Hamlet Isaxanlı
4
İngilis dilində ......................................................................... 102
Rus dilində ............................................................................. 105
Avropa və Şərq dillərində ...................................................... 111
Prof. Hamlet İsaxanlı haqqında məqalələrin əlifba
göstəriciləri ............................................................................. 112
Azərbaycan dilində ................................................................ 112
İngilis dilində ......................................................................... 121
Rus dilində ............................................................................. 122
Avropa və Şərq dillərində ..................................................... 124
Biblioqrafiya. Alim, Qurucu, Şair
1
XƏZƏR UNİVERSİTƏSİ
KİTABXANA İNFORMASİYA MƏRKƏZİ
HAMLET İSAXANLI
ALİM
QURUCU
ŞAİR
BİBLİOQRAFİYA
Xəzər Universitəsi Nəşriyyatı
B a k ı - 2 0 1 0
Hamlet Isaxanlı
2
Redaksiya heyəti:
Tatyana Zaytseva, Ph.D.
İsaxan İsaxanlı, Ph.D.
Lyudmila Sotova
Tərtibçi:
Səbinə Əlimərdanova
Tərcüməçilər:
Eldar Şahgəldiyev, Ph.D.
Hafiz Əliyev
Korrektor: Martha Lawry
Dizayn: Rafiq Əbdülrəhimov
Kompyuter işi: Zakir Yusifoğlu
Hamlet İsaxanlı: Biblioqrafiya. Alim, Qurucu, Şair.
Bakı: Xəzər Universitəsi nəşriyyatı, 2010, 247 səh.
ISBN 978-9952-20-048-5
1. Hamlet Abdulla oğlu İsaxanlı (İsayev) – 1948. –
Biblioqrafiya. 2. Riyaziyyatçı – Biblioqrafiya. 3. Qurucu –
Biblioqrafiya. 4. Şair – Biblioqrafiya.
016.378-dc22
Biblioqrafiya. Alim, Qurucu, Şair
3
İçindəkilər
Tərtibçidən ............................................................................. 5
Hamlet Abdulla oğlu İsaxanlı (İsayev) ............................... 7
Riyaziyyat................................................................................ 8
Humanitar və sosial elmlər üzrə tədqiqatları. Poetik və
bədii-publisistik yaradıcılığı .................................................. 10
Təhsil islahatları...................................................................... 13
Xəzər Universitəsi (təsis və prinsiplər) ................................. 15
Xəzər Universitəsi (inkişaf).................................................... 17
İctimai və elmi-təşkilati iş ..................................................... 21
Şəxsiyyət ................................................................................. 23
Nəsil və ailə ............................................................................ 24
Hamlet İsaxanlının həyat və fəaliyyəti haqqında
əsərlər ...................................................................................... 26
Prof. Hamlet İsaxanlının əsərlərinin biblioqrafiyası ........ 28
Əsərlərin xronologiyası.......................................................... 28
Elmi rəhbəri və ya elmi məsləhətçisi olduğu şəxslər və
dissertasiyalar......................................................................... 66
2010 ildə çapa qəbul edilmiş kitab və məqalələr............... 69
Hamlet İsaxanlı - Elm və sənət məclisi.№ 11-20
Hamlet İsaxanlı - Elm və sənət məclisi.№ 21-30
Hamlet İsaxanlı - Elm və sənət məclisi.№ 31-40
Prof. Hamlet İsaxanlı aşağıda sadalanan jurnaların
təsisçisi, redaktoru və ya redaksiya heyətinin üzvüdür.... 72
Prof. Hamlet İsaxanlı haqqında əsərlərin
biblioqrafiyası........................................................................ 74
Əsərlərin xronologiyası.......................................................... 74
Prof. Hamlet İsaxanlının çap olunmuş əsərlərinin və
redaktoru olduğu əsərlərin əlifba göstəriciləri .................. 92
Azərbaycan dilində................................................................. 92
Hamlet Isaxanlı
8
Riyaziyyat
Hamlet İsaxanlı 1965-ci ildə orta məktəbi qızıl medalla
bitirib, Azərbaycan (İndiki Bakı) Dövlət Universitetinin mexa-
nika-riyaziyyat fakültəsinə qəbul olundu və 1970-ci ildə oranı
fərqlənmə diplomu ilə bitirdi. Həmin il o, (1970-73-cü illərdə)
Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika
institutu tərəfindən M.V. Lomonosov adına Moskva Dövlət
Universitetinin mexanika-riyaziyyat fakültəsinə aspiranturada
oxumağa göndərildi və 1973-cü ildə “Operator dəstələrin
spektral nəzəriyyəsinin bəzi məsələləri” mövzusunda disserta-
siya işini müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi
(PhD) alimlik dərəcəsi aldı.
1973-1983-cü illər ərzində Hamlet İsaxanlı Moskva və Ba-
kıda, Lomonosov adına Moskva Dövlət Universitetində, SSRİ
Elmlər Akademiyasının V.İ. Steklov adına Riyaziyyat İnstitu-
tunda, Azərbaycan Elmlər Akademiyası Riyaziyyat və Mexa-
nika İnstitutunda, Azərbaycan Dövlət Universitetində çalışdı,
elmi-tədqiqatla və qismən də pedaqoji işlə məşğul oldu. Sonra
Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda (İndiki Dövlət
Neft Akademiyası) və Leninqrad (indiki Sankt Peterburq)
Maliyyə və İqtisad İnstitutunda (Bakı filialında) uyğun olaraq
professor və kafedra müdiri kimi fəaliyyət göstərdi.
Onun Hamlet İsayev imzası ilə Sovet İttifaqı, Amerika Bir-
ləşmiş Ştatları, Böyük Britaniya, Kanada və Almaniya kimi öl-
kələrin riyaziyyat üzrə nüfuzlu elmi jurnallarda və məcmuə-
lərdə dərc olunan elmi-tədqiqat əsərləri müəllifinə geniş şöhrət
gətirdi. O, 1983-cü ildə Moskvada Sovet Elmlər Akademiyası
V.İ. Steklov adına Riyaziyyat İnstitutunda “Çoxparametrli
spektral nəzəriyyənin bəzi məsələləri” mövzusunda dissertasi-
ya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alim-
Biblioqrafiya. Alim, Qurucu, Şair
5
Tərtibçidən
Bu biblioqrafiya Azərbaycan Universitetləri Rektorlar Şu-
rasının həmsədri, Azərbaycan Özəl Universitetlər Assosia-
siyasının Prezidenti, Azərbaycan Respublikası Prezidenti ya-
nında Təhsil Komissiyasının üzvü, Yusif Məmmədəliyev, Sə-
məd Vurğun və “Qızıl Qələm” mükafatları laureatı, Xəzər Uni-
versitetinin təsisçisi və hazırki rektoru, fizika-riyaziyyat elmlə-
ri doktoru, professor Hamlet İsaxanlının 1973-2009-ci illərdə
yazdığı əsərlərini əhatə edir.
Kitaba həmçinin Hamlet İsaxanlının 37 il ərzində yazdığı
elmi və publisistik yazıları, ölkədaxili və beynəlxalq konfrans-
lardakı tezisləri, redaktoru olduğu əsərlər, tərcümələri, rəh-
bərlik etdiyi namizədlik və doktorluq dissertasiyaları haq-
qında məlumatlar daxil edilmişdir.
Hamlet İsaxanlının elmi, publisistik və poetik irsinin bir
hissəsi özünün təsis etdiyi “Xəzər Xəbər” jurnalında dərc edil-
mişdir.
Xarakterindən və məzmunundan asılı olmayaraq kitaba
daxil edilmiş bütün materiallar dərc edildiyi dildə və xronoloji
ardıcıllıqla verilmişdir. Kitabdan istifadəni asanlaşdırmaq
məqsədi ilə kitabın sonunda alimin yazdığı, eləcə də onun
haqqında yazılmış yazıların əlifba göstəriciləri verilmişdir.
Biblioqrafiyada Hamlet İsaxanlının müxtəlif kitab, qəzet
və jurnallarda dərc olunmuş yazılarının tam siyahısını təqdim
etmək mümkün olmayıb. Bu, xüsusilə müəllifin riyaziyyatla
əlaqədar olmayan əsərlərinə aiddir. Bununla belə, hazırkı bib-
lioqrafiya müəllifin bizə məlum olan bütün məşhur əsərlərini,
eləcə də artıq dərc olunmaq üçün təqdim olunmuş yazılarını
özündə əks etdirır.
Hamlet Isaxanlı
6
Biblioqrafiya. Alim, Qurucu, Şair
7
“Hər gün, hər saat
mükəmməlliyə doğru ”
Hamlet İsaxanlı
Hamlet Abdulla oğlu İsaxanlı (İsayev)
Hamlet Abdulla oğlu İsaxanlı (İsayev) 1948-ci il mart
ayının 1-də Gürcüstan Respublikasında, Qardabani rayonunun
Kosalı kəndində anadan olmuşdur.
İsaxanlı soyadı onun poetik yaradıcılığında və humanitar və
sosial elmlər sahəsində yazdığı əsərlərində işlətdiyi soyaddır. Onun
bütün riyazi əsərləri İsayev soyadı ilə çap olunmuşdur. Hal-hazırda
o, geniş ictimaiyyət arasında daha çox Hamlet İsaxalı kimi tanınır.
Hamlet İsaxanlı çox geniş və müxtəlif sahələrdə fəaliyyət
göstərir; onları tam olmasa da sadalayaq – Riyaziyyat, humani-
tar və sosial elmlərin bir çox sahələrində görülmüş elmi-
tədqiqat işləri, poetik və digər bədii-publisistik yaradıcılıq, tər-
cüməçi, maarifçi, universitə təsisçisi, məktəb (ibtidai, ümumi
orta, tam orta) təsisçisi, nəşriyyat təsisçisi, redaktor, ictimai xa-
dim...
Hamlet Isaxanlı
12
mütəxəssislərin, qərarverənlərin və ümumiyyətlə, ictimaiyyə-
tin diqqət mərkəzindədir.
Çox geniş maraq dairəsinə sahib olan Hamlet İsaxanlı öz
yazılarında həmçinin poeziya və fəlsəfə, beynəlxalq münasi-
bətlər, tarix, jurnalistika və digər sahələrin problemlərini də
araşdırır.
Böyük həvəs və ehtirasla, güc və enerji ilə elmi araşdırma-
lar aparan və quruculuq işləri ilə məşğul olan Hamlet İsaxanlı,
eyni zamanda istedadlı, görkəmli şair kimi də həm Azərbay-
canda, həm onun hüdudlarından çox-çox kənarda çox tanınır
və sevilir. Azərbaycanda, Rusiyada, İranda, Gürcüstanda şeir
kitabları nəşr olunmuş və böyük rəğbət görmüşdür, Çində və
Türkiyədə şeir kitabları çapa hazırlanmışdır. Üstəlik, o özü də
məşhur şairlərin əsərlərini ruscadan, ingiliscədən və fransızca-
dan Azərbaycan dilinə ustalıqla tərcümə etmiş, oxucu və mü-
təxəssislərin rəğbətini qazanmışdır; V.A. Jukovskiy, F. Baratın-
skiy, F.İ. Tyutçev, A.Fet, S. Yesenin, N.S. Qumilev, A. Axma-
tova, A. Axundova, G. Bayron, Ü.Bleyk, R. Herrik, G. De
Nerval kimi şairlər bu sıradandır.
Hamlet İsaxanlının şeirləri musiqi ilə dolu, ürəyəyatan və
könülləri ehtizaza gətirəndir. Məhz buna görə də onun şeirləri
Azərbaycan bəstəkarlarının diqqətini cəlb edib. Çoxsaylı lirik
və epik şeirləri və poemaları əsasında gözəl mahnılar yazılmış
və musiqili tamaşalar hazırlanmışdır. Şairin “Xəzər Universi-
təm” şeirinə görkəmli bəstəkarlar, xalq artistləri Ramiz Mustafa-
yev və Vasif Adıgözəlov musiqi-himn yazmış, «Xəzərimin sora-
ğında» şeirinə Ramiz Mustafayev, «Hicran» şerinə Vagif Gəray-
zadə, “Yaşamağa nə var ki?!” şeirinə Lütfiyar İmanov, «Səni
sevdim çox sadəcə», «Gözəldir», «Lalə», «İnciçiçəyi», «Külək və
qız», «Tək qalmaq istəyirəm», «Tez gəlin», «Dünyam» şeirlərinə
Nailəxanım İsayeva, «Baş açmadım bu dünyadan» və «Bakı»
şeirlərinə Elza Seyidcahan, «Görüş yerimiz» şeirinə Cahangir
Biblioqrafiya. Alim, Qurucu, Şair
9
lik dərəcəsi aldı; bir qədər sonra isə Sovet Ali Attestasiya Ko-
mitəsi tərəfindən professor adına layiq görüldü.
Hamlet İsayev yüksək tədqiqatçı gücünə, dərin və geniş
riyazi mədəniyyətə malik alim kimi tanındı və hörmət qazan-
dı. O, riyaziyyat və tətbiqi elmlərin öz-özünə qoşma olmayan
operatorlar nəzəriyyəsi, çoxparametrli spektral nəzəriyyə,
birgə spektrlər nəzəriyyəsi, diferensial tənliklər, ədədi oblast-
lar, iqtisadiyyatın riyazi modelləri kimi müxtəlif sahələrində
dərin nəticələr almış alimdir. Hamlet İsayev müasir çoxpara-
metrli spektral nəzəriyyənin yaradıcılarından biri hesab olu-
nur. O, riyaziyyatın riyazi fizikadan qaynaqlanan bu çox mü-
hüm sahəsində dərin tədqiqatlar aparan ilk sovet riyaziyyatçısı
idi.
Hamlet İsayev Moskva riyaziyat məktəbinin nümayəndəsi
olmaqla yanaşı Birləşmiş Ştatlar, Böyük Britaniya, Almaniya,
Kanada,... elmi məktəblərin də uğurlarından bəhrələndi. Hələ
Sovet “Dəmir Pərdə” dövründə o, çətinliklərə baxmayaraq,
qərb ölkələri yalnız məsafədən, qiyabi olaraq deyil, dəvətli
professor kimi çalışaraq da kəşf edir, öyrənirdi. Sonralar da
Avropa, Amerika və Asiyada yerləşən müxtəlif elmi mərkəz-
lər, akademiya və universitələr onu mühazirələr oxumağa, bir-
gə tədqiqatlar aparmağa, nüfuzlu elmi konfranslarda çıxışa də-
vət etdilər. O da, öz növbəsində xarici həmkarlarını mühazirə-
lər oxumaq və əlaqələri daha da inkişaf etdirmək üçün Moskva
və Bakıya dəvət etdi. Göründüyü kimi, artıq Sovet dövründə,
o, beynəlxalq elmi şəbəkə qurmağa nail olmuşdu.
Hamlet İsayevin riyaziyyat üzrə tədqiqatlarını Sovet
Elmlər Akademiyası üzvləri N.N. Boqolyubov, V.S. Vladimi-
rov, S.M. Nikolskiy, Lenin mükafatı laureatları B.M. Levitan,
V.B. Lidskiy, eləcə də A.Q. Kostyuçenko, A.A. Dezin, V.A. Sa-
dovniçiy (hal-hazırda Lomonosov adına Moskva Dövlət Uni-
versitetinin rektoru), professor F. Atkinson (Toronto Univer-
Hamlet Isaxanlı
10
sity), professor P.J. Browne (University of Calgary) və digər
görkəmli riyaziyyatçılar yüksək qiymətləndirdilər.
Onun elmi əsərləri Sovet Elmlər Akademiyasının Rəyasət
Heyəti tərəfindən “ilin ən yaxşı elmi işləri” siyahısına daxil
edildi.
Hamlet İsaxanlı geniş sahələrdə tədqiqat aparan və sanballı
əsərlər yazan elm və sənət adamıdır; riyaziyyat xaricində də o,
öz tədqiqat üfüqlərinin genişliyi ilə diqqət çəkir. Elm, təhsil və
mədəniyyət tarixi, təhsil siyasəti, tərcümə nəzəriyyəsi və tarixi,
dil və ədəbiyyat, və digər sahələrdə yüzlərlə məqalə, monoq-
rafiya və dərsliklərin müəllifidir.
Hamlet İsaxanlının “Xəzərin sorağında” əsəri həm Azər-
baycan daxilində, həm də beynəlxalq aləmdə çox tanındı və
oxundu. Çox maraqlı nəql yazı üslubu, yeni ali məktəbin yara-
dılması dövrünə xas olan siyasi və mədəni mühitin, şəxsi və psi-
xoloji məqamların orijinal təsviri, hadisələrin və dövrün sənəd-
ləşdirilmiş təhlili bu kitabı dəyər-qiymətini çox artırır. Kitabın
girişində müəllif qeyd edir – “Xəzər universitəsinin yaradılması
və inkişafı ilə bağlı gerçəklər xatirimdə silinməz izlər burax-
Humanitar və sosial elmlər
üzrə tədqiqatları. Poetik və
bədii-publisistik yaradıcılığı
Biblioqrafiya. Alim, Qurucu, Şair
11
mışdır. Hadisələri düşüncəmin süzgəcindən keçirərək olduğu
kimi tam səmimiyyətlə oxuculara çatdırmaq iddiasındayam”.
Hamlet İsaxanlının tərcümə məsələləri dil, siyasət və lü-
ğətçilik işinin təşkili sahəsində xidmətləri xüsusi qeyd edilmə-
yə layiqdir. “Poetik tərcümə və mədəniyyətlərarası ünsiyyət.
Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı” adlı
irihəcmli məqaləsi (çox güman ki, hazırlanmaqda olan kitabın
bir variantı) geniş tərcümə yolunda baş verən Şərq-Qərb ün-
siyyətinin tarixi və təhlilinə, Azərbaycan türkcəsinə və Azər-
baycan türkcəsindən tərcümələrə, poetik tərcümə məsələlərinə
həsr olunmuş bu əsər yaradıcı tərcümə ilə məşğul olanlar üçün
mütəxəssislərdən birinin qeyd etdiyi kimi “əvəzedilməzdir,
stolüstü kitabdır, istinad qaynağıdır”.
Hamlet İsaxanlı 6 cildli “Xəzər İngiliscə-Azərbaycanca Bö-
yük Lüğət”in müəlliflərindən biri və həm redaktorudur. Bu iş
əsasən başa çatdırılmış, onun üç
cildi çap olunmuş, digərləri
çapa hazırlanmaqdadır. Bu lüğət, heç şübhəsiz, Azərbaycan
elmi və mədəniyyətinin ən sanballı uğurlarından biridir.
Hamlet İsaxanlının iki həmkarı ilə bərabər yazdığı və ün-
siyyət metoduna söykənən «Xaricilər üçün Azərbaycan dili»
dərsliyi əcnəbilərin və müəllimlərin çox müraciət etdikləri bir
qaynaqdır.
Hamlet İsaxanlı təhsilin çox müxtəlif məsələləri, təhsil si-
yasəti, təhsilin tarixi və fəlsəfəsi sahələrində fəaliyyət göstərən
ən nüfuzlu alim, maarifçi, yazıçı-publisisit və ictimai xadimlər
sırasındadır. Onun “On Education System in Transition
Ecenomy. A View From Azerbaijan” (“Keçid iqtisadiyyatında-
kı təhsil sistemi. Azərbaycandan baxış”) və “Müasir dünyada
ali təhsil sistemində nələr baş verir” və “2008-2012-ci illərdə
Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üz-
rə Dövlət Proqramı” necə olsa yaxşıdır?” adlı kitabları və çox-
saylı məqalələri, hesabatları və müsahibələri bir qayda olaraq
Hamlet Isaxanlı
16
ma metodu seçildi, müasir idarəetmə üsulları tətbiq edildi, çox
geniş və səmərəli beynəlxalq əlaqələr quruldu, ən səviyyəli
yerli və xarici mütəxəssislər işə cəlb edildi, tapşırıq-rüşvət vi-
rusunun əmələ gəlməməsi üçün böyük iş aparıldı, ümumiy-
yətlə, ciddi və keyfiyyətli təhsil bu universitetin həyat prinsipi-
nə çevrildi. Nəticədə Xəzər Universiteti tezliklə Azərbaycanda
və geniş Postsovet-Yaxın Şərq məkanında ən yaxşı ali məktəb-
lərdən birinə çevrildi.
Hamlet İsaxanlı əsas tədris dili olaraq ingiliscəni seçdi; bu
qərar tələbə və müəllimlərin Qərb ölkələrində nəşr olunmuş
kitab və digər tədris-tədqiqat materiallarından istifadə etməsi-
ni, tələbə mübadiləsi proqramlarını və xarici professorların
gəlməsini mühüm dərəcədə asanlaşdırmaq, ümumiyyətlə əta-
lətdən qurtarmaq, yeni düşüncəyə yol açmaq üçün güclü amil
və vasitə oldu.
Azərbaycan ali təhsilində ikipilləli bakalavr-magistr sis-
teminin bərqərar olmasında, biliyin müasir qiymətləndirilməsi
üsullarının hazırlanması və tətbiqində şəxsən Hamlet İsaxan-
lının və Xəzər Universitəsinin təcrübəsi mühüm rol oynadı. Öz
yenilikçi çalışmaları ilə Hamlet İsaxanlı sonralar Bologna (Bo-
lonya) Prosesi adlanacaq Avropa Ali Təhsil Məkanının (Euro-
pean Higher Education Area) yaradılması ideyasını da qabaq-
ladı; O, Azərbaycanın 2005-ci ildə bu prosesə qoşulmasını
hazırlayan əsas şəxslərdən biri oldu.
Biblioqrafiya. Alim, Qurucu, Şair
13
Zülfüqarov, «Qədim sual», «Möcüzə gecə», «Uşaqlıqda qalan
buludlar» və digər şeirlərin, həmçinin şairin fəlsəfi şeirlər silsilə-
si əsasında qurulmuş “Ömür yolu bircə andır” adlı tamaşaya
Dilarə Qulamova könülaçan musiqi bəstələiyblər. Hamlet İsa-
xanlının “Ziyarət” poemasına bütövlükdə musiqi bəstələyən
Cavanşir Quliyev şairin on bir şeirini də mahnıya çevirmişdir.
Bu və başqa mahnılar və musiqili tamaşalar Brilliant Dadaşo-
va, Lütfiyar İmanov, Flora Kərimova, İlqar Muradov, Rəşidə
Behbudova, Manana Caparidze, Elza Seyidcahan, Samir Cəfə-
rov, Fədayə Laçın, Azərbaycan Dövlət simfonik orkestri və xo-
ru, “Savalan”, «Şaron» və “Kristal” qrupları və b. tərəfindən
ustalıqla ifa olunur, dinləyici və tamaşaçıların ürəyini oxşayır.
Arif Babayev, Alim Qasımov, Nəzakət Teymurova, Zabit Nə-
bizadə kimi muğam ustaları da Hamlet İsaxanlı yaradıcılığına
müraciət etmişlər.
Hamlet İsaxanlının bədii yaradıcılığı zəngin və çoxşaxə-
lidir.
Təhsil islahatları
Qərb ölkələrində tək elmi-tədqiqatla deyil, elm və təhsilin
təşkili ilə, Qərb təhsil ocaqlarının müxtəlif cəhətləri ilə də ciddi
maraqlanan Hamlet İsaxanlı 1980-ci illərin ortalarından Sovet,
xüsusi halda Azərbaycan ali təhsil sisteminin böhran keçirdiyi-
Hamlet Isaxanlı
14
ni, onun məna və səbəblərini izah etməyə geniş ictimaiyyətə və
hökumətə çatdırmağa çalışdı. O, Azərbaycan və rusdilli qəzet-
lərdə təhsil sisteminin dərin islahatlara ehtiyacı olduğunu,
böhrandan çıxmaq və işlahatların hansı istiqamətdə getməsi
yollarını göstərən məqalələr yazdı, radio və televiziyada çıxış-
lar etdi.
Siyasi və iqtisadi böhran içində qovrulan, müharibə şərai-
tində olan ölkədə yeni ideyalar yaranır və həyata keçirilirdi!
Bu işdə çox mühüm rol oynayanlardan biri də Hamlet İsaxanlı
oldu.
Hamlet İsaxanlı bütöv təhsil sistemində addım-addım isla-
hat aparılmasının vacibliyini qeyd etməklə bərabər, yeni
dünyaya, sürətlə dəyişməkdə olan, qloballaşan dünyaya
uy-
ğun yeni növ ali məktəblərin qurulmasının vacibliyini önə çək-
di. O, yeni yaradılacaq ali məktəblərin təhsil plan-proqramları;
idarəetmə; keyfiyyətli tədris və tədqiqat; universitet-sənaye-iş
dünyası münasibətləri; bilik iqtisadiyyatı və innovasiya; kredit
qazanma və interaktiv tədrisə əsaslanan tələbə mərkəzli təhsil
sistemi; bakalavr, magistr və doktor (PhD) dərəcələri verən
proqramlar və s. cəhətdən daha çox Birləşmiş Ştatlar universitə
modelindən bəhrələnməsini düzgün saydı. Bu fəaliyyətin cə-
miyyətin fəallaşması və demokratikləşməsi yolunda da mü-
hüm rol oynayacağını qeyd etdi.
Biblioqrafiya. Alim, Qurucu, Şair
15
Dostları ilə paylaş: |