İKİNCİ Cİld on iKİNCİ FӘSİL


ON ÜÇÜNCÜ FƏSİL YARADILIŞDA BƏDA



Yüklə 1,43 Mb.
səhifə18/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
#16977
1   ...   14   15   16   17   18   19   20   21   ...   30

ON ÜÇÜNCÜ FƏSİL

YARADILIŞDA BƏDA


1. Allahın iradə və təqdiri arasında olan rabitə;

2. Bədanın həqiqi məna və məfhumu;

3. Bədanı sübuta yetirəcək dəlillər;

4. Bədanın (istifadə olunmadığı) halları;

5. Bədaya olan əqidənin yaranması;

6. Şiə nöqteyi-nəzərindən bədaya baxış.

İLAHİ İRADƏ VƏ TƏQDİR ARASINDA OLAN RABİTƏ

NƏ ÜÇÜN BƏDA HAQDA SÖHBƏT AÇIRIQ?


Bir qədər əvvəl nəsx və nəsx ilə əlaqəli olan məsələlər haqda ətraflı söhbət açdıq. Söhbətimizi «bəda» ilə davam etdiririk. Çünki, nəsx və bəda eyni mə᾽na və məfhum kəsb edir. Fərq yalnız bundan ibarətdir ki, nəsx qanunvericilik, bəda isə yaradılış mövzusuna dəlalət edir.

Yə᾽ni yaradılışda baş verən nəsxə bəda deyilir. Qanunvericilik də isə bu [dəyişiklik] nəsx adlanır.

Bunların arasında olan sıx bağlılıq bizi yeni fəsil, yə᾽ni bəda haqda söhbət açmağa vadar edir.

Bu haqda söhbət açmağa səbəb olan başqa bir dəlil müsəlmanların bir qisminin şiə məzhəbinin bədaya olan e᾽tiqadları haqda olan yalnış təsəvvürü olmuşdur. Düzgün araşdırmalar aparmadıqları üçün nəticədə böyük səhvlərə yol verərək şiə məzhəbi haqda yalnış təsəvvürlər əldə etmişlər. Əgər onlar şiə məzhəbinin bədaya olan əqidə və e᾽tiqadlarını düzgün dərk etsəydilər, yol verdikləri səhvlərin şahidi olar və şiə məzhəbinə yaxdıqları yalan və iftiralara bir dəfəlik son qoyardılar. Kaş alimlər dəqiq tədqiqatlar apararaq həqiqətin nə olduğunu dərk edəydilər! Kaş başqaları haqda söylədiklərinin nə dərəcədə doğru və düzgün olduğunu dərk edib yersiz və heç bir əsası olmayan nəzəriyyələr irəli sürməkdən çəkinəydilər!

Bütün bunları nəzərə alaraq bəda haqda ətraflı söhbət açmaq və beləliklə şiə məzhəbi haqda yaranmış yalnış təsəvvürlərin aradan qaldırılmasını özümüzə zəruri hesab etdik.

MÜQƏDDİMƏ


Bu bir həqiqətdir ki, aləmdə mövcud olan bütün varlıqlar Allahın qüdrəti və Onun istək və iradəsi ilə yaradılmışdır. Belə ki, Onun istək və iradəsi olmadan nə bir varlıq yaranar, nə də müstəqil həyat tərzi keçirə bilər (yə᾽ni bir varlıq kimi davam gətirə bilməz).

Bu da hamıya mə᾽lumdur ki, yarandığı ilk gündən Allahın elmi bütün varlıqları əhatə etmiş və onların hər biri əvvəlcədən müəyyənləşdirilmişdir. Belə müəyyənləşdirilmə dini termin olaraq «təqdir» adlanır.

Allahın daimi elm və qüdrəti və təqdirin nə olduğu bizə mə᾽lum olduqdan sonra diqqət yetirməliyik onların arasında nə bir ziddiyyət, nə də bir ixtilaf vardır. Yə᾽ni varlıqların vücuda gəlməsi üçün hər şeyi əhatə edən Allahın əzəli elmi arasında heç bir maneə və ziddiyyət mövcud deyildir. Çünki aləmdə mövcud olan bütün varlıqlar Allahın istək və iradəsindən asılıdır və buna bə᾽zən «ixtiyar» da deyilir. Demək, əgər Allahın istək və iradəsi olarsa varlıqlar vücuda gəlir, yox əgər olmazsa onların vücuda gəlməsi mahal və qeyri-mümkündür.

Buna da Allahın əzəli və daimi qüdrəti deyilir.

Lakin təqdir və əzəli ilahi elm deyildikdə, Allahın bütün varlıqlara və bütün zaman və şəraitdə, onların həqiqi mahiyyətini əhatə etmiş elmi nəzərdə tutulur.

Yə᾽ni, Allah varlıqlar yarandığı ilk gündən onların hansı mərhələləri keçəcəkləri və necə olacaqlarını bilir. Çünki bütün varlıqların həqiqi mahiyyəti Allahın istək və iradəsindən asılıdır. Belə ki, bir qədər əvvəl qeyd etdiyimiz kimi, Allahın istək və iradəsi olmadan onlar nə vücuda gəlir, nə də bir varlıq kimi mövcud ola bilir. Zaman və şəraitin dəyişilməsinə baxmayaraq, Allah bütün varlıqlarda baş verən dəyişikliklərdən agahdır və onun elmi hər şeyi əhatə edir.


BƏDANIN HƏQİQİ MƏ᾽NA VƏ MƏFHUMU

YƏHUDİLƏRİN ALLAHIN QÜDRƏTİNƏ OLAN BAXIŞI


Bir qədər əvvəl qeyd etdik ki, ilahi elm deyildikdə qüdrət, istək və iradə nəzərdə tutulur. Lakin yəhudilər bunun tam əksinə olan bir əqidəyə əsaslanırlar. Onların əqidəsinə əsasən, varlıqların qəza və qədəri yarandıqları ilk gündən müəyyənləşdirilmiş və bunun dəyişdirilməsi mahal və qeyri-mümkündür. Yəhudilər bu barədə deyirlər: Hər bir varlıq müqəddəratı yarandığı ilk gündən müəyyənləşdirildiyi üçün Allahın əli bağlı, onlara nə bir şeyi verir, nə alır, nə verdiyi şeyləri çoxaldır, nə də onları azaldır. Qur᾽ani-kərimdə yəhudilərin bu yalnış əqidələrinə işarə olunaraq deyilir:

«Yəhudilər dedilər: Allahın əli bağlıdır».

Doğrudan da yəhudilərin Allahı aciz, heç bir qüdrət və ixtiyara malik olmadığını, lakin insanın öz əməllərində tam ixtiyar sahibi olduğunu hesab etmələri insanda təəccüb doğurur. Bir halda ki, hər ikisinin me᾽yarı eynidir. Belə ki, əgər Allahın əzəli elmi varlıqların üzərindən qüdrət və ixtiyarın götürülməsinə səbəb olarsa, insanın gördüyü işlərdə də müəssər olacaqdır.

Yə᾽ni insan da qüdrət və ixtiyardan məhrum olacaqdır. Çünki Allahın əzəli elmi onun işlərini əhatə etdiyi kimi, insanın da gördüyü işləri əhatə edəcəkdir. Demək əgər bu əzəli elm Allahın istək və iradəsi ilə fərqli olarsa, insanın da gördüyü işlərlə fərqli olacaqdır.

ŞİƏ NÖQTEYİ-NƏZƏRİNDƏN BƏDAYA BAXIŞ


Şiə məzhəbi isə yəhudilərin tam əksinə olaraq, belə bir əqidədədirlər ki, Allah varlıqların yaradılmasında və onlarda hər növ dəyişikliklərin baş verməsində qadirdir və bu kimi dəyişiklikləri «bəda» adlandırırlar. Lakin diqqət yetirmək lazımdır ki, varlıqlardakı dəyişikliklər – «bəda» yalnız o zaman baş verə bilər ki, onların aqibəti, qəza və qədəri qətiyyətlə müəyyənləşdirilməmiş olsun və şiə məzhəbinin əqidəsinə əsasən, qəza və qədər əvvəlcədən qəti olaraq müəyyənləşdirildikdə onlarda heç bir dəyişiklik baş verməyir. Və əgər bədanın nədən ibarət olduğunu və qəza-qədərin nə mə᾽na daşıdığını bilmək istəyirsinizsə, aşağıdakı mətləblərə diqqət yetirin.

BƏDa vƏ QƏZA-QƏDƏRİN NÖVLƏRİ


1. Xüsusi və ya gizli [sirli] elm:

Qəza və qədərin bə᾽zilərinin Allahdan başqa kimsə nə olduğunu bilməyir. Belə ki, bu kimi elmlər yalnız Allaha mə᾽lumdur və Ondan başqa bir kimsə onlara agah deyildir.

Şübhəsiz ki, bu kimi qəza və qədərdə heç bir dəyişikliklər baş verməyir. Baş verən dəyişikliklər yalnız Allahın elmindən qaynaqlanaraq qəti qəza və qədərin nümunələrində həyata keçir.

Şeyx Səduq özünün «Uyun» adlı kitabında Həsən ibni Məhəmməd Nofəldən nəql edərək deyir: İmam Rza (ə), Süleyman Mərziyə bu haqda verdiyi tə᾽limlərin birində buyurur: Atam, atası imam Sadiq (ə)-dan nəql edərək deyərdi: Allahın elmi iki hissəyə bölünür:

1. Allahın özünə aid olan və kimsənin agah olmadığı gizli və sirli elmlər. Bəda da məhz bu kimi elmlərdən meydana gəlir.

2. Yalnız Peyğəmbər və mələkləri agah etdiyi elmlər. Əhli-beyt də bu kimi elmlərdən agah olmuşlar.49

Məhəmməd ibni Həsən Səffar da özünün «Bəsairud-dərəcat» adlı kitabında Əbu Bəsirdən və o da imam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir. Allah-taala iki növ elmə malikdir. Biri yalnız Onun özünə mə᾽lum olan sirli elmlər, digəri də yalnız Peyğəmbərlərin və mələklərin agah olduqları elmlər. Biz Əhli-beyt də bu elmlərdən (yə᾽ni Peyğəmbərlərin və mələklərin agah olduqları elmlərdən) agahıq.50

QƏTİ QƏZA VƏ QƏDƏR


Qəza və qədərin birinci növündə olduğu kimi Allah-taalanın Öz Peyğəmbər və mələklərini agah etdiyi şeylərin həyata keçməsi qəti və dəyişilməzdir. Fərq yalnız bundan ibarətdir ki, bəda qəza və qədərin birinci növündən meydana gəlir, lakin ikinci növü ilə onun heç bir əlaqəsi yoxdur. Bir qədər əvvəl imam Rza (ə)-dan Süleyman Mərziyə nəql olunduğu rəvayətdə deyildiyi kimi: Əli (ə) buyurur: Allahın elmi iki hissəyə bölünür:

1. Peyğəmbər və mələkləri agah etdiyi elmlər. Bu kimi elmlərdə bəda və heç bir dəyişikliklər baş verməyir. Çünki, Allah-taala Peyğəmbər və mələkləri agah etdiyi şeyləri dəyişməklə heç vaxt onları kütlə qarşısında yalançı kimi tanıtdırmaz. İkinci hissəyə aid olan elmlərdən isə, Allahın özündən başqa bir kimsə onlardan agah olmaz. Bu elmlər bir sirr olaraq yalnız Onun özünə bəlli olar və kimsəni onlardan agah etməz.

Məhz bu kimi elmlərdə Bədanın həyata keçdiyinin şahidi oluruq. Belə ki, Allah-taala istədiyi şeyi tezləşdirir, istədiyini də tə᾽xirə salır və ya daha sabit edir.51 (Əyyaşi, Fəzildən nəql edərək deyir: İmam Baqir (ə) buyurardı: Allahın nəzərdə tutuduğu bə᾽zi işlərin həyata keçməsi qəti və dəyişilməzdir. Onlarda bəda baş vermədən istər-istəməz həyata keçməlidir. Lakin bə᾽zi işləri Allah-taala kimsəyə agah etməmişdir. Bu işlər Allahın istəyi ilə tə᾽xirə düşə də bilər, vaxtından əvvəl də həyata keçə bilər. Lakin diqqət yetirmək lazımdır ki, peyğəmbərləri agah etdiyi şeylər hökmən baş verəcəkdir. Çünki, Allah öz Peyğəmbər və mələklərini heç vaxt təkzib etməz.52

QƏTİ OLMAYAN QƏZA VƏ QƏDƏR


Əgər Allah-taala hər hansı bir şeyin baş verməsini Öz Peyğəmbər və mələklərinə xəbər verərsə, lakin onun həyata keçməsini öz istək və iradəsindən asılı edərsə, bu kimi qəza və qədərə qəti olmayan qəza və qədər deyilir. Və bu kimi işlərdə bə᾽zən «bəda» (yə᾽ni dəyişiliklər) baş verir. Yə᾽ni bu kimi hallarda Allahın istək və iradəsi baş verəcək şeyin əksinə dəyişikliklərə yol verilir və buna da «bəda» deyilir.

Qur᾽ani-kərimdə bu haqda deyilir:



«Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli [lövhi məhfuz] Onun əlindədir.»

BƏDANI SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR


Qeyd etdik ki, Allahın elm və təqdiri üç hissədən ibarətdir. Elm, qəza və qədərin bu növü «şərtli elmlər» və ya «təqdirat müəlləq» adlanır. Bə᾽zən Allahın istək və iradəsi qəti olmayan bu növ qəza və qədərin tam əksinə olur və belə olduqda Allahın istək və iradəsinə əsasən dəyişikliklər baş verir.

Şiə məzhəbi də məhz bu əqidəyə əsaslanır. Onlar bəda və qəti olmayan qəza və qədərdə Qur᾽an və bu məzmunda nəql olunmuş hədis və rəvayətlərə istinad edirlər. Bir qədər əvvəl bu ayələrdən ikisinə işarə etdik. Nəql olunmuş rəvayətlərə gəldikdə isə, onlardan bir neçəsinə işarə etməklə kifayətlənirik.

1. Əli ibni İbrahimin təfsirində Abdulla ibni Məskan, imam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: «Qədr gecəsi mələklər və insanların əməllərini yazan katiblər göyün yerə ən yaxın təbəqəsinə enərlər. Onlar orada bir il ərzində baş vermiş hadisləri ölçüb biçər, sonradan yazarlar. Allah-taala istədiyi vaxt baş verəcək şeyləri dəyişər, tezləşdirər və ya tə᾽xirə salar. Dəyişiklikləri icra edən mələklərə yazdıqları şeyləri öz istədiyi kimi ixtisara salmağı orada dəyişikləri aparmağı və ya nəyisə oraya əlavə etməyə əmr edər.

İbni Məskan deyir: İmam Sadiq (ə)-dan soruşdum: Hər şey Allahın hüzurundakı kitabda yazılmışdırmı?

Buyurdu: Bəli.

Dedim: Bütün bunlardan sonra nə kimi işlər baş verə bilər?

Buyurdu: Allahın istədiyi hər bir şey.53 2. Yenə də Əli ibni İbrahimin təfsirində Abdulla ibni Məskan, imam Baqir (ə)-dan nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq və imam Kazim (ə) «Fiha yufrəqu kulli əmrin həkmi» ayəsini belə izah etmişlər: Allah-taala bir il ərzində baş verəcək hadisələri həmən ilin qədr gecəsində müəyyənləşdirir və onu [lövhi məhfuzda] yazdırır. Lakin bütün bunlarla yanaşı hər şey Onun istək və iradəsindən asılıdır. Ömür, ruzi və xəstəlikləri azaldır və ya çoxaldır. Baş verəcək hadisələri öz istək və məsləhəti ilə tə᾽xirə salır, tezləşdirir və ya dəyişdirir. O, istədiyi hər bir şeyi azaldır, çoxaldır və istədiyi ölçü və miqdarda müəyyənləşdirir...54

3. Təbərsinin «İhticac» adlı kitabında Əmirəl-mö᾽minin Əli (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: «Əgər Qur᾽anda — Allah istədiyi şeyi məhf edər, istədiyi şeyi sabit saxlayar» — ayəsi olmasaydı, bu vaxta qədər baş vermiş və bundan sonra da qiyamət gününədək baş verəcək şeylərdən agah edərdi.55

Bu rəvayəti Şeyx Səduq (ə.r) da Əsbəğin vasitəsilə Əli (ə)-dan özünün «Əmali» və «Tohid» adlı kitablarında nəql etmişdir.

4. Əyyaşinin təfsirində Zürarənin imam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyilir: «İmam Baqir, imam Səccad, imam Hüseyn, imam Həsən və imam Əli (ə) bu haqda buyurmuşlar: Əgər Qur᾽anda «məhv və sabitlik» (19-39) ayəsi olmasaydı, bu günədək və bundan belə qiyamətdə baş verəcək şeylərdən agah edərdim.

Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur. Lakin bu dörd rəvayətlə kifayətlənib söhbətimizi tamamlayırıq.

BƏDANIN İSTİFADƏ OLUNMADIĞI HALLAR


Qeyd etdiklərimizdən bu nəticəyə gəlmək olur ki, bə᾽zən «Lövhi məhfuz», «Ummul-kitab» və ya «Elmul-məxzun» adlanan qəti olmayan ilahi elm və təqdirlərdə (qəza və qədərdə) heç bir dəyişliklik (bəda) baş verməyir. Çünki ilk gündən e᾽tibarən Allah bütün məxluqatı, hətta kiçicik zərrəcikləri belə tanımış və onların xüsusiyyətlərindən agah olmuşdur. Elm və agahlıq belə bir geniş dairəni əhatə etdiyi bir halda bəda və dəyişiklik mümkün olardımı?! Xeyr! Allah hər şeyi lazımi zaman və məkanda yaratmış və baş verəcək hər bir hadisənin zamanını əvvəlcədən müəyyənləşdirmişdir.

Bu barədə bir çox hədis və rəvayətlər varid olmuşdur və biz onlardan bir neçəsinə işarə edirik:

1. Şeyx Səduq özünün «İkmaluddin» adlı kitabında Əbu Bəsir və Səmaədən nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə) buyurur: «Allahın, baş verəcək şeylər haqda xəbərsiz olduğunu və dünən bilmədiyi şeylərdən bu gün bəda ilə agah olduğunu hesab edən şəxslərdən uzaq olun.»

2. Əyyaşi, İbni Sənnandan nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə) buyurur: «Allah istədiyini tezləşdirər, istədiyini tə᾽xirə salar, istədiyini də lövhi məhfuzundan silər və ya orada sabit saxlayar. Kitabın əsil nüsxəsi (lövhi məhfuz) onun yanındadır.»

Sonra sözlərinə əlavə edərək buyurur: Bu səbəbdən də istədiyi hər bir şey əvvəlcədən Ona mə᾽lumdur və Allahın xəbəri olmadan aləmdə heç bir dəyişiklik baş verməyir.56

3. Əyyaşi, Əmmar ibni Musadan nəql etdiyi rəvayətdə deyir: İmam Sadiq (ə)-dan (Yəmhullah – Allah istədiyini məhv edir...» ayəsi haqda soruşduqda buyurdu: Baş verəcək hadisə və bütün qəza və qədərlər iki kitaba yazılır. «Kitabun məhfuz» və ya «Ummul kitab» adlanan onlardan biri sabit və dəyişlməz, digəri isə «Kitabun məhfuz» və isbatıdır. Yə᾽ni insanların qəza və qədəri orada yazılır. Lakin edilən dualar nəticəsində orada müəyyən dəyişikliklər olunur. Burada yazılanlar «Ummul kitabda» yazıldıqdan sonra isə artıq orada nə ixtisara yol verilir, nə də əlavəyə.57

3. Şeyx Tusi özünün «Qeybət» adlı kitabında Bəzəntidən, o da imam Rza (ə)-dan nəql etdiyi rəvayətdə deyir: «İmam Zeynəlabidin, imam Əli ibni Əbu Talib, imam Baqir və imam Sadiq (ə) buyurmuşlar: «Məhv və sabitlik» ayəsi olduğu bir halda biz gələcəkdən necə xəbər verə bilərik. (Yə᾽ni ilahi qəza və qədər dəyişkəndir. Bu səbəbdən də heç kimi gələcəkdən xəbər verməyə qadirdir deyildir.) Lakin Allah-taala hətta cüz᾽i dəyişikliklərdən belə agah və xəbərdardır.

Dəyişikliklərdən sonra Allahın baş vermiş şeylərdən xəbərdar olduğunu hesab edən şəxslər isə küfr edərək təkallahlıq dinindən çıxmış olarlar.58

Qəza və qədər, yaradılışdan əvvəl Allahın hər şeydən agah olduğu və Onun elminin hər şeyi əhatə etdiyi haqda kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Şiə məzhəbinin bəda və ilahi qəza və qədərə dair yaranmış əqidəsi də məhz bu məzmunda nəql olunmuş rəvayətlər və Peyğəmbərin (s) sünnəsi əsasında formalaşmışdır.

BƏDAYA OLAN ƏQİDƏNİN YARANMASI


Qeyd etdik ki, «bəda» yalnız «məhv və sabitlik lövhü» adlanan şərti elm, qəza və qədərdə baş verir və bu kimi hallarda «bəda»ya olan əqidə heç də cəhlin (xəbərsizliyin) Allaha aid olunmasına səbəb olmayır. Çünki, «bəda» Allahın tükənməz və əzəli elmində mövcuddur və Onun istək və iradəsi ilə icra olunur. Demək, «bəda» nəinki cəhlin Allaha aid olunmasına və Onun əzəmətinə xələl gətirməsinə səbəb olmayır, əksinə bir neçə müsbət nəticələr də verir.

1. «Bəda» – insanı varlıqların Allahın elm və qüdrəti ilə yarandığına baş verən bütün hadisə və dəyişikliklərin Allahın istək və iradəsi ilə həyata keçdiyinə və hər şeyin Allahın qüdrət və əzəmətindən asılı olduğuna diqqət yetirməsinə səbəb olur. İnsan artıq dərk edir ki, aləmdə vücuda gəlmiş hər bir varlıq və baş verən hər bir dəyişiklik, hadisə və cərəyan məhz Allahın qüdrət, istək və iradəsi ilə həyata keçir.

2. Bədanın mahiyyəti bəlli olmaqla Xaliqlə (Allahın), məxluqun elmi arasında olan fərq özünü büruzə verir. Hətta Peyğəmbər (s) və İmamların elmi Allahın elminin əhatə etdiyi şeyləri əhatə edə bilməz. Çünki, Allah bəda və baş verəcək dəyişikliklərdən də agahdır və hər şey Onun istək və iradəsi ilə idarə olunur. Lakin məxluqatın elmi yalnız qəza və qədərin zahirini əhatə edir və baş verəcək dəyişikliklərdən heç bir mə᾽lumatı olmayır.

Başqa sözlə desək, ilahi tə᾽lim almış bə᾽zi şəxslərin yaradılışa olan elm və mə᾽lumatı nə qədər geniş olsa da, yenə də Allahın elmindən az və naqis olacaqdır. Çünki, belə şəxslər Allah-taalanın baş verəcəyi qəti olan və dəyişilməyəcəyindən agah etdiyindən savayı Ona aid olan elmə nail ola bilmirlər. Əks təqdirdə hər bir peyğəmbər və imam bütün hallarda bəda (dəyişilmə) ehtimalını verəcək və bu da onların elmi səviyyələrin elmi hər şeyi əhatə edən, hətta bədanın baş verib-verməyəcəyindən tam agahlıq olan ilahi elmdən fərqləndirib ondan olduqca aşağı səviyyədə olduğunu büruzə verəcəkdir.

3. «Bəda»ya olan baxış və belə bir əqidəyə əsaslanmaq insanda Allaha daha çox diqqət yetirməsinə səbəb olur. Bundan belə hər zaman Allah dərgahına üz tutur, bütün istək və hacətlərini və qarşılaşdığı çətinliklərin aradan qaldırılmasını məhz Ondan diləyir.

Xeyirli işlər görməkdə, layiqincə ibadət etməkdə, xoşbəxtliyə və səadətə nail olmaqda Allahdan kömək diləyir və bədbəxtçiliyə səbəb olan bütün işlərdə Allaha pənah aparır. İbadət və bəndəliyin bu mərhələsi bədaya olan əqidədən əldə olunur. Çünki bədanı nəzərə almaqla Allah-taala edilən dualar nəticəsində tale, qəza və qədərdə dəyişikliklər edir. Yə᾽ni insan talehində nəzərdə tutulan bə᾽zi şeylər tə᾽xirə salınır, bə᾽ziləri də sabit olaraq qalır.

Yox əgər bədanı qəbul etməriksə, onda ilahi təqdir, qəza və qədərdə nəzərdə tutlan hər bir şey həyata keçəcək və heç bir dəyişiklikliyə yol verilməyəcəkdir. Belə bir əqidəyə əsasən Allah dərgahına edilən dua və istəklər mə᾽na və məfhum kəsb etmədiyi üçün heç bir nəticə verməyəcəkdir. Çünki, əgər insan Allahdan bir şey dilədikdə güc və icbar hər şeyi həll edərsə, istər-istəməz həyata keçməli və heç bir dəyişiklikliyə yol verilməyəcəkdir. Demək belə bir halda edilən dualar da nəticəsiz qalacaqdır. Belə bir tərzi-təfəkkürün nəticəsində insanda etdiyi duaların qəbul olunmasına qarşı ümidsizlik yaranır. Allaha olan qorxu hissinin aradan getməsi, məs᾽uliyyətsizlik və diqqətsizlik hissinin güclənməsi insanda tək duaya qarşı deyil, ibadətə, sədəqəyə və s. xeyirxah işlərə qarşı soyuq münasibət bəsləməyə və tədriclə bütün bunlardan uzaqlaşmağına gətirib çıxarır.

Hər şeydən əvvəl bu məsələyə daha çox diqqət yetirmək lazımdır ki, bədaya olan inam, insanın iman və əqidəsinin güclənməsinə daha böyük tə᾽sir göstərir. Belə ki, nəql olunmuş bir çox rəvayətlərdə nə dərəcədə əhəmiyyətli olduğuna tə᾽kid edilərək onun ibadətlərin ən şərəflisi olduğuna işarə olunur. Şeyx Səduqun özünün «Tohid» adlı kitabında imam Sadiq (ə)-dan bu məzmunda nəql etdiyi rəvayətlərdən birində deyilir: «Allaha edilən ibadətlərin ən şərəflisi bədaya olan inam və əqidədir.»

Şeyx Səduq, Hişam ibni Salimdən, o da imam Sadiq (ə)-dan nəql etdiyi rəvayətdə deyir: «Allaha edilən ən böyük tə᾽zim və pərəstiş (ibadət) varsa, o da bədaya olan inam və e᾽tiqaddır.»59

Məhəmməd ibni Müslümdən nəql etdiyi başqa bir rəvayətdə deyir: «Allah-taala heç bir peyğəmbəri onlarda üç şey haqda əhd-peyman bağlamadan bu ilahi vəzifəyə (peyğəmbərliyə) tə᾽yin etməmişdir.

1. Allah qarşısında təslim olduğunu e᾽tiarf etməsi;

2. Şirkdən (Allaha şərik qoşmaqdan) uzaq olması;

3. Bədaya iman və e᾽tiqadının olması, Allahın nəzərdə tutduğu şeyləri (qəza və qədəri) tezləşdirib və ya tə᾽xirə salmasını qəbul etmələri;60

Əhli-beytin bədaya bu dərəcədə çox əhəmiyyət vermələrinin və öz davamçılarına bunu tə᾽kid etmələrinin əsas səbəbi bədanın inkar olunması Allahın qüdrətini inkar etməklə eyni olmasıdır. Yə᾽ni Allah heç bir qüdrətə malik deyil, qəza və qədərin tə᾽xirə düşməsində, tezləşdirilməsində və ya dəyişdirilməsində heç bir rol oynamayır.

«Allah onların təsəvvür etdiklərindən daha uca və daha böyükdür».

Hər iki əqidə, yə᾽ni bədanın və qəza-qədərin dəyişilməsində ilahi qüdrətin inkar olunması batil və əsassız tərzi-təfəkkür olmaqla yanaşı, insanı dualarının qəbul olunmasında mə᾽yus və ümidsiz olmağa və ehtiyac duyduqları zaman, Allahdan uzaq düşərək Onun rəhmətindən məhrum olmağa səbəb olur.


ŞİƏ MƏZHƏBİNİN BƏDAYA BAXIŞI


Bəda dedikdə şiə məzhəbinin davamçıları nəinsə zahir olmasını və aşkara çıxmasını nəzərdə tuturlar. Yə᾽ni bəşəriyyətə mə᾽lum olmayan şeyləri Allah-taala aşkara çıxararaq, onları bilmədiklərindən agah edir.

Bədanın yaratmaq və xəlq etmək mə᾽nalarında işlənməsi də hər iki ayə ilə əlaqəsi vardır. Çünki bir şeyi yaratmaq, sözün əsl mə᾽nasında həmən şeyi zahir etmək və aşkara çıxarmaq deməkdir.

Əhli-sünnə mənbələrində nəql olunmuş bir çox rəvayətlərdə bəda məhz bu mə᾽nada işlənmişdir. Necə ki, Buxari, Əbu Əmirdən, o da Əbu Hüreyrədən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) buyurur: Bəni-israildən üç nəfər şəxsin biri kor, digəri keçəl, başqa birisi isə qotur xəstəliyinə düçar olmuşdu. Bəda baş verdi və onlar ilahi imtahanla sınanmalı oldular. Beləliklə Allah tərəfindən onlara mələklər göndərildi...

Bədanın belə bir mə᾽na daşıdığının Qur᾽anın bir çox ayələrində də şahidi oluruq.



«[Ey möminlər!] İndi Allah yükünüzü yüngülləşdirdi [aşkar etdi]. Çünki O, sizdə zəiflik olduğunu bilirdi.» (8/66).

«İki tayfadan [möminlərdən və kafirlərdən] hansının onların [mağarada] qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün...» (18/12).

«Biz yer üzündə onları onun [sakinləri] üçün bər-bəzək yaratdıq ki, onlardan daha gözəl əməl sahibi olduğunu yoxlab ayırd edək.» (18/1).

Əhli-sünnə mənbələrində nəql olunmuş rəvayətlərdə də göstərilir ki, dua edib sədəqə vermək (yoxsullara maddi yardım etmək) insan talehində dəyişiklikliyə səbəb olur. Əgər insanlardan biri Allahın istək və iradəsi ilə əlaqələndirmədən gələcəkdə baş verəcək hadisələrdən qəti xəbər versəydilər, bunu qəti qəza və qədər adlandırmalı olacaqdıq. Bu da bir qədər əvvəl haqqında söhbət açdığımız üç hissədən ibarət olan qəza və qədərin ikinci hissəsini təşkil edir.

Gələcəkdə baş verəcəyinə dair verilmiş bu kimi xəbərlər bəda və dəyişiklik baş vermədən həyata keçəcəkdir. Çünki Allah insanları baş verəcək hadisələrdən agah etdikdən sonra dəyişikliklərə yol verməklə öz peyğəmbər və əməli-saleh bəndələrini e᾽tibar baxımından onların nəzərindən salmır.

Əgər bir şeyin baş verəcəyindən xəbər versələr, amma onun Allahın istək və iradəsindən asılı olaraq müəyyən şərtlər əsasında həyata keçəcəyini desələr, bu şərtlərin özü də o xəbərdə göstərilən əlamətlər olsa və burada digər xarici əlamətlər də istifadə edilsə, onda burada bəda və dəyişikliklərə də ehtimal vermək olar. Yox əgər Allahın istək və iradəsi bu kimi xəbərlərin əksinə olaraq həyata keçməzsə, yenə də bunu yalan hesab etmək olmaz. Bunu Allahın istək və iradəsindən xaric olan gələcək haqda verilən xəbər də adlandıra bilərik. Çünki qeyd etdiyimiz kimi, baş verəcək hadisələrin əsas şərti bundan ibarətdir ki, Allahın istək və iradəsi ilə ziddiyyət təşkil etməmiş olsun.

Əyyaş bu haqda Əmr ibni Həməldən nəql etdiyi rəvayətdə deyir: Əli (ə) aldığı qılınc yarasından ölüm ayağında olduğu zaman məni yanına çağırıb buyurdu: «Əmr! Tezliklə dünyamı dəyişib sizləri tərk edəcəyəm. Agah olun ki, hicrətin yetmişinci ilində böyük çətinliklərlə qarşılaşacaqsınız.»

Əmr deyir: Əli (ə)-dan soruşdum. Bundan sonra çətinliklər aradan qalxacaqmı?

Buyurdu: «Bəli, aradan qalxacaqdır.»

Sonra bu ayəni tilavət etdi.

«Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar». (13/39).


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin