İbtidai təhsil İxtisas: İbtidai sinif müəllimliyi



Yüklə 102,95 Kb.
tarix02.01.2022
ölçüsü102,95 Kb.
#45614
Qanın tərkibi, funksiyası və əhəmiyyəti barədə


Sərbəst iş

Ad: Gülçin

Soyad: Həsənova

Fakültə: İbtidai təhsil

İxtisas: İbtidai sinif müəllimliyi

Qrup: 2110

Fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası

Mövzu: Qanın tərkibi, funksiyası və əhəmiyyəti barədə

Qanın tərkibi. Böyük adamın orqanizmində 5 l-ə qədər qan olur. Qanın əsas hissəsini plazma təşkil edir. Sağlam və yetkin adamın qanının 55%-i plazma, 45%-ni isə hüceyrəvi elementlər təşkil edir. Uşaqlarda isə qanın hüceyrəvi elementləri plazmaya nisbətən çoxluq təşkil edir. Plazmada qan hüceyrələri - eritrositlər, leykositlər və qan lövhəcikləri-trombositlərdir. Bunlar qırmızı sümük iliyi hüceyrələrindən əmələ gəlir. Plazmanın əsas hissəsi sudan ibarətdir. Plazmanın 90%-i su, 10%-i isə zülallar, yağlar, qlükoza, mineral duzlar və başqa maddələrdir.

Qan orqanizmdə ehtiyat halında toplanır. Dalaqda 300 q-a qədər ehtiyyat qan saxlanılır. Qanın tərkibində qan hüceyrələri vardır. Onlar eritrositlər, leykositlər və trombositlərdir.

Hər birinin mühüm əhəmiyyəti vardır.

Eritrositlər

Eritrositlər qırmızı qan hüceyrələri olub, hər iki tərəfdən basılmış disk formasında olub, nüvəsizdir. Insan eritrositinin diametri 7-8 mkm, qalınlığı isə 2-2,5 mkm-dir, çox elastikdir, kapilyar damarlarda çox incə hərəkət edir. Eritrositin nüvəsinin olmaması və iki qat çökük linza formasında olması onların oksigen qəbuletmə səthini xeyli artırır.

Qanda eritrositin miqdarı daimi deyil, 1mm3 qanda 4-5m/n eritrosit olur. (qadınlarda 4-4,5m/n, kişilərdə isə 4-5m/n). Lakin dağ ərazilərində yaşayan insanlarda dəniz sahillərində yaşayan insanlara nisbətən eritrosit 30% çox olur. Bu da onunla əlaqədardır ki, dağ ərazilərində oksigen çatışmamazlığından güclü əzələ hərəkəti zamanı eritrositlərin miqdarı artır.

Yeni doğulmuş körpənin qanında eritrositlərin miqdarının çox olması hamiləliyin son günlərində və doğum vaxtı dölün kifayət qədər oksigenlə tənzim olunmasını göstərir. Yeni doğulmuş körpənin qanında yetişməmiş (nüvəli) eritrositlərin-retikulositlərin miqdarı çoxdur. Bu zaman qanyaradıcı orqanlarda külli miqdarda eritrositlər əmələ gəlir. Bu eritrositlər 3,25-10,25 mkm ölçüsündə olur. Doğumdan bir ay sonra nüvəli eritrositlərin sayı kəskin azalır. Eritrositlərin yaşama müddəti 100-200 gündür, dağılmalar dalaq və az hallarda qaraciyərdə gedir.

Eritrositlərin əsas funksiyası qazlar mübadiləsində iştirak etməkdir. Daha doğrusu ağciyərlərdə oksigeni hüceyrələrə, oradan isə karbon qazını ağciyərlərə daşıyır. Eritrositlər orqanizmdə qazların nisbi sabitliyini təmin edir. Eritrositlərin tərkibi zülal mənşəli hemoqlabindən ibarətdir. Hemoqlabin iki hissədən ibarətdir: zülallı hissə -qlobin və tərkibində dəmir olan hissə - hemdir. Hemoqlabinin tərkibində 4 molekul hemin molekulu var, o da xaricdən a və b zülal zənciri ilə əhatə olunmuşdur. Hemoqlabin ağciyərlərdə oksigenlə çox asanlıqla birləşir. Hemoqlabinin oksigenlə birləşməsi al-qırmızı rəngdə olur. Oksigenlə zəngin qan - arterial qan adlanır. Hemoqlabinin oksigenlə birləşməsi davamsız olur. O, parçalandıqda təzəldən oksigen və hemoqlabinə parçalanır.

Sərbəst hemoqlabin maddələr mübadiləsi nəticəsində əmələ gəlmiş karbon qazı ilə birləşib karbohemoqlabin əmələ gətirir. Hemoqlabinin karbonla birləşməsi daha dözümlüdür. Ona görə də havada 0,1% karbon qazı olarsa, onun yarıdan çoxu hemoqlabinlə birləşir, nəticədə toxuma və hüceyrələr oksigenlə lazımi səviyyədə təmin olunmur.

Yeni doğulmuş körpənin qanında hemoqlobinin (100%-dən çoxu) və eritrositlərin miqdarı çox olur. 5-6 günlüyündə bu göstərici aşağı düşür. O da sümük iliyinin qan yaradıcı funksiyası ilə əlaqədardır. 3-4 yaşında hemoqlabin və eritrositlərin miqdarı artır. 6-7 yaşında azalma baş verir, 8 yaşında isə yenidən artma müşahidə olunur. Eritrositlərin miqdarı 3 m/n-dan, hemoqlabinin miqdarı isə 60%-dən aşağı düşməsi anemik vəziyyətə (qan azlığı) gətirib çıxarar.

Eritrositlər qanyaranmadan orqanda - qırmızı sümük iliyində əmələ gəlir, sümük iliyi isə sümüklərin süngər maddəsində olur.

Eritrositlərin çökmə sürəti. Əgər qanı bir neçə saatlıq sınaq şüşəsinə qoysaq, onda eritrositlərin özünün ağırlıq qüvvəsinin təsiri altında çökülür. Bu çökmə müəyyən sürətlə olur. Məsələn: qadınlarda eritrositlərin çökmə sürəti 1 saatda 7-12mm, kişilərdə isə 3-9mm olur. Yeni doğulmuş uşaqlarda çökmə sürəti çox aşağıdır. Yəni 1 saatda 1-2mm, 3 yaşadək uşaqlarda 2-17mm, 7-12 yaşlarında isə EÇS 12mm olur.

Leykositlər

Qanda olan qan hüceyrələrindən biri də leykositlərdir. Leykositlər rəngsizdir və onlara ağ qan hüceyrələri deyilir. Sağ adamın 1mm3 qanında 6-8 min leykosit olur.

Leykositlərin funksiya və quruluşlarına görə fərqlənən növləri var. 1-ci leykositlər-danəli leykositlər, qranulositlər, 2-ci danəsiz leykositlər-aqranulositlər.

Danəli leykositlərin stoplazmasında müxtəlif rəngləyicilərlə (qırmızı, mavi və bənövşəyi) rənglənən kiçik dənələrə rast gəlinir. Danəsiz leykositlərdə isə bunlar yoxdur.

Danəli leykositlər 3 qrupa bölünür: neytrofillər, eozonofillər və bazofillər. Neytrofillər leykositlərin 55-60%-ni təşkil edir və faqositetmə qabiliyyətinə malikdir. Bazofillər leykositlərin 0,5-2%-ni, eozonofillər isə 3-5%-ni təşkil edirlər. Eozonofillərin sayı orqanizmdə iltihab prosesi zamanı bir qədər artır.

Danəsiz leykositlər 2 cürdür: Limfositlər və monositlər. Limfositlər həlqəvi hüceyrələrdir və nüvəsi tünd rəngli dairəvi formaya malikdir. Monositlər isə bir qədər iridir və nüvəsi müxtəlif formaya malikdir.

Leykositlərin ümumi miqdarının 25-35%-ni limfositlər, 5-8%-ni monositlər təşkil edir. Limfositlər orqanizmin müdafiə sistemində iştirak edir. Iltihab prosesi zamanı makrofaqlara çevrilir və orqanizmə düşən yad cisimləri faqosit edir. Qanda leykositlərin miqdarı dəyişilir. Qida qəbulu və ağır əzələ fəaliyyətindən sonra qanda leykositlərin miqdarı artır. Xüsusilə orqanizmdə iltihabi prosesi zamanı sayı artır.

Yeni doğulmuş uşaqlarda qanda leykositlərin miqdarı daha çoxdur (1mm3 qanda 20000-ə qədər). Hətta 1-ci gün 1mm3 qanda 30000-ə qədər leykosit olur. 2 günündən başlayaraq leykositlərin sayı azalır. 7-12 günündə 10000-12000-ə çatır. Axırıncı miqdar isə uşağın 1 yaşı zamanı qalır, 13-15 yaşlı uşaqların qanında leykositlərin miqdarı yaşlıların qanında olan leykositlərin miqdarına bərabər olur. Körpələrdə leykositlərin belə çox olmağına səbəb toxuma parçalanmaları məhsullarının sorulması və doğuş zamanı qanaxmaları aradan qaldırmaq üçün müdafiəyə uyğunlaşma əlamətidir.

Leykositlərin müxtəlif formaları arasında müəyyən nisbət var. Bu nisbətin faizlə ifadəsi leykositar formula adlanır.

Uşaq anadan olanda limfositlərin miqdarı çox, neytrofillərin miqdarı az olur. 5-6 yaşında isə limfositlərlə neytrofillərin miqdarı bərabər olur. Körpələrdə neytrofillərin az olması və yetişməməsi körpələrin keçirici xəstələrə tez-tez tutulmalarına gətirib çıxarır. Digər tərəfdən isə bu yaşda neytrofillərin faqositə aktivliyi aşağı olur. Leykositlərin yaşama müddəti 2-4 gündür, bəzi vaxtlarda isə yaşama müddəti 12-15 günə çatır.

Leykositlərin əsas vəzifəsi orqanizmi yad cisimlərdən, zülallardan, xəstəlik törədən mikroorqanizmlərdən qorumaqdır. Leykositlər yalançı ayaqları ilə sərbəst surətdə hərəkətetmə qabiliyyətinə malikdirlər. Hərəkət etdikcə qarşısına çıxdığı zərərli mikrobları tutub məhv edir. Çox vaxt qan damarlarında leykositlərin hərəkəti qanın hərəkət istiqamətində olur, bəzən isə əksinə hərəkət edirlər. Leykositlərin hamısı eyni surətlə hərəkət etmirlər. Ən cəld hərəkət edən leykosit - neytrofillərdir ki, onlar 1 dəqiqəyə 30mkm məsafə qət edirlər, limfositlər və bazofillər isə daha az hərəkətlidirlər. Ancaq xəstəlik zamanı leykositlərin hamısının sürəti artır. Buna səbəb xəstəlik törədən mikrobların insan orqanizminə zərərli maddə toksinin buraxılmasıdır. Həmin toksində leykositlərin hərəkətlərini artırır. Leykositlər yalançı ayaqları ilə mikroorqanizmləri məhv edir. Bir neytrofil 20-30 ədəd mikrobu uda bilir. Əgər yad cisim ölçüsünə görə neytrofillərdən böyükdürsə, o zaman 1 yad cismin ətrafında 1 neçə neytrofil qrupu toplanır, özləri məhv olsa da, yad cismi də məhv edirlər. Leykositlərin yad cisimləri, ibtidai mikroorqanizmləri tutub, udması və həzm prosesi faqositoz, leykositlər özləri isə faqositlər adlanır. Bu hadisəni ilk dəfə İ.İ.Meçnikov öyrənmişdir.

Meçnikova görə 2 kateqoriya hüceyrə faqosit etmə qabiliyyətinə malikdir. 1-cisi hərəkətdə olan ağ qan cisimciyi (limfositlər və monositlər) və 2-cisi limfa düyünlərində, damarların daxili divarlarında, qaraciyərdə, sümük iliyində olan qeyri hərəkətli hüceyrə.

Trombositlər - Eritrositlər və leykositlər kimi trombositlər də qanda müəyyən funksiya yerinə yetirir. Eritrositlərin funksiyası hüceyrə və toxumaları oksigenlə təmin edir, leykositlərin funksiyası orqanizmi yad cisimlərdən qoruyur, trombositlərin isə əsas funksiyası qanın laxtalanmasında iştirak etməkdir.

Trombositlər də kürə və ya oval şəkilli olub dalaqda və sümük iliyində əmələ gəlir. Trombositlərin nüvəsi yoxdur. İnsanın 1mm3 qanında 200 000 - 400 000 trombosit olur. Lakin onların miqdarı dəyişə bilər. Gündüzlər qanda miqdarı çox, gecələr isə qanda miqdarı az olur.

Güclü əzələ işi zamanı və yaxud intensiv məşqdən sonra qan lövhəciklərinin miqdarı 35 dəfə artır. Yaşama müddəti 35 gündür. Trombositlərin dağılması dalaqda baş verir. Yeni doğulmuş uşaqların 1 mm3 qanında 150-350 min, südəmər körpələrdə 150-424 min, 1 yaşdan 16 yaşadək uşaqlarda 200-300 min trombosit olur.

Qanın hüceyrəvi elementlərinə, plazmasına, tərkibindəki üzvi və qeyri- üzvi maddələrə nəzər salıb, istər ana bətnində istərsə də sonrakı dövrdə əhəmiyyətini qruplaşdırsaq, belə nəticəyə gəlmək olar.

1. Qan orqanizmdə qazlar mübadiləsində iştirak edir. Yəni ağciyərlərdən oksigeni hüceyrə və toxumalara, oradan isə karbon qazını ağ ciyərlərə daşıyır (eritrositlər- homoqlabin).


2. Orqanizmdə müdafiə sisteminin yaranmasında mühüm rol oynayır. Orqanizmə düşmüş yad cisimləri leykositlər (xüsusilə neytrofillər) faqositə etməklə məhv edirlər.
3.Bağırsaqların divararalarından sorulan qida maddələrin qan vasitəsilə toxuma və hüceyrələrə çatdırılır. Eləcə də həzm sistemində parçalanan zülallar, karbohidratlar, yağlar, vitaminlər, düz və su venoz qana və limfaya sorulur, üzvi və toxumalara nəql olunur.
4. Orqanizmin orqan və sistemləri arasında əlaqə qan vasitəsilə tənzim olunur. Məlumdur ki, daxili sekresiya vəzilərinin ifraz etdiyi bioloji fəal maddələr-hormonlar qanla birlikdə toxuma və hüceyrələrə çatdırır. Məhz qanın tərkibində onlar öz təsirini göstərə bilər.
5. Orqanizmin daxili mühitinin homeostazisini təmin edir ki, bu da onun bufer sisteminin hesabına olur.

6. Orqanizmin istilik tənzimində qanın əhəmiyyəti böyükdür. Sağlam adam ağır fiziki iş gördükdə və ya idmanla məşğul olduqda xarici və daxili mühitində güclü istilik əmələ gəlir. Həmin istilik enerjisinin orqanizmdən xaric olması qan kapilyarları, xüsusilə dəri altında olan qan damarları ilə həyata keçirilir. Bu prosesdə tər vəzilərinin də əhəmiyyəti böyükdür. Mexanizm işi belədir. Reflektor yolla damar mənfəzləri genişlənir, ora çoxlu miqdarda qan gəlir, qanın tərkibindəki istilik tər şəklində orqanizmdən xaric olunur. Orqanizm soyuduqdan sonra damarlar daralır və temperatur sabitləşir.
7. Qan orqanizmin ifrazat funksiyasında iştirak edir. Hüceyrələrdə maddələr mübadiləsi nəticəsində çoxlu lazımsız maddələr əmələ gəlir. Bu zərərli maddələr hüceyrəarası mayeyə keçir, sonra sorularaq ifrazat orqanlarına gəlir. Bu maddələrin zərərləşdirilməsində qaraciyərin rolu böyükdür. Qaraciyərdə ammonyak, bağırsaqda çürüyən üzvi və qeyri- üzvi maddələr zərərsizləşdirilir, sonra isə böyrəklərdən süzülərək orqanizmdən kənarlaşdırılır.
8. Orqanizmdə hər hənsı bir yerin zədələnməsi və cərrahi əməliyyat zamanı yaranın sağalmasında qanın əhəmiyyəti böyükdür.
9. Travmatik xəstələrdə və cərrahi əməliyyatlar zamanı qan lövhəciyi olan trombositin böyük əhəmiyyəti var. Trombositlər qanı laxtalandırır, böyük qan damarlarının ağzını tutur və qanaxmanı dayandırır.
Yüklə 102,95 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin