İMAM CƏFƏR SADİQ ƏLEYHİSSƏLAMIN HƏYATI
İmam Sadiq əleyhissəlamın elmi səviyyəsi
Siyasi ictimai və mədəni vəziyyət
Böyük Cəfəri məktəbi
İmam Sadiq (əleyhissəlam) məktəbinin şagirdlərindən bir nümunə
Nə üçün İmam Sadiq (əleyhissəlam) Abbasilər qiyamının başçılarının təklifini qəbul etmədi?
Zeyd ibn Əli əleyhissəlamın qiyamı
İmam Sadiq əleyhissəlamın həyatı barədə qısa məlumat
Altıncı İmamın adı Cəfər künyəsi Əbu-Abdullah ləqəbi Sadiq atası İmam Baqir (əleyhissəlam)
anası isə Ümmü-Fərvə olmuşdur.
İmam Sadiq (əleyhissəlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə
şəhərində dünyaya gəlmiş hicrətin yüz qırx səkkizinci ili altmış beş yaşında vəfat etmişdir.
Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır.
İmam Sadiq əleyhissəlamın müasiri olmuş xəlifələr
İmam Sadiq (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində İmamətə yetişmişdir. O Həzrətin
İmamət dövrü hicrətin yüz otuz ikinci ilində başa çatmış və bu dövr Əməvilər hakimiyyətinin
sonları və Abbasilər sülaləsinin əvvəllərinə təsadüf edir.
İmam Sadiq (əleyhissəlam) adları aşağıda çəkilən Əməvi xəlifələrini müasiri olmuşdur:
Hişam ibn Əbdülməlik (105-125 h.q);
Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q);
Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q);
İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü);
Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q);
Abbasi xəlifələrindən isə aşağıdakıların müasiri olmuşdur:
Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q);
Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q);
İmam Sadiq əleyhissəlamın elmi səviyyəsi
İmam Sadiq əleyhissəlamın elmi əzəmət və yüksəkliyinə aid çoxlu sübutlar vardır. Bu məsələ
həm şiə həm də sünni alimlərinin qəbul etdiyi bir mövzudur. Böyük alim və fəqihlər onun elm
mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür onun elm sahəsində üstün olduğunu tərifləyirlər.
Hənəfi firqəsinin məşhur banisi Əbu-Hənifə deyirdi: “Mən Cəfər ibn Məhəmməd
əleyhissəlamdan (İmam Sadiqdən) savadlı şəxs görməmişəm.” O həmçinin, deyirdi: “Mənsur
(Dəvaniqi) Cəfər ibn Məhəmməd əleyhissəlamı hüzuruna çağıran zaman məni çağırıb dedi:
“Camaat Cəfər ibn Məhəmmədin vurğunu olmuşdur onu məhkum etmək üçün bir sıra çətin
məsələləri nəzərində tut.” Mən qırx dənə çətin məsələ hazırladım. Bir gün Mənsur Hiyrədə
olarkən məni çağırtdırdı. Məclisə girərkən gördüm ki Cəfər ibn Məhəmməd (əleyhissəlam)
(İmam Sadiq) onun sağında oturub. Ona baxdıqda heybəti məni elə bürüdü ki heç Mənsuru
görəndə elə olmurdum. Salam verib Mənsurun işarəsindən sonra oturdum. Mənsur üzünü ona
(İmam Sadiq əleyhissəlama) tutub dedi: “Bu Əbu-Hənifədir.” O cavab verdi ki tanıyıram. Sonra
Mənsur üzünü mənə tutub dedi: “Ey Əbu-Hənifə! Öz məsələlərini Əbu-Abdullah (İmam Sadiq
(əleyhissəlam)) ilə müzakirəyə qoy.” Mən də məsələləri deməyə başladım. Hər hansı məsələni
soruşurdumsa, dərhal cavab verirdi ki sizin bu məsələ barədə əqidəniz filan Mədinə əhalisinin
əqidəsi filan bizim əqidəmiz də filandır. Bəzi məsələlərdə bizimlə həmfikir olur bəzilərində
Mədinə əhalisi ilə bəzilərində isə fikri tamam başqa olurdu. Bu minvalla düz qırx məsələ
soruşdum ki, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə İmam Sadiq əleyhissəlama işarə
edərək dedi: “O insanların ən alimi onların fiqhi məsələlərə aid olan ixtilaflarını bilən ən agah
adamdır.”
Maliki məzhəbinin banisi Malik deyirdi: “Bir müddət Cəfər ibn Məhəmməd əleyhissəlamın
yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı ya oruc tuturdu ya da
Quran oxuyurdu. Onu dəstəmazsız hədis danışan görmədim. Elm ibadət və təqvada Cəfər ibn
Məhəmməd əleyhissəlamdan üstün bir şəxsi nə bir göz görmüş nə bir qulaq eşitmiş nə də heç
kimin fikrinə belə gəlməmişdir.”
Şeyx Müfid yazır: “O Həzrətdən o qədər elm söylənilib ki artıq bütün müsəlmanların yanında
məşhur olmuş onun səs-sədası hər tərəfə yayılmış onun nəslindən olanların heç birindən onun
söylədiyi qədər elm söylənilməmişdir.”
İbn Həcər Heytəmi yazır: “O Həzrətdən o qədər elm söylənilmişdir ki artıq bütün müsəlmanların
yanında məşhur olmuş onun səs-sədası hər tərəfə yayılmış və fiqh və hədis aləminin böyük
rəhbərlərindən olan Yəhya ibn Səid İbn Cərih Malik Süfyan Suri Süfyan ibn Üyeynə Əbu-Hənifə
Şübə və Əyyub Sicistani kimi şəxslər ondan hədis söyləmişlər.
Onuncu əsrin görkəmli alimlərindən olan Əbu Bəhr Cahiz deyir: “Cəfər ibn Məhəmməd
(əleyhissəlam) elə bir şəxsdir ki onun elmi bütün dünyanı əhatə etmiş deyilənlərə görə Əbu-
Hənifə və eləcə də, Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması
onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər.”
Seyyid Əmir Əli Bəni Üməyyənin hakimiyyəti dövründə mövcud olmuş məzhəbi firqələr və
fəlsəfi məktəblərə işarə edərək yazır: “Dini rəy və fitvalar yalnız Əhli-beyt adamlarının yanında
özünə fəlsəfi baxım almışdı. O dövrdə elmin yayılması, bəhs və təhqiqat ruhiyyəsi yaratmış və
bütün ictimai yerlərdə fəlsəfi söhbətlər əsas yer tutmuşdu. Böyük fəxrlə qeyd etməliyik ki bu
ideoloji hərəkata Mədinədə çiçəklənmiş elm ocağı rəhbərlik edirdi. Bu elm ocağını Əli ibn
Əbutalib əleyhissəlamın Sadiq ləqəbli nəvəsi təsis etmişdi. O fəal təhqiqatçı böyük mütəfəkkir və
dövrün elmlərinə yaxşı bələd olan bir şəxs idi. O İslamda əsl fəlsəfə üsullu məktəb təsis edən ilk
şəxsiyyət olmuşdur. Onun elmi məclislərində sonralardan fiqhi məzhəb baniləri olmuş
adamlardan əlavə, uzaq yerdən gəlmiş filosof və fəlsəfə elminin tələbələri də, onun dərslərində
iştirak edirdilər. Bəsrə fəlsəfə məktəbinin banisi Həsən Bəsri və Mötəzilə məzhəbinin banisi Vasil
ibn Əta da, o Həzrətin şagirdlərindən olmuş onun elm mənbəyindən bəhrələnmişlər.»
Məşhur tarixçi ibn Xəllikan yazır: “O on iki İmamlı şiələrin İmamlarından biri Peyğəmbər
ailəsinin böyük şəxsiyyətlərindən biri olmuşdur. Düzgünlüyünə və doğru danışdığına görə onu
Sadiq adlandırmışlar. Onun fəzilət və kəraməti o həddədir ki daha bunu şərh etməyə ehtiyac
yoxdur. Əbu-Musa Cabir ibn Həyyan Tərtusi onun şagirdi olmuşdur. Cabir İmam Sadiq
əleyhissəlamın təlimlərini ehtiva etmiş və beş yüz risalədən ibarət olan min vərəq həcmində bir
kitab yazmışdır.
İmam Sadiq əleyhissəlamın dövründəki siyasi ictimai və mədəni
vəziyyət
İmamlar arasında İmam Sadiq əleyhissəlamın dövrü özünəməxsus yer tutmuş və o dövrdəki
siyasi-mədəni vəziyyət heç hansı bir İmamın dövründə olmamışdır. Çünki həmin dövr Bəni-
Üməyyə hakimiyyətinin zəiflədiyi Bəni-Abbasın qüdrətinin isə artdığı bir dövr olmuşdur. Bu iki
dəstə bu müddətdə bir-biri ilə mübarizədə olmuşdur. Hişam ibn Əbdülməlikin dövründən etibarən
Abbasilərin siyasi təbliğatı başlamış hicrətin yüz iyirmi doqquzuncu ilində bu təbliğat artıq silahlı
və nizamlı mübarizəyə çevrilmiş nəhayət yüz otuz ikinci ildə Abbasilərin qələbəsi ilə
nəticələnmişdir. Bu dövrdə Bəni-Üməyyə siyasi çətinliklər içərisində olduğundan daha İmam
Sadiq (əleyhissəlam) və şiələrə (İmam Səccad əleyhissəlamın dövründə olduğu kimi) təzyiq
göstərməyə fürsət tapmırdı. Abbasilər də hakimiyyətə gəlməzdən qabaq Peyğəmbər ailəsinin
tərəfdarı və onların intiqamını almaq şüarı altında hərəkət etdikləri üçün onlar tərəfdən bir
çətinlik törənmirdi. Bu cəhətdən də, bu dövr İmam Sadiq əleyhissəlamın və şiələrin nisbi rahatlıq
və azadlıq dövrü onların elmi-mədəni fəaliyyətləri üçün çox yaxşı fürsət hesab olunurdu.
Xüsusi mədəni şərait
Fikir və mədəniyyət cəhətdən də, İmam Sadiq əleyhissəlamın dövrü mədəniyyət və fikir yüksəlişi
dövrü olmuşdur. O dövrdə İslam cəmiyyəti içərisində misli görünməmiş dərəcədə elmə həvəs
yaranmış və müxtəlif elmlər istər Quran qiraəti təfsir hədis fiqh və əqaid kimi İslami elmlər
istərsə də tibb fəlsəfə astronomiya riyaziyyat və bu kimi digər dünyəvi elmlər meydana gəlmişdi.
Belə ki azca düşüncə tərzi olan hər bir şəxs elm bazarına müraciət edirdi. Deməli İmamın cavab
verməsinin labüd olduğu bir elm teşnəliyi yaranmışdı.
Bu elmi yüksəlişə səbəb olan amilləri aşağıdakı şəkildə xülasə etmək olar:
1. İslamda fikir və əqidə azadlığı; Düzdür bu fikir azadlığında Abbasilərin də rolu olmuşdur
ancaq bu azadlığın bünövrəsi İslam təlimlərində idi. Yəni əgər Abbasilər bunun qarşısını almaq
istəsəydilər yenə bacarmazdılar.
2. O dövrün mühiti tamamilə bir İslami mühit olmuş və camaat məzhəbi fikirlərin təsir dairəsində
olmuşdur. İslam Peyğəmbərinin eləcə də, Quranın elm öyrənmək elm barədə düşünmək
haqqındakı alqışları bu elmi yüksəlişin meydana gəlməsində əsas amillərdən biri olmuşdur.
3. İslamı yenicə qəbul etmiş qəbilələrin əksəriyyəti elm və fikir sabiqəsinə malik olan qəbilələr
olmuşlar. Hətta bəzi vaxtlar bu qəbilələr İran Misir və Suriya qəbilələri kimi o dövr
mədəniyyətinin mərkəzinin əhalisindən hesab olunurdular. Onlar İslam təlimatına dərindən
yiyələnmək üçün təhqiq tədqiqat və nəzər mübadiləsi ilə məşğul olurdular.
4. Dini güzəşt yaxud qeyri-müsəlmanlarla xüsusən də, kitab əhli ilə dinc-yanaşı qonşuluq.
Müsəlmanlar kitab əhli ilə yola gedir və bunu heç də öz dini qayda-qanunlarına zidd bilmirdilər.
O dövrdə kitab əhli əsasən, alim və savadlı adamlar olmuşlar. Müsəlmanlar onlarla elmi əlaqələr
yaradır bu isə təbii ki bəhs təhqiqat və elmi münazirələrə gətirib çıxarırdı.
Məzhəb və firqələrin bir-biri ilə rəftarı
İmam Sadiq əleyhissəlamın dövrü, həm düşüncə və fikirlərin bir-biri ilə mübadilə olunması həm
də məzhəb və firqələrin meydana gəldiyi bir dövr olmuşdur. Müsəlmanların kitab əhlinin eləcə də
yunan alimlərinin əqidə və nəzərləri ilə üzləşməsi nəticəsində müxtəlif növ çətinliklər irəli
çıxmışdı. O dövrdə Mötəzilə Cəbriyyə Mürciə Qulat Zənadiqə Müşəbbihə Mütəsəvvifə
Mücəssəmə Tənasüxiyyə və bu kimi məzhəblər yaranmış və bunların hər biri öz əqidələrini
yaymağa çalışmışlar. Bundan da əlavə, İslami elmlərin hər birində o elmin alimləri arasında fikir
müxtəlifliyi yaranırdı. Məsələn, Quran qiraəti təfsir hədis fiqh və əqaid elmlərində qızğın
mübahisələr yaranır hərə bir cür hökm verərək müxtəlif nəzəriyyəni himayə edirdi.
Böyük Cəfəri məktəbi
İmam Sadiq (əleyhissəlam) yaranmış əlverişli siyasi vəziyyəti və cəmiyyətin böyük ehtiyacını
həmçinin, ictimai şəraitin hazır olduğunu nəzərə alıb atası İmam Baqir əleyhissəlamın elmi və
mədəni inqilabının yolunu davam etdirərək böyük elm ocağı böyük məktəb təsis etdi. O dövrün
dini və dəqiq elmləri sahəsində sayı dörd minə yaxın qeyd edilmiş Hişam ibn Həkəm Məhəmməd
ibn Müslim Əban ibn Təğlib Hişam ibn Salim Mömin Taq Müfəzzəl ibn Ömər Cabir ibn Həyyan
və s. kimi seçilmiş böyük şagirdlər yetişdirdi. Bu şagirdlərin hər biri öz növbəsində böyük elmi
şəxsiyyət və parlaq simalardan olub böyük xidmətlər göstərmişdir. Onlardan bəziləri böyük elmi
əsərlər yazmış çoxlu şagirdlər yetişdirmişlər. Misal üçün qeyd edə bilərik ki Hişam ibn Həkəm
otuz bir cild Cabir ibn Həyyan isə müxtəlif elmlər sahəsində istər dəqiq elmlər istər təbiət elmləri
istərsə də o dövrdə geniş yayılmış kimya sahəsində iki yüz cilddən artıq kitab yazmış məhz buna
görə də, “kimyanın atası” ləqəbini almışdır. Cabirin kitabları orta əsrlər dövründə Avropanın
müxtəlif dillərinə tərcümə edilmişdir. Yazıçılar onun xatirəsini böyük əzəmətlə yad edirlər.
Tövhidi Müfəzzəl risaləsi
Qeyd etdik ki İmam Sadiq (əleyhissəlam) təbii elmlər sahəsində bir sıra elmi bəhslər aparmış bu
günkü alimləri heyrətə gətirən üstüörtülü sirləri açmışdır. Bu məsələnin ən aşkar nümunəsi
(Cabiri yetişdirməsindən əlavə) Tövhidi Müfəzzəldir. İmam Sadiq (əleyhissəlam) onu dörd gün
ərzində imla etmiş Müfəzzəl ibn Ömər Kufi də onu qələmə alaraq nəticədə “Tövhidi Müfəzzəl”
adlı kitabı meydana gəlmişdir. Müfəzzəl özü bu kitabın müqəddiməsində deyir: “Bir gün
axşamçağı Peyğəmbərin məscidində oturub o Həzrətin əzəməti və Allahın ona əta etdiyi şərəf
fəzilət və s. barədə fikirləşirdim. Bu vaxt Zənadiqə firqəsindən olan ibn Əbül-Əvca məscidə daxil
olub bir yerdə oturdu. Mən onun söhbətini eşidirdim. Dostlarından biri də gəlib onun yanında
oturduqdan sonra bu iki nəfər İslam Peyğəmbəri barədə nə isə danışmağa başladılar. İbn Əbül-
Əvca dedi: “Ağlım adında heyran qalmış işlərində çaş-baş qalmış Məhəmmədin (səlləllahu əleyhi
və alih) adından əl çək onun gətirdikləri barədə söhbət et.” Sonra onlar Allah-taala barədə söhbət
etməyə başladılar. Söhbətlərinin nəticəsi belə oldu ki bu dünyanın heç yaradanı yoxdur hər şey
öz-özünə təbiətdə yaranmışdır. Bu həmişə belə olub və belə də olacaq.”
Müfəzzəl sonra əlavə edib deyir: Bu axmaq və əsassız sözləri Allah rəhmətindən uzaq düşmüş bu
şəxsdən eşitdikdə hirsimdən dayana bilməyib dedim: “Ey Allahın düşməni! Kafir olmusan? Səni
ən gözəl surətdə yaratmış müxtəlif hallardan çıxarıb nəhayət bu həddə yetirən Allahı inkar
edirsən? Əgər özünə nəzər salıb bir az fikirləşsən Allahın nişanələrini elə öz vücudunda müşahidə
edərsən. Görərsən ki Onun elm və hikmət nişanələri sənin öz vücudunda cəmlənmişdir.”
İbn Əbül-Əvca dedi: “Ay kişi əgər sən mütəkəllimlərdənsənsə (əqaid elmindən xəbərdar olub
bəhs və münazirədə mahirsənsə) səninlə onların dilində danışım əgər bizi məğlub etsən sənə tabe
olacağıq. Yox əgər onlardan deyilsənsə səninlə söhbət etməyin faydası yoxdur. Əgər Cəfər ibn
Məhəmməd Sadiq əleyhissəlamın dostlarındansansa heç onun özü bizimlə bu cür söhbət etmir. O
bizim bu sözlərimizi səndən də çox eşidib ancaq bizi acılamayıb və bizimlə söhbətdə ədəb-ərkanı
qoruyub saxlayıb. O səbirli təmkinli və ağıllı adamdır heç vaxt qəzəb onu üstələyə bilmir. Bizim
sözlərimizi dinləyir ürəyimizdə nə varsa deyirik elə bilirik ki ona qalib gəlmişik o isə çox az
söhbətlə hüccəti bizə tamamlayır. Belə ki daha ona cavab verə bilmirik. Əgər sən də onun
tərəfdarlarındansansa onda ona layiq şəkildə bizimlə söhbət et.”
Mən qəmli halda məsciddən çıxdım. İslam və müsəlmanların bu cür kafirlərə və onların Allahı
inkar etmələri barədəki şəkk-şübhələrinə mübtəla olması barədə fikirləşirdim. Ağam İmam Sadiq
əleyhissəlamın hüzuruna gəldim. İmam məni qəmgin və fikirli görüb soruşdu: “Sənə nə olub?”
Mən o kafirlərin sözlərini İmam əleyhissəlama dedim. İmam (əleyhissəlam) buyurdu: “Sənin
üçün Allahın, dünyanın – heyvanların yırtıcıların həşəratların quşların ümumiyyətlə, hər hansı bir
canlının istər insan olsun istər heyvan istərsə də bitki - meyvəli ağaclar meyvəsiz ağaclar
yeyilməli bitkilər yeyilməyən bitkilərin - yaradılmasında olan hikmətini açıqlayacağam. Qoy ibrət
götürənlər ondan ibrət götürsün və möminlər onunla öz mərifətlərini artırsın kafir və inadkarlar
isə ona heyran qalsınlar. Sabah səhər bizə gəl...”
Bu söhbətdən sonra Müfəzzəl dörd gün ardıcıl olaraq İmam Sadiq əleyhissəlamın hüzuruna getdi.
İmam Sadiq (əleyhissəlam) insanın yaranışı yaranışın əvvəli zahiri və batini qüvvələr insanın fitri
sifətləri insanın bədən üzvləri müxtəlif növ heyvanların yaranışı və eləcə də, yer-göyün yaranması
bəla və təbii fəlakətlərin fəlsəfəsi və bir çox başqa məsələlər barədə söhbət etdi və Müfəzzəl də
onları qeydə aldı.
İmam Sadiq (əleyhissəlam) məktəbinin genişliyi
İmam Sadiq (əleyhissəlam) o dövrün bütün ideoloji və əqidəvi qurumları ilə üzləşmiş İslam və
şiəçiliyin mövqeyini onlar üçün aşkar edərək İslam dünya görüşünün onlardan üstün olduğunu
sübuta yetirmişdir.
İmam Sadiq əleyhissəlamın əzəmətli elmindən təkcə şiələr deyil eləcə də sünni məzhəbinin
nümayəndələri də faydalanırdılar. Sünni məzhəbinin tanınmış rəhbərləri bilavasitə ya da hər hansı
bir vasitə ilə o Həzrətin şagirdləri olmuşlar. Bu rəhbərlərin önündə Əbu Hənifə durur. O iki il
İmam Sadiq əleyhissəlamın şagirdi olmuşdur. Əbu Hənifə bu iki ili öz elminin bünövrəsi kimi
qeyd edərək deyir: “Əgər o iki il olmasaydı Noman (Əbu Hənifə) həlak olardı.”
İmam Sadiq əleyhissəlamın şagirdləri Kufə Bəsrə Vasit Hicaz və digər müxtəlif şəhərlərdən
həmçinin, Bəni–Əsəd Məxariq Teyy Süleym Qətəfan Əzd Xüzaə Xəsəm Bəni-Zəbbə Qüreyş
xüsusilə də, Bəni-Haris ibn Əbdülmüttəlib və Bəni-Həsən qəbilələrindən olmuşlar.
İmam Sadiq (əleyhissəlam) məktəbinin genişliyi haqqında bu yetər ki İmam Riza əleyhissəlamın
şagirdlərindən olan (və neçə il İmam Sadiq əleyhissəlamdan sonra yaşayan) böyük hədisçilərdən
biri olmuş Həsən ibn Əli ibn Ziyad Vəşşa deyir: “Kufə məscidində hamısı Cəfər ibn Məhəmməd
əleyhissəlamdan hədis söyləyən doqquz yüz hədis müəllimi gördüm.”
İbn Həcər Əsqəlaninin dediyinə görə Şübə Süfyani Suri Süfyan ibn Üyeynə Malik İbn Cərih Əbu
Hənifə Musa ibn Əbu Hənifə Vəhib ibn Xalid Qəttan Əbu Asim və bu kimi bir çox digər fəqih və
hədisçilər İmam Sadiq əleyhissəlamdan hədis söyləmişlər. Şafei yazır: “Onun (İmam Sadiq
əleyhissəlamın) tövhid və digər sahələrdə qiymətli kəlamları var. Onun şagirdi olmuş Cabir ibn
Həyyan beş yüz risalədən ibarət olan min vərəqli bir kitab yazmışdır.”
İmam Sadiq (əleyhissəlam) öz şagirdlərinin hər birini onun istedadına uyğun olan sahədə
yetişdirir nəticədə şagirdlərinin hər biri hədis təfsir əqaid və bu kimi elmlərin biri və ya ikisində
mütəxəssisə çevrilirdi. Bəzi vaxtlar İmam Sadiq (əleyhissəlam) onunla elmi bəhs və münazirə
etmək istəyən şəxslərə bildirirdi ki onun həmin sahədə mütəxəssis olmuş tələbəsi ilə bəhs etsin.
Hişam ibn Salim deyir: “Bir gün İmam Sadiq əleyhissəlamın bir neçə dostu ilə birlikdə o Həzrətin
yanında oturmuşduq. Bu vaxt Şam şəhərindən olan bir kişi icazə istəyib məclisə daxil oldu. İmam
ona əyləşmək üçün yer göstərdi. Sonra ondan soruşdu: “Nə istəyirsən?” Şam şəhərindən olan kişi
dedi: “Eşitmişəm ki siz camaatın bütün suallarına cavab verib çətinliklərini həll edirsiniz mən də
gəlmişəm sizinlə elmi bəhs edəm.” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Hansı mövzuda bəhs
etmək istəyirsən?” Şam şəhərindən olan kişi dedi: “Quranın qiraəti barədə.” İmam Sadiq
(əleyhissəlam) üzünü Həmrana tutub buyurdu: “Həmran bu kişinin cavabı sənin öhdənədir.”
Şamdan olan kişi dedi: “Mən Həmranla yox məhz Sizinlə bəhs etmək istəyirəm.” İmam Sadiq
(əleyhissəlam) buyurdu: “Əgər Həmranı məğlub etsən elə bil ki məni məğlub etmisən.” Şam
şəhərindən olan kişi çarəsiz qalıb Həmranla bəhsə başladı. Nə dedisə Həmrandan qəti və
qaneedici cavab eşitdi. Belə ki nəhayət yorulduğu üçün bəhsi davat etdirməkdən əl çəkdi.
İmam Sadiq (əleyhissəlam) buyurdu: “Həmranın səviyyəsi necədir?”
Şamlı kişi: “Doğrusu Həmran çox mahirdir nə soruşdumsa layiqincə cavab verdi. İndi istəyirəm
sizinlə lüğət və ərəb ədəbiyyatı barədə bəhs edəm.”
İmam Sadiq (əleyhissəlam) üzünü Əban ibn Təğlibə tutub buyurdu: “Onunla bəhs et!”
Əban ibn Təğlib onun bütün suallarına cavab verib onu susdurdu.
Şam şəhərindən olan kişi dedi: “İstəyirəm fiqh (şəriət elmi) sahəsində sizinlə bəhs edəm.”
İmam Sadiq (əleyhissəlam) Zürarəyə buyurdu: “Onunla bəhs et!”
Zürarə onunla bəhs edib qısa bir zamanda onu məğlub etdi.
Şamdan olan kişi dedi: “İstəyirəm əqaid barəsində sizinlə bəhs edəm.”
İmam Sadiq (əleyhissəlam) Mömin ibn Tağa buyurdu ki onunla bəhs etsin. Çox çəkmədi ki
Mömin ibn Taq da onu məğlub etdi.
Daha sonra Şam şəhərindən olan kişi insanın xeyir və ya şər işi tərk edə bilməsi yaxud bilməməsi
tövhid və İmamət barədə bəhs etmək istədikdə İmam Sadiq (əleyhissəlam) ardıcıl olaraq
Həmzeyi-Təyyar Hişam ibn Salim və Hişam ibn Həkəmə buyurdu ki onunla bəhs etsinlər. Bu üç
nəfərin üçü də Şam şəhərindən olan kişini qəti və əsaslı sübutlarla məğlub etdilər.
Bu həyəcanlı hadisəni müşahidə etməklə sevincdən İmam Sadiq əleyhissəlamın dodaqlarına şirin
bir təbəssüm qonmuşdu.1
İmam Sadiq əleyhissəlamın münazirələri
Bundan öncə qeyd etdik ki İmam Sadiq əleyhissəlamın yaşadığı dövr fikir və düşüncə mübarizəsi
müxtəlif məzhəb və firqələrin meydana gəldiyi dövr olmuşdur. İslam maarif və mədəniyyətinin
yunan alim və filosofların fikir və rəyləri ilə mübarizəsi nəticəsində bir sıra şübhələr meydana
çıxmışdı. Buna görə də, İmam Sadiq (əleyhissəlam) İslam və şiə əsaslarını tanıtdırmaq məqsədi
ilə bu məzhəblərin başçı və tərəfdarları ilə çoxsaylı və həyəcanlı münazirələr edirdi. Bu
münazirələrlə o bu məzhəblərin əqidəsinin puç İslam əqidəsinin isə üstün olduğunu kəskin və
məntiqli sübutlarla isbat edirdi.
İmam Sadiq əleyhissəlamın müxtəlif münazirələri arasından nümunə üçün o Həzrətin Hənəfi
məzhəbinin banisi Əbu Hənifə ilə münazirəsini hörmətli oxucuların nəzərinə çatdırırıq.
Bir gün Əbu Hənifə İmam Sadiq (əleyhissəlam) ilə görüşmək məqsədilə onun evinə gəlib görüş
üçün icazə istədi. İmam Sadiq (əleyhissəlam) icazə vermədi.
Əbu Hənifə deyir: Bir qədər qapının ağzında gözlədim. Bu vaxt bir neçə kufəli şəxs gəlib İmam
əleyhissəlamla görüşmək üçün icazə istədi. İmam onlara icazə verdi. Mən də onlarla birlikdə içəri
girdim. Onun hüzuruna yetişdikdə dedim: “Yaxşı olar ki siz Kufəyə bir nümayəndə göndərib
oranın əhalisini Peyğəmbərin səhabələrinə nalayiq sözlər deməkdən çəkindirəsiniz. Orada on min
nəfərdən çox adam Peyğəmbərin dostları üçün nalayiq sözlər deyir.” İmam Sadiq (əleyhissəlam)
buyurdu: “Camaat mən deyəni qəbul etmir.”
Əbu Hənifə: “Siz Allah Peyğəmbərinin nəvəsi olduğunuz bir halda necə ola bilər camaat sizin
sözünüzü qəbul etməsin?!”
İmam Sadiq (əleyhissəlam): “Mənim sözümə qulaq asmayanlardan biri də, elə sən özünsən.
Məgər mənim icazəm olmadan evə daxil olmamısan mənim icazəm olmadan oturmamısan və
mən icazə verməmiş sözə başlamamısan?”
Sonra əlavə edib buyurdu: “Eşitdiyimə görə sən müqayisə əsasında hökm verirsən!”
— Bəli!
— Vay olsun sənə! Müqayisə əsasında hökm verən ilk şəxs (məxluq) Şeytan olmuşdur. Allah ona
“Adəmə səcdə et” - deyə buyurduqda o cavab verdi ki: “Mən səcdə etmirəm çünki mən ondan
daha yaxşıyam. Sən məni oddan onu isə palçıqdan yaratdın.”
(Sonra İmam Sadiq (əleyhissəlam) şəriətdə müqayisənin batil olduğunu isbat etmək üçün bununla
zidd olan bir neçə şəriət hökmü qeyd edərək buyurdu:)
— Səncə bir nəfəri nahaqdan öldürməyin günahı ağırdır yoxsa zinanın?
— Bir nəfəri nahaqdan öldürməyin.
— (Əgər müqayisə olunan hökmə əməl etmək olarsa) bəs nə üçün qətl hadisəsini isbat etmək
üçün iki zinanı isbat etmək üçün isə dörd şahid lazımdır? İslamın bu qanunu müqayisə ilə uyğun
gəlirmi?
— Xeyr!
— Sidik daha çox murdardır yoxsa məni?
— Sidik.
— Bəs nəyə görə birincidə (sidikdə) Allah-taala insanlara dəstəmaz almağı ikincidə (mənidə) isə
qüsl almağı əmr edir? Bu hökm müqayisə ilə uyğundur?
— Xeyr!
— Namaz daha çox əhəmiyyətlidir yoxsa oruc?
— Namaz.
— Bəs nəyə görə heyz (aybaşı) halı görmüş qadına namazın qəzası vacib deyil ancaq orucun
qəzası vacibdir? Bu hökm müqayisə ilə uyğun gəlir?
— Xeyr!
— Qadın daha çox zəifdir yoxsa kişi?
— Qadın.
— Bəs nə üçün kişinin irs payı qadının irs payının iki bərabəri qədərdir? (Əgər qadın zəifdirsə
onda qoy o daha çox irs aparsın.) Bu hökm müqayisə ilə uyğun gəlirmi?
— Xeyr!
— Nə üçün on dirhəm oğurlamış şəxs barədə Allah onun əlinin kəsilməsini ancaq bir nəfər digər
birisinin əlini kəsərsə beş yüz dirhəm diyə verməsini əmr etmişdir? Bu hökm müqayisə ilə uyğun
gəlirmi?
— Xeyr!
— Eşitmişəm ki sən
Dostları ilə paylaş: |