I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə2/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   94

Mərkəzi hökümətlə razılaşdırmaqla Türkoloji Qurultayda Tatarıstan 10, Başqırdıstan 5, Dağıstan 6, 

Krım tatarları 5 nəfərlik ayrıca nümayəndə heyəti ilə təmsil olunmuşdur.  

  Birinci Türkoloji Qurultaya rəsmi olaraq Azərbaycan hökuməti tərəfindən ölkələr üzrə dəvət 

olunmuş ziyalılar aşağıdakılardan ibarət idilər: 

Azərbaycan üzrə 

  Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ruhulla Axundov, Hənəf Zeynallı, Həbib 

Cəbiyev, Mustafa Quliyev, Nikolay Aşmarin, Əziz Qubaydullin, Xalid Səid Xocayev, Bəkir 

Çobanzadə, Cabbar Məmmədzadə, Zifeldt-Simumyaqi, Artur Rudolfoviç, Pənah Qasımov, Müseyib 

İlyasov, Cəlil Məmmədzadə, Ayna Sultanova, Fərid Xurşid, Həmid Sultanov, Mirzə Davud 

Hüseynov, Hüseyn Musayev, Əhməd Pepinov, İbrahim Rza Şəbüstəri, Həsən Musayev; 

Türkiyədən 

  Əlibəy Hüseynzadə, Mehmet Fuad Körpülüzadə, Vitek Paul (alman), Yulius Messaroş 

(macar);  

Rusiya Federasiyası 

  Akademik Vasili Bartold, Sergey Malov, Aleksandr Miller, Aleksandr Samoyloviç, Feodor 

Menzel (alman), Lev Şerbak, Aleksey Başkirov, İlya Borozdin, Solomon Veltman, Anatoli Çenko, 

Lev Jirixov, Sergey Oldenburq, Nikolay Poppe, Sergey Rudenko, Vsevolod Tomoşevskiy, 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



9

Konstantin Yudaxin, Nikolay Yakovlev, Rauf Sabirov, Şamil Usmanov, Qani İtamişev, İbrakim 

Yumankulov;  Qaraçaylardan: Umar Aliyev, Abdulkərəm Xubiyev, Nana tokov; Yakutiyadan: 

İsidar Baraxov, Anempodist Satronov, Aleksey İvanov; Başqırd: Çuvaş Pamel İvanov, Xakas 

Nikolay Ratanov, Rulayev; Ukraynalı: Aqafangil Krımski; türkmən Beşim Külbeşirov, İnquş 

Zaurbek Malsatov, Rostovdan: Cahangir Nacıyev, Votyak İosif Naqovitsin, çeçen: Xalid Oşayev, 

yəhudi: Mixail Pavloviç, çuvaş: Mixail Petron, oryot: Aleksey Savaşkin, adigey Səfərbəy Siyuxov, 

Leninqraddan Abdulla Tağızadə, balkar İbrahim Usbayev, Tsey Davud Xatiroviç, noqay 

Əbdülhəmid Canibekov, avar Əbdüllətif Şamxalov, Tatarıstandan: Qaley Əbdürrəhimov, İbad 

Alnarov, Səttar Arifullin, Sabah Alnaqubov, Sibqat Qafurov, Qalimcan İbrahimov, Qayaz 

Maqsudov, Qəbdürrəxman Sədi, Şərəf Alimcan, İ.Lemanov; Başkırdıstandan: Qabdiləhəl 

Vilqadonov, Həbibbulla Qabibov, Kərim İdelqujin, Sadiq Miryasov, Zakir Zakirov, Dağıstandan: 

İbrahim Əliyev, Qalıncan Ayyupov, Şevgi Bekturə, Cəlaləddin Qorxmazov, Kərim Mamedbekov, 

Edhem Feyzi, Krımdan: Həbibulla Odabaş, Həsən Səbri Odabaş, Hüseyn Akçokraklı, Yaqub 

Kamal;      

Almaniyadan 

Elmlər doktoru Radebold Valter; 

Qazaxıstandan 

Əhməd Baytursunov, Lides Omarov, Əziz Bayseyidullin, Bilal Suleyev,    

Özbəkistandan 

1.Əbducabbar Əbducabbarov, Mixail Qavrilov, Aşurəli Zahiri,  Meşriq İlbek, Rəhim 

İnoqarnov,  Bikcan Rəhmanov,  Sadri İsmail,  Mecid Usmanov,  Neymət Həkimov,  Qazi Yunusov, 

Rəhimi Şakircan;  

Türkmənistandan 

Bekki Berdıyev, Məhəmməd Qəldiyev, Həşim Perenqliyev, Bazarkul Daniyarov; 

Gürcüstandan 

Bassariya Simon, Hikmət Cövdətzadə,  Rzaqulu Nəcəfov,  Aleksandr Tibilov, Nikolay 

Roqdayev, Şərif Manafov;  

Ermənistandan 

Bala Əfəndiyev, Raciya Açaryan. 

Müşahidələr göstərir və mənbələr təsdiq edir ki, Azərbaycandan Birinci Türkoloji Qurultaya 

rəsmi siyahıya daxil edilməyən, müəyyən təkliflər əsasında dəvət olunan tanınmış ziyalılar, elm 

adamları və yazıçılar da olmuşdur. Məsələn, görkəmli Azərbaycan şairi və damaturqu Hüseyn 

Cavid, tanınmış tədqiqatçılardan Vəli Xuluflu, Salman Mümtaz, İsmayıl Hikmət, Əli Nazim, Əmin 

Abid və başqaları da Birinci Türkoloji Qurultayda iştirak etmişlər. Hazırda Azərbaycan Milli 

Elmlər Akademiyası Rəyasət Heyətinin yerləşdiyi binanın üçüncü mərtəbəsində keçirilmiş böyük 

akt zalında keçirilmiş Birinci Türkoloji Qurultayda Azərbaycan ziyalıları geniş tərkibdə təmsil 

edilmişdir. Bizdə olan məlumata görə «Molla Nəsrəddin» jurnalının redaktoru, böyük demokrat 

yazıçı Cəlil Məmmədquluzadə də Türkoloji Qurultayın iştirakçıları sırasında olmuşdur. Birinci 

Türkoloji Qurultaya aid foto şəkillərdən Abdulla Şaiqi və Əziz Şərifi də tanımaq mümkün olur. Bu 

böyük elmi forumun Azərbaycandan olan təmsilçilərinin, rəsmi və qeyri-rəsmi çəkildə iştirak 

edənlərin tam siyahısını müəyyən etmək qarşıda duran vəzifələrdən biridir. Bu, Azərbaycanda 

türkologiya elminə olan marağı ifadə etməklə bərabər, həm də XX əsrin əvvəllərində Azərbaycan 

ziyalılığının inkişaf səviyyəsini aydın şəkildə təsəvvür etmək baxamandan da əhəmiyyətlidir.  

Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi Azərbaycanın həmin dövr üçün geniş mənada 

türkologiyanın əsas mərkəzlərindən biri olduğunu göstərir. Bundan əvvəl, 1920-ci ildə Şərq xalq-

larının Birinci Qurultayı da Bakıda keçirilmiş, həmin mötəbər tədbir nəticəsində Azərbaycanın türk-

müsəlman dünyasında əhəmiyyətli mövqeyi və böyük intellektual potensialı diqqəti cəlb etmişdir. 

Azərbaycan ziyalılarının Şərq xalqlarının Qurultayında və Birinci Türkoloji Qurultayda yaxından və 

fəal iştirakı ölkəmizdə yalnız dilçilik mənasında deyil, ədəbiyyat, tarix, mədəniyyət, folklor, etnoq-

rafiya və maarifçilik miqyasında böyük elmi və yaradıcı qüvvələrin yetişib formalaşdığını nümayiş 

etdirir. Digər ölkələrdən olan təmsilçilərin əhəmiyyətli fikirləri və təkliflərinin əhəmiyyətini heç də 

azaltmadan qeyd etmək lazım gəlir ki, Azərbaycan nümayəndələrinin qaldırdıqları məsələlər, irəli 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



10

sürdükləri ideyalar hər iki qurultayın ana xəttinin, əsas istiqamətlərinin müəyyən edilməsində 

mühüm rol oynamışdır. Eyni zamanda, Azərbaycanın elm, ədəbiyyat və mədəniyyət xadimlərinin 

türk-müsəlman dünyasının, şərqşünaslıq və türkologiya elminin görkəmli nümayəndələri ilə təması, 

əlaqələri baxımından da Şərq xalqlarının Qurultayı və Birinci Türkoloji Qurultay mühüm əhəmiyyət 

kəsb edir. Ümumilikdə isə Birinci Türkoloji Qurultay türk dünyasında elmi-mədəni inteqrasiya ilə 

yanaşı, beynəlxalq miqyasda türkologiyanın inkişafına da qüvvətli təsir göstərmişdir. Türkolo-

giyanın yüksək inkişafı və türk dünyasında başlanan güclü inteqrasiya prosesləri qurultaydan sonra-

kı yeni türkoloji axını formalaşdırmışdır. Bu yeni dalğa dünyada XIX əsrdən başlanan və XX əsrin 

əvvəllərində sürətlə dərinləşən milli-mənəvi özünüdərk və mədəni inteqrasiya proseslərinin türko-

loji mühitdəki əks-sədası idi. Sağlam milli və elmi əsaslara malik olan həmin axının ideyasında hər 

hansı qarşıdurma,  çəkişmə, ixtilaf, inkarçılıq meyli yox idi. Əksinə, Birinci Türkoloji Qurultay 

geniş mənada türkologiyanın dünya elmi fikrinin üzvü tərkib hissəsi olduğunu göstərmişdir. Türk 

mənşəli xalqların nümayəndələrindən başqa, Qurultayda rus, alman, macar, gürcü, yəhudi, abxaz, 

çərgəz və başqa xalqlarının nümayəndələrinin də təmsili olunması Qurultayın ümumiyyətlə böyük 

elmi hadisə olduğunu bir daha təsdiq edir. Iştirakçıların əhatə etdiyi coğrafiyanın genişliyi 

beynəlxalq miqyasda türkologiyaya olan marağın miqyasını təsəvvür etməyə imkan verir.  

Ayrı-ayrı ölkələrdən gəlmiş tanınmış nümayəndələrin, görkəmli alimlərin Birinci Bakı 

Türkoloji Qurultayında aşağıdakı mövzularda məruzələri dinlənilmişdir:  

1.«Müasir vəziyyət və türk xalqları tarixinin araşdırılmasının ən yaxın vəzifələri»   (akademik 

Bartold); 2. «Tatar mədəniyyəti sahəsində ən yeni kəşflər» (Borozdin); 3.«Türk-tatar xalqlarında 

tarixi ədəbiyyatın inkişafı» (Qubaydullin); 4.«Türk tayfalarının etnoqrafik tədqiqinin müasir 

vəziyyəti və ən yaxın vəzifələri» (Rudenko); 5.«Anadolu və Balkan türklərinin etnoqrafiyasının 

tədqiqinin müasir vəziyyəti və ən yaxın vəzifələri» (Messaroş), 6. «Qafqaz türklərinin etnoqrafik 

tədqiqinin ən yaxın vəzifələri» (Çursin); 7.«Türk xalqlarının təsviri sənəti haqqında» (Miller); 

8.«Türk ləhcələrinin yaxın qohumluğu haqqında» (B. Çobanzadə); 9. «Altay dillərinin qarşılıqlı 

qohumluğu məsələlərinin tarixi və müasir vəziyyəti» (Poppe); 10. «Türk dillərinin Yafəs dillərə 

münasibəti haqqında» (Genko); 11.«Türk dillərinin tədqiqinin müasir vəziyyəti və ən yaxın 

vəzifələri» (Samoyloviç); 12.«Qədim türk dillərinin tədqiqi» (Malov); 13.«Türkologiyanın keçmişi 

və onun hazırkı vəziyyəti haqqında bəzi məlumatlar» (Aşmarin); 14.«Türk və erməni dillərinin 

qarşılıqlı təsiri» (R.Açaryan); 15.«Orfoqrafiyanın əsas prinsipləri və onların sosial əhəmiyyəti» 

(Şerbak); 16.«Türk dillərində elmi terminologiyanın yaranması prinsipləri haqqında» (Zifeldt); 

17.«Elmi terminologiya sistemi haqqında» (B. Çobanzadə); 18.«Türk dilləri üzrə elmi 

terminologiya sistemi haqqında» (Hənəfi Zeynallı); 19.«Əlifba məsələləri türk millətlərinin 

varlığının sosial və mədəni şəraiti ilə əlaqədə və yazı sisteminin müəyyənləşdirilməsi proqramı» 

(Yakovlev); 20.«Əlifbanın texniki baxımdan quruluşunun əsasları» (Jirkov); 21.«Ərəb və latın şrift 

sistemləri və onların türk-tatar xalqları üçün tətbiqi məsələləri» (Alimcan Şərif); 22.«Türk 

xalqlarında ədəbi dilin inkişafı» (Fuad Köprülüzadə); 23.«Doğma dilin tədrisi metodikasında ən 

yeni cərəyanlar» (Şerbak); 24.«Türk dillərinin tədrisi metodikasının əsasları» (Lemanov); 25.«Türk 

xalqları arasında diyarşünaslıq işinin xüsusiyyətləri» (Oldenburq), 26.«Anadolu-Balkan türkləri 

ədəbiyyatının araşdırılmasının nəticələri və perspektivləri» (F.F.Menzel); 27.«Oktyabr inqilabından 

sonra türk-tatar xalqlarının mədəni nailiyyətləri» (Pavloviç); 28.«Türk dilində imla qaydaları» 

(Fərhad Ağazadə); 29.«Qərbin iki dastanında türk» (Əli bəy Hüseynzadə) və s.  

Türkoloji Qurultayda dinlərin məruzələr elmi cəhətdən yüksək nəzəri səviyyəsi və aktuallığı 

ilə səciyyələnir. Məruzələrin heç birində kəskin millətçi, şovinist baxışlara yol verilməmişdir. Lakin 

məruzələrdə ortaq köklərə malik olan elmi-mədəni inteqrasiya baxımından qohum xalqların vahid 

amanlı dərin milli-mənəvi dəyərləri əks etdirilmişdir. Bu isə, türk dünyasının, son nəticədə isə 

dünya elm və mədəniyyətinin daha da zənginləşməsinə, inkişafına xidmət edirdi. Buna baxmayaraq, 

hakim sovet ideologiyasının prinsiplərinə uyğun gəlmədiyi üçün həmin türkoloji elmi axın Sovetlər 

İttifaqının ictimai-siyasi  mühitində böyük vahimə və şübhə ilə qarşılanmış, ağır repressiyalara 

səbəb olmuşdur. Əslində, yeni böyük sivilizasiyanın yaranmasına təkanverəcək bu prosesə hakim 

ideologiya pantürkizm, nanislamist baxımından yanaşaraq, sağlam düşüncəni arxa plana 

keçirmişdir. Ona görə də, milli-mənəvi yaxınlığın və birliyin yarada biləcəyi bütövlüyə ümumi 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



11

mədəni inkişafın bir parçası səviyyəsində yox, mövcud ideoloji meyarların tərs mütənasibi kimi 

baxılmışdır. Bunun nəticəsidir ki,  Birinci Türkoloji Qurultayın demək olar ki, Sovetlər İttifaqından 

olan bütün əsas iştirakçıları ciddi təqiblərlə üzləşmiş, həbs cəzasına məhkum olunmuş, sürgünə 

göndərilmiş, ölüm hökmünün qurbanı olmuşlar. Beləliklə,  ümumtürk coğrafiyasını əhatə edən 

Böyük Çöl landşaftı mədəniyyət, ortaq dəyərlər və elm baxımından sanki dünyadan qoparılmış, 

bütövlük və harmoniya pozulmuşdur. Lakin nə qədər çətin olsa da, Birinci Türkoloji Qurultayın 

ideyaları, çağırışları yaşamış, sonrakı dövrlərdə milli-mənəvi dəyərlərin, milli mədəniyyətlərin və 

ədəbiyyatın inkişafında, elmi-mədəni inteqrasiyanın formalaşmasında mühüm rol oynamışdır. 

Qurultayda qaldırılan latın əlifbasına keçid məsələsi XX əsrin əvvəllərində Azərbaycanda və 

Türkiyədə tətbiq olunmuşdur. Sonradan Sovetlər İttifaqı daxilində bu proses dayandırılsa və fərqli 

kiril əlifbası ilə əvəz olunsa da,  müstəqillik epoxasında latın əlifbası ideyası yenidən 

dirçəldilmişdir. Hazırda Azərbaycanda, Türkiyədə, Özbəkistanda və Türkmənistanda rəsmi olaraq 

latın əlifbasından istifadə olunur. Qazaxıstan isə latın əlifbasına keçmək haqqında qərar qəbul 

etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1 avqust 2001-ci il tarixli xüsusi fərmanı ilə 

Azərbaycanda latın əlifbasına tam keçidin təmin edilməsi Birinci Türkoloji Qurultayın ideyalarının 

müstəqillik qazanmış ölkəmiz üçün nə qədər aktuallıq qazandığını və müasirlik baxımından 

əhəmiyyət kəsb etdiyini nümayiş etdirir. Eyni zamanda, 3 oktyabr 2009-cu ildə Naxçıvan 

Sammitində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması və səmərəli fəaliyyəti də yeni 

tarixi epoxada Birinci Türkoloji Qurultayın ideyalarının işığında meydana çıxan mühüm tarixi 

hadisə olub türk xalqları coğrafiyasında elmi-mədəni inteqrasiyanın inkişaf etdirilməsində mühüm 

hadisəyə çevrilmişdir. Beynəlxalq Türk Akademiyasının dilçilik, ədəbiyyat, arxeologiya və 

folklorşünaslıq baxımından apardığı çoxaspektli işlər, həyata keçirdiyi əhəmiyyətli layihələr türk 

xalqlarının daha da yaxınlaşmasına ümumdünya  elmi-mədəni proseslərində aktiv iştirakında şərait 

yaradır. Beynəlxalq Türk Akademiyasının layihəsi kimi türkdilli ölkələrin orta ümumtəhsil 

məktəblərində tədris olunmaq üçün qəbul edilmiş «Ortaq türk tarixi» dərsliyinin nəşr edilməsi və 

istifadəsinə start verilməsi, «Ortaq türk ədəbiyyatı» və «Ortaq türk coğrafiyası” dərsliklərinin 

hazırlanmasına başlanılması da yeni tarixi epoxada müasir türkologiyanın mühüm nailiyyətlərindən 

sayılmağa layiq hadisədir. Keçmiş Sovetlər İttifaqı dövründən «Sovetskaya türkologiya» adı ilə 

Bakıda çap edilmiş elmi jurnalın müstəqillik illərində daha geniş elmi istiqamətləri əhatə etməklə 

yüksək poliqrafik səviyyədə “Türkologiya” adı ilə nəşr edilərək beynəlxalq aləmdə və türk 

dünyasında yayılması Azərbaycanın əsas türkoloji mərkəzlərdən biri olduğunu nümayiş etdirir.   

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ardıcıl və məqsədyönlü fəaliyyətinin davamı olaraq 

Azərbaycanda – Bakıda Mədəni irs fondunun işə başlanması müasir şəraitdə ortaq mədəniyyətlərin 

birgə inkişaf etdirilməsinə daha bir imkan yaradır. Eyni zamanda,  29 iyun 2015-ci ildən türk 

dünyasının Elmlər Akademiyaları Assosiasiasının fəaliyyət göstərməsi ilə elm sahəsində ortaq 

tədqiqatların, birgə ekspedisiyaların, müştərək konfransların təşkilinə və həyata keçirilməsi 

prosesləri ardıcıl xarakter almışdır. Bütün bunlarla bərabər, Türk xalqları üçün ortaq latın 

əlifbasının müəyyən edilib qəbul olunması və vahid terminologiyanın formalaşdırılması qarşıda 

duran əsas vəzifələrdən biridir. Türk xalqlarının elmi mühitini əhatə edən xüsusi bir impakt faktorlu 

elmi jurnalın təsis edilməsi də müasir mərhələdə türkologiyanın inkişafında yeni dalğa yarada bilər.  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik 

yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli Sərəncamı böyük tarixi hadisə olan 

Birinci Türkoloji Qurultayın dərslərini  müstəqillik dövrü epoxasının işığında müasirlik baxımından 

bir daha yenidən tədqiq edib ümumiləşdirməyə, ictimai və elmi cəhətdən qiymətləndirməyə və 

nəticələr çıxarmağa, yeni inkişafa nail olmağa, müasir vəzifələri müəyyənləşdirməyə böyük meydan 

açır. Mühüm tarixi əhəmiyyətə malik olan Sərəncamda deyildiyi kimi, “XX yüzilliyin sonlarına 

doğru... dövlət müstəqilliyini bərpa etməsi ilə... Türkoloji Qurultay tərəfindən vaxtilə irəli sürülmüş 

tövsiyələrin müasir şəraitdə uğurla həyata keçirilməsi üçün əlverişli zəmin yarandı. Bir əsr boyunca 

üçüncü dəfə dəyişdirilməyə məruz qaldıqdan sonra latın qrafikalı yeni əlifbaya keçildi və ictimai-

siyasi həyatın, yazı mədəniyyəti tarixinin taleyüklü məsələlərinin həlli istiqamətində mühüm 

addımlar atıldı.” 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



12

Ümumiyyətlə, bütün dövrlərdə Azərbaycanda elm və mədəniyyət inkişaf etmiş, elmi-ədəbi və 

mədəni əlaqələr istiqamətində mühüm addımlar atılmışdır. XX əsr ölkəmizdə humanitar düşüncənin 

və mədəniyyətin inkişaf etdirilməsi baxımından xüsusi mərhələyə çevrilmişdir. Xüsusən, 

Azərbaycana böyük öndər Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycanın elmi, ədəbiyyatı 

və mədəniyyəti özünün «qızıl dövrü»nü yaşamışdır. Məhz ümummilli lider Heydər Əliyevin böyük 

iradəsi və uzaqgörənliyi sayəsində hələ 1978-ci ildə Azərbaycan dilinin ölkəmizin 

Konstitusiyasında dövlət dili kimi əks etdirilməsi böyük ictimai-siyasi hadisədir. XX əsrin 

yetmişinci illərində «Müasir Azərbaycan dili» adlı çoxcildlik dərsliyə görə görkəmli dilçi alimlərin: 

Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Yusif Seyidov və Ağaməli Həsənovun respublika Dövlət 

Mükafatına layiq görülmələri geniş mənada anna dilinə, həmçinin dilçilik elminin inkişafına dövlət 

səviyyəsində göstərilən qayğısının əməli ifadəsi idi. Bu zəmində Azərbaycanda mükəmməl 

türkologiya məktəbi yaranmış və böyük elmi ənənələr formalaşmışdır. Müstəqillik illərində 

Azərbaycan Respublikasında dilçilik elmi ilə yanaşı, geniş mənada türkoloji elmlər sitseminə daxil 

olan ədəbiyyatşünaslıq, etnoqrafiya, sənətşünaslıq, folklorşünaslıq elmləri də inkişaf etdirilmiş

elmi-mədəni inteqrasiya istiqamətində əsaslı tədbirlər həyata keçirilmiş, mühüm nəticələr əldə 

olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 fevral 2016-cı il tarixli 

sərəncamı ilə Birinci Türkoloji Qurultayın 90 illik yubileyi tədbirlərinin Türkiyədə, Macarıstanda, 

Qazaxıstanda, Tatarıstanda da keçirilməsi elmi-mədəni inteqrasiya proseslərinin daha da inkişaf 

etdirilməsində ölkəmizin xüsusi rola malik olduğunu nümayiş etdirir.  

Müstəqillik illərində Azərbaycan Respublikasının türkdilli dövlətlərlə, türk xalqları ilə geniş 

və hərtərəfli əlaqələr qurması və inteqrasiya proseslərində yaxından və fəal iştirak etməsi türk 

dünyasında birlik və əməkdaşlığın inkişaf  edib möhkəmləndirilməsinə sanballı töhfələr verir. 

Ümumiyyətlə, Birinci Türkoloji Qurultayın 90 illiyinin yüksək səviyyədə qeyd olunması və 

keçilmiş yolun, elmi ənənələrin araşdırılıb öyrənilməsi, müasir vəzifələrin müəyyən edilməsi  

Azərbaycanda və türk dünyasında, ümumən beynəlxalq aləmdə ictimai və humanitar elmlərin, o 

cümlədən türkoloji elmlər sisteminin bütün yönləri ilə inkişaf etdirilməsinə işıq salır. Bu böyük 

elmi-mədəni hadisənin tarixi dərsləri mədəniyyətlərin dialoquna, qarşılıqlı münasibətlərin və 

əməkdaşlığın daha da genişlənməsinə böyük imkanlar yaradır. Bu isə öz növbəsində həm də dünya 

elminin daha da zənginləşdirilməsi, beynəlxalq miqyasda inteqrasiya proseslərinin yeni hədəflərə 

doğru inkişaf etdirilməsi istiqamətində atılan yeni addımların meydana çıxması, böyük üfüqlərin 

açılması deməkdir.  

 

 

 



 

I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



13

 

Şükrü Halûk Akalın, Prof. Dr. 



 

BİRİNCİ TÜRKOLOJİ KURULTAYI’NIN 90. YILINDA  

TERİM ÇALIŞMALARININ BUGÜNKÜ DURUMU VE GELECEĞİ 

 

Giriş 



 

Günümüzden doksan yıl önce Bakü’de toplanan Birinci Türkoloji Kurultayı, Türkoloji 

araştırmalarının tarihinde önemli bir dönüm noktası olmuştur. Kuşkusuz bu Kurultay’ın aldığı en 

önemli karar Türk dünyasında ortak bir alfabe kullanılmasıdır. Kurultay’da günlerce süren 

tartışmalardan sonra Latin alfabesinden alınan harflerden oluşan Birleştirilmiş Yeni Türk Elifbası 6 

Mart 1926 günü yapılan on yedinci oturumda kabul edilmişti (Tutanaklar 2008: 444). 

 

Birinci Bakü Türkoloji Kurultayı’nda Terim Tartışmaları 



 

Kurultay’da alfabe ve yazı sorunundan sonra üzerinde durulan ikinci önemli konu ise terimler 

idi. Kurultay’ın 2 Mart 1926 günü yapılan VIII. oturumunda Türk Dillerinde Bilim Terminolojisinin 

Oluşum Esasları, Türk Dillerinde Bilim Terminoloji Sistemi, İlmî Terminoloji Sistemi, Türk 

Dillerinde Terminoloji başlıklı bildiriler sunulmuş, aynı gün yapılan IX. oturumda ise bu tezler 

tartışılmıştı. Türk yazı dillerinin bilim dili olarak gelişmesi ve yaygınlaşmasına yönelik son derece 

ciddi, samimi düşüncelerin dile getirildiği bu oturumlarda Bekir Çobanzade, Zifeldt, Zeynallı, 

Odabaşı, Maksudov bildirilerini sunmuşlar; Habitov, Suleyev, Manatov, Bektüre, İbrahimov 

tartışmacı olarak IX. oturumda görüşlerini dile getirmişlerdi (Akalın 2016: 82).  

Zifeldt,  Türk Dillerinde Bilim Terminolojisinin Oluşum Esasları başlıklı konuşmasında 

Rusçadan verdiği örneklerle dillerin gelişmesinde terimlerin önemi üzerinde dururken, Kırım’dan 

Bekir Çobanzade, İlmî Terminoloji Sistemi başlıklı uzun konuşmasının sonunda Kazan, Osmanlı, 

Azerbaycan aydınlarının ilmî metotlarının birbirine çok yakın olduğunu, ortak Çağatay-Osmanlı 

temellerinde birbirine yaklaşmanın kolaylığını söyleyerek şu öneride bulunmuştu: Yerel komitelerin 

çalışmalarını kaydedecek ilmî Türkoloji komitesi kurulmalı, Tataristan ve Azerbaycan’da aynı 

zamanda Türkiye’de sözlükler şeklindeki hazır çalışmalar örnek alınmalı, yerel komitelerin 

terminoloji çalışmaları birbirine bağlanmalı (Tutanaklar 2008: 245). 

Zeynallı da konuşmasında terimler konusunu son derece ayrıntılı bir biçimde ele almış, bilim 

dilinin sınırlarının çizilmesi gerektiğine dikkat çekmişti. Odabaşı, Baytursun, Suleyev, Manatov da 

ortak terimler üzerine konuşan üyelerdi. Konuşmalarda yalnızca bilim terimleri değil dilin söz 

varlığındaki sözcüklerdeki ortaklıklar da ele alınmıştı. 

Tartışmaların sonunda terminoloji konusunda kararnamenin hazırlanması için Çobanzade’nin 

başkanlığında Zifeldt, Zeynallı, Odabaşı, Geldiyev, Maksudov, Şakircan Rahimi, Ayupov ve 

Saidi’den oluşan on bir kişilik bir komisyon oluşturulmuştu. Komisyonun hazırladığı Türk 

Dillerinin İlmî Terminoloji Sistemi Hakkında rapor Kurultay’ın son günü olan 6 Mart 1926 günü 

XVII. oturumda okunarak kabul edilmişti (Tutanaklar 2008: 462-463). 

 

Birinci Bakü Türkoloji Kurultayı’nda Terimler Konusunda Alınan Kararlar 



 

Birinci Türkoloji Kurultayı’nda Türk dillerinin terim çalışmalarındaki ilkeler şöyle 

belirlenmişti:  



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə