İKİNCİ Cİld on iKİNCİ FӘSİL


KAFİRLƏRİN TOXUNULMAZLIĞI HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ



Yüklə 1,43 Mb.
səhifə12/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   30

KAFİRLƏRİN TOXUNULMAZLIĞI HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ


Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə [Məkkə müşriklərilə] vuruşmaqdan ürəkləri sıxılaraq [xoşlanmayaraq] sizin yanınıza gələn şəxslər müstəsnadır. Əgər Allah istəsəydi, onları sizin üstünüzə qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralab bir tərəfə çəkilsələr və sizinlə vuruşmab sülh təklif etsələr, o zaman Allah sizin üçün onların əleyhinə çıxmağa heç bir yol qoymaz.) (4/90).

Deyirlər:

Bu ayə müşriklərlə bağlanılan əhd-peyman və onların toxunulmazlığı haqda nazil olmuşdur, lakin sonralar cihad hökmü [ayəsi] ilə nəsx olunmuşdur.

Bu nəzəriyyəyə əsasən bu ayədə iki hökm nəsx olmuşdur.

1. Müşriklərlə bağlanılan əhd-peymanın qorunması;

2. Onlara qarşı cihad hökmünün verilməsi.



Cavab:

Ayə müşriklər haqda deyil, münafiqlər barədə nazil olmuşdur və ayənin müşriklərlə əlaqələndirilməyə heç bir əsası yoxdur. Belə ki, münafiqlər iman gətirdikdən sonra biri daha küfr edərək dindən çıxmış və bu ayə məhz onlar haqda nazil olmuşdur. Ayənin özünün və əvvəlki iki ayənin məhz ümumi məzmunu da buna dəlalət edir.



Siz nə üçün münafiqlər barəsində iki dəstəyə ayrıldınız? Halbuki, Allah onları gördükləri əməllərinə görə əvvəlki hallarına [kafirliyə] qaytarmışdır. Siz Allahın [öz istəyi, öz iradəsi ilə küfr edəcəyini əzəldən bildiyi üçün] azdırıcı kimsəni doğru yolamı gətirmək istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən.

Onlar özləri kafir olduqdarı kimi, sizin də kafir olub özlərinə bərabər olmanızı istərlər. Onlar Allah yolunda [Məkkədən] hicrət etməyənə qədər onlardan [özünüzə] dost tutmayın. Əgər [tövhiddən və hicrət etməkdən] üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!

Ancaq sizinlə aralarında əhd olan bir tayfaya sığınanlar, yaxud sizinlə və ya öz qövmlərilə [Məkkə müşriklərilə] vuruşmaqdan ürəkləri sıxılaraq [xoşlanmayaraq] sizin yanınıza gələn şəxslər müstəsnadır.) (4/88-90).

Göründüyü kimi hər üç ayənin ümumi məzmunu islamı qəbul etmiş və sonralar yenidən küfr edərək dindən çıxmış münafiqlərə dəlalət edir. Fiqhi termin olaraq onlar «mürtəd» adlandırılırlar. Şər᾽i nöqteyi-nəzərdən onlar iki hal istisna olmaqla qətlə yetirilməlidirlər:

1. Onlar, müsəlmanlarla toxunulmamazlıq və təhlükəsizlik sazişi bağlamış hər hansı bir qrupa qoşulduqda; belə ki, müsəlmanlar tərəfindən onlara [mürtədlərə] toxunulmazlıq hüququ verilmiş olsun. Belə olduqda mürtədlər müsəlmanlarla saziş [əhd-peyman] bağlayan şəxslər tərəfindən toxunulmazlıq hüququ verdikləri üçün qətlə yetirilmirlər.

İndinin özündə də hökm qüvvədə qaldığı üçün deyə bilərik ki, sabit qalaraq nəsx olunmamışdır. Çünki ayənin özündə deyildiyi kimi: «Mürtədlərlə [və ya onların əhd-peyman bağlğadığı şəxslərlə] saziş bağlandıqda onların toxunulmazlığı tam şəkildə bərpa olunur. Lakin onların toxunulmazlıq sazişi qüvvədə olduğu müddət ərzində bərpa olunur və müddət başa çatdıqda toxunulmazlıq öz əhəmiyyətini itirir. Belə olduqda müsəlmanlar yenidən mürtədlərə hücum edərək onları qətlə yetirə bilərlər. Lakin diqqət yetirmək lazımdır ki, mövzunun aradan qalxması ilə hər hansı bir hökmün qüvvədən düşməsi heç də onun nəsx olunmasına dəlalət etməyir və bu kimi dəyişikliklər nəsx adlandırılmayır. Burada da mürtədlərə dair verilmiş hökm bu dəyişikliyə aiddir. Çünki, müsəlmanlarla müşriklər arasında bağlanılan əhd-peyman Tövbə surəsi nazil olmaqla ləğv olunmuş və onlara dörd ay müddətində ya islamı qəbul etmək və ya müsəlmanların yaşadıqları əraziləri tərk etmək möhləti verilmişdir.

Beləliklə cihad hökmü verilməklə yenidən mövcud olan şərait dəyişilir və mürtədlərin toxunulmazlığı haqda yazılmış saziş və əhd-peyman öz qüvvəsini itirmiş olur. Nəticədə onların qətli şər᾽i nöqteyi-nəzərdən hər bir müsəlmana vacib olur.

2) Mürtədlərin toxunulmazlığının ikinci şərti onların müsəlmanlarla sülh və əmin-amanlıq şəraitində yaşamalarına və onlarla sülh və dostluq əlaqələrinin bərqərar olunmasına meyl etmələridir. Bir şərtlə ki, onlar [yenidən] islamı qəbul etməli, Allahın birliyinə, həzrət Məhəmmədin (s) peyğəmbərliyinin həqqaniyyətinə e᾽tiraf etməlidirlər. Nisa surəsinin 94-cü ayəsində bu haqda deyilir:

Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahlanmaqla «Sən mömin deyilsən!» deməyin!)

Demək mürtəd tövbə etdikdən sonra əfv olunmalı və qətl hökmü onun üzərindən götürülməlidir. Bunu da qeyd edək ki, Qur᾽ani-kərimdə hökmü nəsx edəcək mürtədlərin [tövbə etdikdən sonra] qətlə yetirilmələrinə dair qəti hökm verilməmişdir.

Nəsx nəzəriyyəsinin tərəfdarları: Bə᾽zən kafirlərə qarşı müharibə və onların qətlə yetirilməsinə şamil olmayan bu ayənin nəsx olunmasını cihad hökmünü verən ayəyə istinad edirlər.

Cavab:

Hökmə yalnız o zaman istinad etmək olar ki, mürtədlər tövbə etmədən küfr edərək öz batil əqidələrində qalmış olsunlar. Tövbə etdikdə isə onların toxunulmazlığı bərqərar olunur və qətl hökmü götürülür. Və belə olduqda ayənin nəsx olunmasını tamamilə əsassız hesab etmək olar. Lakin əhli sünnə mənbələrində nəql olunmuş bə᾽zi rəvayətlərdə mürtədlərin hətta tövbə etdikdən sonra belə qətlə yetirilmələrinin vacibliyi göstərilir. Bəlkə bu barədə Əhməd ibni Hənbəl, Termizi, Nəsai, Əbu Davud, İbni Macə öz kitablarında İbni Abbasın Peyğəmbərdən (s) nəql etdiyi hədisə istinad etmişlər. Hədisdə deyilir: «Dinini başqa dinlərlə dəyişənləri qətlə yetirin.»28

Bizim fikrimizcə mürtədlərin qətlə yetirilməsinin əsas şərti onların tövbə etməməsidir. Lakin ixtilafa səbəb olan məsələlərdən biri də mürtədlərin tövbə etməyə sövq etməyin vacib və ya müstəhəb olub-olmamasıdır. Onlar hansı müddət ərzində tövbə etməli və bu müddət başa çatdıqda onlar qətlə yetirilməlidirlərmi? Şiə alimləri belə bir fikirdədirlər ki, mürtədlərə tövbə etdirmək hər bir müsəlmana vacibdir və bunun üçün müəyyən vaxt tə᾽yin etməlidir. Müddət o vaxta qədər tə᾽yin olunmalıdır ki, onların tövbə etmələri əqli baxımdan mümkün olsun. Lakin şiə alimlərinin bə᾽zilərinin fikrincə mürtədlərə tövbə etmək üçün verilən möhlət üç gün olmalıdır. Sünni alimlərinin bir çoxu, o cümlədən Əbu Hənifə və Əbu Yusif də məhz bu fikirdə olmuşlar.

Lakin Əli ibni Əbu Bəkr Mərcinani bu barədə başqa bir fikir irəli sürərək deyir: «Mürtədlər möhlət verilmədən qətlə yetirilməlidirlər.» Şafei və İbni Munzir İbni Həmmamdan nəql edərək deyirlər: «Mürtəd dindən çıxdıqdan sonra dərhal tövbə etməsə qətlə yetirilməlidir.»29

Şiə və sünni mənbələrində nəql olunmuş rəvayətlərdən belə bir nəticəyə gəlmək olur ki, mürtədlər tövbə etdikdən sonra toxunulmazlıqları tə᾽min olunur. Demək, mürtədlərin toxunulmazlığına – bə᾽zi hallarda tə᾽min etsə belə, şamil olan ayə başqa bir ayə ilə nəsx olunmadan öz qüvvəsində qalmaqdadır.


Kataloq: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə