İnformatika və onun əsas anlayışları İnformtika



Yüklə 53,4 Kb.
səhifə1/4
tarix26.03.2023
ölçüsü53,4 Kb.
#90126
  1   2   3   4
İnformatika və onun əsas anlayışları


İnformatika və onun əsas anlayışları


İnformtika –informasiya proseslərinin avtomatlaşdırılmasını və onlardan istifadə texnikalarının, metotlarını öyrənən elm sahəsidir.


İnformatika sözü iki sözün İnformasiya və Avtomatika birləşməsindən əmələ gəlmişdir.
İnformatika termini ilk dəfə fransızlar tərəfindən 1960 cı ildə elmə daxil edilmişdir. İnformatika İnformasiya və onun proseslərini öyrənir. Yəni informarikanın predmeti informasiyadır.
Informarika latın mənşəli söz olan (informatio) məlumat, xəbər, fakt sözləri ilə eyniləşdirilsədə onlar arasın müəyyən fərqlər mövcuddur.
Verilən (ing. “data”, lat. “datum”-fakt) –texniki vasitələrlə saxlanılması, emaledilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır.
İnformasiya- verilənlərin faydalı məzmunudur. Qavranılma şkalası ilə verilən və bilik arasında aralıq mövqe tutur.
Bilik –dərk olunma vasitəsiylə alınan informasiyadır. Başqa sözlə qərar qəbul etməyə imkan verən sistemləşdirilmiş Informasiyadır.
Verilənlərin ümumi halda ad, qiymət, tip və sturuktur xarakteristikaları vardır. Tipinə görə verilənlər 4 qrupa ayrılır:

  1. Hesabi (rəqəm tipli verilənlər) bu tipli verilənlərdə qiymətlər rəqəmlərlə ifadə olunur (məsələn uzunluq-1.5 metr)

  2. Mətn (simvol tipli verilənlər) bu tip verilənlərdə qiymət sözlərlə (simvollarla) ifadə olunur (yazıda gördüyümüz nə varsa)

  3. Məntiqi tipli verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur( məsələn 2 yə bölünən ədədlər çütdür) yalnız iki qiymət alır: Doğru (True-1), Yalan (False-0)

  4. Göstərici tipli kompüterdə yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur



İnformatikanın 3 əsas tərkib hissəsi var:
1. Hardware (aparat, cihaz təminatı)- Elektron Hesablama Maşınları(EHM) və onların qurluşu, tərkib hissələri, onlardan istifadə qaydalarını öyrənən bölmədir. informatikada qurğularla bağlı nə varsa hamsı bu bölməyə daxildir.
2. Software (proqram təminatı)- Elektron Hesablama Maşınları(EHM) istifadə olunan bütün proqramları, onların təsnifatı və istifadə qaydalarını öyrənən bölmədir.kompüterdə olan bütün proqramların toplusu bu bölməyə aiddir.
3. Brainware (alqoritm təminatı)- alqoritm müəyyən əmrlər ardıcıllığıdır. Kompüterdə hər hansı məsələ həll olunduqda müəyyən ardıcıllığa riayət olunmalıdır ki, həmin ardıcıllıqlar da alqoritmdir.
İnformasiya anlayışı

İnformasiya anlayışı İnformatikanın ilkin anlayışlarındandır.İnformasiya da ilkin anlayışlardan olduğuna görə ona tərif verilmir.İnformasiya dedikdə hər hansı məlumat, xəbər, biliklər toplusu başa düşülür.




informasiyanın əsas xassələri
İnformasiyanın aşağıdakı xassələri vardır:

  1. Obyektivlik-Obyektiv informasiya insanların fikirlərindən asılı olmayan və həqiqəti

əks etdirən informasiyadır.

  1. Tamlıq- informasiyanın tamlığı dedikdə, onun bizi maraqlandıran verilənləri özündə cəmləşdirməsi və qərar qəbul üçün kifayyət qədər olması başa düşülür.


  2. Yüklə 53,4 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin