İKİNCİ Cİld on iKİNCİ FӘSİL



Yüklə 1,43 Mb.
səhifə16/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
#16977
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

SÜLH AYƏSİNİN NƏSXİ


«Əgər onlar sülhə [barışığa] meyl etsələr, sən də sülhə meyl et.» (8/61).

Müfəssirlərin bə᾽ziləri, o cümlədən İbni Abbas, Mucahid, Zeyd ibni Əsləm, Əta, Əkrəmə, Həsən Bəsri və Qətadə ayə barədə öz fikirlərini belə bəyan edirlər: ...Ayə «Səyf» ayəsi ilə nəsx olunmuşdur. Çünki yuxarıda qeyd olunan ayə müsəlmanları sülh və sazişə də᾽vət edir. Sərf ayəsində isə heç bir güzəşt olunmadan müşriklərə qarşı cihad hökmü verilir.



Cavab:

Ayənin nəsx olunmadığına dair iki əsaslı dəlilə istinad edə bilərik.

1. Cihad hökmünü verən Səyf ayəsi yalnız müşriklərə şamil olunur. Belə ki, Peyğəmbər (s) hicrətin 10-cu ilində kitab əhlindən olan Nəcran müşrikləri ilə sülh sazişini imzalamışdır. Həmən surədə olan Səyf ayəsi isə Nəcran müşrikləri ilə imzalanan sülh sazişindən bir il əvvəl, yə᾽ni hicrətin 9-cu ilində nazil olmuşdur və təbii ki, əgər Səyf ayəsi kitab əhlindən olan Nəcran məsihilərinə də şamil olsaydı Peyğəmbər (s) onlarla sülh sazişini imzalamazdı. Demək sülh ayəsi hamıya cihad hökmünü verən Səyf ayəsi ilə müşriklərə şamil olunur. Bir sözlə, «Səyf» ayəsi bir növ istisna xarakteri daşıyır. Hökmün istisna xarakteri daşıması isə ayənin nəsx olunmasına əsla dəlalət etmir.

2. Müşriklərlə müharibənin vacibliyi və sülh sazişinin bağlanılmasının ən başlıca şərti müsəlmanların kifayət qədər qüdrətə malik olması və onların qələbəyə yaxınlaşmasıdır. Əks təqdirdə kafirlərlə sülh sazişinin bağlanılmasının heç bir nöqsanı yoxdur. Belə ki, Peyğəmbər (s) Hüdeybiyyə döyüşündə bu qanundan istifadə edərək Qureyş qəbiləsi ilə sülh sazişini imzalayır.

Qeyd etdiklərimizdən belə mə᾽lum olur ki, «sülh ayəsi», «Səyf» ayəsi ilə nəsx olunmamışdır. Lakin sülh sazişi müsəlmanlar kifayət qədər qüdrətə malik olmadıqda, imzalanmalı, döyüş isə onların düşməndən üstün olduqları vaxt aparılmalıdır.

Məhəmməd surəsinin 35-ci ayəsində bu haqda deyilir:



«Buna görə də [cihadda] zəiflik göstərməyin və [kafirlərə] üstün [qalib] gəldiyiniz zaman [onları] sülhə dəvət etməyin. Allah sizinlədir. O sizin əməllərinizi boş [mükafatsız] qoymaz! (41/35).

Göründüyü kimi ayədə müsəlmanların üstünlüyünə və kifayət qədər qüdrətə malik olduqda sülh sazişinə razı olmamalarına işarə olunur.


DÖYÜŞ ZAMANİ [DÜŞMƏNƏ QARŞI] MÜQAVİMƏT GÖSTƏRMƏK AYƏSİNİN NƏSXİ


«[Ya Peyğəmbər!] Möminləri döyüşə həvəsləndir [təşviq et]. İçərinizdə iyirmi səbirli kişi olsa, iki yüz kafirə, yüz səbirli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar anlamayan bir tayfadır.

[Ey möminlər!] İndi Allah yükünüzü yüngülləşdirdi. Çünki O, sizdə bir zəiflik olduğunu bilirdi. Artıq aranızda yüz səbirli kişi olsa, iki yüz nəfərə [kafirə], min kişi olsa iki min nəfərə Allahın izni ilə qabə çalar. Allah səbr edənlərlədir.» (8/65-66).

Nəsx nəzəriyyəsi tərəfdarları deyirlər:

Birinci (65-cı) ayə, növbəti (66-cı) ayə ilə nəsx olunmuşdur. Belə ki, islam zühur etdiyi ilk illərdə kafirlərin sayı müsəlmanlardan on dəfə çox olsa da, müsəlmanlara [vacib olaraq] cihad hökmü verilmişdir. Sonralar isə müsəlmanlara güzəşt olunaraq müharibə zəruri olduğu şəraitdə və sayca iki dəfə az olduqda cihad əmri verilir. Göründüyü kimi yuxarıda qeyd olunan ayədə yüz nəfərin, iki yüz və min nəfərin iki min nəfərə qarşı döyüşərək zəfər çalacaqları haqda xəbər verilir.

Cavab:

Deyə bilərik ki, bu ayə də digər ayələr kimi nəsx olunmadan hökmü sabit olaraq qalmaqdadır. Çünki ayənin nəsx olunması üçün iki əsas şərt lazımdır:

1. Ayələrin fasilə ilə nazil olunmasını sübuta yetirmək;

2. İkinci ayənin, birinci ayəyə əməl olunduqdan sonra nazil olduğunu sübuta yetirmək. Çünki hökm icra olunmazdan əvvəl nəsx olunarsa birinci verilən hökm ləğv və öz qüvvəsini itirmiş olur.

Lakin nəsx nəzəriyyəsi tərəfdarları yalnız vahid xəbərə istinad edərək bu iki şərti sübuta yetirə bilmirlər. Və biz vahid xəbərlə Qur᾽an ayəsinin nəsx olunmadığını sübuta yetirilmədiyini dəfələrlə qeyd etmişik. Bunu da qeyd etməliyik ki, hər iki ayənin məzmunu fasiləsiz olaraq eyni zamanda nazil olduğuna dəlalət edir. Bu səbəbdən də hər iki ayənin hökmü sabit və dəyişilməzdir. İkinci ayənin verdiyi hökm, yə᾽ni yüz nəfər müsəlmanın iki yüz nəfərlik düşmən ordusu müqabilində mübarizə aparması qələbəyə ehtimal verildikdə vacib və tə᾽xirə salınmazdır. Lakin birinci ayənin verdiyi hökm isə, yə᾽ni məsələn iyirmi nəfər müsəlmanın [on dəfə çox olan] iki yüz nəfərlik düşmən ordusuna qarşı mübarizə aparması vacib deyil, müstəhəb hökmdür.

Belə bir halda müstəhəb hökmün başqa bir vacib hökm ilə nəsx olunmasına dair yeni nəzər irəli sürmək nə dərəcədə düzgün ola bilər?

Nəsx nəzəriyyəsi tərəfdarları irəli sürdükləri nəzəriyyəni sübuta yetirmək üçün deyirlər: İslam zühur etdiyi ilk illərdə islam mücahidləri sonrakı dövrlərdən daha dözümlü və daha cəsur olmuşlar.

Müsəlmanların sonrakı dövrlərdə döyüş meydanlarında göstərdikləri heyrətedici fədakarlıqları nəzərə alaraq deyə bilərik ki, irəli sürülmüş belə bir fərziyyə məntiqdən uzaq və tamamilə əsassızdır. Bütün bunları nəzərə alaraq müsəlmanların kifayət qədər qüdrətə nail olduqdan sonra düşmənin qarşısında süstlük göstərməsini əsaslı hesab etmək olarmı?!

Ayənin zahiri mə᾽nasından belə qənaətə gəlmək olur ki, müşriklərin sayı müsəlmanlardan on dəfə çox olmasına baxmayaraq, Allah-taala onlara mübarizə aparmağa də᾽vət edir və nəticədə qələbə çalacaqlarını və᾽də verir.

Lakin Allah-taala müsəlmanların zəif və özlərindən sayca on dəfə çox olan düşmənin müqabilində müqavimət göstərə bilməyəcəklərindən agah olduğu üçün belə bir hökmü onlara vermir. Onlara mübarizə aparmağa və müqavimət göstərməyə icazə verir və eyni zamanda düşmən sayca onlardan on dəfə çox olduqda mübarizəni dayandırmağa da izn verir.

Allah-taala, müsəlmanlara düşmən sayca on dəfə onlardan çox olsa belə, layiqincə müqavimət göstərəcəkləri təqdirdə zəfər çalacaqlarını və᾽də verir. Lakin eyni zamanda onlara güzəşt də edir. Belə ki, düşmənə qarşı müqavimət göstərməyin vacib deyil, olduqca xeyirxah iş olduğu bildirilmiş və onlara müqavimətin yalnız düşmən onlardan iki dəfə çox olduqda zəruri olduğunu agah etmişdir. Belə olduqda müsəlmanlar qələbəyə nail olacaqlar. Çünki, kafirlərin nə yaradılışa, nə də axirət dünyasına e᾽tiqadları vardır. Onlar çətinliklərə müqavimət göstərməyə qadir olmaz, həyatın ağrıl-acısına sinə gərə bilməzlər. Bütün çətinliklərin həlli yolunu tapan və ümidini bir an da olsun qırmayan, yalnız Allaha sidq ürəklə iman gətirən mö᾽minlər olarlar. Qəlblərindəki iman nuru onları küfrə qarşı qiyam edərək haqq sözünü bəyan etməyə vadar edir. Çünki onlar istər zəfər çalsınlar, istərsə də zahirdə məğlub olsunlar, özlərini qalib hesab edirlər.

Nisa surəsinin 104-cü ayəsində bu haqda deyilir:



«[Ey müsəlmanlar!] Kafirləri təqib etməkdə zəiflik göstərməyin! Əgər siz [yaralarınızdan və səfərin çətinliklərindən] əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbu ki, siz onların ummadıqlarını Allahdan umursunuz. Allah hər şeyi bilən və hikmət sahibidir!»

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin