I[1] azərbaycan respublikasinin qanunu ii[2]


VII. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN İCTİMAİ TƏŞKİLATLARI



Yüklə 0,53 Mb.
səhifə3/6
tarix07.12.2016
ölçüsü0,53 Mb.
1   2   3   4   5   6

VII. ƏLİLLƏRİN VƏ SAĞLAMLIQ İMKANLARI MƏHDUD UŞAQLARIN İCTİMAİ TƏŞKİLATLARI
Maddə 50. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının yaradılması

Öz hüquqlarını və mənafelərini qorumaq, qarşılıqlı yardım və xidmət göstərmək məqsədilə əlillər və sağlamlıq imkanları məhdud uşaqlar və onları təmsil edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilən qaydada ictimai təşkilatlar, o cümlədən müxtəlif fondlar yaratmaq hüququna malikdirlər.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının yaradılması, fəaliyyəti və ləğv edilməsi qaydası müvafiq qanunvericilik, bu təşkilatların müəyyən edilmiş qaydada qeydə alınan nizamnamələri ilə tənzimlənir. cix[109]
Maddə 51. Dövlət və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları
Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının hüquqlarına və qanuni mənafeyinə əməl olunmasını təmin edir və Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna uyğun olaraq onların öz nizamnamə vəzifələrini yerinə yetirməsi üçün şərait yaradılmasına təminat verir, onlara hərtərəfli yardım göstərir.

Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının fəaliyyətinə dövlət orqanlarının və vəzifəli şəxslərin qarışmasına yol verilmir.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, ictimai təşkilatlarının mənafeyinə toxunan məsələləri qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət orqanları və təsərrüfat təşkilatları əlillərin və sağlamlıq imkanları məhdud uşaqların müvafiq ictimai təşkilatlarının iştirakı və ya razılığı ilə həll edirlər.

Mətbuat, radio və televiziya əlillərin və sağlamlıq imkanları məhdud uşaqların həyatından bəhs edən xüsusi rubrika hazırlayır. Dövlət əlillər cəmiyyətlərinin mətbuat orqanlarının nəşrinə maliyyə yardımı və texniki yardım götərir.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının yerli orqanları, habelə onların müəssisələrinin (birliklərinin), idarələrinin və təşkilatlarının əmək kollektivləri əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi məsələləri barəsində müvafiq icra hakimiyyəti orqanlarına təkliflər verə bilərlər. cx[110]
Maddə 52. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarından haqq tutulması
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının məcburi dövlət sosial sığortasına cəlb olunması «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. cxi[111]

Əldə edilən gəlir bu cəmiyyətlərin maddi-texniki bazasının inkişafına və möhkəmləndirilməsinə, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial ehtiyaclarının ödənilməsinə yönəldilir.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları mədəni-kütləvi, idman klubları, mədəniyyət evləri, kitabxanalar və s. yerləşən binalar üçün icarə haqqını ödəməkdən azad edilirlər. cxii[112]
Maddə 53. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının iqtisadi fəaliyyəti üçün şərait yaradılması
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların müəssisələrinin və ictimai təşkilatlarının maddi-texniki təminatı mərkəzləşdirilmiş respublika ehtiyatlarından həyata keçirilir.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üçün nəzərdə tutulan müəssisələrin məhsulları (texniki vasitələr və qurğular) dövlət sifarişinə daxildir və maddi-texniki ehtiyatlarla birinci növbədə təmin edilir.

Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün obyektlər tikintisi maliyyələşdirmə mənbələrindən asılı olmayaraq dövlət sifarişi tikintilərinin siyahısına daxil edilir.
Maddə 54. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının vəsaiti hesabına tikilmiş yaşayış sahəsinin bölgüsü
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının öz vəsaiti hesabına, o cümlədən payçılıq yolu ilə tikdirdiyi yaşayış sahələri onların daimi mülkiyyəti olaraq geri alına bilməz və Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə uyğun olaraq əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının təkliflərinə əsasən bölüşdürülür.

Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları mənzil tikintisində payçılıq qaydasında iştirak edərkən tikinti sənayesi qurğularının inkişafında və kommunal tikintidə payçılıq iştirakından, habelə yaşayış sahələrinin bir qismini müvafiq icra hakimiyyəti orqanlarına və başqa təşkilatlara verməkdən azad edilirlər. cxiii[113]


Maddə 55. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarının beynəlxalq əlaqələri
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları öz nizamnamələrinə müvafiq surətdə beynəlxalq (qeyri-hökumət) birliklərə daxil ola bilər, bir-başa beynəlxalq əlaqələr saxlaya bilər, müvafiq sazişlər bağlaya bilərlər.

Dövlət orqanları əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, mədəni əlaqələrin, turizmin və idmanın, o cümlədən əlillər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən olimpiya, paralimpiya, deflimpiya və xüsusi olimpiya, xoş məramlı və başqa beynəlxalq yarışların genişləndirilməsi məsələlərində beynəlxalq təşkilatların və xarici ölkələrin oxşar ictimai birləşmələri ilə əməkdaşlıq yaratmaqda və onu inkişaf etdirməkdə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatlarına kömək edir, o cümlədən maliyyə yardımı göstərir.cxiv[114]

Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar təşkilatlarının nümayəndə heyətinin xarici ölkələrə gedib-gəlmək üçün nəqliyyat vasitələrindən istifadəsi və xarici qonaqların respublika ərazisində mehmanxanalarda yerləşdirilməsi respublikada tədavüldə olan pul vahidi ilə ödənilir. cxv[115]

(çıxarılıb) cxvi[116]



Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY

Bakı şəhəri, 25 avqust 1992-ci il



№ 284
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI


  1. 24 iyun 1994-cü il tarixli 831 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı, 1994-cü il, № 15, maddə 176)

  2. 18 avqust 1995-ci il tarixli 1085 nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı, 1995-ci il, № 17-18, maddə 285)

  3. 26 mart 1996-cı il tarixli 47-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 2, maddə 81)

  4. 7 fevral 1997-ci il tarixli 243-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 4, maddə 305)

  5. 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356)

  6. 25 aprel 1997-ci il tarixli 279-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 378)

  7. 13 iyun 1997-ci il tarixli 320-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 6, maddə 452)

  8. 10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 16)

  9. 26 mart 1999-cu il tarixli 634-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 217)

  10. 20 fevral 2001-ci il tarixli 90-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 3, maddə 145)

  11. 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731)

  12. 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736)

  13. 30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244)

  14. 30 aprel 2002-ci il tarixli 316-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 246)

  15. 22 noyabr 2002-ci il tarixli 382-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 12, maddə 706)

  16. 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 4, maddə 202)

  17. 18 may 2004-cü il tarixli 652-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 7, maddə 507)

  18. 1 iyun 2004-cü il tarixli 679-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 8, maddə 596)

  19. 10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 684)

  20. 6 mart 2007-ci il tarixli 260-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 401)

  21. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602)

  22. 1 fevral 2010-cu il tarixli 951-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart 2010-cu il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 03, maddə 171)

  23. 5 mart 2010-cu il tarixli 971-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 275)

  24. 22 oktyabr 2010-cu il tarixli 1097-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2010-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 949)

  25. 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40)

  26. 21 dekabr 2010-cu il tarixli 37-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 fevral 2011-ci il, № 39)



QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



i[1] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə adı yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:



Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial

müdafiəsi haqqında



ii[2] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə Qanunun adı dəyişdirilmişdir. Qanunun əvvəlki adı “Əlillərin sosial müdafiəsi haqqında” idi.

11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan



Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə Qanunun mətnində “pensiya fondu” və “sosial sığorta fondu” sözləri “dövlət sosial müdafiə fondu” sözləri ilə, “xalq təhsili orqanları”, “sosial təminat orqanları”, “səhiyyə orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə, “bərpa” sözü “reabilitasiya” sözü ilə əvəz edilmişdir.


iii[3] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə Qanunun preambulasında “müəyyən edir” sözlərindən sonra “əlilliyi doğuran səbəblərin aradan qaldırmasına, əlillərin reabilitasiyasına” sözləri əlavə edilmiş, “cəmiyyət həyatının iqtisadi, siyasi və sosial” sözləri “ictimai həyatın bütün” sözləri ilə əvəz edilmiş, “onların” sözü çıxarılmışdır.

13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə preambulasında “əlillər”“əlillərin” (hər iki halda) sözlərindən sonra ismin müvafiq hallarında “və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri, “əlilliyi” sözündən sonra “və uşaqların sağlamlıq imkanları məhdudluğunu” sözləri əlavə edilmişdir.




iv[4] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 1-ci maddənin adında “Əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri, birinci və ikinci hissələrində “əlillər” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqlar” sözləri əlavə edilmişdir.

v[5] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə yeni redaksiyada ikinci hissə əlavə edilmişdir, üçüncü hissəsində “əlilin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşağın”“habelə” sözündən sonra “təhsil almaq,” sözləri əlavə edilmişdir, dördüncü hissəsində “əlilliyin” sözündən sonra (hər iki halda) “, uşaqların sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilmişdir və beşinci (hər iki halda), səkkizinci və doqquzuncu (hər iki halda) hissələrində “əlillərin” sözündən sonra “və sağlamlıq imkanları məhdud uşaqların” sözləri əlavə edilmişdir.



vi[6] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 3-cü maddənin ikinci hissəsində “əlillik” sözündən sonra “, uşaqların sağlamlıq imkanlarının məhdudluğu” sözləri, dördüncü hissəsində “əlilliyin” sözündən sonra “, uşaqların sağlamlıq imkanları məhdudluğunun” sözləri əlavə edilmişdir.



vii[7] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 2-ci və 3-cü maddələr yeni redaksiyada verilmişdir. Maddələrin əvvəlki redaksiyasında deyilirdi:

M a d d ə 2. “Əlil” anlayışı

Fiziki və ya xəstəlikdən doğan qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır.

Şəxsin həyat fəaliyyətinin məhdudlaşması onun özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanını tamamilə və ya qismən itirməsində təzahür edir.

M a d d ə 3. Şəxsin əlil sayılması

Şəxs həkim-əmək ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır.

Həkim-əmək ekspert komissiyası haqqında əsasnaməni, əlillik qrupunun və səbəbinin müəyyənləşdirilməsinə dair əsasnaməni Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

Həkim-əmək ekspert komissiyasının rəyi əlillik qrupunu və səbəbini, habelə fərdi bərpa proqramını təsdiq edən rəsmi sənəddir.

Əlilə vəsiqə verilir. Vəsiqənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti əlillərin ictimai təşkilatları ilə razılaşdırmaqla təsdiq edir.


viii[8] 30 aprel 2002-ci il tarixli 314-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2002-ci il, № 5, maddə 244) ilə Qanuna 3-1-ci maddə əlavə edilmişdir.


ix[9] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 4-cü maddənin adında və birinci hissəsində “əlilliklə” sözündən sonra “və uşaqların sağlamlıq imkanları məhdudluğu ilə” sözləri, “əlilin” sözündən sonra (hər iki halda) “, sağlamlıq imkanları məhdud uşağın” sözləri və “fəaliyyəti” sözündən sonra “, təhsil alma” sözləri əlavə edilmişdir.



x[10] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 4-cü maddədə “tibbi-sosial ekspertiza” sözləri “tibbi-sosial ekspert komissiyasının” sözləri ilə əvəz edilmişdir.


xi[11] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 602) ilə 4-1-ci maddənin adında və birinci hissəsində “əlil” sözündən sonra “və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan” sözləri, ikinci hissəsində “komissiyasının rəyi” sözlərindən sonra “uşağın sağlamlıq imkanları məhdudluğunu,” sözləri, üçüncü hissəsində “əlilə” sözündən sonra “və ya sağlamlıq imkanları məhdud uşağa” sözləri əlavə edilmişdir.



xii[12] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə Qanuna 4-1-ci maddə əlavə edilmişdir.


xiii[13] 15 noyabr 2001-ci il tarixli 214-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 731) ilə 5-ci maddə yeni redaksiyada verilmişdir. Maddələrin əvvəlki redaksiyasında deyilirdi:

M a d d ə 5. Əlilləri sosial müdafiə fondu

Əlilləri sosial müdafiə işlərini (pensiya təminatı istisna olmaqla) Azərbaycan Respublikasının əlilləri sosial müdafiə fondu maliyyələşdirir.

Fond haqqında əsasnaməni müvafiq icra hakimiyyəti orqanı əlillərin respublika ictimai təşkilatlarının rəyini nəzərə almaqla təsdiq edir.

Azərbaycan Respublikasının Əlillərin Sosial Müdafiəsi Fondunun büdcəsi dövlət büdcəsinin vəsaiti, mülkiyyət formasından asılı olmayaraq respublika ərazisində olan bütün idarə, müəssisə və təşkilatların mənfəətindən bir faiz miqdarında məcburi ayırmalar, idarə, müəssisə və təşkilatların, habelə vətəndaşların ianələri, eləcə də Fondun sahibkarlıq fəaliyyətindən əldə olunan vəsaitləri hesabına formalaşır. Kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələr 1999-cu ildən başlayaraq beş il müddətinə Azərbaycan Respublikasının Əlillərin Sosial Müdafiə Fonduna bu maddədə nəzərdə tutulmuş məcburi ayırmalardan azad edilirlər.

Belə fondların vəsaiti bank idarələrində xüsusi hesabda saxlanılır və geri alına bilməz.

Əlilləri Sosial Müdafiə Fonduna müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi üzrə güzəştlər verilə bilər.

23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 12, maddə 736) ilə 5-ci maddəsinin beşinci hissəsi çıxarılmışdır. [Qeyd: 5-ci maddəyə edilmiş daha öncəki dəyişiklikdən dolayı müvafiq dəyişikliyin edilməsi mümkün deyildir.


22 oktyabr 2010-cu il tarixli 1097-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 noyabr 2010-cu il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 11, maddə 949) ilə 5-ci maddədə “məcburi dövlət sosial sığorta haqları və” sözləri çıxarılmışdır.


xiv[14] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 6-cı maddənin birinci hissəsində “Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi, Səhiyyə Nazirliyi, Xalq Təhsili Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Əmək və Sosial Məsələlər Komitəsi, Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi və Azərbaycan Respublikasının yerli hakimiyyət orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmiş, ikinci hissədə “Azərbaycan Respublikası Sosial Təminat Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin” sözləri “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmiş, üçüncü hissədə “Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi başqa nazirliklər və baş idarələr, yerli hakimiyyət orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanları” sözləri ilə əvəz edilmiş, dördüncü hissədə “Azərbaycan Respublikasının Sosial Təminat Nazirliyi” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilmiş və “Azərbaycan Respublikasının Nazirlər Kabinetinə” sözləri çıxarılmışdır.


xv[15] 11 aprel 1997-ci il tarixli 258-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 5, maddə 356) ilə 7-ci maddənin dördüncü hissəsində “yerli hakimiyyət” sözləri “müvafiq icra hakimiyyəti” sözləri ilə əvəz edilmişdir.

10 oktyabr 1997-ci il tarixli 380-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 1, maddə 16) ilə 7-ci maddəsinin üçüncü və dördüncü hissələri çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Müəssisələrin, idarələrin və təşkilatların əlillər üçün mallar istehsal etməyə və onlara xidmət göstərməyə, habelə əlillər üçün sosial-mədəni obyektlərə və idman qurğularına avadanlıq almağa, bunları saxlamağa yönəldilən mənfəəti dövlət büdcəsinə ayırmaların bütün növlərindən azad edilir.

Əlillərdən ötrü texniki və başqa vasitələr istehsalında ixtisaslaşan müəssisələr, təşkilatlar və kooperativlər üçün Azərbaycan Respublikasının qanunvericiliyi, habelə müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə müəyyənləşdirilən qaydada və şərtlərlə güzəştlər təyin edilir.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə