İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə35/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   40

Nəticə olaraq demək olar ki, İslam qaynaqlarında  ətraf mühütə olan sağlam 

münasibət əqli və nəqli dəlilə söykənməklə həm də insanın mənəvi vəzifəsi kimi irəli 

sürülür. Quran atyələrində  ətraf mühitə vurulan zərərin sonradan insanların həyatı 

üçün təhlükəli nəticələr verəcəyi barədə  xəbərdarlıqlar səslənir ki, bunun hədəfi 

onları belə  əməllərdən çəkindirməkdir. Bu mənada Qur’an hikmətindən daha çox 

bəhrələnmək üçün ayələr üzərində müxtəlif yönlərdə təhlillər aparmaq lazım gəlir: 

1. Tək-tək ayələrdə  ətraf mühit barədə  məlumatların insan həyatı üçün 

əhəmiyyətinin dəyərləndirilməsi; 

2. Ekologiyanı təşkil edən təbiət ünsürləri arasındakı əlaqənin Quran ayələri üzrə 

tipologiyası; 

3. Quran ayələri və  hədislərdə irəli sürülən məsələlərin müasir dövrdə ekoloji 

böhranla mübarizədə önəmi. 

İslama görə, başqalarına zərər yetirməmək, ümumi istifadə üçün nəzərdə 

tutulmuş  təbii mənbələrdən səmərəli istifadə, abadlıq işləri və s. ətraf mühitə 

münasibətdə  İslamın əsas prinsipləri sırasına daxildir. 

 

 



 

 

Ətraf mühitə münasibətdə İslamın xüsusi mövqeyi 

369


 

ƏDƏBİYYAT 

 

1. Qur’ani-Kərim. Azərbaycan dilinə tərcümə edənlər: Akad. Z.M. Bünyadov və 



V.M.Məmmədəliyev. Bakı: “Olimp”. 1998. 552s 

2. Mohiti-zisti-hoquqi-bəşər. Parsa Əlirza. Tehran: İttilaati-siyasi iqtisadi. 136. 

Tehran. 1378 

3. Fəvaidül-üsul.Ənsari Şeyx Murtuza. Beyrut: Muəssiseyi-elmi. 1419 

4. Seyri-kamil dər osuli-fiqh. Lənkərani Fazil. Tehran. Naşir: Feyziyye. 1383 

5. Üsuli-kafi. Koleyni Məhəmməd ibn Yəqub. Tehran: Darül-kutubül-islamiyyə. 

6. Təzkirətül-füqəha. Əllamə Hilli Həsən ibn Yusif. Qum: Ali-beyt. 1414 

7.  ət-Təzhibül-əhkam.  Şeyx Tusi Məhəmməd ibn Cəfər. Beyrut: Darül-məarif. 

1401 

8. Qəvaidül-əhkam.  Əllamə Hilli Həsən ibn Yusif. Beyrut: Müəssiseyi-nəşri-



islami. 

9.  Cəvahirül-kəlam fi şərhi-şərayeül-islam. Nəcəfi Məhəmməd Həsən. Tehran: 

Darül-kitabül-islamiyyə. 1362 

10. Biharül-ənvar. Məclisi Məhəmməd Bağır. Beyrut: Darül-ihyai-tirasül-

ərəbi.1403 

11. Cameül-əxbar. Şəiri Tacəddin. Qum: İntişarati-Rəzi. 1362 

12. Mücəm. İbn Fars. Qum: Darül-hədis. 1370 

13. Vəsaüilüş-şiə. Hürr Amili Məhəmməd ibn Həsən. Beyrut: Darül-ihyai-

tirasül-ərəbi. 

14. Təməddoni-islam və ərəb. Qustav Lubon. Tərcome: Seyyid Məhəmməd Təqi 

Gilani. Tehran: Məclis.1313 

 

 



 Xədicə Buturabi  

370


 

XÜLASƏ 

 

Ekoloji böhranın kəskinləşdiyi müasir dövrdə ətraf mühitin qorunması məsələsi 



təkcə  təcrübi elmlərin deyil, humanitar elmlərin diqqət mərkəzində dayanır. Son 

dövrlər hətta bu problemin həlli üçün dini təlimlərə də müraciət edirlər. Ətfar mühitə 

münasibətdə islamın xüsusi mövqeyi vardır və  məqalədə bunun əsas prinsip və 

səciyyəvi cəhətləri təhlil edilir. 

 

 

SUMMARY 



 

The  paper contains the special position of Holy Quran on Environment. 

According to representatives of humanities, the problem of protection of 

Environment can be discussed by applied sciences and humanities.  

Holy Quran considers important preventive provisions for better protection of 

Environment. There is smoking damage to nature in Islamic culture; as it is created 

by God for Human. 

 

 



РЕЗЮМЕ 

 

В  статье  рассматривается  специальная  позиция  Ислама  по  охране 



окружающей  среды.  По  мнению  разных  представителей  гуманитарных  наук, 

для  здравого  сохранения    экологии  наряду  с  прикладными  науками,  не  менее 

важно значение имеют гуманитарные дисциплины.  

Главным постулатом Корана в этом плане является предупреждение людей 

о  тех  неприятных  последствиях,  которые  могут  возникнуть  при  небрежном 

общении  с  природными  ресурсами.  В  исламе  введен  запрет  на  нанесение 

ущерба  окружающей  среде,  поскольку  она  создано  Богом  для  проживания 

всего человечества.  

 

 

 



Çapa tövsiyə etdi: f.e.d. M.Nağısoylu 

İslamda insan və onun əsas missiyası 

371


 

 

İSLAMDA İNSAN VƏ ONUN ƏSAS MİSSİYASI 

 

Məryəm Zarei Əqdəm 

AMEA Əlyazmalar İnstitutunun doktorantı 

 

 



Açar sözlər: İslam, insan, missiya 

Key Words: Islam, Human, mission 

Ключевые слова: Ислам, человек, миссия  

 

Giriş.  İnsan haqqında araşdırmalar və bu istiqamətdə qarşıya qoyulan suallar 

onun varlığının mahiyyətini müəyyənləşdirməlidir. İslam baxımından insanın mahiy-

yətində müəyyən hədəf və ideallar vardır, onun xilqətinin missiyasını nəzərə almadan 

həmin mahiyyəti düzgün şəkildə  dərk etmək mümkün deyildir. Tarix boyu insanın 

həyat yolu onun düşüncə və idealları ilə daha çox yadda qalır və bəzən fiziki yaşa-

mını təmin etmək üçün göstərdiyi təbii fəaliyyətləri kölgədə qoyur. Bu məsələ insan 

ətrafında gedən mübahisə  və fikir ayrılığının səbəblərindən biri kimi ortaya çıxır. 

İnsan haqqında araşdırmalar onun yaşadığı ictimai mühit və  təbii  şəraitin bütün 

cəhətlərini nəzərə almaqla, eyni zamanda insanın başqaları ilə  əlaqə  və münasibət-

lərinə təsir göstərən amillərin düzgün müəyyənləşdirilməsi ilə müsbət nəticələr verə 

bilər. 


Ümumiyyətlə, insanın gerçək mahiyyəti davamlı olur, eyni zamanda onun 

keçdiyi təkamül mərhələləri mürəkkəb bir prosesdir. Zaman və şəraitdən asılı olaraq 

baş verən dəyişikliyə baxmayaraq insanın əsl mahiyyəti sabit qalır. İnsan öz ətrafında 

gedən proseslərin müsbət və mənfi cəhətlərini saf-çürük etməklə həyat yolunu seçir. 

İstər keçmiş, istərsə də müasir baxışlar sistemi insanın  mənəvi missiyası ilə  onun 

təbii ehtiyacları arasında uzlaşma yaratmağa cəhd göstərsələr də, bir çox hallarda 

mükəmməl bir konsepsiya yaratmadan bəşəri yenə də qeyri-müəyyən bir vəziyyətdə 

qoymuşdur. 

Tanınmış sosioloq və filosof Əllamə  Cəfəri bu barədə belə yazır: “Bəşərin 

insaniyyət baxımından müəyyən bir missiyaya malik olması o qədər ümumi və əsaslı 

bir məsələdir ki, əgər o, həmin ali və  həqiqi missiyanı  dərk etməsə, istər-istəməz 

yalançı hədəflər dalınca qaçmalı olacaqdır” (2.s.50). İnsan özünü Allahın bəyəndiyi 

dəyərlərə bağlı olan varlıq kimi tanıyarsa həyatın  yüksək hədəfinə doğru irəliləyə 


 Məryəm Zarei Əqdəm  

372


bilər. Lakin öz varlığının başlanğıc və sonunu bilməyən və  həyatın ali məqsədini 

anlamayan insan eqoizmə yuvarlanar. O hər an yanlışlığa qapılaraq həyatın 

məsuliyyətli problemlərini dərk və həll etməyə qadir olmaz. Aydındır ki, insan üçün 

həm davamlı  və sabit, həm də  ikinci dərəcəli dəyişkən ehtiyaclar vardır. Sabit və 

davamlı tələbat fizioloji, mənəvi və ruhi cəhətləri əhatə edirsə, dəyişkən tələbat onun 

yararlandığı vasitə və metodları özündə birləşdirir. Bütün ehtiyaclar insan varlığının 

zəruri vasitələri sayılır və bəşər öz istedadı sayəsində həm həyati ehtiyaclarını təmin 

edir və həm də mənəvi kamilliyə yetmək üçün zəmin hazırlayır. 

İnsan ətrafında bəhs olunan mövzulardan biri onun fitrəti və təbiəti ilə bağlıdır. 

Bir çox mütəfəkkirlər, xüsusilə filosof və sosioloqlar bu barədə müxtəlif fikirlər 

söyləmişlər, hətta bəziləri insan fitrətini sirli və mübhəm bir məfhum kimi 

dəyərləndirmişlər. Buna görə bir sıra hallarda insanın substansiya və  təbiətinin 

öyrənilməsini mümkünsüz sayanlar da olmuşlar. Məsələn, Paskalın fikrincə, bəşərin 

öyrənilməsinin ümumi yolları onun barəsində düzgün bir şey ortaya qoya 

bilməmişdir. İnsanın mahiyyətinin açıqlanmasında xüsusi mövqe  tutan bir sıra dini 

baxışlar da məsələyə tam aydınlıq  gətirməmişdir (3.34-35). Zənnimizcə Paskal 

xristianlıqda insan barədə mülahizələrin nəticəsi olaraq belə bir bədbinliyə 

qapılmışdır. Ancaq bütün hallarda insan təbiətinin dərkinin çətinliyini etiraf etmək 

lazım gəlir. İnsan təbiətini mübhəm bilən bəzi fikir sahibləri onun üçün özünəməxsus 

substansiya və  təbiətin olduğunu inkar etmişlər. Məsələn, M.P.Sartr V.Hegel və 

R.Palmer bu qəbildəndir (4.s.138). 

İnsan fitrəti barədə Qərbdə yayılan  mübhəm baxışlar o qədər təsirli olmuşdur ki, 

öz fikirlərini fəlsəfə, sosiologiya və alman ədəbiyyatı üzərində sistemləşdirən F. 

Nitsenin bu mövzu üzrə  təzadlı mülahizəsi Avropada düşüncə böhranı ilə 

nəticələnmişdi.  İndi Qərb mütəfəkkirlərinin bir qismi belə düşünür ki, nasizm və 

faşizm Nitsenin ideyalarından qaynaqlanmışdır. Belə bir ittiham heç də  təsadüfi 

deyildir (5.s.409). 

Maraqlı haldır ki, keçmişdə insan amilinə bir o qədər problemli məsələ kimi 

baxmırdılar, indi bu amil ciddi bir məsələ kimi diqqət mərkəzində dayanır. Çünki 

insan substansiyası hələ də düşüncə sahibləri üçün pərdə arxasında olan sirli bir aləm 

olaraq qalır (6.s.46-47). 

İslam düşüncəsinə görə hər şeydən öncə insan üçün müştərək təbiətin – natura 

və ya substansiyanın nədən ibarət olduğunu anlamaq gərəkdir. Bu məfhum müxtəlif 

mənalarda işlənir və  təbiət sözünü adətən fizioloji tələbat kimi izah edirlər. Bəzi 

hallarda müştərək təbiət dedikdə insanların ilkin icma halında birgə yaşayış zamanı 

malik olduqları hisslər və stimullar nəzərdə tutulur. Ancaq insanlarda fərqli təbiətin 



İslamda insan və onun əsas missiyası 

373


olması onların böyüdüyü mədəniyyətlərin müxtəlifliyi ilə izah olunur. Bəziləri 

məsələni izah edərkən insanların qrup halında yaşadıqları zaman onların malik 

olduqları ictimai mühit, ailə  və icma mühitini nəzərdə tuturlar. Bütün bu kimi 

baxışlarda diqqətdən kənarda qalan mühüm bir məqam vardır ki, o da insana xas ali 

bir fitrətin olmasıdır. Həmin insani fitrət maddi və fiziki ehtiyaclardan üstün bir 

fəzilət olmaqla insanla canlılar arasında olan müştərək xüsusiyyətlərdən fərqli bir 

haldır. Bəllidir ki, öz həyatını davam etdirmək, doğub törəmək heyvanlarda müştərək 

xüsusiyyətdir. Ancaq insana xas müştərək təbiətdən bəhs edərkən burada canlılardan 

yüksəkdə dayanan istedad və qabiliyyət nəzərdə tutulur. Həmin yüksək təbiət insanda 

olan dərrakə  və başqa fəzilətlərdə  əks olunur. Heyvanlar belə üstünlüklərə  və 

istedadlara malik deyildir. Deməli, insanı fərqləndirən, ona başqa varlıqlardan üstün 

olmağa imtiyaz verən dəyərlər onun başqa insanlarla müştərək təbiəti sayıla bilər. 

İnsana xas müştərək təbiətin xüsusiyyətlərini belə ümumiləşdirmək olar: 

1. Birinci xüsusiyyət ondan ibarətdir ki, insan öz fitrətinə görə heyvandan yük-

səkdə dayanan bir məxluqdur. Onda olan bacarıq, meyl və istedad başqa canlılarda 

yoxdur. İnsanda düşümnə, ayırd etmə, nəticə çıxarma qabiliyyəti bu qəbildəndir. 

2. İkinci xüsusiyyət ondan ibarətdir ki, insana xas fitri təbiət sonradan qazanılan 

deyil, təlim-tərbiyə, ictimai amillər və mühitlə bağlı deyil, həmin qabiliyyət potensial 

olaraq zəif və ya güclü şəkildə bütün fərdlərdə vardır. 

3. Üçüncü xüsusiyyət ondan ibarətdir ki, müştərək təbiətə xas ünsürlər silinib 

getmir və həmişə öz əsilliyini saxlayır. Buraya elm, həqiqət axtarışı, fəzilət və kamal 

istəyi, gözəllik və əbədilik meyli, pərəstiş və s. daxildir. 

Müştərək təbiəti  şərtləndirən dəlillər nədən ibarətdir və onları necə ümumiləş-

dirmək olar? Bu yöndə aşağıdakı əsas məqamlara işarə edə bilərik: 

A.  İnsanlarda xüsusi dərketmə sistemi vardır və onun köməyi ilə  əvvəlki 

məlumatlar yeni məlumatlarla müqayisə edilir, ümumi nəticələr çıxarılır. Məntiqi 

mühakimələr bu qəbildəndir:  əks tərəflərin bir araya gəlməsi mümkünsüzdür,  bir 

şeyi cövhərindən ayırmaq mümkünsüzdür.  

İnsanda əxlaq və başqa dəyərlər baxımından müəyyən səciyyələr formalaşır. Ta-

rix boyu qazanılan təcrübə və müşahidələr əsasında insanlar arasında müəyyən əxlaqi 

davranış normaları formalaşır. Buraya əsasən xoş xasiyyət, sədaqət, ədalət, zülmə və 

xəyanətə qarşı barışmazlıq kimi keyfiyyətlər daxildir. Bu tip əxlaqi dəyərlər bəşərin 

nəzəri və əməli səyləri nəticəsində formalaşır. Fitri ağıl nəzəri məsələləri dərk edir, 

praktiki ağıl isə hadisə və şeylərdə olan fəzilət və  qəbahəti ayırd edir. İnsanlar təbii 

olaraq hadisə və proseslər barədə mühakimə yürüdür və nəticə çıxarırlar. 


 Məryəm Zarei Əqdəm  

374


B. Elm, fəzilət və gözəllik axtarışı, pərəstiş meyli, əbədilik və həqiqət istəyi kimi 

cəhətlər insanlarda olan müştərək təbiətə dəlalət edir. 

Həqiqət istəyi doğrudan da insanda fitri bir meyldir, bu eyni zamanda onun 

kamal istəyindən doğur. Həmin istək insan təbiətində  həmişə canlı  şəkildə  təzahür 

edir, onun vücudunda varlıq aləminin, öz varlığının sirlərini bilmək, başqa-başqa 

həqiqətləri dərk etmək meyli vardır. Həqiqət istəyi susuz insanın suya olan istəyi 

kimidir. Bəzən elə insanlar tapılır ki, həqiqət sorağına düşüb uzun və  təhlükəli 

səfərlərə  çıxır, burada müəyyən çətinliklər və  xəsarətlərlə üzləşməli olur. (90,77). 

İnsanın bir sıra yüksək meylləri, gözəllik istəyi və onun bəlli yaradıcılıq qabiliyyəti 

tarix boyu insanın estetik təmayüllərindən doğur. 

C. Müştərək təbiətə  dəlil olaraq insana xas bəzi fitri bacarıqları misal gətirə 

bilərik. Onun dil öyrənməyə olan qeyri-adi bacarığı, rəmz və  işarələrlə müəyyən 

mətləbləri anlaması  və anlada bilməsi həmin bacarığın təzahürüdür. Bu xüsusiyyət 

insan doğulandan onun fitrətində mövcud olur, başqa amillər sadəcə onu gücləndirə 

və zəiflədə bilər. 

İnsan fitrətinə xas bu cür meyl, bacarıq və qabiliyyət barədə Qur’an ayələrində 

işarələr vardır. Qur’an həmin məqamlara toxunmaqla diqqəti insanın fitri xüsusiy-

yətlərini öyrənməyə cəlb edir. Aşağıdakı ayəyə diqqət yetirək: 

“And olsun nəfsi yaradana! 

Sonra da ona günahlarını və pis əməldən çəkinməsini (xeyiri və şəri) öyrədənə.” 

(Şəms:7-8). 

Qur’an ayəsi təkcə nəfsin vəziyyətini yada salmaqla kifayətlənmir, ondan nicat 

taparaq insaniyyətin zirvəsinə və kamala yüksəlməyi təkid edir: 

“Nəfsini (günahını) təmizləyən mütləq nicat tapacaqdır; 

Onu günaha batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.” (Şəms:9-10). 

İnsan təbiətinin ikili xarakteri. 

Qədimlərdən müxtəlif mədəniyyətlərdə insan təbiətinin xeyir və ya şərlə bağlı 

olması bir çox düşüncə sahiblərinin mülahizələrində əks olunmuşdur. Bu məsələ üzrə 

mübahisələr hələ də davam edir. İnsan fitrətinə mənfi münasibət bəşərin yüksəliş və 

inkişaf yolunda bir əngəl kimi çıxış edir və burada hər iki təzadlı baxışın  əsas 

məqamları ilə tanış olmaq yerinə düşər: 

A.  İnsan təbiətinin  şər olması fikrinə  tərəfdar olanlar freydizmin ardıcıllarıdır. 

Həmin baxışa görə insanda əhrimən xisləti vardır və bu xislət iki hissi təhrik edir: 

cinsi və təcavüzkarlıq. 

Praqmatiklərə görə insan yalnız öz mənfəəti üçün hərəkət edir, insanların bütün 

əməlləri fayda götürmək üçündür. Hedonistlər insanın yalnız ləzzət ardınca getdiyini, 



İslamda insan və onun əsas missiyası 

375


zəhmətdən qaçdığını önə çəkirlər. Etoloqistlər isə insan fitrətinin şər olduğunu iddia 

edirlər, onlara görə insan həmişə başqasına qarşı  təcavüzkar mövqedədir “ Onlar 

insan və heyvanın rəftarı üzərində araşdırma aparmaqla onlar arasında yaxın cəhətlər 

tapmağa səy göstərirlər” (7.s.102). 

Bəzi cərəyanlar insan fitrətini neytral hesab edirlər. Behavioristlərə görə insan 

mahiyyətcə yaxşı və pis deyil, onun xislətini yaşadığı mühit formalaşdırır. Bir qrup 

sosioloq-nəzəriyyəçilər (Məs, B. Mişel) belə hesab edirlər ki, yaxşı  və pis nəyin 

mükafat olduğunu, nəyinsə onu cəzadan qurtaracağını insanlara öyrədir (8.s.72). 

Ekzistensialistlərdən Sartra görə insan yaxşı və ya pis deyil, gördüyü əməl onun 

təbiətinə  təsir göstərir. Bütün insanlar yaxşı olarsa insan fitrəti də yaxşı olar və ya 

əksinə (9.s.53). 

B.  İnsan təbiətini müsbət dəyərləndirənlərdən neofreydizm cərəyanı seçilir. F. 

Ariksona görə insan yaxşı olmaq üçün xüsusi istedada malikdir, lakin onun yaxşı və 

ya pis olması yaşadığı cəmiyyətdən və uşaqlıqdan onunla dostluq edənlərdən asılıdır. 

Freydin  əksinə olaraq, yaxşı  əməl həyat ehtiyaclarından doğmur.  İnsanpərəstlər, o 

cümlədən Mazlu Racerz güman edir ki, insan yaxşı ola bilər, ancaq burada gərək 

sosial tələblər və yanlış qərarlar ona maneçilik törətməsin (10.s.98). 

Romantizm Avropada başlandı  və sonra Rusiyada yayıldı, XVIII-XIX əsrlərdə 

genişlənən bu cərəyan insanı təbiətə, xəyal və hiss aləminə yönəlməyə dəvət edirdi. 

Romantizm mahiyyətcə ruhi sıxıntılara qarşı inqilabi əhvali-ruhiyyə daşımaqla insan 

amilinə, onun xoş fitrətinə önəm verir (11.s.214). Bu cərəyana görə, insan 

doğulandan müsbət təbiətə malikdir və  hər bir pis əməl xarab ictimai şəraitin 

məhsuludur. Onun öz substansiyasında pisliyə yer yoxdur (12.s. 46). 

İnsan təbiətinin xeyir və şər olması barədə Qur’anın baxışı. 

Qur’ani-Kərim son səmavi kitab olmaqla varlıq aləminə hakim olan qanunları, 

insana xas gerçəklikləri və  bəşərin mahiyyəti barədə  həqiqətləri  əks etdirən bir 

qaynaqdır. Burada həmin mətləblərin bir qismi aşkar  şəkildə verilirsə, bir qismi də 

sirli hadisə kimi dəyərləndirilir. Yığcam bir baxışla Qur’anın insan barədəki 

mühakimələrini iki fərqli qismə ayırmaq olar. 

A. Həmin mühakimələrin bir qismində  insanın yaxşı sifətləri təriflənir, onun 

üstün cəhətləri göstərilir. Bu baxımdan bəzi ayələri misal olaraq gətirə bilərik: 

1. İnsan Allahın xəlifəsi məqamına malikdir: “(Ya Məhəmməd!) Sənin Rəbbin 

mələklərə: “Mən yer üzündə bir xəlifə yaradacağam” – dedikdə mələklər: “Biz Sənə 

şükr etdiyimiz və Səni müqəddəs bildiyimiz halda, Sən yer üzərində fəsad törədəcək 

və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?” – söylədilər. Allah (onlara): “Mən 

bildiyim şeyi siz bilmirsiniz” – dedi.” (Bəqərə:36). 



 Məryəm Zarei Əqdəm  

376


2. Azad və müstəqil şəxsiyyət sahibidir: 

“İnsanın elə bir dövrü olub keçmişdirmi ki, o, həmin dövrdə xatırlanası bir şey 

olmasın?! (Əlbəttə olmuşdur!); 

Həqiqətən biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. 

Biz onu eşidən və görən yaratdıq; 

Biz ona haqq yolu göstərdik.  İstər  şükr edən olsun, istər naşükür (bu onun öz 

işidir).” (İnsan:1-3). 

3. İlahi əmanət sahibi olaraq məsuliyyət daşıyır: 

“Biz  əmanəti (Allaha ibadəti,  şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə  və 

dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox 

cahil olan insan isə onu götürdü.” (Əhzab:72). 

4. Haqqa doğru hərəkətə səy göstərir: 

“Ey insan! Sən (ölənə  qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən ona 

qovuşacaqsan.” (İnşiqaq:6). 

5. Başqa məxluqla müqayisədə şərafət və kəramət sahibidir: 

“Biz Adəm övladını  şərəfli və hörmətli etdik, onları suda və quruda miniklərə 

mindirib sahib etdik, özlərinə təmiz ruzilər verdik və onları yaratdığımız məxluqatın 

çoxundan üstün etdik. (İsra:70). 

6. Onda dəyişməz ilahi fitrət vardır: 

“(Ya Məhəmməd! Ümmətinlə birlikdə) batildən haqqa tanınaraq üzünü Allahın 

fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın (fitri) dinini heç vəchlə dəyişmək 

olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz.” (Rum:30). 

Həmin ilahi fitrətə görə insanın ürəyi Allahı yad etməklə təskinlik tapır: 

“O kəslər ki, Allahı zikr etməklə ürəkləri xatircəmlik tapmış  və bu halda iman 

gətirmişlər. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram və xatircəmlik tapar.” 

(Rə’d:28). 

7. Onun xilqəti kamildir və  pərhizkarlıq və imanla cənnət və yüksək məqama 

malikdir: 

“Biz insanı ən gözəl biçimdə yaratdıq.” (Tin:4). 

“Allahdan qorxub pis əməldən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından 

çaylar axan cənnətlər (Rizvan bağları) vardır ki, orada əbədi qalacaqlar.” (Ali-

İmran:15). 

“İman gətirib hicrət edənləri, Allah yolunda malları  və canları ilə vuruşanları 

Allah yanında  ən yüksək dərəcələr gözləyir. Onlar xeyirə qovuşanlar, nicat 

tapanlardır.” (Tovbə:20). 


İslamda insan və onun əsas missiyası 

377


“Rəbbi onlara Özündən bir mərhəmət (rəhmət), razılıq və içərisində onlar üçün 

tükənməz nemətlər olan cənnətlə müjdə verər.” (Tovbə:21). 

“Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, hayandırlar. Onlar (insanlara) 

yaxşı  iş görməyi  əmr edər, pis işləri rədd edər, namaz qılıb zəkat verər, Allaha və 

peyğəmbərinə itaət edərlər. Allah əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah həqiqətən, 

yenilməz qüvvət və hikmət sahibidir! (Tovbə:71). 

8. Vicdan, batini ilham, pak ruha sahibdir: 

“And olsun nəfsi (insanı və onun nəfsini) yaradana; 

Sonra da ona günahlardan və pis əməllərdən çəkinməsini (xeyir və  şəri) 

öyrədənə ki...” (Şəms:7-8). 

“Sonra onu düzəldib insan şəklinə saldı və ona Öz ruhundan üfürdü. O sizə göz, 

qulaq və ürək verdi. 

İnsanda olan ruh Allahdandır, bu səbəbə görə ona səcdə vacib olmuşdur 

(13.s.134): 

“Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan üfürən kimi ona 

(ehtiram əlaməti kimi) səcdə edin.” (Sad:72). 

Mələklərin insana səcdəsinin hikmət və məntiqi vardır: 

“(Ya Peyğəmbər!) Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa 

hamısı  səcdə etdi. (Yalnız) o, lovğalanaraq imtina etdi və kafirlərdən oldu.” 

(Bəqərə:31). 

9. Xilqətin yaranmasının məqsədi insanın ondan faydalanması üçündür: 

“Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu 

yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır). O, hər  şeyi biləndir! 

(Bəqərə:29). 

İnsanın dünya həyatında maddi tələbləri bitən deyil, onun axirət istəkləri də 

bunun kimidir. Ancaq Allah həmin tələbi müəyyən bir məntiqi ölçüdə təmin edir: 

“Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada tezliklə 

verərik. Sonra isə (axirətdə) ona cəhənnəm məskən edərik. O, Cəhənnəmə qınanmış 

və (Allahın rəhmətindən) qovulmiş bir halda daxil olar!” (İsra:18). 

“Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti (Allah 

dərgahında) qəbul olunar!” (İsra:19). 

Qur’anda bu barədə ayələr çoxdur və gətirilən nümunələr insanın dünyəvi həyatı 

ilə yanaşı, onun mənəvi məzmuna malik olduğunu diqqətə çatdırır.  İnsan dini 

təlimdən bəhrələnməklə  həyat yolunda yüksək dərəcə  və  məqamlara yönələ bilər, 

Allahın onun üçün bu aləmdə və axirətdə müəyyənləşdirdiyi payı ala bilər. 


 Məryəm Zarei Əqdəm  

378


İnsanın üstün və müsbət sifətlərini açıqlayan ayələrin qısa məzmunu ilə tanış 

olduq. İndi isə bunun əks qütbünü nəzərdən keçirək. 

B. İkinci qisim mühakimələrdə isə İnsana xas mənfi xüsusiyyətlər pislənir.  

1. Rəbbinə qarşı naşükür, dargöz və xəsisdir: 

“İnsan Rəbbinə qarşı çox naşükürdür.” (Adiyat:6). 

“(Ya peyğəmbərim, müşriklərə) de ki: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə 

sahib olsaydınız, yenə  də (onun) xərclənib tükənməsindən qorxaraq xəsislik edər-

diniz. İnsan (nə qədər varlı olsa da, təbiəti etibarilə) xəsisdir. (İsra:100). 

2. Haqqa boyun əymədən mübahisə edən, xain və olub keçənlərdən ibrət 

almayan məxluqdur: 

“Biz bu Qur’anda insanlar üçün cürbəcür məsəllər çəkdik.  İnsan isə (Haqqa 

boyun əymədən) ən çox mübahisə edəndir.” (Kəhf:54). 

“Allah gözlərin xəyanətini və ürəklərin gizlətdiyini biləndir!” (Məaric:19). 

“Məgər onlar (müşriklər) yer üzünü dolaşıb özlərindən əvvəlkilərin axırının necə 

olduğunu görmürlərmi? Onlar bunlardan daha qüvvətli, yer üzündə daha çox iz 

qoyub getmiş kəslər idi. Allah onları günahlarından dolayı yox etdi. Onları Allahdan 

(əzabından) qoruyan bir kimsə tapılmadı.” (Məaric:21). 

3. Fəsada meyl edən, həmişə ziyanda olur və ilişdikdə Allahı ittiham edir: 

“Lakin insan bundan sonra da günah etmək, fəsad törətmək istəyir.” (Qiyamə:5). 

“İnsan (ömrünü boş işlərlə sərf etməklə) həmişə ziyan içindədir.” (Əsr:2). 

“İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib kərəm göstərsə və nemət 

versə, o: “Rəbbim mənə kərəm göstərdi” – deyər.” (Fəcr:15). 

“Amma nə zaman Rəbbin onu imtahana çəkib ruzisini əksiltsə; “Rəbbim məni 

alçaltdı, mənə xor baxdı!” – deyər.” (Fəcr:16). 

3. Düşüncə üçün ağıl və qəlbə malik olsalar da, heyvan kimi əməl edir: 

“Biz cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların qəlb-

ləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. 

Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də 

daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır.” (Ə’raf:179). 

Bu məzmunda ayələr çoxdur, lakin diqqət yetirmək lazımdır ki, Qur’anda 

məzəmmət edilən insan adətən imansız zümrəyə aiddir. İslama görə, Allahdan ayrı 

düşən, imanı olmayan və Allahını unudan insan özünü itirmiş olur. Əslində belə 

insan yolunu azmış olur və ona görə Qur’ani-Kərim belələrini heyvanlardan da betər 

bilir (14.s.392). 



İslamda insan və onun əsas missiyası 

379


Peyğəmbərdən (s) nəql edilən hədisə görə insanın könlü və fitrəti xeyirə 

meyllidir, bəşər qəlbini sağlam halda saxlayarsa həmişə  səadətə yetişə bilər, ancaq 

onun könlü nəfsin havasına bulaşarsa zəlalət yoluna düşər (15.c.18.s.166). 

Bəlli olan budur ki, insan substansiyasında kəramət vardır, o gərək həmin 

keyfiyyəti iman və saleh əməlin köməyi ilə mənəvi kamillik mərhələsinə yetirsin. 

Ləyaqət məqamlarını uğurla keçən insan haqqa qovuşmağa daha yaxın olur. 

İslam dünyagörüşündə insan məfhumuna fiziki-bioloji ünsür kimi yanaşmırlar, 

yəni o, sadəcə iki ayaq üstə yeriyən düz qamətli heyvan deyil, onun mahiyyətini bir-

iki sadə sözlə ifadə etmək mümkün deyil (16.s.7). 

İnsanın təbii və fitri meylləri. 

Təbii və fiziki səviyyədə insanın müxtəlif meylləri vardır və bu baxımdan 

onunla canlılar, yəni heyvanlar arasında ortaq xüsusiyyətlərə rast gəlirik. Onların 

orqanizmində qidalanma və ifrazat prosesi və başqa fizioloji proseslər gedir. Ancaq 

insan həyatını təbii səviyyə ilə məhdudlaşdırmaq olmaz. İnsanın təkamülü heyvanat 

aləmindən başlayır və insaniyyətə doğru kamala yetişir.  İnsan öz xilqətinin 

başlanğıcında maddi və cismani ünsürdən ibarətdir və onun substansiyasında baş 

verən təkamül hərəkəti ruhani bir cövhərə çevrilir. Bu o zaman gerçəkləşir ki, maddi 

ləzzət duyğusu, nəfsi istəklər və bioloji meyllər fitrətin ixtiyarına verilir və 

tənzimlənir. İnsan fitrətinin varlığı onun təbiətindən daha güclüdür, ona görə fitrətə 

hakim olmaqla insan təbiətində olan qüvvələri və meylləri nəzarətdə saxlamaq olur. 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə