I türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə8/94
tarix31.01.2017
ölçüsü2,97 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   94

Biz kardeş olmalıyız,  

Ver elini, Türk Oğlu! 

Te-Te-Be kurmalıyız,  

Ver əlini, Türk Oğlu! 

 

“Tolerant Türk Birliyi” (TTB) yaratmaq, artıq, tarixi zəririyyətə çevrilmişdir. TTB ilk 



növbədə Türk dünyasında, daha sonra Yaxın və Orta Şərqdə yayılan elə bir birlik olacaqdır ki, istər 

türkçülükdən, istərsə də İslam dinindən qorxan insanların və cəmiyyətlərin bu qorxusu zehinlərdən 

tamamilə siləcəkdir. Dilindən, dinindən və irqindən asılı olmayaraq bütün toplumlar bu Birliyə can 

atacaqdır. Bəlkə də “Tolerant Türk Birliyi” bütün Yer planetini bürüyən, birləşdirən, tək vücuda 

çevirən, bütün kainatı hamının və hər kəsin ortaq Vətəni halına gətirən bir qurumun başlanğıcı, 

bünövrəsi olacaqdır. 

Yaradılmasını təklif etdiyimiz “Tolerant Türk Birliyi”nin Nizamnamə layihəsini bir məqalədə 

vermək mümkün deyil. Bu səbəbdən burada həmin birliyin tolerantlıqla bağlı əsas prinsiplərini 

verməklə kifayətlənirik. 

“Tolerant Türk Birliyi” yaradılması hər kəsin və hər bir işin faydasına olacaqdır. Birliyin 

tolerantliq ideyasını qəbul edən hər kəs bu birliyin üzvü ola biləcəkdir. Bu birlik dünyada sülhün, 

iqtisadi və mədəni inkişafın təminatçısı, dəstəkçisi olacaqdır. 

İstər bütünlükdə türkdilli bir dövlət, istər başqa bir dövlət tərkibindəki türkdilli muxtar 

respublika və ya milli mahal, istər əksəriyyətini türklərin təşkil etdiyi şəhər, qəsbə, kənd, ictimai 

birlik, qurum və ya ayrıca bir fərd “Tolerant Türk Birliyi”nin üzvü ola bilər və üzv olduğu 

istiqamətlər üzrə bütün digər üzvlərlə eyni hüquqlara malik olacaqdır. Tərkibində türkdilli muxtar 

respublika və ya milli mahal, əksəriyyətini türklərin təşkil etdiyi şəhər, qəsbə, kənd, ictimai birlik, 

qurum və ya ayrıca bir fərd olan istənilən dövlət, respublika, milli mahal, şəhər, qəsəbə, kənd, 

ictimai birlik və ya qurum “Tolerant Türk Birliyi”nin üzvü ola bilər və üzv olduğu istiqamətlər üzrə 

bütün digər üzvlərlə eyni hüquqlara malik olacaqdır. 

Bu birliyə mənəvi, mədəni, elmi, iqtisadi, hərbi, siyasi istiqamətlərdən birini, bir neçəsini və 

ya hamısını qəbul etməklə qatılmaq mümkündür. Yəni potensial üzvlərindən biri sadəcə mənəvi, 

biri sadəcə mədəni, biri sadəcə elmi, biri sadəcə iqtisadi, biri sadəcə hərbi, biri sadəcə siyasi 

məsələlərdə, başqa biri öz seçiminə uyğun olaraq 2, 3, 4, 5 istiqamətdə, bir başqası isə bütün 

istiqamətlərdə əməkdaşlıq etmək məqsədi ilə bu birliyə qatıla bilər. Bütün istiqamətlərin mahiyyəti 

və detalları elm sahələri üzrə mütəxəssislər, iqtisadçılar, hərbçilər və siyasətçilər tərəfindən 

müəyyənləşdirilsə, bizcə bu, daha məqsədəuyğun olar. Amma bir şərtlə ki, ilkin meyarlar, xüsusilə 

də tolerantlıq şərti mütləq şəkildə nəzərə alınsın. 

İstiqamətlərdən hər hansı birini qəbul etmək həmin istiqamət üzrə əksəriyyət üzvlərin qəbul 

etdiyi bütün layihə və tədbirləri məcburi şəkildə qəbul etmək mənasına gəlmir. Məsələn, iqtisadi 

istiqamət üzrə əməkdaşlıq məqsədi ilə birliyə daxil olan bir üzv “ortaq bazar” layihəsinə qoşularkən 

“digər üzvlərin ərazisində yerli istehsalçıların hüquq və imtiyazlarına uyğun şəkildə müəssisələr 

açmaq” layihəsinə qoşulmaya bilər. Belə bir faktın varlığı digər üzvlər tərəfindən həmin layihənin 

reallaşdırılması üçün əngəl də təşkil etmir. Yəni ümumilikdə birliyin zərərinə olmayan hansısa bir 

layihənin iki və daha artıq üzv tərəfindən reallaşdırılmasına başqa bir üzv və ya üzvlər tərəfindən 

veto qoyula bilməz. Bu birliyin tolerantlığı da elə məhz bundadır.  

Birliyə daxil olan üzv bütün milli və etnik tərkibi ilə həmin birliyin üzvüdür. Məsələn, 

Türkiyənin daxil olduğu iqtisadi əməkdaşlıq istiqaməti onun bütün millətlərdən olan vətəndaşları 

üçün açıqdır. Bununla belə Azərbaycan Respublikası hansı ölkənin vətəndaşı olmasından asılı 

olmayaraq milliyyətcə erməni olan şəxslərin Azərbaycanla hər hansı əlaqəsinin olmamasını tələb 

edə bilər. Amma belə bir fakt Türkiyə vətəndaşı olan ermənilərin, digər üzvlərlə, məsələn, 

Qazaxıstanla hansısa əlaqəsinin olmasına əngəl təşkil etmir.  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



41

Eyni şərtlər davam edərsə, bu birlik yaxın gələcəkdə “Tolerant Dünay Birliyi” şəklinə də 

transformasiya oluna bilər. Amma ilkin formalaşma mərhələsinin məhz Türk coğrafiyasından 

başlaması və “Tolerant Türk Birliyi” (TTB) adı ilə yaradılması daha məqsədəuyğundur. 

“Tolerant Türk Birliyi”nin yaradılması ideyasını daha geniş şəkildə yaymaq və ona dəstək 

almaq məqsədi ilə bütün türkdilli respublikaların, başqa dövlətlərin tərkibindəki türkdilli muxtar 

respublika və ya milli mahalların, əksəriyyətini türklərin təşkil etdiyi şəhər, qəsbə, kənd, ictimai 

birlik, qurum və quruluşların rəhbərlərinə müraciətlər və çağırışlar ünvanlanmağı nəzərdə tuturuq. 

Ümid edirik ki, hamının və hər kəsin faydasına olacaq bu birliyin yaradımasına hər kəs dəstək 

verəcəkdir və ya ən azı bu birliyin yaradılmasına heç kim mane olmayacaqdır. 

 

ƏDƏBİYYAT 



1.

  R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009. 

2.

  Соглашение о создании Содружества Независимых Государств. Исполнительный 



комитет СНГ. Архивировано из первоисточника 21 июля 2006 года. 

3.

  НАТО. Североатлантический договор (4 апреля 1949 г.). Архивировано из 



первоисточника 22 августа 2011 года.  

4.

  Системная история международных отношений в двух томах, События 1945-2003, 



том второй. Под редакцией А.Д.Богатурова. Москва – 2007.  

5.

  Организация стран-экспортеров нефти (ОПЕК), 



http://www.ereport.ru/articles/ecunions/opec.htm 

 

 



Mayil B.Asgarov, Doctor of Science in Philology, professor 

Institute of Linguistics of ANAS, Head of the department of Sociolinguistics and Language Policy, 

Professor of Baku Euroasian University 

 

Creation of the “Tolerant Turkic Unity” is Historical Necessity 



Summary 

 

The creation of the “Tolerant Turkic Unity” will be in favour of everybody and everything. 



Each person who accepts the Unity’s idea of tolerance can be a member of the unity. This unity will 

be a guarantee of peace, social and cultural development in the world. 

Keywords: tolerant, Turkic, unity, peace, development. 

 

 



 

Fərman Xəlilov, fil.ü.e.d.  

AMEA Naxçıvan Bölməsi 

fermanhalilov@yahoo.com                   

                                                                                                                    

NAXÇIVANDA BİRİNCİ TÜRKOLOJİ QURULTAYA HAZIRLIQ     

90 il bundan əvvəl Bakıda türk xalqlarının mədəni həyatında tarixi hadisəyə çevrilən bir tədbir 

– Birinci Türkoloji Qurultay keçirildi. 1926-cı il fevral ayının 26-da başlayıb 6 martda sona çatan 

bu qurultayda Azərbaycan nümayəndələrindən başqa keçmiş Sovet İttifaqı və dünyanın bir neçə 

ölkəsindən –Türkiyə, İran, Rusiya, Avstriya, Macarıstan və Almaniyadan dəvət olunmuş 

Ə.Hüseynzadə, F.Köprülzadə, V.Bartold, A.Miller, A.Samoyloviç, A.Krimski, T.Menzel,  N.Poppe, 

V.Radebold kimi məşhur türkoloqlar da iştirak edirdi. 131 iştirakçının tərkibi akademik, professor 

və dosentlərlə yanaşı, ədəbiyyatçı, müəllim, tələbə, pedaqoq, jurnalist, qəzet redaktorları, siyasətçi, 

elm, təhsil və partiya işçilərindən ibarət idi. Qurultay nümayəndələri və dəvət olunmuş qonaqların  

azərbaycanlı, türk, qazan və kırım tatarları, qazax, özbək, başqırd, abxaz, yakut, türkmən, qırğız, 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



42

noqay, hakas, qumuq, inquş, xoyrat, çeçen, adıgey, qaraçaylı, avar, çərkəz, bolqar, kürd, osetin, 

eston, rus, ukrayn, alman, yəhudi və s. millətlərin nümayəndələrindən olan tərkibi bu tədbirin 

əzəmətini göstərən ən mühüm faktorlardan biri idi. 

Qurultayda müzakirəyə çıxarılan əlifba, orfoqrafiya, terminologiya, türk tayfalarının 

etnoqrafiyası, türk dillərinin mənşəyi, öyrənilmə vəziyyəti və tədrisi metodikası, türk xalqlarının 

ədəbi dilinin inkişafı, ədəbiyyati və mədəniyyəti kimi problemlər o dövrün türkologiya elmi üçün 

olduqca aktual və əhəmiyyətli idi. Bu günədək həmin problemlərin bir çoxuna dair ciddi 

araşdırmalar aparılsa da, onlardan bəzisi, məsələn, türk xalqlarının ortaq əlifbası, dili, tarixi, 

ədəbiyyati və onların tədrisi metodikası məsələləri yenə də öz aktuallığını saxlamaqdadır.  

Birinci Türkoloji Qurultay Azərbaycanda keçirildiyi üçün bu möhtəşəm tədbirə təkcə paytaxt 

Bakıda yox, respublikanın digər regionlarında, o cümlədən, Naxçıvanda da ciddi hazırlıq işləri 

aparılmışdır. Əldə etdiyimiz arxiv sənədlərindən aydın olur ki, Naxçıvanda aparılan hazırlıq işləri 

Naxçıvan Xalq Deputatları Sovetinin və onun sədri Həmid Sultanovun xüsusi diqqətində olmuşdur. 

H.Sultanov hətta şəxsən qurultayda iştirak da etmişdir (1, s. 418).  

Qurultaya hazırlıq işlərinin aparılması XX əsrin əvvəllərində ”Naxçıvanın tarixi və mədəni 

irsinin öyrənilməsi sahəsində fəaliyyət göstərən” (3, s. 176) Naxçıvanı Tədqiq və Tətəbbö 

Cəmiyyətinə (NTTC) tapşırılmışdı. 

Naxçıvan Dövlət Arxivində saxlanılan  (9) və 2005-ci ildə bizim tərəfimizdən tam mətnləri 

çap etdirilən (4)  NTTC-nın fəaliyyətinə aid iclas protokollarından  aydın olur ki, Cəmiyyətin sədri 

Vahab Həsənzadənin rəhbərliyi, elmi katibi Mirbağır Mirheydərzadənin təşkilatçılığı ilə bu iş 

layiqincə yerinə yetirilmişdir.  

Cəmiyyətin 1925-ci ildə keçirilmiş 9 iclasının protokolunda görüləcək işlər və yerinə 

yetirilmiş tədbirlər haqqında məlumatlar öz əksini tapmışdır. 

1925-ci ilin 3 oktyabrında bu məsələ ilə bağlı keçirilən ilk iclasın protokolundan  aydın olur 

ki,  “Bakıda çağırılan qurultay həmin ilin dekabr ayında” (4, s. 16) keçiriləcəkdir. (Məlum olduğu 

kimi Azərbaycanda bu tədbirə hazırlıq işləri nəzərdə tutulan vaxtda başa çatmadığı üçün qurultayın 

keçirilməsi 1926-cı ilin fevral ayında baş tutumuşdur). Məhz buna görə də, Cəmiyyət hazırlıq 

işlərini sürətlə aparmağa məcbur olmuşdur. 5, 6, 10, 13, 20, 27 noyabrda dalbadal altı, 4 və 25 

dekabrda isə müəyyən fasilə ilə keçirilən iki iclasa aid  protokollardan görünür ki, tələsik olsa da, 

Cəmiyyətin qısa müddət ərzində gördüyü işlər qənaətbəxş olmuşdur. 

Oktyabr ayında qurultayla bağlı müəyyən izahat işləri və məlumatlanma mərhələsi bitdikdən 

sonra Cəmiyyətin 5 noyabr 1925-ci il tarixli iclasında “dekabr ayında Bakıda çağırılmış Türkoloji 

Qurultayın yaxınlaşması və ona hazırlıq görülməsi barəsində” məsələ müzakirə olunur. Sədr 

V.Həsənzadə bu qurultayın “türk lisan və ədəbiyyatında olan əhəmiyyətini və gələcək mənfəətlərin 

və qurultaya hər yerdə hazırlıqlar getdiyini, Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin də 

hazırlıqlar görməsini bəyan edir” (4 s. 20).  

V.Həsənzadənin çıxışı dinlənildikdən sonra qərar qəbul edilir ki, qurultaya hazırlıq aparılması 

“vacib və lazımdır. Bu barədə Cəmiyyətin türkoloji və ədəbiyyat bölməsi tezliklə gərək 

təşəbbüsatda bulunsun, bu yolda mühazirələr versin, maarif və ədəbiyyat xadimlərindən məlumat və 

materiallar toplasın” (4, s. 20).  

Bu qərarın icrasını yubatmayan Cəmiyyətin türkoloji və ədəbiyyat bölməsi səhəri günü, yəni 

noyabrın 6-da keçirilən iclasda müzakirə üçün aşağıdakı mövzularda oxunacaq mühazirələrin 

adlarını təqdim edir: “Ümumi lisanın mədxəli”, “Dillərin quruluşu”, “Türk dilinin şivələrinin 

mənşəyi, tarixi inkişafı, türk tayfalarının ibtidai tarixi və ibtidai dini təsəvvürləri”, “Türk millət və 

tayfalarının əlifbaları, türk dilinin imlası və üsuli-tədrisi”, “Türkcədə elmi istilahlar yaratmaq 

məsələsilə əlaqədar olaraq türk dili və şivələrinin qiyası, morfologiyası, türk dilinin başqa dillər ilə 

əlaqə və rabitəsi”, “Türk dilinin bugünkü vəziyyəti, ərəb və ya latın əlifbaları ilə islah və tovsihi” 

(4, s. 21). 

Təklif olunan bu mövzular noyabr ayının 10-da keçirilən iclasda yenidən müzakirə olunur, 

adları dəqiqləşdirilir və mühazirəçilər müəyyənləşdirilir.  

13, 20, 27 noyabr və 4 dekabr tarixli iclas protokollarından məlum olur ki, türkoloji və 

ƏDƏBİYYAT bölməsinin ən fəal üzvlərindən M.Rasizadə “Dillərin quruluşu”, H.Səfərli “Türk 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



43

dilinin mənşəyi və inkişafı”, Ə.Rüstəmov “Türk dilinin bugünkü vəziyyəti, ərəb və latın əlifbası ilə 

tovzih və tənzimi”, Ə.Qılmanov “Türk millətinin ibtidai tarixi və dini təsəvvürləri” mövzularında 

cəmiyyət üzvləri və həvəskarlar qarşısında çıxış etmişlər. Tiflisdə çıxan “Yeni fikir” qəzetinin 14 

noyabr 1925-ci il tarixli nömrəsində ilk mühazirə haqqında verilən məlumatdan oxuyuruq: 

“Türkoloji qurultaya hazırlanmaq məqsədilə ilk (referat) mühazirə türkoloji şöbəsinin sədri 

(Mirbağır Mirheydərzadə - F.X.) tərəfindən “Ümumdillərin dillərin quruluşu, təbdili, təqsimatı” 

xüsusunda Gənclər klubunda oxundu. Üzvlərdən başqa müəllimlər və tələbələrdən də bir çox adam 

hazır idi” (2, s. 3) 

Oxunan mühazirələr türk dilləri, ədəbiyyatı və mədəniyyəti ilə bağlı bir sıra aktual mövzuları 

əhatə etmişdir. Mühazirələrdə toxunulan məsələlərin çoxunun bu iclaslardan təxminən üç ay sonra 

keçirilən Birinci Türkoloji Qurultayda qaldırılmış problemlərlə səsləşməsi də diqqətəlayiqdir. 

Təəssüf ki, yuxarıda adları çəkilən dörd mühazirənin tam mətni əlimizə gəlib çatmamışdır. 

Protokollarda yalnız M.Rasizadə və Ə.Rüstəmovun mühazirələri haqqında qısa məlumat, H.Səfərli 

və Ə.Qılmanovun mühazirələrinin isə yığcam mətni verilmişdir. Yaxşı cəhət odur ki, verilən qısa 

məlumatdan heç olmasa mühazirələrin ümumi istiqaməti haqqında təsəvvür əldə etmək olur. 

Məsələn, M.Rasizadənin mühazirəsi haqqında yazılır: “Mühazirəçi ümumi dillərin ibtidası 

barəsində deyir: Əsasən dillərin mənşəyi əsvatdandır (səslərdəndir – F.X.) Bu barədə təkyə edir Şarl 

Diprosun sözlərinə və bəzi ərəb alimlərinin demələrinə və bu barədə müfəssəl məlumat verir. İkinci, 

dillərin inqrazı (məhv olması – F.X.) barəsində danışıb bu inqraza başlıca üç səbəb dəlil olduğunu 

göstərir: siyasət, mədəniyyət və din, iqtisad, çoxluq. Buna dəlil misallar deyir” (4, s. 25). 

Mətni yığcam şəkildə verilən mühazirələrdə isə xeyli maraqlı məlumatlar və elmi 

mülahizələrlə rastlaşırıq. Bu baxımdan H.Səfərlinin mühazirəsi daha çox diqqəti cəlb edir. O, türk 

dillərinin mənşəyi və inkişafı haqqında danışarkən əvvəlcə türk mədəniyyətinin tarixinə nəzər salır, 

çin alimlərinin və A.Vamberi, A.Samoyloviç kimi dünya türkoloqlarının əsərlərinə istinad edərək 

dinləyicilərə bu mədəniyyətin qədim mənbələri haqqında məlumatlar verir. Sonra mühazırəçi türk 

dillərinin dörd qrupa bölünməsindən və həmin qruplara daxil olan dillərdən söz açır, türkoloqlardan 

V.Radlov, V.Tomsen və başqalarının bu məsələ ilə bağlı nəzəriyyələrindən bəhs edir. 

Ə.Qılmanov da müxtəlif mənbələrə, daha çox isə Z.Göyalpın tədqiqatlarının nəticələrinə 

söykənərək türk millətinin ibtidai tarixi və dini təsəvvürləri, xüsusilə totemizm haqqında ətraflı 

şəkildə danışır.      

Oxunan bütün mühazirələr dinləyiciləri maarifləndirməklə yanaşı,  Cəmiyyət üzvlərinin 

intellektual səviyyəsini də göstərir və onların mühazirələrə  necə böyük həvəs və məsuliyyətlə 

yanaşdığını deməyə əsas verir.  

Protokollarda mühazirəçilərə verilən suallar və həmin suallara alınan cavablar da öz əksini 

tapmışdır.  Mühazırəçilərin hazırlıq səviyyəsi və dinləyicilərin maraq dairəsi, yaşadıqları dövrdə 

ictimai-siyasi proseslərə münasibəti haqqında müəyyən təsəvvür əldə etmək üçün verilən bəzi 

suallara nəzər salmaq kifayətdir: “Dilin əsasının Nuhun üç oğlundan olması fəqət nəzəriyyədir, 

yaxud fənni-sübutlar var?”, “Dillər getdikcə artır, ya azalır?”,  “Mədəniyyət ən əvvəl hansı 

millətdən başqa millətə keçmişdir?”, “Türklər nə zamandan oğuz və cığatay tayfalarından 

ayrılmışlar”, “Lisan və ədəbiyyatimizin tərəqqisi üçün Naxçıvanda nə kimi bir elmi müəssisənin 

olması lazımdır?”, “Nə üçün Nizami və Füzuli kimi şairlərimiz türkcə yox, farsca şeir deməyə 

başlamışlar?”, “Türküstan və Tatarıstan ayrı olduqlarını onların iki ismə - tatar və türk kəlmələrinə 

malik olduqlarını sabit edir. Siz onları birləşdirdiniz. “Stan” fars kəlməsidir. Xahiş olunur bu barədə 

bir qədər izahat verəsiniz” (4, s. 25-29). 

Bu sualların hamısına cavab verilsə də, təəssüf ki, onların bir qismi protokollarda öz əksini 

tapmamışdır. Məsələn, “Hərgah biz ərəb ləhcəsinə yavuq idik, nə üçün ləhcəmiz getdikcə ruslaşır?” 

Bu sualın qoyuluşunda “Azərbaycan türkcəsində ruslaşma meyilləri ilə bağlı narahatlıq ifadə 

olunur” (10, s. 4). O vaxt həmin suala necə cavab verilməsi bizə bəlli deyil. Lakin bu fakt onu 

göstərir ki, sovet hakimiyyətinin ilk illərində rejim hələ çox möhkəmlənmədiyi üçün belə sualların 

verilməsinə imkan var imiş. Axı “Azərbaycanda nisbi müstəqillik ideyalarına bəslənən ümidlər hələ 

ölməmişdi” üstəgəl “elmi qurumda fəaliyyət göstərənlərin çoxu “köhnə qvardiyanın” müstəqil 

qabiliyyətini itirməmiş nümayəndələri idilər” (7, s. 4). Lakin  çox faciəli bir reallıqdır ki, ölkədə 


I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



 

 

 



 

 

 



44

Stalin diktaturası möhkəmləndikdən sonra nəinki bu cür sualları verənlərə, yaxud düşünənlərə, hətta 

Birinci Türkoloji Qurultayda iştirak edən 131 nəfərdən 100-nə divan tutuldu. Onlar ya güllələndi, 

ya da Sibirə sürgün edildi (6, s. 363). 

Birinci Türkoloji Qurultaya hazırlıq işlərinin aparılması Naxçıvanda ictimaiyyətin diqqət 

mərkəzində olmuşdur. “Ə.Ş.” imzalı müəllifin “Şərq qapısı” qəzetinin 20 fevral 1926-cı il tarixli 

nömrəsində dərc olunan “İkinci müəllimlər qurultayında türkoloji məsələləri” adlı məqaləsindən 

məlum olur ki, adıçəkilən müəllimlər qurultayı Naxçıvanda türkoloji qurultaya hazırlıq işlərinin 

yekununa həsr edilib. “Bu həftə içərisində çağırılan Naxçıvan müəllimlər qurultayının əsas məqsədi 

bu müddətdə Naxçıvanda aparılmış fəaliyyətə yekun vurmaqla türkoloji məsələləri, xüsusilə lisan 

və əlifba haqqında müəyyən bir fikir çıxarmaq idi”, - yazan müəllif burada əcnəbi sözlərdən yaxa 

qurtarmağın vacibliyi, yeni əlifbaya keçməyin əhəmiyyəti məsələlərinin müzakirəsinə daha çox 

diqqət yetirildiyini vurğulayır. Məqalə bu sözlərlə bitir: “Naxçıvan müəllimlər qurultayı lisan və 

əlifba haqqında... nəzəriyyələri ortalığa sürərək bu yolda lisanı sadələşdirmək, əcnəbi, farsi 

qaydalarını kənara atmaq, mümkün mərtəbə müqabilləri olan türk kəlmələrinin yerinə əcnəbi 

kəlmələri işlətməmək, vahid imla yaratmaq, bütün türklər üçün bir şəkilli yeni əlifba qəbul etmək 

şüarını ortalığa atmaqla öz tarixi vəzifəsini bitirmiş olur” (5, s. 4). 

Birinci Türkoloji Qurultaya Naxçıvandan üç nəfər getmişdir: Naxçıvan MSSR Mərkəzi 

İcraiyyə Komitəsi tərəfindən göndərilən Naxçıvanın maarif komissarı Hüseyn Musayev nümayəndə 

sifətilə, Naxçıvan XDS-nın sədri Həmid Sultanov və prokuror İbrahim Şəbüstəri dəvət olunmuş 

qonaq kimi (1, s. 417-418). Qurultayın stenoqramında İ.Şəbüstərinin Cənubi Azərbaycandan ezam 

edilməsi qeyd olunsa da, yaşadığı yerin Naxçıvan şəhəri olması göstərilmişdir. Təəssüf ki, qurultaya 

NTTC-dən bir nəfər də olsun dəvət edilməmişdir. Halbuki Cəmiyyət üzvləri 3 oktyabr 1925-ci il 

tarixli iclasında qurultayın təşkilat komitəsi tərəfindən göndərilən məktuba münasibət bidirərək 

qərar çıxarmışdi ki, iclas “qurultayın çox əhəmiyyətli olmağını, Naxçıvan Tədqiq və Tətəbbö 

Cəmiyyəti idarəsi qurultaya mənfəətli məlumat verib ölkənin tədqiqinə artıq dərəcədə möhtac 

olduğunu nəzərə alıb Naxçıvanda fəqət maarif komissarına bir yer verilməsini az hesab edib... şöbə 

komissiyonundan və Mərkəzi Tədqiq və Tətəbbö Cəmiyyətindən xahiş etsin Naxçıvanı Tədqiq və 

Tətəbbö Cəmiyyətinə bir yer verilsin” (4, s. 17). 

Qəribədir ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinə də belə bir biganəlik 

göstərilmişdir. Həmin Cəmiyyətdən cəmi bir nəfər – Cəlil Məmmədzadə qurultayda iştirak etmişdir 

(1, s. 417). 

Birinci Türkoloji Qurultaya hazırlıq işlərini Naxçıvanda yüksək səviyyədə həyata keçirən 

NTTC bu tədbirin başlanmasından dörd gün qabaq, yəni 22 fevral 1926-cı ildə keçirdiyi iclasda 

qurultaya təbrik teleqramı göndərmək haqqında qərar qəbul edərək onun mətnini hazırlamağı 

cəmiyyətin fəal üzvü Xəlil Hacılarova tapşırmışdır (4, s. 38). Naxçıvandan göndərilən maarif 

komissarı H.Musayev isə qurultay haqqında təəssüratlarını “Şərq qapısı” qəzetinin 18 mart 1926-cı 

il tarixli 9-cu nömrəsində “Birinci Türkoloji Qurultayı xatiratı” sərlövhəsilə dərc etdirmişdir. 

Məqalədə iki ilə yaxın bir müddətdə qurultaya hazırlıq işlərinin aparılması xatırladılır, gələn 

qonaqların milli tərkibi və onların içərisində Avropada məşhur olan türkoloqların da olması adbaad 

qeyd edilir, müzakirəyə çıxarılan problemlər üzərində dayanılır, məruzələrin Azərbaycan, türk, 

tatar, özbək, başqırd, rus və digər dillərdə oxunduğu diqqətə çatdırılır və çıxarılan qərarlar haqqında 

oxuculara dolğun məlumat verilir.  Qurultayın keçirildiyi vaxtilə Bakı milyonçusu və xeyriyyəçi 

Musa Nağıyevin  oğlu İsmayıla tikdirdiyi və xalq arasında İsmailiyyə adı ilə məşhur olan, lakin 

sovet dönəmində Bakı Maarif Sarayı adlandırılan binanın salonunda (indi həmin binada AMEA-nın 

Rəyasət Heyəti yerləşir)   təşkil edilən sərgi haqqında müəllifin verdiyi məlumat da oxucular üçün 

maraqlı idi: “Burada Azərbaycan ədəbiyyatinin 50 sənəliyi münasibətilə açıq ədəbiyyat sərgisi, 

Azərbaycan maarifinin 5 sənədə əldə etdiyi müvəffəqiyyət şəbəkəsi, türk-tatar qövmlərinin 

ədəbiyyati nümunələri sərgisi diqqəti cəlb ediyordu. Yeni türk (latın) əlifbasının başqa türk-tatar və 

əski əlifbalardan üstün olmasını elmi surətdə sübut etməkdən ötrü xüsusi əlifba sərgisi qurulmuşdur. 

Burada əski yunan, uyğur, orxon, kufi, ərəb, Mirzə Fətəli Axundov, Əfəndiyev, Məhəmməd ağa 

Şahtaxtinski və başqalarının əlifbalarını görərdiniz” (8, s. 4).  



I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans: 

 

TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (I hissə) 



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə