İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə24/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   ...   20   21   22   23   24   25   26   27   ...   40

РЕЗЮМЕ 

 

В  статье  анализируется  понятие  культуры  как  основной  фактор 



социализации. Именно в процессе социализации личность аккумулирует в себе  

основные  элементы  культуры : символы,  нормы,  ценности.  Инкультурация - 

процесс  освоения  основных  элементов  культуры.  Понятия  социализации»  и 

инкультурация  по  содержанию  очень  близки  друг  к  другу,  так  как  процесс 

развития личности выступает как результат присвоения культуры достигнутой 

человеческим обществом. Поэтому в современной научной литературе понятие 

инкультурация 

используется 

как 

синоним 


понятия 

социализации. 

Инкультурация  формирует  в  себе  основные  виды  общения  с  людьми,  их 

поведения,  формирует  эмоции  в  себе  и  способности  человека.  В  результате 

инкультурации  человек способен  свободно передать сведения об умственных, 

физических  и  трудовых достинсениях   своей социальной среды  предыдущим 

поколениям  

 

 



 

Mədəniyyət sosiallaşma amili kimi 

259


 

SUMMARY 

 

It was touched  on the main factor of culture in socialization in the article. 



Through the process of socialization person approaches the main culture elements: 

symbols meanings, values norms. The influence of culture, identity and socialization 

process occurs inculture. Inculture is the process of development of the main 

components of the culture : values, norms, traditions and symbols. Socialization and 

inculture concepts are very close to each other in content, because any society is the 

process of cultural forms of the assignment of the human. Therefore in the modern 

scientific literature is used as synonyms concepts. Inculture includes fundamental 

human skills, communicate with people in other types of behavior, his emotions 

form. As a result of inculture human created their social environment guide, can 

share the products of mental and physical labor by previous generations.  

 

 

 



Çapa tövsiyə etdi:f.e.d.,prof.Fikrət Əfəndiyev 

İslamdan əvvəlki bəzi din və cəmiyyətlərdə ailə 

261


 

 

İSLAMDAN ƏVVƏLKİ BƏZİ DİN VƏ CƏMİYYƏTLƏRDƏ AİLƏ 

 

Dr. Mənsur TEYFUROV

*

 

 

 

I.

 

Giriş, Yəhudilikdə ailə 

Yəhudilikdə ailə sadəcə sosial deyil, eyni zamanda dini bir cəmiyyətdir. “Atalar 

mədəniyyəti”bir ailə ibadətidir. Ənənəvi ibadəti mühfizə edən və onu yeni nəsillərə 

köçürmə  vəzifəsini üstlənən ailə  və onun rəisi olan atadır.  İlk mətnlərə görə 

yəhudilərin ataları  (İbrahim,  İshaq, Yaqub) qurban yerləri hazırlamış  və Tanrıya 

qurban təqdim etmişlər.

1

 Eyni zamanda ata, bir ailə ibadəti olaraq evdə icra edilən 



fısıh”(pesah) bayramına da başçılıq etməlidir.

2

 Buna görə atanın ruhani bir 



şəxsiyyəti vardır və sərhədsiz nüfuzu da buradan gəlir. Ailə bağlarını qoparan şəxs 

atalarının himayəsindən məhrum olur. Evlənməyərək ailənin ortadan qalxmasına 

səbəb olan şəxs isə sadəcə bir sosial vahidin deyil, bir mədəniyyətin  yox olmasına 

səbəb olmalıdır. Buna görə Yəhudilikdə subay qalmaq böyük günahdır.

3

 

Yəhudi ailəsi  əsas etibarı ilə patriarx bir ailə olsa da ən qədim zamanlarda 



matriarx ailənin var olduğu, sonra yerini atanın üstünlüyünə buraxdığı söylənə bilər. 

Patriarx ailədə evlənən qadın ərinin qəbiləsinə  keçər. Qohumluq, qəbilə əlaqəsi və 

miras kişiyə görə müəyyən olunur. Buna görə ailənin və ailə adının davamında oğlan 

uşaqları önəmli bir rol oynayırlar.

4

Yenə bu ailə quruluşunun bir üsulu olaraq ərin 



arvadı üzərində böyük bir hakimiyyəti vardır. Bu hakimiyyətin səbəbi Həvvanın 

cənnətdəki itaətsizliyi və  ərini aldatmasıdır. Kitab-ı Müqəddəsdəki* bəzi ifadələr 

qadının evlənmə prosesində  tərəf-müqabili deyil, əksinə bu prossesin mövzusu 

olduğunu bildirir.

5

  İbrani dilində  “baal”kəlməsi həm “ər”, həm də, “mal sahibi” 



deməkdir. Bu kökdən törəyən fel də “evlənmək” və “malik olmaq” mənalarına gəlir. 

                                                 

*

 T.C. Bursa Uludağ Universiteti ictimai elmlər institutu ərəb dili və bəlağəti elmlər namizədi 



tələbəsi 

1

Tövrat, Təkvin bölümü, 12/7  



2

Tövrat, Çıxış bölümü, 12/1-51 

3

Mehmet Akif  Aydın, “Aile”DİA, Baskı, Güzel Sanatlar Matbaası, İstanbul 1989, II, s. 196 



4

Tövrat, Təkvin bölümü, 3/16 

* Tövrat nəzərdə tutulur. 

5

Tövrat, Təkvin bölümü, 4/19, 6/2, 11/29, 29/28, 34/8 



Mənsur TEYFUROV 

262


Bu,  ərin arvadı üzərindəki hakimiyyətinin mal sahibinin hakimiyyətinə oxşadığını 

göstərir.

6

Tövratda mövcud olan on əmirdə qadın ev, kölə, cariyə, öküz və eşşək ilə 



birlikdə  ərin mal varlığı arasında sayılmışdır. Bu anlayışın təbii bir nəticəsi olaraq 

qadının miras haqqı da yoxdur. Yalnız ona verilən hədiyyələrə sahib olur və yalnız 

ərinin malik olduğu xidmətçi kölələrin əfəndisidir.

7

Patriarxa əsaslanan yəhudi ailəsi 



eyni zamanda böyük bir ailədir. Yalnız qan qohumlarını deyil, kölə, cariyə  və 

xidmətçiləri də içinə alır. Hz.Yaqubun ailəsi oğullarını, qızlarını, arvadlarını, 

oğullarının oğullarını, qızlarını, oğullarının qızlarını  və bütün zürriyyətini  əhatə  

edirdi.


8

 Ailənin bu geniş quruluşu İsrail cəmiyyətinin sosial, dini və iqtisadi quruluşu 

ilə əlaqəli olduğu qədər, İsrail oğulları arasında tətbiq olunan çoxevlilik (poligamiya) 

ilə də yaxından əlaqəlidir. Çox evliliyin İsrail oğulları arasında xüsusilə ilk dövrlərdə 

məşhur bir tətbiqi vardır.

9

Yəhudilikdə ailə, həm endogamik, həmdə egzogamik* bir 



xarakter daşıyır. Ümumi bir qayda olaraq mövcud olan İsrail oğulları xaricində 

biriylə evlənməmə, daxildən evlənmənin (endogami) geniş bir tətbiqi olaraq şərh 

oluna bilər. Lakin bu tətbiqə  də istisnalar gətirilmişdir.

10

Babil sürgünündən sonraki 



dövrdə  yəhudilərin Hititi və Kenanilərlə evliliklərinə rast gəlinməkdədir. Kitab-ı 

Müqəddəs bu xarici evliliklərinə  işarə edir. Daha sonra bu növ evliliklər qadağan 

edilmişdir.

11

 Evlənmə  əsnasında qadının ailəsinə bir pul və ya mal verilir (mohar). 



Başlanğıcda bundan əlavə qadının heç bir haqqı yoxdur. Sonralar ailəyə verilən pul 

və mal şəxsən evlənən qadına ödənən bir hədiyyəyə çevrilmişdir.

12

Yəhudilikdə 



boşanmaq qanuni bir hadisə kimi qəbul edilir. Ancaq yəhudi hüquq qaydaları 

arasında boşanma səbəbləri mövzusunda görüş birliyi yoxdur. Ümumi olaraq 

boşanmalara yəhudi cəmiyyətində tez-tez baş vurulduğu və bu mövzuda tətbiqatın 

çox olduğu müşahidə olunur.

13

 

 



 

                                                 

6

M. A. Aydın,  e.a.m.,DİA, II, s. 197 



7

Tövrat, Çıxış bölümü, 20/17 

8

Tövrat Təkvin bölümü, 46/5-7 



9

.Tövrat, Krallar bölümü, 11/3 

*Endogamik sərhədlər içərisində müəyyən sayda qohumlarla evlənməmə qaydasıdır. 

Xaricdən evlənmək isə egzogamikadlanır. 

10

Tövrat, Əzra bölümü, 10/2 



11

Tövrat, Əzra bölümü, 10/11 

12

Tövrat, Təsniyə bölümü, 24/1 



13

M. A. Aydın,  e.a.m.,DİA, II, s. 197 



İslamdan əvvəlki bəzi din və cəmiyyətlərdə ailə 

263


II.

 

Xristianlıqda ailə 

Xristianlıqda ailə quruluşu yəhudi ailəsindən çox fərqli deyildir. Əsasən İncildə 

də ifadə olunduğu kimi Hz. İsa (ə.s)  əvvəlki  şəriətləri ləğv etmək üçün deyil, 

tamamlamaq üçün gəlmişdir. Bu baxımdan burada xristianlıqdakı ailədən bəhs 

edərkən yalnız yəhudilikdən fərqli cəhətlər üzərində durulacaqdır.Xristianlıq ailəni 

sosial və ya mədəni bir təşkilat olaraq deyil, tamamilə dini bir təşkilat olaraq qəbul 

edir. Bu bir baxıma yəhudilikdəki materialist anlayışa bir reaksiyadır. Hz. İsaya (ə.s)  

görə ailə  fərdləri arasındakı  əlaqə insanla Allah arasındakı  əlaqənin bir aynası  və 

insanın ruhi və  mənəvi sahədəki inkişafının imtina edilməz bir ünsürüdür.

14

 



Yəhudilikdə olduğu kimi xristianlıqda da ailə  ərin hakimiyyətinə söykənən ailədir. 

İsa (ə.s) kilsənin başçısı olduğu kimi kişi də ailənin başçısıdır. Hətta qadın  ərinə, 

rəbbinə tabe olduğu kimi tabe olmalıdır. Onun əri üzərində  hər hansı bir şəkildə 

hakimiyyət qurması  qəbul edilə bilməz. Bu düşüncə,  əsasını Hz. Adəm (ə.s) ilə 

Həvvadan almışdır. Çünki, əvvəl Adəm, sonra Həvva yaradılmışdır. Eyni zamanda  

Həvva Adəmi aldadıb cinayətə (günaha) göndərmişdir. O halda kişinin özünü aldadıb 

günah işləməsinə  səbəb olan qadının hakimiyyəti altına girməsi düşünülə bilməz. 

Bütün bunlara baxmayaraq xristianlıqda qadın, yəhudilikdə olduğu kimi ərinin sanki 

mülkiyyəti altındakı bir mal da deyildir.

15

Ailəni meydana gətirən evliliyə 



xristianlıqda o dərəcədə müqəddəs bir mahiyyət verilmişdir ki, evlənməklə ər arvadın 

tək bir bədən halına gəldiyi və artıq ayrılmalarının mümkün olmadığı nəticəsi hasil 

olmuşdur. Buna görə boşanıb başqası ilə evlənən yoldaş zina etmiş sayılır. Çünki, 

əvvəlki evliliyi hələ davam etməkdədir. Hər nə  qədər bu qadağa yəhudilikdəki 

boşanmaların həddindən artıqlığına bir reaksiya olaraq ortaya çıxmış olsa da 

boşanmanı tamamilə  rədd etdiyi üçün bu dəfə  də başqa bir həddi aşmağa səbəb 

olmuşdur.

16

 



Xristian dünyasında baş verən müxtəlif sosial sarsıntıların bir səbəbi də bu 

qadağa olmuşdur. Çünki, bu vəziyyət bir tərəfdən kilsə xaricindəki evlənmə  və 

boşanmalara yol açmış, kilsədə boşanıb ikinci dəfə evlənə bilməyənlər bunu kilsə 

xaricində etmək məcburiyyətində qalmışdırlar.Digər tərəfdən bu üsulun hələ  tətbiq 

olunmadığı dövrlərdə bir-birlərindən ayrılma imkanı tapa bilməyən tərəflər bu 

evliliklərini istəməyərək kağız üzərində mühafizə etmişlər, evlilik xarici qanuni 

                                                 

14

İncil, Matta bölümü, 5/17 



15

İncil, Luka bölümü, 16/18 

16

M. A. Aydın,  e.a.m.,DİA, II, s. 197 



Mənsur TEYFUROV 

264


olmayan  əlaqələr saxlamışlar. Buna görə  qərb dünyasında  əxlaqi problemlərin 

təməlində xristianlıqdakı bu boşanma qadağasının olduğunu irəli sürmək 

mümkündür.

17

  Yəhudiliyin  əksinə xristian ailəsinin tək evliliyə (monogam) 



əsaslandığını söyləmək mümkündür. Ancaq istisnalarda vardır. Xristianlığın ilk 

dövrlərində heç bir kilsə birdən çox qadınla evlənməyə qarşı  çıxmamışdır. Belə ki, 

Charlemagne çox evliliyi yalnız papazlara qadağan etmişdir. Luter bigamiyi (iki 

arvadlılığı) təsdiq edir.Bəzi xristiyan məzhəbləri də çox evliliyi qəbul edir. Hətta 

Anabaptislər 1531-ci ildə çox evliliyi tövsiyə etmişlər. Mormonlar da çox evliliyi 

ilahi bir müəssisə olaraq qəbul etmişlər. Digər xristianlar arasında çox qadınla 

evlənmək qadağası sonrakı dövrlərdə başlamışdır.

18

 



 

III.Romalılarda ailə 

Roma cəmiyyətində ailə dini, iqtisadi və sosial bir vahiddir. Romada ailə, biri 

böyük, digəri kiçik olmaq üzrə iki qrupa ayrılırdı. Böyük mənada ailə, atadan oğlan 

uşaqları yolu ilə gələn bütün fərdləri içərisinə alırdı. Ailə rəisinin ölümündən sonra 

oğlan uşaqların meydana gətirdiyi vahidlər də kiçik mənada ailəni meydana 

gətirirlər. Buna görə də, Roma ailəsi “agnatik”* bir ailədir. Bu cür ailədə ümumi bir 

qan qohumluğu deyil, yalnız kişi vasitəsilə  təmin edilən qan qohumluğu 

önəmlidir.Kişi yaxınlarının xaricindəki qohumları da içərisinə alan daha geniş əhatəli 

qan qohumluğunun mənəvi və sosial bir dəyəri olmaqla yanaşı, xüsusilə miras və 

vəlayət hüququ baxımından bir dəyəri yoxdur. Qadın evlənməklə atasının ailəsi ilə 

əlaqəsini kəsər və  ərinin ailəsinə daxil olardı.

19

Jüstinian zamanında Roma 



imparatorluğunun, xristianlığı  qəbul etdiyi zamanlarda qadınlar bu hüquqları  əldə 

etmişlər: 

1. Miras hökümləri baxımından kişi ilə qadın arasında olan bəzi fərqliliklər 

aradan qaldırıldı, 

2.  Əşraf (aristokrat) təbəqəsinə  mənsub kişilərin, xalq təbəqəsindəki qadınlarla 

evlənmələrinə icazə verildi, 

3. Bir dul qadının, ilk ərinin ölümündən sonra ikincisi ilə evlənməsi. Bu 

qanundan öncə, dul qadın, ikinci bir ərə gedərsə bütün malları əlindən alınardı. 

                                                 

17

İncil, Markos bölümü, 10/8-12 



18

M. A. Aydın,  e.a.m.,DİA, II, s. 198 

* Yalnız kişi qohumluğu ilə meydana gələn ailə zənciridir. 

19

M. A. Aydın,  e.a.m.,DİA, II, s. 198 



İslamdan əvvəlki bəzi din və cəmiyyətlərdə ailə 

265


Konstantin zamanında zina edən qadına ölüm cəzası verilirdi. Justinian bu 

cəzanı yüngülləşdirərək monastırlarda həbs cəzasına çevirdi. Zina edən qadına 

evlənmək qadağan idi. Ər-arvad ayrı-ayrı dinlərə bağlı olduqları  təqdirdə ikisi 

arasındakı evlilik qeyri-qanuni sayılıb, ikisinə zina cəzası verilirdi.

20

Romada ailə 



patriarx bir ailə idi. Bütün güc və səlahiyyət ailə rəisində (pater familias) toplanırdı. 

Bir mənada “pater familias” ailənin rəisi, hakimi və rahibidir. Onların uşaqları 

üzərində, xüsusi ilə ilk dövrlərdə onları öldürməyə, başqalarına satmağa qədər çatan 

geniş səlahiyyətləri var idi.Bu vəziyyətdə uşaqların yarı kölə statusa sahib olduqlarını 

demək yalnış olmaz. Ailə  rəisinin bu səlahiyyətləri sonralar azaldılmışdır. Qadın 

evlənməklə ailə rəisinin və ya ərinin vəlayət və vəsayəti* altına girirdi. Ailədə oğlan 

uşaqlarının tərbiyə  və  təhsili atanın, qız uşaqlarının isə ananın məsuliyyəti altında 

idi.Ailənin içərisində yaşadığı evin Romada dini və hüquqi bir toxunulmazlığı vardır. 

O, evə girən zorla çıxarıla bilməzdi. Evdə olan şəxsi məcburən çıxarıb məhkəmə 

qarşısına aparan şəxs məskənə  təcavüz etmiş olurdu. Roma ailəsində övladlıq 

götürmə  təşkilatıda var idi. Bu, xüsusilə  oğlu olmayanların ailənin və ailə 

mədəniyyətinin davam etməsi üçün müraciət etdikləri bir təşkilat idi.

21

 

 



IV.

 

Ərəblərdə ailə 

Cahiliyyə dövrü ərəblərində ailənin müstəqil olduğunu söyləmək səhvdir. 

Həqiqətdə o, mənsubu olduğu qəbilənin bir hissəsi idi. Çünki, bu cəmiyyətdə bir 

ailənin üzvü olmaqla bərabər bir qəbilənin üzvü olmaq da dəyər daşıyırdı. Qəbilə 

böyük bir ailə mövqeyində idi.O dövrdə ailə  ər, yoldaş  və ya yoldaşlar, uşaqlar və 

kölələrdən meydana gəlirdi. Qohumluq əlaqəsi kişi qohumlar (asabə) yolu ilə 

qurulurdu. Bu yönüylə qədim ərəb ailəsi patriarx bir ailədir. Əslində bəzi sosioloqlar 

ərəb cəmiyyətinin ilk dövrlərdə matriarx bir ailə quruluşuna sahib olduğunu 

söyləyərək və Bəni Rukayyə, Bəni Becilə kimi qəbilə adlarının bunların bir anadan 

törəmiş olduqlarının işarəsi sayıldığını irəli sürürlər.

22

Bunun kimi ərəbcə ailə və ya 



qəbilə mənasında işlədilən “batn” kəlməsinin də müəyyən bir dövrdə Ərəb ailəsinin 

anadan gəldiyini ortaya qoyduğu iddia edilmişdir. Belə ki, bilinən  ən qədim 

dövrlərdən etibarən ərəblərdə patriarx bir ailə quruluşunun mövcud olduğu görünür. 

Ad, Səmud, Bəni Mudar, Bəni Haşim, Qureyş kimi qəbilə adlarının çoxu da bu 

                                                 

20

Süleyman Ateş, İslamda kadın hakları,Yeni Ufuklar Neşriyatı, İstanbul 1988, s. 7-8 



* Vəlayət: yəni himayəsinə almaq, vəsayət isə vəsiyyəti altında olmaqdır. 

21

M. A. Aydın,  e.a.m.,DİA, II, s. 198 



22

Ali Çelik,  Ahzab suresine göre aile hukuku, Kudret Basım Ambalaj,İstanbul 1999,  s. 22 



Mənsur TEYFUROV 

266


qəbilələrin bir atadan gəldiyini göstərir.Qədim  ərəb cəmiyyətində kişi qadından 

həmişə üstün idi. Çünki o, qadının əksinə fövqəladə bir fərd deyil, bir döyüşçü olaraq 

ailənin və qəbilənin güc qaynağıdır. Buna görə asabə əlaqəsi ailə və qəbilə bağlarının 

təməlini təşkil edir. Yenə buna görə  qız uşağına sahib olmaq utanılacaq bir şeydir. 

Hətta bəzi qəbilələrdə  qız uşaqlarının diri-diri torpağa basdırıldığı bilinir. Bunda 

aclıq qorxusunun da təsiri vardır. Belə bir vəziyyətdə ailənin ən dəyərsiz fərdi fəda 

edilərək bu təhlükə sovuşdurulmağa çalışılırdı.

23

 



Bu dövrdə evlilik hər hansı bir şəkil şərtinə və ya mərasimə tabe deyildir. Çox 

evlilik on arvada qədər tətbiq oluna bilərdi. Bununla bərabər nikahsız yaşama, 

müvəqqəti nikah (nikah-ı muvaqqat, nikah-ı müta), yoldaşını qarşılıqlı  dəyişdirmə 

(nikah-ı  bədəl), və ya zadəgan bir kişidən uşaq sahibi olmaq üçün yoldaşını  həmin 

kişiyə təqdim etmə və uşaq olana qədər xanımına yanaşmama (nikah-ı istibda) kimi 

müxtəlif evlənmə növlərinin də mövcud olmuşdur.Ögey ana ilə evlənmə şəklindəki 

(nikah-ı maqt) da o dövrdə  ərəb cəmiyyətində mövcud olan bir tətbiqatdır. Bu 

nikahda ilk söz sahibi olaraq böyük oğul, atasının ölümündən sonra ögey anası ilə 

evlənə bilər və bunun üçün ögey anasının razılığı lazım olmurdu. Böyük oğulun belə 

bir  şey arzu etməməsi halında digər oğullar və asabə  əqrəbalar bu haqqa sahib ola 

bilərdilər.

24

Evlilik daha çox qəbilə içərisində olurdu. Endogami: xarici bir qadınla 



evlənmək xoş qarşılanmazdı. Qız uşaqlarının  əmi oğulları ilə evlənmələri xüsusilə 

təşviq edilirdi. Əmi qızı sözü o dövrdə eyni zamanda yoldaş  mənasına da 

gəlirdi.Vəlayət haqqı asabə qohumlarına verilmişdi. Ananın uşaqları üzərində belə 

bir haqqı yox idi. Valideynin vəlayəti altındakılar üzərində Roma hüququnda ailə 

rəisinin sahib olduğu haqlara oxşar geniş haq və  səlahiyyətləri var idi. Valideyn 

vəlayəti altındakı uşağı sata bilər, girov verə bilər, miras və himayədən məhrum edə 

bilər və hətta öldürə bilərdi. Qız uşaqlarını öldürmə haqqına sahib olmaları o dövrdə 

valideynin səlahiyyətlərinin genişliyini göstərirdi. Buna görə  ərəb cəmiyyətində  də 

qadın və  uşaqların o dövrdəki statusları kölədən çox fərqli deyildi. Bunların miras 

haqlarının olmaması da bunu təsdiqləyir.Qədim  ərəb ailəsində övladlığa götürmə 

təşkilatı var idi. Övladlıq  əlaqəsi evlilik üçün maneə idi. Bundan başqa övladlığ 

uşağın övladlığa götürənin malları üzərində miras haqqı da yox idi.

25

 

 



                                                 

23

M. A. Aydın,  e.a.m.,DİA, II, s. 198 



24

Ali Çelik, e.a.ə.,  s. 23 

25

M. A. Aydın,  e.a.m.,DİA, II, s. 198 



* Pederşahi ata hakimiyyəti, yəni patriarx, Pederi isə atalıq deməkdir. 

İslamdan əvvəlki bəzi din və cəmiyyətlərdə ailə 

267


V.

 

Türklərdə ailə 

Qədim türk ailəsinin də öz dövründəki bir çox cəmiyyətlərdəki kimi patriarx bir 

quruluşda olduğu bilinir. Ancaq bu patriarx ailə quruluşu yəhudilərdə  və ya Roma 

cəmiyyətində olduğu kimi ailə  rəisinə geniş  səlahiyyət verən, arvad və  uşaqları 

mülkiyyət  əlaqəsi ilə ataya bağlayan bir ailə deyildi.İlk zamanlarda köçəri və 

ümumiyyətlə döyüşçü kişinin ailə  və  cəmiyyət içərisindəki yeri qadına görə daha 

əhəmiyyətli idi. Hətta Yakut türkləri kimi matriarx bir ailə quruluşunun görüldüyü və 

qohumluq əlaqəsinin ana vasitəsilə qurulduğu boylarda belə ailənin rəisi qadın deyil 

kişi idi. Lakin artıq bu kişi ata deyil ananın qardaşı olan dayısı sayılırdı.

26

Qohumluq 



əlaqələrinin ata yolu ilə qurulduğu və bu səbəblə patriarx deyilən qədim türk ailəsinə 

bəzi araşdırmacılar atanın səlahiyyətlərinin digər patriarx ailələrdəki qədər geniş 

olmamasını nəzərə alaraq “pederşahi” deyil, “pederi”* ailə adını vermişlər.Evlənmə 

zamanı  yəhudiliyə oxşar tərzdə evlənən  şəxs kişi tərəfindən qadının ailəsinə 

kalın”adıyla müəyyən bir pul və ya mal verirdi. Bu verilən hədiyyə, qızın 

yetişdirilməsi və  təhsil xərcləri üçün nəzərdə tutulurdu.Qədim türk cəmiyyətində 

qadının öz dövründəki cəmiyyətlərə görə sahib olduğu mövqe onun evlənmə 

əsnasında bir mal kimi alınıb satılmasına maneyə olurdu. Kişi tərəfindən qadının 

ailəsinə ödənən kalını, qadının səbəb olduğu boşanmalarda kişi tərəfinə qaytarılması 

məcburiyyəti var idi.

27

Məhşur olmamaqla yanaşı çox evlilik tətbiqinin qədim türk 



cəmiyyətində mövcud olduğu və buna xüsusilə zəngin tacirlər arasında rast gəlindiyi 

bilinir. Eyni şəkildə atanın və ya böyük qardaşın ölümündən sonra ögey ana və ya 

gəlinlə evlənmədə müəyyən hallarda baş verirdi.Dul arvadın və  uşaqlarının ailə 

içərisində qalaraq dolanışıqlarının daha yaxşı  təmin edilməsi mirasın xaricə 

çıxmamasını təmin edirdi. Bununla yanaşı o qadın evdə qaldığı müddət ərzində vəfat 

edən ərinin ruhuna da xidmət edirdi.

28

 

 



 

                                                 

26

M. A. Aydın,  e.a.m.,DİA, II, s. 198 



27

Cemal Şener, Türklerin Müslümanlıkdan Önceki Dini Şamanizim, AD Yayıncılık, İstanbul-

1997, s. 86 

28

M. A. Aydın,  e.a.m.,DİA, II, s. 199 



Mənsur TEYFUROV 

268


NƏTİCƏ 

 

Nəticə etibariylə demək olar ki ailə kimi müqəddəs bir müəssəsəyə tarix 

boyunca hər zaman dəğər verilmiştir. Ancaq yuxarıda da bəhs olunduğu kimi tarixin 

bəzi mərhələlərində  bəzən bu müəssəsəyə layiqincə  əhəmiyyət vərilməmiş  və çox 

kötü bir vəziyyətə düşmüşdür. Mesələn, Qədim türk cəmiyyətində qadının öz 

dövründəki cəmiyyətlərə görə sahib olduğu mövqe onun evlənmə əsnasında bir mal 

kimi alınıb satılmasına maneyə olurdu. Kişi tərəfindən qadının ailəsinə ödənən kalını, 

qadının səbəb olduğu boşanmalarda kişi tərəfinə qaytarılması  məcburiyyəti var idi. 

Qədim ərəb cəmiyyətində isə kişi qadından həmişə üstün idi. Çünki o, qadının əksinə 

fövqəladə bir fərd deyil, bir döyüşçü olaraq ailənin və  qəbilənin güc qaynağıdır. 

Buna görə asabə əlaqəsi ailə və qəbilə bağlarının təməlini təşkil edir. Yenə buna görə 

qız uşağına sahib olmaq utanılacaq bir şeydir. Hətta bəzi qəbilələrdə qız uşaqlarının 

diri-diri torpağa basdırıldığı bilinir. Bunda aclıq qorxusunun da təsiri vardır. Belə bir 

vəziyyətdə ailənin  ən dəyərsiz fərdi fəda edilərək bu təhlükə sovuşdurulmağa 

çalışılırdı. Romalılardai ailə quruluşu da patriarx bir ailə idi. Bütün güc və səlahiyyət 

ailə  rəisində (pater familias) toplanırdı. Bir mənada “pater familias” ailənin rəisi, 

hakimi və rahibidir. Onların uşaqları üzərində, xüsusi ilə ilk dövrlərdə onları 

öldürməyə, başqalarına satmağa qədər çatan geniş səlahiyyətləri olmuşdur. Bununla 

yanaşı  İslamdan  əvvəlki səmavi dinlərdə isə ailəye önəm verilmişdir. Məsələn, 

Yəhudilikdə ailə sadəcə sosial deyil, eyni zamanda dini bir cəmiyyətdir. Xristianlıqda 

isə ailə sosial və ya mədəni bir təşkilat olaraq deyil, tamamilə dini bir təşkilat olaraq 

qəbul edilmişdir. 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə