İllər html versiyası



Yüklə 1,13 Mb.
tarix02.01.2022
ölçüsü1,13 Mb.
#35895
HTML PROQRAM


HTML veb səhifələrin yaradılması üçün istifadə olunan bir dildir. Onu qeyd etmək lazımdır ki, HTML proqramlaşdırma dili deyil və Hyper Text Markup Language sözlərinin akronimidir. HTML dili teqlərdən (tag) ibarətdir. HTML teqlər cütlər şəklində olur, məsələn cədvəlin başlanğıcını və sonunu göstərən teq aşağıdakı şəkildə olur:


Veb brouzerlərin məqsədi (Chrome, İE, Firefox, Safari) HTML fayllarını oxuyub istifadəçiyə göstərməkdir. Veb brouzerlər HTML teqləri göstərmir, amma bu teqlərdən istifadə edərək kontenti və necə göstərəcəyini aydınlaşdırır.
HTML dilinin inkişaf xronikası və illərə görə versiyaları aşağıdakı cədvəldə öz əksini tapıb.
İllər HTML versiyası
1991 HTML
1995 HTML 2.0
1997 HTML 3.2
1999 HTML 4.01
2000 XHTML
2014 HTML5
HTML faylları xüsusi (Microsoft WebMatrix, Sublime Text) mətn redaktorları və ya Notepad vasitəsilə redaktə edirlər. HTML öyrənməyə başlayanlara sadə mətn redaktorlarından istifadə etmək tövsiyyə olunur. (c)

Top of Form

1 Rəy


1 Paylaşma


Bu məqalədə, HTML haqqında ümumi məlumat, HTML ilə nələr edə bilərik, HTML nədir, HTML nə işə yarayı və bunun kimi bəsit suallara cavab verməyə çalışacam.


İlk öncə bununla başlayaq, baxmayaraq ki, blogumda HTML’i “Proqramlaşdırma” bölməsinə aid etmişəm, amma reallıqda HTML proqramlaşdırma dili ola biləcək potensialda deyil. Yəni HTML proqramlaşdırma dili hesab edilmir, lakin bu dil bizim işimizə bir çox işdə yarayır. Müxtəlif anketlər, qeydiyyat formları və bu tip şeyləri HTML ilə rahat şəkildə hazırlaya bilərik.
HTML və CSS (və JavaScript) əsasən birlikdə işlənir. CSS, hazırladığımız HTML kodlarının görünüşünü gözəlləşdirmək məqsədi ilə istifadə edilən bir dildir.

HTML’in mənası; “Hyper Text Markup Language”dir, lakin bu ifadə dilimizə tam olaraq tərcümə edilmir.


HTML veb səhifələri hazırlamaq üçün istifadə edilən əsas dillərdən biridir. Digər dillərdə olduğu kimi, bu dildə də fayl yaratdığımız zaman  sonluğunu müvafiq olaraq .html kimi save edirik.
HTML kodları yazmaq üçün isə sadə və rahat olan Notepad ++ı tövsiyyə edirəm.
Məncə bu qədər məlumat kifayətdir, indi isə bir neçə bəsit ifadələrə baxaq. 

———————


Yuxarıda da qeyd etdiyim kimi HTML bəsit bir dildir və demək olar ki, bir çox insan bu dili az-çox bilir. Buna baxmayaraq, bu məqaləmdə HTML’ə sıfırdan başlayacayıq. İlk öncə HTML’in giriş kodlarını yazırıq. Bunu daha aydın şəkildə aşağıdakı şəkildə görə bilərsiniz;



HTML Giriş

Yuxarıdakı şəkildə gördüyünüz kodlar, HTML’in giriş kodlarıdır. İndi gəlin, bir-bir bu taglərin hansı funksiyanı daşıdığını öyrənək.



  • ….

*Göründüyü kimi bu taglər, HTML kodların yazılmağa başladığını və bitdiyini göstərir.

  • ….

*Bu taglər arasına yazdığımız yazı isə  isə veb-səhifəmizin başlığının necə olacağını təyin edir. Yəni;

 


  • ….

*Bu taglərdən isə istədiyimiz bir file’ı HTML file’mıza çəkmək üçün istifadə edirik. Bu haqqda daha sonra ətraflı yazacam, indi isə sadəcə nümunə kimi bir şey göstərim;

 





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin