İKİNCİ Cİld on iKİNCİ FӘSİL


ON YEDDİNCİ FƏSİL ƏLAVƏ VƏ HAŞİYƏLƏR



Yüklə 1,43 Mb.
səhifə25/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   30

ON YEDDİNCİ FƏSİL

ƏLAVƏ VƏ HAŞİYƏLƏR


1. Müt᾽ə hədisinin təhrifi;

2. Məhəmməd Əbduhun üç dəfə təlaq vermə barəsində irəli sürdüyü nəzəriyyə;

3. Razinin «Şiə» məzhəbinə qarşı yaxdığı iftira;

4. Allahın, məxluqatı yaratmaq istəməsinə dair nəql olunmuş hədislər;

5. Tale və aqibət üçün edilən duaların təsiri haqda nəql olunmuş hədislər;

6. Bismillah... ayəsi ətrafında aparılan fikir mübadilələri;

7. Yaradılışın başlanması haqda nəql olunmuş hədis və rəvayətlər;

8. Bismillah... ayəsinin Quranın bir hissəsi olub-olmadığı haqda nəql olunmuş hədislər;

9. Müaviyənin namaz qılarkən Bismillah... ayəsini deməyi unutması;

10. Namazda Bismillah... ayəsinin oxunması;

11. Qəbirlərin ziyarət olunması haqda nəql olunmuş hədislər;

12. Alusinin «Şiə» məzhəbinə vurduğu töhmət;

13. Müəllifin, Hicaz alimlərinin biri ilə apardığı elmi mübahisə;

14. İmam Hüseyn (ə)-ın türbətinin fəziləti;

15. Səcdə ayəsinin anlamı (izahı);

16. İblisin, Allah-taala ilə söhbəti;

17. İslam, iki şəhadət verməklə qəbul olunur;

18. İbadətdən məqsəd və onun növləri;

19. Əmrun bəynə əmreyn məsələsi;

20. Şəfaət hədisini nəql edən mənbələr.

MÜT᾽Ə HƏDİSİNİN TƏHRİFİ


Müt᾽ə hədisi Peyğəmbərdən (s), İbni Məs᾽ud tərəfindən bu məzmunda nəql olunmuşdur.

Döyüşlərdən birində Peyğəmbərin (s) yanında idik. Qadınlarımız bizimlə olmadıqları üçün Peyğəmbərin (s) yanına gəlib dedik: Ya Rəsuləllah! İcazə verirsinizmi özümüzü axta edək? O, bunu bizə qadağan edib ətraf məntəqələrdəki dul qadınlara mehriyyə olaraq paltar verərək müvəqqəti evlənməyimizi əmr etdi.

Sonra Abdullah ibni Məs᾽ud müsəlmanların qərərgahına gəlib Peyğəmbərin (s) verdiyi yeni hökmü onlara e᾽lan etdi. Ey mö᾽min qardaşlarım! Allahın sizə halal etdiyi şeyləri özünüzə haram etməyin və başqalarının namusuna təcavüz etməyin. Çünki, Allah təcavüz edənləri sevməz.

Alim, mühəddis və müfəssirlərin bir çoxu bu hədisi Səhih Buxaridən yuxarıdakı ifadələrlə nəql etmişlər. Lakin, Səhih Buxarinin hal-hazırkı nüsxələrində bu rəvayət bir qədər fərqli ifadələrlə nəql olunmuşdur.

1) Müt᾽ə ilə müxalif olan şəxslər ibni Məs᾽udu Buxarinin istinad etdiyi mühəddislər sırasından ixtisara salmışlar. Çünki, onlar çox gözəl bilirlər ki, ibni Məs᾽ud müt᾽əni qəbul etmiş və bu hökmün tərəfdarlarından biri olmuşdur. Belə ki, rəvayətin nəql olunmasında onun adının çəkilməsi, rəvayətdə nəql olunan nikahdan «müvəqqəti evlənmənin» nəzərdə tutulduğunu və bunun tamamilə qanuni olduğunu sübuta yetirir.

2) Onlar rəvayətin sonunda istifadə olunan «ila əcəlin musəmma» ifadəsinin ixtisara salmaqla rəvayətin məzmununda dəyişiklik aparmağı belə özlərinə rəva bilmişlər. Çünki, məhz bu ifadəylə nikahın müvəqqəti olduğu oxucuya bəlli olur. Belə ki, hədisi şərh edən mühəddislər «ila əcəlin» ifadəsinin bu mə᾽nada təfsir etmişlər. Onların fikrincə döyüş zamanı Peyğəmbərin (s) müsəlmanlara nikah əmrini verdiyi zaman daimi evlənməni deyil, məhz müt᾽əni nəzərdə tutmuşdur. Və müsəlmanların «ləysə mə᾽əna nisa – qadınlar bizimlə deyillər» demələri bir daha bu mətləbi sübuta yetirir. Çünki, «qadınlar» dedikdə onlar hər hansı bir qadını deyil, öz daimi qadınlarını nəzərdə tutmuşlar. Və əgər orada heç bir qadın olmasaydı, Peyğəmbərin (s) müsəlmanların evlənmələrinə icazə verməsi heç bir məfhum kəsb etməzdi.

Bunu da qeyd etmək lazımdır ki, bu ifadə bə᾽zi rəvayətlərdə «ləysə ləna nisaən» mənsubiyyət bildirən «lə» şəkilçisi ilə qeyd olunmuşdur. (Yə᾽ni qadınlarımız bizimlə deyillər).

Apardığımız kiçik araşdırmadan belə mə᾽lum olur ki, müsəlmanlar daimi nikahla olan qadınlarını özləri ilə döyüşə aparmamış və Peyğəmbər (s) onların günaha düçar olmamaları üçün müvəqqəti evlənməni onlara əmr etmişdir.

Müt᾽ə hökmünə dəlalət edən rəvayətlər olduqca çox və mö᾽təbər olduğu üçün bu hökmə qarşı müxalif mövqe tutanlar belə, onu qətiyyətlə inkar edə bilməmişlər. Bu səbəbdən də başqa bir bəhanəyə əl ataraq bu hökmün sonralar nəql olunmuş digər rəvayətlərdə verilən yeni hökümlərlə nəsx olunduğunu iddia etmişlər. Lakin irəli sürüdükləri bu nəzəriyyə də onlar üçün bir o qədər də səmərəli olmamışdır. Belə ki, irəli sürülən yeni nəzəriyyə sübuta yetirilməməklə yanaşı, «müt᾽ə» hökmünə də heç bir xələl gətirə bilməmişdir.

Bu səbəbdən də rəvayətlərin məzmununda təhrif və dəyişikliklər aparmaq onların son ümidinə çevrilmişdir. Allah-taaladan diləyimiz budur ki, onların qərəzli niyyətlərinin kökünü kəsib onları bu işdə uğur qazanmaqdan məhrum etsin.

Lakin bə᾽zi mühəddis və müfəssirlər «müt᾽ə» hədisini Səhih Buxaridən təhrifə yol vermədən öz kitablarında olduğu kimi nəql etmişlər.

1. Biyhəqi – «Sünən Biyhəqi» 8-ci cild 200-ci səh. Heydərabad çapı.

2. Süyuti – «Süyutinin təfsiri» 3-cü cild 207-ci səh. Misrin Məyməniyyə çapxansı.

3. Zeyləi – «Nəsburrayə» 3-cü cild 180-cı səh. Darut-təlif çapxanası.

4. İbni Teymiyyə – «Muntəqa» 2-ci cild 517-ci səh. Hicaz çapı.

5. İbni Qəyyim – «Zadul mə᾽ad» 2-ci cild 16-cı səh. Məhəmmədəli çapxanası.

6. Qənuçi – (Rovzətul nədiyyə) 2-ci cild 16-cı səh. Muniriyyə çapxanası.

7. Məhəmməd ibni Süleyman – «Cəmul fəvaid» 1-ci cild 589-cu səh. Darut tə᾽lif çapxanası.

8. Əhməd ibni Hənbəl – «Musnəd» 1-ci cild 430-cu səh.

9. Qurtəbinin təfsiri 5-ci cild 130-cu səh.

10. İbni Kəsirin təfsiri, 2-ci cild 87-ci səh.

11. Əhkamul-Qur᾽an 2-ci cild 184-cü səh.

12. Hazəmi – «Əl-e᾽tibar» 179-cu səh.

Müt᾽ə hədisi yuxarıda qeyd olunan mənbələrlə yanaşı, ibni Hatəm Bəstinin «Səhih ibni Hatəm» adlı kitabında və digər mənbələrdə də nəql olunmuşdur.



Kataloq: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə