АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №3, səh. 215-217 (2013)
215
İBRAHİM SƏFƏROV - 100
GÖRKƏMLİ ALİM VƏ SƏMİMİ İNSAN
Bu yaxınlarda Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı
elmləri doktoru, professor, respublikanın Əməkdar
meşəçi alimi, əmək və müharibə veteranı, Şöhrət
ordenli İ.S.Səfərovun 100 illiyi qeyd olundu.
Həmişə
tələbələrinin, həmkarlarının, onu
tanıyanların qəlbində yaşayan İbrahim müəllimin
yadda qalan dəyərli fikirləri, xatirələri var ki,
onlardan bir neçəsini qələmə almağı özümə borc
bildim.
Görkəmli dendroloq-alim İbrahim Səfər oğlu
Səfərov 1913-cü il avqust ayının 28-də
Azərbaycanın səfalı guşələrindən biri olan Şamaxı
rayonunun Quşçu kəndində anadan olmuşdur.
1965-ci ildə akademik V.R.Volobuyevin
təşəbbüsü və yaxından köməkliyi ilə Botanika
İnstitutunda Biogeosenologiya laboratoriyası
yaradıldı və İ.S.Səfərov onun rəhbəri təyin edildi.
1969-cu ildə mən aspiranturaya daxil olarkən,
İ.S.Səfərov və V.C.Hacıyev məni məqsədli
aspirantura kursunu keçmək üçün Moskvaya,
V.N.Sukaçov adına Biogeosenologiya İnstitutuna
göndərdilər. Laboratoriya müdiri, örkəmli alim
professor N.V.Dılis elmi rəhbərim təyin edildi.
Azərbaycanda biogeosenologiya üzrə
mütəxəssislərə böyük ehtiyac var idi. Mən gənc bir
kadr kimi hazırlanaraq 1972-ci ildə yenidən
vətənimizə qayıtdım. Bu zaman artıq
Biogeosenologiya laboratoriyası Meşəşünaslıq
şöbəsi adı altında fəaliyyət göstərirdi.
1973-cü ildə ilk dəfə olaraq, institutun mövzu
planına əsasən tozağacı (Betula L.) meşələrində
kompleks şəkildə biogeosenoloji metodlarla elmi-
tədqiqat işi aparmağa başladım. Təcrübə sahəsi
Quba rayonunun Dərk kəndi ərazisində Babadağ
tozağacı meşəsində idi. Həmin meşə sahəsinin yolu
çox çətin və nəqliyyatın gedə bilmədiyi yerdə
olduğuna görə ora yalnız atla getmək mümkün
olurdu. Belə çətinliyin olmasına baxmayaraq,
İbrahim müəllim mənim apardığım elmi-tədqiqat
işini yoxlamaq üçün Dərk kəndinə gəldi. Təcrübə
sahələrinə mütləq atla getmək lazım idik. 60 yaşlı
alim çox cəsarətlə, heç bir çətinlikdən
qorxmayaraq, at belində dəniz səviyyəsindən 1600
m hündürlükdə olan Babadağının tozağacı meşəsinə
yollandı. Bütün təcrübə sahələrini gəzib
yoxladıqdan sonra işimdən razı qaldığını bildirdi.
Əlbəttə, bu yenicə elmi-tədqiat işinə başlayan gənc
alim üçün böyük ümidverici nailiyyət idi. İbrahim
müəllimlə 26 il bir yerdə işləməyimlə çox böyük
fəxr hissi keçirirəm. Mən onun yanında həyat
məktəbi keçmişəm. Bu müddət ərzində ondan çox
şeylər öyrənməklə yanaşı, yadımda qalan bir çox
dəyərli anlar da olub. Bunlardan bir neçəsini
açıqlamaq istəyirəm.
Şöbə böyük kollektivdən - 22 əməkdaşdan
ibarət olub, beynəlmiləl xarakter daşıyırdı. Hətta
“qonşu” respublikadan da şöbədə 2 nəfər işçi də
çalışırdı. Ibrahim müəllimin rəhbərlik etdiyi
şöbənin kollektivi çox səmimi və işgüzar
insanlardan ibarət idi. O zaman kollektivdə
S.Ə.Sadıxova, K.S.Əsədov, Q.Cəlilov,
O.H.Mirzəyev,
Ş.Q.Hüseynov, E.S.Səfərova,
E.P.Səfərova, G.İ.Rzayeva və başqa əməkdaşlar
fəaliyyət göstərirdilər. Ekspedisiya və
ezamiyyətlərə gedərək elmi-tədqiqat işlərimizi
rahat və yaxşı nəticələrlə yerinə yetirirdik. Bunun
da əsas səbəbi İbrahim müəllimin tələbələri və
yetirmələri demək olar ki, respublikamızın əksər
bölgələrində Meşələrin Bərpası və Mühafizəsi
Müəssisələrin rəhbərləri və əməkdaşları idilər.
Onlar bizə çox böyük qayğı göstərirdilər.
İbrahim müəllimin ən yaxşı xüsusiyyətlərindən
biri də o idi ki, kollektivdə həmişə səmimi və
mehribançılığın bərqərar olmasına çalışırdı. Odur
ki, şöbədə həmişə abu-hava təmiz və sağlam
olurdu. Onun təşkilatçılığı ilə bütün bayram
tədbirlərini keçirirdik. İbrahim müəllimin xanımlara
böyük hörməti var idi və onlara xüsusi qayğı
göstərirdi. 8 Mart Beynəlxalq Qadınlar bayramını
İBRAHIM SƏFƏROV - 100
216
xüsusi ilə, hədiyyələrlə keçirilməsini xoşlayırdı. O
da xatirəmdədir ki, Moskvada spirtli içkilərin
istifadəsinə, xüsusən ictimai yerlərdə qadağa
qoyulduğu bir vaxtda şöbədə Qadınlar bayramını
qeyd edəndə İbrahim müəllim 1 ədəd Şampan
şərabının alınmasını təklif etdi.
İbrahim müəllimə bir nüfuzlu şəxsiyyət kimi
yanaşırdıq. Bu hörməti o, özü qazanmışdı.
Institutumuzun bütün kollektivi ona yüksək
səviyyədə hörmət edirdilər, ona böyük ehtiramla
yanaşırdılar. Hətta institutun bütün tədbirlərində, o
cümlədən elmi şurada onun həmişə oturduğu stulda
hörmət əlaməti olaraq heç kim oturmazdı. Botanika
İnstitutuna həmişə görkəmli alimlər rəhbərlik
ediblər. Onlar hər zaman İbrahim müəllimin
şəxsiyyətinə böyük hörmət əlaməti olaraq ya daxili
telefonla xırda məsələlərə görə müraciət edər,
yaxud ciddi problemli məsələ olanda onun
kabinetinə gələrdilər. Mən İbrahim müəllimlə
işlədiyim dövrdə bunların hamısının şahidi
olmuşam.
İbrahim müəllim əməkdaşlara çox diqqətli idi.
İbrahim müəllim səhhətinə görə öz istəyi ilə 1987-
cu ildə şöbə rəhbərliyindən azad olunarkən, onun
təklifi ilə məni onun yerinə təyin etdilər, o isə elmi
məsləhətçi oldu. Bu zaman öz oturduğu kabineti
İbrahim müəllim mənə təklif edəndə mən
razılaşmadım və ona ömrünün axırına kimi öz
kabinetində oturmağı və bizə elmi məsləhətlər
verməyini xahiş etdim. Onunla bundan sonra 10 il
bir yerdə işlədik.
İbrahim müəllim hər bir işçisinə qayğı ilə
yanaşaraq köməklik göstərərdi. Botanika
İnstitutunun əməkdaşı Rafiq Kamil oğlu Məlikov
uzun müddət evsiz idi. Bakı Sovetinin deputatı olan
İbrahim müəllimin xahişi və köməkliyi ilə ona ev
verirdi. Mənim üçün də İbrahim müəllim qayğısını
əsirgəməyib. Məlum olduğu kimi, keçmiş SSPİ
məkanında tədris saatları mərkəzdən-Moskvadan
verilirdi. Bizdən başqa əksər respublikaların
universitetlərində
gənc elm sahəsi olan
Biogeosenologiya fənni tədris olunurdu. Mənim
Moskvada olan elmi rəhbərim professor N.V.Dılis
birinci dəfə olaraq 1977-ci ildə Bakıya gəlmişdi. O,
professor İ.S.Səfərovla şöbədə görüşərkən bir çox
məsələlərlə yanaşı, həm də Biogeosenologiya
fənninin tədrisi ilə maraqlandı. Bu fənn tədris
olunmadığı üçün, N.V.Dılis və İ.S.Səfərov Bakı
Dövlət Universitetinin rektoru F.Bağırzadə ilə
görüşdülər. Rektor F.Bağırzadə Biogeosenologiya
fənninə saat ayırmağı vəd etdi və mənim bir gənc
alim kimi həmin fənni tədris etməyə razılığını
verdi. Ancaq təssüf ki, bu vədə əməl olunmadı.
İbrahim müəllim səmimiliyi, qayğıkeşliyi ilə
yanaşı, elmi işlərin aparılmasında çox ciddi və
məsuliyyətli alim idi. Meşələrimizin mühafizəsi və
onların sahələrinin artırılması üçün həmişə dəyərli
tövsiyələrini verirdi. Təsadüfi deyil ki, Xaçmaz
rayonundan 2-ci, 3-cü xətlə Şollar suyunun Bakı
şəhərinə
çəkilməsi zamanı meşələrə
toxunulmamasını tövsiyə edirdi. Meşə sahələrinin
artırlıması və zənginləşdirilməsi üçün uzun
müddətli ətraflı tədqiqat işlərini aparan İbrahim
müəllim meşə salarkən bir çox ağac cinslərindən
istifadə edilməsini təklif etmişdir. Lənkəran
meşələrinin əsas tərkibini təşkil edən, yaxşı inkişafı
olan şabalıdyarpaq palıdın (Quercus castanufolia)
Yalama ərazisində əkilməsi layihəsini 1953-cü ildə
məhz professor İbrahim Səfərov vermişdir. Hal-
hazırda şabalıdyarpaq palıd Yalama meşələrinin
əsasını təşkil edir. Dəmirağacının (Parrotia
persica), o cümlədən Eldar şamının (Pinus
eldarica) və s. ağac cinslərinin meşə əkinlərində,
yaşıllıq və parkların salınmasında istifadə
edilməsini təklif etmişdir.
Onu da qeyd etmək vacibdir ki, İbrahim
müəllim istirahətə gedərkən elmi-tədqiqat və
müşahidə işlərinə də diqqət edirdi. O, olduğu
yerlərin ətrafındakı meşələri, parkları, salınmış
yaşıllıqları mütləq gəzər və nəticədə öz təkliflərini
verərdi. Təsadüfi deyil ki, Nalçik və Yessentuki
sanatoriyasında istirahər edərkən oranın rəhbər
işçiləri ilə görüşərək, eldar şamından meşə
əkinlərində, yaşıllıqların və parkların salınmasında
istifadə edilməsini tövsiyyə edən məhz İbrahim
müəllim olmuşdur. Bir neçə ildən sonra həmin
şəhərlərə gedərkən eldar şamının yaxşı inkişaf
etməsini müşahidə etmişdir. Ümumiyyətlə, İbrahim
müəllim hər hansı ölkələrdə olarkən oranın təbiəti,
bitki aləmi və xüsusən də meşələri ilə maraqlanmış,
lazımı məsləhət və tövsiyələrini vermişdir.
Ümumdünya əhəmiyyətli məşhur Kislovodski
şəhərinin ətrafında olan Kurort meşələri və
qozmeyvəlilər plantasiyası bilavasitə 1951-ci ildən
başlayaraq professor İ.Səfərovun təşəbbüsü ilə
salınmışdır və bununla bağlı 2 nəfər elmlər
namizədi hazırlanmışdır.
Professor İbrahim Səfərovun gərgin əməyinin
və elmi axtarışlarının nəticələri 200-dən çox elmi
məqalə, o cümlədən 11 monoqrafiyada öz əksini
tapmışdır . Onun təklifi əsasında Bolqarıstan,
Ruminiya, Əlcazair və başqa ölkələrdə Eldar şamı
meşəsi salınaraq sınaqdan çıxarılmış
və
Bolqarıstanın cənubunda Sandanski rayonunda
eldar şamının meşə massivi yaradılmışdır.
Azərbaycan Elmlər Akademiyasının müxbir
üzvü olan İ.Səfərov yüksək ixtisaslı elmi kadrların
hazırlanmasına xüsusi diqqət vermiş, onun
rəhbərliyi altında 2 elmlər doktoru və 40-a yaxın
elmlər namizədi hazırlanmışdır.
Professor İ.Səfərov 20 ildən çox Bakı Şəhəri
Sovetinin yaşıllaşdırma və ekologiya
komissiyasının sədri vəzifəsində çalışmış və həmin
illərdə Bakı Sovetinin deputatı olmuşdur. Elmin