İKİNCİ Cİld on iKİNCİ FӘSİL



Yüklə 1,43 Mb.
səhifə13/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

MÜHAKİMƏ AYƏSİNİN NƏSXİ


Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər!) (5/42).

Ayənin nəsx olunub-olunmaması haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.

Alimlərin bə᾽ziləri, şiə alimləri daxil olmaqla ayənin nəsx olunmadığına istinad edirlər.

Bu səbəbdən də əgər kitab əhli öz şikayətlərini müsəlmanların qazisinə təqdim edərsə, qazi islam mühakimə qanunlarına əsasən onların [müsəlmanlarla kitab əhlinin] arasında hökm çıxara bilər.

Şeyx Tusi mö᾽təbər mənbəyə istinad edərək imam Sadiq (ə)-dan nəql etdiyi hədisdə deyir: Əgər yəhudi və məsihilər öz şikayətlərini müsəlman qazisinə təqdim edərlərsə, həmin qazi onların arasında hökm çıxarmaq və ya bundan boyun qaçırmaqda tam ixtiyara malikdir.30

Əhli sünnə və şiə alimləri, o cümlədən İbrahim Nəxəi, Əta və Malik ibni Ənəs də bu fikirdə olmuşlar.

Lakin əhli sünnə alimlərinin bə᾽ziləri ayənin növbəti 48-ci ayə ilə nəsx olunduğuna dair fikir irəli sürmüşlər.

Sən Allahın nazil etdiyi [Quran] ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istəyinə uyma.) (5/8).

Mucahiddən nəql olmuş rəvayətdə bu nəzəriyyənin tam əksinə birinci ayənin ikinci ayəni nəsx etdiyi göstərilir.



Müəllif:

Ayənin nəsx olunduğu müşahidə olunmayır. Çünki ikinci ayədə Allah-taala qaziyə [Peyğəmbərə (s)] ona nazil olan [Qur᾽anla] kitab əhli arasında hökm etməyə əmr edir. Lakin birinci ayədə qazinin hökm çıxarıb-çıxarmamaqda tam ixtiyara malik olduğuna işarə olunur. Yə᾽ni əgər hökm çıxarmaq istəyərsə öz istəyi ilə deyil, İlahi qanunlar əsasında ədalətlə hökm çıxarmalıdır.

Başqa sözlə desək, hər iki ayə eyni mə᾽na daşıyır. Lakin birinci ayə əslində ikinci ayənin verdiyi hökmü bəyan edir və müsəlman qazisi kitab əhli arasında hökm çıxardığı zaman İlahi qanunlara əsaslanaraq ədalətlə hökm çıxarmalıdır.

Bununla yanaşı bu məzmuna dəlalət edəcək digər rəvayətlər də nəql olunmuşdur və bütün bu rəvayətlərdən belə qənaətə gəlmək olur ki, Maidə surəsi bütünlüklə Peyğəmbərə (s) səfər zamanı nazil olmuşdur. Demək, hər iki ayə həmən surəyə aiddir, eyni zamanda nazil olmuşdur və onlardan birinin digərini nəsx etməsi təsəvvür olunası deyildir.

Bu səbəbdən də deməliyik ki, ayələr arasında nəsx müşahidə olunmayır. Mətləbin daha açıqlanması üçün bir neçə rəvayətə işarə edirik:

1) İsa ibni Abdulla atasından, o da öz atasından və o da Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Maidə surəsi Peyğəmbərə (s) nazil olmuş son surələrdəndir. Surə Peyğəmbərə (s) səfər zamanı qatırın üzərində olarkən nazil olmuşdur. Belə ki, vəhyin ağırlığından «Şəhbanın» (qatırın) ayaqları yerə batmışdır.31

2) Yəzidin qızı Əsmadan nəql olmuş rəvayətdə deyilir: «Peyğəmbərin (s) dəvəsinin «Ğəzbanın» adlı yüyənini tutmuşdum. Bu zaman Maidə surəsi bütünlüklə ona nazil oldu. Belə ki, az qaldı dəvənin dizləri yerə batsın.»32

3) Əsmadan nəql olmuş başqa bir rəvayətdə deyilir: «Maidə surəsi Peyğəmbərə (s) bütünlüklə nazil oldu və surə nazil olarkən oturduğu dəvənin beli az qaldı sınsın.»33

4) Cubeyr ibni Nəfir nəql etdiyi rəvayətdə deyir: «Həcc ziyarəti zamanı Aişənin yanına getdim. Aişə məni görcək soruşdu: Cubeyr! Maidə sursini oxuyursanmı?

Dedim: Bəli.

Dedi: Bilin ki, Maidə surəsi Peyğəmbərə (s) nazil olmuş son surə olmuşdur. Onun halalını halal, haramını da özünüzə haram bilin.

5) Əbu Ubəyd, Zəmrət ibni Həbib və Ətiyyət ibni Qeys nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) buyurmuşdur: «Maidə, Qur᾽anın nazil olmuş son surəsidir. Onun halal etdiyini özünüzə halal, haram etdiyini də haram edin.»34

Digər bir rəvayət də vardır ki, Maidə surəsinin kamil surətdə və sonuncu surə olaraq nazil olduğunu çatdırır.

Əziz oxucular, əlimizdə belə hədislər olduğu halda necə iddia etmək olar ki, bu surənin bir ayəsi digər bir ayəni nəsx edir və bu nəsx də əməl vaxtı çatmamış həyata keçirilir. Belə bir halda nəsx olunmuş ayənin hökmünün qanuniləşdirilməsi faydasız olacaqdır və məhz buna görə də bu iddianı qəbul etmək mümkün deyildir.

Bundan əlavə, həmin hədisdən bizim qeyd etdiyimiz məsələni təsdiq edən digər bir mətləb də başa düşülür. O da bu surənin heç bir ayəsinin nəsx olunmamasıdır.

ŞƏHADƏT [ŞAHİDLİK VERMƏK] AYƏSİNİN NƏSXİ


(Ey iman gətirənlər! Sizlərdən hər hansı birinizi ölüm haqladıqda vəsiyyət vaxtı aranızdan iki ədalətli şəxsi, səfərdə olduğunuz zaman başınıza ölüm müsibəti gəldikdə isə özünüzdən [müsəlman] olmayan iki nəfəri şahid tutun). (5/106).

Şiə alimlərinin fikrincə ayənin verdiyi hökm sabit və nəsx olunmamışdır. Bu səbəbdən də (min ğəyrikum – özünüzdən olmayan) cümləsini nəzərə alaraq deyə bilərik ki, kitab əhlinin səfər zamanı müsəlmanlara vəsiyyət etməsi tamamilə düzgün və e᾽tibarlıdır. Abdulla ibni Qeys, İbni Abbas, Şurəyh, Səid ibni Musəyb, Səid ibni Cubəyr, Ubəydə, Məhəmməd ibni Siyrin, Şə᾽bi, Yəhya ibni Yə᾽mar kimi tanınmış əshab və tabeinlər və əhli-sünnə fiqhinin banilərindən olan Süfyan Suri və Əbu Ubeyd kimi görkəmli şəxsiyyətlər bu nəzəriyyəni qəbul etmişlər.

Lakin Zeyd ibni Əsləm, Malik ibni Ənəs, Şafei və Əbu Hənifə ayənin nəsx olunduğunu demişlər. Kafirlərin şəhadət verməsi hansı şəraitdə olursa-olsun e᾽tibarlı sayılmır.35

AYƏNİN NƏSX OLUNMADIĞINI SÜBUTA YETİRƏN DƏLİLLƏR


Ayənin nəsx olunmadığını aşağıdakı dəlillərlə sübuta yetirmək olar.

1. Əhli-sünnə və şiə mənbələrində nəql olunmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, kitab əhlinin müsəlmanlara verdikləri şəhadət yalnız o zaman qəbul oluna bilər ki, müsəlmanın verdiyi şəhadəti qəbul etmək mümkün olmasın. Belə ki, Koleyni, Hişam ibni Həkəmdən nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə)-dan «və axərani min ğəyrikum» – özündən olmayan iki nəfəri şahid tut — ayəsinin anlamını soruşdum. İmam (ə) buyurdu: Əgər bir şəxs qürbətdə [səfərdə] olarsa və vəsiyyət etməyə müsəlman tapmazsa qeyri-müsəlmanın verdiyi şəhadəti e᾽tibarlı hesab etmək olar.36 Şə᾽bi nəql etdiyi rəvayətdə deyir: Dəquqa adlı məntəqədə müsəlmanlardan biri vəfat edir. Vəsiyyət etməyə müsəlman tapa bilmədiyi üçün kitab əhlindən vəsiyyətinə şəhadət verəcək iki nəfər şahid tutur. Onlar Kufəyə gəlib əhvalatı Əbu Musa Əş᾽əriyə danışdıqdan sonra həmən şəxsin verdiyi əmanətləri ona təhvil verirlər. Əbu Musa onları diqqətlə dinlədikdən sonra dedi: Peyğəmbərdən (s) sonra belə bir əhvalat baş verməmişdir.

Sonra onlara and içdirdi ki, həmən şəxsin pul və var-dövlətinə xəyanət etməmiş və etdiyi vəsiyyətdə dəyişikliklər aparmamışlar. Onlar da əmanətə xəyanət etmədiklərinə və vəsiyyətdə heç bir dəyişikliklər aparmadıqlarına and içidilər. Beləliklə Əbu Musa kitab əhlindən olan iki nəfər şəxsin verdikləri şəhadəti bir müsəlmanın verdiyi şəhadətlə bərabər tutaraq şəhadəti qəbul etdi.

2. Əvvəlki fəsildə Maidə surəsinin nazil olması haqda nəql olmuş rəvayəti ayənin nəsx olunmamasına dair ikinci əsaslı dəlil hesab etmək olar. Çünki rəvayətdən belə nəticəyə gəlmək olur ki, Maidə surəsi, Qur᾽anın nazil olmuş son surəsidir və onun ayələri nəsx olunmadan qüvvədə qalmaqdadır.

3. Ayənin nəsx olunmasını sübuta yetirəcək əsaslı dəlillər olmalıdır. Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri dəlillər isə bunu sübuta yetirməyə qadir deyildir.


Kataloq: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə