İmam Sadiqin (ə) bəyani ilə yaranişİn siRLƏRİ


Uşağın doğulması, qidalanması, dişlərin inkişafı və baliğ1 olması



Yüklə 0,56 Mb.
səhifə4/20
tarix26.05.2017
ölçüsü0,56 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Uşağın doğulması, qidalanması, dişlərin inkişafı və baliğ1 olması.


O, vaxt ki, körpənin yaranışı kamil oldu, bədəni möhkəmləşir, dərisi hava ilə uyğunlaşır və gözü işığı görmək qabiliyyətinə malik olur. Sonra ananın doğum ağrıları başlayir və ağrılar o qədər çətinləşir ki, körpə ağrının sıxıntısından dünyaya gəlir. Həmin qan ki bir vaxt körpənin qidası idi, indi başqa bir rəng və iy ilə və başqa qida şəklində ananın döşündən gəlir. Bu qida körpə üçün hər şeydən faydalıdır. Körpə dünyaya gələndə ac olmağını bildirmək üçün dilini çölə çıxarır və ağzının ətrafında dolandırır. Bu vaxt anasının iki məşkə bənzər döşlərini tapır. O, vaxta qədər ki daxili zərif, ə`zaları yumşaqdı ondan içir. Körpə ki, hərəkət edir, güclü yeməklərə möhtac olur.bədəni möhkəmləşəndən sonra, ağzında dəyirman dişlər çıxır, ta qidanı əzib yunşaltsın və rahatlıqla yesin. Baliğ olana qədər o həmişə belədir. Bu vaxt əgər oğlandırsa, üzündə tük çıxır ki, onun cinsinin və izzətinin nişanəsi olsun. Əgər qızdırsa, üzünə tük çıxmır.

Ey Müfəzzəl! Bu mərhələlərin haqqında yaxşı fikirləş, bütün bunların öz-özünə baş verməsi mümkündürmü?.. Bilirsən ki, əgər ana bətnində qan körpəyə yetişməsə, həmin körpə susuz bir bitki kimi quruyar və solar? Bilirsənmi ki, körpə böyüyəndən sonra ana əgər doğum sancılarını hiss etməsə, o ana bətnində diri-diri bastırılmış kimi olar. Əgər uşağı süd və münasib qidalarla qidalandırmasalar acından ölər. Əgər dişləri münasib vaxtda çıxmasa, yeməyi əzə bilməz.və həmişə süd yeyər. Buna görə də onun bədəni qüvvətli və möhkəm olmaz. Anası ona görə başqa uşaqlarının tərbiyəsindən geri qalar.


Üzdə tükün çıxmasının sirri.


Əgər körpənin üzündə tük çıxmasa həmişə qadınlar və uşaqlar kimi olar, nəticədə nə vüqarlı olar nə əzəmətli. Müfəzzəl deyir: ərz etdim, mənim ağam! Mən bə`zi kəslər görmüşəm ki, qocaldılar amma üzlərində tük çıxmamışdı. Həzrət (ə) buyurdu: “Bu onların əməllərinin nəticəsidir ki, qabaqdan göndərmişdilər və Allah-Taala heç vaxt zülmü bəndəsinə rəva bilmir” (Ənfal surəsi ayə 51)

Əgər bu tədbir və hikmət öz-özünə xəlq olsaydı və bu işlər öz başına olsaydı, lazım gələrdi ki, yaranışda nizamsızlıq olsun. Şübhəsiz ki, bu nəlaiq sözlər o kəsin savadsızlıqının nişanəsidir. “Allah kafirlərin dediyindən daha üstün və münəzzəhdir” (İsra surəsi ayə 43)


Əgər insan ağıllı dünyaya gəlsəydi.


Əgər körpə ağıllı dünyaya gəlsəydi, dünyanın yaranışını inkar edərdi. O Dünyada olan cürbəcür heyvanlarla üzləşsə, indiyə qədər görmədiyi mö`cüzələri görsə, onun düşüncəsi bütün bunların içində azıb qalardı. Bil ki, aqıl bir insanı bir yerdən başqa yerə aparıb, orada əsir etsələr, həmin torpağın mö`cüzələrin görəndə valeh və heyran olacaq. Amma bunun əksinə olaraq bir uşağı əgər uşaqlıqda tanımadığı bir yerə əsir etsələr həmin yerin dilini və qanunlarını tezliklə öyrənə bilməz.

Əgər körpə, aqil və alim dünyaya gəlsəydi, qüdrətsiz olduğuna görə, gərək başqaları onu çiyninə alardı, südünü içirdəydi, beşikdə yatirdaydı. O zaman körpə xarlıq və alçaqlıq hiss edərdi. Həmçinin belə olan halda onda uşaqlarda olan şirinlik, sevgi olmazdı. Buna görə də uşaq dünya işlərindən xəbərsiz dünyaya gəlir. Onlar zəif, az və naqis fikirləri ilə hər şeylə üz-üzə gəlir, amma yavaş-yavaş bütün bunlarla aşina olur.

Bu işdə bundan başqa çoxlu hikmətləri də gizlənmişdir. O cümlədən əgər uşaq ağıllı dünyaya gəlsəydi; övlad şirinliyi aradan gedərdi. Ata və ana uşağın tərbiyəsində gizlənmiş səlahiyyətə çata bilməzdilər. Övladın qoca valideynlərə hörmət etməsi lazım gəlməzdi.

Həm də belə fərz etsək, onda övlad və valideyin arasında heç bir məhəbbət və ülfət olmazdı. Çünki uşaq valideyn tərbiyəsinə möhtac olmazdı. Allah-Taalahər şeyi öz münasib və yerli-yerində qərar vermişdir. Xəiqətdə heç bir əyrilik və səhvlik yoxdur.


Uşağın ağlamağının faydaları


Ey Müfəzzəl! Uşağın ağlamağının faydalarından da agah ol. Bil ki, uşağın beynində bir rütubət vardır ki, əgər orda qalsa, zərərli xəstəliklər əmələ gətirər. Məsələn korluq kimi. Ağlamaq həmin rütubəti beyndən xaric edir. Bu yolla uşaq sağlam olur və korluğun qarşısını alır. Ata və ana bu sirrdən xəbərsizdilər. Ona görə də uşağın ağlamağına mane olurlar. Onlar həmişə hər cür çətinliklə çalışırlar ki, onu sakit etsinlər. Onun ağlamağının qarşısını almaq üçün hər şey hazırlayırlar. Ancaq bilmirlər ki, ağlamaq onun xeyrinədir. Bu yolla çox şeylər yaranışda gizlənmişdir ki, insanlar bundan qafildirlər. Əgər bu mənfəətlərdən xəbərdar olsaydılar, heç vaxt deməzdilər ki, filan şey əbəs yerə yaradılıb. Çox şeylər vardır ki, bəşər az elmi ilə ondan xəbərsiz, amma Allah-Taalasonsuz elmi ilə ondan xəbərdardır.

Amma uşağın ağzından gələn su əgər onun bədənində qalsa, onda xoşagəlməz bir əsər qoyar. Əgər bədənin rütubəti bədəndə olan digər ünsürlərə qələbə etsə, insan dəliliyə, iflicə, axmaqlığa düçar olar. Allah bu cür məsləhət görmüşdür ki, bu rütubət uşaqlıq dövründə ondan xaric olsun. Bu yolla Allah-Taalasavadsızlığına görə yaranmışların boynuna minnət qoymuş və onlara lütf etmişdir. Əgər onlar saysız-hesabsız ne`mətlərdən xəbərdar olsaydılar, heç vaxt günah etməzdilər. Pak və münəzzəhdir o Allah ki, onun müstəhəqlərə və məxluqata olan ne`mətləri böyükdür! Və O, batil şəxslərin fikirləşdiyindən daha üstündür.


Bədən üzvlərinin faydaları


Ey Müfəzzəl! Insanın bədən üzvləri və onlarda gizlənmiş tədbirlər haqqında fikirləş. əllər işləmək, ayaqlar yol getmək, qara ciyər öd ifraz etmək, və ciniyyət üzvləri insanın nəslini qorumaq üçün yaradılmışdır. Əgər bu üzvlərin işi haqda dərindən fikirləşsən, hər bir üzvün hikmət və tədbirlə yaradıdığını dərk edərsən.

Təbiət əhlinin fikirlərinə cavab.


Müfəzzəl deyir: dedim ağa! Bə`ziləri elə fikirləşirlər ki, kainatı tə`biət yaradıb. İmam (ə) buyurdu: Onlardan soru bu təbiət elm və qüdrətə sahibdir ya yox? Əgər desələr bəli, bəs niyə xaliqi isbat etməkdən boyun qaçırırlar? Bu da onun işi və tədbiri. Yox əgər desələr ki, elm və qüdrətsiz bu hikmətli və tədbirli işləri əncam verib, onda mə`lum olar ki, bu iş hakim olan Allahdandır. Əslində onların təbiət dedikləri həmin Allahdır ki, adını təbiət qoyublar.

Kataloq: dosya -> uygulama
uygulama -> Sərbəst toplaşmaq azadlığı haqqında
uygulama -> MƏSƏLLƏr müƏLLİF: MÖHSİn qəRAƏTİ
uygulama -> İslam şƏRİƏTİNDƏ sağlamliq və uzun öMÜRLÜLÜk elmi VƏ TİBBİ SÜbutlarla müəllif: Mehdi Tahiri
uygulama -> Quranın təhrİfİnə daİr İttİhamlara cavab
uygulama -> Mİratur-rəŞAD” (Hidayət güzgüsü) Müəllif: Ayətullahül-üzma Əbdüllah Mamaqani
uygulama -> İslamda Qəhrəman Qadınlar Kitabın müəllifi: Məhəmməd Məhəmmədi İştiharidi
uygulama -> İmam hüseyn (Ə) barəSİNDƏ HƏDİSLƏr təRTİb edəN: S. Bağirzadə
uygulama -> Hicri-qəməri tarixi ilə 1319-cu ildə Misirdə «Əl-Kubraye-əmiriyyə» mətbəəsində ikinci dəfə nəşr olunan «Təfsiri-Kəşşaf»da
uygulama -> MÜƏLLİF: ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM
uygulama -> I. Jurnalistlər və bloqçular

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə