İKİNCİ Cİld on iKİNCİ FӘSİL


MÜT᾽ƏNİN HARAMLIĞINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRİN TƏHLİLİ



Yüklə 1,43 Mb.
səhifə7/30
tarix05.05.2017
ölçüsü1,43 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   30

MÜT᾽ƏNİN HARAMLIĞINA DAİR NƏQL OLUNMUŞ RƏVAYƏTLƏRİN TƏHLİLİ


Müt᾽ənin haram olduğuna istinad edənlər bu məzmunda nəql olunmuş rəvayətlərin üç hissədən ibarət olduğuna əsaslanırlar:

1. İstinad etdikləri rəvayətlərdən biri Bəy ibni Sirədən nəql olunmuş – «Peyğəmbər (s) Kə᾽bənin qapısı ağzında durub camaata xitab edərək buyurdu: Ey camaat! Müt᾽ə mənim dinimdə qiyamət gününədək sizlərə haram edildi» – hədisidir.

2. Əli (ə)-ın, Peyğəmbərdən (s) müt᾽ənin haramlığına dair nəql etdiyi hədis;

3. Bu rəvayətlərdən biri də Sələmət ibni Zev᾽dən nəql olunmuşdur.

İndi isə onların hər biri haqda: İbni Siyrindən nəql olunmuş rəvayət bir çox mənbələrdə nəql olunsa da, vahid xəbər halında və yalnız bir nəfərdən nəql olunmuşdur. Vahid xəbərlə isə Qur᾽anın isbat olunmadığına dəfələrlə işarə etmişik.

Bütün bunlarla yanaşı rəvayətin uydurma və əsassız olduğu göz qabağındadır. Çünki necə ola bilər ki, Peyğəmbərin (s) Kə᾽bə yaxınlığında verdiyi yasaq hökmünü İbni Siyrindən savayı başqa birisi nə eşitmiş, nə də nəql etmişdir?!

Görəsən Peyğəmbərin (s) bütün buyruqlarını bir-birinə nəql edən və onları başqalarına çatdıran Ənsar və Mühacir o zaman harada idilər?!

Əgər bu rəvayət mö᾽təbər olmuşsa, bəs nə üçün Ömər müt᾽əni yasaq etdikdə bu rəvayətə istinad etməmiş və onu öz şəxsi rə᾽yi olduğunu bildirmişdir?! Bütün bunlarla yanaşı, İbni Siyrənin özünün nəql etdiyi rəvayətlər arasında ziddiyyət olduğu üçün bir-birini təkzib edir. Belə ki, nəql etdiyi rəvayətlərdən birində müt᾽ə hökmünün yasaq olduğunu «həccətül-vidada» başqa birisində isə Məkkənin fəthində verildiyini göstərir.

Əli (ə)-dan müt᾽ənin haramlığına dair nəql olunmuş rəvayətə gəldikdə isə, qətiyyətlə deyə bilərik ki, bu rəvayət də uydurulmuş digər rəvayətlər sırasına daxildir. Çünki hər bir müsəlman bu həqiqəti çox yaxşı dərk edir ki, Məkkə fəth olunarkən müt᾽ə hökmü hələ də qüvvədə qalmaqda idi. Demək, Əli (ə)-ın Məkkənin fəthindən əvvəl baş vermiş Xeybər döyüşündə İbni Abbasa müt᾽ənin haramlığı haqda bir şey deməsi sadəcə olaraq qeyri-mümkündür.

Bu səbəbdən də əhli sünnə alimlərinin bə᾽ziləri belə bir fərziyyə irəli sürmüşlər ki, bəlkə də Xeybər döyüşündə Əli (ə)-dan nəql olunmuş rəvayət müt᾽ə hökmünə deyil, yalnız əhilləşdirilmiş ulağ ətinin yeyilməsinin haramlığına aiddir. Müntəqi və Biyhəqinin «Sünən» adlı kitabında bu rəvayətin nəql olunduğunu əsas götürərək İbni Əyniyyə də bu barədə həmən fərziyyəni irəli sürmüşdür. Lakin bu fərziyyəni iki səbəbdən əsassız hesab etmək olar:

1. Belə bir ehtimal ərəb dili qarammatikası ilə tamamilə ziddiyyə təşkil edir. İnkaredici əlamət forması bu rəvayətdə yalnız bir dəfə o da rəvayətin əvvəlində qeyd olunur. «Zəməni Xeybər» cümləsi də onun zaman və məkanını inkar etsə də, haram olunun həmən iki şey, yə᾽ni müt᾽ə və əhilləşdirilmiş ulağ ətinin yeyilməsi nəzərdə tutulur. Demək, onların hər ikisi həmən zaman və həmən məkanda yasaq olunmuşdur. Çünki əgər bir şəxs (Əkrəmtu zəydən və ömərən yovmul cümə) dedikdə təbii ki, onların hər birini «Zeyd və Ömərə» eyni gündə, yə᾽ni cümə günü ehtiram etdiyini bildirmək istəyir. Və əgər yalnız Ömərə cümə günü ehtiram etdiyini bildirmək istəyirsə, belə olduqda (Əkrəmtu zəydən və əkrəmtu ömərən yovməl cüməti – Zeydə ehtiram etdim və Ömərə də cümə günü ehtiram etdim) deməlidir. Yə᾽ni cümlə belə bir mə᾽na daşıdıqda (Əkrəmtu) kəlməsi iki dəfə işlənməlidir haqqında söhbət açıdığmız rəvayətdə isə inkar forması yalnız bir dəfə işlənmişdir.

Bu səbəbdən də deyə bilərik ki, qarammatik qanunlara əsasən, zaman şəkilçisi işləndiyi üçün hər iki mətləbə dəlalət edir. Lakin bu kimi rəvayətlərin yalan və uydurmadan savayı bir şey olmadığı kimsədən gizli deyildir.

2. Buxarinin, Müslümün və Əhməd ibni Hənbəlin də Əli (ə)-dan nəql etdikləri rəvayət də bu rəvayətlə tam ziddiyyət təşkil edir. Rəvayətdə deyilir: (Nəha rəsulullah səlləllahi ələyhi və alih ən mutətinnisai yovmə xəybərin və ən luhumil humuril ənsiyyəti – Peyğəmbər [Allahın salam və salavatı olsun ona] bizi Xeybər günü qadınlarla müt᾽ə etməyi və əhilləşdirilmiş ulağ ətini yeməyi yasaq etdi).

Bununla yanaşı Biyhəqi kitabının «Müt᾽ə» fəslində müt᾽ənin haramlığına dair Abdullah ibni Ömərdən rəvayət nəql edir.

Göründüyü kimi verilən ehtimal ilə bu rəvayət arasında heç bir bağlılıq yoxdur və hökmün verilməsi yalnız Xeybər döyüşünə dəlalət edir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, müt᾽ənin haramlığına dair verilən hökm Xeybər günündə olmamış, əhilləşdirilmiş ulağ ətinin haramlığına dair sadir olan hökm həmən gün verilmişdir.

Sələmə ibni Əkvə᾽nin atasından – Peyğəmbərin (s) Əutas günü yalnız üç gün müsəlmanlara müt᾽ə etməyə icazə verdiyinə dair nəql etdiyi rəvayətə gəldikdə isə deməliyik ki, bu rəvayət də vahid xəbər halında nəql olmuşdur və Qur᾽anı vahid xəbərlə isbat olunması əsla düzgün deyildir.

Əgər doğrudan da Peyğəmbər (s) müt᾽əni haram etmişsə nə üçün əshab və mühacirlər bundan xəbərsiz qalmışlar və nə üçün Əbu Bəkr özünün xilafət dövründə və Ömər xilafətinin son illərinədək buna icazə vermişlər?!

Bir qədər əvvəl İbni Həzmin, Əshab və mühacirlərin bə᾽zilərinin müt᾽ənin halal olduğuna dair nəql etdikləri hədis və rəvayətlərə işarə etdik. Burada da biz o rəvayətlərdən bə᾽ziləri haqda söhbət açacağıq.

İbni Cərir özünün «Təzhibul asar» adlı kitabında Süleyman ibni Yəsardan o da Əbil Xəsimənin qazı Ümmi Abdullahdan nəql etdiyi rəvayətdə deyilir: Günlərin bir günündə bir yolçu onun [Ümmi Abdullahın] evinə gəlib deyir: Təlik məni lap zara gətirib, yaxınlıq etmək üçün mənə bir qadın tap! Ümmi Abdullah deyir: Mən ona kiminlə olmağını məsləhət gördüm. Onlar da şərtəlşib bir neçə adil şəxsi buna şahid tutdular. Bir qədər sonra həmin qadından ayrılıb getdi. Ömər bu əhvalatdan xəbərdar olub məni yanına çağırdı və dedi: Filan qadın barədə mənə gəlib çatan sözlər düzdürmü?

Dedim: Bəli.

Ömər dedi: Əgər həmən şəxs yenidən Mədinəyə qayıdarsa mənə xəbər ver!

Həmən kişi yenidən Mədinəyə qayıtdıqda Ömərə xəbər verdim. Ömər onu yanına çağırıb dedi: Nə üçün bu işi gördün? Şəxs cavab verdi. Peyğəmbərin (s) zamanında müt᾽ə edərdik və o bunu bizə yasaq etməzdi və o Həzrətin (s) ömrünün son gününədək bu belə davam etdi. Ondan sonra Əbu Bəkr xəlifə oldu və o da ömrünün sonunadək bunu bizə yasaq etmədi. Əbu Bəkrdən sonra isə sənin xilafət dövrün başlandı və mən bu günədək müt᾽ə edər və sənin bunun yasaq etdiyini görməmişdim. Ömər dedi: And olsun Allaha! Əgər əvvəllər bunu yasaq etmiş olsaydım, daşqalaq olunmağını əmr edərdim. Sonra bundan belə müt᾽ənin haram olduğunu hamıya e᾽lan etməyi əmər etdi. O, tə᾽kidlə deyərdi: Müt᾽ənin haram olduğunu hamıya bildirin ki, qanuni evlənmə ilə zinakarlığı bir-birindən ayırmaq olsun.

İbni Cərir öz kitabında Əbu Yə᾽ladan və Əbu Davud özünün «Nasix» adlı kitabında Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyir: Əgər Ömər müt᾽əni haram etməsəydi, fasid və səfehlərdən savayı heç kim zina etməzdi. Hər iki rəvayət müt᾽ənin əvvəllər yasaq olunmadığına, yalnız Ömərin xilafət dövründə yasaq olunduğuna dəlalət edir.

1. Hər iki rəvayətdə Əli (ə) və Ümmi Əbdüllah adlı bir səhabə müt᾽ənin, Peyğəmbərin (s) zamanında və ondan sonra da Ömərin xilafət dövrünədək haram olmadığına şəhadət verdikləri göstərilir.

2. Birinci rəvayətdə göstərilir ki, bir neçə adil şəxs (heç bir irad tutmadan və onu bundan çəkindirmədən) Şamdan olan bir yolçunun müt᾽ə etdiyinə şəhadət vermişlər. Buradan belə mə᾽lum olur ki, müt᾽ə onların nəzərində, daha dəqiq desək, əqidələrinə əsasən qanuni və adi bir məsələ olmuşdur.

3. Ömərin özü Şamlı yolçunun – «Peyğəmbər (s) bizə müt᾽əni yasaq etməmişdir» deməsini təkzib etməmiş, əksinə onu təsdiq etmişdir.

4. Ömərin «Əgər əvvəllər yasaq etmiş olsaydım, daşqalaq olmağını əmr edərdim» deməsi, bir daha buna dəlalət edir ki, əhvalat baş verməzdən əvvəl müt᾽ənin yasaqlığına dair camaata heç bir rəsmi mə᾽lumat verilməmişdir. Yalnız bu əhvalatdan sonra Ömər müt᾽ənin yasaq olunmasına dair hökm sadir edir və bu hamıya rəsmi olaraq bildirir.

5. ömərin – «Müt᾽ənin haram olduğunu hamıya bildirin ki, qanuni evlənmi ilə zinakarlığı bir-birindən ayırmaq olsun» deməsi də bir daha o zaman müt᾽əyə müsəlmanlar tərəfindən əməl olunmasına dəlalət edir. Xəlifə isə yasaq hökmünü sadir etməklə müt᾽əni, zinakarlıqdan ayırmaq və müsəlmanları bu yolla müt᾽əyə əməl etməkdən çəkindirmək istəmişdir.

Bəlkə də bu cərəyan birbaşa və ya qeyri-müstəqim olaraq müt᾽ənin yasaq olunmasında öz tə᾽sirini göstərmişdir. Çünki, rəvayətdə müsəlmanların müt᾽əyə əməl etdikləri bəlli olduğu bir halda Ömərin Şamlı yolçunun gördüyü işi inkar etməsi (və adətən bir o qədər əhəmiyyət kəsb etməyən belə bir xəbərin ilk növbədə xəlifənin satmadığı bir halda) və bu xəbərin xəlifənin qulağına çatması açıq-aşkar buna dəlalət edir ki, bu cərəyan gizli olaraq baş vermiş və ravilər bundan ya xəbərsiz qalmış, ya da özləri bilərəkdən bunu gizli saxlamışlar. Bunun nəticəsində bizlərə bir şey gəlib çatmamışdır.

Bu rəvayət Sələmə ibni Əkvədən müt᾽ənin haramlığına dair nəql olunmuş rəvayət nə zaman və necə haram olunması baxımından ziddiyyət təşkil etməklə yanaşı və bir qədər əvvəl tutulan iradlarla bərabər bir neçə başqa əsaslı nöqsanı da vardır. O da bundan ibarətdir ki, Sələmənin nəql etdiyi rəvayət müt᾽ə ayəsinin nəsx olunmasını qəbul edən şəxslərin irəli sürdükləri fərziyyələrdə özünü əks etdirir. Çünki, «İnkar edici» kəlmənin bu rəvayətdə məchul halda işləndiyinə ehtimal verilir və bu inkar formasından məqsəd Ömərin Peyğəmbərdən (s) sonra verdiyi yasaq hökmü nəzərdə tutulur. Yə᾽ni rəvayət əvvəlindəki [müt᾽əyə] icazə Peyğəmbərdən (s) yasaq hökmü isə Ömər tərəfindən verilmişdir. Belə olduqda rəvayətdən əldə etdiyimiz mə᾽na bundan ibarət olacaqdır: «Peyğəmbər (s) müt᾽əni müsəlmanlara icazə vermiş, Ömər isə bunu onlara yasaq etmişdir. Belə bir qənaətə gəlirik ki, müt᾽ə hökmünü Peyğəmbər (s) ömrünün sonunadək müsəlman ümmətinə yasaq etməmişdir. Əgər yasaq hökmü verilmişsə bu xəlifə ömər tərəfindən verilmiş və onun özü buna e᾽tiraf edərək demişdir:

(Mut᾽ətani kanəta əla əhdi rəsulillah və əna ənha ənhuma və uaqibu ələyhima – Peyğəmbərin (s) zamanında mövcud olan iki müt᾽əni mən sizə yasaq edirəm və ona əməl edən hər bir şəxsi cəzalandıracam.)

Əgər belə bir qadağa Peyğəmbər (s) tərəfindən olsaydı Ömər (ənha ənhuma – o iki şeyi yasaq edirəm) demək əvəzinə, (Nəhənnəbi ənhuma – Peyğəmbər (s) o iki şeyi sizə yasaq etmişdir) deməli idi.



Kataloq: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular

Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə