İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə25/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   40

 

 

ƏDƏBİYYAT 

 

Ali Çelik,  Ahzab suresine göre aile hukukuKudret Basım Ambalaj,İstanbul 

1999. 

Cemal  Şener,  Türklerin Müslümanlıkdan Önceki Dini Şamanizim, AD 



Yayıncılık, İstanbul-1997. 

Heyət,İncil, Əhdi Cədid İsa Məsihin xoş xəbəri, Bibiliya Tərcümə İnistutu, 1995. 

Mehmet Akif  Aydın, “Aile”, Türkiye Diyanet Vakfı İslam ansiklopedisi,Baskı, 

Güzel Sanatlar Matbaası, İstanbul 1989, II. 

Heyət,Kitabi Mukaddes (Tövrat), Kitabi Mukaddes Şirketi, İstanbul 1996. 

Süleyman Ateş, İslamda kadın hakları, Yeni Ufuklar Neşriyatı, İstanbul 1988. 



İslamdan əvvəlki bəzi din və cəmiyyətlərdə ailə 

269


 

XÜLASƏ 

 

Tarixə  nəzər salsaq görərik ki, ilk cəmiyyət ailədən meydana gəlmişdir. 

Yəhudilik, Xristiyanlıq kimi Səmavi dinlərdə ailəyə önəm verilmişdir. Ancaq 

İslamdan  əvvəlki bəzi cəmiyyətlərdə isə ailəyə kifayət qədər dəğər verilməmişdir. 

Ölkəmizdə bu mövzuda yazılan  əsərlərin məhdudluğunu nəzərə alaraq təfərruatlı 

şəkildə  İslamdan  əvvəlki din ve cəmiyyətlərdə ailə ilə  əlaqəli mövzuların 

araşdırılaraq sosial yöndən yazılmasına ehtiyac olduğunu hiss etdim. Bu 

məqaləmizdə  Yəhudilikdeki ailənin quruluşu və növleri hakkında oxuyucuya ışıq 

tutacaq bilgilər vərməyi hədəfləyirik. Daha sonra ise ailənin Xristiyanlıqdaki 

mövqeyindən bəhs edilecektir. Bununla yanaşı, ailənin İslamdan əvvəl mövcud olan 

Romalılar,  Ərəblər və  qədim Türklər kimi bəzi cəmiyyətlərdəki vəziyyətinə  nəzər 

salaraq mövzumuzu daha da cazibəli şəkildə yazmaya çalışacam. 

 

 

ABSTRACT 



 

If we cast a glance at and we shall see to the history that the first society has 

occured before the family. I am front and have been given to the family in the 

religions. But only but enough has not been given to the family in the previous some 

societies before the Islam. I felt this being previous religion ve need with family to 

the writing from the social towards of the connected subject in our country in the 

societies beforethe Islam taking into account the limitation of the works traces 

written in the subject investigate. This system of the family and knowledge must hold 

target arrow in our article. Ise discussion from the position of the family later. At the 

same time, of the family to write our subject theme in more charming casting a 

glance to the situation in the some society of as existing citisen of Rome, Arabs and 

ancient Turks before Islam. 



 

 

 

 

Mənsur TEYFUROV 

270


 

АНОТАЦИЯ 

 

Семья в истории человечества постоянно занимала особое место и играла 

большую  роль  в  создании  цивилизованного  общества.  Все  аврамические 

религии,  как  Иудаизм  и  Христианство,  уделяют  особое  внимание  семейным 

отношениям. Однако только в Исламе первые поколения не придавали особого 

значения  семейным  ценностям.  Следует  заметить,  что  в  нашей  стране  очень 

мало выполненно исследований в этой сфере, и из-за необходимости я решил 

коснуться  темы  семьи  в  социуме  через  призму  коранических  аятов.  В  статье 

будут  рассматриваться  религиозные  аспекты  создания  семьи  и  ее  виды  в 

Иудаизме. Затем коснемся положение семьи в христианстве.  Затем рассмотрим 

положение семейных отношений в Византии, у арабов и у древних турков. 

 


Abbasilər dövrü ərəb ədəbiyyatında  poeziyanın drumu 

271


 

 

ABBASİLƏR DÖVRÜ ƏRƏB ƏDƏBİYYATINDA  

POEZİYANIN DRUMU 

 

Məmmədova Könül Əbülfəz q. 

Bakı Dövlət Universiteti 

 

 

Key words: Arabic literature; Abbasid period; Poetry in the abbasid period 



Ключевые  слова:  Арабская  литература;  

Период  Аббасидов;  Поэзия  в 

период Аббасидов 

 

VIII  əsrdən başlayaraq XI əsrin sonuna qədər olan dövr orta əsr  ərəb 



mədəniyyətinin daha çox inkişaf etdiyi dövr hesab olunur. Məhz bu dövrdə xilafətin 

Suriya,  İraq, qismən də Misir kimi mühüm vilayətlərində  ərəbləşmə prosesi demək 

olar ki, sona çatdı  və  “ərəblər” məfhumu tədricən öz mahiyyətini dəyişdi. Yəni, 

ərəblər tərəfindən işğal olunan ərazilərin sakinləri onlarla qaynayıb-qarışaraq 

ərəblərin dinini qəbul edir, “ərəbləşərək” ərəb mədəniyyətinin inkişafında fəal iştirak 

edir və özlərinə  məxsus qədim adət-ənənələrlə bu qədim mədəniyyəti daha da 

zənginləşdirirdilər. Xilafətə daxil olan xalqlar orta əsr Avropa alimləri latın dilindən 

istifadə etdikləri kimi, artıq öz elmi, dini və  ədəbi yaradıcılıqlarında  ərəb dilindən 

istifadə etməyə başladılar.  Ərəb elmi və  mədəniyyəti dünyəvi mahiyyət daşıyaraq, 

Avropa mədəniyyətinə və elmi-fəlsəfi fikrinə təsir göstərməyə başladı.   

Abbasilər sülaləsinin dövründə  ədəbiyyat inkişaf edərək özünün ən yüksək 

zirvəsinə çatdı. Ümumiyyətlə, Abbasilər ədəbiyyatı dedikdə, Bağdadda Abbasilərin, 

Suriyada Samanilərin, İranda Buveyhilərin, Misir və Məğribdə Fatimilərin ədəbiyyatı 

nəzərdə tutulur. Həmin dövrdə elm və  mədəniyyətin bir neçə mühüm mərkəzi 

yarandı.  İraqda Abbasilər dövrü ədəbiyyatının  əsas mərkəzi Bəsrə  və Kufə idi. Bu 

şəhərlər arasındakı  rəqabət elmin müxtəlif sahələrinin – dilçilik, qrammatika, 

ədəbiyyat və s. inkişafına səbəb oldu. Bu şəhərlərdən başqa, Mirbəd, Mədinə, Fustat, 

Qahirə, Hələb və s. kimi şəhərlərdə  də elm və  mədəniyyət yüksək inkişaf dövrü 

keçirirdi.  

Həmin dövr ədəbiyyatının belə sürətli inkişafına bəzi amillər  şərait yaradırdı. 

Dövlətin etnik tərkibinin dəyişməsi də bu amillərdən biri idi. Ərəblərdən başqa bura 

farslar, türklər, yunanlar, bərbər tayfaları da daxil oldu və nəticədə sami mədəniyyəti 



 

Məmmədova Könül Əbülfəz q. 

272


ari mədəniyyəti ilə qarışdı. Cəmiyyətdə yeni cərəyanlar yaranmağa başladı. Həmin 

dövrdə  ərəblərlə  şüubilər arasında mübarizə  kəskinləşdi. Belə ki, şüubilər  İslamı 

qəbul edən bütün xalqlar üçün bərabərlik tələb edirdilər. Bununla yanaşı köhnəliyin 

tərəfdarları ilə yenilikçilər arasında da mübarizə gedirdi. Gündən-günə artan müxtəlif 

dini qruplaşmalar arasında da fikir ayrılığı, narazılıqlar səngimək bilmirdi.  

Başqa xalqların mədəniyyəti  ərəblərin mədəniyyətinə iki yolla – iqtibas və 

tərcümə yolu ilə daxil olurdu. Ədəbiyyat həmin dövrün bir növ aynasına çevrildi. 

Cəmiyyətin ayrı-ayrı  təbəqələri arasındakı narazılıqlar,  əyanların varlı  və meşşan 

həyatı, getdikcə elmə artan maraq burada öz əksini tapdı. Poeziya sakit çöllərdən 

səsli-küylü  şəhərlərə keçməyə başladı.  Ərəb poeziyasına bədəvi həyatından fərqli 

olan şəhər həyatı ilə bağlı mövzular daxil oldu. Səhralarda bədəvi tayfalar tərəfindən 

yaradılan poeziya geniş vüsət kəsb edərək getdikcə inkişaf etdi. Müxtəlif mövzular, 

janrlar yarandı. Poeziyada köhnə adət-ənənələri müqəddəs hesab edərək ideallaşdıran 

köhnəlik tərəfdarlarının etirazlarına baxmayaraq, yenilikçilər öz yolları ilə gedirdilər. 

Artıq şairlər öz şeirlərini ətlalsız başlayır və bunu köhnəlik əlaməti hesab edirdilər.  

Lakin onların yenilik yaratmaq ideyaları köklü dəyişikliklərlə müşayiət olunmadı. 

Yəni, yenilikçilər ərəblərə tamamilə tanış olmayan yeni janrlar yaratmağa müvəffəq 

ola bilmədilər.  Ərəb poeziyasının  əksər janrları, bəzi istisnaları  nəzərə almasaq, 

məhdud çərçivədən kənara çıxa bilmədi.  

Siyasi poeziya demək olar ki, zəiflədi. Abbasilərlə  şiələr,  ərəblərlə  şüubilər 

arasındakı mübarizə zamanı  bəzi  şairlərin bu poeziyaya müraciət etməsini nəzərə 

almasaq, o zaman keçdikcə unudulurdu.  

Əbu-l-Ətahiyyənin yaradıcılığında fəlsəfi istiqamət kəsb edən zuhdiyyə  və  ən 

gözəl nümunələri  Əbu Nüvas tərəfindən yaradılan xəmriyyə  şeirləri müstəqil janr 

kimi inkişaf etməyə başladı.  

Digər poetik janrlardan mədhiyyə  və risə geniş yayılmışdı.  Şairlər məşhur və 

tanınmış adamları  mədh edir, onların fəaliyyətini bir qədər  şişirdərək təsvir edir, 

müsbət keyfiyyətlərini aforizm və  kəlamlarla bəzəməyə çalışırdılar. Bu janrlarda 

yazılan bütün əsərlər öz məzmun və xüsusiyyətlərinə görə çox oxşar idilər. Belə 

əsərlərdə  mədh olunanlar yalnız şairlərin şəxsi istedadı və poetik bacarığından asılı 

olaraq dəyişirdi.  Şeirdə  təsvir olunan hər bir əmir qorxmaz və  cəsur döyüşçü, 

alicənab insan, hər bir alim dərya kimi tükənməz ağıl və hikmət sahibi idi.  

O dövrdə mədhiyyə yazmaq sərfəli olduğu üçün şairlər bu janra tez-tez müraciət 

edirdilər. Bu isə onunla nəticələndi ki, mədhiyyələrdə  şişirtmə, mübaliğə öz həqiqi 

ölçüsündən çox kənara çıxmağa başladı. 


Abbasilər dövrü ərəb ədəbiyyatında  poeziyanın drumu 

273


Həmin dövrdə satira, yəni həcv də  gəlir gətirən bir janr hesab olunurdu. Bu 

janrda məzəmmət, tənə, kinayə üstünlük təşkil etdiyinə görə çox nadir hallarda 

müsbət mövzulara müraciət olunurdu.  

Abbasilər dövründə yaradılan  əksər lirik şeirlərin (qəzəllərin) mövzusu ədəb-

ərkan çərçivəsindən kənara çıxırdı. Belə ki, şairlər öz intim həyatlarını  təsvir 

etməkdən nəinki çəkinmir, hətta onlardan bəziləri əxlaqsızlığı tərənnüm edirdi.  

Ənənəvi mövzulardan başqa, şairlər gündəlik mövzulara da toxunur və şeirlərin-

də incəsənət nümunələrini, tikililəri, bağ və yaşıllıqlarla əhatə olunmuş sarayları təs-

vir edirdilər.  

Bu dövrün şairləri müxtəlif janrlarda yazıb-yaratsalar da poetik üslub öz 

ənənələrini qoruyub saxlayırdı. Qafiyə, poetik ölçülər, əsərin kompozisiyası əvvəlki 

kimi idi. Yəni, şairlər öz əsərlərini lirik girişlə - öz tayfasının tərifi, dəvənin təsviri ilə 

başlayırdılar. Yenilik yalnız bəzən tərk olunmuş oba ilə bağlı xatirələr əvəzinə saray 

və ya şərabın təsvirinin verilməsində özünü büruzə verirdi. 

Qəsidənin vahid kompozisiyası da pozulmurdu, lakin bununla yanaşı yeni 

ölçülər də yaranırdı – mustatıl və mumtəd kimi ölçülər tavıl və mədidi əvəz edirdi. 

Bəlağətin qanunlarına uyğun olaraq, şairlər  şeirlərində  çətin və anlaşılmaz 

ifadələrdən qaçmağa çalışırdılar. Lakin buna baxmayaraq, sonda sənət poeziyaya 

qalib gəldi və Abbasilərin sonuna yaxın poetik yaradıcılıq mənasız bir bər-bəzəyə 

çevrildi. Həmin dövrdə “bütün ərəb dünyası gözünü İraq və Suriya poeziyasına 

dikib” ifadəsi geniş yayılmışdı. Belə ki, Misirdə, Məğribdə, bir sözlə, bütün ərəb 

dünyasında yalnız bu ölkələrdə  yaranan yerli mədhiyyələrdən, adət-ənənələrdən 

bəhrələnən poeziyanı təqlid edir, şairlər həm üslub, həm də mövzu cəhətdən İraq və 

Suriya şairlərini təkrarlayırdılar. 

Əsasən üç inkişaf mərhələsindən keçən Abbasilər dövrü ədəbiyyatının  birinci 

mərhələsi  olan yeniləşmə poeziyasına (Abbasilər sülaləsi hakimiyyətinin ilk illərin-

dən başlayaraq IX əsrin əvvəllərinə qədər) xas əsas xüsusiyyət həmin dövrdə bütün 

janrlarda yenilik yaratmaq cəhdlərindən ibarət idi. Şəhər həyatı ilə bağlı mövzular 

ədəbiyyata daxil olur, ərəb  ədəbiyyatında ilk dəfə olaraq, şairlər klassik qəsidənin 

qanunlarından kənara çıxır, öz şeirlərini  ətlalsız başlayır, poeziyada yeni cığırlar 

açmağa çalışırdılar. Yəni, artıq tərk edilmiş oba qarşısında durub xəyala qapılmaq, 

göz yaşı axıtmaq, səhralardan, vəhşi heyvanlardan və  bədəvi həyatına aid digər 

elementlərdən bəhs etmək arxa plana keçdi.  Köhnəlik  əlaməti hesab olunan  ətlal 

tərk edilmiş oba qarşısında yox, meyxanələrin qarşısında söylənirdi. Yeniləşmə 

dövrünün  ən istedadlı  şairlərindən biri - xəmriyyə janrının inkişafında böyük 

xidmətləri olan Əbu Nüvasın sözləri ilə desək:  



 

Məmmədova Könül Əbülfəz q. 

274


ﻪﻟﺄﺴﻳ راﺪﻟا ﻦﻋ ﻖّﻴﺸﻟا جﺎﻋ 

.ﺪﻠﺒﻟا ةرﺎّﲬ ﻦﻋ ﺖﻟﺄﺳ ﺖﺠﻋو  

 

 

 



 

 

 



“Zavallı hər yeri gəzib, tərk edilmiş  obanın qalığını soruşur, mən də  hər yeri 

gəzib şəhər meyxanələrinin yerini soruşuram”.  

Ədəbiyyatda fars təsirinin yaranması ilə bağlı olan yeni hərəkatın fəal nümayən-

dələri  İran  əsilli Bəşşar ibn Burd (714-184) və  Əbu Nüvas  (762-813) idi.  Qədim 

ərəb poeziyasının  ənənəvi qaydalarından imtina edərək,  ədəbiyyata yeni obrazlar 

gətirən Bəşşar ibn Burd yalnız öz mədhiyyələrində bu qaydalara ciddi riayət edirdi. 

Lakin burada da şair bəzən yeni ünsürlər işlətmişdir. Məsələn, xəlifə Mehdiyə həsr 

etdiyi mədhiyyələrini ənənəvi ətlalla deyil, gəminin təsviri ilə başlayır.  

Bəşşar ibn Burd kimi Əbu Nüvas da ənənəvi ərəb poeziyasına qarşı çıxırdı. Ona 

qədər qəsidənin tərkib hissələrindən olan janrlar – ovçuluqla bağlı tardiyyə və şərab 

və şərab məclislərini tərənnüm edən xəmriyyə kimi janrlar müstəqil janr kimi inkişaf 

etməyə başladı. Yalnız özünün bəzi mədhiyyələrində  şair saray əhlinin zövqünə 

uyğun olaraq, tərk edilmiş obanın qalıqlarının təsviri ilə başlayan qəsidələr 

yazmışdır. Fars təsirinin güclü olduğu Abbasilərin birinci dövrü üçün bu, tamamilə 

təbii bir hal idi.  

Qeyd edək ki, həm Bəşşar ibn Burd, həm də  Əbu Nüvas məvali (qeyri-ərəb) 

olduğuna görə onlar öz mədəniyyətlərini  ərəblərin mədəniyyətinə qarşı qoyur və 

ərəblərin bəzi adətlərinə həqarətlə baxırdılar. Tərk edilmiş obaya yas tutub ağlamaq, 

yəni ətlal da elə buna görə bu şairləri cəlb etmirdi.  Fars aristokratiyasının rolunun 

çox güclü olduğu bu dövrdə Abbasi xəlifələri də farsların  ən güclü dövləti Sasani 

hökmdarlarını  təqlid edirdilər. Onlar da Sasani hökmdarları kimi cah-cəlala meyl 

edir, dəbdəbəli yaşayış  tərzinə üstünlük verirdilər.  Əyləncələrin, kef məclislərinin, 

eyş-işrətin baş alıb getdiyi belə bir dövrdə təbii ki, susuz səhraların, oba qalıqlarının, 

yovşan, araka kimi tikanlı kolluqların, dəvənin təsviri cansıxıcı təsir bağışlayırdı.  

Abbasilər sülaləsinin ikinci dövründə (IX əsrin III onilliyindən başlayıb, 

təxminən IX əsri əhatə edir) ərəb xəlifələri öz dayaqlarının zəiflədiyini görüb, bir sıra 

tədbirlərə  əl atırlar.  İlk növbədə  qədim adət-ənənələri dirçəltməyə çalışaraq, 

cahiliyyət dövrünə üz tuturlar. Zəmanənin ümumi əhval-ruhiyyəsini  əks etdirən 

ədəbiyyatda da bu hal özünü büruzə verirdi. Belə ki, Abbasilərin ikinci dövründə 

poeziyanın aparıcı qüvvələri cahiliyyət poeziyasını bərpa etməyə çalışır, qədim dövr 

şairlərinin  əsərlərini toplayırdılar. Bu dövrün ədəbiyyatında klassisizm üstünlük 

təşkil edirdi. Ümumiyyətlə, bu cərəyanı yeniləşmə poeziyasına cavab reaksiyası kimi 

qiymətləndirmək olar. Həmin dövrün poeziyasında aparıcı rol Əbu Təmmama,  əl-



Abbasilər dövrü ərəb ədəbiyyatında  poeziyanın drumu 

275


Buhturiyə, ibn ər-Rumiyə (qeyd edək ki, ibn ər-Ruminin poeziyasında  ənənələrdən 

kənara çıxmaq hiss olunurdu) məxsus idi.  

IX  əsrin ortalarında ilk ədəbi tənqidçilərdən olan İbn Quteybə (828-889) həm 

qədim, həm də yeni  poeziyanın vahid kriteriyalara əsaslanmasını vacib hesab edirdi. 

Belə ki, yeniləşmə dövrü şairlərinin hər şeyi yeniləmək cəhdlərinin qarşısını almaq 

məqsədi ilə  həm qəsidənin quruluşunu, həm kompozisiyasını qanuni çərçivəyə 

salmaq qərarına gəlir. İbn Quteybə yazırdı: “Yeni şair, qəsidələrin bütün hissələrində 

qədim  şairləri təqlid edərək, bu yoldan çıxmamalıdır. O, yaşayış evinin qabağında 

dayanmamalı  və ya hər hansı tikilinin qalıqları qarşısında ağlamamalıdır, çünki 

qədim  şairlər tərk edilmiş obanın qalıqları    və köçün zorla sezilən izləri qarşısında 

dayanırdılar; eşşəyin və ya qatırın üstündə gedib, onları  təsvir etməməlidir, çünki 

qədim  şairlər dəvənin üstündə gedirdilər; təmiz və axar sular yanında 

ləngiməməlidir, çünki qədim şairlər bulanıq və durğun suyun yanında dayanırdılar; 

onun yolunu nərgiz, mərsin və  qızılgül bağları  kəsməməlidir; çünki qədim  şairin 

yolunun üstündə yovşan, araka, hanva kolluqları olurdu...”( ərəb dilindən tərcümə İ. 

Y. Kraçkovskinindir.)  

Sözsüz ki, ərəb təəssübkeşləri qədim adət-ənənələri olduğu kimi qoruyub 

saxlamağa çalışsalar da, bu, mümkün deyildi. Su kimi axıb gedən illəri,  əsrləri 

olduğu kimi təkrar etmək dialektik inkişafa ziddir. Poeziyada şeirlər yenə  ənənəvi 

ətlalla başlasa da, o dövr şairlərinə məxsus bədii təsvir vasitələrindən istifadə olunsa 

da, çətin, arxaik sözlərə geniş yer verilsə  də bu, fərqli bir ədəbi hadisə idi. M. 

Mahmudovun dediyi kimi: “Əslində köhnə  ənənələrin bərpası  sırf zahiri xarakter 

daşıyırdı. Klassik qəsidə janrına üstünlük verilməsi,  ətlalın dirçəlməsi ilə özünü 

büruzə verən bu zahiri bənzəyişin arxasında cahiliyyət poeziyasının sadəlik və 

naturalizmindən çox uzaq olan dərin fəlsəfi ümumiləşdirmələr poeziyası dayanırdı. 

Keçmiş ədəbiyyatdakı fikir dayanıqlığı öz yerini beytlər arasındakı məntiqi əlaqənin 

güclənməsində təzahür edən fikir harmoniyasına verirdi”. 

Əgər bədəvi  şairi özünün yaşadığı mühitə uyğun olaraq əsərlər yazırdısa, 

ənənələrə qayıdış dövründə  də  şairlər zəmanələrinə uyğun yenilikləri  ədəbiyyata 

gətirirdilər. Həmin dövrdə yaranan ədəbiyyatda şairlərin müraciət etdikləri janrların 

müxtəlifliyinə baxmayaraq, poetik üsullar, şeirlərin strukturu ənənəvi olaraq qalırdı. 

Yəni  şairlər yenə  də öz mədhiyyələrinə lirik giriş verir, öz tayfasını  və ya dəvəni 

təsvir edirdilər. Yenilik yalnız lirik girişdə  bəzi  şairlərin tərk edilmiş obanın 

qalıqlarından deyil, saray və qəsrlərdən və ya şərabdan bəhs etmələri idi.  

Bu dövrdə mədhiyyə və mərsiyələr geniş intişar tapmışdı. Bu janrlarda yaranan 

poeziya nümunələri bir-birinə çox bənzəyirdi. Mədh olunanlar yalnız  şairin söz 



 

Məmmədova Könül Əbülfəz q. 

276


demək qabiliyyətindən asılı olaraq müxtəlif  şəkildə  mədh olunurdular. Həm 

mədhiyyə, həm də  həcv  şairlər üçün gəlir mənbəyi olduğundan, təbii ki, onlara 

üstünlük verilirdi. Qeyd edək ki, bu dövrdə  ənənəvi mövzulardan başqa,  şairlər 

tikililəri, gözəl bağlar və  fəvvarələrlə  əhatə olunan sarayları, qəsrləri, memarlıq 

abidələrini də təsvir edirdilər. 

Ənənələrə qayıdış dövrünün ən  görkəmli nümayəndəsi Əbu Təmmam Həbib ibn 

Aus ət-Tainin (805-846) şagirdi olan Əbu Ubadə əl-Valid ibn Yəhya əl-Buhturi (

 ﻮﺑأ


ىﱰﺤﺒﻟا  ﲕﳛ  ﻦﺑ  ﺪﻴﻟﻮﻟا  ةدﺎﺒﻋ) (821-897) olub. Bədəvi Tayy qəbiləsinə  mənsub olub, Hələb 

yaxınlığındakı  Mənbic adlanan yerdə dünyaya gəlib. Doğulduğu yerin təbiəti öz 

gözəlliyi,  əhalisi isə  fəsahətli danışığı ilə seçilirdi. Bu da Buhturinin bir şair kimi 

yetişməsinə  təsir göstərib.  Şairin həyatında Ulva adlı  Hələb gözəlinə  bəslədiyi ülvi 

hissləri də özünəməxsus iz buraxıb.  

Mənbicdə böyüyən şairin özünün qeyd etdiyi kimi, Əbu Təmmamla tanışlığına 

qədər, o məşhurlaşmamışdı. Hamsa gedərək, orada Əbu Təmmamla tanış olan şair 

onun vasitəsi ilə Məratun-Numən şəhərinə gedərək, bu şəhərin əyanlarına mədhiyyə 

yazıb qazanc əldə edir. Getdikcə  şöhrəti artan Buhturi Bağdada gedir və burada 

hakimiyyətdə bir-birlərini əvəz edən altı xəlifənin nədimi olmuşdur. Xüsusi ilə xəlifə 

əl-Mutəvəkkil ibn əl-Mötəsimə və onun oğlu əl-Mutəzə, vəzirlərə, daha çox əl-Fəth 

bin Xaqana, əyanlara, sərkərdələrə mədhiyyələr yazmış və çoxlu sərvət toplamışdır. 

Mənbicdə bədəvi ərəblər arasında yaşayan şair təmiz ərəb dilinə, onun incəliklərinə 

bələd olmuş, bəlağəti bilmişdir. Elə buna görə də sünilikdən, qeyri-təbiilikdən uzaq 

olan Buhturinin yaradıcılığında qaranlıq qalan, anlaşılmayan ifadələrə rast gəlinmir. 

Əgər şairin divanında bəzi beytlərin mənası qaranlıq qalırsa, bu, şairin deyil, şairin 

əsərlərinin üzünü köçürənlərin və ya nəşr edənlərin məsuliyyətsizliyidir ki, bunun da 

nəticəsində beytlərin mənası təhrifə uğrayıb. 

Buhturi yaradıcılığı bir rəssam dəqiqliyi ilə yaratdığı lövhələrlə yadda qalıb. 

Onun  şeirlərində sözlər bir harmoniya yaradaraq, musiqi kimi qulaqlara xoş  gəlir, 

mənaya yox, formaya üstünlük verən şairə İbn Raşıq əl-Qeyrəvani “şeir səltənətinin 

şeyxi” ləqəbini vermişdir. Bədəvi  şairi öz əcdadlarının  ənənələrini layiqli şəkildə 

davam etdirməklə yanaşı, oturaq həyatla da bağlı mövzulardan istifadə etmişdir. Şair 

poeziyada  Əbu Təmmamın  şagirdi hesab olunsa da, onun yaradıcılığı  fərqli 

istiqamətdə inkişaf edirdi. Filosof kimi sətiraltı  mənalardan, məntiqə  əsaslanan 

fikirlərdən istifadə edən Əbu Təmmamın üslubunu bəyənməyən şair deyib: “Məntiq 

həqiqi mənaya gətirib çıxarır. Halbuki poeziya bəzək və təxəyyül üzərində qurulub. 

Bunlar necə birləşə bilər?  Şeir mətləbi uzadaraq çərənçilk etmək deyil, tək bir 



Abbasilər dövrü ərəb ədəbiyyatında  poeziyanın drumu 

277


işarənin kifayət etdiyi andır”. Buna görə  də  şairin yaradıcılığı  dərin fəlsəfi mənaya 

üstünlük verən Əbu Təmmam və ibn Rumi yaradıcılığından fərqlənir.  

 

 

ƏDƏBİYYAT SİYAHISI 



 

Azərbaycan dilində 

1. Abbasov İ.Ə.Ərəb dilində sintaksislə  bəlağətin qarşılıqlı  əlaqəsi” doktorluq 

avtoreferatı. Bakı: 2013, 37 s. 

2. Quliyeva M.H. Şərq poetikasının əsas kateqoriyaları Bakı: 2010, 397 s. 

3. Hüseynova N.Z. Klassik ərəb poeziyasında vəsf: Filol.e.n.diss. avtoref. Bakı, 

2007, 28 s. 

4. Mahmudov M. Klassik ərəb ədəbiyyatı. Bakı, 2001, 248 s. 

 

 Rus dilində 



5.  Аль-  Фахури  Ханна.  История  арабской  литературы.  Ы  том.  М., 

Иностранная литература, 1959, 368 с.  

6.  Гамидов  Имамверди.  Ибн  Кутайба  и  мавали  (Жизнь  и  труды  по 

шуубизму, «адабу» и критике поэзии). Баку, 1998, 144 с. 

7.  Крачковский  И.Ю.  Избранные  сочинения. I и II тома.  М.-Л.,  Изд.  АН 

СССР, 1955, 470 с.; 1956, 702 с. 

8.  Фильштинский  И.М.  Арабская  литература  в  средние  века. VIII-IX вв., 

М., Наука, 1978, 256 с. 

 

 

Ərəb dilində 



٩

(

 



سينا

 

ىسدقملا



ءارما


 

رعشلا


 

يبرعلا


 

يف

 



رصعلا

 

،يسابعلا



 

،توريب


١٩٦١

 

١٠



(

  

 ،توريت ،لّولأا دّلجملأ ،يرتحبلا ناويد



1962

/ـم


1381

.ص ،


5

 

 



١١

(

 



يقوش

 

فيض



خيرات


 

بدلاا


 

يبرعلا


رصعلا


 

سابعلا


 

لولاا


ةرھاقلا


راد


 

فراعملا


 

،رصمب


١٩٧٦

،

 



٥٧٧

ص

 



١٢

(

 



رمع

 

خورف



خيرات


 

بدلاا


،برعلا


 

،توريب


 

١٩٦٥


 

ج،

١



-

٢

                  



  

 

 



 

 

1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə