İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ


İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI 

 

1. S.Thomas Kuhn,  “Bilimsel Devrimlerin Yapısı”, Çev.: Nilüfer Kuyaş, 8. 

Bsk., İstanbul 2006 

2. S.Thomas Kuhn,  “Asal Gerilim-Bilimsel Geleneek ve değişim üzerine seçme 



incelemeler”  İstanbul-1994 

3. B. S. Qəndilov. R.T. Qəndilov. “Elmin fəlsəfəsinin problemlərinin öyrənilməsi 



üzrə metodik vəsait”  Bakı- 2000 

4. Thomas S. Kuhn “The Structure of Scientific Revolutions” Printed in the 

United States of America-1970 

5. Thomas Samuel Kuhn “Kopernik devrimi: Batı düşüncesində gezegen 

astronomisi”  İmge yayın evi 2007  səh 433 

6. Pamukkale üniversitesi sosial bilimer esntitüsü  “Bilimsəl devrim ve metod 



kavramı üzeine Karl Popper ve Thomas Kuhn”  Hülya Yaldır ve Aslı Üner Temmuz 

-2009 sayı 4 

7. Sahabeddin Yalçın “Kuhn ve bilimsel relyativizm” Muğla Ümiversitesi SBE 

Dergisi Bahar 2001 Sayı 6  

8. Saul McLeod  “Karl Popper” published 2011 

 http://www.simplypsychology.org/karl-popper.html 

9. Steve Fuller “Kuhn vs. Popper 

The Struggle for the Soul of Science”, Icon 

Books (UK) and Columbia University Press (US), 2003.

 

10. Steve Fuller



  “The Philosophy of Science and Technology Studies”

Routledge, 2006

 

11. Steve Fuller



 



Thomas Kuhn: A Philosophical History for Our Times

University of Chicago Press, 2000.

 

 



 

T.Kun: elmin inkişaf prosesinin mərhələləri haqqında 

249


 

XÜLASƏ 

 

Məqalə Tomas Samuel Kunun əsasən elmi prosesin inkişaf mexanizmi barədə 

olan fikirlərindən bəhs edir. Məqalədə Kunun elmin inkişaf prosesi  bir-birindən 

fərqlənən mərhələlərlə xarakterizə olunur. Əsasən bu məqalədə normal elmdən 

əvvəlki mərhələ  və normal elm mərhələsi barədə geniş məlumat verilmişdir.  

 

 



SUMMARY 

 

This article is about the thoughts of Thomas Samuel Kuhn  that explains the 



mechanism of the scientific process. He characterized development process of 

science as stages that have differences between them. The pro-normal sicence and 

normal science stages are especially investigated in the article.  

 

 

РЕЗЮМЕ 

 

В статье говорится, в основном, в размышлениях Томаса Самуеля Куна о 



развития  механизме  научного  процесса.  По  мнению  Куна,  развитие  научного 

этот  процесса  поэтапно  характеризуется  этапами.  Специально,  в  статье 

предложена  обширная  информация  о  пронормальной  науке  и  нормальных 

стадиях науки.  



Mədəniyyət sosiallaşma amili kimi 

251


 

 

MƏDƏNİYYƏT SOSİALLAŞMA AMİLİ KİMİ 

 

Səlimov Ülviyyə Tacir qızı  



BDU-nin fəlsəfə kafedrasının doktorantı 

 

 



Açar sözlər: insan, sosiallaşma, mədəniyyət, inkulturasiya, sosial norma və 

dəyərlər 

Keywords: human, socialization, culture, inculture, social norms and value 

Ключевые слова: человек, социализация, культуры, инкультурация, социальные 

нормы и ценности. 

 

Hər bir cəmiyyətdə şəxsiyyətin sosiallaşması prosesi, başqa sözlə, insanın fəal, 

dəyərli varlıq kimi inkişafı  məsələsi işlənib hazırlanır. Həmin prosesdə  fərdin 

mövcud cəmiyyətin yaddaşına qovuşması, onun toplanmış  ənənələrə yiyələnməsi 

həyata keçirilir. Şəxsiyyətin sosiallaşması konkret tarixi sosial iqtisadi strukturdan və 

mədəniyyət tipinin dəyişməsindən asılıdır.  Şəxsiyyətin sosiallaşması onun sosial 

təcrübəni mənimsəməsini və sosial fəallığını özündə  təcəssüm etdirir. Bu mənada 

sosiallaşma şəxsiyyətin inkişafı ilə üst-üstə düşür. 

Sosiallaşma insanın davranış nümunələrini, norma və dəyərləri, mövcud cəmiy-

yətdə onun uğurlu fəaliyyəti üçün zəruri olanları  mənimsəməsi prosesidir. Şəxsiy-

yətin sosiallaşması  bəşəriyyətin sosial təcrübəsinin nəsildən-nəsilə verilməsini üzvi 

surətdə birləşdirir. Buna görə varislik, ənənələrin saxlanılması  və  mənimsənilməsi 

adamların gündəlik həyatından ayrılmazdır. Onların vasitəsilə yeni nəsillər 

cəmiyyətin iqtisadi, sosial, siyasi və mənəvi problemlərinin həllinə cəlb olunurlar. 

Sosiallaşma prosesinin vasitəsilə  fərd mədəniyyətin  əsas elementlərini: 

simvolları, mənaları, dəyərləri, normaları mənimsəyir. Bu mənimsəmənin əsasında - 

sosiallaşmanın gedişində sosial keyfiyyətlərin, xüsusiyyətlərin, əməl və bacarıqların 

formalaşması baş verir.  Bunun sayəsində insan qarşılıqlı sosial təsirin iştirakçısı 

olur. Sosiallaşma sosial “Mən”in formalaşması prosesidir [2, s.116]. Sosiallaşma 

fərdin mədəniyyətə, təlimə  və  tərbiyəyə qoşulmasının bütün formalarını  əhatə edir. 

Fərdin cəmiyyətə qoşulması prosesi iki istiqamətdə baş verir. Bir tərəfdən, fərd sosial 

münasibətlər sisteminə qoşularaq mənsub olduğu cəmiyyətin mədəni təcrübəsini, 

onun dəyərlərini və normalarını  mənimsəyir. Digər tərəfdən, insan sosiallaşaraq


 Səlimov Ülviyyə Tacir qızı 

252


cəmiyyətin işlərində və onun mədəniyyətinin gələcək inkişafında daha geniş və fəal 

iştirak edir. Sosiallaşma fərdin mədəniyyətə qoşulmasının bütün proseslərini: onun 

təhsil və  tərbiyəsini, başqa insanlarla qarşılıqlı  təsirini, cəmiyyətin norma və 

dəyərlərinin, müxtəlif sosial rolların və birgə fəaliyyət növlərinin mənimsənilməsini 

və s. əhatə edir. Nəticədə insan bioloji varlıqdan tədricən cəmiyyətdə yaşaya və 

fəaliyyət göstərə bilən sosial varlığa çevrilir. 

Mədəniyyət  şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərdən biridir. 

Çünki mədəniyyət öz növbəsində mürəkkəb sosial sistemi təmsil edən cəmiyyətin 

vacib altsistemidir. Görkəmli Amerika sosioloqu T. Parsonsun fikrincə, mədəniyyət 

cəmiyyətlə qarşılıqlı  təsir və özünün insaniyaradıcı missiyasının yerinə yetirilməsi 

prosesində qarşılıqlı əlaqədə olan üç aspektdə təsvir edilə bilər. “Əvvəla, mədəniyyət 

ötürülür, o, mirasdan və ya  sosial ədalətdən ibarətdir; ikincisi, o, öyrəniləndir, 

insanın genetik təbiətinin təzahürü deyildir; üçüncüsü, o, hamı  tərəfindən qəbul 

edilmişdir. Beləliklə, o, bir tərəfdən, məhsul, digər tərəfdən isə insanın sosial 

qarşılıqlı təsir sisteminin determinantıdır” [3,s.471-472]. 

Elmdə və gündəlik həyatda tez-tez istifadə olunan mədəniyyət  anlayışının tam 

mənasını tapmaq çətindir. Ona görə  də bütün çalarları  və  mənası ilə  mədəniyyət 

anlayışına tərif vermək çətin olur. Mədəniyyət termini latın mənşəli söz olub, cultura, 

torpağın becərilməsi deməkdir. Ancaq istənilən halda mədəniyyət təbiətin bizə 

verdiyi insanın yaradıcılıq nəaliyyəti kimi başa düşülür. Ona görə  də  mədəniyyət 

genetik yolla deyil, cəmiyyətlə bilavasitə bağlı olaraq formalaşır. Mədəniyyət və 

cəmiyyət arasında sıx əlaqə mövcuddur, lakin başa düşmək lazımdır ki, mədəniyyət 

cəmiyyətin həyat tərzini,  ənənələrini, davranış normalarını  işləyib hazırlayır. 

Cəmiyyət də öz növbəsində diqqətini mədəniyyət sisteminə yönəldir. Hər bir 

mədəniyyət cəmiyyətsiz, cəmiyyət də  mədəniyyətsiz ola bilməz. Mədəniyyət  adı 

altında biz insanı təbiətdən ayıran müxtəlif keyfiyyətləri başa düşürük. Biz nəyi və 

necə başa düşməyimiz özünü mədəniyyətdə təcəssüm etdirir. 

 

Mədəniyyət - cəmiyyətin əldə etdiyi maddi və mənəvi sərvətlərin məcmusudur ; 



həmçinin onların yaradılması qabiliyyəti və  bəşəriyyətin tərəqqisi üçün onlardan 

istifadə etmək və onları  nəsildən-nəsilə vermək bacarığıdır. Mədəniyyət – insanın 

mənəvi dünyasıdır, onun özünü müəyyən etməsi və  şəxsiyyətin mövcudluğu 

üsuludur. Mədəniyyət cəmiyyətdə bir sıra funksiyalar həyata keçirir: 1.Mühitə 

uyğunlaşma funksiyası    2.  Dərketmə 3.İnformativ funksiya 4. Kommunikativ 

funksiya 5 .Requlyativ (və ya normativ) funksiya 6. Aksioloji (qiymətləndirici) 

funksiya 7. Sosiallaşdırma (humanistləşmə) funksiyası. Mədəniyyət sosiallaşma 

prosesində bir nəsildən digərinə ötürülür. Sosiallaşma məlum cəmiyyətin mədəniyyət 



Mədəniyyət sosiallaşma amili kimi 

253


normalarının mənimsənilməsi prosesidir. Amerika sosioloqu N. Smelzer isə 

mədəniyyətin sosiallaşdırma imkanlarını bu cür izah edirdi: “Mədəniyyət cəmiyyətin 

üzvləri olan şəxsiyyətləri formalaşdırır, eyni zamanda müəyyən dərəcədə onların 

hərəkətlərini istiqamətləndirir”  [4, s. 140]. Sosioloji baxımdan mədəniyyət-dəyərlər, 

normalar,  ənənələr, davranış modellərini insanların həyatında birləşdirərək  vahid 

cəmiyyəti formalaşdırır.  

Hər hansı bir ailədə dünyaya gəlmiş insan doğulduğu ilk dəqiqədən mövcud 

şəraitin, əşyaların, görüşlərin, inamların, uşaqları tərbiyə metodlarının və s. təsirinə 

məruz qalır. Onun üçün mədəniyyət artıq hazır olan bir aləm, onu formalaşdıran, 

onun uzun illər  ərzində bir çox şeyləri öyrənərək daxil olacağı bir dünyadır. Onun 

orqanizmi, onun arzuları, təbii meylləri o dəqiqə onun doğulduğu qrupun 

mədəniyyətinin formalaşmış etalonları və qaydaları məngənəsinə düşmüş olur. İnsan 

üçün ailə - cəmiyyətin ona bilavasitə formalaşdırıcı, tərbiyəedici təsir göstərən ilkin 

modelinə, orada formalaşmış  və hökm sürən münasibətlər isə - şəxsiyyətlərarası 

münasibətlərin nümunələrinə çevrilir. Lakin qeyd etmək lazımdır ki, ailələrin mədəni 

səviyyələri eyni deyil. Bəzi ailələrlə hökm sürən münasibətlər tərzinin uşağın tam 

mənada şəxsiyyət və fərdiyyət kimi, cəmiyyətin üzvü kimi formalaşmasına olduqca 

mənfi təsirləri müşahidə olunur. Digər tərəfdən, uşaq üçün daxili münasibətlərin fonu 

olan ailənin emosional atmosferi sabit deyil. Bu qeyri-sabitlik uşağın mənəvi, bəzi 

hallarda isə hətta fiziki təkamülü və inkişafına güclü təsir göstərir. 

Biz mədəniyyət, onun qanunlarının işlənməsi ilə  əlaqədar qeyd edə bilərik ki, 

mədəniyyətin inkişafı insan inkişafı ilə sıx bağlıdır. İlk növbədə, insan mədəniyyətin 

yaradıcısı  və istehlakçısı kimi çıxış edir. Mədəniyyətin genezisi, funksiyaları insan 

olmadan ağlasığmazdır. Mədəniyyətin dinamik inkişafı ilə  əlaqədar insan həyatda 

özünü tapır, çünki mədəniyyət yeni üfiqlər, yeni ideyalar açır. Mədəniyyət və insan 

arasında qırılmaz  əlaqə  məhvə tabe deyil. Ona görə  də  mədəniyyətin nəaliyyəti 

insanın fəaliyyəti, bilik ünsiyyəti ilə bağlıdır. Z.Freyd bir psixoloq kimi çox çətin 

vəziyyətdə idi: mədəniyyətsiz cəmiyyət ağlasığmazdır, ağlasığan mədəniyyət-

ümumbəşəri bədbəxtliyin mənbəyi kimi çıxış edir. Burada o, böyük dilemma 

qarşısında qalmışdı:ya mədəniyyətdən imtina edib insanı sağlam, azad və xoşbəxt 

etmək yolunu tutmalı, ya da mədəniyyətin mövcudluğunu onun tərəqqisinin 

qarşısıalınmazlığını qəbul edərək insanın bədbəxtliyinin onun taleyi olması faktı ilə 

barışmalı. Mədəniyyət qayda, qanun, norma, prinsip və tabular sisteminin tətbiqindən 

başlayır ki, bu da insanda nevrozların  əmələ  gəlməsinə,psixikanın patalogiyasına 

səbəb olur. Mədəniyyətlə insan bir-birindən ayrılmazdır : insan mədəniyyəti yaratdığı 


 Səlimov Ülviyyə Tacir qızı 

254


qədər də , mədəniyyət insanı yaradır. Mədəniyyət instinklər üzərində  zəkanın 

üstünlüyünü təmin etdi [ 5, s.96 ]. 

Mədəniyyət və insan fenomeni bir-birilə  qırılmaz surətdə bağlıdır.  İnsan 

mədəniyyəti yaratdığı kimi,  mədəniyyət insanı formalaşdırır, onun  

varlığının 

məna və məqsədini şərtləndirir, onun mahiyyətini inkişaf etdirir. Ona görə də insan 

və mədəniyyət problemi xüsusi əhəmiyyət kəsb edir.  S.L. Rubinşteyn şəxsiyyəti belə 

müəyyənləşdirib: “ bu konkret tarixi fərdin real dünyada real münasibətlərə 

qoşulmasıdır.İnsan üçün onun inkişaf qanunauyğunluqlarından bioloji deyil, ictimai 

tərəflər  əhəmiyyətlidir ” [6, s.178 ]. Mədəniyyət və insan nisbətini təhlil edərkən 

burada çoxtərəfləri görmək olar. İnsan çıxış edir : mədəniyyətin özünəməxsus 

məhsulu kimi, mədəniyyətin istehlakçısı kimi, mədəniyyətin istehsalçısı kimi, 

mədəniyyətin tənzimləyicisi kimi. Mədəniyyətin məhsulu olaraq insan şüurlu ictimai 

varlıqdır. Heyvanlardan fərqli olaraq, dünya mədəniyyətinin norma və  dəyərlərinə 

daxil olur ki, bu da şəxsiyyətin təşəkkülündə inkulturasiya və sosiallaşma prosesinin 

baş verməsi ilə nəticələnir.  

Mədəniyyətin şəxsiyyətə təsiri sosiallaşma və inkulturasiya prosesində baş verir. 

İnsan cəmiyyətdə və konkret mədəniyyətdə bilik və bacarığın köməyilə qaydalar əldə 

edir. Sosiallaşma altında fərdin sosial rolları,normaları mənimsənilməsi prosesi başa 

düşülür. Bu halda insan şəxsiyyət kimi formalaşır. Sosiallaşma adı altında 

inkulturasiya konkret mədəniyyətdə insanın təhsil  ənənələrini və davranış 

normalarını  mənimsəməsi nəzərdə tutulur. Bu qarşılıqlı mübadilə prosində insan 

şəxsiyyətinin əsas xüsusiyyətləri formalaşır, digər tərəfdən insan özü də mədəniyyətə 

təsir göstərir. İnkulturasiyaya insani təməl vərdişlərin formalaşması daxildir [ başqa 

insanlarla ünsiyyət tipləri, ictimai davranışa nəzarət forması  və s.] İnkulturasiya 

prosesi sosiallaşmadan daha mürəkkəb prosesdir. İnkulturasiya prosesinin 

məzmununu şəxsiyyətin inkişafı, sosial kommunikasiya , öz həyat təminatı üçün əsas 

bacarıqların əldə edilməsi təşkil edir. 

İnkulturasiyanın  əsas mexanizmləri: imitasiya (digər insanların davranışında 

müşahidə olunan davranış  vərdişlərinin təkrarı)  və identifikasiya ( bu zaman uşaq 

valideynlərin davranışını qəbul edir). İnkulturasiya mexanizminin müsbət tərəfləri ilə 

yanaşı,mənfi tərəfləri də var. Sosiallaşma və inkulturasiyanın  əsas agentləri: ailə, 

müxtəlif siyasi və ictimai təşkilatlar, kütləvi informasiya vasitələri, təhsil və s.dir. 

Hələ  uşaq ikən ailə inkişafda aparıcı rol oynayır.Gələcəkdə digər amillər fəaliyyət 

göstərir. Sosiallaşma və inkulturasiya davamlı proses kimi insanın bütün həyatı boyu 

davam edir.  

 


Mədəniyyət sosiallaşma amili kimi 

255


İnkulturasiya - insanın mədəniyyətin  əsas elementlərinin mənimsənilməsi 

prosesidir: dəyərlər, simvollar, ənənələr və normalar. İnkulturasiya  termini 

M.Herskovun  İnsan və onun işi . -Elmi mədəni antropologiya (1948) işində qeyd 

olunmuşdur.  Sosiallaşma  və  inkulturasiya  anlayışları  məzmunca bir-birinə çox 

yaxın anlayışlardır, çünki hər hansı cəmiyyətin mədəni formalarının insan tərəfindən 

mənimsənilməsi prosesidir. Buna görə  də müasir elmi ədəbiyyatda sinonim anlayış 

kimi istifadə olunur. İnkulturasiya özündə insanın təməl bacarıqlarını, digər 

insanlarla ünsiyyət növlərini, davranışlarını, emosiyalarını formalaşdırır. 

İnkulturasiyanın nəticəsi olaraq insan öz sosial mühitini sərbəst istiqamətləndirmək, 

əvvəlki nəsillərin yaratdığı zehni və fiziki əməyin məhsullarının mübadiləsini edə 

bilir. Bu keyfiyyətinə görə  də insan mənsub olduğu mədəniyyət ilə digər 

mədəniyyətlərdən seçilir. Nəticədə sosiallaşmanın nəticəsi olaraq insan cəmiyyətin 

tamhüquqlu üzvü olur, tələb olunan sosial rolu sərbəst  şəkildə yerinə yetirir. Öz 

xarakterinə görə inkulturasiya prosesi sosiallaşma prosesindən daha mürəkkəbdir. 

Məsələ ondadır ki, mədəni norma, dəyər, adət və  ənənələrin mənimsənilməsindən 

ictimai həyatda sosial qanunların mənimsənilməsi daha tez baş verir. Buna misal 

olaraq miqrantları gətirmək olar. İnsan hər hansı bir ölkəyə müvəqqəti və ya daimi 

gedirsə, ilk növbədə  həmin ölkənin iqtisadi, sosial, siyasi quruluşu haqqında ilkin 

təsəvvürlərə malik olmalıdır. Bu biliklərin mənimsənilməsi sosiallaşma prosesinin 

məzmununu təşkil edir.  

İnkulturasiya zamanı insanın mədəniyyəti mənimsənilməsi prosesi, bir tərəfdən, 

fərdi istək və maraqlar, digər tərəfdən isə - insan üçün xas olan idraka və  mənəvi-

estetik zənginləşməyə qarşı meyllər müəyyən edir. Burada qeyd etmək lazımdır ki, 

xarici dillərin öyrənilməsi, insanın peşəsi üçün vacib olmayan biliklərin  əldə 

edilməsi, digər xalqların mədəniyyətlər ilə tanışlıq sosiallaşmanın vacib elementləri 

sayıla bilməz.  

İnkulturasiya- insanın tərbiyəsi ilə  mədəniyyətin qovuşmasıdır. Son nəticədə 

inkulturasiya- ziyalılıqdır. Beləliklə, iki proses-inkulturasiya və sosiallaşma müxtəlif 

qanunlar üzrə inkişaf edir. İnkulturasiya qocalana qədər maksimum həddə çatır, 

sosiallaşma isə  gənclik dövründə  əsasən formalaşıb başa çatır. Sosiallaşma 

baxımından insandan soruşduqda “sən kimsən?” o  cavab verməlidir :”Mən- 

professor, alim, mühəndis, ailə başçısı”. Ancaq inkulturasiya baxımından soruşduqda 

öz milli- mədəni mənsubluğunu açıqlamağa məcburdur. “Mən-rusam” Amerikalı 

mədəni antropoloq J.Uaytinq və xanımı sosiallaşmanın xüsusiyyətlərini altı 

mədəniyyət arasında müəyyənləşdirmişlər. Onlar hər bir mədəniyyətə sosial 

strukturun sosiallaşmaya təsirini araşdırmışlar. ”Sadə mədəniyyətlərdə yaxın qohum 



 Səlimov Ülviyyə Tacir qızı 

256


və qonşuların qarşılıqlı yardımı böyük əhəmiyyət kəsb edir. Şəxsiyyətin keyfiyyətləri 

isə kollektivdə inkişaf edir.Mürəkkəb mədəniyyətlərdə isə öz məqsədlərinə  və 

hakimliyinə çatmaq üçün müxtəlif rollar və iyerarxiya strukturu, faydalı olmaq 

bacarığı  əsas götürülür.Ona görə  də bu rolunu hazırlayarkən uşaqlar böyüklərin 

ruhunu və əzmini tərbiyə edirlər” [7, s. 246 ]  

Mədəniyyətin formalaşması problemi yeni nəslin quruculuğunun açarıdır. 

Mədəniyyət ilk növbədə, cəmiyyət üzvünün düşüncə  tərzi və  fəaliyyət növüdür. 

Sosioloji mənada mədəniyyət dəyərlər, normalar, ölçülər, ənənələr vasitəsilə insanlar 

arasındakı qarşılıqlı münasibətləri tənzimləyir. L. Uayt qeyd edir ki, “ mədəniyyət 

təkcə  mədəniyyət baxımından izah edilə bilər ”. L.Uayt mədəniyyətə  və  cəmiyyətə 

sistemli yanaşma əsasında izah edir ki, mədəniyyət cəmiyyətin inkişafının səbəbi və 

şərtidir. Mədəniyyətə o, insan fəaliyyətinin spesifik sahəsi kimi baxır. O mədəniyyətə 

cəmiyyətin funksiyası kimi baxmır.  Əksinə sosial sistem mədəniyyətin daha geniş, 

bütöv komponentlərindən birinə çevirir [7, s. 246 ]. 

 

Mədəniyyət-cəmiyyətin iqtisadi və siyasi mexanizmləri kimi eyni dərəcədə 



zəruri və  vacib amillərdən biridir. Əgər iqtisadiyyatda mülkiyyət münasibətlərin 

əsasını  təşkil edirsə, siyasətdə hakimiyyət, mədəniyyətdə isə  əsas norma və 

dəyərlərdir. Sosiomədəni mühitin mürəkkəbləşməsi sosiallaşma mexanizminin 

mədəni təminatını daha rəngarəng edir. Mədəni norma və  məqsədlər hər bir sosial 

təbəqə və qrupun yerini müəyyən edir.    

Hazırda daha bir məfhum – mədəni transmissiya, gələcək nəslə  mədəni irsin 

yeni məlumatlarının ötürülməsi anlayışından istifadə olunur. Məşhur amerikalı 

etnopsixoloq M.Mid ənənəvi mədəniyyətdə sosiallaşmanın xüsusiyyətlərini 

öyrənmişdir. Onun toplanmış materialları uşaqların psixoloji inkişafında sosiomədəni 

amillərin rolunu müəyyən etməyə imkan vermişdir. Sosiallaşmanı Mid inkulturasiya 

prosesi, mədəni dəyərlərin nəsildən nəslə ötürülməsi kimi başa düşmüşdür. Bu  

yanaşma mədəni təsirlərin,prinsiplərin uşaqların təlim-tərbiyəsinə avtomatik surətdə 

köçürülməsini təmin edir. M.Mid və R.Benedikt ictimai inkişafın müxtəlif 

mərhələrində sosiallaşma prosesini araşdırdı. Onlar həyat tsiklinin bir mərhələdən 

digərinə keçidi fərdlər üçün əhəmiyyətli təsirini göstərib. (xüsusilə, yetkinlik və ilk 

gənclik dövrü üçün) Onların əsas maraq dairəsi müəyyən cəmiyyətdə mədəniyyətdə 

baş verən dəyişikliklərin fərddə hansı dəyişikliklər ilə nəticələndiyini  araşdırmaqdır. 

Mid hesab edirdi ki, “ məhz mədəniyyət cəmiyyətdə  uşaqları, düşünməyə, hiss və 

hərəkət etməyi öyrədən əsas amildir ” [8 , c 141]. 

Mədəniyyət ən geniş mənada insanın həyat fəaliyyətinin bütün əsas sferalarını – 

maddi istehsal, sosial-siyasi münasibətlər, mənəvi inkişaf sahəsi, məişət, insanlar 


Mədəniyyət sosiallaşma amili kimi 

257


arasındakı qarşılıqlı əlaqələri səciyyələndirir. Mədəniyyət ictimai hadisədir və yalnız 

ictimai həyatın bütün tərəflərinin (iqtisadi, sosial, siyasi, mənəvi) kontekstində dərk 

edilə bilər, onların hər birini özlərinə хas bəşəri məzmun baхımından səciyyələndirə 

bilər. 


 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI 

 

1. S.S.Haşımova, Mədəniyyət  şəxsiyyətin formalaşmasının mühüm amili kimi.  



Müasir dövrün aktual problemləri.  Buraxılış N4-2010,192 s. 

2. Радугин А. А. , Радугин К. А. Социология: курс лекций. Москва, Центр, 

2003,  с. 303   

 

 



3.  Парсонс  Т.  Понятие  общества:  компоненты  и  их  взаимоотношения. 

Американская социологическая мысль.  Тексты. Москва, 1996, с. 590 

4. Смелзер Н., Социология. Москва, Феникс,1998, 688 с. 

5. Fərman İsmayılov, Klassik psixoanalizin əsasları, Bakı, Ensiklopediya, 2003 

6. Рубинштейн С. Л. Основы общей психологии. - СПб., 2000. – c. 635.  

7.  Уайт Л. Избранное:  Наука  о культуре. — Москва, РОССПЭН, 2004. — 

960 с. — (Серия «Культурология. XX век»)    

8. Мид Маргарет , Культура и мир детства , Сост. и предисл. И. С. Кона. — 

Москва , Наука, 

1988,c.429 

      

 

 



 

 

 



 Səlimov Ülviyyə Tacir qızı 

258


 

XÜLASƏ 

 

Məqalədə  mədəniyyətin sosiallaşmada başlıca amil olması    məsələsinə toxun-



muşdur. Sosiallaşma prosesinin vasitəsilə fərd mədəniyyətin əsas elementlərini: sim-

volları,mənaları,dəyərləri, normaları  mənimsəyir. Mədəniyyətin  şəxsiyyətə  təsiri 

sosiallaşma və inkulturasiya prosesində baş verir. İnkulturasiya-insanın mədəniyyətin 

əsas elementlərinin mənimsənilməsi prosesidir: dəyərlər, simvollar, ənənələr və 

normalar. Sosiallaşma  və  inkulturasiya anlayışları məzmunca bir-birinə çox yaxın 

anlayışlardır, çünki hər hansı  cəmiyyətin mədəni formalarının insan tərəfindən 

mənimsənilməsi prosesidir. Buna görə  də müasir elmi ədəbiyyatda sinonim anlayış 

kimi istifadə olunur. İnkulturasiya özündə insanın təməl bacarıqlarını, digər 

insanlarla ünsiyyət növlərini, mdavranışlarını, emosiyalarını formalaşdırır. İnkultura-

siyanın nəticəsi olaraq insan öz sosial mühitini sərbəst istiqamətləndirmək,  əvvəlki 

nəsillərin yaratdığı zehni və fiziki əməyin məhsullarının mübadiləsini edə bilir. 

 

 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə