Hücr dedi: “And olsun Allaha, ya Əli! Əgər qılıncla tikə-tikə doğrasalar, odda yandırsalar, bu mənim üçün səndən üz döndərməkdən yaxşıdır!” Həzrət (ə) buyurdu: “Ey Hücr! Allah hər bir yaxşılıqda yardımçın olsun. Allah-taala sənə Peyğəmbər (s) ailəsi tərəfindən yaxşı mükafat versin.”1
İmam Əli (ə) şəhadətə çatdı. Hücr ibn Ədi mövlasına eşqi, bu eşqə vəfalı olacağı barədə əhdi ilə birlikdə zülm içində çabalayan cəmiyyətdə, çətin bir dövranda qaldı. Hücrin qərarı qəti idi: O öz eşqindən, imanından, amallarından əl çəkməyəcək, şəraitin dəyişməsi onu mövqeyindən döndərməyəcəkdi!
Qaranlıq dövran
Bəs Hücr ibn Ədi nə üçün qiyam etdi və kimlərlə mübarizədə şəhid oldu? Bu suala cavab vermək üçün həmin dövrün xüsusiyyətləri və günahkar hakimləri ilə tanış olmalıyıq. Hücrin müqəddəs cihad qəhrəmanlığının mahiyyətini anlamaq üçün tarixin həmin qaranlıq dönəmini mütaliə etməliyik. Nə qədər ağrılı da olsa, həmin mühitlə tanış olmaq lazım gəlir. Bu yolla Hücrin mübarizə və şəhadətinin dəyəri aşkar olur.
İslam cəmiyyətinin bədbəxtliyi onda idi ki, hökumətə, insanların taleyinə Müaviyə, Əmru As, Müğirə və Ziyad kimilər hakim olmuşdular. Bu insanlar İslam və Qurandan çox-çox uzaq idilər. Nadan kütlənin də böyük hissəsi onların ardınca gedir, qorxu və tamah ucbatından dinlərini satırdılar. Məhz həmin dövrdə Hücr ibn Ədi, Meysəm Təmmar, Rüşəyd Həcəri, Əmru ibn Həmiq kimi şücaətli insanlar şirkin qarşısında dayanırdılar. Bu mübarizə həmin insan-lar üçün canları bahasına başa gəlirdi. Beləcə, Seyyidüşşühədanın əbədi qiyamı üçün şərait yaranırdı.
Həmin dövrün hakimiyyət meydanının oyunçularının çirkin sifəti ilə tanış-lıq pis olmaz. Yalnız bu yolla böyük şəhidlərin gördüyü işin əzəməti dərk oluna bilər.
Müaviyə ibn Əbu-Süfyan
Onun anası Əbu-Süfyanın arvadı Hind idi. Hind günahkar qadınlardan idi. O, Müaviyəni haram yolla dünyaya gətir-mişdi. Müaviyə Allaha və onun peyğəmbərinə inanmırdı. O, Əli (ə) ilə döyüşdü və bir çox din başçılarını şəhadətə yetirdi. O, azan verilərkən Peyğəmbərin (s) adını eşitdikdə qəzəblə deyərdi: “O qədər çalışacağam ki, bu ad aradan getsin!” Müaviyə göstəriş vermiş-di ki, minbərlərdən Əliyə lənət oxunsun.
Müaviyə dəfələrlə Əbuzər Qəffari və peyğəmbərlərin (s) digər böyük səhabələ-rinə pislik etmişdi. Bu şəxs öz şərabxor oğlu Yezidi xəlifəlik məqamına təyin etdi, onun üçün hamıdan zorla beyət aldı. O bu işi ilə Əhli-beytlə düşmən-çiliyini zirvəyə çatdırdı. Müaviyə peşəkar yalançılardan və fırıldaq-çılardan idi. O bu yolla Şamda ictimai fikri öz siyasətlərinin xeyrinə yönəldə bilmişdi.
Əmru As
Bu şəxsin də anası Məkkənin günahkar qadınlarından idi. O bir çox kişilərlə qeyri-qanuni əlaqə saxlayırdı. Əmru As həmin haram əlaqələrdən dünyaya gəlmiş-di. Bir neçə nəfər Əmru Asın atası olduğunu iddia edirdi. O da Müaviyə kimi İslama iman gətirməmişdi. Dinlə oyun oynayır və riyakarcasına müsəlmanların cərgəsində dayanırdı. Bu şəxs Həzrət Əlinin (ə) qatı düşmənlərindən idi. Süffeyn döyüşünə və digər fitnələrə rəhbərlik etmişdi. Peybəmbər ailəsinə qarşı əksər təxribatların arxasında Əmru Asın əli vardı.
Müqirə ibn Şəbə
Bu şəxs də İslama qəlbən iman gətirmə-mişdi. Bir dəfə on üç yoldaşını yuxuya verib, qətlə yetirmiş, var-dövlətlərinə sahib durmuşdu. Sonra Mədinəyə gəlmiş və müsəlman olduğunu bildirmişdi. Müğirənin zahirdə İslamı qəbul etməsi yalnız öz canını qorumaq üçün idi. O bütün həyatını günaha, şəhvətpərəstliyə və qarınqululuğa sərf etmişdi. Bununla belə, Müğirə hökumətdə vəzifə ələ keçirə bilmişdi.1 Müğirə həzrət Zəhranın (s) evinə hücum edib, zərər yetirən adam-lardan idi.
Ziyad ibn Əbih
Bu şəxsi Əbu-Süfyanın qeyri-qanuni əlaqədə olduğu qadın dünyaya gətirmişdi. O, alçaq bir nəsildən idi. Uzun müddət atasının kim olduğu bilinməmişdi. Nəhayət, Müaviyə iddia etdi ki, Ziyad onun qardaşıdır. Həmin vaxtdan onu Əbu-Süfyanın nəslindən saymağa başladılar. Kərbəla hadisəsində Hüseynlə (ə) qarşı-qarşıya dayanan Übeydullah ibn Ziyad onun oğlu idi. Məhz həmin şəxs Seyyidüş-şühəda (ə) və onun yoldaşlarını qətlə yetirdi.
İslamda bidətlər və təhriflər yaradan Ziyad və əvvəlcə adını qeyd etdiyimiz üç nəfər idi. Əhli-beytə olmazın zülmlə-rini edən bu adamlar dinin taleyi ilə oyun oynayırdılar. Onlar əməvi hökumətinin siyasət meydanının oyunçuları sayılır-dılar.
Müaviyə Həzrət Əliyə (ə) xüsusi bir düşmənçilik münasibəti bəsləyirdi. O, Əli adını eşitdikdə qəzəblənir, onun ünvanına təhqirlər yağdırırdı. Bu alçaq şəxs xalqı Əliyə (ə) lənət deməyə vadar edirdi. Həzrət Əli (ə) özündən sonra belə bir çirkin şəxsin xalqa hakim olacağı-nı, xalqın Əliyə lənət oxumağa vadar ediləcəyini öncədən xəbər vermişdi. Müaviyə daim cümə namazının xütbələ-rində Əliyə lənət oxuyardı. Hakimiyyəti altında olan bütün məntəqələrə eynən onun kimi rəftar etməyi əmr etmişdi. Yalnız 83 il sonra Ömər ibn Əbdüləzizin dövründə bu çirkin ənənə aradan qaldırıldı.1
Hansı ki həmin dövürdə həzrət peyğəmbərin “hər kəs Əlini təhqir etsə, məni təhqir etmişdir” buyuruğu ilə bütün xalq tanış idi. Bəli, bu göstərişlərə qarşı çıxıb, Əli xanədanına hörmətsiz-liyin bünövrəsini qoyan Müaviyə oldu.
Müaviyə Əli ardıcıllarını çox inci-dirdi. Bu sıxıntıdan Kufə şiələrinə daha çox pay düşmüşdü. Müaviyə Ziyadı Kufə hakimi təyin etmişdi. Ziyad Əli (ə) tərəfdarlarını yaxşı tanıyırdı. O, əlinə keçən şiələri öldürür, dara çəkir, gözlərini çıxarır, qollarını kəsir, sürgün edirdi. Məhkəmələrdə Əli tərəf-darlarının şahidliyi qəbul olunmurdu. Əhli-beyt aşiqlərinin haqqı kəsilmiş-di. Bu insanlar təqib olunmaqla yanaşı, iqtisadi sıxıntıya da məruz qalmışdı-lar.
Müğirə Əhli-beytin ən qəddar düşmən-lərindən idi. Onu yalnız vəzifə və məqam düşündürürdü. O, peyğəmbər ailəsinə zülmü ilə seçilən şəxslərdən idi. Həzrət Əli (ə) onun haqqında Əmmar Yasərə belə buyurmuşdu: “O, dinə dünyasını təmin edəcək qədər bağlıdır.”1 Bu şəxsin əxlaqi nöqsanları və xəyanətləri tarixin səhifələrinə kölgə salmışdır. Müğirə xilafət qəsbkarlarına göstərdiyi xidmət-lər müqabilində vəzifə əldə etmişdi.
Bura qədər deyilənlər həmin dövrə hakim olan zülmün simasını qismən tanıtdırdı. Bəli, həmin dövrdə haqq deyənlərin dilini kəsir, əyilməyən boyunları vururdular. İnsanlar yalnız Əlini sevdikləri üçün dara çəkilirdilər.
Bülbüllər qəfəsdə, qanadı bağlı,
Quzğun qanad çalır aranlı-dağlı,
Düşmənlər işrətdə, dostlar kəmənddə,
İtlər açıq gəzir, ahular bənddə.
Şir qəfəsdə qalmış, tülkü bayırda
Namərdlər çəməndə, aşiqlər darda.
Bulud arxasında qaldıqca günəş
Dam üstə oturmaq bayquşa vərdiş.
Haqqı söyləyənlər düşmən əlində
Qandal qollarında, qıfıl dilində.
Başını qaldıran gəlir qılınca,
Pərvanələr yanır kamın alınca.
Hücr ibn Ədi vilayət həriminin müdafiəçisi olan ayıq bir müsəlman kimi bütün bu azğınlıqlara etiraz edirdi. Dinə münasibətdə damarlarından qeyrət qanı axan bu şəxs çirkin sükutu pozmaq və qiyam vəzifəsinə əməl etmək istəyirdi. Onun qəhrəmanlıqları haqqında növbəti söhbətlərimizdə danışdacağıq.
HÜcr ibn Ədi və Muğirə
Hücr ibn Ədi Əmirəl-mömininə (ə) aşiq, fəda olduğu qədər Muğirə Həzrətə (ə) düşmənçiliklə yanaşır, Kufə minbərin-dən ona aşkar lənət oxuyurdu.
Hicri 41-ci ildə imam Həsənlə (ə) Müaviyə arasında sülh müqaviləsi bağlandıqdan sonra Müaviyə Kufənin yaxınlığındakı Nüxəyləyə gəldi və namazdan sonra xütbədə açıq-aşkar elan etdi ki, sülh müqaviləsinin şərtlərinə əməl etməyəcək. Eləcə də, Muğirə Kufə əmirliyinə təyin olundu.
Bu hadisə imamın dostları, o cümlədən, Hücr ibn Ədi üçün dözülməz idi. Bu sülh müqaviləsindən narazı qalan Hücr imam Həsənə (ə) dedi: “Kaş, sən və mən, hamımız öləydik, amma döyüş səhnəsində məğlub olduğumuz, düşmənin qalib gəldiyi günü görməyəydik.” Bu sözlər İmam (ə) tərəfin-dən narazılıqla qarşılandı. Hücrə susmaq işarəsi verib buyurdu: “Ey Hücr, hamı sənin kimi düşünmür, sənin tək cihad və şəhadət sorağında deyil. Bu sülh sizi qorumaq üçündür.”1
Amma Hücrin dini qeyrəti onu rahat buraxmırdı. O, imam Hüseynin (ə) yanına gedib, həzrəti qiyama çağırdı. Seyyidüş-şühada (ə) isə belə buyurdu: “Biz əhd-peyman bağlamışıq və bu müqaviləni pozmaq olmaz.”
Həmin il Müğirəni Kufəyə vali təyin edən Müaviyə ona tövsiyə etdi ki, Əliyə lənət oxumağı unutmasın. Əli tərəf-darlarının sıxışdırılması əsas göstərişlərdən idi. Müğirə hakimiyyətdə olduğu yeddi il neçə ay ərzində bu siyasəti izlədi. Hücr ibn Ədi fürsət tapan kimi ona qarşı çıxır, tənqid edir, xalqı ona qarşı qaldırırdı. Müğirə bütün çirkinliklərinə baxmayaraq, əlini Hücrün qanına batırmaq istəmirdi. Amma onu hədələyərək bu işin pis nəticələ-nəcəyini nəzərinə çatdırırdı.
Hücr ibn Ədi əməvi hökumətinin zid-dinə fəaliyyətini aşkarlamaq qərarında idi. O görürdü ki, Muğirə müsəlmanların büdcəsi, beytül-mal ilə oynayır, şiələrin haqqını vermir, xalqı hədələyərək, onları Əliyə (ə) lənət oxumağa vadar edir. Onun fikri zülmə qarşı çıxanları məhv etmək, Allah və Peyğəmbər (s) dinlərini aradan qaldırmaq idi. Hücr mövcud hökumətin qeyri-qanuni sayılması və ona qarşı qiyam qaldırılması üçün bu deyələnləri kifayət sayırdı.
Hücr və imamın (ə) digər vəfalı tərəf-darları ona lənət oxunduğunu gördükdə qalxıb etiraz edir və bu lənəti onların özünə qaytarırdılar. Bir dəfə cümə günü minbərə çıxan Müğirəni Hücr və onun ətrafındakılar daşladılar. O dərhal minbərdən düşdü və imarətinə qayıtdı. Muğirə Hücrə beş min dirhəm göndərərək onu susdura biləcəyini düşündü. Müğirə unudurdu ki, Hücr Allahın razılığına xatir mübarizə aparır. İlahi meydanda isə var-dövlətin heç bir təsiri yoxdur.
Bir gün yenə Muğirə minbərdən Əliyə (ə) lənət oxuduğu vaxt Hücr ayağa qalxdı və elə bir fəryad qopardı ki, məsciddən kənardakılar da onun səsini eşitdilər. Sonra Muğirəyə dedi: “Kimə lənət oxuduğunu bilmirsən? Həzrətə (ə) lənət oxumağa və günahkarlara sitayiş etməyə həris olmusan!” Otuz nəfərdən çox şəxs ayağa qalxıb bir ağızdan dedi: “Hücr doğru deyir!” İbn-Əsirin bildirdiyinə görə, məsciddə olanların üçdə ikisindən çoxu ayağa qalxdı və Hücrün səsinə səs verərək dedi: “Dediyin sözlərin bizə faydası yoxdur, göstəriş ver bizim kəsilmiş hüquqlarımızı versinlər!”1
Bir qrup adam Muğirənin yanına gedib onun Hücr qarşısında susmasına etiraz etdilər. Muğirə onların cavabında dedi: “Mən Hücr ibn Ədini bu yolla məhv edirəm. Məndən sonra başqa bir əmir gələcək. Hücr onu da mənim kimi sayıb, eyni sözləri deyəcək. O vaxt həmin əmir ilkin fürsət düşən kimi onu həbs edib, qətlə yetirəcək. Mən ömrümün sonuna çatmışam. O şəxslərin qanını tökmək istəmirəm ki, özüm bədbəxt olum, onlar isə şəhadətə çatsınlar.” Muğirə bu əsasla Hücr ibn Ədi ilə keçinirdi. Hicri 51-ci ildə o, dünyasını dəyişdi. Bəsrə valisi olan Ziyad Kufə hakimliyini də öhdəsinə götürdü.
Bundan sonra Hücr ibn Ədi ilə Ziyad arasında müasibətlər gərginləşdi. Növ-bəti söhbətimizdə bu barədə danışacağıq.
Hücr ibn Ədi və Ziyad
Muğirənin ölümündən sonra Bəsrə valisi olan Ziyad Kufə hakimliyinə də təyin olundu. O, altı ay Kufədə, altı ay isə Bəsrədə qalırdı.
Ziyad Kufə valisi kimi ilk dəfə şəhərə daxil olanda olduqca sərt və hədələyici çıxış etdi. Onun ən mübariz müxalifi Hücr ibn Ədi idi. Nə vaxtsa Hücr Ziyadla həm fikir və dost olmuşdu. Amma Ziyad sonradan əməvilərə qoşuldu. O, Hücru çox yaxşı tanıyırdı və keçmişindən xəbərdar idi. Ziyad əvvəlcə Hücru hüzuruna çağırıb onunla yumşaq danışdı və əlavə etdi: “Muğirə ilə necə rəftar etdiyini bilirəm. O sənin qabağında səbirli olsa da, mən onun kimi deyiləm. Bir zaman Əli (ə) ilə dost, Müaviyə ilə düşmən olduğumu bilirsən. Amma o dövr ötüb keçdi. Bu gün qəlbimdə Əlinin (ə) yerini Muaviyə tutub. Dilini saxla, evində otur, nəyə ehtiyacın olsa, istə. Məbada elə bir iş görəsən ki, əlim qanına batsın.”1
Bir müddət sonra Ziyad Bəsrəyə getmək qərarına gəldi. Əmru ibn Hərisi yerində oturdub səfərə çıxdı. Hücr və onun yoldaşlarının qiyamından qorxduğu üçün təklif etdi ki, Hücr onunla Bəsrəyə getsin. Hücr bu təklifi qəbul etmədi və dedi: “Xəstəyəm, səninlə gedə bilmərəm.” Ziyad dedi: “And olsun Allaha. Düz deyirsən ki, xəstəsən. Din xəstəsi, qəlb xəstəsi, ağıl xəstəsi! And olsun Allaha, sənin haqqında pis bir məlumat çatsa, səni öldürəcəyəm! Gör nə edirsən!”
O getdi və Əmru ibn Həris onun taxtında oturdu. Amma Kufənin nəbzi Hücrin və onun yoldaşlarının əlində idi. Onlar valinin istədiyi kimi hərəkət etməsinə yol verməzdilər. Vəziyyəti Ziyada xəbər verdilər və ondan kömək istədilər.
Hücr və dostları Kufə məscidində oturmuşdular və vəziyyətə nəzarət edirdilər. Bir gün Əmru ibn Həris xütbə oxumaq üçün minbərə çıxdıqda onu daşladılar. Çarəsiz qalan Əmru aşağı düşüb qəsrə getdi. O, vəziyyəti Ziyada xəbər verdi və dedi: “Əgər Kufəyə ehtiyacın varsa, bir çarə düşün.”
Şiələr Hücrün yanına get-gəl edir, cəm şəkildə onunla məsciddə olurdular. Bəzin məscidin yarısını onun tərəfdar-ları tuturdu. İş bir yerə çatdı ki, onlar aşkar şəkildə Muaviyə və Ziyadın ziddinə danışmağa başladılar. Əmru ibn Həris məscidə gəldi. Qəsrlə məscid arasında az məsafə vardı. Şəhər böyükləri də orada idilər. Əmru çıxışa başladı və xalqı itaətə, təfriqədən çəkinməyə çağırdı. Hücr yoldaşları ilə birgə ayağa qalxıb təkbir dedi və ona tərəf hərəkət etdi. Əmru lənətləyərək, onu daşlamağa başladılar. Əmru aşağı düşüb qəsrinə qaçdı və qapını bağlayıb, vəziyyəti ibn Ziyada xəbər verdi. Kufədən gələn xoşagəlməz xəbərlər Ziyadı narahat edirdi. O dedi: “Əgər Hücrün öhdəsindən gələ bilməsəm, Kufəni onun çəngindən çıxarmasam, bir şəxs deyiləm! Vay olsun sənə, ey Hücr! Sənin başına bir oyun gətirim ki, başqalarına ibrət olsun!” Ziyad Kufəyə gedib məsələni həll etmək qərarına gəldi.
Hücr də növbəti hadisələr haqında düşünüb, hazırlaşırdı. O, canını əldən verməli olsa da, zalımlarla döyüş qərarında idi. Ziyad Kufəyə gəldi və məsciddə hədələyici bir çıxış etdi. Əmruya daş atanları tapıb onların barmaqlarını kəsdi. Hücr isə tutduğu yoldan çəkinmirdi. Bir dəfə Ziyad Müaviyəni “Əmirəlmöminin” adlandı-randa bu ləqəbin həzrət Əliyə (ə) aid olduğuna inanan Hücr Muaviyəyə etiraz etdi və dedi: “Yalan deyirsən, belə deyil. “Bu səhnə bir neçə dəfə təkrar olundu. Hücr bir ovuc çınqıl götürüb, Ziyada atdı və onu lənətlədi. Ziyad minbərdən düşdü, namaz qıldı sonra isə qəsrə getdi. Hücr də öz evinə qayıtdı. Ziyad Hücru həbs etmək üçün süvarilər göndərdi. Hücrlə bu süvarilər arasında döyüş oldu. Hücr nə yolla olur olsun, Ziyadın hüzuruna getmək istəmirdi. Ziyad baş vermiş hadisələr haqqında Müaviyəyə məlumat göndərdi.
Hücrün Kufədə çoxsaylı tərəfdarları və dostları vardı. Bir qrup şəxs Ziyadın göstərişi ilə Hücrün evinə gedib onu yola gətirmək istədi. Onlar təkid etsələr də, Hücr Ziyadın yanına getməkdən imtina etdi.
Bir dəfə Ziyad cümə namazının xütbəsini o qədər uzatdı ki, namazın vaxtı keçdi. Hücr ibn Ədi iki dəfə “Əssəlat, Əssəlat” deyərək, ona namazın vaxtının çatdığını bildirdi. Amma vali buna etina etmədi. Hücr ayağa qalxıb bir qrup adamla namaz qılmağa başladı. Bunu görən Ziyad minbərdən enib namazını qıldı və qəsrinə qayıtdı. O yenə də bu barədə Müaviyəyə namə yazdı. Müaviyə göstəriş verdi ki, Hücr həbs olunub, Şama göndərilsin.1
Ziyad məsciddə xütbə oxuduğu vaxt Hücr ibn Ədi ilə yoldaşları məscidin böyük bir hissəsində toplanıb, ona müxalif sözlər danışırdılar. Ziyad Kufəliləri və şəhər böyüklərini toplayıb dedi: “Maraqlıdır! Cismləriniz mənimlə, qəlbləriniz isə Hücr ilədir. Bir əlinizlə yaralayır, o biri əlinizlə məlhəm qoyursunız? Siz mənimləsinin, amma övdalarınız və qəbilələriniz Hücr ilə? Qalxın gedin və həmin dəstənin arasında olan qardaşlarınızı, övlad-larınızı, qohumlarınızı oradan kənar-laşdırın.” Ətrafdakılar onun sözünə əməl etdilər. Hücrün başına toplaşan-ların çoxu onu tərk etdi.2
Bəli, Hücr kiçik bir qrupla məsciddə qaldı. Məmurlar Ziyadın yanına aparmaq üçün ona yaxınlaşdılar. Amma Hücr imtina etdi. Savaş məqamı yaranmışdı. Ziyad minbərdən bu səhnəni tamaşa edirdi. Hücrün havadarları onu dövrəyə aldılar və məscidin qapılarından biri ilə bayıra çıxardılar. İki qrup arasında qarşıdurma oldu. Amma Hücr ibn Ədi oradan uzaqlaşıb özünü Əzq qəbiləsinə çatdırdı. Hücr bir gün orada qaldı.1
Hücr Ziyadın ondan əl çəkməyəcəyini bildiyindən gizləndi. Onu nə qədər axtardılarsa, da, tapa bilmədilər. Kufə böyüklərindən Ziyadın görüşünə ilkin gələn Məhəmməd ibn Əşəs oldu. Ziyad ondan Hücru gətirməsini istədi. Məhəmməd onunla Hücr arasında heç bir əlaqə olmadığını bəhanə gətirsə də, Ziyad ona inanmayıb, hədələdi ki, bu işi görməsə, öldürüləcək. Məhəmməd ibn Əşəs qəmgin və nigaran halda bayıra çıxdı. Yolda Cərir ibn Əbdüllahı gördü və ondan kömək istədi. Cərir Ziyadın yanına gedib dedi ki, Məhəmmədlə işin olmasın, Hücr ibn Ədini o özü Ziyadın yanına gətirəcək. Ziyad bu təklifi qəbul etdi. Amma Cəriri hədələdi ki, əgər bu işi görməsə, özü öldürüləcək. Cərir üç gün möhlət istədi. Sonra Hücrün yanına getdi. Hücrün yanında on iki yoldaşı da vardı. Hücr Ziyadın yanına getməyə bir şərtlə razılaşdı ki, Ziyad onu Müaviyənin yanına göndərsin.2 Ziyad Hücrün şərtini qəbul etdikdən sonra o, Ziyadın yanına getdi. Ziyad çox istəyirdi ki, Hücru özü öldürsün. Amma araların-dakı şərt bu işə mane oldu. Ziyadın göstərişi ilə Hücr zindana salındı. O on gün zindanda qaldı.1
Hücrün yoldaşları da gizlənmişdi. Amma Ziyad Kufənin tanınmış adamla-rının köməyi ilə həmin on iki nəfəri ələ keçirib, zindana saldı. Ziyad həbs olunmuş adamları Şama göndərməzdən qabaq onlara qarşı ifadələr topladı. Bu ifadələrə əsasən, Hücr xəlifənin itaətindən çıxmış, xalqdan ayrılmış, xəlifəyə lənət demiş və camaatı müharibəyə çağırmışdı. Həmin ifadə-lərdə bildirilirdi ki, hucur xalqı kafir Müaviyəyə itaətsizliyə dəvət etmişdir. Ziyad hazırladığı sənədi Kufə başçılarına məcburən imzalatdırdı. Bəzi adamlar da öz imzaları ilə bu sənədi təsdiq etdilər. Bir müxalifi aradan götürmək üçün yetərincə sübutlar toplandı!
Sənədlər hazırlandıqdan sonra Hücr və onun yoldaşları zindandan çıxarıldı, əl-ayaqları zəncirlənmiş halda, yüz əsgərin müşayiəti ilə Müaviyənin yanına göndərildi. Hücra qarşı ittihamların təsdiqlənməsi üçün bu dəstəyə bir qrup şahid də əlavə olundu. Ziyad verilən ifadələrə uyğun bir məktubla son qərarı xəlifənin ixtiyarına buraxdı.
Alovlu və qəmləndirici səhnə idi. Xalq zəncirə çəkilmiş azadələrin, buxovlan-mış şirlərin ətrafına cəm olmuşdu. Bu anda narahat və ağlar insanların əlindən heç nə gəlmirdi.
Qorxu vardı ki, məhbusların havadar-ları onların hərəkəti zamanı etiraza əl atalar. Ziyad məhbusları sübhdən axşama-dək Kufə məscinin ərazisində saxladı və gecə yola salda.
Hücrün qızları ağlar halda onun yolunun üstündə durmuşdular. Hücr ibn Ədi onlara üz tutub dedi: “Sizin yeməyiniz və geyiminiz öhdəsində olan kəs Allahdır. O isə məndən sonra qalır. Təqvalı olun və Allaha sitayiş edin. Əgər öldürülsəm, şəhidəm, geri qayıtsam hörmətim var. Allahın əli başınız üstə olsun.” Sonra o, zəncirlərin ağırlığı altda yola düşdü.1
Şiə qadınlarından biri bu səhnəni, Hücrün qızlarının onun fərağında qəmini bir neçə beytlə belə təsvir edirdi:
Ey gecənin nuru. Ey işıqlı ay,
Xəbərin yoxmudur Hücrdan sənin?
Müaviyə onun yolunu gözlər,
Hücr ölər, artar dərdi aləmin.
Buludlar ötüşər, çöllər quruyar,
Hər yerdə cücərə otları qəmin.
Hücr! Uğurlu yol, sevin bu günə,
Yaxşını öldürmək haqqı zalımın.
Hücr getdi, dünya, ağla bu gündən
Zalımlar olacaq sənin həmdəmin!
Bu karvan ciddi mühafizə altında Şam yoluna üz tutdu. “Qəsre-bəni-məqatil” məntəqəsindən keçərkən həmin məntəqənin sakini olan Übeydullah ibn Hürr Cöfi: “Kaş bu şücaətli insanları xilas etmək üçün kömək olaydı.” Übeydullah nida etdi, təəssüfləndi. Onun nidasına cavab verən olmadı.
Hücrün dəstəsi möhkəm imanla irəli gedirdi. Müaviyənin onlarla sərt rəftar edəcəyini, qarşıda şəhadət olduğunu bildikləri halda xoşhal idilər. Onlar sevinirdilər ki, vəzifələrinin icrası, batillə mübarizə yolunda belə bir sınaqla üzləşiblər. Onlar əməvi məmurlarının əl-qolu bağlı əsiri olmalarına baxma-yaraq, özlərini kama çatmış, qalib bilirdilər.
Necə də gözəldir ölümüylə can,
Gecə zülmətini edər çıraqban.
Gözəldir yuxudan oyana ellər,
Bir təkbirlə yerə çökə rəzillər.
Millətin qandalın qırmaq nə gözəl,
Zülmün qarşısında durmaq nə gözəl!
Dəməşqə doğru
Alnında şəhadət çılçırağı parlayan, qəlbində Allahla görüş şövqü alovlanan dəstə məmurların nəzarəti altında, əl-ayağı zəncirli halda Şam hökumətinin paytaxtına üz tutmuşdular. Dəməşqə çatdıqdan sonra Müaviyə onların haqqında hökm verməli idi.
Mərcul-əzra məntəqəsinə çatdılar. Bu məntəqə Dəməşqin iyirmi kilometr-liyində yerləşirdi. Müaviyəyə xəbər çatanadək, hökm məlum olanadək əsirlər oradakı zindanda qaldılar. Bəzilərinin fikrincə, əsirlər Dəməşqə aparılmadı və Müaviyə onları görmədən ölüm hökmlərini verdi. Əksəriyyətin isə fikri belədir ki, əsirlər Dəməşqə aparıldı və təkrar Mərcul-Əzraya qaytarıldı.
Ziyadın Şama göndərdiyi on iki nəfərin adları belə idi: Hücr ibn Ədi, Şərik ibn Şəddad, Seyfi ibn Fəsil, Qəbisə ibn Zubiə, Möhrəzi ibn Şəhab, Kədam ibn Həyyan, Əbdürrəhman ibn Həssan, Ərçəm ibn Əbdüllah, Kərim ibn Əfif, Asim ibn Ovf, Vərqa ibn Suməyy və Əbdillah ibn Həviyyə.
Ziyad bu on iki nəfərə Utbə ibn Əxnəs və Səd ibn Nəmran adlı iki nəfəri də qoşmuşdu. Onların ümumi sayı 14 idi.
Ziyadın Hücr və onun tərəfdarlarının əleyhinə yazdığı məktub ifadələrlə birlikdə Müaviyəyə çatdı. Müaviyə bu dəstə ilə necə rəftar etmək barədə tərəddüddə idi və onları öldürməkdən ehtiyat edirdi. Çünki Hücr ibn Ədinin parlaq keçmişi vardı, o yetərincə məşhur bir şəxsiyyət idi. Müaviyə əvvəlcə bu şəxslərin öldürmək haqqında məşvərət apardı, başqalarının da bu barədə fikrini öyrənmək istədi. Amma Müaviyənin təbliğatı sayəsində xalq bu adamlara ölüm tələb etdi. Amma bəzi tanınmış adamlar əsirlərin bağışlan-masını məsləhət görürdülər. Bu məsələ barədə susanlar da vardı. Müaviyə zahirən tərəddüddə idi. O, Ziyada məktub yazıb, ikifikirli olduğunu bildirdi.
Ziyad Müaviyəyə cavab məktubunda onun hələ də tərəddüddə olduğuna heyrət etdi-yini yazdı. Müaviyənin nəzərinə çatdırdı ki, xalqın şahidlik etdiyi yerdə nə tərəddüd?! Onu da qeyd etdi ki, əgər Kufəyə ehtiyacın varsa, Hücr və onun tərəfdarlarını bir daha buraya qaytarma.1
Ziyadın məktubunu Dəməşqə aparan qasid Mərcul-Əzradan keçərkən məhbuslarla görüşdü və dedi ki, ölüm qoxusu gələn bir məktub aparıram. Məhbuslara təklif etdi ki, əgər faydalı bir sifarişləri varsa, ona desinlər.
Hücr dedi: “Müaviyəyə çatdır ki, biz əhdi pozmamışıq və verilən ifadələri düşmənlər quraşdırmışdır.” Qasid bu sözləri Müaviyəyə çatdırdı. Müaviyə dedi: “Bizim nəzərimizdə Ziyad Hücrdən daha doğruçudur!”2
Hücr və tərəfdarlarına sonradan qoşulan iki nəfəri Mərcul-əzraya bir az gec çatdırdılar. Onların gəlməsi xəbərini Şama aparan məmur Hücr ilə görüşdü. Əl-ayağı zəncirlənmiş Hücr ona dedi: “Müaviyəyə de ki, bizim qanlarımız haramdır və bizi öldürmək rəva deyil. Biz müsəlmanlardan kimsəni öldürməmişik ki, qisas üçün qanımız axıdıla!”
Müaviyənin öz qərarını açıqladığı məclisdə bəziləri etiraz etdilər və kimlərinsə azad edilməsini istədilər. Müaviyə zindandakılarla dostluğu və ya qohumluğu olan yaxınlarının xahişi ilə onların altısını bağışlayıb azad etdi. Malik ibn Həbirə də xahiş etdi ki, əmisi oğlu Hücr ona xatir bağışlansın. Müaviyə dedi: “O bu dəstənin başçısıdır. Əgər azad etsək, yenidən Kufəyə qayıdıb aranı qatacaq. Onda məcbur olacağıq ki, səni İraqa göndərək və onu yanımıza gətirə-sən.” Malik bu sözlərdən inciyib məclisi tərk etdi və həmin vaxtdan xanənişin oldu.1
Mərcul-əzra şəhadətgahında
Hücr və yoldaşlarının həbsdə saxlan-dığı Mərcul-əzra məntəqəsi müəyyən cəhət-lərdən Hücr ibn Ədi üçün xatirələrə malik əziz bir yer idi. Bu məntəqənin fəthində və İslamın burada yayılmasında Hücr ibn Ədinin rolu vardı. İkinci xəlifənin dövründə bu diyar İslama öz ağuşunu açdı. Hücr qolu bağlı bu yerə gətirildikdə oranın adını soruşdu və sonra dedi: “Mən bu məntəqədə ilk dəfə təkbir demiş və Allahı yad etmiş müsəlmanam. İndi məni qolu bağlı əsir vəziyyətində buraya gətiriblər!”1
Olsun ki, Hücr ilə belə rəftar Müaviyənin İslama qarşı küfründən qaynaqlanırdı. Müaviyə heç bir dini dəyərə bağlı deyildi. Bu yerdə onun ilk fatehini həbs etmiş və axırda da oradaca qətlə yetirmişdi. Müaviyənin bu işi bir növ islami dəyərlərə və Hücr ibn Ədinin bu torpağa bağlılığına istehza idi. Bəli, Hücr məhz bu yerdə cihad və fəth etmişdi
Müaviyə Mərcul-əzraya gedib, oradakı-ları qətlə yetirməyi üç nəfərə tapşırdı. Onlardan biri taygözlü Hudbə ibn Fəyyaz idi. Hücrün zindan yoldaşlarından olan Kərim ibn Əfif Hudbəni gördükdə dedi: “Əgər pis falda bir həqiqət varsa, bizim yarımız öldürüləcək, yarımız isə azad olunacağıq!” İşin sonu Kərimin dediyi kimi oldu.2
Həmin üç məmurla birlikdə azad edilməsi nəzərdə tutulan altı nəfəri aparmaq üçün başqa bir şəxs də vardı. Ölümdən qurtulanlar bunlar idi: Asim, Vərqa, Ərqəm, Utbə, Səd və Əbdüllah.
Məmurlar digər məhbuslara dedilər: “Əmr var sizə bildirək ki, əgər Əlidən üz döndərib, ona lənət desəniz, azad ediləcəksiniz. Əks təqdirdə öldürüləcək-siniz.” Əsirlər dedilər: “Heç vaxt belə etməyəcəyik.” Taygöz məmur Hücra yaxınlaşıb dedi: “Ey azğın dəstənin başçısı, küfr və özbaşınalıq çeşməsi, ey Əbu-Turabın dostu! Müaviyə səni və yoldaşlarını öldürməyi mənə tapşırıb. Öz küfrünüzdən əl çəkib, Əlidən üz döndərsəniz vəziyyət başqa cür olacaq.”
Hücr və yoldaşları bir ağızdan dedilər: “Qılınc itiliyinə səbr etmək bizim üçün sənin dediklərindən asandır. Allahın, peyğəmbərin, Əlinin görüşünə getmək cəhənnəmə daxil olmaqdan əzizdir.”
Məhbuslara dəfələrlə təklif olundu ki, Əmirəlmöminin Əlidən (ə) üz döndərib, canlarını qurtarsınlar. Amma onlar razılaşmayıb, mövlalarına eşq yolunda şəhadəti qəbul etdilər.
Onlar üçün qəbirlər qazıldı, kəfənlər hazırlandı. Hücr dedi: “Bizi kafir kimi öldürür, müsəlman kimi kəfənə bükürlər!”1
Məhbusların zəncirləri açıldı. Onlar bütün gecəni namaz qıldılar. Dua və namaz səsləri ətrafı burümüşdü. Onlar şəhadətlə görüşə hazır idilər. Bu gecə onlar üçün çox xoş oldu.
Sübh açıldı. Onlara son dəfə təklif olundu ki, Əlidən üz döndərsinlər. Əsirlər yenə də uyğun təklifi rədd edərək bildirdilər: “Xeyr, biz onun ardıcılı və aşiqiyik. Onun düşmənləri bizim də düşmənimizdir.
Məmurlar qətli həyata keçirməyə hazır idilər. Həmin məqamda Hücr ibn Ədi bir hədis nəql etdi. Dedi: “Allahın rəsulu (s) mənə belə buyurmuşdu? “Ey Hücr! Bir gün Əli məhəbbəti yolunda işkəncələrlə öldürüləcəksən. Başın torpağa dəyəndə həmin yerdən bir bulaq qaynayar...
Hücrün yoldaşları öz şəhadətlərini səbirsizliklə gözləyirdilər. Onlar şəhadət şəminin başına pərvanə tək dolanırdılar. Bu feyzi dadmağa tələsməyən yox idi. Onlar bir-bir qanlarına qəltan olur, şəhadət işığında əbədilik dastanı yaradırdılar. Nəhayət, növbə Hücra çatdı.
Udbə ibn Fəyyaza əmr olunmuşdu ki, Hücrün boynunu vursun. Bəzi rəvayətlərə görə, Hücrün oğlu Həmmam da atasının yanında idi. Oğlunun bu tamaşaya şahid olması Hücru çox nigaran edirdi. O qorxurdu ki, azyaşlı oğlu bu dəhşətli səhnələri görüb, haqq yoldan, Əhli-beyt (ə) məramından uzaqlaşa.
Hücr cəllada dedi: “Əgər oğlumu da öldürmək əmr olunmuşsa, onu məndən qabaq öldür.” Cəllad belə də etdi. Ondan bu xahişinin səbəbi soruşulduqda dedi: “Qorxdum ki, qılıncı boynumda görəndə həyəcanlana və Əli (ə) vilayətindən üz döndərə. Bu səbəbdən qiyamət günü Allahın səbr əhlinə vəd etdiyi kimi bir yerdə olmamağımızdan ehtiyat etdim, mənim şəhadətimi görməsini istəmədim.”
Hücrün bu hərəkəti Allaha eşq və vilayət yolunda fədakarlığın zirvəsidir. Bu səhnə çox nadir səhnələrdəndir. Seyyid Məhəmməd Bəhrül-ülüm qəhrəmanlıq zirvəsi olan bu heyranedici hadisəni təsvir edərək yazır: Hücrün növcavan oğlunun başı atasının gözləri qarşısında yerə diyirləndi. Ata bu üzücü səhnəni seyr edərək, əllərini səmaya açdı, Allahın bu nemətinə şükr etdi. Oğlunun haqq yolda fəda olması, cihad və səbr onun üçün böyük nemətlər idi.
Hücr sevgili şəhid oğlunun yanında oturdu. Onun üzündən torpağı və qanı təmizlədi. Oğlunun alnından qəm dolu bir öpüş götürdü. Sonra şəhid oğluna xitabən dedi: “Allah sənin üzünü ağ etsin, necə ki, peyğəmbərin yanında mənim üzümü ağ etdin.”
Bəli, iman möcüzə yaradır, insan bütün bu ruhu əzəmət, batini cilvə, işıqlı və ilahi ruh qarşısında təvazöyə sövq edir. Haqq ardıcılları və Əli dostlarında müşahidə olunan həmin bu ruhiyyə və iman idi. Bu ruhiyyə əməvilərin əhrimən (şər) qüvvəsini lərzəyə gətirdi.
Hücr artıq övladının ruhdan düşməsin-dən, süstləşməsindən nigaran deyildi. Əqidə yolunda şəhadətin istiqbalı üçün tam hazır idi. Amma son anlarda da öz uca ruhunu Allahın əzəməti astanasında duaya sövq etməyə çalışırdı. Şəhadətdən öncə o iki rəkət namaz qılmaq, son dəfə bəndəliyini izhar etmək üçün möhlət istədi. Məmurlara dedi: “Qoyun dəstəmaz alım.” Ona icazə verildi. Dəstəmaz aldıqdan sonra dedi: “Qoyun iki rəkət namaz da qılım. And olsun Allaha, mən nə vaxt dəstəmaz almışamsa, iki rəkət namaz da qılmışam.” Ona iki rəkət namaz qılmaq üçün icazə verildi. Məmurlara elə elə göründü ki, Hücrün namazı uzun çəkdi. Dedilər: “Namazı nə uzun qıldın. Yoxsa ölümdən qorxursan?” Hücr dedi: “Əgər qorxmuş da olsam, qılıncı sıyırılmış, kəfəni sərilmiş, qəbri qazılmış körməyim yaxşıdır. Amma inanın ki, indiki namaz bu vaxtadək qıldığım namazların ən qısası oldu!” sonra əlavə etdi: “Pərvərdigara, bu ümmətdən dərgahına şikayət edirəm. Kufəlilər bizim ziddimizə şahidlik etdilər, şamlılar bizi qətlə yetirdilər.” Sonra üzünü məmurlara tutub dedi: “And olsun Allaha, bizi burada öldürürsünüzsə bilin ki, bu məmləkətdə ilkin tövhid nidası çəkib, elə orada da öldürülən mənəm.”1
Daha sonra təkid edərək dedi: “Məni bu zəncirlə öldürün, qanımı yumayın. İstəyirəm qiyamətdə Müaviyə ilə bu görkəmdə görüşüm.”2
Nəhayət, Hücr ibn Ədi həmin taygöz Udbənin qılıncı ilə şəhadətə çatdı. O son anlarda deyirdi: “Həbibim Peyğəmbər (s) belə bir gün haqqında xəbər vermişdi.”
Həmin gün Mərcul-Əzra bu altı şəhidin qanına bulaşdı: Hücr, Şərik, Seyfi, Qədisə, Muhrəz, Kədam. کدام
Bəzi mənbələrdə Hücrün özündən qabaq şəhadətə yetirilmiş növcavan oğlu Həmmamın da adı çəkilir.
Şəhidlər üçün cənazə namazı qılındı və onları həmin yerdə torpağa tapşırdılar. Hal-hazırda altı qəbr çərçivəyə salınmış və onun kənarında məscid tikilmişdir.
Hücr ibn Ədi və onun yoldaşlarının məzarı əqidə yolunda cihad, əhli-beyt sevgisi, Əmirəl-mömininə eşq, fəda-karlığa ilhamlanma simvoludur.
Bu insanların şəhadəti hicri 51-ci ilə təsadüf edir. Hücrün qanı bizə bunları öyrədir:
− Sevgi və dostluq yolunda fədakarlıq, qurbanlıq asandır;
− Eşq şəhidləri öz şəhadətləri ilə haqq və izzət yolunu hamarlamışlar;
− Həqiqi müsəlmanlar dini faydaları dünyavi mənafelərdən üstün tuturlar;
− İman və əqidə yolunda möhkəmlik azadə kişilərin xislətidir;
− Ən böyük cihad zalım hökumətə haqqı deməkdir;
− Batilin dövrü ötəri, haqqın dövrü isə əbədidir.
Bəli, qanlı yolun müsafirləri
Mələk qanadında tərk edər yeri.
Şəhadət şəhərin görsünlər deyə
Qaranlıq zindandan qalxdılar göyə.
Ağır zəncirlərdən üzüldü qollar,
Kimsəsiz uzandı buxovlu yollar.
İllər boyu zülmün bağlı qəfəsi
Qırıldı, açıldı haqqın nəfəsi.
Qanın möcüzəsi bu imiş əlbət,
Pisliyin içində qalır cəhalət.
Şəhadət cücərtisi
Şəhidin pak qanı həm cəlladları ifşa edir, həm də İslam yolu qəhrəmanlarını ilhamlandırır.
Hücr Allahla görüşə tələsdi və ağır cihad yükünü şəhadət sərhəddinə çatdır-dı. Müaviyəyə qalan isə əbədi alçaqlıq oldu. Hücrün şəhadətindən sonra saray-dakı yaltaqlar Müaviyəni təbrik etdilər ki, Küfədəki düşmənlərin ən qatısı aradan götürülüb. Amma həmin məclisdə Hücrün möhkəmliyindən də danışılır, onun şəhadətdən əvvəlki anları xatır-lanırdı.
Müaviyə bu söhbətlərin davamında dedi: “Əgər mənim tərəfdarlarım arasında bir neçə nəfər Hücr kimisi olsaydı, əməvi hökumətini dünyaya hdkim edərdim. Heyf! Hücr kimisi vaımdırmı? Elə bir insan ki, öz inamı yolunda bütün gücü ilə fədakarlıq gstərsin! “Bir qədər pərişan dayanıb əlavə etdi: “Hücrla görüşüm çox uzun olacaq!” (Müaviyə ilahi mühakimə gününə işarə edirdi)
Hücrün şəhadətindən sonra Ziyadın göstərişi ilə onun Kufədəki evi viran qoyuldu. Sonra Muxtar Kufədə qiyam qaldırdı. Hücrün həbsində iştirae edən Məhəmməd ibn Əşəsin dalınca adam göndərdi. O qaçmışdı. Muxtarın göstəri-şi ilə onun evini dağıtdılar. Həmin evin kərpclərindən Hücrün viran qoyulmuş evi yenidən tikildi.1
Hücrün şəhadəti Kufəlilərə çox təsir etdi. Kufəlilər nəql edirdilər ki, birinci gördüyümüz zillət Hücrün şəhadəti, Ziyadın dəvəti ilə Əliyə (ə) lənət oxunması və İmam Hüseynin (ə) şəhadəti oldu.
Həmin faciədən sonra bu barədə eşidənlər qəmlənirdilər. Hətta əməvi sarayına bağlı adamlar da öz narahat-lıqlarını gizlədə bilmirdi. Ayişə də Hücrün şəhadəti ilə bağlı Müaviyəni tənqid etdi.
Bu hadisəyə etiraz edənlərə Müaviyənin cavabı yox idi. O, Hücru fitnəkar kimi tanıtdıran Ziyadın verdiyi məlumatları bəhanə gətirirdi.
Müaviyə Həccə gedərkən Mədinəyə gəldi. Ayişə ilə görüşmək isədikdə rədd cavabı aldı. Ayişə iki şeyə etiraz edirdi: Qardaşı Məhəmməd ibn Əbu-Bəkrin və Hücrün öldürülməsi. Amma hiyləcər Müaviyə o qədər üzr istədi ki, Ayişəni razı sala bildi. Ayişə Müaviyəyə Həzrət Peyğəmbərin (s) bu hədisini oxudu: “Mərcul-əzrada elə bir dəstə qətlə yetirilər ki, Allah və göy əhli bu işdən qəzəbə gələr.”2
Küfəlilər daim Hücrün şəhadətini xatırlayar və bu hadisədən qəmlənərdilər. O vaxt Kufəyə xəbər çatdıqda Kufə böyüklərindən bir hissəsi Mədinəyə imam Hüseynin xidmətinə getdi və hadisə barədə imama məlumat verildi. Hücrün şəhadət xəbəri imam Hüseyni (ə) çox narahat etdi. Kufədən gedən qrup bir müddət Mədinədə qalıb, imamla görüşlər keçirdi. Həmin vaxt Mədinə valisi olan Mərvan ibn Həkəm bu barədə Müaviyəyə xəbər verdi. İmam Hüseynin (ə) görüşlərini imam Həsənlə (ə) bağlanmış müqaviləyə zidd hesab edən Müaviyə imama məktub yazıb, etirazını bildirdi. Seyyidüş-şühədanın (ə) cavab məktubundan bəzi hissələrə nəzər salaq: “Məgər sən Hücrün və onun pak, abid yoldaşlarının qatili deyilsənmi? Onlar bidətlərlə razılaşmadılar, əmr be məruf və nəhy əz münkər etdilər. Sən isə onları zalımcasına öldürdün. Hansı ki, onlara aman vermişdin. Bu, sənin Allaha qarşı çıxmağının, əhd-peymanı yüngül saymağının nişanəsidir...”1
Müaviyə Hücru qətlə yetirdikdən sonra Məkkəyə gəldiyi il Hüseyn ibn Əli (ə) ilə görüşdü. O, imam Hüseynə (ə) dedi: “Hücr və onun yoldaşları, atanın şiələri ilə necə rəftar edildiyini bildinmi?” İmam (ə) soruşdu: “Nə etdiniz?” Müaviyə istehza ilə dedi: “Onları öldürdük, kəfənə bükdük, cənazə namazı qıldıq və torpağa tapşırdıq.” Hüseyn ibn Əli (ə) gülümsəyib, buyurdu: “ “Ey Müaviyə! Onlar qiyamət günü səninlə düşmənçiliyə qalxacaqlar. Amma biz sənin tərəfdar-larını öldürsəydik, nə kəfənə bükərdik, nə namaz qılardıq, nə də torpağa tapşırardıq!” (İmam (ə) onların müsəlmanlığını şübhə altına alırdı)1
Nəql edirlər ki, Müaviyə Hücru öldürdüyü üçün sonradan peşiman oldu. Amma bu peşimanlıq faydasızdı. O daim bu faciəni xatırlayardı. Hücr və onun yoldaşlarının qətli ölüm anınadək bir kabus tək Müaviyənin yaxasından yapışıb, onu rahat buraxmadı. Müaviyə və Ziyad ağır əzaba və xalqın nifrətinə tuş gəldilər. Onlar hər ikisi dünyalarını zəlil halda dəyişdilər. Amma Mərcul-əzra şəhid-ləri əbədiliyə qovuşdu, onların adları eşq və azadlıq kiabının sərlövhəsi oldu!
Söylə qalib gələn kim?
Zəlilliklə ölən kim?
Risalət ağuşunda
Eşq içində gülən kim?
Dostları ilə paylaş: |