İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə16/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   40

ƏDƏBİYYAT SİYAHISI 

 

Azərbaycan dilində 

1.

 



Kərimov V.K., V.I.Lenin və müasir fizikanın bəzi fəlsəfi məsələləri., 

Bakı,1983, səh.252. 

2.

 

Kərimov V.M., Məmmədov  Ə.B. Fəlsəfə  və  təbiətşünaslıqda varlıq və 



materiya problemi. Bakı, 2001.səh.486. 

3.

 



R.M.Səmədova,  Ə.B.Məmmədov “Sistemli yanaşma və sinergetik 

paradiqma” Bakı, 2012, səh.279. 

 

Rus dilində 

4.

 



Блохинцев Д.И. Пространство, время, движение. М., 1971, стр. 623.  

5.

 



Истархов  В.  Что  такое  время,  пространство,  материя, (статья), 

03.04.2013, www.svecha-vremeni.ru. стр. 9. 

6.

 

Костицын В.И. Теория многомерных пространств. М., Ком Книга, 2007, 72 с. 



7.

 

Маутский М. Квантовая философия. Система общих законов развития. 



http: // filosofia.ru/76599, обновлено 12.09.2012, с. 29. 

8.

 



Молчанов Ю.Б. Философские проблемы физики элементарных частиц. 

М., 1994, 217 с.  

9.

 

 Пакулин В. Структура материи // «Истра», Санкт-Петербург, 2010, с. 64. 



10.

 

Тимошин Н.И. «Материя и сознание» монография, Самара, 2007, 351 с. 



Самар. гос. акад. културы и искусств.  

 

İngilis dilində 

11.

 

“Synergetics”, J.Villard Jibbs (Jinzburg-Landau Theory), Wikimedia 



Toundation, 2010, (article), p.2. 

12.


 

The concept of self-organized synergetic, (East-Siberian State Academy), 

Ulan-Ude, 2001, p.8. 

 

 



 Rzayeva Xalidə İsrafil qızı 

178


 

XÜLASƏ 

 

Bu məqalədə materiya haqqında fəlsəfi ideyaların yaranması tarixinə  nəzər 

salınmışdı. Materiya haqqında ilkin təsəvvürlər ilk növbədə mifologiya və dinlə   

həmçinin kosmosentrik baxışlarla bağlı olmuşdur. Materiya haqqındakı sonrakı 

təsəvvürlər təbiət və sosial-humanitar elmlərin daxilində formalaşmağa başlamışdır. 

Burada qeyd olunur ki, kortəbii varlıq kimi materiyanın mahiyyətinin formulu bütöv 

bir varlıq haqqında təbii-elmi təsəvvürlərlə sıx bağlıdır. Materiya haqqında bugünkü 

təsəvvürləri nəzərdən keçirsək həmçinin “qaranlıq materiya”, “qara dəlik” 

haqqındakı  və sahə kimi digər təsəvvürlər haqqında daha çox söhbət açılır. 

Materiyanın fiziki halı haqqındakı müasir tədqiqatlar onu sübut edir ki, materiya 

struktur baxımından sonsuzdur.       

 

 

SUMMARY 

 

In this paper the history of formation of philosophical ideas about matter. The 



initial idea of the geometry were more concerned with mythology and religion, and 

are based on сosmosentriс repose. Further understanding of the matter began to be 

formed on the basis of the development of the natural and social sciences and 

humanities. It is noted here that the wording of the essence of matter as a 

fundamental principle of being closely associated with the rise of natural science 

concepts of existence in general. In addition to the selection in the matter of its 

properties and forms of expression, to date, also speak of the "dark matter," the 

"black holes" and other manifestations of both the field and matter. Modern studies 

of the physical state of matter studies support the view that the structural and 

substantial relation is infinite. 

 

 

 



Fəlsəfədə materiya haqqında təsəvvürlərin təkamülü 

179


 

РЕЗЮМЕ 

 

В  статье  рассматривается  история  становления  философских  идей  о 



материи.  Первоначальные  представления  о  метрии  были  больше  связаны  с 

мифологией  и  религией  и  основаны  на  космоцентристских  преставлениях.  В 

дальнейшем представления о материи стали формироваться на основе развития 

естественных  и  социально-гуманитарных  наук.  Здесь  отмечается,  что 

формулировка  сущности  материи  как  первоосновы  бытия,  тесно  связана  с 

ростом  естественнонаучных  представлений  о  бытии  в  целом.  Помимо 

выделения  в  материи  ее  свойств  и  форм  проявления,  на  сегодняшний  день 

говорят  также  о  «темной  материи»,  о  «черных  дырах»  и  прочих  проявлениях 

как  поля,  так  и  вещества.  Современные  исследования  физического  состояния 

материи  подтверждают  мнение  исследований  о  том,  что  в  структурном  и 

содержательном отношении она бесконечна.  


Klassik Azərbaycan tarixçisi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi 

181


 

 

KLASSİK AZƏRBAYCAN TARİXÇİSİ  

HACI ŞEYX  HƏSƏN MOLLAZADƏ GƏNCƏVİ 

 

Elçin Kamal oğlu QASIMOV, 



AMEA Məhəmməd Füzuli adına  

Əlyazmalar İnstitutunun doktorantı,          

  

 

Açar sözlər: Hacı  Şeyx Həsən Mollazadə  Gəncəvi, tarıxçı, azadlıq, 

Məhəmmədhəsən Mövlazadə, mənbə, Azərbaycan, İslam 

Keywords:  Haji Sheikh Hasan Mollazadeh Ganjavi, historian, freedom, 

Mahammadhasan Movlazadeh, source, Azerbaijan, Islamic 

Ключевые  слова:  Гаджи  Шейх  Гасан  Моллазаде  Гянджави,  историк, 

свобода, Мамедгасан Мовлазаде, источник, Азербайджан, Ислам 

 

Zamanın müxtəlif dövrlərində yadellilərin, işğalçı imperialist qüvvələrin 



hücumlarına məruz qalmış doğma yurdumuz bu təcavüzlərin nəticəsində maddi 

itkilər verməklə yanaşı, mənəvi irsimizin tədqiqi və öyrənilməsində  də bir çox 

problemlərlə üzləşmişdir. Bütün bunların nəticəsi olaraq görkəmli şəxsiyyətlərimizin 

həyat və yaradıcılığını araşdırmaq yolunda yaradılan maneələr, bəzi hallarda  milli 

kimliyin, mənəvi dəyərlərin aradan qaldırılmasına unudulmasına, üləmanın, onların 

yaradıcılığının gizli qalmasına gətirib çıxarmışdır.  Şükürlər olsun ki, bu gün 

Azərbaycanın müstəqilliyi onun görkəmli  şəxsiyyətlərinin həyat və yaradıcılığını 

araşdırıb öyrənmək ücün elm əhlinə  sərhədsiz imkanlar yaradır. Həqiqətən də 

azadlıq, istiqlaliyyət çox böyük bir nemətdir.  İnsanın azad təfəkkürü, azad və 

müstəqil həyatı, bu yolda azad mühitin olması  onun üçün əvəzolunmazdır. Necə ki, 

Həzrət Əli (ə) buyurur: “Ey insanlar! Adəmdən nə bir qul törənib, nə  də bir kəniz. 

Bütün insanlar azaddır. Heç kimin qulu olma, çünki Allah səni azad yaradıb!”  

Azadlığın bizə  bəxş etdiyi fürsətdən istifadə edərək bildirirəm ki, hələdə  həyatı  və 

əsərləri tam şəkildə araşdırılmayan, Azərbaycanın mənəvi həyatında görkəmli rol 

oynamış alımlərdən biridə Hacı Şeyx Həsən Mollazadə Gəncəvidir.  

Hacı Şeyx Həsən Molla İmamqulu oğlu Mollazadə Gəncəvi 1848-ci ildə indiki 

Daşkəsən rayonunun Qabaqtəpə  kəndində dünyaya gəlib. O, Qazaxlar tayfasından 

idi. Bu tayfa XVIII əsrin 40-cı illərində Nadir şahın ölümündən və Azərbaycanda 



 

Elçin Kamal oğlu QASIMOV 

182


xanlıqların yaranmasından sonra indiki Qazax rayonu ərazisindən Daşkəsənə və bir 

sıra başqa yerlərə köçmüşdü. Məsələn, Molla Pənah Vaqifin ailəsi Qarabağ xanlığına 

pənah aparmışdısa, Hacı  Şeyx Həsənin ailəsi də Cavad xanın dövründə  Gəncə 

xanlığına sığınmışdı. Bu üzdəndir ki, indi Azərbaycanın bir çox yerlərində “Qazax” 

toponiminə rast gəlinir. Qazaxlar maldar tərəkəmə tayfası idi, yəni onlar tam 

köçərilərdən fərqli olaraq daimi qışlaq və yaylaq yerlərinə malikdilər, həm də az da 

olsa əkinçiliklə məşğul idilər. ( 3, 9, 10 ) 

Hacı Şeyx Həsən uşaqlıqda çobanlıq edib. Ona atası Molla İmamqulu oxumağı 

və yazmağı öyrədib. Kəndlərini tərk edərək Gəncəyə gələndə Həsənin 12 yaşı vardı. 

O, burada Şah Abbas mədrəsəsində oxuyaraq savadını artırıb, daha sonra isə 5 il 

Təbrizdə Hacı Səfərəli mədrəsəsində təhsil alaraq (Abdulla Şaiq’in atası Mustafa ilə 

birlikdə)  ərəb və fars dillərini də mükəmməl öyrənib. Burada təhsilini bitirdikdən 

sonra o, Nəcəf şəhərinə gedərək 5 il də burada dini elmlərin incəliklərinə yiyələnib 

və müctəhid rütbəsinə çatıb. ( 3 ) 

Deyilənlərə görə, Həsən təhsilini başa vurduqdan sonra müqəddəs Həcc 

ziyarətinə gedib və bundan sonra “hacı” titulu qazanıb .Qeyd edək ki,  Hacı  Şeyx 

Həsən Mollazadə  Gəncəvi haqqında olunan bilgilərin demək olar ki, əksəriyyətini 

prof. Ədalət Tahirzadə Hacının nəticəsi Rasim bəydən əldə etmişdir.   

Artıq ali savadlı ruhani kimi özünü təsdiqləmiş Hacı  Şeyx Həsən Mollazadə 

Gəncəvi doğma yurduna qayıdır və Naxçıvanın  Nehrəm kəndində yaşamağa 

başlayır. Burada o, dostunun qızı Məşədi Xədicə xanımla ailə qurur.  Xədicə xanım 

Cəlil Məhəmmədquluzadənin məşhur “Usta Zeynal” hekayəsinin baş qəhrəmanı Usta 

Zeynalın qardaşı qızıdır.   ( 9 ) 

Nehrəmin kənd abu havası, mühiti, təbii ki, onun daxili potensialının tam 

gerçəkləşməsinə, fəaliyyətini genişləndirməsinə imkan vermirdi, buna görə  də 

Gəncəyə qayıdaraq burada ruhani kimi fəaliyyətini davam etdirir. ( 3 )  Yerli camaat 

Molla Hacı  Həsənə onun üçün Gəncədə  Səbzikar qəbiristanlığının yanında indiki 

İsmət Qayıbov küçəsi  ərazisində torpaq sahəsi alıb. Hacı  Şeyx Həsən ömrünün 

sonunadək burada yaşayıb. Məlumat üçüm onuda deyək ki, Hacı  Həsən Mollazadə 

Gəncəyə gəldikdən 2 il sonra Naxçıvandakı ailəsini ora gətirir. Həmin müddətdə isə 

Gəncə Müctehidinin qızı Həbibə xanımla yeni ailə həyatı qurur. ( 3 )  

XX  əsrin başlanğıcında Cənubi Qafqazın mərkəzi sayılan Tiflisə gedərək 

şeyxülislamın yanında imtahan verən Hacı  Şeyx Həsən Gəncə  Şiə  məzhəb Ruhani 

Məclisinin üzvü və Gəncə şəhərinin axundu təyin edilib. O, Şah Abbas məscidindəki 

ruhani seminariyasında ilahiyyatdan dərs deyirdi. ( 3 ) Mollazadə  Şeyx Baəddin 

tərəfindən tikildiyini  bildirilən  XVII əsr Azərbaycan memarlığı üçün səciyyəvi olan 



Klassik Azərbaycan tarixçisi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi 

183


qiymətli abidələrdən sayılan  Şah Abbas məscidinin axundu da ( 1905-1918 ) 

olmuşdur. 

Hacı  Şeyx Həsən Mollazadə  Gəncə  şəhərinin mədəni-maarif həyatında da 

yaxından iştirak edirdi. “Gəncə quberniyasının 1903-cü il üçün yaddaş kitabı”nda 

Mollazadənin adını şəhər Dumasının üzvləri arasında görürük. O, buraya müsəlman 

din xadimləri zümrəsindən seçilmişdi. 1919-cu ildə  vəfat etmiş Hacı  Şeyx Həsən 

Gəncədə Səbzikar məzarlığında dəfn edilib.  ( 3, 9, 10 ) 

Hacının ikisi qız olmaqla 8 övladı olmuşdur. Hüseyn, Cəfər, Həmid, Məcid, 

İsrafil, Həsən, Səriyyə  və Sürəyya. Övladlarından ikincisi Cəfər Axundov kimi 

tanıdığımız Zaqafqazıya seyminin üzvü gənc yaşlarından siyasətə böyük maraq 

göstərmişdir. Sonradan 28 may 1918-ci ildə Tiflisdə Azərbaycanın  İstiqlal 

Bəyannaməsi qəbul edildikdə  həm də Azərbaycan Milli Şurasının üzvü olan Cəfər 

Axundov səsvermədə bitərəf qalıb (müstəqilliyə  səs verməyən ikinci deputat isə 

“İttihad” partiyasının rəhbərlərindən biri Sultanməcid Qənizadə idi). Cəfər Axundov 

təhsilini Gəncə gimnaziyasında alıb. O, erkən yaşlarından siyasətlə maraqlanmağa 

başlayıb. 1903-cü ildən RSDFP-yə daxil olan “Hümmət” partiyasının menşevik üzvü 

və Azərbaycanda ilk marksist dərnəklərini quranlardan biri olaraq gizli fəaliyyət 

göstərib. Qardaşı  nəvəsi Rasim Axundovun bildirdiyinə görə, Leninin ona yazdığı 

məktub onların ailəsində saxlanılırmış  və sonralar DTK-dan gələnlər o məktubu 

aparıblar. 

1905-ci ildə  Gəncə  sənət məktəbi  şagirdlərinin nümayişini təşkil etdiyinə görə 

həbs edilən C.Axundov Gəncədə  və Bakıda zindanda yatıb və az sonra Krasnodar 

(Yekaterinodar) quberniyasına 5 illik sürgünə göndərilib. Atası Hacı  Şeyx Həsəni 

jandarm idarəsinə çağıraraq deyiblər ki, sənin oğlun kafirdir (sosialistləri kafir kimi 

qələmə verirdilər), halbuki sən axundsan. Cəfər Axundov 1913-cü ildə Romanovlar 

sülaləsinin 300 illiyi münasibətiylə Rusiyada verilmiş amnistiyadan sonra ana 

vətəninə qayıda bilib. 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı baş verdikdən 

sonra Gəncədə  də Kerenskinin Müvəqqəti hökumətini təmsil edən hakimiyyət 

qurumları  fəaliyyətə başlayıb. C.Axundov Gəncə  Şəhər Fəhlə  və  Əsgər Deputatları 

Şurası  sədrinin müavini seçilib. Cəfər Axundov Azərbaycan Cümhuriyyəti 

dönəmində müstəqil dövlətimizə  gəlməyərək Gürcüstanda yaşayıb və bir müddət 

Borçalı torpaq şöbəsində çalışıb. ( 3 ) Məlumat üçün qeyd edək ki, 1920-ci ildəki 

Gəncə üsyanının qan içərisində boğulmasından sonra Cəfər Axundov cəllad Həmid 

Sultanova üsyançıların tapılıb məhv edilməsində əlindən gələn yardımı edib. Sonrakı 

illərdə C.Axundov Azərneftdə mühəndis vəzifəsində çalışıb. Ancaq qədirbilməz 

bolşeviklər kommunist partiyası qarşısındakı xidmətlərini unudaraq 1928-ci ildə onu 



 

Elçin Kamal oğlu QASIMOV 

184


“nərimanovçu” damğası ilə partiyadan qovublar. Cəfər Axundov 1931-ci ildə Gəncə 

şəhərində  vəfat edib və atasının sərdabəsində  dəfn edilib.  Allah atasına rəhmət 

eləsin. 

Həyatı haqqında məlimat verdikdən sonra qeyd etməliyik ki, Hacı Şeyx Həsən 

Mollazadə Gəncəvi dövrünün dərin İlahiyyatcı alimi olmaqla yanaşı bir sıra qiymətli 

tarixi əsərləri də qələmə almışdır.  Mollazadə 10-a yaxın kitabın müəllifidir.  

“Hidayətül-müslimin və yaxud Mizanül-ədyan” (Gəncə: Haqverdiyev və Əbilov 

mətbəəsi, 1910, 116 səh.), “Əqaidül-islam və firuiddin” (Gəncə: Haqverdiyev və 

Əbilov mətbəəsi, 1911, 118 səh.), “İbtidai-əqaidül-islam və firuiddin” (Gəncə: Haq-

verdiyev və  Əbilov mətbəəsi, 1911, I hissə, 36 səh.), “Bəsirətül-islam. Müfəssəl 

əqaidül-islam və firuiddin” (Gəncə: Haqverdiyev və  Əbilov mətbəəsi, 1911, 120 

səh.). 


Yuxarıda adları  çəkilmiş dini mövzuları  əhatə edən kitablarıyla yanaşı  Şeyx 

Həsən Mollazadə  həm Azərbaycan, həm də  İslam tarıxını öyrənmək baxımından 

qiymətli mənbə sayılacaq tarıxı kitablarında müəllifidir. 4 cildlik “Zübdətüt-təvarix. 

Həzrəti Adəmdən zəmanəmizə  qədər keçən vüquati-təvarixiyyeyi-came dörd cild 

üzərinə yazılmış tarixi-ümumidir” (I cild, Tiflis: “Qeyrət” mətbəəsi, 1905, 261 səh.; 

II cild, Gəncə:  Əsgər Hacı  Həsənzadə  mətbəəsi, 1909, 128 səh.;  III cild, I kitab, 

Gəncə: Əbilov və Haqverdiyev mətbəəsi, 1913, 155 səh. IV cild, Gəncə: Əbilov və 

Haqverdiyev mətbəəsi, 1912, I kitab, 100 səh., II kitab, 92 səh.; ), 2 cildlik “Müxtəsər 

tarixi-islam. Tarix elmləri ümumudur və ayineyi-cəhannümadır” (Gəncə: Haq-

verdiyev, Rzayev və Əbilov mətbəəsi, 1908, I cild, 119 səh.), “Tarixi-ənbiyayi-üzam 

əleyhüssəlam” (Gəncə: Əbilov və Haqverdiyev mətbəəsi, 1913, 60 səh.),  adlı tarıxı 

əsərləri hələdə tam şəkildə tədqiq edilməmişdir.  

Bu görkəmli Azərbaycan tarixçisinin həyatını tədqiq edərkən onun dövrün başqa 

bir alımı    Şeyxülislam Məhəmmədhəsən Mövlazadə  Şəkəvi  ilə qarışdırıldığının 

şahidi oluruq.  

Belə ki, Azərbaycan dilində    Quranı  Kərimin  tərcümə  və  təfsiri sayılacaq  ilk 

əsərlərdən olan "Kitabul-bəyan fi təfsiril-Quran" kitabının müəllifi, Qafqaz Müsəlmanları 

Ruhanı idarəsinin tarixində ən qısa müddətlı Şeyxülislam, Məhəmmədhəsən İsmayıl oğlu 

Mövlazadə Şəkəvi  1853 cü ildə Şəkinin "Gəncəlilər" məhəlləsində anadan olmuşdur. O, 

əvvəlcə Şəki mollaxanasında, sonra Gəncə mədrəsəsində təhsil almış, bir müddət Gəncə 

Cümə  məscidində mollalıq etdikdən sonra İraqa getmiş  və orada alı  dını  təhsil alaraq 

vətənə qayıtmışdır. ( bax: 1, s. 33 ) Məhz Mövlazadənin  Şəkidə "Gəncəlilər" 

məhəlləsində doğulması və Gəncə də təhsil alması onun Mollazadə ilə bəzi mənbələrdə 

səhf salınması səbəb olan amillərdən biridir.   



Klassik Azərbaycan tarixçisi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi 

185


Başqa bir mənbə Hacı Şeyx Həsən Mollazadə haqqında yazır: O, 1853 cü ildə 

Nuxada anadan olmuş və Gəncə şəhərində ruhani təhsili almışdır. sonralar mollazadə 

Cəbrayıl və Tiflis qəzalarında qazı, zaqafqazıya  şiə ruhanı idarə    heyətinin üzvü, 

şeyxülislam və başqa vəzifələrdə calışmışdır. (bax: 5, s. 189.) Mənbədə qeyd olunan 

ali ruhani vəzifələrdə, Hacı  şeyx Həsən Mollazadə  Gəncəvi yox, Şeyxülislam Hacı 

Məhəmmədhəsən Mövlazadə işləmişdir. Bu fikri müəlliflərin göstərdikləri mənbə də 

(Azərb. MDTA, f. 290, siyahı 240-8, iş 4151, v. 16-21: siyahı 990-10, iş 6128, v. 1-

6) təsdiq edir. Зünki qeyd olunan mənbədə Hacı  Məhəmmədhəsən Mövlazadənin 

həyatından bəhs olunur. ( 1, s. 40 ) 

İstedadlı alim, elminə böyük hörmət bəslədiyimiz  Şahlar  Şərifov özünün 

Şeyxülislam Məhəmmədhəsən Mövlazadə  Şəkəvi və onun "Kitabul-bəyan fi təfsiril 

Quran" əsəri adlı dissertasiya işində,  Məmmədov Ə., Xalıqov F. Şəki alım və ziyalılar 

əsərinə istinad edərək 4 cildlik "Zübdətüt-təvarıx"  əsərinin  Şeyx Mövlazdəyə aid 

olduğunu bildirir. Düzdür müəllif sonradan cox mükəmməl bir araşdırma edərək,  

Şeyxülislam Məhəmmədhəsən Mövlazadə  Şəkəvinin  əsərlərini təqdim edərək qalan 

deyilən kitabların müəllifinin Hacı Şeyx Həsən Mollazadə olduğunu vurğulayır.  

Bu iki Azərbaycanlı alımin  əsərlərinin qarışdırılması  həm də onların soyadla-

rının biri-birinə cox oxşamasıyla da əlaqələndirilə bilər. Mollazadənin  əsərlərini 

Mövlazadənin ayağına yazanlar cox güman ki, müəlliflərin soyadlarını  səhf 

salmışlar. Necə ki Mövlazadə Şəkəviyə bəzi mənbələrdə "Şəkuyi" kimi rast gəlmək 

olar. Buda ərəb hərflərində olan yazıların düzgün oxunmamasından irəli gəlir. 

Bu qəbildən qarışıq fikirlər  İsmayılovun "Şəki" kitabında və  Ə.Abdullayevin 

"Şəkinin  şairləri" ("Ədəbiyyat və incəsənət" 1989, 11 dekabr) adlı  məqaləsin də 

təkrar olunmuşdur. Adları  çəkilən mənbələrə  əsasən müxbir G.Məmmədzadə  də 

Həsən Mollazadə haqqında bəhs etmişdir. O, "İslam" qəzetində çap etdirdiyi 

"İlahiyyatçı alım" məqaləsində Axund Məhəmməhəsən  İsmayıl oğlu Mövlazadə 

Şəkəvidən bəhs edərkən Hacı  Şeyx Həsən Mollazadəyə  məxsus adları  çəkilmiş 

əsərləri də onun ayağına yazır. Mənbələrdən məlumdur ki, Hacı  Məhəmmədhəsən 

Mövlazadənin fars dilində 1529-2028-ci illərin təqvimini  əks etdirən "Tətbiqul-

əyyam fil-əşhər vəl-əvam", Həsən Nəsruhdan tərcümə etdiyi və müsəlmanların 

arasında məccani yayılmaq üçün Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına iki 

cilddə çap olunmuş "Tərcümeyi-Töhfeyi-Nəsruhiyyə fi əhvali-məmalikil-kürətil-

ərziyyə  və hiyə coğrafiyə ümumiyyətüd-düvəlül-aləm" iki cilddə "Kitabul-bəyan fi 

təfsiril-Quran" və peyğəmbərlərin həyatı  və  fəaliyyətinə  həsr edilmiş "Tarixi 

müqəddəsi. Ənbiya əhvalatı" adlı əsərləri olmuşdur. Adları çəkilən diğər əsərlər Hacı 

Şeyx Həsən Mollazadənin qələminin məhsuludur.  (bax: 1, s. 40-41) 



 

Elçin Kamal oğlu QASIMOV 

186


Beləliklə uzun araşdırmadan sonra məlum olur ki, Azərbaycanın ictimai həya-

tında böyük xidmətləri olan bu iki görkəmli alimin özünə məxsus fəaliyyətləri, həyat 

tərzi olmuşdur. Qarışıq fikrləri aydınlaşdıraraq deyə bilərik ki, Məhəmmədhəsən 

Mövlazadə Şəkəvi çox qiymətli əsərlərin müəllifi olmaqla yanaşı qısa müddət də olsa 

Şeyxülislam vəzifəsini icra etmişdir. Həyat və yaradıcılığını  tədqiq etdiyimiz digər 

görkəmli alim Hacı  Şeyx Həsən Mollazadə  Gəncəvi isə “Hidayətül-müslimin və 

yaxud Mizanül-ədyan”, “Əqaidül-islam və firuiddin”, “İbtidai-əqaidül-islam və 

firuiddin”, “Bəsirətül-islam. Müfəssəl  əqaidül-islam və firuiddin”, "Zübdətüt-təva-

rix" (4 cilddə) və başqa cox qiymətli  əsərlərin müəllifi olmaqla yanaşı, Gəncə 

şəhərinin Axundu kimi də fəaliyyət göstərmişdir. 

 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 



 

1. Şərifov Şahlar Şahbaz oğlu, Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvi 

və onun "Kitabul-bəyan fi təfsiril Quran" əsəri.  

2. Hüseynli Rəsul, Azərbaycan ruhaniliyi (Xanlıqlar çağından sovet işğalınadək 

olan dövrdə.) Bakı Kür, 2002 

3. Oğuztoğrul TAHİRLİ 525-ci qəzet.- 2011.- 17 dekabr.- S.28. 

4. Manaflı Həbibulla, Öyünc və Güvənc qaynağı, Bakı. Nurlan, 2007 

5. Ə.N.Quliyev, İ.M.Həsənov, İ.V.Striqunov, "XIX əsrdə  və XX əsrin əvvəllə-

rində Azərbaycan tarıx elminin inkişafı" Bakı 1960 

6. Gülməmməd Məmmədzadə  "İlahiyyatçı alım",  İslam qəzeti 1990-ci il 20 

dekabr. 

7. M.İsmayılov "Şəki" , Bakı 1982 

8. Xəlilov Aydın, Görkəmli İslam tarıxçısı, "İslam dünyası" qəzeti, 1993, 2 aprel 

9.  http://az.wikipedia.org/wiki_Mollazade 

10. Məqalədə Gürcüstan Dövlət Mərkəzi Tarix Arxivinin materiallarından və   

Hacı Şeyx Həsən Mollazadənin nəticəsi Rasim Axundov’un verdiyi məlumatlar dan 

istifadə olunub.  

11. Məmmədov Ə., Xalıqov F. Şəki alım və ziyalılar. Bakı BDU nəşri, 2002 

 

 

 



 

 


Klassik Azərbaycan tarixçisi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi 

187


 

XÜLASƏ 

 

Məqalədə görkəmli Azərbaycan tarixçisi Hacı Şeyx Həsən Mollazadə Gəncəvi-



nin (1848-1919) həyat və yaradıcılığı haqqında təhlil aparılmışdır. Mollazadə dövrü-

nün qabaqcıl ziyalılarından olmuş və çox qiymətli əsərləri qələmə alaraq sağlığında 

çap etdirə bilmişdir. Daha sonra Hacı Şeyx Həsən Mollazadənin həyat və yaradıcı-

lığından bəhs edərək onun dövrün başqa bir alimi Şeyxülislam Məhəmmədhəsən 

Mövlazadə  Şəkəvi ilə bəzi mənbələrdə qarışdırlması  məsələsinə də aydınlıq gətiril-

mişdir.  

 

 

RESUME 

 

This article is about the life and creative work of one of the well known historian 

Haji Sheikh Hasan Mollazadeh Ganjavi. He was born in 1848 and died in 1919. he 

was famous for his works and was very popular in his time. He wrote  a lot of 

important works  and could publish then durinq his life. Then moll brought some 

clearness to his works which were mixed writh the works of another historian  

Sheyxulislam Movlazadeh. 

 

 

РЕЗЮМЕ 

 

В  статье  праводится  анализ  жизни  и  творчество  выдающегося 

Азербайджанского  историка  Гаджи  Щейх  Гасан  Моллазаде  Генджеви (1848-

1919).  Моллазаде  был  одним  из  передовых  интеллигентов  своего  времени  и 

написав  весьма  ценные  произведения  сумел  уже  при  жизни  их  опубликовать. 

Далее, автор статьи говаря о жизни и творчестве Гаджи Щейх Гасан Моллазаде 

внес некоторую ясность, связанную с именем другого видного ученого того же 

времени Щейхулислам Мамедгасан Мовлазаде Щагави. 

 

 

 



 

Beynəlxalq sənədlərdə din azadlığının əhatəsi məsələsi 

189



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə