İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

BİBLİOQRAFİYA 

 

1.

 



əl-Bələzuri, Əbül-Abbas Əhməd b. Yəhya b. Cabir, Futuhul-buldan, Beyrut 

1978 


2.

 

Bünyadov, Ziya, Azərbaycan VII-IX. əsrlərdə, Bakı 1989. 



3.

 

Caferoğlu, A., Azerbaycan, İstanbul 1940. 



4.

 

əl-Gərdizi, Əbu Səid Abdulhayy b. Dəhhaq b. Mahmud, Zeynul-əxbar, y. y., 



h. 1347. 

5.

 



Nəcib, Fayiz İskəndər, əl-Futuhatul-İslamiyyə li biladil-Qurc, İskəndəriyyə 

1988. 


6.

 

Şeyxülislam Allahşükür PaşazadəQafqazda İslam, Bakı 1991. 



7.

 

ət-Təbəri,  Əbu Cəfər Muhəmməd b. Cərir,  Tərixul-üməm vəl-muluk, I-XII, 



Qahirə, t. y. 

8.

 



Бартольд,  В.  В.,  Место  прикаспийских  областей  в  истории 

мусульманского мира, Баку 1924. 

9.

 



Беляев, Е. А., Мусульманское сектантство, Москва 1967. 

10.


 

Гиргас. В.,  Права христиан на востоке по мусульманским законам, С. 

Петербург 1865. 

                                                 

23

 Paşazadə, a. k. ə., s. 104, 105. 



Qoşqar Səlimli 

114


11.

 

Крымский,  А.  Е.,  Страницы  из  истории  Северного  или  Кавказского 



Азербайджана, Ленинград 1938. 

12.


 

Мец, Адам, Мусульманский ренессанс, Москва 1966. 

13.

 

Пигулевская,  Н.  В.,  К  вопросу  об  общественных  отношениях  на 



Ближнем Востоке, Москва 1948. 

14.


 

Розен, В., Рецензия на “Alberunis İndia”, Zvorao 1888. 

15.

 

Якубовский, А. Е., Ирак на грани VIII-IX. вв, y. y., 1937. 



 

 

 



İlk Dövrlərdə İslamın Azərbaycanda Yayılması 

115


 

XÜLASƏ 

 

Hər bir fikrin, düşüncənin, ilahi və bəşəri dəyərlərin bir yerdə yayılması, onun 

malik olduğu prinsiplər silsiləsi ilə  sıx bağlıdır.  İnsanlar, onları  dərindən öyrənər, 

analiz edər və yalnız müsbət rəy formalşdıqdan sonra onu qəbul edib yaşayarıar. 

Bu baxımdan İslam, yaranmasından çox qısa bir müddət keçməsinə baxmayaraq, 

artıq ilkin dövrlərdə ətrafındakı yaxın və uzaq bölgələrdə vüsətlə yayılmış, insanların 

təqririni qazanmışdır. 

Məqalədə  İslamın ilk dövrlərdə Azərbaycanda və regiondakı bölgələrdə 

yayılması  məsələsi tədqiq edilmişdir. Bu məsələyə  işıq tutması üçün tarix və 

coğrafiya  əsərlərinə müraciət edilmiş  və qiymətli məlumatlar  əldə edilmişdir. Elmi 

məqalənin, bu sahə ilə maraqlananlar üçün faydalı olacağını ümüd edirik. 

 

РЕЗЮМЕ 

 

Распространение  каждой  мысли,  божественных  и  общечеловеческих 



ценностей  тесно  связано  от  цепи  её  принципов.  Люди  глубоко  изучают  и 

анализируют  эти  принципы,  и  только  при  формировании  положительного 

заключения принимают их. 

С  этой  точки  зрения  Ислам,  за  короткое  время  своего  появления, 

распространился  в  близлежащих  и  отдаленных  регионах  и  был  признан  их 

населением. 

В этой статье было исследовано распространение Ислама в Азербайджане 

и в регионе в общем. Для изучения этого вопроса были использованы научные 

работы  по  истории  и  географии,  в  которых  имелось  ценные  информации  о 

теме. Предполагаем, что данная статья будет полезна для интересующихся этой 

темой.  

 

 

 


Qoşqar Səlimli 

116


 

RESUME 

 

There is a close relatioship between the spread of a thought, celestial and earthly 



values and its chain of principles. Only after comprehending them properly, 

analyzing and forming a good opinion of them, would they accept these principles 

and apply them to their lives.  

In this sense, shortly after Islam emerged, it spreaded across neighboring 

empires and met the approval of their inhabitants over a short period of time in its 

early years. 

In this article, the spread of Islam in Azerbaijan and nearby regions in its early 

years was examined. To shed light on some perespectives of this subject matter, I 

refered to historical and geografical sources and came up with notable information. I 

hope that, the article will provide benefits to those who is interested in this field.  

 

 


Türkçülük, İslamçılıq və müasirlik ideoloji sistemi Azərbaycan dövlətçiliyinin əsas amillərindən biri kimi 

117


UOT 1(09)  

 

TÜRKÇÜLÜK, İSLAMÇILIQ VƏ MÜASİRLİK İDEOLOJİ 

SİSTEMİ AZƏRBAYCAN DÖVLƏTÇİLİYİNİN ƏSAS  

AMİLLƏRİNDƏN BİRİ KİMİ 

 

Rafail Ayvaz oğlu Əhmədli   

Fəlsəfə elmləri doktoru, 

Azərbaycan Respublikasının Prezidenti yanında  

Ali Attestasiya Komissiyasının şöbə müdiri 

 

 

Açar sözlər: müasirlik, islamçılıq, türkçülük, milli özünüdərk, milli şüur, milli 

dövlət 

Key words: Turkism, Islamism, modernism, national identity, national 

consciousness, the national state. 

Ключевые  слова:  тюркизм,  исламизм,  модернизм,  национальная 

самоидентификация, национальное самосознание, национальное государство. 

 

Azərbaycanın müstəqilliyinin möhkəmləndiyi, demokratik dövlətçilik ideologi-

yasının daha da inkişaf etdiyi müasir dövrümüzdə bu üç sütunlu ideoloji sistemin yeri və 

rolu danılmazdır. Ümummilli lider Heydər  Əliyev tərəfindən irəli sürülmüş azər-

baycançılıq ideologiyasının həyata keçirildiyi bir vaxtda çoxmillətli respublikamızda bu 

ideologiyanın hər bir sütununun ayrı ayrılıqda milli birliyin yaradılmasında öz funk-

siyası və  rolu vardır.  

XX  əsrin  əvvəllərində milli oyanış  zəminində müasirlik, islamçılıq və türkçülük 

kimi təməl prinsipləri üzərində milli-demokratik dövlətçilik məfkurəsinin təşəkkül 

tapması Azərbaycan xalqının milli-azadlıq uğrundakı mübarizəsinin ideoloji əsası 

anlamında çox mühüm bir nailiyyəti idi. Bu, hər  şeydən  əvvəl xalqımızın keşməkeşli 

əsrlərdən keçib gələn istiqlal əzminin yeni məcrada aydın ideya-siyasi məna kəsb 

etməklə düzgün istiqamətə yönəlməsi, geniş vüsət alması deməkdir. Lakin nəzərdən 

keçirilən dövrdə  fəlsəfi və ictimai-siyasi fikirdə müasirlik, islamçılıq və türkçülük 

ideyalarının qərarlaşmasını  və milli-demokratik dövlətçilik məfkurəsi formasında 

təşəkkülünü müsəlman  Şərqində  sırf Azərbaycan hadisəsi hesab etmək, təkcə 

Azərbaycan məkanı ilə  məhdudlaşdırmaq da düzgün olmazdı. Çünki bu, daha geniş 

etnocoğrafi miqyasa malik olub, Türkiyə üçün, eləcə  də  İran türkləri, habelə çar 



 Rafail Ayvaz oğlu Əhmədli 

118


Rusiyasının milli müstəmləkə zülmünə  məruz qalmış  və qurtuluş  uğrunda ayağa 

qalxmış digər türkdilli xalqlar üçün də səciyyəvi olan hadisədir.  

İlkin mənbələrin araşdırılması  və elmi-nəzəri təhlili  əsasında demək olar ki, 

avropalaşmaq, islamlaşmaq və türkləşmək ideyaları tarixən ilkin olaraq mədəni-

maarifçilik xarakteri daşımış, hadisələrin obyektiv gedişi prosesində zaman-zaman 

təkamül edərək cilalanmış  və aydın sosial-siyasi məna və yönüm kəsb etmişdir. Bu 

ideyaların qarşılıqlı əlaqəsinin, getdikcə bir-birini tamamlamasının nəticəsi olaraq Azər-

baycanda milli-azadlıq hərəkatının istiqamətverici nəzəri  əsası olan «türkləşmək, 

islamlaşmaq və müasirləşmək» kimi ideoloji sistem yaranmış, milli şüura güclü təsir 

göstərmişdir. 



«Avropalaşmaq» ideyasının meydana gəlməsi heç də  hər hansı bir subyektiv 

istəyin, arzunun ifadəsi deyildi. Bu, artıq bəşər tarixində başlanmış  və onun ayrılmaz 

tərkib hissəsi olan Azərbaycanın ictimai həyatında da öz əksini tapmış yeniləşmə, milli 

intibah, milli oyanış  zərurətinin təzahürü kimi meydana gəlmişdir. Çarizminin ağır 

müstəmləkə zülmü şəraitində milli azadlıq yolunda hələlik konkret siyasi iddiaların irəli 

sürülməsinin qeyri-mümkün olduğu və bunun üçün müvafiq ictimai-siyasi mühitin, 

aparıcı qüvvələrin yetişmədiyi bir dövrdə «avropalaşmaq» ideyasının ortaya çıxması 

dinc, təkamül xarakterli mədəni yeniləşmə, inkişaf yolu ilə milli azadlığa və tərəqqiyə 

nail olmağın mümkünlüyünə nikbin inamdan irəli gəlirdi. Həmin ideyanın 

gerçəkləşdirilməsi səylərinin ilk növbədə  mədəni-maarif, elm və  təhsil sahəsindən 

başlanılması işinin arxasında da məhz bu tarixi reallıqlar dayanırdı. 

Müasirləşmək üçün «avropalaşmaq» modelinin seçim kimi götürülməsi məsələsi 

də  təsadüfi olmayıb, bir sıra tarixi-mədəni faktorla izah olunur. Məlumdur ki, bəşər 

tarixinin XVII əsrlə başlanan yeni feodalizmdən kapitalizmə keçid dövrü mənşəcə 

Avropa ilə bağlıdır. Bu dövrdən Avropa iqttisadiyyat, siyasət, elm, texnika, təhsil və s. 

sahələrdə böyük uğurlar qazanır, mədəni, demokratik dəyərləri ilə  bəşəriyyətə 

nümunələr göstərirdi. Bir vaxtlar Qərbə «müəllimlik» etmiş Şərq isə o zaman özünün 

tənəzzül, durğunluq və ətalət dövrünü yaşayırdı. Avropa ilə əlaqələrin getdikcə artması 

Şərqdə də ona rəğbət qazandırırdı. Prof. Yusif Rüstəmovun yazdığı kimi, «XVIII-XIX 

əsrlərdən başlayaraq  Şərq ölkələri intibah dövründən sonra yaranan yeni Qərb sivi-

lizasiyasını mənimsəməyə maraq göstərir və dövrün qabaqcıl adamları Qərbin mənəvi-

əxlaqi dəyərlərinə toxunmadan, onun yalnız elm və texnikasını qəbul etməyin yollarını 

axtarmağa can atırlar. Bu proses indiyə qədər davam edir. Sonralar demokratiya prin-

siplərinin, siyasi-hüquqi sistemlərinin qəbul edilməsi vəzifəsi irəli sürüldü. Olduqca 

çətin bir problem ortaya çıxdı: necə etmək lazımdır ki, öz dinini, milliyətini itirmədən 

Qərb sivilizasiyasını qəbul edək» [9]. 



Türkçülük, İslamçılıq və müasirlik ideoloji sistemi Azərbaycan dövlətçiliyinin əsas amillərindən biri kimi 

119


Elmi araşdırmalar göstərir ki, XIX əsrin ikinci yarısında - XX əsrin  əvvəllərində 

istər Osmanlı Türkiyəsində, istər çar Rusiyasında və İran şahlığında yaşayan qabaqcıl 

türk düşüncə sahibləri arasında «türkləşmək, islamlaşmaq, müasirləşmək» məfkurə 

sistemində «avropalaşmaq» fikri ilkin olaraq irəli sürülmüşdür. Osmanlı 

imperatorluğunda Sultan III Səlimin islahatları,  Şimali Azərbaycanda hələ sağlığında 

«Şərqin tatar Molyeri» kimi şöhrət qazanmış M.F.Axundovun rus, alman, fransız, 

ingilis dillərinə  də  tərcümə olunmuş  məşhur «Təmsilat»ı, milli mətbuatımızın banisi 

H.Zərdabinin «Əkinçi»si, 1875-ci ildə  Cənubi Azərbaycanda müasir tipli Təbriz 

«Darülfünun»ün açılması ilə başlanan «avropalaşmaq», «müasirləşmək» hərəkatı bu 

günümüzdə də aktuallığını yeni anlamda saxlamaqdadır

Kökündə «avropalaşmaq» ideyası dayanan müasirləşmək düşüncəsinin zamanla 

ayaqlaşan dəyərlərin mənimsənilməsi, zəmanənin mədəni həyat tərzinə uyğunlaşmaq, 

müasir elm və texnikaya yiyələnmək və bunların nailiyyətlərindən yaradıcılıqla istifadə 

etmək anlamında milli şüura nüfuz etməsi XIX əsrin ikinci yarısında - XX əsrin 

əvvəllərində Azərbaycan ictimai-siyasi, fəlsəfi,  ədəbi-bədii və publisistik fikrinin 

intibahına dəlalət edir.  

Doğma xalqının tərəqqisinə çalışan M.F.Axundov özünün məşhur komediyaları ilə 

ilk dəfə olaraq o zamankı Azərbaycan  ədəbiyyatına, fəlsəfi fikrinə milli oyanışın, 

yeniləşmənin labüdlüyündən xəbər verən avropasayağı ab-hava, realist-tənqidi düşüncə 

tərzini gətirmişdr. Onun 1850-ci ildə  qələmə aldığı «Hekayəti-Müsyo Cordan həkimi 

nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur» komediyası nəinki Azərbaycanı, ümu-

miyyətlə müsəlman  Şərq dünyasını yeniliyə, elmə, maarifə çağıran «avropalaşmaq» 

ideyasının ilk, həm də klassik bədii nümunəsidir. Bütövlükdə götürdükdə 

M.F.Axundovun komediyalarında tənqid və inkar həm də konkret müsbət ideal naminə 

aparılır, ağlın, dünyəvi elmlərin, qabaqcıl mədəniyyətin, həqiqi zəhmətin, dünyanı yeni 

dərketmə sisteminin təbliğinə kömək edirdi.  

XIX  əsrin ikinci yarısında - XX əsrin ilk illərində Azərbaycan xalqının mədəni 

intibahında baş vermiş bir çox mühüm nailiyyətlər Həsən bəy Zərdabinin həyat və 

fəaliyyəti ilə bağlıdır. İstər Zərdabinin və istərsə də «Əkinçi» qəzeti ətrafında toplaşan 

Azərbaycan ziyalılarının xalqımızın maariflənməsində, cəhalət və mövhumat 

buxovlarından azad edilməsində  və  mədəni inkişaf yoluna düşməsində göstərdikləri 

xidmətləri milli oyanışda mühüm rol oynamışdır. Milli şüurun oyanışı  və milli 

mədəniyyətin dirçəlişi isə öz növbəsində milli azadlıq hərəkatının yaranması üçün 

zəmin hazırlayırdı.  

XX  əsrin  əvvəllərində  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  Ə.Topçubaşov, N.Nərimanov, 

M.Ə.Rəsulzadə, C.Məmmədquluzadə, M.Ə.Sabir və b. Azərbaycan ictimai mühitində 


 Rafail Ayvaz oğlu Əhmədli 

120


milli dəyərlərin fəal müdafiəçiləri rolunda çıxış etsələr də, Avropanın mütərəqqi sosial-

siyasi və mədəni dəyərlərinə uyğun müasirləşməni hərarətlə təbliğ etmişlər.  



«İslamlaşmaq» və daha sonralar isə «islamçılıq» kimi formalaşan milli məfkurə 

ideyası da milli birliyə nail olmaq zərurətindən irəli gəlmişdir. Türkçülük prinsipi 

kimi islamlaşmaq məfkurə  cərəyanı da öncə Osmanlı Türkiyəsində  təşəkkül tapmış 

və getdikcə Rusiya imperiyasında yaşayan məhkum türkdilli xalqlar, o cümlədən 

azərbaycanlılar arasında da yayılmağa, milli demokratik dövlətçilik məfkurəsinin 

əsas təməl prinsiplərindən biri kimi formalaşmağa başlamışdır.  

Məlumdur ki, fərdlər, xalqlar, millətlər mənəvi dəyərlərə  həm də din vasitəsilə 

yiyələnirlər. Bu anlamda Azərbaycan xalqı da uzun illər boyu mənsub olduqları islam 

dinindən zəngin mənəvi keyfiyyətlər,  əxlaqi dəyərlər  əxz etmişlər.  İslama sitayişdən 

etibarən digər ərəbdilli müsəlman soyları kimi, türkdilli xalqların da düşüncə və həyat 

tərzi, adət və ənənələri, əxlaqi-hüquqi normaları, eləcə də dövlətçilik ideyaları bu dindən 

kənarda təsəvvür edilməzdir. Bu səbəbədəndir ki, ilk dəfə olaran Şərqin böyük 

mütəfəkkiri C.Əfqani (1838-1897) müsəlman aləminin yaşaya bilməsi, öz qüdrətini 

artırması üçün «islam birliyi» ideyası  ətrafında sıx birləşməsi nəzəriyyəsini irəli 

sürmüşdür [2, 8-14].  

Şeyx Cəmaləddin  Əfqaninin islam birliyi ideyasını  qəbul edən, bütün mənalı 

həyatını türk xalqlarının birliyinə  həsr edən, «dildə, fikirdə, işdə birlik» ideyasının 

müəllifi, məşhur türkçü İsmayıl bəy Qaspıralının yaradıcılığında «islamçılıq» məsələsi 

xüsusi yer tutur. İsmayıl bəyin islama baxışı, Yusuf Akçuranın söylədiyi kimi, «milli 

həyata fayda dərəcəsi ilə bağlıdır» [1, 73]. Buna görə  də o, bütün dünya müsəlman 

türklərinin birliyinə çalışmış, nəşr etdirdiyi «Tərcüman» qəzeti ilə bu ideyaya xidmət 

etmişdir. «Tərcüman» yazarına görə, «Qazan Tatarı, Orta Asiya Sartları, Tarançılar filan 

yoxdur. Bir dinə inanan, bir dillə danışan türklər vardır» [1, 74]. 

«İslama görə  və islam aləmində qadın», «Panislamizm, onun xarakteri və 

istiqaməti», «Müsəlman xalqlarının vəziyyəti», «İslamın yarandığı ilk dövrün etüdləri» 

və s. bu kimi sanballı əsərləri ilə görkəmli Azərbaycan mütəfəkkiri Əhməd bəy Ağaoğlu 

da müəllimi Şeyx Cəmaləddin Əfqani kimi xalqda milli şüurun, milli birliyin oyanması, 

ilk islami ehkamların bərpası, elmi-siyasi fikir və mülahizələrin yayılması kimi günün 

vacib məsələlərini qələmə alması ilə yanaşı göstərirdi ki, «müsəlman aləminin oyanması 

və o aləmin mədəni millətlər mühitinə girə bilməsi üçün çox şiddətli bir silkənişə 

ehtiyac vardır. Müsəlmanların öz reformasiya dövrünü keçirmələri üçün içlərindən xeyli 

güclü bir iradə sahibi və nəfəsini iş üçün tamamilə fəda etməyə hazır bir adamın gəlib 

çıxması lazımdır. Belə bir reformator… islamda, islamın tarix və adət-ənənələrində 

əməllərinə uyğun bir zəmin bula bilər» [8, 159-160].  



Türkçülük, İslamçılıq və müasirlik ideoloji sistemi Azərbaycan dövlətçiliyinin əsas amillərindən biri kimi 

121


Əhməd bəy Ağaoğlu və M.Ə.Rəsulzadə avropalıların uydurduğu «panislamizm» 

ideyasını rus və Avropa qaragüruhçularının təsvir və  təsəvvür etdikləri  şəkildə 

müsəlmanlar arasında mövcudluğunu tamamilə inkar edirdi. Onların fikrincə, 

«panislamizm müsəlmanlar arasında yoxdur. O, Avropa siyasətçiləri və  qəzetçiləri 

tərəfindən icad edilən bir uydurmadır» [6]. 

İslam dininin ictimai-əxlaqi, siyasi-ideoloji və dini-məfkurəvi dəyərlərini özünün 

milli düşüncəsində daxili-milli birləşdirici amil kimi qəbul edən Əhməd bəy Ağaoğlu da 

digər milli demokratiya düşüncəsinin fədailəri kimi islam dininin milli düşüncədə milli 

mənlik  şüuruna xidmət edən mənəvi-əxlaqi və  mədəni tutumunu qəbul etmiş  və bu 

baxımdan da onun siyasi-milli şərhini vermişdir. Məhz bu düşüncə tərzi onu da Əli bəy 

Hüseynzadənin irəli sürdüyü milli intibahda üç devizli bir fəaliyyət platformasını - 

«islamlaşmaq, müasirləşmək və türkləşmək» tezisini qəbul etməyə gətirib çıxarmışdır. 

Bu milli-liberal islamçılıq cərəyanı ümmətçilikdən daha çox mütərəqqi millətçilik, milli 

şüur, milli mənlik duyğusu ilə özünü qəbul etdirə bildi. Əhməd bəy Ağaoğlu da bu 

dünyagörüşün formalaşmasında və həyata vəsiqə almasında çalışan bir şəxsiyyət kimi 

onun  Şərq ölkələrində, xüsusilə türk aləmindəki perspektivini məhz bu meyarlarla 

ölçmüş, onu müəyyən mənada mütləqləşdirmişdir.  

Əhməd bəy Ağaoğlu hər bir ictimai hadisəyə münasibətdə olduğu kimi dinə  də 

tarixilik prinsipi və mədəni inkişaf baxımından yanaşmışdır. Onun din və mədəniyyəti 

qarşılaşdırmasında ən səciyyəvi cəhətlərdən biri də ondan ibarətdir ki, çağdaş ilahiyyat-

çıların əməli olaraq həyatda gördüklərini Əhməd bəy bir futuroloq kimi hələ XX əsrin 

əvvəllərində tarixi-nəzəri baxımdan anlamış, böyük bir analitik kimi təsəvvürlərinin 

tarixi məzmununu açmış, dəlillərlə bunu sübut etmişdir. Bütün bu qənaətlərində 

Ə.Ağaoğlu  əsasən sivilizasiya və  mədəniyyət prinsiplərinə  əsaslanmış, bir maarifçi 

mütəfəkkir kimi Şərqin və bütün islam aləminin əsas nəzəriyyələrini qiymətləndirməyi 

bacarmış, müsbət anlamda kosmopolitizm ilə milli vətənpərvərlik motivlərinin sintezini 

yarada bilmişdir.  

İslamçılıq məfkurəsinin formalaşmasında  ən böyük rol oynayan şəxsiyyətlərdən 

biri də  Əli bəy Hüseynzadədir. Onun tutduğu yol «türklük, müsəlmanlıq və 

avropalılılq»dır. Bu ideoloji düsturun yaradıcısı da odur. O, islamı ortodoksal və 

mühafizəkar qatdan təmizləməyə, formal mərasim strukturlarından azad etməyə və ən 

başlıcası, islamı reforma ideyaları üçün açıq hesab etməklə daxili əxlaqa və 

mənəviyyata dayanan fəlsəfə  səviyyəsinə yüksəltməyə çalışmışdır. O, islam dinini bir 

qrup işbazın və mühafizəkar funksionerin əlindən alıb  ən geniş  əhali kütləsinin 

ixtiyarına verməyi qarşısına məqsəd qoymuşdu. O, həqiqi islamı xalqa mənimsətmək 

yolunu tutmuş və bu məqsədlə də «Qurani-Kərim»in ana dilinə tərcüməsi ideyasını irəli 



 Rafail Ayvaz oğlu Əhmədli 

122


sürmüşdür. İslam birliyi tərəfdarı kimi Əli bəy Hüseynzadə göstərirdi ki, islam birliyi - 

«panislamizm bir məqsəddir ki, nəticəsi cəmi  əqvam və  məmaliki - islamiyyəyi bir-

birinə zəbt edib qayət vasə və həddən ziyadə böyük bir məmləkət, bir hökumət təşkil et-

məkdir… Müsəlmanlar panislamizm məqsədinin ətrafına cəm olmağa hərəkət ediyorlar 

və  dəryada qərq olub boğulanlar kimi onun vasitəsilə nicat tapmağa səy və qeyrət 

ediyorlar» [3, 435]. 

Şeyx Cəmaləddin Əfqaninin mütərəqqi islami ideyalarından bəhrələnənlərdən biri, 

türkçülüyün ideoloqlarından biri Əli bəy Hüseynzadənin irəli sürdüyü «türkləşmək, 

islamlaşmaq, avropalaşmaq» düsturunu «türkləşmək, islamlaşmaq, müasirləşmək» kimi 

proqram halına salan Ziya Göyalpdan sonra həmin istiqamətdə M.Ə.Rəsulzadənin də 

mühüm xidmətləri olmuşdur. M.Ə.Rəsulzadə də Əfqani kimi «islam birliyinin federa-

siyası» formasını  qəbul edir və  hətta buna inanaraq yazırdı: «Bütün türklərin, bütün 

ərəblərin, bütün farsların ictimai bir vücud kimi birləşmələri mümkün, həm də istənilən 

bir haldır. Müsəlman olan millətlər… bir hökumət halına gəldikdən sonra ittihad deyil

islam ittifaqı ola bilər» [4, 148].  

Qeyd etmək yerinə düşər ki, ictimai-fəlsəfi fikir tariximizdə millət, milliyyət, dil, 

din, əxlaq, mənəviyyat kimi milli ideologiyamızın əsasını təşkil edən amilləri heç kim 

M.Ə.Rəsulzadə kimi sistemli şəkildə işləməmişdir. Onun 1914-cü ildə «Dirilik»də çap 

etdirdiyi «Dirilik nədir?», «Milli dirilik», «Millətin bir rüknü də dindir» adlı silsilə 

yazıları bütünlüklə bu məsələlərə  həsr edilmiş, daha sonra 1915-ci ilin oktyabrından 

nəşrə başlayan «Açıq söz» qəzetindəki  əksər yazıları «türkləşmək, islamlaşmaq, 

müasirləşmək» məfkurəsinin mahiyyətini açıqlamağa həsr edilmişdir. Öz sələfləri kimi 

islam dinində islahat tərəfdarı olan M.Ə.Rəsulzadə yazırdı: «Dinimizin iki cənbəsi 

(tərəfi) vardır: ibadət və üsul. Birinci qisim bəndə ilə Allaha aiddir. İkinci qisim isə 

bəndə ilə  bəndələrə  məxsusdur. Birinci qisim sabitdir. Qiyamətə  qədər  əbədidir. 

Dəyişikliyə uğramaz, ikinci qisim isə əksinə, bir şəkildə qala bilməz. Təfsir və zamanın 

tələbinə görə dəyişilə bilər» [7].  

Mənbələrin təhlili  əsasında belə bir ümumiləşdirici fikir irəli sürmək olar ki, 

C.Əfqaninin «dində,  əqidədə birlik», İ.Qaspıralının «dildə, fikirdə, işdə birlik», 

Ə.Hüseynzadənin «türkləşmək, islamlaşmaq, avropalaşmaq», M.Ə.Rəsulzadənin 

«milliyyət, beynəlmiləliyyət,  əsriyyət» ideyaları, nəhayət, 1918-ci ildə  Şərqdə, ilk dəfə 

Azərbaycanda öz bəhrəsini verdi. Azərbaycan Xalq Cümhuriyyəti bu ideoloji sistem 

əsasında yarandı.  

ХЫХ ясрдя олдуьу кими, мцасир дюврцмцздя дя динля елмин гаршылыглы ялагяляриня 

мцгайисяли  тящлилляр  верилмишдир.  Тядгигатчы  алим  Хялилов  С.С.  йазыр: «Бязиляри  Шярг 

дцнйасыны  тямсил  едян  юлкялярин,  о  ъцмлядян  Азярбайъанын  мцасир  техникайа 



Türkçülük, İslamçılıq və müasirlik ideoloji sistemi Azərbaycan dövlətçiliyinin əsas amillərindən biri kimi 

123


ясасланан  игтисади  йарышда  габагъыл  Гярб  юлкяляриндян  эери  галмасынын  сябяблярини 

ислам  дининдя  вя  яняняви  дцшцнъя  тярзиндя  ахтарырлар.  Щалбуки  игтисади  инкишафын 

щярякятвериъи гцввяси дин йох, елмдир. Дин игтисади мейарларла дейил, анъаг мяняви 

мейарлардан  дяйярляндириля  биляр.  Сющбят  щансы  диня  гуллуг  едилмясиндян  йох, 

цмумиййятля  дин  вя  елмин  мцнасибятиндян  эетмялидир.  Дин  юз  йериндя  олдугда 

ъямиййятин игтисади инкишафына щеч бир хялял эяля билмяз» [10, 68-69]. 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə