İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə12/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

ƏDƏBİYYAT 

 

1.



 

Divanü-Lüğat-it-Türk. Tercümesi. Çeviren Besim Atalay. I cild, Ankara, 

1985. 

2.

 



Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. Bakı, 1999. 

3.

 



Hacıyev T.İ. Azərbaycan dilində qeyri-oğuz elementləri. Türk dillərinin 

quruluşu və tarixi. Elmi əsərlərin tematik məcmuəsi. Bakı, 1983. 

4.

 

Кононов  А.Н.  Махмуд  Кашгарский  и  его  «Дивану  лугат  ит  турк». 



Советская тюркология, №1, Баку, 1972. 

5.

 



Курышжанов  А.К.  Махмуд  Кашгари  о  кыпчакском  языке.  Советская 

тюркология, 1972, №1. Баку, 1972. 

6.

 

Наджип  Э.Н.  Исследования  по  истории  тюркских  языков XI-XIV вв. 



Москва, 1989. 

7.

 



Mahmud Kaşğari “Divanü lüğat-it-türk”. Tərcümə edən və nəşrə hazırlayan 

Ramiz Əskər. I cild, Bakı, 2006. 

8.

 

Mahmud Kaşğari “Divanü lüğat-it-türk”. Tərcümə edən və nəşrə hazırlayan 



Ramiz Əskər. II cild, Bakı, 2006. 

9.

 



Mahmud Kaşğari “Divanü lüğat-it-türk”. Tərcümə edən və nəşrə hazırlayan 

Ramiz Əskər. III cild, Bakı, 2006. 

 

 

 



Mahmud Kaşğarinin “Divanü Lüğat- İt-Türk” əsərinin leksik mənzərəsi 

135


 

XÜLASƏ 

                                      

Böyük türkoloq, müqayisəli qrammatikanın banisi, XII əsrdə yaşamış Mahmud 

Kaşğari  “Divanü lüğat it türk”  əsərini yazmaqda ilk növbədə  məqsədi türk dilləri 

barədə  məlumat vermək, onun leksik zənginliyini göstərmək və  ən  əsası  ərəb 

dünyasına türk dillərini təqdim etməkdən ibarət olmuşdur. 

Aparılan araşdırmalara görə, Mahmud Kaşğarinin “Divan”nında 9000- nə yaxın  

leksik vahid nümunə göstərilir. Bizim araşdırmalara görə isə  “Divan” 28 türk dilinin 

leksik vahidlərini  əks etdirir. Sözsüz ki, bir neçə  dəfə qeyd etdiyimiz kimi, burada 

aparıcı yeri ilk növbədə oğuz leksikası tutur. 

 

 

SUMMARY 



 

Great specialist in Turkic philology the founder of the comparative grammar 

who in the XII century  Mahmud Kashghar`s purpose of writing  “Divani-lughat-it-

Turk” was to give imformation about the Turkish languages, to show its lexical 

richness,  and mainly to present the Turkish languages to the arabian world. 

According to researches Mahmud Kashgary worked at about 9000 lexical unit is 

an samples in his “Divan”. According to our researches Divan reflects lexical units 

Turkish languages. It is out of question, as we have noted several times, oghuz 

lexicologu takes a leading place here. 

 

 



РЕЗЮМЕ 

 

Великий тюрколог, основоположник сравнительной грамматики, живший в 



XII  веке Махмуд Кашгари в своем произведении «Дивану- лугат -ит тюрк» в 

первую  очередь  хотел  показать  арабскому  миру  лексическое  богатство 

тюркских  языков.  По  проведенным  исследовательским  работам  в  «Диван»е  

имеются  девядьтысяч  лексические  единиц.  Согласно  нашим  изысканиям 

Махмуд  Кашгари  приводит  эти  лексические  единицы  исжодя  из 28 тюркских 

языков.  Несомненно,  как  было  уже  нами  неоднократно  отмечено,  ведущее 

место в «Диван»е занимает огузская лексика. 

 


Əbdülkərim ağa Badkubinin yaradıcılığında məad etiqad prinsipi kimi 

137


 

 

ƏBDÜLKƏRİM AĞA BADKUBİNIN  

YARADICILIĞINDA MƏAD ETİQAD PRİNSİPİ KİMİ 

 

i.f.d. Zəkiyyə Ağababa qızı Əbilova  

AMEA M.Füzuli adına  

Əlyazmalar İnstitutunun   

aparıcı elmi işçisi 

 

 

Açar sözlər: məad, bərzəx, sirat, mizan, şəfaət. 

Key words: mead (the other world, akhiret), barzakh (the period between death 

and giyamet), sirat, purgatory, mediation.  

Ключевые  слова:  загробная  жизнь  (меад),  период  между  смертью 

воскресением  (берзах),  мост  через  геенну,  который  могут    перейти  только 

праведные (сират), чистилище (мизан-терези), заступничество (шефает). 

 

Qiyamət zamanı qəbir həyatında baş verən əsas məqamlardan  olan məad islam 



dininin əsas prinsiplərindən biridir.  

“Məad” ərəb sözü olub, “qayıtmaq” mə’nası bildirir. Dini mənada ruhun ikinci 

dəfə  bədənə qayıtmasına dəlalət edir. Əbdülkərim ağa Badkubi (1867-1961) yazır: 

“Buna inanmaq vacibdir ki, hər bir insan ölümdən sonra yenidən dirilir və əqidəsinin, 

əməllərinin əvəzini alır. Başlanğıcı ölüm və qəbir, sonrası bərzəx, daha sonrası böyük 

qiyamət, sonu behişt və ya cəhənnəm olan məad məsələsi əql yolu ilə sübuta yetsə 

də, zahiri hisslərlə  dərk olunmaz. Ölümdən sonra nə olacağını insanın dərk etməsi 

qeyri-mümkündür. Dünya aləmində olan insan üçün ölümdən sonrakı aləmlərin xü-

susiyyətləri gizlidir və o xüsusiyyətləri tanımaq üçün yaradanın buyurduqlarını 

(vəhyləri )təsdiq etməkdən başqa bir yol yoxdur. Yəni, insan öləndən sonra qiyamət 

günü dirilib həmin bu dünyada olan bədəni ilə  məhşərə  gələcəkdir. Allah-Təala 

hüzurunda onun dinindən,  əməlindən hesab çəkiləcək. Xeyr əməllərin sahibləri 

siratdan keçib cənnətə daxil olacaqlar. Şər əməllərin sahibləri keçə bilməyib cəhən-

nəmə düşəcəklər” (4, 18). 

Məad eyni zamanda cəza gününə qayıtmaqdır. Məadın iki anlamı vardır: cismani 

və ruhani. Məadın cismani və ya ruhani olmağını bilmək insanın zatını bilməsi ilə 

bağlıdır. Çünki, insanın mahiyyəti barədə fərqli fikirlər var. Bu barədə ümumi baxış-


Zəkiyyə Ağababa qızı Əbilova 

138


ları aşağıdakı kimi xülasə etmək olar: “Bəziləri inanırlar ki, insan ruh və bədəndən 

deyil, yalnız bədən ünsüründən ibarətdir. Bu fikirlə razılaşanlar iki qisimdirlər. 

Onlardan bir qrup təbiyyun (naturalist) və mülahidə (allahsız, ateist) adlanır.  Həmin 

qrupun fikrinə görə, ölən bədən daha dirilməz. Bunlar məadla qətiyyən razılaşmayır-

lar. İkinci qisim isə dinə inanırlar. Onların əqidəsinə görə, zahiri ünsürlərdən ibarət 

olan bədən dağılandan sonra cəza gününə  gəlmək üçün Allah-Təalanın  əmri ilə bir 

yerə yığılacaq. Bu isə cismani məaddır. Onların fikrinə görə, ruh müstəqil mövcud 

ola bilməz və bədən puç olub gedəndə ruh da fani olur. 

Bəzilərinə görə isə, insan bədən  üçün cild rolunu oynayır. Gül suyu gülün içinə 

girdiyi kimi, bədən də bu cildin içinə girib. Ya da insan bir mücərrəd cövhərdən 

ibarətdir ki, bədən onun üçün əl funksiyasını daşıyir. Dülgər mişar və kəsici alətlə iş 

görən kimi insanın xeyir və  şər  əməlləri bu əl vasitəsilə baş verir. Bunlar insanı 

yalnız ruhdan ibarət bilirlər. Bədən ruh üçün məhəll, ya da alətdir. Bu zümrə iki 

qisimdir. Bir qisim ağlın ehkamına tabe olub, heç bir din və şəriətə inanmırlar. Əf-

latun, Bətləmyus, Ptolomey, Sokrat, Fisarğus, Aristotel kimi filosoflar o fikirdədirlər 

ki, bədən öldükdən sonra ruh əməllərə cavabdeh olacaq. Bədən isə qeri qayıda 

bilməz. Bu da məad ruhani sayılır.  

Başqa bir firqə isə insanı ruh ilə  bədəndən ibarət bilir. Onlar din əhlidirlər. 

Bunların fikrinə görə, bədən tələf olandan sonra Allah-Təala həmin hissələri yenidən 

əvvəldə olduğu kimi yaradacaq və ruh həmin bədənə daxil olacaq. Cəsəd çevrilib da-

ri-dünyada mövcud olmuş insan olacaq. Dirilib əməllərinin cavabını verəcəkdir. Bu 

cismani və ruhani məaddır və məhz buna etiqad vacibdir (3, 410). 

Əbdülkərim ağa Badkubi məadla bağlı düşüncələrinə görə insanları beş  əsas 

qrupa bölür: 

1. Cismani və ruhani məada inanmayanlar. Bunlar ateistlərdir. 

2. Məada inanaraq onun cismani və ruhani olmasında tərəddüdlü olanlar.  

3. Yalnız cismani məada inananlar. 

4. Yalnız ruhani məada inananlar. 

5. Məadın həm cismani, həm də ruhani olacağına inananlar (3, 411). Bu qrupa 

aid olanlar müsəlmanlardırlar.    

Cismani məada inananlar belə etiqad edirlər ki, insan bədəni məşhər günündə 

oyananda onun əsl  əczaları  cəm olacaq və ruh ona qayıdacaqdır. Müəllif davam 

edərək yazır ki, əgər insan həyatda olarkən hər hansı heyvanı və ya insanı və yaxud 

da heyvan insanı yeyibsə, (yeyən “əkul”, yeyilən “məkul” adlanır), hər biri öz əsil 

əczasında qayıdacaqdır (3, 414). 


Əbdülkərim ağa Badkubinin yaradıcılığında məad etiqad prinsipi kimi 

139


“Həcc” surəsinin 5-ci ayəsində insanın yaranışının  əvvəlcə torpaq, sonra 

nütfədən, sonra qatılaşmış qan (əlaq) və bir parça ət (mudğa) mərhələsindən keçərək 

körpə şəklində doğuluşundan ta qocalıq və nəhayət, ölüm zamanına kimi bütün mər-

hələləri verilmişdir. Həmin surənin 7-ci ayəsində buyurulur: 

 

  يف  نم  ثعبي  ﷲ  نا  اميف  بيرلا  ةيتا  ةعاسلا  ّناو



روبقلا

    “Şəkk yoxdur ki, o saat, yəni 

qiyamət gələcəkdir. Onda Allah-Təala qəbirdə olanları dirildəcəkdir!” (1.əl-Həcc, 7).  

Bu ayə cismani məada dəlildir. İmam Cəfər Sadiq (ə) ölümü belə təsvir etmişdir: 

“Mömin üçün ölmək odur ki, bir xoş olan ətri qoxulayar və bu qoxudan onun ruhu o 

qədər xoş olar ki, özündən gedər və bütün əziyyətlərdən qurtarar. Kafir üçün isə 

ölüm ilan və əqrəblərin sancmasından da şiddətlidir” (3, 427). 

Badkubi davam edərək yazir: “Mömin rahat və xoş halda canını tapşırarsa, bu 

onun saleh əməllərinin nəticəsi olaraq qiymətləndirilməsinin başlanğıcıdır. Çətinliklə 

can verərsə, onun günahlarının hesabıdır. Allah-Təala onun cəzasını bu dünyada verir 

ki, axirətə qalmasın. Kafirin şad halda can verməsi odur ki, dünyada etdiyi xeyir 

əməllərin mükafatını Allah-Təala ona asan ölümlə verir. Axirətdə isə onun savabı 

qalmayacaq, xalis əzab içində olacaq. Şiddətlə can tapşıran kafirin bu şiddəti onun 

əzabının başlanğıcıdır. Axirət əzabı bundan da şiddətli olacaqdır” (3, 427)   

Hz. Əlidən (ə) iqtibas gətirən Badkubi etiqadlarına görə insanları üç qrupa ayırır 

və  hər üç qismin izahını belə verir: 1) Əbədiyyət neməti ilə  bəşarət verilən, bizim 

dostumuzdur ki, Allah-Təalaya itaət edibdir. 2) Əbədiyyət  əzabı ilə  cəzalandırılan 

bizim düşmənimizdir. 3) Əmri naməlum olan və qorxulu xəbərlər eşitdikdən sonra 

Allaha iman gətirib, peyğəmbərə  və onun övsiyasına etiqad edən  şəxs mömindir. 

Lakin nəfsinə israf edib, itaətkar olmadığına və pislikdən əl çəkmədiyinə görə onun 

əmri naməlumdur (3, 428). 

Cismani məad odur ki, Allah insanı yaradaraq, ona qüdrət, elm və iradə verib, 

əmr və  nəhy üçün səvab, asi üçün əzab və’d etmişdir. Bu vədlərə  vəfa qılmaq 

lazımdır...Həqqi-Təala hər şeyə qadirdir. Belə ki, ölməkdən sonra bir daha dirilmək 

mümkün və labüddür (10, 392).  

Məadı izah etmək üçün Əbu Tayyib Buxari belə bir arqumentə  əl atır:  Əgər 

insan öz əvvəlini və  mənşəyini ilkini fikirləşərsə, görər ki, ilahi qüdrətlə  dağınıq 

hava, su, torpaq zərrələrindən cəmlənib. Müxtəlif heyvan, bitki hissələrindən hazır-

lanmış xörək atanın mə’dəsinə daxil olur və onun orqanizmində yenidən zərrələrə 

parçalanır. Şəhvət zamanı yeməyin xülasəsi bütün üzvlərdən gələn rütubətin zərrələri 

ilə həzm olub, nütfə (sperma) yolu ilə  ananın bətnində qərarlaşır. Beləliklə, hər bir 

bədən hələ ölənədək iki dəfə ilahi qüdrətlə dağınıq zərrələrdən toplanır. Birinci dəfə 



Zəkiyyə Ağababa qızı Əbilova 

140


torpaq, hava, sudan, ikinci dəfə isə, atanın bütün bədənindən . Bu halda niyə bədənin 

üçüncü dəfə toplanacağına şübhə olunmalıdır? (7, 90). 

 Əməl kitabı. Qiyamətlə bağlı məsələlərdən biri də “Əməl kitabı” və ya “Əməl 

dəftəri” anlamıdır.  Buna "بتكلا  رئاطت" (tata`irul-kutub) da deyilir, mənası “Halı pis 

olmaq kitabı” deməkdir. Əməl dəftərində günah olan bəndə onu gördükdə, halı pis-

ləşər. Yazılmış əməllər xeyir olsa da, yenə “tayir” adlanırBəndələrin bu dünyadakı 

xeyir və  şər işləri  əməl dəftərinə yazılıb, qiyamət günü əlinə veriləcəkdir (3, 439) 

“Kəhf” surəsinin 49-cu ayəsində buyrulur: 

 

لام انتليوي نولوقيو هيف امم نيقفسم نيمرجملا ىرتف باتكلا عضو



 

ص رداغيلا باتكلا اذھ

 ةريبكلاو ةريغ

دحا كبر ملظيلاو ارضاح اولمع ام اودحوو اھاصحا لاا  

“[Qiyamət günü hər kəsin] əməl dəftəri qarşısında qoyulacaq. [Ya Məhəmməd! 

O zaman] günahkarların orada yazılmış  və pis əməllərindən [onlara görə veriləcək 

cəzadan] qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu əməl 

dəftəri niyə heç bir kiçik və böyük günahlarımızı  nəzərdən qaçırtmadan hamısını 

sayıb qeydə almışdır!” Onlar dünyada etdikləri bütün əməllərin [öz qarşılarında] 

hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! [hər kəs öz əməlinin 

cəzasını alacaqdır!] (1, əl-Kəhf, 49). 

İnsan qəbrə tapşırıldığı zaman onun harayına yetəcək və ölümündən sonra  ona 

faydası ola biləcək yeganə şey əməlidir. Odur ki, ailəsi qəbrin başından geri dönəcəyi 

bir halda, mö’min mal və mülkünü deyil, ona dost olacaq əməlini düşünəcəkdir. 

“Peygəmbər (s) buyurur ki, insan qəbrə tapşırıldıqdan sonra onun saleh əməlləri 

kəsilir. Ancaq bu dünyada olarkən faydalı elm sahəsində çalışarsa və ondan sonra 

etdiyi xidmətlərindən faydalananlar olarsa və bir də  əxlaqlı övlad qoyub gedərsə

əməl dəftərinə saleh əməl yazılacaqdır” (2, III, 31). 

Sonrakı  mərhələ belə  təsvir olunur: “Bu əsnada hər kəsin nameyi-əməli özünə 

verilər. Hamı öz əməlini namədə oxuyub xəbərdar olacaqdır. Hərgah bir kəs hesab 

məqaminda öz tutduğu  əməllərdən birini inkar etsə, Xüdavəndi-aləm öz qüdrəti ilə 

onun ağzını möhürləyib  əllərini və ayaqlarını danışdiracaqdır. Sonra hər bir əməl 

mizani-ədalətdə çəkilib, səvabı çox olan nicat əhli, günahı artıq olan isə əzab əhli he-

sab olunacaqdır. Bundan sonra səvabkar və günahkar, hətta ənbiya və övliya Siratdan 

keçməyə mə’mur olub, nicat əhli behiştə, əzab əhli cəhənnəmə daxil olacaq” (6, 43). 

 Mizan. “Etiqad edilməsi vacib olan şeylərdən biri də mizandır. Lüğətdə “tərəzi” 

mənasını verən Mizan qiyamət günü bəndələrin  əməli üçün qoyulacaqdır” yazan 

Badkubi xatırladır ki, ədalətlə, heç kəsə  fərq qoymadan idarə olunacaq mizan haq-

qında Qurani-Kərimdə, təfsir və kəlam kitablarında  çoxlu məlumat və hədislər vardır 


Əbdülkərim ağa Badkubinin yaradıcılığında məad etiqad prinsipi kimi 

141


(3, 437). Bütün bunları  şərh etmək daha geniş  və ayrıca bir mövzunu əhatə etdi-

yindən müəllif bu barədə çox qısa məlumat verir.  

“Əl-Ənbiya” surəsinin 47-ci ayəsində buyurulur: 

 

سفن مملظت لاف ةميقلا مويل طسقلا نيزوملا عضنو



 

ب انيتا لدرخ نم ةبح لاقثم ناك ناوائيش

 انب ىفكو اھ

.نيبسح  


“(Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz. 

Bir xardal dənəsi ağırlığında olsa belə, hər hansı bir əməli nəzərə alarıq. Haq-hesab 

çəkməyə biz kifayət edərik.)” (1, əl-Ənbiya, 47).  

Ünsizadə yazır: 

نازيم هدروشحم نوچيا لدع رليروق 

ناميا یدلوا مزلا هتبلا هنوب 

یزيملاح هلمج دنچرھ روليب 

 (12, 36)  

 

یزيملامعا رلااس هيوزارت   



Deməli, mizan qiyamət günü insanların layiq olduqları mükafatın qədərini 

ölçəcək vasitədir. Sabir Həsənli mizanın tərifini belə verir: 

“Mizan-ölçü, tərəzi, haqq-hesab və s. kimi anlamların məcmusudur. Qiyamət 

günü hər kəsin etdikləri  əməl dəftərində yazılanlarla ölçüləcək. Bundan məqsəd 

Allah-Təalanın buyurduğu kimi, haqqı üzə çıxarmaq, ədaləti bərpa etmək, hər kəsin 

layiq oldüğunu özünə verməkdir” (8, 272). 

Mizanın dünyadakı ölçü alətlərinin heç birinə  bənzəmədiyini yazan Saim 

Kilavuz yaxşı əməlləri pis əməllərindən üstün olacaq insanların cəhənnəm əzabından 

qurtulacağını bildirir (5, 221). 

Badkubi onu da qeyd edir ki, məada etiqad etmək vacib olduğu kimi, mizana da 

etiqad etmək vacibdir. 

Sirat. Sirat sözünün mənası “yol” deməkdir. Qaynaqlarda bu, insanların həyatda 

ikən getdikləri yolun axirətdə inikası anlamına gəlir. ”Sirat cəhənnəmin üzərinə 

uzadılmış bir yoldur və  hər kəsin buradan keçəcəyi gözlənilir. Möminlər etdikləri 

əməllərə görə, kimi sürətlə, kimi isə nisbətən yavaş-yavaş bu yoldan keçəcək. Həmin 

yolda kafirlərin və günahkarların ayaqları sürüşəcək, cəhənnəmə düşəcəklər.” (9, 

128). 

 “Fəcr” surəsinin 14-cü ayəsində buyurulur: 



 داصرملابل كبر نا  

“(Məxluq Allah-Təaladan qaçıb gizlənə bilməz)” (1, əl-Fəcr, 14).  

Əbdülkərim ağa Badkubi qeyd edir ki,” ayədə  "داصرم" kəlməsindən məqsəd 

“Sirat”dır. O bir körpüdür ki, cəhənnəmin üstündən çəkilmişdir. Adəm övladı onun 

üstündən keçib cənnətə gedəcəkdir. Sirat tükdən nazik, qılıncdan itidir. Siratın üstə 


Zəkiyyə Ağababa qızı Əbilova 

142


yeddi dənə saxlanılan yer vardır. Hər dayanacaqda bir şey soruşulacaqdır. Hamısına 

doğru cavab verən behiştə keçəcəkdir.  Əks halda Cəhənnəmə düşəcəkdir. Sirat 

üzərindən keçərkən verilən sorğular aşağıdakılardır: 1) Kəlmeyi-şəhadət; 2) Namaz; 

3) Zəkat; 4) Oruc; 5) Həcc; 6) Ümrə; 7) Haqsızlıq, zülm (3, 438; 11, 257). 

Şəfaət. Şəfaət-“diləmək”, “ümid etmək” deməkdir. Mizandan sonra Siratda hər 

kəsin möhtac olduğu ilahi ne’mət, xilas yoludur. Rəbbimiz həm ilk, həm də son 

şəfaət verəndir. 

“Şəfaət bir günahkarın bağışlanması üçün vasitəçilik və iltimas etmək deməkdir” 

(3, 440; 11, 271). Qiyamət üçün bəzi kimsələr bəzilərinə  şəfaət edəcəkdir. “İsra” 

surəsinin 79-cu ayəsində buyurulur: 

  ًادومحم ًاماقم كبر كثعبي نا ىسع كل ةلفان هب دجھتف ليلا نمو  

“[Ya Məhəmməd!] Gecənin bir vaxtı durub ancaq sənə xoş olan əlavə [təhəccüd-

nafilə] namazı  qıl. Ola bilsin ki, Rəbbin səni [qiyamət günü hamı  tərəfindən  ən 

böyük şəfaət məqamına] göndərsin!”(1, əl-İsra, 79). 

Rəsuli-Əkrəm buyurmuşdur: “Hər kəs iman gətirməyib, mənim hövzəmə daxil 

olmasın. Hər kəs iman gətirməyib, mənim şəfaətimə buyurmasın” (3, 441). Deməli, 

müsəlmanlar  şəfaətə inanıb dinin əsas prinsiplərini tərk etmək deyil, şəfaətə layiq 

olmağa çalışmalıdırlar” (9, 129). 

Badkubi onu da qeyd edir ki, şəfaət edən kəslər əvvəl Həzrət Rəsul (s) və onun 

Əhli-beyti olacaqdır. Onlar əhli-iman olan günahkarlara şəfaət edəcəklər. Lakin 

şəfaət sahibi olan kəs Allah-Təalanın izni olmasa, heç nə edə bilməz. İmam Sadiqdən 

(ə) belə nəql edilib: “Rəsuli-Əkrəm buyurmuşdur ki, Qiyamət baş verən zaman min 

pilləli bir minbər qurular. Mən çıxaram o minbərin axırıncı pilləsinə. Cəbrayıl (ə) 

gəlib xitab edər ki, ya Məhəmməd! Bu məqami-Mahmuddur ki, Allah-Təala sənə 

vədə vermişdi. Məndən aşağı pillələrdə isə əhli-beyt qərar tutar.” (3, 443). 

Axirətə imanı olanın ölüm qorxusu da yoxdur. İmanlı insan axirət dediyimiz 

əbədi həyata, yaxşı əməlləri, inamın verdiyi mənəvi enerjisi ilə atılır. Ölümü qorxu 

ilə deyil, əbədi səadətə bir müjdəçi kimi qarşılayır. 

 

 

 



Əbdülkərim ağa Badkubinin yaradıcılığında məad etiqad prinsipi kimi 

143


 

ƏDƏBİYYAT 

 

1.

 



Qurani-Kərim (ərəb dilindən tərcümə) Ziya Bünyadov və Vasim Məmmə-

dəliyev. Azərnəşr, 1992, 714s. 

2.

 

Ahmed bin Muslim. Musned. IIIc., 1255s. 



3.

 

Axund Hacı  Ağamirzə  Əbdülkərim ağa Badkubi. İrşadül-mütəhəyyirin. 



Əlyazma. Müəllifin şəxsi kitabxanasında.  

4.

 



Axund Hacı  Ağamirzə  Əbdülkərim ağa Badkubi. İrşadüş-şəbab.  Əlyazma. 

Müəllifin şəxsi kitabxanasında. 

5.

 

A.Saim Kılavuz. Anahatlarıyla  İslam akaidi ve kelam’a giriş.  Temel  kültür      



dizisi.Ensar neşriyyat. İstanbul-1993, 367s. 

6.

 



Əbdüssəlam Axundzadə. Ümdətül-əhkam. Tiflis, 1307. 84 s.  

7.

 



Əbu Talib bin Əbi Əhməd bin Əbil-Həsən .Kitabun-nar və əshauha. əl-Hind, 

1294. 


8.

 

Hacı Sabir Həsənli. Haqqa doğru. Bakı, 1998, 319s. 



9.

 

Hayreddin Karaman, Ali Bardakoğlu, H.Yunus Apaydın.  İlmihal (iman ve 



ibadetler) Türkiye Diyanet vakfı yayınları III ciltte. Ankara 2006, Ic., 288s. 

10.


 

 Mövlana Axund Molla Əhməd Müqəddəs Ərdəbili. Təbriz, 1374. 413s. 

11. Suleyman Uludağ. Kelam ilmi ve islam akaidi. Şerhul-akaid.  Taftazani.                   

Dərgah yayınları. İstanbul, 1991, 386+86s. 

12. Ünsüzadə Səid. Əqayid və nəsayih. Mənzum risalə. Tifflis, “Ziya” mətbəəsi, 

1882. 98 s. 

 

 

 



Zəkiyyə Ağababa qızı Əbilova 

144


 

XÜLASƏ 

 

Məad islamın əsas prinsiplərindən biridir. Əbdülkərim ağa Badkubi (1867-1961) 



islam əqaidi baxımından araşdırarkən məadın əməl kitabı, mizan, sirat və şəfaət kimi 

mərhələləri də nəzərdən keçirilir.Tədqiqatçı sonda belə bir nəticəyə gəlir ki, axirətə 

imanı olan mömin ölümü əbədi səadətin müjdəçisi kimi qarşılayır. 

  

 



SAMMARY 

 

Mead is one of the principles of Islam. Abdulkarim agha Badkubi (1867-1961) 

researching akhiret from the Islamic agaid point analyses its periods as  akhiret’s 

action book,purgatory, sirat and mediation.The scientist at the end comes to such a 

conclusion that, the pious who believes akhiret meets death as an informer of eternal 

happiness 

 

 

РЕЗЮМЕ 

 

Вера  в  загробную  жизнь - один  из  основных  принципов  ислама.  Изучая 

творчество  Абдулкерим  ага  Бадкуби (1867-1961) с  точки  зрения  ислама 

понятия  загробной  жизни  (меад),  периода  между  смертью  и  воскресением 

(берзах), мост через  геенну (сират), чистилище (мизан-терези), заступничество 

(шефает)  получают  свое  переосмысления.  В  итоге  исследователь  приходит  к 

заключению,  что  человек,  верующий  в  загробную    жизнь,  воспринимает 

смерть, как вестник вечного счастья.  

 

    


Esbâb-ı Nüzûl Rivayetleri ve Nüzûl Ortamını Tespit Etmede Yeterliliği Meselesi 

145



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə