İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ


Mirməhəmməd Kərim əl-Bakuvi



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə3/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   40

 

Mirməhəmməd Kərim əl-Bakuvi  

Mir Məhəmməd Kərim Mircəfərzadə Bakuvi 1858-cü ildə Bakıda anadan 

olmuşdur. İlk təhsilini mədrəsədə almışdır. Övladının yüksək təhsil almasını istəyən 

atası Mircəfər 1871-ci ildə onu İraqa göndərmişdir. On il ərzində o, Bağdad 

şəhərində  ərəb dili, İslam tarixi, fiqh, hədis kimi ilahiyyat elmlərini öyrənmişdir. 

İraqdan geri qayıdarkən bir müddət  İranda qalmış, Bakıya qayıtdıqdan sonra İçəri 

                                                 

1

 Bu məqalə Dialoq və  Əməkdaşlıq uğrunda  İslam Konfransı  Gənclər Forumu Avrasiya 



Regional Mərkəzinin dəstəyi ilə İslam Araşdırmaları Mərkəzində həyata keçirdiyimiz post-

doktorluq proqramı üzrə xüsusi tədqiqatın nəticəsində ərsəyə gəlmişdir.  



Mirniyaz Mürsəl oğlu Mürsəlov 

22

şəhərdəki  Şah Abbas məscidində axund olmuş, 1904-1918-ci illərdə Bakı 



quberniyasının qazısı  vəzifəsini icra etmişdir. Eyni zamanda bu müddət  ərzində o, 

Bakı quberniyasının Şiə Məclisinin başçısı vəzifəsini də daşımışdır.

 2

  

Mir Məhəmməd Bakuvinin ilk yazdığı  əsər “İran kəndlilərinin halı  və ya 



Təbrizdə gördüklərim”  əsəridir. Yuxarıda da qeyd etdiyimiz kimi o, 1881-ci ildə 

təhsilini başa vuraraq Bakıya dönərkən bir müddət İranda olmuş, Tehran və Təbriz 

şəhərlərini gəzmişdir. Daha sonra bu səfər  əsnasında yaranmış  təəssüratları qeyd 

olunan əsərdə öz əksini tapmışdır. Ancaq təəssüf ki, bu əsər 1930-cu illərdə Azərnəşr 

mətbəəsində müəmmalı bir şəkildə yoxa çıxmışdır.

3

  



Qızı Təzəxanım əsərin əlyazmasını nəşr olunması üçün Azərnəşrə aparmış, onlar 

isə  mətndəki Allah və Peyğəmbər kəlmələrinin  əsərdən çıxarıldığı halda mümkün 

olacağını bildirmiş, Bakuvi isə bu şərtlə razılaşmamışdır. Sonralar əlyazma yoxa 

çıxmışdır.  

Bakuvinin əsərlərinin çox hissəsini tərcümələr təşkil edir. O, görkəmli fəqih və 

ilahiyyatçı olması ilə yanaşı, peşəkar bir tərcüməçi olmuşdur. Onun tərcümələri 

arasında ən çox Corci Zeydanın əsərləri daha çox yer tutur. Onun ilk tərcümə etdiyi 

və günümüzə  qədər gəlib çatan tərcüməsi “On yeddi Ramazan” kitabıdır. Kitabda 

həzrət Əli (ə.s.)-ın şəhadəti və xəvariclərlə bağlı hadisələrdən bəhs olunur.  

Yezid ibn Müaviyənin xilafəti və həzrət Hüseyn (ə.s.)-ın şəhadətindən bəhs edən 

digər tərcümə əsəri “Kərbəla yanğısı” adlanır. Bu əsər H.Z.Tağıyevin maddi dəstəyi 

ilə nəşr edilmişdir.  

Digər bir tərcüməsi yenə  də Corci Zeydanın “Ərmənusə  əl-misriyyə”  əsəridir. 

1911-ci ildə o, əsərin tərcüməsini tamamlamış və sonda “Fətatu Qəssan” adlı digər 

bir  əsəri tərcümə edəcəyini düşündüyünü qeyd etmiş, ancaq daha sonra “Səlib 

müharibəsi” adlı əsəri daha əhəmiyyətli saymış və onu tərcümə etmişdir.

4

  

Başqa bir tərcümə  əsəri “Əzrayi-Qüreyş” adlanır. Bu əsər də H.Z.Tağıyevin 



maddi dəstəyi ilə nəşr edilmişdir. Əsərdə həzrət Osmanın qətli, həzrət Əlinin (ə.s.)-in 

xilafəti, Cəməl və Sıffeyn döyüşləri, Təhkim hadisəsi qələmə alınmışdır.  

                                                 

2

 Hacı Mirməhəmməd Kərim Mircəfər  əl-Ələvi  əl-Hüseyni  əl-Musəvi  əl-Bakuvi, Kəşfül-



həqaiq ən nükətil-ayati vəd-dəqaiq, s. 6. Bakı, Şərq-Qərb mətbəəsi, 2014.  

3

 Sabuhi Şahavatov, Ulumu`l-Kur`an Açısından Bakuvi Tefsirinin Özellikleri, Yüksek lisans 



tezi, s. 38. İstanbul, 2010.  

4

 Nizami Məhərrəmov, Məmmədəli Babaşov, Qafqaz Müsəlmanlarının Atası,  Ədəbiyyat 



qəzeti. Bakı, 1991. 

Son dövr Azərbaycan müfəssirləri 

23

Bakuvinin tərcümə etdiyi digər  əsərlər “Fətatu Qəssan”, “Əbu Müslim əl-



Xorasani”, “Harun ər-Rəşidin bacısı Abbasə”, “Əmin və  Məmun qardaşları”dır. 

Təəssüf ki, yaxın qohumunun evində saxlanılan bu əsərlər 1940-cı illərdə yox 

olmuşdur.

5

  



Mir Məhəmməd Kərim ağanın ölümü haqqında bir neçə görüş vardır. Mərhum 

akademik Ziya Bünyadovun “Qırmızı terror” adlı kitabında və DTK-nın arxiv 

sənədlərində bildirilir ki, 15030 №-li məhkəmə  qərarı ilə 83 yaşlı Mircəfərov Mir 

Məhəmməd Kərim Mircəfərzadəyə antisovet fəaliyyətlərinə görə güllələnmə hökmü 

verilmişdir.

6

 Başqa bir görüşdə  oğlu Mircəfər Mir Məhəmməd Kərim ağanın 20 



oktyabr 1956-cı ildə beyninə qan sızması  nəticəsində öldüyü bildirilmişdir. Nizami 

Məhərrəmov və Məmmədəli Babaşova görə Bakuvi həbs olunduqdan sonra iki nəfər 

tərəfindən qaçırılmışdır. Sonralar onun Qazaxıstan səhralarında olması  məlum 

olmuşdur. Bir dəfə sel əsnasında körpü dağılmış, sahildə susuz və qidasız qalan 

məhbuslar ot yeməyə məcbur olmuş, Bakuvinin zəifləmiş vücudu buna tab gətirməyib 

faciəli bir şəkildə dünyasını  dəyişmişdir.

7

 Bu görüşlərin hansının daha doğru olduğu 



bizə  məlum olmasa da bir şeyi aydındır ki, görkəmli Azərbaycan müffəsiri Bakuvi 

faciəli bir şəkildə ölmüşdür. Ailəsinin yeganə təsəllisi isə ona ölümündən sonra 15 iyun 

1960-cı ildə Azərbaycan SSR Ali Məhkəməsinin bəraət verməsidir. 

Bakuvinin yazmış olduğu və günümüzə  qədər gəlib çatan “Kəşfül-həqaiq  ən 

nükətil-ayati vəd-dəqaiq”  əsəri 3 cilddən ibarət olub əski  əlifba ilə yazılmışdır. 

Birinci cild əl-Fatihə surəsi ilə başlayıb Tövbə surəsi ilə, ikinci cild Yunus surəsi ilə 

başlayıb Ənkəbut surəsi ilə, üçüncü cild isə ər-Rum surəsi ilə başlayıb ən-Nas surəsi 

ilə bitir. Hər cildin əvvəlində müəllifin müqəddiməsi vardır.

8

  

Əsər H.Z.Tağıyevin dəstəyi ilə 1904-cü ildə birinci və ikinci cildləri, 1906-cı 



ildə isə üçüncü cildi “Kaspi” qəzetinin Buxariyyə  mətbəəsində  nəşr olunmuşdur. 

Daha sonra bu əsər Hacı Əbdülməcid tərəfindən h. 1339-cu ildə fars dilinə tərcümə 

edilmiş və ilk dəfə Tehranda nəşr olunmuşdur. 1349, 1354, 1358 və 1361-ci illərdə 

təkrarən nəşr olunmuşdur. 1373-cü ildə  Təbrizdə heç bir dəyişiklik edilmədən 

orijinal şəkildə ikinci dəfə nəşr olunmuşdur. Bakuvinin bu əsəri daha sonra Əhməd 

                                                 

5

 Ahmet Dolunay, Gerçeğin Doğuşu, s. 18-19. İstanbul, Merkür Yayınları, 2000. 



6

 Ziya Bünyadov, Qırmızı Terror, s. 279-280. Bakı, 1983. 

7

 Nizami Məhərrəmov, Məmmədəli Babaşov, Qafqaz Müsəlmanlarının Atası,  Ədəbiyyat 



qəzeti. Bakı, 1991. 

8

 İsmayılov Mehman, 20. Yüzyılda Azerbaycan'da yapılan Kur'an ve tefsir çalışmaları, s. 48-



49, Yüksek lisans. Marmara Universitesi, 2002.  

Mirniyaz Mürsəl oğlu Mürsəlov 

24

Dolunay tərəfindən Türkiyə türkcəsinə  tərcümə edilmiş  və 2000-ci ildə  İstanbulda 



“Gerçeğin Doğuşu Alevî Kur’ân Tefsiri” adı ilə iki cilddə nəşr olunmuşdur. Sonuncu 

dəfə 2014-cü ildə Qafqaz Müsəlmanları  İdarəsi tərəfindən  əsər üç cilddə  nəşr 

edilmişdir. 

Bakuvi bu əsəri yazanda Zəməxşərinin “əl-Kəşşaf”, Fəxrəddin  ər-Razinin 

“Təfsirul-kəbir”, Təbərisinin “Məcməul-bəyan”, Beyzavinin “Ənvarut-tənzim” və 

başqa təfsirlərdən, həmçinin  Şiə  hədis qaynaqlarından Küleyninin “Üsuli kafi” ilə 

yanaşı  əhli-Sünnə hədis mənbələrindən də istifadə etmiş, əhkam ayələrinin təfsirini 

verəndə yenə də hər iki məzhəbin fiqh alimlərinin görüşlərinə baş vurmuşdur.

9

   


Bakuvi bəzi Quran ayələrinin təfsirini digər ayələrlə vermişdir. Məsələn,  əl-

Bəqərə surəsinin 37-ci ayəsindəki “Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr 

öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O 

(Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.” “kəlmələr” sözünü  əl-Əraf surəsinin 

23-cü ayəsindəki “(Adəm və Həvva:) “Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər 

bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – 

dedilər.” duasıdır kimi təfsir etmişdir.

10

 



Bakuvi ayələri bəzən də Peyğəmbərin sünnəsi (hədislər) ilə təfsir etmişdir. Onun 

həm  Şiə, həm də  əhli-Sünnə  məzhəblərinin hədis mənbəələrindən istifadə etməsi 

Bakuvinin bir çox müfəssirlərdən fərqləndirən xüsusiyyəti olmuşdur.

11

 



Bakuvi əl-Həşr surəsinin 7-ci ayəsini “...Peyğəmbər sizə nə verirsə, onu götürün; 

nəyi qadağan edirsə, ondan əl çəkin...” təfsir edəndə Abdullah ibn Məsudun 

Peyğəmbərdən rəvayət etdiyi “Allah taxma saç istifadə edən, saçına başqasının saçını 

əlavə edən, bədəninə şəkil döydürən qadınlara lənət etmişdir”

12

 hədisini nəql edir. 



Müfəssir Quran ayələrini izah edərkən istər səhabə, istərsə  də tabiundan gələn 

rəvayətlərə də yer vermişdir. Məsələn, əl-Əhzab surəsinin 33-cü ayəsini “...Ey əhli-

beyt! Həqiqətən, Allah sizdən (hər cür) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi 

pakdan pak etmək istər!” təfsir etdiyi zaman bildirir ki, səhabədən Səid əl-Xudri və 

                                                 

9

 Hacı Mirməhəmməd Kərim Mircəfər  əl-Ələvi  əl-Hüseyni  əl-Musəvi  əl-Bakuvi, Kəşfül-



həqaiq ən nükətil-ayati vəd-dəqaiq, s. 18. Bakı, Şərq-Qərb mətbəəsi, 2014. 

10

 Hacı Mirməhəmməd Kərim Mircəfər  əl-Ələvi  əl-Hüseyni  əl-Musəvi  əl-Bakuvi, Kəşfül-



həqaiq ən nükətil-ayati vəd-dəqaiq, s. 41. Bakı, Şərq-Qərb mətbəəsi, 2014. 

11

 Ahmet Bedir, Bakuvi Tefsirinin Tahlil ve Tahrici, s. 78. Doktora tezi, 1997. 



12

 Müslim b. Haccac, Sahihi Müslim,  Libas, 120. İstanbul, Çağrı Yayınları, 1992. 



Son dövr Azərbaycan müfəssirləri 

25

tabiundan Mücahid bu ayənin Fatimə, Həsən və Hüseyn haqqında nazil olduğunu 



rəvayət ediblər.

13

 



Bakuvi ümumiyyətlə  təfsirində  İsrailiyyat xəbərlərinə bir-iki yer xaric yer 

verməmişdir.

14

 Bununla yanaşı, təfsirin dirayət növündən də istifadə etmişdir. 



Məsələn, Ali-İmran surəsinin 3-cü ayəsindəki “nəzzələ” və  “ənzələ” fellərini izah 

edərkən “nəzzələ” felinin tədrici, “ənzələ”nin isə birdəfəlik endirmə mənası verdiyini 

bildirir. Qurani-Kərimin 23 il ərzində nazil olduğunu diqqətə çatdıraraq “nəzzələ” 

felinin Qurana, “ənzələ”nin isə Tövrat və İncilə aid olduğunu deyir.

15

  

Bakuvi əhkam ayələrini təfsir edərkən yuxarıda da qeyd etdiyimiz kimi mənsub 



olduğu Şiə məzhəbi ilə yanaşı əhli-Sünnə məzhəbinin görüşlərinə də yer vermişdir. 

Məsələn,  əl-Muminun surəsinin 7-ci ayəsini təfsir edərkən muta nikahının caiz 

olduğunu yəni, mənsub olduğu məzhəbin görüşünü mənimsəyir.

16

  



Müfəssir kəlam mövzusuna dərindən toxunmamış sadə bir dildə bu mövzuları 

ifadə etməyə çalışmışdır. Məsələn, əl-Bəqərə surəsinin 82-ci ayəsini “İman gətirənlər 

və yaxşı  işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar” izah edərkən 

insana təkcə iman etməsinin fayda verməyəcəyini, imanla yanaşı yaxşı  əməlin də 

vacibliyini bildirir. Bəni-İsrail  əhvalatında onların soy-nəsəbləri ilə qürrələnib 

əzabdan nicat tapacaqlarına inanmaları iddiasının batil olduğunu qeyd edib, cənnət 

və cəhənnəmin əmələ görə olacağını bəyan edəndən sonra gələn ayədə Bəni-İsrailə 

xitab eləyib onların xüsusiyyətini göstərir.

17

  

Bakuvi nəsxi



 

qəbul etsə də, ayələrin hansının nəsx, hansının mənsux olduğunu 

bildirməmişdir. Eyni zamanda qiraət mövzusuna da toxunmamışdır.

18

  



Bakuvi bəzi surələrin  əvvəlində olan Hurufu Müqəttəələri həmin surələrin adı 

olaraq dəyərləndirir. Müfəssirə görə  əl-Bəqərə surəsinin  əvvəlindəki Müqəttəə 

                                                 

13

 Əli ibn Əhməd Vahidi, Əsbabun-nüzul, s. 266-267. Beyrut, Aləmul-kutub, tarixsiz. 



14

 Ahmet Bedir, Bakuvi Tefsirinin Tahlil ve Tahrici, s. 84. Doktora tezi, 1997. 

15

 Hacı Mirməhəmməd Kərim Mircəfər  əl-Ələvi  əl-Hüseyni  əl-Musəvi  əl-Bakuvi, Kəşfül-



həqaiq ən nükətil-ayati vəd-dəqaiq, s. 165. Bakı, Şərq-Qərb mətbəəsi, 2014. 

16

 Hacı Mirməhəmməd Kərim Mircəfər  əl-Ələvi  əl-Hüseyni  əl-Musəvi  əl-Bakuvi, Kəşfül-



həqaiq ən nükətil-ayati vəd-dəqaiq, 370-371. Bakı, Şərq-Qərb mətbəəsi, 2014. 

17

 Hacı Mirməhəmməd Kərim Mircəfər  əl-Ələvi  əl-Hüseyni  əl-Musəvi  əl-Bakuvi, Kəşfül-



həqaiq ən nükətil-ayati vəd-dəqaiq, s. 62. Bakı, Şərq-Qərb mətbəəsi, 2014. 

18

 Ahmet Bedir, Bakuvi Tefsirinin Tahlil ve Tahrici, s. 141. Doktora tezi, 1997. 



Mirniyaz Mürsəl oğlu Mürsəlov 

26

hərfləri “Əlif-ləm-mim” əslində surənin adıdır. Lakin ənənəvi olaraq bu surənin adı 



sözü gedən surənin məşhur kəlmələrindən olan “Bəqərə” deyə adlandırılmışdır.

19

      



 

Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkəvi 

Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkəvi 1854-cü ildə Şəkidə anadan 

olmuşdur. O, ilk təhsilini  Şəki mollaxanasında almışdır. Təhsilini sonra Gəncə 

mədrəsəsində davam etdirmiş, mədrəsəni bitirdikdən sonra Məhəmməd Həsən bir il 

Gəncə Cümə  Məscidində molla kimi çalışmışdır. O, sonralar təhsilini davam 

etdirmək qərarına gəlir və bu məqsədlə İraqa gedir. Burada Məhəmməd Həsən dini 

təhsilini daha da zənginləşdirir. 1891-ci ildə Qafqaza qayıdır və hicri və miladi 

təqvimlərini birgə olaraq fars dilində çap etdirir. 1893-cü ildə Tiflisdə yerləşən 

“Müsəlman dini məktəbi”ndə  İslam dininin qaydaları  (Şəriət qanunları) üzrə  dərs 

deməyə başlayır. Sonralar o, qazi kimi Cəbrayıl, Gəncə, Tiflis və Kutaisidə çalışır. 

908-ci ildə  Məhəmməd Həsən Mövlazadə Qafqaz bölgəsi üzrə ilk Şeyxülislam 

seçilir.


20

 

1908-ci ildə Məhəmməd Həsən Mövlazadənin “Kitabul-bəyan fi təfsiril-Quran” 



adlı kitabı çap olunur. İki hissədən ibarət olan bu kitabda o, Quranın tərcüməsi və 

təfsirini vermişdir. Bununla da o, Quranı azərbaycan dilinə  tərcümə edən ilk 

azərbaycanlı din alimi olmuşdur. Onun bu kitabı 1990-cı ildə Bakıda yenidən nəşr 

olunmuşdur.

21

 

Mövlazadə Məhəmməd Həsən İsmayıl oğlu Şəkəvi 1932-ci ildə vəfat etmişdir. 



Yuxarıda da qeyd etdiyimiz kimi “Kitabul-bəyan fi təfsiril-Quran” iki cilddən 

ibarətdir. Birinci cild 492, ikinci cild isə 538 səhifədir.  Şəkəvi də Bakuvi kimi öz 

təfsirini əski əlifba ilə yazmışdır. Müəllif birinci cildin əvvəlində “Məcməul-bəyan”, 

“Safi”, “Təfsiru Fəxri Razi”, “Beyzavi”, “Cəlaleyn”, “Əbus-Suud”, “Məsalik” və s. 

kimi bəzi mötəbər təfsir və fiqh kitablarından istifadə etdiyini bildirir.

22

  



Şəkəvi də bəzən Quran ayələrini digər ayələrlə təfsir etmişdir. Məsələn, əl-Əraf 

surəsinin 187-ci ayəsini “(Ya Rəsulum!) Səndən o saat (qiyamət) haqqında soruşurlar 

                                                 

19

 Hacı Mirməhəmməd Kərim Mircəfər  əl-Ələvi  əl-Hüseyni  əl-Musəvi  əl-Bakuvi, Kəşfül-



həqaiq ən nükətil-ayati vəd-dəqaiq, s. 30. Bakı, Şərq-Qərb mətbəəsi, 2014. 

20

 http://az.wikipedia.org 



21

 Z.M.Bünyadov, V.M.Məmmədəliyev, Qurani-Kərim məalı, Ön söz, s. XL. Bakı, Qismət, 

2006. 

22

 İsmayılov Mehman, 20. Yüzyılda Azerbaycan'da yapılan Kur'an ve tefsir çalışmaları, s. 67, 



Yüksek lisans. Marmara Universitesi, 2002. 

Son dövr Azərbaycan müfəssirləri 

27

ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə  məlumadur. (Qiyamətin) Qopacağı 



vaxtı Allahdan başqa heç kəs bilə bilməz...” əl-Cin surəsinin 27-ci ayəsi ilə “Bəyənib 

seçdiyi Peyğəmbərdən başqa!...” təfsir etmişdir.

23

  

Müfəssir eyni zamanda bəzi Quran ayələrini sünnə ilə təfsir etmişdir. Məsələn, 



ər-Rəd surəsinin7-ci ayəsini “...Sən ancaq (insanları Allahın əzabı ilə) qorxudansan. 

Hər tayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!” “Təfsiru-

kəşşafda” keçən İbn Abbasdan rəvayət olunan bir hədislə təfsir edir. Hədisdə bu ayə 

nazil olduğu zaman rəvayət olunur ki, Həzrət Mübarək  əlini  Əmirul-muminin  Əli 

(ə.s.)-ın sinəsinə qoyub dedi: “Mənəm qorxudan, Əli isə hidayət edəndir. Ya Əli, 

səninlə hidayətə çatar hidayət tapanlar.”

24

  

Şəkəvi bəzi Quran ayələrini səhabə və tabiun sözləri ilə də təfsir etmişdir. Müfəssir 



əl-İsra surəsinin 1-ci ayəsini “Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və 

əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) 

Məscidülhəramdan  ətrafını mübarək etdiyimiz (bərəkət verdiyimiz) Məscidüləqsaya 

(Beytülmüqəddəsə) aparan Allah pakdır, müqəddəsdir. O, doğrudan da, (hər  şeyi) 

eşidəndir, görəndir!” təfsir edərkən nəql edir ki, Müaviyə ibn Əbi Süfyan dedi: 

“Peyğəmbər (s.ə.s.)-in miracı həqiqi yuxulardandır.” Həzrət Peyğəmbərin zövcəsi həzrət 

Aişə demişdir: “Mirac gecəsində həzrət Peyğəmbərin cəsədi yox olmadı.”

25

  



Müfəssir təfsirində İsrailiyyat xəbərlərinə də yer vermişdir. Məsələn, əl-Bəqərə 

surəsinin 36-cı ayəsini “...Biz də (Adəmə, Həvvaya və  Şeytana): “Bir-birinizə 

düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin...” təfsir edərkən belə rəvayət 

edir: Adəm və  Həvvanın övladları ilan və  Şeytan ilə düşməndir.  İlan və  Şeytan da 

onlarla düşməndir. O dövrdə ilan heyvanların ən gözəllərindən idi. Əli və ayağı var 

idi. Xudavəndi Aləm onun əlini və ayağını alıb sürünərək yerimək və torpaq 

yeməklə, Həvvanı  uşaq doğmaq, uşağı doqquz ay qarnında gəzdirmək və heyz 

görməklə, Adəmi isə əhlinin ruzisinə borclu olmaqla cəzalandırdı.

26

  

Şəkəvi “Təfsirul-bəyan”da az da olsa təfsirin dirayət növündən istifadə etmişdir. 



Müfəssir əhkam ayələrini izah edərkən mənsub olduğu Şiə məzhəbinin görüşləri ilə 

                                                 

23

  Məhəmməd Həsən Mövlazadə  Şəkəvi, Kitabul-bəyan fi təfsiril-Quran, I c., s. 299. Bakı, 



Azərnəşr, 1990. 

24

 Molla Muhsin Məhəmməd ibn Mürtəza Kaşani, Təfsirus-safi, III c., s. 59. Beyrut, 



Müəssəsətu Aləmi lil-Mətbu, 1982. 

25

  əz-Zəməxşəri,  əl-Kəşşaf an həqaiqit-tənzil və uyunil-əqavil fi vücuhit-təvil, II c., s. 437. 



Beyrut, Darul-fikir, 1977. 

26

  Məhəmməd Həsən Mövlazadə  Şəkəvi, Kitabul-bəyan fi təfsiril-Quran, I c., s. 13. Bakı, 



Azərnəşr, 1990. 

Mirniyaz Mürsəl oğlu Mürsəlov 

28

yanaşı, digər məzhəblərin də fikirlərini vermişdir. Məsələn, əl-Maidə surəsinin 38-ci 



ayəsini “Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq 

(sağ) əllərini kəsin...” təfsir edərkən bildirir ki, həddi-büluğa çatmış və ağlı başında 

olan bir şəxs oğurluq etsə  və  oğurluğu sübut olunsa, onun sağ  əlinin barmaqları 

kəsilər. İkinci dəfə oğurluq etsə sol ayağının barmaqları kəsilər, üçüncü dəfə oğurluq 

etsə  həbs olunar, dördüncü dəfə isə yenə  oğurluq etsə ölüm hökmü verilməlidir.

 27


 

Burada o, öz məzhəbinin görüşünü mənimsəmişdir. 

Müfəssir kəlam mövzularında həm  Şiə, həm də  əhli-Sünnə  məzhəbinin 

alimlərinin görüşlərini vermişdir. Məsələn, Ali-İmran surəsinin 28-ci ayəsini 

“Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar. Bunu edən (kafirləri özünə 

dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir 

qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız 

(çəkinməniz) müstəsnadır...” təfsir edərkən bildirir ki, İslam tayfaları bu ayəni istər 

mal, istərsə də can barəsində təqiyyənin caiz olduğuna dəlil gətirirlər. Əşari alimlərin 

bir qismi can barəsində təqiyyənin caiz olduğunu qəbul etdiyi halda, mal barəsində 

qəbul etmirlər. Digər bir qismi də müsəlmanlar zəif olduğu üçün təqiyyənin caiz 

olduğunu,  İslam dini gücləndikdən sonra isə  təqiyyənin hökmünün qalxacağını 

deyirlər. İmamiyyə məzhəbinə görə təqiyyə mütləq olaraq caiz, hətta vacibdir.

28

 



Şəkəvi digər müfəssirlər kimi ayələrin enmə  səbəblərini də  bəyan etmişdir. 

Məsələn, Ali-İmran surəsinin 145-ci ayəsinin “Allahın izni olmayınca heç kəsə ölüm 

yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır...” həzrət  Əli 

haqqında nazil olduğunu bildirir.

29

  

Şəkəvi digər müfəssirlərdən fərqli olaraq bəzi surəslərin  əvvəlindəki Hürufu 



Müqəttəələrə  məna verməyə çalışmışdır. Məsələn,  əş-Şüəra surəsinin  əvvəlindəki 

“Ta-sin-mim” Hürufu Müqəttəəsini belə açıqlayır: “”Ta” – Tahir (pak) olan Allah 

Mənəm, “Sin” – Satirəm (örtən) ayıbları örtən Mənəm, “Mim” – Məcidəm (yüksək 

şan-şöhrət sahibi).”

30

     


 

                                                 

27

 Məhəmməd Hüseyn Tabatabai, əl-Mizan fi təfsiril-Quran, V c., s. 335. Beyrut, Müəssəsətu 



Aləmi lil-Mətbu, 1973. 

28

 Molla Muhsin Məhəmməd ibn Mürtəza Kaşani, Təfsirus-safi, I c., s. 325. Beyrut, 



Müəssəsətu Aləmi lil-Mətbu, 1982. 

29

  Məhəmməd Həsən Mövlazadə  Şəkəvi, Kitabul-bəyan fi təfsiril-Quran, I c., s. 129. Bakı, 



Azərnəşr, 1990. 

30

 Məhəmməd Həsən Mövlazadə Şəkəvi, Kitabul-bəyan fi təfsiril-Quran, II c., s. 118. Bakı, 



Azərnəşr, 1990. 

Son dövr Azərbaycan müfəssirləri 

29

Əhməd İsrafil oğlu Haşimzadə  

Əhməd Haşimzadə 1896-cı ildə Azərbaycanın Quba şəhərinin Çiçi kəndində 

anadan olmuşdur. Dini təhsilini uşaq ikən atasından öyrənmişdir. Atası öldükdən 

sonra təhsilini Afurca, Qalagah və  Təngəaltı  kəndlərində davam etdirmişdir. O, 

Əbdülvəhhab  əfəndi,  İsa  əfəndi və Hüseynağa  əfəndi kimi o bölgənin məşhur 

müəllimlərindən dərs almışdır. 1911-1919-cu illərdə  Dəvəçi  şəhərində  ərəb və fars 

dillərini mükəmməl bir şəkildə öyrəndikdən sonra Şamaxı  şəhərində yaşayan 

Mustafa əfəndidən ərəb və fars dillərini bilməsi haqqında icazət almışdır. 1920-1922-

ci illərdə Çiçi kəndindəki orta məktəbdə oxumuş, Azərbaycanda Sovet höküməti 

qurulduqdan sonra 1923-cü ildə Qubada açılmış “Zeylik müəllimlər kursu”nda təhsil 

almışdır. 1930-cu ildə “Şuşa mədəni maarif məktəbi”ni bitirmiş, 1936-1940-cı illərdə 

isə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunda təhsilini davam 

etdirmişdir.  İnstitutu bitirdikdən sonra Quba şəhər Utu kənd orta məktəbinin 

direktoru vəzifəsində  işləmişdir. 1943-cü ildə Quba şəhər Maarif şöbəsinin müdiri, 

1946-cı ildən isə Çiçi kəndindəki məktəbdə direktor müavini  işləmişdir. 1950-1970-

cil illərdə bu məktəbdə müəllimlik etmiş, sonra təqaüdə çıxmışdır.

31

  



Əhməd Haşimzadə 1962-ci ildə Qurani-Kərimin təfsirini yazmışdır. Bu əsər 

Azərbaycan Elmlər Akademiyasının  Əlyazmalar  İnstitutuna verilmiş, orada altı 

nəfərdən ibarət bir heyət tərəfindən incələnmişdir. Heyət təfsir haqqında müsbət rəy 

vermiş və Əhməd Haşimzadəyə altı yüz rubl ödənərək əsər İnstitutun kitabxanasında 

saxlanılmışdır.  

Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 

Şərqşünaslıq fakültəsinin professoru Əli Fəhmi və başqaları  Əhməd Haşimzadənin 

yaşadığı kəndə gedərək onu Universitetə dəvət etsələr də o, ailə problemləri səbəbi 

ilə  dəvəti qəbul etməmişdir. Görkəmli alim Əhməd Haşimzadə 1979-cu il aprel 

ayının 14-də dünyasını dəyişmişdir.

32

 

Əhməd Haşimzadə  də yazmış olduğu “Təfsirul-Quranil-Əzim”  əsərini  əski 



əlifba ilə yazmışdır.  Əsərin  əlyazması Azərbaycan Respublikası Elmlər Akademi-

yasının Məhəmməd Füzuli adına  Əlyazmalar  İnstitutunun kitabxanasında C-

697/9650 (I), C-698/9651 (II), C-699/9652 (III) nömrələri ilə saxlanılır. Birinci cild 

311 səhifədən ibarət olub, əl-Fatihə surəsi ilə başlayır və  əl-Maidə surəsi ilə bitir. 

                                                 

31

 İsmayılov Mehman, 20. Yüzyılda Azerbaycan'da yapılan Kur'an ve tefsir çalışmaları, s. 76, 



Yüksek lisans. Marmara Universitesi, 2002. 

32

 Davud Aydüz, Sovet dövründə Azərbaycan türkcəsi və ərəb qrafikası ilə yazılmış təfsir, s. 



84-93. Bakı, İslam Araşdırmaları jurnalı, 2001.  

Mirniyaz Mürsəl oğlu Mürsəlov 

30

İkinci cild 440 səhifədən ibarət olub, əl-Ənam surəsi ilə başlayır və əl-İsra surəsi ilə 



bitir. Üçüncü cild 441 səhifədən ibarət olub, əl-Kəhf surəsi ilə başlayır və Fatir surəsi 

ilə bitir. Dördüncü cild isə 466 səhifədən ibarət olub, Yasin surəsi ilə başlayır və ən-

Nas surəsi ilə bitir. Bu təfsirin ən əhəmiyyətli xüsusiyyəti Sovet dövründə əski əlifba 

ilə yazılmasıdır. Müfəssir dördüncü cildin son səhifəsində  təfsiri  şəxsən özünün 

yazdığını  və h. 1382 / m. 1962-ci ildə bitirdiyini qeyd edir. Müfəssir hər cildin 

əvvəlində “Cəvahirut-təfsir”, “Təfsirul-bəhr”, “Bəhrul-ulum”, “Təfsirut-tibyan”, 

“Təfsirul-bəsair”, “Təfsirul-kəbir”, “Təfsirul-kəşşaf”, “Təfsirul-cəlaleyn” və s. kimi 

təfsirlərdən istifadə etdiyini qeyd edir.

33

  

Əhməd Haşimzadə  də  həm Bakuvi, həm  Şəkəvi kimi Qurani-Kərimin bəzi 



ayələrini digər ayələrlə  təfsir etmişdir. Məsələn,  əl-Ənam surəsinin 51-ci ayəsini 

“...Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə  də onlar 

(bununla) pis əməllərdən qorxub çəkinələr!”  əl-Bəqərə surəsinin 255-ci ayəsi ilə 

“...Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya 

digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər?..” təfsir etmişdir.

34

 



Haşimzadə  də digər müfəssirlər kimi Quranın bəzi ayələrini sünnə ilə  təfsir 

etmişdir. Belə ki, o, əs-Saffat surəsinin 24-cü ayəsini “Onları tutub saxlayın, çünki 

sorğu-sual olunacaqlar!” Peyğəmbər (s.ə.s.)-dən nəql olunan aşağıdakı hədislə təfsir 

edir. Qiyamət günündə dörd şey soruşulmadıqda Adəm oğlu addımını atmaz. 

Birincisi – gəncliyini harada keçirdin, ikincisi – ömrünü harada xərclədin, üçüncüsü 

– malını haradan qazandın və harada xərclədin, dördüncüsü isə elminlə nə etdin.

35

  

Müfəssir eyni zamanda Quranın ayələrini bəzən səhabə  və tabiun sözləri ilə 



təfsir etmişdir. Məsələn,  ən-Nisa surəsinin 24-cü ayəsini “(Cihad vaxtı  əsir olaraq) 

Sahib olduğunuz (cariyələr) müstəsna olmaqla, ərli qadınları almaq Allahın yazısı 

(hökmü) ilə sizə (haram edildi).” Əbu Səid  əl-Xudridən nəql olunan bir rəvayətlə 

təfsir edir. Əbu Səid əl-Xudri bu ayənin zövcələrini Məkkədə qoyub Mədinəyə hicrət 

edən və burada müsəlmanlarla evlənmiş qadınlar haqqında nazil olduğunu nəql edir. 

Ancaq daha sonra onların  ərləri də  Mədinəyə hicrət etdikdə müsəlmanların o 

qadınlarla evlənmələri qadağan olundu.

36

  



                                                 

33

 İsmayılov Mehman, 20. Yüzyılda Azerbaycan'da yapılan Kur'an ve tefsir çalışmaları, s. 77, 



Yüksek lisans. Marmara Universitesi, 2002. 

34

 Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, II c., s. 17. Əlyazma, 1962. 



35

 Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, IV c., s. 25. Əlyazma, 1962. 

36

 Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, I c., s. 198-199. Əlyazma, 1962. 



Son dövr Azərbaycan müfəssirləri 

31

Haşimzadə digər iki müfəssirdən fərqli olaraq İsrailiyyat xəbərlərindən çox 



istifadə etmişdir. Belə ki, o, əl-Bəqərə surəsinin 102-ci ayəsini “...Lakin şeytanlar 

(bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa 

öyrədərək kafir oldular. Halbuki, (o iki mələk): Biz (Allah tərəfindən göndərilmiş) 

imtahanıq (sınağıq), sən gəl kafir olma! – deməmiş heç kəsə sehr öyrətmirdilər...” 

təfsir edərkən rəvayət edir ki, təfsir sahibləri bu iki mələyin qissəsi ilə bağlı belə 

deyirlər: “Mələklər İdris (ə.s.)-ın zamanında Bəni-Adəmin pis əməllərini görüb Allah 

Təalaya belə dedilər: “İlahi, belə bir məxluqatı yer üzündə yaratdın. O, məxluqat indi 

sənə üsyan edir.” Allah Təala da: “Əgər Mən sizi yer üzünə endirsəm, siz də onların 

etdiklərini edərsiniz” buyurdu. Allah Təala Harut və Marut adlı iki mələyi seçib yer 

üzünə göndərdi. Bu iki mələk xalq arasında  ədalətlə hökm edir, gecələr isə göydə 

ibadət edirdilər. Bu mələklər  şirkdən, adam öldürməkdən, zinadan, içkidən uzaq 

idilər. Bir gün Zöhrə adlı bir qadın ərindən şikayət etmək məqsədi ilə onların yanına 

gəldi. Onlar bu qadının gözəlliyinə heyran olub onunla cinsi münasibətdə olmaq 

istədilər. Qadın əvvəlcə ərimi öldürün dedi. Onlar da qadının ərini öldürüb yenə ona 

yaxınlaşmaq istədilər. Qadın bu dəfə bütə ibadət edin dedi. Mələklər qadının bu 

istəyini də yerinə yetirdilər. Allah Təala mələklərlə Harut və Marut arasındakı 

pərdəni qaldırdı, mələklər onların bu əməllərini gördükdə yer əhlinin bu 

nöqsanlarından ötrü istiğfar tələb etdilər.”

37

 

Müfəssir ayələri izah edərkən bəzən təfsirin dirayət növündən də istifadə 



etmişdir. Kəlmələrin mənasını bəzən ərəbcə, bəzən də azərbaycan dilində açıqlamağa 

çalışmışdır. Məsələn, Yasin surəsinin 23-cü ayəsindəki “...Əgər Rəhman mənə bir 

zərər yetirmək istəsə, onların  şəfaəti mənə heç bir fayda verməz və onlar məni 

(Allahın  əzabından) xilas edə bilməzlər.” “bi durrin” kəlməsinin zammə ilə 

oxunduğu zaman “arıq”, “zəif” və “pis vəziyyətdə olan”, fəthəli oxunduğu zaman isə 

“ziyan” və “zərər” mənalarını verdiyini söyləyir.

38

  

Əhkam ayələrinə  gəlincə isə, müfəssir Bakuvi və  Şəkəvidən fərqli olaraq 



mənsub olduğu məzhəbin imamlarının görüşlərinə sadiq qalmışdır. Məsələn, ən-Nisa 

surəsinin 23-cü ayəsini “Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, 

xalalarınız, qardaş  və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, 

arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınların himayənizdə olan qızları (ögey 

qızlarınız) ilə evlənmək haram edildi...” təfsir edərkən bildiri ki, alimlər bir kişi ilə 

                                                 

37

 Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, I c., s. 38. Əlyazma, 1962. 



38

 Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, IV c., s. 8. Əlyazma, 1962. 



Mirniyaz Mürsəl oğlu Mürsəlov 

32

bir qadının zina etməsi haqqında ixtilaf etmişlər, belə ki, zina edən kişi zina edən 



qadının anası  və  qızı ilə evlənə bilər, bu haram deyildir. Zina edən qadın da zina 

etdiyi kişinin atası və oğlu ilə evlənə bilər. İmam Maliklə imam Şafii bu görüşdədir. 

İmam Azam Əbu Hənifə isə bunun haram olduğu görüşündədir.

39

  



Əhməd Haşimzadə yerinə görə kəlam ayələrini də təfsir etmiş və bəzi alimlərin 

görüşünə müraciət etmişdir. Məsələn, əl-Bəqərə surəsinin 255-ci ayəsindəki “...Onun 

kürsüsü (elmi, qüdrət və  səltənəti) göyləri və yeri əhatə etmişdir. Onları mühafizə 

etmək Onun üçün heç də çətin deyildir...” “Allahın kürsüsü” ifadəsi ilə bağlı bildirir 

ki,  Əhli-təfsir kürsü haqqında ixtilaf etmişlər. Həsən kürsünün ərş olduğunu 

söyləmiş, bəzilərinə görə kürsü ərşin önündə, bəzilərinə görə isə  ərşin yanında bir 

halqai-kəbirdir. Yenə də doğrusunu Allah bilir.

40

  



Haşimzadə surə və ayələrin enmə səbəblərinə də  toxunmuşdur. Məsələn, Təbbət 

surəsinin 1-ci və 2-ci ayələrini “Əbu Ləhəbin əlləri qurusun, qurudu da! (və ya Əbu 

Ləhəbin əlləri qurusun, o ölsün!). (Qiyamət günü) Ona nə mal-dövləti fayda verəcək, 

nə  də qazandığı (və ya oğul uşağı).” təfsir edərkən aşağıdakı  rəvayəti nəql edir. 

Həzrət Peyğəmbərə  əvvəlcə  ən yaxın qohumlarını  xəbərdar et deyə  əmr olundu. 

Həzrət Peyğəmbər də qohumlarını toplayıb onları xəbərdar etdikdə Əbu Ləhəb ona: 

“Ya Məhəmməd, səni görüm öləsən, məhv olasan. Bizi bundan ötrümü bir yerə 

topladın?” – dedi. Bundan sonra bu iki ayə nazil oldu.

41

  

Müfəssir bəzən nəsx ayələrinə toxunmuşdur. Məsələn, əl-Bəqərə surəsinin 180-



ci ayəsinin “Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan 

valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə 

birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir.” təfsiri zamanı bildirir ki, 

əvvəlcə ana, ata və qohumlara vəsiyyət fərzdir. Yalnız bilməlisiniz ki, varisə vəsiyyət 

etmək yoxdur. Sonralar bu ayə miras ayəsi ilə nəsx edildi.

42

  



Əhməd Haşimzadə də Şəkəvi kimi surələrin əvvəlində olan Hurufu Müqəttəələrə 

məna verməyə çalışmışdır. Məsələn, müfəssirə görə  əl-Bəqərə surəsinin 1-ci 

ayəsindəki “Əlif-ləm-mim” hərfləri Allah Təalanın sirrinin bir işarəsidir. Hər bir hərf 

Allahın sifətlərindən birini bildirir. Məsələn, “əlif” – Allah, “ləm” – Lətif, “mim” isə 

Məcid mənalarını verir.

43

    



                                                 

39

 Əli ibn Əhməd Vahidi, Əsbabun-nüzul, s. 236. Beyrut, Aləmul-kutub, tarixsiz. 



40

 Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, IV c., s. 460. Əlyazma, 1962. 

41

 Əli ibn Əhməd Vahidi, Əsbabun-nüzul, s. 344. Beyrut, Aləmul-kutub, tarixsiz. 



42

 Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, I c., s. 65. Əlyazma, 1962. 

43

 Əhməd Haşimzadə, Təfsirul-Quranil-Azim, I c., s. 3. Əlyazma, 1962. 



Son dövr Azərbaycan müfəssirləri 

33

Azərbaycan xalqı  hər zaman milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, onunla bir 



ölkənin havasını, suyunu bir sözlə  hər  şeyini paylaşan qeyri-din, hətta qeyri məzhəb 

mənsubları ilə daim tolerant bir şəraitdə yaşamışdır. Bu baxımdan həm Azərbaycan xalqı, 

həm də dövləti dünyada yaşayan digər xalq və dövlətlər üçün nümunəyə çevrilmişdir. 

Məqalədə  tədqiq etdiyimiz bu üç görkəmli Azərbaycan alimi dövrünün mütərəqqi 

şəxsiyyətlərindən olub, xalqın maariflənməsi və inkişaf etməsi yolunda əllərindən gələni 

etmişlər. Xüsusilə, Bakuvi və  Şəkəvi öz təfsirlərində tolerantlıq  ənənəsinə sadiq qalaraq 

Qurani-Kərimin ayələrini izah edərkən  İslam dininin hər iki böyük məzhəbinin - Şiə  və 

Sünni məzhəblərinin, təfsir, fiqh və hədis alimlərinin görüşlərinə yer vermiş, bununla da, 

bütün İslam dünyasına İslamın təkcə bir məzhəb və ya təriqətlə deyil, bütün məzhəb və 

təriqətlərlə mükəmməl bir din olduğu mesajını vermişlər.  

Qeyd etmək lazımdır ki, günümüzdə  İslam dünyası üçün bu mesaj çox vacibdir. 

Məlumdur ki, məzhəb mövzusu İslam aləmində hər zaman həssas məsələ olmuşdur. Bu 

baxımdan bu üç görkəmli Azərbaycan müfəssirinin əsərlərinin həm ana, həm də müxtəlif 

dillərə tərcümə edilib, oxuculara böyük tirajda təqdim edilməsi çox faydalı olardı. 

 

 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə