I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə5/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   94

istiqamətində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda artıq müəyyən işlər görülmuşdur. 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



24

Bunlardan əlavə  “Ortaq Türk Terminologiyası”, “Ortaq türk ünsiyyət dili”, “Ortaq Türk əlifbası”, 

“Ortaq Türk dili qrammatikası” kimi məsələlər qarşıda mühüm vəzifələr kimi durur. 

I Bakı Türkoloji Qurultayının ən başlıca vəzifə və məramlarından, qayə və amallarından biri 

ərəb əlifbasından latın əlifbasına keçmək olmuşdur. Bu ideal və arzunu türk dünyasında ilk dəfə 

gerçəkləşdirən Azərbaycan olmuşdur. Azərbaycan hələ Sovetlər Birliyinin tərkibində olarkən keçən 

əsrin 20-ci illərində latın əlifbasını rəsmən qəbul etmişdir. 1928-ci ildə Türkiyədə aparılan dil və 

əlifba islahatları da Bakı Qurultayının birbaşa nəticəsi idi. Qeyd edək ki, sonralar Azərbaycanda 

uzun müddət (1939-1993-cu illər) kiril əlifbasından istifadə olunmuşdur. Azərbaycan 1991-ci ildə 

öz müstəqilliyini bərpa etdikdən sonra kiril əlifbasından latın əlifbasına keçmiş və bu iş Azərbaycan 

xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyəti zamanı – 2001-ci ildə tam şəkildə başa 

çatdırılmışdır. Latın əlifbasına keçidin ölkəmizin həyatında mühüm bir elmi-mədəni hadisə 

olduğunu nəzərə alan Heydər Əliyev 9 avqust 2001-ci il tarixli fərmanı ilə hər il avqust ayının ilk 

gününün Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd 

olunmasını rəsmiləşdirdi. Azərbaycandan sonra türkdilli müstəqil dövlətlərdən Özbəkistanda və 

Türkmənistanda da latın əlifbası qəbul olundu. Hazırda Qazaxıstanda da bu sahədə müəyyən işlər 

görülür, latın əlifbasına keçidin 2020-ci ildə həyata keçirilməsi planlaşdırılır. Bütün bu mühüm 

tədbirlər I Bakı Türkoloji Qurultayının işıqlı və gələcəyə yönələn ideyalarının bu gün də yaşadığını 

və böyük aktuallıq kəsb etdiyini sübut edir. Bu işdə Azərbaycan həmişə öndə getmiş və yenə də 

bayraqdarıdır – öndədir.  

        

 

First Turkological Congress: Challenges and Their Topicality 



Summary 

First Turkological Congress held in Baku in 1926 had very important role in cultural life, 

integration of Turkic people in XX century. Such important decision as access to the Latin alphabet 

of Turkic people lived in post-Soviet as well as holding ceremonies connected with their history

literature, culture in future are accepted. Azerbaijan governing bodies and scientists had special 

contribution in holding the conference and fulfilling the accepted decisions. Ideas of the First 

Turkological Congress are still alive and topical. Present day, definite projects have been still 

enforcing in this direction and Azerbaijan has very necessary duties on this topic. 

Keywords: Congress, Azerbaijan, Turkological, Baku, alphabet  

 

 



 

 

 



 

 

 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



25

BÖLMƏ 1  

I TÜRKOLİ QURULTAY: KEÇMİŞƏ VƏ GƏLƏCƏYƏ BAXIŞ 

 

 



Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü,  

millət vəkili, AMEA akad. Z.M.Bünyadov 

adına Şərqşünaslıq İnstitutunun direktoru 

 

BİRİNCİ TÜRKOLOJİ QURULTAYIN QARŞIYA QOYDUĞU VƏZİFƏLƏR VƏ AMEA 



AKADEMİK Z.M.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA 

TÜRKOLOGİYANIN İNKİŞAFI 

 

Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin 18 fevral 2016-cı ildə 



imzaladığı Birinci Türkoloji Qurultayın 90 illiyinin yüksək səviyyədə və geniş miqyasda qeyd 

olunması haqda xüsusi sərəncamı çərçivəsində keçirilən hazırkı konfrans türkologiya elminin 

inkişafında çox önəmli hadisədir. 

Məlumdur ki, qurultayda irili-xırdalı 19 məsələ ətrafında müzakirələr keçirilmiş, məruzələr 

dinlənilmişdir. Qurultay iştirakçıları türk xalqları tarixinin öyrənilməsinin müasir durumu və yaxın 

vəzifələri, türk xalqları mədəniyyət, dil və ədəbiyyatlarının tədqiqinin perspektivləri, türkoloji 

mərkəzlərin vəziyyəti, təşkilati strukturu və qarşıdakı vəzifələri və sairə məsələlərə böyük diqqət 

yetirdilər. Bütövlükdə Birinci Türkoloji Qurultay AR Prezidentinin sərəncamında deyildiyi kimi, 

“Azərbaycanın türkoloji araşdırmaların nüfuzlu mərkəzlərindən biri kimi tanınması və türk xalqlarının 

mədəni-mənəvi birliyinin nəzəri-elmi bünövrəsinin yaradılması ilə əlamətdardır”. 

Birinci Türkoloji Qurultayın yaratdığı ənənələr, qarşıya qoyduğu vəzifələr şərqşünas 

türkoloqlarımızın daim diqqət mərkəzində olmuşdur. Belə ki, 1958-ci ildə yaranan Şərqşünaslıq 

İnstitutunda Türkiyənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafının ən mühüm məsələlərinin 

elmi tədqiqi şərqşünas türkoloqlarımızın əsas tədqiqat istiqamətlərini təşkil etmişdir. Müasir 

problemlərlə əsaslı sürətdə məşğul olan türkoloqlarımız kamalizm (atatürkçülük) təliminin, cümhuriyyət 

dövrü türk cəmiyyətinin inkişafının bütün sahələrində dərin iz qoymuş respublikaçılıq, dünyəvilik 

(laikizm), dövlətçilik (etatizm), xalqçılıq, millətçilik kimi təməl prinsipləri ilə bağlı problemlərin 

öyrənilməsinə xüsusi diqqət yetirmiş, onların hərtərəfli işıqlandırılması işinə böyük əmək sərf etmişlər. 

Tarix problemlərinə həsr olunmuş tədqiqatlar, istər orta əsrlər, istərsə də, yaxın tarixi keçmiş 

və Türkiyə tarixinin ən yeni dövrünü əhatə etmişdir. Tarixçi alimlərimiz Türkiyədə milli-azadlıq 

hərəkatı, Türkiyə Respublikasında dünyəvilik prinsipinin bərqərar edilməsi, millətçilik 

ideologiyasının formalaşması, ictimai və bədii-estetik fikrin yaranması, maarif və mədəniyyətin 

inkişafı, islam, müasir Türkiyədə müxtəlif ictimai-siyasi hərəkatlar problemlərinin öyrənilməsinə 

xüsusi diqqət yetirmişlər. 

Türkiyə inqilabı və milli-azadlıq hərəkatı mövzusu üzrə yerinə yetirilmiş və elmi ictimaiyyət 

tərəfindən yüksək qiymətləndirilmiş tədqiqatlar içərisində, ilk növbədə, H.Əliyevin “Турция в 

период правления младотурок (1908-1918)” (“Türkiyə gənc türklərin hakimiyyəti dövründə 

(1908-1918)”) (Мoskva, “Наука”, 1972) adlı monoqrafiyası, Y.Bağırovun “Türk xalqının 

imperialist işğalına və sultanlığa qarşı respublika uğrunda mübarizəsi (1917-1924-cü İillər)” adlı 

tədqiqatı, habelə həmin müəllifin “Türkiyə Lozan konfransında” (Bakı, “Elm”, 1957) kitabı, 

N.Əfəndiyevanın “Борьба турецкого народа против французских оккупантов на юге 

Анатолии” (“Anadolunun cənubunda fransız işğalçılarına qarşı türk xalqının mübarizəsi”, Bakı, 

“Elm”, 1966) adlı əsəri qeyd olunmalıdır. Türk xalqının antiimperialist mübarizəsi mövzusu 

İ.Axundovun “Современная Турция: борьба против империализма” (“Müasir Türkiyə: 

imperializm əleyhinə mübarizə”, Bakı, “Elm”, 1977) kitabında, “Müasir Türkiyədə tərəqqipərvər 

qüvvələrin demokratiya və müstəqillik uğrunda mübarizəsi. 1945-1960-cı illər” tədqiqatında da 

işıqlandırılmışdır. H.Əliyevin “Türkiyə birinci dünya müharibəsi dövründə” (Bakı, Azərb.SSR EA 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



26

nəşriyyatı, 1965) kitabında Osmanlı İmperiyasının tam iflası dövründə Türkiyədə daxili vəziyyət və 

s. məsələlər tədqiq olunmuşdur. 

XX əsrdə Türkiyənin ictimai-siyasi inkişafının ideoloji əsaslarının araşdırılması İnstitutun 

mühüm elmi istiqamətlərindən biri olmuşdur. Kamalist dünyəvilik (laikizm) prinsipi, onun 

mahiyyəti, Türkiyənin dövlət quruluşu, ictimai-siyasi və mədəni həyatının dünyəvi prinsiplər 

əsasında yenidən qurulması, dünyəvilik və islam dəyərləri və s. problemlər türkoloq alimlərimiz 

tərəfindən ciddi şəkildə və uğurla öyrənilmiş məsələlərdəndir. Laikizm mövzusunda institutda 

xüsusi tədqiqatlar yerinə yetirilmişdir: Ş.Tacıbov. “Türkiyə Respublikasında laikizmin bərqərar 

edilməsi” (1966), E.Həsənova. “Лаицизм и ислам в республиканской Турции” (“Cumhuriyyət 

dövründə Türkiyədə dünyəvilik və islam”, Bakı, 2002). E.Həsənovanın gənc türklərin ilk ictimai-

siyasi mətbu orqanı olan “Türk yurdu” jurnalının materialları əsasında hazırladığı “Идеология 

буржуазного национализма в Турции” (“Tükiyədə burjua millətçiliyi ideologiyası”, Bakı, “Elm”, 

1966) əsərində Türkiyədə 1908-ci il gənc türklər inqilabı dövründə vüsət tapmış millətçilik cərəyanı 

tədqiq edilmişdir. Türkiyənin ictimai-siyasi fikrində “islam sosializmi” ideyaları eyni müəllifin 

1994-cü ildə nəşr etdirdiyi monoqrafiyasında («Идеи «исламского социализма» в общественно-

политической мысли Турции») ətraflı təhlil edilmişdir. 2006-cı ildə müəllifin “XX əsr 

Türkiyəsində din və islam mistisizmi-təsəvvüf sosiologiyası (ideya mənbələri, əsas problemləri, 

yeni meyllər)” kitabı nəşr olunur. 

İnstitut əməkdaşları Türkiyə Respublikası ilə keçmiş SSRİ arasında münasibətlərin 

öyrənilməsinə də xeyli əmək sərf etmişlər. Bu baxımdan Y.Bağırovun 1965-ci ildə çap olunmuş 

Sovet-türk münasibətləri tarixindən” (1920-1922-ci illər) adlı əsəri diqqəti cəlb edir. Başlıca olaraq 

Azərbaycan SSR materialları əsasında yazılmış bu kitab yeni Türkiyənin varlığının ilk çağlarında 

Sovet-türk münasibətlərinin tərkib hissəsi kimi Azərbaycan-Türkiyə əlaqələrinin öyrənilməsi 

sahəsində Sovet tarixşünaslığında edilmiş ilk uğurlu təşəbbüs olmuşdur. 

Türkiyənin XX əsrdə xarici ölkələrlə siyasi-diplomatik münasibətləri, daxili siyasi vəziyyəti 

və digər tarixi problemlərinə dair şöbədə yerinə yetirilmiş tədqiqatlar içərisində aşağıdakıları da 

qeyd etmək olar: “30-cu illərdə Türkiyə Respublikasının daxili vəziyyəti” (M.Səidov), “İkinci 

dünya müharibəsi illərində Türkiyə hökumətinin daxili siyasəti” (V.Hüseynov), “60-80-ci illərin 

əvvəllərində Türkiyənin Yaxın və Orta Şərqdəki siyasətinin əsas istiqamətləri” (S.Məcidova), “ABŞ 

və Türkiyə: Trumen doktrinasından Atlantik İttifaqına (1947-1952)” (A.Rəsizadə), “İnqilabdan 

əvvəlki Azərbaycan dövri mətbuatında Türkiyəyə dair materialların qısa şərhli göstəricisi” 

(Z.Sultanova) və digərləri. 

İnstitutun türkoloq alimləri (H.Əliyev, İ.Əlibəyov, F.Şabanov) Moskvada “Nauka” nəşriyyatı 

tərəfindən 1967-ci ildə nəşr edilmiş “Новейшая история Турции” (“Türkiyənin ən yeni tarixi”) 

monoqrafiyasının hazırlanmasında fəal iştirak etmişlər. Türkiyə tarixinin müxtəlif məsələləri 

şərqşünaslarımız tərəfindən hazırlanıb nəşr edilmiş “Türkiyənin tarixi məsələləri” toplusunda da 

(Bakı, “Elm”, 1972) öz əksini tapmışdır. 1988-ci ildə alimlərimizin nəşr etdirdikləri “Müasir 

Türkiyənin aktual problemləri” məqalələr toplusunda Türkiyənin siyasi, iqtisadi, sosial və mədəni 

inkişafının bəzi mühüm aspektləri üzrə institutda aparılmış tədqiqatların nəticələri 

işıqlandırılmışdır. 

Müstəqillik illərində də şöbə əməkdaşları Yaxın Şərq bölgəsində yaranmış yeni vəziyyət və 

Türkiyənin bu sahədə siyasəti ilə əlaqədar tədqiqatlara xüsusi diqqət yetirmişlər. Belə ki, Y.Məsimov 

“Səddam rejimi devrildikdən sonra Şimali İraqda etnik münasibətlər və Türkiyənin siyasəti”, 

A.Məhərrəmzadə “Türkiyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” problemləri üzrə 

maraqlı tədqiqat işləri aparmışlar. Türkiyə ilə Azərbaycanın tarixi əlaqələri sahəsində M.Quliyevin 

“1918-ci ildə Qafqaz-islam ordusunun Naxçıvan əyalətində və Quba qəzasında xilaskarlıq missiyası” 

mövzusunda son illərdə hazırladığı elmi araşdırması da əhəmiyyətli əsərdir. 

İnstitutda yeni dövrdə Türkiyənin ictimai-siyasi inkişafı məsələlərinin hərtərəfli öyrənilməsi 

sahəsində də xeyli iş görülmüşdür. Burada ilk növbədə F.Şabanovun “Государственный строй и 

правовая система Турции в период Танзимата” (“Tənzimat dövründə Türkiyənin dövlət quruluşu 

və hüquq sistemi”) (Баку, «Элм», 1967) adlı sanballı tədqiqatı qeyd olunmalıdır. Əsərdə sovet 



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



27

şərqşünaslığında ilk dəfə olaraq XIX əsrin ortalarında Türkiyədə dövlət  hakimiyyəti və idarə 

sisteminin təşkili, tənzimatın hüquqi aktları və institutları hərtərəfli işıqlandırılmışdır. 

Orta əsrlər Türkiyə tarixi məsələləri alimlərimizi daim maraqlandıran mövzulardandır. Bu 

sahədə türkoloq tarixçilərimiz Səlcuq dövrü, bəyliklər dövrü və Osmanlı imperiyası dövrü Anadolu 

tarixinin müxtəlif aspektlərinin öyrənilməsi sahəsində önəmli nəticələr əldə etmiş və bir sıra dəyərli 

tədqiqat əsərləri hazırlamışdılar. Bu qəbildən olan əsərlər içərisində R.Hüseynovun “Suriyalı 

Mixailin “Salnamə”si Ön Asiyada türklərin XI-XII əsrlər tarixinin öyrənilməsinin mənbəyi kimi” 

və “Səlcuqlar Zaqafqaziyada”, H.Musayevin “İbn-Bibinin “Əl avamir əl-əlaiyyə fil umur əl-

əlaiyyə” əsəri Anadolu Səlcuqlarının tarixi üzrə mənbə kimi”, Ş.Mustafayevin “Ağqoyunludan 

Osmanlı imperiyasına qədər Şərqi Anadolu” (Мoskva, “Наука”, 1994) (“Восточная Анатолия: от 

Ак-Коюнлу к Османской империи”) və həmin müəllifin “Anadolunun türk mühitində etno-siyasi 

proseslər (XI-XV yüzilliklər)” (Bakı, “Elm”, 2010) adlı tədqiqatları diqqəti cəlb edir. 

Azərbaycanın və Cənubi Qafqazın sosial-iqtisadi tarixinin öyrənilməsi üçün mühüm mənbə 

olaraq Osmanlı təhrir (vergi) dəftərlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan şərqşünaslıq elmində 

bu istiqamətin başlanması, ilk növbədə, akademik Z.M.Bünyadovun adı ilə bağlıdır. Bu dəftərlərin 

tədqiqi, tərcüməsi və nəşri son illərdə Şərqşünaslıq İnstitutunun əsas elmi istiqamətlərindən birinə 

çevrilmişdir. Nəşr edilən mühüm mənbələrdən aşağıdakıların adlarını çəkmək lazımdır:  “İrəvan 

əyalətinin icmal dəftəri” (Hazırlayanlar akad. Z.Bünyadov və H.Məmmədov; Bakı, 1996), 

“Naxçıvan sancağının müfəssəl dəftəri” (Hazırlayanlar akad. Z.Bünyadov və H.Məmmədov; Bakı, 

1997), “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri” (Hazırlayan H.Məmmədov; Bakı, 2000), 

“1728-ci il Tiflis əyalətinin müfəssəl dəftəri (Borçalı və Qazax)” (Hazırlayan Ş.Mustafayev; Bakı, 

2001), “Lori vilayətinin icmal dəftəri” (Hazırlayan Ş.Mustafayev; Bakı, 2004), “Ərdəbil livasının 

müfəssəl dəftəri” (Hazırlayan E.Arıklı; Bakı, 2004). Hal-hazırda şöbənin mediyevistləri 

Ş.Mustafayev, Y.Nəsirova, F.Məmmədova tərəfindən qeyd edilən istiqamətdə bir neçə Osmanlı 

dəftəri üzərində iş davam edir. 

Qarabağ tarixinə aid Osmanlı sənədlərinin tərcüməsi və nəşrə hazırlanması da mühüm elmi iş 

olaraq Z.Vəliyeva tərəfindən aparılmaqdadır. Son illərdə C.Qasımovun Osmanlı imperiyasında 

ictimai-siyasi islahatlar layihələri və M.Ənsərlinin dünya türkologiyasının mühüm simaları 

mövzuları üzərində apardıqları tədqiqat işləri də təqdirə layiqdir. B.Bəşirovanın “Övliya Çələbinin 

“Səyahətnamə” əsərinin tərcüməsi və tədqiqi”, M.Ənsərlinin “Ə.Zəki Vəlidi Toğan və Türkiyə 

tarixşünaslığı” şərqşünaslıq elmimizdə müvafiq boşluqları doldurmaq məqsədini izləyir. 

Türkiyə iqtisadiyyatının şərqşünas alimlərimiz tərəfindən əhatəli şəkildə tədqiq olunan 

problemləri sırasında ilk öncə “etatizm” (dövlətçilik yaxud dövlət kapitalizmi) problemi qeyd 

olunmalıdır. Türkiyənin təsərrüfatçılıq praktikasının başlıca xüsusiyyətlərindən birini təşkil edən 

etatizm problemi institutda yerinə yetirilmiş bir neçə tədqiqat işinin obyekti olmuşdur. Bunlardan 

İ.Əlibəyovun “Государственный капитализм в Турции” (Moskva, “Наука”, 1966) (“Türkiyədə 

dövlət kapitalizmi”) adlı monoqrafiyasında Türkiyədə ictimai tərəqqinin müxtəlif mərhələlərində 

dövlətçilik siyasətinin həyata keçirilməsinin forma və metodları, dövlət kapitalının banklar, 

nəqliyyat və sənaye sahələrində fəaliyyəti, Türkiyənin sosial-iqtisadi inkişafında etatizmin rolu və s. 

məsələlər ətraflı təhlil olunmuşdur. 

İqtisadçı şərqşünas alimlərimiz Türkiyənin hakim siyasi partiyalarının iqtisadi platformaları 

və iqtisadi siyasətinin öyrənilməsinə ciddi əhəmiyyət verirlər. Bu mövzu “Türkiyədə Cümhuriyyət 

Xalq Partiyası hökumətinin iqtisadi siyasəti (1923-1939-cu illər)” (Ə.Şirinov), “1980-ci il dövlət 

çevrilişdən sonra Türkiyə hökumətinin iqtisadi siyasəti” (B.Hacıyev), “Türkiyə Ədalət Partiyası 

hökumətinin iqtisadi siyasəti (1965-1971)” (T.Qurbanov) adlı tədqiqatlarda öz əksini tapmışdır. 

Türkiyə Respublikasının xarici iqtisadi əlaqələri, xüsusilə xarici ticarət və xarici ticarət 

siyasəti, Türkiyənin sosialist ölkələri və başlıca olaraq SSRİ ilə iqtisadi və texniki əməkdaşlığı 

məsələləri ətraflı öyrənilmişdir. Bu istiqamətdə aparılmış tədqiqatlar sırasında Ə.Bijenin “Türkiyə-

nin xarici ticarət siyasəti (1920-1980)”, (Bakı, “Elm”, 1987), “Sovet-Türkiyə iqtisadi münasibətləri 

(1923-1939-cu illər)”, İ.Əlibəyovun “Sovet İttifaqının inkişaf etməkdə olan ölkələrlə iqtisadi-

texniki əməkdaşlığı” (Bakı, “Azərnəşr”, 1974) kitabları, K.Səmədovun “İkinci dünya mühari-

bəsindən sonra Türkiyənin xarici ticarəti və xarici ticarət siyasəti” araşdırmaları qeyd edilə bilər. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



28

Alimlərimiz müasir Türkiyənin iqtisadiyyatında xarici kapitalın fəaliyyəti ilə bağlı 

məsələlərin öyrənilməsinə böyük maraq göstərirlər. Bu mövzuda iki sanballı tədqiqat hazırlanıb çap 

olunmuşdur: H.Əliyev “Müasir Türkiyədə xarici kapital” (Bakı, Azərb.SSR EA nəşriyyatı, 1962) və 

İ.Əlibəyov “Иностранный капитал в Турции” (Bakı, “Elm”, 2002) (“Türkiyədə xarici sərmayə”).  

Türkiyənin iqtisadi inkişaf problemləri ilə əlaqədar elmi araşdırmalar son illərdə də davam 

etdirilmişdir. Bu sahədə İ.Əlibəyovun “Türkiyə iqtisadiyyatının dövlət sektorunda bazar islahatları”, 

A.Şimiyevanın “Müasir Türkiyənin xarici iqtisadi siyasəti (1980-ci ildən müasir dövrədək)”,  

N.Məmmədovun “Müasir Türkiyənin neft problemi” adlı monoqrafik tədqiqatlarını qeyd etmək 

lazımdır. 

Ümumiyyətlə, türkoloqlarımızın son illərdəki araşdırmalarının tematikası müxtəlif mövzuları 

əhatə edir. Bu sıraya Osmanlı dövründə Anadolunun tarixi inkişafı, Türkiyə, Azərbaycan və Orta 

Asiya respublikaları arasındakı münasibətlər, Türkiyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ 

münaqişəsi, iqtisadiyyatın dövlət tənzimlənməsinin Türkiyə təcrübəsi, Türkiyə iqtisadiyyatının 

dövlət bölməsində bazar islahatları və sairə bu kimi problemlər daxildir. 

İnstitutda aparılan tədqiqatlarda türk ədəbiyyatı tarixinin bir çox dövrləri və sahələrinə aid 

araşdırmalar aparılmış, görülən işlərin ədəbi, elmi təhlili verilmişdir. Ədəbi və nəzəri tədqiqin 

müxtəlif formalarından istifadə edərək aparılan araşdırmalarda Türkiyənin folkloru, klassik 

ədəbiyyatı, əsasən, XIX-XX əsr mütərəqqi ideyalı şairlərinin, yazıçılarının həyatı, yaradıcılığı, 

sənətkarlıq xüsusiyyətləri, ədəbi aləmdə gedən inkişaf prosesləri, ədəbi-tənqidi jurnalların 

ədəbiyyatın tərəqqisinə göstərdiyi təsir, ədəbiyyatlarımız arasındakı əlaqələrin öyrənilməsi və s. 

əsas tədqiqat obyekti olmuşdur. Namizədlik dissertasiyalarının mövzularının çoxunun XIX əsrdən 

sonrakı dövrü əhatə etməsi, bu əsrdən başlayaraq türk ədəbiyyatında, xüsusilə türk nəsrində baş 

verən yenilikləri, ictimai-siyasi, ədəbi prosesdəki inkişafı tədqiq etmək, aydınlaşdırmaq 

zərurətindən irəli gəlirdi. 

Aparılan tədqiqat işləri Türkiyənin özündə də böyük maraq doğuran, nəzəri cəhətdən araşdır-

maya ehtiyacı olan mövzulara həsr olunmuşdur. Ə.Əhmədovun Rəşad Nuri Güntəkinin roman-

larının təhlilinə, G.Quliyevanın II Dünya müharibəsindən sonra türk nəsrində kəndli məsələsinə, 

V.Nasiboğlunun Orxan Xəncərlioğlunun yaradıcılığına, A.Abıyevin Ömər Seyfəddinin həyat və 

yaradıcılığına, A.Qurbanovun Əbdülhaq Hamidin dramaturgiyasına, M.Gülmalıyevin «Sərvəti-

fünun» jurnalına, X.Quliyeva-Qafqazlının Qaracaoğlanın yaradıcılığına, Məhəmməd Hatəminin 

sehrli türk nağıllarına, B.Osmanovanın Məlih Cövdət Anday yaradıcılığına, S.Qasımlının Haldun 

Tanerin bədii nəsrinə, Ə.Nəhmədovun türk xalq teatrlarının tədqiqinə, Z.Haşımovun heca vəznində 

yazıb-yaradan şairlərin yaradıcılığına həsr etdikləri namizədlik dissertasiya işləri istər 

Azərbaycanda, istərsə də Türkiyədə öz aktuallığı ilə seçilən mövzularda yazılmışdır. 

F.ü.e.d. A.Abıyev şöbədə çalışdığı illərdə Türkiyə ədəbiyyatının müxtəlif problemləri və 

Azərbaycan-Türkiyə ədəbi əlaqələri məsələləri ilə mütəmadi məşğul olmuşdur. Ən çox “Türkiyə 

teatrı və dramaturgiyası tarixi məsələləri”, “Milli hekayə və novellanın banisi Ömər Seyfəddinin 

həyat yolu və yaradıcılığı”, “Türkiyə ədəbiyyatında satirik janrların inkişafı və Azərbaycan 

Ədəbiyyatı ilə əlaqələri”, “İbrahim Şinasinin yaradıcılıq yolu” və s. mövzularda elmi əsərlər yazan 

A.Abıyev “Türk ədəbiyyatında satira”, “Füzuli və Türkiyə poeziyası”, “Şəxs adları sözlüyü (I, II 

kitab), “Türk şəxs adları (Türk mənşəli şəxs adları sözlüyü), “Türkiyə ədəbiyyatı tarixi” (I, II cild) 

“Ziya Gökalp”, “Həsənoğlundan üzü bəri” və “Sərvətifünun” kitabların müəllifidir. 

F.ü.f.d. X.Quliyeva-Qafqazlı türk aşıq Ədəbiyyatı üzərində tədqiqat aparır. Türk aşıq 

ədəbiyyatının “altun dövrü” hesab olunan XVII əsrin görkəmli aşıqlarından Qaracaoğlan 

yaradıcılığına həsr etdiyi namizədlik dissertasiya işi monoqrafiya halında çapdan çıxmışdır (Bakı, 

“Qaracaoğlan”, 1985). 

İnstitutda aparılan elmi tədqiqatlar arasında ədəbi əlaqələrlə bağlı mövzular da mühüm yer 

tutur. Məhz bu mövzuda B.Osmanova ilə S.Qasımlının birgə hazırladıqları “XX əsrin 20-ci illərində 

Azərbaycan mətbuatında Türk ədəbiyyatının tədqiqinə aid materiallar” adlı kitab nəşr olunmuşdur. 

B.Osmanova, S.Qasımlı və E.Xəlilova 1998-2004-cü illər ərzində Əbül-Xeyr Ruminin XV əsrdə 

yazıya alınmış “Saltuknamə” dastanının tərcüməsi üzərində işləmişlər. Üç cilddən ibarət dastan 

2007-2008 illərdə çap olunmuşdur. 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



29

B.Osmanova S.Qasımlı ilə birlikdə “1920-ci illər Azərbaycan mətbuatında Türkiyə 

ədəbiyyatının tədqiqinə dair materiallar” kitabını nəşr etdirmişdir. Cari ildə  isə B.Osmanovanın 



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə