İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə28/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   ...   40

 

RESUME 

 

Intercultural dialogue and universal system of values 

 

Gunduz Suleymanov 

 

This article investigates the role of universal values on inter-civilizational 

dialogue in modern conditions. First of all, the globalization and global 

informationalization, which define the social-cultural attitude of age, as civilization 

and universal values. It is pointed out despite the fact that each content of 

civilizations shapes some factors; the core of it is established by social-cultural 

sphere. The sphere contains certain system of value, which supplies specifically. 

Therefore, the dialogue of civilization transfers into values.  



 

 

 

Çapa tövsiyə etdi: f.e.d. Sakit Hüseynov 

 

Texnikanın inqilabi funksiyası 

299


 

 

TEXNİKANIN İNQİLABİ FUNKSİYASI 

 

Ləman Əliyeva 

BDU-nun fəlsəfə kafedrasının doktorantı 

 

 



Açar sözlər:  texnologiya, təbiət, texniki tərəqqi, informasiya cəmiyyəti. 

Ключевые  слова:  технологии,  природа,  техническое  развитие, 

информационного общества. 

Keywords: technology, nature, technical development, information society. 

 

 İnsanın təbiətdən, təbii yaşayış mühitindən asılılığı  bəşər tarixinin bütün 



mərhələlərində mövcud olmuş, daim dəyişilmiş və ziddiyətli surətdə inkişaf etmişdi. 

Tarix boyu insanlar öz dəyişdiricilik qabiliyyətini inkişaf etdirib təkmilləşdirərək, hər 

dəfə  təbii mühitdən öz məqsədləri üçün istifadə edilməsi imkanlarını artırmışlar və 

bununla da təbiətlə öz qarşılıqlı münasibətlərinin xarakterini də  dəyişdirmişlər. 

Texniki imkanları  kəskin  şəkildə artmağa başlayan insan təbiətlə eyniləşən 

məxluqdan ondan fərqlənən fəal varlığa çevrildi, tədricən təbiəti özünə yad olan bir 

qüvvə kimi qəbul etməyə başladı. F.Bekon bu barədə yazırdı ki, elm və texnikanın 

məqsədi təbiət üzərində  ağalıq etməkdən ibarətdir. Bunun üçün isə  təbiəti dərk 

etmək, onu sınağa məruz qoymaq lazımdır. “Qoy heç kəs təbiəti kifayət qədər 

öyrənmədən idarə etmək və ya onu dəyişdirməyə ümid etməsin”. 

Texnikaya, onun cəmiyyətdəki yeri və oynadığı roluna görə münasibətlər həmişə 

müxtəlif olmuşdur. Beləki texnikanın yenicə meydana gəlib formalaşdığı dövrdə ona 

optimist münasibət mövcud olmuşdur.  İnsan texnikada özünün təbiət üzərində 

güclülüyünü görmüşdü. Promotey, Dedal və onun oğlu  İkar haqqında rəvayətlərdə, 

Babilistan qüllələrinin tikilməsi haqqındakı dini yazılarda da bunu aydın görmək 

olar. Orta əsrlər də texnikaya münasibət dəyişilir, ona şeytan  əməli kimi baxılırdı. 

Həmin dövrdə bir çox texnika yaradıcıları inkivizisiyanın qurbanlarına çevrilmişlər. 

Texnikaya optimis baxışlar maarifçilik dövründə  bərpa olunmağa başladı. ETT-in 

baş verdiyi XX əsrin 50-70-ci illərində texnikanın sürətli inkişafı  və onun məişətə, 

istehsala daxil olaraq keyfiyyəti yüksəltməsi böyük ruh yüksəkliyinə səbəb olmuşdur. 

Ancaq bu uzun sürmədi, beləki 70-ci illərdən başlayaraq texniki pessimizm, texnika 

vahiməsi formalaşmağa başladı. Bir qrup filosof və sosioloqlar ETT-in ekoloji 



 Ləman Əliyeva 

300


nəticələrinin insana yad bir qüvvə olduğunu irəli sürüb əsaslandırmağa başladılar. 

İstər texniki pessimizm, istərsə də texniki optimizm ümumi fəlsəfi mənada texnisizm 

nəzəriyyələri olmaqla texnikanın nisbi müstəqilliyini birtərəfli  şəkildə izah edirlər. 

Ancaq nəzərə alınmalıdır ki, texnika sivilizasiyanın əsası və məhsuludur ondan necə 

istifadə olunması isə cəmiyyətin mədəniyyətindən asılıdır. 

Ümumiyyətlə həyatın bütün axarını texnika ilə doldurmaq qəzaların və bir 

sıra başqa texniki hadisələrin sayını çoxaldır. Bütün bunlara baxmayaraq nəzərə 

çatdırılmalıdır ki, texniki tərəqqi qarşısıalınmaz prosesdir. 

İnformasiya-kompyuter inqilabı ictimai həyatın bütün sahələrini – maddi 

istehsal və əmək, siyasət və təhsil, incəsənət və s. sahələri əhatə etmişdir. Artıq 

texnika və texnologiyanın təbiət və cəmiyyətə təsiri bilvasitə deyil bilavasitədir. 

Yəni bu təsir artıq dolayısı ilə deyil birbaşadır. Beləliklə cəmiyyət həyatının yeni 

sferası – “texnosfera” meydana gəlir. Onu yaratmaqla insan təbiəti sıxışdırır, bu 

da bir sıra fəlakətlərə  gətirib  çıxarır, təbii ehtiyatların yenidən bərpa olunması 

prosesi kəsilir. 

Son dövrlərdə “hipermodernizm” və yaxud “texnos” termini meydana gəlib. 

Hipermodernizmə postmodernizm də deyilir. Texnikanın fəaliyyət vasitələrindən 

mədəniyyətin yerinə keçən bir dünya – Texnos yaranır. Bu nəzəriyyənin 

tərəfdarları  göstərirlər ki, axırda mədəniyyət  ölür və texnologiyaya çevrilir. Bu 

nəzəriyyə təsdiq edir ki, təkamül bütövlükdə min illərlə vəhşilik və barbarlıqdan, 

sonra isə əsrlərlə mədəniyyət və sivilizasiyadan keçir; indi isə biz informasiya və 

texnika dövrünə daxil oluruq.  

Hipermodernizm tərəfdarları  sübut etməyə  çalışırlar ki, əgər təbiət – 

naturalizm, mədəniyyət – modernizmdirsə, Texnos – hipermodernizmdir. Təbiət 

artıq keçmiş, baş vermiş Varlıqdırsa, mədəniyyət indiki dövürdə baş verən 

proses – Yaranmadırsa, Texnos – gələcəkdir, layihədir, yaradıcılıqdır. [9,208] 

Texnikaya baxış istər qədim dövürdə, istər orta əsrlərdə, istərsədə  müasir 

dövrümüzdə  fərqli olmuşdur. Onun təbiətə, insana təsirini araşdıran alimlərin 

fikri birmənalı olmamışdır.  

XX əsrdə yaşamış bir sıra filosoflar texnikanın inkişafı ilə əlaqədar dəyərli 

ideyalar vermiş və fikirlər söyləmişlər. Onlardan biri olan M. Haydegger yazırdı: 

“İnsan  üçün təhlükə maşınların, müxtəlif qurğuların mümkün məhvedici 

təsirində deyildir. Əsl qorxu, təhlükə artıq insanın  öz mahiyyəti tərəfindən 

gözlənilməlidir”.[5,227] Haydeggerin fikrincə, texnika –insan və dünyanın xüsusi 

əlaqə  növünün ifadəsidir, bu zaman insanın  əldə etmək, istismar etmək meyli 

reallaşır. Dünya insan üçün yalnız  öz imtiyazlarını  ödəməyən bir vasitədir, 



Texnikanın inqilabi funksiyası 

301


texnika- bu materialı istifadə etmək  üsuludur. Axırda insan özünü “ dünya 

hökmdarı ” hesab etsə də, əslində öz alətlərinin quluna çevrilir, əşyalar aləmində 

özü  də bir əşyaya dönür. Texnika insanı  ələ alır,  özünə tabe edir, hətta  öz 

elemetinə çevirir”.  

Texnika mövzusunda Haydeggerin maraqlı  əsərlərindən biri “Texnika 

məsələsi” dir. (1949). Demək olar ki, Haydeggerə  qədərki dövrdə texnikanı 

müsbət qiymətləndirirdilər ; bircə qorxu var idi ki, birdən onu düzgün istifadə 

edə bilməzdilər (O. Şpenqler). Müasir texnikanın mahiyyəti budur ki, o insanın 

dünyaya olan münasibətinin, daha doğrusu, dünyanın mənimsənilməsinin yeni 

formasıdır. Texnikanın təhükəliyi ondan irəli gəlir ki, o, insanın mahiyyətini 

dəyişdirir. İnsan indi o tora düşmüş milçəyə bənzəyir: dərinə getdikcə, daha da 

dolaşır. Təhlükə ondadır ki, insanlar çox vaxt texnika və elmin istfadəsinin sosial 

nəticələrinə dərindən varmır, uzaqgörənlik etmir.  

Alman eksiztensializminin digər nümayəndəsi K. Yaspers “Müasir texnika” adlı 

məqaləsində texnikanın mahiyyətini belə izah edirdi ki, texnika yalnız məqsədə nail 

olmaq üçün vasitəçi kimi yaranır və fəaliyyət göstərir. Texnika düşüncə fəaliyyətinə, 

hesablama, mümkün nəticələrin öncə görmə imkanlarına  əsaslanır. Texnika 

mexanizmlərdən istifadə edərək, öz imkanlarını  kəmiyyət münasibətlərinə çevirir. 

Texnikanın mahiyyəti insanı təbiətin hökmranlığından azad etməkdir. Texnika iki cür 

olur: enerji istehsal edən, bir də cürbəcür məhsulları istehsal edən texnika növləri. 

Texniki qaydaları öyrənmək və istifadə etmək mümkündür. Texniki vasitə məqsədə 

çevrilən yerdə insan həyatı öz mənasını itirir. Texnikanın kəşfi qədim dövrlərə 

təsadüf edir; müasir texniki tərəqqi dünyanın yaranmasında yaxından iştirak edən 

təbii elmərin,  əməyin təşkili və ixtiraçılığın yaradıcılıq ehtirası  və  nəticəsidir. 

Əməyin intensivliyi texnika ilə bağlıdır, texnika əməyin xarakterini dəyişdirir, 

özgələşmə prosesini artırır; müəssisələr böyüyür, bürokratiyanın mövqeləri artır və 

genişlənir.  

O.Şpenqler də texnikanı  təbiətin  üzərində “zorakılıq” aləti olduğunu hesab 

edirdi.  Öz insani mahiyyətini unudaraq, insan nəsli dağıdıcıya dönür, texniki 

sivilizasiya binasının  əzəməti artdıqca, bu binanı yaradan insanın mənəviyyatı 

əksildikcə, onun özünə burda daha az yer qalır. Texnika insan nəslinin acı taleyi, 

onun faciəvi qismətidir: insan texnikanı yaradır, təkmilləşdirir, bunda təbiətin üzə-

rində  öz qüdrətinin hökmranlığının rəmzini görür, nəticədə isə texnika “Faust” 

(İ.V.Hötenin yaratdığı  bədii obraz) sivilizasiyanın məhvinə qaçılmaz süqutuna 

gətirib çıxarır. İnsanların texniki səyləri nə qədər rasional, nə qədər intensiv olarsa, 

texnikanın nəticələri bir o qədər irrosional və dağıdıcı olur. [ 7, 462] 



 Ləman Əliyeva 

302


Texnikanın inkarı ideyası Frankfurt məktəbinin sosial fəlsəfə nümayəndələri 

tərəfindən irəli sürülüb. Onlara görə  həqiqi insan mövcudluğu  təbiət ilə 

ünsiyyətdə olmaqdır, təbiətin və insanın durmadan ram edilməsi deyildir. 

Tənqiddən kənara  çıxmayan frankfurtçular utopiya həddlərində qalmışdılar. 

Məsələn, H.Markuze hesab edirdi ki, müasir texnika və istehsal həyatın 

instinklərinə uyğunlaşmalıdırlar. A.Qelen və Y.Habermas məsələnin həllini 

liberal burjua demokratiyasının təkmilləşməsində görürdülər. “Texniki determi-

nizm” nümayəndələri isə (məs,X.Şeleki) hesab edirdilər ki, elmi – texniki tərəqqi 

prosesini humanistləşdirmək cəhdləri  əbəsdi; yalnız elmi – texniki tərəqqinin 

rasional qüvvəsi sosial fəallıqdakı irrosional, dağıdıcı meyllərə son qoya bilər.  

Frankfurt məktəbinin digər nümayəndəsi T. Adorno cəmiyyətdə texnikanın 

rolunun belə  səciyyələndirir: “Müasir texnikanın insanlara fayda və ya zərər 

gətiriməsi nə texniklərdən nə də texnikanın özündən asılıdır; əsas məsələ - onun 

cəmiyyət tərəfindən necə istifadə olunması, cəmiyyətin obyektiv strukturların n 

insan ləyaqətinə cavab verib verməməsi məsələsidi ”. [2, 239] 

Qeyd etdiyimiz kimi, texnikanın fəlsəfi problemləri Qərbdə  yüz ildir ki, 

öyrənilir. Almaniyada, digər  ölkələrdə texnikanın fəlsəfi problemləri beş 

istiqamət  üzrə  öyrənilir: texniki elmlər, eksiztensializm, sosial antropologiya, 

Frankfurt məktəbinin tənqidi nəzəriyyəsi, texnika. Təbiət və  cəmiyyətin 

qarşılıqlı  əlaqəsinin etik problemləri. Fransada bu problemin basqa tərəfi – 

texnika və  mədəniyyət, texnika və  əmək,  əməyin ekzistensial təhlili, texnikanın 

inkişafının epistemoloji problemləri də  öyrənilir.  Ümumiyyətlə, cəmiyyətin 

inkişafında texnika bir paradoksal (həll olunmaz ziddiyyətlərin vəhdəti) vəziyyət 

yaratdı: texnika həm insanın mövcudluğunun əsası, həm də təbii mühitə, insan 

mənəviyyatına, onun fiziki varlığına qarşı çıxan dağıdıcı qüvvə kimi çıxış edir.  

Beləliklə, nikbinlik baxımından texnikanın rolunu qiymətləndirmək cəhdləri 

əhəmiyyətsiz olub, sosial tərəqqiyə inam şübhə ilə  əvəz olunub, “Alternativ” 

mədəniyyət və aləmlər yaratmaq cəhdləri göstərilsə də, (E. Fromm, H.Markuze, O. 

Ulrix və basqa.), onlar sosial səviyyədə qalmaqda davam edir. Bununla belə Qərbdə 

bu çətin problemi həll etmək ümidin itirməyiblər. Elmi – texniki tərəqqini idarə edən 

sosial mexanizmləri təkmilləşdirmək zərurətini başa düşən tədqiqatçılar idarəetmə 

sahəsində otuz ilə yaxındır ki, “texnikanın qiymətləndirilməsi” hərəkatını yaradıblar. 

Əsas məqsəd elmi texniki tərəqqinin nəaliyyətləri və  nəticələrinin müxtəlif, bəzən 

ziddiyyətli mövqelərdən qiymətləndirilməsini aradan qaldırmaqdır. Texniki inkişafın 

qeyri – müəyyənliyi artdıqca, bütöv, çox mürəkkəb texniki sistemlər üzərində nəzarət 


Texnikanın inqilabi funksiyası 

303


məsələsinin  əhəmiyyəti də artdı. Texnikanın beynəlxalq səviyyədə idarə olunması 

problemi də meydana gəldi.  

Fransa tədqiqatçısı J. Ellül “texniki determinizm” prinsipini tənqid edərək

elə bir “müstəqil” sosial və siyasi qruplar yaratmağı təklif edir ki, onlar, şüurlu 

şəkildə texniki sivilizasiyanın nemətlərindən imtina etsin, texniki xaosa qarşı 

çıxa biləcək avtonom mədəniyyət yaratsın (o cümlədən, fəlsəfə, incəsənət, ənənə, 

ailə  və  şəxsi həyat formalarını  və s.). İctimai münasibətlərin antihumanist 

xarakteri, texnika və istehsalın üzərində rasional, təsiredici nəzarəti heçə endirə 

bilir. O, göstərir ki, insan bir tərəfdən insan cəmiyyətinin təşkili və  fəaliy-

yətindəki, digər tərəfdən isə texnikanın özündə (o da insan təbiətindəki qüsur və 

nöqsanların  üzündən) olan nöqsanlardan irəli gələn  çətinliklərin aradan 

qaldırılması yollarını  hələ ki, utopik quraşdırmalarda axtarır. Ellül dövləti 

texnika sahəsində əsl inqilab etməyə çağırırdı. [6, 149]  

Toffler, istehsal və istehlakın kütləviləşmə dövrünün tükənməsi vaxtının gəlib 

çatdığını göstərir, yeni texnologiyaya uyğun informasiya cəmiyyətinin 

yaranmasından söhbət açırdı. Onu daha çox düşündürən bu yeni sivilizasiyada 

milyonlarla, hətta milliardlarla insanlar üçün yerin tapılıb-tapılmaması  məsələsidir. 

Söhbət irqi, etnik, milli və dini mənsubiyyətinə görə zülmə, təqiblərə, irqi ayrı 

seçkiliyə  məruz qalan insanlardan gedir. Bu məsələnin həllini O.Toffler iqtisadi 

çevrilişin nəticələrinin yayılma sürətinin artırılmasında görür. Mədəniyyətə, əməyə, 

kişi və qadınlara, millətlərə, asudə vaxta, nüfuza və s. tamam yeni münasibət tələb 

edir.  İqtisadiyyat yeni simvol, obraz, abstraksiyalar işlətməyi, məntiqi düşüncə  və 

təfəkkürü əldə etməyi tələb edir. Əsasən inkişaf olunmalı sahələr dərk etmək bacarığı 

və  təhsildir.  İnsan yeni şəraitə  də uyğunlaşmağı bacarmalı, onu öyrənib 

qiymətləndirməli, bir neçə sahəni mükəmməl bilib, öz fərdiliyi və təşəbbüskarlığını 

ifadə etməyi bacarmalıdır. Toffler bura daha bir prosesi əlavə edir : azsaylı millət və 

xalqlar belə  şəraitdə öz tarixini bərpa etməklə, öz itirilmiş  ləyaqətini bərpa edirlər 

(keçmişi öyrənib, özündə güc və qüvvə tapmaq üçün) . 

Texnika probleminə Haydeggerin əsərlərində daim toxunulsa da, onun bu 

mövzuda  ən mühüm  əsəri, «Texnika məsələsi»dir. Bu əsər texnikanın 

dəyərləndirilməsini yeni bir bünövrə üzərinə qoydu. Texnika fəlsəfəsinin hələ çox 

gənc bir elm sahəsi olduğu  şəraitdə bu, bəlkə  də o qədər  çətin iş deyildi, lakin 

nəzərdən qaçırmaq olmaz ki, əsrin əvvəllərindən başlayaraq, texnika problemini 

fəlsəfi baxımdan araşdıran  çoxsaylı  əsərlər meydana çıxmışdı. Xüsusən 1920-ci 

illərdə bilavasitə «Texnika fəlsəfəsi» başlığı ilə xeyli kitab çap olunmuşdu.  


 Ləman Əliyeva 

304


 XIX  əsrin sonlarında tərəqqiyə olan nikbin inam üçün texnika Ağlın və 

Xeyrin zəfər yürüşünə  şərait yaradan sonuncu və  səmərəli vasitə mahiyyəti 

daşıyırdı. Misal üçün, Bellaminin «Geriyə baxış: 2000-1887» adlı utopiyasını 

xatırlamaq kifayətdir. Ara-sıra texnikanın  özünə deyil, daha çox ondan 

istifadəyə qarşı  mülahizələr səslənirdi. Məsələn,  Şpenqler ehtiyatlanırdı ki, ağ 

irqə  mənsub olmayanlar avropalılardan texnikanı alıb onları hakim mövqedən 

düşürə  və son nəticədə  həmin texnikanı  məhv edə bilərlər. Haydeggerə  qədər 

texnika,  əlbəttə, bütövlükdə  mədəniyyətin və insanın tarixi inkişafı ilə 

əlaqələndirilirdi, lakin o, çoxsaylı amillərdən biri kimi şərh olunurdu. 

Haydeggerə  görə isə  əksinə, texnika müasir dövrün mahiyyətini,  özü  də labüd 

şəkildə  əvvəlki tarixdən doğan mahiyyətini təşkil edir. Nəhayət, Haydeggerə 

qədər texnika, ilk növbədə  mədəniyyət və tarix fəlsəfəsinin, daha sonra da 

antropologiyanın problemi kimi nəzərdən keçirilirdi. Haydegger isə onu 

metafizikanın probleminə  çevirdi. Bu, əlbəttə, varlığın tarixinə dair Haydegger 

anlayışı  əsasında mümkün idi, belə ki, həmin anlayış ona insan şüurunun 

müəyyən tarixi tərəqqisində varlığın təzahürlərini dərk etmək imkanı verirdi. 

Haydeggerin  əsərində  hər  şeydən  əvvəl texnikanın mahiyyəti məsələsi 

qoyulur. Bu mahiyyətin  özündə heç bir texniki şey yoxdur; lakin həmin 

mahiyyəti, sadəcə olaraq, texnikadan qaçan da o qədər dərk etmir. «Biz 

texnikanın o zaman ən pis şəkildə əsiri oluruq ki, ona nə isə neytral bir şey kimi 

baxırıq; halbuki indi xüsusilə geniş yayılmış bu təsəvvür bizi texnikanın 

mahiyyətinə münasibətdə tamamilə kor edir».[5, 228]. Texnikanın neytral bir şey 

kimi qavranılması onun məqsədlərə nail olmaq vasitəsi kimi qiymətləndirilməsi 

ilə  sıx surətdə bağlıdır. Bu instrumental anlam, düzünə qalsa, yanlış deyildir. 

Haydegger bunun «dəhşətli dərəcədə doğru olduğunu və eləcə  də  müasir 

texnikaya da uyğun gəldiyini» göstərir. Lakin doğruluq hələ həqiqilik deyil. Belə 

ki, predmet haqqında nə isə doğru bir şey demək, hələ onun mahiyyətini 

anlamaq demək deyildir – Haydegger öz  əsərində elə bundan bəhs edir. 

İnstrumental anlayışdan o, səbəbiyyət anlayışına, buradan isə  dörd səbəb 

haqqında klassik təlimə keçir.  

Elmi-texniki inqilabın hələ başa çatmadığı bir dövrdə keçən əsrin 60-cı illərində 

dünyaya baxışları tamamilə  dəyişən yeni bir nəzəriyyə meydana çıxdı. Bu “qeyri-

səlis” məntiq nəzəriyyəsi idi. Həmin nəzəriyyənin müəllifi isə dünya şöhrətli 

azərbaycanlı alim Lütfi Zadədir. Onun elmdə inqilaba səbəb olan qeyri-səlis məntiq 

nəzəriyyəsinə  qədər Aristotel məntiqi ilə mühakimə yürüdən beyin, dünyanı yalnız 

ağ  və qara rəngdə qavrayırdı. Lütfi Zadə  məntiqi isə dünyanı bütün çalarları ilə 



Texnikanın inqilabi funksiyası 

305


qavramağa imkan verir. O, öz məntiqi və nəzəriyyəsi ilə dünya elmində də, insanın 

həyata fəlsəfi baxışında da çox böyük inqilab etdi. Bu nəzəriyyə insanı dünyanı daha 

rəngarəng görməyə, qavramağa və bununla da gərgin dünyanı daha da gərginləş-

dirməməyə, özünün və başqalarının həyatını yüngülləşdirməyə çağırır və yollarını 

göstərir. Bu elmdə elə böyük inqilab idi ki, elmi yeniliklərə və inkişafa xüsusi diqqət 

veren ABŞ-da 20 ilə yaxın müddət  ərzində elmi çevrələr bu nəzəriyyəyə soyuq və 

ehtiyyatla yanaşdılar. Çünki L.Zadənin çoxmənalı (kəsilməz qiymətli) məntiqi 

Aristotelin ikili (binar) məntiqini sözün həqiqi mənasında alt-üst edirdi. Aristotel 

deyirdi ki, bir müddəa ya doğru ya da yalan ola bilər. L.Zadə isə sübut edirdi ki, hər 

bir müddəanın doğruluq dərəcəsi doğru ilə yalan arasında (və ya sıfır ilə bir arasında) 

kəsilməz qiymətlər alır. Bu məntiqdə tolerantlıq, dözümlülük daha çoxdur, ittiham 

günahlandırma daha azdır. Bu məntiqdə real həyatı daha dürüst inikas etmək 

qabiliyyəti var. O, qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmdə elə bir inqilab etmişdir ki, 

onun nəticələrindən eyni zamanda iqtisadiyyatda, psixologiyada, linqvistikada, 

siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində  də 

geniş istifadə oluna bilərdi. Necə ki, bugün çox geniş istifadə olunur.  

Aristotel məntiqinə görə bir adam ya dostdur, ya düşmən. L.Zadə  məntiqinə 

görə dostla düşmən arasında sonsuz sayda münasibət dərəcəsi var (məsələn: tanış, 

neytral, çox yaxın dost, maraqlar dostu və s.). Onun bu nəzəriyyəsi təkcə elm 

adamları üçün maraqlı deyil. Əslində  hər bir insan, hər bir siyasətçi və başqa peşə 

sahibi də onun bu nəzəriyyəsindən faydalana bilər. Aparıcı dünya şirkətləri 

tərəfindən tətbiq olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. Nəzəriyyə 

uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-

cı illərində yapon alimlərinin diqqətini cəlb etmiş  və yaponlar bu unikal 

nəzəriyyədən yararlanmaq qərarına gəlmişlər. Lütfi Zadə  nəzəriyyəsinin tətbiqi 

gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın “Mitsubishi”, 

“Toshiba”, “Sony”, “Canon”, “Nissan”, “Honda” və digər nüfuzlu şirkətləri qeyri-

səlis məntiq nəzəriyyəsinə  əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, 

vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye 

proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989-cu ildə qeyri-

səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına 

verilən ən yüksək mükafat – “Honda” mükafatı ilə təltif olunub. Amerikalılar da bu 

nəzəriyyənin qiymətini anlamağa ondan yararlanmağa başlayırlar. Bu gün bu 

nəzəriyyə Amerikanın “General Motors”, “General Electric”, “Motorola”, “Dupont”, 

“Kodak” və başqa şirkətləri tərəfindən istehsalatda geniş tətbiq olunur. 


 Ləman Əliyeva 

306


Qeyri-səlis məntiq nəzəriyyəsindən  əlavə Lütfi Zadə 5 fundamental elmi 

nəzəriyyə  təklif etmişdir. O, “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, 

“Sözlə  işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəc nəzəriyyəsi”, “Soft 

kompyutinq” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurul-

masında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. Lütfi Zadənin elmdə Z çevir-

mə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sis-

temlərini yaradılmasının əsasını qoymuş elmi nəzəriyyədir. Onun məhşur vəziyyətlər 

fəzası, dinamik sistemlərin idarə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsa-

sını təşkil edir. ABŞ-ın Milli Kosmik Tətqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr 

əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir. [9]  

Nəticə olaraq demək olar ki, bugünkü həyatımızı texnologiyalarsız təsəvvür 

etmək çox çətindir. Texnologiyanın belə sürətli inkişafı insanların təfəkkürünə, 

düşüncə tərzinə də güclü təsir edir. Texnoloji inqilabların insanların həyatına, onların 

fəlsəfi dünyagörüşünə  təsiri ilə bağlı ikili baxış mövcuddur. Bir qism elmi-texniki 

tərəqqinin bəşəriyyətin həyatını daha da zənginləşdirdiyini, inkişaf etdirdiyini, 

mükəmmələşdirdiyini iddia edir. Digər baxışa görə isə elmi-texniki tərəqqi 

bəşəriyyəti məhvə doğru sürükləyir. Yeni texnologiyalar insan ilə  təbiət arasındakı 

əlaqələri məhvə doğru aparır.  İnsan nə  qədər sosial varlıq da olsa o təbiətdə 

mövcuddur. Təbiətin məhvi isə insanın məhvi deməkdir. Bununla belə aparılan 

araşdırmamızdan belə bir nəticəyə gəlmək olar ki, yaradılan hər bir texnologiya insan 

ağlının, zəkasının nəticəsidir. Ondan bəşəriyyətin xilası  və ya məhvi üçün istifadə 

etmək seçimi məhz insanın özündən asılıdır. Həyatda hər bir şeyin insan üçün xeyirli 

olub-olmaması fərdin həmin əşyalara yanaşma tərzindən asılıdır. 

 

 



 
1   ...   24   25   26   27   28   29   30   31   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə