İKİNCİ Cİld on iKİNCİ FӘSİL


ƏTİ HARAM OLAN HEYVANLARIN YEYİLMƏSİNƏ DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ



Yüklə 1,43 Mb.
səhifə15/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

ƏTİ HARAM OLAN HEYVANLARIN YEYİLMƏSİNƏ DAİR NAZİL OLMUŞ AYƏNİN NƏSXİ


«[Ya Rəsulum!] De ki: «Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə [bismillah deyilmədən] kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsib yediyin yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər [bunlardan yesə, Allah ona cəza verməz]» Çünki, sənin Rəbbin, həqiqətən bağışlayan və rəhm edəndir!» (6/145).

Nəsx nəzəriyyəsi tərəfdarları deyirlər: Ayə nazil olmaqla bə᾽zi heyvanların ətinin yeyilməsi haram, başqalarının yeyilməsi isə halal edilmişdir. Lakin sonralar Peyğəmbərin (s) buyuruqları ilə digər yeyim şeyləri də haram edilərək ayə nəsx olunmuşdur.



Cavab:

Digər ayələr kimi, bu ayənin də verdiyi hökm sabit və nəsx olunmamışdır. Çünki ayə qanunvericilik xarakteri daşımır və belə bir halda təbii ki, onun nəsx olunması da tamamilə əsassız olardı. Ayədə sadəcə olaraq islam dinində əvvəllər haram olmayan (meyit, qan, donuz əti və kəsilərkən Allahın adı çəkilməyən heyvanlar) şeylər haqda xəbər verilir və bunun sonralar digər yemək şeylərin haram olmasına dair verilən yeni hökm ilə heç bir ziddiyyət yoxdur. Çünki, hər hansı bir mətləb barədə mə᾽lumat verən xəbər cümləsində nəsx heç bir mə᾽na kəsb etmir.

Ayədə haram olan şeylərin bir-bir adlarının çəkilməsi isə bir növ əlavə xarakteri daşıyır. Belə ki, müşriklər islam dini zühur etməzdən, islamın haram etmədiyi bə᾽zi şeyləri özlərinə haram etmişdilər. Ayə nazil olmaqla onların əqidə və adət-ən᾽ənlərini inkar və ləğv edir. Əvvəlki ayəyə diqqət yetirsək görəcəyik ki, qoyulan məhdudiyyət, həqiqi məhdudiyyətdir, yə᾽ni ayə nazil olarkən yeyilməsi haram olan ətlər məhz ayədə göstərilən miqdarda müəyyənləşdirilmişdir və belə bir mə᾽nanın dərk olunması daha asandır. Çünki, ayə islamın zühur etdiyi ilk illərdə nazil olmuşdur və təbii ki, sonralar həzrət Məhəmmədin (s) 23 illik peyğəmbərlik dövründə tədriclə yeni ayələr nazil olmuş və yeni-yeni qanun və qadağalar tə᾽yin olunmuşdur. Yasaq hökmü verildikdən sonra, başqa bir yasaq və qadağanın tə᾽yin olunması hər hansı bir hökmün nəsx olunmasına əsla dəlalət etmir. Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, əvvəla haqqında söhbət açdığımız ayə qanunverici deyil, xəbər xarakterini daşıyır və yeyilməsi haram olan ətlərin müəyyənləşdirilməsi ya həqiqidir və ya nisbi və hər iki halda ayənin nəsx olunması heç bir mə᾽na və məfhum kəsb etmir.

DÖYÜŞDƏN FƏRARİLİK AYƏSİNİN NƏSXİ


«Ey iman gətirənlər! Kafirlər bir yerə toplaşdıqları vaxt rastlaşsanız, dönüb onlardan qaçmayın!

[Düşməni aldatmaq məqsədilə yoldan özünü qaçan kimi göstərib] təkrar döyüş üçün bir tərəfə çəkilən və ya [kömək məqsədilə müsəlmanlardan ibarət] başqa bir dəstəyə qoşulan istisna edilməklə, kim belə bir gündə düşmənə arxa çevirib qaçarsa, sözsüz ki, Allahın qəzəbinə uğramış olur. Onun məskəni Cəhənnəmdir. Ora nə pis dönüş yeridir!» (8/15-16).

Bə᾽zi müfəssirlərin fikrincə bu ayə həmən surənin 66-cı ayəsi ilə nəsx olunmuşdur. Orada deyilir:



«[Ey möminlər!] İndi Allah yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə [kafirə], min kişi olsa, iki min nəfərə Allahın izni ilə qələbə çalar. Allah səbr edənlərlədir!» (8/66).

Nəsx nəzəriyyəsi tərəfdarları deyirlər: Ayədən belə bir qənaətə gəlmək olur ki, əgər müsəlmanların sayı kafirlərin yarısından az olarsa, döyüş meydanını tərk edə bilərlər. Göründüyü kimi birinci ayədə döyüş meydanında qaçmaq qətiyyətlə qadağan olunur, növbəti (66-cı) ayə nazil olmaqla hökm nəsx olunur və müsəlmanlara bir növ güzəştə gedilərək döyüş meydanını tərk etməyə icazə verilir.

Əta və İbni Reyhan ayənin nəsx olunmasına dair irəli sürülmüş bu nəzəriyyəyə istinad etmişlər.

Cavab:

Gətirilən dəlil tamamilə əsassızdır və ayənin nəsx olunması ilə heç bir əlaqəsi yoxdur. Belə ki, döyüş meydanını tərk etmək yalnız o zaman haram ola bilər ki, müsəlmanların sayı, kafirlərin yarısından az olmasın. Onların sayı kafirlərin yarısından az olduqda isə, döyüş meydanını tərk etmələrinin qətiyyətlə haram olduğunu deyə bilmərik.

Bu səbəbdən də ayələrin birinin digərini nəsx etməsi üçün heç bir ziddiyyət yoxdur. Diqqət yetirsək görərik ki, bu iki ayə arasında sıx bağlılıq vardır və bu bağlılıq müharibə üçün böyük əhəmiyyət kəsb edən təbii qanunun əsasını qoyur. O da bundan ibarətdir ki, müsəlmanlar qələbəyə yaxın olduqlarını gördükdə son damla qanlarınadək mübarizə aparmalı və döyüş meydanını tərk etməməlidirlər. Kifayət qədər qüdrətə malik olmadıqda və məğlubiyyətin qəti olduğunu gördükdə isə, döyüş meydanını tərk etməyə bilərlər.

Lakin Əmr ibni Ömər, Əbu Hüreyrə, Əbu Səid, Əbu Nəzrə, Nafe Mövla ibni Ömər, Həsən Bəsri, Əkrəmə, Qətadə, Zeyd ibni Əbi Həbib və Zəhhakdan nəql olmuş rəvayətdə döyüş meydanının tərk olunmasına dair verilmiş yasaq hökmünün hamıya [və bütün dövrlərə] şamil olmadığı göstərilir. Onların fikrincə bu verilən yasaq hökmü «Bədr» döyüşündə iştirak edən döyüşçülərə aid olmuş və onlar ayə nazil olmaqla döyüşə sövq edilmişlər.

Əhli-sünnənin məşhur alimlərindən olan Əbu Hənifə də ayənin nəsx olunmasına dair irəli sürülmüş bu ayəyə istinad etmişdir.

Müəllif:

İrəli sürülmüş bu nəzəriyyə də digər ayələrin nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyələr kimi bir neçə səbəbdən batil və tamamilə əsassızdır.

1. Ayə Bədr döyüşündən sonra nazil olmuşdur. Demək bu hökmü Bədr döyüşçülərinə aid etmək tamamilə əsassız olardı.

2. Hər hansı bir məsələyə dair verilən hökm müəyyən şəxslərə deyil, ümumi olaraq hamıya şamil olunur. Bu səbəbdən də fərariliyə dair verilən yasaq hökmü tək Bədr döyüşünə deyil, bütün dövrlərə şamildir.

Demək haqqında söhbət açdığımız ayədən üç nəzəriyyə əldə etmək olar:

1. Nəsx nəzəriyyəsi;

2. Ayənin Bədr döyüşünə aid olması;

3. Hər iki nəzəriyyənin batil və əsassız olduğunu.

Sonuncu nəzəriyyə bizim tərəfimizdən irəli sürülmüşdür. Bir qədər əvvəl qeyd etdik ki, ayənin məzmunu qəti məğlubiyyət istisna olmaqla, bütün döyüş meydanlarını tərk etməyə şamil olunur. Hökm indinin özündə də sabit və nəsx olunmamışdır. O ki qaldı ikinci ayəyə, döyüş meydanını yalnız çıxılmaz vəziyyətdə və məğlubiyyət qəti olduqda tərk etməyə icazə verir.

Şiə və əhli-sünnə alimlərinin bir çoxu ayənin nəsx olunmadığı haqda məhz bu fikirdədirlər və hər iki mənbələrdə nəql olmuş rəvayətlərdə bu nəzəriyyə bir daha sübuta yetirilir.

Belə ki, Koleyni, imam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Böyük günahlar yeddi qismə bölünür: Mö᾽min bir şəxsi bilərəkdən öldürmək, ismətli qadını zinakarlıqda ittiham etmək, döyüş meydanını tərk etmək, yetimin malını yemək [mənimsəmək], hicrət etdikdən sonra ərəblərin öz adət-ən᾽ənələrindən uzaq düşmələri və Allahın Qur᾽anda əzaba və᾽də verdiyi [yasaq etdiyi] hər bir şeylərə əməl etmək.

Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi rəvayətdə deyir: Sizi fəlakətə sürükləyəcək yeddi günahdan uzaq olun. Peyğəmbərdən (s) onların hansı günahlar olduğunu soruşduqda buyurdu: Allaha şərik qoşmaq, sehr [cadugərlik] etmək, haqsız olaraq qan tökmək, yetimin malını yemək [mənimsəmək], döyüş meydanını tərk etmək və qadını zinakarlıqda ittiham etmək.



Kataloq: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə