İKİNCİ Cİld on iKİNCİ FӘSİL


BƏSMƏLƏ AYƏSİ HAQDA MÜXTƏLİF MƏSƏLƏLƏR



Yüklə 1,43 Mb.
səhifə22/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

BƏSMƏLƏ AYƏSİ HAQDA MÜXTƏLİF MƏSƏLƏLƏR

QUR᾽AN, RƏHMƏT VƏ BAĞIŞLANMA KİTABIDIR


Hər şeydən uca və hər şeyə qadir olan Allah «Rəhma«Rəhim» [bağışlayan və mərhəmətli] sifətlərini seçərək nazil etdiyi hikmət, öyüd-nəsihətlə dolu olan sonuncu səmavi kitabı məhz onlarla başlayır.

Məhz bunu nəticəsində Allah [bəşəriyyətin haqqa hidayət olması üçün] yüzlərlə peyğəmbər göndərmiş və onlara səmavi kitablar nazil etmişdir.

Bəli, Qur᾽an rəhmət kitabı və Onu gətirən də [Həzrət Məhəmməd (s)] rəhmət peyğəmbəri olmuşdur. Qur᾽ani-kərimdə bu mətləbə işarə olunan bir çox ayələrə rast gəlmək olur.

«Bu [Quran] Rəbbiniz tərəfindən [göndərilmiş] aşkar dəlillərdir, həm də iman gətirən tayfa üçün hidayət və mərhəmətdir». (7/203).



«[Ey insanlar!] Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana [cəhalətə, şəkk-şübhəyə, nifaqa] bir şəfa, möminlərə hidayət və mərhəmət [Quran] gəlmişdir». (10/57).

«Biz Quranı sənə hər şeyi izah etmək üçün müsəlmanlara [və ya Allahın vəhdaniyyətini qəbul edən bütün insanlara] da bir hidayət, mərhəmət və müжdə olaraq nazil etdik». (16/89).

«Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik». (17/82).

«Səni də [Ya Məhəmməd!] aləmlərə [bütün insanlara və cinlərə] ancaq bir rəhmət olaraq göndərdik». (21/107).

«Və, şübhəsiz ki, o, möminlərə bir hidayət [doğru yolu göstərən rəhbər] və mərhəmətdir». (27/77).

RƏHİM KƏLMƏSİNİN RƏHMANDAN SONRA GƏLMƏSİNİN SƏBƏBİ


Bir qədər əvvəl qeyd etdik ki,«fəil» vəznində işlənilən hər bir kəlmə hər hansı bir sifətin kimə [və ya nəyəsə] daimi olaraq aid olduğuna dəlalət edir. Belə bir izahla «fəil» vəznində işlənilən «Rəhim» kəlməsinin «Rəhma kəlməsindən sonra gəlməsi bəlli olur. Çünki, «Rəhma sifəti ümumi xarakter daşısa da, bu sifətin zati olmasına dəlalət etmir. Belə ki, bir çox kəlmələr qısa olmaqla yanaşı, böyük mə᾽na və məfhum daşıyır və ya əksinə, həcmi böyük olan bir çox kəlmələr qısa və məhdud mə᾽nalar daşıyır.

Məsələn «fəil» vəznində olan «həzir» kəlməsi mübaliğə halında işlənərək çox qorxaq şəxsə deyilir. Lakin [bir hərf çox olan] həmən bu kəlmə «fail» vəznində «hazir» mə᾽nasını daşıyır.

Ziyan etmək mə᾽nasını daşıyan «zərrə və əzərrə» kəlməsini də dediklərimizə misal çəkmək olar.

«Rəhim» kəlməsinin «Rəhmadan sonra gəlməsi haqda dediklərimiz yalnız o zaman ola bilər ki, «Rəhma sözü öz lüğəvi mə᾽nasında işlənmiş olsun. Lakin Allaha xas olan müqəddəs ləqəb mə᾽nasında işlənilərsə, dediklərimizi bir qədər əvəz etməli olacağıq. «Rəhim» kəlməsinin «Rəhmadan sonra gəlməsinin əsas səbəbi bundan ibarətdir ki, «Rəhma deyildikdə Allaha xas olan müqəddəs ləqəb özünün lüğəvi mə᾽nasında bəlli olmalıdır. Və bu da hamıya şamil olan sonsuz rəhmət və mərhəmət [bağışlanmaq] mə᾽nasını daşıyır.

BİSMİLLAH AYƏSİ QUR᾽ANIN BİR HİSSƏSİNİ TƏŞKİL EDİRMİ?


Şiələr belə bir əqidədədirlər ki, «Bismilla ayəsi hər bir surənin [Tövbə surəsi istisna olmaqla] bir hissəsini təşkil edir və bu surələr nazil olarkən onlarla birlikdə nazil olmuşdur.

İbni Abbas və İbni Mübarək, Məkkədən İbni Kəsir, Kufədən [Həmzə istisna olmaqla] Asim, Kəsai və başqaları bu fikirdə olmuşlar.

Şafei məzhəbinin bir çox tərəfdarları da məhz bu əqidə də olmuşlar.68

Məkkə və Kufə qariləri də «Bismillaayəsini hər bir surənin ayrılmaz hissəsi hesab etmişlər.69

Bu nəzəriyyə Abdullah ibni Əmr ibni Zubeyr, Əbu Hüreyrə, Əta, Tavus, Səid ibni Cubur, Məhkul, Zəhra, Əhməd ibni Hənbəl – İshaq ibni Rahəviyyə və Əbu Ubəyd Qasim ibni Səlama istinad edərək nəql etmişlər.70

Biyhəqi isə bu nəzəriyyəni, Suri və Məhəmməd ibni Kə᾽bdən nəql etmişdir.71

Bu nəzəriyyəni Fəxri Razi də öz təfsir kitabında qeyd etmişdir və o, bu nəzəriyyəni Kufə və Məkkə qarilərinə və Mübarək Səuri kimi Hicaz alimlərinə aid etmişdir. Cəlaləddin Süyuti də bu nəzəriyyəyə işarə etmiş və bu məzmunda nəql olunmuş rəvayətlərin mütəvatir olduğunu əlavə etmişdir.72

Lakin Həmzə və Şafei məzhəbinin bə᾽zi alimləri «Bismilla ayəsini yalnız «Həmd» surəsinin bir hissəsi olduğunu hesab etmişlər.

Bu nəzəriyyə Əhməd ibni Hənbəl tərəfindən də irəli sürüldüyünə işarə olunmuşdur.

Bu barədə üçüncü başqa bir nəzəriyyə də irəli sürülmüşdür. Məsələn, Malik, Əbu Əmr və Yə᾽qub belə bir fikirdə olmuşlar ki, «Bismilla ayəsi, müstəqil bir ayə kimi Qur᾽an surələrinin, hətta «Həmd» surəsinin bir hissəsini təşkil etmir.

Bu ayə hər bir surənin əvvəlinə qoyulmaqla həm onu zinətləndirir, həm də surələr arasında fasilə yaradır. Və bu ayə hər hansı bir surəyə aid olmadan ayrıca nazil olmuşdur.

Bu nəzəriyyə Hənəfi məzhəbinin tərəfdarları arasında rəğbətlə qarşılanmışdır. Lakin onların bir çoxu namaz qılarkən «Həmd» surəsini «Bismilla ayəsi ilə başlamağı vacib hesab edirlər. Belə ki, Zahidi Muqtəbadan nəql edərək deyir: «Nəql olunmuş mö᾽təbər rəvayətə əsasən, Əbu Hənifə «Bismilla ayəsinin namazın bütün rəkətlərində oxumağı vacib hesab etmişdir.

Malikin fikrincə «Bismilla ayəsinin namazda oxunması özü-özlüyündə bəyənilməyən və məkruh işlərdəndir. Lakin müsəlmanlar arasında birliyin bərqərar olması və fikir ayrılığına səbəb olmasın deyə, bu ayənin oxunması daha yaxşı olar.

DÜZGÜN NƏZƏRİYYƏ VƏ BUNU SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR


Bu barədə heç bir əsası olmayan digər nəzəriyyələr də irəli sürülmüşdür. Və biz onların hər biri haqda söhbət açmağa heç bir ehtiyac duymuruq. Ən düzgün nəzəriyyə isə «Bismillaayəsinin Qur᾽an ayələrinin hər birinin [Tövbə surəsi istisna olmaqla] ayrılmaz hissəsi olduğuna dair irəli sürülmüş nəzəriyyədir.

Şiə alimləri tərəfindən yekdilliklə qəbul olunan bu nəzəriyyəni isbat edən kifayət qədər dəlil və sübutlar vardır. Və biz onlardan bir neçəsinə işarə edirik.


ƏHLİ-BEYT RƏVAYƏTLƏRİ


«Bismilla ayəsinin Qur᾽an ayələrinin ayrılmaz hissəsi olduğuna dair Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Əhli-beytin (ə) cəmiyyətdə tutduğu mövqe və Peyğəmbərin (s) müsəlmanlara bütün dini məsələlərdə onlara müraciət etmələri haqda etdiyi tövsiyələr bizə nəql olunmuş bu rəvayətlərlə kifayətlənmək və əsaslı mənbə kimi onlara istinad etmək imkanını verir.

1. Müaviyə ibni Əmmardan nəql olunmuş rəvayətdə deyilir: İmam Sadiq (ə)-dan soruşdum: Namazda Həmd surəsini tilavət etdiyimiz zaman «Bismilla ayəsini də oxuyaqmı?

Buyurdu: Bəli.

Yenidən soruşdum: Həmd surəsindən sonra oxunan surələrdə də «Bismilla ayəsini oxuyaq?

Buyurdu: Bəli.73

2. Yəhya ibni Əmran Həmdani deyir: İmam Baqirə (ə) yazdığım məktubda ondan məni maraqlandıran suallara cavab verməsini xahiş etdim. Suallardan biri budur:

Namazda Həmd surəsinin «Bismillah», sonrakı surəsinin isə «Bismillasız olması barədə nə deyə bilərsiniz? Bunu da deyim ki, Abbasi bunun heç bir nöqsanı olmadığını deyir.

İmam (ə) yazdığı cavab məktubunda «Yenidən qılınmalıdır» deyə buyurur. İmam (ə) Abbasinin söylədiklərini nəzərə alaraq bu kəlməni iki dəfə yazmışdır.

3. İbni Əzinə özünün Səhihə adlı kitabında yazır: Peyğəmbər (s) təkbir (Allahu əkbər) deyib namaza başlarkən vəhy nazil oldu: Ya Məhəmməd! Məni adımla yad et! Bundan sonra «Bismilla ayəsi hər bir surənin əvvəlində oxunmağa başladı. Sonra Allah-taala Peyğəmbərin (s) ona şükr etməsini əmr etdi. Peyğəmbər (s) «Əlhəmdu lillahi rəbbil aləmin – Həmd olsun aləmlərin Rəbbinə — ayəsini təkrar etdikdən sonra qəlbən bir daha Allaha şükr etdi. Yenidən belə bir vəhy nazil oldu. İndiki mənim şükrümü yerinə yetirdin – bir daha Məni öz adımla yad et! Bu səbəbdən də Həmd surəsində «Ərrəhmanir-rəhim – Bağışlayan və mərhəmətlidir» Həmd ayəsi iki dəfə oxunur. Surənin sonuna çatdıqda Allaha şükr edərək dedi: «Əlhəmdu lillahi rəbbil aləmin» – Şükr olsun aləmlərin Rəbbinə — vəhyi nazil oldu: Adımı çəkərkən onu tam demədin, bir daha Mənim adımı yad et! Peyğəmbər (s) yenidən «Bismillaayəsini təkrar etdi. Bu səbəbdən də Həmd surəsindən əvvəl «Bismilla ayəsi oxunur. Sonra Allah-taala, Peyğəmbərə (s) İxlas surəsini nazil etdi.

«[Ya Peyğəmbər!] Allahın zatı və sifətləri haqqında səndən soruşduqda müşriklərə de ki, [mənim Rəbbim olan] o Allah birdir. [Heç bir şəriki yoxdur – Allah [heç kəsə, heç nəyə] möhtac deyildir. [Hamı ona möhtacdır: O əzəli və əbədidir – O, nə doğmuş, nə də doğulmuşdur! [Allah özünə heç bir övlad götürməmişdir!] Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur».


ƏHLİ SÜNNƏ RƏVAYƏTLƏRİ


«Bismillaayəsinin Qur᾽an surələrinin ayrılmaz hissəsi olduğuna dair əhli sünnə mənbələrində də kifayət qədər hədis və rəvayət nəql olunmuşdur.

1. Ənəs ibni Malik nəql etdiyi rəvayətdə deyir: Peyğəmbərlə (s) birlikdə oturmuşduq. Bir qədər mürgü vurduqdan sonra gülümsəyərək üzünü bizə tutdu. Ondan gülümsədiyini soruşduqda buyurdu: Elə bu an bu surə mənə nazil oldu:



«İnna ə᾽təynakəl kovsər...»

2. Dar Qutni mö᾽təbər mənbələrin birində nəql etdiyi rəvayətdə deyir: Əli (ə)-dan «Səb᾽ə Məsani» barədə soruşduqda buyurdu: Səb᾽ə məsani Həmd surəsidir. Deyirlər Həmd surəsi altı ayədən ibarətdir. Buyurdu: «Bismillah» ayəsi də onun bir hissəsini təşkil edir.

3. Dar Qutni Əbu Hüreyrədən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) buyurur: Həmd surəsini oxuduğunuz zaman «Bismillah» ayəsini də oxuyun. Çünki bu surə Səb᾽ə məsani və «Ümmul kitabdır – Qur᾽anın anasıdır.» «Bismillah» ayəsi «Həmd» surəsinin ayələrindən birini təşkil edir.74

4) İbni Xəzimə və Biyhəqi mö᾽təbər mənbəyə istinad edərək İbni Abbasdan nəql etdikləri rəvayətdə deyir: Səb᾽ə məsani «Həmd» surəsidir. Bəs yeddinci ayə hansıdır soruşduqda dedi: «Bismillah» ayəsi.75

5) Yenə də İbni Xəzimə və Biyhəqi «Əlmə᾽rifət» adlı kitabda mö᾽təbər mənbəyə istinad edərək Səid ibni Cubeyrədən və o da İbni Abbasdan nəql etdiyi rəvayətdə deyir: Şeytanın insanlardan oğurladığı ən böyük ayə «Bismillah» ayəsidir.

6) Səid ibni Cubeyr, İbni Abbasdan nəql etdiyi rəvayətdə deyir: Müsəlmanlar «Bismillah» ayəsi nazil olanadək surənin harada sona çatdığını bilməyirdilər. Bu ayə nazil olduqdan sonra onlar asanlıqla surənin harada sona çatdığını müəyyən edə bilirdilər.

7) Səid ibni Cubeyr, İbni Abbasdan nəql etdiyi başqa bir rəvayətdə deyir: Cəbrail nazil etdiyi vəhyi «Bismillah» ayəsi ilə başlarkən Peyğəmbər (s) başa düşürdü ki, ona nazil olan təzə surədir.

8) İbni Cərir deyir: Atam, Səid ibni Cubeyrdən nəql etdiyi rəvayətdə deyir:

«[Ya Məhəmməd!] Biz sənə hər namazda oxunub təkrarlanan yeddi ayəni və böyük əzmətli Quranı verdik» ayəsindəki Səb᾽ə məsani deyildikdə «Həmd» surəsi nəzərdə tutulur. Və bu surəyə Ümmül Qur᾽an da deyilir.

İbni Cərir deyir: Atam deyərdi: Səid ibni Cubeyr «Bismillah» ayəsini mənim üçün «Həmd» surəsinin yeddinci ayəsi olaraq tilavət etdi və sonra dedi: «Bismillah» ayəsini mən sənin üçün «Həmd» surəsinin yeddinci ayəsi olaraq tilavət etdiyim kimi, İbni Abbas da onu mənim üçün tilavət edər və deyərdi: Allah-taala siz müsəlmanlara nazil etdiyi bu surəni sizdən əvvəlki ümmətlərin heç biri üçün nazil etməmişdir.76

ZİDDİYYƏTLİ RƏVAYƏTLƏR


«Bismillah» ayəsini Qur᾽an surələrinin bir hissəsi olduğuna dair nəql olunmuş rəvayətlərin müqabilində bu nəzəriyyəni rədd edən – yalnız iki rəvayət nəql olunmuşdur.

1. Qətadə Ənəs İbni Malikdən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s), Əbu Bəkr, Ömər və Osmanla birlikdə namaz qılardım. Lakin onların heç birindən «Bismillah» ayəsini oxuduqlarını eşitməzdim.

2. Yəzid ibni Abdulla İbni Məğfəl nəql etdiyi rəvayətdə deyir: Namazı «Bismillah» ayəsi ilə oxuyardım. Lakin günlərin bir günündə atam mənə dedi: Oğlum namazı «Bismillah» ayəsin oxumadan başla. Əshabın bundan böyük bid᾽ətə yol verdiklərini görmədim. Peyğəmbər (s), Əbu Bəkr, Ömər və Osmanla birlkidə namaz qılardıq, lakin onların heç biri «Bismillah» ayəsini tilavət etməzdi. Sən də namazı (Əlhəmdu lillahi rəbbil aləmin – Şükr olsun aləmlərin Rəbbinə) ayəsi ilə başla.

BİRİNCİ RƏVAYƏTƏ VERİLƏN CAVAB


Bu rəvayət Əhli-beyt tərəfindən bu məzmunda nəql olunmuş rəvayətlərlə ziddiyyət təşkil etdiyi kimi, bir neçə səbəbdən də tamamilə əsassızdır.

1. Bu rəvayət əhli sünnə mənbələrində nəql olunmuş bir çox mütəvatir, xüsusilə İbni Abbas, Əbu Hüreyrə, Ümmi Sələmənin, Peyğəmbərin (s) namazda «Bismillah» ayəsini oxuduğuna və onu Qur᾽an surələrinin bir hissəsi olduğunu hesab etməsinə dair nəql etdikləri rəvayətlərlə tamamilə ziddiyyət təşkil edir.

İbni Ömər deyir: Əgər «Bismillah» ayəsi oxunmalı olmasaydı, onu Qur᾽an nüsxələrində yazmağın mə᾽nası nə olardı? Həzrət Əli (ə) dəfələrlə bu mətləbə toxunar və buyurardı: ««Bismillaayəsini oxumayan kəs Quran ayələrini ixtisara salmış olur.» Bu ayə «Səb᾽ə məsani» (Həmd) surəsini təkmil edəcək bir ayədir.

Peyğəmbər (s) və digər böyük səhabələrin buyuruqlarını kənara qoyaraq kimlər tərəfindənsə nəql olunmuş bu rəvayətə istinad etmək olarmı?

2. Bu rəvayət müsəlmanlar arasında adi hal almış [və eyni zamanda zərurətə çevrilmiş] şər᾽i əməl ilə ziddiyyət təşkil edir. Belə ki, «Bismillah» ayəsini müsəlmanlar elə ilk gündən oxumuş və bir dəfə olsun namazlarını bu ayəni oxumadan başlamamışlar. Hətta Müaviyə camaat namazında «Bismillah» ayəsini oxumadıqda müsəlmanlar ona öz e᾽tirazlarını bildirərmişlər. Bismillahı oğurladın, ya deməyi unutdun?

Bütün bu dəlilləri nəzərə alaraq Peyğəmbərin (s) və ondan sonrakı xəlifələrin namazda «Bismillah» ayəsini oxumadıqlarına necə inanmaq olar.

3. Bu rəvayət Ənəs ibni Malikin özündən nəql olmuş başqa bir rəvayətlə ziddiyyət təşkil edir.

Belə bir qənaətə gəlmək olur ki, son iki rəvayət heç bir əsası olmayan yalan və uydurmadan savayı bir şey deyildir.


İKİNCİ RƏVAYƏTƏ VERİLƏN CAVAB


Birinci rəvayətin zəif və əsassız olduğuna dair dediklərimiz nəql olunmuş ikinci rəvayətə də şamildir. Və bunun üçün də bütün bunları bir daha təkrar etməyə ehtiyac duymuruq.

Lakin bunu qeyd etmək lazımdır ki, bu rəvayət islam və müsəlmanların ilk gündən zəruri hesab etdikləri bir məsələ ilə ziddiyyət təşkil edir.

«Bismillah» ayəsinin Həmd və digər surələrdən əvvəl tilavəti daha da canlandırmaq məqsədilə oxunması və bunun müstəhəb olduğu bir halda Yəzid ibni Məğfəlin bunu bid᾽ət adlandırması insanda təəccüb doğurur. Məgər hər hansı bir işi Allahın adı ilə başlamaq bu qədər xoşagəlməz bir iş və dində bid᾽ət hesab etmək olarmı?

MÜSƏLMANLAR


Elə ilk gündən müsəlmanlar «Bəraət» surəsi istisna olmaqla Qur᾽anın bütün surələrini «Bismillah» ayəsi ilə oxumuşlar. Və nəql olunmuş bir çox mütəvatir hədislərdən belə bir qənaətə gəlmək olur ki, Peyğəmbərin (s) özü bütün surələrin əvvəlində «Bismillah» ayəsini tilvət etmişdir. Əgər bu ayənin oxunması zəruri olmasaydı bir peyğəmbər kimi bunu hamıya çatdırmalı və düzgün oxunuş tərzini müsəlmanlara tə᾽lim etməli idi. Və əgər O həzrət bəyan etdiklərinin hansının Qur᾽an ayəsi, hansının da adi kəlam olduğunu bəyan etməsəydi, öhdəsinə düşən peyğəmbərlik vəzifəsini layiqincə yerinə yetirməmiş olardı. Bu isə Peyğəmbərə (s) – xüsusilə vəhy məsələsində – xas olmayan bir xüsusiyyətdir. O, digər insanlarda müşahidə olunan bütün eyb və nöqsanlardan uzaq və pakdır.

Demək, «Bismillah» ayəsinin oxunması zəruri olmasaydı, Peyğəmbər (s) bunu bəyan edər və o da mütəvatir olaraq bizlərə gəlib çatardı. Bir halda ki, bu kimi rəvayətlər vahid xəbər halında da nəql olmamışdır.


BİSMİLLAH AYƏSİ BÜTÜN NÜSXƏLƏRDƏ YAZILMIŞDIR


Şübhə doğurmayan məsələlərdən biri də budur ki, Osmanın yığdığı Qur᾽an nüsxəsindən əvvəl, səhabə və tabeinlərin əlində olan Qur᾽an nüsxələrində «Bismillah» ayəsi Bəraət surəsi istisna olmaqla, qalan surələrin birinci ayəsi olaraq yazılır və müsəlmanlar Qur᾽an surələrini bu ayə ilə oxumağa başlayırdılar. Əgər «Bismillah», Qur᾽an surələrinin bir hissəsini təşkil etməsəydi, səhabə və tabeinlər onu öz nüsxələrində yazmazdılar. Çünki, onlar Qur᾽anın yazılışına xüsusi diqqət yetirər və hər bir məsələyə böyük əhəmiyyət verərdilər. Belə ki, onlardan bə᾽ziləri hətta hərflərin üzərinə nöqtə və müxtəlif əlamətlər qoymaqdan qətiyyətlə imtina edərdilər.

Demək, «Bismillah» ayəsi hətta səhabə və onların davamçılarının, yə᾽ni tabeinlərin nüsxələrində yazılmış və Qur᾽an surələrinin ayrılmaz bir hissəsi hesab olunmuşdur.

Buradan belə mə᾽lum olur ki, «Bismillah» ayəsi surələr arasında fasilə məqsədilə deyil, onların bir hissəsi kimi yazılmışdır.

Bu nəzəriyyənin batil və əsassız olduğuna dair gətirilən başqa bir dəlildə deyilir: Əgər «Bismillah» ayəsi surələrin əvvəlində yalnız fasilə məqsədilə yazılsaydı, bu ayə Həmd surəsinin əvvəlində deyil, əksinə Bəraət surəsinin əvvəlində yazılmalıydı. Çünki, Həmd Qur᾽anın ilk, Bəraət surəsi isə doqquzuncu surəsidir. Demək, «Bismillah» ayəsinin yazılmasında ən başlıca şərt heç də surələri bir-birindən aıyrmaq deyildir. Çünki, özündən əvvəl heç bir surə olmayan Həmd surəsi «Bismillah» ayəsi ilə, özündən əvvəl və sonra surələr olan Bəraət surəsi isə «Bismillah»sız başlanır.


MÜXTƏLİF DƏLİLLƏR


«Bismillah» ayəsinin Qur᾽an surələrinin bir hissəsi olmadığını hesab edənlər bir neçə başqa dəlilə istinad edirlər.

1) Deyirlər:

Qur᾽anın sabit oxunmasının yeganə yolu onun mütəvatir olmasıdır. İxtilafa səbəb olan hər hansı bir şeyi isə Qur᾽an hesab etmək olmaz. «Bismillah» ayəsinin Qur᾽an ayəsi olub-olmadığı haqda da müxtəlif və bir-biri ilə ziddiyyətli hədis və rəvayətlər nəql olunmuşdur. Bu səbəbdən də biz onu Qur᾽an ayələrindən hesab edə bilmərik.

Cavab:

1. «Bismillah» ayəsinin Qur᾽an surələrinin bir hissəsi olduğuna dair Əhli-beyt tərəfindən kifayət qədər mütəvatir hədis və rəvayət nəql olunmuşdur. Və bir qədər əvvəl qeyd etdik ki, Əhli-beyt tərəfindən nəql olunmuş hədis və rəvayətlər özünün e᾽tibar baxımından Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərlə eyni səviyyədədir.

2. Səhabənin «Bismillah» ayəsinin Qur᾽an surələrinin bir hissəsi olduğuna dair verdiklərini şəhadət və onlar tərəfindən bu məzmunda nəql olunmuş onlarla mütəvatir hədis və rəvayət bu həqiqəti bir daha sübuta yetirə bilər. Və kimlərinsə müxalif nəzər irəli sürməsi bu rəvayətlərin mütəvatir olmasına heç bir xələl gətirə bilməz.

3. Mütəvatir olaraq nəql olunmuşdur ki, Peyğəmbər (s) Qur᾽an surələrini «Bismillah» ayəsi ilə başlamış və bir dəfə də olsun səhabələrə Qur᾽an ayələrini tə᾽lim edərkən «oxuduğumuz bu ayə [yə᾽ni «Bismillah» ayəsi] surənin bir hissəsini təşkil etmir» söyləməmişdir. Tək bu dəlilə istinad edərək qətiyyətlə deyə bilərik ki, «Bismillah» ayəsi Qur᾽an surələrinin ayrılmaz bir hissəsini təşkil edir.

Bunu demək kifayətdir ki, Peyğəmbərin (s) «Bismillah» ayəsini surələrin əvvəlində oxuması onun cüz᾽i bir şey olması deyil, Qur᾽an olmasını sübuta yetirə bilər. Cüz᾽i məsələlərin sübutunda isə sünni və şiə mənbələrində nəql olunmuş bir çox rəvayətlərlə yanaşı bir qədər əvvəl işarə olunan rəvayətə istinad etmək və «Bismillah» ayəsinin cüz᾽i olmamasını sübuta yetirmək olar. Çünki, hər hansı bir cümlənin Qur᾽an ayəsi olduğunu sübuta yetirmək üçün mütəvatir və inandırıcı sənədlərin olması lazımdır. Lakin hər hansı bir surənin bir hissəsini Qur᾽an ayəsi olduğunu sübuta yetirmək üçün mütəvatir olması bir o qədər də zəruri deyildir və bunun üçün vahid xəbərlə də kifayətlənmək olar.

2) Deyirlər:

Müslim, Əbu Hüreyrənin Peyğəmbərdən (s) nəql etdiyi hədisi öz kitabında belə nəql edir: Allah-taala buyurur: Mən namazı özümlə bəndələrim arasında iki hissəyə böldüm. Hər nə istərlərsə onlara əta edəcəyəm. Bunun üçün də insan namaz qılarkən «Əlhəmdu lillahi rəbbil aləmin» –dediyi zaman Allah-taala buyurar: Bəndəm Mənə şükr etdi «Ərrəhmanir-rəhim» –dediyi zaman Allah-taala buyurar: Bəndəm şə᾽nimə səna etdi [şə᾽nimə tə᾽riflər dedi]. «Maliki yəvmiddin – dedikdə Allah-taala buyurar: Bəndəm Məni mədh edib şə᾽nimə tə᾽riflər dedi. «İyyakə nə᾽budu və iyyakə nəstəin» – dediyi zaman Allah-taala buyurar: Bu Mənimlə, bəndəm arasında qalacaqdır. Hər nə istərsə ona əta edəcəyəm. «İhdinəs-siratəl mustəqim» – dediyi zaman Allah-taala buyarar: Bəndəm hidayət olacaqdır və Mən ona istədiyini bəxş edəcəyəm.77

Hədisin zahiri mə᾽nasından belə bir nəticəyə gəlmək olur ki, Həmd surəsi iki hissəyə bölünmüşdür. Dördüncü ayənin yarısına qədər Allaha, yarısından sonunadək isə namaz qılan şəxsə aiddir. Bu iki hissədə həm ayələrin sayı eyni, həm də «tənsif» rəvayəti təsdiq olunur. Lakin əgər «Bismillah» ayəsinin Həmd surəsinin bir hissəsini təşkil etdiyini hesab edəriksə, hədisdən əldə etdiyimiz mə᾽na bir o qədər də düzgün olmayacaqdır. Çünki, bir qədər əvvəl qeyd etdik ki, Həmd surəsi belə olduqda yeddi ayədən ibarət olacaqdır. Və əgər «Bismillah» ayəsi Həmd surəsinin bir hissəsini təşkil edərsə, «Siratəlləzinə» kəlməsindən surənin sonunadək olanı bir ayə hesab edək.

Nəticədə birinci hissə dörd, ikinci hissə isə iki və yarım ayədən ibarət olacaqdır. Beləliklə hədisdə surənin iki bərabər hissəyə bölündüyü düzgün olmayacaqdır.

Cavab:

1. Bu rəvayət «Əla» tərəfindən nəql oluqmuşdur. Və rical alimləri onun mö᾽təbər şəxs olub-olmadığı haqda müxtəlif fikirlər irəli sürmüşlər. Belə olduğu bir halda onun nəql etdiyi rəvayətlərə də istinad etmək bir o qədər də düzgün olmazdı.

2. Bu rəvayət heç də istifadə olunan kəlmələr baxımından iki bərabər hissədən ibarət olmasına dəlalət etməyir. Əksinə, əldə etdiyimiz zahiri mə᾽naya əsasən, onun mə᾽na baxımından iki hissədən ibarət olduğu nəzərə çarpır. Yə᾽ni namazın bir hissəsi Allaha, digər hissəsi isə Onun yer üzündəki bəndələrinə aiddir. Bu səbəbdən də Həmd surəsini kəlmə baxımından iki bərabər hissəyə bölməyin heç bir zərurəti yoxdur.

3. Surənin mə᾽na yox, kəlmə baxımından iki hissəyə bölündüyünü fərz etsək də belə, necə bilə bilərik ki, bu bölgü ayələr əsasında aparılmışdır. Ayələr bərabər olmasa da, bölgü yalnız bu surədə istifadə olunan kəlmələr əsasında aparılmışdır. Çünki, «İyyakə nə᾽budu» cümləsindən əvvəlki və sonrakı kəlmələrin miqdarı eynidir. Belə ki, ayələrin sayı eyni olmasa da «Bismillah» ayəsini nəzərə almaqla hər iki hissə on kəlmədən ibarətdir.

3) Deyirlər:

«Bismillah» ayəsinin Qur᾽an surələrinin bir hissəsi olmadığına dair Əbu Hüreyrədən nəql olunmuş rəvayətdə deyilir: Kövsər surəsi üç, Mülk surəsi isə otuz ayədən ibarətdir.78

Əgər «Bismillah» ayəsi surələrin bir hissəsini təşkil etsəydi bu surələrin ayələrinin sayı Əbu Hüreyrənin dediklərindən çox olardı.

Cavab:

Əbu Hüreyrənin nəql etdiyi bu rəvayət düz olsa belə, bir qədər əvvəl qeyd etdiyimiz Ənəs ibni Malikdən nəql olunmuş rəvayətlə tamamilə ziddiyyət təşkil edir.

Ənəsin nəql etdiyi rəvayət isə, mö᾽təbər bir rəvayət kimi «Mu᾽ta»dan başqa bir çox «Səhih» kitablarında nəql olunmuşdur.

Bu səbəbdən də Əbu Hüreyrənin nəql etdiyi rəvayəti ya kənara qoymalı, ya da belə mə᾽nalandırmalıyıq ki, rəvayətdə surənin bütün ayələri deyil, yalnız ayələrin sayı göstərilir və «Bismillah» Qur᾽anın bütün surələrinə aid olan, müştərək bir ayədir. Bunun üçün də Qur᾽an ayələrinin sayında hesaba alınmayır.

Burada biz iki fəsildən ibarət olan «Bəsmələ» ayəsinin təfsirini başa vurub «Həmd» surəsinin təfsirinə başlayırıq.

HƏMD SURƏSİNİN BİRİNCİ HİSSƏSİNİN TƏFSİRİ


«Həmd» surəsi üç hissədən ibarətdir:

1. Allaha şükr və səna və Onun kamal sifətlərinin vəsf olunması;

2. İnsanın Allaha tabe olması və Ondan kömək diləməsi;

3. Dua, istək və arzular.



Həmd surəsinin birinci hissəsi:

«Şükr olsun aləmlərin Rəbbinə – Bağışlayan və rəhm edəndir – Din gününün sahibidir». (1-2/4).


OXUNUŞ QAYDASI


Qiraət alimlərinin bir çoxu «Əlhəmd» kəlməsindəki «dal» hərfini «zəmmə» yə᾽ni «u» saiti, «Allah» kəlməsindəki «lam» hərfini isə «kəsrə» yə᾽ni «i» saiti ilə tələffüz edirlər. Lakin bə᾽ziləri isə «Əlhəmd» kəlməsinin e᾽rab və hərəkələrini özündən sonra gələn «Allah» kəlməsinə tabe edərək onu da kəsrə ilə tələffüz edirlər. Bə᾽ziləri də tam əksinə olaraq «Allah» kəlməsinin özündən əvvəlki «Əlhəmd» kəlməsinə tabe edərək «Allah» kəlməsindəki «lam» hərfini «zəmmə» yə᾽ni «u» saiti ilə tələffüz edirlər. Lakin bu son iki qiraət olduqca zəif və bir o qədər də mö᾽təbər deyildir.

2. «Malik» kəlməsi də müxtəlif üsullarla tələffüz olunur. Bə᾽ziləri onu «lam» hərfinin üzərinə sükun qoymaqla «fuls» vəznində «mulk», bə᾽ziləri də keçmiş zaman halında «fəəl» vəznində tələffüz etmişlər. Lakin bu qiraətlərin heç biri mö᾽təbər deyildir. Və bir çox qiraət alimləri bu kəlməni ya «fail» – «malik» və ya «kətif» vəznində «məlik» kimi tələffüz etmişlər və bu ən mö᾽təbər qiraət üsuludur.


BU İKİ QİRAƏTİN HANSI BİRİ DÜZGÜNDÜR?


Bir qədər əvvəl qeyd etdik ki, «Malik» kəlməsi müxtəlif üsullarla tələffüz olunur və onların ən düzgünü bir çoxlarının qiraət etdiyi «Məlik» və «Malik» «fəil və ya fail» vəznində tələffüz olunmasıdır. Lakin onların da hansı birinin daha düzgün olduğu haqda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.

Bə᾽zən deyirlər: Daha ümumi mə᾽na daşıdığı üçün «malik» şəklində tələffüz etmək daha düzgündür. Məsələn, «filan şəxs hər hansı bir qövmün, qəbilənin malikidir» deyilərsə, bu o deməkdir ki, həmən şəxs mülkiyyətlə yanaşı, o qövmün üzərinə hakim və rəhbərdir. «Filan şəxs hər hansı bir qəbilənin məlikidir» deyildikdə isə, geniş malikiyyət deyil, yalnız onun həmən qəbilənin üzərindəki hakimiyyəti nəzərdə tutulur. Başqa sözlə desək, «malik» dedikdə mülkiyyətə də şamil olunur, «məlik» deyildikdə həmin mə᾽na başa düşülmür.

İrəli sürülmüş başqa bir nəzəriyyədə deyilir:

Daha yaxşı olar ki, «malik» əvəzinə «məlik» oxunsun. Çünki, zaman göstəricisi ilə əksər hallarda «malik» deyil, «məlik» kəlməsi istifadə olunur. Məsələn, «Məlikil əsri» yə᾽ni, əsrin, zəmanənin maliki, «mulkul ə᾽saril mutəqəddimə» yə᾽ni, keçmiş zəmanələrin mülkədarları. Bu səbəbdən də Qur᾽an bu ayədə kəlmənin oxunuşunu «məlik» olaraq «yəvmiddin» cümləsinə əlavə etmiş və belə bir oxunuşa daha üstünlük vermişdir.

İrəli sürülmüş iki nəzəriyyə ilə tanış oldunuz. Lakin bizim fikrimizcə bu bir o qədər də əhəmiyyət kəsb edən mətləb deyildir. Ümumiyyətlə mö᾽təbər hesab olunan qiraətlə birini digərindən daha üstün hesab etmək qeyri-mümkündür. Çünki, əgər bu qiraət üsulları Peyğəmbərdən (s) bizlərə mütəvatir olaraq gəlib çatmışsa, aralarında fərq qoymadan onların hamısını Qur᾽an ayələri olaraq qəbul etməliyik. Və əgər bu qiraət üsullarının mütəvatir olması bizim üçün sabit olmazsa, onların bir-biri ilə müqayisə, hansının mö᾽təbər olduğu haqda araşdırma aparmaq və bunun nəticəsində şəraitlərin hasının batil və hansının mö᾽təbər olduğunu tə᾽yin etməyin heç bir mə᾽nası yoxdur. Lakin iş burasındadır ki, qiraətləri bir-birindən üstün hesab etməklə onlardan hansı birinin batil olduğunu sabit etmək olmur. Və əgər aparılan araşdırmalar, qiraətlərin birini digərindən üstün hesab etməkdə və qiraətlərin hansının batil olduğunu üzə çıxarmaq da heç bir nəticə verməzsə – necə ki, əksər hallarda belə olur – bu barədə söhbət açmaq belə əbəsdir.

Bəli, qiraətin birini digərindən üstün hesab etmək haqda bəhs etmək olduqca əbəs bir işdir. Xüsusilə də «məlik» və «malik» kəlmələrinə gəldikdə. Çünki, bu iki kəlmə arasında yalnız o zaman fərq ola bilər ki, «Məlik» kəlməsi qurma [müvəqqəti] səltənət mə᾽nasında işlənmiş olsun. Belə olduqda səltənətin dərəcə və mərhələləri istifadə olunduğu yer baxımından bir-birilə fərqli olacaqdır. Və belə bir səltənət [hakimiyyət] bə᾽zən malikiyyət, bə᾽zən də onsuz olacaqdır. Lakin əgər hakimiyyəti bə᾽zən hakimiyyəti daimi və həqiqi olan Allah üçün istifadə olunarsa, dərəcə və mərhələləri olmadan daimi malikiyyətlə birlikdə olacaqdır. Nəticədə mə᾽na və məfhum baxımından «malik» kəlməsi ilə eyni və ondan üstün də olmayacaqdır. Buradan belə mə᾽lum olur ki, «malik» kəlməsinin Allahdan qeyrisi üçün zaman göstəricisi ilə işlənilməsi düzgün deyilsə, Allah üçün istifadə olunmasının düzgün olmamasına da heç bir lüzumu olmayacaqdır. Çünki, Allah bütün varlıqların maliki (sahibi) olduğu kimi, zamanın da sahibidir. Demək, Allaha aid olduqda «malik» kəlməsinin zaman göstəricisi ilə işlənməsi «məlik» kəlməsi ilə heç də fərqlənməyəcək. Və bu səbəbdən də «məlik» kəlməsinin «malik» kəlməsindən heç bir üstünlüyü ola bilməz.

Bə᾽zən də deyirlər: «Malik» kəlməsinin «yəvmiddin» cümləsinə birləşməsi ilə qeyri-müəyyənlik halında qaldığı üçün qənaətbəxş mə᾽na əldə etmək olmur. Qeyri-müəyyən cümlə ilə isə – müəyyən olan – Allah kəlməsi vəsf olunmur. Demək, «məlik» oxunmalıdır, çünki, bu kəlməsi «Soltan» və «Hakim» mə᾽nasını daşıyır. Və belə bir mə᾽na daşımaqla bu kəlmə camid, yə᾽ni başqa sözdən götürülməyən kəlmələr sırasına daxil olmalıdır. Beləliklə cümlə müəyyənedici xarakter daşıyacaq və «qeyri-müəyyənliyin» «müəyyənlik» cümləsini mə᾽nalandırma nöqsanı aradan qalxacaqdır.

DigƏRLƏRİNİN VERDİYİ CAVAB


Təfsir Kəşşaf və digər təfsir kitablarında tutulan bu irada belə cavab verilir: Failin cümləyə birləşməsi o zaman mə᾽cazi xarakter daşıya bilər ki, onun indiki və gələcək zamanda işləndiyini müəyyən edə bilməmiş olsun. Amma keçmiş zaman və davamedici mə᾽na daşıyarsa, failin birləşməsi cümlənin həqiqi mə᾽na daşımasına səbəb olacaq.

«Göyləri və yeri yoxdan yaradan, mələkləri [peyğəmbərlərə] elçi edən Allaha həmd olsun!» (35/1).

Göründüyü kimi birinci ayədə «fatir» və «cail» keçmiş zaman, ikinci ayədəki «ğafiruzzənəb» və «qabiluttəub» davam edici halda işlənmişdir. Və bu dörd kəlmənin hər biri [başqa kəlmələrlə] birləşməklə müəyyənlik halına çevrilmiş və «Allah» kəlməsinin vəsfində işlənmişdir. «Malik» kəlməsinin başqa kəlmələrlə birləşməsinə də bu qayda üzrə əməl olunur. Çünki, «malik» –Allahın [qiyamət gününədək] daimi malikiyyət mə᾽nasını daşıyır. Demək, belə bir birləşmə həqiqi mə᾽na daşıyar, cümlədə müəyyənlik rolunu ifa edir və müəyyənlik halında işləndiyi üçün Allahın vəsf olunması üçün də istifadə oluna bilər.

BİZİM CAVAB


Verilən cavabın ən böyük nöqsanı bundan ibarətdir ki, birləşmə həqiqi və ya mə᾽cazi mə᾽na daşıyıb-daşımamasından asılı olmayaraq cümlədə müəyyənlik rolunu ifa edə bilməz. Birləşmənin ən başlıca rolu cümlədə istifadə olunan kəlmənin xarici misdaqını, mə᾽na və məfhumunu məhdudlaşdırmaqdır. Lakin cümlənin müəyyənlik halına düşməsi üçün birləşmədən deyil, digər üsullardan istifadə etmək lazımdır.

Mətləbi bir qədər işıqlandıraq.

Bu cümləyə diqqət yetirin:

Ğulamu lizəydi – Zeydin qulu, köləsi. Qulamu Zəydin – Zeydin qulu, köləsi.

Göründüyü kimi bu iki cümlə arasında heç bir fərq yoxdur. Birinci cümlədə «lam» hərfi «Zeyd» kəlməsindən əvvəl gələrək qulun məhz Zeydə aid olduğunu bildirir və müəyyənlik əlaməti olan «lam» hərfinin cümlədə bundan başqa heç bir rolu yoxdur. Çünki Zeydin başqa kölələri də ola bilər və həqiqi birləşmədə də ikinci cümlədə olduğu kimi yalnız kölənin Zeydə aid olduğu bəlli olur. Mə᾽cazi birləşmədə də onun kimlərəsə aid olduğu bəlli olur. Lakin fərq burasındadır ki, kəlmənin hər hansı bir mətləbə aid olması tək birləşmə yolu ilə əldə olmur. Və birləşmənin cümlədə [kəlmələrin] mə᾽na və məfhumunu məhdudlaşdırmaqdan savayı heç bir rolu yoxdur.

Bəli, birləşmə istər həqiqi, istərsə də mə᾽cazi müəyyənlik üçün deyil, kəlmənin [və ya cümlənin] verdiyi mə᾽nanı məhdudlaşdırmaq üçün xeyirli ola bilər. Lakin bu heç də o demək deyildir ki, cümləyə birləşən kəlmə burada müəyyənlik rolunu ifa edə bilməmiş olsun.

Bu səbəbdən də həqiqi və mə᾽cazi birləşmələr arasında heç bir fərq yoxdur və əgər bu barədə hər hansı bir fərziyyə irəli sürülərsə tamamilə yanlış və əsassızdır.

Kəşşafın öz təfsirində «malik» kəlməsini «yəvmiddin» cümləsində davamedici və həmişəlik malikiyyət kimi mə᾽nalandırmasının batil və əsassız olduğu isə göz qabağındadır. Çünki, Allahın bütün varlıqlar üzərində olan malikiyyəti həmişəlik olsa da, «malik» kəlməsi bu ayədə «yəvmiddin» [qiyamət gününün sahibi] cümləsi ilə işlənmişdir. Demək Allah «malikiyyəti» həm həmişəlik [əbədi] olmalıdı, həm də davamedici.

Lakin alimlərdən bə᾽ziləri «muzafın – izafətin» faili haqda bir nəzər irəli sürmüşlər. Onların fikrincə əgər fail keçmişə dəlalət edərsə, müəyyənedici xarakter daşımayacaqdır və eyni zamanda müəyyənlik üçün sifət rolunu da ifa edə bilər. Və əgər indiki və gələcək zamanda işlənərsə müəyyənlik üçün artıq sifət rolunu ifa edə bilməyəcəkdir. Və bunların ikisinin fərqi barədə demişlər: Əgər fail keçmiş zamanda işlənərsə hökmən həyata keçmişdir. Həyata keçən və baş verən hər bir şey isə hamıya bəlli olur. Bəlli və müəyyən olduqda isə sifət rolunu da ifa edə bilər. İndiki və gələcək zamanda işlənilən fail isə bu kimi xüsusiyyətlərə malik deyildir.

Lakin bizim fikrimizcə bu kimi fərqlərin də heç bir əsası yoxdur. Çünki bir şeyin həyata keçməsi və yaranması üçün müəyyənlik halını tapsın deyə, heç bir [əlavə] mə᾽lumata ehtiyac duyulmayır. Və bə᾽zən də heç bir mə᾽lumat və müəyyənlik hasil olmadan keçmiş zaman, indiki və gələcək zamanla eyni mə᾽na daşıyır.

Bir sözlə: Bütün bu qarammatik təhlil və izahatlar puç və olduqca əsassızdır. Yeganə çıxış yolu fəsahətli ərəblərin danışığına diqqət yetirmək və onların istifadə etdikləri kəlmə və qurduqları cümlələrə istinad olunmalıdır. Beləliklə qrammatik qanunları onların danışıqlarından əldə etmək olar.

AYƏDƏ İŞLƏNƏN SÖZLƏR


«Əlhəmd» – şükr mə᾽nasını daşıyır və adətən könüllü olaraq görülən işlərin müqabilində işlənmişdir. İstər bu iş şükr edənin xeyrinə olsun, istərsə də başqalarının «Şükr» sözü isə «küfr» sözünün əks mə᾽nasını daşıyır və insana başqa birisindən xeyir dəydikdə istifadə olunur. Və «tənqidin-zəmm» əks mə᾽nasını daşıyan «mədh-tə᾽rif» istifadə olunduğu yer baxımından ümumiyyət xarakteri daşıyır və bu kəlmə bir şəxsin etdiyi hər hansı bir xeyirxah işin müqabilində istifadə olunur.

İstər bu yaxşılıq tə᾽rif olunandan tə᾽rif edənə edilmiş olsun, istərsə də yox. Və istər edilən yaxşılıq insani fəzilətlər kimi ixtiyari olsun, istərsə də günəşin və dürrün parıltısı kimi qeyri-ixtiyari.

«Əlhəmd» kəlməsindəki «əlif və lam» müəyyənlik xarakteri daşıyır.

2-3-4. «Allah» «Rəhman» və «Rəhim» – Bu üç kəlmə haqda əvvəlki fəsildə söhbət açdığımız üçün bir daha təkrara yol vermək istəmirik.

5. Rəbb – «Rəbəbə» kəlməsindən götürülmüşdür. Malik, islahatçı və başçı mə᾽nalarını daşıyır.

«Rəbibə» kəlməsi də həmən kökdən götürülmüşdür.

«Rəbb» başqa kəlmələrlə işlənmədikdə ayrı-ayrılıqda Allahdan qeyrisi üçün istifadə olunmayır.

Məsələn, «rəbbissəfinə» – gəminin kapitanına, «Rəbbuddar» – ev sahibinə deyilir.

6. «Aləmin – aləm» və qövm kəlmələri kimi tək halı olmadığı üçün daim cəm halda istifadə olunur.

Bitkilər aləmi, cansızlar aləmi və s. Bə᾽zən də zaman və məkan baxımından bir-biri ilə əlaqəsi olan məcmuəyə deyilir. «Axirət aləmi», «uşaqlıq aləmi» və s. bə᾽zən də bir-birindən fərqi olan varlıqlar məcmuəsinə deyilir.

Bu kəlmənin cəm halı bə᾽zən «vav və nun» (aləmun) bə᾽zən də «fəvail» vəznində olur (əvalim).

Ərəb dilində «fail» vəznində «əynul fe᾽l»in, yə᾽ni orta hərfin fəthə, «vav və nun» ilə bu vəznin cəm hala düşməsi istisna olaraq, yalnız «aləm» kəlməsində işlənilir.

7. «Məlik», əhatə və hakimiyyət mə᾽nalarını daşıyır. Belə bir əhatə bə᾽zən Allahın bütün varlıqların üzərində olan hakimiyyəti kimi həqiqi, bə᾽zən də insanların ixtiyarlarında olan əşyalara olan məhdud və müvəqqəti malikiyyətləri kimi olur.

Allahın varlıqlar üzərində olan hakimiyyət və əhatəsi ona görə mütləq və həqiqidir ki, mövcud olan hər bir varlıq özünün vücuda gəlməsində və mövcud olduğu müddətdə tam mə᾽nada Allahdan asılı və Ona möhtacdır. Belə ki, bir an da olsun özlərini müstəqil və Allahdan ehtiyacsız hesab etmirlər. Bu ehtiyac hissi varlıqlarda daim olmuş və olacaqdır da.



«Allah zəngin, siz isə yoxsulsunuz. [Allah] sizə möhtac deyildir, siz Ona möhtacsınız». (47/38).

8. «Din» – cəza və hesab [mühakimə] mə᾽nalarını daşıyır. «Maliki yəumiddin» ayəsində hər iki mə᾽nanı əldə etmək olar. Belə ki, qiyamət günü insanların cəzalandırılıb və ya mükafatlandırılması onların sorğu sual və mühakimə olunması ilə başlanacaqdır.


HƏMD ŞÜKR ALLAHA MƏXSUSDUR


«Əlhəmdu lillahi rəhbbil aləmin» ayəsini nazil etməklə, Allah-taala bir daha insanlara həmd və şükrün yalnız Ona aid [məxsus] olduğunu xatırladır.

Bu həqiqətə dəlalət edəcək kifayət qədər dəlil və sübutlar vardır və biz onlardan bir neçəsinə işarə edəcəyik.

1. Ən gözəl işlər, gözəl xüsusiyyətə malik olan şəxslər tərəfindən görülür. Bütün eyb və nöqsanlardan uzaq olan və ən gözəl xüsusiyyətlərə malik olan Allah gördüyü bütün işlərdən eyb və nöqsandan uzaq və tə᾽rifə layiqdir.

Bu haqda Qur᾽ani-kərimdə buyurulur:

«De ki: Hərə öz qabiliyyətinə [xislətinə] görə iş görər». (17/84).

Digər varlıqlar isə müəyyən nöqsanlara malik olduqları üçün təbii olaraq gördüyü işlər də adətən nöqsansız olmur. Demək heç bir eyb və nöqsanı olmayan işlər yalnız Allaha aiddir və başqalarının bu xüsusiyyətə malik olması sadəcə qeyri-mümkündür.

Bu səbəbdən də yalnız Onun müqəddəs zatı şükr və tə᾽rifə layiqdir və Ondan qeyrisi üçün həmd və şükr etmək mahal və qeyri-mümkündür. «Əlhəmdulillah» cümləsi də məhz bu mətləbə dəlalət edir. Çünki, bir qədər əvvəl işarə etdik ki, «Allah» tanrıya xas olan adlardandır və bütün kamal xüsusiyyətlərə malik olan Onun müqəddəs zatıdır. «Allah» kəlməsinin əvvəlindəki «lam» hərfi də həmd və şükrün Allaha aidliyinə dəlalət edir.

İmam Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: Atam imam Baqir (ə)-ın qatırı itmişdi, [bir qədər aradıqdan sonra] dedi: Əgər Allah qatırı mənə qaytarsa, Ona özünün bəyəndiyi kimi həmd və şükr edəcəyəm. Çox keçmədi yəhər və yüyəni ilə birlikdə onu atamın yanına gətirdilər. Atam paltarını yığıb qatıra minib dedi: «Əlhəmdu lillah – Şükr Allaha» və artıq heç bir şey demədi. Sonra dedi: Allaha şükr etməkdə heç nəyə əsirgəmədim, bütün həmd və şükrü Ona aid etdim. Və bu kəlmə bütün tə᾽rif və şükürlərə şamildir.

İmam Sadiq (ə)-dan nəql olunmuş başqa bir rəvayətdə deyilir: Allah-taala bütün böyük və kiçik ne᾽mətləri öz bəndəsinə yalnız Ona şükr etməklə bəxş edir və insan «Əlhəmdullillah» deməklə bütün şükrləri yerinə yetirmiş olur.

İkinci dəlil:

Həmd və şükrün yalnız Allaha aid olduğuna dəlalət edən ikinci dəlil bundan ibarətdir ki, hər bir varlığın – istər əqlin, istər ruh və cismin və istərsə də xaricdə mövcud olan digər varlıqların ilkin kamala çatması Allah tərəfindən müəyyənləşdirilir. Çünki onları yaradan da Allahın özüdür.

Növbəti ikinci kamal mərhələsi isə varlıqların malik olduqları üstün xüsusiyyətlərdən irəli gəlir. Və bu üstün xüsusiyyətlər bə᾽zən ixtiyari olur, bə᾽zən də qeyri-ixtiyari. Demək məxluqatın ixtiyarından xaric olan hər bir şeyi Allaha aid etməliyik. Bitkilər aləminin inkişafını, heyvanların onlara nəyin xeyirli və nəyin zərərli olduğunu dərk etmələrini, insanın natiqlik [danışıq] qabiliyyətinə malik olmasını buna misal çəkə bilərik.

İnsanın ixtiyari olaraq ələ gətirdiyi üstün xüsusiyyətləri də [o, öz ixtiyarı ilə buna nail olsa da] son mərhələdə Allahın müqəddəs zatı ilə əlaqələndirməliyik. Çünki, onları hidayət edən və bütün bu iste᾽dad və bacarıqları onların ixtiyarına qoyan hər şeyə qadir, elm və qüdrəti əhatə edən Allahdır.

Və bu həqiqətə surənin ikinci ayəsində «Rəbbil aləmin» cümləsi ilə işarə olunur.

3. Allahın gördüyü bütün xeyrili işlər Onun özünə aid deyildir. Çünki, mütləq kamala yiyələnən bir varlıq üçün təkamülə səbəb olacaq işlərin həyata keçirilməsi heç bir məfhum kəsb etməyir. Demək Allahın gördüyü bütün işlər məxluqatın xeyrinə və onların təkamülü üçündür.

Lakin insanların gördükləri xeyirxah işlər başqaları üçün xeyirli olsa da, onun savabı ilk növbədə onların özlərinə çatır. Çünki, o öz təkamülünü xeyirxah işlərdə görür və belə bir düşüncə onu bu işləri yerinə yetirməyə sövq edir.

Qur᾽ani-kərimdə bu haqda deyilir:

«Yaxşılıq da etsəniz, özünüzə etmiş olursunuz». (17/7).

Demək, xeyri yalnız başqalarına dəyən xeyir işlər yalnız Allaha aiddir. Bu səbəbdən də həmd və tə᾽rifə layiq olan yeganə varlıq Allahın özüdür və bu mətləbə surədə «Ərrəhmanir-rəhim» cümləsi ilə işarə olunur.

Bunu da əlavə etmək lazımdır ki, bə᾽zən həmd və şükr edən şəxs ona olunan ehsan və yaxşılıqların əzəmətini və ehsan edənin yüksək xüsusiyyətlərini dərk edir və arada heç bir qorxu hissi olmadan ona [layiqincə] şükr və səna edir. Bə᾽zən həmd və səna ne᾽mət sahibinin bəxş etdiyi şeylərə əhəmiyyət vermək və diqqət yetirmək nəticəsində olur. Bə᾽zən qorxu, bə᾽zən də bəxş olunan ne᾽mətlərə hərislik üzündən şükr və səna olunur. Göründüyü kimi həmd və səna müxtəlif amillər üzündən olunur və onların hər birinin Allahın müqəddəs zatına aid olduğu bu surədə işarə olunur.

İzah:

«Əlhəmdulillah» cümləsində həmd və sənanın Allahın müqəddəs zatına aid olduğu, Onun bütün eyb və nöqsanlardan uzaq və kamal sifətlərinə [ən yüksək xüsusiyyətlərə malik] olduğuna işarə olunur.

«Ərrəhmanir-rəhim» cümləsində həmd-sənaya səbəb olacaq ikinci və üçüncü amil bəyan olunur. Çünki, Allah, rəhmət və mərhəmət mənbəyidir. İnsan da Allahın rəhmət və mərhəmətinə ümidvar olmalıdır və bu tükənməz yaxşılıqlara ümidvarlıq səbəbi ilə Allahın böyüklüyünə, tükənməz rəhmətinə həmd və səna etməlidir. Qeyd olunan məsələləri nəzərə almaqla qeyd etməliyik ki, Həmd surəsində «Ərrəhmanir-rəhim» cümləsini iki dəfə işlənməsi heç də təkrar məqsədi daşımır. Birincisi, yə᾽ni «Bismillah» ayəsində təbərrük məqsədi ilə, ikincidə isə məqsəd, bütün həmd və sənaların Allaha aid olduğunu bəyan etməkdir.

«Maliki yəvmiddin» – Bu cümlə ilə həmd və sənaya səbəb olan dördüncü əsas amilə işarə olunur. Belə ki, bütün insanlar qiyamət günü Allahın hüzuruna [Məhşərə] qaytarılacaq və orada öz əməllərinin müqabilində ya cəzalandırılacaq, ya da mükafatlandırılacaqlar. Belə isə Ondan qorxmalı, bir an da olsun itaətsizliyə yol vermədən şə᾽ninə şükr və səna deməliyik.

«Maliki yəvmiddin» cümləsini başqa ifadələrlə təfsir etmək istəsək deməliyik ki, qiyamət günü haqq-ədalət, Allahın öz bəndələrini bağışlayıb rəhmət və mərhəmət qanadı altına aldığı gündür. Belə isə insanlar o gün bu iki böyük ne᾽mət ilə bəhrələndikləri üçün layiqincə Onun şə᾽ninə şükr və səna etməlidirlər.

Həmd surəsinin birinci hissəsinin təfsirini burada bitirib Allahın köməyi ilə növbəti fəsildə ikinci hissəyə başlayırıq.


HƏMD SURƏSİNİN TƏFSİRİ

İKİNCİ HİSSƏ


«Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!» (1/5). (Bəqərə-5).

Lüğəvi mənası:

«İbadət» – lüğətdə üç mə᾽na daşıyır.

1. Bə᾽zən «itaət» və əmrə tabe olmaq mə᾽nasında işlənir.

«[Onunla cahiliyyət dövründə] ataları [Allahın əzabı ilə] qorxudulmamış və [Allahın hökümlərindən, imandan, tövhiddən] qafil olan bir tayfanı xəbərdar edib qorxudasan!» (Yasin-6).

2. «[Firon və əyan-əşrafı] dedilər: Bunların tayfabizə bir qul kimi itaət etdiyi halda, biz özümüz kimi iki adi insana imanmı gətirəcəyik». (Mu᾽minun-47).

İkinci mə᾽nası xar və zəlil olmaq və çarəsizlik üzündən kiməsə tabe və təslim olmaqdır.

3. «De ki: Mənə Allaha ibadət etmək, Ona şərik qoşmamaq əmr olunmuşdur».

Bə᾽zən də pərəstiş etmək mə᾽nasında işlənir.

İbadət kəlməsi Qur᾽ani-kərimdə əksər hallarda məhz bu mə᾽nada işlənmişdir. Belə ki, heç bir oxşarlıq olmadıqda «ibadətin» ilk növbədə bu mə᾽nası nəzərdə tutulur.

«Əbd» – kəlməsi isə müxtəlif mə᾽nalar daşıyır. İnsan azad varlıq olsa da «əbd» kəlməsi bə᾽zən onun barəsində işlənir. Çünki, o, Allahın yaratdığı və Onun tərbiyə etdiyi bir varlıqdır. Öz əməlləri ilə bə᾽zən inadkarlığa və itaətsizliyə yol versə də, fitri olaraq Allahın qarşısında müti və təvazö᾽kardır. Bə᾽zən «qul» və «kölə» mə᾽nalarını daşıyır. Çünki, onun [kölənin] ixtiyarı öz ağasının əlindədi. Sözün əsl mə᾽nasında, ağasından tam asılı vəziyyətdə və onun icazəsi olmadan heç bir ixtiyara malik deyildir. Bə᾽zən də çox geniş mə᾽na daşıyır və bir şəxsin nəfsə böyük əhəmiyyət verməsinə və ondan başqa heç bir şeyə əhəmiyyət verməməsinə «əbd» deyilir.

İmam Hüseyn (ə)-ın buyuruqlarının birində deyilir:

«Camaat dünyanın qullarıdır və din onların həyatlarını tə᾽min etmək üçün dildə iqrar etdikləri bir şeydir. Onlar dindən danışarlar, imtahan vaxtı gəlib çatdıqda isə, dindarlar nə qədər də az olarlar!»

3. «İsrail oğullarını bizimlə birlikdə [Şama] göndər! [Onlara əzab-əziyyət vermə!]» (Şüəra-7).

İstianət – kömək istəmək mə᾽nasını daşıyır. Bu kəlmə ya vasitəli və ya vasitəsiz olaraq istifadə olunur. Məsələn, deyilir «istə᾽nətuhu» və «istəntu bihi» yə᾽ni ondan kömək və yardım istədim.

Ədəbi izah:

«İyyakə» – hər iki yerdə məf᾽ul rolunu ifa edir. Hər iki halda mətləbin özündən əvvəlki mətləbə həsr olunduğu ifadə olunur. Və bu ayədə qaridən xitab olunan, yə᾽ni xitab üçüncü şəxsdən ikinci şəxsə olunur. Buna «iltifat» deyilir. Bu isə iki şeydən biri ola bilər:

1) Ayədən əvvəlki cümlələr Allahın bütün məxluqatın üzərində hakim və onların həyatını idarə edən hər şeyə qadir olan bir varlıq olduğuna dəlalət edir. Belə bir sifətə malik olmaq isə o deməkdir ki, Allah qiyamət günü öz itaətkar bəndələrini mükafatlandırmaq və günahkarları cəzalandırmaq üçün onların gördükləri bütün işlərə agah olmalı və Onun elm dairəsi bütün məxluqatı [onların ehtiyac və təlabatlarını, arzularını və s.] əhatə etməlidir. Bütün bunlar Allaha bəndəlik edən insana özünü Onun qarşısında aciz görüb «iyyakə nə᾽budu – yalnız Sənə ibadət edirik» deyərək xitab etməyə vadar edir.

2) İbadət və pərəstiş etməyin həqiqi mahiyyəti insanın təvazö᾽karlıq və sidq ürəklə Allah qarşısında ibadət etməsi və bütün işlərini ondan asılı və Onun tərəfindən idarə olunmasını bilməsidir. İbadətdə olduğu kimi insan kömək dilədikdə Allahın hüzuru zərurət doğurur. Çünki, insanın Allaha olan ehtiyac və bağlılığı istəklərinin həyata keçməsi (dualarının qəbul olunması) üçün [hər şeyə qadir olan bir varlığın] mövcud olmasını tələb edir. Demək insan ibadət və kömək dilədiyi zaman özünü Allahın hüzurunda hiss etməli və — «Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik» xitab edərək öz sadiq bəndəliyini iqrar etməlidir.



Təfsir:

Allah-taala əvvəlki ayələrdə özünü vəsf etdikdən sonra insanlara bu ayələr barəsində düşünüb-daşınmağa və bir daha Allahdan başqa heç bir varlığa itaət etməməyə və onlardan kömək gözləməməyə e᾽tiraf etməyə əmr edir. Belə ki, Allahdan başqa bütün varlıqlar [zatən] olduqca aciz və fanidirlər.

Demək hal hazırda və gələcəkdə mövcud olması üçün başqa bir varlığa möhtac olan varlığın ibadət olunmağa heç bir ləyaqəti çatmır. Onun üstün və zəif xüsusiyyətləri bir-birindən fərqli olsa da, acizlik və ehtiyac kimi xüsusiyyətləri bir-biri ilə tamamilə eynidir. Və bütün bu xüsusiyyətlər Allahın istək və iradəsinə tabe olduğu üçün bir-birlərindən əsla fərqlənməyirlər.

Allah-taala, Qur᾽anın digər ayələrində bu haqda buyurur:

«Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür!» (Ə᾽raf-54).

«Göylərin və yerin hökmü Allahındır. Axır dönüş də Allahadır!» (Nur-42).

Hər şeyi bəxş edən və geri alan, istədiyini yerinə yetirən və istədiyini əmr edən bir varlıq ilə kim qarşı-qarşıya gələ bilər? Kim ona hakim və kim onun hakimiyyəti ilə müxalif ola bilər.

Demək, mö᾽min bir şəxs Allahdan başqa heç bir varlığa itaət etmir və Ondan başqa kimsədən kömək diləmir. Çünki, Allahdan başqa bütün varlıqlar möhtac və asılıdırlar. İbadət olunası bir varlıq isə hər şeydən ehtiyacsız və hər şeyə qadir olmalıdır. Necə ola bilər ki, başqa birisinə ehtiyac duyan bir varlıq özü kimi başqa bir möhtac varlığa pərəstiş etmiş olsun?

Dediklərimizdən belə bir nəticəyə gəlmək olur ki, insan Allahdan başqa heç bir varlığa pənah aparmamalı, Ondan qeyrisinə ibadət etməməli, Ondan qeyrisindən kömək diləməməlidir. Əks təqdirdə Allaha şərik qoşmuş və Onun kimi başqa bir varlığın İlahi hakimiyyətə malik olduğunu təsəvvür etmiş olur. Bir halda ki, Allahın verdiyi hökm qəti və dəyişilməzdir.

«bbin yalnız ona ibadət etməyi buyurmuşdur».

Həmd surəsinin ikinci hissəsini təşkil edən «iyyakə nə᾽budu və iyyakə nəstəin» ayəsinə verilən təfsir bundan ibarət idi.

Bu ayədə iki mühüm mövzuya işarə olunur. «İbadət və kömək diləmək». Gələcək fəsillərdə biz bu barədə daha ətraflı mə᾽lumatlar verəcəyik.


İBADƏT


İbadətdə tohid: Hər bir müsəlmanın şəkk və tərəddüd etdiyi məsələlərdən biri də ibadətin yalnız Allaha aid olmasıdır. Bir qədər əvvəl qeyd etdik ki, «ibadət» deyildikdə, onun yalnız Allah-taalaya aid olduğu nəzərdə tutulur və bunu biz «ibadətdə tohid» adlandırırıq. «İbadətdə tohid» peyğəmbərlərin təbliğ etdikləri və səmavi kitablarda bəyan olunan Allahın zati vəhdaniyyətindən qaynaqlanır.

«[Ya Məhəmməd!] Söylə ki: «Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan [fərqi olmayan] bir kəlməyə tərəf gəlin!» [O kəlmə budur ki]: «Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] rəbbbul etməyək!»

Demək, Allaha iman dedikdə insanın yalnız Ona ibadət etməyini və Ondan qeyrisindən uzaq olduğunu nəzərdə tutmalıyıq. İnsanın çox saylı mə᾽budlara (Allahlara) və ya özü ilə Allah arasında vasitə qərar verməsi isə heç bir fərqi olmadan şirk və Allaha şərik qoşmaqdır. Lakin təəssüflər olsun ki, insanların bir çoxu belə bir yanlış əqidəyə əsaslanırlar ki, Yaradanla [xaliq] yaradılmış [məxluq] arasında fasilə olduğu insanların dua və istəklərinin Allaha çatması sadəcə olaraq qeyri-mümkündür. Bu səbəbdən də o duaların qəbul olması [daha dəqiq desək Allahla rabitə bərqərar etmək] üçün özü ilə, Allahı arasında vasitə qərar verir. Onlara ibadət edir və bütün ehtiyaclarının qərar verdiyi vasitələrlə aradan qaldırılacağını güman edir.

Bu əqidənin tərəfdarları Allahı, insanlardan uzaq olan hakim və soltanlara bənzədirlər. Belə ki, adi camaat hakimlərlə bir-başa ünsiyyətdə ola bilmədikləri üçün öz sözlərini onlara müxtəlif şəxslərin vasitəsi ilə çatdırır və öz çətinliklərini bu yolla aradan qaldırmış olurlar.

Lakin Allah-taala Qur᾽anın bu və digər ayələrində hər iki əqidənin [yə᾽ni çox allahlıq və vasitə qərar verməyi] batil və əsassız olduğunu bildirir.

1. Birinci əqidənin, yə᾽ni çoxallahlığın batil olduğunu Allah-taala aşağıdakı ayələrlə bəyan edir:

Onlar: «Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!» – deyə cavab vermişdilər.

İbrahim demişdi: «Onları çağırdınız [dua etdiyiniz] zaman sizi eşidirlərmi?

Yaxud sizə bir xeyir və ya bir zərər verə bilərlərmi?»

Onlar: «Xeyr, ancaq biz öz atalarımızın belə [ibadət] etdiklərini gördük!» –deyə cavab vermişdilər». (26/71-74).

Birinci əqidə: Allah-taala çoxallahlıq e᾽tiqadının müqabilində buyurur:

«Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də [müvazinətdən çıxıb] pozulardı».

«Onunla yanaşı [ibadət ediləcək] heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər, [öz məxluqatını ayırıb aparar] və onların bir qismi [dünyadakı paahlar kimi] digərinə üstün olmağa çalışardı. Allah müşriklərin [Ona] aid etdikləri sifətdən tamamilə kənardır!»



İkinci əqidə: İkinici əqidəyə – yə᾽ni insanların özləri ilə Allah arasında vasitə qərar vermələrinə gəldikdə isə, Allah-taala belə bir əqidənin batil olduğunu müxtəlif üsullarla bəyan edir. Bə᾽zən əqidə tərəfdarlarından söylədiklərinə dair dəlil gətirmələrini tələb edir.

«De ki: «[Ey müşriklər!] Əgər [Allah barəsindəki iddialarınızda] haqlısınızsa, dəlilinizi gətirin!» (27/64).

«Onlar: «Bütlərə ibadət edir və onlara tapınmaqda davam edirik!» – deyə cavab vermişdilər. İbrahim demişdi: «Onları çağırdığınız [dua etdiyiniz] zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya zərər verə bilərlərmi?» Onlar: «Xeyr, ancaq biz atalarımızın belə [ibadət] etdiklərini gördük!» – deyə cavab vermişdilər». (26/71-74).

Qur᾽an bə᾽zən onları elə bir mətləbə diqqət yetirmələrini tövsiyə edir ki, onların özləri pərəstiş etdikləri mə᾽budların onlara nə xeyir, nə də zərər verdiklərini dərk etməyə başlayırlar. Belə ki, pərəstiş etdikləri varlıqlar xeyir və zərər verə bilmədikləri kimi, nə onlara bir şey bəxş edə bilir, nə də geri ala və nə onlara həyat verə bilir, nə də öldürə. Demək əql və düşüncəyə malik olan insan belə bir zəif məxluqa ibadət və pərəstiş etməməlidir.

«İbrahim dedi: «Elə isə Allahı qoyub sizə heç bir xeyir və zərər verə bilməyən bütlərəmi ibadət edirsiniz? sizə də, Allahdan başqa ibadət etdiyiniz bütlərə də! Əcəba, [etdiyiniz əməllərin qəbahətini] başa düşmürsünüz?»

«De ki: «Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?» (5/76).

«Məgər buzovun onlarla danışmadığını, onlara bir yol göstərə bilmədiyini görmədinizmi? [Bununla belə] buzova tapınıb özlərinə zülm eləyən oldular». (7/148).

Yaradılmış bir varlığın ibadətə layiq olmaması açıq-aşkar əqli və fitri bir qanundur. Və bu qanun Allahdan başqa, bütün varlıqlara, hətta Peyğəmbərlərə belə şamil olur. Belə ki, Qur᾽ani-kərim bu qəti yasaq barəsində Maidə surəsinin 116-117-ci ayələrində buyurur:

«[Ya Məhəmməd!] Xatırla ki, o zaman [qiyamət günü] Allah belə buyuracaq: «Ya Məryəm oğlu İsa! Sənmi insanlara: «Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!» – demişdin? İsa cavabında deyəcək: «Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz.

Əgər mən bunu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər bir şeyi bilirsən, mən isə Sənin zatında olabilmirəm. Şübhəsiz ki, qeybləri bilən ancaq Sənsən!»

Mən onlara yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: «Mənim də, sizin də Rəbbimiz olan Allaha ibadət edin!» (5/116-117).

«[Ya Məhəmməd!] De ki: «Ürəklərinizdəkini gizlətsəniz də, aşkara çıxarsanız da, Allah onu bilir, çünki O, göylərdə və yerdə olanların hamısını biləndir. Allah hər şeyə qadirdir!» (3/29).

«Əgər Allah sənə bir zərər yetirsə [sıxıntı versə], səni ondan [Allahdan] başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətinə maneçilik edə bilməz». (10/107).

«bbiniz buyurdu: «Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!» (40/60).

Qur᾽an insanın özü ilə Allah arasında vasitə qərar verməsinin batil olduğunu digər ayələrdə də müxtəlif üsullarla bəyan edir.

Bu ayələrdə deyilir: Allah öz bəndələrinə o qədər yaxındır ki, hətta onların gizli saxladıqları sözləri də eşidir, bilir və onlara cavab verir və dərhal onların istəklərini yerinə yetirir. Belə bir varlığın sözsüz ki, heç bir vasitəyə də ehtiyacı da olmayacaqdır.

«Biz ona şah damarından da yaxınıq!» (50/16).



«[Ya Peyğəmbər!] Məgər Allah öz bəndəsinə kifayət deyilmi?!» (39/36).

«O öz qulları üzərində hakimi-mütləqdir. O, hikmət və bilik sahibidir!» (6/18).

«Əgər Allah sənə bir xeyir yetirsə, [heç kəs ona mane ola bilməz]. Çünki O, hər şeyə qadirdir!» (6/17).

«Allah istədiyi bəndənin ruzisini bol edir, [istədiyinkini də] azaldır». (13/26.)



«Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət sahibi olan da Allahdır!» (51/58).

«Ona bənzər heç bir şey yoxdur. O [hər şeyi] eşidəndir, [hər şeyi] görəndir!» (42/11).

«Allah [öz elm və qüdtəri ilə] hər şeyi ehtibar edəndir!»

Yuxarıda qeyd olunan ayələrdən belə bir ümumi nəticəyə gəlmək olur ki, Allah heç də öz bəndələrindən uzaq deyildir. Daim onlara nəzarət və həyatlarını idarə edir. Və belə bir halda insanlar Ona şərik qoşaraq ehtiyaclarının aradan qalxması üçün özləri ilə Onun arasında vasitə qərar verməməlidirlər.

Bəli, O hər yerdə və hamı ilədir. O, hər şeyə qadirdir və heç bir vasitəyə ehtiyacı yoxdur. Qur᾽ani-kərim bu haqda buyurur:

«Aralarında gizli söhbət gedən üç adamın dördüncüsü, badamın altıncısı Allahdır. Onlar bundan az da, çox da olsalar və harada olsalar, Allah yenə onların yanındadır. Sonra qiyamət günü Allah onlara etdikləri əməlləri [bir-bir] xəbər verəcəkdir. Allah hər şeyi biləndir!» (58/7).



«Allah nə istəsə, onu da edər.» (3/40).

«Allah istədiyi hökmi edər». (5/1).



Nəticə:

Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, ibadət yalnız Allaha olunmalı və insan yalnız Onun qarşısında özünü məs᾽uliyyətli hiss etməlidir. Ondan qeyrisinə olunan ibadət və pərəstiş isə hansı üsul və tərz-təfəkkür ilə olursa-olsun mütləq mə᾽nada şirk və Allaha şərik qoşmaq deməkdir. Çünki, Allahdan qeyrisinə ibadət edən bir şəxs sözün həqiqi mə᾽nasında onu özünə tanrı bilmiş olur. Küfr etmiş müşrikləri Allahın birliyinə iman gətirmiş şəxslərdən fərqləndirən xüsusiyyət də məhz budur.



Kataloq: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə