İlahiyyat faküLTƏSİNİn elmi MƏcmuəSİ



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə39/40
tarix28.04.2017
ölçüsü3,06 Mb.
1   ...   32   33   34   35   36   37   38   39   40

Beləliklə,  tədəbbür Qurannın düşüncə sistemində mühüm bir amil kimi 

çıxış edir; burada əsas məqsəd irəli sürülən hər bir məsələ üzərində  dərin dü-

şüncəyə dalmaq, atılacaq addımların və  əməllərin aqibətini fikirləşməkdir. 

Quran ayələri üzərində  tədəbbür prisipal cəhətdən bir çeşməyə  bənzəyir və 

oradan həmişə saf su qaynayır.  Əgər çeşmədən su kəsilərsə  və ya azalarsa 

onun səbəblərini axtarmaq lazım gələr ki, burada bizlərə  tədəbbür yardımçı 

olur.  

 

 



ƏDƏBİYYAT 

 

1. Qur’ani-Kərim. Azərbaycan dilinə tərcümə edənlər: Akad. Z.M. Bünyadov və 



V.M.Məmmədəliyev. Bakı: “Olimp”. 1998. 552s 

2. Müfrədatül-əlfazül-Qur’an. Rağib  İsfəhani Hüseyn. Qum: Zəviyül-qürbi. 

1412. 

3. əl-Misbahül-münir fi qəribi-şərhül-kəbir. Qum: İntişarati-hicrət. 1373 



4. Məcməül-bəhreyn. Tərihi  Şeyx Fəxrəddin. Təhqiq:  əs-Seyyid  Əhməd  əl-

Hüseyni. Tehran: Dəftəri-nəşri-islami. 1367 

5.  əl-Qamusül-Muhit.  Firuzabadi Məcdəddin Məhəmməd ibn Yəqub. Beyrut: 

Darül-kutub. Tarixsiz.  

6. Qamusi-Quran. Qərəşi Seyyid Əliəkbər. Tehran: Darül-kibabül-islamiyyə. 

1371 


7.  əl-Mizan fi təfsirül-Qur’an. Təbatəbai Məhəmməd Hüseyn. Qum: Dəftəri-

intişarati-islami. 1420. 

8. Furuqül-lüğəviyyə.  Əsgəri  Əbu Hilal. Tərcome: Məhəmməd  Ələvi  Əqdəm. 

Məşhəd: Astani-Qüdsi-Rəzəvi. 1363 



 Şüca Cavanpərəst  

418


9. Kəşfül-əbrar. Meybodi Rəşidəddin. Tehran: Əmir Kəbir. 1367 

10. Pəjuheşi piramuni-tədəbbür dər Quran. Nəqipur Vəliullah. Tehran: 1374 

11. Mizanül-hikmət. Məhəmmədi Reyşəhri. Tehran: Darül-kibabül-islamiyyə. 

1379  


12. Upanişad. Tərcome: Məhəmməd Darəşkuh. Tehran: İntişarati-cavidan.1381 

13. Avesta. Qozareş  və  pəjuheş: Cəlil Dustxah. Tehran: İntişarati-Morvarid. 

1371 

14. Biharül-ənvar. Məclisi Məhəmməd Bağır. Tehran: İntişarati-islamiyyə.  



15. Zadül-məad fi hudai-xeyrül-übad. İbn Qəyyim Cüziyə. Beyrut: Muəsiseür-

risale. 


16. Kənzül-məal fi sünənül-əqval və əfal. Hindi Əli Muqtəda ibn Hüsaməddin. 

Beyrut. 1409 

17. Rəveşi-təhqiqi-mouzuyi-Quran. Lisani Feşarəki və Hüseyn Muradi. Zəncan. 

1385 


 

 

 



 

 

 



 

 


Quranın düşüncə sistemində “tədəbbür” məfhumu 

419


 

XÜLASƏ 

 

Quranda düşüncə  və  təfəkkür aparıcı mövzulardan biridir və burada idrak 



prosesinin inkişaf və təkamülündə mühüm yer tutan bir sıra məfhumlar diqqəti cəlb 

edir. Məqalə Quranda “tədəbbür” məfhumunun düşüncə sistemində tutduğu yerin 

müəyyənləşdirilməsinə həsr olunub. Bu məfhum təfəkkürün ayrılmaz parçası olaraq 

dəyərləndirilir və “dərin düşüncəyə dalma” mənası bildirir. Tədəbbür nəticəsində 

beyin (ağıl) və qəlb bir istiqamətə yönəlir, insan məsələnin mahiyyətini daha yaxşı 

anlayır və müvafiq nəticə çıxarır. 

 

 

SUMMARY 

 

The concept of “tadabbur” (meditation) in the Quran and its relationship with the 

knowledge system have been analyzed in this paper. This conception is inseparable 

part of thinking, there it means deep meditation.  

The result of meditation is a concentration of mind and heart in same direction. 

Source of thinking is not only brain and reason, but also the soul.  

Meditation provides an better understanding the essence of things.   

 

 



РЕЗЮМЕ 

 

В статье проанализировано понятие  «тадаббур» (размышление) в Коране и 

его  связь  с  познавательной  системой.  Данное  понятие  является  неотъемлемой 

частью мышления и оно означает «медитации» и глубокое размышление.  

В  результате  данной  акции  деятельность  мозга  (разума)  и  сердца 

соединяется в одно русло. Тадаббур дает возможность для лучшего понимания 

сущности вещей.  Человек делает соответствующие выводы. 

 

 



 

Çapa tövsiyə etdi: f.e.d.Nəsib Göyüşov 

 

Dinin cəmiyyətdə yeri və rolu: dini ziddiyyətlər və onlarin sosial nəticələri 

421


 

 

DİNİN CƏMİYYƏTDƏ YERİ VƏ ROLU:  

DİNİ ZİDDİYYƏTLƏR VƏ ONLARIN SOSİAL NƏTİCƏLƏRİ 

 

Vəsxanım Orucova 

BDU-nun dosenti  

 

 

Açar sözlər: din, dini şüur, dini fəaliyyət, dini ideologiya, dini psixologiya, dini 



təşkilat, dini ziddiyyətlər 

Ключевые  слова:  религия,  религиозное  сознание,  религиозная  деятель-

ность,  религиозная  идеология,  религиозная  психология,  религиозная  органи-

зация, религиозные противоречия 

Keywords: religion, religious consciousness, the activities of the religious, 

religious ideology, religious psychology, religious organization, religious differences 

 

Bu gün dini sosial təsisat kimi öyrənmək, onun cəmiyyətdə yeri və rolunu, 

yaranması, fəaliyyəti və inkişafının sosial təsisatlarla qarşılıqlı əlaqəsini araşdırmaq 

xüsusi əhəmiyyət kəsb edir.  

Dinin sosial mahiyyəti və  təbiəti haqqında təlim onun sosioloji nəzəriyyəsinin 

əsasını  təşkil edir (3; 4; 5). Bu nəzəriyyədə dinin sosial (sosial köklər müəyyən-

edicidir), qnoseoloji və psixoloji köklərindən bəhs olunur. Dinin sosial köklərinin 

tədqiqi onun yaranma səbəblərini dərk etməyə kömək edir. Qnoseoloji köklər 

dərketmə prosesində insan şüurunda dini təsəvvürlərin formalaşmasını, psixoloji 

köklər isə dini şüurun insan psixikası ilə  əlaqəsini  əks etdirir. Dinin strukturu dini 

şüur, dini fəaliyyət, dini təşkilatlar kimi komponentləri ehtiva edir.  

Q.Lenski dini insan taleyini idarə edən sistem kimi səciyyələndirmişdir.  

Dinin insana və  cəmiyyətə  təsiri tarixən müxtəlif cür şərh edilmişdir. Alman 

filosofu F.Nitsşe xristianlığı  yəhudilərin Avropaya qarşı ortaya atdığı  zərərli bir 

ideologiya hesab etmiş və onu insanları kölə halına salmaq üçün istifadə edilən bir 

vasitə saymışdır. 

Dini şüur ictimai şüurun spesifik forması olub, dini ideologiya və psixologiyanı 

əhatə edir. Dini şüurun hər iki səviyyəsi (ideologiya və psixologiya) bir-birinə qar-

şılıqlı  təsir göstərir. Dini psixologiya müəyyənedici rol oynayır və o, dini ideolo-

giyaya emosionallıq və istiqamət verir. Dini şüur ictimai şüurun digər formalarından 



 Vəsxanım Orucova  

422


fərqlənir, fəaliyyət və inkişafın bir sıra qanunauyğunluqları ilə səciyyələnir. Dini şüur 

müstəqil olub cəmiyyətin maddi bazisinin inkişaf səviyyəsi ilə müəyyənləşir.  

«Dindanlıq» fövqəltəbii qüvvəyə inanan və  səcdə edən insanların və ya sosial 

qrupun müəyyən əlamətlərinin məcmusunu ifadə edir. Dindarlığın dərəcəsi, səviyyəsi 

və xarakterini müəyyənləşdirmək üçün dini şüur, dini davranış, dini münasibətlərin 

müxtəlif göstəricilərindən istifadə edilir. Dindarlığın dərəcəsi dinin insana, sosial 

qrupa təsirini, dindarlığın səviyyəsi müəyyən  ərazidə dindar və dindar olmayan 

əhalinin münasibətini, dindarlığın xarakteri isə bu və ya digər sosial qrupun dindarlıq 

cəhətdən fərqini və spesifikliyini aydınlaşdırır. Sosioloji tədqiqatlar göstərir ki, 

müxtəlif sosial qruplara məxsus  əmək qabiliyyətli  əhalinin dini fəaliyyətdə  iştirakı 

kənd əhalisi və İslamın geniş yayıldığı xalqlarda həmişə yüksək olmuşdur.  

Teoloqlar dini təsəvvürlərin həqiqiliyini  əsaslandırmağa səy göstərir, onları 

təkcə idrakla deyil, həm də digər elmlərin göstəriciləri ilə üzvi şəkildə  əlaqə-

ləndirməyə çalışırlar. Müasir teoloqların fikrincə, o adam şəxsiyyət hesab olunur ki

o, insan ləyaqətini, onun cəmiyyətlə sağlam əlaqəsini müdafiə edir və möhkəmlədir. 

Fövqəlmilli səmavi din olan xristianlıqda əsas ideya insanın günaha batması və nicat 

tapmasıdır. Xristianlığın məqsədi dünyanı  dəyişdirmək deyil, insan ruhunu xilas 

etməkdir. Mənəvi həyatı maddi dünyadan, kilsə hakimiyyətini dünyəvi hakimiy-

yətdən ayırmaq ideyası ona məxsusdur.  

Yeni ictimai şəraitdə teologiya öz yerini tapmağa, dini idealları müasir cəmiy-

yətin idealları ilə eyniləşdirməyə cəhd göstərir. Dini şüur dini fəaliyyətdə (ibadət və 

ibadətdənkənar formada) təzahür edir. İbadət xüsusi hərəkət sistemidir ki, onun 

vasitəsilə insanlar fövqəltəbii qüvvəyə təsir göstərməyə çalışırlar. İlahi qüvvəyə inam 

ona səcdədən ayrılmazdır. Dini ibadət dini etiqadı  həyata keçirmək səyidir.  İbadət 

bütün inkişaf etmiş dinlər üçün səciyyəvidir və onun müxtəlif formaları mövcuddur: 

dini ayinlər, qurban kəsmə, dua oxuma, dini bayramlar.  

Dini  şüur dini obrazları  və  təsəvvürləri dini ideologiya səviyyəsində formalaş-

dırır, müdafiə edir və inkişaf etdirir.  

İbadətdənkənar fəaliyyət mənəvi və praktik sahələrdə həyata keçirilir (dini ide-

yaların yaradılması, ilahiyyata dair əsərlər). Praktik dini fəaliyyət ilahiyyat dərs-

lərinin tədrisini, dini təşkilat və  təsisatların idarəetmə  fəaliyyətini, dini təbliğatı 

nəzərdə tutur.  

Hələ sovet dövründə dindarların dini tələbatını ödəmək üçün 20 min məbəd 

fəaliyyət göstərirdi (pravoslav kilsələri, məscidlər və s.). Ruhani hazırlamaq üçün 

dini birliklər 18 tədris müəssisəsinə (o cümlədən 6 pravoslav akademiyası və semi-

nariyası, 2 katolik seminariyası, müsəlman akademiyası və mədrəsə, həmçinin 10-а 



Dinin cəmiyyətdə yeri və rolu: dini ziddiyyətlər və onlarin sosial nəticələri 

423


yaxın kişi və qadın monastırı) malik idi. Dini təşkilatlar müxtəlif dövri nəşrlər 

(«Jurnal Moskovskoy patriarxii», «Pravoslavnıy vestnik», «Bratskiy vestnik», 

«Musulmane Sovetskoqo Vostoka» və s.) buraxırdılar. Dini cəmiyyətlərə kilsə 

binalarından pulsuz istifadə etmək imkanı verilmişdi.  

Son illər Bibliya, Quran, ilahiyyata dair əsərlər, kilsə  təqvimləri təkrar nəşr 

olunmuşdur.  Əgər sovet dövründə Azərbaycanda 17 məscid var idisə, 2000-ci ilin 

əvvəlində onların sayı 1200 olmuşdur. Halbuki bu dövrdə 3,5 milyondan çox 

müsəlmanın yaşadığı Fransada 1500 məscid fəaliyyət göstərirdi.  

Türkiyədə dinin tədrisinə  əsrimizin  əvvəlində başlanmışdır. 90-cı illərin orta-

larında bu ölkədə türk vətəndaşlarının hesabına 5 mindən çox Qurani Kərim məktəbi 

fəaliyyət göstərmiş və 387 orta dini məktəb Maarif nazirliyinə tabe idi. 

Tarixən dini  təsisatlarda baş verən dəyişikliklərlə əlaqədar din ictimailəşmişdir.  

Vaxtı ilə dində  təzahür edən böhran halları onun öz funksiyalarını  məhdud-

laşdırması, yerini itirməsi, kilsənin dövlətdən ayrılması, kilsə  əmlakının dövlət 

xeyrinə müsadirə edilməsi ilə bağlı olmuşdur. Dünyada baş verən qlobal sosial 

dəyişikliklər bu prosesləri şərtləndirmişdir.  

SSRİ-nin süqutundan sonra Azərbaycanda dinə maraq artmışdır. Din xadimləri 

hazırlayan mədrəsələr açılmış, dövlət universitetində ilahiyyat fakültəsi yaradılmış, 

köhnə  məscidlər bərpa edilmiş, yeniləri tikilmiş, məscid və dini ziyarətlərə 

gedənlərin sayı artmışdır. Digər tərəfdən bu gün müsəlman dövlətləri ölkəmizdə 

dinin nüfuzunu artırmağa cəhd etsələr də, din dövlətin siyasi həyatına ciddi təsir 

göstərən amilə çevrilməmişdir. 

Hazırda dünyada 1,5 milyarda yaxın insan islam dininə etiqad edir. 

Dünyada «islam yönlü» 52 dövlət mövcuddur ki, onlardan beşi «şəriət 

qanunları» ilə idarə olunur.  

İslamın təsir gücünün müxtəlif olması müsəlman dünyasının mürəkkəb, ziddiy-

yətli siyasi və sosial-iqtisadi strukturu, bu ölkələrdə yaşayan xalqların sosial inkişaf 

səviyyəsi ilə bağlıdır.  

İslam  ən böyük dinlərdən biri və sonuncu dünya dinidir. İslamın siyasiləş-

dirilməsi, onun siyasi və hərbi həyata daxil edilməsi Qərb alimlərini çox narahat edir. 

Fransanın «Lepoint» qəzeti bu münasibətlə yazır: «İslamın davamlılığı  Qərbi  şok 

vəziyyətinə salmışdır» (1, s. 24-25).  

A.Benniqsen  İslamı insan cəmiyyətini məhvə aparan antihumanist bir din 

adlandırır və onun ictimai tərəqqi ilə bir yerə sıxmadığını qeyd edir (2, s. 62).  

Tarixən dinin cəmiyyətə  təsiri müxtəlif olmuşdur. Siyasi təsir nəticəsində yeni 

dövlətlər yaranmış  (Ərəb xilafəti, Osmanlı imperiyası  və s.) və ya məhv olmuşlar 



 Vəsxanım Orucova  

424


(Sasanilər və Bizans imperiyası). Dinin xalqların öz varlığını qorumasında da 

müəyyən rolu olmuşdur. Belə ki, bəzi tədqiqatçılar yəhudilərin öz mövcudluğunu 

qoruyub saxlamasını və müstəqil dövlət qurmasını iudaizmlə əlaqəlandirirlər.  

Dinin iqtisadi təsirini cəmiyyət həmişə hiss etmişdir.  İslamda zəkat müsəlman 

Şərqində kapitalizmin inkişafına mane olmuş, sələmçiliyin pislənməsi bank işini lən-

gitmişdir. Məsələn, Pakistanın federal şəriət məhkəməsi faizi islam qayda-qanun-

larına zidd elan etmiş və iqtisadiyyatla bağlı 20-dən çox qanunu yararsız saymışdır.  

Qeyri-protestantlar kapital toplamağı  hərisliklə  əlaqələndirirlərsə, protestantlar 

bunu Allaha minnətdarlıq və möminlik üçün vacib sayırlar. 

Dinin mənəvi təsiri böyükdür. Din zülm, nifaq, ədavət, yalan və böhtana qarşı 

çıxmaqla insanlara xeyirxahlıq, humanistlik, səbr və dözüm təlqin edir, onları 

yaxınlaşdırrmaq, əməkdaşlığa sövq etmək məqsədi güdür, insanlar arasında ünsiyyət 

körpüsü, əmin-amanlıq yaradır. Yersiz ərazi iddialarının, milli ayrı-seçkiliyin artdığı, 

münaqişə və toqquşmaların vüsət aldığı bir şəraitdə din xadimlərinin sülhə, barışığa 

çağırışı böyük əhəmiyyət kəsb edir.  

Tarixən din xalqın mədəniyyətini özündə əks etdirmiş, onun adət və ənənələrini

əxlaqını formalaşdırmışdır. Onun mədəniyyətə, xalqın adət və  ənənələrinə nüfuz 

etməsi insanların dini ibadətlərdə  fəal iştirakını  şərtləndirmişdir. Tolerantlıq yalnız 

hüquqi və əxlaqi normalar çərçivəsində cəmiyyət üçün səmərəli ola bilər.  

Dinin qorunması və nəsildən-nəslə keçməsində ailə böyük rol oynayır. Müşahi-

dələr göstərir ki, dindarların  əksəriyyəti ailədəki mövcud ənənəyə uyğun dindar 

olurlar.  

Təbii ki, əsrlərlə davam edən ehkamçılıq yeni nəsillərin düşüncəsi və mənəviy-

yatına öz təsirini göstərmişdir.  

Dinin müxtəlif inkişaf mərhələlərində dini qrup və təşkilatların xarakteri və yeri 

dəyişikliyə  uğrayır. Belə qruplar birləşərək dini təşkilatlar (kilsə, sekta, denomi-

nasiya) əmələ gətirir.  

Bu gün dini zəmində formalaşan beynəlxalq təşkilatlarla (İslam  Əməkdaşlıq 

Təşkilatı,  İslam liqası, Ümumdünya Kilsə  Şurası, Ümumdünya Buddist Qardaşlığı, 

Ümumdünya Sionist təşkilatı  və s.) yanaşı dini ideologiyaya əsaslanan siyasi parti-

yalar (islam, xristian, buddist və s.) da fəaliyyət göstərir. Müxtəlif institutlar dinin 

siyasətə təsirini öyrənir. 

Dinin cəmiyyətə təsirinin zəifləməsi nəticəsində dini səciyyə daşımayan qruplar 

yaranır. Dini təşkilat şəriətin və ibadətin məzmunu ilə müəyyənləşir.  

Kilsə dini etikanı  və dini fəaliyyəti müəyyənləşdirən, vahid inam simvoluna 

əsaslanan dini təşkilatdır. Sekta bu və ya digər kilsəyə və ya müəyyən dini istiqamətə 



Dinin cəmiyyətdə yeri və rolu: dini ziddiyyətlər və onlarin sosial nəticələri 

425


münasibətdə müxalifət kimi meydana gəlir. Sektada mənəvi təkmilləşməyə  cəhd 

göstərmək meyli güclüdür. Onun üzvləri bərabər olub, mövcud normalara ciddi əməl 

edirlər. Denominasiya dini plüralizmin yayılması  nəticəsində meydana gələn 

təşkilatın müasir növüdür.  

Din insanların təbii və ictimai qüvvələrin qarşısında acizliyini yüngülləşdirmək 

məqsədilə meydana gəlmişdir. Din həm də dünyagörüşü funksiyasını yerinə yetirir. 

Onun mahiyyəti gerçəkliyin fantastik inikasında, fövqəltəbii qüvvələrin və varlığın 

real mövcudluğunu qəbul etməsində ifadəsini tapır. Nizamlayıcı funksiya insanların 

davranışını tənzimləyən sərvət və normaların müəyyən sistemini yaradarkən təzahür 

edir. Kommunikativ funksiya ibadət prosesində ünsiyyət zamanı həyata keçirilir.  

Sekulyarlaşma problemi hazırda xüsusi əhəmiyyət kəsb edir. İlk dövrlərdə bu 

termin kilsə  və monastır mülkiyyətinin dövlət xeyrinə müsadirə edilməsini ifadə 

edirdisə, hazırda o, insanın və cəmiyyətin dini təsirlərdən azad edilməsi prosesini əks 

etdirir. Məhz bu proses nəticəsində kilsənin sərvət və normaların yeganə  mənbəyi 

olması  məsələsi tədricən öz əhəmiyyətini itirir. Bu isə «dini plüralizm»in yaran-

masına səbəb olur. Sekulyarlaşma gizli və açıq formada təzahür edir. İctimai qrup və 

fərdi  şüurun sekulyarlaşması prosesində bir-birilə qarşılıqlı  əlaqədə olan üç 

istiqamətə diqqət yetirmək lazımdır:  

1. Sekulyarlaşma (tənqidi)  ənənəvi dinlərin (pravoslav, katolik, protestant, 

islam) struktur elementlərində baş verən böhran hallarını səciyyələndirir. Dini şüurda 

baş verən dəyişikliklər dini ideologiyanın təsirinin azalması ilə  əlaqədardır. Bu 

istiqamətin mühüm cəhəti şəriətin modernləşdirilməsidir.  

2. İkinci istiqamət (pozitiv) ictimai və fərdi şüurda elmi-ateist dünyagörüşünün 

elementlərinin qərarlaşması ilə  səciyyələnir. Ateist dünyagörüşünün yaranması mü-

rəkkəb prosesdir. Dinlə əlaqənin pozulması heç də həmişə cəmiyyətin ateistləşməsinə 

dəlalət etmir.  

3. Üçüncü istiqamət (ateist) dini laqeydliyin artması ilə bağlıdır. O həm dinin, 

həm də ateizmin problemlərinə etinasız münasibət bəsləyir, dini laqeydlik əhalinin 

dindar hissəsinin dindən uzaqlaşmasına səbəb olur. Bu, keçən  əsrin 20-30-cu illəri 

üçün səciyyəvi olmuşdur. Laqeydlik əhalinin ateistləşməsi prosesini ləngidir, sekul-

yarlaşmanın inkişafına mane olur.  

Etiqadın qeyri-ənənəvi formaları azad fikirliliklə bağlıdır. Bu təlimlər rəngarəng 

olduğu üçün kosmopolit səciyyə daşıyır. Plüralizm özündə pozitiv və praqmatik 

cəhətləri ehtiva edir. Bununla yanaşı plüralizm cəmiyyət həyatında xaos, qarşıdurma 

və anarxiya da yarada bilər. Bu gün tolerantlıq müasir dövrün səciyyəvi cəhəti, sosial 

ədalətin və siyasi azadlığın mühüm əlamətidir. Dini tolerantlıq nəticəsində qeyri-



 Vəsxanım Orucova  

426


ənənəvi dinlərin sosial funksiyası intensivləşmiş, emosional-psixoloji funksiyalarının 

rolu güclənmişdir.  

Bu gün vahabizmin dünyanın müxtəlif regionlarında, o cümlədən Qafqazda, 

Azərbaycanda yayılması müəyyən narahatlıq doğurur, dövlət üçün təhlükə yaradır.  

Cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrinin demokratikləşdirilməsi döv-

lətlə dini təşkilatlar arasındakı qarşılıqlı münasibətlərə  də toxunmuşdur. Kilsənin 

dövlətdən ayrılması (kilsənin siyasi hakimiyyətdən məhrum edilməsi) kilsənin 

cəmiyyətdən ayrılmasını göstərmir. Kilsə  və din müəyyən sosial funksiyalar yerinə 

yetirən sosial təsisat kimi fəaliyyət göstərir. Dövlətlə kilsənin qarşılıqlı münasi-

bətlərinin demokratik cəhəti siyasi birliyə, bir-birinin işlərinə müdaxilə etməməyə, 

ideoloji barışığa  əsaslanır. Avqustin kilsə hakimiyyətini mahiyyətinə görə dünyəvi 

hakimiyyətdən üstün saymış, onların bir-birinin işinə müdaxiləsini təhlükəli hesab 

etmişdir. Dövlətin bu prinsiplərə riayət etməməsi «dövlət tərəfindən ateistləşmə»yə, 

kilsə  tərəfindən riayət olunmaması isə klerikalizmin inkişafına səbəb olur. Kleri-

kalizm sosial təsisat olan kilsənin ideologiyası  və sosial-siyasi praktikasıdır. O, cə-

miyyətin siyasi və  mənəvi həyatında dinin rolunu və kilsənin mövqeyini möhkəm-

ləndirməyə yönəlmişdir. Dövlət siyasətinə münasibətdə klerikalizm 2 müxtəlif 

istiqamətə ayrılır. Birinci istiqamətə ekstremist əhval-ruhiyyəli dini biliklər aiddir ki, 

onların tələbləri və fəaliyyəti ibadət haqqında qanunvericilikdən kənara çıxır. İkinci 

istiqamətin inkişafı demokratiya və aşkarlığın, fikir plüralizminin inkişafı nəticəsində 

mümkün olmuşdur.  

Bu gün narahatlıq doğuran məsələlərdən biri dindən siyasi alət, terrorçuluq 

vasitəsi kimi istifadə etmək,  İslamı terrorçuluq vasitəsi kimi istifadə etmək,  İslamı 

terrorçuluqla eyniləşdirmək cəhdidir. Bu, İslam və Xristian dünyası arasında müna-

sibətləri gərginləşdirir, dinlərarası dialoqu çətinləşdirir və dini zəmində münaqişələri 

artırır. Odur ki, belə neqativ hallara qarşı mübarizədə kollektiv səylərdən istifadə 

olunmalıdır. 

Din azadlığı istənilən dini qəbul etməyi və ona ibadət etməyi nəzərdə tutur. 

Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, «heç kəs öz fikir və 

əqidəsindən dönməyə  məcbur edilə bilməz», «hər kəsin dinə münasibətini müstəqil 

müəyyənləşdirmək», «hər hansı dinə tək və ya başqaları ilə birlikdə etiqad etmək», 

«dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var». Lakin «dini 

etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır» (47-48-ci maddələr). 

 

 

 


Dinin cəmiyyətdə yeri və rolu: dini ziddiyyətlər və onlarin sosial nəticələri 

427


 

ƏDƏBİYYAT 

 

1.

 



«Leopoint», 1989, №895, p. 24-25. 

2.

 



Bennigsen A., Broup M. The Islamic thread to the Soviet State. London, 1983, 

p. 62. 


3.

 

Кравченко А.И. Основы социологии. М., 2006.  



4.

 

Фролов С.С. Социология. М., 2002. 



5.

 

Əfəndiyev M. Sosiologiya. Bakı, 2009.  



6.

 

Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2009. 



7.

 

Абасов А. Социокультурные проблемы современности. Баку, 2006. 



 

 

 

 Vəsxanım Orucova  

428


 

Dinin cəmiyyətdə yeri və rolu:  

dini ziddiyyətlər və onların sosial nəticələri 

 

XÜLASƏ 

 

Məqalədə dinin cəmiyyətdə yeri və roluna, dini şüurun səviyyələri və dini 

fəaliyyətin növlərinə diqqət yetirilmiş, dini ziddiyyətlərin təzahür formaları, onların 

doğurduğu fəsadlar, dini münaqişələrin səbəbləri, dini tolerantlığın mahiyyəti 

nəzərdən keçirilmişdir. 



Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə