İmtahanın sualı



Yüklə 20,69 Kb.
tarix30.12.2021
ölçüsü20,69 Kb.
#49353
Belge2docx
Belge, Belge

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Kimya və biologiya fakültəsi

Biologiya müəllimliyi ixtisasının 1903- B qrup tələbəsi

Əzizova Şövkət Elxan qızının

İmtahan tapşırığı


İmtahanın sualı: Badımcançiçəklilər fəsiləsi. Əsas cinsləri.

Fənn müəllimi: b.ü.f.d Aslanova Sənubər.

Badımcançiçəklilər fəsiləsi . Əsas cinsləri.

Örtülütoxumlular şöbəsinin , ikiləpəlilər sinifi , badımcançiçəklilər sırası və badımcankimilər fəsiləsi Azərbaycan Respublikasında on cinsi və iyirmi beşə qədər növü özündə birləşdirir. Tropik və subtropik zonalarda əsasəndə Amerikada 85 cinsi və 200 növü yayılmışdır. Badımcankimilər fəsiləsi həyati yaşam formalarına görə ot və kol eyni zamanda lian , bəzi hallarda da ağac formasında olurlar. Kənardan bitki yarpaqlarını müşahidə etdikdə onun növbəli düzüldüyünü , yarpaqaltlıqsız olduğunu kənarlarının isə tam və ya bölümlü olduğunu görürük. Çiçəklərinə gəldikdə isə çiçəkləri ikicinsli aktinomorf bəzi hallarda isə ziqomorf olur. Aktinomorf çiçək yəni, hər bir dairəsində hissələri eyni olan və onlardan sadəcə olaraq bir neçə simmetriya sahəsi keçən çiçəklərə deyilir. Ziqomorf isə yalnız bir simmetriya sahəsi olan çiçəklərdir. Çiçəklər çiçək qruplarında bəzi növlərində isə tək- tək yerləşmişdir. Çiçəkyanlıqları beş üzvlü olur. Kasacığın yarpaqları bitişikdir , dərindir və bölümlüdür , həmçinin böyüyən meyvənin üzərində qala bilir. Çiçəyin tacı rəngarəng olur , tacın borusu qısa , bəzilərində isə uzun olur. Ləçəklərinə baxdıqda onun bitişik olduğunu görürük. Lövhəcik isə beşpərli çarxşəkilli və ya qıfaoxşar büküşlərə malik olur. Çiçəyin androseyi yəni, erkəkciyi 5 ədəd bəzi növlərdə isə daha az ola bilir. Tozluqları iri və çiçəyin mərkəzinə yaxınlaşmış olur. Bu uyğunlaşma bütün növlər üçün səciyyəvi deyil. Ginesey yəni dişicik iki meyvə yarpağının birləşməsindən əmələ gəlir. Yumurtalıqları isə üst vəziyyətdə olur. Bunlar çiçəyin mərkəzi oxuna görə çəpinə yerləşiblər. 2,3 və bəzəndə 5 yuvalı olur. Yumurtacıqların sayı isə çoxludur.

Çiçəyin ümumi formulunu ifadə edə bilərik:

Kasa yarpaqları (K) – 5

Ləçəkləri (C) – 5

Erkəkcikləri (A ) – 5

Gineseyləri (G) – 2 .

Toxumları toxum qabığı ilə örtülü və endospermli olur. Meyvələri giləmeyvə və qutucuq meyvədir. Rüşeymləri isə düz və əyilmiş vəziyyətdə olur. Fəsilənin əsas səciyyəvi əlamətlərindən biri yarpağın saplağı ilə çiçək oxlarının bitişməsidir. Digər səciyyəvi əlamətlərdən biri də bitkilərin alkoloidli olmasıdır. Alkoloidli olmaları bəzi növlərinin zəhərli olduğunu söyləməyə təkan verir. İqtisadi baxımdan çox mühüm və böyük fəsilədir. Eyni zamanda fəsilənin qida , texniki , bəzək , becərilə bilən və yabanı növləri üstünlük təşkil edir. Azərbaycanda alaq bitkilərini çıxsaq yabanı halda yalnız bir növ geniş yayılmışdır. Bu qaragilə cinsindən olan İran qaragiləsi növüdür. Qaragilə cinsi bütün fəsilənin 60% , ümumilikdə isə 1500 -ə qədər növü özündə birləşdirir. Bu cinsin nümayəndələri çox müxtəlif olur. Həyati formalarına görə yarımkol , kol və ağac formalarında olur. Çiçəkləri sarı rəngli , yarpaqların kənarı isə kəskin bölümlüdür. Bir sıra növlər tikanlı , bəziləri də alaq bitkisidir. Azərbaycanda alaq bitkisi kimi qara rəngli giləmeyvələri olan birillik quşüzümü geniş yayılmışdır. Bu fəsilənin nümayəndəsindən olan Azərbaycanda da çox geniş yayılmış bat-bat bitkisinə baxdıqda onun özünəməxsus çox güclü spesifik iyə malik olduğunu görərik. Bat- batı çox asanlıqla böyük, tünd damarlı və çirkli-ağ güllərinə görə tanımaq olar. Bat-bat ikiillik bitkidir. Düz qalxan gövdələri budaqlanır və üzəri sıx yarpaqlarla və yumşaq tüklərlə örtülü olur. Gövdə üzərində yerləşən yarpaqlar qaidə hissəsindən gövdəni əhatə edir və çox nadir hallarda isə qın əmələ gətirir. Aşağı yarpaqları saplaqlı olur. Ləçəkləri də bitki üzərində iri yerləşib. Qıfşəkilli tacları təxmini 2,5- 5 sm uzunluğunda olur və büküyü beşbölümlüdür. Bölümləri bir boyda olmadığına görə çiçək qeyri-müntəzəmdir. Bat-batı biz badımcankimilərin ziqomorf nümayəndəsi kimi göstərə bilərik.Sarı rəngdə olan tacın üzərində bozumtul-bənövşəyi rəngli ləkələr olur. Erkəkcik sapları və dişiciyin sütuncuğu aşağı hissəsindən sıx tüklərlə örtülmüşdür. Bat-batın meyvələri qapaqcıqla örtülmüş və ikiyuvalı qutucuqdur. Xırda toxumları bozumtul-qonur rəngli olur.Bat-bat çox zəhərli bitkidir. Zəhərlənmələri hətta ölümlə belə nəticələnə bilir. Alimlər müəy­yən etmişlər ki, bat-batın zəhərliliyi cənub rayonlarda daha da kəskin olur. Fəsilənin adi dəlibəng , qafqaz xa­nımotu və s. ki­mi növlərinin demək olar ki, bütün hissələrində çox zəhərli alkoloidlər olur. Zəhərli olmalarına baxmayaraq, bu növlərdən alınan dərmanlar bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Sənaye və kənd təsərrüfatı üçün çox əhəmiyyətli bitkilərdən biri də kartof bitkisidir. Mənşəyinə görə Cənubi Amerikanın qərb hissələrindəndir. Kartofun tərkibində nişastadan əlavə insan həyatı üçün çox əhəmiyyətli olan zülallar və amin turşuları vardır. Kartofun yarpaqlarının ayası lələkvari bölünmüş olur. Tacının rəngi ağ və ya bənövşəyi , borusu isə qısa olur. Erkəkcikləri 5 ədəd , sapı qısa , dişicikləri isə 1 ədəd ağızcığı yumru olur. Meyvələri giləmeyvədir. Rənglərinə görə isə açıq yaşıl və sarı olur. Yaşıllaşan kökyumrularının tərkibində zəhərli qlükoalkoloid olan solanin maddəsi vardır. Kartofun əksər müasir sortları hibrid mənşəli olur . Hal hazırda 2000-ə qədər texniki , yeyiləbilən və yem əhəmiyyətli kartof çeşidləri var. Yerüstü yaşıl hissələrindən və , yumrularından silos kimi istifadə olunur. Texniki kartofdan spirt , sintetik kauçuk ən əsası da nişasta alırlar. Kartof mühüm xalq təsərrüfatı bitkilərindəndir.

Kartof qədər əhəmiyyətli bitkilərdən biri də pomidordur. Onun da vətəni Cənubi Amerikadır. Pomidor öz-özlüyündə isti sevən olur. O , 15 dərəcədən aşağı temperaturda çiçək açmır. Ən yaxşısı isə 20-25 dərəcədə yaxşı inkişaf edir. Kənardan bitkini müşahidə etdikdə gövdə və yarpaqların üzərinin qısa vəzili tüklərlə örtülü olduğunu görürük. Gövdələri dik qalxan olur , amma, meyvələr yetişdikdə əyilir bəzəndə sərilir. Qıvrım olan çiçək qrupunda 3 dən 20-ə qədər çiçək olur. Aktinomorf çiçəklidirlər. Kasacıqları 5 , bəzilərində 6 və 7 hissəyə bölünüb. Ləçəklər sarı rəngdə olur və aşağı hissədən bitişərək tac borusunu əmələ gətirir. Erkəkciklərin saplağı qısa tozluqları isə iri olur. Bunlar yan- yana yerləşərək konus şəkilində boru əmələ gətirir. Erkəkciklərin sayı kasacığın dişciklərinin sayı bərabərdir. Yumurtalıqları üst vəziyyətdə olur və yumutacıqları çoxludur. Dişiciyin özü iki meyvə yarpağının bitişməsindən əmələ gəlmişdir və iki yuvalıdır. Bitkinin əsas xarakterik əlamətləri onun çiçəyinin əsasən 5 üzvlü tipdə olması və çiçəkyanlığında yarpaqların bitişməsidir. Pomidorun meyvəsi çox toxumlu giləmeyvədir.

Digər tərəvəz bitkilərindən biri də badımcandır. Badımcanın vətəni Hindistandır. Pomidor kimi badımcan da isti sevən bitkidir. Badımcan birillikdir. Daha bir pomidorla oxşarlığı isə hər ikisinin gövdələri və yarpaqlarının üzərində sıx tüklərlərin olmasıdır. Salxımvari qıvrım olan çiçək qruplarında çiçəklər tək- tək bəzəndə iki və üç ədədi birlikdə yerləşir. Meyvələri çoxtoxumlu giləmeyvədir. Kasacıqları meyvə yetişdikdə onun üzərində qalır və böyüyən olur. Bəzi növləri dekorativdir. Çünki , kasacıqları rəngli olur. Məsələn yergiləsi növünün kasayarpaqlarının rəngi tünd narıncı rəngdə olur. Badımcankimilərə məhşur , iqtisadi cəhətdən əhəmiyyətli bitkilərlə yanaşı bu cür olmayan bitkilər də daxildir. Bunlar tütün və tənbəkidir. Eyni zamanda bu bitkilər xarici ölkələr də o cümlədən Azərbaycanda da geniş yayılmışdır. Burada yayılan növlərə tənbəki , tütün və ətirli tütünü misal göstərmək olar. Cinsin nümayəndələrində kasacıq meyvənin yanında qalır, tökülmür və beşbölümlü olur. Tac yuxarısından beşbölümlü olur , qıf və ya boruşəkillidir. 5 ədəd erkəkciklərdən yalnız biri qısadır və tozluğu uzununa yarılaraq açılır. Meyvələri çoxtoxumlu qutucuqdur. Toxumları isə çox xırdadır

Tərəvəz bitkisi kimi becərilən bitkilərə istiot və ya bibəri də misal göstərmək olar. Bunlar da həmçinin birillikdir . Saplaqları uzun yarpaqlarının ucu isə sivri olub, yumurtavarı və ya lansetşəkilli olur. Yarpaqları tək-tək bəzəndə ikişər yerləşir. Çiçəkləri də, eyni zamanda tək-tək, bəzən də nadir hallarda bir neçəsi birləşib dəstə şəklində yerləşir. Ağımtıl və ya bozumtul-bənövşəyi rəngli tacının büküyü çarxvari olur. Tozluqları bozumtul-bənövşəyi bəzən də tünd-boz rənglidir. Tam yetişməyən halda yaşıl, tam yetişdikdən sonra isə parlaq-qırmızı rənglidir və bu meyvələr az şirəli giləmeyvədir. Yabanı halda isə bu bitkiyə rast gəlinmir.

Cinsin nümayəndələrindən olan tütün növü hündürboyludur və birillik bitkidir. Çiçəkləri süpürgə çiçək qrupunda toplanır. İri olan çiçəkləri çəhrayı və ya qırmızı rənglidir. Tütünün yarpağından alınan təmiz nikotin çox güclü zəhər kimi tanınır. Sənayedə tütün yarpaqlarından papiros istehsal olunur.

Tənbəki növü çoxbudaqlı gövdəyə malikdir və birillik bitkidir. Çiçəkləri gövdənin ucunda süpürgə çiçək qrupuna yığılır. Çiçəkləri sarı və ya yaşıl-sarı rəngli olur. Azərbaycanda tənbəki tütünə görə az becərilir.



Ağ bəzilərində qırmızı çiçəklərə malik olan ətirli tütünün vətəni kartof və pomidor kimi Cənubi Amerikadır. Adətən, bağlarda, parklarda bəzək bitkisi kimi becərilir. Ətirli tü­tünün çiçəkləri aktinomorfdur , taca və uzun boruya malikdir. Tacı xaricdən solğun yaşıl olsa da içəridən isə ağ rənglidir. Gövdənin ucunda və yarpaqlarının qoltuğunda iri çiçəkləri salxımlara yığılmışdır.Çiçəkləri gecələr açırılır və bu müddətdə çox kəskin iyli olur. Çiçəyin bu cür iyi olması xüsusi bir uyğunlaşmadır. Belə ki o həşəratları cəlb etmək üçün kəskin iy verir və əlvan rəngli olur. Ətirli tütünün çiçəkləri uzun xortuma malik olan alaqaranlıq kəpənəkləri və toran böcəkləri tozlanır.Badımcankimilər həm keçiqulağıkimlər , həm də sarmaşıqkimilər fəsiləsinə yaxındır.
Yüklə 20,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə