İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə14/58
tarix06.05.2017
ölçüsü3,32 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   58

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

137 


Rəsulzadə yazırdı: «Bizi düşündürəcək bir məsələ varsa, o da 

cəmiyyətçilərin  («Gənc  türklər»in)  nöqteyi-nəzərlərinin 

burada  dayanıb  bir  az da  o  yanı  görməmələridir  ki, bu  da  əsl 

hürriyyət almağa qabil olan füqərayi-camaata istinad etməyib, 

sinfiyyət ayırmayaraq «hamı camaata» söykənmələridir» [185, 

121]. Rəsulzadə «Gənc türklər»ə tövsiyə edirdi ki, Türkiyənin 

hürriyyəti  və  səadəti  naminə  millət  və  məzhəb  məsələsində 

fərq  qoymasınlar:  «Qoy  beynəlmiləllik  nuru  işıqlanıb 

«millətçilik» və dargözlülük cəhlini yer üzündən məhv edərək 

səadəti-ümuminin vücudunu təmin eləsin!» [185, 123]. 

Deməli,  həmin  dövrdə  Rəsulzadə  milli  məsələni  bir 

kənara  qoyaraq,  bütün  millətlərin  o  cümlədən,  türklərin-

müsəlmanların hüquq və azadlıqları uğrunda mübarizə aparan 

yeganə  cərəyan  və  siyasi  partiya  kimi  beynəlmiləlçi  sosial-

demokratları qəbul etmişdı: «Bu firqənin amalı və əfkarı fəqət 

füqərayi-kasibənin  əmniyyətini  təmin  edib,  ümum  insanları 

nəzərində bir tutub, bilafərq millət, məzhəb, arvad və kişilərin 

hər  bir  hüquq  və  ixtiyaratda  müsavi  (bərabər  –  F.Ə.) 

olmalarıdır.  Bu  firqə  beynəlmiləldir.  Bunun  üçün  milliyyət 

filan  yoxdur.  Bunun  nəzərində  əhəmiyyət  qazanan  fəqət 

sinifdir. Bir-biri ilə zidd olan iki sinfin ki, onları heç bir rabitə  

müttəhid  edə  bilməz….  Kəmali-cürətlə  demək  olar  ki, 

ictimaiyyun-ammiyyun  müsəlman firqəsidir.  Bəli, müsəlman-

lara,  müsəlman  füqəra  və  məzlumlarına,  o  ixtiyarsız  və 

hüquqsuz  füqəralara  bir  firqəyə  mülhəq  olmaq,  bir  heyətə 

mənsub  olmaq  münasibət  və  məravə  yavuq  isə  o  da 

ictimaiyyun-ammiyyun firqəsidir» [185, 93].  

Fikrimizcə,  Rəsulzadə  türkçülük  və  islamçılıq 

məfkurəsinə tapınına qədər (1911-1913) siyasi-ideoloji dünya-

görüşündə sosial-demokratizmə, bu mənada beynəlmiləlçiliyə 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

138 



138 

daha  çox  önə  vermiş,  lakin  sonrakı  dönəmlərdə  bu  cərəyan 

onun  fəlsəfəsində  arxa  plana  keçmişdir.  Məhəmməd  Əminin 

və  onun  silahdaşlarının  (A.Kazımzadə  və  b.)  siyasi-ideoloji 

dünyagörüşündə baş verən dəyişiklikdə sosial-demokratizmin 

rus  bolşeviklərin  əlində  «yeni  imperiya»  silahına  çevrilərək 

müsəlman-türk  xalqlarına  qarşı  yönəlməsi  mühüm  rol 

oynamışdır.  Başqa  sözlə,  rus  bolşeviklərinin  marksizmdən 

xeyli dərəcədə uzaqlaşaraq, milli və dini məsələdən daha çox 

taktiki  mənada  istifadə  etmələrinin  aşkarlanması  ilə 

Azərbaycan  türk  aydınlarının  böyük  əksəriyyəti,  artıq  1910-

1920-ci  illərdə  onlarla  bütün  mənalarda  yollarını  ayırmışlar. 

Tədqiqatçı alim, fəlsəfə üzrə fəlsəfə doktoru Müstəqil Ağayev 

də  hesab  edir  ki,  əvvəllər  bir  yerdə  olmuş  rus  və  milli 

inqilabçıların  sonralar  ayrılmasına  səbəb  məfkurə  fərqləri 

olmuşdur:  «Azərbaycan  inqilabçıları  siyasi  fəaliyyətlərində 

milliliyi,  milli  istiqlalı  ön  plana  çəkir,  rus  inqilabçıları  isə 

milliliyə  əhəmiyyət  verməyib,  sinifliyi,  sinfi  mübarizəni 

qabağı çəkirdilər. Bu cür mühüm fərqlər onların ayrılmasına, 

həm  də  ümumi  düşmənə  qarşı  mübarizənin  zəifləməsinə 

gətirib çıxardı» [12, 25].  

Bütün bunlarla yanaşı, qeyd etməliyik ki, «Hümmət»in 

mövcudluğu  dövründə  rus  bolşeviklərlə  birgə  fəaliyyət 

göstərən  milli  sosial-demokratlar  –  milli  inqilabçılar 

marksizm  mövqeyində  dayansalar  da,  Azərbaycanda  milli 

ideyanın təşəkkülündə müəyyən rol oynamışlar. Bu baxımdan 

həmin  dövrü  təhlil  edən  professor  Yusif  Rüstəmov  haqlı 

olaraq 


yazır: 

««Hümmət» 

təşkilatında 

iş 


aparan 

M.Ə.Rəsulzadə  qrupunun  üzvləri  –  gələcək  «Müsavat» 

partiyasının  üzvləri  xalqın  milli  mübarizə  yolunu  müəyyən 

etməyə  çalışırdılar.  Bu  yol  Azərbaycanın  gələcək  milli 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

139 


istiqlaliyyət  yolu  idi.  Milli  ruhlu  gənclər  öz  mövqelərini 

sərbəst  surətdə  müəyyənləşdirmək  üçün 

«Hümmət» 

təşkilatından ayrıldılar» [193, 295]. 

Bu  o  deməkdir  ki,  Rəsulzadə,  Kazımzadə,  Aşurbəyov 

və  başqa  milli  ruhlu  insanlar  marksizm  adı  altında  Rus-

Xristian-Qərb-Avropa  ideologiyasına  xidmət  edən  rus  bol-

şevizmini  vaxtında  görmüş  və  onlarla  yollarını  ayırmışlar. 

Milli  ruhlu  insanlar  başa  düşürdülər  ki,  Turk-İslam-Şərq 

mədəniyyətinə  bağlı  olan  Azərbaycan  xalqının  gələcəyi  rus 

bolşevizmi bağlı ola bilməz. Bu yolu tutmaq yalnız köləllik və 

milli-mənəvi  dəyərlərə  dönüklükdür.  Beləliklə,  milli  sosial-

demokratlar  da  Hüseynzadə,  Ağaoğlu  kimi  əsas  ideya  xətti 

olaraq  türk-islam-şərq  mədəniyyətini  seçdilər.  Ancaq  milli 

sosial-demokratların 

Türk-İslam-Şərq 

mədəniyyətinə 

əsaslanan  türkçülük-islamçılıq-müasirlik  «üçlüyü»nə  olan 

münasibətləri bir qədər fərqli oldu. 

Marksist-leninçi  sosial-demokratiya.  İlk  gündən  rus 

bolşeviklərlə 

çiyin-çiyinə  addımlayan 

S.M.Əfəndiyev, 

M.Əzizbəyov,  R.Axundov  D.Bünyadzadə,  H.Sultanov, 

Ə.Qarayev  və  başqaları  marksist-leninçilərin  tanınmış 

nümayəndələridir.  Məsələn,  milli  sosial-demokrat  təşkilatı 

olan «Hümmət»lə yanaşı, RSDFP-nin Bakı Komitəsinin üzvü 



S.M.Əfəndiyev  birmənalı  şəkildə  ruspərəstliyi,  qərbçiliyi  ilə 

seçilmişdir.  Azərbaycanın  gələcəyini  yalnız  Rusiya  və 

Rusiyadakı  bolşevik  hərəkatı  ilə  bağlayan  Əfəndiyev 

«Müsəlman  kadetləri»  məqaləsində  islamçılıq  və  türkçülük 

tərəfdarlarını  ikiüzlülükdə  ittiham  edərək  yazırdı  ki,  onlar 

sözdə  fəhlə-kəndlilərin  yanındadırlar,  əməldə  isə  onların 

mənafeyi  ilə  hesablaşmırlar  [75,  172-173].  S.M.Əfəndiyev 

Azərbaycan  Cümhuriyyəti  dövründə  (1918-1920)  də  Milli 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

140 



140 

hökumətə qarşı olmuş, onu islamçılıq və millətçilikdə ittiham 

etmişdir.  Milli  hökumətə  qarşı  çıxışlarında  «şovinizm 

məstliyini  hər  yerdə  yayan  və  demokratizm  bayrağı  ilə 

pərdələnən  «Müsavat»ın  siyasətini»  ifşa  etmək  olan 

Əfəndiyev  əsas  məqsədini  də  gizlətmirdi:  «Azərbaycan 

zəhmətkeş kütlələri aydın başa düşməlidirlər ki, onların xilası 

və səadəti yalnız Rusiyanın inqilabçı proletariatı və kəndliləri 

ilə  sıx  birləşməkdədir.  Rusiyanın  inqilabçı  proletariatının  və 

kəndlilərinin  yaxınlaşan  qələbəsi  hər  hansı  müsavatçılardan, 

xoyskilərdən  və  parlamentdən  daha  tez  bir  zamanda  kəndlilərə 

torpaq, fəhlələrə isə çörək və təminat verəcəkdir» [75, 191]. Bu 

sözlər  əfəndiyevlər  kimi  rusçuların-qərbpərəstlərin  əsil 

simalarının  göstəricisidir.    Onlar  üçün  Azərbaycanın  milli 

azadlığı fəlsəfəsindən çox rus bolşevizminin hökmranlığı önəmli 

idi. 


Sovet ədəbiyyatında «ilk Azərbaycan marksistlərdən biri» 

hesab  olunan  [133,  14]  Məşədi  Əzizbəyov  da  S.M.Əfəndiyev 

kimi,  milli  və  dini  məsələyə  münasibətdə  rus  bolşeviklərinin 

mülahizələrini  təkrarlamaqla  kifayətlənmiş,  Azərbaycanın 

«xoşbəxt  gələcəyi»ni  yalnız  bolşefaşist  Rusiyasında  və 

beynəlmiləl kommunizmdə görmüşdür:  «Biz sosialistlər deyirik 

ki,  siz  fəhlələri  seçməlisiniz.  Bu  barədə  bizim  proqramımızda 

cənab  Rəsulzadənin  elan  etdiyi  proqramından  daha  aydın  və 

daha  çox  deyilmişdir.  Bizim  fəaliyyətimizin  əsası  öz 

proqramımızdır»  [202,  40].  Əzizbəyovun  “öz  proqramımız” 

dediyi  rus  bolşeviklərinin  müstşmləkəçilik  konsepsiyasından 

başqa  bir  şey  deyildir.  Çünki  M.Ə.Rəsulzadə  və  başqa  milli-

demokratlar  onu  seçkilərdə  müsəlmanların  səsini  və  birliyini 

parçalamaqda,  eyni  zamanda  şəhər  Dumasına  sinfi  mübarizə 

məsələsini 

gətirməkdə 

ittiham 

edirdilər. 

Bütövlükdə, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

141 


M.Əzizbəyov  milli  istiqlal  məsələsində  S.M.Əfəndiyev, 

D.Bünyadzadə,  H.Sultanov  və  başqa  məsləkdaşları  kimi,  milli-

demokratik  qüvvələrə  qarşı  çıxmış,  onların  Azərbaycan 

muxtariyyəti,  Azərbaycan  istiqlalı  ideyasını  pisləmiş,  birmənalı 

şəkildə Rusiya Federativ Sovet Respublikası ideyasının tərəfdarı 

kimi çıxış etmişdi [202, 91].  

Belə  yandaşlardan  olan  Əliheydər  Qarayev  də 

Azərbaycan  Parlamentindəki  əksər  çıxışlarında  özünü  Sovet 

Rusiyasının nümayəndəsi kimi apararaq açıq-aşkar əhalini Sovet 

Rusiyası  ilə  birləşməyə,  yaxud  da  ondan  asılı  olan  «müstəqil 

sovet Azərbaycanı» yaratmağa çağırmışdı [35, 535]. Ondan geri 

qalmayan  başqa  bir  bolşevik  Ruhulla  Axundov  isə  iddia  edirdi 

ki,  Azərbaycanın  istiqlalında  Sovet  Rusiyasının  bəyan  etdiyi 

«təyini-müqəddərat» mühüm rol oynasa da, guya, bu istiqlal işçi 

və kəndlilərə azadlıq verməmişdir [20, 23]. Onun fikrincə, həqiqi 

istiqlalı  onlara  yalnız  Sovet  Rusiyası  verə  bilər.  Əslində 

Ə.Qarayevin,  R.Axundovun  müstəqil  Azərbaycan  dövründə 

demokratiyanın  verdiyi  azadlıqlardan  istifadə  edərək  yazdıqları 

və  dedikləri,  Cümhuriyyət  dövrünü  deyil,  bütövlükdə  Sovet 

Rusiyasının  işğalından  sonra  Azərbaycanda  baş  verənləri 

dəqiqliyi ilə ifadə edirdi.  

Sovet  ədəbiyyatında  Azərbaycanın  məşhur  proletar 

inqilabçısı, marksist-leninçi lideri sayılan  Nəriman Nərimanov 

1917-ci  ilə  qədər  ideya  cəhətdən  yolunu  müəyyənləşdirə 

bilməmişdir.  Bu  mənada,  onun  həmin  dövrə  qədər  marksizmə 

münasibəti  M.Ə.Rəsulzadə,  A.Kazımzadə,  M.H.Hacınski, 

Ü.Hacıbəyli  və  başqaları  ilə  müqayisədə  elə  də  ciddi  şəkildə 

fərqlənməmişdir. Hətta deyə bilərik ki, N.Nərimanov marksizmə 

daha  ehtiyatla  yanaşmış,  bir  çox  hallarda  İslamın  əsaslarını 

sosializmdən, eyni zamanda əsrin elm və fənlərindən üstün hesab 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

142 



142 

etmişdir.  Görünür,  bunu  nəzərə  alaraq  Rəsulzadə  xatirələrində 

yazırdı ki, Nərimanov 1906-cı ildə nəşr olunan «Qara qartallar» 

adlı  məqaləsində  marksizmi  və  sosializmi  rədd  etmiş,  bir  çox 

əsərlərində  isə  İslamın  əsaslarını  əsrin  elm  və  fənlərinə  qarşı 

qoymuşdur  [245,  193].  SSRİ  dövründə  bolşeviklərdən 

Ə.Qarayev,  M.D.Hüseynov  və  H.Cəbiyev  də  Nərimanov 

haqqında yazırdılar ki, o, 1917-ci ilə qədər bolşevik hərəkatından 

uzaq olmuşdur [100, 59].  

Fikrimizcə, bu cür mülahizələr heç də əsassız deyil. Çünki 

Nərimanov  ilk  əsərlərindən  biri  olan  «Bahadır  və  Sona» 

romanında  (1890-cı  illər)  millətin  cahil  və  avam  olmasının 

səbəbi kimi  azılan  əsərlərin milli tərbiyədən, milli  ruhdan uzaq 

olması  və  onlara  bunu  verəcək  milli  məktəblərin  olmamasını 

göstərmişdir.  Onun  fikrincə,  milli  ruhda  əsərlər  yazıb  millətin 

ruhunu  təmizləmədən,  naxoş  və  kor  millətdən  nə  isə  gözləmək 

faydasızdır  [168,  178-179].  Hətta,  Nərimanov  bu  yolda  İslam 

dininin də mühüm rol oynadığını ifadə etmişdir [168, 165].  

Maraqlıdır ki, o, sovet dövründə isə bu əsərində beynəl-

miləl ideyaları təbliğ edərək, müsəlmanlar arasında hər cür dini 

inkar etdiyini yazmışdır. Buna nümunə kimi də erməni Sona ilə 

türk  Bahadırın  sevgisini  göstərmişdir  [168,  438].  Ancaq  həmin 

əsər  mahiyyət  etibarilə  dinlərin  inkar  deyil,  azad  sevgiyə 

dözümlü  yanaşmağı  təbliğ  edir.  Sadəcə,  o,  sovet  dövründə  rus 

bolşevizmi  xəttini  seçdiyi  üçün  vaxtilə  islamlıq  və  türklüyü 

deyil,  beynəlmiləlçiliyi  müdafiə  etdiyini  iddia  etmək  zorunda 

qalıbdır. Çünki onun həmin dövrdə millət və islama münasibəti 

heç də inkarçılıq xarakter daşımamış, tərsinə İslama çox ehtiyatla 

yanaşmış,  bu  dində  bütün  elmlərin  öyrənilməsinə  önəm 

verildiyini xüsusilə vurğulamışdı [168, 263]. O, sonralar yazıdığı 

«Tibb  və  İslam»  əsərində  də  İslamın  əsil  mahiyyətinin 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

143 


ruhanilərin əməllərinin üst-üstə düşmədiyini və bu dində faydalı 

cəhətlərin olmasından bəhs etmişdir [79, 191]. 

Ümumiyyətlə,  Nərimanov  SSRİ  dövründə  bir  neçə  dəfə 

əvvəllər  özünün  antislamçılıq  və  antitürkçülük  mövqeyində 

olması barədə fikirlər səsləndirmişdi. Ancaq Nərimanov beynəl-

miləlçiliyini  və  antislamçılığını  elə  bir  formada  təqdim  edir  ki, 

ziddiyyət açıq-aşkar hiss olunur. Məsələn, o yazırdı ki, Nikolayın 

süqutundan əvvəl panislamistlərlə bir yerdə işləsə də (!), onların 

ideyalarına ciddi yanaşmamışdır:  «.. hələ Nikolayın süqutundan 

əvvəl  mən  panislamistlərlə  işləmişəm,  bizim  bir  məqsədimiz 

vardı – Nikolayı yıxmaq, onlar da Nikolayı yıxmaq istəyirdilər, 

biz də.  Lakin onlar panislamizmdən danışmağa başlayanda, mən 

həmişə  gülüb  deyirdim:  Heç  vaxt  siz  millətəri  islam  bayrağı 

altında    toplaya  bilməyəcəksiniz,  heç  vaxt  fars  Türkiyənin 

bayrağının altında  yaşamağa razı olmayacaq, heç vaxt türk razı 

olmaz ki, başı üstündə İran tayfası ağalıq etsin» [259, 495]. 

Bununla da, Nərimanov 1917-ci il Rusiya burjua inqilabın-

dan sonra deyil, əvvəllər də beynəlmiləlçi və marksist olmasını 

sübut  etməyə  çalışmışdır  ki,  bu  məsələ  də,  onu  başa  düşmək 

çətin deyildir. O, sosial-demokratizmə təsadüfən üz tutmadığını 

əsaslandırmaq  üçün  özünü  beynəlmiləlçi  kimi  qələm  verirdi. 

Əgər  Nərimanov  1917-ci  il  fearal  burjua  inqilabından  sonra 

sosial-demokratizmə  deyil,  milli-demokratizmə  üz  tutsaydı  o 

zaman  da,  vaxtilə  türklük  və  islamla  bağlı  yazılarını  nümunə 

göstərəcəkdi. Hətta, bizcə, Nərimanov milli-demokratizm xəttini  

seçib, bu zaman mövqeyini əsaslandırmaq üçün vaxtilə islama və 

türklüyə  bağlı  olduğunu  iddia  etmiş  olsaydı  daha  inandırıcı  və 

gerçək  görünərdi.  Deməli,  sovet  dövründə  bu  fikri  ifadə  edən 

Nərimanov  siyasi-ideoloji  mühitə  uyğun  olaraq  çıxış  etmiş, 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

144 



144 

bununla  da  1917-ci  ilə  qədərki  tərəddüdlü  mövqeyinə  bolşevik 

don geyindirməyə çalışmışdır.  

Ancaq hazırda bəzi tədqiqatçılar (A.Hacıyeva və b.) iddia 

edirlər  ki,  Nərimanovun  bu  cür  fikirləri  onun  vaxtilə  dinə 

münasibətdə “ittihadi-islamçılar”a (Hüseynzadə, Ağaoğlu və b.) 

nisbətən    daha  rasional  mövqe  tutması  ilə  bağlı  olmuşdur  [94, 

17].  Çünki  A.Hacıyevaya  görə,  «ittihadi-islamçılar»ın 

(Ə.Hüseynzadə, Ə.Ağaoğlu və b.) baxışları xülya olduğu halda, 

N.Nərimanov  gerçəkçi  olmuşdur.  Bu  mənada,  o  yazır  ki,  «dini 

xülyaların  sosializmlə  qarışıq  salınması  N.Nərimanovun 

baxışlarına  yad  idi»  [94,  61].  Hacıyevanın  «dini  xülya»  dediyi 

Ağaoğlu,  Hüseynzadə  tərəfindən  irəli  sürülən  müsəlman 

xalqlarının  oyanışı,  azadlığı  və  birliyi  idi.  Vaxtilə  sovet 

ideoloqları onların bu ideyalarını tamam başqa mənaya yozmuş 

və təhrif etmişlər. Görünən odur ki, indi də sovet təfəkkürünün 

bu  düşüncəsindən  bir  çoxları  qurtulmamışdır.  Ona  görə  də, 

günümüzdə  də  Ağaoğlu,  Hüseynzadə  «ittihadli-islamçılar» 

adlandırılır, onların islamçılıq və türkçülüklə bağlı fikirləri «dini 

xülya»  kimi  qələmə  verilir.  Bunu,  A.Hacıyevanın  «ittihadi-

islamçılar»ın  baxışlarını  ifadə  edərkən  yazdığı  sözlər  də  təsdiq 

edir:  «Müxtəlif  ərazilərdə  yaşayan,  müxtəlif  iqtisadi,  siyasi-

ictimai  inkişaf  yolu  keçmiş  xalqların  islam  bayrağı  altında  

vahid  millət  halında  birləşə  biləcəyi  utopik  bir  xülya  təsiri 

bağışlayır»  [94,  16-17].  Əslində  Ağaoğlu,  Hüseynzadənin 

nəzərdə  tutduğu  «vahid  islam  milləti»nin  yaranması  deyil, 

müsəlmanlar  arasında  mənəvi  birlik  və  mənəvi  oyanışın 

yaranması  idi.  Bütün  bunlar  SSRİ  dövründə  təhrif  edilmiş  və 

sovet  ideologiyasına  uyğunlaşdırılmışdır.  Bir  sözlə,  SSRİ 

dövründə milli ideoloqların fikirləri bir, rus bolşevizminə xidmət 

edənlərin düşüncələri isə digər istiqamətdə təhrif edilmişdir.  


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

145 


Bu mənada, rus bolşevizminin yolunu tutan Nərimanov və 

onun  məsləkdaşlarının  SSRİ  dövründə  mifləşdirilməsi  təsadüfi 

olmamışdır. Bu o dövrün mühiti və ideologiyası ilə birbaşa bağlı 

olmuşdur.  Bunda  yalnız  sovet  ideoloqları  deyil,  eyni  zamanda 

rus bolşevizminə üz tutanların özləri də maraqlı olmuşlar. Əgər 

problemə oybektiv yanaşsaq görərik ki, Nərimanov da 1917-ci il 

fevral  burjua  inqilabına  qədər  islam  və  türklüyə  bir  ideya  xətti 

kimi  baxmasa  da,  ümumilikdə    onları  birmənalı  şəkildə 

inkarçılıq  yolu  da  tutmamışdır.  Bu  dövrdə  bir  çox  Azərbaycan 

türk  aydınları  kimi,  Nərimanov  da  milli  ideya  axtarışında 

olmuşdur. Məhz bu səbədəndir ki, Nərimanov bir tərəfdən Türk-

İslam mədəniyyəti və ideologiyası xəttinə qulluq edən qəzetlərlə 

əməkdaşlıq  etmiş,  digər  tərəfdən  milli  sosial-demokrat  təşkilatı 

«Hümmət»in  üzvü  kimi  marksizmlə  də  maraqlanmışdır.  Bu 

baxımdan,  həmin  dövrdə  Nərimanovun  yazıları  ümumi 

xarakterlidir  və  ideya  baxımdan  konkretlikdən  çox  uzaqdır.  O, 

islamın  və  türklüyün  də,  sosial-demokratiyanın  da  müsbət 

cəhətlərini  göstərmiş,  ancaq  onlara  qarşı  hər  hansı  ciddi 

tənqidlərdən  yan qaçmışdır. Bütün bunları nəzərə alsar, hazırda 

Nərimanovun tədqiqatçılarından A.Hacıyevanın yazması ki, onu 

düşündürən  hansısa  bir  zümrənin,  sinfin  deyil,  millətin  taleyi 

olmuşdur,  bunun  özü  konkretlikdən  çox  uzaqdır:  «Onun 

mövzusu  əsasən  ümumcamaat,  ümummillət  dərdləridir,  istər 

Rusiyaada, istərsə dünyada siyasi və iqtisadi əsarətə məruz qalan 

müsəlmanlardır» [94, 57].  

Halbuki millətin dərdi hər bir mütəfəkkiri düşündürə bilər, 

ancaq o çıxış yolu göstərməlidir. N.Nərimanov isə həmin dövrdə 

konkret  bir  deya  seçə  bilmədiyi  üçün  ümumi  tezislərlə  çıxış 

edirdi.  Hər  halda,  ümummillətin,  müsəlmanların  dərdlərini 

düşünmək  bir  şeydir,  bundan  çıxış  yolu  kimi  hər  hansısa  bir 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

146 



146 

ideyanı  qəbul  edib  onu  inkişaf  etdirmək  başqa  bir  şeydir. 

Məsələn,  N.Nərimanov  «Dərdlərimizin  əlacı»  (1916-cı  il) 

məqaləsində yazırdı ki, ümum müsəlmanlar üçün müqəddəs bir 

məslək İslam həqiqətinin nə olmağını bilməkdir. Onun fikrincə, 

müsəlman xalqların islam həqiqətini öyrənməklə yanaşı, özlərinə 

məxsus  məsləkləri  də  ola  bilər:  «Ümum  ideala  çatmaq  üçün, 

yəni  insaniyyətə  xidmət  etmək  üçün  millətə  lazımdır  özünü 

tanısın.  Bir  millət  özünü  tanımaz  isə  özü  ilə  qeyrisinin  fərqini 

düşünməyə  qadir  olmaz  isə  xüsusi  məsləki  dalınca  yeriş  edə 

bilməz. Bu  yolda  yeriş edə etməz isə ümumi müqəddəs məslək 

nə  olmağını  da  düşünməz.  İndi  biz  islama  qulluq  edən  bir  çox 

tayfalardan  biriyik:  məlum  bir  qanun  altında  yaşayıb,  özümüzə 

türk  deyib  də  xüsusi  bir  məslək  dalınca  getməliyikmi? 

Getməliyik  desəniz,  özümüzü  gərəkdir  tanıyaq.  Fəqət  tanımaq 

üçün  nə  lazımdır?  Milli  dil,  millli  məktəb,  milli  mətbuat  və 

qeyri-qeyri şeylər deyilmi?» [170, 377].  

Deməli,  N.Nərimanov  ümummillətin,  müsəlmanların 

taleyini  düşünür,  ancaq  onların  mövcud  durumdan  çıxış  yolu 

kimi  islamçılıq-türkçülüyü,  yoxsa  sosial-demokratiyanı  seçməsi 

məsələsində  tərəddüd  edirdi.  Xüsusilə,  də  sonuncuya 

münasibətdə daha çox inamsızlıq nümayiş etdirirdi. Sadəcə, bəzi 

məqalələrində sosial-demokratiyaya aid edilən sosial bərabərlik, 

insanların azadlığı və rifahı məsələlərinə də toxunurdu [167, 66]. 

Bu  dövrdə  Nərimanovun  sosial-demokrat  firqəsinə  rəğbəti 

mərkəzçi  marksistlərdən  daha  çox  milli  sosial-demokratlara 

yaxın olmuş, buna görə də o,  «Hümmət»də fəaliyyət göstərmiş 

və  RSDFP-nin  Bakı  Komitəsinə  üzv  olmamışdır.  Görünür,  bu 

kimi məsələləri gözə alaraq, SSRİ ədəbiyyatında qeyd edilirdi ki, 

«Nərimanov  1917-ci  il  fevral  inqilabına  qədər  marksizm 

nəzəriyyəsini  bütün  dərinliyi  ilə  mənimsəyə  bilməmiş, 

1   ...   10   11   12   13   14   15   16   17   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə