İKİNCİ Cİld on iKİNCİ FӘSİL


NƏSX NƏZƏRİYYƏSİ TƏRƏFDARLARININ İSTİNAD ETDİKLƏRİ DƏLİLLƏR



Yüklə 1,43 Mb.
səhifə14/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
#16977
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

NƏSX NƏZƏRİYYƏSİ TƏRƏFDARLARININ İSTİNAD ETDİKLƏRİ DƏLİLLƏR


Qeyd etdiyimiz kimi əhli-sünnə alimlərinin bir qismi ayənin nəsx olunmasına dair müxtəlif fikirlər irəli sürmüşlər və bu barədə bir neçə dəlilə istinad etmişlər. Biz onlardan bir neçəsinə işarə edirik.

1. Deyilir: Allah-taalanın, şəhadət verən şəxslər üçün tə᾽yin etdiyi əsas şərt onların adil olmaları və müsəlmanların e᾽timadını qazanmalıdır.

Qur᾽ani-kərimdə bu haqda yazılır:

«Raolduğunuz şahidlərdən» (2/282).

2. «İçərinizdən iki ədalətli şahid tutun» (63/2).

E᾽timad və ədalətin kafirlərdə olmadığını nəzərə alaraq deyə bilərik ki, onların verdikləri şəhadət e᾽tibarsız və qeyri-məqbuldur. Belə olduqda onların vəsiyyət üçün verdikləri şəhadət də e᾽tibarsız hesab olunmalıdır. Demək, haqqında söhbət açdığımız ayə də yeni verilən hökm ilə nəsx olunaraq öz qüvvəsini itirmişdir.



Cavab:

Gətirilən bu dəlili bir neçə səbəbdən əsassız hesab edə bilərik. Əvvəla ona görə ki, birinci ayənin şahidlik verməyə dəlalət etdiyini fərz etsək də belə, ikinci ayəyə diqqət yetirməklə onun şəhadətə deyil, təlaq hökmünə aid olunduğunun şahidi olarıq. Demək, onların heç biri vəsiyyət üçün verilən şahidlikdə ədalətin əsas şərt olmasına dəlalət etmir. Digər tərəfdən isə hər iki ayənin təlaq hökmünə aid olması və onun bütün hallara şamil olunduğunu fərz etsək, haqqında söhbət açdığımız ayəni talaq hökmünə şamil olan bu iki ayə üçün bir növ əlavə hesab etməli olacağıq. Çünki ümumi xarakter daşıyan bir hökm, başqa bir məhdud hökmü nəsx etməyə qadir deyildir. Belə olduqda adətən məhdud hökm, mütləq və ümumiyyət xarakteri daşıyan hökmlərə əlavə olunur.

2. Nəsx nəzəriyyəsi tərəfdarlarının istinad etdikləri ikinci əsaslı dəlil icmanın irəli sürdüyü nəzəriyyədir. İcma belə bir fikirdədir ki, əməli-saleh olmayan fasiq şəxslərin verdikləri şahidlik [şəhadət] e᾽tibarsız sayılır. Kafirlər də fasiq [günahkar] olduqları üçün onların verdikləri şəhadət e᾽tibarsız sayılmalıdır.

Alimlərin əksəriyyəti kitab əhlinin verdikləri şəhadəti e᾽tibarlı hesab etdikləri üçün icmanın irəli sürdüyü bu nəzəriyyəni tamamilə əsassız hesab etmək olar. Belə ki, alimlərin bir çoxu kitab əhlinin fasiq müsəlmanın vəsiyyət üçün verdiyi şəhadəti e᾽tibarlı hesab edir. Demək, fasiq müsəlmanın şəhadət verməsinin e᾽tibarsız hesab olunması, öz din və məzhəbində e᾽timad qazanmış qeyri-müsəlman adil bir şəxsin verdiyi şəhadətin e᾽tibarsız olmasına dəlalət etmir. Çünki, əqli baxımdan bu iki ayə arasında heç bir əlaqə yoxdur.

3. Deyilir: Kafirlərin verdiyi şəhadət yalnız vəsiyyət üçün qəbul oluna bilər. Lakin bu barədə də bə᾽zi ixtilaflar nəzərə çarpır. İxtilaf doğuran məsələlərdə icmaya və şübhə meydana gəldikdə isə qəti və əsaslı hökmə müraciət etmək lazımdır.

Cavab:

Bir o qədər də məntiqli olmayan və insanda təəccüb doğuran belə bir dəlilin əvəzinə yaxşı olardı ki, bunun tam əksinə istinad olunub deyiləydi. Peyğəmbərin (s) zamanında kafirlərin vəsiyyət üçün verdikləri şəhadət hamı tərəfindən qəbul olunardı. Lakin Peyğəmbər (s) vəfat etdikdən sonra bu barədə ixtilaf meydana gəldi. İxtilaf doğuran hər bir məsələdə isə icmaya müraciət etmək lazımdır.



Nəticə:

Dediklərimizdən belə bir qənaətə gəlmək olur ki, ayənin nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyələr tamamilə batil və əsassızdır və bu nəzəriyyəyə istinad edən varsa, o da son dövrün bə᾽zi fiqh alimləridir.

Məgər Qur᾽anın verdiyi qəti bir hökmü kimlərinsə verdikləri fitvalarla əvəz etmək olarmı?

Daha da təəccüb doğuran Həsən Zəhranın irəli sürdüyü nəzəriyyədir. O deyir: «Ov axərani min ğəyrikum» – özünüzdən olmayan iki nəfər şəxsi — cümləsindən məqsəd, heç də kafir və kitab əhlinin şəhadət vermələri deyildir. Buradan məqsəd «öz qövm və qəbilənizdən olmayan» şəxslərdir. Çünki ayədə birbaşa olaraq kitab əhlinin adı çəkilmədiyi üçün biz verilən şəhadətin onlara dəlalət etdiyi haqda bir söz deyə bilmərik. Bu nəzəriyyə ayənin təfsiri haqda nəql olmuş rəvayətlə yanaşı ayənin zahiri mə᾽nası ilə də tam ziddiyyət təşkil edir. Çünki, ayədə kitab [müraciət] olunan yalnız mö᾽minlərdən və «ğəyrəkum» – özünüzdən olmayan — deyildikdə mö᾽min olmayanlar, yə᾽ni kafirlər nəzərdə tutulmalıdır.

Diqqət yetirmək lazımdır ki, ayə heç bir şərt olmadan şəhadətin verilməsinə dəlalət edir və verilən şəhadət istər kitab əhlindən olan kafirlər tərəfindən verilsin, istərsə də kitab əhlindən olmayan kafirlər və həmçinin istər mö᾽minlərin özləri tərəfindən mümkün olsun, istərsə də qeyri-mümkün.

Lakin bu məzmunda nəql olmuş bir çox rəvayətlərdə şəhadətin mö᾽minlər tərəfindən verilməsi mümkün olmadıqda, kitab əhlindən olan kafirlər tərəfindən verilməsinə dəlalət etdiyi göstərilir və bu hökm istisna aradan qaldırılaraq Qur᾽anın ümumi xarakter daşıyan hökmünün, Peyğəmbərin (s) buyurduqları ilə sabit olunan hökmlərə daxildir.


ZƏKAT AYƏSİNİN NƏSXİ


Yer üzünə sərilmiş və sərilməmiş bağ-bağatı [bostanları və bağları] dadları müxtəlif xurmanı və taxılı, bir-birinə həm bənzəyən, həm də bənzəməyən zeytunu və narı yaradan Odur. [Onların hər biri] bar verdiyi zaman barından yeyin, yığım günü haqqını [zəkatını, sədəqəsini] ödəyin, lakin israf etməyin. Allah israf edənləri sevməz.)

Əhli-sünnə alimlərinin bir çox ayənin nəsx olunduğuna istinad edirlər. Onlar buna dair müxtəlif nəzəriyyələr irəli sürmüşlər.

1. Ayə zəkat barəsində nazil olmuşdur. Lakin verilən hökm arpa, buğda, xurma və s. bu kimi istisna olmaqla ayədə adları çəkilən meyvələr ilə nəsx olunmuşdur. Çünki, Peyğəmbərin (s) bir çox səhabələri və onların davamçıları olan tabeinlər bütün bitkilərə zəkat verməyi vacib hesab etmişlər. Lakin Əbu Hənifə istisna olaraq «odun», «qamış» və «samandan» başqa bütün becərilən bitkilərə zəkat verməyi vacib hesab etmişdir.

2. Deyirlər:

Ayə Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlə nəsx olunmuşdur. Belə ki, zəkat olduğu vəziyyətdən 10-da bir və 20-də birə qədər müəyyənləşdirilmişdir. Sudey və Ənəs ibni Malik ayənin nəsx olunmasına dair bu nəzəriyyəni irəli sürmüşlər. Bə᾽zən İbni Abbasın və Məhəmməd ibni Hənəfinin də bu fikirdə olduqlarına istinad etmişlər.

3. Nəsx nəzəriyyəsi tərəfdarları bə᾽zən deyirlər. Ayənin zəkat hökmü ilə heç bir əlaqəsi yoxdur. Haqq və ödəniş deyildikdə zəkat deyil, bu ayə ilə veriləsi vacib olan başqa bir ödəniliş nəzərdə tutulur.

Zəkat hökmü verildikdən sonra isə ayə nəsx olunmuşdur.

Bizim nəzərimiz: Bizim fikrimizcə ayənin nəxs olunmasına dair irəli sürülmüş hər üç nəzəriyyə tamamilə batil və əsassızdır. Dediklərimizi sübuta yetirəcək bir neçə dəlilə işarə etmək istəyirik.

1. Əhli-beyt tərəfindən nəql olmuş bir neçə rəvayətdə «haqq və ödəniş» zəkat kimi təfsir olunmamışdır. Belə ki, Koleyni nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə), Müaviyə ibni Həccaca deyir: Əkinçilikdə iki ödəniş vardır. Onlardan biri səndən alınır, digərini isə sən özün ödəyirsən. Müaviyə deyir: İmam Sadiq (ə)-dan onlardan hansının alındığını və hansının ödənildiyini soruşdum.

İmam Sadiq (ə) buyurdu: Əkdikləriniz şeylərdən 10-da biri və 20-də bir qismi zəkat halında sizlərdən alınır. Öznüzün ödədiyiniz isə Allah buyurduğu «Və atu həqqəhu yovmə həsadihi» – yığım günü haqqını ödəyin — ayəsidir.37

İbni Mərdəviyyə, Əbu Səiddən və o da Peyğəmbərdən (s) ayənin təfsirinə dair nəql etdiyi rəvayətdə deyir: Burada yığım zamanı yerə tökülmüş sünbüllər nəzərdə tutulur.

2. Bildiyimiz kimi Ən᾽am surəsi Məkkədə bir dəfəyə [eyni zamanda] nazil olmuşdur. Zəkat ayəsi isə hicrətdən sonra Mədinədə nazil olmuşdur. Demək ayənin birinin digərini nəsx etməsi sadəcə olaraq qeyri-mümkündür.

Ən᾽am surəsinin Məkkədə nazil olmasına dair kifayət qədər hədis və rəvayət nəql olmuşdur. Bu rəvayətlərdən birini Koleyni öz kitabında Həsən ibni Həmzədən nəql edir.

İmam Sadiq (ə) buyurur: Ən᾽am surəsi bir dəfəyə nazil olmuşdur. Surədə Allahın adı yetmiş dəfə çəkildiyi üçün onu yetmiş min mələk Peyğəmbərə (s) tə᾽zimlə nazil etmişlər. Əgər camaat onun oxunmasının nə qədər fəzilətli olduğunu bilsəydilər, daim onu qiraət etməyə can atardılar.

İbni Abbasdan nəql olunmuş rəvayətdə deyilir: Ən᾽am surəsi gecə ikən bir dəfəyə Məkkədə nazil olmuşdur. Surə nazil olarkən yetmiş min mələk onu müşahidə edərək Allaha şükr və səna edirdi.

Bu və bu məzmunda nəql olunmuş digər rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, haqqında söhbət açdığımız ayə zəkat hökmü verilməzdən əvvəl nazil olmuşdur.

Zucac deyir: Bə᾽zilərinin fikrincə ayə Mədinədə nazil olmuşdur. Lakin bu nəzəriyyə əsassız olmaqla yanaşı nəql olunmuş rəvayətlərlə də ziddiyyət təşkil edir.

3. Ayənin nəsx olunmadığını sübuta yetirəcək sonuncu dəlil məhsulun biçim zamanı ödənilməsidir. Demək bu zəkatdan fərqli olan başqa bir vergi haqqıdır. Çünki zəkat yığım zamanı deyil, məhsul yığılıb dəyirmanda döyüldükdən və bölündükdən sonra ödənilir.

Əhli-beytin məhsulun axşam yığılmasına dair qoyduğu qadağa və bu məzmunda onlar tərəfindən nəql olunmuş onlarla hədis və rəvayət dediklərimizi bir daha sübuta yetirir. Rəvayətlərdən belə bir mə᾽na əldə etmək olur ki, məhsul gecə ikən yığıldıqda yoxsul və imkansız təbəqə bundan xəbərsiz qalır və paylarına düşən ödənişdən məhrum olurlar.

Cə᾽fər ibni Məhəmməd ibni İbrahim imam Sadiq (ə)-a istinad edərək atası imam Baqir (ə) və o da atası imam Səccad (ə)-dan nəql edir ki, Peyğəmbər (s), xurma və digər əkin məhsullarının gecə ikən yığılmasını yasaq etdirdi. Cə᾽fər rəvayəti nəql etdikdən sonra deyir: Yasaq hökmü bəlkə də yoxsul və imkansızların yığımdan xəbərsiz qaldıqları üçün verilmişdir.



Cavab:

Bə᾽zilərinin fikrincə «haqqını ödəyin» deyildikdə zəkat, və «yovmə həsadihim» – yığım günü cümləsindən ödəniş vaxtı deyil, ödənişin vaxtının vacib olması nəzərdə tutulur. Çünki ödəniş məhsul yığılıb, üyüdülüb və bölündükdən sonra həyata keçirilir. Demək «yovmə həsadihim» – yığım günü cümləsi ödəniş haqqı [verginin] deyildikdə hökmən zəkatın nəzərdə tutulduğuna dəlalət edə bilməz.



Cavab:

Nəql olmuş rəvayətlərdən belə bir qənaətə gəlmək olur ki, «yovmə həsadihim» – yığım günü deyildikdə ödəniş vacibliyi deyil, ödəniş vaxtı nəzərdə tutulur.

1. Zaman şəkilçisi hökm halında deyil, fe᾽l mə᾽nasında işlənilir. Məsələn «Zeydə cümə günü hörmət və ehtiram et» deyildikdə, cümə günü burada hörmət və ehtiramın vacibliyi üçün deyil, Zeydə olunacaq ehtiramın nə zaman olunacağına dəlalət edir.

2. Haqqında söhbət açdığımız ayə ilə tətbiq olunmayınca, zəkat verilməsi biçim zamanı vacib olunmur. Zəkat haqqı [vergisi] yalnız o zaman tə᾽yin oluna bilər ki, buğda və ya arpa dən halına düşüb istifadəyə yararlı olsun. Bu səbəbdən də ayədə «yığım gününə» xüsusi diqqət yetirilməsi, verilməsi vacib olan zəkat vergisindən fərqli olan başqa bir ödəniş nəzərdə tutulur.

3. Ayənin zəkat hökmünə dəlalət etmədiyinə dəlalət edən başqa bir dəlil Allahın, israfa yol verilməməsinə dair verdiyi hökm və zəkatın müəyyən həddə ödənilməsidir.

Beləliklə ayədə ödəniş deyildikdə, zəkatın nəzərdə tutulmadığı bəlli oldu və zəkat hökmünü verən ayənin bu ayə ilə heç bir bağlılığı yoxdur və təbii ki, belə olduğu bir halda onu nəsx etməsi də qeyri-mümkündür.



Nəticə:

Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, ayənin nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyə əkin məhsullarına aid olan zəkat kimi vacib olan başqa bir verginin ödənilməsinin vacibliyi ilə sübuta yetirilir. Və bu hökm zəkat ayəsi ilə əvəz olunaraq nəsx olunur. Lakin nəsx nəzəriyyəsi tərəfdarları zəkat vergisindən əvvəl belə bir verginin vacibliyini sübuta yetirəcək əsaslı dəlil gətirməyə qadir deyillər. Çünki, əgər «Ayədə verilən hökm onun vacibliyinə dəlalət edir və bu səbəbdən də nəsx olunan vergi [ödəniş], vacibdir» deyərlərsə, cavabında deyilməlidir:

Hökmün icrası vacib olmaqla yanaşı, davamiyyətli olması da zərurtə doğurur və onların hər ikisi haqqında söhbət açdığımız ayədə özünü büruzə verməyir. Çünki, əgər davamiyyəti nəzərə alarıqsa, vaciblik istər-istəməz öz əhəmiyyətini itirmiş olur. Vacibliyi nəzərə aldıqda da eyni qaydada davamiyyət öz əhəmiyyətini itirmiş olacaq və bilirik ki, zəkatdan savayı başqa bir verginin ödənişi vacib deyildir.

Bu səbəbdən də ya gərək hökmün vacib olmasından əl çəkib onun davamiyyətinə əsaslanmalı, ya da davamiyyətdən əl çəkməli və vacibliyinə əsaslanaraq hökmün nəsx olunduğunu qəbul olmalıdır. Lakin verilən ikinci ehtimal bə᾽zi üstünlüklərə malikdir.

Əvvəla ona görə ki, ödəniş davamiyyət və daimi olduğuna dair imamlardan kifayət qədər hədis və rəvayət nəql olunmuşdur və biz növbəti fəsillərdə bu rəvayətlər haqda danışacağıq.

Digər tərəfdən də əgər belə bir vacib vergi haqqı olsaydı Peyğəmbərin (s) əshabı və sonrakı dövrlərdə yaşayan müsəlmanlar tərəfindən ödənilər və yalnız Əkrəmə və Zəhhan kimilərin nəql etdiyi rəvayətlərdə məhdudlaşmazdı.

Demək, ayədə vergi deyildikdə ödənişi müstəhəb olan başqa bir vergi haqqı nəzərdə tutulur. Vergi meyvələr yığıldıqdan və dənli bitkilər biçilərək döyüldükdən sonra yoxsul və ehtiyacı olanlara verilir ki, onlar bu yolla ailə üzvlərini qismən də olsa tə᾽min edərək özlərini hər şeydən məhrum hiss etməsinlər. Bir sözlə haqqında söhbət açdığımız ayə nəsx olunmadan öz qüvvəsində qalmaqdadır.


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin