İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə30/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   ...   26   27   28   29   30   31   32   33   ...   40

                                          

Ateizm və Darvinizm idealogiyasının çöküşü 

Bəşəriyyət tarixini araşdıran xüsusi ilə sosiologiya sahəsində tədqiqat aparan hər 

kəs 19 – cu əsrin ateizm və materializmin inkişaf etdiyi əsr olduğunu görəcəkdir. 

Bu dövrün ən önəmli hadisələrindən biri həmin  əsrəcən dünyaya hakim olan 

Teist (tək Allahlıq) inancı və dinlərə qarşı Ateizm düşüncəsinin meydana çıxmasidir. 

Düzdür, Ateizm qədim zamanlardan bəri mövcud olmuşdur lakin, bu fikrin əsl 

yüksəlişi 18 əsrdə Avropada bəzi fəlsəfə  cərəyanlarının və siyasi hadisələrin 

meydana çıxması ilə bağlıdır. Diderot, Baron de Holbak kimi materialistlərin 

kainatin  əzəldən mövcud olan maddə  yığımından meydana gəldiyini və maddənin 

xaricində heç bir aləmin olmadığını qeyd edirdilər. 19 əsrdən etibarən ateizm daha da 



Dünya ölkələri üzrə İslamın yayılma səbəbləri 

317


inkişaf edərək öz yüksək zirvəsinə çatdı. Feyerbax, Marks, Engels, Nitşe, Durkeim, 

Freyd kimi mütəfəkkirlər ateizmi müxtəlif fəlsəfi fikirlərlə izah edərək daha da 

inkişaf etdirdilər. Ateizmə  ən çox dəstək verən yaradılışı  rədd edərək təkamül 

nəzəriyyəsini irəli sürən Carliz Darvin olmuşdur. Darvinizm cərəyanı ateistlərin 

əsrlər boyu “kainat necə yarandı” sualına elmi şəkildə cavab verməyə çalışırdı. 

19 – cu əsrin sonlarında ateistlər özlərində  hər bir şeyin cavabını elmi şəkildə 

verdiklərini düşünürdülər. Onlar kainatın yaradılmadığını “kainat əzəldən mövcud-

dur, başlanğıcı yoxdur” fikrini söyləyirdilər. Kainatda olan nizam-intizamin təsadüfi 

olduğunu, canlıların və insanların necə yarandığı sualına Darvinizm tərəfindən cavab 

verildiyini zənn edirdilər. Tarix və sosyologiyanın Marks və Durkeim, psixologi-

yanın isə Freud tərəfindən ateist düşüncələrlə açıqlandığını düşünürdülər. 

Lakin, bu görüşlərin hər biri elmi, siyasi və ictimai tərəqqi ilə darmadağın edildi. 

Astronomiyadan biologiyaya, psixologiyadan ictimai əxlaqa qədər olan bütün 

sahələrdə aparılan araşdırmalar və  tədqiqatlar ateizm və darvinizm ideologiyasını 

çökdürdü. Amerikali tədqiqatçı Patrik Glyan “God the Evidence” adlı  əsərində 

ateizmin çöküş səbəblərini qeyd etmişdir. Ateizmin çöküşü təkcə biologiya, astano-

miya, psixologiya, tibb kimi elm sahələrində deyil eyni zamanda siyasət və ictimai 

əxlaq üzərində də olmuşdur. 

Kominizmin yıxılması buna ən bariz misallardan biridir.  Kominizm 19 əsrdə 

ateizmin siyasi baxımdan güc sahəsi hesab edilə bilər. İdeologiyanın qurucuları olan 

Marks, Engels, Lenin, Troçki ateizmi ən  əsas prinsip olaraq qəbul etmişdirlər. 

Kominizmin ən əsas məqsədlərindən biri dini inancları məhv edərək qarşısını almaq 

idi. Stalin Rusiyası olmaq üzrə Makedoniya, Kamboca, Çin və sairə Qərb ölkələrində 

xüsusi ilə müsəlmanlar olmaq şərti ilə dini inanclı  şəxslərə böyük təzyiqlər və 

represiyalar olmuşdur. Lakin, bu qanli Kominist sistem 1980 – ci illərdə  təəccüblü 

bir  şəkildə çökmüşdür. Bu sistemin çökmə  səbəblərini Patrik Glyan “God the 

Evidence” adlı  əsərində belə izah etməkdədir: “Tarixçilər kominizmin ən böyük 

xətasının ekonomik qanunların rədd etməsində görürlər. Amma, başqa qanunlar da 

vardır ki, kominizmin süqutunda mühüm rol oynamışdır. Tarixçilər sovet kominiz-

min süqut səbəblərini araşdırdıqda Sovet elitasının ateizim krizisinin sancıları içində 

olduqlarını görməkdədirlər. Böyük yalana söykənən ateist ideologiyasının təsirində 

olan Sovet sistemi sözün əsl mənasında demoralizasya yaşamışdır. Hakim dairə 

olmaq şərti ilə Sovet xalqı hər bir əxlaqi duyğunu və ümüdü itirmişdir.”  

Yuxarida qeyd edilən məlumatlardan məlum oldu ki, ateizmin, darvinizmin və 

kominizmin süqutu idealist əsasli dinlərin bir daha dirçəlməsinə səbəb oldu. Müasir 

texnalogiyanin inkişafi və müasir elmlərin ateist düşüncələri darmadağın etməsi 



 Elnur Kərim oğlu MUSTAFAYEV  

318


xüsusi ilə Avropa və Amerikada İslama marağı artirdi, əsrlər boyu həmin qitələrdə 

İslam haqqinda tam məlumatları olmayan əhalinin kütləvi informasiya vasitələrinin 

inkişafi nəticəsində  İslam haqqinda tam məlumat  əldə edə bilməsi yüksək artımın 

səbəblərindən biri olaraq qiymətləndirilir.  

  

Müsəlmanların Amerika və Avropaya İnteqrasiyası 

Qərb dünyasını əsas olaraq Rusiya, Qərbi Avropa və Şimali Amerika müsəlman 

icmaları  təşkil etməkdədir. Bu icmalar məskunlaşma areallarına, meydana gəlmə 

tarixlərinə, qeyri-müsəlman cəmiyyətlərə inteqrasiya modellərinə görə  və sosial-

siyasi fəallıqlarına görə bir-birilərindən fərqlənirlər.  Bu  üç  icmanın tarixi və taleyi 

müxtəlifdir.  

Rusiya ilk dövrlərdən etibarən çox böyük müsəlman əhalisi nisbəti ilə slavyan-

türk birliyi əsasında yaradılan bir dövlət kimi təşəxxüs tapmışdır. Avropa və Amerika 

isə müsəlman icmaların həmin ərazilərə immiqrasiya (mühacirət) hesabına formalaş-

mışdır.  

Avropa qitəsinə müsəlmanların axını müstəmləkəçilik dövrü ilə bir başa əlaqəsi 

vardır. Praktik olaraq əksər hallarda Avropa ölkələrinə müsəlmanlar sabiq müstəm-

ləkələrdən gəlmiş  və  gəlməkdə davam etməkdədirlər. Belə ki, müsəlmanlar Böyük 

Britaniyaya Hindistan və Pakistandan, Fransaya Mərakeş və Əlcəzairdən, İtaliyay isə 

Liviyadan gəlmişdirlər.  

Amerikaya olan müsəlman immiqrasiyasının kökləri isə, Afrikadan qul qismində 

gətirilmiş müsəlmanların zamanına gedib çıxır. Müsəlmanların öz doğma vətənlərini 

qoyub ABŞ-a gəlmə səbəblərini artıran amillərdən biri də İslam dünyasının bir çox 

ölkələrində baş vermiş siyasi sarsıntılarla da əlaqədar olmuşdur. Belə ki, Fələstin 

faciəsi, Yaxın Şərq ölkələrində baş vermiş inqilablar, Əfqanıstandakı hərbi çevriliş, 

Livandakı  vətəndaş müharibəsi  növbə ilə ABŞ-a olan yeni müsəlman mühacirəti 

dalğalarına gətirib çıxarmışdı.  

Lakin, bununla belə, ABŞ-ın, Avropanın və Rusiyanın müsəlman icmaları 

arasında Qərb cəmiyyətləri ilə birgə yaşamın qeyd edilmiş üç modelinin 

xüsusiyyətini müəyyən edən diqqətə layiq fərqlər vardır. 

Məsələn, artıq çoxdan cəmiyyətin digər qisminin ayrılmaz bir hissəsinə 

çevrilmiş Rusiya müsəlmanları, Qafqaz və Volqaboyunda daha çox təmərküzləşmə 

ilə ölkənin bütün ərazisi boyu yayılmışlar. Uzun tarix boyunca  müsəlmanlar onları 

əhatə edən qeyri-islami cəmiyyətə kifayət qədər inteqrasiya edə bilmişdirlər və bu 

gün istisnasız olaraq hakimiyyətin federal səviyyəsində, güc strukturları hətta məxfi 



Dünya ölkələri üzrə İslamın yayılma səbəbləri 

319


kəşfiyyat orqanlarına daxil olmaqla hakimiyyətin və  cəmiyyətin bütün sahələrində 

təmsil olunurlar.  

Avropa müsəlman icmasının xüsusiyyəti isə onun əsasən aztəminatlı qruplar və 

aşağı kvalifikasiyalı (peşəkarlıq səviyyəsi) işçilərdən təşkil olunmasıdır. Bu 

insanların bir çoxu özlərinin Avropada olmaqlarını bir təsadüfi, lakin məcburi bir 

addım kimi qiymətləndirirlər. Belə ki, onların valideynləri öz vətənlərində mövcud 

olan ağır iqtisadi vəziyyət ucbatından daha gözəl həyat axtarışı ümidləri ilə bura 

gəlib çıxmışdılar. Yeni vətənlərindəki həyat tərzinin onların gözləntilərindən kəskin 

şəkildə fərqləndiyinə görə, Avropa müsəlmanları arasında onları əhatə edən mühitə 

qarşı  məyusluq və  nəsə bir soyuqluq hissi yığılmaqdadır. Bundan əlavə bir çox 

Avropa müsəlmanları qapalı  şəkildə, mahiyyətcə özünəməxsus bir gettoları 

xatırladan ayrıca məhəllələrdə (kvartallarda) yaşayırlar. Bu isə öz növbəsində bu cür 

müsəlmanlarda onların cəmiyyətin yerdə qalan böyük hissəsindən ayrı, fərqli olması 

hissini gücləndirir. Fransada bu yaxınlarda baş vermiş qarışıqlıqlar da məhz belə 

məhəllələrdə başlamışdı. 

Amerikada isə müsəlman icması  əsasən orta təbəqəyə  mənsub olan ixtisas 

sahiblərindən, yəni həkimlərdən, mühəndislərdən və alimlərdən təşkil olunmuşdur. 

Belə  vəziyyət isə ABŞ-ın müsəlman icmasının daxilində sosial inamı, cəmiyyət 

tərəfindən öz inamını və onları əhatə edən cəmiyyətə və yeni vətənlərinə mənsubluq 

hissini daha da gücləndirir.  

Müsəlman  əhalisinin ümumi yaşam yerlərində konsentrasiya tendensiyası 

müşahidə olunan Avropadan fərqli olaraq, ABŞ-da  İslam dini ardıcılları ölkənin 

bütün  ərazisi boyu kifayət qədər geniş  şəkildə yayılmışlar. Lakin, bununla bərabər, 

Rusiyada olduğu kimi ABŞ-da da müsəlmanların 70%-i ölkənin 10 ştatında 

Kaliforniya, Nyu-York, İllinoys, Nyu-Cersi, İndiana, Miçiqan, Virciniya, Texas, 

Oqayo və Merilend ştatlarında yaşayır.  

Amerikanın müsəlman icması nisbətən qısa bir dövr ərzində  1920-ci illərin 

əvvəllərindən XX əsrin sonlarına qədər 2000-dən çox müxtəlif tipli və istiqamətli 

təşkilatlara kimi  kifayət qədər böyümüşdür. Bu icma, öz müxtəlifliyi ilə unikaldır. 

Belə ki, amerikalı müsəlmanların yalnız 35%-i ABŞ-da anadan olmuşlar, yerdə qalan 

65%-i dünyanın 80 müxtəlif ölkəsində dünyaya gəlmişlər. 

 ABŞ-ın müsəlman icmasının dəqiq sayı barədə  məlumat yoxdur. Belə ki, 

Amerika qanunlarına görə,  əhalinin say statistikası ilə  məşğul olan qurumun – 

«Əhalinin siyahıyaalınması üzrə Büronun» vətəndaşların dini baxışları barədə 

məlumat toplamağa ixtiyarı yoxdur. Lakin buna baxmayaraq müxtəlif qiymətlən-


 Elnur Kərim oğlu MUSTAFAYEV  

320


dirmə və statistik araşdırmalar Amerika Birləşmiş Ştatlarında müsəlmanların sayının 

təqribən 9 milyon nəfərə kimi çatdığından xəbər verir. 

Tanınmış «Pew Research Center» sosioloji araşdırma mərkəzinin 2007-ci ilin 

may ayında apardığı «Muslim Americans: Middle Class and Mostly Mainstream» 

adlı tədqiqat işində ABŞ – dakı İslam icması ilə bağlı aşağdakı statistik məlumatları 

paylaşıb.  Şimali Amerikada yaşayan müsəlmanların ümumi sayının 35%-ni təşkil 

edən bu ölkədə anadan olmuş müsəlmanların 20%-i afro-amerikan icmasında yerdə 

qalan 15%-i isə ağdərili İslam dinini sonradan qəbul edənlər də içində olmaqla, digər 

icmalarda təmsil olunmuşdurlar. Bu 35% göstəricinin içərisində  İslam dinini 

sonradan qəbul edən həm ağdərili və  həm də qaradərili yeni müsəlmanların nisbəti 

21%-dir. ABŞ xaricində anadan olmuş 65% amerikalı müsəlmanın 18%-i bu ölkəyə 

2000-2007-ci illər arasında, 21%-i – 1990-1999-cu illər ərzində, 15%-i – 1980-1989-

cu illər ərzində və 11%-i isə – 1980-ci ilə qədər köçüb gələnlər təşkil edirlər.  

Araşdırmaların sonunda «Pew Research Center» tədqiqat mərkəzi bu nəticəyə 

gəlir ki, çox rəngarəng tərkibli və  əsasən də mühacirlərdən təşkil olunmalarına 

baxmayaraq, Amerika müsəlmanları öz dünyagörüşlərinə, dəyərlərinə və baxışlarına 

görə özlərini yabançıdan çox amerikalı hesab edirlər. Tədqiqat müəllifləri bu fikri 

amerikalı müsəlmanların gəlirlərinin həcmindən və  təhsil səviyyələrinin yüksək 

olması faktından  əldə etmişdirlər. Qeyd edilən faktlar amerika müsəlmanlarının 

cəmiyyətə daha tez inteqrasiya edərək uyğunlaşdığını göstərir. Bundan əlavə 

tədqiqatın əldə etdiyi məlumatlara görə ABŞ – dakı müsəlmanlar öz həyatlarından və 

yaşayış durumundan Avropa və digər  ərazilərdə yaşayan dindaşlarından daha çox 

razı qaldıqalrını və mötədil görüşə sahib olduqlarını göstərir. Amerika müsəlmanları 

əmindirlər ki, ABŞ-a gələn mühacirlər özlərini onları  əhatə edən cəmiyyətdən 

fərqliliklərini qoruyub saxlamağa cəhd etmək  əvəzinə, Amerika adət-ənənələrini 

qəbul etməyə çalışmalıdırlar. Belə ki, Amerika müsəlmanlarının böyük hissəsi 

dininin göstərişlərinə  əməl edən və inanclı müsəlman olmaqla bərabər müasir 

cəmiyyətin həyatında tam şəkildə iştirak etmək arasında heç bir zidiyyət görmürlər. 

Yaşlı amerikalı İslam ardıcıllarının dörddən üçünün (74%-nin) yaşı 50-dən aşağıdır. 

Kollec məzunları arasında müsəlman məzunlarının payı orta hesabla bütün ölkə üzrə 

olan məzunların faiz nisbətindən iki dəfə çoxdur. Bu zaman, ölkə üzrə orta məzun 

buraxılışının 25%-nin qarşılığında müsəlman məzunların buraxılışı 58% təşkil 

etmişdir. Amerika müsəlmanlarının yarısının illik ailə  gəliri 50.000 dollardan daha 

yüksəkdir. Məhəmməd Naymer özünün «The North American muslim resource 

guide» nəşrində bu cür qənaətə gəlmişdir : “ Bu gün amerika müsəmanları getdikcə 

daha çox qloballaşan sistemin tərkib hissəsinə çevirirlər. Bütün əlamətlər və 



Dünya ölkələri üzrə İslamın yayılma səbəbləri 

321


göstəricilər  İslam ardıcılları arasında Amerika vətəndaş  və siyasi-ictimai həyatına 

olan meyli (oriyentasiya) güclənməkdədir.”  

 

11 Sentyabr hadisəsi 

11 sentyabr hadisəsindən on üç il keçməsinə baxmayaraq bu mövzu öz 

aktuallığını itirməmiş və hər il müxtəlif elmi məqalələr yazılıraq tədqiqtlar aparılır. 

Bir çox alimlər və siyasətçilər 11 sentyabr terror aktının İslam dünyasına qarşı nifrət 

gətirəcəyinə  və  ən azı Amerika və Avropada sürətlə gedən islamlaşmanın qarşısını 

alacaqdır. Lakin, İslam  əleyhinə düşünülmüş bu addım  əks təsir göstərərək qeyri – 

müsəlmanların İslamla maraqlanmasına gətirib çıxardı.  Bu hadisədən sonra kütləvi 

informasiya vasitələrinin müsəlmanları terrorçu kimi qələmə verməsinə baxmayaraq 

insanların bir çoxunu müsəlmanların kim olduğunu və necə yaşadıqlarını anlamaq 

üçün  İslamı öyrənməyə vadar etdi. Görəsən doğrudandamı onlar 11 sentyabr 

hadisəsində  iştirak ediblər? sualı qeyri – müsəlmanları  İslam haqqında kitablar 

almağa və araşdırmalar aparmağa vadar etdi və  nəticədə bir çox amerikalılar, 

britaniyalılar və dünyanın başqa millətlərinin nümayəndələrinin  İslamı  qəbul 

etməsinə  səbəb oldu. 11 sentyabrdan sonra İslama olan böyük maraq yeni iman 

gətirənlərin sayını artırdı. Aşağıda bəzi mötəbər və nüfuzlu mətbuat vasitələrində 

dərc olunmuş 11 sentyabr hadisəsindən sonra dünyada İslam dini ilə bağlı baş vermiş 

proseslər haqqında bəzi tədqiqatçıların fikirlərini qeyd edəcəyik.  

 «The Observer» qəzetində 1 sentyabr 2002 ci ildə dərc olunmuş nəşrində Martin 

Brayt  yazır: “ İslama maraq hissi təyyarə qaçırdanların cinayətindən sonra artmışdır. 

Bir il qabaq müsəlmanlar ehtiyat edirdilər ki, Nyu-York və Vaşinqtonda təxminən 

3000 insanın həyatına son qoymuş terror hadisəsindən sonra onların dininin nüfuzu 

korlanacaqdır. Lakin indi isə Böyük Britaniyadakı müsəlmanlar "11 sentyabr 

faktoruna" öz dinlərinə maraq artıran səbəb kimi baxırlar. Müsəlmanların müqəddəs 

kitabı olan Quranın satışı bütün mövcud rekordları vurmuşdur. Quranın ingilis dilinə 

tərcüməsinin nəşri ilə  məşğul olan tanınmış "Penguin" nümayəndələri 11 sentyabr 

hadisəsindən sonra üç ay ərzində bu kitaba olan təlabatın 15 dəfə artdığını qeydə 

almışdırlar. Bu hadisədən sonra qeyri – müsəlmanlar arasında İslam və Məhəmməd 

(s) peyğəmbərin həyatı haqqında maraqlananların sayı artmış  və bu mövzular 

haqqında daha çox məlumat topladıqları müşahidə olunmuşdur”  

«The Times» qəzetinin 7 yanvar 2002 – ci ildə  nəşr olunan çapında Qaylz 

Vayttell "Allah mənim ürəyimin qapısını döydü" adlı məqaləsində yazır :“Paradoksal 

haldır,  11 sentyabrdan sonra İslama iman gətirənlərin sayının artmasına dair 

inandırıcı dəlillər vardır və bu nəinki Böyük Britaniyada baş verir, həmçinin Amerika 


 Elnur Kərim oğlu MUSTAFAYEV  

322


və bütün Avropada da belədir. Danimarkanın  İslam mərkəzlərindən biri yeni iman 

gətirənlərin sayının on dəfə artdığını qeyd etmişdir və keçmişdə katolik olmuş 

irlandiyalı xanımın rəhbərlik etdiyi Leyçesterdəki Yeni Müsəlman Layihəsi bəyan 

edir ki, İslama dininə mütəmadi insan axınını baş verir.  

Bu insanların İslama gəlişi Qərb dünyasını daha çox heyrətləndirir. Onlar özləri 

üçün yeni olan bu dini digər dünya dinlərindən seçiblər. Seçim azadlığı olduğu halda 

çox zaman öz şəxsi mövhumatlarını  və valideyinlərinin mövhumatlarını  qət etməli 

olurlar. Onlar çox fəaldırlar lakin, bununla bərabər kifayət qədər dözümlüdürlər. 

Onlar bizim kimidirlər, eyni zamanda hardasa bizim kimi deyildirlər. Onlar 

müsəlmandırlar. Onlar gündə beş dəfə namaz qılır və Ramazan ayında  oruc tuturlar 

və bu dünyadan getməmiş  Məkkəni ziyarət etməyi ümid edirlər. Onlar mobil 

telefonlara "Əssələmu-Əleykum" deyə cavab verirlər”  

«Californian North Country Times» qəzetinin  ştat müxbiri Aqness Diqs “ 11 

sentyabrdan sonra İslama fövqəladə gəliş” adlı məqaləsində qeyd edir: "2001-ci ildə 

beynəlxalq tədqiqatlar üzrə  Şimali Karolina universitetinin professoru İhsan 

Baqbinin rəhbərlik etdiyi və Vaşinqtonda yerləşən Amerika və İslam Münasibətləri 

Şurasının keçirdiyi sorğunun nəticələrinə görə 20 000 amerikalı  İslam dinini qəbul 

etmişdir və onların təxminən 7000-i qadındır. Bəzi din xadimləri isə bildirirlər ki, 11 

sentyabr  hadisəsindən sonra  İslama iman gətirənlərin sayı dörd dəfə artmışdir.” 

“The New York Times” qəzetinin müxbiri  Codi Vilqoren "İslam minlərlə insanı 

cəlb edir" məqaləsində belə bir qənaətə  gəlir: “Birləşmiş  Ştatlarda  İslam dini öz 6 

milyonluq tərəfdarı ilə ölkədə  ən çox artan din kimi hesab edilir. Buna səbəb 

müsəlman mühacirlərin sayının çox olması, müsəlman ailəsində doğumun yüksək 

səviyyəsi və bu dinə gələnlərin geniş yayılmasını göstərmək olar. Ekspertlərin birinin 

verdiyi qiymətə görə bir ildə ABŞ-da 25 000 nəfər  İslam dinini qəbul edir, digər 

tərəfdən isə  bəzi dini xadimlər iddia edirlər ki, 11 sentyabr hadisəsindən sonra bu 

rəqəm dörd dəfə artmışdır.” 

«National Post» qəzetinin müxbiri Marina Cimenes yazır: “11 sentyabr 

hadisəsindən sonra həm Birləşmiş  Ştatlarda həm də Avropada İslam dinini qəbul 

edənlərin artımı başlamışdır. Bir çox amerikalı  və avropalı yeni imana gələnlər, 

Bostonun  İslam Cəmiyyətinin təşkil etdiyi mədrəsələrə  gələn müsəlmanları 

xatırladırlar. Onlar terorizmi dəstəkləmir və "Əl-Qaidəni" ittiham edirlər. Onlar yaxşı 

təhsil almış, fəal, çox vaxt keçmiş xristianlardırlar, ancaq onların arasında yəhudi və 

induslar da vardır. Bu ölkədə 6 milyon müsəlman vardır və onların 30%-dən çoxu 

məscidlərə gedirlər.” 


Dünya ölkələri üzrə İslamın yayılma səbəbləri 

323


İslam dinin sürətlə artmasına müasir elmin inkişaf etməsi və bəzi yeni tapılmış 

elmi həqiqətlərin Qurani Kərim ayələri ilə üst – üstə düşməsi faktoru da əlavə amil 

kimi də misal göstərilə bilər. Bundan əlavə  İslam dini insanları maraqlandıran 

inancla bağlı suallara digər dinlərdən daha real və məntiqli cavab verməsi, humanist 

və  əxlaqi dəyərlərin daha mükəmməl olması insanların islama daxil olma 

səbəblərdəndir. 



 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

1) Patrick Glynn, God: The Evidence, The Reconciliation of Faith and Reason in 



a Postsecular World, Prima Publishing, California, 1997, s. 19-20, 53 

2) Teror in America, Muslim American Leaders: A Wave of Conversion to 

Islam in the U.S. Following September 11, MERIM Special Dispatch. 

3)  Islam Growing in America- U.S Military, American Forces Press Service. 

4) Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, 

Harvard University Press, 1964, s. 184 

5)  Military Muslim Life Meld on U.S. Bases, The Washington Post, 21 

December 1998 

6) The New York Times, 20 November 2001 

7)  


ملاعلا يف ملاسلإا راشتنإ

 ,

ملقب

 /

 



ليحكلا مئادلا دبع

 ,

 

ةلاسر

 

ناوخلإا

2009 / 27 

-

10

-



16

 

 لاوش



1430

 ـھ

 ددعلا

612

 

8)  



  "ايناطيرب"و  "اكيرمأ" ..برغلا  يف  ملاسلإا  راشتنا  ةرھاظ

اجذومنأ

 

  ,



,رابخلأا  رصتخم

 ليصأتلا  زكرم

ثوحبلاو تاساردلل

  

25/2/1434

 

---


07 

-

01



-

2013


  

9) Hüriyyet, 11 Ocak 2011  

10) Miliyyet 12 Ekim 2011 

 

 


 Elnur Kərim oğlu MUSTAFAYEV  

324


 

XÜLASƏ 

 

Təqdim olunmuş  məqalədə son əlli ildə müsəlmanların sayının dünya ölkələri 

üzrə sürətlə artmasından bəhs edir. Bu məqalədə dünyada yaşayan müsəlmanların 

regionlar üzrə statistik göstəriciləri və  İslam dininin qeyri – müsəlman ölkələrində 

sürətlə yayılma səbəbləri tədqiq edilmiş və bir çox nüfuzlu alimlərin və müxbirlərin 

fikirləri qeyd edilmişdir.  



 

 

SUMMARY 

 

The article presented about the rapid increase in the number of Muslims in the 

world in the last fifty years. İn this article has been studied  the statistical indicators 

muslims around the world and the reasons for the rapid spread of Islamic religious in 

non-muslim countries and has been noted the opinions of many influential scientists 

and reporters. 

 

 

РЕЗЮМЕ 



 

В  статье  представлена  быстрорастущая  исламская  религия  в  мире  за 

последние пятьдесят лет. В этой статье обследованы статистические данные в 

мусульманских регионах и причины быстрорастущей  исламской религии в не 

мусульманские  странах.  Отмечены  мнения  многих  влиятельных  ученых  и 

журналистов. 

 

 

 



Çapa tövsiyə etdi: dos., f.f.d. S.S.Süleymanov 

 

Tefsirde Yapısalcılık: İmkânı ve Sorunları 

325


 

 

TEFSİRDE YAPISALCILIK: İMKÂNI VE SORUNLARI   

 

Dr. Muhammed COŞKUN



  

 

 

Öz:  Yapısalcılık, Sosyal Bilimlerde nesnellik arayışının bir sonucu olarak 

değerlendirilen ve başta dilbilim olmak üzere birçok olanda geçen yüzyılda revaç 

bulmuş olan bir yöntemdir. Nesnellik arayışı nedeniyle Kur’ân tefsirinde de bu 

yöntemin kullanılabileceği düşünülmüş olmakla beraber, Tefsir ilminin usûl kaideleri 

içerisinde yer alan Esbab-ı Nüzûl olgusu ile olan uyuşmazlığı nedeniyle çeşitli 

problemlere de yol açabilecek bir nitelik arz etmektedir. Bu yazıda yapısalcığın genel 

özellikleri ve metin analizinde esas aldığı ilkeler kısaca tanıtılmış ve bu yöntemin 

tefsirde sağlayabileceği imkânlara ve neden olacağı sorunlara işaret edilmeye 

çalışılmıştır. 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə