ILGA-Europe Nədir?
ILGA-Europe Beynəlxalq Gey və Lezbiyan Asossasiyasının (İLGA) Avropa nümayəndəliyidir. Biz Avropda lezbiyan, gey, biseksual və transcins insanların (LGBT) haqqlarının qorunması və ayrıseçkiliyin qarşının alınması üçün çalışırıq. Biz qeyri hökümət təşkilatı olaraq öz üzvlərimiz olan LGBT təşkilatlarının maraqlarını Avropa səviyyəsində təmsil etməklə məşqul oluruq. Bizim Avropa üzrə 200 dən artıq üzvümüz vardır.
Bizim məqsədimiz:
ILGA-Europe dünyada hamının insan haqlarının qorunduğu, azad və eyni hüquqlu yaşaya biləcəyi və heç kimin seksual tərciyələrinə və ya cinsinə görə ayrıseçkiliyə məruz qalmayacağı bir dünya üçün çalışır.
Bizim missiyamız:
-
seksual tərciyəyə və ya cinsə qörə hər hansı bir ayrıseçkilyə məruz qalmış insanlarının hüquqlarının Avropa səviyyəsində qorunması.
-
Avropa institutları, media və vətəndaş cəmiyyəti arasında eyni hüqüqların təbliğatı, ayrıseçkiliyə qarşı mübarizənin məlumatlandırma və lobbiçilik vasitəsi ilə aparılması.
-
seksual tərciyəyə və ya cinsə görə ayrıseçkiliyə qarşı mübarizə aparan Avropanın insan hüquqları təşkilatlarının fəaliyyətlərinin məlumat mübadiləsi və təhsil vasitəsi ilə gücləndirilməsi.
ILGA-Europe nəyə görə mövcuddur və nəyə lazımdır:
-
çünki Avropada seksual azlıqlar hələdə işə qötürmə, səhiyyə, pensiya, sosial müdafiyə, xidmət və mallar əldə etmə sahələrində ayrıseçkiliyə məruz qalirlar.
-
çünki Avropa hələdə seksual azlıqların ayrıseçkilikdən və zorakılıqdan azad olan bir qitə olmaqdan uzaqdır.
-
cünki seksual tərciyələrinə və ya cinsə görə ayrıseçkiliyin qarşısı Avropada və ya bir çox Avropa ölkələrində hələdə tamam alınmamışdır.
-
çünki eyni cinsli ailələr və onların uşaqları hələdə tamami ilə tanınmamış, onlarla hələdə hörmət və layəqətlə davranılmır.
-
çünki Avropada seksual azlıqlara aid olan bəzi insanlar hələdə nifrətlə davranma, alçaldma, zorakılıq və hətta fiziki məhvə məruz qalırlar.
Üzvlük:
Bizim məqsədlərimizi və dəyərlərimizi bölüşdürən hər hansı bir insan və ya təşkilat ILGA-Europe a qoşula bilər. ILGA nın bütün Avropadan olan üzvləri avtomatik olaraq ILGA-Europe üzvü sayılır.
Üzvlük növləri :
- tam üzvlük LGBT qeyri-gəlir təşkilatlarına və ya qeyri-LGBT təşkilatlarının LGBT qruplarına açıqdır.
- fərdi üzvlük hər bir insana açıqdır.
- asossiativ üzvlük LGBT kommersiya təşkilatları və ya birlikləri, hökumət və ya LGBT könüllü təşkilatlar kimi hər hansı bir başqa təşkilat və ya birliklərə açıqdır.
Əlavə məlumat və ərizə forması:
www.ilga.org/member.asp
ILGA-Europe işinə necə cəlb ola və ya dayaq ola bilərsən?
-
ILGA üzvü olmaqla və ya ILGA nın üzvü olan milli/yerli qrupa üzv olmaqla
-
bizim aylıq Avro-nəşrimizə yazılmaqla LGBT siyasəti və qanunlar hakkında yenilik və xəbərləri əldə etməklə.
-
bizim inernet saytımızı ziyarət edib ölkən hakkında məlumatların yenilənməsində bizə köməkçi olmaqla.
-
bizim illik konfransımızda iştirak etməklə.
-
maliyyə yardımı ilə
-
“Təqayüd Mələyi” olmaqla
-
könüllü fəaliyyət ilə.
Bizim hakkımızda ətraflı məlumat, bank koordinatlarımız daxil olmaqla internet səhifəmizdə:
www.ilga-europe.org
Dostları ilə paylaş: |